Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-36/2024 30.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Xudaverdiyev Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri xx xxxx 1986-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də elektrik quraşdırıcı işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, ünvan 3əbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri xx xxxxxx 1985-ci il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Çıraqqala küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şabran şəhər sakinləri Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə 2022-cı ilin may ayının ortalarında qabaqcadan əlbir olan bir qrup şəxs şəklində əldə etdikləri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını xüsusi olaraq hazırladıqları qablarda əkmiş, bu toxumlardan əmələ gələn 30 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitillərini Şabran rayon Pirəbədil meşəbəyliyinin 13-cü dolayında yerləşən meşə sahəsində əvvəlcədən hazırladıqları torpaq sahəsində qanunsuz olaraq əkib, onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib qanunsuz olaraq yetişdirməklə, tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, 01 iyul 2022-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı həmin meşə massivindən 30 ədəd müxtəlif ölçüdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 390,00 qram bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Xudaverdiyev Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, heç bir işdə iştirak etməmişdir. Onun heç nəyə aidiyyatı olmamışdır. Nə İslamı, nə də Rövşəni görməmişdir. İşinin ciddi şəkildə araşdırılmasını xahiş edir. Cinayət işi materiallarındakı narkotikdən onun xəbəri yoxdur. Təqsirləndirilən şəxs Xudaverdiyev Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, saxlandığı günə kimi narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrdən “nəşə”-dən, yəni marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs3 kənddən tanıyır, onunla hansısa qərəzi olmamışdır. Təqsirləndirilən şəxs3la aralarında düşmənçilik olmamışdır. İslamla da əvvəllər hansısa qərəzi olmamışdır. Rövşən ona narkotik tərkibli çətənə şitillərini əkməyi təklif etməmişdir. Təqsirləndirilən şəxs3la birlikdə Dağ Bilici kəndində çətənə şitilləri əkməmiş və ya qulluq etməmişdir. O, Təqsirləndirilən şəxs2 və Rövşənlə birlikdə olmamış, onları görməmişdir. İslam və Rövşənlə birlikdə nə vaxtsa narkotik vasitə marixuana qəbul etməmişdir. Özü ikinci qrup əlildir, ibtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. Bir gözü görmür. Ona əməliyyat müvəkkilləri təzyiq göstərmişdir. Şabran polisinin əməliyyat müvəkkilləri ona təzyiq göstərmişdir. Şübhəli şəxs qismində tutulan zaman yanında vəkili olmadığı üçün ona polis əməkdaşlarının təzyiq göstərməsi barədə deməmişdir. Barəsində qətimkan tədbiri seçilən zaman ona qarşı təzyiq olması ilə bağlı dindirilməmişdir. Polis əməkdaşlarının ona qarşı etmiş olduğu qanunsuz hərəkətlər barəsində hansısa dövlət orqanına müraciət etməmişdir. Heç kimi yoxdur deyə, ona qarşı edilən qanunsuzluqlar barədə hansısa dövlət orqanına ərizə ilə müraciət etməmişdir. Yazı yaza bilməmişdir. Tutulduğu günə kimi istifadəsində “***-***-**-**” “nar” nömrə olmuşdur. Xəsarət almağı ilə bağlı heç kimə müraciət etməmişdir. İstintaq təcridxanasına daxil olanda xəsarətləri barədə məlumat vermişdir. Üzləşdirmə zamanı da ona qarşı təzyiq olmuşdur. Müstəntiq, əməliyyatçılar ona təzyiq göstərmişdirlər. Təqsirləndirilən şəxs Xudaverdiyev Təqsirləndirilən şəxs1 müdafiəçilərin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3la arasında telefon danışığı olmamışdır, ancaq gediş-gəlişləri olmuşdur. Ayın neçəsi saxlandığını hazırda dəqiq şəkildə xatırlamamışdır. Polis serjantı onu çay içməyə çağırmışdır. Çayçıdan onu polis bölməsinə aparmışdırlar. Onu dəmir yolu vağzalındakı çayçıdan götürmüşdürlər. Çayçıdan polis bölməsinə onu aparan polis əməkdaşının adı “Savalan” olmuşdur. Savalan ona zəng etmişdir. Polis şöbəsinə çatanda İslam orada olmuş, Rövşəni görməmişdir. O, polis şöbəsində olanda saat axşam tərəfi 3-4 radələri olmuşdur. Polis şöbəsində meşədə nəşə əkilməsindən xəbəri olmadığını qeyd etmişdir. Sonra İslamı çağırmışdırlar. Şöbəyə gətirildiyi gündən bir ya da iki gün sonra polis əməkdaşları ilə meşəyə bitkilərin əkildiyi yerə getmişdirlər. Hadisə yerinə polis əməkdaşları ilə birlikdə getmişdirlər. Hadisə yerinə gedən polis əməkdaşlarından Fəqan və sürücü polis əməkdaşları olmuşdur. Onları meşəyə gətirmiş, əli ilə şitilləri göstərməyi onlara demişdirlər. O, meşədə olanda şitilləri torpaqdan çıxarmamış, əkili vəziyyətdə olmuşdur. Demişdir ki, bunlar ona məxsus deyildir. Müstəntiq ona şitillərin Rövşənə məxsus olduğunu söyləməsini tapşırmışdır. Aqronomu tanımamışdır. Şöbəyə gətirildikdən üç-dörd gün sonra məhkəməyə aparılmışdır. Savalan onu çayxanadan polis şöbəsinə gətirəndən evə buraxılmamışdır. Təqsirləndirilən şəxs2lə birlikdə meşədə və ya hansısa bir yerdə narkotik tərkibli bitki əkməmişdir. Təqsirləndirilən şəxs2lə münasibəti yaxşı olmuşdur. Onun təqsirləndirildiyi, ittiham olunduğu əməllə heç bir əlaqəsi yoxdur. O, narkotik vasitə istifadəçisi olmuş, “nəşə” çəkmişdir. Təqsirləndirilən şəxs Xudaverdiyev Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şabran şəhəri, H.Cavid küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır. Ailəli olub, boşanıb və iki az yaşlı övladı var. Özü heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmayıb. Təxminən 3-4 ilə yaxındır ki, narkotik vasitə hesab olunan marixuanadan çəkməklə istifadə edir. Artıq uzun müddətdir ki, Şabran şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs3 may ayının ortalarında onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirdiyini, onun da Rövşənlə razılaşaraq təxminən 15 dəqiqə sonra onun yaşadığı məhəlləyə gedərək onunla görüşdüyünü söyləmişdir. Onun yaşadığı ünvana getdikdə Rövşənlə birlikdə Şabran şəhər sakini kimi tanıdığı İslam adlı şəxsi də görmüş, hər ikisi ilə görüşdükdən sonra Rövşənin ona təxminən 1-2 həftə əvvəl Dağ Bilici kəndində yerləşən meşəlik ərazidə təxminən 30-a yaxın marixuana şitillərini İslamla birlikdə əkdiklərini və ona da “bizimlə gəl gedək şitillərin yerini dəyişdirək və onlara qulluq edək” söylədiyini, nəticədə onun da Rövşənlə razılaşdığını bildirmişdir. Ardınca isə Rövşənin idarə etdiyi “Vaz-21011” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilinə Rövşənin evinin həyətində olan beli, 1 kisə gübrə və 2 ədəd içərisi su ilə dolu olan su qabını yükləyərək hər üçünün günorta saatlarında Dağ Bilici kəndində yerləşən meşəlik sahəyə getdiklərini, meşəyə çatdıqdan sonra Rövşən və İslamın ona əvvəllər əkdikləri şitillərin yerini göstərərək bunların yerlərini dəyişmək lazım olduğunu söylədiklərini, onun da onlarla razılaşaraq hər birinin uzunluğu təxminən 10-15 sm. arasında olan şitilləri əvvəl əkilən yerdən çıxardaraq bu səfər təxminən 50-60 metr aralıda əkdiklərini və əkdikdən sonrada onları sulayaraq diblərinə qulluq etdiklərini, ardıncada Rövşənin avtomobili ilə geri qayıtdıqlarını bildirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, heç kimlə birlikdə narkotik tərkibli bitki əkməmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ümumiyyətlə narkotik vasitə istifadə etmir. “Azər İşıq”-da işləmişdir. Narkotik vasitə, o cümlədən marixuana istifadə etməmişdir. Narkotik vasitə istifadə etmədiyi halda narkoloji ekspertizanın rəyində qeyd olunan narkomaniya xəstəliyinin onda necə yarandığını bilmir. Təqsirləndirilən şəxs1 və Rövşənin ikisi ilə də münasibətləri yaxşı olmuş, aralarında hansısa ədavət və ya düşmənçilik olmamışdır. İbtidai istintaqda ifadəsi alınmamışdır. Təqsirləndirilən şəxs1lə Rövşənə çətənə kolu əkməyi təklif etməmişdir. Çətənə bitkilərinə qulluq etməmişdir. İbtidai istintaq zamanı Rövşənlə üzləşdirilmişdir. Rövşənin üzünə qarşı nə ifadə verdiyi yadındadır. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, saxlandığı gün işdə olmuşdur. Polis əməkdaşları tərəfindən saxlandıqdan sonra evə buraxılmamışdır. Ayın 1-i tutulandan sonra buraxılmamışdır. Onu hadisə yerinə şübhəli şəxs kimi aparmışdrılar. Hadisə yerinə əlləri bağlı getmişdir. Hadisə yerinə getdikdə çətənə kollarının ona məxsus olmadığını bildirmişdir. Meşədə çətənə kolları olan yerdə video çəkiliş aparılmışdır. Qızının doğum günü, tutulduğum gün, ayın 1-idir. Onu ayın 1-i Şabran rayon Polis Şöbəsinə aparmışdırlar. Polis Şöbəsinə aparılanda saat 1-2 radələri olardı. Polis Şöbəsinə aparılandan sonra buraxılmamışdır. Şöbəyə gətiriləndən sonra iki gün siqaret çəkilən yerdə saxlanmışdır. Polis Şöbəsində ilk olaraq yanına aparıldığı şəxsi tanımır. Onu meşə sahəsinə aparıblar. Meşə ərazisinə saxlandıqdan iki gün sonra aparılmışdır. Ayın 1-i hadisə yerinə getməmişdir. 3 gün şöbənin həyətində qaldıqdan sonra onları MSY-yə salmışdırlar. İbtidai istintaq zamanı vermiş olduğu deyil, hazırda verdiyi ifadə doğrudur. O, Rövşən və Təqsirləndirilən şəxs1lə birlikdə meşədə narkotik tərkibli bitki əkməmiş, heç həmin meşə ərazisində olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ünvan 2 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, ünvan 6 yaşadığını, ailəli olduğunu və iki az yaşlı övladının da olduğunu bildirmişdir. Təxminən 3 ilə yaxındır ki, "xxxx" ASC-də elektrik quraşdırıcı vəzifəsində çalışdığını, əvvəllər məhkum olunmadığını, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə hesab olunan marixuanadan çəkməklə istifadə etdiyini söyləmişdir. Artıq uzun müddətdir ki, Şabran şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs3 təxminən 2 ay əvvəl səhər saatlarında onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirdiyini, onun da Rövşənlə razılaşdığını, onun zəngindən təxminən 15 dəqiqə sonra onun yaşadığı məhəlləyə gedərək Rövşənlə görüşdüyünü, görüş zamanı sonuncunun ona çətənə şitillərinin olduğunu və onları Şabran rayonu, Dağ Bilici kəndində yerləşən meşəlikdə əkməyi təklif etdiyini söylədiyini, özü də marixuanadan istifadə etdiyinə görə onunla razılaşdığını qeyd etmişdir. Ardınca isə Rövşənin yaşadığı evə getdiklərini, evə getdikləri zaman onun evinin həyətində su butulkalarının içərisində uzunluğu təxminən 2-3 sm. uzunluğunda, miqdarı isə təxminən otuza yaxın olan şitillərin olduğunu gördüyünü bildirmişdir. Şitilləri həyətdən götürdükdən sonra günorta saatlarında Rövşənin idarə etdiyi “Vaz-21011” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilinə qoyaraq ikisinin Dağ Bilici kəndində yerləşən meşəlik sahəyə getdiklərini, şitilləri avtomobildən götürərək meşəyə qalxdıqlarını, şitilləri avtomobil yolundan təxminən 100 metr aralıda 40 dəqiqə ərzində əkdiklərini və onlarıda suladıqdan sonra Rövşənin avtomobili ilə geri qayıtdıqlarını söyləmişdir. Rayona qayıtdıqdan sonra Rövşənin onu yaşadığı məhəllədə düşürtdüyünü, düşürtdükdən sonrada 1-2 həftə sonra onları sulamağa gedəcəkləri barədə razılaşdıqlarını söyləmişdir. Həmin hadisədən təxminən 1-2 həftə sonra Rövşənin onunla telefon əlaqəsi saxlayaraq onu öz yaşadığı evinin qarşısına dəvət elədiyini, onunda həmin ünvana yollandığını, getdiyi zaman Rövşənlə söhbət etdiyini, söhbət zamanı Rövşənin şitilləri oradan çıxartmalı olduqlarını söylədiyini və onun da Rövşənlə razılaşdığını qeyd etmişdir. Ardınca isə Rövşənin ona Şabran rayon sakini olan Təqsirləndirilən şəxs1də gələcəyini və onlara kömək edəcəyini söylədiyini, onun da heç bir etiraz etmədiyini, ardınca isə Təqsirləndirilən şəxs1 də Rövşənin yaşadığı evin qabağına gələrək hər üçünün birlikdə günorta 15 radələrində Rövşənin idarə etdiyi avtomobillə birlikdə Dağ Bilici meşəsi istiqamətində getdiklərini söyləmişdir. Meşəyə çatdıqdan sonra hər üçünün çətənə şitillərini əvvəl əkdikləri yerdən çıxardaraq bu səfər təxminən 50-60 metr aralıda əkdiklərini və əkdikdən sonrada onları suladıqlarını, daha sonra isə Rövşənin avtomobili ilə geri qayıtdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı elan olunmuş məzmunda ifadə verməmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ondan məcbur ifadə almışdrılar. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Kürəyinə və digər bədən nahiyələrinə vurmuşdurlar. Döyülən zaman xəsarət almışdır. İbtidai istintaq zamanı olan müdafiəçiyə və ya qətimkan tədbiri seçən zaman məhkəməyə ona qarşı edilən qanunsuzluqlar barədə məlumat verməmişdir. Döyülməyi ilə bağlı harasa müraciət etməmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, onun bu işdə təqsiri yoxdur. Bu işdə özünü təqsirsiz bilir. Polis əməkdaşının onunla bağlı qərəzi olmuşdur. O, dəfələrlə də sosial şəbəkələrə çıxıb bu barədə bildirmişdir. Avtoyuma məntəqəsində işləmişdir. Polis əməkdaşı Alış gəlib avtomobilini yudurtmuş və ona bir manat pul vermişdir. O, da ona əziyyət çəkdiyini, bir manata avtomobil yumadığını demişdir. Alış orada onu sillə ilə vurmuşdur. O, da sosial şəbəkələrdə Alışdan şikayət etmiş və olanları danışmışdır. O, bu işlə bağlı İslam və Təqsirləndirilən şəxs1 görməmiş, özünü bu işdə təqsirsiz bilir. Təqsirləndirilən şəxs3 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, əvvəl narkotik vasitə istifadə etmişdir. Həyatı boyu cəmi bir dəfə narkotik vasitə istifadə etmişdir. Heç vaxt narkotik vasitəni almamış, yanındakı adamdan götürüb çəkmişdir. İslam onun evində qalmış, həm də onunla bir məhəllənin uşaqları olmuşlar. Təqsirləndirilən şəxs2lə hansısa qərəz və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 də onunla birlikdə məhəllə uşağı olmuş, onunla da hansısa qərəz və ya düşmənçiliyi olmamışdır. İslam və Təqsirləndirilən şəxs1 meşədə çətənə kolları əkməyi təklif etməmişdir. X18 kəndi ərazisindəki meşəlikdə olmamışdır. Avtombili “VAZ 21011” markalı idi. Onun avtmobili yararsız olmuşdur. Tutulmamışdan qabaq da Alışın ona qarşı qanunsuz hərəkətləri olmuşdur. Alışın qapısının ağzında şebel olmuş, ona həmin şebelləri yığmağı tapşırmış, o da deyiləni etməmişdir. O, avtoyuma məntəqəsində işləyən zaman Alış avtomobilin yudurtmuşdur. Ödəniş etməmişdir. Alışın ona etmiş olduğu qanunsuz hərəkətlərlə bağlı Daxili İşlər Nazirliyinə getmiş, şikayət vermişdir. Həmçinin Baş Prokurorluğa gedərək şikayət etmişdir. Şikayəti Alışın başqa qanunsuz hərəkətlərindən vermişdir. O, çöldə böyürtkən yığan zaman Əfqan adlı şəxs polislərə demişdir ki, Rövşən əraziyə gəlib. Həmin əraziyə o gedib narkotik üstünə çıxmış, sən demə, bu narkotiklər də Alışa məxsus olmuşdur. Orada ona təzyiq göstərmişdirlər ki, olanları gedib haradasa danışsa, onu həbs edəcəklər. Alışın narkotik plantasiyası barədə Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Bundan sonra onu saxlamışdrlar. Saat 1-də onu Şabran polisinə təhvil vermişdirlər. Onu şöbəyə gətirmiş, ayın 9-dan 14-ə kimi şöbənin həyətində olmuşdur. O, orta məktəbi dördüncü sinfə kimi oxumuşdur. Ümumiyyətlə oxuyub-yazmağı bacarmır. Təqsirləndirilən şəxs3 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, iş materiallarında göstərildiyi kimi, o Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmamış və ya ayın 9-u barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməmişdir. Ayın 9-dan 14-nə kimi şöbənin həyətində olmuşdur. Həmin vaxt ərzində “bisetka”-da əllərində qandal olmuşdur. O, polis tərəfindən iltizam alınaraq buraxılmamışdır. Tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs1 Xudaverdiyev ilə telefon əlaqəsi olmamışdır. 2022-ci ilin may ayında V.Xudaverdiyevlə telefonda danışmamışdır. O, “bisetka”-da saxlananda Təqsirləndirilən şəxs2 yanında olmamışdır. İslamla birlikdə onu mühafizə yerinə aparmamışdırlar. O, şöbəyə gələndə Təqsirləndirilən şəxs1lə İslam 3 saylı İstintaq Təcridxanasında olmuşdur. Təqsirləndirilən şəxs2lə birlikdə nəsə əkibbecərməmiş, onunla düşmənçiliyi olmamışdır. İslam ailəsi ilə birlikdə onun evində qalmışdrılar. O, İslamla gedib haradasa “nəşə” əkməmiş, onun elə şeydən xəbəri olmamışdır. İslamın narkotik tərkibli bitki əkməsi barədə heç nə eşitməmişdir. Onu bir məhəllə uşağı kimi tanımış, narkotik istifadə etməsini və ya əkməsini görməmişdir. Bütün bu işi düzüb-qoşan Alış olmuşdur. O, hadisə yerinə getməmiş, polis əməkdaşları onu oraya aparmamışdırlar. Təqsirləndirilən şəxs2 tutulmasından onun xəbəri olmamışdır. İslam tutulanda anası onlara gəlib oğlunun tutulması barədə məlumat vermiş və onu polis şöbəsinə aparmağını xahiş etmişdir. O, da İslamın anasını avtomobili ilə polis şöbəsinə aparmışdır. İslamın anasını şöbənin qarşısında düşürdükdən sonra özü də çıxıb evinə gəlmişdir. İslamın anasını polis şöbəsinə aparanda günorta, nahar vaxtı idi. Evə qayıtdığından İslamın nə səbəb tutulduğunu bilməmişdir. Təqsirləndirilən şəxs2 anası ona dedi ki, İslam nahar üçün evə gəlib. Nahar vaxtı İslamı evdən tutub polis şöbəsinə aparmışlar. O, ibtidai istintaq zamanı İslamın ona narkotik tərkibli bitki əkməyi təklif etməsini deməmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1lə münasibətlərinin pis olması barədə ibtidai istintaq zamanı ifadə verməmiş, reallıqda Təqsirləndirilən şəxs1lə hansısa problemi olmamışdır. İbidai istintaq zamanı İslamla Təqsirləndirilən şəxs1 ikisi də onun üzünə qarşı onlarla birlikdə olduğunu demişlər. O, da deyilənlərin yalan olduğunu bildirmişdir. İslam ona narkotik tərkibli bitkiləri əkməyi təklif etməmişdir. İbtidai istintaq zamanı “Ədalət” adını çəkməmiş, ifadənin sonundakı yazılı qeyd və imzaların bir hissəsinin ona məxsus olmadığını demişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Çıraqqala küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 4 övladı var. Heç bir yerdə rəsmi şəkildə işləmir. Sadəcə olaraq müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. Həm Təqsirləndirilən şəxs2, həmdə ki Təqsirləndirilən şəxs1 Xudaverdiyevi artıq uzun müddətdir ki, Şabran rayon sakinləri kimi tanıdığını, Təqsirləndirilən şəxs1lən münasibətlərinin bir o qədərdə yaxşı olmadığını, ancaq İslamla münasibətlərinin hər zaman yaxşı olduğunu söyləmişdir. 2 ilə yaxındır ki, narkotik vasitə hesab olunan marixuanadan istifadə etdiyini, ancaq artıq 4 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. 2022-ci ilin aprel ayının sonlarında axşam saatlarında yaşadığı evdə olan zaman İslamın ona əvvəlcədən xəbər etmədən evinə gələrək ona özündə çətənə şitilləri olduğunu söylədiyini və şitilləri ona məxsus olan “Vaz-21011” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək əvvəlcədən hazırladığı yerə gedərək onları həmin ərazidə əkməyi təklif etdiyini, özünün isə İslamın təklifini qəbul etməkdən imtina etdiyini və bu işdə ona kömək edə bilməyəcəyini söylədiyini bildirmişdir. Bundan əlavə bir neçə dəfə aprel ayının sonları və may ayının əvvəllərində İslamın onun evinə gələrək guya ailə üzvlərini Şabran rayonu, Zeyvə kəndinə aparmaq məqsədilə idarə etdiyi avtomobili ondan istədiyini, onun da bu istəyə razılıq verərək avtomobili İslama verdiyini bildirmişdir. Bundan başqa may ayının əvvəllərində Təqsirləndirilən şəxs1lə rayon ərazisində görüşən zaman Təqsirləndirilən şəxs1 ona İslam ilə birlikdə çətənə şitillərini əkdiklərini söylədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadə ona məxsus deyil. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Şabran Regional X1 məlumat daxil olmuşdur. Həmin məlumat əsasında İslam və Təqsirləndirilən şəxs1 saxlanılmış, hadisə yerində sözügedən şəxslər əməllərini səmimi şəkildə etiraf edərək narkotik tərkibli bitkiləri Rövşən adlı şəxsin tapşırığı əsasında özlərinin əkdiklərini, suladıqlarını bildirmişdirlər. Bundan sonra sənədləşdirmə işləri aparıldı. Hadisə yerinə gedərkən onlarla yanaşı aqronom, bir neçə polis əməkdaşı, meşə təsərrüfatının işçisi iştirak edirdi. Təhqiqatçı tərəfindən sənədləşdirmə işləri aparıldı, şəxslər rayon polis şöbəsinə gətirildi. Hazırda xatırlamadığı müddətdən sonra Rövşən Bakı şəhərində saxlanılmışdır. O da Şabran rayon Polis Şöbəsinə gətirildi. Məlumat Şabran rayon Polis Şöbəsinə X1 daxil olmuşdur. Şabran rayon Polis Şöbəsinə zəng edilərək məlumat verilmişdir. Bundan sonra aidiyyatı əməkdaşlarla birlikdə o da meşə ərazisinə getmişdirlər. Narkotik tərkibli bitkilər əkilən əraziyə onunla birlikdə İslam və Təqsirləndirilən şəxs1, təhqiqatçı, NMQ-nın əməliyyat müvəkkili, aqronom, bir-iki nəfər də post patrul əməkdaşı getmişdir. Hadisə yerinə məlumat daxil olduqdan təxminən yarım saat-bir saat sonra getmişlər. X1 məlumat daxil olmamışdan əvvəl də İslamla Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsi barədə onlara bir neçə məlumat daxil olmuşdur. Bu səbəbdən Mərkəzdən məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs1lə İslamı hadisə yerinə aparmışdırlar. Əvvəllər məlumat da daxil olmuşdur ki, İslamla Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkilərin əkin-biçini ilə məşğul olurlar. X1 məlumat daxil olduqda artıq İslamla Təqsirləndirilən şəxs1 barəsində əvvəldən əməliyyat məlumatı daxil olmuşdur. Lakin həmin şəxslərin narkotik tərkibli bitkiləri harada əkdiyi dəqiq olaraq bilinmirdi. Yarım saat ərzində İslamla Təqsirləndirilən şəxs1 tapılıb gətirilməsi ilə bağlı kimin göstəriş verdiyi, kimin onları tapıb gətirdiyi yadında qalmamışdır. Narkotik tərkibli bitkilər olan yerdə video çəkiliş aparılmış və protokol tərtib edilmişdir. Maddi sübutlar çıxarılmış, qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Rövşənin kim tərəfindən, hansı şəraitdə saxlanılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs3la heç bir düşmənçiliyi olmamış, sonuncunu Şabran rayon sakini kimi tanımışdır. Rövşənin sosial şəbəkədəki təxminən bir dəqiqəlik şər-böhtan xarakterli çıxışı barədə məlumatı vardır. Ondan sonra da Rövşənlə görüşmüş, aralarında normal münasibət olmuşdur. Hətta Təqsirləndirilən şəxs3 ona dedi ki, onu öyrədiblər, o da sosial şəbəkədə o cür çıxış edib. Rövşən özü ona bildirdi ki, onu kənardan öyrətmişdirlər, o da sosial şəbəkədə şər-böhtan xarakterli çxıış edib, əslində elə bir şey olmayıb. Təqsirləndirilən şəxs3la münasibəti onun sosial şəbəkədəki çıxışından əvvəl də, sonra da normal olub. Rövşəndən onu qıraqdan öyrədən şəxsin kim olduğunu daha maraqlanmamışdır. İslamgilin narkotik vasitə istifadə etməsi, əkib-becərməsi ilə məşğul olması barədə əvvəldən əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, X11 işləyən zaman meşə idarəsindən məlumat gəlmişdir ki, hazırda adını xatırlamadığı kəndin ərazisində meşədə çətənə bitkiləri əkilib. Məlumatdan sonra o, CAŞın rəisi və digər polis əməkdaşları çətənə bitkiləri aşkar olunan yerə getmişdirlər. Həmin gün ya da bir neçə gün sonra həmin çətənə kollarını əkmiş və ya qulluq etmiş Təqsirləndirilən şəxs1 və İslamı saxlayıb polis şöbəsinə gətirilmişdir. Rövşəni gedib Bakıdan gətirmişdirlər. Təqsirləndirilən şəxslərə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs2 "xxxx"-da işlədiyini bilməmişdir. İslamla Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirildikdən sonra çətənə kollarını Rövşənlə birlikdə əkdiklərini bildirmişdirlər. İslamın saxlandığı tarix yadında deyildir. Təqsirləndirilən şəxs2 saxlanma saatı da yadında deyildir. İslamı bəlkə də evindən şöbəyə o, gətirmiş, hazırda həmin xüsusatı dəqiq şəkildə xatırlamır. Hadisə yerinə getdikləri yadındadır. Çətənə bitkiləri əkilən yerə gündüz vaxtı, gün işığı olanda getmişdirlər. Video çəkiliş var idi, həmin əraziyə İslam da getmişdir. CAŞ-nin rəisi və bir çox polis əməkdaşı, vəkil və aqronom ilə ora getmişdirlər. Sonda çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Çətənə kolları əkilən yerə İslamla Təqsirləndirilən şəxs1 getdiyi yadındadır, Rövşənin gedib-getmədiyini xatırlamır. Meşədə çətənə kolları görmüşdür. Meşəyə onunla birlikdə CAŞ-nin rəisi, post patruldan dörd-beş serjant, təhqiqatçı, bir nəfər video çəkiliş aparan polis əməkdaşı, meşənin işçiləri, aqronom getmişdir. Hadisə yerində sənədləşdirmə işləri aparılmışdır. Xatırladığı qədərilə baxış protokoluna imza atmışdır. Təqsirləndirilən şəxs1 Şabran rayon Polis Şöbəsinə gətirilməsində iştirak etmişdir. Rövşənin də gətirilməsində iştirak etmiş, onu Bakıdan götürüb aparmışdır. Magistral yoldan meşədə çətənə kolları əkilən yerədək 500- 600 metr məsafə olardı. Polis Şöbəsindən hadisə yerinə təxminən yarım saata getmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 saylı meşə ərazisində gözətçi işlədiyi zaman meşə ərazisini hissəhissə gəzmişdir. Narkotik vsitə və ya narkotik tərkibli bitkiyə rast gəlinib-gəlinməməsi barədə məlumat vermişdrilər. O, gəzən zaman narkotik tərkibli bitki ilə rastlaşdığı üçün region rəhbəri Elburus müəllimə bildirmişdir. O da bu barədə polis orqanına məlumat vermişdir. Altı-bazar qeyri-iş günüdür, əvəzində meşəni gəzmişdirlər. Əvvəllər narkotik tərkibli bitki ilə rastlaşmamışdır. Meşə ərazisində əkilmiş narkotik tərkibli bitkiləri tanıyır. Həmin bitkilər kol şəklində, bir-birinin dibində əkilmişdir. Bitkilərin əkildiyi yer təxminən bir kvadrat olardı. Həmin bitkilərin sulanıb-sulanmadığından, onlara qulluq olunmağından başı çıxmır. Bitkilərin yabanı olduğunu, yoxsa yetişdirildiyini bilməmişdir. O, sadəcə olaraq görüb məlumat vermişdir. Polis əməkdaşları iki nəfəri meşə sahəsinə gətirəndə o, da iştirak etmişdir. Meşə sahəsinə gətirəndə hər iki şəxsin əli qandallı olmuşdur. O, bir qədər aralıda dayanmış, onlar gedib-gəlmişlər. O, özü Şabran rayonu, Pirəbədil kəndində yaşayır. Kolları aşkar etdiyi tarix yadında deyildir, ifadəsində bildirmişdir. Saat 10-un yarısı əraziyə baxmağa çıxmış, saat 10-11 arası çətənə bitkiləri ilə rastlaşmışdır. Narkotik tərkibli bitkiləri gördükdən sonra Elburus müəllimə zəng etmişdir. Elbrusa zəng etdikdən sonra Şabran Regional X3 gəlib izahat yazmışdır. Mərkəzə avtomobili ilə gəlmişdir. Hadisə yerindən X3 20 dəqiqəyə gəlmişdir. İzahatı yazdıqdan sonra komissiya yaradıldı. Komissiya kollara baxandan sonra Elburus müəllimə məlumat vermişdirlər. Telefonla şəkil çəkilib Elburus müəllimə atılmış, sonuncu da aidiyyatı üzrə məlumat vermişdir. Şəkli o, çəkib atmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə barədə ona gözətçi işləyən Şahid3 məlumat vermişdir. Saat onun yarısı komissiya təşkil edib hadisə yerinə gööndərmişdir. Daha sonra komissiya ona şəkil göndərdi. O da bundan sonra polis əməkdaşı İsmayıl müəllimə zəng etmişdir. Təqsirəndirilən şəxsləri də tanımır. Hadisə yerinə getməmişdir. Polis əməkdaşına zəng edərək ona əraziyə komissiya göndərdiyini, ona göndərilən fotoşəkillərdəki bitkilərin narkotik tərkibli bitkiyə bənzədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 Hacıməmməd oğlu ifadəsində göstərmişdir ki, Rövşəni kənd sakini kimi tanımışdır. Polis əməkdaşları ilə birlikdə meşəyə getmişdir. Avtomobildən düşmüş, təxminən 150-200 metr piyada hadisə yerinə getmişdirlər. Orada İslam var idi. Bitkilərə baxıb görmüşdür ki, bitkilərə aqrotexniki qulluq olunub. İslam özü də etiraf etdi ki, bitkilərə aqrotexniki qulluq edib. Bəlkə də, hadisə yerində İslamdan başqa Təqsirləndirilən şəxs1 olub, hazırda dəqiq xatırlamır. Bitkilərə şəxsən özü baxmışdır. Bitkilər yabanı deyildi, onlara aqrotexniki qulluq olunmuşdur. Meşə sahəsinə getdikləri tarixi dəqiq xatırlamır. Yay ayları idi. Hadisə yerində olan zaman polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. O da polis idarəsinə gəlmiş, rəyini yazmışdır. Polis əməkdaşları narkotik tərkibli bitkiləri elə o, orada olan zaman çıxartmışdırlar. Bitkiləri çıxardıqdan sonra qablara yığmışdırlar. Qab deyəndə, yəni, torbaya, kisəyə yığdılar. Bitki sayını xatırlamasa da, çox idi. Çünki tala kimi yer idi, əkmişdirlər. İslam da bitkiyə qulluq etdiyini etiraf etdi. İslamı hadisə yerinə necə gətirdiklərini bilməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanda anası ilə birlikdə yaşayır. Müxtəlif yerlərdə fəhləlik etməklə məşğul olur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 Xudaverdiyev və Təqsirləndirilən şəxs3 Şabran rayon sakinləri kimi artıq uzun müddətdir ki, tanıyır. Rövşən və Təqsirləndirilən şəxs1 ilə münasibətlərim yaxşı olmamış, ancaq İslam ilə münasibətlərim yaxşı olmuşdur. Ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Xudaverdiyev ilə münasibətlərinin pis olmasına səbəb kimi onların hər ikisinin mənfi işlərlən məşğul olması olmuşdur. Belə ki, eşitdiyinə görə həmin şəxslər həm narkotik vasitələrindən istifadə edir, həm də ki, oğurluqla məşğul olmuşlar. Təqsirləndirilən şəxs3 RPŞ-nə ifadə verən zaman Təqsirləndirilən şəxs2 2022- ci ilin may ayının əvvələrində ona Şabran rayonunda yerləşən meşəlik sahəsində çətənə bitkilərinin əkilməsi barədə təklif etdiyini, onun isə bu təklifi qəbul etmədiyini, İslamın ondan əvvəl bu barədə ona təklif etdiyini və onun da qəbul etmədiyi barədə dedikləri yalandır. İslam heç vaxt ona elə bir məzmunda təklif irəli sürməmiş, bir ara İslamın Təqsirləndirilən şəxs1 və Rövşənə qoşulduğunu görüb ona bu barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli raportdan görünür ki, X13 Təsərrüfatı mərkəzinin direktoru işləyən Şahid1 istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsi ilə zəng edərək idarənin əməkdaşlarının Şabran rayon Pirəbədil kəndi ərazisində meşə sahəsinə baxarkən meşənin içərisində narkotik vasitə olan çətənə bitkisinə oxşar bitkiləri aşkar etdiklərini bildirərək həmin əraziyə baxış keçirilməsini xahiş etmişdir. “Baxış keçirilməsi haqqında” 01 iyul 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xudaverdiyevin iştirakı ilə Şabran rayonu Dağ Bilici kəndinin ərazisində yerləşən meşə massivinə baxış keçirilmişdir. Meşə massivinin başlanğıcında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xudaverdiyev polis əməkdaşlarından irəlidə getməklə onları məlumatda qeyd olunan çətənə bitkilərinin əkildiyi sahəyə aparmışlar. Həmin ərazidə 30 ədəd çətənə bitkisinin əkildiyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xudaverdiyev meşə massivindən aşkar edilən çətənə bitkilərinin tanışları Təqsirləndirilən şəxs3la birlikdə əkdiklərini bildirmişlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumikqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, yuxarıda qeyd olunan şöbənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Şabran rayonu Pirəbədil meşəbəyliyinin 13cü dolayında meşənin içərisində meşə ağaclarının arasında aşkar edilmiş 30 (otuz) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərə baxış keçirib həmin bitkilərin ağaclar arasında əkilib becərilməsini və onlara aqrotexniki qaydada qulluq edilmişdir. Belə ki, dibləri alaq otlarından təmzilənərək yumuşaldılmış suvarılmışıdr. Bitkilərin boyları 27 ədədi 55-95 sm, 3 ədədi isə 15-35 sm. hündürlüyündədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının 03 iyul 2022-ci il tarixli 7/723 saylı rəyinə əsasən Şabran rayon Pirəbədil meşəbəyliyinin 13-cü dolayında yerləşən meşə sahəsindən aşkar edilərək götürülmüş 30 ədəd bitki müxtəlif ölçüdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 390,00 qram bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəsissin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi” haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** №-li mobil telefonla təqsirləndirilən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** №-li telefon nömrəsinin arasında 2022-ci ilin aprel ayının sonları və may ayında mütəmadi olaraq danışıqlar aparılmışdır. Məhkəmə narkoloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 4743 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığına görə, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ancaq ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 4735 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərinn qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 4741 nömrəli rəyinə əsasən müayinə zamanı Xudaverdiyev Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 390,00 qram olan 30 ədəd çətənə bitkisi cinayət işi üzrə maddi sübut hesab olunub, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin hadisə yerinə baxış və ifadələrin yerində yoxlanması istintaq hərəkətinin video görüntülərini əks etdirən bir ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Xudaverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə ödənilməmiş məhkumluqları yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran rayon icra hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamələrdən görünür ki, Xudaverdiyev Təqsirləndirilən şəxs1 Şabran şəhəri H.Cavid küçəsi ev 1-də yaşamaqla, onun barəsində hər hansı yazılı və şifahi şikayət daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 Şabran şəhəri Babək küçəsi ev 35-də və Təqsirləndirilən şəxs3 Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri, Çıraqqala küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamaqla onlar barəsində də hər hansı bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 uşaqları X4 xx.xx.2016-cı il, X5 xx.xx.2014cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. Həmçinin Təqsirləndirilən şəxs3 uşaqları X6 xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlı, X7 xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Həmçinin Xudaverdiyev Təqsirləndirilən şəxs1 uşaqları Xudaverdiyev Tunar Təqsirləndirilən şəxs1 oğlu xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlı, Xudaverdiyev Eyyub Təqsirləndirilən şəxs1 oğlu xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Məhkəmə təqsirləndirilən şəxs Xudaverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməmələri, çətənə kolları aşkar edilən meşə sahəsinə əvvəlcə ümumiyyətlə getmədikləri, həm bir biriləri, həm də Təqsirləndirilən şəxs3 qarşı polis əməkdaşlarının təzyiqi altında ifadə verdikləri barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onların bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onların verilən ittiham üzrə təqsiri öz ifadələrinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxslər Xudaverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs3 tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməməsi, aşkar edilən çətənə kollarından xəbəri olmaması, həmin kolların onun iştirakı olmadan Xudaverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kultivasiya edilməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri, həmçinin ibtidai istintaq zamanı aparılmış üzləşdirmə istintaq hərəkətində verdiyi ziddiyyətli ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama kimi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir (siyahı İİİ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Xudaverdiyev Təqsirləndirilən şəxs1 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 1(bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Xudaverdiyev Təqsirləndirilən şəxs1 02 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 02 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Xudaverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 iyul 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 isə təyin olunacaq cəzadan onun şübhəli şəxs kimi tutulduğu iki gün müddət çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı 11 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Xudaverdiyev Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Xudaverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, Xudaverdiyev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 30 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 390,0 qram olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 389,4 qram çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada- Xudaverdiyev Təqsirləndirilən şəxs1 26 (iyirmi altı) manat, Təqsirləndirilən şəxs2 26 (iyirmi altı) manat və Təqsirləndirilən şəxs3 26 (iyirmi altı) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Xudaverdiyev Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xudaverdiyev Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 02 iyul 2022-ci il tarixdən hesablansın. Xudaverdiyev Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs Xudaverdiyev Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 02 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək həbsdə saxlandığı iki gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 11 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Şabran RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 389,4 qram olan 30 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada- Xudaverdiyev Təqsirləndirilən şəxs1 26 (iyirmi altı) manat, Təqsirləndirilən şəxs2 26 (iyirmi altı) manat və Təqsirləndirilən şəxs3 26 (iyirmi altı) manat olmaqla tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Xudaverdiyev Təqsirləndirilən şəxs1 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-36/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-36/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver