Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-362/2023 16.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Baxış küçəsində şəxsiyyəti istintaq orqanına məlum olmayan Kənan adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, 22,014 qram çəkidə eyni tərkibli narkotik vasitə olan heroini, 2,312 qram psixotrop maddə olan metamfetamini və 01 ədəd elektron tərəzini əldə edib, 1,692 qram heroini üzərində, 20,322 qram heroini, 2,312 qram metamfetamini və 01 ədəd elektron tərəzini isə müvəqqəti yaşadığı evin həyətindəki yarımtikilidə saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 22:30 dəqiqədə Sumqayıt ŞPİ-nin 1- ci PB-nın əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, Çerkasi küçəsində yerləşən fərdi evin qarşısında saxlanılaraq 1-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 03 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,403 qram, 0,388 qram və 0,901 qram, ümumi təmiz çəkisi 1.692 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 20 avqust 2022-ci il tarixdə saat 00:l3-də yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, Çerkasi küçəsində yerləşən fərdi evə keçirilmiş baxış zamanı həyətdəki yarımtikilidə saxladığı 01 ədəd şəffafa rəngli sellofan bükümdə təmiz çəkisi 20,322 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,312 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qısa müddət idi ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Kənan adlı şəxsdən şəxsi istifadəsi üçün 3 balaca bükümü 60 manata almış, öz istifadəsi üçün mal alanda Kənan ona saxlaması üçün paket verərək məhləyə getməsini, gəlib ondan götürəcəyini bildirmişdir. Axşam saat 10 radələrində tanışı ilə yarıtikili olan yerə gəlmiş, narkotik vasitə istifadə edərkən polislər içəri girmiş, üstünü yoxlayarkən öz istifadəsi üçün olan narkotik vasitəni görmüşlər. Həmin vaxt Kənanın ona verdiyi paket də üstündə olmuş, onu da götürərək bölməyə gəlmişlər. Polis əməkdaşlarına narkotik vasitəni Kənan adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını, digər paketi də müvəqqəti saxlaması üçün Kənanın ona verdiyini bildirmişdir. Bölmədə ona zəng edib Kənanla danışması bildirilmiş, lakin Kənan zəngə cavab verməmişdir. Daha sonra tutulduğu yerə gətirilərək çəkiliş etməyə başlamışlar. Dediklərini etməsə, onun üçün pis olacağı deyildiyi üçün o, polis əməkdaşlarının dediklərini ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 42-ci məhəllədə Hafis Baxış küçəsində Kənan adlı şəxslə görüşüb ondan 60 manata 3 ədəd bükümdə narkotik vasitə olan heroin almış, sonra Kənan ona 1 ədəd selefon bükümdə təxminən 3 qram çəkidə şüşə adlandırdıqları psixotrop maddə olan metamfetamini, 1 ədəd selefon bükümdə 21 qram çəkidə kakos adlandırdıqları narkotik vasitə olan heroini və 1 ədəd tərəzini ona verərək saxlamasını bildirmişdir. O, ona demişdir ki, gəlib həmin narkotik vasitələri və tərəzini səndən götürücək. O, aldığı 3 bükümü əynində olan şalvarının sağ yan cibinə qoyub orada saxlamışdır. Kənan ona saxlaması üçün verdiyi 2 bükümü isə müvəqqəti yaşadığı Sumqavıt şəhəri Yaşıldərə bağlar massivi Çerkasi küçəsində olan evin həyətində olan yarımıiklidə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin yerləşdiyi küçədə olduğu zaman Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb bölməyə gətirilmişdir. Həmin bölmənin inzibati binasında bir otaqda ona vəkillərin siyahısı təqdim olunaraq həmin siyahıda olan vəkillərdən birini hüquqlarını müdafiə etməyi üçün seçməyini demişlər, o, da oan təqdim olunan vəkillərin siyahısından Sumqayıt şəhər 1 saylı hüquq bürosunun vəkili X2 hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkilə telefonla məlumat verilmişdir. Vəkil gəldikdən sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Ona müdafiəçi təqdim olunmuş, hüquq) və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşları tərəfindən ona üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də hər hansı qanunsuz əşya olub olmaması, vardırsa təqdim etməyi bildirilmişdir. O, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 3 ədəd şəffaf rəngli selefon bükümdə olan narkotik vasitə olan heroini təqdim elmişdir. Onun təqdim etdiyi 3 ədəd büküm ayrı-ayrılıqda açıldıqda hər üçünün içərisindən qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroindən 1- ci bükümdə 0,99 qram, 2-ci bükümdə 0,49 qram, 3-cü bükümdə 0,42 qram olduğu məlum olmuşdur. Bundan sonra üzərindən aşkar olunan 3 ədəd büküm 1 ədəd ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Zərfin üzəri polis əməkdaşı tərəfindən yazılmışdır. O, da zərfin üzərinə imza etmişdir, sjorğu' zamanı o, üzərindən aşkar olunan narkotik vasitə olan heroini tutulduğu gün saat 20 radələrində Sumqayıt şəhəri 42-ci məhəllədə Hafis Baxış küçəsində Kənan adlı şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Lakin üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı o. yaşadığı evin həyətində olan yarımtikilidə Kənanın ondan 3 büküm narkotik vasitə olan heroin aldığı gün ona saxlaması üçün verdiyi 1 büküm narkotik vasitə olan heroin və 1 büküm psixotrop maddə olan metamfetamin saxladığını və həmin heroinlə metamfetamini təqdim edə biləcəyini demişdir. Üzərində şəxsi axtarış aparılan zaman video kamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı ona qarşı hər hansı zor tətbiq olunmamış, qanunsuz hərəkətlər edilməmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə onun evində axtarış aparılmasına dair ərizəsinə əsasən yaşadığı həmin evin həyətində olan tikilidə axtarış aparılmış və oradan Kənan ona saxlamağı üçün verdiyi həmin 1 büküm heroin, 1 büküm metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Evində olan axtarış zamanı da video çəkiliş aparılmışdır. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və o, da doğruluğunu imzası ilə təsdiq etmişdir. Ona narkotik vasitə olan heroini satmış olan şəxsin adı Kənandır. Lakin o, onun soyadını və atasının adını bilmir. Kənanın onda telefonu da yoxdur. Kənan ona demişdir ki, o, özü onunla əlaqə saxlayacaq. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O. ancaq narkotik vasitələrdən istifadə edir. (cild 1, iş vərəqə 197-199) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün təxminən saat 22 radələrində Sumqayıt şəhəri, Yaşıldərə massivi, Çerkasi küçəsində yerləşən yaşadığı evin qarşısında olmasını görüb Fəridə yaxınlaşaraq özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə saxlaması üzərində gəzdirməsi və satması barədə şübhəli bilindiyi üçün onu bölməyə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, əynindəki şalvarın cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümləri çıxardaraq təqdim etmiş və bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmçinin o, həmin narkotik maddəni həmin gün Kənan adlı şəxsdən 60 manata aldığını, və Kənanın ona saxlamaq üçün 01 ədəd sellofan bükümdə narkotik vasitə və elektron tərəzi verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həyətdə olan yarımçıq tikiliyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yarımçıq tikilidə saxladığı bir ədəd şəffaf rəngli bükümdə olan narkotik vasitə olan heroin, bir ədəd şəffaf bükümdə olan psixotrop maddə olan metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilli Şahid3 və məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməliyyat müvəkkilli Şahid2 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, yaşadığı mənzildə və üzərində saxlaması, eləcə də satışı barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «şəxsi və yaşayış sahəsində axtarışın keçirilməsi barədə» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 03 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq 20 avqust 2022-ci il tarixdə saat 00:13-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, Çerkasi küçəsində yerləşən fərdi evə keçirilmiş baxış zamanı onun həyətdəki yarımtikilidə saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində ağ rəngli kristal halında psixotrop maddə olan metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 30-31) Şəxsi və yaşayış sahəsində axtarışın keçirilməsi barədə protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli. 6/4433 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxsdən aşkar olunan kütlələr.... Təqsirləndirilən şəxs...» və.s yazılar, imzala olan zərfdəkİ 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1, 403 qram, 0,388 qram, 0,901 qram, ümumi təmiz çəkiləri 1,692 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində «Saxlanılan şəxsdən aşkar olunan kütlələr.... Təqsirləndirilən şəxs...» və.s yazılar, imzala olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 20,322 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,312 qram ağ rəngli, kristall şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Üzərində «Yaşayış sahəsində xtarış aparılan zaman aşkar olunan tərəzi... Saxlanılan şəxs...Təqsirləndirilən şəxs...» və. Yazılar , imzalar olan zərfdəki 01 ədəd «AOİSAİ» markalı elektron tərəzinin üzərində narkotik vasitə-heroin izləri müəyyən edilmişdir. (cild 1, iş vərəqə 40-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli. 6/6366 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdəki narkotik vasitə-heroin kütlələri həm öz aralarında və həmçinin həmin şəxsin yaşadığı həyətyanı sahədən aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitə-heroin kütləsi ilə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Təqdim olunmuş 01 ədəd «AOİSAİ» markalı elektron tərəzinin üzərində aşkar edilmiş narkotik vasitə-heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. (cild 1, iş vərəqə 168-172) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 126- 127) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş itkin təmiz çəkisi 22,014 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 21,774 qram çəkidə narkotik vasitə olan heroin, ilkin təmiz çəkisi 2,312 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 2,212 qram psixotrop maddə olan melamletamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 83-84) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 112-113, 115-122) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt bələdiyyəsi, 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Sumqayıt şəhəri, 76-cı mhəllə, Çerkasi küçəsi, ev 3/3 , mənzil 117-də yaşayır. (cild 1, iş vərəqə 123) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı 02 azyaşlı uşağı vardır . Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı həyətdəki yarımtikilidə aşkar olunan külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 avqust 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 03 sentyabr 2022-ci il tarixdə “qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, və Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş və 10 sentyabr 2022-ci il tarixli qərarla saxlandığı MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək, həmçinin 09 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2- ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan – 21,774 qram çəkidə narkotik vasitə heroin, 2,212 qram psixotrop maddə metamfelamin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 ( beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək, həmçinin 09 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-cil tarixədək tutularaq həbsdə saxlandığı 4 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 05 il 05 ay 26 gün (beş il beş ay iyirmi altı gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan – 21,774 qram çəkidə narkotik vasitə heroin, 2,212 qram psixotrop maddə metamfelamin, 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 219,90 (iki yüz on doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-362/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-362/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver