Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-367/2024 17.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, Astara rayonu, Qapçiməhəllə kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olaraq əlaqə saxladığı “Rza” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin və qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 26 mart 2023-cü il tarixdə bir qrup şəxs halında həmin şəxsin 250 manat müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində qoydurduğu 01 ədəd bükümdə 15,663 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə 17,990 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, bina 6, 29 saylı mənzilə daşıyıb hissələrə bölərək 10 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,433 qram, 0,502 qram, 0,524 qram, 0,452 qram, 0,441 qram, 0,407 qram, 0,414 qram, 0,462 qram, 0,431 qram, 0,375 qram, ümumi çəkisi 4,441 qram olan narkotik vasitə heroini və 13 ədəd bükümdə hər birinin ayrıayrılıqda çəkiləri 0,54 qram, 0,4 qram, 0,33 qram, 0,38 qram, 0,35 qram, 0,32 qram, 0,40 qram, 0,40 qram, 0,34 qram, 0,33 qram, 0,45 qram, 0,42 qram, 0,32 qram, ümumi çəkisi 4,980 qram olan narkotik vasitə qurudulmuş marixuananı əynində olan gödəkcənin sağ yan cibində, 26 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,410 qram,0,441 qram, 0,425 qram, 0,444 qram, 0,425 qram, 0,432 qram, 0,416 qram, 0,417 qram, 0,466 qram, 0,447 qram, 0,448 qram, 0,376 qram, 0,427 qram, 0,438 qram, 0,480 qram, 0,437 qram, 0,511 qram, 0,434 qram, 0,417 qram, 0,414 qram, 0,410 qram, 0,406 qram, 0,373 qram, 0,445 qram, 0,406 qram, 0,477 qram, ümumi çəkisi 11,222 qram olan narkotik vasitə heroini və 33 ədəd bükümdə hər birinin ayrıayrılıqda çəkiləri 0,35 qram, 0,42 qram, 0,37 qram, 0,34 qram, 0,42 qram, 0,37 qram, 0,32 qram, 0,36 qram, 0,4 qram, 0,38 qram, 0,42 qram, 0,34 qram, 0,41 qram, 0,4 qram, 0,4 qram, 0,37 qram, 0,38 qram, 0,34 qram, 0,48 qram, 0,4 qram, 0,48 qram,0,48 qram, 0,46, qram, 0,38 qram, 0,38 qram, 0,42 qram, 0,360 qram, 0,40 qram, 0,430 qram, 0,28 qram, 0,4 qram, 0,37 qram və 0,48 qram, ümumi çəkisi 12,990 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, bina 6, 29 saylı mənzilin istifadə olunmayan otağında saxlamış, 27 mart 2023-cü il tarixdə saat 19:45 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində yaşadığı 6 saylı binanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək həmin gün saat 21:00-dan 21:13-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən həmin 10 ədəd sellofan bükümdə ümumi 4,441 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və 13 ədəd kağız bükümdə ümumi 4,980 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əməliyyyat- axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 22:05-dən 22:20-yə kimi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilinə baxış keçirilərkən isə mənzildə girişdən sağ tərəfdə yerləşən otağın küncündə qoyulmuş ağ rəngli sellofan torbanın içərisindən həmin 33 ədəd kağız bükümdə ümumi 12,990 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 26 ədəd şəffaf sellofan bükümdə ümumi 11,222 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqa ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən on il olar ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri əsasən sosial şəbəkə vasitəsi ilə əldə edir. Son zamanlar isə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Rza” adlı şəxsdən almışdır. Belə ki, onun tapşırığına əsasən ödəniş etdikdən sonra ona dediyi yerə gedib narkotik vasitələri götürmüşüdür. Maddi sıxıntıları olduğu üçün aldığı narkotik vasitənin bir hissəsini satmaq qərarına gəlmişdir. Sonuncu dəfə 26 mart 2023-cü il tarixdə axşam saatlarında 250 manat ödəniş etdikdən sonra Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsindən hazırda dəqiq xatırlamadığı yerdən bir bükümdə narkotik vasitə heroin və bir bükümdə qurudulmuş marixuana götürərək Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə heç kim olmadığı üçün həmin narkotik vasitələri xırda bükümlərə ayırmışdır. Heroindən ümumilikdə 36 ədəd, marixuanadan isə ümumilikdə 46 ədəd büküm çıxmışdır. Onları bir- birinə qatmamaq üçün marixuanaları kağız, heroinləri isə sellofan bükümlərdə saxlamışdır. Həmin bükümləri yaşadığı evdə boş otaqda gizlətmişdir. Növbəti gün, yəni 27 mart 2023cü il tarixdə saat 19:30 radələrində gizlətdiyi narkotik vasitələrdən 10 ədəd sellofan və 13 ədəd kağız bükümdə olan hissəsini götürüb satmaq məqsədi ilə əynində olan gödəkcənin cibinə qoyub yaşadığı evdən çıxmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşadığı binanın yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən Abşeron rayon Polis İdarəsinə getmişdir. İdarədə ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O, heç bir etirazı olmadığını bildirdikdən sonra əvvəlcə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşuldu. O da könüllü olaraq əynində olan qara rəngli uzun qol gödəkcənin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 38 manat pulu, sağ yan cibindən 13 ədəd kağız və 10 ədəd sellofan bükümü, sol yan cibindən 2 ədəd siqareti və bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı və 50 qəpik dəmir pulu, əynində olan şalvarın sol yan cibindən isə içərisində ***-***-**-** saylı mobil nömrə olan Samsung markalı telefonu və yaşadığı evin bir ədəd açarını çıxararaq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir.Daha sonra təqdim etdiyi 10 ədəd sellofan bükümdəki narkotik vasitə heroin elektron tərəzi ilə çəkildikdə ümumi çəkisinin 5 qram, 13 ədəd kağız bükümdəki narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisinin isə 8 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülülər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri o, vəkili və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra 38 manat pul, 2 ədəd siqaret və bir ədəd siqaret qutusu, bir ədəd alışqan, 50 qəpik dəmir pul və yaşadığı evin açarı özünə qaytarılsa da aşkar edilmiş narkotik vasitələrlə yanaşı mobil telefonu və şəxsiyyət vəsiqəsi də izah verildikdən sonra götürülmüşdür. Daha sonra o şifahi suallara cavab olaraq üzərində aşkar edilmiş kütlənin ona məxsus olduğunu, bir gün əvvəl uzun müddətdir ki, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Rza adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsi ərazisində əvvəlcədən təyin edilərək qoyulmuş yerdən satış məqsədi ilə götürdüyünü, habelə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə ünvan 1 ünvanında yaşadığı evə getmişdir. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra o, yaşadığı evdə sağ tərəfdə istifadə olunmayan otaqda girişdən küncə qoyulmuş ağ rəngli sellofan torbanı təqdim etmişdir. Torbanın içərisinə baxış keçirilən zaman bir ədəd elektron tərəzi, 33 ədəd kağız büküm və bir ədəd qara kisə aşkarlanmışdır. Polis əməkdaşları tərəfindən kisə açıldıqda isə onun içərisindən 26 ədəd şəffaf sellofan aşkar edilmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu soruşulduqda kağız bükümlərdə marixuana, sellofan bükümlərdə isə heroin olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzəri o, vəkili və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra yaşadığı evin digər hissələrinə də baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq həmin narkotik vasitələri də Rza adlı İran İslam Respublikası vətəndaşından həm istifadə etmək, həm də satış məqsədi ilə əldə etdiyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını, bu əməllərindən heç kimin xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı proses iştirakçılarının ona ünvanladığı suallar cavablandırarkən, özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsini, yəni ondan aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metanfetaminin ona məxsus olduğunu lakin həmin vasitələri satmaq məqsədinin olmadığını bildirməklə özünü qismən təqsirli bilmişdir. Bu hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razı olmadığını, satış məqsədinin olmadığını bildirmiş, qalan hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi cavablar ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1974-cü il tarixdə Astara şəhərində doğulmuş Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 və onun iştirakı ilə 27 mart 2023cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən 6 nömrəli binanın yaxınlığında saxlamış, hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı hərəkətini nəzərə alaraq Abşeron rayon polis idarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. İdarədə Təqsirləndirilən şəxs xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra əvvəlcə hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzun qol gödəkcənin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 38 manat pulu, sağ yan cibindən 13 ədəd kağız və 10 ədəd sellofan bükümü, sol yan cibindən 2 ədəd siqareti və bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı və bir ədəd “50 qəpik" dəmir pulu, əynində olan şalvarın sol yan cibindən isə içərisində ***- ***-**-** saylı mobil nömrə olduğunu dediyi Samsung markalı telefonu və yaşadığı evin bir ədəd açarını çıxararaq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd sellofan bükümdəki narkotik vasitə heroin elektron tərəzi ilə çəkildikdə ümumi çəkisinin 5 qram, 13 ədəd kağız bükümdəki narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisinin isə 8 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülülər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanaraq götürülmüşdür. Daha sonra 38 manat pul, 2 ədəd siqaret və bir ədəd siqaret qutusu, bir ədəd alışqan, 50 qəpik dəmir pul və yaşadığı evin açarı Təqsirləndirilən şəxs özünə qaytarılsa da aşkar edilmiş narkotik vasitələrlə yanaşı mobil telefonu və şəxsiyyət, vəsiqəsi də izah verildikdən sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq üzərində aşkar edilmiş kütlənin ona məxsus olduğunu, bir gün əvvəl uzun müddətdir ki, iran İslam Respublikası vətəndaşı kimi tanıdığı Rza adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsi ərazisində əvvəlcədən təyin edilərək qoyulmuş yerdən satış məqsədi ilə götürdüyünü, habelə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, yaşadığı evə onlar tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Mənzilə çatdıqda qapını bir nəfər orta yaşlı qadın açmışdır. Qadın Təqsirləndirilən şəxs arvadı olduğunu və mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra həmin mənzildə Təqsirləndirilən şəxs evdə saxladığını bildirdiyi narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə girişdən sağ tərəfdə istifadə olunmayan otaqda girişdən küncə qoyulmuş ağ rəngli sellofan torbanı təqdim etmişdir. Torbanın içərisinə baxış keçirilən zaman bir ədəd elektron tərəzi, 33 ədəd kağız büküm və bir ədəd qara kisə aşkarlanmışdır. Kisə açıldıqda isə içərisindən 26 ədəd şəffaf sellofan aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu soruşulduqda kağız bükümlərdə marixuana, sellofan bükümlərdə isə heroin olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitələr və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə də baxış keçirilmiş, baxış zamanı narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X6 işin halları ilə bağlı Şahid2 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında ibtidai istintaqa verdiyi ifadəsi elan olun olunmaqla araşdırılan Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 27 mart 2023-cü il tarixədək ünvan 1 ünvanında yerləşən həmin vaxtlar kirayədə yaşadıqları mənzildə olarkən Sərivan dörd nəfər tanımadığı şəxslə birlikdə evə gəlmişdir. Həmin şəxslərdən biri polis əməkdaşı olduqlarını, Sərivanın evdə narkotik vasitə gizlətdiyini deməsini və evə baxış keçirməli olduqlarını bildirmişdir. O həmin şəxslərə etiraz etməyərək evə dəvət etmişdir. Daha sonra video çəkilişlə evdə girişdən sağ tərəfdə yerləşən istifadə etmədikləri otaqdan ağ rəngli sellofan torba götürüb qonaq otağındakı stolun üstündə açmışlar. Həmin torbadan xırda-xırda bükümlər və tərəzi aşkar edilmişdir. Daha sonra həmin şeyləri qablaşdırılmış və götürərək getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1974cü ildə Astara şəhərində anadan olmuş, Qapçiməhəllə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması bildirilir. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1974-cü ildə Astara şəhərində anadan olmuş, Qapçiməhəllə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1974-cü ildə Astara şəhərində anadan olmuş, Qapçiməhəllə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması şübhəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, bina 6 ünvanının yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə-bioloji ekspertizasının 28 mart 2023-cü il tarixli, 7/437 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr..." yazı və imzalar olan zərfi açdıqda içərisində 13 ədəd kağız bükümlərdə hər birinin ayrı-ayrılqıda təmiz çəkisi 0,54 qr, 0,4 qr, 0,33 qr, 0,38 qr, 0,35 qr, 0,32 qr, 0,40 qr, 0,40 qr, 0,34 qr, 0,33 qr, 0,45 qr, 0,42 qr, 0,32 qram olmaqla, ümumi çəkisi 4,980 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Üzərində "Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr..." yazı və imzalar olan zərfi açdıqda içərisində 33 ədəd kağız bükümlərdə hər birinin ayrı-ayrılqıda təmiz 0,35 qr, 0,42 qr, 0,37 qr, 0,34 qr, 0,42 qr, 0,37 qr, 0,32 qr, 0,36 qr, 0,4 qr, 0,38 qr, 0,42 qr, 0,34 qr, 0,41 qr, 0,4 qr, 0,4 qr, 0,37 qr, 0,38 qr, 0,34 qr, 0,48 qr, 0,4 qr, 0,48 qr,0,48 qr, 0,46, qr, 0,38 qr, 0,38 qr, 0,42 qr, 0,360 qr, 0,40qr, 0,430 qr, 0,28 qr, 0,4 qr, 0,37 qr və 0,48 qram olmaqla, ümumi çəkisi 12,990 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan 1 ədəd üzərində "Manlloro" yazılan elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli, 6/1738 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.." yazısı və imzalar olan paketdəki 10 (on) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.433qr, 0,502qr, 0,524qr, 0,452qr, 0,441qr, 0,407qr, 0,414qr, 0,462qr, 0,431qr, 0,375qr, ümumi təmiz çəkisi 4,441 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş.." yazısı və imzalar olan paketdəki 26 (iyirmi altı) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410qr, 0,441qr, 0,425qr, 0,444qr, 0,425qr, 0,432qr, 0,416qr, 0,417qr, 0,466qr, 0,447qr, 0,448qr, 0,376qr, 0,427qr, 0,438qr, 0,480qr, 0,437qr, 0,511qr, 0,434qr, 0,417qr, 0,414qr, 410qr, 0,406qr, 0,373qr, 0,445qr, 0,406qr, 0,477qr, ümumi təmiz çəkisi 11,222 qram qəhvəyi rəngli tozşəklili maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində "Manlloro" yazısı olan elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 15,663 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2023-cü il tarixli, 3851 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra ona üzərində olan əşya və predmetləri təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan və kağız bükümləri, sol yan cibindən siqaret dənəsi, siqaret qutusu, alışqan və 50 qəpik pulu, sol iç cibindən şəxsiyyət vəsiqəsini və pul əskinazlarını, əynində olan cins şalvarın sol yan cibindən İsə bir ədəd içərisində ***-***-**-** GSM nömrə olan Samsung markalı mobil telefon və bir ədəd açarı çıxararaq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərində heç nə aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs məxsus siqaret, alışqan, açar və 38 manat 50 qəpik pul onun özünə qaytarılır. Şəxsiyyət vəsiqəsi və mobil telefon izah verərək götürülür. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümlər sayıldıqda 13 ədəd kağız büküm, bir ədəd sellofan büküm açıldıqda isə 10 ədəd sellofan büküm olduğu müəyyən edilir. Kağız bükümlərdən birinə baxış keçirdikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilir. Daha sonra sellofan bükümlərdən birinə baxış keçirildikdə isə içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs digər kağız bükümlərdə də qurudulmuş marixuana, sellofan bükümlərdə isə heroin olduğunu bildirdi. Sellofan bükümlərdəki narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdə 10 ədəd bükümün qablaşdırma ilə birlikdə ümumi təmiz çəkisinin 6 qram, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 13 ədəd kağız bükümün isə qablaşdırma ilə birlikdə ümumi təmiz çəkisinin 8 qram olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülür. “Evə baxış və götürmə aparılması haqqında” 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı mənzildir. Video görüntüdən müəyyən edilir ki, baxışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə girişdən sağ tərəfdə yerləşən istifadə olunmayan otaqda küncdə qoyulmuş ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirir. Həmin torbaya qonaq otağında yerləşən masanın üzərində baxış keçirildikdə bir ədəd qara rəngli pul kisəsi, bir ədəd üzərində “Manlloro” yazısı olan qırmızı rəngli elektron tərəzi və 33 ədəd kağız büküm aşkar edilir. Qara rəngli pul kisəsinə baxış keçirildikdə içərisində 26 ədəd sellofan büküm aşkar edildi. Kağız bükümlərdən biri açıldıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs digər kağız bükümlərdə də qurudulmuş marixuana olduğunu bildirir. Daha sonra sellofan bükümlərdən birinə baxış keçirildikdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilir. Təqsirləndirilən şəxs digər sellofan bükümlərdə də heroin olduğunu bildirir. Elektron tərəzi vasitəsi ilə həmin kütlələrin çəkisi müəyyən edildikdə kağız bükümlərdə olan narkotik vasitəyə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 22 qram, sellofan bükümlərdəki narkotik vasitə heroinə bənzər kütlələrin isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 12 qram olması müəyyən edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütləni bir gün əvvəl Rza adlı İran İslam Respublikası vətəndaşından həm istifadə etmək, həm də satış məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində əvvəlcədən qoyulmuş yerdən götürərək əldə etdiyini, həmin narkotik vasitələrin müqabilində Rza adlı şəxsə 250 manat pul ödədiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən oradan qeyri-qanuni hər hansı əşya və ya predmet aşkar edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il ünvan 2 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heroinə və marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ondan aşkar edilmiş narotik vasitə heroinin və marixuananın ona məxsus olduğunu lakin həmin vasitələri satmaq məqsədinin olmadığını bildirməklə özünü qismən təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki mövqeyinə qiymət verərkən qeyd edir ki, marixuana və heroini şəxsi istifadəsi üçün aldığını bildirsədə əldə etdiyi heroinin miqdarı, küllü miqdar olmaqla, həmin vasitələrin gündəlik istifadəsi üçün mümkün ola biləcək miqdardan artıqdır. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyini, həmin nakotik vasitəllərin xırda bükümlər şəklində olmasını və elektron tərəzinin aşkar olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə verdiyi ifadəsini təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 154 (yüz əlli dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Abşeron Rayon Polis İdarəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkiləri 17,05 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkiləri 15,303 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir və 01 ədəd Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır, 02 ədəd diskin cinayət işi saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 154 (yüz əlli dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə aşkar edilərək götürülmüş Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkiləri 17,05 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkiləri 15,303 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və 01 ədəd Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-367/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-367/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver