Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-365/2025 23.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ( Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X7, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeyiyyatda olmaqla ünvan 2ə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 saylı məhkəmə iclas zalında açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 qızıl zinət əşyaları satıb qazanc əldə edərək pulunu qaytaracağına dair yalan vəd verib aldatmaqla 2022-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayına kimi olan müddət ərzində tanışı Şahid1 vasitəsi ilə 18.070 manat dəyərində 157,13 qram çəkidə 585 əyyarlı qızıl dəstini, 20.700 manat dəyərində 142,75 qram çəkidə 750 əyyarlı qızıl dəstini, 9.040 manat dəyərində 60,27 qram çəkidə 750 əyyarlı qızıl dəstini, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 47.810 manat dəyərində qızıl zinət əşyalarını götürüb, həmin qızıl-zinət əşyalarına görə hissə-hissə 27.980 manat ödəniş edərək, qalan 19.830 manat məbləğində əmlakı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 qızıl zinət əşyaları satıb qazanc əldə edərək pulunu qaytaracağına dair yalan vəd verib aldatmaqla 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayına kimi olan müddət ərzində tanışı Şahid1 vasitəsi ilə 4 ay müddətinə ödənişini edəcəyi adı ilə 22,33 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 2680 manat dəyərində qolbağ və boyunbağıdan ibarət qızıl dəstini, 9,87 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 1133 manat dəyərində 1 cüt qızıl sırğanı, 3,87 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 445 manat dəyərində 1 cüt qızıl sırğanı, 3,05 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 350 manat dəyərində 1 ədəd qızıl üzüyü, 19 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 2185 manat çəkidə 2 üzük və 1 cüt sırğadan ibarət dəsti, 42,5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 4887 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 17 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 2635 manat dəyərində 1 ədəd qızıl qolbağı, 5,60 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 868 manat olan 1 ədəd qızıl kulonu, 1,37 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 210 manat dəyərində 1 ədəd qızıl üzüyü, 2022-ci ilin yanvar 2022-ci ilin dekabr ayına kimi olan müddət ərzində 4 ay müddətinə ödənişini edəcəyi adı ilə 7,58 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 8700 manat çəkidə 1 ədəd qızıl qolbağı, 6 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 660 manat olan 1 cüt qızıl sırğanı, 5,3 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 1000 manat dəyərində 1 ədəd brilliant üzüyü, 15,54 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1787 manat olan 1 ədəd qızıl dəsti, 19,76 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 2272 manat olan 1 ədəd qızıl boyunbağını, 2,88 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 460 manat dəyərində 1 ədəd brilliant qaşlı üzüyü, 3,91 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 606 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 15,35 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 2660 manat dəyərində 1 ədəd qızıl dəstini, 8,46 qram təşkil edən Rusiya istehsalı olan 583 əyarlı 972 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 3,15 qram təşkil edən İtaliya istehsalı olan 750 əyarlı, 488 manat dəyərində 1 ədəd qızıl üzüyü, 6,02 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 692 manat dəyərində 1 cüt qızıl sırğanı, 2,43 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 279 manat dəyərində 1 ədəd qızıl kulonu, 2,86 qram təşkil edən İtaliya istehsalı olan 750 əyarlı 500 manat dəyərində 1 ədəd qızıl üzüyü, 6,07 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 1200 manat dəyərində 1 ədəd qızıl üzüyü, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 22.276 manat dəyərində qızıl-zinət əşyalarını götürüb, həmin qızıl-zinət əşyalarına görə hissə-hissə 9720 manat ödəniş edərək, qalan 27.949 manat məbləğində əmlakı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 qızıl zinət əşyaları satıb qazanc əldə edərək pulunu qaytaracağına dair yalan vəd verib aldatmaqla 2022-ci ilin aprel ayından 2023-ci ilin iyun ayına qədər olan müddət ərzində 12 ay müddətində ödənişini edəcəyi adı ilə 16.654,4 manat dəyərində 118,96 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 3 ədəd qızıl dəstini, 6.126,4 manat dəyərində 43,76 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd qızıl dəstini, 3094 manat dəyərində 18,2 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı brilliant daşlarla bəzədilmiş qızıl qolbağı, 18.031 manat dəyərində 138,7 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 3 ədəd qızıl dəstini, 4 ay müddətində ödənişini edəcəyi adı ilə 457,6 manat dəyərində 3,52 qram çəkidə Türkiyə istehsalı olan dəyərində 585 əyarlı 1 ədəd qızıl üzüyü, 12 ay müddətində ödənişini edəcəyi adı ilə 5254,6 manat dəyərində 40,42 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd qızıl dəstini, 13.500 manat dəyərində 100 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 3 ədəd qızıl dəstini, 1804,8 manat dəyərində 15,04 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd qızıl dəstini, 2.600 manat dəyərində 20 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd qızıl boyunbağını, 2.030 manat dəyərində 14,5 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd qızıl sırğanı, 4 ay müddətində ödənişini edəcəyi adı ilə 714 manat dəyərində 4,2 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı qızıl sırğanı, 10 ay müddətində ödənişini edəcəyi adı ilə 2094,4 manat dəyərində 12,32 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı qızıl sırğanı, 12 ay müddətində ödənişini edəcəyi adı ilə 3791,2 manat dəyərində 27,08 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı qızıl dəstini, 7330,4 manat dəyərində 52,36 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı qızıl dəstini, 2334,1 manat dəyərində 13,73 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı brilliant qaşlı qızıl sırğanı, 1252,9 manat dəyərində 7,37 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, 10 ay müddətində ödənişini edəcəyi adı ilə 2626 manat dəyərində 20,20 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı boyunbağı ilə birlikdə qolbağı, 1900,6 manat dəyərində 11,18 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı brilliant qaşlı günəş formasında üzərində kolye qızıl boyunbağını və 388 manat dəyərində 3,2 qram çəkidə Türkiyə istehsalı olan 585 əyyarlı qolbağı, 2022-ci ilin noyabr ayından 2023-ci ilin mart ayına qədər olan müddət ərzində tanışı Şahid1 vasitəsi ilə 12 ay müddətində ödənişini edəcəyi adı ilə 2170 manat dəyərində 15,5 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı qızıl dəsti, 2654,4 manat dəyərində 22,12 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı qızıl dəsti, 2524,2 manat dəyərində 18,03 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd qızıl qolbağı, 6000 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı briliant daşlarla bəzədilmiş qızıl dəsti, 25.500 manat dəyərində 170 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 4 ədəd qızıl dəsti, 7.500 manat dəyərində 50 qram çəkidə İtaliya istehsalı olan 750 əyarlı 2 ədəd qızıl dəsti, 1.950 manat dəyərində 15 qram çəkidə Türkiyə istehsalı olan 585 əyarlı “Pandora" qızıl dəstini, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 140.283 manat dəyərində qızıl zinət əşyalarını götürüb, həmin qızıl-zinət əşyalarına görə hissə-hissə 33.200 manat ödəniş edərək, qalan 107.083 manat məbləğində əmlakı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, bu da sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəflərin fikrini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, ümumi anlamda müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nə zaman, harada və hansı cinayət əməlini törətməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamın məzmunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə nə zaman və harada hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Təsadüfi deyil ki, eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Bu norma təqsirləndirilən şəxsə yalnız ittihamın əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın xarakteri, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumatın verilməsini təmin edir. Hazırkı cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən 22 may 2025-ci il tarixdə (təəssüflə qeyd edilməlidir ki, həm qərarın özündə, həm də qərarın surətinin təqsirləndirilən şəxs verilməsi ilə bağlı hissəsində tarix olaraq 2024-cü il qeyd olunmuşdur) Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı yekun ittiham irəli sürülmüşdür (cild 01, iş vər. 267-270) Lakin, ibtidai istintaq orqanı tərəfindən qəbul olunan həmin qərarda əks olunan ittihamın məzmununun tərtibində təəssüf ki, qeyri-peşəkarlıq və səriştəsizliyə yol verilmiş, bu da yekunda həmin qərarla ittiham altına düşən təqsirləndirilən şəxsdə anlaşılmazlıq yaratmaqla dolayısı ilə də onun müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamda yer alan hər üç epizod üzrə cinayətin törədilməsi ehtimal olunan tarixlər, kimin kimə qarşı cinayət əməlləri törətməsi göstərilsə də, cinayətin törədilməsi ehtimal olunan yer göstərilməmiş, bununla da, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan hər üç epizod üzrə cinayətin törədildiyi yeri müəyyən emtək mümkün olmamışdır. Bu hal təbii olaraq təqsirləndirilən şəxsə elan olunan ittihamı qarışıq və anlaşılmaz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X13 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, işin ibtidai istintaqını aparan müstəntiq cinayət prosessual qanunvericiliyin ona verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, kifayət qədər vaxta və imkana sahib olduğu halda, bir növ etinasızlıq göstərərək ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı tələsik nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyri-müəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal nəinki təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş, eyni zamanda məhkəmə aidiyyətinin də müəyyən edilməsində problemlər yaratmışdır. Belə ki, CPM-in 69.3-cü maddəsində göstərilmişdir ki, hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmçinin, həmin Məcəllənin 299.3-cü maddəsində göstərilmişdir ki, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə və cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, cinayət prosessual qanunvericilik məhkəmənin qarşısına ilkin olaraq onun aidiyyətinə aid olan cinayət işinə baxılması ilə bağlı öhdəlik qoyur. Sözügedən pozuntunun mövcudluğu şəraitində isə hazırki iş üzrə məhkəmə aidiyyətinin də müəyyən edilməsi qeyri-müəyyən olaraq qalır. Odur ki, bu pozuntunun aradan qaldırılması gələcəkdə sözügedən cinayət işinə hansı məhkəmədə baxılması ilə bağlı məsələlərin də həllində mühüm rol oynamış olur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yol verilən nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı tərəfindən həm təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamda yer alan epizodlardan birində (Zərərçəkmiş şəxs3 qarşı törədilən cinayət əməli üzrə) dəymiş maddi ziyanın ümumi məbləği dəqiq göstərilməmiş, nəticədə ittihamın məzmununda bu hissədə də anlaşılmazlıq yaranmışdır. Belə ki, müstəntiq həmin epizod üzrə ümumi olaraq təqsirləndirilən şəxs tərəfindən talanmış əmlakları və onların maddi dəyərini ayrı-ayrı qeyd etmiş, yekunda toplamada yanlışlığa yol vermiş və həmin epizod üzrə zərərçəkmiş şəxsə dəymiş ümumi ziyan olaraq 37.669 manat müəyyən etməli olduğu və həmin ziyandan 9720 manat təqsirləndirilən şəxs tərəfindən ödənildiyini göstərməli olduğu halda, səhvən zərərçəkmiş şəxsə dəymiş ümumi ziyan kimi 22.276 manat göstərmiş və həmin ziyandan 9720 manat təqsirləndirilən şəxs tərəfindən ödənildiyini göstərməklə, qalmış ziyanın məbləği kimi 27.949 manat qeyd etmişdir. Bu hal isə yuxarıda da qeyd edildiyi kimi, həm təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında əks olunan ittihamın məzmununu, həm də ittiham aktında təqsirləndirilən şəxsə elan olunan itthamın məzmununu anlaşılmaz etmiş, nəticədə qeyd olunan xüsusat da təqsirləndirilən şəxsin ümumi anlamda müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır. Təəssüf ki, qeyd olunan bu hallar ibtidai istintaqa prosessual rəhərliyi həyata keçirən prokurorun da diqqətindən yayınmış və ittiham aktı təsdiq olunmaqla baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində göndərilmişdir. Müstəntiqin yol verdiyi nöqsanlar bununla da bitməmişdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə məhz 13 fevral 2025-ci il tarixdə faktla bağlı CM-in 178.3.2-ci maddəsi ilə müstəntiq Rövşən Cavadov tərəfindən cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. CPM-in 207.4-cü maddəsində göstərilmişdir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Cinayət prosessual qanunvericiliyin bu tələbləri aydın və qəti olduğu halda, nədənsə işin ibtidai istintaqını aparan müstəntiq bunlara da diqqət etməmiş, cinayət işi başlayana qədər, yəni xx.xx.2025-ci il tarixədək səlahiyyəti olmadığı halda istintaq hərəkətləri həyata keçirmiş (götürmə və baxış keçirilməsi barədə istintaq hərəkətini həyata keçirmiş) bir sözlə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla sübut toplamağa çalışmışdır (cild 01, iş vər. 36-59) ki, bu hallar da yekunda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmənin hazırlıq iclasında müdafiəçi vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə məhkəmənin qərarı ilə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində 03 ay 05 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsin müddəti məhkəmə qərarı ilə xx.xx.2025-ci il tarixədək uzadılmış və cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həm həbsin seçilməsi üçün əsas olmuş hallar, həm də həbsin müddətinin uzadılması üçün əsas olmuş hallar aradan qalxmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi sonuncunun azadlıqda qalacağı təqdirdə ibtidai istintaqın və gələcəkdə məhkəmə baxışının normal gedişatına mane olacağını ehtimal etməyə əsas verir ki, belə olan halda məhkəmə kollegiyasının qənaətincə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı müdafiəçinin verdiyi vəsatət təmin edilməməli, əksinə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçisi X5 təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixə kimi uzadılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin.
Məhkəmə qərarları › İş №1(124)-365/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-365/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver