Məhkəmə qərarları › İş №1(124)-368/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-368/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-368/2024 05.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin müəyyən pul və narkotik müqabilində tapşıracağı yerə çatdırmaqla satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan həmin İran İslam Respublikası vətəndaşının bir qrup şəxs halında Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ərazisində yolun kənarında qoydurduğu külli miqdarda 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxil edilmiş bir ədəd sarı rəngli sellofanın içərisində təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram külli miqdarda olan 08 ədəd konvolyutda, 80 ədəd dairəvi formalı, üzərində F/M40 yazısı əks olunmuş narkotik vasitə metadon həblərini, 2 ədəd sarı rəngli sellofan bağlamada tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 595,0 qram və 380,0 qram, ümumi çəkisi 975,0 qram olan külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz əldə edərək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisinə daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə qrupunun və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 19-dan 19:30-dək üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində olan bir ədəd sarı rəngli sellofanın içərisində təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan 08 ədəd konvolyutda, 80 ədəd dairəvi formalı, üzərində F/M40 yazısı əks olunmuş narkotik vasitə metadon həbləri, 2 ədəd sarı rəngli selofan bağlamada ayrı-ayrılıqda çəkiləri 595,0 qram və 380,0 qram, ümumi çəkisi 975,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirdi. O, narkotikə olan təlabatını ödəmək üçün İran vətəndaşından bir iki dəfə narkotik vasitə almışdır. Həmin şəxsi tanımamış və görməmişdir, onunla sosial şəbəkə vasitəsilə danışmışdır. O heç vaxt narkotik vasitə satmamışdır. Sonuncu dəfə hazırki işlə bağlı tutulmamışdan əvvəl həmin İranlı ilə danışıb ondan öz istifadəsi üçün 20-25 qram marixuana almaq istəmişdir. İranlı ona narkotikin qoyulacağı yerin konumunu atmışdır. 01 aprel 2023-cü ildə narkotiki İranlının qoyduğu yerdən Pirəküşkül qəsəbəsindən yolun kənarından götürüb Xırdalan şəhəri 28-ci məhəlləyə gəlmiş, 28 ci məhəllədə polis əməkdaşları tərəfindən tutulmuşdur. Polislər tərəfindən ona təsir, təzyiq olunmamışdır. O İranlıdan öz istifadəsi üçün 20-25 qram marixuana sifariş etsə də, İranlı marixuananı çox göndərmiş, əlavə metadan həbləri də göndərmişdir. Əməlindən peşimandır. Xəstəliyinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təxminən bir ilə yaxındır narkotik vasitə olan marixuana istifadə etmişdir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. Bir müddət öncə sosial şəbəkə hesabında İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs öz anket məlumatları haqqında ona heç bir məlumat verməmişdir. Söhbət əsnasında o, həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O da öz istafəsində olan, hal-hazırda xatırlamadığı xarici nömrəsini ona bildirmişdir. xx.xx.2023-ci il tarixdə həmin İran İslam Respublikasının vətəndaşı olan şəxs ona “Whatsapp” ani mesajlaşma proqramında mesaj yazaraq içərisində narkotik vasitə olan bağlamanı bir ünvana atacağını və onu həmin ünvandan bağlamanı götürərək deyiləcək başqa bir ünvana çatdırmağını, bunun müqabilində isə ona 200 manat pul və şəxsi istifadəsi üçün narkotik vasitə marixuana veriləcəyini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra həmin şəxs Whatsapp tətbiqi ilə ona bir ünvan (konum) göndərmişdir. O, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində mesajda göndərilmiş ünvana - Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yol kənarına gəlmiş və həmin ünvanda ağacın altında bir ədəd göy rəngli, üzərində ağ rəngli hərflərlə “Red Blue”, altında “King Size” sözləri yazılmış və digər tərəfində qızıl gül şəkilləri olan selofanı içərisində narkotik vasitə olan iki ədəd böyük həcmli şəffaf sellofandan İbarət bağlamlarla birlikdə aşkar edərək götürüb yaşadığı ünvana qayıtmaq istəmişdir. Bu məqsədlə də Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində iti yerişlərlə evinə tərəf gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını demişlər və ondan əlində olan bağlamanın içərisində nə olduğunu soruşmuşlar. O da həmin bağlamının içərisində narkotik vaitə olduğunu dedikdə polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra vəkillə arasında konfıdensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, əlində olan bir ədəd və bir tərəfi göy rəngli, üzərində ağ rəngli hərflərlə “Red Blue”, altında “King Size” sözləri yazılmış və digər tərəfində qızıl gül şəkilləri olan selofan torbanı içərisində narkotik vasitə olan bir ədəd böyük həcmli şəffaf və bir ədəd böyük həcmli narıncı rəngli sellofandan ibarət bağlamlarla birlikdə, həmçinin üzərində olan bir ədəd mobil telefonu təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı bir tərəfi göy rəngli, üzərində ağ rəngli hərilərlə “Red Blue”, altında “King Size” sözləri yazılmış və digər tərəfində qızıl gül şəkilləri olan sellofan torbanın içərisindən bir ədəd üzərində “rahat supermarket” yazıları olan şəffaf selofanın içərisindəki narkotik vasitə marixuana və narıncı rəngli sellofan torbanın içərisindən isə bir ədəd şəffaf sellofan torbanın içərisindən narkotik vasitə marixuana və həmin bağlamın yanında qoyulmuş şəffaf sellofana bükülmüş 8 ədəd konvalyutada olan hərəsinin içərisində 10 ədəd olmaqla ümumi sayı 80 ədəd olan, üzərində “Methadone-40” yazısı olan metadon həbləri akşar edilmişdir. Aşkar edilmiş ümumilikdə 2 ədəd şəffaf sellofan bağlamalarda olan marixuana və 1 ədəd içərisində 8 ədəd konvalyutada olan hərəsinin içərisində 10 ədəd olmaqla ümumi sayı 80 ədəd metadon həblərinin olduğu sellofan bağlamalar möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, bildirmişdir ki, narkotik vasitələri xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində İran İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxs telefonuna göndərdiyi ünvan (konum) əsasında Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ərazisində yol kənarındakı ağacın altından götürüb üzərində saxlamaqla daşımışdır. Məqsədi isə həmin İran İslam Respublikası vətəndaşı olan, adını bilmədiyi şəxsin ona bildirəcəyi ünvana aparıb təhvil vermək olmuşdur. Qarşılığında isə həmin şəxs ona 200 (iki yüz) manat pul və istifadəsi üçün narkotik vasitə marixuana verəcəyi barədə vəd vermişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərində olan bir ədəd qara rəngli mobil telefondan başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkilidir. 01 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri sakini Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar əməliyyat müvəkkili Taryel Rzaquluyev raportla idarə rəhbərliyinə müraciət elmişdir. Müvafiq icazə verildikdən sonra ondan və Taryel Rzaquluyevdən ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və əməliyyat tədbirləri keçirib xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşarıb özlərini təqdim edib ona narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. İdarədə onun şəxsiyyəti barədə məlumatlar tam dəqiqləşdirilmişdir. Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət edilmiş, hamının iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Hüseynov Azəin üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs vəkilinin yanında üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbanı təqdim etmişdir. Bağlamanın içərisində yaşıl rəngli nakotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi və 08 ədəd list, hər listin içərisində 10 ədəd olan üzərində “Methadone 40” yazısı olan həblərinin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi qurudulmuş marixuana və 08 ədəd listdə cəmi 80 ədəd üzərində “Methadone 40” yazısı olan narkotik vasitə metadon həbləridir. Həmin malları xx.xx.2023-cü il tarixdə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whotsapp” sosial proqramı vasitəsi ilə əlaqə saxlayıb 200 manat pul və İranlının narkotik vasitə verməsi ilə razılaşıb onları İranlının 01 aprel 2023-cü il tarixdə saat 16 radərində “Whotsapp” vasitəsi ilə ona mesaj göndərərək Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən yolun kənarına qoymasını bildirmiş, o, həmin günü saat 16 radələrində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən yolun kənarına qoyulmuş həmin içərisində qurudulmuş marixuana və narkotik vasitə metadon həbləri olan sellofan torbanı götürüb Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəlləyə daşımaqla saxlamışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsi elan olunaraq tədqiq edilmişdir. X4 ibtidai istintaq zamanı ifadəsində məhkəmədə dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində sağladığı bir ədəd bir üzü qırmızı rəngli güllü, o biri üzü göy rəngli üzərində “Redblue”, altında “King Size” sözləri yazılmış sellofan torbanı təqdim etdi. Həmin bir ədəd bir ədəd bir üzü qırmızı rəngli güllü, o biri üzü açıq göy rəngli sellofan torbanı içərisində olan iki ədəd sarı rəngli selloafan bağlamada narkotik vasitə qurudulmuş marixuana və hər listin içərisində 10 ədəd olmaqla ümumi 80 ədəd olan 08 ədəd listin, üzərində “Methadone 40” yazısı olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron RPİ-nin TŞ-si tərəfindən Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd bir üzü qırmızı rəngli güllü, o biri üzü göy rəngli üzərində “Redblue”, altında “King Size” sözləri yazılmış sellofan torbanı təqdim etdi. Həmin bir ədəd bir ədəd bir üzü qırmızı rəngli güllü, o biri üzü açıq göy rəngli sellofan torbanı içərisinə baxdıqda həmin torbanın içərisində bir ədəd narıncı rəngdə sellofan torba bir ədəd üzərində rahat sözü yazılmış sarı rəngli sellofan torbanın olduğu müşahidə olundu. Bir ədəd üzərində rahat sözü yazılmış sarı rəngli sellofan bağlamanın içərisinə baxdıqda həmin bağlamanın içərisində yaşıl rəngli nakotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin, bir ədəd narıncı rəngdə sellofan torbanın içərisinə baxdıqda həmin torbanın içərisində olan bir ədəd sarı rəngli sellofan bağlamaya baxdıqda içərisində yaşıl rəngli nakotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin, bir ədəd sarı rəngli sellofana bükülmüş bağlamanın içərisinə baxdıqda 08 ədəd list, hər listin içərisində 10 ədəd olan üzərində “Methadone 40” yazısı olan həblərinin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd bir ədəd bir üzü qırmızı rəngli güllü, o biri üzü göy rəngli sellofan torbanı içərisində olan bir ədəd üzərində rahat sözü yazılmış sarı rəngli sellofan bağlamanın və bir ədəd narıncı rəngdə sellofan torbanın içərisində olan bir ədəd sarı rəngli sellofan bağlamanın içərisində olan olan yaşıl rəngli ot kütləsi nakotik vasitə qurudulmuş marixuana, bir ədəd sarı rəngli sellofana bükülmüş bağlamanın içərisində isə hər listin içərisində 10 ədəd, ümumi 80 ədəd olan 08 ədəd listin, üzərində “Methadone 40” yazısı olan narkotik vasitə metadon həbləridir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whotsapp” sosial xəbərləşmə proqramı vasitəsi ilə əlaqə saxlayaraq 200 manat pul və narkotik vasitə verməsi ilə razılaşmışlar. X11 Respublikasının vətəndaşının 01 aprel 2023cü il tarixdə saat 16:00 radərində “Whotsapp” sosial xəbərləşmə proqramı vasitəsi ilə ona mesaj göndərərək küllü narkotik vasitəni Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən yolun kənarına qoymasını bildirmiş, o, həmin günü saat 16:00 radələrində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən yolun kənarına qoyulmuş həmin içərisində qurudulmuş marixuana və narkotik vasitə metadon həbləri olan bir ədəd bir üzü qırmızı rəngli güllü, o, biri üzü göy rəngli üzərində “Redblue” altında “King Size” sözləri yazılmış sellofan torbanı götürüb Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəlləyə daşımaqla saxlamışdır. Onun narkotik vasitə və psixtrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bir üzü qırmızı rəngli güllü, obiri üzü göy rəngli üzərində “Redblue” altında “King Size” sözləri yazılmış sellofan torbada olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürüldü. Qeyd edilən diskdəki görüntülər məhkəmə iclasında nümayiş etdirilib tərəflərin iştirakı ilə baxılarkən protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdikləri hallar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 aprel 2023-cü il tarixli, 6/1918 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №56” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; Təqsirləndirilən şəxs-imza, iştirakçılar üç imza, Z.Mustafayev-imza....”, yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 08 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/40” əks əlavəli ümumilikdə 08 ədəd həblər metadon tərkibli dərman pereparatıdır və 80 ədəd həbin təsir edici maddəsinin ümumi miqdarı 3,2 qramdır; Metadon - adlı dərman pereparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasilə”-in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə məhkəmə-bioloji ekspertizasının 02 aprel 2023-cü il tarixli 7/468 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs üzərindən....” yazısı və imzalar olan sellofan bağlamadakı təmiz çəkisi-595,0 qram və ağ kağız üzərində “...Təqsirləndirilən şəxs üzərindən....” yazısı və imzalar olan sellofan bağlamadakı təmiz çəkisi 380,0qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaları ümumi çəkisi 975 qramdır. Təqdim edilmiş marixuana tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli 5183 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi 974,6 qram olan narkotik vasitə qururdulmuş marixuana və 08 ədəd konvolyutda 72 ədəd dairəvi formalı, üzərində F/M40 yazısı əks olunmuş narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Rəvan adlı oğlu vardır, həmçinin Təqsirləndirilən şəxs vərəm xəstəsidir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən və vərəm xəstəsi olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, özü də ona heç bir təsir, təzyiq olmadan ifadəsini verib yörətdiyi cinayət əməlini etiraf etmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitələrin bir neçə növdən və cox olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib üzərindən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyinə dair verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 974,6 qram olan narkotik vasitə qururdulmuş marixuana və 08 ədəd konvolyutda 72 ədəd dairəvi formalı, üzərində F/M40 yazısı əks olunmuş narkotik vasitə metadon həbləri məhv edilməli və iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 974,6 qram olan narkotik vasitə qururdulmuş marixuana və 08 ədəd konvolyutda 72 ədəd dairəvi formalı, üzərində F/M40 yazısı əks olunmuş narkotik vasitə metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar