Məhkəmə qərarları › İş №1(124)-369/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-369/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-369/2024 26.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X11 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X6 Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 20 radələrində narkotik sərxoşluğu vəziyyətində tanışı X9 ilə Abşeron rayonu, Novxanı kəndi, Xan Şuşinski küçəsi 19 saylı evin qarşısından keçərkən həmin ünvanda yaşayan, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Tərlanın narkotik vasitə aludəçisi olmasını iddia edib evinin qarşısından keçməsinə irad bildirməsinə görə aralarında baş vermiş sözlü mübahisəyə Zərərçəkmiş şəxs qardaşı Şahid5 övladları Müseyib və Şahid4ların qoşularaq ilkin olaraq Zülfuqar Qasımovun, daha sonra isə digərlərinin ona yumruq, təpik və taxta parçası ilə zərbələr vurmalarından sonra onlardan ayrılıb yaxınlıqda yaşadığı ünvan 2 ünvanında yerləşən öz evin həyətinə gedib mübahisənin davamından imtina etməyə real imkanı olduğu halda psixi- emosional vəziyyətində yaranmış hirslilik fonunda öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək iqtidarında olmaqla onu döyən şəxslərə həddini bildirmək, yenə döyüləcəyi halda öz şəxsiyyətini alçaltmayıb onlara tutarlı “cavab” vermək, yəni qarşılıqlı zor göstərmək məqsədilə həyətindən soyuq silah hesab edilməyən tiyəsi kustar, dəstəyi isə zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 420 mm olan deşici-kəsici xassəyə malik məişət təyinatlı bıçağı götürüb dəstəyini ayaqqabısının, tiyəsini isə şalvarının içərisində gizlədib yenidən mübahisə baş verən yerə onu döyən şəxslərin yanına qayıtdıqda Zərərçəkmiş şəxs və digərlərinin onu yumruq və təpik zərbələri ilə vurmağa davam edib yerə yıxaraq ona ümumilikdə dava zamanı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “başın sağ gicgah nahiyəsinin hematoması (dərialtına qansızma), sol yanaq nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol diz nahiyəsinin, sağ əlin İ, İİ, İİİ barmaqlarının üst səthinin əzilmiş yaralan” xəsarətlərini yetirmələri qarşılığında şalvannın içərisində gizlətdiyi bıçağı sağ əli ilə çıxarıb uzanıqlı vəziyyətdə zərbələr vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurmaya aid “sol bud nahiyəsinin aşağı 1/3- nin arxa səthinin bir ədəd kəsilmiş yarası” və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sol baldır nahiyəsinin orta 1/3-nin ön və arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaralan” kimi xəsarətlər yetirmiş, nəticədə sonuncunun sol baldır nahiyəsinin sol qamış arteriyalarını və əzələləri yaralayan deşilmiş-kəsilmiş yaralarından kəskin qanitirmədən ehtiyatsızlıqdan ölməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Abşeron rayonu, Novxanı kəndində bələdiyyənin yerləşdiyi küçənin əks tərəfində, köhnə adı “Sovxoz” küçəsində olan evdə atası Şahid1 ilə birlikdə yaşamışdır. 2007-ci il təvəllüdlü Əli adlı bir övladı vardır. Mərhum Zərərçəkmiş şəxs ilə qonşu olmuş, evləri arasında yalnız Eynullanın evi olmuş, hadisə də onun evinin qarşısında baş vermişdir. 11 iyul 2023-cü il tarixdə saat 20 radələrində evə getdiyi vaxt qonşuluqda yaşayan və narkotik vasitə istifadəçisi olan Tərlanla rastlaşmış və yolu birgə getməyə başlamışlar. Zərərçəkmiş şəxs evinin qarşısından keçdiyi vaxt Şahların, qardaşı Şahinin, Şahinin oğulları Müseyibin və Zülfüqann evlərinin həyətinə giriş darvazasının qarşısında dayandıqlarını görmüş, həmin vaxt onlara salam vermədən yoluna davam etmişdir. Elə bu vaxt Zərərçəkmiş şəxs ondan bir neçə metr arxada gələn Tərlana əli ilə sinəsinə vuraraq “dünən axşam saatlarında niyə bizim evin qarşısından keçmisən ? Nə vaxt baxıram burdan keçirsən?” deyə soruşduğunu, bu vaxt arxaya dönüb baxanda Tərlamn Şahlara yaxınlaşaraq “Şahlar içkilisən, içəri gir, məhəllə uşağıyıq, birinci dəfə deyil ki, sizin evin qarşısından keçirəm” deyə cavab verdiyini eşitmişdir. Şahlara yaxınlaşıb Tərlanı ondan uzaqlaşdırmış və Şahlara "niyə qan-qaraçılıq salırsan? içkilisən, nə məsələdir? niyə belə edirsiz?” deyəndən sonra Tərlan yolunu davam etmiş, o, isə qalıb Şahlarla söhbətə davam etmiş, elə həmin vaxt Şahinin oğlu Zülfüqar anidən Şahların arxasından onun sifətindən aşağı nahiyəyə boynunun sağ tərəfinə yumruqla vurmuş, Zülfüqara “sən uşaqsan, bu nə hərəkətdir, sənin böyüyün dayanıb yanında ” deyəndə Şahlar üstünə gəlib onun yaxasından tutub özünə tərəf çəkmiş, onun yanında olan Zülfüqar, Şahin və Müseyib onu dairəyə alıb hərə bir tərəfdən nalayiq ifadələr işlətməklə döyməyə başlamış, onlar həmin vaxt orada onlarla əlbəyaxa olmuşdur. Səslərinə qonşular çıxıb onları sakitləşdirib aralamış, həmin vaxt qonşulardan Eynulla çıxmış, orada hazırda xatırlamadığı gənc oğlanlar da olmuş, bundan sonra onlardan aralanıb evə doğru getmiş, oradan uzaqlaşan zaman qardaşı Cavid də gəlmişdir. Şahlar isə onun arxasınca ata, ana, nəsil söyüşləri söymüş, bundan sonra həyətə girib şkafda olan uzun zaman istifadə olunmayan bıçağı götürüb dəstəyini ayaqqabının içərisinə salıb kəsici hissəsini isə şalvarının içərisində gizlədib Şahların olduğu yerə qayıtmış, bıçağın dəstəyi taxta materialdan olmaqla qəhvəyi rəngli olmuş, əvvəllər həmin bıçaqdan atası qoyun kəsmək üçün istifadə etmiş, bıçağı götürməkdə məqsədi isə özünü müdafiə etmək, onların qarşısında sınmamaq, onlara həddini bildirmək, Şahların, Şahinin və ya Zülfüqardan hansısa birinin onu vurarsa onlara bıçaqla qarşılıq vermək və bıçaqla vurmaq olmuş, amma onlardan hansısa birini konkret olaraq öldürmək məqsədi olmamışdır. Yaşadığı evin darvazasından çölə çıxanda Şahların, Müseyibin, Şahinin və Zülfüqarın Eynullagilin evinin qarşısında 2-3 metr aralıda dayandıqlarını görüb onlara yaxınlaşaraq Şahlara “Şahlar nə olub, niyə dava-dalaş salırsınız?” deyə soruşmuş, həmin vaxt qardaşı Cavid də onların yaxınlığında küçədə durmuş, elə bu vaxt Şahlar üzərinə hücum edib sağ əli ilə əynindəki puloverin yaxasından tutub “ə bura gəl, bura gəl” deyərək onu Eynullanın yaşadığı evin həyətinə giriş darvazasının qarşısına doğru çəkib sol əli ilə sifətindən yumruqla zərbə vurmuş, onun əlini özündən çəkmək istəyib “nə olub? niyə belə edirsiz?” deyə soruşanda elə bu vaxt arxadan kimsə onun kürək nahiyəsindən təpiklə zərbə vurmuş və o, Eynullanın evinin darvazasının qarşısında saxladığı avtomobilinin sol-ön qapısı tərəfdən üzü üstə yerə yıxılmışdır. Onu təpiklə vuranın kim olduğunu görməmiş, onun əlində taxta parçası da olmuş, yerə yıxıldıqdan sonra Şahlar, Şahin və Zülfüqar təpiklə bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmağa başlamışlar. Həmin vaxt Eynulla da orada olsa da, ona kömək etməmiş, qardaşı Cavid onları ayırmağa çalışsa da, birini ondan aralayarkən digəri onun əlindən çıxıb yenidən onu vurmuş, mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Elə bu vaxt qardaşı Cavidin qolundan tutaraq onu yıxıldığı yerdən qaldırmaq istəsə də, bunu edə bilməmiş, o, üzü üstə yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Qardaşı onu qaldırmaq istədiyi vaxt Şahlar təpiklə sol gözünün altından zərbə vurmuş və üzündən qan axmağa başlamış, elə bu vaxt şalvarının içərisində gizlətdiyi bıçağı uzanıqlı vəziyyətdə sağ əli ilə çıxarıb Şahlara doğru atmış, həmin vaxt başı aşağı doğru əyilmiş vəziyyətdə olsa da, bıçağın Şahlara batdığını hiss etmiş və bıçağı çəkərək çıxartmış, bu vaxt qardaşı Cavid bıçağı əlindən alıb onu sürüyərək bir qədər irəli çəkmişdir. Ayağa qalxıb getmək istəyəndə Şahin taxta parçası ilə arxadan boynundan zərbə vurduğu üçün yenə üzü üstə yerə yıxılmış və daha sonra dərhal ayağa qalxıb Şahinin sifətindən yumruq zərbəsi vurub taxta parçasını əlindən alaraq yerə atıb yaşadığı evə getmişdir. Həmin vaxt atası evin həyətində olmuş, arxasınca qardaşı Cavid də həyətə girib ona “Şahların ayağından bıçaqla vurmusan” deyəndə vurduğu bıçaq zərbəsinin Şahlann ayağına dəydiyini bilmiş, daha sonra atasına və qardaşına "qaçmıram, polislər gəlsə deyin ki, evə qayıdacaq, gedib oğlumu görüm gəlirəm” deyib həyətin digər çıxışından çölə çıxıb oğlu Əlini görmək üçün qonşuluqda yaşayan qayınanası Cəvahirin evinə getsə də, Əli evdə olmadığından onu görə bilməyib yaşadığı evə qayıtmış, evə qayıtdığı vaxt Novxanı kəndində yaşayan 15-16 yaşlı idmançı oğlanlarla qarşılaşıb onlardan zəng etmək üçün telefon istəyib qardaşı Cavidlə danışanda o, Şahların öldüyünü demişdir. Daha sonra yaşadığı evə getmiş, evə çatdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşlan gəlmiş və o, Şahlan vurduğu bıçağı onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, Şahlar və onun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamış, münasibətləri qonşu kimi həmişə normal olmuş, hətta hadisədən üç gün əvvəl onlann evində suvaq işi də görmüşdür. Bıçaq götürüb Şahlargilin evinə qayıtmaqda məqsədi onlan sözlə başa salmaq, başa düşmədikləri, onu söyüb döyməyə davam edəcəkləri təqdirdə onlar qarşısında sınmamaq üçün bıçaqla onlardan hansısa birini vurmaq olmuş, Şahlar sifətindən təpiklə vurduğuna görə elə həmin vaxt bıçağı gizlətdiyi yerdən çıxarıb onu vurmuş, Şahları bıçaqla vurarkən ona xəsarət yetirəcəyi və ya öləcəyi onu maraqlandırmamış, Şahların və digərlərinin ondan uzaqlaşmalarını, Şahlann qarşısında sınmamasını istəmiş, hadisə vaxtı Şahlar, Şahin və Zülfüqar onu döyüb xəsarət yetirmişlər. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmiş tərəfin ona qarşı qanunsuz hərəkətlərini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, hadisə baş verən gün, yəni 11 iyul 2023-cü il tarixdə əri Şahlar işə gedib saat 17 radələrində evə gəlmiş, həmin gün həyətdə ustalar da işləmiş, saat 20 radələrində o, özü həyətdə olmuş, əri Şahlar, qaynı Şahin və onun oğlu Zülfiqar evin qabağında darvazanın qarşısında durmuş, qaynı Şahin isə qum qarışdırmaqla məşğul olmuşdur. Birdən əri Şahlar darvazanı açıb onunla orada duran himayə götürdükləri uşaqları Hüseyn və Laləni içəri salıb Tərlanın gəldiyini demiş, həmin vaxt nəsə baş verəcəyini hiss edib narahat olmuş, kənd sakini olan həmin Tərlan adlı şəxs bildiyinə görə narkoman olmuş, əri Şahlar da onun hərəkətlərindən acıqlı olmuş, belə ki, Tərlan küçə ilə hərəkət edəndə nalayiq ifadələr işlədərək keçmiş, gecə-gündüz hamını narahat etmiş, ona görə də əri Şahlar onunla söhbət etmək istəmiş, Şahlara işi olmasın desə də, Şahlar sadəcə söhbət edəcəyini demişdir. Həmin vaxt o, uşaqları həyətə salsa da, darvazanı tam bağlamamış, sonra Tərlan qapının qarşısından keçəndə Şahlar onu saxlayıb “Tərlan, bu yolda nə gəzirsən? kameradan baxıram, bu yoldan, küçədən gecələr keçirsən ” deyəndə Tərlan da ona “bu yolun prezidentisən?" deyə cavab vermiş, Şahlar da ona “bura mənim qapımdır, mən burda yaşayıram, ona görə də prezidentiyəm də, burada nə isə itsə səndən şübhələnəcəm, sonra səni murdar edəcəm " deyəndən sonra Tərlan ona nalayiq ifadə işlətmişdir. Həmin vaxt Tərlanın yanında gələn qonşu Əlinin oğlu Cavanşir də söhbətə qatılıb nalayiq ifadə işlətmiş, bundan sonra Şahlar “Cavanşir sən də? " deyib orada əlbəyaxa olmuş, ilk olaraq Cavanşir Şahlara təpik atmış, bundan sonra Zülfüqar Şahların arxasından Cavanşirin boynundan yumruqla vurmuş, həmin yerdə hamı bir-birinə qarışmış, bir tərəfdən Şahlar, qaynı Şahin, Zülfüqar və Müseyib, digər tərəfdən isə Tərlan və Cavanşir olmuş, bundan sonra əri Şahlar dava edən kütləni qapıdan kənara çəkmiş və Cavanşirə “sən get, səninlə sonra söhbət edərik" desə də, Cavanşir sakitləşmək istəməmiş, sonra Cavanşir evlərinə gedib dərhal da həyətindən çıxıb yenidən Şahlara tərəfə gəlmiş, sonra kimsə qışqıraraq “o evə gedib yəqin bıçaqla qayıdacaq, özünüzü gözləyin, onun üstündə bıçaq var" demiş, onlar yenidən süpürləşmiş və davadalaş başlamışdır. Cavanşiri hamı döyüb yerə yıxmış və qonşu Eynullanın avtomobilinin yanında onu hamı döymüşdür. Qışqırığa səsinə qonşular da çıxmış, Şahların “Cavanşir eləmə, dayan” deməsini eşitmiş, bir anlıq Şahlar həmin kütlədən çıxıb axsaya-axsaya evə tərəf iki-üç addım atıb yerə oturmuş və ayağından da çoxlu qan gəlməyə başlamışdır. Şahlar qanı saxlamalarım deyəndən sonra ora səsə gələn onun əmisi gəlini İlhamə ayağını şərflə bağlamış, sonra digər əski parçalan ilə sıxıb Şahların qanını dayandırmaq istəmiş, həmin vaxt Lalə və Hüseyn də “ata-ata" deyə ağlamış, Şahlar da onlara “narahat olmayın, qayıdacam" demişdir. Dava düşəndən və əri Şahlar vurulandan sonra Tərlan divarın yanında saxladığı velosipedə oturub oradan uzaqlaşmış, təxminən 30 dəqiqə sonra Təcili-Tibbi Yardım Xidməti gəlib Şahlan X17 aparılarkən yolda ona göstərilən tibb yardıma baxmayaraq, Şahlar çoxlu qan itirdiyindən həmin avtomobildə ölmüşdür. Baş vermiş hadisəyə görə Cavanşirdən və Tərlandan şikayətçidir, onların hərəkətlərinə müvafiq qiymət verilərək qanun çərçivəsində cavab vermələrini istəyir. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnarə Qasımova ifadəsini davam etdirərək göstərmişdir ki, Cavanşirin hadisə zamanı istifadə etdiyi bıçağı görməmiş, hadisə günü dava edən şəxslər əri Şahlar, qaynı Şahin, onun iki oğlu Zülfiiqar və Müseyib bir tərəfdən, qarşı tərəfdən Cavanşir və Tərlan adlı həmkəndliləri olmuş, dava edənləri Cavanşirin qardaşı Cavid, qonşu Xeyrullanın oğlu Eynulla, Şahinin arvadı Esmira, qonşulan Məhbubə Əliyeva və qızı Mirvari Əliyeva, İlhamə və onun baldızı İfadə, qapı qonşulan Vüsalə ayırmağa çalışmış, qayınanası Kamilə, həmçinin Cavanşirin atası Əli də orada olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu onunla barışmadığını bildirmiş, Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs hadisədən öncə atası ilə birlikdə yaşamış, 11 iyul 2023-cü il tarixdə saat 20 radələrində küçədə olan zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs, qardaşı Şahid5 və oğulları Müseyib və Zülfüqarla salamlaşıb küçənin digər tərəfinə keçmiş, həmin vaxt qardaşı Cavanşirin onun yanından keçdiyini, dalınca isə qonşuluqda yaşayan Tərlan adlı həmkəndlilərinin velosipedlə hərəkət etdiyini, daha sonra isə Cavanşir və Tərlanın küçədə duran Zərərçəkmiş şəxs, qardaşı Şahid5 və oğulları Müseyib və Zülfuqann yanında dayandıqlarını, əl-qol ilə söhbətə başladıqlarını görüb nəsə baş verdiyini hiss etmiş və onlara doğru getməyə başlamışdır. Həmin vaxt orada mübahisə və dartışma başlamış, Zülfüqar Cavanşirin üstünə cummuş, Tərlan isə yoluna davam etmiş, onlara gəlib çatıb Cavanşiri evə yola salmış, bu vaxt mübahisə baş verdiyi yerdə yaşayan qonşu Xeyrullanın oğlu Eynulla evinin qabağına çıxıb onu görüb nə səs-küy olduğunu soruşanda ona bilmədiyini, özünün də indi gəldiyini demişdir. Bundan sonra qardaşı Cavanşir çıxıb evin qarşısında durmuş, bu vaxt Zərərçəkmiş şəxs Cavanşiri “bura gəl” deyə yanına çağırmış, Cavanşir Şahlara yaxınlaşan kimi Şahlar onun yaxasından tutub özünə tərəf dartıb Eynullanın qapısında dayanmış sonuncuya məxsus metallik rəngli “Ravon” markalı avtomobilin arxasına aparıb avtomobilə sıxıb silkələmiş və onlar mübahisə etməyə başlamışlar. Şahlar Cavanşiri vurmaq istəmiş, Cavanşir də ona əl ilə danışmamasım desə də, Şahlar ani olaraq Cavanşiri vurmuş, elə həmin vaxt Şahin də əlində lopatka, yəni belin sapı ilə, onun iki oğlu Müseyib və Zülftiqar da Cavanşir tərəfə gəlib hamısı onu vurmağa başlamış, zərbələrin təsirindən Cavanşir yerə yıxılandan sonra yerdə olanda Şahlar onu başından təpiklə, Şahin isə əlindəki bel taxtası ilə, Müseyib və Zülfüqar isə yumruq və təpiklə vurmağa davam etmişdir. O, tez onların yanına qaçıb 'yıxılanı vurmazlar, dayanın, lazım deyil dava etmək” deyib Cavanşiri qaldırmağa və onlann əlindən almağa çalışmış, həmin vaxt ona da bir neçə təpik və yumruq dəymiş, Müseyib onun sol gözünə də bir yumruq vurmuş, zərbədən gözünün altı partlayıb qanamış, lakin təpiklə ayağına zərbə dəysə də, kimin vurduğunu görməmiş, sol qoluna da taxta ilə bir zərbə dəymiş, həmin vaxt da taxta ancaq Şahində olmuşdur. Cavanşiri qaldırmaq istəyəndə Cavanşirin əlində bıçaq olduğunu görüb bıçağı onun əlindən almaq istəmiş, ona bıçaqla dava etməməsini, durub kişi kimi yumruqla dalaşmasını, amma bıçaq vurmamasım demişdir. Həmin vaxt Şahlar dava edənlərdən bir qədər aralaşmış, “qan var, bıçaq dəydi” səsini də eşitmiş, dava edənlər aralaşandan sonra Cavanşirin əli boşalan kimi bıçağı ondan alıb avtomobilin qabağından keçib bıçağı uzaqlaşdırmaq istəyəndə Şahlar olan yerdə qan olduğunu görmüşdür. Həmin vaxt atası da səs-küyə gəlmiş, onun əlində bıçaq görüb üstünə qışqıraraq “bu nədir, gəl keç evə, bu nə zibildir götürmüsən əlinə, keç evə” demiş, o da bıçağı götürüb evə keçib orada həyətə atmış, Cavanşiri götürmək üçün yenidən küçəyə çıxıb onun olduğu yerə tərəf getmiş, həmin kütlədən Cavanşirin üzü qan içində çıxdığını, gözünün ətrafının partladığını görmüş, atası ona da acıqlanıb “bu nədir? bu nə işdir? rədd ol çıx get evə” demiş və Cavanşir də evə doğru getmişdir. Bu vaxt Şahinin oğlu Zülfüqar atasının üstünə cumanda orada olan qonşu Məhbubə Əliyeva və qızı Mirvari Əliyeva onu atasına çatmamış tutub “utanmırsan qoca kişiyə hücum edirsən, rədd ol çıx get burdan” deyib üstünə qışqırıb atasından kənarlaşdırmışlar. Həmin vaxt onlar evə tərəf gedəndə dava edən şəxslərin arasından Zülfüqann atası Şahin anidən çıxıb qaçaraq evə gedən Cavanşirin üstünə tullanıb göydə təpiklə onu belindən vurmuş, zərbədən Cavanşir üzü üstə yerə yıxılmış, Şahinin əlində lopatkanm dəstəyi, yəni təxminən bir metr uzunluğunda taxta parçası da olmuş, Şahin Cavanşirə qalxmağa imkan vermədən həmin taxta parçası ilə onun belinə vurmağa başlamış, taxta parçası ilə artıq 2-3 dəfə vurandan sonra o, qaçaraq Şahini tutub Cavanşirdən uzaqlaşdırmış, Cavanşir də ayağa qalxandan sonra atasına “ata, məni burax gedim, dəymə mənə ” desə də, atası ona “cəhənnəm ol keç həyətə ” demişdir. Bundan sonra atası onu və Cavanşiri həyətə salıb qapını arxadan bağlamış, Cavanşiri evə salanda dava edənlərin darvazanı möhkəm döyməyə və daşlamağa başladıqlarını eşitmiş, atası onları sakitləşdirmək üçün darvazanı açanda Şahinin oğulları Müseyibi, Zülfüqarı və digər xatırlamadığı insanları görmüş, Müseyibin qapıya möhkəm vurmasından qapı atasının sol qoluna dəymiş, sonra da dalınca sinəsinə sağ döş qəfəsinə möhkəm yumruq vurmuş və zərbənin təsirindən atası arxası üstə yerə yıxılmış, onları pis söyüşlərlə söyüb təhqir etmişlər. Atası ayağa qalxmış, Zülfüqar və Müseyibin anası atasının qarşısında dayanıb əllərini göyə qaldırıb “Əli kişi, qurban olum, sənə nə deyirsə mənə gəlsin ” demiş, həmin vaxt orada başqa qadınlar da olmuş, onlar Zülfüqar və Müseyibi dartaraq onlardan uzaqlaşdırmışlar. Bir neçə dəqiqə sonra Cavanşirin Zərərçəkmiş şəxs bıçaqla vurduğu üçün öldüyünü bilmiş, sonra evə qardaşı oğlu Əli və onun ana nənəsi Cəvahir gəlib yolda Zülfüqarın Əlinin dalından təpiklə vurduğunu, Cəvahiri də pis söz və söyüşlərlə təhqir etdiyini demişlər. Sonra Əli və Cəvahir həyətdə olanda Zülfüqar yenidən gəlib həyətdə hamını söyməyə başlamış, onu yenidən qadınlar gəlib aparmışlar. Bildiyi qədər Cavanşir hadisə vaxtı yerdə döyülən zaman Şahlara bir bıçaq zərbəsi vurmuş və zərbə onun ayağından dəymiş, həmin vaxt orada Şahlar, Şahin, Zülfüqar, Müseyib, qonşu Xeyrullamn oğlu Eynulla, onun bacısı oğlu Tural və Malik, Eynullanın qardaşı oğlu 12-14 yaşlı Hüseyn Müflü oğlu, qonşuluqda yaşayan digər xatırlamadığı şəxslər olmuşdur. Sonra polis əməkdaşları gəlib Cavanşiri və hadisə zamanı istifadə etdiyi bıçağı götürüb aparmış, atasının, qardaşı Cavanşirin mərhum Zərərçəkmiş şəxs, onun qardaşı Şahid5, sonuncunun oğulları Zülfuqar və Müseyiblə heç vaxt düşmənçilik və ya ədavəti olmamış, münasibətləri həmişə yaxşı olmuş, hətta Cavanşir hadisədən öncə 2-3 gün əvvəl onların qapısında təmir işləri də görmüşdür. Həmin gün Qasımovların evində qonaqları olmuş, hiss etdiyi qədər onlar məclis zamanı spirtli içki də qəbul etmiş, ümumiyyətlə Şahid5 spirtli içki aludəçisi olmuş, daim içmiş, buna görə kənddə döyülməsi halları da olmuş, mərhum Şahlar da spirtli içki içən olsa da, Şahin qədər içən olmamış, Zülfuqar isə təzəlikcə hərbi xidmətdən qayıtmış, bildiyi qədər də qız qaçırıb ailə qurmuş, çünki xatırladığı qədər həyətlərində bununla bağlı yığıncaqlan da olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, ünvan 3 ünvanında atası Şahid5, anası Şahid7, qardaşı Zülfüqar və onun arvadı Əminə-Xatun ilə birlikdə yaşayır. Onlarla eyni həyətdə lakin ayrı fərdi evdə mərhum əmisi Zərərçəkmiş şəxs arvadı Gülnarə Qasımova və onun iki övladı Lalə və Hüseyn ilə birlikdə yaşamış, əmisi rəsmi heç yerdə işləməmiş, fərdi qaydada fəhləliklə məşğul olmuşdur. 11 iyul 2023-cü il tarixdə saat 20 radələrində evdə yemək yeyən vaxt küçədən qışqırıq səsləri gəldiyini eşidib dərhal küçəyə çıxanda əmisi Şahları, qardaşı Zülfuqan, atası Şahini, qonşuları Novruzun oğlu Natiqi və qonşuluqda balaca uşaqların, habelə əmisi Şahların Cavanşir və kənd sakini Tərlanla mübahisə etdiklərini görmüş, əmisi Şahlar Tərlana irad bildirərək "Tərlan, qapımın yanında, küçədə söyüş söymə” demiş, Tərlan da ona “kənd bizimdir, özümüz bilərik, siz kimsiz ki, bizim kəndimizdə at oynadasız? " deyə cavab vermiş, var-yox və Şahların arvadını söymüş, Şahlar da onun üstünə gedib onu vurmuşdur. Sonra Cavanşir də onların mübahisəsinə qarışmış, Zülfüqar da Şahların arxasından Cavanşiri əli ilə vurmuş, həmin vaxt əmisi Şahlar içkili olmuş, onlarla işi olmaması üçün əmisini kənara çəkmək istəmiş, Tərlan bu vaxt velosipedinə oturub bir qədər uzaqlaşıb uzaqdan mübahisəyə baxmışdır. Cavanşir onların qapı qonşuları olmuş, narkotik istifadəçisi olmuş, onunla və ailəsi ilə aralarında heç vaxt düşmənçilik və ya ədavət olmamış, hətta bir neçə gün öncə o, Şahların evində suvaq işi görmüşdür. Tərlan isə kənddə başqa küçədə yaşamış, o da narkotik istifadəçisi olmuş, bir neçə dəfə məhkum olunmuşdur. Həmin vaxt dava sanki səngimiş və Cavanşir anidən aradan çıxıb evə gedib dərhal da geri qayıtmış, Cavanşir geri qayıdanda əmisi Şahlar onu görüb yanına çağırmış, Cavanşir də var-yox söyüşü söydüyü üçün yenidən mübahisə başlanmış, Şahlar onun yaxasından tutub qonşu Eynullanın orada durmuş avtomobilinə sıxıb silkələmiş, onlar həmin vaxt əlbəyaxa olmuşlar. Bundan sonra o, qardaşı Zülfüqar və atası Şahinlə birlikdə davaya qatılmış, lakin o, həmin vaxt heç kimi vurmamış, sadəcə ayırmaq istəmiş, əmisi Şahlann Cavanşirə gücü çatmadığından Cavanşiri Şahlardan uzaqlaşdırmaq üçün arxadan onun əllərindən tutmuş, sonra hamı, o cümlədən Cavanşir də onun üstünə yıxılmışdır. Cavanşirin bıçaq çıxardığım görüb “bunun əlində bıçaq var " deyə qışqırmağa başlamış, həmin vaxt Zülfüqar və atası Şahin Cavanşiri vurmağa davam etmiş, necə oldusa bir anlıq Cavanşir həmin bıçaqla əmisi Şahlann ayağından vurmuş, həmin vaxt qışqırıq səslərinə Cavanşirin qardaşı Cavid də gəlib Cavanşirin əlindən bıçağı almağa çalışmış, səs-küyə qonşu Turalın da gəldiyini görmüş, o, Cavanşirin əlinə təpiklə vurandan sonra bıçaq onun əlindən yerə düşmüş, Cavid də həmin bıçağı götürüb evlərinə aparmış, orada səs-küyə gələn Cavanşirin atası Əli də oğulları Cavidi və Cavanşiri tənqid edib onları evə salmışdır. Əmisi Şahların ayağından möhkəm qan gəldiyini görmüş, orada səsə gələn qonşuluqda yaşayan İlhamə və Şahların arvadı Gülnarə dərhal Şahların ayağını sıxmaqla ona ilkin tibbi yardım göstərməyə çalışmış, bu vaxt qardaşı Zülfüqar Əli kişinin üstünə cumsa da, orada olan qonşu Məhbubə Əliyeva və qızı Mirvari Əliyeva onu tutub “utanmırsan qoca kişiyə hücum edirsən, rədd ol çıx get burdan ” deyə üstünə qışqırıb ondan kənarlaşdırmışlar. Sonra atası Şahin də qaçaraq evinə gedən Cavanşirin üstünə tullanıb göydə təpiklə onun belindən vurmuş, zərbədən Cavanşir üzü üstə yerə yıxılmış, atasının əlində evin qabağında işlədiyi lopatkamn, yəni belin taxta dəstəyi olmuş və o, Cavanşirə qalxmağa imkan vermədən həmin taxta parçası ilə belinə vurmağa başlamış, atası Şahin əlindəki taxta parçası ilə artıq 2-3 dəfə Cavanşiri vurandan sonra Cavid evin qapısından çıxıb atasını tutub ondan uzaqlaşdırmış, Cavanşir də ayağa qalxandan sonra Əli kişi onu evə salmış, əmisinə bıçaq dəyən kimi də Tərlan velosipedinə oturub oradan uzaqlaşmışdır. X21 xidməti gəlib əmisini aparmış, onlarla birlikdə İlhamə və Gülnarə getmiş, o, atası, Tural və Turalın yeznəsi Fərman Turalın avtomobili ilə X17 yola düşmüş, Zülfüqar isə evdə qalmışdır. Təxminən 20 Yanvar dairəsinə çatanda onlara Şahlar TTY avtomobilində öldüyü bəlli olmuş, bundan sonra isə onlar evə qayıtmış, evə çatanda artıq orada olan polis əməkdaşları Cavanşirin harada olmasını soruşanda onlar onun qapısını göstərmiş, onlar da polis əməkdaşları ilə birlikdə Əli kişinin qapısına getmişlər. Həmin vaxt əmisi Şahların ölümünə pis olduqları üçün Əlinin qapısını möhkəm döyməyə başlamış, qapını Əli kişi açan kimi o, möhkəm qapıya vurmuş, üstəlik də əsəbdən Əlinin sinəsindən yumruqla da zərbə endirmiş və o zərbədən yerə yıxılmışdır. Onun üstünə düşüb təhqir edib “oğraşlarına, yetimlərinə yiyə dur da ” demiş, lakin anası Esmira və polislər onları oradan uzaqlaşdırmışlar. Əli qapını açan vaxt Cavanşir haradansa gəlmiş və onu hasarın üstündən həyətinə tullanan zaman görmüş, sonra polis əməkdaşları Cavanşiri və hadisə zamanı istifadə etdiyi bıçağı götürüb aparmışlar. Şahid3 ifadəsim davam etdirərək göstərmişdir ki, bildiyi qədər Cavanşir hadisə vaxtı yerdə döyülən zaman əmisi Şahlara bir bıçaq zərbəsi vurmuş, zərbə də onun ayağından dəymiş, həmin bıçaq qara rəngli, pas atmış, uzunluğu təxminən 50 sm olan, dəstəyi qara rəngli bir köhnə bıçaq olmuşdur. Dava edən şəxslər əmisi Şahlar, atası Şahin, qardaşı Zülfuqar və o özü bir tərəfdən, Cavanşir və Tərlan isə digər tərəfdən olmuş, Tərlan da davada iştirak etmiş, mübahisə təzə başlayanda o, ağır söyüşlər söyməyə başlamış, əmisi Şahlara da nalayiq söyüşlər söyüb ailə üzvlərini təhqir etmiş, onu yumruq və təpiklə vurub yaxasından tutmuş, mübahisə düşəndən sonra da qanı görən kimi oradan uzaqlaşmışdır. Onları ayıran Cavanşirin qardaşı Cavid, Tural, qonşu Xeyrullamn oğlu Eynulla, anası Esmira, qonşuları Məhbubə Əliyeva və qızı Mirvari Əliyeva, İlhamə və onun bacısı İfadə, qapı qonşusu Vüsalə olmuş, nənəsi Kamilə, həmçinin Cavanşirin atası Əli də orada olmuşlar. Hadisə zamam o özü xəsarət almamış, əmisi Şahların öldüyünü biləndən sonra özünü idarə edə bilməyib əsəbdən Əli kişini qolundan və sinəsindən yumruqla vurmuş və bu əməlinə peşman olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 oğlu sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 11 iyul 2023-cü il tarixdə axşam saatlarında oğlu Müseyib və gəlini Əminə-Xatunla birlikdə yemək yeməyə oturandan sonra küçədən qışqırıq səsləri eşidib dərhal küçəyə çıxanda qaynı Şahları, oğlu Zülfüqarı, əri Şahini və qonşuluqda yaşayan hazırda xatırlamadığı şəxsləri görmüş, qaynı Şahlar yerdə evin yanındakı elektrik dirəyinin yanında oturaqlı şalvarı qanlı vəziyyətdə olmuş və ətrafdakı insanlar ona kömək etməyə çalışmışlar. Şahların qanlar içində olduğunu görən zaman qorxduğu üçün şoka düşmüş, həmin vaxt orada olan Gülnarə və qonşu İlhamə Şahların ayağını bağlamaqla qanın axmasının qarşısını almağa çalışmış, Gülnarə şərfi gətirənədək İlhamə Şahların şalvarının ətəyini yuxarı çəkəndə Şahların ayağındakı deşikdən qanın fontan kimi vurduğunu görmüş, Gülnarə şərf gətirəndən sonra dərhal Şahların ayağını yarasından yuxarı nahiyədə gücü çatan qədər sıxıb bağlamış, Şahlar da ona “bacı, qoyma qanım axsın, möhkəm sıx qanım axmasın” demiş və sonra da huşunu itirmişdir. Həmin vaxt Şahlann və Gülnarənin himayəyə götürdüyü uşaqları Lalə və Hüseyn də orada səsə gəlib “ata-ata" deyərək ağlamış, Şahlar da onlara “narahat olmayın, qayıdacam" demişdir. Bir müddət sonra Təcili-Tibbi Yardım Xidməti gəlmiş, həkimlər tibbi avtomobilin içində Şahlann şalvarını qayçı ilə kəsib yara tərəfə jqut qoyub sıxmış, yara tərəfə perekis töküb bintlə bağlamış və iynə vurub xəstəxanaya aparmış, onlarla birlikdə İlhamə və Gülnarə də getmiş, Müseyib, Şahin, Tural və Turalın yeznəsi Fərman Turalın avtomobili ilə onların dalınca sürmüş, oğlu Zülfüqar isə evdə onun yanında qalmış, bir müddət sonra isə qaynı Şahların TTY avtomobilində öldüyünü bilmişdir. Axşam saatlarında artıq polis əməkdaşlan da gəlmiş, həmin vaxt əri Şahin, Müseyib, Zülfüqar, Əlinin qapısını möhkəm döyməyə başlamış, qapını Əli kişi açan kimi Müseyib möhkəm qapıya vurmuş, üstəlik də əsəbdən Əlinin sinəsindən yumruqla da vurmuş, o da yerə yıxılmış, onlar isə onun üstünə düşüb təhqir etməyə başlamışlar. O və polislər Şahini, Müseyibi və Zülfüqarı oradan uzaqlaşdırmış, sonra polis əməkdaşlan Cavanşiri və hadisə zamanı istifadə etdiyi bıçağı götürüb aparmışlar. Hadisə 11 iyul 2023-cü il tarixdə saat 20 radələrində evin qabağında baş vermiş, hadisənin necə baş verdiyini görməsə də, bildiyi qədər Cavanşir hadisə vaxtı yerdə döyülən zaman Şahlara bir bıçaq zərbəsi vurmuş və zərbə onun ayağından dəymiş və o, həmin bıçağı görə bilməmişdir. Cavanşir narkotik istifadəçisi olmuş, onunla və ailəsi ilə aralarında heç vaxt düşmənçilik və ya ədavət olmamış, hadisədən bir neçə gün öncə o, Şahlann evində suvaq işi də görmüş, Tərlan isə kənddə yaşamış, o da narkotik istifadəçisi olmuş, bir neçə dəfə də məhkum olunmuş, Cavanşir özü də həbs həyatı yaşamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılan Şahid6 şahidlər Şahid7 və Şahid8 ifadələrinə uyğun ifadə verməklə sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 12 iyul 2023-cü il tarixli 95 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs meyitində aşağıdakı 2 ədəd deşilmiş-kəsilmiş və 1 ədəd kəsilmiş yaralar aşkar olunmuşdur: “Sol baldır nahiyəsinin orta 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası“ (2,5x1 sm ölçüdə). Yaralar kənarları hamar, yuxarı ucu küt, aşağı ucu itidir, yara ayaqaltı dan 37 sm yuxarıda saat siferblatının 5 və 11 rəqəmlərini birləşdirən xətlər üzrə yerləşir, yara təftiş olunduqda sol ön qamış arteriyasının və əzələlərin kəsilməsi müşahidə olunur, yara kanalının dərinliyi 9 sm-dir, istiqaməti bir qədər sağdan-sola, öndən-arxaya, yuxandan aşağıya doğrudur, yara kanalı boyunca toxumalar qırmızı rəngli qansızmahdır; “Sol baldır nahiyəsinin yuxan 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası” (2,0x0,6 sm ölçüdə). Yaranın kənarlan hamar, yuxarı ucu küt, aşağı ucu itidir, yara ayaqaltıdan 44,5 sm yuxanda saat siferblatının 6 və 12 rəqəmlərini birləşdirən xətt üzrə yerləşir, yara təftiş olunduqda sol arxa qamış arteriyasının və əzələlərin kəsilməsi müşahidə olunur, yara kanalının dərinliyi 14 sm- dir, istiqaməti bir qədər soldan-sağa, arxadan-önə, yuxandanaşağıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmahdır; “Sol bud nahiyəsinin aşağı 1/3-nin arxa səthində 1,2x0,5 sm ölçüdə kənarlan hamar, uclan iti yara” Yaralann ən dərin yerləri mərkəzi hissələri olmaqla 0,5-0,7 sm-dir; Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 11 iyul 2023-cü il tarixdə əmələ gəlmişdirlər; Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 2 ədəd deşilmiş-kəsilmiş yara deşicikəsici əşyanın təsirindən əmələ gəlmişdir, həmin xəsarətlər hər biri aynlıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır, 1 ədəd kəsilmiş yara isə sağlamlığa yüngül zərərvurmamn əlamətlərinə malikdir; Zərərçəkmiş şəxs ölümünə səbəb - sol baldır nahiyəsinin sol qamış arteriyalanm və əzələləri yaralayan deşilmiş-kəsilmiş yaralann törətdiyi çoxlu qanitirmə olmuşdur; ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsi nəzərə alınaraq demək olar ki, Zərərçəkmiş şəxs Ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (12 iyul 2023-cü il, saat 09:00) 12-16 saat əvvəl baş vermişdir; Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdirlər; Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş 2 ədəd deşilmiş-kəsilmiş yaralann və kəsilmiş yaranın xarakterini və təqdim edilmiş bıçağın konstruktiv xüsusiyyətləri nəzərə alınaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar həmin bıçağın və ona oxşar bıçaqlann tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər; Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,5 % etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 13 iyul 2023-cü il tarixli 1428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş “başın sağ gicgah nahiyəsinin hematoması (dərialtına qansızma), sol yanaq nahiyəsinin əzilmiş- cırılmış yarası, sağ və sol diz nahiyəsinin, sağ əlin İ, İİ, İİİ barmaqlarının üst səthinin əzilmiş yaralan” xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 11 iyul 2023-cü il tarixdə dava-dalaş zamanı taxta, təpik və yumruq zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Kompleks məhkəmə-tibbi və kriminalistik ekspertizanın 427/2023-MTKŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayağının arxa-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Zədə yetirilən anda zərərçəkmiş və zədə yetirən şəxs (şəxslər) müxtəlif qarşılıqlı duruş vəziyyətlərində ola bilərdilər. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sağ kürək nahiyəsində bir ədəd və köynəyin ön-orta nahiyəsində bir ədəd məhdud cırılma aşkar edildi. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar edildi. Bu sökülmə küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman və şərf üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus puloverin sağ qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar edildi. Bu sökülmə küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim edilmiş geyim əşyaları üzərində olan zədələr müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilərdilər. Təqdim edilmiş bıçağın tiyəsi kustar üsulla, dəstəyi isə zavod üsulu ilə hazırlanmış, bıçağın özü isə kustar üsulla hazırlanmışdır, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçaq qatlanmayan tiplidir, ümumi uzunluğu 420 mm, tiyəsinin orta xətt oxu üzrə uzunluğu 230 mm-dir. Bıçağın üzərində sonradan onun təyinatını dəyişən əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə-tibbi bioloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 595/2023-MTBŞ saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0/1/, Təqsirləndirilən şəxs qan qrupu isə A/İİ/-dir. Təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus şərf, şalvar, mayka, köynək və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qam aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə A/H/H qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında H antigeni varsa). Qanların qanşiq olduğu halında isə Zərərçəkmiş şəxs da qanının olması inkar olunmur. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus pulover və bir cüt ayaqqabı üzərində qana şübhəli ləkə aşkar edilmədi. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 04 sentyabr 2023- cü il tarixli 2532 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur; Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur; Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur; Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, qıcığa qarşı həssaslıq, kobudluq, mübahisəyə meyi 11 ilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir; C.Ə. Əliyevin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli hallan düzgün qavraya bilər; Təqsirləndirilən şəxs başqalannın təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik müəyyən edilmədi; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirsi ilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. 12 iyul 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, hadisə yeri Abşeron rayonu, Novxanı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinin giriş darvazasının qarşısıdır və fərdi yaşayış evi kənd daxili avtomobil yolunun kənarında yerləşir. Darvazanın qarşısında sol tərəfdə 1,75 metr məsafədə 100x75 sm ölçüdə qan gölməçəsi vardır, qan gölməçəsindən işıq dirəyinə qədər olan məsafə 36 sm, divara qədər olan məsafə isə 48 sm-dir. Bundan başqa darvazanın sol tərəfindəki divarın qarşısında 25-30 sm məsafədə divarboyu uzanan qanabənzər ləkələr vardır. Hadisə yerinin baxışı zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən darvazanın qarşısındakı qan gölməçəsindən pambığa hopdurulmuş iki ədəd nümunə götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. 13 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndiriliməsi haqqında” qərardan müəyyən olunur ki, Şahid5, onun övladları Şahid3 və Şahid4 xuliqanlıq etmələri faktı üzrə materiallar ayrılaraq aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilmişdir. Abşeron rayon məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Respublika Narkoloji Mərkəz” X18 və “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X18 verilmiş məlumatdan müəyyən olunur ki, X13 “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasənqQəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində qeyd olunur ki, həmin məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə X10 cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini (59.1.8) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X10 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X12 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxs X10 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla X13 barəsində həbs qətimkan tədbiri seçilmişdir. X10 cəzasını çəkməsinin əvvəli xx.xx.2023--cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus şalvar, mayka, köynək, tuman və şərf, Təqsirləndirilən şəxs məxsus pulover, şalvar və bir cüt ayaqqabı, habelə cinayətin aləti kimi istifadə edilmiş bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus şalvar, mayka, köynək, tuman və şərf, Təqsirləndirilən şəxs məxsus pulover, şalvar və bir cüt ayaqqabı, habelə cinayətin aləti kimi istifadə edilmiş bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar