Məhkəmə qərarları › İş №1(124)-364/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-364/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-364/2024 03.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Xaçmaz rayonu, Şollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Susayqışlaq ərazi dairəsi, Şollar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd kağız bağlamaya yerləşdirilmiş külli miqdarda 01 ədəd sellofan bükümündə təmiz çəkisi -9,408 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi -1,956 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 06 iyul 2023-cü il tarixdə, saat 18:45 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında olduğu zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metafetamin əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kağız bağlamanın içində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o narkotik vasitə istifadəçisi olsa da, ona verilən ittihamda qeyd edilən narkotik vasitə heroin və psixotrop maddə metafetamin onun üzərində olmamış, həmin maddələri polis bölməsində onun üzərinə qoymuşlar. Polis idarəsində onu hədələdiklərindən, psixoloji təsir göstərdiklərindən ibtidai istintaqda etirafedici ifadə vermişdir. Ümumiyyətlə, narkotik vasitələrin satışı ilə məşğul olmamış və yalnız şəxsi istifadə üçün narkotik maddə əldə etmişdir. İbtidai istintaqdakı ifadəni verəndə həyəcanlı olmuş, özündə olmamışdır. İstifadəsində olan mobil telefon nömrəsindən aşkar olunmuş SMS mətnlərinin hansı şəraitdə yazılmasını xatırlamır. Ola bilər ki, telefonu ortalıqda olduğundan həmin SMS mətnlərini onunla birlikdə narkotik istifadə edən tanışları yazıblar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə alüdəçisi olmuşdur. Ağrılarına görə narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə etmişdir. Narkotik vasitələri və psixotrop maddələri ilk əvvəl Sumqayıt şəhər ərazisində tanımadığı şəxslərdən, daha sonra isə istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə çətinlik çəkdiyindən, satışı ilə məşğul olan şəxs tapdıqda isə yüksək qiymətə satdığından narkotik vasitə və psixotrop maddə ala bilməmişdir. Belə ki, şəxsiyyəti barədə məlumatı olmasa da, narkotik vasitələrdən istifadə etdiyini bildiyi bir şəxslə aralarındakı söhbət zamanı narkotik vasitələri və ya psixotrop maddələri İran İslam Respublikası vətəndaşlarından ucuz qiymətə ala biləcəyini ona demiş və həmin şəxsin hal-hazırda xatırlamadığı mobil nömrəsini ona vermişdir. Həmin şəxslə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində telefon əlaqəsi yaratdığı zamanı həmin şəxs ona şəxsiyyəti barədə məlumat verməsə də, İran İslam Respublikası vətəndaşı olduğunu və hal-hazırda həmin ərazisində yaşadığını, Azərbaycan Respublikası ərazisində tanışlarının olduğunu, narkotik vasitə və ya psixotrop maddə istəyəcəyi təqdirdə göndərəcəyi bank kart hesabına alacağı narkotik vasitənin və ya psixotrop maddənin qarşılığında ödəməli olduğu pulu köçürdükdən sonra, ona narkotik vasitəni və ya psixotrop maddəni əldə edəcəyi ünvanın yerləşdiyi məkanı göndərəcəyini demişdir. Bu barədə aralarında razılıq əldə olunmuş və o, ümumilikdə bir neçə dəfə həmin şəxsdən bu formada narkotik vasitə və psixotrop maddə almışdır. Son olaraq isə 06 iyul 2023-cü il tarixdə günorta saatlarında o, həmin şəxslə ‘Svhatsapp” ani mesajlaşma mübadiləsi sistemində istifadəsində olan 077-307-89- 81 saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün ona narkotik vasitə heroin və psixotrop maddə metafetamin satmasını istəmiş, həmin İran İslam Respublikası vətəndaşı hər biri ayrı-ayrı bükümlərdə olmaqla 01 ədəd bükümdə narkotik vasitə heroin üçün 170 manat, 01 ədəd bükümdə psixotrop maddə metafetamin üçün isə 30 manat olmaqla hər ikisini ümumilikdə 200 manata ona satacağını demiş və aralarındakı razılıq əsasında ona göndərmiş olduğu bank kart hesabına 200 manat köçürdükdən sonra, buna qarşılıq olaraq narkotik vasitə heroihi və psixotrop maddə metafetanıini əldə edəcəyi ünvanın yerləşdiyi məkanı ona “whatsapp”da göndərmişdir. Narkotik vasitəni və psixotrop maddəni əldə edəcəyi yer Sumqayıt şəhəri, Sahil küçəsində, üzü Novxanı istiqamətində avtomobil yolunun sağ tərəfində yaşıllıq sahədəki elektrik dirəyinin yanı olduğunu bilib 06 iyul 2023-cü il saat 17 radələrində taksi ilə həmin yerə gedib yaşıllıq sahədəki elektrik dirəklərinin bir neçəsinin yaxınlığına baxıb sonunda bir elektrik dirəyinin altında ağ-açıq qəhvəyi rəngli 01 ədəd kağız bağlamanın içinə yerləşdirilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metafetamini götürüb əynindəki şalvarın sağ yan cibinə qoyaraq oradan piyada şəkildə üzü Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Piyada hərəkətdə olarkən istifadəsində olan “Samsung J4” markalı mobil telefonun daxilində olan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin mobil nömrəsini, həmin şəxslə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemindəki yazışmalarını, ona göndərdiyi bank kartının və narkotik vasitəni götürdüyü yerin fotoşəkillərini silmişdir. Bədənində ağrılar olduğundan əldə etdiyi narkotik vasitədən və psixotrop maddədən istifadə etmək niyyətində olmuş, lakin həmişə şübhə çəkməmək üçün yaşadığı Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbə ərazisində narkotik vasitə qəbul etdiyindən Sumqayıt şəhəri, Sahil küçəsində taksi axtarmağa başlamış və həmin tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında taksi fəaliyyəti İlə məşğul olan bir taksinin olduğunu görüb, taksiyə tərəf piyada hərəkət etməyə başladıqda mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər, o, qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroini və psixotrop maddə metafetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kağız bağlamanı, qolbağı, şalvarının sol yan cibindən İsə 01 ədəd ona məxsus “Samsung J4” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd kağız bağlamanın içində “kakos”, yəni narkotik vasitə heroin və “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir. Daha sonra təhqiqatçı kağız bağlamanı açıb içindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin olmaqla ümumilikdə 02 ədəd sellofan büküm aşkar etmişdir. 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin kütləsi elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş və 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisi 10,13 qram, 01 ədəd bükümdə psixotrop maddə metafetaminin çəkisi isə 2,12 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən, 01 ədəd qolbaq isə dəmir material olduğu nəzərə alınaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metafetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O, narkotik vasitələrin və pisoxotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Saxlanıldığı zaman və daha sonra ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 Zellabdin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında yardılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sahil küçəsində, “İbiza” restoranının yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı, üzərində saxlayıb daşıması ilə əlaqədar şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişdirlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. O da əynindəki şalvarın ciblərindən 01 ədəd bağlama və 01 ədəd qolbaq, 01 ədəd mobil telefon təqdim etmiş və Təqsirləndirilən şəxs bağlamanın içində “kakos”, yəni narkotik vasitə heroin və “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir. Bundan sonra təhqiqatçı tərəfindən 01 ədəd bağlamanın içinə baxıldıqda 01 ədədinin içində narkotik vasitə heroinə bənzər kütlə, digər bükümün içində psixotrop maddə metafetaminə bənzər kütlə olmaqla, ümumilikdə 02 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin özünə məxsus olduğunu, onları həmin gün “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində əlaqə saxladığı İran vətəndaşından ümumilikdə 200 manata əldə etdiyini və təxminən 1 aydır ki, bu qaydada maddələr əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə kütlələri qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olsa da, bu barədə dəqiq məlumatlar əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2, həmçinin ibtidai istintaqdakı ifadəsi elan olunaraq tədqiq edilmiş X5 da məhkəmədə dindirilmiş Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 06 iyul 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Sumqayıt ŞPİ-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilk əvvəl əynindəki şalvarın sağ yan cibindən 01 ədəd ağaçıq qəhvəyi kağız bağlama və 01 ədəd gümüşü rəngli qolbaq, şalvarının sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefon təqdim etdiyi, təqdim olunan 01 ədəd bağlamanın içində “kakos” və “şüşə” olduğunu dediyi, bağlama açıldıqda içindən 01 ədədinin içində narkotik vasitə heroinə bənzər, digər 01 ədəd bükümün içində isə psixotrop maddə metafetaminə bənzər kütlələr olmaqla ümumilikdə 02 ədəd sellofan bükümün təhqiqatçı tərəfindən aşkar olunaraq götürüldüyü, aşkar olunaraq götürülmüş kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkildiyi və 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisinin 10,13 qram, 01 ədəd bükümdə psixotrop maddə metafetaminiri çəkisinin isə 2,12 qram olduğu, həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib imzalandığı, şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri ‘Vhatsapp” ani mesajlaşma mübadiləsi sistemində İran vətəndaşından bu gün, yəni 06 iyul 2023-cü il tarixdə şəxsi istifadəsi üçün ümumilikdə 200 manata aldığını, İran vətəndaşı ilə “whatsapp”da yazışıb həmin şəxsin bank kart hesabına pul köçürdükdən sonra İran vətəndaşının göndərmiş olduğu ünvandan həmin kütlələri götürərək əldə etdiyini, təxminən 1 ay bu formada əldə etdiyini, satışı ilə məşğul olmadığını, uzun müddətdir ki istifadə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilmədiyini bildirdiyi, həmçinin təqdim edərək özünə məxsus olduğunu bildirdiyi “Samsung” markalı mobil telefonun araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən və 01 ədəd qolbağın isə dəmir materialdan olduğu nəzərə alınaraq götürüldüyü müəyyən olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş 01 ədəd telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin telefon qara rəngli, “Samsung J4” markalıdır. Mobil telefonun daxilində ***-***-**-** saylı nömrə vardır. İşlək vəziyyətdədir, daxilində “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi olmasına baxmayaraq daxilində hər hansı bir mesajlaşma müəyyən edilmir, həmçinin telefonun kontaklar, zənglər və mesajlar bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir tərəfi qırmızı, digər tərəfi gümüşü rəngli diskdə olan fayllarda ***-***-**-** saylı mobil nömrənin sahibinin Təqsirləndirilən şəxs olduğu göstərilmiş və SMS tarixçəsinə baxdıqda ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən daxil olmuş SMS mətnləri, o cümlədən, iş üçün əhəmiyyət kəsb edən SMS mətnləri iş materiallarına əlavə olunmuşdur. Məhkəmə həmin mətnlərin məzmununda nalayiq ifadələr olmasına görə hazırki hökmə yazılmasını məqsədə müvafiq hesab etməsə də, lakin həmin SMS mətnlərində narkotik vasitələrin və psixotrop maddənin satışına dəlalət edən yazışmaların olduğunu xüsusilə vurğulayır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməkimyəvi ekspertizasının 07 iyul 2023-cü il tarixli 6/3669 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş və.s soyadlar və imzalar qeyd edilmiş 02 ədəd zərfdən birində 01 ədəd bükümdə təmiz çəkisi -9,408 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər zərfdəki təmiz çəkisi - 1,956 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 26 iyul 2023-cü il tarixli, 4737 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 9,308 qram olan narkotik vasitə heroin və 1,856 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-də saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk və “SMS” mətnlərinin olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş istintaq zamanı narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib satışı ilə məşğul olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs son olaraq Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasl Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resdivini yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırki cinayəti isə 06 iyul 2023-cü ildə törətmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən hazırki cinayəti törətmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halın olmasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən olunmamış və onun cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitələrin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən X3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 9,308 qram olan narkotik vasitə heroin və 1,856 qram olan psixotrop maddə metafetamin məhv edilməlidir, 01 ədəd DVD diskin və “SMS” mətnlərinin olduğu 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 9,308 qram olan narkotik vasitə heroin və 1,856 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk və “SMS” mətnlərinin olduğu 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar