Məhkəmə qərarları › İş №1(124)-368/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-368/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-368/2023 04.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Şahid5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2004-cü il tarixdə Lerik rayonu, Cəngəmiran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının əvvəllərində, saat 16 radələrində qonaq gəldiyi Sumqayıt şəhəri, BTZ bağlar ərazisində gəzdiyi zaman özü üçün aşkar sürətdə on dörd yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs görüb cinsi ehtirasını təmin etmək niyyəti ilə sonuncunu uşaqlarla oynamağa aparacağı adı ilə aldadaraq onu yaşadığı Sumqayıt şəhəri, BTZ bağları ərazisindəki fərdi yaşayış evinin arxasındakı küçəyə aparıb köməksiz vəziyyətindən istifadə edərək əynindən şortunu zorla çıxarıb qucağına almış, daha sonra əli ilə Zərərçəkmiş şəxs ağzını tutaraq müqavimətini qırdıqdan sonra öz cinsiyyət orqanını sonuncunun anus dəliyinə salaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra eykulyasiya vəziyyətinə çatan zaman Zərərçəkmiş şəxs yerə qoyub bədənindən ifraz olunan spermanı yerə boşaltmış, həmçinin bu barədə kiməsə məlumat verəcəyi təqdirdə onu yenidən tutub qeyri-təbii yolla cinsi əlaqədə olacağı ilə hədələyib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətlər törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o bağlara qardaşıgilə getmişdir. Bu uşaq onu pəncərədən görüb ürəyi getmişdir. Onunla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o Lerik rayonunda yaşamışdır. Qardaşıgilə qonaq gəlmişdir. Əvvəllər Yusifi 1-2 dəfə küçədə gəzən zaman görmüşdür. Yusif və ailəsinin nə üçün ondan şikayət etdiyini bilməmişdir. Hadisədən əvvəl o, “whatsapp” proqramında Yusifin bacısı Ləmana yazmışdır. Sonra guya o, yazmışdır ki, gəlib onun qardaşını belə edəcəkdir. O da onu bloka atmışdır. Ləmanın qardaşı Yusifin yaşını bilməmiş, amma küçədə görmüşdür. Yusifin Ləmanın qardaşı olduğunu bilmişdir. O, Ləmanı qardaşıyla hədələməmişdir. O, Ləmana “whatsapp” proqramında qardaşıyla bağlı mesaj yazmamışdır. Mobil telefonu da qardaşındadır. O, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən dindirilmişdir. O, istintaq zamanı bildirmişdir ki, ittiham olunduğu cinayət əməlini törətməmişdir. Sadəcə olaraq Yusif onu görüb ürəyi getmişdir. Baş vermiş hadisə barədə heç kimə məlumat verməmişdir. Şahid1 tanımışdır. Onun Şahid1 ilə düşmənçiliyi vardır. O, Şahid1 ilə iki-üç dəfə münaqişə etmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, ifadə verən zaman özündə olmamışdır, məcburi surətdə ifadə vermişdir. Onu döyərək ifadədə yazılanları bildirməyini tələb etmişdirlər. İfadəsi o, dediyi kimi yazılmamışdır. O, video görüntüdəki dindirmə zamanı özündə olmamış, döyülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2004-cü il tarixdə Lerik rayonu, Cəngəmiran kəndində anadan olmuş və Lerik rayonu, Cəngəmiran kəndində atası Nehmət və anası Yenigüllə birlikdə yaşamışdır. Subaydır. Onu hərdan tanıyanlar Məşədi deyərək də müraciət edirlərmiş. Onun qardaşları Rusif və Dəyanət Sumqayıt şəhəri, BTZ bağları ərazisindəki fərdi ünvanda birgə yaşayırlarmış. O, da ara sıra onları görmək üçün onların yanına gəlirmiş. Belə ki, 2022-ci ilin iyul ayının əvvələrində o, yenə qardaşı Rusif və Dəyanətin yanına gəzməyə Sumqayıt şəhəri, BTZ bağlarındakı evinə gəlmişdir. Yusif Məhərrəmov da onlarla birgə qonşuluqda yaşayırmış. O, daima onu yaşadığı evin qabağında uşaqlarla oynuyan görürmüş və onun arxa nahiyəsi onun xoşuna gəlirmiş. 2021-ci ilin iyul ayının əvvələrində o, qardaşıgilin yaşadığı Sumqayıt şəhəri, BTZ bağlar ərazsindəki evin yaxınlığında olan marketdən özünə siqaret alan zaman həmin vaxtı azyaşlı Yusif Məhərrəmovun dükana daxil olduğunu görmüş və mağazadan çörək alırmış. Həmin vaxtı onun əynində qırmızı rəngli şortik və göy rəngli mayka olmuşdur. O, bu zaman yenə Yusifin arxa nahiyəsini görmüş və onda hisslər oyanmağa başlamışdır. Yusif dükandan çıxmış və o, da həmin vaxtı Yusifin arxasınca getmişdir. Yusif dükandan aldığı çörəyi evə qoyub həyətə düşmüşdür. O, da saat 16 radələrində Yusifə yaxınlaşıb ona kənara keçib uşaqlarla oynamağa getməyi təklif etmiş və Yusifi aldadıb onun əlindən tutaraq onu Sumqayıt şəhəri, BTZ bağları ərazsində yerləşən Yusifin yaşadığı evin arxasındakı küçəyə aparmışdır. Yusif ondan onu oraya nə səbəbə gətirdiyimi soruşmuş və həmin yerdə uşaqların olmadığını ona söyləmişdir. O, ona uşaqların burda olmadığını söyləyib əynindəki şortiki çıxartmasını onun üzərinə qışqıraraq demişdir. Bu zaman Yusif əynindəki şortiki çıxartmaq istəmədiyini ona söyləmiş və ağlamağa başlamışdır. O, da yenə Yusifə yaxınlaşıb əynindəki şortikin qabağını zorla açıb onun əynindən zorla həmin şortiki və alt paltarını çıxartmışdır. Daha sonra o, öz əynində olan cins şalvarı aşağı çəkmiş və cinsiyyət orqanını çölə çıxartmışdır. Bundan sonra Yusifi arxası ona tərəf olmaqla qucağına almış və öz cinsiyyət orqanını tüpürcəyi ilə sürüşkən edərək Yusifin arxa nahiyəsinə salmışdır. O, öz cinsiyyət orqanını Yusifin arxa nahiyyəsinə salan zaman Yusif qışqırmağa başlamışdır. O, da öz əli ilə onun ağız nahiyyəsindən tutaraq oz cinsiyyət orqanını onun anus dəliyində dala qabağa hərəkət etdirməyə başlamışdır. Təxminən onunla 3-4 dəqiqə arxadan olmuş və bir əli ilə də onun ağız nahiyyəsindən tutub qışqırmasına mane olurmuş. O, onunla arxa nahiyyəsindən olan zaman öz cinsiyyət orqanından gələn spermanı yerə boşaltmışdır. Öz əynini geymiş və daha sonra Yusif də ağlıya ağlıya öz əynini geyməyə başlamışdır. O, daha sonra Yusifə yaxınlaşıb evdəkilərinə bu barədə məlumat verməməsini əks təqdirdə onu yenə təklikdə tutub arxandan olacağı ilə hədələmişdir. Yusif də ona ağlaya ağlaya söz vermişdir ki, demiyəcəkmiş və ondan da xahiş etmişdir ki, bir daha onunla bu cür hərəkət etməsin. Bundan sonra Yusif oradan çıxıb getmişdir. O, da evə getmişdir. Həmin günün axşamı o, da Lerik rayonu. Cəngəmiran kəndinə qayıtmış və həmin ili bir daha oraya gəlməmişdir. Sonuncu dəfə 21 sentyabr 2022-ci il tarixdə saat səhər radələrində o, yenə qardaşı Rusif və Dəyanətin yaşadığı Sumqayıt şəhəri, BTZ ərazsindəki evə gəlmişdir. Həmin vaxtı o, pəncərədən Yusifin bacısı Ləmanı görmüş və ona küçədən baxmağa başlamışdır. Daha sonra Ləmanın bacısının nömrəsini adı yadında olmayan şəxsdən tapmış və ona “vatsap” ani mesajlaşma sistemi vasitəsi ilə sms yazmışdır. O, da onu bloka atmışdır. Bundan sonra, 23 sentyabr 2022-ci il tarixdə kəndə qayıtmışdır. 24 sentyabr 2022-ci il tarixdə qardaşı zəng edərək Yusifin atası Mehmanın onu axtardığını söyləmişdir. O, da bundan sonra Sumqayıt şəhərinə gələn zaman polis əməkdaşları onu saxlamışlar. Qeyd edirmiş ki, o, Yusiflə 2021-ci ilin sentyabr ayının əvvələrində onunla 1 dəfə arxadan zorla olmuşdur. Onunla arxadan olan zaman ətrafda heç kəs olmamışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin dindirilməsi zamanı aparılmış video çəkilişi əks etdirən CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs dindirmə protokolunda göstərilə xüsusatları eynilə və sərbəst şəkildə qeyd edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsi üçün tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı digər proses iştirakçılarından təcrid edilmiş xüsusi şəraitdə psixoloq (mütəxəssis) iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, çox qorxmuşdur. Qonşu ona bura gəl demişdir. Getmiş, ona icazəsiz toxunmuşdur. Belindən tutub özünə çəkmişdir. Paltarlarına toxunmuş, aşağı çəkmiş, onun arxa nahiyəsinə nəsə etmişdir. O bütün olanları polisə danışmış, onda da indi dediklərini demişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2014-cü ildə anadan olmuş və hal hazırda Sumqayıt şəhəri, BTZ bağları 908 A-da ailəsi ilə birlikdə yaşayır. Şahid5 onun atasıdır. O, özü Sumqayıt şəhəri, 1 nömrəli orta məktəbin 3-cü sinif şagirdidir. Mirseyid Şixəliyevin qardaşı Rüfət və Dəyanət onlarla birgə qonşuluqda yaşamışdır. Onlar onlarla qonşu olmuşdurlar. Onların balaca qardaşı Mirseyid isə ara sıra onlara gəlmişdirlər. 2021-ci ilin iyul ayında Mirseyid yenə onlara gəlmişdir. O, da Mirseyidi tez tez görmüşdür. Belə ki, 2021-ci ilin iyul aylarında o, yaşadığı evin yanındakı dükana getmiş və oradan evə çörək almışdır. Həmin vaxtı dükanda Mirseyidi görmüşdür. Gedib evə çörəyi verən zaman küçəyə çıxmışdır. Bu zaman Mirseyid onu yanına çağırmış və onu uşaqlarla oynamağa dəvət etmiş və əlindən tutub onu yaşadığı Sumqayıt şəhəri, BTZ bağları ərazisindəki evinin arxasındakı küçəyə aparmışdır. Orada ona əynində olan qırmızı şortiki və paltarı çıxartmağı söyləmişdir. O, çıxartmayacağını söyləyən o onun üstünə qışqırmışdır. Daha sonra o, ağlayanda onun üzərinə gələrək zorla əynindəki paltarları çıxartmışdır. Onu təmiz lüt etdikdən sonra o, yenə bərkdən qışqırmağa başlamışdır. Bu zaman onu o zorla qucağına almışdır. Həmin vaxtı onun arxa tərəfi ona tərəf olmuşdur. Onu qucağına alan zaman o, lap bərkdən qışqırmaq istəyərkən o, əli ilə onun ağzından tutmuşdur. Daha sonra onun arxa nahiyəsinə nəsə bərk şey dəydiyini hiss etmişdir. Daha sonra o öz cinsiyyət orqanını onun arxa nahiyəsinə salan zaman onu incitdiyindən nə qədər qışqırmaq istəsə də qışqıra bilməmişdir. Bu zaman o, əli ilə ağzını tutmuşdur. Bir neçə dəqiqə o cinsiyyət orqanını onun arxa nahiyəsinə salıb çıxartdıqdan sonra qəfildən onu yerə buraxmış və özü də yerə boşalmışdır. O, da cəld onun əlindən qaçıb paltarlarını geyinmişdir. Bu zaman o onun qolundan tutub saxlayaraq ona bu barədə heç kəsə məlumat verməməyi söyləmiş və əks təqdirdə isə yenidən onu tutub arxa nahiyəsinə öz cinsiyyət orqanını salacağını söyləmişdir. O, da qorxub evə gəlmişdir. Bu barədə evdə heç kəsə qorxduğundan məlumat verməmişdir. Bundan sonra sonuncu dəfə bir neçə gün bundan qabaq o, Mirseyidi küçədə görmüş və bundan qorxub evə gəlmişdir. Daha sonra anası Şahid3 gəlib ondan Mirseyid barəsində soruşan zaman o, olub keçəni anası və atasına danışmışdır. Qeyd edirmiş ki, Mirseyid onunla yalnız 1 dəfə arxadan qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra isə onunla heç bir əlaqəsi olmamışdır. Mirseyid onunla zorla olmuşdur. Onu qucağına alıb ağzını yumaraq öz cinsiyyət orqanını onun arxa nahiyəsinə salmışdır. Başqa heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Hadisə zamanı orada heç kəs olmamışdır. O, olub keçəni də qonşuları Qasım və Farizə hadisədən 2 ay sonra bu barədə məlumat vermişdir. Onlar da ona bu barədə atası və anasına məlumat verməyi söyləsələr də o, qorxduğundan heç kəsə məlumat verməmişdir. Hadisə zamanı onun bədəni üzərində heç bir xəsarət də olmamışdır. O, ona hədə gələrək yenidən onu tutub arxadan olacağını dediyindən o, qorxub evə bu barədə məlumat verməmişdir. Hətta ona müqavimət göstərmək istəsə də gücü çatmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid5 ifadəsində göstərdi ki, uşaq hadisə barədə ona heç nə deməmiş, hadisə barədə ona zəng vurub demişdirlər. Həmin vaxt işdə olmuşdur. Hadisə barədə qonşuluqdakı Fariz də bilmiş, lakin ona deməmişdir. Başqa Hüseyn adlı bir oğlan da bilmişdir. Bu təqsirləndirilən şəxs çox qızın arxasınca söz atmışdır. Hadisə barədə məlumatı evə çatdırmış, arvadına demişdirlər. Təqsirləndirilən şəxsi bir-iki dəfə qardaşıgilə gələndə görmüşdür. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs onun oğludur, hadisə vaxtı o, işdə olmuşdur. Qızı Ləman ona zəng edərək evə tez gəlməsini bildirmişdir. O, özünü evə çatdırmışdır. Ləman Yusifi tutub qucağında ağlamışdır. O, nə baş verdiyini soruşduqda, Ləman heç bilmədi ki, o sözün mənası nədir, dedi ana belə bir şey olub. Mirseyidin qardaşı Yusif ilə qonşu olmuş və ondan heç bir pislik görməmişdir. Yusif də Mirseyid və Dəyanətin böyük qardaşıdır. Hadisəni eşitdikdən sonra durub Mirseyidgilə getmiş, qardaşı Dəyanət qapıda olmuşdur. Dəyanətdən Yusifin harada olduğunu soruşmuş, Yusifin nömrəsini ona verməsini xahiş etmişdirlər. Bundan iki gün qabaq da qızı Ləmanın ad günü olmuşdur. Onlardan səsucaldıcı götürmüşdürlər. Qızı da on birinci sinifdə oxuyur. Qızı yolda məşğələyə gedən zaman Dəyanət götürüb ona nəsə yazmışdır. Ləman da qayıdıb demişdir ki, ona yazmasın yoxsa atasına deyəcəkdir. Dəyanətə gedib Yusifi çağırmasını bildirdikdə o elə başa düşdü ki, onun Ləmana yazmağına görə onlara getmişdir. Bu zaman Dəyanət əlindəki vintaçanla onun üzərinə hücum çəkmişdir ki, “get işinlə məşğul ol, sənin Yusiflə nə işin var”. O, demişdir ki, anasıatasından hansı yaxındadırlarsa, axşam onlara gəlsinlər. Dəyanət onlara gəlmiş və demişdir ki, Ləmana yazmağını Mehman bilməsin, Ləmana pis mənada yazmamışdır. O, Dəyanətə heç Ləmana yazmağına görə onlara gəlmədiyini, başqa bir iş olduğunu bildirmişdir. Hadisə barədə danışdıqlarını eşidəndən sonra ona əxlaqsız söz deyib getmişdir. Uşaq, yəni azyaşlı oğlu Yusif hadisə barədə ona ətraflı heç nə danışmamışdır. Uşaq sadəcə onlara “onu (Mirseyidi) öldürün, o, pisdir” demişdir. Hadisədən iki-üç gün qabaq da qonşularla yığışıb küçəni təmizləmişdirlər. Mirseyid gedib evlərinin tinində durmuşdur. Yusif qaça-qaça onun yanına gəlmişdir ki, Mirseyid ona baxır, uşaqlar onu futbol oynamağa çağırsa onu futbol oynamağa qoymasın. Yusif Mirseyidi görüb qorxmuşdur, evin içində otaqdan otağa keçə bilməmişdir. Hadisə barədə ona qızı Ləman məlumat vermişdir. Qızı qonşudan kitab götürməyə gedib. Hüseyn adlı qonşu uşaq qayıdıb deyibki, “ay Ləman, Yusif sənə nəsə deyib?” Ləman da qardaşının ona heç nə demədiyini bildirmişdir. Hüseyn baş verəni ona deməkdən utandığını, danışa bilməyəcəyini demiş, Ləman da ona nə olubsa öz bacısı Səriyyə danışmağı, Səriyyənin də ona danışacağını demişdir. Hüseynin bacısı Səriyyəyə Yusifin başına gələn hadisəni öyrənib Ləmana danışmışdır. Yusiflə danışan zaman da o bu hadisəni etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə barəsində ona qardaşı demişdir. Məşğələdən gəlib qonşugilə kitab götürməyə getmişdir. Mirseyidin qardaşı ona dəfələrlə yazmışdır. Qonşunun oğlu ona demişdir ki, ona Dəyanətin yox Mirseyidin yazdığını düşünür. Ona nə səbəbə belə düşündüyünü soruşduqda, həmin oğlan ona səbəbini deyə bilməyəcəyini bildirmişdir. O da demişdir ki, onda bacına desin, bacısıda ona danışsın. Beləliklə, qonşu Hüseyn hadisəni öz bacısına danışmış, bacısı da Ləmana danışmışdır. Oğlan o sözü bacısına deyəndə qardaşı Yusif də onun yanında olmuş, sonra qaçıb evə getmişdir. Yusif ağlayıb hadisəni ona danışmışdır. Mirseyid həmçinin qardaşına tapşırmışdır ki, ailə üzvlərinə nəsə desə, başına oyun açacaq. Hadisə barədə öyrəndikdən sonra anasına demişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 8-ci sinif şagirdidir. Onun yaşadığı ərazi həm də BTZ bağları adlanır. Yusif Məhərrəmov onların qonşusudur. Mirseyid Şixəliyev isə onlarla birlikdə qonşuluqda yaşayan Rusifin qardaşıdır. Mirseyid özü Lerik rayonunda yaşasa da ara sıra qardaşının yanına gəlirmiş. Bu minvalla da o və Qasımın Mirseyidlə münasibəti yaranmışdır. Həyətə düşən zaman bir yerdə gəzmişdirlər. 2021-ci ilin iyul aylarının sonlarında X4 məhlədə dayanan zaman Mirseyid onlara bir söz deyəcəyini bildirirək əgər o sözü kiməsə dedikləri təqdirdə söyüş söymüşdür. Həmin vaxtı o onlara 2021-ci ilin iyul ayının əvvələrində Yusifi yaşadığı BTZ bağlarındakı küçəyə tərəfə apardığını, orada Yusifin əynindən paltarlarını çıxardaraq zorla onu qucağına alıb,öz cinsiyyət orqanını Yusifin arxa nahiyyəsinə salıb onunla qeyri təbii yolla cinsi əlaqədə olduğunu, sonda isə yerə boşaldığını bildirmişdir. Onlar Qasımla onun bu sözlərindən sonra dəhşətə gəlsələr də, Mirseyid söyüş söydüyünə görə bu barədə heç kəsə məlumat verməmişlər. Daha sonra isə Mirseyid öz yaşadığı Lerik rayonuna getmiş və onların da ondan heç bir əlaqəsi qalmamışdır. Sonuncu dəfə isə Mirseyidi onlar 25 sentyabr 2022-ci il tarixdə yenə qardaşıgilə gələn zaman görmüşdür. Mirseyid Yusiflə qeyri təbii yolla cinsi əlaqədə olan zaman onlar orada olmasalar da sonradan bu barədə Mirseyid o və Qasıma özü məlumat vermişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, Yusif onlara bu barədə məlumat versə də onlar ona ailə üzvlərinə də bu barədə məlumat verməsini söyləmişlər. Buna baxmayaraq o məlumat verməyəcəyini bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı ifadə vermiş ekspert X3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə bir dəfə qeyr-təbii yolla cinsi əlaqədə olduğu və hadisənin üzərindən uzun müddət keçdiyi halda xəsarət və xəsarət izi aşkar olunmursa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümükün deyildir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, X5 oğlunun atası Şahid5 Ələstun oğlu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək oğlunun qonşusu Məşədi adlı şəxs tərəfindən seksual xarakarterli hərərkətlərə məruz qalması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs atası Şahid5 iştirakı ilə hadisə yerini təqdim etmiş, hadisə yeri Sumqayıt şəhəri, BTZ bağlar ərazsində yerləşən ətrafı hasarlı olan küçədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndiririlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerlərinə gedən yolu, hadisənin baş vermə şərait və mexanizmini əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 807 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri təbii yolla cinsi əlaqədə olmanı gösətərən əlamətlər aşkar edilmədi. Tək-tək hallarda qeyri təbii yolla cinsi əlaqə zamanı xəsarət və xəsarət izi aşkar olunmursa bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 882 saylı rəyi ilə müəyyən olunmuşdur ki, M.N.Şixəliyevin cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. M.N.Şixəliyev xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 1770 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hər hansı bir zöhrəvi xəstəlik və immunçatışmazlığı virusu aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks psixiatrik və psixoloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli, 2872 saylı rəyinə görə Təqsirləndirilən şəxs müayinə zamanı həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur. X1 hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üzrə prosesual fəaliyyət qabiliyyətlidir. Həmşinin Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini dərk etmək onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks psixiatrik və psixoloji ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 2635 saylı rəyinə görə Zərərçəkmiş şəxs müayinə zamanı Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmçinin Zərərçəkmiş şəxs həssaslıq, tez inanamaq, sadəlövlük kimi xarakterik xüsusiyyətlərə malikdir. Ona qarşı edilən hadisə zamanı azyaşlı olmasında və emosional vəziyyətində qorxu, gərginlik yarandığından həmin şəxsə qarşı müqavimət göstərməyə bilərdi. Zərərçəkmiş şəxs qarşı cinayət əməli törədilən zaman psixi emosional vəziyyətdə gərginlik qorxu yaranmışdır. Hadisə baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Lerik rayon icra hakimiyyəti başçısının Cəngəmiran kənd inzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Lerik rayon, Cəngəməran kəndində yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətmədiyi, polis əməkdaşları tərəfindən döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini obyektiv həqiqəti əks etdirən daha mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsqiəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il təvəllüdlü olmaqla cinayət hadisəsini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Məhkəmə qeyd edir ki, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cinayət törədərkən yetkinlik yaşına çatmadığını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbini rəhbər tutmaqla hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə on ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 12-ci bəndində də qeyd edilmişdir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar