Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-365/2024 22.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qusar şəhəri, Z.Əliyeva küçəsi, ev 195dəqeydiyyatda olan və Qusar şəhəri, M.Həsrətov küçəsi ev 4-də yaşamış, “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Qusar şəhəri M.Həsrətov küçəsində kafenin qarşısında sərxoş vəziyyətdə, tanışı Şahid2 sataşaraq onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş və döymüş, Şahid2 qeyd olunan məsələ ilə bağlı qardaşı Zərərçəkmiş şəxs məlumat vermiş, sonuncu da məsələyə aydınlıq gətirmək üçün həmin gün saat 23 radələrində onun yaşadığı evin qarşısında doğma qardaşı Şahid2 qarşı etdiyi hərəkətlərə görə öz iradını bildirən zaman onlar əlbəyaxa olmuş, daha sonra isə o, yaşadığı evin yataq otağından özünə məxsus qatlanan bıçağı götürüb Zərərçəkmiş şəxs üstünə hücum edərək, sonuncuya əlindəki bıçaqla qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs “alnın sol və ağ tərəfinin, sağ göz orbiti ətrafının qançırları, qarnın ön divarının qarın boşluğuna nüfuz edərək nazik bağırsağın müsariqəsini və nazik bağırsağın zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yarası” ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki,ayın yeddisi səhər o yuxudan oyanmış və sonra kafeni açmışdır. Orada ona və Mahirə məxsus olan balıq olmuşdur. Elə olmuş ki, əmioğlu işə getməmiş və ona demişlər ki, balıqları bişirsin yesinlər. Mahir isə çıxıb getmişdir. O balıqları bişirib vermişdir. Hardasa saat 14:00-15:00 radələridə qayıdıb gəlmiş,. Mahir ona yaxınlaşaraq, əmioğlunun ünvanına nalayiq ifadələr söymüş, pulunun verilmədiyini demişdir.O Mahirə söhbəti həll edəcəyini bildirmiş lakin buna baxmayaraq Mahir söyüşlər söymüş, o yaxasından tutaraq Mahiri itələmişdir. Mahir isə onun üstünə gəlmiş və yenə yaxasından tutmuşdur.X13 çıxıb getmişdir. O da ondan sonra evə getmişdir. Saat 18:00- 19:00 radələrində Mahir gəlmiş o, Mahirə Dedim “İndi piyanam və səhər danışarıq” deyib getməsini bildirmişdir.Bundan sonra gecə görmüşdür ki, qapı bərkdən döyünür. Qapını açmaq istəmiş amma beş və ya on dəqiqə yuxulu olduğu üçün yubanmışdır. Qapını açdıqda. Şükür və Mənsur ona hücum eləmişlər və bundan sonra aləm qarışmışdır. Onlar ona əl atmışlar onunla dalaşmışlar. Həmin vaxt o Şükürün əlində bıçaq görmüş amma bıçaq açıq olmamış, bıçağın açılmayan tərəfi ilə ona xəsarət yetirmişdir. Bundan sonra o, gedib turba götürmüş lakin trubanı onun əlindən kimin aldığını xatırlamadığını bildirmişdir. Bundan sonra o gedib bıçaq götürmüş və düşünmüşdür ki, bıçağı görüb qaçarlar. Elə olmuş ki, Şükür üstünə gəldiyi üçün onu vurmuşdur.Şükürə bir dənə bıçaq zərbəsi vumuşdur. Qapını açanda birbaşa dava dalaş olmuş mübahisə 15 dəqiqə çəkmişdir. Mübahisə məhlədə qapının ağzında yekunlaşmışdır. O hirsindən özündə olmamış və hirsi soyumadığı üçün , Şükür ona hücum etdiyi üçün onu vurmuşdur. Onlar ona hücum etməsəidilər belə bir hadisə baş verməzdi. O özünü müdafiə etdiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi üzrə ittihamla özünü təqsirli bilməsədə, ona qarşı verilmiş ittiam aşağıdakı sübutlarla təsdiq olundu. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o evdə idi və qardaşından zəng gəlmiş, qardaşı Adilin içkili olduğunu və onu döydüyünü bildirmişdir. Həmçinin Adil öz qardaşını döymüş, əlavə evi yandırmaq istəyibdir. O maşını işə salıb Adilin ünvanına getmişdir .Kafenin qarşısına getmiş, həmin vaxt kafedə Təqsirləndirilən şəxs qardaşı başını aşağı salıb oturmuşdur. Ondan soruşdum ki, Təqsirləndirilən şəxs haradadır, o isə , evdə olduğunu bildirmişdir. Evinə yollanıb qapını döymüş, qapını Adil açmışdır. Adil çıxan kimi “nə olub yenə qudurmusan” deyə soruşmuş. O zəhəri az iç deyə iradını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu vurmuş, o yerə yıxılmış və aləm bir-birinə qarışmışdır.Bundan sonra Təqsirləndirilən şəxs evdən balıq ovu üçün olan yabanın turbasını götürüb onun üzərinə gəlmiş, ona görə də o xalası gilə qaçmışdır. Təqsirləndirilən şəxs həm içkili idi həmdə əlində yaba olmuşdur. Bundan sonra özünü qorumaq üçün götürdüyü dəmir parçasını yerə atıb avtomobilə qaçmış, avtomobili işə salıb kafenin qarşısından uzaqlaşdırmış və avtombildən yerə enərək qardaşını çağırmışdır. Qardaşına gəl gedək problem olmasın demiş və həmin vaxt ağrı hiss eləmişdir. Əynindəki qırmızı köynəyin yavaş-yavaş yuxarı qalxdığını hiss etmiş köynəyini qaldırdıqda bağırsaqlarının çöldə olduğunu görmüşdür. Bundan sonra bağırsaqlarını içəri salıb həkim çağırılmasını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona təpik atmış, lakin o ona imkan verməmişdir ki, ona təpik dəysin. Bundna sonra xalası uşaqları hərəsi bir yandan köməyə gəlmişlər. Bundan sonra o hadisə yerini tərk etmiş və 102 xidmətinə zəng vurmuşdur. Həkim gələnə kimi onun avtomobili ilə onu xəstəxanaya aparmışlar. Səhəri günü ayılıb və görmüşdür ki, əməliyyat olunmuşdur. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamadığını, onun müalicə xərclərini vermədiyinə görə ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə axşam radələrində işdən evə qayıdan zaman küçədə qardaşı Mahirin axsadığını görüb, ondan nə baş verdiyini soruşmuş və Mahir ona bir neçə saat əvvəl Adilin onun yumruq və təpik zərbələri ilə vurub döydüyünü bildirmiş, bu zaman Mahirə həmin məsələ ilə bağlı böyük qardaşı Şükürlə birlikdə Adilin yaşadığı ünvana gedib söhbət edəcəklərini bildirmişdir. Həmin gün saat 22:30 radələrində qardaşı Şükürə zəng edib, hadisə barədə danışaraq, Adilin yaşadığı ünvana gedib belə halların təkrar olmaması üçün Adillə söhbət etməyi təklif etmiş, Şükür də öz razılığını vermiş, həmin gün saat 23 radələrində Şükürlə birlikdə Adilin yaşadığı ünvana gedib onu çağırmış, bu zaman Adil yaşadığı evin həyətində talvarın altında yatan zaman yuxudan oyanıb, qapını açıb evin qarşısında onları görmüşdür. Həmin vaxt Şükür tanışı Adilə qardaşı Mahiri döydüyü üçün öz iradını bildirərək, belə halların bir daha baş verməməsi üçün xəbərdarlıq etmiş və bu zaman onların arasında əvvəl sözlü mübahisə yaranmış, daha sonra isə onlar əlbəyaxa olaraq, bir-birini yumruq zərbələri ilə vurmuş, bu zaman Adil evin həyətinə girib, talvarın altındakı dəmir parçasını götürüb onu vurmuş, Şükür isə onu müdafiə etmək üçün təkrar Adillə əlbəyaxa olmuşdur. Bundan sonra Adil yaşadığı evə gedərək, oradan özünə məxsus 01 ədəd qatlanan bıçağı götürüb onların üstünə hücum etmiş, həmin vaxt Adil əvvəl özü ilə gətirdiyi bıçaqla onu vurmaq istəyən zaman sonuncu əlləri ilə bıçağı saxlamış və onun əlləri kəsilmiş, daha sonra isə Adil həmin bıçaqla Şükürün üstünə hücum edib, 1 dəfə qəsdən qarın nahiyyəsinə vuraraq onun sağlamlığına AĞİR zərər vurmuşdur. Bundan sonra Adil çıxıb getmiş, o isə yaxınlıqda yaşayan xalası Məsmə və oğlu Balabəyi evindən çağıraraq onların köməyi ilə onu avtomobilə mindirib Qusar RMX-na aparmış, həmin gecə Şükürün vəziyyəti çox ağır olduğu üçün Qusar RMX-da əməliyyat etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə Qusar şəhəri M.Həsrətov (Sabir) küçəsində yerləşən kafeyə gedib, bir neçə gün əvvəl tanışı Adilə verdiyi “usaç” balıqların kafenin soyuducusunda olmadığını görüb küçəyə çıxmış, həmin vaxt orada Adili görüb, ona yaxınlaşaraq balıqların harda olduğunu soruşmuş, Adil isə günorta radələrində dost- tanışları ilə həmin balıqları yediyini bildirmişdir. Bu zaman Adildən balıqların pulunu tələb etmiş və aralarında sözlü mübahisə yaranmış, bundan sonra onlar məsələni aydınlaşdırmaq üçün kənara çəkilmiş, o, təkrar Adildən balıqların pulunu tələb edən zaman sonuncu əsəbləşərək 2 dəfə yumruq zərbəsi ilə onun başına vuraraq yerə yıxmış, daha sonra isə 1 dəfə təpik zərbəsi ilə onun qarın nahiyyəsinə vurub çıxıb öz evinə getmişdir. Həmin vaxt o, ayağa durub öz evinə getmiş, daha sonra isə axşam radələrində qardaşı Mənsurla görüşən zaman Mənsura Adilin onu döydüyünü bildirmiş, Mənsur isə ona həmin məsələ ilə bağlı böyük qardaşı Şükürlə birlikdə Adilin yaşadığı ünvana gedib, söhbət edəcəklərini bildirmişdir. Həmin gün saat 23 radələrində evdən çıxıb kafeyə tərəf gedən zaman xalası Məsmənin ağlayaraq onun yanına gələrək qonşuları Adlin qəsdən Şükürü bıçaqladığım bildirmişdir. Bundan sonra o, xəstəxanaya getmiş və orada ona məlum olmuşdur ki, qardaşları Mənsur və Şükür, Adilin yaşadığı ünvana gedən zaman Şükür və Adilin arasında mübahisə yaranmış, daha sonra isə Adil əvvəl dəmir parçası ilə onları vurmu, daha sonra isə evdən gətirdiyi bıçaqla onları vurub müxtəlif bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyə teleqram vuraraq onların iştirakları olmadan cinayət işinə baxılmasını xahiş edən şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmaqla tədqiq edilmişdir. Şahidlər Şahid4la, Şahid3 məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrində göstərdikləri xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 08 iyul 2023-cü il tarixli, 347 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - “alnın sol və ağ tərəfinin, sağ göz orbiti ətrafının qançırları, qarnın ön divarının qarın boşluğuna nüfuz edərək nazik bağırsağın müsariqəsini və nazik bağırsağın zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yarası” kesici-deşisi alətin bir zərbənin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurula bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 08 iyul 2023-cü il tarixli, 351 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2084 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları,həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazrkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla olan müddət ərzində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmə-trasoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli 3-16-16/2-3/1117 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulmsı haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Rsim oğlu xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdə hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs özüdə araşdırma nəticəsində zərərçəkmiş şəxsin göstərdiyi xüsusatı təsdiq edərək qeyd etdi ki, zərərçəkmiş şəxs onun qapısının ağzından getdikdən sonra o özü gedib bıçaq gətirərək ona xəsarət yetirmişdir. Yəni həmin anda ona heç kəs hücum etməmiş və faktiki olaraq mübahisə bitmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs hirsini soyumamasını əsas gətirərək zərərçəkmiş şəxsə ağır xəsarət yetirmişdir. Bundan başqa bıçaqlanma hadisəsinin təqsirləndirilən Təqsirləndirilən şəxs qapısından aralıda baş verməsi onu deməyə əsas verir ki, zərərşəkmiş şəxs ifadəsində göstərdiyi kimi həqiqətəndə mübahisəni sonlandırıb başqa problemlər yaranmaması üçün hadisə yerindən getməyə çalışmışdır. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs bu fikrini reallaşdırmasına imkan verməmişdir. Yəni məhkəmə araşdırması nəticəsində hadisələrin gedişatı onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkətləri onun özünü müdafiəsi ilə əlaqədar olmamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 74 (yetmiş dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınıb, Qusar rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd bıçaq və 01 ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 74 (yetmiş dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınıb, Qusar rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd bıçaq və 01 ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli X9 Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-365/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-365/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver