Məhkəmə qərarları › İş №1(124)-361/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-361/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-361/2025 07.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan MR-nın Şərur rayonu, Vərməziyar ərazi dairəsi Vərməziyar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində Azər adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 64,320 qram, 126,272 qram, ümumi çəkisi 190,592 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda üzərində “Methadone 40” əmtəə nişanı olan 04 ədəd konvalyutdakı 40 ədəd üzərində F/40 yazısı həkk olunmuş tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram olan dərman həblərini, 02 ədəd ayrı-ayrılıqda çəkiləri 0,127 qram, 0,088 qram, ümumi çəkisi 0,215 qram metadon təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən metadon tərkibli həbləri, bir ədəd şəffaf rəngli sellofan torbada çəkisi 201,55 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 6 ədəd şəffaf rəngli bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 8,234 qram, 19,853 qram, 10,467 qram, 35,553 qram, 21,071 qram, 225 qram, ümumi çəkisi 320,178 qram külli miqdarda komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 250 manat müqabilində əldə edib kirayə yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi evə daşıyaraq evin həyətində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 05 dekabr 2024-cü il tarixdə saat 22:30 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi evin qarşısında saxlanılaraq həmin tarixdə saat 22:30-dən 22:43-ə kimi kirayə yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsində daş hasara söykənmiş dəmirin arxasından göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın içərisində həmin iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 64,320 qram, 126,272 qram ümumi çəkisi 190,592 qram külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda üzərində “Methadone 40” əmtəə nişanı olan 04 ədəd konvalyutdakı 40 ədəd üzərində F/40 yazısı həkk olunmuş təsiredici maddənin ümumi miqdarı 1,6 qram təşkil edən dərman həbləri, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,127 qram, 0,088 qram, ümumi çəkisi 0,215 qram təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən metadon tərkibli həbləri, bir ədəd şəffaf rəngli sellofan torbada çəkisi 201,55 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 6 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8,234 qram, 19,853 qram, 10,467 qram, 35,553 qram, 21,071 qram, 225 qram, ümumi çəkisi 320,178 qram külli miqdarda komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin, qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd üzərində “X6” yazısı olan mavi rəngli üzərində “Too! Box Scale” yazısı olan qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanmamışdan bir gün əvvəl tanışı, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 3-cü şöbəsinin rəis müavini Şahid4 içərisində narkotik vasitə olan sellofanı onun yaşadığı həyət evinin darvazasının yanında dəmirin arxasına gətirib qoymuş, lakin həmin vaxt o, sellofanda narkotik vasitə olduğunu bilməmiş, Azər ona tədbirləri olduğunu, deyilən vaxt sellofanı darvazadan çölə çıxarıb bir yerə qoymasını və özlərinin gəlib götürəcəklərini bildirmişdir. Şahid4la olan əlaqələrinə görə onunla razılaşmışdır. O, Şahid4 rəsmi agenti olub onunla əməkdaşlıq etmiş, buna görə əmək haqqı almış, demək olar ki, Şahid4 bütün əməliyyat tədbirlərində iştirak edərək onun göstərişlərini yerinə yetirmiş, bundan əlavə taksi sürücüsü kimi də fəaliyyət göstərmiş və bəzi tədbirlərdə onun maşınından istifadə olunmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, yaşadığı evin həyətində polis əməkdaşları tərəfindən narkotik vasitə aşkar olunmuş, o, narkotik vasitələrdən istifadə etməmiş, Şahid4 həyətə narkotik vasitə qoyduğundan xəbəri olmamış, yaşadığı evin həyətinə 4 polis əməkdaşı gəlmiş, yaşadığı evin içərisinə baxış keçirmələrinə öz razılığı olmuş və polis əməkdaşlarından biri çöldən içəriyə daxil olarkən darvazanın arxasından tapdığını deyərək rəisinə səslənmişdir. Şahid4 tez-tez filan sellofanı filan yerə qoyması barədə ona göstərişlər vermiş, o, həmin sellofanlarda narkotik vasitə olduğunu bilmiş, Azər ona narahat olmamasını, problem olsa, hər şeyi həll edə biləcəyini, bütün bunların tədbir üçün olduğunu bildirmiş, buna görə də o, güvənərək Azərlə əməkdaşlıq etmiş və bunun müqabilində ona 235 manat məbləğində pul verilmişdir. Əməliyyat tədbirlərində narkotik vasitələrin müxtəlif ünvanlara yerləşdirilməsi, şübhəli şəxslərin saxlanılmaları, polis bölməsinə aparılmalarında və s. köməkçi qüvvə rolunu oynamışdır. O, ibtidai istintaq zamanı ifadəsinin alınmadığını və imza çəkdiyi sənədlərin hüquqi mahiyyətini bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq Şahid4la 2020-ci ildən işlədiyini, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu zaman Azərin onun yanına Samir adlı bir nəfəri göndərdiyini və Azərlə telefon vasitəsilə danışdığını bildirmişdir. Ona təqdim olunan sənədə imza çəkməsi, narahat olmaması və işini həll edib ona köməklik olunacağı deyildiyi üçün təqdim olunmuş sənədlərə imza çəkmiş, lakin onların nə dərəcədə əhəmiyyət kəsb etdiyindən məlumatı olmamışdır. Həmin gün onların yaşadığı məhəllədə keçirilməli olan əməliyyat tədbiri bəzi səbəblərə görə keçirilməmiş, Şahid4 Lənkərana tədbirə getdiyini, geri qayıdanda isə Qobu qəsəbəsində tədbirlərinin olacağını demişdir. O, narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. O, Şahid4la birlikdə gedib Badamdar qəsəbəsində yerləşən baş idarədə Azərin maşınının yük yerindən narkotik vasitəni götürmüş və yaşadığı evin həyətinə qoymuşdur. Ümumiyyətlə çox vaxt narkotik vasitə onun həyətinə qoyulub oradan götürülmüş və ya o, narkotik vasitə olan sellofanı həyətdən kənar bir yerə qoyaraq şəklini çəkib Şahid4 göndərmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq Şahid4la əməkdaşlıq etdiyi müddətdə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onun bütün göstərişlərini yerinə yetirdiyini və tədbirlərdə köməkçi qüvvə rolunu oynadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR-nın Şərur rayonu Vərməziyar ərazi dairəsi Vərməziyar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi evdə kirayə yaşayır. Ruhi və əsəb xətəlikləri keçirməmiş bununla əlaqədar heç bir yerdə müalicə almamış və qeydiyyatda olmamışdır. Təxminən 2 il olar ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən ayrı-ayrı üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonunda olan zaman adını Azər kimi bildiyi şəxsdən içərisində 1 büküm qurudulmuş marixuana, 2 büküm narkotik vasitə heroin, 6 büküm psixotrop maddə metamfetamin, 4 ədəd konvalyutda metadon həbi və əlavə 2 ədəd metadon həbi olan göy rəngli üstündə “Levis” yazısı olan sellofan paketin içərisində 250 manat müqabilində alıb kirayə yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi evin həyətində gizlədərək satmaq üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə kirayə qaldığı evdə olduğu zaman polis əməkdaşları yaşadığı evin həyətinin giriş qapısını döymüş, bundan sonra o, həyətin qapısını açmış və polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra onun adını, soyadını, atasının adını soruşduqdan sonra onun narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli olduğunu bildirib yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini bildirmişdirlər. O da baxışa etiraz etməyib bu barədə ərizə verib polis əməkdaşlarının yaşadığı evin həyətyanı sahəsinə girməsinə icazə vermişdir. Polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirdikləri zaman həyətyanı sahənin girişindən irəlidə solda daş hasara dayanmış avtomobilə aid qara rəngli dəmir qoruyucunun arxasına qoyduğu içərisində 1 büküm qurudulmuş marixuana, 2 büküm narkotik vasitə heroin, 6 büküm psixotrop maddə metamfetamin, 4 ədəd konvalyutda metadon həbi və əlavə 2 ədəd metadon həbi olan göy rəngli üstündə “Levis” yazısı olan sellofan paketi aşkar edərək qablaşdırıb götürmüşlər. Bundan sonra onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllə ərazisində əməliyyatçı olmuş və Təqsirləndirilən şəxs əvvəlcədən taksi sürücüsü olaraq tanımışdır. Yeni məhəllədə yerləşən bir evin pəncərəsinin qarşısında təxminən 20 büküm qurudulmuş marixuana, 2-3 kiloqram isə metamfetamin və heroin olması barədə məlumat daxil olmuş, lakin iki gün əvvəl həmin ünvana baxsalar da heç nə tapa bilməmişdirlər. Daha sonra Naxçıvanlı bir nəfər şəxsin yaşadığı yer barədə məlumat daxil olmuş, o, digər polis əməkdaşları ilə həmin ünvana yollanmış, hava qaranlıq olarkən darvazanı döymüş və bu zaman Təqsirləndirilən şəxs qarşılarına çıxmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və daxil olmuş məlumatı ona bildirmişdirlər. Sonra Rauf hər şeyi etiraf etmiş və darvazanın girişində olan dəmir parçasının arxasından sellofanı çıxararaq onlara təqdim etmiş, sellofana video çəkiliş vasitəsi ilə baxış keçirildikdə 1 büküm qurudulmuş marixuana, 3-4 list metadon həbi, metamfetamin və heroin aşkar olunmuşdur. Rauf aşkar olunanları Şahid4 adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunanlar müvafiq qaydada sənədləşdirilərək təhqiqat şöbəsinə təhvil verilmişdir. O, Şahid4 tanımadığını, Raufun hər hansı polisin işçisi olması ilə bağlı məlumatı olmadığını, həmin küçədən narkotik vasitənin dövriyyəsi ilə bağlı dəfələrlə şikayət daxil olduğunu, Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərmədiyini və hər şeyi etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri Şahid4 aldığını desə də, həmin şəxsin polis əməkdaşı olduğunu deməmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadənin özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmədiyini bildirmişdir. Şahid Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Qobu qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə qəbul etməsi, üzərində gəzdiıməsi, satışı ilə məşğul olması və yaşadığı evində narkotik vasitə, psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvləri o, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə polis nəfərləri polis serjantları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə birlikdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 05 dekabr 2024-cü il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi evin qarşısına gələrək evin qapısını döymüşlər. Həmin vaxt evin qapısını açan məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs 40-45 yaşlarında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Sonra həmin şəxsə barəsində narkotik vasitə, psixotrop maddə qəbul etməsi, üzərində gəzdirməsi, satışı ilə məşğul olması, yaşadığı evində narkotik vasitə və psixotrop maddə saxlaması barədə daxil olmuş məlumat əsasında şübhəli olduğundan üzərinə və yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı bildirdikdə həmin şəxs Təqsirləndirilən şəxs onun kirayə yaşadığı evinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. 05 dekabr 2024-cü il tarixdə saat 22:30-dan saat 22:43-dək olan vaxt ərzində Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi evin həyətində, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə polis nəfərləri polis serjantları Şahid2 və Şahid3 iştirakı ilə tərəfindən Təqsirləndirilən şəxs üzəri video çəkiliş vasitəsi ilə yoxlanılan zaman üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi evin həyətinə baxış keçirən zaman evin həyətyanı sahəsində daş hasara söykənmiş dəmirin arxasından göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın olduğunu aşkar olunmuşdur. Həmin göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın içərisinə baxdıqda iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin, 6 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, üzərində “Methadone 40” əmtəə nişanı olan 04 ədəd konvalyutdakı 40 ədəd üzərində F/40 yazısı həkk olunmuş, əlavə iki ədəd həb və iki ədəd elektron tərəzinin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kirayə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi evin həyətyanı sahəsində daş hasara söykənmiş dəmirin arxasından çıxararaq təqdim etdiyi bir ədəd göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın içərisində olan iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin, 6 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, üzərində “Methadone 40” əmtəə nişanı olan 04 ədəd konvalyutdakı 40 ədəd üzərində F/40 yazısı həkk olunmuş, əlavə iki ədəd həb və iki ədəd elektron tərəzidir. Bildirmişdir ki, “uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi bir ədəd göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın içərisində olan 1 büküm qurudulmuş marixuana, 2 büküm narkotik vasitə heroin, 6 büküm psixotrop maddə metamfetamin, 4 ədəd konvalyutda metadon həbi, əlavə 2 ədəd metadon həbini və iki ədəd elektron tərəzini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda olan zaman adını Azər kimi bildiyi şəxsdən 250 manat müqabilində alıb kirayə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi evin həyətində gizlətmişdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından və satmasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evdən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın içərisində olan 1 büküm qurudulmuş marixuana, 2 büküm narkotik vasitə heroin, 6 büküm psixotrop maddə metamfetamin, 4 ədəd konvalyutda metadon həbi, əlavə 2 ədəd metadon həbi və iki ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbada tərəfindən qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman və kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman “Honor” markalı mobil telefonun videoçəkmə funksiyalarından istifadə edilməklə Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra şəxsin üzərinin yoxlanılması və yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı aparılan video çəkliş tərəfindən dayandırılmışdır. Bununla bağlı tərəfindən protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokolu imzalamışlar. Bundan sonra araşdırmanın aparılmasından ötrü Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsi Qobu polis bölməsinə dəvət edilərək barəsində toplanmış material aidiyyəti üzrə təhqiqat şöbəsinə verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması və gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllə adlanan ərazidə təqsirləndirilən şəxsə yaşadığı evin həyətində yaxınlaşaraq özlərini təqdim etmiş, məlumatın mahiyyətini izah etmiş və təqsirləndirilən şəxs hər şeyi etiraf edərək narkotik vasitə və psixotrop maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Kiçik bükümdə olan narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olmuş, saxlanılarkən müqavimət göstərməmiş, həmçinin təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, psixi təsir göstərilməmişdir. Daha sonra təqsirləndirilən şəxs polis idarəsinə dəvət edilmiş, idarədə xidməti otaqların birində vəkilin və təhqiqatçının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qurudulmuş marixuana, metadon həbləri və metamfetamin aşkar olunmuşdur. O, Şahid4 adlı şəxsi tanımadığını və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması və gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxsin yaşadığı evə getmiş, qapını Rauf özü açmış, özlərini təqdim edərək məlumatın mahiyyətini izah etmiş, daha sonra evə baxış keçirilmiş və baxış zamanı həyətdə darvaza tərəfdə dəmirin arxasından narkotik vasitələr — qurudulmuş marixuana, metadon, heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şahid Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəriləri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Suraxanı RPİ-nin, 32ci polis bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində Təqsirləndirilən şəxs işlə bağlı olaraq təxminən 3 ilə yaxındır ki, tanıdığını, aralarındakı münasibətlərin yaxşı olduğunu və təqsirləndirilən şəxsin onun rəsmi agenti olduğunu bildirmişdir. Ayda 2-3 dəfə onunla görüşmüş, yazılı məlumatlar almış, Rauf taksi fəaliyyəti ilə məşğul olmuş və işlə bağlı heç vaxt problemləri olmamışdır. Raufun tutulması ilə bağlı sonradan məlumatı olmuş, tutulmamışdan təxminən 20-30 gün əvvəl sonuncu dəfə onunla görüşmüş və rəsmi olaraq işlə bağlı əməkdaşlıqları sonlandırılmışdır. O, təqsirləndirilən şəxsin narkotik vasitə istifadə etmədiyini və hansı ərazidə və ya hansı ünvanda yaşadığını bilmədiyini qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Abşeron rayonu Qobu qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələri yaşadığı evin həyətyanı sahəsində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizə məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşdığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı və narazılığı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstü və yaşadığı evə baxış keçirilməsinə dair”, xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disklər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi evin həyət qapısı döymüş, Təqsirləndirilən şəxs qapını açmış, polis əməkdaşları özlərini təqdim edərək həyətə daxil olmuş, ona üzərində və ya yaşadığı evdə hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində daş hasara söykənmiş dəmirin arxasından göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən içərisində iki ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin, 6 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, üzərində “Methadone 40” əmtəə nişanı olan 04 ədəd konvalyutdakı 40 ədəd üzərində F/40 yazısı həkk olunmuş, əlavə iki ədəd həb və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul etdiyini, təqdim etdiyi bir ədəd göy rəngli üzərində “Levis” yazısı olan sellofan torbanın içərisində olan 1 büküm narkotik vasitə qurudulmuş marixuana, 2 büküm narkotik vasitə heroin, 6 büküm psixotrop maddə metamfetamin, 04 ədəd konvalyutda metadon həbi, əlavə 2 ədəd metadon həbini və iki ədəd elektron tərəzini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonunda olan zaman Azər adlı şəxsdən 250 manat müqabilində alıb kirayə yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi evin həyətində gizlətdiyini, onun narkotik vasitə qəbul etməsindən, saxlamasından və satmasından ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evdən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 06 dekabr 2024-cü il tarixli, 6/5406 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş maddi sübut“ yazısı və imzalar olan bağlamadakı, 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 64,320 qram və 126,272 qram olmaqla, ümumi təmiz çəkisi 190,592 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,234 qram, 19,853 qram, 10,467 qram, 35,553 qram, 21,071 qram və üzərində “Higeinic Cotton” yazısı olan bükümdə təmiz çəkisi 225 qram, ümumilikdə 6 (altı) ədəd bükümdə ümumi təmiz çəkisi 320,178 qram olan kriatalşəkilli maddələr kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” əmtəə göstəricisi olan 4 ədəd konvalyutda, ümumilikdə 40 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 40 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). 2 (iki) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,127 qram və 0,088 qram olmaqla, ümumi təmiz çəkisi 0,215 qram həb hissələri metadon tərkibli həblərdir və həmin həb hissələrdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir (ayrı-ayrılıqda 0,008 qram və 0,012 qram) Üzərində “X6” yazısı olan mavi rəngli üzərində “Too! Box Scale” yazısı olan qara rəngli elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə və metamfetaminlə eyni kimyəvi tətkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İİ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 06 dekabr 2024-cü il tarixli, 7/1980 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 201,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim edilmiş qara rəngli elektron tərəzinin üzərində cüzi miqdarda qurudulmuş marixuananın hissəcikləri vardır. Qurudulmuş marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirlməsi haqqında 10 dekabr 2024-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 296 nömrəli saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, həssaslıq, eqosentizm kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları norma daxilindədir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 mart 2025-ci il tarixli 1231 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Fətullayev X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 dekabr 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” və 20 may 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 190,392 qram narkotik vasitə heroin, 319,728 qram psixotrop maddə metamfetamin, üzərində üzərində «F/M40» yazısı həkk olunmuş 04 ədəd konvalyutdakı 35 ədəd metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram olan dərman həbləri, 02 ədəd təmiz çəkisi 0,115 qram metadon tərkibli həb hissələri, 201,50 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və kirayə yaşadığı evə baxış keçirilməsinə dair video görüntüləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq — xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan narkotik vasitələr, psixotrop maddə və elektron tərəzilərin ona məxsus olmaması, polis əməkdaşının rəsmi agenti olması ilə əlaqədar olaraq içərisində narkotik vasitələr, psixotrop maddə və elektron tərəzilər olan sellofan torbanın onun yaşadığı evin həyətinə keçiriləcək əməliyyat tədbiri səbəbilə yerləşdirilməsi, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-Hazırda müayinə zamanı Fətullayev X2 xəstəliyindən xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, Abşeron RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 190,392 qram narkotik vasitə heroin, 319,728 qram psixotrop maddə metamfetamin, üzərində üzərində «F/M40» yazısı həkk olunmuş 04 ədəd konvalyutdakı 35 ədəd metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram olan dərman həbləri, 02 ədəd təmiz çəkisi 0,115 qram metadon tərkibli həb hissələri, 201,50 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nın maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 190,392 qram narkotik vasitə heroin, 319,728 qram psixotrop maddə metamfetamin, üzərində «F/M40» yazısı həkk olunmuş 04 ədəd konvalyutdakı 35 ədəd metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram olan dərman həbləri, 02 ədəd təmiz çəkisi 0,115 qram metadon tərkibli həb hissələri, 201,50 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi müsadirə edilsin, 02 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar