Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-37/2024 22.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 13-cü mkr, ev 19, mənzil 26-da qeydiyyatda olmaqla, əvvəllər Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 5/6, mənzil 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, bir bükümdə təmiz çəkisi 2,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 12 iyun 2022-ci il tarixdə saat 19:30-da Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri zamanı Xudat şəhəri, H.Əliyev küçəsində saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarımn.sağ arxa cibindən 01 ədəd bükümdə təmiz çəkisi-2,256 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Rustavi küçəsində yerləşən "Veqas" şərab evinin yaxınlığında saxlanmış vəziyyətdə olan Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs məxsus "Mercedes Benz E class" markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini açmaq yolu ilə daxil olaraq ön cihazlar panelində olan daxıldan 1.800 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs 1.800 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılanadək taksi fəaliyyəti ilə məşğul olurdu. Xaçmaz rayonunda sərnişinləri düşürtmüşdür. Bakı şəhərinə qayıtmaq üçün müştəri axtarırdı. Xudat şəhərində meyvə almaq üçün mağazanın qarşısında avtomobili saxlamışdır. Mağazadan çıxarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onun üzərinə və avtomobilinə baxış keçirmişlər. Avtomobilin arxa oturacağı olan hissədə yerdən pulqabı var idi. Həmin pulqabının içərisindən narkotik vasitə aşkar olunmuşdur. Həmin pulqabı və narkotik vasitə ona məxsus deyildi. Onlar tanımadığı sərnişinə məxsus idi. Oğurluq hadisəsi ilə bağlı bildirmişdir ki, Sumqayıt şəhərində yerləşən “Vegas” şərab evinin qarşısında dayanmış “Mercedes Benz E Class” markalı avtomobilin “bardaçok”undan təxminən 1800 manat məbləğində pul götürmüşdür. Özünü həmin hissədə təqsirli bilir. Pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. İdarə etdiyi avtomobildən aşkar olunmuş pulqabının içərisində hər hansı bir şəxsiyyəti vəsiqəsi yox idi. Pulqabının içərisində 20 manat məbləğində pul və 1 bükümdə narkotik vasitə var idi. Zərərçəkmiş şəxs avtomobilindən 1800 manat məbləğində pul götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən, yəni özünü törətdiyi oğurluq cinayətində və Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilərək ilkin və əlavə ifadələrində göstərmişdir ki, əvvəllər Bakı-Xaçmaz-Xudat istiqamətində taksi fəaliyəti ilə məşğul olmuşdur. 2022-ci ilin yay aylarından etibarən fasilələrlə narkotik maddələr qəbul edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xaçmaz şəhərində olan zaman orada Bakı şəhərinə gedən taksilərin dayanan ərazidə taksi sürücüsü tanışı Anar Pənahovdan idarə etdiyi "Xəzər" markalı **-PZ-*** qeydiyyat nömrə nişanlı avtomobillə Xudat şəhərindən Bakıya gələn müştəriləri gətirmək üçün avtomobilini ona müvvəqəti idarə etmək üçün verməsini xahiş etmiş, Anar avtomobilin açarını ona vermişdir. Yolda düşünmüşdür ki, Bakıdan Xaçmaza müştəri tapar və Bakı şəhəri Şamaxinka deyilən yerə gəlib tanımadığı 3. nəfər-2 kişi və 1 qadın müştəri götürüb Xaçmaz rayonu istiqamətinə yola düşmüşdür. Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində müştərilərdən qadın və kişi düşmüşlər, digər kişi müştəri isə Xaçmaz-Xudat yolunun sağ tərəfində yerləşən "Çoban bulaq" restoranın qarşısında düşmüşdür. O, da müştəri üçün SDK Gömrük keçid məntəqəsinə yolumu davam etmişdir. Saaat 19:30 radələrində Xudat şəhəri ərazisində, H.Əliyev küçəsində yerləşən dükandan meyvə almaq üçün avtomobili yolun kənarında saxlayıb düşən zaman avtomobilin içərisində arxa oturacağın üzərində qara rəngli pu! kisəsinin olduğunu görmüş və götürüb içərisinə baxanda bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq olmaqla ümumi 26 manat pul, bir ədəd falqa kağız və bir ədəd selofan bükümdə heroin olduğunu görmüş, bir ədəd falqa kağızı və bir ədəd selofan bükümdə olan heroini pul kisəsinin içərisində saxlayaraq əynində olan göy rəngli cins şalvarının sağ arxa cibinə qoyub saxlamış, pulu isə avtomobildə qoyub avtomobildən düşmüş və meyvə satılan yerə tərəf getmişdir. Belə ki, həmin vaxtı ona yaxınlaşan şəxslər özlərini təqdim edərək Xudat polis bölməsinin polis işçiləri olduğunu bildirib onu saxlamışlar, ona narkotik vasitələrin qanunsuz əldə edib saxlamaqda, istifadə etmə və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün bölməyə dəvət etmişlər və birlikdə bölməyə getmişlər. Bölmədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 dəvət olunaraq ona təqdim olunmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmış və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunduqda o, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən pul kisəsini və içərisindəki falqa kağızım, sonra da şalvarının həmin sağ arxa cibindən cibinə düşən bir ədəd selofan bükümdə olan heroini çıxarıb stolun üzərinə qoymuş, sonra üzərindən aşkar edilərək götürülən 1 ədəd selofanda olan heroin zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Sonra bu barədə protokol təqdim olunmuş, onlar da imzalarla təsdiq etmişlər. xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və tutulmadan azad olunaraq yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. İlkin araşdırma zamanı üzrindən aşkar olunmuş narkotik vasitəni Sumqayıt şəhərində tapmasını doğru bildirməmiş, üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə narkotik vasitə heroini avtomobildən tapmışdır. Əldə etdiyi heroindən heç kimə verməmiş, ümumiyyətlə heç kimə narkotik vasitə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Xaçmaz RPŞ-nin İstintaq şöbəsində ifadə verərkən düşünmüşdür ki, 2 ildir ki, müalicə olunduğunu və narkotik vasitələrdən istifadə etmədiyini bildirsə onu tutmazlar, ona görə belə bildirmişdir. Əslində o, 2022-ci ilin yay aylarından etibarən narkotik maddələr qəbul edir. Bundan başqa, heç yerdə işləyib pul qazana bilmədiyi səbəbindən özünə narkotik ala bilmirmiş, ona görə də oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində "Veqas" şərab evinin yanından keçən zaman yaxınlıqda saxlanmış vəziyyətdə olan boz metalik rəngli "Mercedes Benz E class" markalı 90-ZJ- 956 qeydiyyat nişanlı avtomobili görüb maqnitafonunu oğurlamağı fikirləşib həmin avtomobilə yaxınlaşmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin qapılarını yoxlamış və kilidlənmədiyini görmüş, qabaq sağ qapını açıb salona daxil olmuş və maqnitafonu götürmək istəyən zaman salonda cihaz panelində kiçik saxlanc yerini axtaranda orada qatlanmış vəziyyətdə nağd pulun olduğunu görüb tez götürmüş və avtomobili tərk etmişdir. Həmin yerdən aralandıqdan sonra oğurladığı pulu saymış, 100, 50,20, 10 manatlıq əskinazlar olmaqla ümumilikdə 1800 manat olmuş, həmçinin pulların arasında "Albalı" plastik kartı da olmuşdur. Həmin "Albalı" kartla Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən "Elmar" marketdə özünə 3,80 manat dəyərində siqaret almış və sonra da kartı qırıb tullamışdır. Oğurladığı pulu isə bir neçə gün ərzində özünə xərcləmiş, yemək yemiş, özünə pal-paltar və ayyaqabı almış, həmçinin Binəqədi rayonu ərazisində otellərin birində 5 gün qalmış və pulun hamısını xərcləmişdir. Həmin avtomobildən pulu tək oğurlamış, həmin vaxtı yanında və ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Həmin avtomobildən ümumilikdə 1800 manat pul və "Albalı" kartdan başqa heç bir əyşa və ya pul götürməmişdir. "Albalı" kartı da pulları oğurlayandan sonra sayan zaman pulların arasında olduğunu görmüşdür. Həmin avtomobildən 1800 pul oğurladıqdan sonra həmin pulun arasında olan "Albalı" kartda hansı məbləğdə pul olmasını bilməmiş, həmin kartdan cəmi 3.80 manat məbləğində siqaret alıb ödəniş etmiş və kartda hansı məbləğdə pul qalması ona maraqlı olmadığından həmin kartı qırıb tullamışdır. Bu oğurluqdan başqa heç bir cinayət törətməmişdir. (Cild 1, iş vərəqləri 37- 38,60-61,122-123, 132-133,204-206) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Mercedes Benz E Class” markalı avtomobilini Sumqayıt şəhərində yerləşən “Vegas” şərab evinin qarşısında saxlayıb yaşadığı evə getmişdir. Ümumiyyətlə, həmin gün spirtli içki qəbul etdiyi üçün avtomobilini orada saxlayıb yaşadığı evə piyada getmişdir. Onun avtomobilindən pul oğurlandığından məlumatı yox idi. Mobil telefonuna ona məxsus bank kartından mağazada istifadə edilməsinə dair mesaj gəldikdən sonra pul oğurlandığını bilmişdir. Bundan sonra polis orqanına şikayət etmişdir. Pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilsəydi, şikayət etməzdi. Çünki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan şəxs kimi tanıyırdı. Təqsirləndirilən şəxs onun 1840 manat məbləğində pulunu oğurlamışdı. Bank kartından da çox az miqdarda pul istifadə edilmişdi. Avtomobilinin sol tərəfində yerləşən şüşəsini dartaraq açmaq olurdu. Bu nasazlığı sadəcə tanıdığı şəxslər bilirdi. Təqsirləndirilən şəxs da avtomobilin şüşəsini qırmadan onun şüşəsini açmışdır. Təqsirləndirilən şəxs sadəcə avtomobilin “bardaçok” kilidini qırmışdır. Təqsirləndirilən şəxs təxminən 5 il idi ki, görüşmürdülər. Bu səbəbdən avtomobilinin sol şüşəsinin dartaraq açılmasını bilə bilməzdi. Təqsirləndirilən şəxs avtomobilindən oğurladığı pulu geri qaytamasa da, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin Xudat polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Xudat şəhəri, Heydər Əliyev küçəsində gördük, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumatı bildirib, onu X8 dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə X8 gəlmişdir. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cibindən pulqabını çıxararaq təqdim etmişdir. Həmin pulqabının içərisində 1 bükümdə heroin növündə narkotik vasitə aşkar olunmuşdu. Təqsirləndirilən şəxs saxladıqları zaman pulqabı onun üzərində idi. Təqsirləndirilən şəxs saxlanılmasında ondan başqa Şahid3 və Şahid4 də iştirak etmişdir. Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə axşam saatlarında, Xudat şəhəri, Heydər Əliyev küçəsində saxlamışlar. Onun saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Xudat şəhəri, Heydər Əliyev küçəsində görmüşlər, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumatı bildirib, onu X8 dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə X8 gəlmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cibindən pulqabını çıxararaq təqdim etmişdir. Həmin pulqabının içərisində 1 bükümdə heroin növündə narkotik vasitə aşkar olunmuşdu. Məhkəmədə şahid qismində dindirilmiş Xudat polis bölməsinin polis nəfəri, polis serjantı Rzayev X3 Orxan İkram oğlunu Xudat şəhəri, Heydər Əliyev küçəsində görmüşlər, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumat bildirilmiş, X8 dəvət edilmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə X8 gəlmişdir. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə heroin növündə narkotik vasitə aşkar olunmuşdu. Pulqabının Təqsirləndirilən şəxs üzərindən, yoxsa idarə etdiyi avtomobildən çıxmasını, həmçinin pulqabının içərisindən nə çıxdığını xatırlamır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçı vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. 2022-ci ilin iyun ayında Xaçmaz RPŞ-nin X8 ezam olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 19:40-da bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Səxavət Abosov raportla bölmənin rəhbərliyinə məruzə edərək, Sumqayıt şəhəri, 13-cü mkr, bina 19, mənzil 26-da qeydiyyatda olmaqla yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatları əsasında tərəflərindən keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 19:30 radələrində Xudat şəhəri ərazisində saxlanılaraq bölməyə gətirildiyini və sonuncunun üzərində şəxsi axtarış keçirilməsi üçün aidiyyəti üzrə götəriş verilməsini xahiş etmişdir. Həmin raportun icrası ona həvalə edildiyindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Xaçmaz rayon Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə dövlət büdcəsi hesabına Xaçmaz rayon Vəkillər bürosunun vəkillərindən birinin hüquqlarının müdafiəsi üçün istəmiş və bundan sonra növbədə olan Xaçmaz rayon Vəkillər bürosunun vəkili X4 dəvət olunmuşdur. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli pul qabını və içərisindən gümüşü rəngli falqa kağızını, sonra isə cins şalvarının arxa sağ cibindən 01 ədəd şəffav selofan bükümü çıxarıb təqdim etmişdir. Həmin selofan bükümün içərisinə baxdıqda qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin selofan bükümdə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabı açılıb baxıldıqda onun içərisində narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya aşkar olunmamış və buna görə də həmin pul qabı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd selofan bükümdə olan kütlə ekspertizaya göndərilməsindən ötrü 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşvə doğruluğu imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlənin tərkibinin və dəqiq çəkisinin daha yüksək dəqiqlikli ekspert tədqiqatları ilə müəyyən olunması məqsədilə məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi üçün həmin kütlə tərəfindən götürülən zaman elektron tərəzidə çəkilməsini lüzum bilməmişdir. Şəxsi axtarış keçirən zaman saat 19:30 sözünü mexaniki olaraq səhvən 16:30 radələri bildirmiş, həqiqət də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində polis işçiləri tərəfindən saxlanılmış və tutulmanın vaxtı 19:30 hesablanmışdır. Şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər maddə çıxarıb təqdim etdikdən sonra Özünü səmimi aparması və təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə heroin olmasını etiraf etməsi, həmçinin vizual baxışda onun üzərində hər hansı bir əşya saxlamadığı qənaətinə gəldiyi üçün sonuncunun üzərində şəxsin axtarışı davam etdirməyərək bununla kifayətlənmişdir. (Cild 1, iş vərəqləri 234-236) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın arxa sağ cibindən 1 ədəd pul qabının içərisində 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 101-102) Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəq 103) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, "Veqas" şərab evinin qarşısında yerləşir və baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus "Mercedes Benz E220" markalı, gümüşü metalik rəngli, **-ZJ-*** qeydiyyat nişanlı avtomobilin salonundan 1.800 manat pul və "Albalı" plastik kart oğurlanmışdır. (Cild 1, iş vərəqləri 7-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2022-ci il tarixli 6/3328 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində ""Azərbaycan Respublikası DİN Arayışlar üçün №59 dairəvi möhür əksi olan," xx.xx.2022-ci il tarixdə Xudat PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin..." sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 110-113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X9" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5398 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 240-241) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,206 qram çəkidə narkotik vasitə heroin Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 243-253) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqləri 65-66) Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyun 2022-ci il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Daha sonra 01 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 iyul 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 05 sentyabr 2022-ci il tarixdə onun barəsində axtarış elan edilmiş, 12 sentyabr 2022-ci il tarixdə tutulmuş, 14 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 52-53, 62-64, 97, 134- 135, 219-221) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 04 (dörd) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqyaıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,206 qram narkotik vasitə heroin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 55 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 177.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək və 01 iyul 2022-ci il tarixdən 03 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 2,206 qram heroin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-37/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-37/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver