Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-359/2023 04.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X3, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Azərbaycan, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2imi yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsədov X7 rayonu, Masazır kəndi, Faiq Həsənov küçəsi ev 9 ünvanında onunla birgə yaşayan bacısı Zərərçəkmiş şəxs mütəmadi olaraq evə gec gəlməsi, xx.xx.2022-ci il tarixdə axşam radələrində bacısının yenidən evdən çıxıb gecə olmasına baxmayaraq evə qayıtmaması, sonuncu ilə mobil telefon vasitəsilə əlaqə yaradıb tez evə gəlməsini bildirməsinə cavab olaraq Zərərçəkmiş şəxs onun iradlarına məhəl qoymaması səbəbindən sonuncunun yüngül həyat tərzi keçirib başqa kişilərlə pul qarşılığında intim münasibətdə olmasını ehtimal edərək bacısından bu hərəkətlərinə görə qisas alıb qəsdən öldürmək qərarına gəlib evin yataq otağının çarpayısının altından ümumi uzunluğu 205 mm olan, tiyəsi gümüşü, dəstəyi qırmızı rəngli, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, açılıb-qatlanan tipli, kəsici- deşici xassəyə malik soyuq silah hesab olunmayan cib bıçağını götürmüş, xx.xx.2022-ci il tarixdə gecə 01 radələrində evdən çıxıb evin yaxınlığında dayanaraq Zərərçəkmiş şəxs evə gəlməsini gözləmiş, həmin gün gecə 02 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan “Nissan Tida” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğlu, xx.xx.2015-ci il təvəllüdlü Şahid3 ilə birgə düşməsini görüb bacısına yaxınlaşaraq yaşadıqları evin həyətinə giriş darvazasının qarşısında azyaşlı uşağının gözü önündə əməli ilə həm Şahid3, həm də Zərərçəkmiş şəxs xüsusi əzab və iztirab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla sonuncunun bədənin müxtəlif nahiyələrindən bıçaqla zərbələr vurub Zərərçəkmiş şəxs döş qəfəsinin daxilə nüfuz edərək sol ağciyəri, ağciyər arteriyasını, ürək kisəsini və qaraciyəri zədələyən deşilmiş- kəsilmiş yaraların törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan döş qəfəsinin ön səthinin sol yarısının 01 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yan səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası kimi canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan, sağlamlığa AĞİR zərərvurmaya aid, həmçinin döş qəfəsinin Ön səthinin sol yarısının 01 ədəd deşilmiş-kəsilmiş yarası, sağ kürəküstü nahiyənin 01 ədəd deşilmiş-kəsilmiş yarası, sağ diz oynağı nahiyəsinin ön səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası, sağ diz oynağının nahiyəsinin arxa səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası, sol səidin orta 1/3nin arxa səthini dəlib keçən 01 ədəd deşilmiş-kəsilmiş yarası, başın sol alın və qaş nahiyələrinin 01 ədəd kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcələrinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid, habelə sağ kürək nahiyəsinin 01 ədəd qançır və sıyrığı, başın sol gicgah və alın nahiyəsinin 02 ədəd qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü axşam saatlarında evdə olmuş, anasından bacısının harda olmasını soruşmuş, anası isə bacısının qaynanasının evinə getdiyini bildirmişdir. Hava yağışlı olduğundan bacısına zəng edərək avtoqəza etməməsi üçün gəlməməsini demək istəmiş, lakin iki dəfə zəng eləmiş, bacısı zəngə cavab verməmiş, üçüncü dəfə zəng edəndə cavab vermişdir. Bacısının hamam otağında olmasını bilmiş və bacısı ona qaynanasıgildə olduğunu bildirmişdir. O, bacısına gəlməməsini, orada qalmasını və həyəti göstərməsini bildirmişdir. Bir neçə dəfə demiş, lakin bacısı həyəti göstərməmişdir. Əvvəlllər də bacısının kim iləsə danışdığından şübhələnmişdir. Neçə bıçaq zərbəsi vurduğunu xatırlamamışdır. Bacısı uşağı ilə birgə maşından düşmüş, bacısını öldürmək istəyəndə uşağının onu görməsini istəməmiş və buna görə də uşağı özü darvazadan içəri salmış, daha sonra çölə çıxıb-çıxmadığını bilməmişdir. Hadisə yerində başqa heç kim olmamış, anası qışqırıq səsinə çölə çıxmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, subaydır, əvvəllər avtoyuma məntəqəsində işləmiş, sonra fəhləliklə, son olaraq sürücülük fəaliyyəti ilə məşğul olmuş, təxminən son 10 gün idi ki, işsiz olmuşdur. ünvan 3 ünvanında yerləşən həyət evində anası Şahid1, atası Tofiq Əsədov, bacıları Şahid2 və Zərərçəkmiş şəxs, habelə sonuncunun 7 yaşlı oğlu Rza ilə birlikdə yaşamışdır. Xalidə onun böyük bacısı olmuş, sonuncu ilə münasibəti əvvəllər yaxşı olmuş, hər hansı ədavət və münaqişələri olmamışdır. Xalidə 8 il əvvəl Lənkəran rayonu, Səpnəkəran kənd sakini X4 adlı şəxslə ailə həyatı qurmuş, bu nikahdan onların Rza adlı bir övladı olmuşdur. Xalidə ilə Qulam evləndikdən sonra təxminən 3 ay müddətində Qulamın anasının Abşeron rayonu, Digah kəndində yerləşən evində yaşamış, sonradan Qulam anası ilə yola getmədiyi üçün Xalidə ilə birgə yaşadığı evə köçmüşlər. Təxminən bir neçə il onlar rəsmi qaydada boşanmış, həmin vaxtdan Xalidə oğlu Rza ilə birlikdə həmin evdə yaşamışdır. Boşandıqdan sonra Qulam İşləmək üçün Rusiya Federasiyasına getmiş, ayrılmalarına baxmayaraq Qulam Xalidəyə maddi cəhətdən köməklik etmiş və oradan bacısı Xalidəyə pul göndərmişdir. Bacısı həmin pulları yığıb boşandıqdan təxminən 1 il sonra özünə “Nissan Tida” markalı avtomobil almışdır. Bacısı Xalidə təxminən 6-7 ay əvvəldən Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən “Xəzinə Palas" şadlıq evinin yaxınlığında yerləşən adını xatırlamadığı gözəllik salonunda işləmişdir. xx.xx.2022-ci il tarixdə axşam radələrində yaşadığı evə gəldikdə bacısı Xalidənin və oğlu Rzanın evdə olmadığını görüb, anasından bacısının harada olmasını soruşmuş, anası ona Xalidə ilə Rzanın Xalidənin qayınanasıgildə olduğunu demişdir. O isə anasına “Lap yaxşı, yağış yağır, Xalidəyə de gəlməsin, bu havada maşın sürüb evə qayıtmasın, qalsın qayınanasıgildə, sabah gələr” demişdir. Bundan sonra anasının telefonunu götürüb, şəkillərə baxmağa başlamış, bu vaxt şəkillərin içərisində Xalidənin oğlu Rzanın şəklini görmüşdür. Şəkildə Rzanın divanda oturduğunu, həmçinin divanın başında kişi qolu olmasını sezmişdir. Rzanın yanındakı kişinin şəkildə düşməsin deyə şəklin kəsildiyini düşünmüşdür. Anasından şəkildə qolu düşən şəxsin kim olduğunu, şəklin harada çəkildiyini soruşduqda anası əvvəlcə cavab verməmiş, sonradan “Bilmirəm" deyə cavab vermişdir. Lakin anasının bu barədə bildiyi nə isə var, sadəcə danışmaq istəmir deyə düşünmüşdür. Mobil telefonunu götürüb "whatsapp" tətbiqində bacısı Xalidəyə bir neçə dəfə zəng etsə də, sonuncu zənglərə cavab verməmişdir. Daha sonra anası Xalidəyə zəng edib sonuncunu evə çağırmış, həmin vaxt atası da Xalidə ilə danışıb sonuncudan evə gəlməsini istəmişdir. Bundan sonra o. Xalidəyə video zəng etmiş və sonuncu zəngə cavab vermişdir. Videozənglə danışarkən Xaiidəyə artıq gec olduğunu və evə tez gəlməsini bildirmiş, sonuncu isə buna məhəl qoymamış və qayınanasıgildə olduğunu bildirmişdir. Sanki Xalidə hamam otağında olmuş, bu səbəbdən sonuncudan qayınanasıgildə olmasına əmin olması üçün onların həyətini göstərməsini istəmiş, lakin Xalidə bunu etməmiş, Bundan əsəbləşərək Xaiidəyə tez evə gəlməsini bildirmiş, lakin sonuncu zəngi sonlandırmtşdır. Bundan sonra Xaiidəyə bir neçə dəfə zəng etsə də, Xalidə zənglərə cavab verməmişdir. Bacısına sonuncu dəfə xx.xx.2022-ci il saat təxminən 01-02 radələrində zəng etmiş, lakin zəngə cavab verilməmişdir. Ümumiyyətlə, hələ təxminən 3 il bundan əvvəl yaşadığı evdə olduğu vaxt bacısı Xalidənin mobil telefonla tanımadığı bir kişi ilə danışdığını bilib sonuncuya onu və atasını camaat içində biabır etməməyi məsləhət görmüşdür. Həmin vaxtdan sonra bacısı Xalidənin kiminləsə mobil telefon vasitəsilə danışdığını görməmişdir. Çünki o, səhər evdən çıxıb işlə əlaqədar çox vaxt gec saatlarda evə qayıtmış və bacısı ilə çox ünsiyyəti olmamışdır Yalnız hadisədən təxminən 3-4 gün əvvəl gecə 04 radələrində yaşadığı evə gəldikdə bacısı Xalidənin öz yataq otağında hansısa kişi ilə mobil telefonla danışdığını başa düşmüş, həmin vaxt bacısına heçnə deməyib, yatacağı otağa keçmiş, lakin əsəbləşmişdir. Bacısı Xalidə avtomobilinin kreditini ödəmiş, öz xərclərini qarşılamış və bahalı paltarlar almışdır. Xalidə gözəllik salonunda işləyərək əldə etdiyi pulla bunları etməsi real olmamışdır. Bacısının kimləsə pul qarşılığında görüşüb cinsi əlaqədə olmasını görməsə və eşitməsə də, Xalidənin həyat tərzi və davranışları sonuncunun başqa kişilərlə görüşməsindən xəbər vermişdir. Belə ki, Xalidə evə əvvəllər arabir gec gəlmiş, bəzi vaxtlarda Xalidə işdə olduğunu və işinin uzandığını deyib ondan və valideynlərindən icazə alaraq evə gecikmişdir. Son zamanlar isə, ümumiyyətlə, Xalidə evə gec gəlməsini əsaslandırmamış, onun bu barədə iradlarına əhəmiyyət verməmiş və onu vecinə almamışdır. Xalidənin işi ilə əlaqədar evə gec gəlməsi onda şübhə yaratmış, Xalidənin ondan və ailəsindən gizlətdiyi nələrsə var deyə düşünmüşdür. Bütün bu nüanslar onda Xalidənin müxtəlif kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olması şübhələrini artırmış, beləcə bacısı Xalidəni öldürmək niyyətini yaratmış, sonuncunu görən kimi bu hərəkətlərinə görə onu öldürməyi tam qərarlaşdırmışdır. Bundan sonra yaşadığı evdə çarpayısının altına qoyduğu dəstəyi qırmızı, tiyəsi gümüşü rəngli, xaç formalı açılıbqatlanan bıçağı götürüb əynindəki gödəkçənin cibinə qoymuşdur. Bacısı ilə son dəfə danışdıqda evə gələcəyini dediyi üçün anasına “1 saata gələcəm, işim var" deyib evdən çıxmışdır. Bundan sonra yaşadığı evin arxasında dayanıb bacısı Xalidəni qətlə yetirmək üçün gəlməsini gözləmişdir. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra bacısının avtomobilinin həyətə giriş darvazasının qarşısında dayandığını görüb avtomobilə yaxınlaşmış, avtomobildə Xalidədən başqa bacısı oğlu Rza da olmuşdur. X17 ilə birgə avtomobildən düşdükdən sonra o, Rzanın baş verəcək hadisəni görməməsi məqsədilə darvazadan içəri, yəni həyətə girsin deyə Rzanın üstünə qışqırmışdır. Bacısından bir neçə dəfə haradan gəldiyini soruşmuş, lakin sonuncu ona cavab verməmişdir. Bundan sonra əynindəki gödəkçənin cibindən çıxararaq sağ əlində tutduğu bıçaqla bacısı Xalidənin bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuş və sonuncu "Ay mama, ay mama" deyə qışqırmağa başlamışdır. Zərbələrin təsirindən bacısı Xalidə maşınla darvaza arasında qalan ensiz yerə yıxılmış və o, əyilib Xalidəyə bir neçə bıçaq zərbəsi daha vurmuşdur. Lakin Xaiidəyə konkret neçə bıçaq zərbəsi vurmasını, zərbələrin Xalidənin hansı nahiyələrindən dəyməsini hadisənin təsirindən xatırlamamışdır. Lakin bundan sonra bacısını bıçaqlayarkən Rzanın orada olmasını, bu hadisəni görməsini hadisənin təsirindən və şokundan tam xatırlamamışdır, ilkin ifadələrində hadisənin Rzanın gözü önündə baş verməsini, hadisə zamanı sonuncunun avtomobildən yerə düşməsini və Xalidənin onun tərəfindən bıçaqlandığını görüb Rzanın ağlaya-ağlaya qışqırmasını vurğulamış, lakin əslində belə bildirmək istəməmiş, sadəcə olaraq hadisənin psixoloji təsiri ilə əlaqədar yəqin ki, sualı tam başa düşmədən belə cavab vermişdir. Xalidənin qışqırıq səslərinə anası Yeganə çölə çıxmış, dərhal üzü yoxuşa doğru qaçaraq oradan uzaqlaşmış və yaşadığı evdən təxminən 250-300 metr aralıda Masazırda yerləşən “Göyçə" hotellə köhnə “Romi" hotel arasındakı yolun yuxarısında olan boş peyinlik ərazidə bıçağı tullamışdır. Daha sonra istifasində olan ***-***-**-** saylı mobil nömrə ilə tanışı olan taksi sürücüsü Şahid5 zəng etmiş, lakin telefonunda kontur olmadığından zəng getməmişdir. Zəng edə bilmək üçün Masazırda yaşayan dayısı Şahid4 yaşadığı evə getmiş, həyətə giriş darvazasından içəri girib dayısı Kamranı səsləmişdir. Həmin vaxt dayısı yatmış, səsə oyanmışdır. Dayısı ondan nə baş verdiyini soruşduqda sonuncuya yalandan “Atamla mübahisə etmişəm, atam məni evdən qovub, konturum yoxdur, telefonunu ver tanışıma zəng edim, gəlib məni şəhərə aparsın" demişdir. Dayısı isə ona “Dəlisən, atanla niyə mübahisə edirsən ki” deyib, mobil telefonunu ona vermişdir. O da Sahibə zəng edib sonuncuya da yalandan “Atamla mübahisə etmişəm, atam məni evdən qovub, pulumparam yoxdur, gəl Masazırda qəbiristanlığın yanına, məni Qaraçuxura apar” demişdir. Sahibi 4-5 ildir ki, tanımış, hər ikisi taksi sürücüsü işlədiyindən münasibətləri olmuşdur. Bundan sonra dayısıgildən çıxıb Masazırdakı qəbiristanlığa getmiş, təxminən 30 dəqiqə gözlədikdən sonra Sahib gəlmiş və o sonuncunun “Changan” markalı avtomobilinə əyləşmişdir. Yolda olduğu vaxt yenə də Sahibə atası ilə dalaşdığını və atasının onu evdən qovduğunu demiş, hadisə barəsində məlumat verməmişdir. Səhərə qədər yata bilməmiş, öz-özünə "Nə vaxtadək gizlənəcəm ki?” deyib təslim olmaq qərarına gəlmişdir. "20 Yanvar" metrosu istiqamətində Sahib onu maşınla götürən zaman artıq sonuncu onun bacısı Xalidəni öldürdüyünü bilmiş, çünki bu barədə dayısı Kamran Sahibə demişmişdir. Sahib ona təslim olmağını bildirdikdə, o, onsuz da təslim olacağını deyib, avtomobili Abşeron rayon polis idarəsinə sürməyimi istəmişdir. Saat təxminən 13 radələrində Abşeron rayon polis idarəsinə gedib təslim olmuş və polis əməkdaşlarına bacısını öldürdüyünü bildirib cinayətin aləti olan bıçağı tulladığı yeri göstərmişdir. Törətdiyi əməldən peşman olmamışdır. (cild 1, iş vərəqə 52-58; cild 2, iş vərəqə 21-23, 51-54) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Əvəllər oğlu Nicat ilə qızı Xalidənin münasibəti yaxşı olmuş, bir-birilərini çox istəmişlər. Oğlu Nicat əvvəllər avtoyuma məntəqəsində işləmiş, sonra taksi fəaliyyəti ilə məşğul olmuş, hadisədən əvvəlki son günlər isə işləməmişdir. Qızı Xalidə isə gözəllik salonunda işləmişdir. Xalidə təxminən 8 il əvvəl Qulam adlı şəxs ilə ailə həyatı qurmuş, bu nikahdan onların Rza adlı övladları dünyaya gəlmiş, sonra onlar boşanmış, Xalidə isə onların yaşadığı evə oğlu ilə köçmüşdür. X10 münasibətləri kəsilməmiş, əksinə bir müddət sonra onlar barışmışlar. Belə ki, Qulam hər ay Xalidəyə dolanışıq xərcləri üçün müxtəlif məbləğlərdə pul vəsaiti göndərmişdir. Xalidə Qulamın göndərdiyi pulları yığaraq özünə avtomobil almışdır. Xalidənin şəxsi həyatına gəldikdə isə, bildiyi qədəri ilə Xalidənin hər hansı başqa kişi ilə şəxsi münasibəti olmamışdır. Nicat evə gec gəldiyinə görə Xalidəyə iradlar bildirmişdir. Nicat əsəbi biri olmuş, hətta bununla bağlı hərbi xidmətdə olarkən hərbi hospitalda da 9 ay müalicə almışdır. Nicat son zamanlar ailə üzvləri ilə tez- tez mübahisə yaratmış, qızlarının hər işinə qarışmış, sözlə dava-dalaş etmişdir. Hadisə günündən 1 gün əvvəl Xalidə qaynanasının yaşadığı evə gedəcəyini bildirmiş və evdən çıxmışdır. Nicat Xalidə niyə qayınanasıgilin evinə gedir, niyə evə gec gəlir kimi ifadələr işlətmişdir. Yeganə artıq Nicatın evdə səs-küy saldığını görüb Xalidəyə zəng edərək evə gəlməsini bildirmiş, Xalidə isə Nicatın əlindən bezdiyini, belə getsə, qayınansıgildə qalacağını bidirmişdir. Bunun ardınca Nicat Xalidəyə “WhatsApp" sosial şəbəkəsi vasitəsilə görüntülü zəng etmiş, tez evə gəlməsini bildirmiş, Xalidə isə əsəbi-əsəbi evə gəlməyəcəyini demişdir. Hadisə vaxtı çöldən səs-küy eşitmişlər, arvadı çölə qaçmış, nəvəsi isə qışqıra-qışqıra içəri gəlmiş və dayısı ilə anasının dalaşdığını bildirmişdir. Çölə çıxanda qızının bıçaqlandığını görmüşdür. 7-8 dəqiqə sonra təcili tibbi yardım gəlmiş, arvadı qızını təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışdır. Oğlunu bağışlamışdır, şikayəti yoxdur. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Nicat və Xalidənin dayısıdır. xx.xx.2022-ci il tarixdə gecə radələrində evdə olmuş, saat gecə 2 radələrində həyət qapısı döyülmüş, həmin zaman evdə yatmışdır. Çölə çıxmış və qapını döyənin Nicat olduğunu görmüşdür. Nicatdan nə üçün gecə vaxtı bura gəldiyini soruşduqda Nicat ona heç bir cavab vermədən telefonunu istəmişdir. O, Nicata telefonunu vermiş və Nicat Sahib adlı dostuna zəng edərək onu maşınla göürməsini bildirmişdir. Nicat çox həyəcanlı davrandığından və danışdığından o, Nicatın nə isə etdiyindən şübhələnmiş, Nicatdan nə baş verdiyini soruşmuş, Nicat isə ona dalaşdığını bildirmişdir. Daha sonra Nicat getmişdir. Səhəri gün hadisədən xəbəri olmuşdur. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Əsədova X8 Yeganə Ariz qızı ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında əri Tofiq, oğlu Nicat, qızları Nazənin, Xalidə və sonuncunun oğlu 7 yaşlı Rza ilə bir yerdə qalmışdır. X16 bazarında fəhləlik etmişdir. Özü əvvəllər dayəliklə məşğul olmuş, yəni şəxsi evlərdə körpə və azyaşlı uşaqlara qulluq etmişdir. Oğlu Nicat əvvəllər avtoyuma məntəqəsində işləmiş, sürücü kimi fəaliyyət göstərmişdir. Mərhum qızı Xalidə isə Xırdalanın köhnə mərkəzi bazarının ətrafında yerləşən “Xatun" adlı gözəllik salonunda işləmişdir. Xalidə təxminən 8 il əvvəl Lənkəran rayon sakini X9 ilə ailə həyatı qurmuş, bu nikahdan onların Rza adlı övladları dünyaya gəlmiş, sonra onlar boşanmış, Xalidə isə hazırda yaşadığı evə oğlu ilə köçmüşdür. X10 münasibətləri kəsilməmiş, əksinə bir müddət sonra onlar barışmışlar. Belə ki, Qulam hər ay Xalidəyə dolanışıq xərcləri üçün müxtəlif məbləğlərdə pul vəsaiti göndərmişdir. Xalidə Qulamın göndərdiyi pulları yığaraq 2021-ci ilin dekabr ayında kreditlə "Nissan Tida" markalı avtomobil almışdır. Həmin avtomobil üçün 5000 AZN ilkin ödəniş etmiş, 24 ay aylıq 560 AZN olmaqla kredit götürmüşdür. Xalidə həmin kredit ödənişlərini həm Qulamın göndərdiyi, həm də özünün işləyib qazandığı pullarla ödəmişdir. Xalidənin şəxsi həyatına gəldikdə isə, bildiyi qədərilə Xalidənin hər hansı başqa kişi ilə şəxsi və intim münasibətləri olmamışdır. Nicat isə əvvəllər avtoyuma məntəqəsində günəmuzd işləmiş, sonra müxtəlif şəxslərdən günlük kirayə kimi avtomobil götürmüş və taksi fəaliyyəti ilə məşğul olmuş, lakin Nicat son 2 ay içində avtomobillə yüngül qəzalar etmişdir. Son 15 gün idi ki, Nicat heç bir yerdə işləməmiş, ancaq ailə üzvlərindən pul istəmiş, pul vermədikdə daim onlarla mübahisə yaratmış, habelə evə gec gəlmədiyinə görə Xalidəyə iradlar bildirmişdir. Nicat əsəbi biri olmuş, hətta bununla bağlı hərbi xidmətdə olarkən hərbi hospitalda da 9 ay müalicə almışdır. Nicat son zamanlar ailə üzvləri ilə tez- tez mübahisə yaratmış, bacılarının hər işinə qarışmış, sözlə dava-dalaş etmişdir. Hadisə günündən 1 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə o, qızları Nazənin, Xalidə və nəvəsi Rza bacısı Elnarənin evinə ziyarət məqsədilə getmişdir. Axşam saat 8 radələrində Xalidə onları evə qoymuş, özü isə oğlu Rza ilə birgə gəzintiyə, oradan da qayınanası X2 yaşadığı evə gedəcəyini bildirmiş və evdən çıxmışdır. Həmin zaman o və Nicat evdə olmuşdur. Nicat biraz sonra ona “Mənə 1000 AZN pul ver, üstünü düzəldim, gedim maşın alım" demiş, sonuncu isə o qədər pulunun olmadığını bildirmiş, lakin Nicat başa düşməmişdir. Bundan sonra Nicat digər qızı Nazənin ilə də dava-dalaş etmiş, hətta vurmaq istədikdə atası və o icazə verməmişdir. Axırda Nicat “Xalidə niyə qayınanasıgilin evinə gedir, niyə evə gec gəlir və s." kimi ifadələr işlətmişdir. O artıq Nicatın evdə səs-küy saldığını görüb xx.xx.2022-ci il tarixdə gecə saat 00:00-01:00 arası Xalidəyə "WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng etmişdir. Danışıq zamanı Xalidəyə "Evə gəl Xalidə, qardaşın sənin üçün darıxıb, səni görmək istəyir" demişdir. Xalidə isə “Mən gəlmirəm, belə getsə, qayınanamgildə qalacam, bezmişəm Nicatın əlindən” deyə cavab vermişdir. Bunun ardınca Nicat Xalidəyə “WhatsApp" sosial şəbəkəsi vasitəsilə görüntülü zəng etmiş, sonuncuya tez evə gəlməsini bildirmiş, Xalidə isə əsəbi-əsəbi evə gəlməyəcəyini demişdir. Görüntülü danışıqdan təxminən 20 dəqiqə sonra Nicat onlara “1 saatlıq işim var, gələcəm" deyib evdən çıxmış, lakin Nicatın hara getdiyini bilməmişdir. Bundan təxminən 30 dəqiqə sonra, yəni gecə 02 radələrində həyətin giriş darvazasının qarşısında qışqırıq səsləri eşitmiş, tez çölə çıxmış və Xalidənin düz qapının ağzında yerə uzandığını görmüşdür. Həmin zaman Nicat Xalidənin üstündə olmuş, sanki Nicat Xalidənin yaxasından tutub nə İsə etmişdir. Tez Nicatın köynəyindən tutub qaldırmış və dərhal Nicat hadisə yerindən qaçmışdır. Həmin zaman Xalidənin avtomobili düz qapının çölündə olmuş, Rza da avtomobilin yanında dayanmış, sonuncu da qışqırmış və hadisə Rzanın gözləri önündə baş vermişdir. Nicatın Xalidəyə bıçaq xəsarətləri yetirməsini konkret olaraq görməsə də, Nicat qaçıb getdikdən sonra Xalidəni sürüyüb evin həyətinə gətirdikdə sonuncunun üzərində bıçaq xəsarətləri olduğunu görmüş və Nicat Xalidənin üzərində olarkən sonuncunu bıçaqladığınt başa düşmüşdür. Xalidə Nicatın ümumi iradlarına məhəl qoymadığı, məsələn “Hara gedirsən?”,"Kimlə görüşürsən?” kimi suallarına cavab vermədiyi üçün Nicat əsəbləşmiş, sonuncu bunu üzdə göstərməməyə çalışmış, elə hadisə günü də Nicat Xalidənin evə gec gəlməyinə iradlar bildirmiş, Xalidə də məhəl qoymamış, Nicat da belə olduqda Xalidə ilə bağlı ağlına xoşagəlməz fikirlər gəlmiş, elə Nicatın Xalidəni buna görə öldürdüyünü düşünmüşdür.( cild 1, iş vərəqə 134-140) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində anası Şahid1 Ariz qızı ilə oxşar məzmunluifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.(cild 1, iş vərəqə 195-200) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Masazırda yerləşən 4 nömrəli məktəbin 1-ci sinfində rus sektorunda oxumuşdur. Anası Xalidə gözəllik salonunda işləmiş, atası ilə anası ayrılmış, atası Qulam RF-na getmişdir. Sonradan atası ilə anası barışmış və bir-birləri ilə telefon vasitəsilə danışmışdır. Dayısı ilə anası arasında əvvəllər mübahisə, dava-dalaş olmasını eşitməmiş və görməmişdir. xx.xx.2022-ci il tarixdə saat axşam 7-8 radələrində anası Xalidə onu özünə məxsus maşınla “Ağ şəhər bulvarı” adlı əraziyə gəzməyə aparmışdır. Təxminən 2 saat ərzində anası ilə həmin ərazidə gəzmiş, skuter sürmüş, başqa oyunlar oynamışdır. Anası gəzintidən sonra digər nənəsigilə gedəcəyini ona demişdir. Təxminən axşam 11-də bulvarda olarkən dayısı Nicat anasına zəng etmişdir. Onların nə danışdığını bilməmiş, lakin anasının əsəbi-əsəbi danışdığını və dayısı ilə anasının dilləşdiyini görmüşdür. Bu danışıq yekunlaşdıqdan sonra anası ona evə qayıdacaqlarını bildirmişdir. Bundan bir müddət sonra maşınla yaşadığı evə çatmış, həm anası, həm də o, maşından düşmüşdür. Elə bir neçə saniyə keçmiş dayısı Nicat evin yanındakı aradan qəfil çıxmış və anasına tərəf yaxınlaşmışdır. Anası həmin zaman darvaza ilə divarın arasında, dayısı isə anasının qarşısında olmuşdur. O isə bir neçə metr arxada, maşının yanında dayanmışdır. Dayısı anasını görən kimi anasını yerə yıxıb döyməyə başlamışdır. Bu təxminən 1-2 dəqiqə baş vermiş, sonra anasının başı divara dəymiş və divarda qan görmüş, həmin zaman qışqırmağa və ağlamağa başlamışdır. Hava qaranlıq olduğundan dayısının əlində bıçaq görməmişdir. Dərhal nənəsi həyətin qapısını açmış, nənəsi dayısının üstünə cumaraq anasının üstündən yuxarı çəkmiş, dayısı da dərhal oradan qaçıb uzaqlaşmışdır. Bundan sonra nənəsi anasını həyətə aparmış, sonra isə anası xəstəxanaya gətirilmişdir. Dayısı Nicat anası Xalidəyə xəsarətlər yetirərkən onun bu hadisənin şahidi olduğunu görmüş və dayısı anasını onun gözünün qabağında vurmuşdur. ( cild 1, iş vərəqə 183-187) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4 ilə yaxındır ki, tanımış, sonuncu əvvəllər Abşeron rayonu, Masazır kəndində yerləşən avtoyuma məntəqəsində işləmiş, avtomobilini həmin məntəqədə təmizlətdirərkən Nicatla tanış olmuşdur. Nicatla demək olar ki, hər həftə görüşüb söhbətləşmiş, yəni sonuncu ilə xoş münasibətləri olmuşdur. Nicatın atası Tofiqi 1- 2 dəfə Nicatı yaşadığı evə apararkən görmüş və salam-sağolu olmuşdur. Nicatın anası və bacılarını isə tanımamış və görməmişdir. Həmçinin Nicat özü də ailə üzvləri haqqında ona nə isə deməmişdir. Təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl, yəni 24 sentyabr 2022-ci il tarixdə görmüş, sonuncu çox sakit və təmkinli olmuş, ailəsi ilə bağlı heç bir söz deməmişdir. Nicatın bacısı ilə olan münasibətləri, bacısının həyat tərzi, sonuncu ilə mübahisə və ya dava-dalaşı haqqında da onun məlumatı olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə gecə radələrində yaşadığı evdə yatmışdır. Təxminən gecə saat 02 radələrində Nicat dayısına məxsus, tanımadığı nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək atası ilə evdə mübahisə etdiyini demişdir. Bunun ardınca Nicat ondan sonuncunu dayısıgilin məhəlləsindən götürüb bir gecəlik gəlib onun evində qalmasını xahiş etmişdir. O da Nicatın pis vəziyyətdə olduğunu görüb gecə 03 radələrində yaşadığı evdən çıxaraq “Changan” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 4 ünvanı bilmədiyi məkandan Nicatı götürmüşdür. Nicatdan nə baş verdiyini soruşduqda sonuncu yenə də atası ilə mübahisə etdiyini təkrarlamışdır. 15-20 dəqiqə sonra evə çatmış, maşını həyətdə saxlamış və Nicata evə keçib yatmağı təklif etmişdir. Lakin sonuncu evə girmək istəməyərək maşında yatacağını demişdir. Səhər 06 radələrində onun istifadəsində olan ***-***-**-** nömrəsinə Nicatın dayısı Kamranın hal-hazırda xatırlamadığı mobil nömrəsindən zəng gəlmişdir. Nicatın dayısı Kamran ona "Nicat öz doğma bacısını bıçaqla vurub öldürüb, əgər Nicatın yerini bilirsənsə, onu polisə təslim elə” demişdir. O da bu xəbərdən şoka düşmüş və dərhal telefonu söndürmüşdür. Evdən bayıra çıxmış, Nicatı tərpədib oyatmış və Nicata artıq hadisə barəsində məlumatının olduğunu bildirmişdir. Nicat özü də bacısını öldürdüyünü etiraf etmiş və Abşeron rayon polis idarəsinə gedərək təslim olacağını bildirmişdir. O da bu məqsədlə Nicatı Abşeron Rayon Polis İdarəsinə gətirmişdir. Nicatı avtomobillə dayısı Kamran adlı şəxsin evindən götürərkən Nicat ona bacısı Zərərçəkmiş şəxs öldürməsi barədə hər hansı söz söyləməmişdir. (cild 1, iş vərəqə 63-66) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “ baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyani sahə olmuşdur. Həyətyani sahəyə giriş 01 ədəd qəhvəyi-yaşıl rəngli ikitaylı dəmir darvazadan olmuş, həyətin çöl hissəsində işıqlandırma olmamışdır. Giriş darvazasından içəri daxil olduqda kiçik ölçülü həyətyani sahə müşahidə edilmişdir. Baxış iştirakçısı X5 bildirmiş ki, xx.xx.2022-ci il tarixdə gecə 02 radələrində arvadı Şahid1 qızı Zərərçəkmiş şəxs hərəkətsiz bədənini həyətə doğru sürüklədiyini görmüş, sonuncunun üzərində bıçaq xəsarətləri müşahidə etmiş, Şahid1 ona oğlu Nicatın Xalidəni bıçaqladığını demiş, bundan sonra sonuncu Respublika Kliniki Xəstəxanasına aparılmışdır. Baxış zamanı X15 Əsədovanın sürüklənərək gətirildiyi yeri əyani olaraq göstərmişdir. Həyətyani sahəyə və giriş darvazasının qarşısına baxış keçirilmiş, lakin gecə vaxtı olduğundan qanabənzər ləkə və ya digər şübhəli hallar müəyyən edilməmişdir. Daha sonra fərdi yaşayış evinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir (cild 1, iş vərəqə 4-10) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi, evin həyətyani sahəsi və giriş darvazasının qarşısı olmuşdur. Yaşayış evi 1 mərtəbəli olmuş, xaricdən açıq yaşıl rəngli boya ilə rənglənmişdir. Yaşayış evinə qalxmaq üçün 3 pilləli beton pilləkandan istifadə edilmiş, qarşıda ağ plastik materialdan qapısı olan hamam, sağda isə qəhvəyi rəngli dəmirdən qapısı olan qonaq otağı müşahidə edilmişdir. Qonaq otağının girişindən sağda birinci otaq yataq otağı olmuş, baxış iştirakçısı Şahid1 deməsinə görə həmin otaq Xalidə, qızı Nazənin və Xalidənin oğlu Rzanın yatdığı otaq olmuşdur. Otaqda baxış zamanı üzərində qırmızı-ağ güllər olan 01 ədəd göy rəngli döşək üzü aşkar edilmiş, həmin döşək üzünün üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Baxış iştirakçısı Şahid1 bildirmiş ki, Zərərçəkmiş şəxs bıçaqlandıqdan sonra qanaxmasını dayandırmaq üçün həmin döşək üzünü sonuncunun bədəninə sıxmış və qanabənzər ləkələr də buna görə yaranmışdır. İş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla həmin döşək üzü götürülmüşdür. Qonaq otağının girişindən sağda 2-ci otaq da yataq otağı olmuş, həmin otaqda oğlu Nicat və əri Tofiq yatmışdır. Həmin otaqda iş üçün əhəmiyyət kəsb edən predmet olmamışdır. Qonaq otağının girişindən solda mətbəx və boş otaq yerləşmişdir. Yaşayış evinə baxış keçirildikdən sonra evin sahibəsi Şahid1 ilə birlikdə.həyətyani sahənin çölünə, ümumi yol istiqamətinə çıxılmışdır. Şahid1 bildirmiş ki, hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə gecə 02 radələrində çöldən səs-küy eşitdiyi üçün çölə çıxmış, Xalidə düz qapının ağzında sağ tərəfdə divara tərəf yerə uzanmış, Nicat onun üstündə olmuş, Xalidənin yaxasından tutub nə isə etmiş, tez Nicatın köynəyindən tutub qaldırmış, dərhal Nicat hadisə yerindən qaçmış və bundan sonra Xalidənin üzərinə baxdıqda Nicatın Xalidəni bıçaqladığını başa düşmüşdür. Şahid1 deməsinə görə həmin zaman Xalidənin avtomobili də düz qapının çölündə, qapıdan təxminən 1 metr məsafədə olmuş, Xalidənin oğlu Rza da avtomobilin yanında dayanmış, sonuncu da hadisəni görmüş və qışqırmışdır. Şahid1 Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı vəziyyətlərini, maşının olduğu və nəvəsi Rzanın dayandığı yerləri əyani olaraq baxış zamanı göstərmişdir. Daha sonra Şahid1 əli ilə divarda olan qanabənzər ləkələri göstərib bunun qızı Xalidəyə aid olmasını bildirmişdir. Həmin qanabənzər ləkə giriş darvazasına ön tərəfdən baxdıqda sağ istiqamətdə, yerdən 90 sm yuxarıda, kərpicin aşağı tərəfində yerləşmiş, qanabənzər ləkənin ölçüsü 3 sm x 0,5 sm olmuşdur. ( cild 1, iş vərəqə 119-129) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “meyitə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs əynində qara rəngli qısaqol uzun kofta (don), qırmızı zəncirbəndli gödəkçə (jaket formalı), qara rəngli şalvar (lasin formalı), qara rəngli üçbucaq formalı qadın alt tumanı və məmədan (büstqalter) otmuşdur. Meyitin hər 2 dirsək çuxurunda tibbi yapışdırıcı ilə fiksə olunmuş iynə olmuşdur. Meyit kafi qidalı olmuş, boyunun uzunluğu 157 sm olmuşdur. Meyitin bədən səthini əllə yoxladıqda soyumuşdur, dəri örtüyü solğun və ağarmışdır. Meyitin döş qəfəsinin ön və arxa səthlərində, qarın və boyun nahiyələrində, sol yuxarı ətrafında bəzi hissələr qırmızı rəngli qan və qan laxtaları ilə hopmuşdur. Meyitin gövdəsinin arxa səthində zəif intensivlikli, adaşəkilli göyümtül- bənövşəyi rəngli meyit ləkələri olmuşdur. Meyit ləkələrinə təzyiq etdikdə itmiş və 2 dəqiqə müddətinə bərpa olunmuşdur. Gözləri qapalı vəziyyətdə olmuş, bəbəkləri bərabər ölçüdə olub, 0,5 sm diametrində genişlənmişdir. Quzehli qişa qəhvəyi rəngdə olmuş, konyuktiva qişasında qansızmalar müşahidə olunmamışdır. Burun və üz skeleti sümükləri tam olmuş və əllədikdə patoloji hərəkətlilik hiss olunmamışdır. Qulaq seyvanları dairəvi şəkilli olmuş, ağız boşluğundan, burun dəliklərindən və qulaq keçəcəklərindən ifrazat qeyd olunmamışdır. Döş qəfəsi silindr şəkilində olmuş, əllə yoxladıqda qabırğalarda və döş sümüyündə patoloji hərəkətlilik qeyd olunmamışdır. Xarici cinsiyyət üzvləri qadın tipli olmuş, düzgün inkişaf etmiş, cinsiyyət yarığından ifrazat qeyd olunmamışdır. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, sümükləri əllədikdə tam olmuşdur. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1) Döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə lll-İV qabırğaarası sahədə 1,2x0,5sm ölçüdə aşağı ucu küt, yuxarı ucu iti olan kənarları hamar yara. Yaranın aşağı kənarı ayaq altından 131sm yuxarıda yerləşmişdir. 2) Döş qəfəsinin sağ yan səthində ön qoltuq xətti üzrə Vİİİ-İX qabırğaarası sahədə 1,2x0,5sm ölçüdə kənarları hamar, aşağı ucu iti, yuxarı ucu küt olan yara. Yaranın aşağı kənarı ayaq altından 102sm məsafədə yerləşmişdir. 3) Döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə l-ll qabırğaarası sahədə 1,0x0,3sm ölçüdə kənarları hamar yara. Yaranın aşağı kənarı ayaq altından 127sm yuxarıda yerləşmişdir. 4) Sağ kürəküstü nahiyədə 0,8x0,3sm ölçüdə kənarları hamar, yuxarı ucu iti, aşağı ucu küt olan yara. Yara ayaqaltından 131 sm məsafədə yerləşmişdir. 5) Sağ diz oynağı nahiyəsinin ön səthində 1,5x0,5sm ölçüdə kənarları hamar, aşağı ucu iti, yuxarı ucu küt olan yara. Yara saat sferblatının 2 və 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. 6) Sağ diz oynağı nahiyəsinin arxa səthində 0,6x0,3sm ölçüdə kənarları hamar, aşağı ucu iti, yuxarı ucu küt yara 7) Sol saidin orta 1/3-nin arxa səthində 1,0x0,3sm ölçüdə kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti olan yara 8) Başın sol yarısında alın nahiyəsindən başlayan və boylama bir qədər çəp istiqamətdə gedərək qaş nahiyəsində tamamlanan 2,5x0,3sm ölçüdə kənarları hamar, ucları iti yara 9) Sağ kürək nahiyəsində 3,0x3,0sm ölçüdə qırmızımtılçəhrayımtıl rəngli qeyri-müəyyən formalı qançır vardır. Qançır fonunda 2,5x2,0sm ölçüdə səthi ətraf dəri səviyyəsindən aşağıda yerləşən qırmızı rəngli fasiləli sıyrıq. ( cild 1, iş vərəqə 19-27) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “bıçağa baxış keçirilməsi haqqında” xx.xx.2022-cİ il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya Abşeron RPİ tərəfindən təqdim edilən, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs zərbələr vurduğu bıçaq olmuşdur. Bıçaq qatlanan tipli olmuş, tiyə və dəstəkdən ibarət olmuş, uzunluğu 205 mm olmuşdur. Bıçağın tiyəsinin sol səthində uc hissəyə yaxın tərəfdə qəhvəyimtil rəngli ləkələr müşahidə olunmuş, həmin ləkələrin qan ləkələri olması və Zərərçəkmiş şəxs məxsus olması ehtimal edilmişdir. Bıçağın dəstəyi - metaldan hazırlanmış 02 ədəd lövhədən ibarət olmuş, dəstəyin sol yan səthində gümüşü rəngli metal hissə olmuş, bu da tiyənin əl ilə, yəni fiziki üsulla işçi vəziyyətə gətirilməsi, yəni açılıb-qatlanması funksiyasını daşımışdır. Dəstəyin üzərində istifadə izləri və qonurqəhvəyi rəngli ləkələr müşahidə edilmiş,. Bıçağın tiyəsi - gümüşü rəngli metal materialdan hazırlanmışdır. Tiyənin orta xətt ilə uzunluğu 82 mm, eni əsasında 13 mm, ortada 12 mm, ucunda 1 mm-dir. Tiyənin sol səthi üzərində şaquli istiqamətli “Stainless Steel” yazıları həkk olunmuşdur. Tiyə dəstəyə 3,5 mm diametrli, dairəvi mil vasitəsilə bərkidilmiş, lakin əsasında sağ və sol tərəflərinə doğru sərbəst hərəkətlidir və deformasiyaya uğramışdır. Tiyə üzərində istifadə İzləri, habelə tiyənin sol səthində uc hissəyə yaxın tərəfdə qəhvəyimtil rəngli ləkələr müşahidə olunmuşdur. Həm dəstək, həm də tiyə üzərindəki ləkələrin qan ləkələri olması və Zərərçəkmiş şəxs məxsus olması ehtimal edilmişdir. ( cild 1, iş vərəqə 70-71) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “zərərçəkmiş şəxsin paltarlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşyalar zərərçəkmiş Zərərçəkmiş şəxs meyitinə baxış keçirilən zaman götürülmüş, üzərində ağ rəngli ürək formasında naxışlar olan 01 ədəd qara rəngli don, 01 ədəd qara-qırmızı rəngli qaşlı gödəkçə, 01 ədəd qara rəngli tuman, 01 ədəd qara şalvar və 01 ədəd qara məmədən olmuşdur. Don - qara rəngli, ağ naxışlı, qısaqol olmuş, donun ön hissəsi açıq vəziyyətdə olmuş, bel hissədə iplərlə düyünlənib bağlanılmışdır. Donun ön səthinin sol yaxalığında 02 ədəd, donun ön səthinin sağ yaxalığında 01 ədəd dəlib-keçən zədələr aşkar edilmiş, don üzərində qanabənzər ləkələr də müşahidə edilmişdir. Gödəkçə - jaket formalı olmuş, qırmızı-qara rəngli, uzunqol, başlıqlı, öndən qara zəncirbəndlə bağlanmışdır. Jaket formalı gödəkçə üzərində zədələr müşahidə edilməsə də, qanabənzər ləkələr müşahidə edilmişdir. Tuman - qara rəngli, dəlikli olmuş, tuman üzərində hər hansı zədə və qanabənzər ləkələr müşahidə edilməmişdir. Şalvar (lasin) - Qara rəngli olmaqla bel nahiyəsinin daxili sağ nahiyəsində gümüşü rəngli metallik qarmaqlar olmuşdur. Şalvar (lasin) üzərində hər hansı zədə və qanabənzər ləkər müşahidə edilməmişdir. Məmədən (büstqalter) - Qara rəngli olmuş, arxa səthinin sağ nahiyəsində gümüşü rəngli metallik qarmaqlar olmuş, məmədanın ön səthinin orta nahiyəsi və sol çiyinlik ipi tam kəsilmiş vəziyyətdə olmuşdur. Məmədan üzərində zədələr aşkar olunmasa da, qanabənzər ləkələr müşahidə edilmişdir.( cild 1, iş vərəqə 72- 78) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsin paltarlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşyalar Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş və sonuncu tərəfindən könüllü olaraq təqdim edilərək müvafiq götürmə protokolu ilə götürülən paltarlar - 01 ədəd qara qolsuz gödəkçə, 01 ədəd boz şalvar, 01 ədəd ağ rəngli tuman, 01 ədəd qara mayka, üzərində ağ-boz naxışlar olan 01 ədəd qara rəngli uzunqol köynək (sviter), 01 cüt qara corab, 01 cüt qara ayaqqabı olmuşdur. Gödəkçə - qara rəngli, qolsuz, öndə qara zəncirbəndlə bağlanmışdır. Qolsuz gödəkçə üzərində hər hansı zədə və qanabənzər ləkələr müşahidə edilməmişdir. Şalvar - boz rəngli, öndən qızılı rəngli zəncirbənd və plasmas materialdan olan düymə ilə bağlanmışdır. Üzərində zədə aşkar edilməsə də, qana şübhəli müəyyən ləkələr müşahidə edilmişdir. Tuman - ağ rəngli olmuş, beli rezinli olmuş, ön səthinin orta nahiyəsində yarıq olmuşdur. Tuman üzərində hər hansı zədə aşkar edilməsə də, qana şübhəli müəyyən ləkələr müşahidə edilmişdir. Mayka - qara rəngli olmuş, qolsuzdur. Mayka üzərində hər hansı zədə və qanabənzər ləkələr müşahidə edilməmişdir. Sviter - qara rəngli, ağ-boz naxışlıdır, uzunqol olmuş, üzərində hər hansı zədə və qanabənzər ləkələr müşahidə edilməmişdir. Corab - 01 cüt, qara rəngli olmuş, üzərində hər hansı zədə və qanabənzər ləkələr müşahidə edilməmişdir. Ayaqqabı - 01 cüt, qara rəngli, makasin tipli, yəni bir qədər açıq olmuşdur. Ayaqqabı üzərində də hər hansı zədə və qanabənzər ləkələr müşahidə edilməmişdir.( cild 1, iş vərəqə 113-118) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsə əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “1” nömrəsi altında qeyd edilmiş dəstəyi qırmızı, tiyəsi gümüşü rəngli açılıb-qatlanan bıçağı göstərərək həmin bıçağın ona məxsus olduğunu və Zərərçəkmiş şəxs həmin bıçaqla zərbələr endirib öldürdüyünü bildirmişdir.( cild 2, iş vərəqə 39-40) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli, 150 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı 7 ədəd deşilmiş- kəsilmiş yara, 1 ədəd kəsilmiş yara, 1 ədəd qançırlı sıyrıq və 2 ədəd qançır aşkar edilmişdir: 1) Döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (1,2 x 0,5 sm) Yara lll-İV qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin orta payını dəlib keçib ürək kisəsi və ağciyər arteriyasını zədələyir. 2) döş qəfəsinin sağ yan səthinin deşilmiş-kəsilmiş yarası (1,2 x 0,5 sm) Yara ön qoltuq xətti üzrə Vİİİ-İX qabırğaarası sahədən periton boşluğuna nüfuz edərək qaraciyəri zədələyir. 3) Döş qəfəsinin ön səthinin sol yarısının deşilmişkəsilmiş yarası (1 x 0,3 sm) 4) Sağ kürəküstü nahiyənin deşilmiş- kəsilmiş yarası (0,8 x 0,3 sm) 5) Sağ diz oynağı nahiyəsinin ön səthinin deşilmiş-kəsilmiş yarası (1,5 x 0,5 sm) 6) Sağ diz oynağı nahiyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yarası (0,6 x 0,3 sm) 7) Sol saidin orta 1/3-nin arxa səthini dəlib-keçən deşilmiş-kəsilmiş yarası (0,8 x 0,3 sm) 8) Başın sol alın və qaş nahiyələrinin kəsilmiş yarası (2,5 x 0,3 sm) 9) Sağ kürək nahiyəsinin qançır və sıyrığı (3 x 3 sm və 2,5 x 2 sm) 10) Başın sol gicgah və alın nahiyələrinin qançırları (4 x 3 sm və 3 x 3 sm). Qeyd edilən xəsarətlər həyatidir, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, xx.xx.2022-ci il tarixdə əmələ gəlməyə xarakterikdir, ölümlə birbaşa səbəbli əlaqəlidir. Xəsarətlərdən daxilə nüfuz edən ilk 2 kəsilmiş-deşilmiş yaranın hər biri ayrıayrılıqda insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə sağlamlığa AĞİR zərərvurmaya aid, daxilə nüfuz etməyən 5 kəsilmiş-deşilmiş yara və 1 ədəd kəsilmiş yara ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcələrinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid, digər xəsarətlər (qançır və sıyrıqlar) isə ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərdir. Deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin, kəsilmiş yara iti kənarlı əşyanın, qançır və sıyrıqlar isə küt əşyanın təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin daxilə nüfuz edərək sol ağciyəri, ağciyər arteriyasını, ürək kisəsini və qaraciyəri zədələyən kəsilmiş-deşilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə, saat 03:31 - də “Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası” PHŞ-də baş vermişdir. Meyitdə aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçağın (dəstəyi qırmızı, tiyəsi gümüşü açılıb-qatlanan bıçaq) və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Meyitdə aşkar edilmiş qançır və sıyrıqlar müxtəlif şəraitlərdə, o cümlədən həm insan bədəninin hissələri (əl, barmaq, dırnaq, ayaq və s.), həm də Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Meyitdən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon və salsilatlar aşkar edilməmişdir. Meyitin uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan tampon və yaxmaların məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmuşdur və bu da onun ölümündən əvvəl cinsi əlaqədə olmasını göstərmişdir. ( cild 1, iş vərəqə 226-234) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 515-2022/MTKŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs məxsus donun ön səthinin sol yaxalığında 02 ədəd və donun ön səthinin sağ yaxalığında 01 ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr kəsilmiş-deşilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş açılıb-qatlanan bıçağın və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus jaket (gödəkçə), lasin (şalvar), büstqalter (məmədan) və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkçə, sviter, mayka, şalvar, tuman, ayaqqabı və corab üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmamışdır. Döşək üzü üzərində də əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan tipli, kəsicideşici xassəyə malik cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçaq üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir.( cild 1, iş vərəqə 235- 241) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3113 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozuntusu əlamətləri və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, sonuncu törətdiyi əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs əməli törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Onda hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməlləri CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsir altına düşməmiş, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olmamışdır. Məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmuş, inadkarlıq, kinlilik, eqosentrizm, emosionallıq, nümayişkəranəlik kimi xarakterik xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz-hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində gərginlik, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmiş, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır.( cild 2, iş vərəqə 28-32) Cinayət işinin materiallarından grünür ki, dəstəyi qırmızı, tiyəsi gümüşü rəngli açılıbqatlanan bıçaq ; zərərçəkmiş şəxsin hadisə zamanı üzərində olan paltarlar - üzərində ağ rəngli ürək formasında naxışlar olan 01 ədəd qara rəngli don, 01 ədəd qara- qırmızı rəngli qaşlı gödəkçə (jaket formalı), 01 ədəd qara rəngli tuman, 01 ədəd qara rəngli şalvar (lasin formalı) və 01 ədəd qara məmədan (büstqalter) ; təqsirləndirilən şəxsin hadisə zamanı üzərində olan paltarlar - 01 ədəd qara qolsuz gödəkçə, 01 ədəd boz şalvar, 01 ədəd ağ rəngli tuman, 01 ədəd qara mayka, üzərində ağ-boz naxışlar olan 01 ədəd qara rəngli uzunqol köynək (sviter), 01 cüt qara corab, 01 cüt qara ayaqqabı ; hadisə yerinə əlavə baxış zamanı götürülmüş, üzərində qırmızı-ağ güllər olan 01 ədəd göy rəngli döşək üzü ; təqsirləndirilən şəxsə məxsus “Samsung Galaxy A8" və zərərçəkmiş şəxsə məxsus “Samsung Galaxy A32" markalı mobil telefonlar cinayət işi üzrə maddi sübut qismində tanınmış və Abşeron rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulan otağında saxlanılır. ( cild 2, iş vərəqə 58-76) Cinayət işinin materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası" PHŞ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə SHXÇDX-nın Şuşa rayon bölməsinin xx.xx.2016-cı il tarixli, 117 nömrəli göndərişinə əsasən həmin xəstəxanada stasionar müayinəyə qəbul olunmuş, 21,07.2016-cı il tarixdə həkim psixiatrik komissiyasına təqdim olunmuş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Hazırda psixi xəstəlik aşkar edilməmişdir.( cild 1, iş vərəqə 201-202) Cinayət işinin materiallarında olan tələbnaməyə alınmış cavabdan görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. ( cild 1, iş vərəqə 217-219) Cinayət işinin materiallarında olan Abşeron RİHB-nin Masazır kənd İƏD-si üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin ərazisində yaşadığı müddət ərzində barəsində hər hansı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 206-207) Məhkəmə, Təqsirləndirilən şəxs bacısını öldürmək istəyəndə bacısı oğlu Rzanının hadəsini görməməsi üçün darvazadan içəri salması, daha sonra çölə çıxıb-çıxmadığını bilməməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.» Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 29-30; 101-102) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Abşeron rayon prokurorluğunun məsul saxlanışına təhvil verilmiş 01 ədəd bıçaq zərərçəkmiş şəxsə məxsus 01 ədəd don, 01 ədəd gödəkçə, 01 ədəd tuman, 01 ədəd şalvar (lasin formalı) və 01 ədəd məmədan (büstqalter); təqsirləndirilən şəxsə məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd tuman, 01 ədəd mayka, 01 ədəd köynək (sviter), 01 cüt corab, 01 cüt ayaqqabı; 01 ədəd döşək üzü məhv edilməli, təqsirləndirilən şəxsə məxsus “Samsung Galaxy A8" markalı mobil telefon onun ailə üzvlərinə və zərərçəkmiş şəxsə məxsus “Samsung Galaxy A32" markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Abşeron rayon prokurorluğunun məsul saxlanışına təhvil verilmiş 01 ədəd bıçaq, zərərçəkmiş şəxsə məxsus 01 ədəd don, 01 ədəd gödəkçə, 01 ədəd tuman, 01 ədəd şalvar (lasin formalı) və 01 ədəd məmədan (büstqalter); təqsirləndirilən şəxsə məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd tuman, 01 ədəd mayka, 01 ədəd köynək (sviter), 01 cüt corab, 01 cüt ayaqqabı; 01 ədəd döşək üzü məhv edilsin, təqsirləndirilən şəxsə məxsus “Samsung Galaxy A8" markalı mobil telefon onun ailə üzvlərinə və zərərçəkmiş şəxsə məxsus “Samsung Galaxy A32" markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 ( səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-359/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-359/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver