Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-359/2024 03.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 26 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cıi il tarixdə satış məqsədi ilə 300 manat pul müqabilində «Məhəmməd» adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Xətai rayonu, «Xətai» metrostansiyasının yaxınlığında ağacın altında qoydurduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan bir ədəd bükümdə çəkisi 11,527 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini və bir ədəd bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 16.369 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz əldə edərək Abşeron rayonu Novxanı kəndinə daşımış və üzərində saxlamış, xx.xx.2023-cii il tarixdə saat 20:45 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Novxanı qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilərək orada həmin gün saat 22:15-dən saat 22:24-ə kimi üzərinə şəxsi axtarış keçirərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı bir ədəd bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 16,369 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd bükümdə 11,527 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin aşkar edilib götürülmüş, bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, hadisə günü evdə olmuş, polis əməkdaşları tərəfindən Novxanı şəhərciyində olan evində, yatan yerdə saxlanılmışdır. Həmin vaxt onun yanında qardaşı oğlu olmuş, 10 nəfər polis əməkdaşı onun yaşadığı mənzilə daxil olaraq onu Abşeron RPİ-nə aparmışlar. Polis idarəsində polis əməkdaşları onu ailəsi ilə hədələmişlər. Bu hadisə ilə bağlı heç bir təqsiri olmadığını, sadəcə olaraq marixuana istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 5 ilə yaxındır ki narkotik vasitə istifadə edir. O, telefon vasitəsilə açıq nömrə ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşından 15 qram narkotik vasitə sifariş etmiş, 09 qram narkotik vasitə almış və İİR Vətəndaşının kartına 150 manat məbləğində pul köçürmüş, narkotik vasitəni Binəqədidən gedib götürmüşdür. Təqsirləndirilən şəxs tutulduğu günə qədər həyətlərində təsərrüfatla məşğul olmuşdur. O, daha əvvəl heroin istifadəçisi olduğu üçün bir dəfə tutulmuş və ondan sonra heroin istifadə etməmişdir. 3 dəfə qolundan əməliyyat olunduğu və ağrıları olduğu üçün nəşədən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən döyülməmiş, amma onu ailə üzvləri ilə hədələmişdirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu Novxanı şəhərciyində yaşadığı evin içərisində saxlamışdırlar. Hadisə günü polis əməkdaşları onu saxlayan zaman hadisə yerində anası, qonşular, qardaşı oğlu və qardaşının arvadı olmuşdur. Həmin vaxt onun üzərindən 09 qram narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları onu bölməyə aparanda qardaşı oğlu və qonşusu da onunla bərabər getmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs əgər hər şeyi boynuna almasa, qardaşı oğlu X6 və qonşusu X4 da narkotik vasitənin istifadəçisi kimi yükləyəcəkləri ilə hədələmiş və onlarla bu barədə razılağa gəldikdən sonra qardaşı oğlunu və qonşusunu azad etmişlər. Elə bu səbəbdən o, narkotik istifadəçisi olduğunu boynuna almışdır. Polis əməkdaşları bölməyə çatmamış yolun yarısında onları buraxmışdırlar. Evə girən polis əməkdaşlarının sayı 9 nəfər olmuş, onların bəziləri Elməddin, Nicat, Artiyom adlı şəxslər olmuşdur. Polis əməkdaşları onların evindən çıxdıqda evlərində olan qızıl-zinət əşyalarını götürmüşdürlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü it tarixdə saat 20:45 radələrində Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis idarəsinə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində mənə hüquq və vəzifələrim izah edimiş və razılığı əsasında müdafiəçi dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuananı və bir ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd üzərində ***-***-**-** və ***-***-**-** GSM mobil nömrələri olan Samsunq markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd 5243 7544 4050 3421 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Bundan başqa üzərində saxlanılması qanunla qadağan edilmiş başqa hər hansı əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana və heroin elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 19 qram və heroinin çəkisi 13 qram olmuş, sonra həmin bükülüdə olan narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq Abşeron RPİ-nin möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə mən və polis əməkdaşları zərfə və protokola imza etmiş, polis əməkdaşları tərəfindən verilən sorğu sual zamanı üzərindən aşkar edilmiş qurudulmuş marixuananın və heroinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə 5 gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 300 manat pul müqabilində əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Göstərmişdir ki, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsdən 300 manata almış, həmin İran İslam Respublikası vətəndaşını tanımır, onunla instaqram sosial şəbəkədən tanış olmuş, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və heroini özünün şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixində saat təqribi 20:45 radələrində Abşeron rayonu, Novxanı kəndində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və Abşeron RPİ-nə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış nəticəsində onun şalvarının cibində 1 büküm heroin və 1 büküm marixuana və digər ciblərində isə 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd bank kartı aşkar olunaraq götürülmüşdür. Daha sonra söhbət zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin onun özünə məxsus olduğunu və 5 gün əvvəl sosial şəbəkə vasitəsilə tanıdığı İİR vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsilə 300 manat məbləğində əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunan narkotik vasitə ilə bağlı ekspertiza təyin olunmuşdur. Şahid2 bildirmişdir ki, onlar əməliyyat zamanı 2 nəfər olmuş, Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxlamamış və saxlanılarkən ona qarşı hər hansı fiziki, psixi təxir göstərilməmişdir. Təqsirləndirilən şəxs özü etiraf edərək bildirmişdir ki, onun üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi istintaq hərəkətini onlar keçirməmiş, təqsirləndirilən şəxsi Abşeron RPİ-nə aparmış, orada şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən quruldulmuş marixuana və heroin aşkar olunmuşdur. Əməliyyatda iştirak edən digər əməkdaş X7 olmuşdur. Şahid2 Nicat və Artiyom adlı polis əməkdaşlarını tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Abşeron rayonu, Novxanı qəsəbəsində əməliyyat tədbiri həyata keçirilmişdir. Axşam radələrində Təqsirləndirilən şəxs Novxanı qəsəbəsində yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılaraq Abşeron RPİ-nə aparılmışdır. Orada olan zamanı təhqiqatçı və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən marixuana və heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, 5 gün bundan əvvəl İİR vətəndaşı “Məhəmməd” adlı şəxsdən həmin narkotik vasitəni almış və həmin narkotik vasitənin dövriyyəsi ilə məşğul olmuşdur.Şahid1 Təqsirləndirilən şəxs evinin içərisinə daxil olmadıqlarını, əməliyyat zamanı 2 nəfər polis əməkdaşı olduqlarını və təqsirləndirilən şəxsin ifadəsinin dediyinin yanlış olduğunu, yəni o, saxlanılarkən 9 nəfər polis əməkdaşının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi təsirə məruz qalmamışdır. Əməliyyata hansı polis əməkdaşı ilə getdiyini xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, o, hadisə günü saat 20:30 radələrində iftarını açdıqdan sonra oğlu Şükürə yaxınlaşmış və “Şükür yemək yeyirsən?” demişdir. Şükür ona “xəstələnmişəm, qızdırmam var” demişdir. Digər oğlu Cəmilə Mirzəyevaya zəng edib “ay ana, arvadım mənə dərman alıb, gəl bax gör həmin dərmanları qəbul edim, ya yox” demişdir. Oğlugilə gedəndə həyətlərində polis əməkdaşlarının olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları Şükürün yaşadığı evin qapısını açıb evə daxil olmuş və onu döyməyə başlamışlar. Cəmilə Mirzəyeva onları ayırmağa çalışmışdır. Bir az keçəndən sonra polis əməkdaşları nəvəsi Elnuru da tutmuşdurlar. Elnurun yanında qonşunun oğlu da olmuş, onlar bərabər domino oynayırmışdırlar. Daha sonra polis əməkdaşları onları polis bölməsinə aparmışdırlar. Cəmilə Mirzəyeva orada olan polis əməkdaşlarından Şahid1 “sən nə qədər pul istəyirsən? “Mənim indi üzərimdə pulum yoxdur, ancaq 2 günə sənə nə qədər lazımdır, verəcəm” demişdir. Cəmilə Mirzəyeva polis əməkdaşlarının 7-8 nəfər olduğunu və yaşadığı evin arxasında içərisində adamlar olan 2 maşın olduğunu bildirmişdir. Həmin polis əməkdaşları onların həyətinə hasardan keçmişdirlər. Hadisə vaxtı evdə Cəmilə Mirzəyeva, oğlu Şükür və nəvəsi Elnur olmuş, qonaqları Həqiqət adlı xanımı iftar süfrəsinə qonaq dəvət etmişdilər. Polis əməkdaşlarından Nicatın və Elməddinin adını xatırlamış və onlardan 3-4 nəfərinin hündür boylu olduğunu bildirmişdir. Polis əməkdaşları evdə axtarış keçirmiş, amma heç nə tapmamışlar. Şükürün “nəşəsi” stolun üstündə olmuş, ondan başqa Şükürün üzərində heç nə olmamışdır. Oğlu Şükür 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etmiş, əvvəllər məhkumluğu olmuşdur. X2 nəşədən istifadə etdiyindən məlumatı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, məhəllə qonşusu ilə bərabər nərd oynayarkən birdən 3 nəfər polis əməkdaşları evə daxil olmuş, onu yerə yıxaraq qoluna qandal vurmuş, yanında olan qonşusunun qoluna qandal vurmamışlar, ancaq çölə çıxartmışlar. 2 nəfər polis əməkdaşı da çöldə olmuşlar. Elnur Mirzəyev qoluna qandal vuranın Nicat adlı polis əməkdaşı olduğunu bildirmişdir. Nicat ondan Şükürün harada olduğunu soruşmuş, Elnur da ona xəbərinin olmadığını demişdir. Daha sonra Şükürgilin qapısı açılmış və Elməddin adlı polis əməkdaşı “onu içəri gətirin, Şükür içəridədir” demişdir. Polis əməkdaşları qandalı Elnurun qolundan açaraq Şükürün qoluna vurmuşlar. Orada olan şəxslər Elməddin və 2 nəfər başqa polis əməkdaşları olmuşdur. Polis əməkdaşları Şükürə “səndə 1 kiloqrama yaxın mal var, haradadır?” demiş, Şükür də onlara malın olmadığını demişdir. Bundan sonra polis əməkdaşları Şükürə bir sillə vurmuşlar. Nicat Şükürə “səndə 5.000 və ya 10.000 manat pul varsa, bu məsələni həll edək” demişdir. Şükür ona “məndən nə aşkar olunub ki, pul da istəyirsiniz?” demişdir. Polis əməkdaşları 3 ayrı maşınla gəlmişdirlər. Elnur Təqsirləndirilən şəxs Mirzəyevlə birlikdə polis bölməsinə aparıldıqlarını bildirmişdir. Amma onu Duzgölünün yaxınlığında buraxmışlar. Polis əməkdaşları Şükürə “əgər hər şeyi bizim dediyimiz kimi deyəcəksənsə, o zaman qardaşının oğlunu buraxaq” demiş, Şükür də onlarla razılaşmışdır. Elnur Mirzəyev hadisə vaxtı 7-8 nəfər polis əməkdaşlarının olduğunu, polis əməkdaşlarından Nicatı, Elməddini tanıdığını bildirmişdir. Onlardan 3-4 nəfəri hündür boylu olmuş, Nicat isə alçaq boylu, kök polis əməkdaşı olmuşdur. Polis əməkdaşları BMW, Xəzər-lada, Lüks markalı maşınlarla gəlmiş, X14-lada markalı maşınla aparmışlar.Hadisə axşam saat 21 radələrində olmuşdur. Elnur Mirzəyev polis əməkdaşları tərəfindən döyülmədiyini, onu hər hansı narkotik vasitəni boynuna məcbur götürməyi ilə bağlı təhdid etmədiklərini, amma əmisi Şükürü təhdid edtdiklərini bildirmişdir. Polis əməkdaşlarının Elnur Mirzəyevə qarşı qanunsuzluğu evinə daxil olub onu yıxaraq qoluna qandal vurmaqdan ibarət olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, orucluq vaxtında Təqsirləndirilən şəxs anası Cəmilə onu iftara dəvət etmişdir. Həqiqət Hüseynova ora getmiş və bir az keçəndən sonra Cəmilənin digər oğlu Zahir ona zəng edərək “ana, dərmanlar almışam, gəl dərmanlara bax” demişdir. Zahidrilə çatdıqda həyətdə bir neçə nəfərin olduğunu görmüş və məlum olmuşdur ki, onlar polis əməkdaşlarıdır. Həqiqət Hüseynova bildirmişdir ki, Cəmilə qorxaraq geri qayıtmış və o da Cəmilənin dalınca getmişdir. Polis əməkdaşları Cəmiləyə yaxınlaşaraq “get, iti bağla” demişlər. Cəmilə də onlara itin bağlı olduğunu bildirmişdir. Polis əməkdaşları bununla razılaşmayaraq Cəmilədən iti içəridən bağlamağını istəmişlər. Cəmilə onlara “mən bağlaya bilmərəm” demişdir. Daha sonra Həqiqət Hüseynova qorxduğu üçün Zahirgilə getdiyini, həyətdə mülki geyimdə 3-4 nəfər polis əməkdaşı olduğunu bildirmişdir. Hadisə vaxtı hava qaranlıq olmuşdur. Şükürgili polis bölməsinə apardıqdan sonra o, Zahirgildən geri gəlmişdir. Cəmilə evdə oturub ağlamağa başlamış, təxmini olaraq 30-40 dəqiqədən sonra Elnur geri gəlmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklu əks etdirən video çəkilişin görüntüsü olan disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs polis idarəsində üzərinə şəxsi axtarış keçirərkən əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə marixuana aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri tutulmazdan 5 gün əvvəl İran vətəndaşı kimi tanıdığı Məhəmməd adlı şəxsdən 300 manata aldığını və təyin edildiyi yerdən götürdüyünü, başqa yerdə narkotik vasitə saxlamıdığını, heç kəsə narkotik vasitə satmadığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr eletron tərəzidə çəkildi və marixuanaya bənzər kütlənin 19 qram və heroinə bənzər kütlənin isə 13 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon və bir ədəd plastik kart da aşkar edilərək götürülmüşdür. Bundan sonra təqdim edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmiş, protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2023-cü il tarixli 6/1988 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində“ Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar və imzalar olan bir ədəd bükümdə təmiz çəkisi 11,527 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 7/482 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs» yazılar və imzalar olan bağlamada təmiz çəkisi - 16,369 qram kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 may 2023-cü il tarixli 3086 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 03 iyul 2023-cü il tarixli 1811 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinit dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Hadisəni törədərkən Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,427 qram heroin, 16,349 qram qurudulmuş marixuana, bir ədəd «Samsung» markalı mobil telefon və bir ədəd 5243 ******** 3421 nömrəli bank kartı maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs haqqında Novxanı kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də üzərindən tərəzi aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 11,427 qram heroin, 16,349 qram qurudulmuş marixuana məhv edilməli, bir ədəd «Samsung» markalı mobil telefon və bir ədəd 5243 ******** 3421 nömrəli bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkiləri 11,427 qram heroin, 16,349 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd «Samsung» markalı mobil telefon və bir ədəd 5243 *******3421 nömrəli bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-359/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-359/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver