Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-361/2023 29.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və təqsirləndirilən şəxsin iştirakları ilə, 27 avqust 2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2a olmaqla faktiki yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs qardaşı Şahid1la 2 sentyabr 2022-ci il tarixdə aralarında baş vermiş sözlü mübahisəyə aydınlıq gətirmək üçün 3 sentyabr 2022ci il tarixdə, saat 21 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə görüşdükdə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sonuncunun onu sinəsindən itələyərək ayaqlarından tutub arxası üstə yerə yıxaraq üstünə uzanması səbəbindən özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı, qatlanan tipli, soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən 5(beş) dəfə qəsədən zərbə vuraraq sonuncunun sağ budunun 1(bir) ədəd yarası ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilməyən, sol saidin 1(bir) ədəd, sol baldırın 2(iki) ədəd yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid və döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərəıvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkərək ifadəsində özünü təqsirli bildiyini, istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, EK Özgün Erhan oğlunu təxminən 2-3 il bundan əvvəl Sumqayıt şəhər sakini kimi tanımış, onunla əvvəllər aramızda normal münasibətlər olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 03 sentyabr 2022-ci il tarixdə qardaşı Kənan ona Özgürün adını xatırlamadığı dostu ilə aralarında sözlü müabahisə olmuş, belə ki, Özügürün dostu qardaşı Kənana çiyin ataraq ünvanına nalayiq ifadə işlətmişdir. 03 sentyabr 2022-ci il tarixdə Özgür istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsinə xatırlamadığı mobil telefon nörməsindən zəng edərək qardaşı Kənanın harada olduğunu soruşuşmuş, Özgürə “sən kimsən ki qardaşımla söhbət edirsən” demişdir. Bu zaman Özgür onun ünvanına nalayiq ifadə, yəni var-yox söyüşü söyüb onunla görüşmək istədiyini, stadionda onu gözlədiyini demişdir. O da Özgürə cavab verərək: “evdən çıxa bilmirəm, gəl yaşadığımız evin qarşısına, burada söhbət edək demişdir”. Bundan təxminən 15-20 dəqiqə sonra təxminən saat 21 radələrində Özgür dostları Yunus və Əli ilə yaşadıqları küçəyə gəlmiş, o da qardaşı Kənan ilə birlikdə küçədə onları qarşılamışdır. Özgür onu yaşadığı evdən təxminən 15-20 metr aralı məsafəyə qaranlıq olan yerə çağırmış, o da Özügrə cavab verərək, gəl evin qarşısında söhbət edək demişdir. Bu zaman Özgür üzərinə gələrək onu əlləri ilə sinəsindən geriyə itələyib ayaq nahiyəsindən tutmaqla kürəyi üstə yerə yıxmış, özü də üzərinə yıxılmışdır. Yerdə olan zaman Özgürün üzərində olduğunu ona gücü çatmayacağını görüb özü ilə evdən götürdüyü qatlanan cib bıçağını cibindən çıxarıb sol əli ilə ona tərəf bir neçə bıçaq zərbəsi atmışdır. Bu zaman bıçağın Özgürə xəsarət yetirdiyini hiss etmiş, Özgür ayağa qalxmış, həmin zaman qardaşı Kənan qışqırdığı üçün anası Rima evdən çıxmışdır. Özgür da ayağa qalxıb qaçmağa başlamışdır. Özgür Erhan ilə aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Hadisə zamanı ətrafda Özgürün dostu Yunus və Əli olmuş, hadisə zamanı anası Rima da oraya çıxmış, ondan əlavə orada başqa heç kim olmamışdır. Hadisənin baş verməsinə səbəb Özgürün və dostunun qardaşı Kənan ilə mübashiə edib onu təhqir etməkləri olmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq uzun müddətdir ki, onda olmuş, həmin bıçağı bir ay bundan əvvəl Sumqayıt şəhərində xatırlamadığı ünvandan almışdır. (Cild 1, iş vərəqləri 184-184) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində gəzərkən qabaqlarına Kənan çıxmış, Kənanla dostu arasında mübahisə yaranmış, o da Kənanı aralamışdır. Kənan ona “48-ci məhəllədə görüşərik” demişdir. O zəng etmiş, Kənan götürməmişdir. O da qardaşı Həmidə zəng etmişdir. Həmid ona evlərinin yanına gəlməsini demişdir. O da onların məhəlləsinə gəlmiş və dalaşmışlar. O, Həmidi yerə yıxmış, Həmid də onu bıçaqla vurmuşdur. Hazırda barışmışlar. Şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, həmin vaxt rayonda olduğu üçün hadisəni görməmişdir. Gələndə eşitmişdir ki, Özgür Həmidi yerə yıxmış, Həmid də özünü müdafiə üçün onu bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində ifadə verməsi təklif olunan təqsirləndirilən şəxsin qardaşı Şahid1 ifadə verməkdən imtina etmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, belə ki, Özgürlə 3 il Sumqayıt şəhəri 41 saylı tam orta məktəbdə sinif yoldaşı olmuşdur, sonradan Özgürün oxuduğu məktəbdən çıxıb peşə məktəbində oxumağa başlamışdır. Özgürlə əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 02 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri X5 massivi ərazisində “Kərim” Marketə gedən zaman Özgür, sonradan adlarını bildiyi Əli və Yunusla rastlaşmışdır. Özgür ilə salamlaşıb hal-əhval tutmuş, onlar söhbət edən zaman biri-biriləri ilə zarafat etmişlər. Zarafat əsnasında Özgürün onunla söyüşlə danışmağa başlamışdır. Həmin zaman da Əlinin ayağının onun ayağına ilişmiş və Əli büdrəmişdir. Bu zaman Özgür onun sinəsindən əlləri ilə geriyə itələyib demişdir ki, “Əliynən işi yoxdur, onun dostudur”. Onların onu təkləyəcəklərindən qorxub “Peysər” deyə nalayiq ifadə işlədib həmin yerdən qaçıb və demişdir ki, “sabah saat 8-də gələrsiz Sumqayıt şəhəri 48-ci məhəllə stadionuna söhbət edərik”. Bundan sonra yaşadığı evə qayıtmış, evə qayıdanda Özgür ilə aralarında olan söz-söhbəti qardaşı Həmidə danışmış, ertəsi gün, yəni 03 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Özgürün qardaşı Həmidə zəng edib demişdir ki, onları stadionda gözləyir. Telefon danışıqları zamanı Həmid ilə Özgürün sözlü mübahisə etməyə başlamışdır. Həmid Özgürə stadiona gəlməyəcəyini deyib onu yaşadıqları ünvana çağırmış, bir neçə dəqiqə sonra qardaşı Həmid ilə birlikdə yaşadıqları evin qarşısına çıxmışdır. Evin qarşısına çıxdıqdan sonra Özgür dostları Əli və Yunus ilə birlikdə həmin üvana gəlmiş, Özgür qardaşı Həmidi evlərindən kənara qaranlıq olan yerə çağırmışdır. Həmid də ona cavab vermişdir ki, gəl evin qarşısında söhbət edək. Bu zaman Özgür Həmidin üzərinə gələrək əlləri ilə sənəsindən tutub kürəyi üstə yerə yıxmış, onlara tərəf qaçanda Əlinin onu əlləri ilə qucaqlayıb saxlamağa başlamışdır. Həmin zaman görmüşdür ki, Özgür qardaşı Həmidi yerə yıxıb üzərində dayanmış və Həmid də əlində bıçaqla Özgürə zərbələr vurmuşdur. Bundan sonra Özgür ayağa qalxıb bıçaqlandığını deyən zaman qorxub qışqırmağa başlamış, səsinə anası Rima yaşadıqları evdən çıxmışdır. Həmin zaman da Özgür və yanında olan Əli və Yunus həmin yerdən qaçmağa başlamışdır. Hadisə zamanı hər hansı şəxslə dalaşmamış və ya hər hansı bədən xəsarəti almamışdır. Buna görə də məhkəmətibbi ekspertizadan keçməkdən imtina etmişdir. Qardaşı Həmid ilə Özgürün dava-dalaş edən zaman dalaşmamağı üçün Əli onu qucaqlayıb saxlamışdır. Həmid ilə Özgür arasında olan dava-dalaş zamanı orada Yunus və Əli olmuş, Həmidin Özügürü bıçaqladıqdan sonra oraya anası Rima gəlmiş, onlar arasında baş verən dava-dalaş 1- 2 dəqiqə aralığında baş vermiş, kənar şəxslər oraya toplaşmamışlar, hadisə zamanı Həmid ilə Özgür əlbəyaxa olan zaman Həmidin əlində bıçağı anidən görmüş, onun bıçağı haradan əldə etməsindən həmin yerə nə üçün bıçaqla gəlməsindən xəbəri olmamışdır. Hadisə zamanı Özgürün qardaşı Həmidin üzərində olduğunu və Həmidin də kürəyi üstə Özgürün altından çıxmağa çalıdığını görmüşdür. (Cild 1, iş vərəqləri 84-88) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, belə ki, qonşu və dost olmuşlar. Təqsirləndirilən şəxs isə təxminən bir neçə aydır ki, Sumqayıt şəhər sakini kimi tanımışdır. Onunla əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 02 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri X5 massivi ərazisində dostu Özgür və Yunus ilə birlikdə piyada gəzərkən sonradan adını bildiyi Həmidin qardaşı olan Kənan ilə rastlaşmışlar. Özgür Kənan ilə salamlaşıb hal-əhval tutmuş, söhbət edən zaman Kənan ona ayaqlarının əyri olduğu üçün lağ edib ona badalaq verib yıxmaq istəmişdir. Bu zaman Özgür Kənanı sinəsindən geriyə itələyib ona öz iradını bildirib demişdir ki, “Əliynən işin yoxdur, mənim dostumdur”. Bu zaman Kənan ünvanlarına “Peysər” deyə nalayiq ifadə işlədib həmin yerdən uzaqlaşmış və demişdir ki, “sabah saat 20-də gə!ərsiz Sumqayıt şəhəri 48-ci məhəllə stadionuna söhbət edərik”. O da ertəsi gün, yəni 03 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində dostları Özgür və Yunus ilə yaşadıqları binanın qarşısında görüşmüş və birlikdə stadiona getmişlər. Stadiona çatanda Kənanın orada olmadığını müəyyən edimlər və Özgür Kənanın qardaşı Həmidə zəng etmişdir. Özgür Həmidlə mobil telefonda nomral danışıb hal-əhval tutduqlarını Həmiddən Kənanın harada olduğunu soruşduğunu eşitmişdir. Həmidin də Özgürə “sən kimsən ki, mənim qardaşımla söhbət edirsən.” cavabı verdiyini eşitmiş, bununla da Özgür ilə Həmid arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Özgür Həmidə stadiona gəlməyini bildirmiş, lakin Həmid gəlmiyəcəyini deyib Özgürü yaşadıqları ünvana çağırmışdır. Buna görə birlikdə Sumqayıt şəhəri 49-cu məhəlləyə Həmidin yaşadığı ünvana getmişlər. Orada Həmidin qardaşı Kənan ilə birlikdə yaşadıqları evin qarşısında onları gözlədiklərini görmüşdür. Özügür Həmidə yaxınlaşıb onu yaşdıqları evdən kənarda söhbət etməyə dəvət etmişdir. Həmid isə Özgürə demişdir ki, kənara getməyəcək. Elə orada onlara söhbət edəcəkdir. Özgür ona yaxınlaşan zaman Həmid onun ünvanına eşitmədiyi nalayiq ifadə işlətdiyini bilmişdir. Bu zaman Özgür Həmidi sinəsindən geriyə itələyib demişdir ki, söyüş söymə. Həmid isə Özügürün sözünə məhəl qoymayıb onun üzərinə gəlmişdir. Bu zaman Özgür Həmidin ayaqlarından tutub yuxarıya qaldırmaqla onu beli üstə yerə yıxmış, o da Kənanı tutub saxlamışdır ki, dava-dalaş böyüməsin. Kənanı tutub saxlayan zaman Həmidin əlində kiçik ölçülü bıçaqla Özgürə bıçaq zərbələri altdığına şahid olmuşdur. Bu zaman Həmidin anası da həmin yerə gəlib səs-küy salmağa başlamış. Özgür də Həmidin üzərindən durub bıçaqlandığım dediyi üçün qaçmağa başlamışlar, Özgürü xəsarət aldığım üçün xəstəxanaya aparmışlar, hadisə zamanı hər hansı şəxslə dalaşmamış və ya hər hansı bədən xəsarəti almamışdır. Buna görə də məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Həmid ilə Özgür arasında olan dava-dalaş zamanı orada dostu Yunus, həmçinin Həmidin qardaşı olmuşdur. Həmid Özügürü bıçaqladıqdan sonra oraya Həmidin anası gəlmiş, onlar arasında baş verən dava-dalaş 2- 3 dəqiqə aralığında baş verdiyindən kənar şəxslər oraya toplaşmamışlar. Hadisə zamanı yalnız Həmid ilə Özgür arasında dava-dalaş olmuş, Həmidin qardaşı Kənanı Özgür ilə Həmid əlbəya olan zaman tutub saxlamışdır ki, dava-dalaş böyüməsin. Kənan ona və ya Özügrə qarşı hər hansı fiziki zor tətbiq etməmişdir. (cild 1, iş vərəqləri 107-110) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 öz ifadəsində digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 97-100) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 1426 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi, xəstəlik tarixinə və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyyə gəlinmişdir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sol saidin 1 ədəd, sol baldırın 2 ədəd, sağ budun 1 ədəd yaraları, qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmişdirlər, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulmaqla əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumqayıt TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası- həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Sol saidin, sol baldırın yaralarıdərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığla yüngül zərərvurmaya aid edilir. Sağ budun 1 ədəd yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. (Cild 1, iş vərəqləri 112-115) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixoloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli 2919 saylı rəyindən aşağıdakılar müəyyən edilmişdir: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən ekspert edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik inadkarlıq, tez Özündən Çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altma düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən Çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur, o, cinayət əməlini törədən zaman öz hərəkətlərinə cavab vermək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən fizioloji affekt halında olmamışdır. (Cild 1, iş vərəqləri 140-142) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-bioloji və trasoloji ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin MTE və PA birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 597-2022/MTKŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sağ yarısının orta hissəsində 02 (iki) ədəd və şalvarın sol ayaqlığının ön səthinin aşağı hissəsində 02 (iki) ədəd, sağ ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 03 (üç) ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və şalvarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sağ yarısının orta hissəsində olan deşilmiş-kəsilmiş zədələrdən biri (1.1. №-li zədə) onun bədən səthində olan döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası ilə, şalvann sol ayaqlığının ön səthinin aşağı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr onun bədən səthində olan sol baldırın iki ədəd eyni xarakterli yaraları ilə və şalvann sağ ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd zədə onun bədən səthində olan sağ budun bir ədəd eyni xarakterli yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək qısaqol olduğu üçün, onun bədən səthində aşkar olunmuş sol saidin bir ədəd deşilmiş-kəsilmiş yarası köynək üzərində öz əksini tapmamışdır. Ekspertizaya təqdim olunmuş zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik olan məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. (Cild 1, iş vərəqləri 145-153) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi bioloji ekspertizanın xx.xx.2022-ci i! tarixli 474/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu b/İİİ/-dir(şəxsiyyəti təsdiq edən kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş köynək, şalvar, bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “B” antigeni alındı. Aqqlyutininləri isə alınması. Bu qan ləkələri ABO sistemi üzrə B alfa/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 154-158) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın təqdim edilməsi, əşyaya baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 04 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, bir ədəd qısa qol köynək, bir ədəd qara rəngli idman şalvarı, bir bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqləri 10-12, 36-37) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 111) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin gənc olması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi də onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 59cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının 09 aprel 2002-ci il tarixli Qanununun 1.0.2-ci maddəsinə əsasən yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Həmin Qanunun 3.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. Məhkəmə, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, ifadəsində törətdiyi əməli etiraf edərək peçmançılıq çəkməsini də müstəsna hallar hesab edərək, habelə təqsirləndirilən şəxsin gənc olması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2022-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan bir ədəd qısa qol köynək, bir ədəd qara rəngli idman şalvarı, bir bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 29 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan bir ədəd qısa qol köynək, bir ədəd qara rəngli idman şalvarı, bir bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-361/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-361/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver