Məhkəmə qərarları › İş №1(124)-361/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-361/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-361/2024 27.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Xumeyni” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Xumeyni” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu ərazisində gizlədilən külli miqdarda 2854,4 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında saxlamış, qeyd edilən narkotik vasitə heroinin 74,5 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 22:15-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada 04 iyul 2023-cü il tarixdə saat 00:25-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 74,5 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 04 iyul 2023-cü il tarixdə saat 02:20-dən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanına baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının yanında olan 01 ədəd qara rəngli çantada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 07 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 969 qram, 933,7 qram, 1040,5 qram, 926 qram, 976,4 qram, 978,3 qram və 952,8 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 6776,7 qram olan narkotik vasitə heroin, 03 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 917,6 qram, 950,7 qram və 986,1 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2854,4 qram olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, şahidlər – Şahid1 və Şahid2 onu tutaraq çox pis döymüşlər. Onun telefonunda göy sellofanda şəkillər olmuşdur. Gətirib onun qarşısına qoyaraq qol çəkməsini istəmişlər. Onun ürəyində problem vardır. Atası və anası xəstə, bacısı da şikəstdir. İyun ayının üçündə, saat doqquz radələrində saxlanılmışdır. Onun evinin içərisinə kimi girmişlər. İttihamda göstərilən narkotiklərin heç bir hissəsi üzərində olmamışdır. O, narkotik istifadəçisi olmamışdır. Onu narkologiyaya aparmışlar və heç bir şey çıxmamışdır. Onlar narkotiki onun boynuna qoymuşlar. Şahid2 və Şahid1 ona “boynuna götürməsən evindəkiləri də gətirdəcəyik” demişlər. O, telefondakı şəkili görməmişdir. O şəkili polislər özləri göndərmişlər. Onun iranlı ilə və ya İran nömrəsi ilə heç bir yazışması olmamışdır. Narkomaniyadan əziyyət çəkməmişdir. Onun üstündə heç bir şey olmamışdır. Heç vaxt polislə bir problem yaşamamışdır. Polis ona yaxınlaşmış və “bizimlə getməlisən” demişdir. Onu oradan avtomobilə gətirmişlər. Birinci onu döyməyə başlamışlar. Onda döyülmə izləri olmuşdur. Onun başına vurmuşlar. Sanksiya məhkəməsində döyülməsini bildirmişdir. Onun işinə Nərimanov Rayon Məhkəməsində baxılmışdır. Şəxsi istifadə məqsədi ilə götürməyi ilə bağlı ifadə verməmişdir. Bütün ifadəni Mirata Seyidov yazdırmışdır. O məhkəmədə özünü qismən təqsirli bildiyini deməmişdir. Şahidlərin heç biri ilə əvvəllər tanışlığı olmamışdır. Səbail Rayon Prokurorluğunun hüquqşünası X7 əvvəllər tanımamışdır. Onun dediklərini yazmamışlar. Onun başına birinci dəfə belə bir hadisə gəlmişdir. Onun 31 yaşı olmuşdur. Bu illər ərzində bir dəfə də olsun polislər qapısını döyməmişdir. Digər cəzaya münasibətdə 27 ayı qalmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç bir ruhiəsəb xəstəliyi yoxdur. O, orta məktəbi Saatlı rayonu, Musalı qəsəbəsində yerləşən Musalı tam orta məktəbində Azərbaycan dilində oxumuşdur. 2010-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. Subaydır və rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi qaydada tikintilərdə qaynaqçı işləmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, təxminən 2 ilə yaxın müddətdir ki, nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana qəbul edir, qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində və Abşeron rayonunda adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. Tutulmamışdan təxminən 3 ay əvvəl sosial şəbəkədə “Xumeyni" adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və sonrakı dövrdə narkotik vasitəni həmin şəxsdən almışdır. Belə ki, o, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışıb ona narkotik vasitə sifariş vermiş, sonra həmin şəxsin verdiyi bank hesabına narkotik vasitənin pulunu ödəmiş və "Xumeyni” adlı şəxs onun sifariş verdiyi narkotik vasitələri Bakı şəhərində və Abşeron rayonunda müxtəlif ünvanlara qoyub həmin yerin şəkilini çəkib onun mobil telefonuna göndərmiş və o, da gedib həmin ünvanlardan narkotik vasitəni götürmüşdür. Bir neçə dəfə “Xumeyni" adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana aldıqdan sonra onunla arasında münasibət yaranmış və təxminən 2023-cü ilin iyun ayının sonlarında "Xumeyni" adlı şəxs ona təklif etmişdir ki, ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələr göndərsin, o, da həmin maddələri Bakı şəhərində götürüb özündə saxlasın, sonra "Xumeyni” adlı şəxsin dediyi çəkidə narkotik vasitələri müxtəlif ünvanlara qoysun və bunun müqabilində ona pul və ya narkotik vasitə versin. O, da son dövrlərdə işləmədiyi üçün pula ehdiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb “Xumeyni” adlı şəxsin bu təklifi ilə razılaşmışdır. “Xumeyni” adlı şəxs bundan sonra 02 iyul 2023-cü il tarixdə səhər vaxtı onunla əlaqə saxlayıb külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərəcəyini, həmin narkotik vasitələri və psixotrop maddələri gedib götürüb özündə saxlamağı və dediyi vaxtda narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən yerdə gizlədib həmin yerin şəkilini çəkib ona göndərməsini və bunun müqabilində 350 manat pul verəcəyini bildirmişdir. O, da “Xumeyni” adlı şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra “Xumeyni” adlı şəxs həmin günü günorta vaxtı yenidən onunla əlaqə saxlayıb göndərdiyi narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhəri Suraxanı rayonu ərazisində gizlədildiyini və gedib götürməsini bildirmişdir. “Xumeyni" adlı şəxs həmin yerin şəkillərini və konumunu onun mobil telefonuna göndərmişdir. O, həmin günü günorta vaxtı idarə etdiyi motosikletlə onun mobil telefonuna göndərilən şəkil və konum əsasında Bakı şəhəri, Suraxanı rayonu ərazisinə gedib, narkotik vasitələrin və psixotop maddələrin gizlədildiyi yeri müəyyən etmişdir. Həmin maddələr Suraxanı rayonu ərazisində çöllük ərazidə dəmir boruların altında yük avtomobilinə məxsus olan şinin içində gizlədilmişdir. “Xumeyni” adlı şəxsin göndərdiyi narkotik vasitələr və psixotrop maddələr bir ədəd qara rəngli çantada olmuş və çanta isə qara rəngli sellofan torbaya qoyulmuşdur. O, narkotik vasitələr və psixotrop maddələr olan torbanı açıb torbanın içində olan çantaya baxmış, narkotik vasitələrin və psixotrop maddələrin çantanın içində olduğuna tam əmin olduqdan sonra çantanı götürüb idarə etdiyi motosikletlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanına gətirmişdir. O, həmin narkotik vasitələri və psixotrop maddələri yaşadığı ünvanda gizlədib saxlamış, eyni zamanda bu barədə “Xumeyni” adlı şəxsə məlumat vermiş, sonuncu isə ondan xəbər gözləməsini və onun dediyi vaxtda narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Qaradağ rayonu ərazisinə qoyacağını bildirmişdir. O, da bundan sonra “Xumeyni” adlı şəxsdən tapşırıq gözləməyə başlamışdır. Eyni zamanda “Xumeyni” adlı şəxsin göndərdiyi narkotik vasitə heroin külli miqdarda olduğu üçün həmin şəxsə xahiş etmişdir ki, ona özü istifadə etmək üçün narkotik vasitə heroin versin. “Xumeyni” adlı şəxs də onun xahişini nəzərə alıb göndərdiyi narkotik vasitə heroinin üzərindən təxminən 60-70 qram götürə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin günün sabahı 03 iyul 2023cü il tarixdə axşam vaxtı o, “Xumeyni” adlı şəxsin göndərdiyi narkotik vasitə heroinin üzərindən təxminən 70 qram heroin götürüb sellofan torbaya qoyub üzərində saxlamışdır ki, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətində gizlətsin. Bundan sonra həmin gecə saat 22 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanının yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, həmin vaxtı üzərində narkotik vasitə heroin olduğu üçün tutulmaqdan qorxub geriyə dönüb qaçmağa cəhd etmiş və bu zaman ayağı büdrəyib yerə yıxılmış, yıxılan zaman üz nahiyəsi yerdən təxminən 20-30 sm hündürlükdən keçən dəmir boruya dəyərək üz nahiyəsindən xəsarət almışdır. Yıxıldıqdan sonra polis əməkdaşlarının köməkliyi ilə yerdən qalxmışdır. Bundan sonra özünü polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə bir ədəd bükümdə narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə "kola” və ya "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmin mobil telefonun arxasında olan qoruyucu qabının içinə qoyduğu 01 ədəd plastik bank kartı, şalvarının sol yan cibindən 25 manat pul və 01 ədəd mənzil açarı aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra üstündən aşkar edilmiş 01 ədəd mənzil açarı və 25 manat pul onun özünə qaytarılmış, aşkar edilmiş “Samsung" markalı mobil telefon və plastik bank kartı polis əməkdaşları tərəfidən götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Xumeyni” adlı şəxs tərəfindən ona göndərildiyini və üzərindən aşkar olunmuş narkotik vasitədən başqa hazırda yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında əlavə olaraq narkotik maddələr və psixotrop maddələr gizlədib saxladığını bildirib, həmin ünvana gedildiyi təqdirdə həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra vəkil və polis əməkdaşları ilə birlikdə 03 iyul 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixə keçən gecə saat 02:20 radələrində yaşadığı ünvan 3 ünvana video çəkilişlə onun razılıği və icazəsi ilə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra o, iştirakçıları yaşadığı ünvana dəvət edib yaşadığı evin yataq otağında gizlətdiyi içərisində narkotik maddə heroin və psixotrop maddə metamfetamin və elektron tərəzilər olan bir ədəd çantanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Çantaya baxış zamanı çantanın içərisindən 07 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroin və 03 ədəd şəffaf sellofan bağlamada isə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Çantadan aşkar olunmuş maddələr və elektron tərəzilər polis əməkdaşları tərəfindən həmin çantaya qoyularaq qablaşdırılmış, çantanın üzəri möhürlənmiş, üzərində qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı yaşadığı ünvanda yataq otağında çarpayının üzərində olan 03 ədəd plastik bank karı, 01 ədəd “Samsung" markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra baxış davam etdirilərkən yaşadığı ünvandan başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. O, sorğu zamanı bir daha yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni “Xumeyni” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələri və psixotrop maddələri “Xumeyni” adlı şəxsin dediyi vaxtda onun dediyi ünvana qoyub həmin yerin şəkillərini çəkib həmin şəxsə göndərməsi müqabilində ona 350 manat pul verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının dəvət ilə yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar və yaşadığı ünvana keçirilmiş baxışla bağlı orada protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokol düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadələrində üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin “Xumeyni" adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərində gizlədildiyi yerdən gedib götürdüyünü, “Xumeyni" adlı şəxs tərəfindən göndərilən narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhərində onun götürdüyü ünvana kimlər tərəfindən qoyulduğunu və eləcə də sonradan həmin maddələri qoyacağı ünvandan kimlərin gəlib həmin maddələri götürməsi barəsində heç bir məlumatının olmadığını, o, yalnız narkotik vasitələri və psixotrop maddələri qoyacağı ünvanın fotoşəkillərini çəkib və konumunu mobil telefon vasitəsi ilə “Xumeyni” adlı şəxsə göndərəcəyini, sonradan həmin maddələrin kimlər tərəfindən götürüləcəyini bilmədiyini, birlikdə narkotik vasitə və psixortop maddələrin dövriyyəsi ilə məşğul olduğu üçün "Xumeyni” adlı şəxsin ona 350 manat pul verəcəyini, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamasından ailə üzvlərinin və başqa şəxslərdən heç kimin məlumatının olmadığını, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitədən və psixotrop maddədən əlavə başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamadığını, yaşadığı ünvandan aşkar edilmiş 02 ədəd mobil telefonun ona məxsus olduğunu, lakin həmin telefonları üzərində danışıq kartı olmadığını və telefonların işlək vəziyyətdə olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünündə polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini, üz nahiyəsində olan xəsarətləri isə polis əməkdaşları tərəfindən saxlanılan zaman qorxub qaçmağa cəhd göstərən zaman öz ehtiyatsızlığı nəticəsində yerə yıxılaraq aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış aparılması və yaşadığı ünvana baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə işlədiyi Baş İdarəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir. 03 iyul 2023-cü il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində olması müəyyən edilmiş və əməliyyat qrupunun üzvü Şahid2la birlikdə həmin yerə getmişdir. Həmin günü saat 22:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini müəyyən edib, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs geriyə dönüb qaçmağa cəhd etmiş və ayağı büdrəyib yerə yıxılmış, üz nahiyəsi yerdən təxminən 30 sm hündürlükdən keçən dəmir boruya dəymiş və üz nahiyəsindən xəsarət almışdır. Onlar həmin şəxsə köməklik edərək yerdən qaldırmışlar. Həmin şəxs özünü yaxşı hiss etdiyini bildirmiş və sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs otduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər və üzərində bu kimi qanunsuz maddələr və ya predmetlər saxlayırsa bildirməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən səmimi şəkildə qeyd etmişdir ki, hazırda üzərində bir büküm narkotik vasitə vardır. Bundan sonra o, BNMİ-nə dəvət edilmiş, Baş İdarənin inzibati binasında xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah olunmuş və BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı Nəcəf Aburşu tərəfindən həmin şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bir bükümdə “kola” və ya “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmin mobil telefonun arxasında olan qoruyucu qabının içinə qoyulmuş 01 ədəd plastik bank kartı, şalvarının sol yan cibindən 25 manat pul və 01 ədəd mənzil açarı aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə baş təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd mənzil açarı və 25 manat pul onun özünə qaytarılmış, aşkar edilmiş “Samsung” markalı mobil telefon və plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddənin özünə məxsus olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Xumeyni” adlı şəxs tərəfindən ona göndərildiyini və üzərindən aşkar olunmuş narkotik vasitədən başqa hazırda yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında əlavə olaraq narkotik maddələr və psixotrop maddələr gizlədib saxladığını bildirmiş, həmin ünvana gedildiyi təqdirdə həmin maddələri də təqdim edə biləcəyini qeyd etmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra 03 iyul 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixə keçən gecə saat 02:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanına gəlinmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana video çəkilişlə onun özünün razılığı və icazəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, eyni zamanda qanunla qadağan edilmiş əşya və predmetlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qapısını özündə olan açarla açıb iştirakçıları evin yataq otağına dəvət edərək yataq otağında çarpayının yanında yerə qoyulmuş bir ədəd qara rəngli çantanı götürüb təqdim etmiş və çantanın içində narkotik maddələr və psixotrop maddələr olduğunu bildirmişdir. Çantaya baxış zamanı çantanın içərisindən ümumilikdə 10 ədəd sellofan bağlama və 02 ədəd elektron tərəzi aşkar olunmuşdur. Baxış zamanı aşkar olunmuş 07 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroin oxşar maddələr və 03 ədəd şəffaf sellofan bağlamada isə psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Çantadan aşkar olunmuş maddələr və elektron tərəzilər həmin çantaya qoyularaq qablaşdırılmış, çantanın üstü möhürlənmiş, üzərində qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında çarpayının üzərindən 03 ədəd plastik bank kartı, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlar aşkar olunub iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni “Xumeyni" adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin narkotik vasitəni və psixotrop maddəni “Xumeyni" adlı şəxsin dediyi vaxtda onun dediyi ünvana qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərməsi müqabilində “Xumeyni" adlı şəxsin ona 350 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçi və tədbir iştirakçıları baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar, Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxışla bağlı baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və həmin protokol düzgün tərtib olunduğundan iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, belə hallar olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1992ci il təvəllüdlü, Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1992-ci il təvəllüdlü, Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs saat 22:15-də Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. 04 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 22:15də Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanının yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada 04 iyul 2023-cü il tarixdə saat 00:25-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmin mobil telefonun arxasında olan qoruyucu qabının içinə qoyulmuş 01 ədəd plastik bank kartı, şalvarının sol yan cibindən 25 manat pul və 01 ədəd mənzil açarı aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, Təqsirləndirilən şəxs məxsus "Samsung" markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, 25 manat pul və mənzil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə prosesi 04 iyul 2023-cü il tarixdə saat 00:33-də başa çatmışdır. 04 iyul 2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesi başa çatdırıldıqdan sonra 04 iyul 2023-cü il tarixdə saat 02:20-dən etibarən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının yanında saxladığı bir ədəd qara rəngli çantanı götürüb polis əməkdaşlarına təqdim etmiş, onun təqdim etdiyi çantaya baxış zamanı çantanın içərisindən 07 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddələr, 03 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddələr və 02 ədəd elektron tərəzi aşkar olunmuş, daha sonra aşkar olunmuş maddələr və elektron tərəzilər həmin çantaya qoyularaq qablaşdırılmışdır. Bundan əlavə baxış zamanı evin yataq otağından 01 ədəd “Samsung” və 01 ədəd "Redmi" markalı mobil telefonlar və 03 ədəd plastik bank kartları aşkar olunub polis əməkdaşları tərəfindən götürülmüşdür. Evə baxış və götürmə prosesi 04 iyul 2023-cü il tarixdə saat 02:33-də başa çatmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 04 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3596 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№"-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 74,5 qram qəhvəyi rəngli tozşəkilii maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan qara rəngli çantadakı, 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 969 qram, 933,7 qram, 1040,5 qram, 926 qram, 976,4 qram, 978,3 qram, 952,8 qram, ümumi təmiz çəkisi 6776,7 qram qəhvəyi rəngli tozşəkilli madələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 917,6 qram, 950,7 qram, 986,1 qram, ümumi təmiz çəkisi 2854,4 qram (2kq 854,4qr) ağ rəngli kristalşəkilii maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 6851,2 qram (6kq 851,2qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. «Məhkəmə Tibbi Ekspertizasının 21 iyul 2023-cü il tarixli 269/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki gözətrafı nahiyənin və sağ qabırğa qövsünün qançırları, sol qulaq seyvanının sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 1-2 gün əvvəl olmaqla zərərçəkmişin göstərdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2023-cü il tarixli 5017 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-91/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyinə görə sonuncu əvvəllər məhkum olunmuş hesab edilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaxalanmasından ötrü onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası DİN BNMİ-nin qərarı qanuni hesab edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1022/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-1166/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrə sahibinin tam anket məlumatlarını əks etdirən məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olan diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və **********35 mobil nömrəsindən təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus **********34 mobil nömrəyə göndərilən smslərdən “Axsam otele yada xataya elekberin gedek 20 manat men vererem senda mene pati getrersen ureyim seni istedi” və “Quzum mene bir damci pati getrersen nolursun revaneye de falqasinda qalanan gondersin” müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuşdur. 1 saylı MTCM-də cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs məxsus 4147 saylı şəxsi işində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Kamsal oğlunun xx.xx.2023-cü il tarixə çəkilməmiş əsas cəzası 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-91/2022 nömrəli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Səbail Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polislərdən qaçmaq istəyərkən yıxılaraq xəsarət almasını və ona qarşı hər hansı bir şəxs tərəfindən xəsarət yetirilməsinin özü tərəfindən inkar edilməsini nəzərə alaraq cinayət işinin başlanılması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1992-ci il təvəllüdlü, Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, ev 41 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 74,5 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür və əməliyyatın davamı olaraq evinə baxış keçirilərək narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Bundan sonra həmin narkotik maddə və psixotrop maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evinə baxış keçirilərək narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona qarşı verilmiş ittihamı qəbul etməmiş, satış məqsədilə əldə etməkdə ittiham olunduğu narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatında, şübhəli şəxs qismində verdiyi ifadəsində və təqsirləndirilən şəxsi qismində verdiyi ifadəsində özünü təqsirli bilərək narkotik vasitəni və psixotrop maddəni haradan, nə vaxt, hansı məqsədlə əldə etdiyini bildirməklə özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmişdir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən başqa, digər hallarda özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də narkotik vasitəni necə əldə etdiyini hansı məqsədlə əldə etdiyini yenə də bildirmişdir. Yəni təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu bütün ifadələrində narkotik vasitəni kimdən necə əldə etdiyini və həmin narkotik vasitə ilə əlaqədar nə planlaşdırdığını bildirmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs heç bir halda ümumiyyətlə narkotik vasitələrə, psixotrop maddələrə aidiyyatının olmadığını bildirməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitələrə aidiyyatının olmadığın heç vaxt narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadığını ona qarşı verilmiş ittihamın saxta olduğunu bildirmişdir. Həmçinin ona zor tətbiq edildiyini və xasarətlərinin olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmuşdur. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin üzərində keçirilən şəxsi axtarış zamanı ona vəkili tərəfindən xəsarətlə əlaqədar suallar ünvanlanarkən həmin xəsarəti polis əməkdaşlarından yayınmağa çalışarkən yıxılaraq aldığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsin aldığı xəsarətlə əlaqədar Səbail rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aldığı xəsarətlərlə əlaqədar aparılmış araşdırma zamanı da ifadə verərkən onda narkotik vasitə marixuana olduğunu digər narkotik vasitələrin olmadığını bildirmişdir. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadəsində də ümumiyyətlə narkotik vasitələrə aidiyyatının olmadığı bildirməmişdir. Halbuki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin vaxt artıq uzun müddət idi ki, istintaq təcridxanasında saxlanılırdı. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə daxil olan sms məlumatları məhkəmə istintaqı zamanı araşdırılarkən həmin sms mətnlərində psixotrop maddələrin qanusuz dövriyyəsinə aid olan sms mətnləri aşkar olunmuşdur. Bundan başqa məhkəmə istintaqı gedişində təqsirləndirilən Təqsirləndirilən şəxs ittihamda göstərilən tarixdə Suraxanı ərazisində olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan mövqeyinə əsasən bildirir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihama görə, onun narkotik vasitəni hansı ərazidən nə vaxt və hansı şəkildə əldə etməsi məhz özünün ifadələrinə yəni özünün verdiyi məlumata əsaslanır. Həmin məlumatın doğru yaxud yalan olması təqsirləndirilən şəxsə verilmiş ittihamı istisna etmir. Bütün qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində özünü təqsirli bilməməklə əlaqədar qeyd etdikləri onun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirilməlidir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs nakotik vasitələrdən istifadə etmədiyini və həmin vasitələrin satışı ilə məşğul olmadığını bildirsədə onda aşkar edilmiş nakotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və həmin narkotik vasitəni realizə etmək üçün tərəzinin olması və telefonunda narkotik vasitələrin dövriyyəsinə dair smslərin olması Təqsirləndirilən şəxs həmin vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidia istintaq zamanı və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün xx.xx.2023-cü il tarixli etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin məcəllənin CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran (müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-91/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-91/2022 nömrəli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün hissəsi və həmin hökmlə təyin edilmiş əlavə cəza 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1022/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 74,4 qram olan narkotik vasitə heroinin, eləcə də onun yaşadığı ünvandan aşkar edilmiş qalıq çəkisi 6776,42 qram olan narkotik vasitə heroinin və qalıq çəkisi 2854,25 qram olan psixotrop maddə metamfetaminin, üzərində heroinin və metamfetaminin izləri olan 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün hissəsi və həmin hökmlə təyin edilmiş əlavə cəza 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrumetmə cəzası və 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilsin. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 74,4 qram olan narkotik vasitə heroinin, eləcə də onun yaşadığı ünvandan aşkar edilmiş qalıq çəkisi 6776,42 qram olan narkotik vasitə heroinin və qalıq çəkisi 2854,25 qram olan psixotrop maddə metamfetaminin, üzərində heroinin və metamfetaminin izləri olan 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar