Məhkəmə qərarları › İş №1(124)-36/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-36/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-36/2025 17.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Tərcüməçi - X19, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qusar rayonu Quxuroba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə, xx.xx.2006-cı il tarixdə Qusar rayonu Quxuroba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, Qusar rayonu Quxuroba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə iştirak etməklə bir qrup şəxs halında, xüsusi amansızlıqla X7 qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun 30 oktyabr 2023-cü il tarixdə koma vəziyyətində “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-nə yerləşdirilərək 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixə keçən gecə, saat təxminən 00:35 radələrində həmin xəstəxanada baş-beyinə qansızma nəticəsində ölümünə səbəb olmuşdurlar. Belə ki, Təqsirləndirilən şəxs1 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 22 radələrində yaşadığı Qusar rayonu Quxuroba kəndində yerləşən fərdi yaşayış evində sərxoş vəziyyətdə olan əri X7 masanın üzərinə qoyduğu boşqabları yerə vurub sındırması, daha sonra isə soyuducunu açıb içərisində olan ərzaqları yerə ataraq onu söyüb təhqir etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcə onu sakitləşdirmək üçün mərhum oğlu Elmir Mamaliyevin dostu Şahid13 evinə çağırmış, Şahid13 həmkəndliləri Şahid1 və Şahid3 ilə birlikdə gəlib Ramazan Mamaliyevi sakitləşdirib getdikdən sonra da saat təxminən 23:30 radələrində aralarında davam edən mübahisə zamanı X61 tərəfindən təhqir edildiyinə görə əsəbiləşib onun üzərinə qışqırıb söyməyə başlamış, daha sonra yaşadıqları evin birinci mərtəbəsində yerləşən mətbəxdə saxladığı təxminən 1 metr 30 sm uzunluğunda, diametri 4-5 sm qalınlığında çomağı əlinə alıb orada Ramazan Mamaliyevin üzərinə hücum çəkərək ondan acıq çıxmaq, hirsini soyutmaqdan ötrü onu ucadan söyə-söyə həmin çomaqla onun baş nahiyəsinə, əsasən də burun və qulaq nahiyələrinə ard-arda dəfələrlə zərbələr vurmuş, bu zaman həmkəndliləri Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid3 X8 fərdi yaşayış evinin yaxınlığından keçərkən həmin evdən Təqsirləndirilən şəxs1 tərəfindən ucadan nalayiq söyüşlərlə X51 ünvanına təhqiredici sözlər deyilməsini eşitdiklərindən orada dava-dalaş olmasını başa düşüb harayçılıq etmək üçün qaça-qaça onların yaşadıqları evə gedib evin birinci mərtəbəsində yerləşən mətbəxə daxil olarkən Ramazan Mamaliyevin yemək masasının yanında çöməlmiş vəziyyətdə mətbəx divarının küncünə söykənib qaldığını, Təqsirləndirilən şəxs1 isə əlində olan, təxminən 1 metr 30 sm uzunluğunda, diametri 4-5 sm qalınlığında çomaqla Ramazan Mamaliyevin baş nahiyəsinə, əsasən də burun və qulaq nahiyələrinə ard-arda dəfələrlə zərbələr endirib vurduğunu, Ramazan Mamaliyevin isə baş və üz nahiyəsini qorumaq üçün əlləri ilə tutduğunu görüb, onları ayırdıqdan sonra Ramazan Mamaliyev sərxoş vəziyyətdə güclə ayağa qalxıb “evimdən çıxın gedin köpəy uşaqları” dediyindən, Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə əsəbiləşib onunla mübahisə etməyə başlayaraq, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramazan Mamaliyevə “nə dedin sən?" deyə qışqırıb sağ əli ilə onun sol yanaq nahiyəsinə güclü şəkildə şillə zərbəsi vurduğundan Ramazan Mamaliyev zərbənin təsirindən səndələyərək baş nahiyəsinin arxa hissəsi divara dəyib qayıtmış, “yenə vur köpəy oğlu” dedikdən sonra Təqsirləndirilən şəxs2 müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, Ramazan Mamaliyevə xüsusi əzab, iztirab və işgəncə verdiyini dərk etməklə yanaşı bunu arzulayaraq, əvvəlcə sağ, sonra isə sol əli ilə onun hər iki yanaq, gicgah və çənə nahiyələrinə güclü yumruq zərbələri vurduğundan, zərbələrin təsirindən Ramazan Mamaliyevin ayağı sürüşüb yerə yıxılaraq əvvəlcə baş nahiyəsinin arxa tərəfi, sonra isə başının sağ tərəfi evin divarının tininə dəymiş, Ramazan Mamaliyev özünü güclə toplayıb ayağa qalxarkən müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, Ramazan Mamaliyevə xüsusi əzab, iztirab və işgəncə verdiyini dərk etməklə yanaşı bunu arzulayaraq, Təqsirləndirilən şəxs1 əlində olan çomaqla təxminən 3 dəfə onun baş nahiyəsinin sağ tərəfinə, 3 dəfə burun nahiyəsinə, təxminən 10-15 dəfə də ayaq və bədəninin müxtəlif nahiyələrinə ard-arda zərbələr vurmuş, Təqsirləndirilən şəxs2 Ramazan Mamaliyevin paltarının çiynindən tutaraq onu darta-darta evin ikinci mərtəbəsində yerləşən yataq otağına aparıb döşəmənin üzərinə sərilmiş döşəyin üstünə uzadıb otaqdan çıxdıqdan sonra Ramazan Mamaliyevin onun anasını təhqir etdiyini eşidib əsəbiləşərək yenidən Ramazan Mamaliyevi vurmaq məqsədi ilə yataq otağına daxil olub qapını örtüb yerdə döşəyin üzərində uzanan Ramazan Mamaliyevin başının üzərinə yastıq qoyub müstəsna rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə yastığın üzərindən yenidən yumruq zərbələri ilə onun baş nahiyəsinə dayanmadan ard-arda çoxsaylı zərbələr vurması, Şahid1 və Şahid3 onu Ramazan Mamaliyevdən uzaqlaşdırsalar da, yenidən onun üstünə gedib yumruq zərbələri ilə dəfələrlə sifət nahiyəsinə, başının sağ tərəfinə, 2 dəfə təpik zərbəsi ilə isə ayaq nahiyələrinə vurması, Şahid3lə birlikdə oradan çıxıb getmək üçün birinci mərtəbəyə düşüb evə getməyə hazırlaşarkən, bir daha qışqırıq səsləri eşitdiyindən qayıdıb evin ikinci mərtəbəsinə çıxıb Mirvari X3 yataq otağından çıxdığını, Ramazan Mamaliyevin isə eyvana çıxıb onu görüb valideynlərini söyüb təhqir etdiyindən yenidən ona yaxınlaşıb yumruq zərbələri ilə onun baş və sinə nahiyələrindən dəfələrlə vurub onu yerə yıxması ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə iştirak etməklə bir qrup şəxs halında çomaqla Ramazan Mamaliyevin baş, burun, qulaq, ayaq və bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla dəfələrlə vurmaqla qəsdən ona alnın sol tərəfində, sol qaşın üstündə, alnın sağ tərəfində, burnun kökü nahiyəsində, sağ yanağında, sağ əlinin 3, 4 və 5-ci barmaqlarının arxa səthində, sağ baldırın orta 1/3-nin ön səthində, sol baldırın orta 1/3-nin ön səthində sıyrılmış yaralar, sol qulaq seyvanın yuxarı hissəsində xətti səthi əzilmiş yara, sol gözün iç küncündə, sol qulaq seyvanın önündə, qulağın arxasından başın sol ənsə nahiyəsinə keçən nahiyədə qançırlar, başın yumşaq qişasının altında qansızmalar, sərt beyin qişasının üstündə (epidural) hematoma, başbeyin maddəsinə qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye, baş beyinin kəskin ödemi, kraniektomiya əməliyyatından sonrakı vəziyyət (sağ təpə-gicgah nahiyəsinin sümük defekti) ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə iştirak etməklə bir qrup şəxs halında, xüsusi amansızlıqla X7 qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun baş-beyinə qansızma nəticəsində ölümünə səbəb olmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Şıxkərim qızı özünü təqsirsiz bilərək ifadəsində X51 həmişə içki içdiyini, ərinin evin içərisində ona rahatlıq vermədiyini, bu hərəkətlərinə görə 2 oğlunun rəhmətə getdiyini, qız uşağının bəxtsiz olduğunu, böyük oğlunun xərçəng xəstəliyindən vəfat etdiyini bildirmişdir. Ramazan Mamaliyev səhər evdən çıxıb axşam gəlmiş, hər dəfə evdə dava yaratmış, belə davalarda qonşuları çağırıb kömək istəmişdir. O, başqa kənddən gəlin gəldiyi üçün yaşadıqları kənddə yaxın heç kimi olmadığını, ölən uşağının 40 mərasimi üçün hazırlıqlar etdiyini, ertəsi gün əri ilə yenə dalaşdıqlarını, ərinə baş qoşmadığını, sakitləşmək üçün qonşuların evinə getdiyini qeyd etmişdir. Qayını arvadına Qusarı yaxşı tanımadığından ondan uşağın 40 mərasimi üçün alış-veriş etməyə kömək etməsini xahiş etmişdir. Həmin vaxt Ramazanın mağazanın qabağında yerdə uzandığını ona xəbər vermişdirlər. O, bunu eşidən kimi dərhal oraya getmiş və Ramazanın mağazanın qabağında uzanaraq xırıldadığını görmüşdür. Ramazana kömək edərək onu evə aparmaq istəmiş, lakin o, evə getmək istəməmişdir. O, evdə az yaşlı nəvəsini yatızdırdığını, evə gəlib həm ona, həm də Ramazana baxıb getdiyini, həmin gün çox köməksiz vəziyyətdə qaldığını və heç kimin ona kömək etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Şıxkərim qızı dövlət ittihamçısının suallarına cavab olaraq işdən evə gəlib yeməyini yeyən vaxt ərinin qabları qırmağa başldığını, bu halın artıq neçənci dəfə idi ki, təkrarlandığını bildirmişdir. O, ərini döyməmiş, sadəcə olaraq özünü müdafiə etmiş, Ramazanı çomaqla vurmamışdır. Təqsirləndirilən şəxs2 Ramazan qabları qıran vaxt qışqırıq səslərinə gəlmiş, əri həmin vaxt onu döymüş, Namik kömək edib onları ayırmaq istəyəndə Ramazan onun ata-anasına söyməyə başlamışdır. Namikin ailəsinin ünvanına söyüş söyəndən sonra o da Ramazanın üzünə 10-15 dəfə zərbə vurmuş, həmin vaxt əri içkili olmuş, Namiklə birlikdə evlərinə tanımadığı 2-3 nəfər başqa uşaq da gəlmişdir. Lakin bu vaxt Ramazanla Namiki heç kim aralamamış, Namiklə gələn uşaqlar dayanıb kənardan baxmışdırlar. Namik sonradan ərini yataq otağına aparaq yerində uzatmış, yataq otağında da Ramazanı döymüş, o, yataq otağından Namikin ərini döyməsinin səsini eşitmişdir. Ertəsi gün əri yuxudan oyanıb evdən çıxmış, həmin vaxt vəziyyəti yaxşı olmuş, hətta küçəyə çıxıb gəzmişdir. Gecə uşaqlar Ramazanın mağazanın qabağında yıxıldığını xəbər vermiş, o da Ramazanın yanına getmiş, lakin onu evə aparmağa gücü çatmamışdır. O, kəndlərinin Qusar rayonuna yaxın olduğunu, həmin vaxt baldızına zəng edib kömək istədiyini, lakin heç kimin ona kömək etmədiyini, həmin gecə təcili tibbi yardım xidmətinə zəng etmədiyini və ertəsi gün zəng etdiyini bildirmişdir. O, özündə olmadığı üçün həmin gecə təcili tibbi yardım xidmətinə zəng edə bilməmişdir. Ümumiyyətlə, ərinə xəsarət yetirmədiyini, prokurorluqda ona qarşı hər hansı təzyiq göstərilmədiyini, ərinin başında yara olmadığını, qızı həmin vaxt öz otağında olduğundan evdəki hadisəni görmədiyini və ərini xəstəxanaya apararaq həkimlərdən kömək istədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 Şıxkərim qızı müdafiə tərəfinin suallarına cavab olaraq həmin çomaqla evin içərisində özünü qoruduğunu, heç vaxt ərini vurmadığını, ərini Namikin güclü zərbələrlə vurduğunu, həmin vaxt Ramazanın başının divara dəydiyini bildirmişdir. Namik ərini sillə ilə vurmuş, həmin vaxt Ramazan stuldan yıxılmış, Namik ərini yuxarı yataq otağına sürüyərək aparmışdır. Namikin onu vurma səbəbi Ramazanın onu söyməsi olmuşdur. Həmin vaxt divarda ləkə qalmamış, ümumiyyətlə qan ləkəsi olmamışdır. O, hadisə günü əlində nazik fındıq çubuğu olduğunu, həmin çubuqla yun çırpmağın mümkün olduğunu və mağazanın qarşısında ərinin kiminləsə mübahisə etdiyini bilmədiyini qeyd etmişdir. Müstəntiq izahatını elan edib özünə oxutduqdan sonra imza çəkdirmişdir. Təqsirləndirilən şəxs1 Şıxkərim qızı məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, övladı X17 və onun 10 yaşlı oğlu Namik Xəlilov ilə birlikdə yaşayırlar. Nə özü, nə də qızı Xumar Mamaliyeva heç bir yerdə işləmirlər. X60 kənd tam orta məktəbinin 4-cü sinfində oxuyur. Böyük oğlu X20 2022-ci ilin iyun ayında 27 yaşında, kiçik oğlu X21 isə 12 oktyabr 2023-cü il tarixdə 20 yaşında xərçəng xəstəliyindən ölmüşlər. X4 əri olmuş, onunla 1992-ci ildə rəsmi qaydada ailə həyatı qurub birlikdə Qusar rayonu Quxuroba kəndində yaşamışlar. Əri Ramazan heç bir yerdə işləməmiş, mütəmadi spirtli içki alüdəçisi olduğundan onunla yola getməmiş, işləmədiyinə, tüfeyli həyat tərzi keçirdiyinə görə tez-tez ailələrində mübahisələr olmuşdur. Oğullarının ölümündən sonra isə onun hərəkətlərinə dözə bilməmiş, bəzən sərxoş olarkən onu çomaqla döyüb hirsini soyutmuşdur. Adının Mirvari olmasına baxmayaraq, yaşadığı kənddə ona Zöhrə deyə müraciət etmişlər. Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1 da həmkəndliləri kimi tanımış, onlarla qohumluq, dostluq münasibətləri yoxdur, aralarında əvvəllər heç bir narazılıq, dava- dalaş, ədavətləri olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 22 radələrində X61 sərxoş vəziyyətdə evə gəlib ona yemək verməsini istəmiş, yemək gec hazır olduğuna görə Ramazan masanın üzərinə qoyduğu boşqabları yerə vurub sındırmış, sonra isə soyuducunu açaraq ərzaqları yerə atmışdır. Onun bu hərəkətindən çox hirslənmiş, ona qabları özü aldığını bildirib üstünə qışqırmışdır. X61 isə sərxoş vəziyyətdə onu söyməyə başlamışdır. Həmin vaxt qızı Xumar Mamaliyeva, nəvəsi Namik Xəlilov da evdə olmuşlar. Ramazan Mamaliyevin səs- küy saldığını, sakitləşmədiyini, əksinə soyuducuda olan ərzaqları yerə tökdüyünü görüb, ona nəsə deməyin mənasız olduğunu, sakitləşdirə bilməyəcəyini başa düşüb tanışı Şahid13 evlərinə çağırmışdır. Şahid13 mərhum oğlu Elmirin yaxın dostu olmuş, tez-tez onlara gəlib-getmiş, əri Ramazana əl tutmuşdur. Bu səbəbdən əri Ramazan da İlkinin sözünü saymışdır. Bir müddət sonra Şahid13 Şahid1, Şahid3lə birlikdə yaşadığı evə gəlmişlər. Onlar gələndə evlərinin birinci mərtəbəsində olan mətbəxdə ağlaya-ağlaya əri Ramazanın yerə tökdüyü ərzaqları və boşqab qırıntılarını yığışdırmışdır. Ramazan isə evin ikinci mərtəbəsində olan otağına gedib uzanmışdır. Şahid13 görüb ağlayaraq ona Ramazandan şikayət edib evdə dava saldığını, qabları sındırdığını deyib yuxarı qalxıb onunla danışıb sakitləşdirməsini xahiş etmiş, Şahid13 də Ramazan Mamaliyevin otağına gedib ona “yekə kişisən, belə eləmə" deyib sakit şəkildə yatmasını, dava-dalaş salmamasını tapşırmışdır. Şahid13 Ramazan Mamaliyevin xasiyyətini yaxşı tanımış, onun həmişə sərxoş olub evdə davadalaş saldığını bilmişdir Şahid13 əri Ramazanla danışandan sonra gəldiyi uşaqlarla birlikdə evdən çıxıb getmiş, Ramazan isə yatmamışdır. Ümumiyyətlə əri R.Mamaliyev sərxoş olanda bir qayda olaraq həmişə gec yatmış, yerində öz-özünə danışıb sayıqlamışdır, ilkin gedəndən bir müddət sonra isə birinci mərtəbəyə düşüb ilkini üstünə gətirdiyinə görə onu yenə də söyüb təhqir etməyə başlamışdır. Bir müddət səbrini basıb onun söyüşlərinə cavab verməsə də, Ramazan Mamaliyev heç cür sakitləşməmiş, ünvanına iyrənc şəkildə təhqiramiz sözlər deməyə davam etmişdir. Cavan oğlunu itirməsinin üstündən heç bir ay keçməmiş, oğlu Elmirin qırxı çıxmamış, yaslı olduğu müddətdə əri Ramazanın bu cür alçaqcasına hərəkətlər etməsi, öz kefində olması, əyyaşlıq etməsi ona çox pis təsir göstərmişdir. Onun hərəkətlərinə dözə bilməyib özü də üzərinə qışqırıb söyməyə başlamış, özünü heç cür ələ ala bilməmiş, mətbəxdə saxladığı çomağı götürüb saat təxminən 23:30 radələrində əri Ramazanın üzərinə hücum çəkib ondan acıq çıxmaq, hirsini soyutmaqdan ötrü çomaqla onun başına, burnuna, qulağına zərbələr endirməyə başlamışdır. Həmin çomağı əri Ramazandan özünü müdafiə edə bilmək üçün fındıq ağacının gövdəsindən hazırlamışdır. Çünki Ramazan ailə qurduqları gündən bu vaxta qədər onu döymüş, gün göstərməmiş, ailədə heç şad günü olmamışdır. Son vaxtlarda isə Ramazan xəstəlikdən, spirtli içki alüdəçiliyindən zəiflədiyinə görə onu vurmağa gücü çatmamış, buna cəhd edəndə də özünü çomağı ilə müdafiə etmişdir. Ramazana çomaqla zərbələr endirəndə, Ramazan sərxoş olduğuna görə ona qarşı gələ bilməmiş, əlləri ilə başını və üzünü tutub yemək masasının yanında çöməlmiş vəziyyətdə mətbəx divarının küncünə söykənib qalmışdır. Özünü ələ ala bilmədiyinə görə hayıf çıxmaqdan ötrü onu ucadan söyə-söyə çomaqla baş nahiyəsinə, əsasən də burun və qulaq nahiyələrinə zərbələr endirib vurmağa davam etmişdir. X51 aldığı zərbələrin təsirindən sol qulağından və burnundan qan gəlmişdir. Bunu görsə də heç cür özünü ələ ala bilməmişdir. Elə bu vaxt səsini küçədən eşidən Təqsirləndirilən şəxs2, Asim Şadiyev, Şahid1 içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs2 onu tutub X61dən aralayıb kənara itələmiş, bundan sonra isə Ramazan Mamaliyev güclə ayağa qalxıb, sərxoş vəziyyətdə evlərinə gələn oğlanları görüb “evimdən çıxın gedin köpəy uşaqları’' deyib onları söymüşdür. Təqsirləndirilən şəxs2 əri Ramazanın üstünə "nə dedin?” deyə qışqıranda isə R.Mamaliyev təkrarən eyni sözlərlə onları təhqir etmişdir. Mərhum əri Ramazanın bu təhqirindən acıqlanan Təqsirləndirilən şəxs2 onun sol yanaq nahiyəsinə güclü bir şillə zərbəsi endirmişdir. R.Mamaliyev onun bu zərbəsinin təsirindən arxasında olan divara dəyib Namikin üzərinə tərəf qayıtmış və ona acıqla “yenə vur köpəy oğlu" demişdir. Namik də əvvəlcə sağ, sonra isə sol əli ilə əri R.Mamaliyevin hər iki yanaq, gicgah və çənə nahiyələrinə möhkəm yumruq zərbələri vurmağa başlamışdır. X34 yumruq zərbələrindən yanında olan ağ rəngli plastmas stulun üzərinə düşmüş, lakin müvazinətini saxlaya bilməmiş, əvvəlcə baş nahiyəsinin arxa tərəfi, sonra isə başının sağ tərəfi divarın tininə dəymiş və stulla birlikdə yerə yıxılmış, stul da sınmışdır. R.Mamaliyevin yerə yıxıldığını görəndən sonra Təqsirləndirilən şəxs2 dayanmış, lakin əri Ramazanın stulu sındırdığını görüb hirslənmiş və əlində tutduğu çomaqla 3 dəfə Ramazan Mamaliyevin başının sağ tərəfinə, 3 dəfə burnuna, təxminən 10-15 dəfə də ayaqlarına və bədən nahiyəsinə vuraraq möhkəm zərbələr endirmişdir. Ramazan Mamaliyevə o qədər acıqlanmışdır ki, ona çomaqla vura-vura “stulu niyə qırdın erməni” demişdir. Təqsirləndirilən şəxs2 birtəhər onu sakitləşdirib Ramazandan kənarlaşdırmış, Ramazan Mamaliyev isə söyüş söyməyə davam etmişdir. Ona görə də onlara gələn oğlanlara Ramazanı aparıb yataq otağına atmalarını tapşırmışdır. Təqsirləndirilən şəxs2 də Ramazanın paltarının çiynindən tutaraq onu dartıştıra-dartıştıra evin ikinci mərtəbəsində yerləşən otağına aparmışdır. Namik əri Ramazanı yerinə uzadıb otağının qapısını bağlayıb çölə çıxanda, otağının qapısının səsini eşidib ona baxmaq üçün özü də evin ikinci mərtəbəsinə qalxmış, həmin vaxt X52 Zərbəliyevi söydüyündən Namik onun yatdığı otağa daxil olub, Ramazanın başının üzərinə yastıq qoyub, yastığın üzərindən yumruq zərbələri ilə onun baş nahiyəsinə dayanmadan vurmuşdur. Şahid3 və Şahid1 otağa daxil olub onu tutub çölə çıxarmışlar, bu vaxt özü də onlarla birlikdə otağa daxil olmuşdur. Otaqda olan səs-küyə qızı Xumar da yataq otağından eyvana çıxıb hadisənin şahidi olmuşdur. Asif və Samir Namikə yaxınlaşıb Ramazanı vurmasına mane olmaq üçün onu tutub Ramazandan uzaqlaşdırmışlar. X62 vurmamasını, yazıq olduğunu demiş, Namik isə əsəbi şəkildə “yazıq ilan vursun onu” deyə cavab verib yenidən Ramazanın üstünə gedib sifət nahiyəsinə, başının sağ tərəfinə yumruq zərbələri ilə vurmağa davam etmişdir. Samir və Asif Namiki yenidən tutub sakitləşdirərək Ramazandan kənarlaşdıranda, Namik hirsindən Ramazanın ayaqlarına da 2 dəfə təpik zərbələri vurub otaqdan çıxmışdır. Onlar otaqdan çıxıb evdən getmək istəyəndə, Namikdən bir müddət gözləmələrini xahiş edib, əri Ramazanın özünə gəlib onu evdə tək tutsa dava-dalaş salacağını demişdir. Təqsirləndirilən şəxs2, Şahid3 və Şahid1 bir müddət gözləyib X51 sakitləşdiyini görüb evlərinə getmək üçün evin birinci mərtəbəsinə düşmüşlər. Bu zaman əri Ramazan içəridən qışqırıb Namikdən polisə şikayət edəcəyini bildirmişdir. Onun otağına gedib baxanda, Ramazan Mamaliyevin yerindən durub çölə çıxmaq istədiyini görmüş, buna görə də bir daha üstünə qışqırıb sakit yerində yatmasını tapşırmış, lakin Ramazan sözlərinə məhəl qoymayaraq yerindən durub otaqdan çölə çıxmışdır. Ona qışqırdığını eşidən Təqsirləndirilən şəxs2lə Şahid3 yenidən evlərinin ikinci mərtəbəsinə qalxmışlar. Ramazan Mamaliyev onları eyvanda görüb hər ikisinin anasına söyüş söymüşdür. Təqsirləndirilən şəxs2 də onun söyüşündən sonra hirslənib özündən çıxmış, Ramazanın üstünə gəlib onun başından, sinəsindən möhkəm şəkildə yumruq zərbələri ilə vurmuş, Ramazan da zərbələrin təsirindən yerə yıxılıb başı döşəməyə dəymişdir. Namikin vurduğu yumruq zərbələrindən sonra Ramazanın sifəti qan içində olmuş, onu sol qulağından, burnundan qan gəlmişdir. Şahid3 Ramazanın vəziyyətini görüb qorxaraq araya girib Təqsirləndirilən şəxs2 sakitləşdirmiş, bir az da vurmağa davam edərsə, Ramazanın ölüb onun üstündə qalacağını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs2 bir qədər sakiltləşmiş və Asiflə köməkləşib əri Ramazanı qaldırıb yataq otağına aparıb yerinə uzadaraq çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 axırıncı dəfə ərini döyəndə saat təxminən 00:30 radələri olmuşdur. Həm özü, həm də Təqsirləndirilən şəxs2 Ramazan Mamaliyevi çox pis formada döyüb ona ağır xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs2 yumruq zərbələri, eləcə də çomaqla onu vurduğu vaxt R.Mamaliyev başından ciddi zədələr almış, lakin həmin vaxt həm özü, həm də Təqsirləndirilən şəxs2 özlərindən çıxdıqlarından buna çox fikir verməmişlər, hər ikisi Ramazan Mamaliyevin hərəkətlərinə, söydüyü söyüşlərə görə ondan hayıf çıxmağa çalışmışlar. 29 oktyabr 2023cü il tarixdə əri Ramazan yuxudan oyanaraq evdən çıxıb harasa getmişdir. Çox güman ki, adəti üzrə spirtli içki almaqdan ötrü dilənib pul yığmaq üçün "İmrəli" adlı mağazanın yanına getmişdir. Onun sol qulağında, burnunun üzərində göyərtilər olmuş, sağ yanağında da sıyrıq izləri aydın görünmüşdür. X51 ayaq üstə gəzə bildiyini görəndən sonra bir qədər rahat olmuş, daha onunla maraqlanmamışdır. Həmin gün saat təxminən 23 radələrində Nadir və Amin adlı 2 nəfər həmkəndlisi yaşadıqları evə gəlib onu çağırıb X51 “İmrəli” adlı mağazanın yaxınlığında küçədə huşsuz vəziyyətdə yıxılıb qaldığını, nə qədər çağırsalar da, cavab vermədiyini, ağzından köpük gəldiyini bildirmişlər. Qızı Xumar və həmin iki oğlan ilə birlikdə əri Ramazanın yanına getmişlər. Ramazanın huşsuz vəziyyətdə qaldığını görüb kömək etməsi üçün qardaşı Nüsrət dedikləri Qəhrəman Mamaliyevi çağırmaq qərarına gəlmişdir. Qəhrəmana zəng etsə də, cavab verməmişdir. Nəvəsi Namik evdə tək qaldığına görə ona baş çəkmək üçün evə qayıtmışdır. Evə gələndən sonra da, əri Ramazanın bir neçə qohumlarına zəng etsələr də, heç kəs cavab vermədiyindən, bir müddət sonra qızı Xumarla birlikdə əri Ramazanın yanına qayıtmışlar. R.Mamaliyev huşsuz vəziyyətdə qaldığından, gücləri çatmadığına görə onu evə gətirə bilməmişlər. Bir müddət sonra Nadir və Amin adlı oğlanlar da çıxıb getmişlər, onlar da məcbur qalıb qızı Xumarla birlikdə evlərinə qayıtmışlar. Gecə ərzində isə bir neçə dəfə ərinin yanına gedib ona baş çəkmişlər. Əri Ramazan nəfəs alsa da, huşu özündə olmamışdır. 30 oktyabr 2023-cü il tarixdə, saat təxminən 09 radələrində Ramazanın qardaşı Qəhrəman Mamaliyevə zəng edəndə telefona cavab vermiş, ona məsələni danışandan sonra Qəhrəman Mamaliyev ərinin yanına gedib vəziyyətinin pis olduğunu görüb təcili yardıma zəng edib çağırmış, R.Mamaliyev də təcili yardım avtomobili ilə koma vəziyyətində “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə çatdırılmışdır. R.Mamaliyevin sərxoş vəziyyətdə küçədə yatıb qalması birinci dəfə olmamış, əvvəllər də bir neçə dəfə belə hallar baş vermişdir Bu səbəbdən Ramazan Mamaliyevi küçədə qoyub evinə qayıdanda ayılıb evə qayıdacağını fikirləşmişdir. Ramazan Mamaliyev 07 noyabr 2023-cü il tarixə qədər xəstəxanada koma vəziyyətində qalmış və 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023cü il tarixə keçən gecə saatlarında “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ölmüşdür. Onun komaya düşüb ölməsində 28 oktyabr 2023-cü il tarixdə yaşadıqları evdə başına çomaqla vurduğu zərbələr, eləcə də onunla birlikdə Təqsirləndirilən şəxs2 də möhkəm şəkildə yumruq zərbələri ilə onu vurub döyməsi olmuşdur. Ramazan Mamaliyev öləndən sonra tutduğu bu işdən çox peşiman olmuşdur. R.Mamaliyevi döyüb hayıf çıxmaq istəmiş, çomaqla ona vuranda ağır şəkildə xəsarət ala biləcəyini bilmiş, ancaq heç vaxt Ramazan Mamaliyevi öldürmək istəməmiş, lakin istəmədən onun ölümünə səbəb olmuşdur. Hadisə 28 oktyabr 2023-cü il, saat təxminən 23:30 radələrindən, 29 oktyabr 2023-cü il, saat təxminən 00:30 radələrinə qədər Qusar rayonu Quxuroba kəndində yaşadıqları evdə baş vermişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs2 ilə birlikdə mərhum X51 baş və bədənin müxtəlif nahiyələrinə dəfələrlə güclü zərbələr endirib xəsarətlər yetirmişlər. Ramazan Mamaliyev də onların zərbələri nəticəsində ağır xəsarətlər almış, onun sol qulağından, burnundan qan gəlmişdir. Həmin vaxtı hadisə yerində Təqsirləndirilən şəxs2, Şahid1, Şahid3 və qızı Xumar Mamaliyeva olmuşdur. Orada başqa heç kəs olmamış, hadisəni başqa heç kəs görməmişdir. Gecə saatları olduğundan hamının yatan vaxtı olmuşdur, bu səbəbdən Ramazan Mamaliyevlə aralarında olan mübahisəni, onu döyüb xəsarətlər yetirməsini qonşularından görüb-eşidən olmamışdır. Ramazan Mamaliyevi döyüb ağır xəsarətlər yetirməsinin səbəbi onu pis söyüşlərlə təhqir etməsi, boşqabları sındırması, oğlunun qırxı çıxmamış əyyaşlıq etməsi olmuşdur. Onun bu hərəkətlərindən hirslənib əsəblərini cilovlaya bilməmiş, özündən çıxıb onu çomaqla vurub döyərək xəsarətlər yetirmişdir. Ramazan Mamaliyevi döyüb xəsarətlər yetirməsinin başqa heç bir səbəbi olmamışdır. Ramazan Mamaliyevə mətbəxdə saxladığı çomaqla hücum çəkib başına, burnuna, qulağına çoxsaylı zərbələr endirmiş, daha sonra Təqsirləndirilən şəxs2 onu vuranda yerə yıxılarkən stulu qırdığına görə bir də çomaqla başının sağ tərəfinə, burnuna ayaqlarına və bədən nahiyəsinə möhkəm şəkildə vuraraq çoxsaylı zərbələr endirmişdir. Ramazan Mamaliyevin bədəninin müxtəlif nahiyələrinə çomaqla vurub xəsarətlər yetirməsini etiraf etmiş, bütün bunları hirsli vaxtında etmişdir. Sakit vəziyyətdə olsa idi, onu bu cür vurub döyməzdi. R.Mamaliyevə xəsarətlər yetirməklə onu öldürmək niyyəti olmamış, ona bu xəsarətləri onu öldürmək məqsədi ilə yetirməmiş, onu söyüb özündən çıxartdığına görə bu cür döymüşdür. Ramazan Mamaliyevə yalnız çomaqla vurub xəsarətlər yetirmiş, başqa hər hansı alətlə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs2 də ona ancaq yumruq, şillə, təpik zərbələri ilə vurub, başına və bədəninin digər nahiyələrinə xəsarətlər yetirmişdir. Ramazan Mamaliyevlə əvvəllər də aralarında bu cür dava-dalaşlar olmuş, onu bəzən çomaqla vurmuş, ancaq bu cür pis formada onu döyüb ağır xəsarətlər yetirməsi birinci dəfə baş vermişdir. Baş vermiş məlum hadisə zamanı Ramazan Mamaliyevə ancaq özü və Təqsirləndirilən şəxs2 xəsarət yetirmişdir. Şahid3 və Şahid1 isə onlara mane olmağa çalışmışlar, Ramazan Mamaliyevə heç bir xəsarət yetirməmişlər, ümumiyyətlə ona vurmamışlar. X58 Ramazanı otağında döydüyü vaxt öz otağından çıxıb yanlarına gəlib hadisənin şahidi olmuş, lakin o da atasına heç bir xəsarət yetirməmişdir. Baş vermiş məlum hadisə zamanı ancaq X45 çox ağır xəsarətlər almış, başqa heç kəs xəsarət almamışdır. Ramazan Mamaliyev yalnız əlləri ilə başını, üzünü tutmaqla müqavimət göstərmək, özünü qorumaq istəmişdir. Ramazan Mamaliyev tərəfindən ona qarşı heç bir xəsarət yetirilməmiş, başqa heç bir müqavimət göstərməmiş, nə onu, nə də Təqsirləndirilən şəxs2 vurmamış, onlara hücum çəkməmişdir. Ramazan Mamaliyev ona uzun illər zülüm etmiş, onu təmiz bezdirmişdir. Hadisə vaxtı da onu söyüb təhqir etdiyinə, ərzaqları, boşqabları yerə vurduğuna görə ona çox acıqlanmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs2 X61i döyərkən, acığını, hayıfını çıxmaq üçün, ürəyi soyumasından ötrü ona mane olmamışdır. Ramazan Mamaliyevi vurub xəsarət yetirdiyi çomaq təxminən 1 metr 30 sm uzunluğunda, 4-5 sm qalınlığında olan çomaq olmuş, bu çomağı özünü müdafiə etməkdən ötrü hazırlamışdır. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs1 Şıxkərim qızı məhkəmə tərkibinin suallarına cavab olaraq ərini vurmadığını və ibtidai istintaq zamanı elan olunmuş ifadə ilə razı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirsiz bilərək ifadəsində Təqsirləndirilən şəxs1 oğlu ilə dost olduğunu, hadisə günü onların evindən səs-küy eşitdiyinə görə Mirvarigilə getdiyini, həmin vaxt Ramazanın stulda oturduğunu və arvadı ilə mübahisə etdiklərini, arvadı Mirvarinin onu çomaqla vurduğunu və Ramazanın burnundan, qulağından və başından qan gəldiyini bildirmişdir. O, Mirvarigilə gəldikdə nə üçün mübahisə etdiklərini soruşmuş, bunun yaxşı bir şey olmadığını izah etmişdir. Bu zaman Ramazan onun yeni rəhmətə gedən atasını söyməyə başlamış, o, söyüşün yaxşı bir şey olmadığını deyərək söyməməsi barədə Ramazana xəbərdarlıq etmiş, lakin Ramazan söyməyə davam etmişdir. Bundan sonra sillə ilə onun qulağına vurmuş, sillədən sonra Ramazan stulun üstünə yıxılmış, stul qırıldığı üçün yerə yıxılmışdır. Ramazan durub yenidən üstünə gəlmiş, onu itələmiş, yenidən arxaya qırıq stulun üstünə düşərək yerə yıxılmışdır. Həmin vaxtdan sonra Ramazan ayağa durmamış, daha sonra isə Mirvari Ramazana "sən məni də döyürsən, camaatı da söyürsən və s." deyərək onu yenidən vurmağa başlamışdır. O, Ramzana onu yuxarı qaldıracağını və dalaşmağın yaxşı bir şey olmadığını demiş, onu ikinci mərtəbəyə qaldıranda yastığı üzünə çırpmış, Ramazanı öldürmək niyyəti olmamış, sadəcə olaraq yastığı onun üzünə çırpmışdır. Qapıdan çıxanda Ramazan yenidən atasını və anasını söymüş, buna görə də onun ayağına 2 dəfə təpik vurmuş, Mirvari ona 5-10 dəqiqə gözləyib sonra getməsini bildirdiyi üçün o da 5-10 dəqiqə gözləmişdir. O, hadisə günü Mirvarigili ayırmaq üçün onların evinə getmişdir. Hadisə bu şəkilə baş vermiş, polis idarəsində ona hədə-qorxu gəlindiyi üçün fərqli bir ifadə vermiş, prokurorluqda isə artıq həmin ifadəsini dəyişə bilməmişdir. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab bildirmişdir ki, hadisə günü 3 nəfər məhəllə uşaqları ilə birlikdə evinə tərəf gedərkən Mirvarigildən səs-küy eşitdiyi üçün onların evinə getmiş, Mirvarinin çomaqla ərinin üzünə vurduğunu və həmin vaxt Ramazanın stulda oturduğunu, arvadına müqavimət göstərə bilmədiyini görmüşdür. O, hadisə günü Mirvarinin qızını evdə görmədiyini, Ramazan atasını söydüyü üçün onu sillə ilə vurduğunu, sonradan ona xəsarət yetirmədiyini, onun başının divara yox, stola dəydiyini, Ramazanı ikinci mərtəbəyə qaldırdığını bildirmişdir. Həmin vaxt Ramazan yeriyə bilmiş, sadəcə olaraq Mirvari ilə mübahisə etməmələri və aranın sakitləşməsi üçün onu yuxarıya özü qaldırmışdır. Lakin yuxarı çıxanda Ramazan yatmamış, yenidən onun atasını söyməyə başlamış, bundan sonra o, Ramazanın ayağına təpik vurmuş, bir neçə dəqiqə sonra da oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 müdafiə tərəfinin suallarına cavab olaraq hadisə günü əsgərliyə gedən sinif yoldaşının qonaqlığından gələrkən Samir və Asif Mirvarigilin evinin qarşısında olmuş və onlar yarım saatdır ki, orada olduqlarını bildirmişdirlər. İlkin də onlarla olmuş, sadəcə olaraq İlkin içkili olduğu üçün onu evə yola salmışdırlar. O, Mirvarigilə gedəndə artıq Ramazanın üzü qanlı olmuş, kimin xəsarət yetirdiyini bilməmiş və həmin vaxt Mirvarinin əlində böyük və qalın çomaq olmuşdur. O, dostu xəstə olduqda Mirvarigilin evinə getdiyini, əvvəllər də onlarda belə mübahisənin olduğunu eşitdiyini, Mirvarinin ərini döydüyünü bildirmişdir. Hadisə günü mübahisə zamanı Mirvarini saxlamağa çalışanda Ramazan onun üstünə gələrək atasını söymüş, buna görə də onu vurmuşdur. Ramazanı çiynindən tutaraq ikinci mərtəbəyə Asiflə birlikdə aparmış, həmin vaxt Ramazanın huşu özündə olmuşdur. İkinci mərtəbədə olarkən Ramazan yenidən onun valieynlərini söydüyü üçün onun ayağından vurmuş və yastığı onun üzünə çırpmışdır. O, hadisə günü Mirvarigilə onları ayırmaq üçün getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə1 ilə birlikdə yaşamışdır. X6 30 avqust 2023-cü il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Ailədə 4 uşaq olmuşlar, bacıları Rabina, Elvira, Ellada evlidirlər, öz ailələri ilə birlikdə yaşayırlar. Özü heç bir yerdə işləməmiş, Qusar rayonu Quxuroba tam orta məktəbinin 9-cu sinfini 2020-ci ildə bitirəndən sonra təhsilini davam etdirməyib məktəbdən çıxmışdır. Təxminən 6 il bundan əvvəl həyətlərində yerə yıxılıb sol gözünə çubuq batdığından görmə qabiliyyətini itirmiş, yalnız sağ gözü ilə görə bilmişdir. Gözdən əlil olduğuna görə hər ay 300 manat məbləğində pensiya almışdır. Anası Qanuni nümayəndə1 heç bir yerdə işləmir, evdar qadındır, əlilliyə görə aldığı pensiya ilə dolanmışlar. X10 həmkəndlisi kimi tanımış, onunla heç bir yaxınlıq, qohumluq münasibətləri, eləcə də əvvəllər aralarında dava-dalaş, ədavət, düşmənçilik olmamışdır. X45 arvadı Təqsirləndirilən şəxs1, qızı Xumar Mamaliyeva və azyaşlı nəvəsi ilə birlikdə yaşamış, heç bir yerdə işləməmiş, mütəmadi spirtli içki alüdəçisi olmuşdur. Ramazan spirtli içki alüdəçisi olduğundan arvadı Mirvari ilə yola getmədiklərinə görə tez-tez ailələrində mübahisələr olmuşdur. Hətta Təqsirləndirilən şəxs1 Ramazanı döymüş, kənddə bu barədə söhbətlər gəzmişdir. Ramazan və Mirvarinin qızından başqa iki oğlan övladları da olmuş, onlar da rəhmətə getmişlər. Təqsirləndirilən şəxs1 kəndlərində Zöhrə deyə müraciət etmişlər. Şahid3, Şahid1 da həmkəndliləri kimi tanımışdır. Onlarla da heç bir qohumluq, dostluq münasibətləri yoxdur, aralarında narazılıq, dava- dalaş, ədavət olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında sinif yoldaşı Təbriz Şəkixanovun evində hərbi xidmətə getməsi ilə əlaqədar keçirilən məclisdə iştirak edib, sinif yoldaşları və Təbrizin atası Şahid9 ilə birlikdə təxminən 100 qram spirtli içki olan araq içmişdir. Təxminən 2-3 saat məclisdə iştirak etmiş, sərxoş olduğundan mərhum atası Habil Zərbəliyev yadına düşmüş, birdən-birə kövrəlmiş, qonaqlıqdan çıxıb yaxınlıqda yerləşən kənd qəbristanlığına gedib atası Habil Zərbəliyevin qəbrini ziyarət etmişdir. Sərxoş olduğuna görə atasının qəbri üstünə gedərkən gecə vaxtı olmasına əhəmiyyət verməmişdir. Atası Habilin qəbrini ziyarət edəndən sonra evinə qayıdarkən, Ramazan Mamaliyevin yaşadığı evin yaxınlığına çatanda həmkəndliləri Şahid1 və Şahid3lə rastlaşmışdır. Onlar təxminən 10-15 metr irəlidə getmişlər, ayaq səslərini eşidib arxaya baxanda onu görüb dayanıb gözləmişlər. Samir və Asifin yanına çatıb görüşərkən qəflətən Ramazan Mamaliyevin evindən arvadı Təqsirləndirilən şəxs1 çox pis formada ucadan qışqırdığını eşitmişlər. Təqsirləndirilən şəxs1 qışqıra-qışqıra mərhum X51 atasının gorunu söymüş, onu pis söyüşlərlə təhqir etmişdir. Asif və Samir bir qədər əvvəl onların evlərində olduqlarını, Təqsirləndirilən şəxs1 və X61 arasında mübahisə olduğunu demişlər. Təqsirləndirilən şəxs1 ucadan qışqırıb ərini söyməsindən, sakitləşməməsindən narahat olduqlarına görə Şahid1 və Şahid3lə birlikdə qaça-qaça onların yaşadıqları evə getmişlər. Onların evinə çatanda saat təxminən 23:30 radələri olmuşdur. Hər üçü birlikdə evin birinci mərtəbəsində yerləşən mətbəxə daxil olanda R.Mamaliyevin yemək masasının yanında çöməlmiş vəziyyətdə mətbəx divarının küncünə qısılıb qaldığını, Təqsirləndirilən şəxs1 da təxminən 1 metr 30 sm uzunluğunda, diametri 4-5 sm qalınlığında olan çomaqla onun baş, burun və qulaq nahiyələrinə zərbələr endirdiyini görmüşlər. R.Mamaliyev əlləri ilə özünü qorumağa çalışsa da, Təqsirləndirilən şəxs1 çomaqla endirdiyi zərbələr Ramazana dəydiyindən, sol qulağından, burnundan qan gəlmişdir. Təqsirləndirilən şəxs1 əlindən xata çıxacağını görüb, onu tutub Ramazan Mamaliyevdən aralayıb “vurma” demişdir. Lakin Təqsirləndirilən şəxs1 çox hirsli olduğundan əri Ramazandan əl çəkməmiş, onu kənara itələyib çomaqla R.Mamaliyevi yenə də vurmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 əl çəkmədiyini görüb onu itələyərək Ramazandan aralaşdırmışdır. Ramazan Mamaliyev arvadı Təqsirləndirilən şəxs1 ondan aralanandan sonra bir qədər özünə gəlib sərxoş şəkildə onlara “evimdən çıxın gedin köpəy uşaqları" demişdir. Atası Habilin 2 ay əvvəl vəfat etməsi, Ramazan Mamaliyevin də ona kömək etməsinə baxmayaraq rəhmətə gedən atasına söyməsi ona çox pis təsir göstərmişdir. Onun bu sözündən hirslənib “nə dedin sən?" deyərək üstünə qışqırmışdır. Ramazan Mamaliyevin sözündən peşiman olub üzr istəyəcəyini fikirləşmiş, lakin Ramazan eyni sözlərlə bir daha onları təhqir edəndə, dözə bilməyib sağ əli ilə Ramazan Mamaliyevin sol yanaq nahiyəsinə var gücü ilə şillə vurmuşdur. R.Mamaliyev şillə zərbəsindən arxasında olan divara dəyib qayıtmış, acıqlı halda “yenə vur köpəy oğlu” demişdir. Onun bu sözündən sonra daha da acıqlanmış, əsəblərini idarə edə bilməyib əvvəlcə sağ, sonra isə sol əli ilə gücü çatan qədər R.Mamaliyevin hər iki yanaq, gicgah və çənə nahiyələrinə güclü yumruq zərbələri vurmağa başlamışdır. R Mamaliyevin atasını söyməsindən sonra gözü dönmüş, onu döyərək bu yolla hayıf çıxmağa çalışmışdır. Yumruq zərbələrinin təsirindən Ramazan Mamaliyev yanında olan ağ rəngli plastmas stulun üzərinə düşmüş, lakin müvazinətini saxlaya bilməmiş, əvvəlcə baş nahiyəsinin arxa tərəfi, sonra isə başının sağ tərəfi divarın tininə dəymiş və stulla birlikdə yerə yıxılmış, stul da sınmışdır. Ramazan Mamaliyev yerə yıxılandan sonra özünü birətəhər toparlayıb saxlamış, ona daha vurmamış, Şahid3 və Şahid1 da mane olub sakitləşdirməyə çalışmışlar. R.Mamaliyev əl çəkdiyini görüb özünü toparlayaraq ayağa qalxmış, başına çox güclü zərbələr vurduğundan ayaq üstə dayana bilməmiş, yerə yıxılmamaq üçün özünü güclə saxlamış, səndələmişdir. Ramazan Mamaliyev ayağa qalxandan sonra Təqsirləndirilən şəxs1 stulun sındığını görüb, daha da hirslənərək təkrarən Ramazan Mamaliyevin üstünə hücum çəkib əlində tutduğu çomaqla Ramazan Mamaliyevin başının sağ tərəfinə təxminən 3 dəfə, təmxinən 3 dəfə də burnuna, təxminən 10-15 dəfə də ayaqlarına və bədən nahiyəsinə zərbələr endirib Ramazan Mamaliyevə ağır xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi çomaqla vurarkən “stulu niyə qırdın erməni” deyərək acıqla, möhkəm şəkildə onu vurmuş, Ramazan Mamaliyev isə çarəsiz şəkildə əlləri ilə birtəhər özünü qorumağa çalışmışdır. Mirvarini sakitləşdirib Ramazandan aralamış, lakin Ramazan Mamaliyev onları söyməyə davam etmişdir. Təqsirləndirilən şəxs1 Ramazanın dayanmadığını görüb onu aparıb yataq otağına tullamasın! tapşırmışdır. Ramazanın paltarının çiynindən tutaraq onu darta-darta evin ikinci mərtəbəsində yerləşən otağına aparmışdır. Evin ikinci mərtəbəsinin eyvanında Ramazan qapısı açıq olan otağı görüb özünün yatdığı otaq olduğunu bildirmişdir. Ramazanı paltarından tutub darta-darta otağına apararkən, otağın qapısının qarşısında yerə yıxılmışdır. Təqsirləndirilən şəxs1 evin birinci mərtəbəsindən səsini eşidib onu çağırdığını fikirləşmişdir. Ramazan Mamaliyevi yerdən qaldırmayıb pilləkənə tərəf gedib Mirvaridən nə dediyini soruşmuş, Mirvari öz-özünə deyindiyini bildirib Ramazanı otağına apardığına görə ona təşəkkür etmişdir. Geri qayıdıb Ramazan Mamaliyevin paltarının çiyinlərindən tutaraq, onu sürüyüb otağına aparmış və döşəmədə olan döşəyin üzərinə uzandırıb ədyalla üstünü örtmüş, hirsi soyumadığına görə yatdığı yerin yanında olan papağı götürüb üzünə çırpıb otaqdan çıxmışdır. Həmin vaxt Şahid3, eləcə də Şahid1 da yanında olmuşlar. Ramazanı yerinə uzadıb otağının qapısını bağlayıb çölə çıxanda Təqsirləndirilən şəxs1 da evin ikinci mərtəbəsinə qalxmışdır. Ramazanın otağından çıxarkən, qapının qarşısında olarkən içəridən Ramazan Mamaliyevin pis söyüşlərlə anasını söydüyünü eşitmişdir. R.Mamaliyevin anasını söyməsindən özündən çıxmış, yatdığı otağa daxil olub səsinin yayılmamasından və üzünə iz düşməməsindən ötrü yatdığı yastığı üzünə basıb, yastığın üzərindən baş nahiyəsinə var gücü ilə yumruqla zərbələr vurmuşdur. Şahid3 və Şahid1 otağa daxil olub onu tutub Ramazandan kənarlaşdırmışlar. R.Mamaliyevin anasını söyməsini heç cür qəbul edə bilmədiyinə görə sakitləşə bilməmiş, Asif və Samirin əlindən çıxıb bir daha Ramazanın üstünə gedib üz nahiyəsinə, başının sağ tərəfinə yumruq zərbələri ilə vurmağa davam etmişdir. Asif və Samir araya girib birtəhər onu tutmuşlar. Ürəyi soyusun deyə Ramazanın ayaqlarına da 2 dəfə təpik zərbələri vurub otaqdan çıxmışdır. Hər üçü evdən getmək üçün pilləkənlərə yaxınlaşanda, Təqsirləndirilən şəxs1 qarşılarını kəsib, gözləməsini xahiş edib Ramazan özünə gəlsə gün verməyəcəyini, qorxduğunu demişdir. Evin ikinci mərtəbəsində, təxminən 10-15 dəqiqə ərzində döşəmədə əyləşib vaxt keçirmişlər. Təqsirləndirilən şəxs1 və qızı Xumar Mamaliyeva yanlarında olmuşlar. Ramazan Mamaliyevdən səs gəlmədiyini görüb evlərinə getmək üçün birinci mərtəbəyə düşmüşlər. Aşağı düşəndə içəridən Ramazanın ondan polisə şikayət edəcəyini dediyini eşitmiş, dəqiqləşdirmək üçün yenidən evin ikinci mərtəbəsinə qalxmışdır. Bu vaxt Şahid1 gec olduğunu bildirib evinə getmiş, Şahid3 isə onunla gəlmişdir. Eyvanda dayanıb Ramazanın nə danışdığını eşitmək üçün bir qədər gözləmiş, lakin ondan daha səs gəlmədiyini görüb Asiflə birlikdə aşağı düşüb evlərinə getmək üçün ayaqqabılarını geyinməyə başlamışlar. Bu zaman isə Təqsirləndirilən şəxs1 evin ikinci mərtəbəsindən Ramazanın üstünə qışqırıb onu söydüyünü eşidib bir daha geri qayıdıb ikinci mərtəbəyə qalxmışlar. Təqsirləndirilən şəxs1 Ramazanın yatdığı otaqdan çıxmış, Ramazan da onun arxasınca eyvana çıxıb onları görüb bir daha valideynlərinin hər ikisini söymüşdür. Onun söyüşlərindən hiddətlənərək hayıf çıxmaq üçün Ramazanın üstünə gedib yumruq zərbələri ilə onun başından, sinəsindən nəyi var vurmuş, Ramazan da yumruq zərbələrinin təsirindən yerə yıxılmış, başı döşəməyə dəymişdir. Ramazanın üzündə qan ləkələri olmuş, sol qulağından, burnundan da yenə qan gəlmişdir. Şahid3 Ramazanın vəziyyətini görüb qorxusundan dayanmasını xahiş edib bir az da vurarsa Ramazanın ölüb üstündə qalacağını demişdir. Asifin sözündən sonra, Ramazanın ölməsindən qorxaraq əl saxlamış, köməkləşib Ramazanı qaldırıb yataq otağına aparıb yerinə uzatmışlar. Bundan sonra isə oradan çıxıb hərəsi öz evlərinə getmişlər. Sonuncu dəfə Ramazan Mamaliyevi vuranda saat təxminən 00:30 radələri olmuşdur. Ramazan Mamaliyevi vurub ona ağır formada xəsarətlər yetirməyi haqqında nə anasına, nə də başqa bir tanışına heç nə deməmişdir. R.Mamaliyevi çox pis formada vurduğunu, onun başına çoxsaylı yumruq zərbələri endirdiyini, həmçinin Ramazanının onun zərbələrindən sonra bir neçə dəfə yerə yıxılıb başı döşəməyə və divara dəydiyini, arvadı Təqsirləndirilən şəxs1 da çomaqla onun başına çox pis formada ağır zərbələr endirdiyini, bu söhbətin axırının yaxşı qurtarmayacağını və Ramazanın başına nəsə pis iş gələ biləcəyini bilmişdir. 29 oktyabr 2023-cü il tarixdə, saat təxminən 16 radələrində R.Mamaliyevi “imrəli" adlı mağaza tərəfdən gəlib evinə gedərkən görmüş, lakin ona yaxınlaşmağa qorxmuşdur. Açığı onun gecə baş verən haqq-hesabdan sonra gəzməsi çox təəccüblü gəlmiş, bir tərəfdən də çox sevinmişdir ki, yaxşı qurtarmış, bu qədər zərbədən, başından aldığı ağır zədələrdən sonra sağ qalmışdır. Lakin qorxduğu başına gəlmiş, Ramazan Mamaliyev 1 gün sonra başından aldığı zədələr səbəbindən komaya düşmüş, 07 noyabr 2023-cü il tarixdə isə xəstəxanada ölmüşdür. Tutduğu bu işdən çox peşimandır, mənəvi olaraq çox əziyyət çəkir. Ramazan Mamaliyevin ona yetirdiyi xəsarətlər səbəbindən ölməsi fikri rahatlıq verməmiş, bir səhvdir etmişdir. Yaşının az olmasını nəzərə alıb köməklik göstərilməsini xahiş etmişdir. Hadisə 28 oktyabr 2023-cü il, saat təxminən 23:30 radələrindən, 29 oktyabr 2023-cü il, saat təxminən 00:30 radələrinə qədər Qusar rayonu Quxuroba kəndində Ramazan Mamaliyevin yaşadığı evində baş vermişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs1 ilə birlikdə X45in baş və bədəninin müxtəlif nahiyələrinə dəfələrlə güclü zərbələr endirib xəsarətlər yetirmişlər Ramazan Mamaliyev də zərbələri nəticəsində ağır xəsarətlər almış, onun sol qulağından, burnundan qan gəlmişdir. Həmin vaxtı hadisə yerində Şahid1, Şahid3, Təqsirləndirilən şəxs1 və Xumar Mamaliyeva olmuşdur. Orada başqa heç kəs olmamış, hadisəni görməmişdir. Həmin vaxt gecə saatları olduğundan hamının yatan vaxtı olmuş, bu səbəbdən Ramazan Mamaliyevlə aralarında baş vermiş mübahisəni, onu döyüb xəsarətlər yetirməsini qonşulardan görüb-eşidən olmamışdır. Ramazan Mamaliyevi döyüb xəsarətlər yetirməyinin səbəbi onun valideynlərini pis söyüşlərlə söyməsi olmuşdur. Onun bu hərəkətindən hirslənib əsəblərini cilovlaya bilməmiş, özündən çıxıb yumruq, təpik zərbələri ilə R.Mamaliyevi vurub döyərək xəsarətlər yetirmiş, bunun başqa səbəbi olmamışdır. Ramazan Mamaliyevin sifət nahiyəsinə əvvəlcə sağ əli ilə bir dəfə sillə vurmuş, lakin Ramazan Mamaliyev “yenə vur köpəy oğlu” dediyinə görə, əvvəlcə sağ, sonra isə sol əli ilə gücü çatan qədər R.Mamaliyevin hər iki yanaq, gicgah və çənə nahiyələrinə güclü yumruq zərbələri vurmuş, sonra isə evin ikinci mərtəbəsində yatdığı otaqda yastığı üzünə basıb, yastığın üzərindən baş nahiyəsinə var gücü ilə yumruqla zərbələr endirmiş, həmin vaxt onun ayaqlarına da 2 dəfə təpik zərbələri vurub otaqdan çıxmış, Ramazanın yatdığı otaqdan eyvana çıxıb bir daha valideynlərinin hər ikisini söydüyünə görə yumruq zərbələri ilə onun başından, sinəsindən nəyi var vurmuş, Ramazan da yumruq zərbələrinin təsirindən yerə yıxılmış, başı döşəməyə dəymişdir. Bütün bunları spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə etmişdir. R.Mamaliyev 2 ay əvvəl ölmüş atasını, eləcə də anasını söydüyünə görə onu belə vurub döymüşdür, içkili vəziyyətdə deyil, ayıq vəziyyətdə olsa idi, onu belə vurub döyməzdi. R.Mamaliyevə xəsarətlər yetirməklə öldürmək niyyəti olmamış, Ramazan Mamaliyevə bu xəsarətləri onu öldürmək məqsədi ilə yetirməmişdir. R.Mamaliyev onu söyüb özündən çıxartdığına, bir tərəfdən də içkili olduğundan ona bu xəsarətləri yetirmişdir. Ramazan Mamaliyevə yalnız sillə, yumruq və təpik zərbələri vurub xəsarətlər yetirmiş, başqa hər hansı bir alətlə xəsarət yetirməmişdir. Mirvari Mamaliyevə isə onu çomaqla vurub başına və bədəninin digər nahiyələrinə xəsarətlər yetirmişdir. Ramazan Mamaliyevlə aralarında bu məsələyə qədər heç vaxt dava-dalaşları olmamışdır. Ramazan Mamaliyevə ancaq özü və Mirvari Mamaliyevə xəsarət yetirmişdir. Şahid3 və Şahid1 isə mane olmağa çalışmışlar. X46 heç bir xəsarət yetirməmişlər, ümumiyyətlə ona vurmamışlar. X35 otağında döydüyü vaxt öz otağından çıxıb yanlarına gəlmişdir, lakin o da atasına heç bir xəsarət yetirməmişdir. Baş vermiş məlum hadisə zamanı ancaq X45 çox ağır xəsarətlər almış, başqa heç kəs xəsarət almamışdır. Ramazan Mamaliyev yalnız əlləri ilə başını, üzünü tutmaqla müqavimət göstərmək, özünü qorumaq istəmişdir. R.Mamaliyev ona heç bir xəsarət yetirməmiş, nə ona, nə də Təqsirləndirilən şəxs1 vurmamış, onların üzərinə hücum çəkməmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi vurub xəsarət yetirdiyi çomaq təxminən 1 metr 30 sm uzunluğunda, təxminən 4-5 sm qalınlığında olan, ucu haçalı çomaq olmuşdur. Törətdiyi əmələ görə peşmandır. 07 noyabr 2023-cü il tarixli qərarla zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X15 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində X45in qardaşı olduğunu bildirmişdir. Səhər durub malları apararkən arvadı Mirvarinin ona zəng etdiyini bildirmiş, nə üçün zəng etdiyini soruşduqda isə arvadı Ramazanın mağazının qarşısında huşsuz vəziyyətdə qaldığını demişdir. Təxminən 09 radələrində həmin yerə getmiş və qardaşının ağzından köpük çıxaraq mağazanın qarşısında uzandığını görmüş, dərhal bacısı oğlu Valehi çağırmış, təcili tibbi yardım xidmətinə zəng edərək Ramazanı xəstəxanaya aparmışdır. O, əvvəlcə Ramazanın zəhərləndiyini və ona görə də ağzından köpük çıxdığını düşünmüş, hətta bunu həkimlərə də bildirmiş, xəstəxanada isə həkimlər bu halın qan sızmadan olduğunu, Ramazanın əməliyyat olunmasının vacib olduğunu bildirmişdirlər. Bakıdan gələn həkimlər Ramazanı əməliyyat etmiş və bu qan sızmanın 2-3 gün əvvəl baş verən hadisə ilə əlaqəli olduğunu qeyd etmişdirlər. O, qardaşını kimin vurduğunu bilməmiş, polis əməkdaşları xəstəxanaya gələrək izahat almışdırlar. Zərər çəkmiş şəxsin hüquqi varisi dövlət ittihamçısının suallarına cavab olaraq Mirvarinin gecə saat 00-01 radələrində ona zəng etdiyini, lakin onun zəngini eşitmədiyini bildirmişdir. Həmin gün Ramazan mağazanın qarşısında arxası üstə uzanmış vəziyyətdə olmuş, həmin vaxtı danışa bilməmiş, sol qulağı şişmiş, üzündə göyərtilər və burnunda sıyrıqlar olmuşdur. Mirvaridən nə üçün vaxtında təcili tibbi yardıma zəng etmədiyini soruşduqda, o, qorxduğu və özündə olmadığı üçün heç kəsə deyə bilmədiyini qeyd etmişdir. O, əvvəlcə hadisənin necə baş verdiyini bilməmiş, əməliyyatdan sonra qan sızmanın 2-3 gün əvvəl baş verən hadisə ilə əlaqəli olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs2 tanımadığını, Mirvarinin baş verən hadisə ilə bağlı ona heç nə demədiyini, hər dəfə qardaşıgilin ailəsində mübahisələrin olduğunu və Ramazanın içki içdiyini bildirmişdir. O, hər iki təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi olmadığını və onlarla barışdığını qeyd etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, qardaşı Ramazan arvadı Mirvarinin onu döydüyünü əvvəllər demişdir. O, Ramazanla Mirvarinin əvvəllər məhkəmədə işləri olduğunu və sözü gedən çomağı görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hadisə günü futbola baxmağa getmiş, qayıdanda İlkinlə rastlaşmış, həmin vaxt İlkin içkili olmuş, bir az söhbət etdikdən sonra Namik də yanlarına gəlmişdir. Həmin vaxtı İlkin içkili olduğundan ayaq üstə dayana bilmədiyi üçün onu evə yola salmış və yolda Ramazangilin evi tərəfdə Namiklə dayanmışdırlar. Qəflətən qışqırıq səslərini eşitmiş və Ramazangilin evinə daxil olmuşdurlar. Həmin gün evdə ər arvad mübahisə etmiş, o, mətbəxə keçib su içəndə Ramazan Namikə söyüş söyməyə başlamış, səhv xatırlamırsa, Namik də həmin vaxt içkili olmuş, bu söyüşlərdən sonra Namik Ramazanı vurmuşdur. O, evdə olan yeməkdə qan olduğunu görmüş və ürəyi bulandığı üçün çölə çıxmış, bir az sonra yenidən evə qayıdıb su içmək istəyəndə anası dəfələrlə zəng etmiş və o da, anasına 5-10 dəqiqəyə evə gələcəyini bildirərək yenidən Mirvarigilin evinə daxil olmuşdur. Bu zaman Ramazanın yenə də Namiki söydüyünü görmüş, Namik çox əsəbiləşmiş, Asiflə köməkləşib Ramazanı ikinci mərtəbəyə apararaq onu sakitləşdiməyə çalışmışdır. O, həmin vaxt aşağıda telefonla danışmışdır. Şahid1 dövlət ittihamçısının suallarına cavab olaraq Mirvarinin Ramazanın hər yerinə çomaqla vurduğunu, Ramazanın müqavimət göstərə bilmədiyini, Namikin mübahisə zamanı onları aralamaq istədiyini bildirmişdir. Ramazan Namikə söyüş söydüyü üçün onlar arasında mübahisə başlamış, Namik ona sillə vurmuş, daha sonra Ramazanı yatızdırmaq və mübahisəni sakitləşdirmək məqsədilə Asiflə köməkləşib onu yuxarı qaldırmışdırlar. Şahid1 müdafiə tərəfinin suallarına cavab olaraq hadisə günü sinif yoldaşı Pərvizin əsgərliyə getməsi ilə bağlı məclis olduğunu, hadisənin məclisdən çıxdıqdan sonra olduğunu bildirmişdir. O, həmin gün qan gördüyü üçün özündə olmamış, buna görə də hadisənin daha ətraflı necə baş verdiyini bilməmişdir. Namik sillə vuranda Ramazan yerə yıxılmış, bir az keçdikdən sonra ayağa qalxıb yenidən yerə yıxılmış, onun başı divara dəyməmişdir. O, çöldə olanda anası ilə təqribən 2-5 dəqiqə telefonla danışdığını, evdə gördüyü çubuğun fındıq çubuğu olduğunu və yun çırpmaq üçün istifadə olunduğunu bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası Şahid2, nənəsi X22, dayısı Ruhulla Tayıbovanın arvadı Bəsti Tayıbova, onların Rəvan və Günay adlı övladları ilə birlikdə yaşayır. Qusar rayonu Quxuroba kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alır, dərslərini orta dərəcədə oxuyur. X10 həmkəndlisi kimi tanımışdır. X54 rayonu Quxuroba kəndində arvadı Təqsirləndirilən şəxs1, qızı Xumar Mamaliyev, Xumarın azyaşlı oğlu ilə birlikdə yaşamış, heç bir yerdə işləməmişdir. Ramazan Mamaliyevin arvadı Mirvari və qızı Xumar da heç bir yerdə işləməmişlər. Nə R.Mamaliyev, nə də arvadı Mirvari və qızı Xumar Mamaliyevalar ilə heç bir qohumluq, yaxınlıq münasibətləri, eləcə də aralarında ədavət, düşmənçilik olmamışdır. R.Mamaliyev tez-tez spirtli içki içsə də, xaraktercə çox sakit insan olmuşdur. Ramazan Mamaliyevin arvadı Təqsirləndirilən şəxs1 ilə münasibətləri yaxşı olmamış, ailələrində olan problemlərə görə Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyev ilə yola getməmiş, tez-tez evlərində dava-dalaş olmuş, hətta Təqsirləndirilən şəxs1 R.Mamaliyevi spirtli içki içəndə döymüş, bu barədə demək olar bütün Quxuroba kəndinin camaatı bilmişdir. Hətta son zamanlarda Təqsirləndirilən şəxs1 X61ə yemək verməmişdir. Təqsirləndirilən şəxs1 yaşadıqları kənddə Zöhrə adı ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs2, eləcə də Şahid13 da həmkəndliləri kimi tanımış, onlarla da heç bir qohumluq, dostluq münasibətləri, eləcə də aralarında narazılıq, dava-dalaş olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində həmkəndlisi Şahid3lə birlikdə yaşadıqları kənddə yerləşən “imrəli" adlı mağazaya getmişlər. Mağazada həmkəndlisi Şahid13lə rastlaşıb bir qədər onunla söhbətləşəndən sonra onlarla sağollaşıb yaşadığı evə getmişdir. Evə qayıdarkən Ramazan Mamaliyevin yaşadığı evin yaxınlığından keçəndə, küçədə onun arvadı Mirvari, qızı Xumar və Xumarın azyaşlı oğlu ilə rastlaşmışdır. Təqsirləndirilən şəxs1 əri Ramazanın içib sərxoş olduğunu və hirsləndiyini deyib, onu sakitləşdirmək üçün Şahid13 çağrımasını xahiş etmişdir. “İmrəli" adlı mağazaya qayıdaraq Şahid13 çağırıb Təqsirləndirilən şəxs1 dediklərini ona çatdırmış, Asif də söhbətlərini eşitmiş və üçü birlikdə Ramazan Mamaliyevin yaşadığı evə getmişlər. Evin birinci mərtəbəsində olan mətbəxə daxil olanda, yerdə iki ədəd sınmış boşqab görmüşdür. Təqsirləndirilən şəxs1 stulda əyləşib ağlamış, onları görüb ilkini qucaqlamış və ona Ramazanın evdə dava saldığını, acıqlanıb qabları sındırdığını deyib onu sakitləşdirməsini xahiş etmişdir. Şahid13 evin ikinci mərbətəsinə qalxıb Ramazanın otağına girməyib eyvandan Ramazan Mamaliyevə “yekə kişisən, belə eləmə" deyib sakit yatmasını tapşırmış, Ramazan Mamaliyev də İlkinə “oldu oğlum” deyərək yatacağını bildirmiş, həmin vaxt onların arasında heç bir dava-dalaş, mübahisə olmamışdır. İlkin yanlarına qayıdandan sonra üçü də Ramazan Mamaliyevin evindən çıxıb Şahid3lə birlikdə Şahid13 evinə ötürüb, öz evlərinə qayıtmışlar. R.Mamaliyevin yaşadığı evin təxminən 30-40 metrliyindən keçərkən, arxalarında xışıltı səsi eşidib geriyə baxanda, həmkəndliləri Təqsirləndirilən şəxs2 gəldiyini görmüşlər. Namikin onlara çatması üçün dayanıb gözləmişlər. Təqsirləndirilən şəxs2 sinif yoldaşı Pərviz Şəkixanovun növbəti gün hərbi xidmətə getməsi ilə əlaqədar onların evində keçirilən qonaqlıqdan gəlmiş, danışığından və hərəkətlərindən açıq-aşkar sərxoş olduğu hiss olunmuşdur. Namik onların yanına çatanda Ramazan Mamaliyevin evindən Təqsirləndirilən şəxs1 çox pis formada ucadan qışqırdığını eşitmişlər. Təqsirləndirilən şəxs1 X61i qışqıra-qışqıra pis sözlərlə təhqir etmiş, atasının goruna söymüşdür. Təqsirləndirilən şəxs1 bərk acıqlandığını, özündən çıxdığını eşidib narahat olduqlarından Şahid3 və Təqsirləndirilən şəxs2lə birlikdə harayçılıq etməkdən ötrü qaça-qaça onların yaşadığı evə getmişlər. R.Mamaliyevin evinə çatanda saat təxminən 23:30 radələri olmuşdur. Evin birinci mərtəbəsində yerləşən mətbəxə daxil olanda R.Mamaliyevin yemək masasının yanında çöməlmiş vəziyyətdə mətbəx divarının küncünə söykənib qaldığını, baş və üz nahiyəsini qorumaq üçün əlləri ilə tutduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 əlində təxminən 1 metr 30 sm uzunluğunda, diametri 4-5 sm qalınlığında, uc hissəsi haçalı olan çomaq olmuş, həmin çomaqla R.Mamaliyevin baş nahiyəsinə, əsasən də burun və qulaq nahiyələrinə zərbələr endirmiş, R.Mamaliyev də əlləri ilə özünü qorumağa çalışmışdır. Ramazan Mamaliyevin sol qulağından aldığı zərbələrin təsirindən qan axmış, burnu da qanamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 çətinliklə tutub Ramazan Mamaliyevdən aralamış, Təqsirləndirilən şəxs1 ondan əl çəkmədiyini görüb onu itələyib kənarlaşdırmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 itələyərkən ayağı sürüşdüyündən az qala yerə yıxılmış, Şahid3lə bunu görüb Namiki tutub saxlamışlar. Ramazan Mamaliyev güclə ayağa qalxıb, sərxoş vəziyyətdə onları görüb “evimdən çıxın gedin köpəy uşaqları” demişdir. Şahid3lə özü onun sərxoş olduğunu görüb bu sözünə əhəmiyyət verməsələr də, Təqsirləndirilən şəxs2 hirslənərək “nə dedin sən?” deyib onun üstünə qışqırmış, R.Mamaliyev isə təkrarən eyni sözlərlə onları təhqir etmişdir. Təqsirləndirilən şəxs2 bu sözündən sonra acıqlanaraq Ramazan Mamaliyevin sol yanaq nahiyəsinə sağ əlinin içi ilə, yarı yumruq vəziyyətində tutub güclü şəkildə şillə zərbəsi endirmişdir. R.Mamaliyev onun zərbəsindən səndələyərək divara dəyib qayıtmış, Namik Zərbəlıyevə “yenə vur köpəy oğlu” demişdir. Təqsirləndirilən şəxs2 isə əvvəlcə sağ, sonra isə sol əli ilə R.Mamaliyevin hər iki yanaq, gicgah və çənə nahiyələrinə güclü yumruq zərbələri vurmuşdur. Həmin zərbələrin təsirindən Ramazan Mamaliyevin ayağı sürüşüb orada olan, ağ rəngli plastmas stulun üzərinə yıxılmış, stul onu saxlaya bilmədiyinə görə əvvəlcə baş nahiyəsinin arxa tərəfi, sonra isə başının sağ tərəfi divarın tininə dəymiş və stulla birlikdə yerə yıxılmışdır. Ramazan Mamaliyev möhkəm şəkildə yerə dəydiyinə görə üzərinə düşdüyü stul sınaraq, stuldan bir neçə parça qopmuşdur. Ramazan Mamaliyev özünü toparlayaraq ayağa qalxmış, lakin başından güclü zərbələr aldığına görə ayaq üstə dayana bilməyib səndləmiş, başı gicəllənmişdir. Təqsirləndirilən şəxs2 Ramazan Mamaliyevi vurarkən Təqsirləndirilən şəxs1 da yanlarında olmuş, R.Mamaliyev Namikin zərbələrindən yerə yıxılıb ayağa qalxandan sonra bu dəfə Təqsirləndirilən şəxs1 çomaq ilə təkrarən Ramazan Mamaliyevi vurmağa başlamışdır. Təqsirləndirilən şəxs1 təxminən 3 dəfə çomaqla Ramazan Mamaliyevin başının sağ tərəfinə, 3 dəfə burnuna, təxminən 10- 15 dəfə də ayaqlarına və bədən nahiyəsinə zərbələr endirmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi vurarkən “stulu niyə qırdın erməni" deyərək acıqla, möhkəm şəkildə onu vurmuş, Ramazan Mamaliyev isə əlləri ilə özünü qorumağa çalışmışdır. Mirvari də onu vurandan sonra Təqsirləndirilən şəxs2 R.Mamaliyevin paltarının çiynindən tutaraq, onu dartışdıra-dartışdıra evin ikinci mərtəbəsində yerləşən otağına aparmışdır. Ramazan Mamaliyev otağının qapısının qarşısına çatanda yerə yıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 Namiki səslədiyinə görə Namik pilləkənə tərəf getmiş, Ramazan isə yerdə qalmışdır. Bu zaman R.Mamaliyev otağının qapısının qarşısında döşəməyə sərilmiş, üzərində ağ, boz, qara rəngli naxışları olan xalçaya üzünün qanını sürtmüş, eləcə də qulağından axan qana barmağını batırıb otağının qapısının yanında olan divarın döşəməyə birləşən hissəsinə sürtüb xalça ilə üzərini örtmüşdür. Ramazan Mamaliyev bu hərəkəti arvadı Mirvari və Təqsirləndirilən şəxs2 tərəfindən döyülərək ona ağır xəsarətlər yetirmələrinin sübutu kimi polislərə göstərməkdən ötrü etmişdir. X52 Zərbəliyevin onu döyməməsindən ötrü təxminən 1 dəqiqə döşəmədə hərəkətsiz vəziyyətdə, üzü yan tərəfə çevrilmiş halda uzanıb qalmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə danışandan sonra gəlib Ramazan Mamaliyevin paltarının çiyinlərindən tutaraq sürüyüb otağına aparmış və döşəmədə olan döşəyin üzərinə uzandırıb, üstünə ədyalı örtüb üzünə papağını çırpıb otaqdan çıxmışdır. Həmin vaxt Şahid3 də onunla birlikdə Ramazan Mamaliyevin yataq otağına girmişdir. Namik Ramazanı yataq otağına yerləşdirib çölə çıxarkən Ramazan güclə danışaraq, Namikə içəri işıq düşməsindən ötrü otağın qapısını açıq qoymasını demiş, Namik isə onun sözlərindən əsəbiləşib dediyinin əksini edərək qapını tam bağlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 da evin ikinci mərtəbəsinə qalxıb onlarla birlikdə eyvanda dayanmışlar. Təqsirləndirilən şəxs2 hirsi keçmədiyinə görə bir neçə saniyə sonra yenidən Ramazanın yataq otağına girib qapını bağlamış, ona mane olmamalarından ötrü içəri girməmələrini tapşırmışdır. İçəridən səs-küy eşidib Namikin Ramazanı döyməyə davam etdiyini başa düşərək, ona mane olmaq üçün Şahid3lə bilrikdə yataq otağının qapısını açıb içəri daxil olmuşlar. Mirvari də onların arxasınca otağa girmişdir. Yataq otağına girəndə Ramazan Mamaliyevin yataq otağında yerdə sərilmiş döşəyin üzərində uzandığını, Təqsirləndirilən şəxs2 isə onun başının üzərinə yastıq qoyub yastığın üzərindən yumruq zərbələri ilə baş nahiyəsinə dayanmadan vurduğunu, otaqda olan stulun da yerə aşmış vəziyyətdə olduğunu görmüşlər. Ramazanın sifətinə iz düşməsin deyə Namik onu yastığın üzərindən vurmuşdur. Bu zaman yaranmış səs-küyə Ramazanın qızı Xumar yataq otağından eyvana çıxıb hadisənin şahidi olmuşdur. Şahid3lə birlikdə Namikə yaxınlaşıb Ramazanı vurmasına mane olmaq üçün onu tutub Ramazandan uzaqlaşdırmışlar. X67 vurmamasını, yazıq olduğunu deyəndə, Namik əsəbi şəkildə “yazıq ilan vursun onu” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs2 Ramazandan uzaqlaşdırandan sonra Namik yenidən onun üstünə gedib sifət nahiyəsinə, başının sağ tərəfinə yumruq zərbələri ilə vurmağa davam etmişdir. Asiflə birlikdə Namiki tutub sakitləşdirərək Ramazandan uzaqlaşdırmışlar, Namik də hirsindən Ramazanın ayaqlarına da 2 dəfə təpik zərbələri vurub otaqdan çölə çıxmışdır. Üçü də evdən getmək üçün pilləkənlərə yaxınlaşanda, Təqsirləndirilən şəxs1 qarşılarını kəsib, Namikin əlindən tutub ona “sən gedəndən sonra durub bizə gün verməyəcək” demişidr. Bu səbəbdən geri qayıdıb evin ikinci mərtəbəsində, təxminən 10-15 dəqiqə ərzində döşəmədə əyləşib gözləmişlər. Mirvari və Xumar Mamaliyevalar da yanlarına gəlmişlər. Birinci mərtəbəyə düşəndə, evin ikinci mərtəbəsindən X29 növbəti gün onu polisə verəcəyini dediyini eşitmiş, Təqsirləndirilən şəxs2 yenidən evin ikinci mərtəbəsinə qalxmaq istəyəndə, saatın gec olduğunu görüb evə qayıtmış, Şahid3 də Namiki özünün sakitləşdirəcəyini demişdir. 29 oktyabr 2023-cü il tarixdə, saat təxminən 19-20 radələrində Şahid3lə birlikdə “İmrəli" adlı mağazanın yanında olarkən, R.Mamaliyevin həmin mağaza ilə üzbəüz olan ot tayalarının arxasında araq içdiyini görmüşdür. Bir neçə dəqiqə sonra Şahid3 evə qayıtmış, R Mamaliyev də əlində araq şüşəsi ilə yanına gəlib bazar günü olduğuna görə polisə şikayət edə bilmədiyini, növbəti gün gedib Namikdən şikayət edəcəyini demişdir. Ramazan Mamaliyevin sol qulağında, burnunda göyərtilər, sağ yanağında isə sıyrıqlar olmuş, ayaq üstə güclə durmuşdur. Bu zaman Mavid adlı həmkəndliləri sərxoş vəziyyətdə “İmrəli” adlı mağazanın yanına gəlmiş, R.Mamaliyev də kənarına keçib Mavidlə birlikdə söhbət etməyə başlamışdır. 30 oktyabr 2023-cü il tarixdə Ramazan Mamaliyevin komaya düşüb “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparıldığını eşitmiş, 07 noyabr 2023-cü il tarixdə isə Ramazan xəstəxanada ölmüşdür. Hadisə 28 oktyabr 2023-cü il, saat təxminən 23:30 radələrindən 29 oktyabr 2023-cü il, saat təxminən 00:30 radələrinə qədər Qusar rayonu Quxuroba kəndində Ramazan Mamaliyevin yaşadığı evdə baş vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu müddət ərzində X45in baş və bədənin müxtəlif nahiyələrinə dəfələrlə güclü zərbələr endirib xəsarətlər yetirmişlər. Ramazan Mamaliyev də onların bu zərbələri nəticəsində ağır xəsarətlər almış, onun sol qulağından, burnundan qan gəlmişdir. Həmin vaxt orada özü, Şahid3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Xumar Mamaliyeva olmuşdur. Başqa hadisəni görən, orada olan heç kəs olmamışdır. Baş vermiş məlum hadisə zamanı Ramazan Mamaliyevə ancaq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəsarət yetirmişdir. Özü və Şahid3 isə onlara mane olmağa çalışmışlar, Ramazan Mamaliyevə heç bir xəsarət yetirməmişlər. Xumar Mamaliyeva da Namik Ramazanı otağında döyərkən öz otağından çıxıb yanlarına gəlmiş, lakin o da Ramazan Mamaliyevə heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə X45ə ağır xəsarətlər yetirmişlər. Buna səbəb həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 X45ə acıqlı olmaları olmuşdur. X55 arvadı Mirvarinin onu çomaqla vurub ağır xəsarətlər yetirməsi zamanı onları görüb söyüş söymüş, özü və Asif R.Mamaliyevin sözünə fikir verməsələr də, Təqsirləndirilən şəxs2 onun bu sözündən hirslənərək onu vurub ağır xəsarətlər yetirməyə başlamışdır. Ramazan Mamaliyev yalnız əlləri ilə üzünü, başını tutmaqla özünü müdafiə etmiş, başqa heç bir müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurmamış, onlara hücum etməmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi vurub xəsarət yetirdiyi çomaq təxminən 1 metr 30 sm uzunluğunda, təxminən 4-5 sm qalınlığında, ucu haçalı çomaq olmuşdur. 28 oktyabr 2023-cü il tarixdə Şahid13 və Şahid3lə birlikdə Ramazan Mamaliyevin evində olarkən aralarında heç bir mübahisə, dava-dalaş olmamış, onu heç kəs vurmamışdır. Təqsirləndirilən şəxs1 xahiş etdiyinə görə, ilkin ikinci mərtəbəyə qalxıb eyvandan Ramazana sakit yatmasını bildirmiş, heç onun otağına belə girməmişdir. Ramazan Mamaliyev xaraktercə sakit, dava-dalaşdan uzaq insan olmuşdur. Əvvəllər onun arvadı Mirvari tərəfindən döyülməsini bilmiş, bu barədə bütün həmkəndliləri danışmış, dəfələrlə belə məsələlərə görə polisə düşmüşlər. R.Mamaliyevin evi ilə yaşadığı ev birbirindən uzaqda yerləşmiş, larla nə özü, nə də başqa bir qohumunun heç bir yaxın münasibəti olmamışdır ki, get-gəlləri olsun. Baş vermiş məlum son hadisəyə qədər heç vaxt Ramazan və arvadı Mirvarinin söhbətinə qarışmamış, onların dava-dalaşını ayırmaq, sakitləşdirmək üçün evlərinə getməmişdir. Hadisə günü də əvvəlcə Təqsirləndirilən şəxs1 çağırdığına görə, daha sonra isə onların evinin yaxınlığından keçərkən onun Ramazanı pis formada təhqir edib dava-dalaşının səsini eşitdiklərinə görə narahat olub harayçılıq etməkdən ötrü onlara getmişlər. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İlkinlə bərabər mağazanın yanında dayanarkən yanlarına Samir gəlmiş, mərhum Ramazan evində Mirvari ilə dalaşmış, İlkini yola saldıqdan sonra Namik onların yanına gəlmişdir. Samir Ramazangili sakitləşdirməyi təklif etmiş və onlar evə daxil olmuşdurlar. Ramazan Namikin atasına söydükdən sonra Namik Ramazanı itələmiş, onun kəlləsi divara dəymiş, Ramazan yerə yıxılandan sonra Mirvari onu çomaqla döyməyə başlamışdır. O, bundan sonra Namiklə birlikdə Ramazanı yuxarı qaldırmış, bu zaman Samir getmişdir. Namiklə ikisi qalmış, Ramazanı sakitləşdirdikdən 10-15 dəqiqə sonra evlərinə getmişdirlər. Şahid3 dövlət ittihamçısının suallarına cavab olaraq Namikin əvvəlcə Ramazanı itələdiyini, onun başının divara dəydiyini, daha sonra ona sillə vurduğunu, Namik Ramazanı vurandan sonra Mirvarinin də mərhumu çomaqla vurduğunu və yuxarı mərtəbədə onların arasında mübahisə olmadığını bildirmişdir. Şahid3 müdafiə tərəfinin suallarına cavab olaraq Mirvarinin əlində qalın çomaq olduğunu, Namikin içkili olduğunu, lakin həmin gün çox içki içmədiyini bildirmişdir. O, Ramazanın həmin zərbələrdən ölməsinə inanmadığını, onu yuxarı çıxarmaqla aranı sakitləşdirmək istədiklərini qeyd etmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X4 həmkəndlisi olmuşdur. Onunla qohumluq əlaqələri olmamış, eləcə də əvvəllər aralarında heç bir mübahisələri, münaqişələri və ya dava-dalaşları da baş verməmişdir. X45 mütəmadi spirtli içki aludəçisi olmuş, demək olar hər gün araq spirtli içki qəbul etmişdir. R.Mamaliyev arvadı Təqsirləndirilən şəxs1, qızı Xumar və azyaşlı nəvəsi ilə birlikdə yaşamışdır. Ramazanla arvadı Mirvari bir-biri ilə yola getmədikləri üçün onların aralarında mütəmadi olaraq mübahisələr yaranmışdır. Ramazan və Mirvarinin qızından başqa iki oğlan övladları da olmuş, onlar da rəhmətə getmişlər. Təqsirləndirilən şəxs1 yaşadıqları kənddə Zöhrə adı ilə çağırmışlar. Təqsirləndirilən şəxs2, eləcə də Şahid13 da həmkəndliləri kimi tanımışdır. 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində həmkəndlisi Şahid1la birlikdə kəndlərində yerləşən “İmrəli” adlı mağazaya getmişlər. Mağazada həmkəndlisi Şahid13lə rastlaşmışlar. Mağazadan su alandan sonra Şahid13lə sağollaşıb hərəsi öz evinə qayıtmış, evə çatandan sonra atası çörək almasını tapşırdığına görə yenidən “imrəli” adlı mağazaya geri qayıtmışdır. Mağazaya çatanda Şahid13 mağazanın qarşısında olmuş, bir müddət sonra Şahid1 da mağazanın qarşısına gəlib Ramazan Mamaliyevin arvadı Mirvari və qızı Xumarın yolda ona rast gəldiklərini, Ramazanın spirtli içki içib sərxoş olduğunu, hirsləndiyini onu sakitləşdirib yatızdırmaq üçün Şahid13 çağırmasını xahiş etdiklərini demişdir. Hər üçü birlikdə Ramazan Mamaliyevin yaşadığı evə getmişlər. Evin birinci mərtəbəsində olan mətbəxə daxil olanda, yerdə sınmış boşqablar olmuş, Təqsirləndirilən şəxs1 da hirsindən ağlamışdır. Təqsirləndirilən şəxs1 Şahid13 əri Ramazanın evdə dava saldığını, qabları sındırdığını deyib onu sakitləşdirməsini xahiş etmişdir, Şahid13 də evin ikinci mərbətəsinə qalxıb Ramazanın otağına girməyib eyvandan Ramazan Mamaliyeva “yekə kişisən, belə eləmə” deyib sakit yatmasını bildirmişdir. Ramazan Mamaliyev də ilkinə "oldu oğlum” deyə cavab vermiş, həmin vaxt onların arasında heç bir dava-dalaş, mübahisə olmamışdır. Ramazan Mamaliyevin evindən çıxıb Şahid1la birlikdə Şahid13 evinə ötürüb, öz evlərinə qayıdarkən R.Mamaliyevin yaşadığı evin təxminən 30-40 metrliyindən keçəndə, arxalarından xışıltı səsi eşidib geriyə baxmışlar, həmkəndliləri Təqsirləndirilən şəxs2 arxalarından gəldiyini görmüşlər. Təqsirləndirilən şəxs2 sinif yoldaşı Pərviz Şəkixanovun növbəti gün hərbi xidmətə getməsi ilə əlaqədar onların evində keçirilən qonaqlıqdan gəlmiş, sərxoş vəziyyətdə olmuşdur. Namik gəlib yanlarına çatanda Ramazan Mamaliyevin evindən Təqsirləndirilən şəxs1 çox pis formada ucadan qışqırdığını eşitmişlər. Təqsirləndirilən şəxs1 qışqıra-qışqıra X61i pis sözlərlə təhqir edib atasının gorunu söymüşdür. Təqsirləndirilən şəxs1 bərk acıqlandığını, özündən çıxdığını eşidib narahat olduqlarından hər üçü birlikdə harayçılıq etmək üçün qaça-qaça onların yaşadığı evə getmişlər. Ora çatanda saat təxminən 23:30 radələri olmuşdur. Evin birinci mərtəbəsində yerləşən mətbəxə daxil olanda R.Mamaliyevin yemək masasının yanında çöməlmiş vəziyyətdə mətbəx divarının küncünə qısılıb qaldığını, baş və üz nahiyəsini qorumaq üçün əlləri ilə tutduğunu görmüşlər. Təqsirləndirilən şəxs1 əlində təxminən 1 metr 30 sm uzunluğunda, diametri 4-5 sm qalınlığında olan, ucu haçalı taxta çomaq olmuş, həmin çomaqla R.Mamaliyevin baş nahiyəsinə, əsasən də burun və qulaq nahiyələrinə zərbələr endirmişdir. R.Mamaliyev isə əlləri ilə özünü qorumağa çalışmış, sol qulağından aldığı zərbələrin təsirindən qan axmış, burnu da qanamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 çətinliklə tutub Ramazan Mamaliyevdən uzqlaşdırmış, lakin Təqsirləndirilən şəxs1 ondan əl çəkmədiyini görüb onu itələyib kənarlaşdırmışdır. Ramazan Mamaliyev güclə ayağa qalxıb, sərxoş vəziyyətdə onları görüb “evimdən çıxın gedib köpəy uşaqları” demişdir. R.Mamaliyev sərxoş vəziyyətdə bu sözləri dediyinə görə Şahid1la ona əhəmiyyət verməmişlər, lakin Təqsirləndirilən şəxs2 hirslənərək Ramazana “nə dedin sən?” deyib üstünə qışqırmışdır. Ramazan Mamaliyev isə təkrarən eyni sözlərlə onları təhqir etmişdir. Təqsirləndirilən şəxs2 də onun bu sözündən sonra acıqlanaraq Ramazan Mamaliyevin sol yanağına sağ əlinin içi ilə, yarı yumruq vəziyyətində tutub güclü şəkildə şillə zərbəsi vurmuşdur. R.Mamaliyev onun zərbəsindən səndələyərək divara dəyib qayıtmış, sərxoş halda Təqsirləndirilən şəxs2 “yenə vur köpəy oğlu” demişdir. Təqsirləndirilən şəxs2 isə əvvəlcə sağ, sonra isə sol əli ilə R.Mamaliyevin hər iki yanaq, gicgah və çənə nahiyələrinə güclü yumruq zərbələri vurmuşdur. Həmin zərbələrin təsirindən Ramazan Mamaliyevin ayağı sürüşüb orada olan stulun üzərinə yıxılmış, stul onu saxlaya bilmədiyinə görə əvvəlcə baş nahiyəsinin arxa tərəfi, sonra isə başının sağ tərəfi divarın tininə dəymiş və stulla birlikdə yerə yıxılmışdır. Ramazan Mamaliyev möhkəm şəkildə yerə dəydiyinə görə üzərinə düşdüyü ağ rəngli plastmas stul sınmışdır. Ramazan Mamaliyev yerə yıxılarkən də başı yerə dəymiş, bir qədər keçəndən sonra özünü toparlayaraq ayağa qalxmışdır. Başından güclü zərbələr aldığına görə ayaq üstə dayana bilməyib səndələmiş, başı gicəllənmişdir. Təqsirləndirilən şəxs2 Ramazan Mamaliyevi vurarkən Təqsirləndirilən şəxs1 da yanlarında olmuş, R.Mamaliyev Namikin zərbələrindən yerə yıxılıb ayağa qalxandan sonra bu dəfə Təqsirləndirilən şəxs1 çomaq ilə təkrarən Ramazan Mamaliyevi vurmağa başlamışdır. Təqsirləndirilən şəxs1 təxminən 3 dəfə çomaqla Ramazan Mamaliyevin başının sağ tərəfinə, 3 dəfə burnuna, təxminən 10-15 dəfə də ayaqlarına və bədən nahiyəsinə zərbələr endirib Ramazan Mamaliyevə ağır xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi vurarkən “stulu niyə qırdın erməni” deyərək acıqla, möhkəm şəkildə onu vurmuş, Ramazan Mamaliyev isə əlləri ilə özünü qorumağa çalışmışdır. Mirvari də onu vurandan sonra Təqsirləndirilən şəxs2 R.Mamaliyevin paltarının çiynindən tutaraq onu evin ikinci mərtəbəsində yerləşən otağına aparmışdır. Ramazan Mamaliyev otağının qapısının qarşısına çatanda yerə yıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 Namiki səslədiyinə görə Namik pilləkənə tərəf getmiş, Ramazan isə yerdə qalmışdır. Ramazan Mamaliyev həmin vaxt otağının qapısının qarşısında döşəməyə sərilmiş, üzərində ağ, boz, qara rəngli naxışları olan xalçaya üzünün qanını sürtmüş, eləcə də qulağından axan qana barmağını batırıb otağının qapısının yanında olan divarın döşəməyə birləşən hissəsinə sürtüb xalça ilə üzərini örtmüşdür. Ramazan Mamaliyev bu hərəkəti arvadı Mirvari və Təqsirləndirilən şəxs2 tərəfindən döyülərək ona ağır xəsarətlər yetirmələrinin sübutu kimi polislərə göstərməkdən ötrü etmişdir. X1 döyməməsindən ötrü təxminən 1 dəqiqə döşəmədə hərəkətsiz vəziyyətdə, üzü yan tərəfə çevrilmiş halda uzanıb qalmış, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə danışandan sonra gəlib Ramazan Mamaliyevin paltarının çiyinlərindən tutaraq sürüyüb otağına aparmış və döşəmədə olan döşəyin üzərinə uzandırıb, üstünə ədyalı örtüb üzünə papağını çırpıb otaqdan çıxmışdır. Bu zaman özü də Namikin Ramazanı vurmasına mane olmaq üçün otağa daxil olmuşdur. Namik Ramazanı yataq otağına yerləşdirib çölə çıxarkən Ramazan güclə danışaraq Namikə içəri işıq düşməsindən ötrü otağın qapısını açıq qoymasını demiş, Namik isə onun sözlərindən əsəbiləşib dediyinin əksini edərək qapını tam bağlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 da ikinci mərtəbəyə qalxaraq eyvanda onlarla birlikdə dayanmışdır. Təqsirləndirilən şəxs2 hirsi keçmədiyinə görə bir neçə saniyə sonra yenidən Ramazanın yataq otağına girib qapını bağlamış, ona mane olmamalarından ötrü içəri girməmələrini tapşırmışdır, içəridən səs-küy gəldiyini eşidib Namikin Ramazanı döyməyə davam etdiyini başa düşmüş, Ramazan Namikə “vurma” demişdir. Ona mane olmaq üçün Samirlə birlikdə yataq otağının qapısını açıb içəri girmişlər, Mirvari də arxalarınca gəlmişdir. Yataq otağına girəndə Ramazan Mamaliyevin otağın döşəməsində sərilmiş döşəyin üzərində uzandığını, Təqsirləndirilən şəxs2 isə onun başının üzərinə yastıq qoyub yastığın üstündən yumruq zərbələri ilə baş nahiyəsinə dayanmadan vurduğunu, otaqda olan stulun da yerə aşmış vəziyyətdə olduğunu görmüşlər. Ramazanın sifətinə iz düşməməsindən ötrü Namik onu yastığın üzərindən vurmuşdur. Bu zaman yaranmış səs-küyə Ramazanın qızı Xumar yataq otağından eyvana çıxıb hadisənin şahidi olmuşdur. Özü və Samir Namikə yaxınlaşıb Ramazanı vurmasına mane olmaq üçün onu tutub Ramazandan uzaqlaşdırmışlar. Namikə Ramazana vurmaması üçün “yazıqdır” deyəndə, Namik əsəbi şəkildə “yazıq ilan vursun onu” deyə cavab vermişdir. X25 uzaqlaşdırandan sonra da Namik yenidən Ramazanın üstünə gedib sifət nahiyəsinə, başının sağ tərəfinə yumruq zərbələri ilə vurmağa davam etmişdir. Samirlə birlikdə Namiki yenidən tutub sakitləşdirərək Ramazandan uzaqlaşdırmışlar, Namik də hirsindən Ramazanın ayaqlarına da 2 dəfə təpik zərbələri vurub otaqdan çıxmışdır. Hər üçü də onların evindən getmək üçün pilləkənlərə yaxınlaşanda, Təqsirləndirilən şəxs1 qarşılarını kəsib, Namikin əlindən tutub ona “sən gedəndən sonra durub bizə gün verməyəcək” demişdir. Bu səbəbdən evin ikinci mərtəbəsində, təxminən 10-15 dəqiqə ərzində döşəmədə əyləşib gözləmişlər, Mirvari və Xumar Mamaliyevalar da yanlarına gəlib bir-biri ilə danışıb- gülmüşlər. Birinci mərtəbəyə düşəndə, evin ikinci mərtəbəsindən X29 növbəti gün onu polisə verəcəyini dediyini eşitmişdir. Təqsirləndirilən şəxs2 yenidən evin ikinci mərtəbəsinə qalxmaq istəyəndə, Şahid1 artıq gec olduğunu evə gedəcəyini demiş, ona Namiki sakitləşdirəcəyini, narahat olmamasını bildirmişdir. Samir evinə gedəndən sonra Namiklə birlikdə orada qalmışlar. Namik evin ikinci mərtəbəsində eyvanda dayanıb mobil telefonla oynamış, ona evə getmələrini təklif edəndə, Namik bir azdan gedəcəyini bildirmişdir. Bir müddət sonra aşağı düşüb ayaqqabılarını geyinərkən Mirvarinin evin ikinci mərtəbəsindən Ramazanın üstünə qışqırıb onu söydüyünü eşidib evin ikinci mərtəbəsinə qalxmışlar. Mirvarinin Ramazan olan yataq otağından çıxdığını görmüşlər, Ramazan Mirvarinin arxasınca çətinliklə hərəkət edərək eyvana çıxıb söyüş söyməyə başlamış, Namik eyvanda yenidən Ramazana yaxınlaşıb yumruq zərbələri ilə onun başından, sinəsindən vurmağa başlamışdır. Ramazan da zərbələrin təsirindən yerə yıxılmış, Ramazanın başı döşəməyə dəymiş, Namikin vurduğu yumruq zərbələrindən sonra Ramazanın sifəti qan içində qalmış, onun sol qulağından, burnundan qan gəlmişdir. Namikə “vurma onu, yazıqdır, ölüb sənin ayağında qalacaq” deyəndən sonra Namik daha onu vurmamışdır. Namiklə köməkləşib Ramazanı eyvanda döşəmənin üzərindən qaldırıb yataq otağına aparandan sonra oradan çıxıb hərəsi öz evinə getmişdir. Namik sonuncu dəfə Ramazan Mamaliyevi vuranda saat təxminən 00:30 radələri olmuşdur. 29 oktyabr 2023-cü il tarixdə, saat təxminən 19-20 radələrində Şahid1la birlikdə “İmrəli” adlı mağazanın yanında olarkən, R.Mamaliyevin həmin mağaza ilə üzbəüz olan ot tayalarının arxasında araq içdiyini görmüşlər. Həmkəndliləri Mavid də sərxoş vəziyyətdə mağazanın yaxınlığında olmuş, R.Mamaliyev Mavidlə söhbət etmişdir. 30 oktyabr 2023-cü il tarixdə isə Ramazan Mamaliyevin komaya düşüb “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparıldığını eşitmişdir. Hadisə 28 oktyabr 2023-cü il saat təxminən 23:30 radələrindən 29 oktyabr 2023-cü il, saat təxminən 00:30 radələrinə qədər Qusar rayonu Quxuroba kəndində Ramazan Mamaliyevin yaşadığı evdə baş vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu müddət ərzində X45in baş və bədənin müxtəlif nahiyələrinə dəfələrlə güclü zərbələr endirib xəsarətlər yetirmişlər. Ramazan Mamaliyev də onların bu zərbələri nəticəsində ağır xəsarətlər almış, onun sol qulağından, burnundan qan gəlmişdir. Həmin vaxt orada özü, Şahid1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Xumar Mamaliyeva olmuşdur. Başqa orada olan, hadisəni görən heç kəs olmamışdır. Baş vermiş məlum hadisə zamanı Ramazan Mamaliyevə ancaq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəsarət yetirmişdir, özü və Şahid1 isə onlara mane olmağa çalışmışlar, onlar tərəfindən Ramazan Mamaliyevə heç bir xəsarət yetirilməmişdir. Xumar Mamaliyeva da Namik Ramazanı otağında döyərkən öz otağından çıxıb yanlarına gəlmiş, lakin o da Ramazan Mamaliyevə heç bir xəsarət yetirməmiş, ona vurmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə X45ə ağır xəsarətlər yetirmələrinin səbəbi həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 X45ə qarşı acıqlı olmaları olmuşdur. X55 arvadı Mirvarinin onu çomaqla vurub ağır xəsarətlər yetirməsi zamanı onları görüb söyüş söymüş, Samirlə özü onun bu sözünə fikir verməsələr də, Təqsirləndirilən şəxs2 Ramazanın bu sözündən hirslənərək ona vurub ağır xəsarətlər yetirməyə başlamışdır. Baş vermiş məlum hadisə zamanı ancaq X45 çox ağır xəsarətlər almış, başqa heç kəs xəsarət almamışdır. Ramazan Mamaliyev yalnız əlləri ilə üzünü, başını tutmaqla özünü müdafiə etmiş, başqa heç bir müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurmamış, onlara hücum etməmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi vurub xəsarət yetirdiyi çomaq təxminən 1 metr 30 sm uzunluğunda, təxminən 4-5 sm qalınlığında olan, ucu haçalı çomaq olmuşdur. 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Şahid1 və Şahid13lə birlikdə Ramazan Mamaliyevin evində olarkən Ramazanla aralarında heç bir mübahisə, davadalaş olmamış, onu heç kəs vurmamışdır. Təqsirləndirilən şəxs1 xahiş etdiyinə görə, ilkin ikinci mərtəbəyə qalxıb eyvandan Ramazana sakit yatmasını demiş, heç onun otağına belə girməmiş, Ramazan da İlkinə ‘oldu oğlum" deyib, onunla heç aralarında sözlü mübahisə belə olmamışdır. Bu söhbət heç 10 dəqiqə çəkməmiş, onların evindən çıxıb getmişlər. Ramazan Mamaliyevin əvvəllər başqa şəxslər tərəfindən döyülməsi, kimləsə dava-dalaş etməsinin şahidi olmamışdır. Lakin onun arvadı Mirvari tərəfindən döyülməsini kənddə danışılan söhbətlərdən eşidib bilmişdir. Bu hadisəyə qədər heç vaxt M.Mamaliyev ilə R.Mamaliyevin ailə məsələlərinə, aralarında olan mübahisələrə qarışmamışdır. Təqsirləndirilən şəxs1 da əvvəllər heç vaxt əri ilə arasında olan mübahisə zamanı nə onu, nə Şahid1, nə də başqa bir tanışını evinə çağırmamışdır. 28 oktyabr 2023-cü il tarixdə də təsadüfən onların evinə gedib çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, X45in qızıdır. Onlar əmisigildə olmuş, həmin vaxt evlərində heç kim olmamış, evə qayıdanda anasına zəng gəlmiş və o, evdən çağırıldığını bildirmişdir. Onlar evə gedəndə Samir orada pilləkənin ağzında dayanmış, qapı da açıq vəziyyətdə olmuşdur. Yataq otağında Namikin atası vurduğunu görmüş, onların hər ikisi içkili olmuş, onları ayırmaq istəyəndə gücü çatmamış, həmin an özünü çox pis hiss etdiyindən az yaşlı uşağını götürüb digər otağa keçmişdir. Daha sonra atası aşağı düşmüş, bundan sonrakı hadisələrdən xəbəri olmamışdır. Şahid X17 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Namikin atasını sillə və yumruqla vurduğunu görmüş, onun nə üçün atasını vurduğunu bilməmiş, anasının atasını vurduğunu görməmiş və atasının üzündə xəsarətlər olduğunu görməmişdir. O, uşağı ilə yuxarı qalxmış, evdəkilər isə aşağıya düşmüşdürlər. Şahid X17 müdafiə tərəfinin suallarına cavab olaraq atası ilə anasının arasında mübahisələrin çox olduğunu, hadisə vaxtı qan ləkəsi görmədiyini bildirmişdir. Şahid X17 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası Təqsirləndirilən şəxs1, 10 yaşlı oğlu X48 ilə birlikdə yaşayır. Nə özü, nə də anası Təqsirləndirilən şəxs1 heç bir yerdə işləmirlər. X70 kənd tam orta məktəbinin 4-cü sinfində oxuyur. Özü 2013-cü ildə Qusar rayonu Balaqusar kənd sakini Ramid Xəlilov ilə rəsmi ailə həyatı qurub 2017-ci ildə ondan məhkəmə qaydasında boşanmışdır. Böyük qardaşı X20 2022-ci ilin iyun ayında 27 yaşında keçirdiyi xərçəng xəstəliyindən ölmüşdür. Kiçik qardaşı X21 da 12 oktyabr 2023cü il tarixdə xərçəng xəstəliyindən 20 yaşında ölmüşdür. X4 doğma atası olmuşdur. X23rla birlikdə Qusar rayonu Quxuroba kəndində yaşamışdır. Ramazan Mamaliyev heç bir yerdə işləməmiş, mütəmadi spirtli içki alüdəçisi olmuşdur. Ramazan Mamaliyev spirtli içki alüdəçisi olduğundan anası ilə yola getməmiş, işləmədiyinə, tüfeyli həyat tərzi keçirdiyinə görə tez-tez ailələrində mübahisələr olmuşdur. Qardaşlarının ölümündən sonra da atası Ramazan spirtli içki alüdəçiliyinə davam etdiyinə görə, anası artıq onun bu hərəkətlərinə dözə bilməmiş, atası sərxoş vəziyyətdə evə gəlib dava salanda arabir onu çomaqla da döymüşdür. Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1 da həmkəndliləri kimi tanımışdır. Onlarla da heç bir qohumluq, dostluq münasibətləri, eləcə də aralarında narazılıq, davadalaş, ədavət olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 19 radələrində anası Mirvari ilə birlikdə əmisi arvadı Şahid11 yaşadığı evə qonaq gedib mərhum qardaşı Elmir Mamaliyevin yas mərasimi ilə əlaqədar məsləhətləşib, saat təxminən 21 radələrində isə yaşadıqları evə qayıtmışlar. Evə gələndə evdə heç kəs olmamış, saat təxminən 22 radələrində X56 sərxoş vəziyyətdə evə qayıtmışdır. Atası sərxoş olduğundan yaşadıqları evdə anası Mirvari ilə mübahisə etməyə başlamış, yemək gec hazır olduğuna görə atası Ramazan anasına acıqlanaraq boşqabları yerə vurub sındırmış, ərzaqları yerə atmışdır. Onun bu hərəkətindən sonra isə anası Təqsirləndirilən şəxs1 çox hirslənmiş aralarında mübahisə yaranmışdır. Ramazan Mamaliyev sakitləşmədiyindən anası Mirvari tanışları Şahid13 çağırmışdır, Şahid13 mərhum qardaşı Elmirin yaxın dostu olmuş, atası Ramazana da əl tutmuş, arabir ona pul vermişdir. Şahid13 Şahid1, Şahid3lə birlikdə onlara gəlmişlər, Şahid13 X56ə sakit olmasını, dava-dalaş salmamasını xahiş edib gəldiyi uşaqlarla birlikdə evdən çıxıb getmişdir. Onlar gedəndən sonra isə Ramazan Mamaliyev yatmamış, çünki atası Ramazan sərxoş olanda bir qayda olaraq həmişə öz-özünə danışıb sayıqlamış, yuxulamamışdır. İlkin gedəndən bir müddət sonra isə R.Mamaliyev yerindən durub evin birinci mərtəbəsinə düşüb anasını söyüb təhqir etməyə başlamış, anası nə qədər onu sakitləşdirmək istəsə də, heç cür bacarmamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış və anası Mirvari də mətbəxdə saxladığı çomağı götürüb saat təxminən 23:30 radələrində atası Ramazanın üzərinə hücum çəkib onun başına, burnuna, qulağına zərbələr endirib onu döyməyə başlamışdır. Həmin çomağı anası atası Ramazandan müdafiə edə bilmək üçün fındıq ağacının gövdəsindən hazırlamış, qalın çomaq olmuşdur. Ramazan Mamaliyev demək olar həmişə anasını döymüşdür. Anası Mirvari atası Ramazana çomaqla zərbələr endirəndə, Ramazan sərxoş olduğuna görə anasına müqavimət göstərməyə gücü çatmamış, əlləri ilə başını və üzünü tutub divarın küncünə qısılıb çöməlmişdir. Anası Mirvari də onu ucadan söyə-söyə çomaqla vurmağa davam etmişdir. Ramazan Mamaliyevin aldığı zərbələrin təsirindən sol qulağından və burnundan qan gəlmişdir. Anası Mirvari atasının baş nahiyəsinə çomaqla möhkəm şəkildə vura-vura, eyni zamanda yüksək səslə onu söymüşdür. Anasının səsi küçəyə getdiyinə görə, həmin vaxt yoldan keçən həmkəndliləri Təqsirləndirilən şəxs2, Şahid3, Şahid1 evlərinə gəlib anasını sakitləşdirmişlər. Bu zaman X23rı söyüb valideynləri təhqir etdiyinə görə, Təqsirləndirilən şəxs2 də atası Ramazanı əvvəlcə şillə, sonra isə yumruq zərbələri ilə möhkəm şəkildə döyüb ona ağır xəsarətlər yetirmiş, sonra isə atasını otağına aparıb yerinə uzandırmışdır. Həmin vaxt oğlu ilə birlikdə öz otağında olmuş, azyaşlı övladının belə vəziyyəti görməsini istəməmişdir. Lakin onlar atasını otağına gətirəndə özü də çölə çıxmış, Təqsirləndirilən şəxs2 atasını yerinə uzandırıb otaqdan çıxmış, lakin qısa müddətdən yenidən otağa daxil olub atası Ramazana nəsə deyib üzünə yastıq basaraq yastığın üzərindən atasının üzünə yumruq zərbələri endirmişdir. Şahid3 və Şahid1 otağa daxil olub onu tutub çölə çıxarmışlar. Təqsirləndirilən şəxs1 da həmin vaxt evin ikinci mərtəbəsində olmuşdur. Onlar getmək istəyəndə anası Mirvari 5-10 dəqiqə gözləyib atası Ramazanın tam sakitləşməsindən sonra evə getmələrini xahiş etmişdir. Şahid1 Namik və Asifdən əvvəl çıxıb evinə getmiş, o gedəndən sonra isə Ramazan Mamaliyev otağından çıxıb Namik və Asifi evdə görüb yenə də pis söyüşlə onları söydüyünə görə, Təqsirləndirilən şəxs2 təkrarən atası Ramazanı yumruq zərbələri ilə başından, sinəsindən möhkəm şəkildə vurmuş, atası Ramazan da onun zərbələrinin təsirindən yerə yıxılmış və başı döşəməyə dəymişdir. Aldığı yumruq zərbələrindən sonra atası Ramazanın sol qulağından, burnundan yenə qan gəlmişdir. Şahid3 Ramazanın vəziyyətini görüb qorxaraq araya girib Təqsirləndirilən şəxs2 sakitləşdirmiş, onlar köməkləşib atası Ramazanı qaldırıb yataq otağına aparıb yerinə uzadaraq evdən çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 axırıncı dəfə atasını döyəndə saat təxminən 00:30 radələri olmuşdur. Həm anası, həm də Təqsirləndirilən şəxs2 X56i çox pis formada döyüb, ona ağır xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs2 yumruq zərbələri, eləcə də anasının çomaqla onu vurduğu vaxt R.Mamaliyev başından ağır zədələr almışdır. 29 oktyabr 2023-cü il tarixdə atası Ramazan yuxudan oyanaraq evdən çıxıb harasa getmişdir. Ramazan Mamaliyev axşam aldığı zərbələrin təsirindən pis vəziyyətdə olmuş, taqəti olmamış, ayaq üstə güclə durmuşdur. Həmin gün saat təxminən 23 radələrində Nadir və Amin adlı 2 nəfər həmkəndliləri yaşadıqları evə gəlib onları çağırıb Ramazan Mamaliyevin “imrəli" adlı mağazanın yaxınlığında küçədə huşsuz vəziyyətdə yıxılıb qaldığını, nə qədər çağırsalar da, cavab vermədiyini, ağzından köpük gəldiyini bildirmişlər. Anası Mirvari və özü həmin iki oğlan ilə birlikdə atası Ramazanın yanına getmişlər. Ramazanın huşsuz vəziyyətdə qaldığını görüb gəlib kömək etməsi üçün əmisi Qəhrəmana zəng etsələr də, telefon zənglərinə cavab verən olmamışdır. Anası Mirvari atasına kömək etməsi üçün dayısı oğlu Valehi çağırmaq üçün onların da evlərinə getmiş, lakin Valeh də onları vecinə almayaraq atası Ramazana kömək etmək üçün gəlməmişdir. Oğlu Namik evdə tək qaldığına görə ona baş çəkmək üçün evə qayıtmışlar. Evə gələndən sonra atasının bir neçə qohumlarına zəng etsələr də, heç kəs onlara cavab verməmişdir. Bir müddət sonra anası Mirvari ilə birlikdə kömək etmək üçün atası Ramazanın yanına qayıtmışlar, lakin atası huşsuz vəziyyətdə qaldığından, gücləri çatmadığına görə onu evə gətirə bilməmişlər. Bir müddət sonra Nadir və Amin də çıxıb getmişlər. Gecə ərzində anası Mirvari ilə birlikdə bir neçə dəfə atası Ramazanın olduğu yerə gedib ona baş çəkmişlər. 30 oktyabr 2023-cü il tarixdə, saat təxminən 09 radələrində əmisi Qəhrəman Mamaliyevə zəng edəndə telefona cavab vermiş, ona məsələni danışandan sonra Q.Mamaliyev gedib atasının vəziyyətinin pis olduğunu görüb təcili yardıma zəng edib çağırmış, R.Mamaliyev də təcili yardım avtomobili ilə koma vəziyyətində “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə çatdırılmışdır. Ramazan Mamaliyev əvvəllər bir neçə dəfə belə sərxoş vəziyyətə düşdüyündən heç nə olmayacağını fikirləşmişlər. Ramazan Mamaliyev 07 noyabr 2023-cü il tarixə qədər xəstəxanada koma vəziyyətində qalmış, 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixə keçən gecə saatlarında “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ölmüşdür. Onun komaya düşüb ölməsinə səbəb 28 oktyabr 2023-cü il tarixdə yaşadıqları evdə anası Mirvarinin başına çomaqla vurduğu zərbələr, eləcə də anası ilə birlikdə Təqsirləndirilən şəxs2 də onu yumruq zərbələri ilə möhkəm şəkildə döyməsi olmuşdur. Hadisə 28 oktyabr 2023-cü il, saat təxminən 23:30 radələrindən, 29 oktyabr 2023-cü il, saat təxminən 00:30 radələrinə qədər Qusar rayonu Quxuroba kəndində yaşadıqları evdə baş vermişdir. Bu müddət ərzində anası Mirvari Təqsirləndirilən şəxs2 ilə birlikdə mərhum X56in baş və bədəninin müxtəlif nahiyələrinə dəfələrlə güclü zərbələr endirib xəsarətlər yetirmişlər. Ramazan Mamaliyev də onların zərbələri nəticəsində ağır xəsarətlər almış, onun sol qulağından, burnundan qan gəlmişdir. Həmin vaxtı hadisə yerində anası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1, Şahid3 və özü olmuş, orada başqa heç kəs olmamış, hadisəni başqa heç kəs görməmişdir. Baş vermiş məlum hadisə zamanı Ramazan Mamaliyevə ancaq anası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəsarət yetirmişlər. Şahid1 və Şahid3 isə onlara mane olmağa çalışmışlar, Ramazan Mamaliyevə heç bir xəsarət yetiriməmişlər. Namik atası Ramazanı otağında döyərkən də onları görmüşdür. Atası Ramazanın aldığı zərbələrin təsirindən ölə biləcəyini ağlına da gətirməmiş, bu səbəbdən həmin vaxt Təqsirləndirilən şəxs2 mane olmamışdır. Baş vermiş məlum hadisə zamanı ancaq mərhum X56 çox ağır xəsarətlər almış, başqa heç kəs xəsarət almamışdır. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi vurub xəsarət yetirdiyi çomaq təxminən 1 metr 30 sm uzunluğunda, təxminən 4-5 sm qalınlığında olan çomaq olmuş, həmin çomağı da anası atasından özünü müdafiə etməkdən ötrü hazırlamışdır. Şahid1, Şahid3 əvvəllər heç vaxt onlara gəlməmişlər. Şahid13 və Təqsirləndirilən şəxs2 isə xatırladığına görə qardaşı Elmir sağ olanda ona baş çəkmək üçün evlərinə gəlmişlər. Ümumiyyətlə qardaşı Elmir Mamaliyev xəstəliyi ilə əlaqədar yatağa düşəndən sonra onun yaşıdları, tanışları ona başa çəkmək üçün evlərinə gəlmişlər, lakin mütəmadi olaraq, teztez evlərinə gələn yad adam olmamışdır. Şahid13 qardaşı Elmir Mamaliyev öləndən sonra bir neçə dəfə yasla əlaqədar onlara odun gətirmiş, yası yola verməyə, əl-ayağa kömək göstərmişdir. Lakin nə Şahid13, nə də başqa bir şəxs heç vaxt evlərində olarkən atası Ramazan Mamamaliyevlə dava-dalaş etməmiş, bu hadisəyə qədər atasını heç kəs döyməmişdir. Ramazan Mamaliyevin əvvəllər yaşadıqları kənddə kimləsə dava-dalaş etməsi, döyülməsinin şahidi olmamışdır. Ramazan Mamaliyev və anası Mirvari yola getmədiklərinə görə həmişə ailə daxilində, evdə dava- dalaş etmişlər. Ramazan Mamaliyev həmkəndliləri, qonşuları ilə heç vaxt dava etməmiş, yad adam tərəfindən döyülməmişdir. Ramazan Mamaliyevin bütün münaqişəsi, dava- dalaşı ancaq Təqsirləndirilən şəxs1 ilə olmuşdur, sonuncu dəfə də elə anası Mirvari və təsadüfən evlərinə gələn həmkəndlisi Təqsirləndirilən şəxs2 tərəfindən döyülmüş, ölümünə səbəbi də məhz sonuncu dəfə anası və Təqsirləndirilən şəxs2 tərəfindən döyülməsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, oğlu Samiri işıq pulu ödəməyə göndərmiş, oğlu Asif adlı tanışı ilə getmişdir. Samir evə gec gəldiyi üçün narahat qalaraq ona zəng etmiş, o da narahat olmamasını geri qayıtdığını bildirmişdir. 3 gündən sonra Samir Ramazanın komaya düşdüyünü demişdir. O, Ramazanı içki içən biri olaraq tanımış və o, arvadı ilə yola getməmişdir. Sonradan Ramazanın komaya düşməsi məlum olmuşdur. Hadisənin necə baş verdiyini görməmiş və bilməmişdir. O, həmin ərəfədə torpaq məsələsi ilə bağlı Qusar rayon Məhkəməsində işi olduğunu bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 həmkəndliləri kimi tanımış, onlarla heç bir qohumluq, yaxınlıq münasibətləri, eləcə də əvvəllər aralarında narazılıq, dava-dalaş, ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 kənddə “Zöhrə" adı ilə çağırırlar. Təqsirləndirilən şəxs1 heç vaxt Ramazan Mamaliyev ilə yola getməmiş, evlərində həmişə dava-dalaş olmuş, Təqsirləndirilən şəxs1 aralarında olan mübahislər zamanı R.Mamaliyevi döymüşdür. Hətta bir dəfə söhbət zamanı Təqsirləndirilən şəxs1 özü şəxsən ərinin onu əsəbləşdirdiyinə görə çomaqla Ramazan Mamaliyevi döydüyünü demişdir. Belə dava-dalaşlarla görə dəfələrlə polisə və məhkəməyə düşmüşlər. 2023-cü ilin təxminən noyabr ayının əvvəllərində oğlu Şahid1 evin içərisində öz-özünə "Zöhrə pis qadındır" deyərək gəzişmiş, Samirdən nəyə görə belə dediyini soruşanda, oğlu Samir Təqsirləndirilən şəxs1 əri Ramazanı çox pis formada döyüb ona əzab verdiyini demişdir. Təqsirləndirilən şəxs1 R.Mamaliyevi döyməsini bütün kənd sakinləri bildiklərinə görə həmin vaxt bu söhbətin çox dərininə getməmiş, həmişəki kimi kənddə danışılan söhbət olduğunu fikirləşmişdir. Bir neçə gün sonra Ramazan Mamaliyevin sən demə 30 oktyabr 2023-cü il tarixdə komaya düşüb xəstəxanaya aparıldığını və vəziyyətinin ağır olduğunu eşitmişdir. Ramazan Mamaliyev 07 iyul 2023- cü il tarixdə xəstəxanada ölmüş, sonradan 28 oktyabr 2023-cü il tarixdə Ramazan Mamaliyev yaşadıqları evdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çox pis formada döyülüb ağır xəsarətlər almışdır Belə ki, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 X61 ilə mübahisə etmiş, onu sakitləşdirməkdən ötrü tanışları Şahid13 çağrımaq üçün küçəyə çıxanda evə gələn oğlu Şahid1la rastlaşıb ondan İlkini çağrımasını xahiş etmişdir. Şahid1 da “imrəli” adlı mağazanın qarşısında həmkəndliləri Şahid3lə birlikdə duran Şahid13 Mirvarinin onu çağırdığını bildirmiş, hər üçü birlikdə onların evinə getmişlər. Oğlu Samirin deməsinə görə Şahid13 evin ikinci mərtəbəsində öz otağında olan Ramazan Mamaliyevlə söhbət edib sakit yatmasını deyəndən sonra evlərindən çıxıb getmişlər, Asiflə birlikdə İlkini evlərinə ötürüb özləri də evə qayıdarkən yolda həmkəndliləri Təqsirləndirilən şəxs2lə rastlaşmışlar, Təqsirləndirilən şəxs2 həmin vaxt sərxoş olmuş, özü də aqressiv olmuş, hər üçü birlikdə Ramazan Mamaliyevin evinin yaxınlığından keçərkən onların evindən Təqsirləndirilən şəxs1 qışqırıq səslərini eşidərək narahat olub evlərinə gedəndə, Təqsirləndirilən şəxs1 çomaqla X45i döydüyünü görmüşlər, onları ayıranda R.Mamaliyev söyüş söymüş, həmin vaxt sərxoş olan Təqsirləndirilən şəxs2 onun sözündən hirslənib R.Mamaliyevi yumurq zərbələri ilə vurmuş, Təqsirləndirilən şəxs1 da ona qoşulub çomaqla Ramazanı döymüş, Təqsirləndirilən şəxs2 yumruq zərbələrində sonra Ramazan Maamliyevin başı divara dəymiş, sonra isə yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs2 Ramazan Mamaliyevi evin 2-ci mərtəbəsində olan otağına aparıb orada da Ramazan Mamaliyevi pis formada döymüşdür. Ramazan Mamaliyev də növbəti gün aldığı xəsarətlərdən komaya düşüb xəstəxanaya aparılsa da, özünə gəlməyib xəstəxanada ölmüşdür. Ramazan Mamaliyevin əvvəllər arvadı Təqsirləndirilən şəxs1 tərəfindən döyüldüyünü bilmiş, Təqsirləndirilən şəxs1 özü ona ərini çomaqla döydüyünü demişdir. X47 başqa adamlarla dava-dalaş etməsini, onu başqa adamların döyməsini əvvəllər eşitməmişdir. Baş vermiş məlum hadisədən sonra da bilmişdir ki, Təqsirləndirilən şəxs2 də Mirvariyə qoşulub Ramazanı döymüşdür. Təqsirləndirilən şəxs1 və Ramazan Mamaliyev arasında əvvəllər dəfələrlə dava-dalaş olmuş, bununla əlaqədar polis və məhkəmədə dəfələrlə iş aparılmışdır. Oğlu Şahid1 Təqsirləndirilən şəxs1 X45i çomaqla döydüyünü deyəndə həmişəki kimi xırda məsələ olduğunu fikirləşmişdir. Həmin ərəfələrdə onların Qusar rayon məhkəməsində işləri olduğundan, bu barədə hər hansı hüquq-mühafizə orqanına məlumat vermək ağlına gəlməmişdir. R.Mamaliyevin evi ilə öz evləri uzaq məsafədə yerləşir, onlarla heç bir getgəli, yaxın münasibətləri olmamışdır. Oğlu Şahid1 da məktəbdə nümunəvi, yaxşı oxuyan tərbiyəli, dava-dalaşdan uzaq uşaq olmuş, Ramazan Mamaliyev və Təqsirləndirilən şəxs1 arasında olan məsələlərə qarışmamış, heç vaxt bu məqsədlə əvvəllər onların evinə getməmişdir. Bu məsələyə qədər ancaq bir dəfə, 2023- cü ilin təxminən oktyabr ayının ortalarında yoldan keçərkən Mirvari və X13 Mamaliyevin yas mərasimi ilə əlaqədar R.Mamaliyevin qardaşı oğlu Elsevər Mamaliyevin xahişi ilə qonşunun evindən onların həyətinə stul daşımağa kömək etmişdir. Bu hadisənin baş verdiyi gün isə Təqsirləndirilən şəxs1 özü çağırdığına görə uşaqlıq edib onların evinə getmişdir Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsi ilə bağlı müdafiə tərəfinin suallarına cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, həmin vaxt özündə olmadığı üçün müstəntiqin hər dediyini etdiyini, polis əməkdaşları tərəfindən ona hədə-qorxu olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 29 oktyabr 2023-cü il tarixdə X45i tək görmüş, həmin vaxt onun halı çox yaxşı olmuş, sonradan mərhumun komaya düşdüyünü eşitmişdir. O, mərhumun içki içən olduğunu bilmiş, hadisə yerində olmadığı üçün bununla bağlı məlumatı olmamış, müstəntiqin dediyi fikirləri yazmış, hadisənin ətraflı gedişatını prokurorluqda eşitmişdir. Əvvəllər Mirvari ilə əri arasında dava-dalaşların çox olduğundan məlumatı olmuşdur. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 həmkəndliləri kimi tanımışdır. Onlarla qohumluq əlaqələri olmamış, eləcə də əvvəllər aralarında heç bir mübahisələri, münaqişələri və ya dava-dalaşları da baş verməmişdir. Ramazan Mamaliyev spirtli içki alüdəçisi olduğuna görə arvadı Təqsirləndirilən şəxs1 onunla yola getməmiş, həmişə evlərində dava-dalaş olmuşdur. Təqsirləndirilən şəxs1 yaşadıqları kənddə Zöhrə adı ilə çağırmışlar. Dəfələrlə R.Mamaliyevlə Təqsirləndirilən şəxs1 ailələrində olan problemlərə görə polis və məhkəmə orqanlarında işlərinə baxılmış, son bir il ərzində onların 2 oğlan övladları öldüyündən Təqsirləndirilən şəxs1 əsəbləri pozulmuşdur. Təqsirləndirilən şəxs1 dəfələrlə əri R.Mamaliyevi çomaqla döymüşdür. Təqsirləndirilən şəxs1 ilə bir neçə dəfə kənddə rastlaşdığı vaxt onun əlində çox qalın, təmxinən 1 metrdən uzun çomaq görmüşdür. 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində oğlu Şahid3 yaşadıqları evə qayıdanda, ona səhər üçün çörək almasını tapşırmışdır. Özü növbəti gün işə getməli olduğuna görə, saat təxminən 22 radələrində yatmış və səhər 06 radələrində yuxudan durub işə getmişdir. 30 oktyabr 2023-cü il tarixdə işə gedəndən sonra iş yoldaşlarından Ramazan Mamaliyevin koma vəziyyətinə düşüb xəstəxanaya aparıldığını eşitmişdir. Sonradan oğlu Asifdən öyrənmişdir ki, 28 oktyabr 2023-cü il tarixdə Ramazan Mamaliyev yaşadıqları evdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çox pis formada döyülüb ağır xəsarətlər almışdır. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 X61 ilə mübahisə etmiş, onu sakitləşdirməkdən ötrü tanışları Şahid13 çağırmaq üçün küçəyə çıxanda oğlunun yaşıdı Şahid1la rastlaşıb ondan İlkini çağırmasını xahiş etmiş, Şahid1 da “İmrəli” adlı mağazanın qarşısında olan oğlu Şahid3 və Şahid13 bu məsələni demiş, hər üçü birlikdə R.Mamaliyevin evinə getmişlər. Orada ilkin X14 sakit yatmasını deyəndən sonra evlərindən çıxıb getmişlər. X71 Cəfərovla birlikdə tanışları Şahid13 piyada Mucuqoba kəndinə ötürüb özləri evə qayıdarkən yolda həmkəndliləri Təqsirləndirilən şəxs2lə rastlaşmışlar. Təqsirləndirilən şəxs2 onlarla rastlaşanda sərxoş vəziyyətdə olmuş, hər üçü birlikdə evlərinə qayıdarkən, Ramazan Mamaliyevin evinin yaxınlığından keçəndə Təqsirləndirilən şəxs1 qışqıraraq Ramazan Mamaliyevi söydüyünü, onunla mübahisə etdiyini eşidib narahat olub harayçılıq etmək üçün evlərinə gedəndə, Təqsirləndirilən şəxs1 X45i çomaqla döydüyünü görmüşlər, onları ayıranda R.Mamaliyev söyüş söymüş, həmin vaxt sərxoş olan Təqsirləndirilən şəxs2 onun sözündən acıqlanaraq R.Mamaliyevi yumruq zərbələri ilə vurmuş, bu zaman Ramazan Mamaliyevin başı divara dəymiş, sonra isə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs2 Ramazan Mamaliyevi evin 2-ci mərtəbəsində olan otağına aparandan sonra da onu yumruq zərbələri ilə pis formada döymüşdür. Ramazan Mamaliyev də növbəti gün aldığı xəsarətlərdən komaya düşüb xəstəxanaya aparılsa da, özünə gəlməyib 07 noyabr 2023-cü il tarixdə “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ölmüşdür. Ramazan Mamaliyevin əvvəllər arvadı Təqsirləndirilən şəxs1 tərəfindən çomaqla döyüldüyünü bilmiş, bu barədə bütün Quxuroba kəndinin camaatı danışmışdır. Özü də Mirvari ilə bir neçə dəfə küçədə rastlaşanda onun əlində qalın taxta çomaq görmüşdür. X47 başqa adamlarla dava- dalaş etməsini, onun başqa adamlar tərəfindən döyülməsini eşitməmiş, Ramazan xaraktercə çox sakit, davadalaşdan uzaq insan olmuşdur. Oğlu Şahid3 əvvəllər heç vaxt R.Mamaliyevlə arvadı Təqsirləndirilən şəxs1 arasında olan dava-dalaşa, mübahisəyə qarışmamış, onların evlərinə getməmişdir. Əgər belə bir məsələ olsa indiyə qədər bunu bilərdi. 28 oktyabr 2023-cü il tarixdə də, təsadüfən, Təqsirləndirilən şəxs1 özü Şahid13 çağırdığına görə ona qoşulub bu evə getmişdir. R.Mamaliyevlə sağlığında salam-kalamı olmuş, demək olar hər gün küçədə onunla rastlaşmışdır. Əgər oğlu Şahid3 onların evlərinə getsə idi, R.Mamaliyev bu haqda ona deyib, öz narazılığını bildirərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, siqaret çəkməyə çıxmış, Amin gəldikdən sonra onlar birlikdə yuxarıya mağaza tərəfə getmiş, oraya yaxınlaşanda xorultu səsi gəlmişdir. Mağazanın qarşısında Ramazanın yıxılıb qaldığını, qulağında xəsarətlər olduğunu və ağzından köpük gəldiyini görmüş, daha sonra Mirvarigilə gedərək onlara bu barədə xəbər verib evlərinə qayıtmışdırlar. Onlar polisə zəng etmək istəyəndə Mirvari qoymamış və qorxduğunu bildirmişdir. O, hadisənin necə baş verdiyini bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində hadisə ilə bağlı heç nə bilmədiyini, Mirvari ilə onu əri Ramazan arasında hər gün mübahisələr olduğunu, Ramazanın onun dayısı olduğunu və çox içdiyini, onlarla qonşu olduğunu və onların əlindən bezdiklərini bildirmişdir. Hadisə günü gecə saat 02 radələrində Mirvari onlara gəlib yenə dalaşdıqlarını, Ramazanı gəlib aparmaqlarını bildirmiş, o da Mirvariyə onlardan bezdiklərini, nə istəyirlərsə, onu da etmələrini bildirmiş, Mirvari də çıxıb getmişdir. Daha sonra kiçik dayısı Ramazanın mağazanın qarşısında yıxılıb qaldığını xəbər vermiş, həmin yerə getdikdə Ramazanın yerə sərilmiş vəziyyətdə uzandığını, qulağından qan, ağzından isə köpük gəldiyini bildirmişdir. Ramazanı maşına qoyaraq evlərinə aparmış, onların ailəsi ilə arası olmadığından söz-söhbət yaranmasın deyə ətraflı heç nə soruşmadan oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Ramazangilin ailəsi ilə heç bir əlaqəsi olmadığını, hadisə günü işdə olduğunu və daha ətraflı məlumat bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, oğlu Pərviz əsgərliyə getdiyi üçün 27 oktyabr 2023-cü il tarixdə təxminən 2-3 saat davam edən məclis keçirmiş, Namiklə Pərviz sinif yoldaşı olmuş, o da, həmin məclisdə iştirak etmiş, məclisdə içki də olmuşdur. O, Namikin məclisdə içki qəbul edib etmədiyini bilməmiş və hadisənin necə baş verdiyini görməmişdir. Şahid9 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X4, onun arvadı Təqsirləndirilən şəxs1, eləcə də Təqsirləndirilən şəxs2 Qusar rayonu Quxuroba kənd sakinləri kimi tanıyır. Onlarla həmkəndli kimi normal münasibətləri olmuş, əvvəllər heç bir ədavət, düşmənçilik, eləcə də qohumluq münasibətləri olmamışdır. Ramazan Mamaliyev əvvəllər Qusar yol idarəsində işləmiş, təxminən 4-5 il bundan əvvəl işdən çıxandan sonra heç bir yerdə işləməmişdir. Ramazan Mamaliyev spirtli içki alüdəçisi olduğundan ailəsində ciddi problemlər olmuşdur. R.Mamaliyevin arvadı Təqsirləndirilən şəxs1 ilə münasibətləri pis olmuş, yola getməmişlər. Təqsirləndirilən şəxs1 kənd içində ‘Zöhrə” deyə çağırmışlar. Onların kiçik oğulları Elmir Mamaliyev 2023-cü ilin oktyabr ayında, böyük oğulları Elnur Mamaliyev isə təxminən 1 il bundan əvvəl vəfat etmişdir. Bütün bu baş verənlər Təqsirləndirilən şəxs1 əsəblərinə çox pis təsir göstərmiş, tez-tez ailələrində dava-dalaş, mübahisə olmuşdur. Eşitdiyinə görə Təqsirləndirilən şəxs1 əri Ramazanın spirtli içki alüdəçiliyinə dözə bilmədiyindən mübahisə zamanı onu çomaqla da döymüşdür. 28 oktyabr 2023-cü il tarixdə oğlu Pərviz Şəkixanovun hərbi xidmətə yola düşməsi ilə əlaqədar öz həyətində qonaqlıq təşkil etmiş, həmin qonaqlığa qohumları, eləcə də oğlu Pərvizin dostları və sinif yoldaşları gəlmişlər. Təqsirləndirilən şəxs2 də əvvəllər oğlu Pərvizlə birlikdə oxumuşdur. Qonaqlıq saat təxminən 18 radələrində başlamış, saat təxminən 23 radələrinə qədər davam etmişdir. Həmin məclisdə qonaqları spirili içki qəbul etmişlər, Təqsirləndirilən şəxs2 də öz yaşıdları ilə birlikdə məclisdə spirtli içki olan araq içmişdir. Həmin gün saat təxminən 22-23 radələrində Təqsirləndirilən şəxs2 məclisdən çıxıb getmiş, bundan sonra ondan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2lə X45in yaşadığı evlər yaxın ərazidə yerləşmişdir. Namik evindən çıxıb öz evinə qayıdarkən yolunun üstündə kənd qəbristanlığı yerləşmişdir. Sonradan Təqsirləndirilən şəxs2 həmin gün onlardan çıxandan sonra sərxoş vəziyyətdə evinə gedərkən yoldan Təqsirləndirilən şəxs1 əri Ramazanla mübahisə etdiyini eşidib onları sakitləşdirməkdən ötrü evlərinə getdiyini, lakin orada Ramazan Mamaliyev onu söydüyünə görə aralarında dava olduğunu, Təqsirləndirilən şəxs1 da həmin vaxt Ramazan Mamaliyevi çomaqla döyüb birlikdə ona xəsarətlər yetirdiklərini, Ramazan Mamaliyevin də həmin xəsarətlərdən sonra koma vəziyyətinə düşüb bir neçə gün xəstəxanada qalandan sonra vəfat etdiyini eşitmişdir. Ramazan Mamaliyevin spritli içki alüdəçisi olduğunu, ailəsində də problemlər olduğunu, arvadı Mirvari ilə yola getmədiklərini, Mirvarinin dəfələrlə onu çomaqla döydüyünü bilmişdir. X37 başqa həmkəndliləri tərəfindən döyülməsi, ona xəsarətlər yetirilməsi barədə heç bir söz eşitməmiş, belə halların şahidi olmamışdır. Təqsirləndirilən şəxs2 28 oktyabr 2023-cü il tarixdə təxminən 4-5 saat ərzində evində qonaqlıqda olmuşdur. Qonaqlıqda olarkən də spirtli içki olan araq içmişdir. Təqsirləndirilən şəxs2 28 oktyabr 2023-cü il tarixdə qonaqlıda olduğu müddətdə onun heç kəslə mübahisəsi, dava-dalaşı olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə qonaqlıda olduğu müddətdə Təqsirləndirilən şəxs2 spritli içki olan qaraq qəbul edib keflənsə də, həmin müddətdə heç kəslə mübahisə salmamışdır. 28 oktyabr 2023-cü il tarixdə qonaqlıda olduğu müddətdə Təqsirləndirilən şəxs2 öz yaşıdları ilə birlikdə oturmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində əmisi oğlu Ramazanı yaxşı tanıdığını, onun içki düşkünü olduğunu bildirmişdir. Mirvari axşam ona zəng edib Ramazanın vəziyyətinin yaxşı olmadığını, onun qardaşına xəbər verməsini və gəlib onu aparmasını demişdir. Ramazanın qardaşının nömrəsi onda olmamış, dəfələrlə təkrarlanan bu haldan və Ramzandan artıq bezmişdirlər. Buna görə də o, təqsirləndirilən şəxslərdən heç bir təqsir görmədiyini bildirmişdir. O, Ramazanın Mirvarini döydüyünü, Mirvarinin isə onu vurması ilə bağlı eşitmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, səhv xatırlamırsa, 29 oktyabr 2023-cü il tarixdə gecə vaxtı Mirvaridən ona zəng gəlmiş, Ramazanın içib “İmran” mağazasının qarşısında yerə uzandığını və vəziyyətinin yaxşı olmadığını demişdir. Qaranlıq olduğundan və evdə uşaqlar olmadığından həmin vaxt ora gedə bilməmişdir. Səhəri gün işə getmiş və işdən evə qayıdanda Ramazanın xəstəxanada olması barədə məlumat almışdır. O, hadisənin necə baş verdiyini görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində içkili halda mağazada olduğunu, həmin mağazdan pivə götürdüyünü, Ramazanın da orada içkili halda olduğunu, qonşu olduğu üçün hər gün oraya gedib-gəldiyini bildirmişdir. Həmin vaxt İlkinin də içkili olmuş, İlkinlə Ramazan arasında mübahisə yaranmış, İlkin onu ayağı ilə vurmuş, Ramazan yerə yıxılıb sonradan qalxmışdır. O, qardaşının bu hadisədən sonra onu gəlib apardığını, sonra isə heç nə görmədiyini, Namikin ağıllı uşaq olduğunu və onunla heç bir problemi olmadığını, mağazaya getdiyi günün ayın neçəsi olduğunu bilmədiyini, axşam saatları olduğunu, İlkinin onunla bərabər içmədiyini bildirmişdir. O, mağazadakı hadisədən sonra İlkinin harasa getdiyini, prokurorluqda İlkinin adını çəkdiyini qeyd etmişdir. Həmin gün Ramazanın üzündə heç bir xəsarət olmamış, bundan başqa hadisənin gedişatını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu mərhum Elmir Mamaliyev onun uşaqlıq dostu olmuş, onunla gediş-gəlişi olmuş, 2023-cü ilin oktyabr ayında Elmir ölməmişdən əvvəl o, Mirvari ilə həmişə onun sağalması üçün çalışmışdır. Mirvari ilə Ramazan heç vaxt yola getməmiş, həmişə dava-dalaşlı olmuş, evlərində heç vaxt sakitçilik olmamış, X45 spirtli içki aludəçisi olmuşdur. Elmir ölməmişdən əvvəl onunla dost kimi söhbət edəndə Mirvarinin Ramazanı çomaqla döydüyünü bildirmişdir. Elmir öləndən sonra onun yas mərasimi üçün lazımı şeylər apararkən yaşadıqları evin birinci mərtəbəsində mətbəxin pəncərəsində uzunluğu 1 metr, qalınlığı isə təxminən 5 sm olan çomaq görmüş, Mirvaridən onu nə üçün istifadə etdiyini soruşduqda Ramazan evə içkili gəlib dalaşanda həmin çomaqla onu döydüyünü bildirmişdir. 27 oktyabr 2023-cü il tarixdə mağazaya siqaret almaq üçün getmiş, həmin vaxt Şahid3lə, Şahid1 da orada olmuş, xeyli müddət onlarla söhbət etmiş, daha sonra onlar getmişdirlər. Asif çörək almaq üçün geri qayıtmış, ardınca da Samir qaça-qaça gəlib Mirvarinin onu çağırdığını bildirmişdir. O, Ramazanın evə içkili getdiyini gördüyü üçün yenə dava-dalaş olduğunu bilmiş, buna görə də getmək istəməmişdir. Ondan bir neçə gün əvvəl də Mirvari ona zəng edərək gəlib Ramazanı sakitləşdirməsini istəmişdir. Daha sonra isə dayana bilməyib Mirvarigilə getmiş, evlərinə getdiyi zaman Mirvari evin birinci mərtəbəsində mətbəxdə Ramazanı söymüş, Ramazan isə öz otağında olmuşdur. O, Ramazana yekə kişi olduğunu, oğlunun təzəlikcə öldüyünü, belə şeylər etməməsini bildirmiş və Ramazan da onu başa düşmüşdür. Həmin gün Mirvarigildən çıxaraq öz evinə getmiş, X72 də öz evlərinə getmişdirlər. 28 oktyabr 2023-cü il tarixdə işə getmiş, evə qayıtdıqdan sonra qaranlıq vaxtı siqaret almaq üçün mağazaya getmiş, söyüş səsləri eşitmiş, aydınlaşdırmaq üçün həmin yerə getmiş və Mavidlə Ramazanı görmüşdür. Bu zaman Ramazan onu dəfələrlə təhqir etmiş, o da, əsəbiləşərək Ramazanın qarın nahiyəsinə yumruq vurmuşdur. Bir neçə dəqiqə sonra yenə Ramazanla Mavid içməyə başlamışdırlar. Şahid13 dövlət ittihamçısının suallarına cavab olaraq Mirvarigilin evində çomaq gördüyünü, Mirvarinin Ramazanı çomaqla döyməsini görmədiyini bildirmişdir. O, Ramazanı mağazanın qarşısında dizi ilə bir dəfə qarın nahiyəsindən vurmuş, həmin vaxt onun üzündə, gözündə xəsarət olmamışdır. Ramazanın başqa nahiyəsinə vurmamışdır. Şahid13 müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, X26 döydüyü gün Mirvarigilin evinə X72 getmiş, o, həmin vaxt orada olmamış, Mirvari onu 27 oktyabr tarixində evlərinə çağırmışdır. Spirtli içkinin qoxusundan evə girmək olmamış, o da, Ramazanı pilləkənin aşağısında sakitləşdirib getmişdir. Mirvarigilə getdiyi gün Namiki orada görməmişdir. Şahid13 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X4, onun arvadı Təqsirləndirilən şəxs1, eləcə də Təqsirləndirilən şəxs2 Qusar rayonu Quxuroba kənd sakinləri kimi tanımışdır. Onlarla aralarında yaxşı münasibətləri olmuş, əvvəllər heç bir ədavət, düşmənçilikləri olmamışdır. X13 Mamaliyevlə uşaq yaşlarından aralarında dostluq münasibətləri olmuş, Elmir 2023-cü ilin oktyabr ayında vəfat etmişdir. Elmirlə arlarında dostluq münasibətləri olduğundan get-gəlləri olmuş, bu səbəbdən Ramazan Mamaliyevlə arvadı Mirvari Mamaliyevin münasibətlərini öz gözləri ilə görmüşdür. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevlə yola getməmiş, həmişə evlərində dava-dalaş olmuşdur. Ramazan Mamaliyev spirtli içki alüdəçisi olduğuna, son bir neçə ildir işləmədiyinə görə demək olar hər gün Təqsirləndirilən şəxs1 onunla dalaşmış, evlərində sakitçilik olmamışdır. Hətta vəziyyət o yerə çatmışdır ki, Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi çomaqla döymüş, bütün Quxuroba kəndinin camaatı bunu bilmiş, mərhum dostu Elmir də bu söhbətləri ona danışmışdır. Elmir Mamaliyevin ölümündən sonra yas mərasimi ilə əlaqədar odun doğrayıb onlara aparanda, yaşadıqları evin mətbəxində olan pəncərənin aşağısında qalın çomaq görmüş, həmin çomaq təxminən 1 metr 30 santimetr uzunluğunda, 5-6 sm, bəlkə də bundan da çox qalınlıqda olmuş, kimə dəysə beyni silkələnərdi. Təqsirləndirilən şəxs1 evin içərisində belə bir böyük çomağı nəyə görə saxladığını soruşanda, X51 onu əsəbiləşdirəndə həmin çomaqla onu vurub döydüyünü bildirmişdir. Ailə məsələləri olduğuna görə Təqsirləndirilən şəxs1 bununla əlaqədar heç bir söz deməmişdir. Elmir Mamaliyev vəfat edəndən sonra Təqsirləndirilən şəxs1 əsəbləri daha da pozulmuşdur. Ramazan Mamaliyevin belə bir vəziyyətdə də spirtli içki alüdəçiliyi Mirvarini daha da qıcıqlandırmış, Elmir öləndən sonra Mirvari əri Ramazanı elə bil düşmən kimi görmüşdür. Bir neçə dəfə X38 rayonu Quxuroba kəndində rastlaşanda arvadı Mirvarinin ona yemək vermədiyini, ac qoyduğunu bildirib şikayətlənmişdir. Ona yazığı gəldiyindən özü çörək, yemək alıb vermiş, bəzən yemək almasından ötrü cibinə pul qoymuşdur. 28 oktyabr 2023cü il tarixdə, saat təxminən 21 radələrində Qusar rayonu Quxuroba kəndində yerləşən "İmrəli” adlı mağazadan siqaret alıb evə getmək istəyəndə Quxuroba kənd sakinləri Şahid1 və Şahid3lə rastlaşmışdır. Şahid3 fındıq bağlarında fındıq yığdığına görə onunla tanışlığı olmuşdur. Onlarla bir qədər söhbətləşəndən sonra uşaqlar evlərinə getmişlər, təxminən 5 dəqiqə sonra isə Asif çörək almaq üçün geri qayıtmış, bir neçə dəqiqə sonra isə Şahid1 da həmin yerə qayıdıb Təqsirləndirilən şəxs1 onu çağırdığını bildirmişdir. Əvvəlcə onlara getmək istəməmiş, Ramazan Mamaliyevin sərxoş halda evə getdiyinə görə Təqsirləndirilən şəxs1 evdə dava-dalaş saldığını bilmişdir. Bu söhbətdən təxminən bir neçə gün əvvəl də Təqsirləndirilən şəxs1 ona zəng edərək evlərinə gəlib Ramazanı sakitləşdirməsini xahiş etmiş, lakin ailə məsələləri olduğundan, işə düşməkdən qorxduğuna görə, onların evlərinə getməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 bu dəfə də onu çağırdığına görə üzündən keçə bilməyib Şahid1 və Şahid3 gəlmələrini deyib birlikdə Ramazan Mamaliyevin yaşadığı evə getmişdir. Münaqişəli ailə olduğuna, Ramazan Mamaliyevin sərxoş olduğuna, Təqsirləndirilən şəxs1 da əsəblərinin yaramadığına, birdən pis bir hadisə baş verib işə düşəcəyindən narahat olduğuna görə yanında adam olmasından ötrü Şahid1 və Şahid3 özü ilə aparmışdır. Onların evinə çatanda Ramazan Mamaliyev evin ikinci mərtəbəsində olan otağında sərxoş vəziyyətdə yerində uzanmış, otağına girəndə spirtli içki iyi hər yeri bürümüşdür Təqsirləndirilən şəxs1 isə evin birinci mərtəbəsində olan mətbəx otağında qışqıra-qışqıra Ramazan Mamaliyevi söymüşdür. R.Mamaliyevin otağına qalxıb otağına girməyib eyvandan ona “yekə kişisən, ayıbdı oğlun təzə ölüb, arvadının səsi küçəyə gedir, belə eləmə” demiş, Ramazan Mamaliyev də “oldu oğlum” dedyib sakit şəkildə yerində uzanmağa davam etmişdir. Onun bu sözündən sonra Samir və Asiflə birlikdə evlərindən çıxıb yaşadığı evə qayıtmışdır. R.Mamaliyevin evində olduğu müddətdə X68, nə Təqsirləndirilən şəxs1, nə də başqa bir şəxslə aralarında heç bir narazılıq, dava-dalaş, münaqişə olmamış, evə qayından sonra da evlərində nə baş verdiyini bilməmişdir. Sonradan 28 oktyabr 2023-cü il tarixdə, gecə vaxtı Təqsirləndirilən şəxs1 R.Mamaliyevi çomaqla döydüyünü, həmin vaxt küçədən keçən həmkəndliləri Təqsirləndirilən şəxs2, Şahid1, Şahid3 onun səsini eşidib aranı sakitləşdirmək üçün evlərinə harayçılığa getdiklərini, orada da X39 Zərbəliyevin ölən atasını söydüyünə görə, Namikin də yumruq, təpik və şillə zərbələri ilə onu pis formada vurub döydüyünü eşitmişdir. X40 Mamaliyeva və Təqsirləndirilən şəxs2 ona yetirdikləri ağır xəsarətlərdən sonra pis olub 29 oktyabr 2023-cü il tarixdə gecə saatlarında özündən gedib “İmrəli” adlı mağazanın yanında küçədə qalmış, onu görən həmkəndliləri arvadı Mirvari və qızı Xumar Mamaliyevalara xəbər versələr də, onlar da R.Mamaliyeva sahib çıxmayıb küçədə qoymuşlar, 30 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında isə qardaşı X16 vəziyyətindən xəbər tutub onu koma vəziyyətində təcili yardım ilə xəstəxanaya aparmış, 07 noyabr 2023-cü il tarixdə isə xəstəxanada ölmüşdür. 28 oktyabr 2023-cü il tarixdə Ramazan Mamaliyevin evində olarkən aralarında heç sözlü mübahisə belə olmamışdır. Ramazan Mamaliyevi həmin vaxt vurmamış, onunla dava etməmiş, ümumiyyətlə onun otağına belə girməmişdir. Təqsirləndirilən şəxs1 mərhum oğlu Elmir Mamaliyevlə yaxın dost olduqlarına görə Təqsirləndirilən şəxs1 da onu yaxın, onları tanıyan, evlərində olan vəziyyətdən xəbərdar adam kimi, ərki çatıb əri ilə mübahisə etdiyi vaxt onu sakitləşdirməkdən ötrü evlərinə çağırmışdır. Bu hadisədən bir neçə gün əvvəl də Təqsirləndirilən şəxs1 zəng edib evlərinə çağırmış, lakin getməmişdir. Birinci dəfə idi 28 oktyabr 2023-cü il tarixdə Mirvari onu çağırdığına görə evinə getmiş, əvvəllər heç vaxt belə bir hadisə olmamışdır. Başqasının ailə məsələsinə qarışmağın yaxşı iş olmadığını, evlərində hər gün dava-dalaş olduğunu bildiyinə görə onlarla məsafə saxlamışdır. Ramazan Mamaliyevlə əvvəllər heç vaxt aralarında narazılıq, mübahisə, dava-dalaş olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, 29 oktyabr 2023-cü il tarixdə Ramazan Mamaliyevi sağlam görmüş, məhəllənin başındakı mağazada günorta 14 radələrində İlkin, Mavid və Ramazan gəldikdə, orada salamlaşmış və hal-əhval tutmuşdurlar. Onlar həmişə bir yerdə içki içən olduqları üçün onlara baş qoşmamışdır. O, hər gün işdə olmuş, 29 oktyabr bazar günü olmuş və həmin gün qardaşı ilə olmuşdur. Həmin gün axşam evə qayıdanda mağazanın qarşısında səs-küy olmuş, orada Mavidin və İlkinin səsi gəlmiş, Ramazanın səsi gəlməmişdir. O, hər gün mağazanın qarşısında dava-dalaş olduğu üçün çox vaxt ora getmədiyini, Ramazanı sağlam gördükdən sonra başına hansı hadisənin gəldiyini bilmədiyini qeyd etmişdir. Şahid X30 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Ramazan ilə onun arvadı arasında dava-dalaşlar olduğunu eşitmişdir. Kənddəki məclis 27 oktyabr 2023-cü il tarixdə olmuş, 28 oktyabr tarixində isə Namiklə bərabər olub evdə iş görmüşdürlər. Əvvəllər Mirvarinin ərini döydüyünü eşitmiş və bir dəfə də öz gözü ilə görmüşdür. O, 29 oktyabr 2023-cü il tarixdə, saat 14-15 radələrində Ramazan Mamaliyevi yaxşı vəziyyətdə görmüş, Namikin dava-dalaşda iştirak etməsindən məlumatı olmamışdır. Ramazangilin ailəsində həmişə mübahisə olmuş, Təqsirləndirilən şəxs1 əlində paya ilə gəzmiş və yaxın kəndlərdə yaşadıqları üçün bir-birilərini görmüşdürlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, Ramazan Mamaliyevin ölməsi barədə xəbər gəlmiş, onun kim tərəfindən öldürüldüyü və nə üçün öldürüldüyünü bilməmişdir. O, Ramazanın öldüyünü 3 gündən sonra bilmişdi. Hadisə 27 oktyabr 2023-cü il tarixdə baş vermiş, Namik həmin gün dostunun əsgərliyə getməsi ilə bağlı məclisdə olmuşdur. O, həmin məclisdə iştirak etmədiyini və Namikin həmin məclisdə olduğunu sonradan eşitdiyini bildirmişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X4nu həmkəndlisi kimi tanımışdır. X54 rayonu Quxuroba kəndində arvadı Təqsirləndirilən şəxs1, qızı Xumar Mamaliyev, Xumarın azyaşlı oğlu ilə birlikdə yaşamışdır. X68, nə də arvadı Mirvari və qızı Xumar Mamaliyevalar ilə heç bir qohumluq, yaxınlıq münasibətləri, eləcə də aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 da həmkəndlisi kimi tanımış, onunla aralarında heç bir yaxınlıq, qohumluq münasibətləri, narazılıq, dava-dalaş olmamışdır. R.Mamaliyev mütəmadi spirtli içki alüdəçisi olmuş, heç bir yerdə işləməmişdir. Ramazan və Təqsirləndirilən şəxs1ların qızları Xumardan başqa Elmir və Elnur adlı 2 oğlan övladları olmuş, Elnur 2022-ci ilin yay aylarında, Elmir isə 2023-cü ilin oktyabr ayında xəstəlikdən vəfat etmişlər. Bütün bu hadisələrdən sonra Təqsirləndirilən şəxs1 əri Ramazanla münasibətləri çox pisləşmişdir. Onlar ümumiyyətlə əvvəllər də yola getməmişlər, həmişə evlərində dava-dalaş olmuş, lakin oğulları öləndən sonra münasibətləri daha da pisləşmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi döymüş, hətta onu vurmaq üçün evdə çomaq da saxlamışdır. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi vurması, onu çomaqla döyməsi barədə bütün kənd camaatı bilib danışmışlar. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevi döydüyünə görə bir neçə dəfə evlərinə polis əməkdaşları getmiş, dəfələrlə aralarında olan dava-dalaşa görə polisə, məhkəmə orqanlarına düşmüşlər. 29 oktyabr 2023-cü il tarixdə, saat təxminən 23 radələrində nənəsi Səleyin evindən qayıdarkən yolda həmkəndlisi Şahid5 ilə rastlaşmışdır. Şahid5 hara getdiyini soruşanda siqaret çəkmək üçün yola çıxdığını bildirmiş, özü də evə getdiyini demişdir. Evə gedərkən Nadir də ailə üzvlərinin siqaret çəkməsini görmələrindən ehtiyat etdiyinə görə, evlərindən uzalaşmaq üçün söhbət edə-edə yanınca gəlmişdir. Qusar rayonu Quxur-oba kəndində yerləşən “imrəli” adlı mağazanın yaxınlığından keçərkən xırıltı səsi eşidib, səs gələn tərəfə gedəndə həmkəndliləri X7 mağazanın yaxınlığında yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Ramazana yaxınlaşıb çağırsalar da, cavab verməmiş, R.Mamaliyev nəfəs almamış, lakin ağzından köpük gəlmiş, heç nə danışmamış, onlara cavab verməmiş, huşunu itirmiş halda, torpağın üstündə ağzıyuxarı vəziyyətdə qalmışdır. Şahid5lə birlikdə onun üzünə işıq salıb baxanda sol qulağında, burnunda göyərtilər, sağ yanağında da sıyrıqlar olduğunu görmüşlər. Ramazan Mamaliyevin həmin nahiyələrindən qan gəlməmiş, həmin yaraları uzun müddət əvvəl aldığı hiss olunmuşdur. Ətrafda heç kəs olmadığına görə Nadirlə birlikdə Ramazanın yaşadığı evə gedib arvadı Təqsirləndirilən şəxs1 çağırıb ona bu barədə məlumat vermişlər. Həmin vaxt onun qızı Xumar Mamaliyeva da evdə olmuş, birlikdə Ramazan Mamaliyevin yanına gəlmişlər. Təqsirləndirilən şəxs1 əri Ramazanın vəziyyətini görəndən sonra əlləri ilə başını tutub “vay” demiş, nədənsə möhkəm qorxduğu hiss olunmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə ərini döymüş, lakin bu dəfə möhkəm şəkildə qorxduğu hiss olunmuşdur. Təqsirləndirilən şəxs1 Ramazana sahib çıxması üçün onun qardaşı, yaşadıqları kənddə Nüsrət deyə müraciət etdikləri Qəhrəman Mamaliyevi çağıracağını demişdir. Həmin vaxt Mirvari və qızı X41 hansı şəraitdə, kim tərəfindən, necə döyülməsi barədə heç nə deməmişlər, ama onun bu vəziyyətindən də təccüblənməyib, elə bil əvvəlcədən Ramazan Mamaliyevin döyüldüyünü bilmişlər. Onlar R.Mamaliyevin qardaşı Qəhrəmanı çağırmaq adı ilə çıxıb getdikdən təxminən 30 dəqiqə sonra yenidən geri qayıtmışlar. Onlar gələnə qədər Şahid5lə birlikdə R.Mamaliyevin yanında gözləmişlər. Mirvari və Xumar Mamaliyevalar geri qayıdıb Ramazanın qardaşı Qəhrəmanın gəlmədiyini demişlər. Təqsirləndirilən şəxs1 Ramazanın bu vəziyyətə düşməsinin onun üstündə qalacağını, bu məsələyə görə başı ağrıyacağını, bu səbəbdən qohumları gələnə qədər özünün ona kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Ramazan Mamaliyevin üzərində əl- barmaq izlərinin qalmasından ehtiyat etdiyinə görə ona toxunmağa qorxduğunu demiş, onun ərinin üstündə əl izlərinin qalmasından nəyə görə qorxduğundan çox təccüblənmişdir. Hər şey üzə çıxandan sonra Ramazan Mamaliyevi elə Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə döydüyünə görə ona toxunmaqdan qorxduğunu başa düşmüşdür. Mirvari və qızı X27 Mamaliyevin yanında olduqlarına görə, daha orada dayanmayıb Nadirlə birlikdə öz evlərinə qayıtmışlar. Ramazanın Mamaliyevin yanında olduqları müddətdə R.Mamaliyev danışa bilmədiyindən onun özündən kimin vurduğunu öyrənə bilməmişlər. Növbəti gün həmkəndlilərindən Ramazan Mamaliyevin bütün gecə küçədə huşsuz vəziyyətdə qaldığını, səhər qardaşı Qəhrəman Mamaliyevin gəlib onu “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə apardığını öyrənmişdir. Sonradan məlum olmuşdur ki, 28 oktyabr 2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində həmkəndliləri Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs2lə birlikdə Ramazangilin evlərinin qarşısından keçərkən Mirvarinin qışqıraraq onu söydüyünü eşitmişlər, içəri girib Mirvarinin Ramazanı çomaqla dəfələrlə başından, ayaqlarından vurub döydüyünü görmüşlər, Namik onları ayıranda Ramazan söyüş söydüyünə görə, Təqsirləndirilən şəxs2 Ramazan Mamaliyevi sillə, yumruq zərbələri ilə dəfələrlə vurub ona ağır xəsarətlər yetirmişdir. Ramazan Mamaliyev də həmin vaxt aldığı xəsarətlərdən komaya düşüb 29 oktyabr 2023-cü il tarixdə küçədə qalmış, 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixə keçən gecə saatlarında “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-də ölmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Ramazan Mamaliyevi döyüb ona ağır xəsarətlər yetirdiyi gün, yəni 28 oktyabr 2023-cü il tarixdə həmkəndliləri Pərviz Şəkixanovun hərbi xidmətə yola düşməsi ilə əlaqədar həyətlərində keçirilən qonaqlıqda onunla birlikdə iştirak etmiş, təxminən saat 18 radələrindən etibarən həmin qonaqlıqda olmuşlar. Özü saat 21 radələrində qonaqlıqdan çıxıb nənəsinin evinə getmişdir. Pərvizgildən gedərkən Təqsirləndirilən şəxs2 hələ də qonaqlıqda olmuş, öz yaşıdları ilə birlikdə spirtli içki içib sərxoş olmuş, yəqin Ramazanı da sərxoş olduğuna görə özünü idarə edə bilməyib döymüşdür. Ramazan Mamaliyevin qanayan nahiyəsi olmamış, lakin onun sol qulağında, burnunda göyərən nahiyələr, sağ yanağında isə sıyrıqlar olmuşdur. 29 oktyabr 2023-cü il tarixdə, saat təxminən 23 radələrində Şahid5lə birlikdə Ramazan Mamaliyevi gördükləri vaxt onun yanında, ətrafda, küçədə heç kəs olmamışdır. Ramazan Mamaliyevi təsadüfən olduğu yerdən küçə ilə gedərkən rast gəlib görmüşlər, buna qədər R.Mamaliyevin orada olmasından xəbərləri olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs1 heç vaxt onu, eləcə də başqa bir tanışını R.Mamaliyev ilə mübahisə edərkən onu sakitləşdirmək üçün evlərinə çağırmamış, bu məqsədlə əvvəllər onların evlərinə getməmişdir. Ramazan Mamaliyevin baş vermiş məlum son hadisəyə qədər əvvəllər ancaq arvadı Təqsirləndirilən şəxs1 tərəfindən döyülməsini eşitmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, X18 “naməlum travma kamatoz vəziyyəti” diaqnozu ilə Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi barədə Qusar RPŞ-ə məlumat daxil olmuş, 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixə keçən gecə, saat təxminən 00:35 radələrində həmin xəstəxanada baş-beyinə qansızma nəticəsində ölmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, iş üzrə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında keçirilən üzləşdirmə zamanı sonuncuların üzlərinə deyərək bir daha tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında keçirilən üzləşdirmə zamanı sonuncuların üzlərinə deyərək bir daha tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Qusar rayonu Quxuroba kəndində yerləşən, X2 yaşadığı fərdi yaşayış evidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokollar və həmin protokollara əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da öz ifadələrində bildirdikləri xüsusatları əyani şəkildə yerində göstərməklə də təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, şahid qismində dindirilmiş X32 tərəfindən təqdim edilmiş diskdə olan 08 saniyə davam edən video görüntüdə X18 evin içərisində, pərdə asılmış divarın qarşısında döşəmədə uzanmışdır, üzərində qırmızı rəngli yorğan vardır, Ramazan Mamaliyevin üzünün sol yanaq nahiyəsi qanamışdır, o, əlini həmin qana bulayaraq arxasındakı divara sürtür, R.Mamaliyevin yanında isə qadın paltarında bir nəfər şəxs əlində çomaqla hərəkət edir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan video görüntüyə, həm də hadisənin baş verdiyi evə Təqsirləndirilən şəxs1 və Xumar Mamaliyevanın iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 diskdə əks olunan hadisənin 2021-ci ilin noyabr ayının sonlarında baş verdiyini, həmin vaxt Ramazan Mamaliyev yenidən sərxoş halda evə gələrək mərhum oğlu Elmir Mamaliyevi döydüyündən o da əsəbləşərək çubuqla onun üz nahiyəsinə vurmuş, onun üz nahiyəsindn qan gəlmişdir. Daha sonra evdə təmizlik və təmir işləri aparıldığından həmin qan izləri divardan silinərək getmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-ci il tarixli, 559 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - QKBT, baş beyinə qansızma, kraniektomiya əməliyyatından sonraki vəziyyət, alnın sağ və sol tərəfinin, burun kökü nahiyəsinin, sağ yanağın, sağ əlinin 3,4 və 5-ci barmaqlarının arxa səthinin,hər iki baldırın sıyrılmış yaraları, sol qulaq seyvanın yuxarı hissəsinin səthi əzilmiş yarası, sol gözün iç küncünün, sol qulaq seyvanın, başın sol ənsə nahiyəsinin və sol bazının yuxarı 1/3-nin yan səthinin qançırları küt və bərk küt əşyanın (əşyaların) təsirindən, yəni müayinədən təxminən 2-3 gün əvvəl yetirilmiş çoxsaylı zərbələr nəticəsində əmlə gələ bilərdi. X7 qarın və sinə nahiyəsində hər-hansı bir xəsarət vəya onun izi aşkar edilmədi. Qeyd olunan xəsarətlərdən QKBT, baş beyinə qansızma, kraniektomiya əməliyyatindan sonraki vəziyyət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07.11 2023-ci il tarixli, 45 nömrəli rəyindən görünür ki, X2 meyitində aşağıdaki xəsarətlər aşkar olunmuşdur: 1. Xarici müayinədə alnın sol tərəfində və sol qaşın üstündə, alnın sağ tərəfində, burnun kökü nahiyəsində, sağ yanağında, sağ əlinin 3,4 və 5-ci barmaqlarının arxa səthində, sağ baldırın orta 1/3-nin ön səthində, sol baldırın orta 1/3-nin ön səthində sıyrılmiş yaralar; sol qulaq seyvanın yuxarı hissəsində xətti səthi əzilmiş yara; sol gözün iç küncündə, sol qulaq seyvanın önündə və qulağın arxasından başın sol ənsə nahiyəsinə keçən nahiyədə qançırlar; 2. Daxili müayinədə - başın yumşaq qişasının altında qansızmalar; sərt beyin qişasının üstündə (epidural) hematoma, baş-beyin maddəsinə qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye, baş beyinin kəskin ödemi; kraniektomiya əməliyatından sonrakı vəziyyət (sağ təpə-gicgah nahiyəsinin sümük defekti) müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər və bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən tarixlərdə və şəraitdə, yəni sillə, yumruq, təpik zərbələri ilə və çomaqla vurulma nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə baş beyinəqansızma yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər qeyd olunan xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət növlərinə malikdir. X7 qarın və sinə nahiyəsində xarici və daxili müayinəsində hər- hansı bir xəsarət və ya onun izi aşkar edilmədi. X7 meyitinin bədəni üzərində olan xəsarətlər kənar şəxs tərəfindən fiziki zor işlədilməsi nəticəsində yetirilməyə xarakterikdir. X11 xəsarətlər yetirilərkən onun ayaqüstü, oturaq, uzanıqlı və s. vəziyyətdə ola bilərdi. X18 ona üzərində olan xəsarətlər yetirildikdən sonra uzun müddət sağ qala bilərdi. X2 ölümü məhkəmə-tibbi ekspertiza aparılan andan 10-12 saat əvvəl baş verib. X7 ölümünə səbəb baş-beyinə qansızma olmuşdur və bir başa baş vermiş hadisə ilə səbəbli əlaqəsi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T71/2024 nömrəli rəyindən görünür ki, X2 meyitinin müayinəsi zamanı alın nahiyəsində solda, sol qaş üstündə, alın nahiyəsində sağda, burun kökündə, sağ yanaq, sağ əlin 3-5 barmaqlarının arxa səthində, sağ və sol baldırda sıyrılmış - əzilmiş yaralar, sol qulaq seyvanında əzilmiş yara, sol gözün iç bucağında, sol qulaq seyvanının ön və arxasında ənsəyə keçən qançırlar, başın yumşaq qişası altma, sərt qişa üzərinə qansızma, baş beyin maddəsinə qansızmalar, beyin mədəciklərinə qansızma və bununla əlaqədar sağ təpə-gicgah nahiyəsində aparılmış cərrahi əməliyyatdan sonrakı sümük defekti aşkar edilmişdir Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əl, ayaq, yumruq və çomaqla yetirilən çoxsaylı zərbələr nəticəsində yarana bilərdilər və ölümə səbəb olan sifətin çoxsaylı qançırları, əzilmiş-sıyrılmış yaraları, ağır kəllə-beyin travması, baş beyin qişaları, maddəsi və mədəciklərə qansızma canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, sağ əlin arxa səthi, sağ və sol baldırın sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların ardıcıllığı və istiqaməti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Mərhum R.M.Mamaliyevin meyitinin müayinəsi zamanı sağ çiyin, qarın və döş qəfəsində hər-hansı xəsarət olması qeyd edilməmişdir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən deyil, kənar şəxslər tərəfindən çoxsaylı zərbələr yetirilməsi zamanı yaranmasına uyğun gəlir. Mərhum R.Mamaliyevin ölümünə səbəb ağır kəllə-beyin travması nəticəsində beyin qişaları, maddəsi və mədəciklərə qansımza olmuşdur. Ölüm 07.11,2023-cü il tarixdə “Qusar RMX” PHŞ-də baş vermişdir. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Xəsarətlərin xarakteri ölümün müəyyən müddət keçdikdən sonra baş verməsinə uyğun gəlir. Xəsarətlər yetirilərkən həmlə edənlərlə zərərçəkmiş müxtəlif duruş vəziyyətində ola bilərdi. Xəsarətlər yetirildikdən sonra zərərçəkmiş müəyyən müddət məqsədyönlü hərəkətlər etmək və yaşamaq iqtidarında ola bilərdi. Bu müddət bir neçə saatdan bir neçə günə qədər davam edə bilərdi. Xəsarətlərdən hansının vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən, hansıların isə Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsindən sonra ölümün baş verməsini xəsarətlər ümumilikdə ağır kəllə-beyin travmasını yaratdığından onları ayırmaq mümkün deyildir. Mərhum R.M.Mamaliyevin aldığı xəsarətlər nəticəsində yaranmış komatoz vəziyyət müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Bu orqanizmin fərdi xüsusiyyətindən başlayaraq müxtəlif şəxslərdə müxtəlif müddətə, zədələnən damarın və beyin toxumasının miqdarından asılıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 6/6082 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X11 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən tapılmış tünd qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 Şıxkərim qızına məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkəh patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 əqliintellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Çılğınlıq, təhqirə qarşı həssaslıq, mübahisəyə meyillilik kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 11 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və va psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 əqliintellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. İnadkarlıq, emosionallıq, ünsiyyətçillik, özünə qarşı hörmət tələb etmək kimi fədi-psixi xüsusiyyətlərə malikdir Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 754/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş taxta material hissəsi, tozvari maddə hissəcikləri, divar qaşıntısı, göy rəngli divar suvağına bənzər kiçik nazik lövhəciklər, taxta yonqarına bənzər kiçik nazik hissəciklər üzərindəki ləkələrdə və üzərində “ümumi otağın giriş qapısı 140 sm hündürlükdə №3” yazısı qeyd olunan 01 ədəd pambığa hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri X4na məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 19.01,2024-cü il tarixli, 566- MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş plastmas stulun hissələrinin tam sınması aşkar edildi. Bu zədələr küt təsir nəticəsində törənmişlər, müxtəlif şəraitlərdə əmələ gələ bilər, o cümlədən qərarda göstərilən şəraitdə törənməsinin mümkünlüyü inkar edilmir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən istintaq zamanı götürülmüş, hadisə zamanı X2 əynində olmuş belinin sağ arxa tərəfində və sağ cibinin üzərində "BİLLİONAİRE” yazılmış dəmir etiketi olan, sağ-sol yan və arxa ciblərinin, sol dizinin üzərində söküklər olan göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş yaxası zəncirbəndli, sağ və sol ciblərinin üzərində, eləcə də yaxasında muncuqla düzülmüş naxışlar olan tünd qırmızı rəngli uzunqol xalat, sınmış 4 hissəsi olan 01 ədəd ağ rəngli plastmas stul onların yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş taxta material hissəsi, tozvari maddə hissəcikləri, divar qaşıntısı, göy rəngli divar suvağına bənzər kiçik nazik lövhəciklər, taxta yonqarına bənzər kiçik nazik hissəciklər, ümumi otağın giriş qapısının sol yan çərçivəsində 140 sm hündürlükdə qanabənzər ləkələrdən götürülmüş nümunə sübut kimi tanınmış və Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayon icra hakimiyyəti başçısının Qusar rayonu Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-63-13/2-08 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş arayış, məlumat və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 Qusar rayonu Quxuroba kənd qeydiyyatında olmaqla həmin kənddə yaşamış, Quxuroba kəndində yaşadığı müddət ərzində onun barəsində Qusar rayonu Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi formada heç bir şikayət daxil olmamış, Təqsirləndirilən şəxs1 tərəfindən isə ailə münaqişəsi zəmində yaranmış mübahisələr barədə şifahi formada nümayəndəliyə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayon icra hakimiyyəti başçısının Qusar rayonu Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-63-13/2-08 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş arayış, məlumat və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 Qusar rayonu Quxuroba kəndində yaşadığı müddət ərzində onun barəsində Qusar rayonu Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi formada heç bir şikayət daxil olmamışdır. Bundan əlavə olaraq, Qusar rayonu Quxuroba kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 2012-2021-ci illər ərzində Qusar rayonu Quxuroba kənd tam orta məktəbində təhsil almışdır. Təhsil aldığı müddətdə dərsə davamiyyəti, bilik səviyyəsi aşağı olmuşdur. Öz üzərində çalışmamış, məktəbi kafi qiymətlərlə bitirmişdir. İdmana meyilli olmuş, fiziki hazırlıq məşğələlərində həvəslə iştirak etmiş, psixoloji cəhətdən sağlam olmuşdur. Məktəbin ictimai-mədəni tədbirlərində zəif iştirak etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayon icra hakimiyyəti başçısının Qusar rayonu Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-63-13/2-08 nömrəli, 29.01 2024-cü il tarixli məktubuna əlavə edilmiş arayış, məlumat və xasiyyətnamədən məlum olur ki, Qusar rayonu Quxuroba kəndində yaşadığı müddət ərzində X7 ailəsində dəfələrlə ailə zəmində münaqişələr olmuş, həyat yoldaşı Təqsirləndirilən şəxs1 tərəfindən Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi formada müraciət olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 12 oktyabr 2023-cü il tarixdə qida borusunun bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdirlər. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Ramazan Mamaliyevi heç vaxt çubuqla vurmaması, həmin çubuqla özünü qoruması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ittiham aktında sadalanan xəsarətlərin onun tərəfindən yetirilməməsi, Ramazan Mamaliyevə cəmi bir dəfə sillə vurması, həmin sillədən sonra onun yıxılması, ona başqa xəsarət yetirməməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin iş üzrə ifadə vermiş şahidlər Şahid1 və Şahid3 ilkin ifadələri əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxslərin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qusar rayonu Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-93/2-1882/2024 nömrəli məktubundan görünür ki, Qusar rayonu Quxuroba kəndində yaşamış Təqsirləndirilən şəxs1 və X18 xx.xx.2017-ci il tarixdən polis sahə rəisinin raportu əsasında münaqişəli ailə kimi qeydiyyata alınmışlar, lakin xx.xx.2023-cü il tarixdə X7 vəfat etməsi səbəbindən həmin ailə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, X18 arvadı Təqsirləndirilən şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, bundan əlavə olaraq, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X61 tərəfindən döyülməsi ilə bağlı müxtəlif zamanlarda Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş və X18 Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə təqsirli bilinərək dəfələrlə inzibati həbs edilmişdir. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi X5 31 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi X5 23 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il təvəllüdlü olmaqla hadisə zamanı, yəni xx.xx.2023cü il tarixdə yetkinlik yaşına çatmayan şəxs olmuş, hazırda isə 18 yaşı tamam olmuşdur. Təqsirləndirilən şəxs1 cinayəti ağır həyat şəraiti nəticəsində törətməsi Azərbaycan Respublikası CM-nin 59.1.5-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs2 hadisə zamanı yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsi həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən 18 yaşına çatmamış “sağlamlıq imkanları məhdud uşaq” olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 60-cı və 85.5-ci maddələrini rəhbər tutmaqla Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza 07 il 06 ay müddətindən çox ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı da xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı da xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002ci il tarixlə 2 saylı qərarının 12-ci bəndinə əsasən ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri AR CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə zamanı X2 əynində olmuş belinin sağ arxa tərəfində və sağ cibinin üzərində "BİLLİONAİRE” yazılmış dəmir etiketi olan, sağ-sol yan və arxa ciblərinin, sol dizinin üzərində söküklər olan göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş yaxası zəncirbəndli, sağ və sol ciblərinin üzərində, eləcə də yaxasında muncuqla düzülmüş naxışlar olan tünd qırmızı rəngli uzunqol xalat, sınmış 4 hissəsi olan 01 ədəd ağ rəngli plastmas stul onların yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, hadisə yerindən götürülmüş taxta material hissəsi, tozvari maddə hissəcikləri, divar qaşıntısı, göy rəngli divar suvağına bənzər kiçik nazik lövhəciklər, taxta yonqarına bənzər kiçik nazik hissəciklər, ümumi otağın giriş qapısının sol yan çərçivəsində 140 sm hündürlükdə qanabənzər ləkələrdən götürülmüş nümunə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinsin və 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkilməsinin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinsin və 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkilməsinin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, istintaq zamanı götürülmüş, hadisə zamanı X2 əynində olmuş belinin sağ arxa tərəfində və sağ cibinin üzərində "BİLLİONAİRE” yazılmış dəmir etiketi olan, sağ-sol yan və arxa ciblərinin, sol dizinin üzərində söküklər olan göy rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş yaxası zəncirbəndli, sağ və sol ciblərinin üzərində, eləcə də yaxasında muncuqla düzülmüş naxışlar olan tünd qırmızı rəngli uzunqol xalat, sınmış 4 hissəsi olan 01 ədəd ağ rəngli plastmas stul onların yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş taxta material hissəsi, tozvari maddə hissəcikləri, divar qaşıntısı, göy rəngli divar suvağına bənzər kiçik nazik lövhəciklər, taxta yonqarına bənzər kiçik nazik hissəciklər, ümumi otağın giriş qapısının sol yan çərçivəsində 140 sm hündürlükdə qanabənzər ləkələrdən götürülmüş nümunə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 77 (yetmiş yeddi) manat və Təqsirləndirilən şəxs2 77 (yetmiş yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar