Məhkəmə qərarları › İş №1(124)-362/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-362/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-362/2024 19.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 13 iyun 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün 25 manat müqabilində bir ədəd şəffaf selofana bükülmüş, külli miqdarda - 2,298 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək Abşeron rayonu, Qobu qəsəbəsinə daşıyıb üzərində saxlamış, 13 iyun 2023cü il tarixdə saat 19:00 radələrində Abşeron Rayon Polis İdarəsinin X30 əməkdaşları tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi, C.Cabbarlı küçəsində saxlanılaraq, X32 gətirilib həmin gün orada saat 19:55-dən saat 20:15-ə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 2,298 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin gün o, polis əməkdaşları həyətdə qardaşını saxlayıb, polis bölməsinə apardıqlarına görə, anası, atası və qaynanası ilə birlikdə bölməyə getmişdir. Orada qardaşını külli miqdarda narkotik vasitələrin istifadəsində ittiham etdiklərini görüb, qardaşına kömək məqsədilə ona verilən az miqdarda narkotik vasitənin ona məxsus olduğunu qəbul etmiş və Cinayət Məcəlləsinin 234.1-ci madddəsi ilə ittiham olunacağına inanmışdır. Əslində isə, bölməyə gedərkən üzərində heç bir narkotik vasitə olmamışdır. Çəkilişdə üzərindən çıxan narkotik vasitə də ona məxsus deyildir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, tutulmamışdan 9 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Qardaşı da narkotik vasitə istifadəçisi olmuşdur. Qardaşına Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsin deyə, o, üzərindən çıxan narkotik vasitənin ona məxsus olduğunu qəbul etmişdir. Polis əməkdaşları qardaşını 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində saxlamışlar. O tutulana qədər, ünvan 2 ünvanında yaşamışdır. O, usta işləmiş, 13 iyun səhər saat 11-12 radələrində işdən evə gəlmiş, həmin gün atası və anası evdə olmuş, qaynanası və baldızı isə onlara qonaq gəlmişdir. Evdə anası ona qardaşını polis əməkdaşlarının tutaraq X32 apardığını bildirmişdir. O, saat 12 radələrində anası, atası və qaynanası ilə birlikdə kənddən tanıdıqları taksi şoferi ilə X32 getmişdir. Həmin vaxtdan sonra bölmədən çıxmamış, orada olmuşdur. Onun 13 iyun saat 19 radələrində saxlanılıb, polis bölməsinə aparılması halı olmamışdır. O, qardaşına Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsin deyə, polis əməkdaşları ilə razılaşmış, ona da az miqdarda narkotik vasitə verilməsini istəmiş, polislər hər ikisinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ittiham olunacağını ona bildirmiş, lakin onu aldadaraq onu çoxlu miqdarda narkotik vasitə ilə rəsmiləşdirmişlər. Onun CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunacağını bilməmişdir. Polis bölməsində əməliyyatçılar tərəfindən döyülmüşdür. İlkin adlı tanışı da həmin vaxt polis bölməsində olmuşdur. Onu da polis əməkdaşları həmin gün ondan əvvəl təxminən qardaşı ilə eyni vaxtda saxlayaraq polis bölməsinə gətirmişlər. İlkini X28 görmüşdür. Hətta həmin vaxt İlkin səhv etmirsə polis bölməsindən qaçmağa çalışmış və bu zaman iki ayağını sındırmışdır. 09 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirilmiş, 13 oktyabrda yenidən Bakı İstintaq Təcridxanasına qaytarılmışdır. O, MSY-yə gətiriləndə cinayət işi təsdiq olunub, prokurora göndərilmiş və o, cinayət işinin materialları ilə tanış olmamış, sadəcə bir-iki sənəd imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə qardaşının dalınca özünün polis bölməsinə getdiyini, polis bölməsinə gedərkən üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşlarının onu aldatdığını bildirmiş, qeyd olunanlara əsasən onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarını görüb uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları da onun hərəkətlərindən şübhələnərək yaxınlaşıb özlərini təqdim etdikdən sonra, uzaqlaşmaq istəməyinin səbəbini soruşmuşlar. O, da üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu saxlayıb Abşeron RPİ-nin X32 dəvət etmişlər. Abşeron Rayon Polis İdarəsinin Qobu PB-də xidməti otaqlardan birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Şəxsi axtarış keçirilən zaman o, könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddə şəxsi axtarış zamanı qablaşdırıldıqdan sonra zərfin üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 25 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır (cild 01, iş vər. 63-64). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saat 19 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsində saxlamış, özlərini təqdim edib, ona şübhəli olduğunu bildirmiş və şəxsi X32 gətirmişlər. Polis bölməsində xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı şəxsin üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, daxil olan əməliyyat məlumatının məzmununu hazırda xatırlamır. Şəxsin üzərindən aşkar olunan narkotik vasitə 1 bükümdə olmuşdur. 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qardaşı da polis əməkdaşları tərəfindən saxlanılmış, şəxslər barəsində ayrı-ayrı əməliyyat tədbirləri keçirilmişdir, qardaşının saxlanıldığı saatı dəqiq xatırlamır, səhv etmirsə, Təqsirləndirilən şəxs axşam saatlarında saxlamışlar. O, əməliyyat qrupunun üzvü olmuş, şəxsə qarşı polis bölməsində heç bir təzyiq və təsir olmamışdır. Şəxs saxlanılarkən müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə qardaşı ilə maraqlanmaq üçün gəlməmiş, polis bölməsində ona narkotik vasitəni qəbul etməsi, həmçinin qardaşına və ona yüngül cəza təyin olunması təklif olunmamışdır. O, X28 baş əməliyyat müvəkkili olmuş, əvvəllər şəxs barəsində narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmuşdur. Əməliyyat tədbiri keçirilən ərəfədə, ***-***-**-** nömrəsindən istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid3 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsində saxlamış, ona narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmiş və X32 dəvət etmişlər. Polis bölməsində şəxsin müdafiəçi ilə konfidensial görüşü olmuş, daha sonra müdafiəçi və təhqiqatçının iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Binəqədi qəsəbəsindən 25 manata əldə etdiyini bildirmişdir. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, əməliyyat qrupuna Şahid3 rəhbərlik etmişdir. Şəxsi axşam saatlarında yaşadığı evin yaxınlığında saxlamışlar. Həmin gün şəxsin qardaşının tutulub-tutulmadığını xatırlamır. Şəxsə qarşı polis bölməsində heç bir təzyiq, təsir göstərilməmişdir. Şəxs saat 12 radələrində qardaşının saxlanılması ilə bağlı polis bölməsinə gəlməmişdir. X35 ilə Cəfər Cabbarlı küçəsi arasında 6-7 km məsafə olar. Səhv etmirsə, şəxs barəsində daxil olan əməliyyat məlumatının məzmunu narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə olmuşdur. Şəxsin narkotik vasitələrin satış ilə məşğul olması barədə sadəcə şifahi məlumat olmuşdur, bununla bağlı konkret tədbir həyata keçirilməmişdir. Əməliyyat qrupunun yaradılması barədə rəisə məruzə olunub, qərar qəbul olunmuşdur. Əməliyyat tədbiri keçirilən ərəfədə, ***-***-**-** nömrəsindən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsində saxlamış və X32 gətirmişlər. Polis bölməsində vəkilin və təhqiqatçının iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş, şəxsdən üzərində qanunla qadağan olunmuş hər hansı predmet olub-olmadığı soruşulduqda, şəxs könüllü şəkildə üzərindəki bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, şəxsi axşam saat 18- 19 radələrində saxlamışlar. Həmin gün şəxsin qardaşı da saxlanılmışdır, lakin onun hansı saatda saxlanıldığını xatırlamır. Şəxs polis bölməsində təzyiq və təsirə məruz qalmamışdır. Şəxs barəsində daha əvvəl onda şifahi məlumat olmuşdur. Şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, şəxs saxlanılarkən müqavimət göstərməmişdir. Həmin gün şəxs saat 12 radələrində qardaşı ilə maraqlanmaq üçün polis bölməsinə gəlməmiş və polis bölməsində saxlanılmamışdır. Əməliyyat tədbiri keçirilən ərəfədə, ***-***-**-** nömrəsindən istifadə etmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da, iş üzrə şahidlər Şahid3, Şahid1 və Şahid2 ilə eyni məzmunda ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə saat 10 radələrində yoldaşı və özü evdə oturduqları vaxt qəfildən Şahin, Xətayi və Cavid adlı polis əməkdaşları həyətə daxil olmuş, arxa baxçaya tərəf getmiş və X20 tutmuşlar. Bu zaman o, polis əməkdaşlarına oğlunu vurmamaları üçün yalvarsa da, onlar məhəl qoymamışlar. Xətayi adlı polis əməkdaşı ona və gəlininə qarşı nalayiq ifadələr işlətmiş, daha sonra X20 aparmışlar. Bu vaxt digər oğlu Təqsirləndirilən şəxs məhəllədə ev tikintisi ilə məşğul olmuş, işi bitdikdən sonra evə gəlmiş, evdə çay içdiyi vaxt ona qardaşını polis əməkdaşlarının apardığını söyləmişdir. Daha sonra, o, yoldaşı, qudası və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə kənddən tanıdıqları taksi şoferinin **-VH-*** nömrəli, göy rəngli maşını ilə X32 getmişdir. Polis bölməsində oğlu Niyaməddin Ağayevlə maraqlanmaq üçün rəisin otağına qalxmaq istədikləri vaxt, polis əməkdaşı Şahin onları pilləkəndən geri qaytarmış, onlar çöldə gözləmiş, oğlu Ceyhunu isə içəri aparmışlar. Həmin vaxt onun halı pisləşmiş, yıxılmış və polis əməkdaşı Samir ona su verərək kömək etmişdir. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, onlar saat 12 radələrində X17muşlar, oğlu Ceyhunu polis bölməsində saxlamışlar, onlar isə evə geri qayıtmışlar. Səhəri gün oğlu Ceyhunun Abşeron Rayon Polis İdarəsinə aparıldığını öyrənmiş və ona yemək aparmışdır. Növbəti gün isə, hər iki oğlunu Kürdəxanı Təcridxanasına aparmışlar. X20 saat 10 radələrində Cavid, Xətayi və Şahin adlı polis əməkdaşları yaşadıqları evdə saxlayıb aparmışlar. Polis əməkdaşları həyətə daxil olanda, nə üçün gəldikləri barədə heç nə deməmişlər. Həmin vaxt Ceyhun tikintidə olmuş, ev tikdiyi yer onların evinə yaxın məsafədə olmuşdur. Ceyhun qardaşını polis əməkdaşlarının apardığını görməmiş, polis əməkdaşları getdikdən 1 saat sonra evə gəlmişdir. Daha sonra Ceyhun onlara hazırlaşıb polis bölməsinə gedəcəklərini demişdir. O, oğlu, oğlunun qaynanası və yoldaşı bölməyə getmişlər. Onları aparan taksi şoferini Ceyhun tanıyır. Ceyhunun şəxsi telefonu olmamışdır. Polis əməkdaşları oğlu Niyaməddini apardıqdan sonra, “102” Xidmətinə məlumat verməmişdir. Polis bölməsinə daxil olduqdan sonra, X29 adlı şəxsə yaxınlaşmışlar, həmin vaxt Şahin adlı əməkdaş pilləkənlə yuxarı qalxmış, oğlu Ceyhunu aparmış, lakin onları çölə çıxarmış və içəri girməyə icazə verməmişdir. Xeyli gözlədikdən sonra evə qayıtmış, daha sonra yenidən, polis bölməsinə gəlmiş, oğullarının narkotik vasitə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə aparıldığını öyrənmişdir. Xəstə olduğu üçün, oğullarının narkotik vasitə istifadə etdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu kəndində yaşayır. Təqsirləndirilən şəxs atası onun yanına gəlmiş və onları X32 aparmağını xahiş etmişdir. Ceyhunu, atasını, anasını və qaynanasını maşını ilə polis bölməsinə aparmışdır. Həmin vaxt Ceyhun köhnə, fəhlə paltarında olmuşdur. Onları polis bölməsinə aparıb, geri qayıtmışdır. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, həmin şəxsləri polis bölməsinə aparanda 13 iyun 2023-cü il, saat 11-12 radələri olmuşdur. Tarixi və saatı dəqiq xatırlamasının səbəbi həmin gün kənddə Ağalar Qəfəroğlu adlı şəxsin rəhmətə getməsi və onun yas mərasiminə tələsməsi olmuşdur. Ceyhunun atası maşına mindikdən sonra 2 nömrəli məktəbin qarşısından Ceyhunu, anasını və qaynanasını götürmüş və polis bölməsinə aparmışdır. Məktəb və polis bölməsi arasında təxminən 3 km məsafə olar, maşın ilə 6-7 dəqiqəlik, piyada isə 15-20 dəqiqəlik yoldur. Həmin vaxt ***-***-**-** nömrəsini istifadə etmişdir. Maşınının markası “VAZ-2104”, nömrəsi isə, **-BH-*** olmuşdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş aşağıdakı sübutlar tədqiq edilmişdir: - xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərar. Həmin qərardan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Ayaz Gülməmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 01, iş vər. 01). - xx.xx.2023-cü il tarixli “Raport”. Həmin raportdan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X32 xx.xx.1994-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). - xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar. Həmin qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). - xx.xx.2023-cü il tarixli “Raport”. Həmin raportdan görünür ki, xx.xx.1994-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq X32 gətirilmişdir (cild 01, iş vər. 09). - xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokol. Həmin protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokol. Həmin protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:55-dən 20:15-dək X28 polis əməkdaşlarının və müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən şəxsin əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 2,298 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 31-32). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/5967 nömrəli nömrəli rəyi. Həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN üçün № 245” dairəvi möhür əksi “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,298 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 40-44). - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-443/2023 saylı qərarı. Həmin qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən saat 19:20-dən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 74-76). - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5329 nömrəli rəyi. Həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 114-115). - xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar. Həmin qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən materialın ayrılması qərara alınmışdır (cild 01, iş vər. 122-126). Məhkəmə istintaqı zamanı həmçinin aşağıdakı əlavə sübutlar tədqiq edilmişdir: - Abşeron rayon prokurorluğundan verilmiş xx.xx.2024-cü il tarixli 2-2-400/2- 027260/2024 saylı məktub. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin X30 əməkdaşları tərəfindən döyülməsi və digər qeyri-insani hərəkətlərə məruz qalması ilə bağlı xüsusatlar üzrə araşdırma aparılmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-17/38/2-380/2024 saylı məktub. Həmin məktubdan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ayaz Gülməmmədov 05-08 oktyabr 2023-cü il tarixlərdə Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs Təqsirləndirilən şəxs ilə görüşməmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs 09-13 oktyabr 2023-cü il tarixlərində Abşeron Rayon Polis İdarəsinin MSY-nə keçirilmişdir. - Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarış. Həmin çıxarışdan görünür ki, X30 əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2 və Şahid4 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 12:25-də X11, həmin tarixdə saat 14:35-də X5 və həmin tarixdə saat 18:55-də Təqsirləndirilən şəxs X32 gətirilərək təhvil verilmiş, İlkin Mehdiyev həmin tarixdə saat 14:35-də, Niyaməddin Ağayev həmin tarixdə saat 16:50-də, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 20:35-də Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi üçün aparılmışdır. - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında “Bakcell” və “Nar mobile” operatorlarından götürülmüş mobil nömrələrə dair məlumatlar. Həmin məlumatlardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şahid1 Xəqani oğlunun istifadəsində olan ***-***-**-** saylı nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Həmin tarixlərdə Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrə xx.xx.2023-cü il tarixdə saat 13:19-dan saat 23:09-dək “Ruzi market_Qobu yolu, Abşeron rayonu, Hökməli qəsəbəsi, Binəqədi” ünvanında qeydə alınmış, həmin tarixlərdə Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrə isə xx.xx.2023-cü il tarixdə saat 16:33-də “Abşeron rayonu, Qobu kəndi, C.Cabbarlı küçəsi”ndə, xx.xx.2023-cü il tarixdə saat 17:24-də “Ruzi market_Qobu yolu, Abşeron rayonu, Hökməli qəsəbəsi, Binəqədi” ünvanında, xx.xx.2023-cü il tarixdə saat 21:36-da isə “Nicat market, ünvan 5 ünvanında qeydə alınmışdır. - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında “Nar mobile” operatorundan götürülmüş mobil nömrəyə dair məlumatlar. Həmin məlumatlardan görünür ki, xx.xx.2023-cü il tarixədə X8 istifadəsində olan ***-***-**-** saylı nömrə həmin tarixdə saat 15:48-də “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şössesi/Binəqədi” ünvanında, həmin tarixdə saat 18:00-dan saat 18:06-dək “Abşeron rayonu, Qobu qəsəbəsi”ndə qeydə alınmışdır. - Təqsirləndirilən şəxs barəsində prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə 4(012)-443/2023 saylı icraat materialı. Həmin materialdan və ona əlavə olunan video görüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Abşeron rayon prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri Aslan Surxayev tərəfindən verilmiş təqdimata Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyeva tərəfindən baxılmış, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunan ittihamla təqsirli bilməmiş, polis əməkdaşları qardaşını saxlayıb X32 gətirdiklərinə görə ailəsi ilə birlikdə, yəni atası, anası və qaynanası ilə birlikdə taksi ilə polis bölməsinə gəldiyini, qardaşının ağır maddə ilə təqsirləndirildiyini, ona 15 il azadlıqdan məhrum etmə cəzasının təyin olunacağını eşitdiyi üçün qorxudan məcbur qalıb polis əməkdaşları ilə razılaşdığını, ona aid olmayan narkotik vasitəni boynuna aldığını qeyd etmiş, müdafiəçinin nədən ona üzərinə şəxsi axtarış keçirilən zaman heç nə deməməsi ilə bağlı sualına qorxduğu üçün heç bir söz demədiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq isə ona polis əməkdaşları tərəfindən 3 ay həbs qətimkan tədbiri seçiləcəyi, sonra çöldən çölə barəsində iş gedəcəyi, ona CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyi deyildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmçinin CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (1 büküm heroinin) aşkar olunduğu xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3342 №-li rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5329 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi polis əməkdaşları olan Şahid3, Şahid1 Xəqani oğlu, Şahid2 və Şahid4 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (1 büküm olmaqla 2,298 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroinin) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrıayrılıqda münasibət bildirmədən öncə, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunanadək baş verən hadisələrin araşdırılmasını zəruri saymışdır. Belə ki, sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması iş üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən əməliyyat tədbirinin gedişində hansı tarixdə saxlanılması (xx.xx.2023-cü il) göstərilsə də, onun saxlanılma vaxtı (saatı) dəqiq göstərilməmiş, o cümlədən iş materiallarında (raport, cild 01, iş vər.09) onun həmin tarixdə Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında, yəni yaşadığı evin qarşısında saxlanıldığı qeyd olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə tərtib olunan protokolda (cild 01, iş vər. 29) bu vaxtın xx.xx.2023-cü il tarix saat 19:20 kimi qəbul edildiyi müəyyən olunur. Habelə, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X30 əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2 və Şahid4 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 18:55-də X32 gətirilərək təhvil verilmişdir. Şəxsin saxlanıldığı yer ilə X35 arasında olan məsafənin qısa olması əsas götürülməklə və polis əməkdaşlarının avtomobil ilə hərəkətdə olması nəzərə alınmaqla, cinayət işinin materiallarına əsasən belə nəticəyə gəlmək olar ki, şəxs rəsmiləşdirməyə əsasən polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə təxminən saat 18:45-də saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə əslində onun saxlanmasının heç də rəsmi sənədlərdə göstərildiyi kimi əməliyyat axtarış tədbiri nəticəsində deyil, özünün könüllü şəkildə X32 gəlməsi ilə baş verdiyi, həmin hadisənin isə hazırki iş üzrə rəsmi sənədlərdə göstərilən saatda deyil, həmin saatdan bir neçə saat öncə, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 12-14 radələrində olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində işdən evə gəldiyini, evdə qardaşının polis əməkdaşları tərəfindən saxlanılmaqla X32 aparıldığını öyrəndiyi üçün atası, anası və qaynanası ilə birlikdə taksi ilə polis bölməsinə getdiyini, sonradan orada polis əməkdaşları tərəfindən saxlanıldığını, evə qayıtmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalaraq özünə aid olmayan narkotik vasitəni boynuna almağa məcbur olduğunu qeyd etmiş, hətta X28 İlkin adlı tanışını da gördüyünü, onun da polis əməkdaşları tərəfindən tutulduğunun şahidi olduğunu bildirmişdir. Eyni məzmunlu ifadəni, yəni Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə atası, anası və qaynanası ilə birlikdə taksi ilə X32 getdiyini məhz müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən şahidlər (təqsirləndirilən şəxsin anası) X13 və (taksi sürücüsü) X18 da vermiş və hər bir şahid həmin məlumatın doğruluğunu öz ifadələri ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərkibi ona görə təqsirləndirilən şəxsin və müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən şəxslərin ifadələrinə obyektiv, həqiqəti əks etdirən ifadə kimi yanaşır və əsaslı sayır ki, həmin şəxslərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı əldə edilməklə iş materiallarına əlavə olunan sənədlərlə uyğunluq təşkil etmiş, onlarla üst-üstə düşmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş və məhkəmədə kollegiyasının iclasında tədqiq olunmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Niyaməddin Ağayev həqiqətən də həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə vaxt etibarı ilə Təqsirləndirilən şəxs daha öncə eyni polis əməkdaşları tərəfindən saxlanılmaqla X32 gətirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sərbəst verdiyi ifadəsində X28 gördüyünü qeyd etdiyi tanışı İlkin Mehdiyev adlı şəxs də həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə vaxt etibarı ilə Təqsirləndirilən şəxs daha öncə eyni polis əməkdaşları tərəfindən saxlanılmaqla X32 gətirilmişdir. Təqsirləndirilən şəxs qardaşı Niyaməddin Ağayevin saxlanılaraq X32 gətirilməsi halının özünü məhkəmə istintaqı zamanı şahid qismində dindirilən polis əməkdaşlarının özləri də təsdiq etmişdir. Digər tərəfdən, yuxarıda istinad olunan “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi İlkin Mehdiyev həmin tarixdə saat 14:35-də X25 Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi üçün aparılmış, həmin çıxarışdakı yazılara əsasən Təqsirləndirilən şəxs isə X32 həmin tarixdə saat 18:55-də gətirilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs artıq X32 gətiriləndə İlkin Mehdiyev artıq Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi üçün aparılmış olduğundan, Təqsirləndirilən şəxs qeyd olunan şəxsi X32 görməsi qeyri-mümkün idi. Bu halın mövcudluğu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Qobu Polis Böməsinə heç də iş materiallarında qeyd olunduğu saatda gətirilməmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs sərbəst ifadəsində qeyd etdiyi tanışı İlkin Mehdiyev barəsində həqiqətən də Abşeron Rayon Polis İdarəsində cinayət işinin ibtidai istintaqı aparılmış və hazırda onun barəsində olan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bütün bunlarla yanaşı, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşlarının istifadəsində olan mobil nömrələrə dair müvafiq operatorlardan götürülməklə məhkəmə iclasında tədqiq olunan anten dairə məlumatlarından görünür ki, həmin şəxslərin istifadəsində olan mobil nömrələr və cihazlar iş materiallarında göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs saxlanılmasının rəsmiləşdirildiyi “Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında” ünvanında qeydə alınmamışdır. Halbuki, iş materialları ilə Təqsirləndirilən şəxs məhz xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında, yaşadığı evin qarşısında saxlanıldığı qeyd olunmuşdur. Əksinə “Google map” proqramı vasitəsi ilə yoxlanıldıqda sözügedən polis əməkdaşlarının istifadəsində olan mobil nömrə və cihazlarının anten dairə məlumatlarının göstərildiyi ünvanın ( “Ruzi market_Qobu yolu, Abşeron rayonu, Hökməli qəsəbəsi, Binəqədi”) X30 yaxınlığı olduğu müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirlən şəxslərdən biri - Leyla Ağayeva təqsirləndirilən şəxsin anası olsa da, digər şahid – Azad Şirinov təqsirləndirilən şəxslə heç bir yaxınlığı, qohumluğu olmayan, bir növ neytral, yəni işdə heç bir marağı olmayan şəxs olmuş və onun şahid qismində verdiyi ifadəsində göstərdiyi xüsusatlarla təqsirləndirilən şəxsin və şahid qismində dindirilən Təqsirləndirilən şəxs anası Leyla Ağayevanın ifadəsi üst-üstə düşmüş, biri-digərini tamamlamışdır. Məhkəmə kollegiyası hər iki əlavə şahidin ifadəsində əksini tapan xüsusatların eynilik təşkil etdiyini, bir-birini tamamladığını, həmçinin həmin ifadələrdə göstərilənlərin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilənlərlə də üstüstə düşməklə uyğunluq təşkil etməsini nəzərə alır və qeyd olunan səbəbdən, o cümlədən iş materiallarında olan digər sübutların (anten-dairə məlumatlarının, gətirilən şəxslərin qeydiyyatı kitabından çıxarışın və s.) da həmin ifadələrlə uyğunluq təşkil etdiyini əsas götürərək bu hissədə təqsirləndirilən şəxsin ifadəsini və müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şahidlərin verdikləri ifadələri əsaslı sayır və onlarla razılaşır, həmin ifadələri əsaslı sübut növü kimi qəbul edir. Polis əməkdaşlarının bu hissədə verdiyi şahid ifadələrinə isə tənqidi yanaşaraq həmin ifadələri əsaslı saymır və həmin ifadələrin iş materialları ilə uyğunluq təşkil etmədiyi qənaətinə gəlir. Beləliklə məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs heç də xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında, yəni yaşadığı evin qarşısında X30 əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılmamışdır. Təqsirləndirilən şəxs məhz həmin tarixdə saat 12-14 radələrində özü könüllü olaraq polis bölməsinə gəlmiş, yalnız bundan sonra onun saxlanılması həyata keçirilmiş, yəni o, faktiki olaraq tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə həmin Məcəllənin 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə həmin Məcəllənin 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində xx.xx.2023-cü il tarixdə məhz saat 12-14 radələrində özünün X32 gəldiyi müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun şübhəli şəxs qismində tutulması xx.xx.2023-cü il tarixdə saat 19:20-də rəsmiləşdirilmiş, yəni onun şübhəli şəxs kimi sözügedən saatdan və nədənsə Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında, yəni yaşadığı evin qarşısında küçədə hərəkətdə olarkən tutulması qəbul edilmişdir (cild 01, iş vər. 9, 29). Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 12-14 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq həmin tarixdə 19:20-dək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, həmin andan müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş, habelə təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməmiş (iş materiallarına əsasən MSY-yə həmin tarixdə saat 20:35-də təhvil verilməsi üçün aparılmışdır), tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulması rəsmiləşdirildikdən sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir. Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 12-14 radələrində özünün könüllü X32 gəlməsi, bölmədə həmin faktın baş verməsi ilə, yəni onun saxlanılması ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək olan təxminən 5-6 saatlıq vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması, özü könüllü şəkildə polis bölməsinə gələn şəxsin üzərində narkotik vasitənin mövcud olmasının nə dərəcədə real olması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin aşkar olunması prosesinin etibarlığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünün xx.xx.2023-cü il tarixdə könüllü şəkildə üzərində heç bir narkotik vasitə olmadan X32 gəldikdən sonra bir neçə saat orada saxlanmasını, həmin günü axşam radələridə polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunan narkotik vasitənin isə ona aid olmamasını, həmin günü ondan öncə tutularaq polis bölməsinə gətirilmiş qardaşının cinayət qanunvericiliyinin daha ağır maddəsi ilə məsuliyyətə cəlb olunmaması, daha ağır cəza almaması üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, beləliklə də polis bölməsində fiziki və psixi işgəncəyə, pis rəftara məruz qalması və üzərinə şəxsi axtarış keçirilərkən şifahi sorğu sual zamanı məcbur qalıb həmin narkotik vasitənin ona məxsus olmasını bildirdiyini qeyd etdiyindən, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında sözügedən maddi sübutun onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaranmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin də pozuntularını müəyyən etmiş və həmin qərarında bir sıra digər məsələllərlə yanaşı göstərmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X14rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X9rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12-14 radələrində özü könüllü şəkildə X32 gəlmiş, bölmədə olduğu müddətdə saxlanılmış, yəni hüquqları faktiki məhdudlaşdırılmış, həmin tarixdə saat 18:55-dək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, həmin tarixdə saat 19:20-də barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunmuş, saat 19:55-dən saat 20:15-dək üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan 1 büküm heroin aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu axtarış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından 5-6 saat sonra aparılmışdır. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 5-6 saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Ceyhun X4maqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs bölməyə gəlməsindən və saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs könüllü şəkildə xx.xx.2023-cü il tarixdə saat 12 radələrindən sonra X32 gəlməsi, polis bölməsində polis əməkdaşları tərəfindən faktiki olaraq saat 12-14 radələrində saxlanılmasını və üzərinə şəxsi axtarış keçirilənədək keçən müddət ərzində, yəni 5-6 saat ərzində polis nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutun (1 büküm heroinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dövlət hesabına təyin olunan müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsinə, həmçinin onun ümumilikdə ibtidai araşdırma dövründə müdafiə hüququnun təmin olunmasına gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. İlk növbədə o hal vurğulanmalıdır ki, təqsirləndirilən şəxs yalnız polis əməkdaşları tərəfindən saxlanıldığının rəsmiləşdirildiyi vaxtdan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın qarşısına çıxarılanadək olan müddətdə, yəni ilk 48 saat müddətində şəxsi axtarış zamanı üzərindən çıxan narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə vermiş, lakin artıq məhkəmə qarşısına çıxarılan anda tam əksinə özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək məhkəmə istintaqı zamanı göstərdiyi halları həmin məhkəmə qarşısında da qeyd etmiş, məhkəmə nəzarəti qaydasında materiala baxan hakim onun məhkəmədə qeyd etdiklərini tam olmasa da, qısa şəkildə öz qərarında qeyd etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə 4(012)-443/2023 saylı icraat materialı və ona əlavə olunan video görüntülərdən müəyyən olunmuşdur ki, hətta məhkəmə prosesində müdafiəçi də Təqsirləndirilən şəxs qeyd etdiklərinə reaksiya verərək bu məsələdən xəbərsiz olduğunu bildirmiş, təqsirləndirilən şəxsə nəyə görə üzərində şəxsi axtarış keçirilən zaman ona bu barədə bildirmədiyi barədə irad bildirmiş, Təqsirləndirilən şəxs isə onlara konfidensial görüş üçün şərait yaradılmadığını, hər daim polis əməkdaşlarının onun yanında olduğunu, qorxduğu üçün ona heç bir söz demədiyini vurğulamışdır ki, müdafiəçi bu hala dair Təqsirləndirilən şəxs qeyd etdiklərinə etirazını bildirməmişdir. Təqsirləndirilən şəxslə müdafiəçi arasında keçən müzakirədən belə müəyyən olunmuşdur ki, dövlət hesabına təyin olunan müdafiəçi kimi sözügedən vəkil Təqsirləndirilən şəxs təqdim olunandan sonra onlar arasında konfidensial görüş keçirilməmiş, hər hansı bir müdafiə taktikası hazırlanmamışdır. Bunu həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxsin narkotik vasitənin ona aid olmaması ilə bağlı qeyd etdiklərindən sonra müdafiəçinin ona nəyə görə üzərində şəxsi axtarış keçirilən zaman ona bu barədə bildirmədiyi barədə irad bildirməsi özü də təsdiq edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra müstəntiq tərəfindən təqsirləndirilən şəxslə bağlı heç bir istintaq hərəkəti aparılmamış, onun əlavə ifadəsi alınmamış, Təqsirləndirilən şəxs qeyd etdiyi şəxslər dəvət olunaraq əlavə şahid qismində dindirilməmiş, həmçinin təqsirləndirilən şəxslə polis əməkdaşları üzləşdirilməmiş, o cümlədən polis əməkədaşlarına təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar üzrə suallar ünvanlanaraq müvafiq cavablar alınmamışdır. İş materiallarından görünən odur ki, iş üzrə ibtidai istintaqı aparan müstəntiq Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onunla ibtidai istintaqın yekununadək heç görüşməmiş, xx.xx.2023-cü il tarixdə qəbul etdiyi “Sübutların qiymətləndirilməsi haqqında” qərarın (cild 01, iş vər. 122-126) yekun hissəsində də əsassız olaraq təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün heç bir dəlil gətirmədiyinin nəzərə alınmasını göstərmişdir. Bunun paralelində Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunan müdafiəçi də üzərinə düşən heç bir vəzifəni layiqincə yerinə yetirməmiş, təqsirləndirilən şəxsi keyfiyyətli hüquqi yardımla təmin etməmiş, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ibtidai istintaq yekunlaşanadək keçən müddət ərzində ibtidai istintaq orqanının qarşısında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün heç bir vəsatət qaldırmamış, təqsirləndirilən şəxsin əlavə dindirilməsinə, o cümlədən Təqsirləndirilən şəxs ailə üzvlərinin, habelə taksi sürücüsünün dindirilməsi və polis əməkdaşları ilə üzləşdirmənin keçirilməsinə nail olmamışdır ki, bütün bu hallar onun yalnız ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin olunmasına dair görünüşün yaradılması üçün dövlət hesabına təyin olunduğuna dair məhkəmə heyətində fikir formalaşmasına səbəb olmuş, faktiki olaraq isə təqsirləndirilən şəxsə heç bir keyfiyyətli hüquqi yardımın göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. CPM-in 19.1-ci maddəsində də göstətilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmçinin, həmin Məcəllənin 92.11.1-ci maddəsində göstərilmişdir ki, cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək, onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfinin seçdiyi mövqe üzrə hərəkət etmək, vəkil sirrini qorumaq və vəkil andına riayət etmək müdafiəçinin vəzifələrinə daxildir və müdafiəçi bu vəzifələri mütləq yerinə yetirməlidir. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ yaratdığı bir sıra qərararında da cinayət törətməkdə ittiham olunan hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ tanınmış və bu hüququn təmin olunmamasının yekunda həmin şəxsin əleyhinə ibtidai istintaq dövründə əldə olunan sübutun etibarsızlığına səbəb olacağı göstərilmişdir. Bununla yanaşı, o halda vurğulanmalıdır ki, müstəntiq və müdafiəçinin səriştəsizliyi bununla sərhədlənməmiş, ibtidai istintaqın yekununda artıq təqsirləndirilən şəxsin iş materiallları ilə tanış edilməsi mərhələsində də kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, iş materiallarında təqsirləndirilən şəxsin və ona dövlət hesabına təyin olunan müdafiəçinin iş materialları ilə Xırdalan şəhərində yerləşən Abşeron rayon Polis İdarəsinin inzibati binasında birlikdə tanış olmasını, hətta hər iki şəxsin həmin protokolu imzalamasını əks etdirən xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi iş materialları ilə tanış etmə haqqında” protokol mövcud olsa da, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiklərinin araşdırılması ilə bağlı Bakı İstintaq Təcridxanasına sorğu edilərək alınmış məktubdan müəyyən olunmuşdur ki, ümumiyyətlə həmin tarixdə təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında olmuş, müstəntiq isə müdafiəçi ilə həmin tarixdə istintaq təcridxanasına getməmiş, yəni sözügedən prosessual hərəkət həmin istintaq təcridxanasında həyata keçirilməmiş, Təqsirləndirilən şəxs isə yalnız xx.xx.2023-cü il tarixdə iş üzrə ittiham aktı tərtib olunub baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora təqdim olunduqdan sonra Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə keçirilmişdir. Bu məsələnin, yəni təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasından Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə etap edilməsindan sonra ona cinayət işinin materialları ilə tanış edilməsi üçün şərait yaradılıb-yaradılmamasını dəqiqləşdirmək və aydınlaşdırılması üçün məhkəmə istintaqı zamanı iş üzrə ibtidai istintaqı aparmış Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları çərçivəsində şahid qismində məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, Ayaz Gülməmmədov ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin 09 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından Abşeron Rayon Polis İdarəsinə etap olunmasına və 13 oktyabrda yenidən Bakı İstintaq Təcridxanasına qaytarılmasına baxmayaraq, şəxsin cinayət işinin materialları tanış edilməsi protokolunun 04 oktyabr 2023-cü il tarixdə tərtib olunmasının səbəbini izah edə bilmir. Şəxs barəsində 02 oktyabr 2023-cü il tarixdə MSY-ə etap olunması barədə qərar qəbul edilmişdir. O, özü isə 09 oktyabr tarixinə qədər Bakı İstintaq Təcridxanasına getməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən xx.xx.2023-cü il tarixdə hansı şəraitdə və nə vaxt faktiki olaraq polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Leyla Ağayeva və Azad Şirinovun ifadələri ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla (polis əməkdaşlarına məxsus mobil nömrələrə dair anten dairə məlumatları, polis şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarış və s.) üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələri, o cümlədən əlavə şahidlər Leyla Ağayeva və Azad Şirinovun ifadələrini əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin, CPM-in 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin ona məxsus olmaması və təsir nəticəsində etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Digər tərəfdən onların şahid ifadələri cinayət işi üzrə digər sübutlarla birlikdə qiymətləndirilməklə və yalnız həmin sübutlarla üst-üstə düşdükdə və biri digərini tamamladıqda əsaslı sayıla bilər ki, artıq məhkəmə Təqsirləndirilən şəxs saxlanılma şəraiti ilə bağlı onun üzərindən aşkar olunan narkotik vasitənin onun üzərində “qoyulma” ehtimalı ilə bağlı qənaətə gəlmiş və onun hazırkı iş üzrə şahidlər olan polis əməkdaşları ilə üst-üstə düşən ibtidai araşdırma dövründəki ifadələrini əsaslı saymamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar əsas götürülməklə sözügedən polis əməkdaşlarının ifadələrinə ətraflı araşdırma aparmadan da tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi (narkotik vasitə heroinin təqsirləndirilən şəxsin üzərinə qoyulmasına dair şübhə ilə bağlı) məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə heroin olmasını təsdiq edən sübut növü rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. Bununla yanaşı məhkəmə kollegiyası o halı da qeyd edir ki, iş materiallarına əsasən xx.xx.2023-cü il tarixdə X32 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında X30 əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyataxtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyataxtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyat-axtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir. İstinad edilən CPM-in və 728-İQ nömrəli Qanunun müddəalarından, eləcə də CPM-in məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən Lİİ fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız CPM-in 445.1-ci maddəsində və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İİİ hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. CPM-in və 728-İQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyataxtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728- İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın elə həmin tarixdə Abşeron Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı məktub iş materiallarında yer alsa da (cild 01, iş vər. 08), həmin məktubun sözügedən məhkəməyə göndərilməsini təsdiq edən heç bir sənəd (poçt göndərişinə dair qaimə və s.) iş materiallarına əlavə edilməmiş, o cümlədən həmin qərarın və keçirilmiş tədbirin qanuniliyinin yoxlanması barədə hər hansı məhkəmə qərarı iş materiallarında aşkar edilməmişdir. Bu isə məhkəmə heyətində həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan məhkəmə nəzarəti qaydasında yoxlanılmaması fikrinin formalaşmasına şərait yaratmışdır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalmış 2,248 qram çəkidə narkotik vasitə heroin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 80 AZN (səksən manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,298 qram çəkidə narkotik vasitə heroin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 AZN (səksən manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar