Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-360/2025 19.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Nizami oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Şimal Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 1(012)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(105)- 718/2025 saylı qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Mingəçevir şəhəri, Bahar küçəsi ev 72də qeydiyyatda olmaqla Abşeron rayon, Xırdalan şəhəri, Gənclər şəhərciyində kirayədə yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından qanunsuz olaraq külli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,865 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb əldə edərək üzərində saxlamış və daşımış, xx.xx.2025-ci il tarixdə saat 22:28 radələrində Abşeron rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində “Cahan” mərasim evinin yaxınlığında saxlanılmışdır. Həmin yerdə və həmin tarixdə videoçəkilişlə saat 22:28- dən 22:34-dək üzəri yoxlanılan zaman onun üzərində olan şalvarın sağ yan cibindən 01 bükümdə çəkisi 2,865 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 22 fevral 2025-ci il tarixində, saat təxminən 19:00-20:00 radələrində hava küləkli olan zaman adı Aysu kimi qeyd olunan amma əsl adı Ayşə olan şəxs ona zəng etmişdir. Həmin şəxslə o, mütəmadi telefon əlaqəsində olmuşlar. Xırdalan şəhərinə gedən zaman ona zəng etmişdir. O, Abşeron Gənclər Şəhərciyində yaşamışdır. Ona yolüstü “məni də götür” demişdir. Xırdalan şəhərinə gedəcəyini demişdir. Həmin gün Ayşə toydan adam gətirmişdir. Qısaca hansısa toya tələsirmiş. Səmayə restoranın yaxınlığında onu düşürmüşdür. Ayşə bir nəfərə zəng etmişdir. İbtidai istintaq zamanı o həmin şəxsin adını qeyd etmişdir. Həmin şəxsin adı isə ittiham aktında göstərilməmişdir. Cavid adında bir şəxs olmuşdur. Ayşə həmin şəxsə zəng edərək “gəl avtomobili sür gedək” demişdir. Həmin vaxtı yollar buzlu olduğuna görə avtomobili idarə edə bilməmişdir. Həmin şəxs onları həmin yerdə gözləmişdir. O, avtomobildən düşən kimi onu saxlamışlar. Dörd nəfər əməliyyatçı onu saxlamışdır. Üzərinə baxış keçirmişlər. Cibində onun 57 manat pul olmuşdur. Onu və Cavid adlı şəxsi də eyni avtomobilə mindirmişlər. Ayşə xanımı da öz avtomobilləri ilə polis idarəsinə gətirmişlər. Ayşə xanımı onlardan əvvəl aparmışlar. O, idarəyə çatanda Ayşə xanımı orada görmüşdür. Deyəsən, onu şillə ilə vurmuşlar. Üzünü əli ilə bağlamışdır. O, polis əməkdaşlarına “Cavidin və Ayşənin heç bir günahı olmamışdır, onları nəyə görə gətirmisiz” demişdir. Polis əməkdaşları ona “onları da sənə iştirakçı kimi qoşacağıq” demişlər. Yarım saat və ya bir saat yaxın orada olmuşlar. Öz aralarında məsləhət etmişlər. Ona “səninlə bu formada razılaşarıq ki, bir balaca sənə büküm verəcəyik və cibinə qoy” demişlər. Ona “ 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəksən” demişlər. O halda digər iki şəxsi buraxacaqlarını bildirmişlər. O da onlarla razılaşmış və “təki onları buraxın getsin” demişdir. Həqiqətən də onların bir günahı olmamışdır. O, Ayşəni çoxdan tanımış və hətta onların evini o təmir etmişdir. O, usta olaraq işləmişdir. Daha sonra onu Cahan Mərasim evinin yanına iki nəfər aparmışdır. Onunla çəkiliş etmişlər. Cibinə büküm qoymuşlar. Həmin bükümün çəkisinin nə qədər olduğunu bilməmişdir. Onun, həqiqətən də, anlayışı yoxdur. İki nəfərlə Cahan Mərasim evinin yanında düşmüşlər. Birinin adı Məhəmməd olmalı olmuşdur. Digər şəxsin adı yadında deyildir. İkisi də əməliyyatçı olmuşdur. Biri arxada dayanaraq telefonun işığını yandıraraq çəkiliş etmişdir. Həmin çəkiliş zamanı orada vəkil olmamışdır. Onlar İdarəyə gələndən sonra Ayşə ilə Cavidi buraxmışlar. Təhqiqatçı qeydiyyat aparanda narkotikin çəkisini bilmişdir. Üç qrama yaxın metamfetamin olduğunu görmüşdür. O, həmin miqdarla razı olmadığını demişdir. Əməliyatçı ona “axı biz belə razılaşmadıq” demişdir. Ona 234.1ci maddəsi demişlər. O bu formada razılaşdığını demişdir. Külli miqdarda razılaşmamışlar. Onun bu sözünə “sən Cahan Mərasim evində tutulmusan” demişlər. Bu formada olmuşdur. Yekunda çıxılmaz vəziyyətdə qalmışdır. Ayşə adlı şəxsi o, uzun müddət əvvəldən tanımışdır. O, Ayşə adlı şəxsi Aysu kimi tanımışdır. O, Aysu ilə konuma getməmişdir. Aysu şəhərdən gələndə ona zəng etmişdir. İki gündən bir onunla telefonda danışmışdır. Ailəvi olaraq tanıdığı şəxsdir. Onunla telefonda danışanda hansı tərəfdə olduğunu soruşmuşdur. Ona “Xırdalan şəhərinə gəlirəm” demişdir. O da Xırdalan şəhərinə getdiyini demişdir. “Yolüstü məni də götür” demişdir. Ona “mən da evə dəyərək, Şadlıq Sarayına gedəcəm” demişdir. Kimisə götürmək üçün gedəcəyini bildirmişdir. O, avtomobildən düşəndən sonra onu saxlamışlar. Polislə onun ədavəti olmamışdır. Onu idarəyə aparmışlar. Ona “guya sən İran vətəndaşı ilə danışmısan və yüz qrama yaxın marixuana qoymusan” demişlər. Guya o marixuana arxasınca getmişdir. O, marixuana arxasınca getmişdirsə, niyə onun üzərindən metamfetamin aşkar etmişlər. Əvvəllər onun polislə ədavəti olmamışdır. 2022-ci ildə məhkum olunmuşdur. Məhkumluqdan çıxandan sonra bir müddət marixuanadan istifadə etmişdir. Üç qrama yaxın olduğunu çəkilişdən sonra bilmişdir. Çəkiliş zamanı o öz etirazını bildirməmişdir. Çəkiliş zamanı çəkisini bilməmişdir. O, İdarədə öz etirazını bildirəndə vəkil olmuşdur. Həmin iki nəfər şəxsi buraxdıqları üçün onu onlara görə saxlamadıqlarını düşünmüşdür. Ona üzərinə bir büküm qoyacaqlarını və 234.1-ci maddəsi ilə qeydiyyat edəcəklərini demişlər. Hava qaranlıq olmuşdur. Telefon işığı ilə çəkiliş aparılmışdır. Tərəziyə qoyaraq miqdarını ölçməmişlər. Hava çox soyuq olmuşdur. Üzərini yoxlamışlar. Üzərində siqaret aşkar edilmişdir. İstintaq zamanı Aysu adlı şəxslə birgə gəldiyi hissə düzgündür. “Maqa” adlı şəxslə danışmağı məsələsi isə idarədə olmuşdur. Ona təzyiq edildiyinə görə şikayət etmişdir. O, Cavidlə Ayşəni polisdən çıxartmaq üçün məcbur olmuşdur. Ona görə İran vətəndaşı ilə danışdığını demişdir. O, ifadəyə imza çəkməmişdir. Bu ifadədən onun xəbəri yoxdur. 24 fevralda vermiş olduğu ifadə ilə bağlı onlarla razılaşmışdır. Cavid adlı şəxsin adını o əvvəldən demişdir. İran vətəndaşı ilə danışmağı məsələsini əməliyyatçıların qurması olmuşdur. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Aişə də narkotik vasitələrdən istifadə etmişdir. O şəxsin narkotik istifadə etməsini görməmiş və ona narkotik verməmişdir. Şahid1 onun saxlanılmağında iştirak etmişdir. Əvvəl dörd nəfər olmuşdur. Ona təzyiq göstərilməmişdir. Yanındakı qıza təzyiq göstərilmişdir. İdarədə təzyiq göstərilmişdir. Ona görə o qızı buraxsınlar deyə razılaşmışdır. Onu saat səkkiz radələrində saxlamışlar. Daha sonra Aysu ilə o əlaqə saxlayan zaman Aysu ona “əgər məhkəməyə getsən polis əməkdaşları mənim başıma oyun açacaqlar” demişdir. Bakı İstintaq Təcridxanasında olarkən o qızla danışmışdır. Onunla ifadə vermək məsələsində razılaşmışdır. Daha sonra təzyiq edildiyini, polis əməkdaşlarından qorxduğunu demişdir. Əvvəl o, 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Cəzanı çəkib qurtarmışdır. O, narkotik vasitələrdən istifadə edən şəxs olmuşdur. Satışla məşğul olmamışdır. Cəzanın sonu ilə içəridən çıxmışdır. Onun tutulduğu yerdə köşk vardır. Köşkün qarşısında kameralar olmuşdur. Ona çox miqdarla rəsmiləşdiriləcəyini deməmişlər. Qızla birlikdə mütəşəkkil dəstə kimi rəsmiləşdirəcəklərini demişlər. Onu gecə on bir radələrində saxlamamışlar. Saat səkkiz radələrində Aişə ilə onlar avtomobillə hərəkətdə olmuşlar. Qızın da avtomobilini bölməyə aparmışlar. Onu dörd nəfər saxlamışdır. Şahid2 saxlanılmağında iştirak etmişdir. Ona fiziki zor tətbiq edilməmişdir. Psixi zoru da o ifadə verən zaman demişdir. Qızla onu hədələmişlər. Qrupla ittiham ediləcəyini demişlər. Aysu adlı şəxslə sonuncu dəfə 3 ay əvvəl danışmışdır. Əməliyyatçılar ona təzyiq etmişlər və ona görə məhkəməyə gəlib ifadə vermək istəməmişdir. Ona görə də nömrəsini qırıb atmışdır. Bölmədən sonra onlar çəkiliş üçün Cahan Mərasim evinin yaxınlığına getmişlər. Üzərində mobil telefon olmuşdur. Qızın da telefonu açıq olmuşdur. Həmin gündən sonra qızın nömrəsi işləməmişdir. Qızın özü ilə daha sonra danışmışdır. Ona “gəl məhkəmədə şahid qismində ifadə ver” demişdir. Orada başqa bir oğlan da olmuşdur. Onlar orada üç nəfər olmuşlar. Qız onunla birgə polisə getməmişdir. Onun telefonunu daha sonra götürmüşlər. Qızla Cavid adlı şəxsin buraxılması üçün onlarla razılaşmışdır. Bu şəxs tərəfindən ona təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə əvvəlcədən tanıdığı X1 şəxs ona zəng edərək Ramilə adlı qadının marixuana verəcəyini, həmin marixuananı götürərək başqa yerə aparmasını əvəvzində ona narkotik vasitə verəcəyini demişdir. O, həmin şəxsin sözlərindən şübhələnsə də, etiraz etməmiş və razılaşmışdır. Həmin günü axşam saatlarında tanışı Aysu adlı qadın ona zəng edərək ondan borca pul istəmiş və Xırdalan şəhərinə gedəcəyini demişdir. O, Aysuna Xırdalan şəhərinə getməli olduğunu onu da aparmasını istəmişdir. Gənclər şəhərciyində Aysunun idarə etdiyi Kia markalı avtomobilə əyləşərək Xırdalan şəhərinə Səmayə şadlıq sarayının yaxınlığına İran Vətəndaşının ona atdığı konuma getmişdir. Avtomobildən düşüb konum olan yerə yaxınlaşdıqda arxadan polis əməkdaşları ona yaxınlaşaraq polis olduqlarını deyib onu saxlamışlar. Ona konum olan yerə qoyulmuş kilo ilə sənədləşdirəcəyini deyib qorxuzduqları üçün o, az miqdarda şəxsi istifadəsi üçün metamfetamini üzərində gəzdirdiyini etiraf edib çəkilişə razılıq verdiyini qeyd etmişdir. O saxlanılan zaman üzərində metamfetamin və başqa narkotik tərkibli maddə olmadığını, polislərin təzyiqinə görə yalandan onun olduğunu etiraf etməsini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxslə əvvəldən tanışlığı olmamışdır. Şəxslə bağlı məlumat ona daxil olmuşdur. Tarix onun dəqiq yadında qalmamışdır. Gecə saatlarında şəxsi saxlamışlar. Narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Heydər Əliyev prospektinin yaxınlığında yerləşən Cahan mərasim evinin qarşısında saxlamışlar. Videoçəkilişlə şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etmişlər. Çəkilişlə üzərinə baxış aparmışlar. Bir büküm metamfetamin şəxsin üzərindən aşkar edilmişdir. Daha sonra idarəyə aparmışlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxsi saxlayarkən kimsə ona təzyiq etməmişdir. Narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Şəxsə qarşı, ümumiyyətlə, təzyiq edilməmişdir. Şəxsin telefonunda narkotikin satışı ilə məşğul olması barədə smslər aşkar edilmişdir. O, müstəntiqdən eşitmişdir. İstintaqa verdyim ifadəni təsdiq etmişdir. Şəxsə qarşı təzyiq etməmişlər. Şəxs könüllü şəkildə təqdim etmişdir. Könüllü şəkildə onlarla gəlmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi saxladıqdan sonra tanımışdır. Onunla heç bir qohumuluğu və düşmənçiliyi yoxdur. Həmin şəxslə bağlı məlumat Şahid1 daxil olmuşdur. Həmin məlumat əsasında axşam saatlarında şəxsə yaxınlaşaraq saxlamışlar. Videoçəkilişlə özünüzü təqdim etmişlər. Şəxs könüllü olaraq üzərində olan narkotik vasitəni yəni metamfetamini təqdim etmişdir. Ondan sonra idarəyə gətirmişlər. Əməliyyat qrupuna ikisi daxil olmuşlar. Şəxsi saxlayarkən təzyiq edilməmişdir. Şəxsin üzərindən metamfetamin aşkar edilmişdir. Şəxsi istifadə məqsədi ilə üzərində gəzdiyini demişdir. Şəxs özü könüllü şəkildə narkotiki təqdim etmişdir. Şəxs yalan danışır. Onlar şəxsi saxladıqdan sonra idarəyə aparmışlar. Heydər Əliyev prospektində mərasim evinin yaxınlığında saxlamışlar. Təxminən saat gecə on bir radələrində saxlamışlar. Qar yağmışdır. Şəxsi tək saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini və üzləşdirmə zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi o əvvəldən tanımışdır. Tanıdığı bir xanım vasitəsi ilə tanımışdır. Ona “Xırdalan şəhərində At Heykəlinin yanında məni düşürə bilərsən mi” demişdir. O, özü də Xırdalan şəhərində yaşayır. Həmin hadisə günündən də əvvəl şəxsi bir neçə dəfə görmüşdür. Rəfiqəsigilə gedəndə orada görmüşdür. Onun hadisə günündən yaddaşında qalan həmin günü Abşeron Gənclər Şəhərciyinə getməsi olmuşdur. Ondan bir az əvvəl dediyi kimi At Heykəlinin qarşısında düşürməyini xahiş etmişdir. Həmin vaxtı o, Kristal Abşeron adlanan ərazidə kirayədə yaşamışdır. Həmin günü qar yağmışdır. Hava çox pis olmuşdur. Avtomobili o, yeni aldığı üçün yaxşı idarə edə bilməmişdir. Şəxsi dediyi yerdə düşürüb evə getmək istəmişdir. Şəxsi düşürəndən sonra nə olduğu və necə olduğu onun yadına gəlməmişdir. Daha sonra getmişdir. Kiminsə onu saxlamasını və aparmasını görməmişdir. O, özü narkotik vasitələrdən istifadə edən şəxs olmuşdur. Hal-hazırda mərkəzdə bununla bağlı müalicə alır. Reabilitasiya mərkəzindən gəlmişdir. Ay yarımdır oradadır. Öz istəyi ilə də narkotik bəlasından sağalmaq istəmişdir. Şəxsin narkotik vasitələrdən istifadə etməsini bilmişdir. Rəfiqəsigilə gedəndə şəxs ora narkotik gətirmiş və o da istifadə etmişdir. Şəxs özü narkotiki gətirmişdir. Şəxsin saxlanıldığı gün üzərində narkotik olub-olmamasını xatırlamamışdır. O, şəxsi dediyi yerdə düşürüb getmişdir. Saxlanılmasını görməmişdir. O, məhkəməyə hazırda düzgün ifadə vermişdir. Kimsə ona öyrətməmişdir. Ona narkotiki pay vermişdir. O, evə narkotik aparmamış, rəfiqəsi gildə istifadə etmiş və getmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 22:28-də Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi Cahan mərasim evinin yaxınlığında olduğu zaman Abşeron RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən saxlanılaraq təmiz çəkisi 2.865 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1978-ci ildə Tərtər rayonunda anadan olmuş, Mingəçevir şəhəri, Bahar küçəsi ev 72-də qeydiyyatda olmaqla Abşeron rayon, Xırdalan şəhəri, Gənclər şəhərciyində kirayədə yaşamış Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1978-ci ildə Tərtər rayonunda anadan olmuş, Mingəçevir şəhəri, Bahar küçəsi ev 72-də qeydiyyatda olmaqla Abşeron rayon, Xırdalan şəhəri, Gənclər şəhərciyində kirayədə yaşamış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:28-də Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi Cahan mərasim evinin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibində şəffaf sellofana bükülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, təqdim olunan 1(bir) ədəd ağ rəngli zərfə və 1( bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazılı zərfdən l(bir) bükümdə, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə (vasitələr) və psixotrop maddələrin aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-cü il tarixli 6/855 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş sellofan paketin içərisində olan təmiz çəkisi 2,865 qram maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-cü il tarixli, 2748 №-li eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2024-cü il tarixdə RNM-da (F15x2) Psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 392 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs müayinə zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.X22 mərasim evinin yaxınlığında Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb himin yerdə saat 22:28-dan 22:34-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2,865 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş Samsung Galaxay A6 marakalı mobil telefona baxış keçirilmiş, Mobil telefon işə salınaraq içərisində olan fayllara, daxil olan və çıxan SMS, zənglərə və Whatcap şəbəkəsinə baxıldıqda Whatcap ani mesajlaşma tətbiqində “Ebe”, “Habil, “Ruslan Nar”, “Samir İmişli” və “Nadir” kimi qeyd olunmuş şəxslər ilə narkotik vasitənin satışını təşkil etməsi, yazışmalarda narkotik vasitənin gizlədildiyi məkanların konumu və satışın təşkil etdiyi narkotik vasitənin fotoşəkili aşkar edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin, MMS-lərin siyahısı, ötürücü stansiyalara və abunəçilərə dair məlumatlarının köçürüldüyü bir ədəd qırmızı rəngli, üzərində ağ rəngli “nar” yazılmış CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş X7 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin, MMS-lərin siyahısı, ötürücü stansiyalara və abunəçilərə dair məlumatlarının köçürüldüyü bir ədəd ağ rəngli “nar” yazılmış DVD diskdə 3 ədəd fayl vardır. Həmin fayllarda mobil nömrəyə aid zənglərin detallaşması, mobil nömrəyə aid zənglərin məxsusluq məlumatları, əhatə dairəsi (dislokasiya yeri) və SMS-lərin mətnləri əks olunmuşdur. DVD diskdə olan fayllarda Təqsirləndirilən şəxs digər şəxslərlə narkotik vasitələrin alışı və ya satışına dair yazışmalar aşkar edilməmişdir. Ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2001-ci il təvəllüdlü X9, xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X12 adlı 04 (dörd) övladı vardır. Təqsirləndirilən şəxs yenidən ittiham elan olunarkən Cavid adlı şəxsin saxlanılarkən yanında olmasını, onunla birlikdə Abşeron RPİ-nə gətirilməsini bildirmiş, bununla bağlı Cavid adlı şəxsin şəxsiyyətini və yerini müəyyən edərək ifadəsinin alınması üçün əməliyyat tapşırığı verilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin materiallarında olan tapşırıqdan görünür ki, Əməliyyat tədbirləri zamanı ortaya çıxacaq iş üçün əhəmiyyətli olan adları yuxarıda qeyd edilmiş Ebe, Habil, Samil imişli və Ruslan Nar adlı şəxslərin kimliyini və yerlərinin müəyyən edilərək ifadələrinin alınması üçün Abşeron RPİ-nə gətirilmələrinin təmin edilməsi üçün göstəriş verilmişdir Cinayət işinin materiallarında olan tapşırıqdan görünür ki, cinayət işi üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etdiyini müəyyən etmək məqsədi ilə əməliyyat- axtarış tədbirləri keçirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası DİN- nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə 01 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və hazırda araşdırılan cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivini yaradır və CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Abşeron Rayon Məhkəməsinin 5(012)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi, (dislokasiya yeri) SMSlərin mətnləri, nömrə sahibləri və pnların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar və Abşeron rayonu ərazisində hansı anten əhatə dairəsində istifadə olunmasına dair məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-227/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(105)-718/2025 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən vermiş olduğu şikayətinə baxılaraq barəsindəki hökm dəyişdirilmədən saxlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında protokol”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci ildən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1978-ci ildə Tərtər rayonunda anadan olmuş, Mingəçevir şəhəri, Bahar küçəsi ev 72də qeydiyyatda olmaqla Abşeron rayon, Xırdalan şəhəri, Gənclər şəhərciyində kirayədə yaşamış Təqsirləndirilən şəxs psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq, onun üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə aşkar olunaraq götürülmüş, psixotrop maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış hərəkəti keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onun əvvəllər də narkotik vasitlərin istifadəsi ilə bağlı iki dəfə məhkum edilməsini, cinayət işinin materiallarında narkotiklərin satışına dair yazışmaların olmasını və Şahid3 bildirdiklərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitəni əldə edildiyi mənbəni, o cümlədən İran islam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərindən aşkar olunmuş psixotrop maddəni İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs həmin şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığının, sms yazışmaların, ümumiyyətlə həmin şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Həmçinin telefonundan narkotik vasitələrin dövriyyəsinə dəlalət edən smslər aşkar olunsa da, həmin yazışmaların aparıldığı şəxslər barədə də verilmiş əməliyyat tapşırığının heç bir nəticə vermədiyi cinayət işinin materiallarında olan cavab məktubundan müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsif edilməsinə əsas ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan 234.4.1ci maddə xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 1(012)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, təsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nın 66.5ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-227/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkib bitirdikdən sonra yenidən Abşeron Rayon Məhkəməsinin 1(012)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına daxildir. Buna görə də Təqsirləndirilən şəxs həbsdən azad olunduğu vaxtdan 2 il müddət keçmədiyinə və onun məhkumluğu götürülmədiyinə görə onun məhkumluğu ödənilməmiş hesab olunur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsa da məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası, onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 22 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 2,865 qram metamfetamin məhv edilməli, 01 ədəd Samsung markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı və 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzası CinayətMəcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunan qəti 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 2,865 qram metamfetamin məhv edilsin, 01 ədəd Samsung markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-360/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-360/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver