Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-366/2023 17.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, 08 avqust 1982-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına və X3 ölümünə səbəb olmuşdur. Belə ki, o, 09 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində AC 796217 №-li qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Quba şəhəri Vaqif küçəsində, “Yeni avtovağzal" istiqamətindən Quba şəhəri 223-cü atıcı diviziya küçəsi istiqamətində sərxoş halda idarə edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin alkoqollu içki qəbul etməsi nəticəsində avtomobilini sərxoş vəziyyətində idarə etməsi və qeyd olunan qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması tələblərini pozaraq həmin qanunun yuxarıda qeyd olunan tələblərinə riayət etməklə hadisənin qarşını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə riayət etməyərək, onun hərəkəti istiqamətində yolun sağ ehtiyyat hissəsində hərəkətdə olan piyadalar Zərərçəkmiş şəxs1 və X4 idarə etdiyi avtomobilin ön hissəsi ilə vurmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağ təpə nahiyəsinin kəsilmiş yarası, sol topuq sümüyünün sınığı olmaqla sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarətlər yetirilməsi, Zərərçəkmiş şəxs2 isə sağ təpə-gicgah nahiyəsində böyük ölçülü kəllə sümüyü görünən skalplaşmış yara, üst çənə sümüyünün sol tərəfinin sınığı, sol tərəfdə 1,2,3,4,5,6,7,8,9 qabırğalarının sınıqları, sol qolun arxadan çiyin nahiyəsindən cırılmış yarası, gövdənin sol yan səthində və arxa səthində, sol aşağı ətrafın dizdən aşağı nahiyəsinin yan səthində böyük ölçülü sıyrıntılar, alın sümüyündən ənsə sümüyünə qədər davam edən xətti sınıq, baş beyin və beyincik toxumasının xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye, kəllə əsasının sağ ön və arxa çuxurunda müxtəlif istiqamətlərdə istiqamətlənən qansızmalı sınıq xətləri, sağ və sol plevra boşluğunda iki litrəyə yaxın, qarın boşluğunda isə iki litrəyə yaxın sərbəst maye qan sol ağciyərin orta və aşağı paylarının bir neçə yerdə deşilmişcırılmış yaralar, ürək kisəsinin tamlığının pozulması, qaraciyərin və dalağın cırılması, baş beyin maddəsində tək-tək xırda ocaqlı qansızmalar və ödem, ağciyərdə ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları kimi ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərdən baş beyinə qansızma nəticəsində ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməklə sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır xəsarətlər yetirilməsinə və Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verilməsi təklif olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək və törətdiyi əməldən peşman olduğunu deyərək ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünə məxsus “Hyundai Sonata ” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobili BC kateqoriyalı AF 332315 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Avtomobil texniki pasportla ona məxsusdur. O, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Quba şəhərində yerləşən “Qızıl Tac” şadlıq sarayında tanışı İlham adlı şəxsin övladının toyuna getrmişdir. Həmin vaxtı o, toyda tanımadığı şəxslərlə eyni masada əyləşmişdir. O, toyda olan zaman həmin şəxslərlə yeyib içmişdir. Təxminən 300 qram spirtli içki (araq ) qəbul etmişdir. Toya öz avtomobili ilə getmişdir. Həmin günü saat təxminən 16 radələrində toydan çıxmışdır ki, evinə getsin və şadlıq evindən çıxıb Quba şəhəri Vaqif küçəsi ilə saatda 50 km surətlə avtomobili idarə edərkən telefonuna ismarıc gəlmiş və telefonuna baxmaq istəyən zaman həmin küçədə “ELİT " ticarət mərkəzi ilə üzbə-üz avtomobilinin idarə etməsini itirib maşınını yolun sağ tərəfində olan səkiyə sürtüb oradan da yolun kənarında fərdi yaşayış evinin qarşısında dayanmış “FİAT” markalı avtomobilin arxa hissəsinə vurmuş, daha sonra isə nə baş verdiyini xatırlamamışdır. Az sonra isə görmüşdür ki, polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. Bundan sonra ona aydın olmuşdur ki, öz avtomobili ilə bir qadın və 2 uşaq vurmuş, qadın isə dünyasını dəyişmişdir. O, həmin vaxtı özündə olmadığı üçün hadisə yerini təqdim edə bilməmiş, polis əməkdaşları onu RPŞ-nə gətirmişlər. (Cild 1, iş vərəqləri 102-104) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mötəbər sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun arvadı olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə onun oğludur. Hadisə baş verən günü arvadı azyaşlı övladları ilə onun anasına baş çəkmək üçün yaxınlıqda yaşayan qardaşının evinə getmişlər. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sərxoş halda maşını idarə edərək səkidə olan arvadı Günayı və azyaşlı övladlarını vurmuş, bu zaman arvadı ölmüş, övladları isə xəsarət almışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə əsasən Qanuni nümayəndə onun atası, Fərzəliyevə Günay anası, Şahid1 isə onun qardaşıdır. 09 oktyabr saat təxminən 11-12 radələrində öz yaşadıqları evdən anası, qardaşı və o, birlikdə nənəsini yoxlamaq üçün piyada əmisi Habil gilə getmişlər. Həmin günü saat təxminən 16:00 radələrində Vaqif küçəsində piyada səki ilə o və qardaşı anası ilə birlikdə öz yaşadıqları evə getmişdir. Qəflətən nə baş verdiyini bilməmişdir. Birdə görmüşdür ki, təcili tibbi yardım maşınında onu uzadıblar o, maşına minən zaman görmüşdür ki, atası Fazil də ordadır. Sonra nə baş verdiyini xatırlamır. özünə gələndə görmüşdür ki, artıq xəstəxanadadır. Sonradan ona məlum olmuşdur ki, o və qardaşı anası ilə piyada yol gələn zaman avtomobil onları vurmuş, həmin vaxtı anası Günay Fərzəliyevə ölmüş, qardaşı və o özü isə xəsarət almışlar. Şahid qismində dindirilmiş Fərzəliyev X7 Fərzəliyevlə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün öz adına olan 2 avtomobilini evinin qarşısında saxlamışdır. Daha sonra, bayırdan gurultu eşitmişdir. Çölə çıxdıqda Təqsirləndirilən şəxs qara rəngli “Hyundai Sonata” markalı avtomobil ilə qəza törətdiyini, hadisə yerinə yaxınlaşdıqda uşaqlardan birinin maşının arxa tərəfində, digərinin isə qabaq tərəfində olduğunu, daha sonra bir qadının yerə sərilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs da görmüş və o, sərxoş olduğundan hərəkətlərinin fərqində olmamışdır. Hadisə zamanı onun avtomobilləri zədələnməklə ümumilikdə 1.500 manat məbləğində zərər dəymişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli protokoldan həmin protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəldən görünür ki, hadisə Quba şəhəri, Vaqif küçəsində baş vermiş, hadisənin baş verdiyi yol asfalt-beton örtüklü, düz, quru olmaqla, nəqliyyat vasitələrinin normal hərəkəti üçün maneə yoxdur. Yolun hərəkət hissəsinin eni 16 metrdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilindədir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilində olmaqla, nəqliyyat vasitələrinin hərəkət sürətinin 60 km/saata qədər məhdudlaşdıran yol nişanının təsir zonasındadır. Hadisə zamanı avtomobilə məxsus tormoz izi və şin izləri aşkar edilməmişdir. Piyadalar yolun sağ hərəkət hissəsinin qurtaracağında, yolun sağ ehtiyat hissəsində 01 metr məsafədə vurulmuşdur. (Cild 1, iş vərəqləri 6-16) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertinin 24 oktyabr 2022-ci il tarixli, 496 nömrəli rəyindən görünür ki, 2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət sağ təpə nahiyəsinin kəsilmiş yarası kənarı iti əşyanın təsirindən, sol topuq sümüyünün sınığı isə bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqi 112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertinin 24 oktyabr 2022-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X3 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: 1) xarici müayinədə - sağ təpə-gicgah nahiyəsində böyük ölçülü kəllə sümüyü görünən skalplaşmış yara, üst çənə sümüyünün sol tərəfinin sınığı, sol tərəfdə 1,2,3,4,5,6,7,8,9 qabırğalarının sınıqları, sol qolun arxadan çiyin nahiyəsindən cırılmış yarası, gövdənin sol yan səthində və arxa səthində, sol aşağı ətrafın dizdən aşağı nahiyəsinin yan səthində böyük ölçülü sıyrıntılar; 2) Daxili müayinədə - alın sümüyündən ənsə sümüyünə qədər davam edən xətti sınıq, baş beyin və beyincik toxumasının xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml. qırmızı rəngli maye, kəllə əsasının sağ ön və arxa çuxurunda müxtəlif istiqamətlərdə istiqamətlənən qansızmalı sınıq xətləri, sağ və sol plevra boşluğunda 2 litrəyə yaxın, qarın boşluğunda isə iki litrəyə yaxın sərbəst maye qan sol ağciyərin orta və aşağı paylarının bir neçə yerdə deşilmiş-cırılmış yaralar, ürək kisəsinin tamlığının pozulması, qaraciyərin və dalağın cırılması; 3) Histoloji müayinədə baş beyin maddəsində tək-tək xırda ocaqlı qansızmalar və ödem, ağciyərdə ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları müəyyən edilmişdir; 4) Qeyd olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya malikdir. 5) X1 ölümünə səbəb baş beyinə qansızma olmuşdur və bir başa YNH ilə səbəbli əlaqəsi vardır. (Cild 1, iş vərəqləri 114-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə dair ekspertizanın 20 oktyabr 2022-ci il tarixli 8/2834 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Dövlət ittihamçısı avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəqləri 60-63) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş sərxoşluq vəziyyətinin yoxlanılması barədə Quba RPŞ-nin DYPB-nin 00952 saylı protokollaşması aktından görünür ki, 09 oktyabr 2022-ci il tarixdə saat 16;58-də 40- BR- 078 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs 02,447% alkoqol miqdarı müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 17) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PAB-nin xx.xx.2022-ci il tarixli 3880/K saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmiş, etil spirtinin qatılığı - 0,6%dir. (Cild 1, iş vərəqləri 156-159) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə törədilən cinayət ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 110-111) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-366/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-366/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver