Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-358/2025 10.12.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X4 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katib X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məşkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanada yaşamış, barəsində barəsində Abşeron rayonu Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 31 yanvar 2025ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 4,223 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə çəkisi 1,702 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, “Palma" restoranının yaxınlığına daşımış və üzərində saxlamış, 01 fevral 2025-ci il tarixdə saat 16:56-dəqiqədə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Palma" restoranının yaxınlığında saxlanılıb orada həmin gün saat 16:52-dən saat 16:56-ya kimi üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffav sellofan bükülünün içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə çəkisi 4,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd qara rəngli sellofan bükümdə çəkisi 1,702 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə istintaqinin nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, bundan öncə məhkum olmuş, həbsdən çıxandan sonra məhkumluq səbəbi ilə heç yerdə onu işə götürməmişlər. Buna görə də pul qazanmaq məqsədilə gecələr dirəklərə reklam kağızları yapışdırırmış. Post Patrul Xidmətinin əməkdaşları gündüzlər reklam kağızlarının yapışdırarkən cərimə yazdıqları üçün ancaq gecələr işləyə bilirmiş. Günə 20-30 manat pul qazanırmış.Yanvar ayının 31-dən fevralın 1-nə keçən gecə yenə kağız yapışdırırmış, bu dəfə dostu ilə birlikdə olmuşdur. Bu dostu ilə cəzaçəkmə müəssisəsində bir yerdə məhkumluq çəkmişdir. X22 Xidmətinin əməkdaşı yaxınlaşmış və “burda nə edirsiniz?” deyə sual vermişdir. O da işə getdiyini demişdir. Bundan sonra üzərinə baxış keçirməli olduqlarını bildirmişlər. Etiraz etməmişdir. Üstündən heç nə çıxmamışdır. Sonra onlara Post Patrul maşınına oturmağı əmr etmişlər. Oturandan sonra ona 20 manat təklif edərək onları buraxmalarını istəmişdir. Onlar da ərazidə oğurluq olduğu üçün mütləq polis idarəsinə getməli olduqlarını bildirmişlər. Abşeron rayon Polis İdarəsinə gəlmiş, içəri gələn kimi zirzəmiyə düşmüşlər. Həmin vaxt cinayət axtarışda əməliyyat müvəkkili Abdulla müəllim olmuşdur. Abdulla əməkdaşlara “bunlar kimdir” deyə soruşmuşdur. O da “bunları şərləyib gətirmişəm” demişdir. Nə üçün burda olduğunu soruşanda isə normal cavab verməmişlər. Sonra hər ikisindən də əvvəllər hansı maddə ilə məhkum olunduqlarını soruşmuşlar. Üstündə isə sadəcə ustaya aid ola biləcək əşyalar, şəxsiyyət vəsiqəsi, ödəniş kartları olmuşdur. Sonra ailə üzvlərinin nömrəsini alıb, anası ilə atasını polis idarəsinə çağırmışlar. Allahverdi ondan narkotik çəkib-çəkmədiyini soruşmuş, cavabı isə “arada marixuana çəkirəm” olmuşdur. Ona “bəs sən bilmirdin ki, bundan əvvəl məhkum olmusansa, yenə də tutula bilərsən” demişlər. O da “hal-hazırda bir cinayət törətməmişəm, niyə tutulum?” demişdir. Səhəri gün dostu Faiqin olmadığını, onu buraxdıqlarını görmüşdür. Sonra onu da çəkiliş etməyə aparmışlar. Palma restoranının qabağında çəkiliş etmiş və guya ondan narkotik tapmışlar. O, üstündə narkotik gəzdirməmişdir. Sonra onu döymüş və “234.1 ci maddəni qəbul et ki, məhkəmədə sənə ev dustaqlığı versinlər”. Onlara “bir şərtlə qəbul edə bilərəm ki, söz verəsiniz ki, o məhkəmədən ev dustaqlığı alacam” demişdir. Təhqiqatçının otağında qol çəkmişdir. Səhəri gün ittiham aktında 234.1-1-ci maddəsi ilə ittiham olunduğunu deyilmişdir. Orda “o heç nədən bura gəlmişəm, niyə elə maddəni qəbul etməliyəm” demiş və qol çəkməmişdir. 21 gündən sonra Bakı İstintaq da istintaqın gedişindən razı olmadığını və onu yüklədiklərini demişdir. Ordakı müstəntiq də “o da bilirəm səni yükləyiblər, amma çarə yoxdu, çünki çəkiliş olub” demişdir. Amma müstəntiqə həmin çəkilişin tutulmadan 2 gün sonra olduğunu və ondan sonra da ondan pul istədiyini izah etmişdir. Həbsdən çıxandan sonra 1 ay boyunca heroin və metadon həbi qəbul etmişdir. Üstündə telefon olmuşdur. Telefonu idarəyə girəndən Allahverdidə olmuşdur. Allahverdi növbədən gedənə qədər telefon onda olmuşdur. O, növbədən gedəndə bəlkə də özü ilə evinə aparmışdır. Saxlayandan sonra telefonu ondan almışlar. Sonra da “telefonu ailənə vermişik” demişlər. Onun 234.1-ci maddəni qəbul etməyinin səbəbi isə ona olunan təzyiqlər olmuşdur. Hətta sağ əlində damarları da partlamışdır. İstintaq təcridxanasında bu xəsarəti qeyd etməmişlər. Özü prokurorluq əməkdaşlarına da müraciət edərək bunun mütləq qeyd olunmalı olduğunu bildirmişdir. Onlar gələndə hələ də xəsarət qalmış, çünki aldığı xəsarət gec sağalan xəsarət olmuşdur. Tutulandan sonra özünü asmağa da cəhd etmişdir. Bu hal tibb kitabçasında da qeyd edilmişdir. Özünü asmaq cəhdi isə təqsirsiz olduğu halda həbsə getmək istəmədiyi ilə əlaqədar olmuşdur. Narazılığını bildirməməyinin səbəbi isə ona verdikləri vədlər olmuşdur. Qətimkan tədbiri seçiləndə isə məhkəmədə ağlayaraq bildirmişdir ki, o narkotik vasitələr yalandan çəkilmişdir. Nə vaxt, harada tutulduğunu lap dəqiqiliklə deyə bilməmişdir. Amma ayın 31-dən 1-nə keçən gecə tutulmuşdur. Palma restoranının yanında onun üstünə baxış keçirilərkən onu birinci dəfə tutan Post Patrul Xidmətinin əməkdaşları yanlarında olmamışlar. Ondan telefon götürüləndə telefon açıq olmuş, idarəyə gələndən sonra mobil telefonundan ***-***-**-** ev (şəhər) nömrəsinə yığmışlar, atası ya da anası yuxulu şəkildə cavab vermişlər. Ev nömrəsinə yığanda artıq səhərə yaxın olmuşdur. Yığandan 2 saat sonra atası ilə anası gəlmişdir. Allahverdi onun atasıyla danışanda orda olmamış, sadəcə 2 dəqiqəlik içəri girmiş, onda da Allahverdi atasına “oğlunun üstündən narkotik çıxıb” demişdir. Orda atasına “o narkotik mənim deyil” demişdir. Atası Allahverdinin yanından çıxandan sonra ona “Allahverdi ondan pul istəyir” demişdir. Allahverdi növbədə olan müddətdə onun otağında olmuşdur. Sonra onun növbəsi bitmiş və onu başqa əməliyyatçının otağına keçirtmişlər. 4 nəfər polis əməkdaşı onlarla eyni maşında onu Palma restoranının qabağına aparmış, sonra da çəkilişi etmişlər. Çəkilişdə 3 nəfər olmuş, o biri 4-cü əməkdaş isə maşının yanında dayanmış, ümumiyyətlə, çəkilişə düşməmişdir. Narkotik vasitədən istifadə sıxlığı isə dəyişirmiş, hər gün olanda hər gün istifadə edirmiş. Patı və kakosu çoxdan istifadə etmiş, sonradan isə marixuana istifadə etmişdir. Reklam kağızlarının yapışdırılmasından gündə 25 manata yaxın qazanırmış, amma bəzən işə getmirmiş, ona görə də aylıq maaşı 400-500 manata gəlib çıxırmış. Narkotikə isə çox da pul vermirmiş, çünki dost-tanış hörməti olmuşdur deyə çox vaxt ona pulsuz verirmişlər. Tutularkən birlikdə olduğu Faiq isə çox güman ki, pul verib çıxmışdır. İdarəyə girəndə onlardan ad, soyad, ata adlarını soruşmuşlar. Sonra onları ayrı-ayrı otağlarda saxlamışlar, ayılandan sonra Faiqi tapa bilməmişlər. İstintaq təcridxanasına qəbul olunarkən aldığı xəsarəti göstərməmişdir. İkinci dəfə MSY-ə gedəndə isə intihara cəhd edib özünü asmışdır. Prokurorluq əməkdaşı ondan sonra gəlib araşdırma aparmışdır. Bəxtiyar adlı prokuror həm döyülməyini, həm də özünü asmağını qeyd etmişdir. O, istintaq təcridxanasına gedəndə də barmağındakı xəsarəti qeydə almamışlar. Palma restoranının qabağında çəkiliş olarkən onun üstündən çıxanların arasında telefonu olmamış, çünki telefonunu ondan tutulandan sonra götürmüş və ona qaytarmamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2022-ci ildə şərti olaraq azadlığa çıxmışdır. Narkotik vasitə heroin və psixotrop maddə istifadə etmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 300 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən tanımadığı şəxsdən narkotik vasitə almışdır.O, həmin şəxsi əvvəllər tanımamış,təsadüfü onunla tanış olub ondan narkotik vasitə almışdır.Aldığı narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir.xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, Palma restoranının yaxınlığında olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Abşeron rayon polis idarəsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyi bildirilmişdir. O,da əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan bükümü təqdim etmişdir. Həmin bükümün içəsirində 01 ədəd qara sellofana bükülmüş heroin və 01 ədəd qara sellofana bükülmüş şüşə kimi tanınan psixotrop maddə metamfetamini təqdim etmişdir Götürülmüş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüş və iştiraçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, fevral ayının 2-də Təqsirləndirilən şəxs Masazır qəsəbəsi, Palma restoranının yaxınlığında videoçəkiliş aparılmaqla saxlamış, özlərini təqdim etmişlər. Üzərindən heroin və metamfetamin aşkar olunmuşdur. Çəkilişdən sonra şəxsi polis idarəsinə təhvil vermişlər. Əməliyyata rəhbərliyi özü həyata keçirmiş, əməliyyat məlumatı da ona daxil olmuşdur. Narkotik vasitələrinin istifadəsində şübhəli bilinərək saxlanılmışdır. 3 nəfərdən ibarət qrup olmuş, bu çəkilişdə də öz təsdiqini tapmış, o, həmin çəkilişdə ona bu barədə suallar da vermişdir. Əməliyyat məlumatı fevralın 2-sində ona daxil olmuşdur. Şəxsi öncədən tanımasalar da, o, vizual görüntüsünə əsasən saxlanılmışdır. Hadisə yerində 5 dəqiqə gözlədikdən sonra şəxs hadisə yerinə gəlmişdir. Çox güman mal götürməkdən gəlirmiş. Narkotik vasitələri daşıma, saxlaması barədə məlumat daxil olmuş, amma satışla bağlı hər hansısa məlumat olmamışdır. Əməliyyat tədbirinin həyata keçirilməsi ilə bağlı qərar şəxsin saxlanmasından əvvəl rəhbərliyə məruzə olunmuş, razılıq əldə olunduqdan sonra öz fəaliyyətlərini həyata keçirtmişlər. Şəxsin videoda üzərindən çıxanlardan başqa hər hansısa əşya aşkar olunmamışdır. Protokol isə idarədə tərtib edilmiş, amma qablaşdırma hadisə yerində həyata keçirilmişdir. Protokol komputerdə yazılır deyə idarədə tərtib etmişlər. Şəxsə həmin proses dövründəki hüquqları başa salınmış, lakin bəzi hüquqları, məsələn susmaq hüququ izah edilməmişdir. Raport əvvəlcədən tərtib edilmişdir, dəyişikliyə məruz qalmamışdır. Həmçinin Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinin CAŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 01 fevral 2025-ci il tarixdə o, Abşeron RPİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Abşeron RPİ-nin CAŞ-nin kiçik inispektoru, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:56 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi «Palma» restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatları barədə sual verilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra narkotik vasitələri və psixotrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib, huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üstünün yoxlanılmasına başlanılmışdır. Şübhəli şəxsin üstunun yoxlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofanın içərisində iki ədəd bükümü təqdim etmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində qəhvəyi rəngli, toş şəkilli narkotik vasitə heroinə və digər bükümün içərisində ağ kristal şəkilli psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümün bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və predment aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümün birinin içərisində «patı» kimi tanınan psixotrop maddə metamfetamin, digərinin içərisində isə «kakos» kimi tanınan narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayornu Ə.Əhmədov küçəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Protokolu yerində tərtib olunmasına şərait olmadığı üçün tərəfindən Abşeron RPİ-nin inzibati binasında tərtib edilməklə iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, əməliyyat məlumatlarına əsasən əməliyyat qrupu yaradılmışdır. O da həmin qrupa daxil edilmişdir. Təqsirləndirilən şəxsin qanunsuz halda narkotik vasitələrin daşıma, saxlanması barədə tutulması həyata keçirilmişdir. Şəxsin zahiri əlamətlərinə əsasən ona yaxınlaşıb özlərini təqdim etmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Ondan üzərində dövriyyəsi qadağan olunmuş hər hansısa predmet və ya əşyanın olub-olmamasını soruşmuşlar. O da üzərində daşıdığı şəffaf sollefana bükülmüş narkotik vasitələri təqdim etmişdir. Narkotik vasitələr tərəfimizdən qablaşdırılaraq idarəyə gətirilmişdir. Çəkilişi özü aparmışdır. Qrupları tərəfindən Masazır qəsəbəsi ətrafında şəxsin zahiri əlamətlərinə əsasən axtarışlar həyata keçirilirmiş. Şəxsin üzərindən çıxarılan əşyaların hər biri protokolda qeydə alınmışdır. Metamfetamin və heroinə bənzər kütlədən başqa nəyinsə aşkar edildiyini xatırlamamışdır. Həmçinin Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinin CAŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 01 fevral 2025-ci il tarixdə o, Abşeron RPŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Abşeron RPİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:56 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi «Palma» restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatları barədə sual verilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra narkotik vasitələri və psixotrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib, huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üstünün yoxlanılmasına başlanılmışdır. Şübhəli şəxsin üstunun yoxlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofanm içərisində iki ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində qəhfəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə və digər bükümün içərisində ağ kristal şəkilli psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümün bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümün birinin içərisində «patı» kimi tanınan psixotrop maddə metamfetamin, digərinin içərisində isə «kakos» kimi tanınan narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu Ə.Əhmədov küçəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Protokolu yerində tərtib olunmasına şərait olmadığı üçün tərəfindən Abşeron RPİ-nin inzibati binasında tərtib edilməklə iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 2025-ci ildə əməliyyat məlumatın əməkdaşlardan birinə daxil olması nəticəsində əməliyyat qrupu yaradılmış, şəxsi Masazır ərazisində videoçəkiliş aparılaraq saxlamış, sonra da təhqiqat şöbəsinə təhvil vermişlər. Üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni özü təqdim etmişdir. Heroin və metamfetamin aşkar olunmuşdur. Əməliyyat müvəkkili Şahid3, kiçik inspektor Elnar müəllim də onunla birlikdə olmuşlar. Əməliyyat məlumatı Şahid3 daxil olmuşdur. Şəxs Masazırın girişində, Palma restoranı yaxınlığında tutulmuşdur. Şəxs saxlanılarkən ona hər hansısa təzyiq göstərilməmişdir. Məmmədlə bağlı bütün məlumatları əməliyyat qrupu yaradılan gün bilmişdir. Onu əvvəlcədən tanımasa da, xarici görünüşü barədə məlumat verildiyi üçün şəxsə yaxınlaşıb onu saxlaya bilmişlər. Şəxsin saxlanılması üçün Masazıra 1 maşınla 3 nəfər getmişlər. Yaxınlaşıb özlərini təqdim etmişlər, ona da özünü təqdim etməsini təklif etmişlər, o da özünü təqdim etmişdir. Dövriyyəsi qadağan olunan narkotik vasitələri daşıyıb-daşımadığı ilə əlaqədar sual verdikdə özü narkotik vasitələri təqdim etmiş, onlar da onu qablaşdırmışlar. 2 büküm narkotik vasitə aşkar olunmuşdur. Şəxsin üzərindən çıxan hər bir əşya qeyd olunmuşdur. Çəkilişdən əvvəl şəxsə qarşı hər hansısa hərəkətlər aparılmamışdır. Həmçinin Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinin CAŞ-na daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 01 fevral 2025-ci il tarixdə o, Abşeron RPŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Abşeron RPİ- nin CAŞ-nin kiçik inispektoru, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:56 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi «Palma» restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatları barədə sual verilmişdir.Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra narkotik vasitələri və psixotrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib, huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üstünün yoxlanılmasına başlanılmışdır. Şübhəli şəxsin üstunun yoxlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofanın içərisində iki ədəd bükümü təqdim etmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə və digər bükümün içərisində ağ kristal şəkilli psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümün bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümün birinin içərisində «patı» kimi tanınan psixotrop maddə metamfetamin, digərinin içərisində isə «kakos» kimi tanınan narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayornu Ə.Əhmədov küçəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün götürdüyünü bildirmişdir.Protokolu yerində tərtib olunmasına şərait olmadığı üçün tərəfindən Abşeron RPİ-nin inzibati binasında tərtib edilməklə iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, yanvar ayının 31-indən fevralın 1-nə keçən gecə sübh tezdən onlara zəng gəlmiş, yoldaşı “polis bölməsindəndir” demişdir. Dəstəyi götürəndə Abşeron Rayon Polis bölməsindən olduqlarını və oğlunun saxlanıldığını bildirmişlər. Qızına “BOLT tətbiqindən taksi sifariş et” demiş və 8-in yarısı polis idarəsində olmuşlar. Mühafizə ilə danışdıqdan sonra Allahverdi müəllimin otağına yaxınlaşmışlar. Allahverdi müəllimlə salamlaşdıqdan sonra şkafdan narkotik vasitəni çıxarıb “bunların hamısı əməkdaşlar tərəfindən sizin oğlunuzun üstündən çıxıb” demişdir. Ona “bunlar mənim oğlumdan çıxa bilməz” demişdir. Allahverdi müəllim bütün bunlardan sonra ona “oğlunuzun bu əməlinin 10000 manat cəriməsi var” demişdir. Ona “özüm əməliyyatdan təzə çıxmışam, pensiyaçı adamam, məndə o qədər pul yoxdu” demişdir. Allahverdi müəllim ona “ görürəm ki, yaxşı adamsan, 8000 manat versən, kifayətdir” demişdir. Allahverdi müəllimə “gedim evdəkilərlə də danışım sonra sizə məlumat verəcəm” demişdir. Evə gələndən təxmini 1 saat sonra Allahverdi müəllim ev telefonuna zəng edərək “ağsaqqal, nə qərara gəldiniz” demişdir. Allahverdi müəllimə “bir torpaq sahəmiz var, o satılan kimi gətirib verə bilərəm, o da sənədsiz olduğuna görə alan olmadı” demişdir. Allahverdi müəllim də “onda heç olmasa saat 10-a qədər 5000 manat verin, verməsəniz oğlunuzu 5 qram narkotik vasitə ilə qeyd edəcəm” demişdir. Daha artıq qram yazmamasının səbəbi kimi maddi onların maddi vəziyyətlərini göstərmişdir. Bu zəngdən bir az keçəndən ona Məmməd üçün 2 dönər, Coca-cola, 2 paçka da siqaret gətirməsini istəmişlər. Deyilənləri qapıda mühafizəçilərə verib qayıtmışdır. Sübh tezdən onlara polis idarəsindən zəng gələndən sonra qızının verdiyi taksi sifarişi ilə polis idarəsinə getmiş, hətta qızında taksi sürücüsünün nömrəsi qalmışdır. Polis idarəsinə yoldaşı ilə getmişdir. O, ümumiyyətlə, telefon istifadə etməmiş, yoldaşının isə üstündə öz telefonu olmuşdur. Məmmədin telefonunu müstəntiq Elçin müəllimə vermişlər, telefonu heç kim aça bilməmişdir deyə onlardan telefonu ona vermələrini istəmişlər. Sonradan istintaq təcridxanasına Məmmədin yanına görüşə gedəndə telefonu pula ehtiyacı olduğu üçün 20 manata satmışdır. Müstəntiq Elçin müəllimin ona telefon verməsi ilə bağlı qol çəkib-çəkmədiyini xatırlamamışdır. Məmmədin çantasını Kürdəxanıdan ona təhvil vermişlər, bu barədə qol da çəkmişdir. Lakin çanta ona veriləndə içində heçnə olmamışdır. Telefon ona təhvil veriləndən sonra hər hansısa kağıza imza çəkməyi tələb olunmamışdır. Sonradan telefonu 20 Yanvar metro stansiyası yaxınlığındakı telefon mağazalarından birinə satmışdır. Telefonun markasını isə dəqiq xatırlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, xx.xx.2025-ci il tarixdə, saat: 16:56 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Palma” restoranının yaxınlığında saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 büküm narkotik vasitə olan heroin və 1 maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 fevral 2025-ci il tarixli 6/445 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər iiçiin №56” dairəvi möhür əksi və “..Təqsirləndirilən şəxs.sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 4,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Digər 01 (bir) ədəd biikümdəki təmiz çəkisi- 1,702 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X21 verdiyi xx.xx.2025-ci il tarixli, 1022 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostumlyatorlarm birgə qəbulu nəticəsində yaranan Asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 579 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir.Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındla olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. 01 fevral 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofanın içərisində 01 ədəd bükümdə narkotik vasitəyə və 01 əddə bükümdə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. 01 fevral 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən üzərindən şəffaf selofanda iki ədəd bükümdə içərisində narkotik vasitə olan heroinə və psixatrop maddə olan metamfetamini təqdim edərək həmin kütlələrin narkotik vasitə olan heroin və metamfetamin olmasını bildirməsi aşkar olunmuşdur. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə ASUS markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan üzərindən bir bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütləni və digər bükümdə içərisində psixatrop maddə olan metamfetamini təqdim edərək həmin kütlələrin narkotik vasitə olan heroin və metamfetamin olması əksini tapmışdır. 09 fevral 2025-ci il tarixli əməliyyat tapşırığından cinayət yolu ilə ələ keçirilmiş narkotik maddənin əldə edildiyi mənbənin müəyyən edilib istintaq orqanına məlumat verilməsi, mənbənin sahib olduğu şəxsin şəxsiyyətinin müəyyən edilməsi, bundan başqa səlahiyyət daxilində mümkün üsul və vasitələrdən istifadə edərək bağlı qalmış cinayət hadisəsinin açılması istiqamətində hərəkətlər edilməsi və görüləcək işlərlə əlaqədar Abşeron RPİ-nin İstintaq Şöbəsinə cavab verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2014 saylı, 30 oktyabr 2014-cü il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilməmiş 1 il 10 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinə əlavə olunmuş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə AR CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər, Binəqədi rayon, Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Plis İdarəsi tərəfindən göndərilən gətirilən şəxslərin qeydiyyatı kitabından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şimməd oğlu xx.xx.2025-ci il tarixdə saat 05:00 da Post Patrul Xidmətinin əməkdaşları tərəfindən sözü gedən polis idarəsinə gətirilmişdir. Həmçinin həmin kitabdan müəyyən olunur ki, təqsirləndirilən şəxslə eyni saatda Abşeron RPİ-yə X16 da gətirilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Polis İdarəsi tərəfindən göndərilən 202 nömrəli protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şimməd oğlu saxlanıldıqdan sonra X14 Təhvil verilərkən üzərindən 1 ədəd bel kəməri, 10 ədəd bank kartları, 2 ədəd alışqan, tərəzi, 1 ədəd qulaqlıq, 20 manat pul və elektron qəlyan aşkar edilmişdir. Həmçinin sözü gedən protokolda olan qeyddən müəyyən olunur ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul ilə mağazadan ərzaq aldırdığını qeyd etmişdir. Bakı İstintaq Təcridxanasından vəkilin sorğusuna əsasən verilmiş cavab məktubundan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şimməd oğlu sözü gedən istintaq təcridxanansına daxil olarkən üzərində 1 ədad Kapital Banka aid olan Umico sözləri yazılmış bank kartı, Kapital Banka aid olan 2 ədəd Birbank Cashback sözləri yazılmış bank kartları, Azərbaycan Beynəlxalq Bankına aid olan Tam Kart, 3 ədəd Leobanka məxsus bank kartı, Bakı Elctroniksə məxsus bonus kartı, Araz və Spar marketlər şəbəkəsinə aid bonus kartı aşkar edilmişdir. Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, ***-***-**-** saylı nömrənin kimə məxsus olması və daxil olan və çıxan zənglər, həmin zənglərin hansı anten dairəsindən ötürülməsinin öyrənilməsi üçün "xxxx" MMC-yə ünvanlanan qərar qəbul edilmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş CD diskə əsasən müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrə na məxsusdur. Həmçinin müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şimməd oğluna məxsus nömrənin anten məlumatları xx.xx.2025-ci il saat 07:02:58-dən həmin gün 22:02:58-dək Abşeron RPİ-nın inzibati bunasının yerləşdiyi ünvanı göstərir. Həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə məxsus telefon nömrəsindən onun anten məlumatları əldə edilməmişdən əvvəl bildirdiyi, valideynlərinin yaşadığı ünvana aid olan ***-***-**-** nömrəyə 01.02.25-ci il tarixdə saat 07:06:58, 09:05:23, 09:07:45, 13:01:35, 13:20:51, 13:47:18, 14:13:36 və 15:00:54 saatlarında zəng olunmuşdur. Bolt AZ MM-dən verilmiş cavabdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsin atasının bildirdiyi ***-***-**-** nömrəsindən sözü gedən taksi xidməti servisinə sifariş verilmiş və Mədən 2 küçəsi, Binəqədi, Bakı şəhərindən Abşeron Rayon Polis İdarəsinə gediş üçün sifariş verilmiş və həmin sifariş icra edilmişdir. ***-***-**-** nömrədən verilmiş sifarişə dair telefondan çıxarılmış çıxarışdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Bolt-dən taksi sifarişi verilmişdir. Abşeron rayon məhkəməsinin hakimi Firuzə Kərimova tərəfindən Abşeron Rayon Prokuroruna ünvanlanmış məlumatdan müəyyən olunur ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilərkən hakim təqsirləndirilən şəxsin məhkəmə iclasında ağlamasını onun təzyiq və təsirə qalması ilə əlaqədar şübhəli hal kimi dəyərləndirmiş və bu barədə Abşeron Rayon Prokuroruna məlumat göndərmişdir. Bakı İsitntaq Təcridxanasından verilmiş Tibbi arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şimməd oğlu xx.xx.2025-ci il tarixdə Bakı İsitntaq Təcridxanasına daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nın müvəqqəti saxlama yerində olarkən istintaqın gedişinə etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirmişdir. Bədəninə baxış keçirilərkən boyun nahiyyəsində stranqulyasion şırımı aşkar edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 4(012)-55/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-275/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, vəkilin məhkəmə iclas protokoluna verdiyi qeyd təmin olunmuş və “özümüm təqsirli bilirəm ifadəsi protokoldan çıxarılmışdır.” Məhkəmə yuxarıda qeyd olunan, ibtidai istintaq orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə istintaqı zamanı əldə edilməklə araşdırılmış sübutları müqayisəli şəkildə qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd ifadə verərək, PPX-nın əməkdaşları tərəfindən saxlanıldığını, xx.xx.2025-ci il tarixdə gecə saatlarında saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirildiyini, ittihamda göstərilən yerdə deyil başqa yerdə Faiq adlı dostu ilə birlikdə saxlanıldığını, təzyiqə, təsirə məruz qaldığını, haqsızlığa görə özünə qəsd etdiyini məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinin həqiqət olduğunu və ifadəsində göstərdiyi halların məhkəmə tərəfindən araşdırılmasını bildirmişdir. Məhkəmə istintaqının nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həqiqətəndə özünün bildirdiyi kimi, xx.xx.2025-ci il tarixdə gecə saatlarında saxlanılaraq saat 05:00-da Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin gün təqsirləndirilən şəxslə eyni saatda eyni polis əməkdaşları tərəfindən Faiq adlı digər şəxs Abşeron RPİ-yə gətirilmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixi üçün gətirilən şəxslərin qeydiyyatı kitabından çıxarışdan müəyyən olunur ki, həqiqətəndə təqsirləndirilən Təqsirləndirilən şəxs Şiməmməd oğlu həmin gün saat 05:00-da həmin polis idarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan (cild İ səhifə 4) raportdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qərəzsiz mənbədən narkotik və psixotrop maddələri əldə edib istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin raportda məlumatın nə vaxt daxil olmasını müəyyən etmək mümkün deyildir. Lakin cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsə aid portal məlumatlarından (cild İ səh. 14) müəyyən olunur ki, həmin məlumat xx.xx.2025-ci il tarixdə saat 11:56-da əldə edilmişidr. Qeyd olunan məlumat onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin barəsində narkotik vasitələrin əldə edilməsi ilə əlaqədar məlumat xx.xx.2025-ci il tarixdə saat 11:56-dan əvvələ aid olan saatları əhatə edir. Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixi üçün gətirilən şəxslərin qeydiyyatı kitabından çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şiməmməd oğlu həmin portal məlumatları əldə edilməzdən 7 saat əvvəl yəni 01.02.25-ci il tarixdə saat 05:00-dan Abşeron Rayon Polis İdarəsində olmuşdur. Həmçinin "xxxx" MMCdən daxil olmuş, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı bildirdiyi ***-***-**-** saylı nömrənin onun özünə məxsus olması və həmin nömrənin yuxarıda tətqiq edilmiş anten məlumatları onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs portal məlumatlarının əldə edildiyi saatlarda həmin polis idarəsində olmaqda davam etmişdir. Həmçinin gətirilən şəxslərin qeydiyyatı kitabından çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şiməmməd oğlu həmin gün saat 08:00-da CAŞ-nə təhvil verilmişdir. Lakin təqsirləndirilən şəxsə məxsus telefon nömrəsinin anten məlumatları həmin saatda da Abşeron Rayon Polis idarəsinin inzibati binasını göstərir. Qeyd olunanlar təqsirləndirilən şəxsin barəsində narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi barədə daxil olmuş məlumata əsasən tərtib edilmiş raportun və buna dair tərtib edilmiş əməliyyat axtarış qərarının mötəbər sübut olmasının şübhə altına alınmasına birbaşa əsas verir. Bundan başqa təqsirləndirilən şəxsin saxlanıldığı zaman çəkilmiş video görtüntülərə münasibət bildirməyi məhkəmə zəruri hesab edir. Belə ki, şübhəli şəxsin saxlanıldığı üzərinə şəxsi axtarış aparıldığı video görüntülərdən və buna dair protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs saxlanılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanın içində olan iki ədəd büküm metanfetaminə və heroinə bənzər kütlələr aşkar edilmiş və üstü yoxlanılarkən üzərindən (video görüntünün 02:22-ci dəqiqədən 02:42-ci dəqiqəyədək) başqa heç bir əşya aşkar edilməmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində yeddi ədəd bank kartı və üç ədəd bonus kartı olmuşdur. Bundan başqa məhkəmənin sorğusuna əsasən Abşeron RPİ-dən təqdim edilmiş 202 saylı arayışa əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs X14 təhvil verilərkən üzərində 1 ədəd bel kəməri, 10 ədəd bank kartları, 2 ədəd alışqan, tərəzi, 1 ədəd qulaqlıq, 20 manat pul və elektron qəlyan aşkar edilmişdir. Həmçinin sözü gedən protokolda olan qeyddən müəyyən olunur ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul ilə mağazadan ərzaq aldırdığını qeyd etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən atası ŞiTəqsirləndirilən şəxs oğlu tutulduqdan sonra oğluna məxsus çantanın və telefonun ona qaytarıldığını bildirmişdir. Həmçinin ümumilikdə video görüntüdən aşkar şəkildə görünür ki əməliyyat müvəkkilləri qabaqcadan qurulmuş senari üzrə hərəkət edirlər, təqsirləndirilən şəxsi saxlayıb ondan heç nə soruşmadan, əvvəlcədən tanıyırmış kimi, kim olduğunu aydınlaşdırmadan (video görüntünün 45-ci saniyəsində) onun ad, soy ad və ata adını elan edib birbaşa istintaq hərəkətinə başlayırlar. Təqsirləndirilən şəxs isə heç bir təəccüb hissi olmadan, sanki əməliyyat müvəkkillərini tanıyırmış kimi və belədə olmalı imiş kimi əməliyyat müvəkkilərinin hərəkətlərinə qarşı heç bir reaksiya vermir. Göstərilən sübutlar məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair cinayət işinin materiallarına əlavə edilmiş video görüntü və buna dair protokol, təqdim olunmuş əşyaya dair protokol və video görüntü mötəbər sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs izahatında və şübhəli şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilmişdir. Məhkəmə həmin sübutlara qiymət verərkən qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı təzyiq və təsirlərə məruz qaldığı üçün həmin ifadələri verdiyini bildirmişdir. Həmçinin üzərində xəsarət olduğu halda həmin xəsarət qeydə alınmamış və haqsızlığa dözə bilmədiyi üçün özünü asaraq öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi Bakı İsitntaq Təcridxanasından verilmiş Tibbi arayışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şimməd oğlu xx.xx.2025-ci il tarixdə Bakı İsitntaq Təcridxanasına daxil olmuşdur. Bədəninə baxış keçirilən zaman hər iki yuxarı ətrafda çoxsaylı köhnə çapıq toxumaları aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nın müvəqqəti saxlama yerində olarkən istintaqın gedişinə etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirmişdir. Bədəninə baxış keçirilərkən boyun nahiyyəsində stranqulyasion şırımı aşkar edilmişdir. Həmçinin müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilərkən hakim təqsirləndirilən şəxsin məhkəmə iclasında ağlamasını onun təzyiq və təsirə qalması ilə əlaqədar şübhəli hal kimi dəyərləndirmiş və bu barədə Abşeron Rayon Prokuroruna məlumat göndərmişdir. Həmçinin "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş CD diskə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə məxsus telefon nömrəsindən onun anten məlumatları əldə edilməmişdən əvvəl valideynlərinin yaşadığı ünvana aid olan ***-***-**-** nömrə kimi təqdim etdiyi şəhər telefon nömrəsinə 01.02.25-ci il tarixdə 07:06:58, 09:05:23, 09:07:45, 13:01:35, 13:20:51, 13:47:18, 14:13:36 və 15:00:54 saatlarında zənglər olunaraq danışıq aparılmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası X3 xx.xx.2025-ci il tarixdə səhər saatlarında oğlunun saxlanılması barədə polisdən zəng gəldiyini və Boltdan taksi sifariş verərək Abşeron RPİ-yə getdiyini bildirmişdir. Məhkəmənin müvafiq qərarına əsasən “Bolt AZ” dan verilmiş məlumatdan müəyyən olunur ki, həqiqətəndə şahidin göstərdiyi ***-***-**-** nömrəsindən 01.02.25-ci il tarixdə təqsirləndirilən şəxsin qeydiyyatda olduğu ünvan ilə eyni olan (Mədən 2 küçəsi, Binəqədi, Bakı) ünvandan qeyd olunan tarixdə saat 07:33-də Abşeron Rayon Polis İdarəsinə gediş üçün taksi sifariş verilmiş və uğurlu gediş qeydə alınmışdır. Bundan başqa cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, təqsiləndirilən şəxs sübhəli şəxs qismində verdiyi ifadəsindən sonra, barəsində aparılan heç bir istintaq hərəkətinə etiraz əlaməti olaraq imza atmamışdır. Qeyd olunanlara əsasən məhəkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin psixoloji təsirə məruz qalaraq həmin etirafedici ifadələri verməsi ağlabatandır. Ona görə də həmin sübutlar sübutlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, təqsirləndirilən şəxs X2 işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahidin ifadəsi ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda araşdırılmış polis əməkdaşlarının vermiş olduqları ifadələri, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan halları əsas götürülməklə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X12rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X10rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübutun (01 ədəd şəffav sellofan bükülünün içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə çəkisi 4,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd qara rəngli sellofan bükümdə çəkisi 1,702 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin) onun barəsində olan iş üzrə ittiham hökmünün çıxarılması üçün (polis əməkdaşlarını şahid ifadələrinin və Təqsirləndirilən şəxs izahatının və şübhəli şəxs qismində etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir və CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin və psixotrop maddə metanfetamin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin və psixotorp maddənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə heroin və psixotorp maddə metanfetamin olmasını təsdiq edən sübut növü rolunu oynayır. Həmçinin digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə əlaqədar narkoloji ekspertizanın rəyi təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bir sübut olsa da həmin rəy, şəxsin əməli mötəbər sübutlara əsasən öz təsdiqini tapdığı zaman digər sübutlarla qarşılıqlı şəkildə dəyərləndirilməklə sübut növü kimi qiymətləndirilə bilər. Hazırki vəziyyətdə sözü gedən sübut yalnız təqsirləndirilən şəxsin barəsində olan faktı təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Qanunun 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu səbəbə görə ittiham hökmü təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir (CPM-nin 351.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 63-cü maddəsinə əsaslanan CPM-nin 21-ci maddəsinin İ hissəsi təqsirsizlik prezumpsiyasını cinayət mühakimə icraatının əsas prinsip və şərtlərindən biri kimi təsbit etmişdir. 21.2-ci maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin mahiyyəti və tələbi ondan ibarətdir ki, cinayətin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə bəraət hökmü şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 125.3.-cü maddəsinə müvafiq olaraq Cinayət- Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Məhkəmə şahid ifadələrini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini və Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara dair formalaşdırılan presedent hüququnu, yuxarıda istinad olunan Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlarda Avropa Konvensiyasının 3-cü və 6-cı maddəsi ilə əlaqədar mövqeyini, eləcə də cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, məhkəmə baxışı zamanı təqsirliliyi sübuta yetirilmədiyindən sonuncuya bəraət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc ambarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 4,173 qram narkotik vasitə heroin və 1,652 qram psixotrop maddə metamfetamin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli, iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış 02 ədəd CD diskin cinayət işnin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 ( altmış beş) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 55.1, 344-347, 349, 350, 352-355, 356, 358, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş ekspertizadan sonra qalan 4,173 qram narkotik vasitə heroin və 1,652 qram psixotrop maddə metamfetamin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin, iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış 02 ədəd CD diskin cinayət işnin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunsun. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə ekspertizasına sərf olunmuş ümumilikdə 65 (altımış beş) manat məhkəmə məsrəfindən tam şəkildə azad edilsin və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-358/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-358/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver