Məhkəmə qərarları › İş №1(124)-36/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-36/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-36/2022 16.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X24, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Nmaiq oğlu, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 xx.xx.1971-ci ildə Şabran rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, məhkumluğu olmayan, Şabran rayonu, Zeyvə kəndində qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə əsas və vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərini aşmış, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki o, xx.xx.2010-cu il tarixli 3694 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Şabran rayonu Pirəbədil bələdiyyəsinin xx.xx.2010-cu il tarixdən sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin xx.xx.2010-cu il tarixli 09 nömrəli iclas qərarı ilə təsdiq edilmiş «Şabran rayonunun Pirəbədil bələdiyyəsinin Nizamnaməsi»nin 3-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının təmin edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək, digər işçilərin vəzifəyə təyin etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X6»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü maddəsinin tələblərinə uyğun olaraq, satılan torpağın hər 0,01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmasının müəyyən olunmasına və Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlarda bələdiyyə ərazisində yerləşən torpaq sahələrinin satış qiymətlərinin dəqiq müəyyən edilməsinə baxmayaraq, torpaq sahəsinin hər 0,01 hektarını qeyd edilən qiymətdən aşağı qiymətə satılmasını təmin etmək məqsədilə 2014-2018-ci illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, torpaq sahələrinin satılmasına dair iclas protokolları və qəbul edilmiş qərarların cinayətdən xəbərsiz olan, 2010-cu il tarixdən həmin bələdiyyənin üzvü seçilmiş Şahid10 katibliyi ilə kompüterdə məzmununa guya həmin qərarların bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair Şabran rayonu, Pirəbədil kəndində yerləşən Şabran rayon Pirəbədil bələdiyyəsinin inzibati binasında özünü geniş səlahiyyətlərə malik nüfuzlu rəhbər kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib torpaq sahələrinin ayrı-ayrı şəxslərə satışını həyata keçirməklə, o cümlədən, Şahid15 0,10 ha torpaq sahəsi 4.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 08 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satmaqla 4.110 manat, eyni niyyətlə, Şahid9 0,12 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 08 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 600 manata satmaqla 3.400 manat, eyni niyyətlə, X13 0,10 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satmaqla 3.610 manat, eyni niyyətlə, X25 0,05 ha torpaq sahəsi 1.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 263 manata satmaqla 1.337 manat, eyni niyyətlə, X37 0,12 ha torpaq sahəsi 3600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 630 manata satmaqla 2.970 manat, eyni niyyətlə, X17 0,05 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satmaqla 1.750 manat, eyni niyyətlə, Şahid8 0,05 ha torpaq sahəsi 1.900 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satmaqla 1.650 manat, eyni niyyətlə, X8 0,06 ha torpaq sahəsi 2.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 300 manata satmaqla 1.800 manat, eyni niyyətlə, X14 0,10 ha torpaq sahəsi 3.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 05 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 500 manata satmaqla 2.700 manat, eyni niyyətlə, X18 0,06 ha torpaq sahəsi 8.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satmaqla 7.575 manat, eyni niyyətlə, X38 0,12 ha torpaq sahəsi 4.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.750 manat, eyni niyyətlə, X19 0,12 ha torpaq sahəsi 3.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 07 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.150 manat, eyni niyyətlə, X9 0,06 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 8 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satmaqla 1.575 manat, eyni niyyətlə, Şahid21 0,05 ha torpaq sahəsi 1.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 9 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satmaqla 1.145 manat, eyni niyyətlə, X30 0,12 ha torpaq sahəsi 15.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 14.650 manat, eyni niyyətlə, Şahid14 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.450 manat, eyni niyyətlə, X31 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 1.000 manata satmaqla 3.300 manat, eyni niyyətlə, X1 0,07 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 497 manata satmaqla 1.503 manat, eyni niyyətlə, X20 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.450 manat, eyni niyyətlə, Şahid18 0,12 ha torpaq sahəsi 4.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.350 manat, eyni niyyətlə, Şahid22 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 11 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.550 manat, eyni niyyətlə, X32 0,09 ha torpaq sahəsi 2.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 639 manata satmaqla 1.861 manat, eyni niyyətlə, X4 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.550 manat, eyni niyyətlə, X5 0,08 ha torpaq sahəsi 2.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 568 manata satmaqla 1.732 manat, eyni niyyətlə, Şahid17 0,05 ha torpaq sahəsi 1.145 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satmaqla 1.145 manat, eyni niyyətlə, X29 0,06 ha torpaq sahəsi 1.700 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 540 manata satmaqla 1.160 manat, eyni niyyətlə, Şahid23 0,11 ha torpaq sahəsi 3.800 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 917 manata satmaqla 2.883 manat, eyni niyyətlə, X12 0,11 ha torpaq sahəsi 3.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 990 manata satmaqla 2.110 manat ümumilikdə Şabran rayonu Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrinin reyestr qiymətlərinə əsasən cəmi 102.300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17.084 manata 28 şəxsə satıb bələdiyyəyə vahid niyyətlə 85.216 manat məbləğində, yəni Şabran rayonu Pirəbədil bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, maddi məsul vəzifəli şəxs qismində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə təkrarən tamah niyyətilə rəsmi sənəd hesab edilən xx.xx.2017-ci il tarixli 37, 38, 39 №-li əmrlərin məzmununa bilə-bilə yalan məlumatlar, yəni Şabran rayon Pirəbədil Bələdiyyəsinin xəzinəsindən nəqliyyat, dəftərxana ehtiyaclarının ödənilməsi və fiziki şəxslərin mülkiyyətində olan fərdi yaşayış evlərinin sahələrinin ölçülməsi üçün ştatdan kənar müqavilə ilə götürülmüş işçilərə əmək haqqı ödənilməsini özündə əks etdirən xx.xx.2017-ci il tarixli müvafiq əmrləri həmin tarixdə Şabran rayonu Pirəbədil kəndində bələdiyyənin inzibati binasında olan xidməti iş otağında tərtib edib, öz imzası və “Şabran rayonu Pirəbədil bələdiyyəsi” yazıları olan bələdiyyənin dairəvi möhürü ilə təsdiq edib, xəzinədən 27 noyabr 2017-ci il tarixli 00070 nömrəli kassa məxaric orderi əsasında 506 manat, həmin tarixli 00072 nömrəli kassa məxaric orderi əsasında 1.500 manat və həmin tarixli 00073 nömrəli kassa məxaric orderi əsasında 754,66 manat olmaqla, ümumilikdə 2.760,66 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz həmin bələdiyyənin baş mühasib-xəzinədarı Şahid6 Şıxəli oğlundan ödəniş edilməsindən ötrü şəxsən təhvil alaraq həmin pul vəsaitindən cəmi 6 manatına dəftərxana ləvazimatları alıb təhvil verməsinə baxmayaraq, qalan 2.754,66 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Şabran rayon Pirəbədil bələdiyyəsinə məxsus olmaqla ona etibar edilmiş 2.754,66 manat (iki min yeddi yüz əlli dörd manat altmış altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə mənimsəyərək talamış, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o Şabran rayonu Pirəbədil Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahələrini qanuna müvafiq şəkildə hərrac qaydasında və hərrac qiymətinin son qiymətindən aşağı olmamaq şərti ilə satmışdır. Hərrac komissiyası arayışda göstərilən qiymətlərin məcburiliyini qəbul etsəydi o zaman torpaqların udulmuş qiymətləri hərraca çıxarılmazdı. Satdığı bütün torpaq sahələrinə dair sənədlər Bələdiyyələrə Nəzarəti həyata keçirən Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmiş, orada torpaqların satılma qiyməti, sənədləşmə və digər qanundan asılı olan məsələlər qanuni hesab edilmişdir. Bununla bağlı şəxsən ona heç bir irad bildirilməmiş, torpaqların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin arayışında göstərilən qiymətdən aşağı satılmamasının mütləq olmasını ona şəxsən heç kim nə yazılı nə də şifahi xəbərdarlıq etməmişdir. İfadəsinə 105 nömrəli 08 aprel 2021-ci il tarixli Şabran rayon Notariat Ofisinin xüsusi notariusu X43 məktubunu əlavə edir. Həmin məktubdan görünür ki, Şabran rayonu Notariat ofisində 2015-2019-cu illər ərzində Şabran rayonu üzrə kənd bələdiyyələrinin fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə aparılmış alqı-satqı müqavilələri əsasında torpağın 1 sotuna görə formalaşmış bazar qiyməti 94 manatdan artıq olmamışdır. Bildirmək istəyir ki, torpaq sahlərinin satılması ilə bağlı keçirilmiş iclaslar formal xarakter daşımamış və iclas protokolunda adı keçən bütün bələdiyyə üzvləri iclaslarda iştirak etmişdir. Lakin həmin iclas protokollarında onların imzasının vacibliyi ilə bağlı ona konkret olaraq göstəriş verilmədiyi üçün o həmin iclas protokollarını öz imzası ilə təsdiq etmişdir. Əgər həmin üzvlərin protokollarda imzalarının olması mütləq vacib olmuşdursa onda bu barədə ona Xaçmaz Regional Ədliyyə İdarəsindən məlumat verilərdi və protokolların qanunsuz olduğunu ona bildirərdilər. Lakin bu günə kimi bu barədə heç bir göstəriş almamışdır. Şahid10 və Şahid11 yalan ifadə vermişlər, sonuncuları ona qarşı ifadə verməyə məcbur ediblər. Belə ki, həmişə onun sədr seçilməsinə səs verən Pərvanə xanım və Dilarə xanım doğru ifadə verməyərək iclaslarda iştirak etmədiyini göstərmişlər. Əslində bələdiyyənin iclas protokollarında onların iştiraklarının göstərildiyi bütün yığıncaqlarda Şahid10 şəxsən iştirak etmişdir. Ona görə də o həmin protokolları imzası ilə təsdiq etmişdir. O yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2.000 manatlıq sənədlər hal-hazırda harada olması barədə məlumatı yoxdur. Həmin sənədlər əvvəllər yerində olmuş, lakin halhazırda müəyyən axtarışdan sonra tapılmamışdır. Həmin pullar yanacağa və dəftərxana ləvazimatına xərclənmişdir, onun tərəfindən mənimsənilməmişdir. Ştatdan kənar işləyən şəxslərə 754.66 manat ödənilmişdir. Lakin hal-hazırda sənədlər əlində olmadığı üçün bunu sübut edə bilmir. Lakin bildirmək istəyir ki, ştatdan kənar şəxslərə həmin pul əmlak vergisini tətbiq etmək üçün ərazidə olan fərdi yaşayış evlərini ölçülməsi üçün verilmişdir. Torpaqları hərrac yollu ilə satmışdır. Azərbaycanda Bələdiyyələr neçə satıbsa o da elə satmışdır. O torpaqları satan zaman yığıncaqları çağırmışdır. Bəzi protokollar var ki, onlarda imza olmasa da, digər protokollarda imza vardır. Dəftərxana ləvazimətların mühasiblə birlikdə dəftərxana satılan yerlərdən idarə üçün lazım olan ləvazimatlar alınmış və dəftərxanalar onlara qaimə, çek vermişlər. Həmin çeklərin hamısı bələdiyyə dəftərxanasından yox ediblərki, onu mənimsəmə ilə ittiham etsinlər. Hal-hazırda onda həmin sənədlər yoxdur. O istintaq orqanının nəticəsi ilə razı deyil, iclaslar keçirilmişdir. Bələdiyyənin 9 üzvü var. Həmin bələdiyyədə yetərsay olmuşdur. Protokolları kargüzarlar və bələdiyyə katibi tərtib etmişdir. O protokollara nəzarət etmiş, üzərlərinə məktub yazmışdır. Protokolların imza olunub-olunmamasını yoxlayan məsul adam olmamış, vəzifə bölgüsünü bələdiyyə sədri etməli olmuşdur. Torpaqların qiymətini, torpaq qanunvericiliyinə əsasən bələdiyyə öz əmlakına müstəqil şəkildə qiymət qoya bilər. Torpaqlar hərrac vasitəsi ilə satılanda ondan əvvəlki hərrac qiymətindən ucuz olması mümkün deyildir. Həmin zonada bir sot torpaq 16 manatdır, bununla bağlı Nazirlər kabinetinin qərarı var. Torpaq son hərrac qiymətindən ucuz satıla bilməz. T orpaqlara nəzarət edən hərrac agentliyi hərraca bir ay qalmış bu barədə kütləvi informasiya vasitələrində məlumat yerləşdirir. Hərraca çıxan torpaqlarla bağlı sübutlar mövcuddur. Milli Kitabxanadan mülkiyyət qəzetində hər biri var. Bu gün qiymət arayışın Azərbaycanda mülkiyyət sənədini alanda bütün bələdiyyələr həmin mülkiyyət arayışı tikilir. 20 manat dövlət büdcəsinə pul köçürülüb. O hərrac qiymətləri ilə satış aparmışdır. Torpaq qaunvericiliyinə, bələdiyyə nizamnaməsinə uyğun alqı-satqı aparmışdır. O həmin illərdə auditdən keçmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü CM-in 179.2.3, 309.2 və 313-cü maddələri ilə ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri vəzifəsində 01 yanvar 2005ci ilin fevral ayından etibarən çalışmaqdadır. Lakin hal-hazırda bələdiyinin sədri olmağı ilə bağlı məsələ Nümayəndə1 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. 05 may 2021-ci il tarixdə Şabran rayon Məhkəməsinin qərarı ilə Nümayəndə1 iddiası təmin edilmişdir. O, hal-hazırda həmin qərardan şikayət verəcəkdir. O, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahələrini qanuna müvafiq şəkildə hərrac qaydasında və hərrac qiymətinin son qiymətindən aşağı olmamaq şərti ilə satmışdır. Hərrac komissiyası arayışda göstərilən qiymətlərin məcburiliyini qəbul etsəydi o zaman torpaqların udulmuş qiymətləri hərraca çıxarılmazdı. Satdığı bütün torpaq sahələrinə dair sənədlər Bələdiyyələrə Nəzarəti həyata keçirən Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmiş, orada torpaqların satılma qiyməti, sənədləşmə və digər qanundan asılı olan məsələlər qanuni hesab edilmişdir. Bununla bağlı şəxsən ona heç bir irad bildirilməmiş, torpaqların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin arayışında göstərilən qiymətdən aşağı satılmamasının mütləq olmasını ona şəxsən heç kim nə yazılı nə də şifahi xəbərdarlıq etməmişdir. İfadəsinə 105 nömrəli 08 aprel 2021-ci il tarixli Şabran rayon Notariat Ofisinin xüsusi notariusu X39 məktubunu əlavə etmişdir. Həmin məktubdan görünür ki, Şabran rayonu Notariat ofisində 2015-2019-cu illər ərzində Şabran rayonu üzrə kənd bələdiyyələrinin fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə aparılmış alqı-satqı müqavilələri əsasında torpağın 1 sotuna görə formalaşmış bazar qiyməti 94 manatdan artıq olmamışdır. Bundan başqa vermiş olduğu ifadəsində bildirmişdir ki, torpaq sahələrinin satılması ilə bağlı keçirilmiş iclaslar formal xarakter daşımamış və iclas protokolunda adı keçən bütün bələdiyyə üzvləri iclaslarda iştirak etmişdir. Lakin həmin iclas protokollarında onların imzasının vacibliyi ilə bağlı ona konkret olaraq göstəriş verilmədiyi üçün o, həmin iclas protokollarını öz imzası ilə təsdiq etmişdir. Əgər həmin üzvlərin protokollarda imzalarının olması mütləq vacib olmuşdursa onda bu barədə ona Xaçmaz Regional Ədliyyə İdarəsindən məlumat verilər və protokolların qanunsuz olduğunu ona bildirərdilər. Lakin bu günə kimi bu barədə heç bir göstəriş almamışdır. Şahid10 və Şahid11 yalan ifadə vermiş, Pərvanənin ona qarşı ifadə verməyə məcbur etmişlər. Belə ki, həmişə onun sədr seçilməyinə səs verən Pərvanə xanım və Dilarə xanım doğru ifadə verməyərək iclaslarda iştirak etmədiyini göstərmişlər. Əslində bələdiyyənin iclas protokollarında onların iştiraklarının göstərildiyi bütün yığıncaqlarda Şahid10 şəxsən iştirak etmişdir. Ona görə də o, həmin protokolları imzası ilə təsdiq etmişdir. Bəzi xəzinədə məbləğlər həqiqətən də banka təhvil verilmədən xərclənmişdir. Həmin pulları heç kim mənimsəməmişdir. Həmin yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2.000 manatlıq sənədlər hal-hazırda harada olması barədə məlumatı yoxdur. Həmin sənədlər əvvəllər yerində olmuş, lakin hal-hazırda müəyyən axtarışdan sonra tapılmamışdır. Həmin pullar yanacağa və dəftərxana ləvazimatına xərclənmiş, onun tərəfindən mənimsənilməmişdir. Ştatdan kənar işləyən şəxslərə 754.66 manat ödənilmişdir. Lakin hal-hazırda sənədlər əlində olmadığı üçün bunu sübut edə bilmir. Lakin bildirmək istəyir ki, ştatdan kənar şəxslərə həmin pul əmlak vergisini tətbiq etmək üçün ərazidə olan fərdi yaşayış evlərini ölçülməsi üçün verilmişdir. Buna dair sənədləri taparsa təqdim edəcəkdir. Həqiqətən 7.800 manat dotasiya bələdiyyə qərarları olmadan əmək haqlarına xərclənmişdir. Bunu sənədlərdə də görmək mümkündür. Dotasiyaların bələdiyyə qərarı olmadan xərclənməməsi ilə bağlı əlində hər hansı metodiki göstəriş olmamışdır. Ona görə də qərar qəbul edilməmişdir. Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənmiş 20.980 manatla bağlı bələdiyyə iclaslarında müvafiq qərarlar qəbul edilməmiş və bu qanun pozuntusu olsa da xərclər barəsində sənədlər hal-hazırda mövcuddur. Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənmiş pulların bələdiyyə qərarı olmadan xərclənməməsi ilə bağlı əlində hər hansı metodiki göstəriş olmamışdır. Ona görə də qərar qəbul edilməmişdir. Şahid2 ifadəsində qərəzli olaraq ona qarşı yalan danışmışdır. Belə ki, o, Fikrəddinin rüsumdan artıq hər hansı pulu bank hesabına ödəməsini bilməmişdir. Əgər hər hansı o, Fikrəddinə dediyi hesaba pul ödəyibsə bu zaman bank qəbzlərini və ya hesab nömrəsini təqdim etsin. Şahid2 tam olaraq yalan danışır. Həmçinin Şahid1 ifadəsində yalan demişdir. O, Yalçından 2500 manat məbləğində pul almamışdır. Yalçın 540 manat rüsumunu ödəyib sahibliyində olan torpaq sahəsini almışdır. Həqiqətən də X33 ona məxsus torpaq sahəsinə bitişik ərazidə heyvanların yem anbarını inşa etmiş, o, həmin əraziyə gələrək heyvanların yem anbarını doğru yerdə inşa etmədiyini bildirərək anbarı sökməsi barədə xəbərdarlıq etmişdir. X44 xəbərdarlıqlarına məhəl qoymadığı üçün 2018-2019-cu il tarixdə onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Həmin şikayətinə görə Kərəm Almuradov onunla qərəzlidir. Kərəm Almuradov ona heç bir məbləğdə pul verməmiş və dediyi qoçu ona Mikayıl vasitəsi ilə göndərməmişdir. O, heç bir zaman X2 adına 5 sot torpaq sahəsini 2000 manata rəsmiləşdirmək adı ilə ondan 750 manat məbləğində pul almamışdır. X10 ona bələdiyyədə rəqib olan Nümayəndə1 qohumu olduğu üçün ona qarşı qərəzli ifadə vermişdir. X3 heç vaxt 1500 manat pul almamışdır. X41 görməmişdir. Rəhimə dəfələrlə icarə üçün əsassız torpaq sahəsini bələdiyyədən ayırlmasını tələb etmiş, o isə bundan imtina cavabını ona yollamışdır. Rəhimə onun sədrlik uğrunda rəqibi olan Atabalanın baldızı olduğunu nəzərə almağı, Rəhimənin ona qarşı qərəzi aydın görünməkdədir. X21 ona heç vaxt heç bir məbləğdə pul verməmişdir. Çingizin dedikləri qərəzlidir. O, səmimi olaraq bildirmişdir ki, X21 yalan danışır. (cild 1, iş vərəqə 247-254, cild 2, iş vərəqə 67-72) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, özü rəsmi olaraq 12 avqust 2020-ci il tarixdən Şabran rayonu Pirəbədil Bələdiyyəsin sədri vəzifəsində çalışır. Bələdiyyənin hal-hazırda onunla birlikdə 9 üzvü vardır. Belə ki, ondan əvvəl bələdiyyə sədri olmuş Təqsirləndirilən şəxs də hal-hazırda bələdiyyənin üzvüdür. O, sədr vəzifəsini tuta bilmədiyi üçün ümumiyyətlə iclaslara belə gəlməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs sədr işlədiyi müddətdə qanunsuzluqlara yol verdiyi üçün Bələdiyyənin fəaliyyəti yoxlanılmış və hesablarına həbs qoyulmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan topraqları 28 nəfərə dəyərindən aşağı qiymətlərə satmışdır. Belə ki, həmin vətəndaşlardan təxminən 17 nəfəri hərrac yolu ilə Şabran rayonu Pirəbədil Bələdiyyəsin torpaqlarını almışlar. Qalan vətəndaşlar isə kəndin sakinləri olduqları üçün onlara torpaq alqı-satqı yolu ilə satılmışdır. Hal-hazırda belə Təqsirləndirilən şəxslə məhkəmə çəkişməsi davam edir. O, qanunsuz olaraq özünün sədr olduğunu bildirmiş və buna görə məhkəmədə Şabran rayon məhkəməsində iddia qaldırmışdır. Hal-hazırda torpaqlar hərrac qiymətinə satılır. Onun olduğu dövrdə torpaq qiymətləri 100 manatdan aşağı olmayıb. Ədliyyə Nazirliyinin tövsiyyəsi gələndən sonra torpaq hərrac qiymətlərin qaldırmışlar. Elə torpaq var hərrac qiymətinə, elə torpaq var ki qiymətləndirmə qiymətinə satılar. Sənədlərə əsasən bələdiyyə sədri odur. Məhkəmə hazırda davam edir. Binəqədi Rayon Məhkəməsindən gələn məktuba əsasən Təqsirləndirilən şəxs bələdiyyə üzvlərindən kənarlaşdırılıb. Təqsirləndirilən şəxs bələdiyyə iclaslarına dəvət olunsada məhkəmə iclaslarında iştirak etməyib. Yerli vətəndaşlara torpaqlar bilavasitə, Şabran rayon razisində yaşamayan şəxslərə hərrac vasitəsilə satılır. Qiymət sonuncu hərrac qiymətindən aşağı ola bilməz. Hərracla yuxarı satılan torpaq qiyməti aşağı satıla bilməz. Həmin bələdiyyədə 100 manatdan aşağı torpaq satılmır. Ona sənədləri 2 ay bundan qabaq Azərbaycan Respublikasının Baş Prokururluğunun Korrupsiyaya qarşı mübarizə baş idarəsi göndərib. O hərrac şöbəsinə gedib ilkin qiyməti öyrənmişdir. Təqsirləndirilən şəxs olanda qiymətin nə qədər olduğunu bilmir. Ona tövsiyyə məktubu gəlib və o isə buna əsasən qiymətləri qaldırmışdır. Elə kənd vardır ki, orda torpaq 300 manata satıla bilərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, iş üzrə ona məlum olan bütün hallar üzrə və verilən suallara cavab olaraq aşağıdakıları göstərə bilər ki, öz ali təhsillidir və “X61” MMC-də auditor vəzifəsində çalışır. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə bağlanmış AT-096 saylı 01 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən Şabran rayonu Pirəbədil bələdiyyəsinin 01 yanvar 2015-ci ildən 31 dekabr 2019-cu ilədək olan dövrünün ona təqdim olunmuş sənədləri əsasında maliyyətəsərrüfat fəaliyyətinin auditini aparmışdır və bunda dair audit rəyi tərtib etmişdir. Şabran rayonu Pirəbədil bələdiyyəsinin evin tikintisi məqsədi ilə 28 nəfər vətəndaşa satmış olduqları torpaq sahələrinə dair aparılmış rəsmiləşdirmə sənədlərini yoxlayan zaman müəyyən edilmişdir ki, sənəd qovluqlarında olan torpaq sahələrinin dəyərinin əvvəlcədən müəyyən edilmiş qiymətlər barəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi idaərsinin arayışlarında göstərilmiş məbləğlərdən daha az qiymətə alqı-satqı müqavilələri tərtib edilmişdir. Torpaqların satılması ilə bağlı keçirilmiş iclaslar formal xarakter daşımış, belə ki, həmin iclas protokolunda iştirakçıların imzaları öz əksini tapmamışdır. Lakin, müvafiq qanuna əsasən torpaqların satışı 50 faizdən az olmayaraq bələdiyyə üzvlərinin vermiş olduqları səsləri hesabına qərar qəbul edilə bilərdi. Xəzinə sənədlərinə əsasən banka təhvil verilmədən xərclənmişdir. Yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2.000 manat bələdiyyə sədri tərəfindən müvafiq sənədləşmə aparılmadan xərclənməsi tərəfindən müəyyən olunmuş, belə ki, həmin xərclərə dair bələdiyyə sədri Təqsirləndirilən şəxs heç bir sənəd təqdim etməmişdir. Ştatdan kənar işçilərə verilmiş 754,66 manatla bağlı ödəniş cədvəli xəzinə sənədlərinə əlavə olunmamış, həmin pulun hara xərclənməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Belə ki, həmin işçilərin gördüyü işlərlə bağlı da hesabat yoxlamaya təqdim edilməmişdir. 7.800 manat dotasiya bələdiyyə qərarları olmadan xərclənməsi qanun pozuntusu olsa da həmin dotasiyanın xərclənməsi haqqında sənədlər qanuni olmuşdur. Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənmiş 20.980 manatla bağlı bələdiyyə iclaslarında müvafiq qərarlar qəbul edilməmiş və bu qanun pozuntusu olsa da xərclər barəsində sənədlər aşkar edilmişdir. Təqdim olunmuş sənədlərdən bələdiyyə tərəfindən müəyyən olunmuş sənədlərdə torpağın bazar qiymətinin müəyyən edilməsi üçün tərəfindən notariat kontoruna arayış tərtib olunmuş, torpağın minimum qiymətləri göstərilmişdir. bələdiyyə sədrinə verilmiş müqavilə əsasında bələdiyyəyə təqdim olunmuş sənədlər əsasında bələdiyyəyə hər hansı bir hesabat təqdim olunmamışdır. Bələdiyyə sədrinə verilmiş müqavilə əsasında bələdiyyəyə təqdim olunmuş sənədlər əsasında bələdiyyəyə hər hansı bir hesabat təqdim olunmamışdır. Torpağın qiyməti notarial qaydada müəyyən olunur və notariat kontorundan rəsmi arayış əldə edilməklə torpağın bazar qiyməti müəyyən olunur. Notariat kontorunnan əldə edilən maliyyə arayışı əsasında, çıxarış əsasında torpağın bazar qiymətinin ümumi dəyəri çıxarılır və müəyyən edilir. Notariat kontorundan əldə edilən maliyyə arayışı əsasında, çıxarış əsasında torpağın bazar qiymətinin ümumi dəyəri çıxarılır və müəyyən edilir. Torpağın satış qiyməti ilə bağlı cədvəl var və o cədvəldə hər şey əks olunub. Dövlət Əmlak Komitəsinin torpağın satışa çıxarılması üçün təqdim etdiyi arayışlar olur həmin o arayışda torpağın real qiyməti əks olunur. Torpaqayırma sənədlərində var. Daşınmaz Əmlak Komitəsinin arayışıda da var. Torpaq ayırma sənədlərinin içərisində torpaq sahəsi haqqında arayış var. Torpağın normativ qiyməti torpağın normativ qiymətlərlə bağlı olan arayışdan müəyyən edilir. Normativ qiymətlər hamsı qoyulub arayışlar hamısı verilib. İbtidai istintaq zamanı verdiyi rəyi təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, özü ali təhsillidir və Pirəbədil Tarix muzeyinin direktorudur. 2005-ci il tarixdən Şabran rayonu Pirəbədil Bələdiyyəsində üzvü seçilmişdir. Hal-hazırda da həmin kəndin bələdiyyə üzvüdür. 2015-ci ilin yanvar ayında 795,79 manat, fevral ayında 828,62 manat, cəmi 1.624,41 manat vergi və ödənişlər nağd qaydada yığılaraq xəzinəyə mədaxil olunması, banka təhvil verilmədən xərclənməsi, eləcə də yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2.000 manat bələdiyyə sədri tərəfindən müvafiq sənədləşmə aparılmadan xərclənməsindən onun xəbəri yoxdur. Uzun müddət üzv kimi seçildiyinə baxmayaraq onunla sədr Təqsirləndirilən şəxs heç bir vaxt məsləhətləşməmiş və qərarlarına təsir etmə gücü olmamışdır. Sənədləşmə aparılmadan xərclənmələrin olmasından məlumatsızdır. İşlədiyi müddətdə onunla sədr Təqsirləndirilən şəxs heç bir vaxt hesablaşmamış və qərarlarına təsir etmə gücü olmamışdır. 2005-ci ildən üzv olsa da onun fikrini heç bir zaman soruşmamışlar. Qərarların verilməsində iştirakı istisna olunduğundan 7.800 manat dotasiya bələdiyyə qərarları olmadan xərclənməsi barədə məlumatı olmamışdır. Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənmiş 20.980 manatla bağlı bələdiyyə iclaslarında müvafiq qərarlar qəbul edilməməsi ilə bağlı heç bir məlumatı yoxdur. Bundan xəbəri olmamışdır. Bələdiyyənin üzvü olsada real deyəri 102.300 manat olan 2.57 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə 28 nəfər vətəndaşa 17.084 manata satılması ilə bağlı heç bir məlumatı yoxdur. Torpaqların satılması ilə bağlı heç bir iclasda iştirak etməmişdir. Ona görə də bu sual bələdiyyənin sədrinə verilməlidir. Ucuz satılmış torpaqlara dair yalnız sədr izah verə bilər. O bələdiyyədə 15 il işləmişdir, hazırda da bələdiyyə üzvüdür. Təqsirləndirilən şəxs bələdiyyə sədri olduğu dövrdə bələdiyyə iclaslarında iştirak etməmişdir. Onu əvvəllər iclaslara dəvət etməmişlər. Bələdiyyədən heç bir maaş almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, ali təhsillidir və Pirəbədil kənd orta məktəbinin direktoru vəzifəsində çalışır. 2010-cu il tarixindən Şabran rayonu Pirəbədil Bələdiyyəsində üzv seçilmişdir. Hal-hazırda da həmin kəndin bələdiyyə üzvüdür. Bələdiyyə üzvü olsa da real dəyəri 102.300 manat olan 2.57 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə 28 nəfər vətəndaşa 17.084 manata satılması ilə bağlı heç bir məlumatı yoxdur. Bundan xəbəri olmamışdır. Torpaq satılması ilə bağlı heç bir iclasda iştirak etməmişdir. Bələdiyyə üzvlüyünə 2010-cu ildə seçilmişdir. Onu iclaslara dəvət etməmişlər. Torpaq alqı-satqısında iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4ov oğlu ifadəsində göstərdi ki, ali təhsillidir və ƏMDX-nin 5-saylı Xaçmaz Ərazi İdarəsinin yer qurluşu üzrə mühəndisi vəzifəsində çalışır. 2009-2019-cu il tarixlərdə Şabran rayonu Pirəbədil Bələdiyyəsində üzvü seçilmişdir. Hal-hazırda da həmin kəndin bələdiyyə üzvü deyil. 2015-ci ilin yanvar ayında 795,79 manat, fevral ayında 828,62 manat, cəmi 1.624,41 manat vergi və ödənişlər nağd qaydada yığılaraq xəzinəyə mədaxil olunması, banka təhvil verilmədən xərclənməsi, eləcə də yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2.000 manat bələdiyyə sədri tərəfindən müvafiq sənədləşmə aparılmadan xərclənməsindən onun xəbəri yoxdur. Uzun müddət üzv kimi seçildiyinə baxmayaraq onunla sədr Təqsirləndirilən şəxs heç bir vaxt məsləhətləşməmiş və qərarlarına təsir etmə gücü olmamışdır. O bələdiyyə iclaslarında iştirak etməmişdir. Heç bir alqı-satqıdan xəbəri yoxdur. Protokolları imzalamamışdır. O bələdiyyə iclaslarına dəvət olunmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, xx.xx.2018ci il tarixdən 2020-ci ilin sentyabr ayınadək Şabran rayonu Pirəbədil Bələdiyyəsində mühasib vəzifəsində çalışmışdır. Hal-hazırda isə sözügedən bələdiyyədə vergi agenti kimi fəaliyyət göstərir. Onun mühasib kimi işlədiyi dövrdə sözü gedən torpaqların satılması ilə bağlı cəmi bir nəfərə torpaq satılmışdır. Buna baxmayaraq mühasib kimi o, ancaq mədaxil olan pul vəsaitinə nəzarət etmişdir. Real dəyəri 102.300 manat olan 2.57 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə 28 nəfər vətəndaşa 17.084 manata satılması ilə bağlı heç bir qərar verməmişdir. Həmin dövrlərdə işləmədiyi üçün bundan xəbəri olmamışdır. Qanuna əsasən bələdiyyə üzvlərinin iclaslarında qəbul edilmiş qərarlar əsasında torpaqlar satılır, ona görə də bu sual bələdiyyənin üzvlərinə və sədrinə verilməlidir. Ucuz satılmış torpaqlara dair yalnız onlar izah verə bilərlər. Həqiqətən də 2015-ci ilin yanvar ayında 795,79 manat, fevral ayında 828,62 manat, cəmi 1.624,41 manat vergi və ödənişlər nağd qaydada yığılaraq xəzinəyə mədaxil olunmuşdur. Bələdiyyənin müxtəlif vergi ödənişlərinə görə borcu yarandığından pullar banka təhvil verilməmişdir. Çünki, həmin hesabdan borca görə vergilər avtomatik qaydada tutulacağını bildiyi üçün və işçilərin əmək haqsız qala bilmə ehtimalını aradan qaldırmaq, əmək haqları və digər zəruri ödənişləri təcili həyata keçirmək məqsədi ilə pullar banka təhvil verilməmiş və pullar xəzinədən məxaric edilərək əmək haqlarına yönləndirilmişdir. Yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2.000 manat bələdiyyə sədri tərəfindən müvafiq sənədləşmə aparılmadan xərclənməsi mümkün deyildir. Belə ki, audit zamanı ola bilər ki, həmin sənədlər arxivə təqdim edildiyindən auditə təqdim olunmamışdır. Əmək haqlarının verilməsi ilə bağlı qərar tələb olunmadığından 2015-2018-ci illər ərzində dövlət büdcəsindən ayrılmış 7.800 manat dotasiya bələdiyyə əməkdaşlarının maaşlarının verilməsinə yönəldilmişdir. Ona görə də audit yoxlaması zamanı həmin sözü gedən 7.800 manat dotasiya bələdiyyə qərarları olmadan xərclənməsi kimi müəyyən edilmişdir. Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənmiş 20.980 manatla bağlı bələdiyyə iclaslarında müvafiq qərarlar qəbul edilməməsi ilə bağlı heç bir məlumatı yoxdur. Bələdiyyə üzvlərinin iclaslarında qəbul edilmiş qərarlar əsasında yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənir. O, üzv olmadığına görə həmin iclaslarda iştirak etməmişdir. Pirəbədil bələdiyyəsində ştatdan kənar işçi kimi ona həmin pulun yarısı yəni 377.33 manat məbləğində pul əmlak vergisini tətbiq etmək üçün ərazidə olan fərdi yaşayış evlərinin ölçülməsi üçün nağd verilmişdir. Lakin buna dair sənədlərin harada olması barədə onda məlumat yoxdur. O, qeyd olunan məbləği əmək haqqı qismində almışdır. (cild 1, iş vərəqə 223-226) Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şıxəli oğlu ifadəsində göstərdi ki, o, 2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək Şabran rayonu Pirəbədil Bələdiyyəsində mühasib vəzifəsində çalışmış, mühasib kimi vəzifələrinə əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması, əmrlərə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirilməsi, qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirmək və icra etmək, müxtəlif mədaxil, məxaric orderləri, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət, bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparmaq, mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək, onlar üzrə müvafiq aktları rəsmiləşdirməkdən ibarətdir. O, işlədiyi müddətdə Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs olmuşdur. Onunla heç bir düşmənçilyi və ədavəti olmamışdır. Mühasib kimi o, ancaq mədaxil olan pul vəsaitinə nəzarət etmiş, real deyəri 102.300 manat olan 2.57 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə 28 nəfər vətəndaşa 17.084 manata satılması ilə bağlı heç bir qərar verməmiş, bundan xəbəri olmamışdır. Bələdiyyə üzvlərinin iclaslarında qəbul edilmiş qərarlar əsasında torpaqlar satılmışdır. Ona görə də bu sual bələdiyyənin üzvlərinə və sədrinə verilməlidir. Ucuz satılmış torpaqlara dair yalnız onlar izah verə bilərlər. Həqiqətən də 2015-ci ilin yanvar ayında 795,79 manat, fevral ayında 828,62 manat, cəmi 1.624,41 manat vergi və ödənişlər nağd qaydada yığılaraq xəzinəyə mədaxil olunmuşdur. Bələdiyyənin müxtəlif vergi ödənişlərinə görə borcu yarandığından pullar banka təhvil verilməmişdir. Çünki, həmin hesabdan borca görə vergilər avtomatik qaydada tutulacağını bildiyi üçün və işçilərin əmək haqsız qala bilmə ehtimalını aradan qaldırmaq, əmək haqları və digər zəruri ödənişləri təcili həyata keçirmək məqsədi ilə pullar banka təhvil verilməmiş və pullar xəzinədən məxaric edilərək əmək haqlarına yönləndirilmişdir. Bu nöqsan birdə təkrarlanmayacaqdır. Yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2.000 manat bələdiyyə sədri tərəfindən müvafiq sənədləşmə aparılmadan xərclənməsi mümkün deyildir. Belə ki, audit zamanı ola bilər ki, həmin sənədlər arxivə təqdim edildiyindən auditə təqdim olunmamışdır. Qeyd olunan xərcləmələrin sənədlərini arxivdən tapmaq mümkündür. Pirəbədil bələdiyyəsində ştatdan kənar işçi kimi ona həmin pulun yarısı yəni 377.33 manat məbləğində pul əmlak vergisini tətbiq etmək üçün ərazidə olan fərdi yaşayış evlərini ölçülməsi üçün nağd verilmişdir. Lakin buna dair sənədlərin harada olması barədə məlumatı yoxdur. O, qeyd olunan məbləği əmək haqqı qismində almış, əmək haqqlarının verilməsi ilə bağlı qərar tələb olunmadığından 2015-2018-ci illər ərzində dövlət büdcəsindən ayrılmış 7.800 manat dotasiya bələdiyyə əməkdaşlarının maaşlarının verilməsinə yönəldilmişdir. Ona görə də audit yoxlaması zamanı həmin sözü gedən 7.800 manat dotasiya bələdiyyə qərarları olmadan xərclənməsi kimi müəyyən edilmişdir. Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənmiş 20.980 manatla bağlı bələdiyyə iclaslarında müvafiq qərarlar qəbul edilməməsin ilə bağlı heç bir məlumatı yoxdur. Bələdiyyə üzvlərinin iclaslarında qəbul edilmiş qərarlar əsasında Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənir. O, üzv olmadığına görə həmin iclaslarda iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ali təhsillidir və 2010-cu il tarixdən Kilvar kənd ümumi orta məktəbində ingilis dili müəllimi kimi çalışır. 2015-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsində üzvü seçilmişdir. Hal-hazırda da həmin kəndin bələdiyyə üzvü deyil. O Şabran rayonu Pirəbədil Bələdiyyəsində üzv seçildiyi gün cəmi bir dəfə bələdiyənin inzibati binasında olmuşdur. Bundan başqa onu heç kim heç bir zaman bələdiyyəyə çağırmamış, o, iclaslarda iştirak etməmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, özü 2013-cü il tarixdən Xaçmaz regional X48, Pirəbədil kənd sənətkarlıq klubunda mədəni təşkilatçı vəzifəsində çalışır. O, özünə ev tikmək istədiyi üçün torpaq sahəsi almaq qərarına gəlmişdir. Buna görə də Pirəbədil kənd camaatının və onun eləcə də əvvəldən tanıdığı həmkəndlisinin Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs boş torpaq sahəsi almaq istədiyini demişdir. 2017-ci ilin yaz-yay aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onlar bir-birlərini çoxdan tanıdıqları və həmkəndli olduqları üçün bunları nəzərə alacaq bütün sənədləşmə işlərini özü həll edəcəyini, onun isə yalnız notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edəcəyini söyləmişdir. O torpaq alqı-satqısında yəni, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxslə Şabran rayon notariat kontorunda görüşmüş və 639 manat pulu mərkəzi poçta ödəmişlər. Ona təqdim olunan sənədləri imzalamışdır. Ona yüksək səviyyədə Təqsirləndirilən şəxs hörmət etmişdir. O konkret olaraq xx.xx.2017-ci il tarixdə 639 manat pulu mərkəzi poçta ödəyib 0,09 ha torpaq sahəsini almışdır. Qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ona həmkəndli və tanıdığı biri kimi hörmət edərək dövlət rüsumu olan 639 manata 0,09 ha torpaq sahəsini satmışdır. O konkret olaraq xx.xx.2017-ci il tarixdə 639 manat pulu mərkəzi poçta ödəyib 0,09ha torpaq sahəsini almışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Şabran rayonu Qorğan kəndindən 7 sot torpaq almışdır. 2018-ci ildə bələdiyyəyə ərizə ilə müraciət edib torpaq almışdır.. Dövlət rüsumu köçürmüşdür. Bələdiyyə ona hesab nömrəsi təqdim edib, pulu ora ödəmişdir. O pulu poçta köçürmüşdür. Ona hesab nömrəsini bələdiyyədə vermişlər. Alqı-satqı müqaviləsini icra hakimiyyətində imzalamışdır.İstintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir.2500manat pulu bələdiyyə hesabına ödəmişdir. Pulu başqabaşqa vaxtlarına ödəmişdir. Camaləddin müəllim pulu ödəməsini demiş, o da öz növbəsində pulu bələdiyyə hesabına ödəmişdir. Pulu təqribən 1 il müddətində ödəmişdir Pulu poçta ödəmişdir. Qəbzi gətirib bələdiyyəyə təqdim etmişdir. Sənədi əldə edən kimi pulu ödəmişdir. Torpağın real qiyməti yadımda deyil. Torpağın 497 manat olduğunu bilməmişdir. 2500 manat pulu hissə-hissə köçürmə vasitəsilə ödəmişdir. Hesab nömrəsini ona vermişlər. o da pulu poçtdan ödəmişdir, qəbzi Təqsirləndirilən şəxs vermişdir. 2500 manat ödəmişdir. Hesab nömrələrini saxlamamışdır. Ödənişi Dəvəçi poçtundan etmişdir. Ona hər dəfə yeni hesab nömrəsi vermişlər. Qəbzi hər dəfə Camaləddin müəllimə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, ailə üzvləri ilə bərabər yaşayır. Onun xalası qızı X15 ata yurdundan torpaq almaq istədiyini 2016-cı il tarixdə ona bildirdi. Lakin xalası qızının Zeyvə kəndinə qeydiyyatı olmadığından torpağı onun adına almaq istədiyini söyləmişdir. O xalası qızı X15 ilə razılığa gəldikdən sonra Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxslə danışmış və bütün sənədləşməni Təqsirləndirilən şəxs onlara kömək etmişdir. xx.xx.2016-cı il tarixdə 0.12 ha torpaq sahəsinə dair pul ödədikdən sonra Şabran rayonu notariat kontoruna gedərək orada təqdim olunmuş alqı-satqı müqaviləsinə imza etmişdir. Adına aldığı torpaqla bağlı heç kimə əlavə pul verməmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs torpağın rəsmiləşdirilməsi ilə bağlı bütün sənəd işlərində ona kömək etmişdir. Dəqiq xatırlamadığı tarixdə 12 sot torpaq almışlar, bunun əvəzində nə qədər pul ödənildiyini bilməmişdir. Pulun kimə ödənildiyi barədə məlumatsızdır. İbtidai İstintaq zamanı verdyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, o, Şabran rayonu Zeyvə kəndində doğulmuş, orda boya başa çatmışdır. Hal-hazırda Şabran rayon 3 saylı Yol İdarəsinin asfalt-beton zavodunun rəisidir. Onun ata yurdu Şabran rayonu Pirəbədil bələdiyyəsinin tərkibində olan Zeyvə kəndi olmuşdur. O, özünə fərdi yaşayış evi tikmək məqsədi ilə atasının sahibliyində olmuş torpaq sahəsinə dair mülkiyyət hüququ verən sənədləri almaq istədiyini tanıdığı həmkəndli və sinif yoldaşı olmuş Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. 2017-ci ilin yaz-yay aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, sinif yoldaşı olduqları üçün bunları nəzərə alacaq bütün sənədləşmə işlərini özü həll edəcək, onun isə yalnız notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edəcəyini söyləmişdir. O, Camaləddinlə razılaşmışdır. xx.xx.2017-ci il tarixdə 0.05 ha torpaq sahəsinə görə 355 manat dövlət rüsumu ödəmişdir. Ona təqdim olunan sənədləri imzalamışdır. Ona yüksək səviyyədə Təqsirləndirilən şəxs hörmət etmiş, çünki onun sinif yoldaşı olmuşdur. Camaləddinin özü və işçilərindən heç bir hörmətsizlik görməmiş, konkret olaraq xx.xx.2017-ci il tarixdə dövlət rüsumu olan 355 manat məbləğində pul verib 0,05 ha torpaq sahəsini almış, qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə pul verməmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8oğlu ifadəsində göstərdi ki, Sumqayıt şəhərində doğulsa da Şabran rayonu Zeyvə kəndi onun ata yurdu olmuşdur. O özünə fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsinə dair mülkiyyət hüququ verən sənədləri almaq istədiyini tanıdığı həmkəndlisi Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. 2016-cı ilin qış aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirdi ki, onlar birbirlərini çoxdan tanıdıqlarından bunları nəzərə alacaq bütün sənədləşmə işlərini özü həll edəcəyini, onun isə yalnız notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edəcəyini demişdir. O Camaləddinlə razılaşmışdır. xx.xx.2017-ci il tarixdə 0.05 ha torpaq sahəsinə görə 250 manat dövlət rüsumu ödəmişdir. Ona təqdim olunan sənədləri imzalamışdır. Konkret olaraq xx.xx.2017-ci il tarixdə dövlət rüsumu olan 250 manat məbləğində pul verib 0,05ha torpaq sahəsini almışdır. Qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə əlavə pul verməmişdir. Torpağı 2017-ci ildə almışdır. Pulu poçt vasitəsilə ödəmişdir. O başqa adam görməmişdir. İstintaq zamanı verdiyi ifadəsi təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Səlahəddin torpaq almaq üçün kəndə gəlmişdi. Ona demişdir ki, o torpaq alıb, sonradan öz adına keçirəcək. Demişdir ki, hər bir şey onluqdur. Bir müddətdən sonra onun adına vergi gəlmişdir. Torpağın hansı qaydada alındığını bilmir. Torpaq alqı-satqısını idarədə etmişlər. O Camaləddin müəllimi görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, Bələdiyyəyə müraciət edib ev tikmək üçün 12 sot torpaq almışlar. Torpaq almaq üçün ödədiyi məbləğ yadında deyil. Pulu hissə-hissə ödəmişlər. İstintaqa verdiyi ifadəsi təsdiq edir. Torpaq almaq üçün bələdiyyəyə sədrinə müraciət etmişdir. Torpaq rusümlarını bələdiyyə sədri demişdir. Notariusa torpaq alan və bələdiyyə sədri gedib. Hal-hazırda kəndlərində torpaqların hansı qiymətə satıldığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, Bələdiyyəyə müraciət edib ev tikmək üçün torpaq almışdır. Camaləddin müəllim ona köməklik etmişdir. Torpaq almaq üçün ödədiyi məbləğ yadında deyil. Pulu poçta ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində dediyi məbləğ yadında deyil, amma ifadəsini təsdiq edir. Torpaqların hal-hazırda hansı qiymətə satıldığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, O 12 sot torpaq alıb 850 manat pul ödəmişdir.Pulu poçta ödəmişdir. Torpaqların alqı-satqısında kimin iştirak etdiyi yadında deyil. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, təsadüf nəticəsində Şabran rayonu Pirəbədil kəndində özünə torpaq alaraq ev tikmişdir. Belə ki, gəzinti niyyəti ilə Pirəbədil kəndinə gedən zaman oranın təbiəti xoşuna gəldiyi üçün yuxarıda qeyd etdiyi kimi torpaq sahəsini 2015-ci il tarixdə alaraq ev tikmişdir. Lakin evinin yanında yerləşən xəndəkdə toyuqları tələf olduğuna görə həmin ərazini torpaqla düzləmişdir. 2017-ci ilin avqust ayında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bildirmişdir ki, torpaqladığı ərazi Şabran rayonu, Pirəbədil kənd Bələdiyyəsinin mülkiyyətindədir. O, həmin torpaq sahəsini ona sata biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxslə razılaşıb həmin torpaq sahəsini almaq niyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə həmin torpaq sahəsinin ona 2.500 manata satması ilə bağlı onunla 2017-ci ilin avqust ayında Pirəbədil kəndində evinin qarşısında razılığa gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyat yoldaşı X23 şəxsiyyət vəsiqəsinin surətini vermiş və həmin torpaq sahəsini onun adına rəsmiləşdirməyi xahiş etmişdir. Təqsirləndirilən şəxslə növbəti dəfə 06 dekabr 2017-ci il tarixdə Şabran rayon notariat kontorunda görüşmüş və ona 2.500 manat pulu şəxsən vermişdir. Həyat yoldaşı Nelli Manaflı təqdim olunan sənədləri oxumadan imzalamışdır. Belə ki, artıq Təqsirləndirilən şəxslə o, bütün danışıqları apardığı üçün onun hər hansı sənəd oxumasına ehtiyac qalmamışdır. O, konkret olaraq həmin sənədlərdə torpağın ona neçəyə satıldığına baxmamışdır. Belə ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs inanmışdır. Camaləddin də ondan yalnız torpaq sahəsinin pulunu alacağını bildirmişdir.(cild 1, iş vərəqə 169-172) Şahid12 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Şabran rayonu Zeyvə kəndi ata yurdu olduğuna görə həmin kənddə ev tikmək məqsədi ilə özümə torpaq sahəsi axtarmışdır. Onun qeydiyyatı Zeyvə kəndinə deyil Şabran şəhərinə olduğu üçün həmin torpaq sahəsini qohumu X11 adına almaq qərarına gəlmişdir. Buna görə də qohumu X11 razılığını aldıqdan sonra 2017-ci ilin qış aylarında əvvəldən tanıdığı, qohumu Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Ona Zeyvə kəndindən ev tikmək üçün boş torpaq sahəsi almaq istədiyini söyləmişdir. Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ərizə yazılmalı və müəyyən rüsumlar ödənildikdən sonra notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edilməlidir. O, alacağı torpağı qohumu X11 adına rəsmiləşdirmək üçün xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxslə Şabran rayon notariat kontorunda görüşmüş və poçtda əvvəldən ödədiyi 500 manat məbləğində pulun qəbzini şəxsən Təqsirləndirilən şəxs vermişdir. Təqdim olunan sənədləri qohumu X26 imzalamışdır. Bundan sonra isə topladığı sənədlərlə həmin torpaq sahəsinin mülkiyyət hüquqlarına dair çıxarışı müvafiq qurumdan almışlar. O, konkret olaraq xx.xx.2017-ci il tarixdə Şabran şəhərində yerləşən Şabran rayonu, Pirəbədil kənd Bələdiyyəsinin o, vaxtkı sədri Təqsirləndirilən şəxs şəxsən 500 manatlıq rüsum ödənişinin qəbzini verib 0,10 ha torpaq sahəsini qohumu X11 adına almışdır. Qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ona həmkəndli və tanıdığı biri kimi hörmət edərək torpaq alqı-satqısı zamanı bütün informasiyaları dəqiq çatdırmış və rəsmi olan dövlət rüsumunu yəni, 500 manat məbləğində pulu ödəyib 0,10 ha torpaq sahəsini almışdır. (cild 1, iş vərəqi 227-229) Şahid13 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, özünə ev tikmək məqsədi ilə ata yurdunda torpaq sahəsi almaq üçün əvvəldən tanıdığı həmkəndlisi Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Ona Qorğan kəndindən boş torpaq sahəsi almaq istədiyini söyləmişdir. 2017-ci ilin yaz aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ərizə yazılmalı və müəyyən rüsumlar ödənildikdən sonra notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edilməlidir. O, alacağı torpağı həyat yoldaşı X16 adına rəsmiləşdirmək üçün xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxslə Şabran rayon notariat kontorunda görüşmüş və poçtda əvvəldən ödədiyi 850 manat məbləğində pulun qəbzini şəxsən Təqsirləndirilən şəxs vermişdir. Sənədləri həyat yoldaşı Kəmalə Balabəyova imzalamış, Bundan sonra isə topladığı sənədlərlə həmin torpaq sahəsinin mülkiyyət hüquqlarına dair çıxarışı müvafiq qurumdan almışlar. O, konkret olaraq xx.xx.2017-ci il tarixdə Şabran şəhərində yerləşən Şabran rayonu, Pirəbədil kənd Bələdiyyəsinin o, vaxtkı sədri Təqsirləndirilən şəxs şəxsən 850 manatlıq rüsum ödənişinin qəbzini verib 0,12 ha torpaq sahəsini həyat yoldaşı K.Balbəyovanın adına almış, qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs ona həmkəndli və tanıdığı biri kimi hörmət edərək torpaq alqı-satqısı zamanı bütün informasiyaları dəqiq çatdırmış və o, rəsmi olan dövlət rüsumunu yəni, 850 manat məbləğində pulu ödəyib 0,12 ha torpaq sahəsini almışdır. (cild 1, iş vərəqə 216-218) Şahid14 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, yuxarıda qeyd etdiyi ünvanda yaşayır. O, özünə ev tikmək məqsədi ilə torpaq sahəsi almaq üçün əvvəldən tanıdığı həmkəndlisi Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Ona boş torpaq sahəsi almaq istədiyini söyləmişdir. 2017-ci ilin yaz aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ərizə yazılmalı və müəyyən rüsumlar ödənildikdən sonra notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edəcəkdir. O, torpaq alqı-satqısında yəni, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxslə Şabran rayon notariat kontorunda görüşmüş və banka əvvəldən ödədiyi 850 manat məbləğində pulun qəbzini şəxsən Təqsirləndirilən şəxs vermiş, ona təqdim olunan sənədləri imzalamış, ona yüksək səviyyədə Təqsirləndirilən şəxs hörmət etmiş, onun özü və işçilərindən heç bir hörmətsizlik görməmişdir. O, konkret olaraq xx.xx.2017-ci il tarixdə Şabran şəhərində yerləşən Şabran rayonu, Pirəbədil kənd Bələdiyyəsinin o, vaxtkı sədri Təqsirləndirilən şəxs şəxsən 850 manatlıq rüsum ödənişinin qəbzini verib 0,12 ha torpaq sahəsini almış, qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə pul verməmiş, Təqsirləndirilən şəxs ona həmkəndli və tanıdığı biri kimi hörmət edərək 850 manata 0,12 ha torpaq sahəsini satmışdır. (cild 1, iş vərəqo 213-215) Şahid16 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, oğlu Nahid və həyat yoldaşı Dilbər Şabran rayonu Pirəbədil bələdiyyəsinin tərkibində olan Zeyvə kəndində uzun müddətdir ki, qeydiyyatda olduqlarından onların adına torpaq almaq qərarına gəlmişdir. Həmin torpaq sahəsində oğlu Nahid Atamoğlanova ev tikməyi planlaşdırmışdır. Şabran rayonu Pirəbədil bələdiyyəsinin tərkibində olan yaşadığı Zeyvə kəndində oğlu X22 fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi almaq üçün əvvəldən tanıdığı həmkəndlisi Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. 2017-ci ilin yaz-yay aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmkəndli olduqlarından nəzərə alacaq bütün sənədləşmə işlərini özü həll edəcək, onun isə yalnız notariat kontoruna oğlu və həyat yoldaşı ilə gedərək orada alqı-satqı müqaviləsinə imza edəcəklərini söyləmişdir. O, Camaləddinlə razılaşmış və yaşadığı evin yaxınlığında yerləşən hər birinin 0.12 ha sahəsi olan ayrı-ayrılıqda yerləşən iki torpaq sahəsini almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin torpaq sahələrinin hər birinin dəyəri 850 manatdır. O, həmin pulu hara ödəyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, ümumilikdə 1700 manat məbləğində pulu poçta bələdiyyənin hesabına köçürəcəkdir. Hal-hazırda həmin hesab nömrəsini itirmişdir. Həmin hesaba 1700 manat məbləğində pul köçürmüşdür. Şabran rayonu Zeyvə kəndində xx.xx.2017-ci il tarixdə həyat yoldaşı Dilbər Atamoğlanova 0.12 ha torpaq sahəsi, xx.xx.2017-ci il tarixdə isə oğlu Nahid Atamoğlanova 0.12 ha torpaq sahələrini almışdır. Ailə üzvləri alqı-satqı zamanı Şabran rayonu notariat kontoruna gedərək alqı-satqı müqavilələrini imzalamışlar. O, konkret olaraq oğlunun və həyat yoldaşının adına aldığı torpaq sahələrinə görə ümumilikdə dövlət rüsumu olan 1700 manat məbləğində pul ödəmişdir. Bundan başqa qeyd olunan məbləğdən əlavə Təqsirləndirilən şəxs və ya sözügüdən bələdiyyənin başqa əməkdaşlarına hər hansı məbləğdə pul və yaxud qiymətli əşya verməmişdir. (cild 1, iş vərəqə 206-209) Şahid18 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhərində doğulsa da onun ata yurdu Şabran rayonu Pirəbədil bələdiyyəsinin tərkibində olan Qazma kəndi olmuşdur. Ailəlikcə həmişə Qazma kəndində qeydiyyatda olub orada yaşamış, özünə fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi almaq üçün əvvəldən tanıdığı həmkəndlisi Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin keçmiş sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Ona boş torpaq sahəsi almaq istədiyini söyləmişdir. 2017-ci ilin yaz aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmkəndli olduğu üçün bunları nəzərə alacaq bütün sənədləşmə işlərini özü həll edəcək, o isə yalnız notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edəcəyini söyləmişdir. O, Camaləddinlə razılaşmış və yaşadığı evin 500 metr məsafəsində yerləşən çay kənarında torpağı almaq istədiyini bildirmişdir. O, torpaq alqı-satqısında yəni, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxslə Şabran rayon notariat kontorunda görüşmüş və orada 850 manat pulu ödəmiş, ona təqdim olunan sənədləri imzalamışdır. O, konkret olaraq xx.xx.2017-ci il tarixdə Şabran şəhərində yerləşən Şabran rayonu, Pirəbədil kənd Bələdiyyəsinin o, vaxtkı sədri Təqsirləndirilən şəxs şəxsən rüsum olan 850 manat məbləğində pul verib 0,12ha torpaq sahəsini almış, qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə pul verməmiş, Təqsirləndirilən şəxs ona həmkəndli və tanıdığı biri kimi hörmət edərək 850 manata 0,12 ha torpaq sahəsini satmışdır. (cild 1, iş vərəqə 196-198) Şahid23 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki,o, konkret olaraq 20 oktyabr 2016-cı il tarixdə Şabran rayonu, Pirəbədil kənd Bələdiyyəsinin o, vaxtkı sədri Təqsirləndirilən şəxs şəxsən 917 manat məbləğində pul verib 0,11 ha torpaq sahəsini almış, qeyd olunan puldan başqa heç kimə heç bir məbləğdə pul verməmiş, Təqsirləndirilən şəxs ona ağsaqqal kimi hörmət edərək 917 manata 0,11 ha torpaq sahəsini satmış, o, arıçılıqla əlaqədar özünə torpaq sahəsi almaq üçün əvvəldən tanımadığı Şabran rayonu Pirəbədil kənd bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Ona boş torpaq sahəsi almaq istədiyini söyləmişdir. 2016-ci ilin yaz-yay aylarında Şabran rayonu, Pirəbədil kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun ağsaqqal olmağını nəzərə alacaq bütün sənədləşmə işlərini özü həl edəcəyini onun isə yalnız notariat kontoruna gedərək orada alqı-satqı müqaviləsinə imza edəcəyini söyləmişdir. O, torpaq alqı-satqısından əvvəl Xaçmaz rayonunda hərracda şəxsən iştirak etmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə o, Təqsirləndirilən şəxslə Şabran rayon notariat kontorunda görüşmüş və ona 917 manat pulu şəxsən vermişdir. Ona təqdim olunan sənədləri imzalamışdır. Ona yüksək səviyyədə Təqsirləndirilən şəxs hörmət etmişdir. Onun özü və işçilərindən heç bir hörmətsizlik görməmişdir. (cild 1, iş vərəqə 181-183) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “X61” MMC-nin auditoru Şahid7 04 sentyabr 2020-ci il tarixli audit aktından müəyyən edilmişdir ki, real dəyəri 102300 manat olan 2.57 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə 28 nəfər vətəndaşa 17084 manata satılmışdır. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Qanunun tələblərinə zidd olaraq 2015-ci ilin yanvar ayında 795,79 manat, fevral ayında 828,62 manat, cami 1624,41 manat vergi ve ödənişlər nağd qaydada yığılaraq xəzinəyə mədaxil olunmuş, banka təhvil verilmədən xərclənmişdir. Yanacaq və dəftərxana ləvazimatı üçün yerli büdcədən ayrılmış 2000 manat bələdiyyə sədri tərəfindən müvafiq sənədləşmə aparılmadan xərclənmişdir. Ştatdan kənar işçilərə verilmiş 754,66 manatla bağlı ödəniş cədvəli xəzinə sənədlərinə əlavə olunmamış, görülmüş işlər haqqında hesabat tərtib olunmamışdır. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunun tələblərinə zidd olaraq 2015-2018-ci illər ərzində dövlət büdcəsindən ayrılmış 7800 manat dotasiya bələdiyyə qərarları olmadan xərclənmişdir. Yerli büdcədən kadastr xidmətinə, auditora xidmət haqqına, torpaq müayinəsinə xərclənmiş 20980 manatla bağlı bələdiyyə iclaslarında müvafiq qərarlar qəbul edilməmişdir.(cild 1, iş vərəqi 65-74 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş alqı-satqı müqavilələri, iclas protokolları və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi idarəsinin arayışlarından görünür ki, Şahid15 0,10 ha torpaq sahəsi 4.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2016-cı il tarixli 08 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satılmışdır. Şahid9 0,12 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2016-cı il tarixli 08 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 600 manata satılmışdır. X13 0,10 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2016-cı il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satılmışdır. X25 0,05 ha torpaq sahəsi 1.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 263 manata satılmışdır. X37 0,12 ha torpaq sahəsi 3600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 630 manata satılmışdır. X17 0,05 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satılmışdır. Şahid8 0,05 ha torpaq sahəsi 1.900 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satılmışdır. X8 0,06 ha torpaq sahəsi 2.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 300 manata satılmışdır. X14 0,10 ha torpaq sahəsi 3.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 05 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 500 manata satılmışdır. X18 0,06 ha torpaq sahəsi 8.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satılmışdır. X38 0,12 ha torpaq sahəsi 4.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. X19 0,12 ha torpaq sahəsi 3.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 07 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. X9 0,06 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 8 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satılmışdır. Şahid21 0,05 ha torpaq sahəsi 1.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 9 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satılmışdır. X30 0,12 ha torpaq sahəsi 15.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. Şahid14 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. X31 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 1.000 manata satılmışdır. X1 0,07 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 497 manata satılmışdır. X20 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. Şahid18 0,12 ha torpaq sahəsi 4.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. Şahid22 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 11 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. X32 0,09 ha torpaq sahəsi 2.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 639 manata satılmışdır. X4 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satılmışdır. X5 0,08 ha torpaq sahəsi 2.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 568 manata satılmışdır. Şahid17 0,05 ha torpaq sahəsi 1.145 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satılmışdır. X29 0,06 ha torpaq sahəsi 1.700 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 540 manata satılmışdır.Şahid23 0,11 ha torpaq sahəsi 3.800 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 917 manata satılmışdır. X12 0,11 ha torpaq sahəsi 3.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 990 manata satılmışdır. (cild 1, iş vərəqi 65-74) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2010-cu il tarixli 3694 saylı qeydiyyat şəhadətnaməsindən müəyyən edilmişdir ki, Şabran rayonu, Pirəbədil bələdiyyənin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı şöbəsində qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 30 yanvar 2015ci il tarixli Şabran rayonu Pirəbədil bələdiyyəsinin birinci iclasının 1№-li porotokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin bələdiyyənin sədri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Şabran rayonunun Pirəbədil bələdiyyəsinin Nizamnaməsi»nin 3-cü bəndinə əsasən, müəyyən edilir ki, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının təmin edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək, digər işçilərin vəzifəyə təyin etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və qanunvericiliyə əsasən həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi bələdiyyə sədrinə məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, 27 noyabr 2017-ci il tarixli 00070 nömrəli kassa məxaric orderi üzrə 506 manat, həmin tarixli 00072 nömrəli kassa məxaric orderi üzrə 1500 manat, həmin tarixli 00073 nömrəli kassa məxaric orderi üzrə 754.66 manat Şabran rayonu Pirəbədil bələdiyyəsinin xəzinəsindən Təqsirləndirilən şəxs tərəfindən məxaric edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2017-ci il tarixli 37, 38, 39 №-li əmrlərdən müəyyən olunur ki, müvafiq olaraq 506 manat, 1500 manat və 754.66 manat vəsaitin dəftərxana ləvazimatları və yanancağın alınması, ştatdankənar işçilərin əmək haqqlarının ödənilməsi məqsədləri üçün ayrılması ilə əlaqədar Təqsirləndirilən şəxs qərarlar qəbul etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübut kimi tanınmaya dair 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2016-xx.xx.2016, 59 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 65 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2016 - xx.xx.2016, 70 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 70 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017, 74 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 72 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 64 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017, 67 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 94 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 79 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Kassa sənədləri, 01 saylı, 2017, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2015-xx.xx.2015, 33 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2017xx.xx.2017, 71 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2016-xx.xx.2016, 48 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2018-xx.xx.2018, 38 vərəqdə cinayət işində saxlanılmaqla sübut kimi tanınmışdır.(cild 1, iş vərəqi 43-45) İş materiallarına əlavə dilmiş qəbz və ödəniş tapşırığından görünür ki, 5000 (beş min) manat pul dəymiş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına köçürülmüşdür. (cild 2, iş vərəqə 116-117) Məhkəmə, Təqsirləndirilən şəxs bələdiyyə torpaqlarını qanunauyğun olaraq satması, bələdiyyənin əmlakını mənimsəməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin və müdafiəçilərinin hal-X7 mülkiyyətində olan torpaqların Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlardakı satış qiymətlərindən aşağı qiymətə satılması ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. X7 vəzifəli şəxsləri tərəfindən cinayətlərin törədilibtörədilməməsi məhkəmə baxışının predmeti deyil. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə ziddiyyət təşkil etdiyi və iş üzrə məhkəmədə müəyyən olunan hallara uyğun olmadığına görə ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri, sənədlər və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini, sənədləri iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, müəyyən edilir ki, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməlidir. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X6»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən müəyyən edilir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətindədir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü maddəsinin tələblərinə uyğun olaraq müəyyən olunur ki, satılan torpağın hər 0,01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarının 1-ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair» 19 iyul 2013-cü il tarixli qərarında göstərilir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar» Beləliklə, cinayət işi üzrə məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-nin 179.2.3, 309.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 179.2.3 və 309.2-ci maddələri ilə cəza təyin edilməlidir. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, təqsirləndirilən şəxsin həmin əməli törətdiyi vaxtdan CM-nin 75.1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin edilməməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqi 30) Cinayət işi materiallarından görünür ki, 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə əsas, 22 iyun 2021-ci il tarixdə isə Binəqədi rayon Məhkəməsinin hakimi X27 qərarı ilə barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vərəqə 46-51, 73-75) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, əvvəllər məhkum olmaması, vəzifə səlahiyyətlərini aşma və mənimsəmə cinayət əməllərinin nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların hər birinin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində deyilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq və zərərçəkmiş hüquqi şəxs Şabran rayonu Pirəbədil Bələdiyyəsinə vurulmuş külli miqdarda ziyanın xeyli hissəsinin ödənilməməsini məcmu halda qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi cinayət əməlləri üzrə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi üzrə azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməklə yanaşı, CM-nin 179.2.3-cü maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 309.2-ci maddəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası və azadlıqdan məhrum etmə növündə əsas cəzaları kimi təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsinin sanksiyası həddində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən həmin Məcəllənin 179.2.3-cü maddəsi üzrə də əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası, həmin Məcəllənin 179.2.3 və 309.2-ci maddələrinin sanksiyası həddində Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş əsas cəzaları qismən toplamaqla, təyin edilmiş əlavə cəza ilə birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına, CM-nin 309.2-ci maddəsində göstərilən cinayət təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə olduğundan və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Ona təyin edilmiş əsas cəzanın əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2016-xx.xx.2016, 59 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 65 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2016 - xx.xx.2016, 70 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 70 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017, 74 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 72 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 64 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017, 67 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 94 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 79 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Kassa sənədləri, 01 saylı, 2017, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2015-xx.xx.2015, 33 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2017-xx.xx.2017, 71 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2016xx.xx.2016, 48 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2018-xx.xx.2018, 38 vərəq hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən 82970,66 ( səksən iki min doqquz yüz yetmiş manat altmış altı qəpik) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi qanunun bu və digər tələblərinə əməl etməkləmülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 82970,66 ( səksən iki min doqquz yüz yetmiş manat altmış altı qəpik) manat tutularaq bələdiyyəyə ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki idda ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında irəli sürülmüş ittiham həcmində ümumilikdə 82970,66 ( səksən iki min doqquz yüz yetmiş manat altmış altı qəpik) manat ziyan vurulmasının təsdiqini tapmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs vurulmuş ziyanla bağlı 82970,66 ( səksən iki min doqquz yüz yetmiş manat altmış altı qəpik) manat tutularaq Şabran rayon Pirəbədil Bələdiyyəsinə ödənilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı dəymiş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödənilmiş 5000 (beş min) manat pul zərərçəkmiş hüquqi şəxs Şabran rayonu, Pirəbədil Bələdiyyəsinə verilməlidir. (hesabına köçürülməlidir.) İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və məhkəmə xərcləri məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, 15 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 309.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 309.2-ci maddəsi ilə 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay (üç il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir gün hesablanmaqla, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 6 ay (iki il altı ay) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 82970,66 ( səksən iki min doqquz yüz yetmiş manat altmış altı qəpik) manat məbləğində verdiyi mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı dəymiş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödənilmiş 5000 (beş min) manat pul zərərçəkmiş hüquqi şəxs Şabran rayonu, Pirəbədil Bələdiyyəsinə verilsin. (hesabına köçürülsün.) İş üzrə maddi sübut olan Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2016-xx.xx.2016, 59 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 65 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2016 - xx.xx.2016, 70 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 70 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017, 74 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 72 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 64 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017, 67 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 94 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Daşınmaz Əmlakın alqı-satqı müqavilələri, xx.xx.2017-xx.xx.2017, 79 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Kassa sənədləri, 01 saylı, 2017, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2015-xx.xx.2015, 33 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2017-xx.xx.2017, 71 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2016xx.xx.2016, 48 vərəqdə, Şabran rayonu, Pirəbədil bələdiyyəsi, Bələdiyyənin iclas protokolu, xx.xx.2018-xx.xx.2018, 38 vərəq hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar