Məhkəmə qərarları › İş №1(124)-363/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-363/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-363/2024 23.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1962-ci il tarixdə Qubadlı rayonu, Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi İlə 13 iyul 2018-ci il tarixdə, gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanına qonaq gəlmiş və otaqlardan birində yatmış Zərərçəkmiş şəxs2 məxsus əl çantasını açaraq həmin çantanın içərisində olan 7500 manat dəyərində İtaliya istehsalı olmaqla 750 əyarlı qızıla malik brilyant qaşlı üzükboyunbağı və bilərzikdən ibarət bir ədəd komplekti, 240 manat dəyərində Rusiya istehsalı olmaqla 4 qramlıq çəkiyə və 585 əyara malik bir ədəd qızıl üzüyü və 720 manat dəyərində Rusiya istehsalı olmaqla 12 qram çəkiyə və 585 əyara malik bir cüt qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni cəmi 8460 (səkkiz min dörd yüz altmış) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may ayının 16-dan sentyabr ayının 17-dək olan müddətdə müvəqqəti yaşadığı ünvan 2 ünvanında keçmiş əri Zərərçəkmiş şəxs1 yataq otağında olan seyfinə sonuncunun qarajda gizlətdiyi yerdən əldə etmiş olduğu açarla açaraq qanunsuz daxil olub oradan 32.415 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 55.105 manat 50 qəpik) pulunu və ümumi dəyəri 4000 manat olan Rusiya istehsallı, hər birində 14 karat xırda brilyant qaşlar olmaqla, hər bir komplektin çəkisi 10 qramvə 585 əyarlı olan briliant qaşlı qızıl üzük və sırğadan ibarət iki ədəd komplekti, ümumi dəyəri1360 manat olan hər biri 8 qram çəkidə, Rusiya istehsallı, 585 əyarlı (2dəst x 8qr = 16qr) qızıl üzük və sırğadan ibarət iki ədəd dəsti, ümumi dəyəri 340 manat olan Rusiya istehsallı, 585 əyarlı, 4 qram çəkidə 01 cüt qızıl sırğanı, ümumi dəyəri 595 manat olan Rusiya istehsallı, 585əyarlı, 7 qram çəkidə 01 cüt qızıl sırğanı, ümumi dəyəri 765 manat olan Rusiya istehsallı, 585əyarlı, 9 qram çəkidə 01 cüt qızıl sırğanı, ümumi dəyəri 4250 manat olan Rusiya istehsallı, 585 əyarlı, 50 qram çəkidə bir ədəd qızıl kişi boyunbağısını, ümumi dəyəri 3230 manat olan, Rusiya istehsallı, 585 əyarlı, 38 qram çəkidə bir ədəd qızıl boyunbağını, ümumi dəyəri 400 manat olan, Rusiya istehsallı, 3,5 qram çəkidə, üzərində qızıl onluq kloun olan bir ədəd boyunbağını, ümumi dəyəri 400 manat olan, Rusiya istehsallı, 3 qram çəkidə qızıl boyunbağını və ümumi dəyəri 1208 manat olan, 585 əyarlı, cəmi 21.2 qram çəkidə qızıldan hazırlanmış 26 ədəd qızıl dişi vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni cəmi 71.653 manat 50 qəpik (yetmiş bir minaltı yüz əlli üç manat əlli qəpik) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 avqust 2022-ci il tarixdə, saat 11 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən evə hələ 2022-ci ilin avqust ayının əvvəllərində ələ keçirdiyi açarlarla qapını açmaqla qanunsuz daxil olub yataq otağında yerləşən şkafın siyirməsində ümumi dəyəri 1000 manat olan 585 əyarlı, 6 qram çəkidə, üzərində 12 ədəd xırda brilyant qaşları olan bir ədəd qızıl nişan üzüyü və ümumi dəyəri 340.0 (4qrx85man) manat olan, Türkiyə istehsallı, 585 əyarlı, 4 qram çəkidə, bir ədəd sarı rəngli qızıl boyunbağını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1340 (min üç yüz qırx) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2onun keçmiş ərinin xalası qızıdır. Gülşən onların yaşadığı evə qonaq gəlmiş, amma onunla bağlı oğurluq hadisəsi olmamışdır. Gülşən onların evində bir gün qonaq qalmış və ertəsi gün getmişdir. Ola bilər ki, Gülşən özünə məxsus qızıl-zinət əşyasını haradasa itirdikdən sonra onlara qonaq gəlmişdir. Əgər bu hadisə 2018-ci ildə baş vermişdirsə, niyə Zərərçəkmiş şəxs2 indi ondan şikayət edir? Onun keçmiş əri Zərərçəkmiş şəxs1 ittiham aktındaqeyd etdiyi 32.000 dollar məbləğində pulu götürməmişdir. O, Yavərdən 20.000 dollar məbləğində pul götürmüş və əlavə olaraq heç bir qızıl-zinət əşyalarını götürməmişdir. Zərərçəkmiş şəxs1 özünə məxsus olan qızıl-zinət əşyalarını qızına vermişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə üzr istəmişdir. Elşənin yaşadığı mənzildən oğurluq etmiş və buna görə də əməlindən peşman olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs2 onun tutulduğunu vəkeçmiş əri Yavərin şikayətçi olduğunu görüb özünün itirdiyi pulu da onun üstünə yükləmişdir.O, Zərərçəkmiş şəxs2 heç bir şey oğurlamamışdır. O, Zərərçəkmiş şəxs1 seyfindən 20.000dollar məbləğində pulu götürmüşdür. Həmin seyf açarlı olmuş, açarı isə Yavərin şalvarının cibindən götürmüşdür. O, Zərərçəkmiş şəxs1la birlikdə yaşamışdır. Onların Yavərlə ümumi övladı yoxdur, amma özünün birinci nikahdan bir oğlu var. O, Zərərçəkmiş şəxs1la 18 il rəsmi nikahla ailəli olmuş, bir müddətdən sonra Yavər ev almaq üçün onunla rəsmi olaraq ayrılmış,amma yenə də birlikdə yaşamışdırlar. 2023-cü ildə, yəni hadisə vaxtı da onlar birlikdəyaşamışdırlar. O, Zərərçəkmiş şəxs3 yaşadığı mənzildən ona məxsus olan bir ədəd qızıl-zinətəşyası üzük və boyunbağı götürmüşdür. O, dərzi işləmiş, Zərərçəkmiş şəxs3 arvadı onun yanına düzəltdirmək üçün paltar gətirmiş və gətirdiyi paltar torbasının içərisində evlərinin açarı qalmışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs3gilin evində heç kim olmamışdır. Onlar Zərərçəkmiş şəxs3gil ilə bir məhəllədə yaşamışdırlar. Zərərçəkmiş şəxs3 yaşadığı mənzilin açarını Elşənin arvadının onun yanına gətiridiyi paltar torbasının içərisində təsadüfi görmüşdür. O, pula ehtiyacı olduğu üçün bu əməli törətmişdir. O, Yavərlə yaşadığı müddətdə tələbatlarını bir qadın olaraq təmin etməmişdir. Zərər çəkmiş şəxslərlə barışmamış, zərər çəkmiş şəxslərədəymiş ziyanın ödənilməsi ilə bağlı hələ heç bir şey konkretləşdirməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, seyfin açarı onda heç vaxt olmamış, əvvəlcədən açıb baxmamışdır. Seyfi ilk dəfə açanda orada 20.000 dollar məbləğində pul görmüş, amma həmin vaxt götürməmişdir. Seyfin içərisində qızıl-zinət əşyaları olmamışdır. Onun özünə məxsus, birinci nikahdan olan ərindən qalmış qızıl-zinət əşyaları olmuş və onu da oğlunun gələcəyi üçün saxlamışdır. O, özünə məxsus olan qızıl- zinət əşyasını oğlunun universitet hazırlıqları üçün lombarda qoymuş və orada şəklini çəkib götürmüşdürlər. Yavər bundan məlumatlı olduğu üçün onun qızıllarını götürdüyünü düşünmüşdür. Yavərdən götürdüyü 20.000 dollar məbləğində pulla oğluna maşın almış, özünün xəstəliyini müalicə etmişdir və s. 2018-ci ildə Zərərçəkmiş şəxs2 onlara qonaq gəlib getdikdən sonra bir-biriləri ilə əlaqələri olmamışdır. Gülşənin ittiham aktında qeyd etdiyi ona məxsus qızıl-zinət əşyalarının itməsi ilə bağlı heç bir məlumatı olmamışdır. İndiyə qədər Gülşən onun barəsində heç bir yerə şikayət etməmişdir. Hadisəni törədərkən heç birində oğlunun iştirakı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır, belə ki, o, keçmiş əri Yavərin xalası qızıdır. Gülşən ilə münasibətləri həmişə yaxşı olmuş, onlar rəfiqəkimi olmuşlar, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Gülşən özü Bakı şəhərində qeydiyyatda olsa da, Oğuz rayonu, Şirvanlı kəndində əri ilə birgə yaşayır, qızları Bakı şəhəri və Xızı rayonunda yaşadıqlarından bəzən rayondan onlara baş çəkməyə gələndəSumqayıt şəhərinə onların evinə də qonaq gəlirmişlər. 13 iyul 2018-ci il tarixdə Gülşənin Xızı rayonunda yaşayan nəvəsi Rəvanın ad günü olduğundan onun ad günündə iştirak etmək üçün xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərinə onların evinə qonaq gəlmiş, belə ki, o, da əriYavərlə birlikdə həmin ad gününə getməyi planlaşdırmışlar. Həmin gecəni Gülşən onların evində qalmış, o, böyük otaqda yerdə onun üçün sərdiyi döşəkdə yatmış, özünə məxsus çantasını isə başının üst tərəfində olan kreslonun üstünə qoymuşdur. O, bilmişdir ki, Gülşən özünə məxsus və ad günündə üzərinə taxacaq qızılzinət əşyalarını həmin çantanın içərisindəsaxlamışdır. Həmin vaxtlar əri Yavər ona və oğlu Raula nəvaziş göstərməmiş, istədikləri geyim və digər əşyaları ala bilməmiş, həmçinin maddi sıxıntılar yaşamışdır. Həmin vaxtlar Raulun 14 yaşı olmuş və məktəbə gedib-gəldiyindən ondan müxtəlif geyim əşyaları istəmişdir. Bu səbəbdən o. qərara gəlmişdir ki, Gülşənin çantasında olan qızılları oğurlayıb daha sonra satsın və əldə olunan pula öz tələbatlarını ödəsin. Ona görə də, gecə saat 01 radələrində Gülşənin yatdığı otağa gizlincə daxil olmuş və onun yatdığından tam arxayın olduqdan sonra sakitcə çantasını götürüb açaraq içərisindən brilyant qaşlı boyunbağı, bilərzikvə üzükdən ibarət komplekti, bir ədəd üzüyü və bir cüt sırğanı salfet kağızına bükülmüş şəkildə götürmüşdür. Səhər saatlarında Gülşən onu çağıraraq çantasındakı qızıl-zinət əşyaların yoxa çıxdığını bildirəndə o, ona həmin qızılları yəqin oğlu Raulun oğurladığını bildirib ondan xahiş etmişdir ki, bu barədə Yavərə heç bir söz deməsin, çünki Yavər bunu eşitsə Raulu öldürər, o, özü sakitcə qızılları Rauldan götürüb ona qaytaracaq. Gülşən ona inanmış və səsini çıxarmamışdır. O isə həmin qızılları öz çantasında gizlətmişdir. Halbuki onun bu əməlindən Raulun xəbəri olmamışdır. Bundan sonra, onlar birlikdə Yavərə məxsus avtomaşın ilə Xızı rayonuna ad gününə getmişlər. Axşam üstü onlar ad günündən çıxdıqdan sonra Yavər öz avtomaşını ilə Gülşəni birbaşa olaraq Bakı şəhərinə qızının yaşadığı ünvana aparıb düşürmüş, onlar isə Yavər ilə birlikdə Sumqayıt şəhərinə yaşadığı mənzilə qayıtmışlar.Həmin günün sabahısı o, Gülşəndən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərinə aparıb, “Memar Əcəmi” metrostansiyasının qarşısında tanımadığı, bir şəxsə hamısını birlikdə 1500 və ya 2000 manata satmışdır. Əldə etdiyi pulu isə ehtiyaclarına xərcləmişdir. Bundan sonra Gülşən ona dəfələrlə zəng vuraraq qızıllarını ona nə vaxt göndərəcəyini soruşanda o, ona yalandan guya Raulun problemlərinin olduğunu və həmin problemləri həll etmək üçün qızıllarılombarda qoyub pul krediti götürdüyünü, tezliklə pulu qaytarıb qızılları geri götürərək ona qaytaracağını bildirmişdir. İlk vaxtlar Gülşən ona inansa da, lakin bir neçə ay keçdikdən sonra Əminənin onu aldatdığını və qızılları özünün oğurladığını başa düşüb ondan qızılları geri tələb edərək əks halda etdiyi oğurluq barədə əri Yavərə deyəcəyini qeyd etmişdir. O, isə Gülşənin qızıllarını satdığından Gülşəni sakitləşdirmək üçün heç nə edə bilməmişdir. X5 zəng edərək bu barədə ona bildirəndə Yavər Gülşənə inanmamış və onu şərlədiyini bildirmişdir. Ondan bu barədə soruşanda isə o, da, Gülşənin yalan danışdığını, onun qızıllarını oğurlamadığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır və etdiyi oğurluqdan Raul da daxil olmaqla heç kəsin xəbəri olmamışdır. Bundan başqa, oğlu Raulu 2003-cü ildə hələ altı aylıq olarkən övladlığa götürmüş və daha sonra 2005-ci ildə Zərərçəkmiş şəxs1 ilə rəsmi nikahla ailə qurduqdan sonra Yavər Raulu da öz övladı kimi qəbuledərək ona öz soyadını vermiş və 2005-ci ildən Yavərlə bir evdə yaşamışlar. Yavərin onunla nikahı sayca ikinci olmuş, belə ki, onun ondan əvvəlki nikahından biri qızı, iksi oğlan olmaqla 3 övladı olmuşdur. Yavərlə birgə yaşadıqları ilk illərdə onun Raula qarşı münasibəti ziddiyyətli olmuşdur. Belə ki, bəzən o, Raulun qayğısına qalmış, bəzən isə ona elamentar əşyalar lazım olanda və o, bu barədə Yavərə müraciət edəndə Yavər ona “Sənin oğlundur, qardaşlarına de, həll etsinlər” demişdir. Raulu o, öz övladı kimi çox istədiyindən və Raul onların doğma valideyinləri olmadığını bilmədiyindən o, Raulun gələcəyi üçün narahat olmuşdur. Belə ki, aralarında olan narazılıq səbəbindən 2013-cü ildə o, rəsmi şəkildə Yavərdən boşanmış, lakin Yavər ona və oğluna onunla bir evdə yaşamağa icazə vermişdir. Çünki, o da Yavərin iki uşağına onlar azyaşlı olarkən ana kimi baxmışdır. Lakin, illər keçdikcə və Raul böyüdükcə Yavər ona qarşı daha da biganələşmişdir. Bəzən Yavər əsəbi olanda Raula ev və əmlakının onun birinci nikahdan olan övladlarına qalacağını demiş və Raul Yavəriəsl atası bildiyindən onun dediklərini başa düşə bilməmişdir O, bilmişdir ki, Yavərin hansısa məbləğdə şəxsi pulu olmuşdur. Lakin, həmin pulları Yavər yataq otağında olan şəxsi seyfindəsaxladığından və seyfin açarı da yalnız özündə olduğundan o, həmin seyfdə onun hansı məbləğdə pulu və ya digər qızıl-zinət əşyalarının olmasını bilməmiş və həmişə bu onda maraqdoğurmuşdur. 2022-ci ilin yanvar ayında Yavər Türkiyədən müalicədən qayıtdıqdan sonra ilkdəfə onu yataq otağına çağırıb seyfi açaraq oradakı pulları və qızıl-zinət əşyalarını göstərərəkdemişdir ki, ona məxsus qızıl əşyalarını da versin ki, seyfdə saxlasın. Lakin, o, öz qızıllarını saxlamaq üçün ona verməmişdir. Lakin görmüşdür ki, Yavər seyfin yuxarı hissəsində olan daha kiçik bir saxlanc yerində pullarını və qəhvəyi rəngdə olan qabda qızıllarını saxlamışdır. Bundan bir neçə gün sonra Yavər güclü insult keçirmiş və yatağa düşmüşdür. Ağrıları kəssindeyə bəzən həkimlər ona yuxu gətirici dərmanlar vermişlər. O, isə ona qulluq etmişdir. İnsultkeçirdikdən bir gün sonra o, Yavərin şalvarını götürərkən görmüşdür ki, seyfin açarı şalvarının cibindədir. Bir neçə ay ərzində Yavər yataq rejimində müalicə olunmuş və o, bir dəfə Yavər yuxuyagedərkən şalvarından açarını götürüb seyfi açarkən görmüşdür ki, Yavər yüzlük ABŞ dolları əskinaslarını 10 və ya 20 ədəd şəklində kağızlara bükərək qablaşdırmış və seyfin ayrı-ayrı hissələrinə paylaşdırmışdır, O, həmin pul əskinaslarının dəqiq məbləğini bilməsə də pullarınınçox olduğunu başa düşmüşdür. Lakin, ilk vaxtlar pullara əl dəyməmişdir. Təxminən 2022-ci ilin may ayının əvvəllərində Raul uzun müddət özünə maşın almaq həsrəti ilə yaşadığından ona Yavərin pulu ilə avtomaşın almaq qərarına gəlmişdir. Bu məqsədlə Raula özünə maşın axtarmağı tapşırdıqda o, internet vasitəsi ilə 11.000 manata “BMW” markalı avtomaşın tapdığını bildirmişdir. O, Raula guya Moskva şəhərində yaşayan qardaşı Əlinin onun üçün maşın almaq məqsədi ilə pul göndərdiyini bildirib Yavərin seyfinin açarını saxladığı cibindəno yuxuda olarkən götürüb oradan 12.000 manat dəyərində yüzlük ABŞ dolları əskinaslarını götürüb Raula vermişdir. Lakin, ona bu pulların Yavərə məxsus olmasını bildirməmişdir. Bundan sonra Raul həmin pula özünə avtomaşın almışdır. Daha sonra həmin vaxtdanetibarən o, demək olar ki, hər gün həmin seyfdən 200 və ya 300 ABŞ dolları götürüb Raula vermişdir ki, cavan olduğundan gəzib dolansın. Hər dəfə də həmin pulları dayısı Əlinin göndərdiyini bildirmişdir. 2022-ci ilin avqust ayına kimi o, təxminən 15.000 ABŞ dolları pulu Yavərin seyfindən oğurlayıb Raula vermişdir. Bundan başqa 5000 ABŞ dolları pulu isə bir nəfər əvvəllər tanımadığı, özünü Zakir Yusifov kimi təqdim edən şəxsə ayda 10 faiz əlavə qaytarmaqla borc vermişdir ki, Yavərin pulları ilə özü də pul qazansın. Lakin, həmin özünü Zakir kimi təqdim edən şəxs ondan 5000 ABŞ dolları pulu aldıqdan 10 gün sonra Rusiya Federasiyasına getmiş və sonradan o, onun öz ad və soyadını da ona heç düzgün bildirmədiyini müəyyən etmişdir. Beləliklə Yavərin seyfindən oğurladığı pulların ümumi miqdarı 20.000 ABŞ dollarına çatmışdır. Həmin vaxtlar Yavər ağır xəstə olduğundan heç seyfə baxmaq yadına düşməmişdir. Təxminən 2022-ci ilin avqust ayının ortalarında Raul dayısı Əli ilə telefonla danışarkən ona avtomaşın və xərclik pullarının onun tərəfindən göndərilmədiyini öyrənərək ona müraciət edib verdiyi pulların haradan olduğunu soruşduqda o, məcbur olub həmin pulların atası Yavərdən oğurladığını, lakin Yavər bilərsə hər ikisini evdən qovacağını bildirib tapşırmışdır ki, bu barədə Yavərə deməsin.2022-ci ilin sentyabr ayının ortalarında Yavər seyfi uzun müddətdən sonra ilk dəfə açaraq orada xeyli sayda pul vəsaitinin olmadığını görüb ondan şübhələnmiş və ondan bu barədə soruşduqda o, Yavərə nə deyəcəyini bilməyib pulu xərcləmədiyini, sadəcə Rauldan ehtiyyat edib ‘yerini dəyişdiyini, tezliklə həmin pulların yerini bildirəcəyini demişdir. Lakin bir müddətdən sonra da Yavər pulların yerini demədiyini görüb onu evdən qovmuşdur. Bundan başqa o, boş vaxtlarında yaşadığı mənzildə dərzi kimi fəaliyyət göstərmiş və bir çox qonşuları da geyim əşyalarını qısaltmaq və ya hər hansı bir hissəsini bərpa etmək məqsədi ilə ona müraciət etmişlər. Həmçinin, onlarla bir binada, qonşu blokda, ikinci mərtəbədə yaşayan Elşənin həyat yoldaşı Arzu da bir neçə dəfə ona kişi şalvarları təqdim edərək həmin şalvarların ətəklərini qısaltmağını xahiş etmişdir. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Arzu ona bir ədəd uşaq, bir ədəd də əri Elşənə məxsus şalvarları verərəkhəmin şalvarların balaq hissəsini qısaltmağını xahiş etmişdir. O, yaşadığı evdə həmin şalvarlarla işləyərkən Elşənə məxsus şalvarın yan cibindən iki ədəd bir-birinə halqa vasitəsi ilə bərkidilmiş açarların olmasını aşkar etmiş və həmin açarları götürüb kənara qoymuşdur. Şalvarlar üzərində işlədikdən sonra hazır edib Arzuya qaytarmış, lakin açarlar barədə ona heç bir söz deməmişdir. Gözləmişdir ki, həmin açarlarla əlaqədar onlar özləri ona müraciət edəcəklərmi?. Lakin bir neçə gün keçməsinə baxmayaraq Arzu ona açarlar barədə heç bir söz demədiyindən başa düşmüşdür ki, onlar açarları unutmuşlar. Bu səbəbdən qərara gəlmişdir ki, onlar evdə olmayanda mənzillərinə həmin açarlar vasitəsi ilə daxil olub oradan oğurluq etsin. 07 avqust 2022-ci il tarixdə, səhər saatlarında o, yaşadığı mənzilin pəncərəsindən həyətə baxarkən görmüşdür ki, Elşən və ailə üzvləri bir neçə çantanı da avtomaşına yükləyərək ailəlikcə maşına minib gedirmişlər. O, çantalardan hiss etmişdir ki, onlar uzaq səfərə getmiş və gec gələcəklər. Bu səbəbdən də, fürsətdən istifadə edib onların mənzilindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat təxminən 11 radələrində ələ keçirdiyi açarları da götürüb Elşəngilin mənzilinə yaxınlaşmış və həmin açarlarla mənzilin qapısını açıb içəriyə daxil olmuşdur. Mənzilə giriş qapısından sağ tərəfdəyataq otağı yerləşmiş və o, həmin otağa daxil olub yataq taxtının yanında olan güzgülü şkafayaxınlaşmışdır. Həmin şkafın siyirməsini açdıqda qutunun içərisində bir ədəd üzərində xırda qaşları olan kişi nişan üzüyü və bir ədəd qızıl qadın boyunbağısını görüb həmin üzük və boyunbağını, həmçinin elə həmin qutunun üstündə olan "xxxx" ASC-nə məxsus bankkartını da götürüb cəld mənzildən çıxıb giriş qapısını açarlarla əvvəlki qaydada bağlamışdır. Bundan sonra mənzilinə gedib əynini dəyişərək kartda pulun olub-olmamasını yoxlamaq qərarına gəlmiş və Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Köhnə Zaminbank” deyilən binanın qarşısındakı “Kapitalbank" ASC-ə məxsus bankomata yaxınlaşıb həmin oğurladığı kartı bankomata daxil etmişdir. Bankomat pinkodu istəyəndə 4 rəqəmli kod yazmış,lakin yanlış olmuşdur. İkinci dəfə də cəhd etdikdə yenə yanlış olması barədə mesaj gəldikdə kartın bağlanacağından ehtiyyat edib kartı da götürüb oradan uzaqlaşmışdır. Daha sonra həmin gün, ya da sabahısı gün oğurladığı üzük və qadın boyunbağısını özü ilə götürüb Sumqayıt şəhəri “Cavid” ticarət mərkəzinin yaxınlığında olan qızıl əşyalarının alqısatqısı köşkünə yaxınlaşıb orada işləyən şəxsə həmin qızılları təqdim edərək özünə məxsus olduğunu və satmaq istədiyini bildirdikdə həmin şəxs onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra təqdim etdiyi qızılları araşdırıb onlara görə ona 400 manat pul verə biləcəyini bildirmişdir. O, razılaşmış və həmin qızıl-zinət əşyalarını 400 manat müqabilində həmin köşkdə işləyən şəxsə satmış və pulu öz ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin avqust ayının 15-də o, oğurladığı kartı yenidən bankomata salıb oradan pul götürməyə cəht etdikdə pinkodyanlış olduğundan yenə heç nə əldə edə bilmədiyinə görə həmin kartı da harasa tullamışdır. Bildirmişdir ki, o, törətdiyi əməldən peşmandır və ifadəsinə qeyd etdiyi oğurluq hadisələrindənbaşqa heç yerdən oğurluq etməmişdir. O, X3 məxsus mənzillərdən nə pul nə də ki, qızıl-zinət əşyaları oğurlamamışdır. O, Zərərçəkmiş şəxs1 məxsus mənzildən ümumiyyətlə qızıl-zinət əşyası oğurlamamış, bundan başqa, Yavərin mənzilindən 32.415 ABŞ dolları məbləğində pul oğurlamamış, onun mənzilindən yalnız 20000 ABŞ dolları pul oğurlamışdır. 5000 ABŞ dollarını pulu ayda 10 faiz əlavə qaytarmaqla borc kimi verdiyi Zakir Yusifov adlı şəxsin yaşadığı ünvanı, əlaqə nömrəsi barədə, ümumiyyətlə onun haqqında heç bir məlumatıolmamış, yalnız, hazırda onun Rusiya Federasiyasında olduğunu bilirmiş. Zərərçəkmiş şəxs3 məxsus qızıl üzük və qadın boyunbağısını Sumqayıt şəhəri "Cavid” ticarət mərkəzinin yaxınlığında satmış, lakin, hazırda həmin yer və qızıl-zinət əşyalarını satdığı şəxsixatırlamamış, buna görə də, bu barədə heç nə deyə bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibiüzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 12 yanvar 2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, 2001-ci ildə keçmiş qayınatası ilə aralarında söz-söhbət baş verdiyindən ailəsi dağılmış və boşanmışdır. Bundan sonra 3-4 il heç kimlə ailə həyatı qurmamış, 2003-cü ildə İran Respublikasına gedib-gəlmişdir. Bir gün ona Təqsirləndirilən şəxs zəng gəlmiş, Əminə ondan “bibim qızının yas mərasimində xəbərim oldu ki,sən ailəndən ayrılmısan, niyə ayrılmısan?” soruşmuşdur. O da Əminəyə hər şeyi olduğu kimi danışmış, daha sonra Əminə ondan əl çəkməmişdir. Bir-iki dəfə görüşüb söhbət etmiş, söhbətlərinin birində Əminə ona “ərim mənə baxmır, 19 ildir ki, kirayədə yaşayıram və s.” demişdir. Onun da Əminəyə yazığı gəlmiş və ona “Əminə gedək birlikdə yaşayaq, mənim də uşaqlarıma baxarsan” demişdir. Əminə onun təklifi ilə razılaşmışdır. 2004-cü ildə artıq Əminəni Sumqayıt şəhərinə gətirmişdir. Bir gün Əminənin oğlu Raul 3-4 yaşı olarkən ondan “Ata, nəyə görə qardaşım ilə mənim soyadım fərqlidir?” soruşmuşdur. Onun Raula yazığı gəldiyi üçün Qubadlı rayon məhkəməsinə gedərək övladlığa götürmə barəsində məsələ qaldırmışdır. Ona övladlığa götürmək üçün Əminə ilə onun arasında rəsmi nikahın lazım olduğunu bildirilmiş, o da məcburiyyət qarşısında qalaraq 2006-cı ildə Əminə ilə rəsmi nikaha daxil olmuşdur. Təqsirləndirilən şəxs onlara gələn gündən onun uşaqlarına yaxşı münasibətgöstərmişdir. Dəfələrlə Əminə onun bacısıgildən, xalası qızından oğurluq etsə də, bu barədə ona heç nə deməmişdirlər. O, heç vaxt Əminənin ona qarşı belə xəyanətkar hərəkət edəcəyinidüşünməmişdir. Onun oğlu X6 xidmət etmiş, ora gedəndə hərdən xalası qızı Gülşəngilə yolüstü gedib çay içmişdirlər. Bir gün də Gülşən onlara gəlib “Xızıda nəvəmin ad günüdür” demişdir. O, uşaq üçün hədiyyə almağa getmiş, evə qayıdanda Əminə ilə Gülşənin ikisinin də bikef olduğunu görmüşdür. O vaxtı Gülşənin qızılları itmiş, Əminə “bu barədə Yavərə heç nə demə” deyərək Gülşənə yalvarmışdır. Bu məsələ barəsində Gülşən onunla heç bir şey danışmamışdır. 5-6 il keçdikdən sonra bir gün evdə olduqları vaxt Gülşən ona zəng edib ağlaya-ağlaya “mənim qızıl-zinət əşyalarım sizdə itmişdir” demiş, o da “Gülşən,niyə bunu mənə vaxtında deməmisən?” demişdir. Gülşən Əminənin bu barədə ona heç nə deməməsinə görə yalvardığını bildirmişdir. Bunu eşitdikdən sonra o, Gülşəni bir az acılayaraq“sən kimsən ki, mənim ailəmə şər atırsan?” demişdir. Bundan sonra o, Əminədən heç şübhələnməmişdir. Bir müddətdən sonra stolun üstündə qızıllar olduğunu görmüş və Əminədə belə qızılların olduğunu bilməmişdir. Həyəcanlanaraq Əminədən bu qızılları haradan əldə etdiyini soruşmuş, Əminə də ona bu qızılları anasının Raula verdiyini demişdir. O da inanaraq ”Əminə, dəqiq bunlar Gülşənin deyil?” demiş, Əminə də “əgər mənə inanmırsansa, qızılların şəklini çək at Gülşənə” demişdir. Nəhayət ki, 18 sentyabr tarixində yaxın dostunun biri ona zəng edib “mənim bacım, ağır xəstəlikdən əziyyət çəkir və mənə 1.000manat məbləğində pul lazımdır” demişdir. O da dostuna 1.000 manatının olmadığını, ancaq dollar valyutasının olduğunu bildirmişdir. Yaxın adamın ona verdiyi pulu seyfə qoymaq istəyərkən seyfdə qızılların və pulların olmadığını görmüşdür. Əminəyə heç nə almasa da, oğlu Raula hər şey almışdır. Bundan sonra Əminədən soruşduqda Əminə özünü itirmiş, o datəcili tibbi yardım çağırmışdır. Əminə ona “polisə oğurluq hadisəsi ilə bağlı heç nə demə” demişdir. Daha sonra Əminə qızılların, pulların özündə olduğunu və başqaları onu götürməsindeyə gizlətdiyini bildirmişdir. O, Əminənin bu hərəkətinə çox əsəbiləşmişdir. Əminə ona seyfinaçarını gecə şalvarının cibindən götürdüyünü demişdir. Daha sonra Əminənin qardaşı Şahid2 çağırmış və ona “mənim seyfimdən 32.415 dollar məbləğində pul və övladlarıma aldığım qızıl-zinət əşyaları oğurlanıb” demiş, Eldar da ona “yaxşı həll edəcəyik” demişdir. Əminənin müalicəsi zamanı bir gün həkim ona “Təqsirləndirilən şəxs heç nəyi yoxdur, hər şey yaxşıdır” demişdir. X8 adlı qardaşı olduğunu və 25.000 dollarınona iş qurması üçün verildiyini və həmin pulu geri gətirəcəyi deyilmişdir. O da razılaşmışdır. Bir müddətdən sonra onlarla pulu geri almaq üçün əlaqə saxlamağa çalışmış, lakin onu hər yerdən bloka atdıqlarını bilmişdir. Bundan sonra polisə müraciət etmişdir. Ona 32.415 dollar məbləğində maddi ziyan dəymişdir. Onun seyfində ancaq dollar və qızıl-zinət əşyaları olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Əminənin qardaşı Eldar hər şeyi ona etiraf etmişdir. Onun pulu oğurlanandan sonra iş üzrə şahid Ağca 128.000 dəyərində özünəev almışdır. Ağca onun keçmiş baldızıdır və bu hadisə ilə birbaşa əlaqəsi olmuşdur. Əminə ondan oğurladığı pulla bacısı Ağcaya ev almış və digər bir hissəsini də qardaşları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində zidiyyətli məqamların olduğunu bildirmişdir. Onun seyfində 32.415 dollar məbləğində pulu olmuşdur. 04 may 2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin iyul ayının 12dən 13-nə keçən gecə Təqsirləndirilən şəxsgildə qalmışdır. Ona məxsus qızıl-zinət əşyalarını Əminəninoğlu Raul oğurlamış, oğurlanan qızıllar onun qızının olmuşdur. Xızıda nəvəsinin ad gününə getməyə hazırlaşmışdır. Qızı xalası oğlu Yavəri də ad gününə dəvət etmişdir. Yavər axşam ona zəng edib “Gülşən, bizə gələrsən, ad gününə birlikdə gedək” demişdir. Qızının qızılları daonda olmuşdur. Həmin qızılların dəyəri 7.500 manat məbləğində olmuş və onun özünə aid olan ətəkli sırğa və bir ədəd üzük olmuşdur. Müstəntiq ona dəymiş olan maddi ziyanı cəmi 8.500 manat məbləğində hesablamışdır, amma onunla razı olmamışdır. Hadisə günü qızı qızılların olmadığını görmüşdür. Əminə ona “Gülşən, Yavərə heç nə demə, mən sənin qızıllarını geri qaytaracam” demişdir. O, Əminə ilə razılaşmış və Xızıya getmişdirlər. Bir müddət Əminənin qızılları geri qaytarmasından xəbər gözləmiş, amma ondan xəbər gəlməmişvə o da xalası oğlu Yavərə zəng edib “xalaoğlu, mənim qızıllarım oğurlanıb, polisə vermişəm və o qızıllar sizin evdən çıxacaq, elə elə ki, qohum-əqrəba bilməsin” demişdir. Daha sonra Yavər Əminənin yanında ona zəng etmiş, amma Əminənin onun yanında olmasını deməmişdir. O Yavərə yenə də hər şeyi olduğu kimi demiş, Yavər də ona “Mənim sənin evindənə işim var idi ki, sən mənim ailəmin üstünə şər atırsan?” demişdir. Bundan sonra daha heç nə deməmişdir. Daha sonra bir gün toyda Əminə ilə görüşmüş və Əminəyə yavaşca “mənim qızıllarımı nə zaman geri qaytaracaqsan?” demiş, Əminə də “sakit ol, Gülşən, narahat olma, geri verəcəm” demişdir. O da Yavərgilin ailəsi dağılmasın deyə əvvəlcədən heç nə deməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir və o, Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, Gülşənin qızıllarını oğurlamamış və toyda da Gülşənlə bu barədə danışmamışdır. 05 sentyabr 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onların evdə olmadığı müddətdə Təqsirləndirilən şəxs yaşadıqları mənzilə daxil olmuş, ailəsinə məxsus olan 3 ədəd qızıl-zinət əşyalarını və 1 ədəd Kapital Banka məxsus kartı götürmüşdür. O, ticarətlə məşğul olmuşdur. Onların yaşadığı mənzildə 6 il qabaq bir hadisə baş vermişdir. Belə ki, bununla bağlı bütün qurumlara müraciət etmiş və saxlanılan şəxslə bu hadisə arasında əlaqə olub-olmamasını maraqlanmışdır. Amma onunla bağlı dəqiq məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs onların yaşadığı mənzildən 1 ədəd boyunbağı, 1 ədəd nişan üzüyü və 1 ədəd də kloun oğurlamışdır. Təqsirləndirilən şəxs ona məxsus olan kartdan pul çıxaranda terminaldan görüntüsü görünmüşdür, əvvəlcə Əminəni tanımamış, daha sonra arvadı baxıb tanımışdır və beləcə Təqsirləndirilən şəxs ifşa olunmuşdur. Onlar təqsirləndirilən şəxslə qonşuluqda yaşamışdırlar. Onun arvadı ilə Təqsirləndirilən şəxs münasibətləri olmuş, bir-birlərinə gediş-gəliş olmuşdur. Ona 3.000 manata yaxın ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir.O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. O, Yavərə “sən evdə iflic vəziyyətində yatdığın və xəstə olduğun üçün sənə heç bir şey demədim” demişdir. İbtidai istintaq zamanı 2 ədəd qızıl zinət əşyası qeyd olunmuş, lakin sonradan 3 ədəd qızıl-zinətəşyasının oğurlandığı məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq pula ehtiyacı olduğuüçün Elşənin evindən 3.000 manat məbləğində qızıl-zinət əşyalarını götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə lombardda fəaliyyət göstərdiyizaman Təqsirləndirilən şəxs müştəri qismində yaxınlaşaraq qızılqoymuşdur. Bir-iki dəfə qızılın ödənişini etmiş, daha sonra isə Əminə qızılın ödənişini etməkdənimtina etdiyi üçün qeyd olunan qızıllar satışa qoyulmuşdur. Əminə onların lombardına mütəmadiolaraq gəlib-getmiş və Əminəni müştəri qismində tanımışdır. Daha sonra Əminənin lombardagətirib qoyduğu qızılların oğurluq olması barədə məlumatı olmuşdur. Bu oğurluq hadisəsi ilə bağlıonun heç bir məlumatı olmamışdır. Ümumiyyətlə, o, Əminəni elə bir xanım olaraq tanımamışdır.Lombardda sənədləşdirilmə zamanı vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onunüzərində verdiyi qızılların əyarına baxıb ona uyğun qiymət təyin edilmişdir. Sonuncu dəfə axırillərdə Əminə oğlu Raul ilə birlikdə bir qızıl göndərmiş, lakin Əminə sənədləşdirməni onun özadına aparılmasını xahiş etmişdir. 3 ay müddətində müştəri tərəfindən qoyulan qızılların puluvaxtında ödənilmədikdə onlar satışa çıxarılır. Həmin qızıllar satışa çıxarılmazdan əvvəl müştərilərxəbərdar edilir. Əminənin onların lombardına qoyduğu qızılların qiyməti təxmini olaraq 2015-ciildə 1000 azn-lıq, 800 azn-lıq, 200 azn-lıq və s. olmuşdur. Təqsirləndirilən şəxs onların lombardına qoyduğu qızılların pulllarını iki il mütəmadi olaraq ödəmiş, lakin ödədikdən sonrabatırmışdır. O, Əminənin lombarda qoyduğu qızıllarla bağlı sənədləri polisə təqdim etmişdir.Əminə 2016-cı ildə lombarda təqdim etdiyi qızılları batırdıqdan sonra birdə 2020-ci ildə lombardayaxınlaşmış və qoyduğu qızılların pullarını vaxtında ödəmiş və qızıllarını götürmüşdür. Səhvxatırlamırsa, Əminə 2016-cı ilə qədər heç bir qızıl batırmamışdır. O, Yavəri əvvəlcədəntanımadığını və onun barəsində təhqiredici ifadələr işlətmədiyini bildirmişdir. Raul onlarınLombardında 5-6 ay işləməmişdir. Əminə onlara yaxınlaşaraq “oğlum Raul istəyirəm ki, sizinlombardda işləsin və onun savadına, potensialına, iş qüvvəsinə baxmağınızı və 18 yaşı tamam olduqdan sonra burada işlə təmin etməyinizi xahiş edirəm” demiş, o da Əminə ilə razılaşmışdır.Daha sonra Raul onların lombardına gəlmiş və onu stajor kimi yoxlayaraq həqiqətən Raulunsavadlı olduğu nəticəsinə gəlmişdir. O, Raula “18 yaşın tamam olan kimi sizi bizim lombarddaişlə təmin edəcəyəm” demişdir. Raul təxmini olaraq onların lombardında 1 ay müddətində işləmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qardaşı Şahid2 yaxın qohumun əleyhinə ifadə verməmək hüququnda istifadə edərək şahid qismində ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. O, təxminən 2004-cü ildə 1-ci ərindən boşanaraq Zərərçəkmiş şəxs1 ilə ailə qurmuş, 2012-ci ildə rəsmi qaydada boşanmış, lakin buna baxmayaraq yenə də bir evdə yaşamağa davam etmişlər. Əminə 2003-cü ildə körpələr evindən uşaq oğulluğa götürmüş və onaRaul adı qoymuşdur. Bundan bir il sonra Yavərlə ailə qurduqdan sonra da Yavər onu öz övladı kimi qəbul edib soyadını da Raula vermişdir. Onun Əminə və Yavərlə münasibətləri normal olsa da, onlara çox nadir hallarda gedib-gəlmiş və ailəsində baş verən hər hansı bir prosesdən xəbəriolmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayının ortalarında Yavər ona zəng vuraraq Əminəninhalının pisləşdiyini və onu Sumqayıt şəhər xəstəxanasına apardığını bildirdikdə o, həmin xəstəxanaya getmiş və orada Yavərlə görüşüb bacısının düşdüyü vəziyyət barədə soruşduqdao, həmin gün seyfindən xeyli sayda pul və qızıl-zinət əşyalarının oğurlandığını aşkar etdiyini, Əminədən bu barədə soruşduqda sonuncunun halının pisləşdiyini, bu səbəbdən onu xəstəxanaya gətirdiyini bildirmişdir. O, Əminə ilə görüşsə də, ondan oğurluq barədə heç nə soruşmamışdır. Təxminən 16-17 gün Əminə xəstəxanada yatdıqdan sonra o, çıxıb evinə getmiş və bundan da bir neçə gün sonra Yavər ona zəng vuraraq Əminənin pul və qızılların yerini ona demədiyini, hər dəfə müxtəlif bəhanələr gətirdiyini bildirib ondan xahiş etmiişdir ki, böyük qardaşkimi onunla bu barədə söhbət etsin. O, Əminəgilə getmiş və Yavərlə onun söz mübahisəsi etdiklərinin şahidi olmuşdur. Belə ki, Yavər Əminəyə demişdir ki, “artıq neçə gündür ki, mənə deyirsən ki, pul və qızılların yerini özüm dəyişmişəm və sənə yerini deyəcəyəm. Amma yerini demirsən, indi qardaşın gəlib, heç olmasa ona pul və qızılları gizlətdiyin yeri de”. Əminə sonra sakit şəkildə “qoy bir iki gün özümə gəlim, sənə deyəcəyəm” demişdir. O, da Əminəyə müraciət edərək əgər pul və qızılları özü gizlədibsə, Yavərə yerini deməsini tövsiyyə etmişdir. Lakin, Əminəisrarla pulu və qızılları gizlətdiyini, bir gündən sonra yerini deyəcəyini bildirmişdir. Əminə ondan xahiş etmişdir ki, bir neçə günlüyə onu öz yaşadığı evə aparsın. O, etiraz etməmiş və Əminəni Bakı şəhərində yaşadığı evinə aparmışdır. Yavər ona zəng vuraraq Əminədən pul və qızılları gizlətdiyi yeri öyrənməsini xahiş etmişdir. Əminə onun evində təxminən 16-17 gün qalmış və o, demək olar ki, hər gün Əminədən pul və qızılları gözlətdiyi yeri Yavərə deməsini xahiş etmiş, Əminə isə israrla özünün Yavərlə görüşüb pul və qızılların yerini Yavərə deyəcəyini bildirmişdir. O, hətta Əminədən həmin pul və qızılların gizlətməsinin səbəbini soruşanda Əminə Yavərin xəstəolması ilə əlaqədar pul və qızılların oğurlanacağından çəkindiyini, bu səbəbdən gizlətdiyini demişdir. Nəhayət, təxminən 2022-ci ilin oktyabr ayının axırlarında o, Əminəni avtomaşınına oturdaraq Yavərin evinə gətirmiş və elə qapıdan içəri girərkən Yavər Əminəyə “Əminə uzun müddətdir ki, pul və qızıl əşyaların yerini deyəcəyini bildirirsən, nəhayət de ki, biz hamımız sakitləşək, camaata əziyyət vermə”. Əminə isə gözlənilmədən “mənim pul və qızıldan xəbərim yoxdur” demişdir. Bundan sonra o, artıq dözə bilməyib həmin evi tərk edib getmiş, sonradan Yavərlə onun arasında nələr baş verməsindən xəbəri olmamışdır. O, Əminənin özü ilə də bir daha görüşməkdən imtina etmiş, çünki görmüşdür ki, o, yalan danışır. Sonradan eşitmişdir ki, Əminə Yavərdən ayrılıb, Bakıxanov qəsəbəsində kirayə ev tutub orada oğulluğu Raul ilə yaşayır.Lakin, o, həmin evə də bir dəfə də olsun getməmişdir. Daha sonra öyrənmişdir ki, Əminə törətdiyi bir neçə oğurluq hadisəsinə görə barəsində başlanılmış cinayət işi ilə əlaqədar həbs olunmuşdur.O, Əminənin böyük qardaşı olsa da, onun bu vaxtacan törətdiyi oğurluqlardan hər hansı bir məlumatı olmamış və Əminə oğurlamış olduğu pul və ya qızıl-zinət əşyalarından hər hansı bir məbləğdə ona verməmişdir. Əminə ona Zakir Yusifov adlı şəxsə 5000 ABŞ dolları pulu faizə verdiyi barədə heç nə deməmiş, o, Zakir Yusifov adlı şəxsi ümumiyyətlə tanımamış, bu baradə ilk dəfədir ki, eşitmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qardaşı Şahid3 yaxın qohumun əleyhinə ifadə verməmək hüququnda istifadə edərək şahid qismində ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. O, təxminən 2004-cü ildə 1-ci ərindən boşanaraq Zərərçəkmiş şəxs1 ilə ailə qurmuş, 2012-ci ildə rəsmi qaydada boşanmış, lakin buna baxmayaraq yenə də bir evdə yaşamağa davam etmişlər. Əminə 2003-cü ildə körpələr evindən uşaq oğulluğa götürmüş və ona Raul adı qoymuşdur. Bundan bir il sonra Yavərlə ailəqurmuş, Yavər onu öz övladı kimi qəbul edib soyadını da Raula vermişdir. Lakin, Əminə Yavər ilə ailə qurduqdan sonra onlarla heç bir əlaqəsi olmamış, onların yaşadığı evəheç vaxt getməmiş və Yavər ilə Əminə arasında olanlardan heç bir məlumatı olmamışdır. Daha sonra öyrənmişdir ki, Əminə törtədiyi bir neçə oğurluq hadisəsinə görə barəsində başlanılmış cinayət işi ilə əlaqədar həbs olunmuşdur. O, Əminənin qardaşı olsa da, onun bu vaxtacan törətdiyi oğurluqlardan hər hansı bir məlumatı olmamış və Əminə oğurlamış olduğupul və ya qızıl-zinət əşyalarından hər hansı bir məbləğdə ona verməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin oğlu Şahid1 yaxın qohumun əleyhinə ifadə verməmək hüququnda istifadə edərək şahid qismindəifadə verməkdən imtina etmiş, məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayının axırına kimi Əminəni doğma anası, Yavəri isə doğma atası bilmişdir. 2015-ci ildə Əminə ilə Yavər məhkəmə qaydasında boşansalar da onlar üçlükdə bir ünvanda yaşamışlar. Atası Yavər onunla bəzən kobud, söyüşcül davransa da, həmişə onun qayğısına qalmış, bütün ehtiyaclarını ödəmiş və onun ögey atası olmasını ona heç vaxt hiss etdirməmiş, hətta 2021-ci ildə onun 18 yaşı tamam olduqdan 4 gün sonra onun sürücülük vəsiqəsi almağına da icazəvermiş və 04 yanvar 2022-ci il tarixdə o, imtahan verib özünə sürücülük vəsiqəsidə almışdır. Yavər ona söz vermişdir ki, ona tezliklə maşın da alacaq. Yavərin 1 -ci nikahından da 3 övladıolmuşdur. Onların biri qız, ikisi oğlan idi. O, onları özünə böyük bacı qardaş bilsə də yalnız Kənanla münasibətləri normal olmuşdur. Yavər həmişə o və anasına yaşadıqları evin və digərəmlakının onlara qalacağını bildirsə də, Əminə buna həmişə şübhəynən yanaşmışdır. Elə bilmişdir ki, o, əmlakını 1-ci nikahdan olan uşaqlarına verəcək. Yaşadığı evdə yataq otağındaatası Yavərin iri bir seyfi olmuş, lakin o, həmin seyfdə atasının nələr saxladığını və nə qədər pulu olduğunu bilməmiş, heç bununla maraqlanmamışdır. Həmin seyfin açarı yalnız atasındaolmuşdur. Əminə və onun seyfi açmağa ixtiyarı olmamışdır. 2021-ci ilin dekabr ayının 31-də onun 18 yaşı tamam olanda o, atasından ad gününə ona maşın almasını xahiş etmişdir. Atasıisə ona kobud şəkildə maşın almayacağını bildirmişdir. 2022-ci ilin fevral ayında atası Yavər möhkəm xəstələnmiş və evdə bir neçə ay müalicə olunmuşdur. Həmin vaxtlar anası Əminə ona tezliklə maşın alacağına söz vermişdir. Təxminən 2022-ci İlin may ayının əvvəllərində anası ona 12.000 manat pul vermişdir ki, özünə internet vasitəsi ilə tapdığı 2001-ci il buraxılışlı, BMW markalı, **-RA-*** nömrə nişanlı avtomobili almışdır. O, anasından pulun haradan olduğunu soruşanda o, Moskva şəhərində yaşayan dayısı Əli Süleymanovun göndərdiyini demişdir. Bundan sonra o, həmin avtomaşını almış və öz adına keçirib sürməyə başlamışdır. Maşını təzə aldığı müddətdə o, anasının tapşırığı ilə avtomaşını almağı barədə Yavərə heç bir söz deməmişdir. O, anasının bu cür tapşırığını başa düşməmiş, lakin onun dediklərini etmişdir. May ayının ortalarından iyun ayının ortalarınadək o, anasından hər gün 200-300 ABŞ dollarıda alıb avtomaşının bəzi hissələrini təmir etdirmişdir. Ümumilikdə Əminəona həmin bir ay ərzində əlavə olaraq 3000-4000 ABŞ dolları da vermiş və həmin pulları da Moskvadan dayısı Əlinin göndərdiyini deyib bu barədə atası Yavərə heç bir söz deməməyi tapşırmışdır. Atası Yavər isə uzun müddət idi ki, evdə yataq rejimində müalicə olunduğundanonun maşın almağından, həmçinin əlavə pullar xərcləməyindən xəbərsiz olmuşdur. 2022-ci ilin iyun ayından avqust ayının ortalarınadək o, anasından istirahətə, yeyib-içməyə, geyiminə əlavə olaraq təxminən 7000-8000 ABŞ dolları da almış, həmin pulları da xərcləmişdir. Anası pulları ona ABŞ dolları şəklində vermiş və dayısı Əlinin onun üçün göndərdiyini bildirmişdir. O, isə həmin pulları manata çevirib xərcləmişdir. Avqust ayında avtomaşında ciddi nasazlıqlarçıxdığından, təmiri yüksək xərc tələb etdiyindən o, maşını Bakı şəhəri, “Badamdar” bazarındaAyxan və Əli adlı şəxslərə cəmi 5000 manata satmış və həmin 5000 manatı öz ehtiyaclarına xərcləmişdir. Eyni vaxtda o, Moskva şəhərində yaşayan dayısı Əli ilə telefon vasitəsi ilə danışarkən o, ona maşın almaq üçün və ya digər xərcləri üçün hər hansı bir məbləğdə pul göndərmədiyini bildirdikdə o, təəcüblənmiş və anası Əminədən bu barədə soruşmuşdur. Əminə ona etiraf etmişdir ki, ona maşın almaq üçün, habelə digər xərclər üçün verdiyi pulları Yavərin seyfindən onun xəbəri olmadan gizlincə götürüb ona vermiş və indiyə kimi Yavərin bundan xəbəri olmamışdır. O, bundan qorxuya düşüb nəyə görə Yavərdən xəbərsiz onun pullarını xərclədiyini soruşanda Əminə Yavərin öz pullarını və əmlakını 1-ci nikahdan olan uşaqlarına xərclədiyini bildirmişdir. O, Əminəyə bu barədə Yavərə deməyin lazım olduğunu bildirəndə o, əgər Yavər onun pullarını ondan xəbərsiz oğurlandığını öyrənərsə, hər ikisini evdən qovacağını bildirib ona tapşırmışdır ki, ona bu barədə heç nə deməsin. Həmin vaxtlar atası Yavər artıq neçə ay idi ki, evdə müalicə olunmuş, heç yataqdan durub çölə çıxmağa da halı olmamışdır. O, da məcbur qalıb Yavərə bu barədə heç nə deməmişdir. O, Əminənin ona verdiyi pullardan başqa Yavərdən ümumilikdə nə qədər pul və ya qızıl oğurladığını bilməmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında Yavər artıq sağalmış və seyfini açıb baxdıqda xeyli sayda qızılının və 32.000 ABŞ dolları pulunun oğurlandığını və bu işdə anası Əminənin əli olduğunu bildirib ondan bu barədə soruşanda Əminə atasına seyfdənpul və qızılları götürdüyünü etiraf etsə də, həmin pulları xərcləmədiyini, sadəcə başqa yerə qoyduğunu bildirmişdir. Yavər 1 aya yaxın Əminədən pulları gizlətdiyi yeri soruşsada o, hər dəfə müxtəlif bəhanələr gətirərək, nəhayət oktyabr ayında evdən çıxıb Bakı şəhərində yaşayan qardaşı Eldarın evində yaşamağa başlamışdır. Bundan sonra, Yavər pulların və qızılların oğurlanmasında onun da, iştrakının olduğunu bildirib ilk dəfə həmin vaxt onun, o və Əminənin doğma övladları olmadığını, Əminənin onu 2 aylığında körpələr evindəngötürdüyünü bildirmişdir. O, həmin vaxt onların doğma övladları olmadığını öyrənmişdir. Bu səbəbdən o, da Yavərin evindən çıxmış, noyabr ayında o və Əminə Bakı şəhəri Bakıxanov qəsəbəsində kirayə ev tutaraq orada yaşamağa başlamışlar. O, Əminədən dəfələrlə Yavərə məxsus pul və qızıl əşyalarının haraya xərclədiyini soruşsa da o, Yavərdən yalnız ona verdiyiməbləğdə pul oğurladığını, qalan məbləğin Yavərin şişirtdiyini, Yavərə isə ümumiyyətlə onun seyfindən hər hansı oğurluq etmədiyini bildirmişdir. O, Əminənin Yavərə məxsus qızılzinət əşyalarının və pulların oğurlanmasından xəbərsiz olmuş və iştirak etməmişdir. O, yalnız 2022-ci ilin avqust ayının sonlarında bu barədə xəbər tutmuşdur. Onun ümumiyyətlə anasının etmişolduğu hər hansı bir oğurluqlardan xəbəri olmamışdır. O, Gülşəni atası Yavərin xalası qızı kimi tanımış və Gülşən bəzən onların evində qonaq olmuş və gecə də qalmışdır. Lakin, o, onun çantasından hər hansı bir oğurluq etməmiş və anası Əminənin də etdiyi oğurluqdan xəbəri olmamışdır. O, 2021-ci ilin may ayından avqust ayının əvvəllərinə kimi olan müddətdəhəmin lombardda aylıq 450 manat əmək haqqısı olan işdə işləmiş, həmin dövrdə atası Yavər göz nahiyyəsindən müalicə almaq üçün bir neçə aylığa Türkiyə Respublikasına getmiş, anasıƏminə isə həmin dövrdə evdə yataq xəstəsi olmuş və onun müalicəsi üçün dərman lazım olduğundan o, həmin qadın boyunbağısını ona vermişdir ki, işlədiyi lombarda girov qoyub oradan 400 manat pul götürsün. O da, həmin boyunbağını işlədiyi lombarda girov qoyub 400 manat pul götürüb anasına vermiş və bundan bir ay sonra həmin 400 manatı lombarda qaytarıb anasına məxsus boyunbağını özünə qaytarmışdır. Həmin boyunbağı anasına məxsus olmuş və qeyd olunanboyunbağının Yavərə məxsus olmasını bilməmişdir. Qeyd etdiyi faktdan başqa Təqsirləndirilən şəxs lombarda girov qoyması və hansısa məbləğdə pul götürməsi barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin bacısı Şahid4Məhəmməd qızı yaxın qohumun əleyhinə ifadə verməmək hüququnda istifadə edərək şahid qismində ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. O, təxminən 2004-cü ildə 1-ci ərindən boşanaraq Zərərçəkmiş şəxs1 ilə ailəqurmuş, 2012-ci ildə rəsmi qaydada boşanmış, lakin buna baxmayaraq yenə də bir evdə yaşamağa davam etmişlər. Əminə 2003-cü ildə körpələr evindən uşaq oğulluğa götürmüş vəona Raul adı qoymuşdur. Bundan bir il sonra Yavərlə ailə qurduqdan sonra da Yavər onu öz övladı kimi qəbul edib soyadını da Raula vermişdir. Onun Əminə və Yavərlə münasibətləri normal olsa da, onlara çox nadir hallarda gedib-gəlmiş və ailəsində baş verən hər hansı bir prosesdən xəbəri olmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayının ortalarında öyrənmişdir ki, Əminənin halı pisləşmiş və onu əri Yavər Sumqayıt şəhər xəstəxanasına aparmış, bu səbəbdən o, həmin xəstəxanaya gedib və palatada müalicə olunan Əminəyə baş çəkərək halının pisləşməsinin səbəbini soruşanda Əminə heç bir səbəb olmadan qəflətən təzyiqinin qalxdığını bildirmişdir. O, 30 dəqiqə ərzində Əminənin yanında oturduqdan sonra sağollaşıb evinə getmişdir. Həmin vaxt xəstəxanada Yavərlə görüşsə də, o, evində baş vermiş hər hansı bir oğurluq barədə ona heç bir söz deməmişdir. Lakin, bundan bir neçə gün sonra o, qardaşı Eldarın Əminəni müvəqqəti yaşamaq üçün öz evinə gətirdiyini öyrənib onlara gedib səbəbini öyrənərkən ona məlum olmuşdur ki, Yavərin mənzilində ki, seyfindən pul və qızıl-zinət əşyaları oğurlanmış və Yavər bu oğurluqda Əminə və oğulluğu Raulu günahlandırır. O, Əminədən bu barədə soruşanda Əminə Yavərin ona şər atdığını, hər hansı bir pul və qızıl- zinət əşyası oğurlamadığını bildirmişdir. Lakin, Yavər israrla Əminənin onun evindən oğurluq etdiyini onların bütün qohum-əqrabasına yaymış və nəhayət Əminə oğulluğu Raul ilə birlikdə Yavərdən ayrılıb Bakıxanov qəsəbəsində kirayə ev tutub orada yaşamağa başlamışdır. O, bəzən Əminə heç yerdə işləmədiyindən onun kirayə yaşadığı evə gedərək ona ərzaq aparmışdır. Daha sonra öyrənmişdir ki, Əminə törətdiyi bir neçə oğurluq hadisəsinə görə barəsində başlanılmış cinayət işi ilə əlaqədar həbs olunmuşdur. O, Əminənin bacısı olsa da, onun bu vaxta qədər törətdiyi oğurluqlardan hər hansı bir məlumatı olmamış və Əminə oğurlamışolduğu pul və ya qızıl-zinət əşyalarından hər hansı bir məbləğdə ona verməmişdir. Əminə ona Zakir Yusifov adlı şəxsə 5000 ABŞ dolları pulu faizə verdiyi barədə heç nə deməmiş, o, ZakirYusifov adlı şəxsi ümumiyyətlə tanımamış, bu baradə ilk dəfədir ki, eşitmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinəuyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6545 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızılzinət əşyalarının istifadədə olmamsı nəzərə alınaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimidir: - bir ədəd 6 qram çəkidə, 585 əyar, üzərində 12 ədəd xırda brilyant qaşları olan qızıl nişan üzüyünün üzərində olan qaşların istehsal yeri, mənşəyi, ölçüləri, növü, keyfiyyəti, təmizliyi və s. haqqında məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. - bir ədəd 4 qram çəkidə, 585 əyar,Türkiyə istehsalı, sarı rəngli qızıl boyunbağı - 340.0 (4qrx85man) manat. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/3493 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda qızılların 2018-ci ilin iyul ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 960.00 manat müəyyən olunur və aşağıdakı kimidir. - Rusiya istehsalı olan, 4 qram çəkiyə malik, 585 əyarlı qızıldan ibarət, ümumi dəyəri 240 manat olan qızıl üzük, - Rusiya istehsalı olan, 12 qram çəkiyə malik, 585 əyarlı qızıldan ibarət, ümumi dəyəri 720 manat olan 01 cüt qızıl sırğa. - digər 1 adda olan 750 əyyarlı qızıldan ibarət brilyant qaşlı üzük boyunbağı və bilərzikdən ibarət komplekt qızılın qramı qeyd olunmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/5132/2023 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2022-ci ilin may-sentyabr aylarına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 11748.00 manat müəyyən olunur və aşağıdakı kimidir. - 2 ədəd hər biri 8 qram çəkidə Rusiya istehsalı olan, 585 əyarlı (2dəstx8qr=16qr) ümumi dəyəri 1360 manat olan qızıl üzük və sırğadan ibarət dəst, - Rusiya istehsalı olmaqla, 585 əyarlı, 4 qram çəkidə, ümumi dəyəri 340 manat olan 01 cüt qızıl sırğa. - Rusiya istehsalı olmaqla, 585 əyarlı, 7 qram çəkidə, ümumi dəyəri 595 manat olan 01 cüt qızıl sırğa. - Rusiya istehsalı olmaqla, 585 əyarlı, 9 qram çəkidə, ümumi dəyəri 765 manat olan 01 cüt qızıl sırğa. -1 ədəd 50 qram çəkidə Rusiya istehsalı olmaqla, 585 əyarlı, ümumi dəyəri 4250 manat olan qızıl kişi boyunbağısı. -1 ədəd 38 qram çəkidə Rusiya istehsalı olmaqla, 585 əyarlı, ümumi dəyəri 3230 manat olan qızıl boyunbağısı. - cəmi 21.2 qram çəkidə. 585 əyarlı, qızıldan hazırlanmış, ümumi dəyəri 1208 manat olan 26 ədəd qızıl diş. - digər 2 ədəd briliant qaşı qızıl üzük və sırğadan ibarət dəst Rusiya istehsalı olmaqla 585 əyarlı, 10 qram çəkidə, hər birində 14 karat xırda briliant qaşları olan üzüyün üzərində olan qaşların keyfiyyəti, mənşəyi, istehsal yeri və s. aydın olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. - 1 ədəd Rusiya istehsalı olmaqla, 3.5 qram çəkidə, üzərində qızıl onluq klon boyunbağının və 1 ədəd Rusiya istehsalı olmaqla, 3 qram çəkidə qızıl boyunbağının əyarı barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən arayışdan görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili qıfılın silindirik mexanizmi zavod üsulu hazırlanıb və işlək vəziyyətdədir. Silindirik mexanizmin açar oyuqlarının xarici səthi üzərində, silindirlərin üz lövhəsində (korpusunda) və ştiflərinin (başsız mıx) işçi və yan səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkar edilmədi. Həmin daxili qıfılın silindirik mexanizmi öz açarı ilə və yaxud heç bir iz qoymadan oxşar açarla açılmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd açar zavod üsulu ilə istehsal olunub və təqdim edilmiş silindirik mexanizmin açarıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən "VİP" Lombardın verdiyi 114497 saylı girov biletindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 750 əyyarlı, 3,5 qram çəkidə, 01 ədəd qızıl kulonu, 01 ədəd 585 əyyarlı, 3 qram çəkidə, 01 ədəd qızıl sepi və 916 əyyarlı, 11,4 qram çəkidə, 06 ədəd qızıl dişi lombarda qoyaraq ilə 750 manat pul götürmüş, lakin, pulu ödəyə bilmədiyindən xx.xx.2022-ci il tarixdə həmin qızıl-zinət əşyaları lombard sərəncamına keçmişdir. Cinayət işinin materiallarında olan ərizə və ilkin izahatdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-ə müraciət edərək keçmiş arvadı Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin may ayının 16-dan sentyabr ayının 17-dək olan müddət ərzində 20.000 ABŞ dolları və xeyli sayda qızıl zinət əşyalaraının oğurlandığını bildirmişdir. Cinayət işinin materiallarında olan ərizə və ilkin izahatdan görünür ki, Zərərçəkmiş şəxs2 ərizə yazaraq xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan qızıl zinət əşyalarının çantasından oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, foto cədvəl protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan ərizə və raportdan görünür ki, Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək xx.xx.2022-xx.xx.2022-ci il tarixlər arasında yaşadığı mənzildən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto cədvəl protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaşadığı mənzildə pulları taladığı seyfi və digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 mənzilində siyirmədə olan qızıl-zinət əşyalaraını götürüdüyü yeri göstərərək ifadə verir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli, 11-17/387 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qubadlı şəhərində qeydiyyatdadır və barəsində Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 çantasından qızıl-zinət əşyalarını oğurlamamsı, həmçinin Zərərçəkmiş şəxs1 seyfindən yalnız 20.000 ABŞ dolları məbləğində əmlak talaması, ittihamda qeyd olunan məbləğ və qızıl-zinət əşyalarının oğurlanmasına aidiyyəti olmaması barədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgündür, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görəmüvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli 1№li qərarının 21-ci bəndində göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Cinayət işinin materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında Qubadlı rayon VVADQ şöbəsində 14 noyabr 2005-ci il tarixdə 240 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Cinayət işinin materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasındakı nikaha Qubadllı rayon Məhkəməsinin qətnaməsinə əsasən 20 avqust 2013-cü il tarixində xitam verilmişdir. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında olan nikahın 2013-cü il tarixdən pozulması, cinayət hadisəsinin baş verdiyi 2023-cü ilədək onların eyni ünvanda yaşaması qeyd olunsa da 10 il müddət ərzində birgə təsərrüfat idarə etməməsi səbəbindən talamanın predmeti olan əmlak ərarvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətliolmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədənonu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsininhəyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs xx xxx 1962-ci il təvəllüdlü olmaqla hal hazırda 62 yaşının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyicinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digərşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixliqərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədəkdəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələristisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinəvə hansı məbləğdə qoyulmasıdır. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən ümümilikdə 80.330 (səksən min üç yüz otuz manat) AZN məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs, mülki cavabdehTəqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinəəsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinəəsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərər çəkmiş şəxs (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuşmaddi ziyana görə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddiziyan qismində 80.000 (səksən min) manat və həmçinin ödənilmiş 330 (üç yüz otuz manat) manat məbləğində dövlət rüsumu, ümümilikdə 80.330 (səksən min üç yüz otuz manat) AZN pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, mülki iddia qismən təmin edilməli, maddi ziyan qismində 71.653,50 (yetmiş bir min altı yüz əlli üç manat əlli qəpik) və həmçinin ödənilmiş 330,50 (üç yüz otuz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu, ümümilikdə 71.984 (yetmiş bir min doqquz yüz səksən dörd) məbləğində pul vəsaiti təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququntətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-188, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 71.653 manat 50 qəpik (yetmiş bir min altı yüz əlli üç manat əlli qəpik) mülki iddia və 330 manat 50 qəpik (üç yüz otuz manat, əlli qəpik) ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığıvaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar