Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-369/2025 09.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X9 və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi1 Mübariz oğlunun və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxxxx 1987-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Seyidli ərazi dairəsi, Sarıhacılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən Slavyan universitetinin 2 nömrəli yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə,
2. xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələr əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X6, adı istintaqa “Abdul” kimi məlum olan şəxs və adı istintaqa “Adaş” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı, eləcə də qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək “Adaş” adlı şəxsin vasitəsilə qabaqcadan bildirilmiş ünvanda gizlədilərək saxlanılan külli miqdarda 21 kiloqram 595 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda 03 kiloqram 165 qram çəkidə heroini deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Zaur Mədətzadə və “Abdul” adlı şəxslə birlikdə Biləsuvar rayonu ərazisindən əldə etdikdən sonra “Adaş” adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə həmin narkotik vasitələrdən 11 kiloqram 685 qr. çəkidə qurudulmuş marixuananı Zaur Mədətzadə və “Abdul” adlı şəxslə birlikdə ayırıb istintaqa dəqiq ünvanı məlum olmayan Bakı şəhəri Nərimanov rayonu ərazisinə etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı **-RA-*** dövlət nömrə nişanlı avtomobillə gəlmiş olan, əvvəlcə tanışlığı olub onlarla cinayət əlaqəsinə girməyən Təqsirləndirilən şəxs2 01 dekabr 2024-cü ildə təhvil vermiş, daha sonra qanunsuz olaraq əldə etmiş olduqları maddələrdən 03 kiloqram 165 qram çəkidə narkotik vasitə heroin və 09 kiloqram 900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Zaur Mədətzadə və “Abdul” adlı şəxslə sonuncunun tanışma məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü Lökbatan küçəsində yerləşən nömrəsiz fərdi evə qanunsuz daşıyıb gizlətməklə orada saxlamışlar, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 03 dekabr 2024-cü il tarixdə saat 11:55-də Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivi, “Spring” otelin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 13:55-dən etibarən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü Lökbatan küçəsində yerləşən nömrəsiz fərdi evə özünün iştirakı ilə keçirilən baxış zamanı evin üçüncü mərtəbəsindəki otaqda olan bir ədəd narıncı rəngli sintetik torbanın içərisindən üzəri skoçla bağlanmış on bir ədəd sellofan bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 980 qram, 295 qram, 1045 qram, 490 qram, 970 qram, 1010 qram, 1030 qram, 1045 qram, 1015 qram, 1040 qram, 980 qram olmaqla ümumi təmiz çəkisi 9.900 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üç ədəd plastik butulkada ayrıayrılıqda təmiz çəkisi 965 qram, 1090 qram, 1.110 qram olmaqla ümumi təmiz çəkisi 3.165 qram təşkil edən xüsusilə külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Adaş” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girdikdən sonra, həmin “Adaş” adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs2la cinayət əlaqəsində olmayan Təqsirləndirilən şəxs1, Zaur Mədətzadə və “Abdul” adlı şəxs tərəfindən əldə edilən külli miqdarda 21 kiloqram 595 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 11 kiloqram 685 qr. çəkidə olan hissəsi “Adaş” adı ilə tanınan İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə -1 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 verilmiş və Azərbaycan Respublikası DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 04 dekabr 2024-cü il tarixdə saat 15:30da yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 15:35-dən etibarən yaşadığı qeyd edilən ünvanda yerləşən evə özünün iştirakı ilə keçirilən baxış zamanı evin həyətində yerləşən toyuq saxlamaq üçün nəzərdə tutulmuş hinin içərisində onun İran İslam Respublikasının vətəndaşı olan “Adaş” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla gizlədib saxladığı iki ədəd sintetik torbanın içərisindən sellofan və gümüşü rəngli kağıza bükülmüş on iki ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 1025 qram, 935 qram, 985 qram, 1125 qram, 1070 qram, 910 qram, 915 qram, 885 qram, 945 qram, 910 qram, 1005 qram olmaqla, ümumi təmiz çəkisi 11.695 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 34 yaşı var, A.X1 2 №-li yataqxanasında yaşayır. O, Zaur adlı şəxslə Zaurun avtomobilinin xarab olması ehtimalına qarşı onunla birlikdə rayona getmişdir. Səhər saatlarında rayondan qayıdaraq Lökbatandakı evə çatmış, gətirdikləri torbaları evin həyətinə qoymuşdurlar. Torbaların həyətə qoyulmasında işirak etməmişdir. Zaurla birlikdə rayona getdiyi üçün özünü qismən təqsirli bilmişdir. O, 03 dekabr 2024-cü ildə saat 11:00-12:00 radələrində saxlanılan zaman xanımla Novxanıda yerləşən “Spring Hotel”də olmuş, BMCMİ-nin 4 əməkdaşı otağa daxil olmuş və orada saxlamışdırlar. Tutulan zaman heç bir fiziki təzyiqə məruz qalmamışdır. Orada üzərində narkotik vasitə olmamışdır. Daha sonra BMCMİ əməkdaşları onu Lökbatanda yerləşən, sahibini tanımadığı evə gətirmişdilər. Çəkiliş zamanı əməkdaşlar ona sayğacın üzərindəki açarı götürüb evə daxil olmağını istəmişdir. Evin həyətinə daxil olmuş, orada 9 bağlamanın qablaşdırıldığını görmüşdür. Həmin bağlamaların heç biri ona məxsus olmamışdır. O, yanındakı xanıma görə hədə-qorxu gəlindiyi üçün etirafedici ifadələr vermiş, daha sonra bu barədə Baş Prokurorluğa ərizə yazmışdır. Tutulan ərəfədə ara-sıra narkotik vasitədən istifadə etmiş, narkotik vasitəni satan şəxsin kart hesabına ödənişi göndərmiş, narkotik vasitəni təyin olunan yerə qoyulmuş, o da götürmüşdür. İran İslam Respublikası vətəndaşı olan X7 vasitəsilə tanımış, Adaş adlı şəxsi isə tanımamışdır. O, Təqsirləndirilən şəxs2ı tanımamış, heç bir sövdələşməsi olmamış, ilk dəfə BMCMİ-də görmüşdür. O, Mədətzadə Zaurla narkotik vasitə ilə bağlı danışıqları olmamışdır. Ondan pul müqabilində narkotik vasitə istəyən olmamış, lakin haradan əldə edə biləcəyini soruşanlar olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə əsasən o, tutulmamışdan təxminən üç-dörd gün əvvəl Zaur adlı dostu ona demişdir ki, Abdul adlı bir dostu var ki, İranlı tanışının vasitəsilə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Odur ki, Zaur ona təklif etmişdir ki, həmin İranlının Abdula göndərdiyi narkotik maddələri Biləsuvar rayonundan gedib götürüb Bakıya qayıtmaq üçün görülən işin müqabilində pul qazanmaq olar. Belə ki, deməsinə görə bu işin görülməsi üçün iki maşın lazım imiş. Zaur demişdir ki, təxminən 40 kilo çəkidə mal olacaq və iki maşın ona görə lazımdır ki, yolun bir hissəsini mal bir maşında, digər hissəsini isə o biri maşında olmaqla Bakı şəhərinə gəlib çıxsın. Deməsinə görə bunu təhlükəsizlik üçün edirmiş. Buna görə də ona 3.000 manat pul veriləcəkmiş. Elə həmin gün o, adı çəkilən Abdul adlı şəxslə tanış olmuş və onlar avtomobil icarəsi yerindən iki maşın götürüb Biləsuvar rayonuna yola düşmüşlər. Maşının birini Zaur idarə edirmiş, digər maşını isə o özü idarə edirmiş. Zaur Abdulla birlikdə maşında gedirmişlər, o isə tək olaraq maşında gedirmiş. Onlar Biləsuvar rayonuna çatanda onlar orada yol kənarında fəaliyyət göstərən çayxanaların birində maşınları saxlayıb orada oturmuşlar. Həmin vaxt Abdul İranlı ilə telefonda danışmış və Abdulla Zaurla ikisi oradan durub ona məlum olmayan ünvana getmişlər. Zaurun deməsinə görə İranlının göndərdiyi malın gizlədildiyi yerə getmişdirlər. O isə orada tək qalmış və təxminən bir saata yaxın müddət onları elə həmin çayxanada gözləmişdir. Zaurgil qayıdandan sonra isə həmin şəxslərin adı çəkilən narkotik maddələri götürdükləri məlum olmuş və onlar artıq Bakı şəhərinə gəldikləri qaydada yola düşmüşlər. Yarı yolda onlar maşınları saxlamışlar və Zaur hərəkətdə olduqları maşınında olan bütün narkotik maddələri onun idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Həmin maddələrdən nəşə iyi gəlirmiş. Daha sonra onlar yolu davam etmişlər. Bakı şəhərinə çatanda isə onlar maşınları Qaradağ rayonu Lökbatan qəsəbəsinə sürmüşlər. Belə ki, Abdulun orada evi olan bir tanışı var imiş. Odur ki, onlar həmin evə çatanda onun maşınında olan kisədəki bütün narkotik maddələri olduğu kimi götürüb həmin evə yerləşdirmişlər. Qeyd etmiş ki, həmin evdə yaşayış yox imiş. Bundan sonra isə onlar həmin yerdən aralanıb hərə öz evinə getmişdir. Növbəti gün ona Zaur zəng edərək Abdulla görüşməli olduqlarını, sonuncunun İranlı tanışının tapşırığı ilə dediyi adamla görüşüb Biləsuvardan gətirdikləri maldan təxminən 19 kiloqram çəkidə olan hissəsini həmin adama çatdırmaq lazım olduğunu bildirmişdir. Ona görə onlar Zaurla görüşüb yuxanda qeyd etdiyi Lökbatan qəsəbəsində yerləşən həmin evin qarşısına gəlmişlər. Abdul artıq orada imiş. Onlar görüşmüşlər və Zaur ona maşında gözləməyini deyərək özü Abdulla evə daxil olmuşdur. Belə ki, Zaurla Abdul həmin ümumi maddələrin içərisindən Abdulun iranlı tanışının dediyi çəkidə olan malı ayırmalı imişlər. Beləliklə, Zaurla Abdul 10-15 dəqiqə sonra evdən çıxaraq ümumi malların içərisindən ayırıb götürdükləri bir ədəd torbada olan narkotikləri onun idarə etdiyi maşına qoymuşlar və özləri də maşına minmişlər. Abdulun tanışı sonuncuya konumla ünvan göndərmişdir ki, onlar da həmin konuma uyğun olaraq Ayna Sultanova deyilən ərazi istiqamətində getmişlər. Lazım olan ünvana çatandan təxminən yarım saat sonra oraya tanımadığı bir nəfər şəxsin idarə etdiyi “Hyundai Sonata” markalı, qeydiyyat nişanının seriyası yadında qalmayan, lakin rəqəm kombinasiyası 90-116 olan bir avtomobil yaxınlaşmış və arxa tərəfi ilə onun idarə etdiyi maşına yaxın park edib dayanmışdır. Həmin maşında sürücüdən başqa kimsə yox imiş. Bu vaxt Zaurla Abdul maşından düşərək yük yerində olan narkotiki həmin “Hyundai Sonata” markalı avtomobilin sürücüsünə vermişlər və sonra onlar geri dönərək hərə öz işi ilə məşğul olmuşdur. Dekabr ayının 01-dən 02-sinə keçən gecə isə o, qeyri-rəsmi olaraq münasibətdə olduğu Aynur adlı bir qadınla Novxanı qəsəbəsində görüşüb elə orada fəaliyyət göstərən “Sprinq” otelə getmişlər. 03 dekabr 2024-cü il tarix saat 12:00-da isə onların oteldən çıxış vaxtı olduğuna görə onlar bir qədər tez həmin oteldən çıxmışlar. Lakin otelin yaxınlığında onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər Aynuru şifahi olaraq sorğu edərək bu işlə bağlı əlaqəsinin olmadığını müəyyən edib Aynurun kənarda dayanmasını və Baş Narkotikləri ə Mübarizə İdarəsinə yaxınlaşmasını xahiş etmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək videoçəkilişlə üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. O, buna etiraz etməmiş və həmin vaxt ona təklif edilmişdir ki, üzəridə qanunsuz əşya və predmet varsa təqdim etsin. Üzərində heç bir qanunsuz maddə olmasa da, ciblərində olan bütün əşyaları təqdim etmişdir. Ona izah edilməklə mobil telefonu götürülmüşdür. Şifahi sorğu zamanı o, bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evdə narkotik vasitələr vardır və həmin maddələri təqdim edə bilər. Odur ki, polis əməkdaşları ilə o, həmin evə yollanmışlar, o, üzərində olan açarla həmin evin qapısını açmış və evə videoçəkilişlə keçirilən baxış zamanı o, həmin maddələri gizlətdikləri yeri, yəni 3-cü mərtəbədə yerləşən otaqda olan kisəni polislərə təqdim etmişdir. Həmin kisə açıldıqda içərisindən on bir ədəd bağlamada “nəşə” adlı və üç ədəd plastik qabda “kakos” adlı narkotik maddələr aşkar olunmuşdur. Sonra həmin maddələr ayrıca olaraq tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Evə əlavə baxış keçirilsə də başqa heç bir maddə aşkar edilməmişdir. Ona verilən suallara cavab olaraq o, səmimi olaraq bildirmişdir ki, həmin maddələri Zaur və Abdul adlı tanışları ilə birlikdə təxminən 3-4 gün əvvəl Biləsuvar rayonuna gedərək əldə etmiş, həmin maddələri Biləsuvar rayonundan Bakı şəhərinə aparıb çatdırmağa görə ona 3000 manat pul verilməli olduğunu, Biləsuvar rayonundan təxminən 40 kiloqram çəkidə narkotik vasitə götürdüklərini, əldə etdikləri həmin narkotik vasitələrin 19 kiloqram çəkidə olan hissəsini isə bir gün sonra Bakı şəhəri, Nərimanov rayonu, Ayna Sultanova deyilən ərazidə “Hyundai Sonata” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə verdiklərini, bu işi də X13 Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq təşkil etdiyini qeyd etmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə araşdırma aparan əməkdaş yenidən videoçəkilişlə ondan götürülmüş maddələri tədqiq edib ona suallar vermişdir. Qeyd olunanlar barədə ayrıca olaraq protokollar tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Orada o, müdafiəçi ilə təmin edilmiş və qeyd edilən məzmunda izahat vermişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dindirilən zaman qeyd olunanlardan əlavə törətdikləri bu əməl barədə, habelə narkotik vasitələrin qeyd olunan ünvanda saxlanması barədə Zaur və Abduldan başqa heç kimin bilmədiyini, izahat verərkən, o cümlədən ətrafında keçirilən ilkin araşdırma zamanı ona hər hansı fiziki və ya psixoloji təsir olunmadığını, öz iradəsi ilə sərbəst şəkildə izahat verdiyini və tərtib edilmiş sənədlərə etirazı olmadığı üçün imzaladığını, ona qarşı hər hansı formada təzyiq olunmadığını, Zaurun soyadının Mədətzadə, ata adının Rauf olduğunu, Abdulu isə təxminən 3-4 gündür ki, Zaurun vasitəsilə bu işə görə tanıdığını, həmin şəxslərin başqa anket məlumatları barədə onda əlavə heç bir məlumat olmadığını, Abdulun deməsinə görə sözügedən tanışının İran İslam Respublikasının vətəndaşı olduğunu, həmin şəxsin heç bir anket məlumatlarının ona məlum olmadığını, həmin şəxslə Abdulun “Vhatsapp” tətbiqi vasitəsilə ünsiyyət saxladığını, həmin şəxsin barəsində onda başqa heç bir məlumat olmadığını, Abdulun tanışı olan İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Biləsuvar rayonundan götürdükləri narkotik maddələrin içərisindən 19 kiloqram çəkidə olan hissəsini vermiş olduqları “Hyundai Sonata1' markalı avtomobilin sürücüsünü tanımadığını, ilk dəfədir gördüyünü, narkotik vasitələrdən arada “nəşə”-dən istifadə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə olaraq İran İslam Respublikasının vətəndaşının göndərdiyi narkotik maddələri Biləsuvar rayonundan götürüb Bakı şəhərinə gətirməyi müqabilində ona 2-3 günə 3000 manat pul verilməli olduğunu, ilk dəfə imiş ki, adları çəkilən şəxslərlə belə bir sövdələşmələrinin olduğunu, İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri haradan əldə etməsi, həmin maddələri ölkəyə necə gətirməsi barədə məlumatının olmadığını, həmin şəxsin tapşırığı ilə Zaur və Abdulla birlikdə Biləsuvar rayonuna gedib narkotik maddələri Bakı şəhərinə gətirərək Lökbatan qəsəbəsində yerləşən evə yerləşdirdiyini, həmin şəxsin narkotik maddələri haradan və necə gətirməsi barədə ona məlumat verilmədiyini qeyd etmişdir. (Cild 1, iş vərəqləri 50-51, 68-71, 92-95) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Digah qəsəbəsində yaşayır, 20 il öncə narkotik vasitədən istifadə etsə də, 2017-ci ildə Kərbəla ziyarətinə getdikldən sonra içki və narkotik vasitədən istifadəni tərgitmişdir. İran İslam Respublikası vətəndaşı, öncədən tanıdığı rus nömrəsindən istifadə edən Adaş adlı şəxs ondan 2 bağlama götürməyi xahiş etmişdir. X12 Respublikasında müalicəsi zamanı Adaş çox köməklik etdiyindən o, bu xahişini qəbul etmişdir. Daha sonra əvvəlcədən təyin olunan, bağlamanın qoyulduğu yerdən götürmüşdür. Bağlamaların içində nəyin olması ilə bağlı heç bir sual verməmiş, evə çatanda bağlamadan gələn qoxudan içərisində narkotik vasitə olduğunu anlamışdır. Daha sonra Adaş adlı şəxsə bağlamanın içərisindəkilərlə bağlı zəng etmiş, Adaş üzr istəmiş və bağlamaları gəlib götürəcəklərini bildirmişdir. 04 dekabr 2024-cü ildə, bir qrup şəxs özünü icra nümayəndəsi kimi təqdim edib onu qapıya çağırmışdırlar. Burada bağlama olduğunu bildirmişlər, o isə təsdiq etmişdir. Toyuqların hinində olan bağlamaları təhvil vermişdir. O, Təqsirləndirilən şəxs1 yalnız BMCMİ-də görmüş, Zaur və Abdul adlı şəxsləri isə tanımamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə əsasən, təxminən 4-5 ay əvvəl ona tanımadığı bir İran İslam Respublikasına məxsus olan nömrədən internet üzərindən zəng gəlmişdir. Danışıq zamanı həmin şəxs özünü ona “Adaş” kimi təqdim edərək tanışlıq vermiş və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirərək özünün də onu kimi heyratı xoruz saxladığını və bu sahə ilə maraqlandığını bildirmişdir. Beləliklə də onlar ümumi ortaq mövzu ətrafında danışıb ünsiyyət qurmuşlar. Onu da qeyd etmiş ki, həmin “Adaş” adlı şəxslə dostluq münasibətləri formalaşmışdır. Hətta onu da qeyd etmiş ki, anası müalicə məqsədi ilə 2 ay əvvəl İran İslam Respublikasına gedən zaman o, “Adaş”-dan anasını qarşılayıb həmin tibb müəssisəsinə yerləşdirilməsində köməklik etməsini xahiş etmiş və “Adaş” onun üçün bunu etmiş, həmin vaxt ortaya çıxmış bəzi xırda xərcləri də özü qarşılamışdır. Beləliklə də, tutulmamışdan təxminən 2-3 gün əvvəl “Adaş” ona zəng edərək xahiş etmişdir ki, bir yükü ona deyəcək ünvandan gedib götürsün və bir müddət özündə saxladıqdan sonra ona deyilən zaman bir yerə tullasın. Həmin şəxsin onun üçün etdiyi yaxşılığa cavab olaraq o, məcbur olub sonuncunun xahişini yerinə yetirmiş və həmin şəxsin ona göndərdiyi konuma uyğun olaraq göstərilən ünvana etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı **-RA-*** nömrə nişanlı avtomobillə getmişdir. Bildirmişdir ki, “Adaş”-ın deməsinə görə orada onu bir neçə şəxs gözləyəcəkmiş və o, həmin ünvana gedərkən “Adaş” özünə həmin şəxslərin mobil tətbiq vasitəsilə göndərdiyi səs yazısını yollamışdır. Həmin səs yazısında tanımadığı kişi cinsindən olan bir şəxs “gələndə həmin məhəlləyə maşını arxa tərəfi ilə içəri salsın” deyirmiş. O da həmin yerə, konkret olaraq isə Nərimanov rayonunda yerləşən dəqiq yerini qeyd edə bilmədiyi ünvana çatanda məhəllənin həqiqətən də dar olduğunu görüb dedikləri qaydada avtomobili arxa tərəfi ilə məhəllənin içərisinə salmışdır. Arxa görüntü güzgüsündən görürmüş ki, arxada iki nəfər şəxs dayanıb. Onlara çatanda o, avtomobili saxlamış və salonda olan düymə ilə arxa yük yerini açmışdır ki, həmin şəxslər əllərində olan iki ədəd torbanı maşının yük yerinə qoysunlar. Qeyd etmiş ki, o, heç maşından düşməmişdir. Həmin şəxslər yük yerini bağlamışlar və o, maşını sürüb oradan aralanmışdır. Həmin şəxslərin üzünü də görməmiş və ümumiyyətlə heç bir təmasda olmamışdır. Fikrincə həmin şəxslər də onun üzünü görməmişlər. Beləliklə də o, həmin kisələrlə evə gəlmişdir. Evdə avtomobilin yük yerini açanda ona məlum olmuşdur ki, həmin maddələr narkotik vasitələrdir. Düzdür, “Adaş” ondan bu işi xahiş edəndə bunun nəsə qanunsuz iş olmasını hardasa fikrindən keçirirmiş. Evdə həmin torbalarda olan “nəşə” adlı maddələri görəndə o, “Adaş”-la yenidən əlaqə saxlamış, sonuncu demişdir ki, narahat olmasın, torbaları bir qədər özündə saxlasın və dediyi vaxt aparıb harasa atmalı imiş ki, “Adaş”-ın adamı gəlib götürsün. Buna görə hətta ona 2000 manat pul vəd etmişdir. O da həmin torbalara ilk əvvəl əl vurmamış, lakin “Adaş”-dan növbəti gün də xəbər çıxmadığı üçün həmin torbaları maşından çıxarıb yaşadığı evin hinində gizlətmiş ki, maşında qalmasın. 04 dekabr 2024-cü il tarixdə isə günorta saatlarında o, yaşadığı evin yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt videoçəkilişlə üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. O, buna etiraz etməmiş və həmin vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet varsa təqdim etsin. Üzərində heç bir qanunsuz maddə olmasa da, ciblərində olan bütün əşyaları təqdim etmişdir. Ona izah edilməklə mobil telefonları götürülmüşdür. Şifahi sorğu zamanı o, bildirmişdir ki, yaşadığı evin həyətində narkotik vasitələr vardır və həmin maddələri təqdim edə bilər. Odur ki, polis əməkdaşları ilə o, yaşadığı evin həyətinə daxil olmuşlar və o, həyətdə olan hinin içərisində saxladığı iki ədəd torbanı polislərə təqdim etmişdir. Həmin torbalar açıldıqda içərisindən on iki ədəd bağlamada “nəşə” adlanan narkotik maddələr aşkar olunmuşdur. Sonra həmin maddələr ayrıca olaraq tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddələri tanışı olan İran İslam Respublikasının vətəndaşı “Adaş” adlı şəxsin vasitəsilə Nərimanov rayonu Ayna Sultanova deyilən əraziyə idarə etdiyi “Hyundai Sonata” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək əldə etdiyini, həmin maddələri ona deyilən vaxt aparıb tullamalı olduğunu və buna görə ona 2000 manat pul verilməli olduğunu qeyd etmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, şübhəli heç bir şey aşkar edilməmişdir. Daha sonra isə bilavasitə evə baxış keçirilmişdir. Həmin vaxt evin daxilində onun qeyri-rəsmi münasibətdə olduğu Şəlalə adlı qadın var imiş. Polis əməkdaşları özlərini həmin qadına təqdim edərək evə baxış keçirmişlər. Evdən də heç bir qanunsuz maddə aşkar edilməmişdir. Şəlalə aşkar edilmiş maddələr barədə sorğu edilən zaman bu işdən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Baş İdarədə araşdırma aparan əməkdaş yenidən videoçəkilişlə ondan götürülmüş maddələri tədqiq edib ona suallar vermişdir. Qeyd olunanlar barədə ayrıca olaraq protokollar tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Orada o, müdafiəçi ilə təmin edilmiş və qeyd edilən məzmunda izahat vermişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilən zaman qeyd olunanlardan əlavə olaraq törətdiyi bu əməl barədə, habelə narkotik vasitələrin qeyd olunan ünvanda saxlanması barədə “Adaş”-dan başqa kiminsə, o cümlədən qeyri-rəsmi olaraq münasibətdə olduğu Şahid3 məlumatı olmamış, izahat verərkən, o cümlədən ətrafında keçirilən ilkin araşdırma zamanı ona hər hansı fiziki və ya psixoloji təsir olmadığını, öz iradəsi ilə sərbəst şəkildə izahat verib tərtib edilmiş sənədlərə etirazı olmadığı üçün imzaladığını, idarə etdiyi avtomobilə həmin iki ədəd torbanı yerləşdirən şəxslər barədə ona heç bir şey məlum olmadığını, həmin şəxsləri tanımadığını və üzdən belə görmədiyini, “Adaş” adlı şəxsin deməsinə görə İran İslam Respublikasının vətəndaşı olduğunu, heç bir anket məlumatlarının onda olmadığını, həmin şəxslə “Vhatsapp” mobil tətbiqi vasitəsilə ünsiyyət saxladığını, narkotik maddələri götürdüyü gün orada olan həmin şəxslərin gəldikləri avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs1 Əbiilfət oğlunu tanımadığını, Təqsirləndirilən şəxs1 ifadəsində tanışları Zaur və Abdulla birlikdə həmin gün 99-77-116 nömrə nişanlı avtomobilin sürücüsünə 19 kiloqram çəkidə narkotik maddə verməsi, lakin onun təqdim etdiyi maddələrin cəmi 11 kq 695 qram təşkil etməsi barədə heç bir şey deyə bilməmiş, ona verilən maddələri olduğu kimi təqdim etdiyini, necə təhvil almışdırsa o formada da polislərə təqdim etdiyini, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, sadəcə olaraq “Adaş”-ın xahişi ilə həmin maddələri götürüb saxladığını, “Adaş”-ın buna görə ona 2000 manat pul söz verdiyini, ilk dəfə imiş ki, belə bir sövdələşmələrinin baş tutduğunu, İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitələri haradan əldə etməsi, həmin maddələri ölkəyə necə gətirməsi barədə məlumatı olmadığı üçün heç bir şey deyə bilmədiyini, həmin şəxsin tapşırığı ilə Bakı şəhərinin Nərimanov rayonuna gedib oradan həmin maddələri tanımadığı şəxslərdən götürdüyünü, qeyd edilən şəxslərin narkotik maddələri haradan və necə gətirməsi barədə ona məlumat verilmədiyini, həmin vaxt maşından düşmədiyindən narkotikləri təhvil aldığı şəxsləri üzdən görüb tanıya bilməyəcəyini qeyd etmişdir. (Cild 1, iş vərəqləri 246-247; Cild 2, iş vərəqləri 16-19, 32-35) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 saxlanılması ilə bağlı əməliyyat qrupuna rəhbərlik etmişdir. 03 dekabr 2024-cü il saat 11:55 radələrində Təqsirləndirilən şəxs1 Novxanıda yerləşən “Sprig Hotel”də saxlanılmış, onda külli miqdarda narkotik vasitələrin olması barədə dindirilmişdir. Sorğu zamanı narkotik vasitələrin Qaradağ rayonu ərazisində yerləşən evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin evin Abdul tərəfindən kirayə götürüldüyünü demişdi. Əməliyyat qrupuna daxil olmuş məlumata və Təqsirləndirilən şəxs1 ifadəsinə əsasən, onlar Qaradağ rayonu ərazisində yerləşən evə daxil olmuş, 3-cü mərtəbədən fərqli kütlələrdə bağlamalar aşkar olunmuşdur. Mənzil toxunulmazlığı ilə bağlı hüquqlarının izah olunub-olunmadığını xatırlamır. Narkotik vasitə olan marixuanaya bənzər bağlamanın çəkisi 10 kiloqram, narkotik vasitə olan heroinə bənzər bağlamanın çəkisi təqribən 3 kiloqram idi. Narkotik vasitələrin haradan əldə olunduğu soruşulduqda 3-4 gün əvvəl Zaur və Abdul adlı şəxslə Biləsuvar rayonu ərazisindən gedib götürdüklərini bildirmişdir. Rayondan neçə maşının narkotik vasitə gətirdiyi barədə məlumat yoxdur. Həmçinin bir gün sonra N.Nərimanov rayonu ərazisində Ayna Sultanova heykəlinin yaxınlığında 19 kiloqramını “Hyundai” markalı avtomobilin sürücüsünə təhvil verdiyini bildirmişdir. Bundan sonra digər əməkdaşlara xəbər verilmiş, əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir və adı çəkilən “Hyundai” markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs2ı saxlamışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Digah qəsəbəsində Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 saxlanılması ilə bağlı tədbirdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 həmin ərazidə həyət evi var idi. 04 dekabr 2024-cü il 15:30 radələrində ona yaxınlaşıb özlərini təqdim etmişdilər. Əməliyyat qrupunda Təqsirləndirilən şəxs2 narkotik vasitə saxladığı ilə bağlı məlumat var idi. Üzərinə baxış keçirilmişdir. Daha sonra evə daxil olmuş, əməkdaşlara toyuq-cücə saxlanılan yerdə olan narkotik vasitələri təqdim etmişdir. Baxış və axtarış onun razılığı ilə həyata keçirilmiş, mənzil toxunulmazlığı hüququ izah olnmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı vasitəsilə ona adres göndərilib, avtomobilin baqajından narkotik vasitəni götürmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitəni pul müqabilində götürdüyünü dedi. Məbləği xatırlamır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə saxlanılmış Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Abbasla qeyri-rəsmi olaraq münasibətdədirlər. Bununla belə, Abbasın yaşadığı Abşeron rayonu, Digah qəsəbəsində olan yeni yaşayış massivində yerləşən fərdi evinə ara-bir gedərək orada yaşayır və Abbasın evində təmizlik işlərini görür. Buna baxmayaraq həmin evdə daimi olaraq yaşamır. Sonuncu dəfə də, 04 dekabr 2024-cü il tarixdə o, Abbasla həmin evdə olan zaman saat təxminən günorta 15 radələrində Abbas evdən çölə çıxaraq həyətyanı sahədə nəsə iş görürmüş. O isə evin daxilində imiş və öz işləri ilə məşğul olurmuş. Bundan təxminən 30-40 dəqiqə sonra o, evdə tək olan zaman evin qapısı açılmışdır. O, ilk əvvəl buna fikir verməmişdir. Evə daxil olan şəxsin Abbas olduğunu düşünmüş və ona görə də dərhal qapıya tərəf yaxınlaşmamışdır. Lakin dəhlizdə bir neçə şəxsin olmasına xas olan danışıq səsləri eşitdiyinə görə ora tərəf gəlmiş və görmüşdür ki, orada Abbasdan başqa bir neçə mülki geyimdə olan şəxslər var və bir qədər təəcüblənmişdir. Həmin vaxt giriş qapısının qarşısında dayanmış tanımadığı mülki geyidə olan şəxslərdən biri əlində mobil telefon tutaraq videoçəkiliş edirmiş. Bu vaxt orada olan şəxslərdən biri özünü və yanında olan digər şəxsləri ona təqdim edərək polis əməkdaşları olduqlarını və Abbasın narkotik vasitələrlə bağlı qanunsuz əməldə şübhəli olduğu üçün saxlanıldığını bildirərək ondan özünü təqdim etməsini istəmişdir. O da özünü həmin şəxslərə təqdim etmişdir. Daha sonra ona bildirilmişdir ki, Abbasın evinin həyətində bir qədər öncə keçirilmiş baxış zamanı toyuqlar saxlanan hinin içərisindən narkotik maddələr aşkar edilmişdir. Ondan həmin maddələr barədə sorğu etmişlər, lakin o, səmimi olaraq bildirmişdir ki, həmin evdə daimi olaraq yaşamadığına görə həmin maddələrdən tam olaraq xəbərsizdir və Abbas özü də ona bu barədə bir şey deməmişdir. Bundan sonra polis əməkdaşları evin içərisinə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər və o, buna etiraz etmədən polis əməkdaşlarının evə baxış keçirilməsinə şərait yaratmışdır. Çəkiliş davam edərək evə baxış keçirilsə də heç bir qanunsuz maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin şəxslər Abbasla birlikdə evdən çıxmışlar. Pəncərədən görmüşdür ki, polis əməkdaşları Abbası bir qədər sorğu etmiş və sonra çəkilişi dayandırıb Abbası aparmışlar, ona isə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yaxınlaşmağı bildirmişlər. O, BNMİ-yə yaxınlaşanda orada olduğu kimi izahat vermişdir. Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin həyətində yerləşən toyuqları saxlamaq üçün nəzərədə tutulmuş hinin içərisindən aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuana barədə heç bir məlumatının olmadığını, Abbasın heyvanları saxladığı qəfəslərə baxmadığını, Abbasın həyətdə toyuqlardan başqa bir neçə iri cins it də saxladığı üçün və həmçinin də həyətdə təmir işləri getdiyindən oralarda heç bir iş görmədiyini, oraları Abbasın özü təmizlədiyini, Abbasın özünün ona narkotik barədə heç vaxt heç bir şey demədiyini və narkotik vasitələrdən istifadə etmədiyini də bildiyini, Abbasın bu cür işlərlə məşğul olmasının ümumiyyətlə mümkünsüz olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2 ifadələrində adını çəkdiyi “Adaş” adlı İran İslam Respublikasının vətəndaşının adını ilk dəfədir eşitdiyini, həmin şəxsin kim olması və nə işlə məşğul olmasının ona məlum olmadığını, Abbasın həmin şəxsin barəsində heç vaxt danışmadığını, narkotik vasitələrdən istifadə etmədiyini qeyd etmişdir. (Cild 2, iş vərəqləri 94-96) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” 03 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbəsində yerləşən otaqdakı bir ədəd kisənin içərisindən on bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər və üç ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 14-15) Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, avtomobilinə və evə baxış keçirilməsinə dair” 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən toyuq saxlamaq üçün nəzərədə tutulmuş hinin içərisindən iki ədəd kisənin içərisindən on iki ədəd bağlamada çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 221-223) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” 03 dekabr 2024-cü il tarixli və “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, avtomobilinə və evə baxış keçirilməsinə dair” 04 dekabr 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disklər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 721 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin telefon şəbəkəsinə daşınmış ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 03 dekabr 2023-cü il tarixdən 03 dekabr 2024-cü il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı GSM nömrənin istifadəçisi müxtəlif tarixlərdə “Qaqa gece nese elesen accıca mene saxla saba goturum masda yoluna qoyariq alti bazar evdeyem basimi qafim...Oaqa varindisa bir das ver de mene”, ***-***-**- ** saylı GSM nömrənin istifadəçisi xx.xx.2023-cü il tarixdə “O derece seviyesiz o derece koncenniy oldun sen? Bııgeder seviyesizlik nem vallah.pati satib soxursan polyubomu amma day bugederde 30manata gore koncenniy narkoman bele qebul etmezdi'\ ***-***-**- ** saylı GSM nömrənin istifadəçisi xx.xx.2024-cü il tarixdə “Abi dasha elin girir? indi”, ***- ***-**-** saylı GSM nömrənin istifadəçisi xx.xx.2024-cü il tarixdə “Men deyirdim gelerdin gedib dawda goturerdikde”, 051- ***-**-** saylı GSM nömrənin istifadəçisi müxtəlif tarixlərdə “1 DANA 50.„Abi 1 dana lazimdi.dunanki qais'ın sana...l lazimdi. 70 manda”, ***- ***-**-** saylı GSM nömrənin istifadəçisi müxtəlif tarixlərdə “Ay gi***lax tilfonu ac sene lirka verim sen de daş ver, daş ver sene arcinal lirka verim dedenıin göru...Qaqa sene qurban olum ölurem ne verirsen ver acde tilfonu Qaqa...Qaqa agriyiram qardaşımsan ölurem bayaq İıalimi gördunde acde tilfonu... Adam adami lomkada qoymaz...Sen men e daş ver men de sene 300 duk ay deli acde tilfonu...Qaqam salam tilfonu ac liri lazimiydi qaqanı” sözlərini, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi xx.xx.2024-cü il tarixdə “Qaqa axshama 1 lazimdi...Sanda alinmirsa xabar el a ishimi bilim, bas/ıqa yer dan goturum...”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi xx.xx.2024-cü il tarixdə “Qaqa liri zad lazimdi...Qaqa varindisa bir das ver de mene”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi müxtəlif tarixlərdə “qaqa 10 a/inar ? mesaj nan ya wpnan he yox yazda... salam qaqa oyaqsansa 10 ali nar ? kalidordayam mene vziv at bilimde... QAQA 10 ALİNAR... qaqa buralardasansa 10 a/inar ? mesaj yazda he yox...”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi müxtəlif tarixlərdə “20 lik goturecem burdayam... X15 gozduyur 5 man pati... Meni yola sal aqriyiram... 10 bir atıram menim Rüfət 10 m atıram menim öziime lazımdır koko əgər bayaqki bes eləmədi... Denen babat elesin menimkin... Riifət men 7 verdim də sene şüşəni biraz az gətir 10 man kokos versin” mətnli qısa mesaj yazmışdır. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. ( cild 1; iş vərəqləri 173-174, 176, cild 2; iş vərəqləri 122-146) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən edilmiş “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin cihaz işlənmiş vəziyyətdədir, plastik-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefonda GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında “Adaş” kimi qeyd edilmiş + **********3 saylı Rusiya Federasiyasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs2 çoxsaylı zənglər etməsi müəyən edilmişdir. (Cild 2, iş vərəqləri 68-69, 122-146) Cinayət işinin materiallarında olan Səbail Rayon Məhkəməsinin müvafiq olaraq 04 dekabr 2024-cü il tarixli və 11 dekabr 2024-cü il tarixli qərarların surətindən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 03 dekabr 2024-cü il tarixli və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 04 dekabr 2024-cü il tarixli qərarlar qanuni hesab edilmişdir. (cild 1; iş vərəq 115, cild 2; iş vərəq 65-67) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04 dekabr 2024-cü il tarixli 7/1970 nömrəli rəyində göstərilir ki, üzərində “X2 məxsus yaşadığı evdən aşkar edilmiş... ” yazılar və imzalar olan bir ədəd narıncı rəngli sintetik torbada 11 (on bir) ədəd üzəri skoçla bağlanmış sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkisi 980 qram, 295 qram, 1045 qram, 490 qram, 970 qram, 1010 qram, 1030 qram, 1045 qram, 1015 qram, 1040 qram, 980 qram olmaqla ümumi çəkisi 9900 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar öz aralarında tərkiblərinə görə eynidir. (Cild 1, iş vərəqləri 54-58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 04 dekabr 2024-cü il tarixli 6/5359 nömrəli rəyində göstərilir ki, 'Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 məxsus...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sintetik torbada üç ədəd plastik butulkada ayrı-ayrılıqda təmiz çəkisi 965 qram, 1090 qram, 1110 qram, ümumi təmiz çəkisi 3165 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 72-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 05 dekabr 2024-cü il tarixli 7/1973 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumi sayı 12 (on iki) ədəd sellofana və gümüşü rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 1025 qram, 935 qram, 985 qram, 1125 qram, 1070 qram, 910 qram, 915 qram, 885 qram, 945 qram, 910 qram, 1005 qram, ümumi çəkisi 11695 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Cild 2, iş vərəqləri 2-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 12 dekabr 2024-cü il tarixli 7/1999 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 və vət. Təqsirləndirilən şəxs1 Əbülfəz oğlundan götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 193-195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 xx.xx.2024-cü il tarixli 7936 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə istifadə etmə halları olub, lakin halhazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 196-197) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 xx.xx.2024-cü il tarixli 7932 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə istifadə etmə halları olub, lakin halhazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(Cild 2, iş vərəqləri 117-118) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 14 aprel 2025-ci il tarixli 1146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda həmçinin törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozuması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. (Cild 2, iş vərəqləri 119-121) İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 21.592,7 qram marixuana və 3.164,85 qram heroin və 01 ədəd Samsung markalı mobil telefon maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 122-146) Məhkəmə, Təqsirləndirilən şəxs1 aşkar olunan bağlamaların ona məxsus olmaması, yanındakı xanıma hədə-qorxu gəlindiyi üçün etirafedici ifadələr verməsi, Təqsirləndirilən şəxs2 bağlamaların içərisində narkotik vasitə olmasından xəbərinin olmaması və s. ilə bağlı ifadələrində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə tərkibi həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamın mətnindən, toplanmış sübutlardan və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs2 yalnız İran vətəndaşı “Adaş” adlı şəxslə əlbirliyi olmuş, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2, xüsusilə külli miqdarda olan narkotik vasitə heroini əldə etməmiş və bu narkotik vasitənin ona ümumiyyətlə aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 və qeyriləri əldə etdikləri xüsusilə külli miqdarda narkotik vasitə heroini deyil, yalnız 21.595 qram həcmdə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 11.685 qram hissəsini “Adaş” adlı şəxsin tapşırığı ilə Təqsirləndirilən şəxs2 vermişlər. Təqsirləndirilən şəxs2 xüsusilə külli miqdarda narkotik vasitəni əldə etməmiş, daşımamış və saxlamamışdır. Onun niyyəti ilə xüsusilə külli miqdarda narkotik vasitənin əldə edilməsi ümumiyyətlə əhatə olunmamış, onun niyyəti ilə yalnız qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması əhatə olunmuşdur. Təsvir olunanlara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslərin məhkumluğu yoxdur. (Cild 1, iş vərəq139, Cild 2, iş vərəq 60) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaq vardır. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 03 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 11 mart 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 110-114,188-192) Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 04 dekabr 2024-cü il tarixdə tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 11 mart 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 238, Cild 2, iş vərəq 47-51, 111-115) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslər narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, həmçinin maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-nin BMCMİnin maddi sübutları saxlanc kamerasında saxlanılan 21.592,7 qram marixuana və 3.164,85 qram heroin məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə təhvil verilməlidir. 05 ədəd DVD və 01 ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 137 manat məbləğində, Təqsirləndirilən şəxs2 70 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından müdafiəçinin haqqı dövlət büdcəsi hesabına ödənilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin maddi sübutları saxlanc kamerasında saxlanılan 21.592,7 qram marixuana və 3.164,85 qram heroin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə təhvil verilsin. 05 ədəd DVD və 01 ədəd CD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 137 (yüz otuz yeddi) manat, Təqsirləndirilən şəxs2 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.