Məhkəmə qərarları › İş №1(124)-37/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-37/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-37/2023 01.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, X6 massivində yerləşən nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində fəhlə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesinin 6-cı kilometrində yerləşən “SUN FOOD" Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyət göstərdiyi binada əməkdaşların geyimlərini deyişmək üçün nəzərdə tutulmuş otaqda iş növbəsi başa çatdıqdan sonra geyimlərini dəyişən zaman həmin müəssisədə fəhlə işləyən Zərərçəkmiş şəxs onun paltar şkafının qarşısında durub ona maneçilik yaratmasına irad bildirdikdən sonra qarşılıqlı olaraq bir-birilərini söymələri və bundan sonra mübahisə edib Zərərçəkmiş şəxs ona sol üst göz qapağının qançırı kimi sağlamlığa zərərvurmayan xəsarət yetirməsi, onun isə Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyəsində yumşaq toxumalar altında qansızma və sağ körpücük üstü nahiyənin 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 3 (üç) ədəd sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirməsindən sonra özünün aldığı xəsarətə görə Zərərçəkmiş şəxs qisas alıb ona qəsdən xəsarət yetirmək niyyəti ilə yaşadığı evdən işə getmək üçün çıxarkən tiyəsinin uzunluğu 105 mm, dəstəyinin uzunluğu 122 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli cib bıçağını götürərək həmin gün saat 19:30 radələrində, yəni iş növbəsinə gəldikləri vaxt Zərərçəkmiş şəxs müəssisənin “Logistika" şöbəsinin anbarında tək olduğunu görüb ona yaxınlaşaraq, səhər baş vermiş mübahisə ilə bağlı aralarındakı münasibətə aydınlıq gətirmək istəyərkən yenidən aralarında başlanan qarşılıqlı sözlə mübahisə zamanı şalvarının cibində olan bıçağı sağ əlinə alaraq qəsdən Zərərçəkmiş şəxs qarın boşluğundan və sağ əlindən xəsarət yetirməklə sonuncunun sağ əlin ovuc səthinin 1 (bir) ədəd kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik, həmçinin qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edən mədənin kiçik əyriliyini dəlib keçərək kiçik piylik kisəsinə keçən, mədəaltı vəzi, qaraciyərin sol payını, yuxarı müsaqirə arteriyasını və venasını zədələyən, köndələn-çənbər bağırsağın eventrasiyası (qarın boşluğundan xaricə çıxması) və İİİ dərəcəli hemorragik şokla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs Baku X2 müalicə olunmasına baxmayaraq yetirdiyi ağır dərəcəli bədən xəsarətindən sonra ehiyatsızlıqdan sonuncunun 10 oktyabr 2021-ci il tarixdə saat 22:20-də peritonit nəticəsində törəyən orqanizmin ümumi intoksikasiyasından ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahinlə birlikdə “Azərsun”da işləyirdilər. Hadisə 07 oktyabr 2021-ci il tarixdə təxminən saat 10 radələrində paltar dəyişilən yerdə olmuşdur. Onun paltar şkafının qarşısını tutmuş, o da onu qırağa çəkmiş, qarşı tərəf isə aqressiya göstərmiş, sonra onu hamam dəsmalı ilə vurmuşdur. O da onu vurmaq istəyəndə çəkilmişdir. Sonra çöldə mübahisəyə davam etmişlər. Onun Şahini vurmaq fikri olmamışdır. Sonra evdən qara bıçaq götürmüş, ona bir bıçaq zərbəsi vurmuşdur. Şahin hadisədən üç gün sonra vəfat etmişdir. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onların aralarında mübahisə olmasından xəbəri olmamışdır. Səhər Şahin işə getmiş, axşam tərəfi onlara xəbər gəlmişdir ki, o, “X7”dadır. Əvvəl onlara yüngül xəsarət aldığı deyilmişdir. Daha sonra həkimlər Şahinin vəziyyətinin çox ağır olduğunu, belə bir xəsarətlə yaşamağının mümkün olmadığını demişlər. Onun bağırsaqları yerə tökülmüş, özü bağırsaqlarını yerdən yığıb birtəhər uşaqların yanına çatdırmışdır. Təqsirləndirilən şəxslə barışmamışdır. Şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahin 2019-cu ilin iyul ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Logistika şöbəsində fəhlə işləyirdi, ailəyə maddı cəhətdən dəstək olurdu. Onlar Şahini evləndirmək üçün bankdan kredit götürüb torpaq sahəsi almışlar. Oğlu Zərərçəkmiş şəxs heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. 07 oktyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində Şahin işə getmişdir. Saat 22-23 radələrində Şahinin işdə iş yoldaşı tərəfindən bıçaqla vurulduğunu öyrənmişlər. Dərhal öz telefonundan Şahinə zəng etmişdir. Telefona tanımadığı şəxs cavab verərək «Şahini bıçaqlayıblar və aparıblar xəstəxanaya» demişdir. O və əri dərhal evdən çıxaraq xəstəxanaya getmişlər. Təxminən 30 dəqiqədən sonra xəstəxanaya çatmışlar və oğlu Şahinin əməliyyatda olduğunu öyrənmişdir. Əməliyyat 6 saat davam etmişdir. Əməliyyatdan sonra Şahini reanimasiya palatasına keçirmişlər. Həkimlər Şahinin vəziyyətinin çox ağır olduğunu, belə bir xəsarətlə yaşamağın mümkün olmadığını, əməliyyat zamanı oğlunun dalağının, mədəsinin bir hissəsinin kəsilib çıxarıldığını, hətta şah damarının kəsili olduğunu, gətirilən zaman bağırsaqlarının yarısının çöldə olduğunu, üç günə komadan ayılsa yaşayacağına ümid etmək olacağını bildirmişlər. Lakin üç gündən sonra, yəni 10 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Şahin xəstəxanada ölmüşdür. 11 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Şahinin meyiti onlara təhvil verilmişdir. Hadisəni törətmiş Təqsirləndirilən şəxs və onun ailə üzvlərini əvvəllər tanımırdı, hadisədən sonra Elnurun onların həmkəndlisi olduğunu öyrənmişdir . Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018-ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MMC-də avtokar sürücüsü işləyir. İş vaxtı növbətçilik qrafiki ilə tənzimlənir, həmin qrafik hər həftə dəyişilir. 07 oktyabr 2021-ci il tarixdə ikinci növbədə olmuş, iş vaxtı saat 13:00-dan saat 22:00-a qədər idi. Saat təxminən 22 radələrində yerdə bir nəfər şəxsin qan içində uzandığını görmüş, dərhal idarə etdiyi arabanı saxlayaraq həmin tərəfə getmiş, yaxınlaşanda yerdə qan içində uzanan şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Şahin sağ əlini sinəsinə qoymuşdu və əlinin içindən qan axırdı. Şahindən nə baş verdiyini soruşanda, Şahin «məni Elnur bıçaqladı» deyə cavab vermişdir. Dərhal arabaya əyləşib növbə rəisinə xəbər vermək üçün oradan uzaqlaşmışdır. Təxminən 2 dəqiqədən sonra Şahinin olduğu yerə qayıtmışdır. Ətrafda çoxlu insan var idi. 15 dəqiqədən sonra briqadirlərin rəhbəri Miroğlan hadisənin baş verdiyi yerə gəlmişdir. Hadisə baş verdiyi anbardan təcili tibbi yardım stansiyasına zəng olunmuş, lakin Miroğlan həkim briqadasının gec gələcəyini bildirmiş və fəhlələr Şahid3 və Aqşin Salmanlı ilə birlikdə Zərərçəkmiş şəxs öz avtomobilinə uzandıraraq xəstəxanaya aparmışlar. Səhərisi gün işə gələndən Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmış, orada olan şəxslərdən kimsə Şahinin 6 saat əməliyyatda olduğunu və vəziyyətinin ağır olduğunu öyrənmişdir. 11 oktyabr 2021-ci il tarixdə Şahinin müalicə aldığı xəstəxanada öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2018-ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. İşi növbətçilik qrafiki ilə tənzimlənir, hadisənin baş verdiyi gün gecə növbəsində olmuşdur. Axsam saat 21:00-da işə başlamış, saat təxminən 22 radələrində avtomobillərə yükü boşaldan zaman Təqsirləndirilən şəxs qaçdığını görmüşdür. Elnurdan hara qaçdığını soruşmuş, Elnur isə «məni bayırda gözləyirlər» deyə bildirməklə qaçıb getmiş, o isə öz işini davam etdirmişdir. Təxminən 1-2 dəqiqədən sonra yerdə mərhum Zərərçəkmiş şəxs uzandığını görmüşdür. Şahinin olduğu yerdə qan izləri olmuşdur. Həmin vaxt Murad Quliyev də orada idi. O, tez Şahinə yaxınlaşmış. Şahin sağ əlini sinəsinə qoymuş, əlinin içindən isə qan axır və «ay ölürəm» deyə təkrarlayırdı. Dərhal baş briqadir Şahid5 zəng edib bu barədə məlumat vermişdir. Baş briqadir Şahid5 təxminən 15 dəqiqədən sonra bizim olduğumuz anbara gəlmişdir. Təcili tibbi yardım stansiyasına zəng etmişlər, lakin həkim briqadasının gec gələcəyini bildirmiş və Miroğlan Zərərçəkmiş şəxs onunla və Aqşin Salmanlı ilə öz avtomobilinə uzandıraraq xəstəxanaya aparmışdır. Onlar Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən «City Hospitala» aparmışlar . Şahini dərhal əməliyyata götürmüşlər. Bir müddət sonra xəstəxanaya mərhum Zərərçəkmiş şəxs valideynləri gəlmişdir. Onlar əməliyyat başa çatanadək xəstəxanada olmuşlar. Təxminən 6 saatdan sonra əməliyyat başa çatmış və Zərərçəkmiş şəxs reanimasiyaya köçürmüşlər. Həkimlər əməliyyatın bitdiyini, lakin Şahinin vəziyyətinin çox ağır olduğunu bildirmişlər. Bundan sonra onlar xəstəxanadan çıxıb getmişlər. O, Şahinin valideynləri İlə əlaqə saxlayıb onun vəziyyəti ilə maraqlanmışdır. 11 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2017-ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. Həmin gün saat 21:00-da işə başlamış, anbarda araba ilə ərzaqları yük avtomobillərinə yükləmişdir. Saat təxminən 22 radələrində işlədiyi anbarda səs-küy eşidərək səsin gəldiyi yerə tərəf getmiş və nəzarətçinin otağının qarşısında yerdə qan içində uzanmış Zərərçəkmiş şəxs görmüşdür. Orada olan şəxslərdən təcili tibbi yardım stansiyasına zəng edildiyini, lakin həmin vaxt digər ərazidə yanğın baş verdiyinə görə təcili tibbi yardım stansiyasının əmkdaşlarının gec gələcəyini eşitmişdir. Təxminən 15 dəqiqədən sonra baş briqadadir Şahid5 hadisənin baş verdiyi yerə gəlmiş, təcili tibbi yardım stansiyasının əməkdaşlarının gec gələcəyini bildirərək, Zərərçəkmiş şəxs onun və Şahid3 köməyi ilə öz avtomobilinə uzandıraraq xəstəxanaya aparmışdır. Orada olan zaman digər fəhlələrdən hadisəni Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Onlar Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən «City Hospitala» aparmışlar. Təxminən 13-14 dəqiqən sonra həmin xəstəxanaya çatmışlar və Şahini dərhal əməliyyata aparmışlar. Bir müddət sonra xəstəxanaya mərhum Zərərçəkmiş şəxs valideynləri gəlmişlər. Onlar əməliyyat başa çatanadək xəstəxanada olmuşlar, təxminən 6 saatdan sonra əməliyyat başa çatmış və Zərərçəkmiş şəxs reanimasiya palatasına köçürmüşlər. Həkimlər əməliyyatın bitdiyini, lakin Şahinin vəziyyətinin çox ağır olduğunu bildirmişlər. Bundan sonra onlar xəstəxanadan çıxıb getmişlər. Onlar mütəmadi olaraq Şahinin valideynləri ilə əlaqə saxlayıb onun vəziyyəti ilə maraqlanmışdır. 11 oktyabr 2021-ci il tarixdə saat təxminən 09 radələrində Zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 1997-ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhləbaşı (briqadir) vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs və hadisəni törədən Təqsirləndirilən şəxs işə qəbul olandan sonra tanımış, hər ikisi sakit təbiətli, heç kimlə problemləri, düşmənçilikləri, ədavəti olmayan insanlar olmuş, verilən bütün tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmişlər. 07 oktyabr 2021-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs və hadisəni törədən Təqsirləndirilən şəxs gecə növbəsində işləməli olmuşlar, onların iş saatı axşam 21:00-da başlamalı və səhər 06:00-da bitməli idi. Həmin gün, yəni 07 oktyabr 2021-ci il tarixdə axşam saat 17:30-da işimi bitirib yaşadığım evə getmişdir. Axşam saat təxminən 22 radələrində anbarda fəhlə işləyən Şahid3 və növbətçi briqadir Rasim Əmənov mənə zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq ərazidən qaçdığını bildirmişlər. Dərhal iş yerinə getmiş, təxminən 15 dəqiqədən sonra hadisənin baş verdiyi anbara çatmış, həmin vaxt ətrafda çoxlu sayda işçi olmuşdur, nəzarətçinin otağının qarşısında yerdə Zərərçəkmiş şəxs qan içində uzandığını görmüşdür. Həmin vaxt orada olan işçilər təcili tibbi yardım stansiyasına zəng etdiklərini və Xırdalanda yanğın olduğundan təcili tibbi yardım stansiyasının əməkdaşlarının gec gələcəklərini bildirmişlər. Anbarın iki fəhləsi Şahid3 və Şahid2 ilə köməkləşərək mərhum Zərərçəkmiş şəxs mənə məxsus «KİA OPTİMA» markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə uzandıraraq Bakı şəhərində yerləşən «City Hospitala» aparmışdır. Təxminən 13-14 dəqiqədən sonra həmin xəstəxanaya çatmışdır. Həkimlər dərhal Zərərçəkmiş şəxs əməliyyata götürmüşlər, onlar isə orada qalaraq əməliyyatın bitməsini gözləmişlər. Bir müddət sonra xəstəxanaya Zərərçəkmiş şəxs valideynləri gəlmişlər. Təxminən 6 saatdan sonra əməliyyat sona çatmışdır. Zərərçəkmiş şəxs reanimasiya palatasına yerləşdirmişlər. Həkimlər Şahinin vəziyyətinin çox ağır olduğunu bildirmişlər. Şahinin valideynlərini taksi ilə evlərinə göndərmişdir. Zərərçəkmiş şəxs müalicəsinə lazım olan dərman preparatlarını təşkil etdikdən sonra 08 oktyabr 2021-ci il tarixdə saat 06 radələrində xəstəxanadan evə getmişdir. Sonrakı günlərdə Şahinin valideynləri ilə əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanmışdır. 11 oktyabr 2021 -ci il tarixdə səhər saat 01 radələrində Zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada komadan ayılmayaraq öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Şahid7 ifadəsində göstərdi ki, Elnur təxminən 2 il əvvəl “SUN FOOD" MMC-də fəhlə kimi işləməyə başlamışdır. Elnur sakit və sözəbaxan oğlan olmuşdur. Onun heç vaxt heç kəslə ciddi münaqişəsinin şahidi olmamışdır. Bir ata kimi Elnurdan həmişə razı olmuşdur. 7 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Elnur gecə növbəsindən gələrək evə gəlib yatmışdır. Elnurun hərəkətlərində heç bir qeyri-adilik hiss yox idi. 07 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Elnur yenə evdən çıxaraq işə getmişdir. Həmin gün Elnur yenə gecə növbəsində olmalı idi. 08 oktyabr 2021-ci il tarixdə saat 08 radələrində Elnur yenidən evə gəlmişlər. Elnur gələndə ona iş yoldaşı Hökməli sakini Zərərçəkmiş şəxs bıçaqladığını demişdir. Elnura evdə oturmağını və Şahin sağalandan sonra barışıq əldə edəcəklərini demişdir. Lakin 11 oktyabr 2021-ci ıl tarixdə səhər saatlarında Abşeron RPl-nln əməkdaşları yaşadıqları evə gələrək Şahinin xəstəxanada öldüyünü demiş və Elnuru Abşeron RPl-yə aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ailə üzvləri ile birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır, 2010-cu İldən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "xxxx" MMC-də avtokar sürücüsü işləmiş, son üç ay isə nəzarətçi kimi işləmişdir. İş vaxtı axşam saat 21 00-da başlamış və səhər saat 06:00-da bitmiş, həftədə beş gün işdə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs və hadisəni törədən Təqsirləndirilən şəxs işdə tanımış, onların işdə heç kimlə problemi olmamışdır, 07 oktyabr 2021-ci İİ tarixdə hər zaman olduğu kimi saat təxminən 20 radəlorlndo işə gəlmiş və anbarda olan nəzarət otağına keçmişdir Saat təxminən 22 radelorinde mərhum Zərərçəkmiş şəxs onun olduğu otağa gələrək elektrik ol arabası istəmiş, Şahinə arabanı anbardan götürməsini bildirmiş və həmin əl arabasının nömrəsini qeydiyyat jurnalına qeyd etmişdir. Təxminən 5-6 dəqiqədən sonra Zərərçəkmiş şəxs yenidən onun olduğu otağa gələrək qapını açmış, lakin İçəri daxil olmaq əvəzinə beli üstünə yerə yıxılmışdır Dərhal Şahinin olduğu yerə getmiş, Şahin sağ elini sinəsinə qoymuş, elinin içindən isə qan axmışdır. Orada olan Qasım adlı işçi Zərərçəkmiş şəxs hadisənin kimin tərəfindən törədildiyini soruşmuş, Şahin də «Elnur» deyə cavab vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs danışa bilməmişdir. Dərhal hadisə barədə onların briqadiri Rasimə xəbər vermiş, 2-3 dəqiqədən sonra Rasim onların olduğu yerə gəlmiş, 15 dəqiqədən sonra isə briqadirlərin rəhbəri Miroğlan hadisənin baş verdiyi yerə gəlmişdir. Hadisə baş verdiyi anbardan təcili tibbi yardım stansiyasına zəng olunmuş, lakin həkimlərin gec gələcəyini görərək Şahid5 Zərərçəkmiş şəxs fəhlələr Şahid3 və Aqşin Salmanlı ile öz avtomobilinə uzandıraraq xəstəxanaya aparmışdır. Orada olan zaman hadisəni Təqsirləndirilən şəxs törətdiyini öyrənmişdir. Səhəri gün işə gəldikdən sonra Şahinin briqadiri Rasimdən Zərərçəkmiş şəxs vəziyyəti barədə soruşmuş, Rasim Şahinin 9 saat əməliyyatda olduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdir. 11 oktyabr 2021 -cl il tarixdə işdə olan zaman Şahinin müalicə aldığı xəstəxanada öldüyünü öyrənmişdir. Şahid6 əlavə olaraq ifadəsində göstərmişdir kl, mərhum Zərərçəkmiş şəxs İşdə tanımış, Şahin saklttəblətll, hörmətcil, yerini bilən biri olmuşdur Həmçinin hadisəni törədən Təqsirləndirilən şəxs da işdə tanımış, Elnur da sakittəbietli, verilən tapşırıqları vaxtında yerinə yetirən blrl olmuş, kimlnləsə dava-dalaşı olmamışdır Təqsirləndirilən şəxsla mərhum Zərərçəkmiş şəxs arasında hər hansı ədavət, düşmənçiliyin olub-olmaması barədə məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 122-126) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC-in Logistika şöbəsinin anbarında baş verdiyini deyib törətdiyi cinayət əməlini etiraf etmiş ve törətdiyi cinayət əməlinin xüsusatları ilə bağlı ətraflı ifadə verib yerində göstermişdir. (Cild 1, iş vərəqləri 100-104) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 oktyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətinin videogörüntülərini əks etdirən 01 (bir) ədəd “DVD” formatlı diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edilmişdir ki, həmin protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 105) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertinin 16 oktyabr 2021-ci il tarixli 2442 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol üst göz qapağının qançırı küt əşyanın təsirindən, qərarın tesviri hissəsində gösterilən müddətdə və şəraitdə, yeni 07 oktyabr 2021-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmağı və sair) təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi teyin edilmir. (Cild 1, iş vərəqləri 184-185) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertinin xx.xx.2021-ci il tarixlin 119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək mədənin kiçik əyriliyini dəlib keçərək kiçik piylik kisəsinə keçən, medoaltı vəzi, qaraciyərin sol payını, yuxarı müsariqe arteriyasını və venasını zədələyen, köndələn-çənbər bağırsağın eventrasiyası (qarın boşluğundan xaricə çıxması) və İİİ dərəcəli hemorragik şokla müşayiət olunan 1(bir) ədəd deşilmiş kəsilmiş yarası; Yara kanalının ümumi uzunluğu təqribən 7-9 sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdan-yuxarı və soldan sağa doğrudur Sağ əlin ovuc səthinin 1 (bir) ədəd kəsilmiş yarası, Başın sağ təpə-gicgah nahiyəsində yumşaq toxumalar altına qansızma; Sağ körpücüküstü nahiyənin 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 3 (üç) ədəd sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümlə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə heyat üçün təhlükəli olan sağlamlığa ağir zerervurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərdən qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edərək mədənin kiçik əyriliyini dəlib keçərək kiçik piylik kisəsinə keçən, medealtı vəzi, qaraciyərin sol payını, yuxarı müsariqe arteriyasını və venasını zədələyen, köndələn-çənbər bağırsağın eventrasiyası (qarın boşluğundan xaricə çıxması) və İİİ dərəcəli hemorragik şokla müşayiət olunan 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası deşici-kosici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir və heyat üçün təhlükəli olan sağlamlığa AĞİR zerervurmanın əlamətlərinə malikdir, sağ elin ovuc səthinin 1 (bir) ədəd kəsilmiş yarası iti kenarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdir və sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş başın sağ təpə gicgah nahiyəsində yumşaq toxumalar altında qansızma və sağ təpə gicgah nahiyəsində yumşaq toxumalar altında qansızma və sağ körpücüküstü nahiyənin 01 ədəd, sağ bazu oynağı nahiyəsinin 3 (üç) ədəd sıyrıqları, xəsarətləri isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb - qarın nahiyəsinin ön səthinin daxilə nufuz edərək mədənin kiçik əyriliyini dəlib keçərək kiçik piylik kisəsinə keçən, mədəaltı vəzi, qaraciyərin sol payını, yuxarı müsariqe arteriyasını və venasını zədəleyən, köndələn- çənbər bağırsağın eventrasiyası (qarın boşluğundan xaricə çıxması) və İİİ dərəcəli hemorragik şokla müşayiət olunan 1 (bir) ədəd deşilmiş kəsilmiş yarasından sonra inkişaf edən peritonit nəticəsində törəyən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Zərərçəkmiş şəxs ölümü 10 oktyabr 2021 -ci il tarixdə saat 22:20-də Baku X2 baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmişkəsilmiş yara ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş- kəsilmiş və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş başın sağ təpə-gicgah nahiyəsində yumşaq toxumalar altına qansızma və sağ körpücüküstü nahiyənin 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 3 (üç) ədəd sıyrıqları xəsarətləri müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissələrinin (əl, əl barmaqları, dırnaqlar, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş qarın nahiyəsinin deşilmiş-kəsilmiş yarası yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş sağ əlin ovuc səthinin kəsilmiş yarasının özünü müdafiə zamanı yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan metafetamin, pirazalon, 1,4-benzodiazepin törəmələri ve salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 186-211) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 907/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A beta (İİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və şalvar üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş E.F. Salmanova məxsus şalvar və bıçaq üzərində qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində vizual baxış zamanı gözlə görünən qana şübhəli hər hansı bir ləkə yoxdur. (Cild 1, iş vərəqləri 237-243) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-kriminalistik ekspertizasının 11.01 2022-cl il tarixli 784/2021 -MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jiletin ön hissəsinin sol-orta nahiyəsində bir dədə deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş bıçağın üzərində heç bir düzəliş edilməmişdir. (Cild 1, iş vərəqləri 244-249) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 20 dekabr 2021-ci il tarixli, 3034 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Tənqidə və təhqirə qarşı həssaslıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs qərarın tesviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. (Cild 1, iş vərəqləri 250-254) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd bıçaq, 01 ədəd jilet, 02 ədəd şalvar, 01 ədəd gödəkcə maddi sübut kimi tanınmış və Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 9-23) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 173-177) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 96-99, Cild 2, iş vərəqləri 64-67) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd jilet, 02 ədəd şalvar, 01 ədəd gödəkcə məhv edilməldir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd jilet, 02 ədəd şalvar, 01 ədəd gödəkcə məhv edilsin. 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar