Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-37/2022 27.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, X5 qəsəbəsi Ə.Vahid küçəsi, ev 21-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş, təmiz çəkisi 0,740 qram olan qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, daşıyaraq bir qismini üzərində, qalan hissəsini yaşadığı mənzildə saxlamış, 17 aprel 2021-ci il tarixdə saat 13:10-da Sumqayıt şəhəri X7 qəsəbəsi Ə.Vahid küçəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,480 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 13:36-da Təqsirləndirilən şəxs yaşadığı X7 qəsəbəsi Ə.Vahid küçəsi ev 21 ünvanına baxış keçirilərkən mənzilin qonaq otağındakı masanın üzərindən xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,260 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirlik bilməyərək göstərdi ki, xeyli vaxtdır səhhətində ağrıları olduğu üçün narkotik tərkibli maddələr qəbul etmişdir. Əvvəllər qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə görə məhkum olunmuşdur. Polis bölməsində cibinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmuşdur. Evində aşkar edilmiş narkotik vasitə hazırladığı bir ədəd qab və içindəki narkotik vasitə onun olmuşdur. Bir ədəd sellofan bükümdə olan külli miqdarda narkotik vasitə heroin onun olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvvəkkili vəzifəsində 2014-cü ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 17 aprel 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİnin 2-ci PB-nə “Elxan” adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Elxan adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan adlı şəxsin xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri X7 qəsəbəsi Ə.Vahid küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 13:10-da Sumqayıt şəhəri X7 qəsəbəsi Ə.Vahid küçəsində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, daha sonra xidməti otaqların birində onun video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif edildikdə isə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdəki, qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin nə olduğunu soruşarkən o həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, adını, soya adını, digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitənin bir qismini üzərində gəzdirdiyini, bir qismini isə yaşadığı Sumqayıt şəhəri X7 qəsəbəsi Ə.Vahid küçəsi ev 21 ünvanında yerləşən mənzildə saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüş, bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı mənzildədə narkotik vasitə saxladığını bildirdiyindən, onun yaşadığı Sumqayıt şəhəri X7 qəsəbəsi Ə.Vahid küçəsi ev 21 ünvanında yerləşən evə getmişlər, saat 13:36-da Təqsirləndirilən şəxs razılığı ilə, yaşadığı evə videoçəkilişlə mənzilinə baxış keçirilmiş mənzilə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı qanunla əldə edilməsi və saxlanılması qadağan edilmiş əşyalar varsa, həmin əşyaları təqdim etməsi təklif edildikdə isə Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan baş tərəfində güzgü qoyulmuş masanı göstərməklə təqdim etmiş, masanın üzərinə baxış keçirilərkən masanın üzərində digər əşyalarla birlikdə bir ədəd üzərində qəhvəyi rəngli toz şəkilli maddə olan boşqab, iki ədəd, birincisi qara, digəri gümüşü rəngdə olan elektron tərəzi, bir ədəd karton qutunun içərisindən iki ədəd kiçik ölçülü büküm, bir ədəd sellofan torbanın içərisində bir ədəd böyük ölçülü sellofan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdəki maddələrin nə olduğunu, hardan əldə etdiyini soruşarkən o, bir ədəd kiçik ölçülü və bir ədəd böyük ölçülü sellofan bükümlərdəki qəhvəyi rəngli, tozşəkilli maddənin narkotik vasitə olan heroin, digər gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristalşəkilli maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, hadisədən bir neçə gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, adını və soyadını, digər anket məlumatlarını bilmədiyi, təsadüfən tanış olduğu, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsdən şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə olan heroinin bir qismini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitə olan heroinin qalan hissəsini və psixotrop maddə olan metamfetamini yaşadığı evdə saxladığını, elektron tərəziləri şəxsi istifadəsi üçün qəbul etdiyi narkotik vasitənin və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini, masanın üzərindən aşkar edilmiş üzərində qəhvəyi rəngli, tozşəkilli izlər olan boşqabı isə qəbul etdiyi narkotik vasitəni hazırlamaq üçün istifadə etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilsədə mənzildən hər hansı digər qanunla saxlanılması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş iki ədəd kiçik ölçülü bükümlərdəki və bir ədəd böyük ölçülü sellofan bükümdəki maddələr elektron tərəzidə çəkilmiş, həmin maddələrin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq digər əşya və pridmetlərlə birlikdə götürülmüş, bundan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nə geri qayıtmışlar, bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində protokolları imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 16 aprel 2021-ci il tarixdə əri Elxanla birlikdə evdə olmuş, təxminən saat 11-12 radələrində 13-14 nəfər polis əməkdaşı yaşadığı həyətə daxil olmuşlar. Kişilərin arasına girmək istəmədiyi üçün onların yanına getməyərək evdə gözləmişdir. Polis əməkdaşları eviin həyətinə daxil olduqdan sonra aşağı həyət deyə adlandırdıqları yerdə baxış keçirməyə başlamışlar, daha sonra isə Elxanı da götürüb özləri ilə birlikdə aparmışlar. Həmin gün axşam təxminən 17- 18 radələrində 7-8 nəfər polis əməkdaşı Elxanı evinə geri gətirib yenidən ətrafa baxış keçirdikdən sonra onu yenidən özləri ilə birlikdə aparmışlar. Elxanın əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Polis əməkdaşları videoçəkilişlə baxış keçirən zaman evdə olmuş, baxış isə həyətdə yerləşən başqa tikilidə olmuşdur. Həmin tikiliyə lazımsız əşyaları qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin təhqiqatçısı X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin kəsilməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bir otaqlı evdə stolun arxasında olan yükün üzərindən narkotik vasitəni götürərək stolun üzərinə qoymuş, yükün üzərindən narkotik vasitəni götürüb stolun üzərinə qoyması videogörüntüyə düşməmişdir. İlkin olaraq narkotik vasitə stolun arxa tərəfində olmuş, lakin son anda narkotik vasitəni stolun üzərində qablaşdığı üçün protokolda da elə qeyd etmişdir. Video görüntüyə baxmadan birbaşa istintaqa təqdim etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2021-ci il tarixli protokoldan görünür ki, saxlanılaraq Sumqayıt RPİ-nin 2-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,50 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu, öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. (Cild 1, iş vərəqə 22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatlar, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi ev 21-də yerləşən fərdi evə baxış keçirilərkən stolun üzərində şəxsi istifadəsi üçün istifadə etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin vardır. Stolun üzərində 01 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroin, 01 ədəd qəhvəyi kağıza bükülmüş narkotik vasitəyə bənzər kütlə, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristalik maddə, 2 ədəd tərəzi, ağ rəngli narkotik vasitəyə bənzər kütlələr götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 17 aprel 2021-ci il tarixli protokolun qeydə alındığı video görüntülərin əks olunduğu diskdə çoxsaylı cızıqlar, zədələr olduğu üçün həmin diski məhkəmə iclasında tədqiq etmək mümkün olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin KTB-nin rəisi tərəfindən Sumqayıt ŞPİ-nin İŞ-nə ünvanlanmış 17 iyul 2021-ci il tarixli nömrəsiz məktuba Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsi istintaq hərəkətləri icra edilərkən çəkilmiş videogörüntülərin köçürüldüyü disk qoşma edilmişdir. Həmin diskə məhkəmədə baxış keçirilərkən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların videogörüntüdə öz əksini tapdığı müəyyən edilmişdir. “Baxış keçirilməsi haqqında” 17 aprel 2021-ci il tarixli protokolun qeydə alındığı video görüntülərə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntünün 0:00:27-saniyəsindən başlayaraq qəhvəyi rəngli masanın ümumi görünüşü əks olunmağa başlayır, həmin vaxt masanın üzərində bir ədəd üzərində tozşəkilli maddə olan boşqabın, iki ədəd elektron tərəzinin, bir ədəd karton qutunun içərisində iki ədəd kiçik ölçülü bükümün olduğu müəyyən edilir, çəkilişin 0:00:59 saniyəsində isə görüntüdə qəfil dəyişiklik baş verərək kəsilir və növbəti saniyələrdə masanın üzərində əvvəlki görüntülərdə olmayan əlavə olaraq ağ rəngli üzərində qırmızı rəngli zolaq və yazılar olan sellofan torba görünməyə başlayır. Həmin sellofan torba açıldıqda içində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkarlanır. Videogörüntünün digər hissələrində isə protokolda qeyd olunan xüsusatların öz əksini tapdığı müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş məhkəmə kimyavi ekspertizasının 17.04.2021-ci il tarixli 6/1504 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən götürülən 1 büküm” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,480 qram rəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs evində axtarış zamanı götürülən 2 büküm...” yazısı olan zərfdəki, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,260 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,140 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd polietilen bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 226,015 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd boşqabın üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs 2 ədəd evindən götürülən tərəzilər” yazısı olan zərfdəki üzərində “Aosai” yazısı olan tərəzinin üzərində psixotrop maddə metamfetaminin və üzərində “Capacity 1000gx0,1g” yazısı olan tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 226,755 qram təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 226,755 qr, tədqiqata sərf edildi: ümumi 0,2 qr, qalıq: 226,555 qr. Metamfetaminin təmiz çəkisi: 0,140 qr, tədqiqata tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,090 qr (cild 1, iş vərəqə: 34-39) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyavi ekspertizasının 16.05.2021-ci il tarixli 6/1702 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti N: 59” ştamp əksi olan 1 (bir) ədəd paketdə vət. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə və bir ədəd bağlamada olan heroinlər xarici əlamətlərinə və tərkiblərindəki kompanentlərinə görə eynidirlər. (cild 1, iş vərəqə: 147-152) Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli 2056 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 153-154) Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun 26 may 2021-ci il tarixli qərarından görünür ki, xx xxxxx 1967-ci il təvəllüdlü Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi ev 21-də yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin baş əməliyyat müvvəkkili, polis polkovnik-leytenantı Şahid1 17 aparel 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, iş vərəqə: 109-110) İş materiallarında olan 24 iyul 2021-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərara əsasən qalıq çəkisi 226,495 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,090 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd boşqab, iki ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc otağına təhvil verilmiş, videogörüntülər olan 01 ədəd disk və telefon danışıqlarına dair məlumatlar olan 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon Məhkəməsinin 29.04.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 208 M 1 HİS maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə sürücülük hüququndan məhrum edilməklə qazancından 20% dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 26.01.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 18.03.2016-cı il tarixli qərarına əsasən ona təyin edilmiş cəzadan 05 ay 21 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, 11.07.2016-cı il tarixli Amnistiya qərarına əsasən 26.07.2016-cı il tarixdə cəza çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 1 iş vərəqə: 96-98) Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X1 08.10.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 Nəsimi oğlunun Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər etməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən, təqsirləndirilən şəxsin narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqləri 189-190) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, о istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan ümumilikdə 226,755 qram çəkidə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib, daşıyaraq bir qismini üzərində, qalan hissəsini yaşadığı mənzildə saxlamış, 17 aprel 2021-ci il tarixdə saat 13:10-da Sumqayıt şəhəri X7 qəsəbəsi Ə.Vahid küçəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,480 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 13:36-da Təqsirləndirilən şəxs yaşadığı X7 qəsəbəsi Ə.Vahid küçəsi ev 21 ünvanına baxış keçirilərkən mənzilin qonaq otağındakı masanın üzərindən satış məqsədilə əldə edib daşıyaraq saxladığı xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,260 qram və bir ədəd polietilen bağlamada təmiz çəkisi 226,015 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2021-ci il tarixli qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli 2056 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur . İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə isə təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Əksinə iş materiallarında olan istintaq orqanının özünün topladığı sübutların məcmusu təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olmadığından dəlalət edir. Həm ibtidai istintaq, həm də ki, məhkəmə istintaqı zamanı ifadəsi alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə şübhənin olduğunu bildirmişlər. Qeyd etdikləri xüsusatla bağlı heç bir sübut və dəlil göstərməmişlər. Bundan əlavə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aid mobil telefon nömrələrinə aid məlumatların götürülməsi haqqında vəsatət qaldırılıb məhkəmə qərarı ilə müvafiq mobil operatordan məlumatlar götürülüb, orada olan sms mətnləri sübut kimi qiymətləndirilmişdir. Lakin, həmin məlumatlarda Təqsirləndirilən şəxs kiməsə narkotik vasitələr və psixotrop maddələr satması barədə məlumatlar müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin yalnız külli miqdarda olmasına materiallarda öz əksini tapan sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Belə ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş külli miqdarda narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması barədə cinayət işinin materiallarında əsas mötəbər sübut olan Baxış keçirilməsi haqqında” 17 aprel 2021-ci il tarixli protokolun qeydə alındığı video görüntülərə məhkəmədə baxış keçirilərkən 226,015 qram narkotik vasitə heroin olan sellofan torbanın masanın üzərində olmadığı müəyyən edilmişdir. Bu hal, yəni istintaq orqanı tərəfindən baxış keçirilərkən videoçəkilişin kəsintisiz davamlı olaraq aparılmalı olduğu halda, görüntülərdə kəsintiyə yol verilməsi istintaq orqanının qərəzsizliyinə şübhələr yarardır. Sellofan torbanın Təqsirləndirilən şəxs məxsus olması barədə cinayət işinin materiallarında videogörüntüdən başqa heç bir mötəbər sübut yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş külli miqdarda 226,015 qram narkotik vasitə olan heroinin ona məxsus olmasına dair videogörüntüdə aradan qaldırıla bilməyən şübhələr vardır, bu şübhələri də qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə təqsirləndirilən şəxsin xeyrinə həll edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş sellofan torbada 226,015 qram narkotik vasitə olan heroinin ona aid olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, 226,015 qram narkotik vasitə olan heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X6rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X13 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində narkotik vasitənin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqləri 20-25) Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ahıl yaşda olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 17, 74-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 1 il 1 ay 10 gün ( bir il bir ay on gün) müddət, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad olunmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd elektron tərəzi xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1-ci maddələrinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakılara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – 226,495 qram heroin, 0,090 qram metamfetamin və üzərində heroin izləri olan bir ədəd boşqab həmin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli, işdə olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 1 il 1 ay 10 gün ( bir il bir ay on gün) müddət, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 10 (on) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Sumqayıt ŞPİdə saxlanılan – 226,495 qram heroin, 0,090 qram metamfetamin və üzərində heroin izləri olan bir ədəd boşqab həmin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, 02 ədəd elektron tərəzi tərəzi əvəzsiz olaraq müsadirə olunmaqla dövlət nəfinə alınsın, 01 ədəd disk daşıyıcı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: imza Rəşad Əliyev Məruzəçi hakim: imza Hafiz Əliyev Hakim: imza Fəhmin Hümbətov Əsli ilə düzdür: Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(124)-37/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-37/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver