Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-37/2025 07.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşamış, Quba rayon Məhkəməsinin 1(027)- 67/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 08 ay 05 günü çəkilməmiş qalmış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Murtuza” adlı İran İslam Respublikası vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdən sonra əldə olunmuş ümumi razılığa və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Murtuza” adlı İran İslam Respublikası vətəndaşının qanunsuz olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri müəyyən məbləğdə pul müqabilində müəyyən olunmuş yerdən götürüb başqa şəxslərə verməyi öz öhdəsinə götürmüş, 20 oktyabr 2023cü il tarixdə günorta saatlarında bir qrup şəxs halında “Murtuza” adlı İran İslam Respublikasının vətəndaşının Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində boşluq sahəyə qoyduğu 2227.07 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 490 qram çəkidə külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 1095,0 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1870,0 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək Təqsirləndirilən şəxs2 idarə etdiyi «KİA OPTİMA» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun kirayə yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 nömrəli fərdi evə daşımış, 01 ədəd bükümdə çəkisi 34,992 qram olan külli miqdarda psixotrop maddə metamfetamini ayırıb Təqsirləndirilən şəxs1 öz üzərində, 01 ədəd bükümdə çəkisi 42,078 qram olan külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 öz üzərində, 01 ədəd bükümdə çəkisi 2150 qram olan külli miqdarda psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə çəkisi 490 qram olan külli miqdarda narkotik vasitə tiryəki, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 545,0 qram və 550,0 qram olan, ümumi çəkisi 1095,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd bağlamada 1870,0 qram çəkidə külli miqdarda narkotik vasitə həşiş qətranını Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 nömrəli fərdi evdə saxlamış, 24 oktyabr 2023-cü il tarixdə, saat 01:25-də Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 ünvanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə saxlanılaraq ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 03:40-dan 03:56-a kimi üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə çəkisi 34,992 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə çəkisi 42,078 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat tədbirlərinin davamı kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 nömrəli fərdi evə saat 05:40-dan 05:52-ə kimi keçirilən baxış zamanı evin girişindən sağ tərəfində yerləşən mətbəxdəki taxta konstruksiyalı dolabda 01 ədəd parça torbanın içərisində 01 ədəd bükümdə çəkisi 2150 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə çəkisi 490 qram olan narkotik vasitə tiryək, 02 ədəd üzərləri skoçla bağlanmış bağlamalarda ayrı-ayrılıqda çəkiləri 545,0 qram və 550,0 qram, ümumi çəkisi 1095,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd üzəri skoçla bağlanmış bağlamada 02 ədəd qızılı folqa paketdə 02 ədəd olmaqla üzərində qızılı rəngli möhür vurulmuş (2023) yazıları olan sellofan bükülülərdə ayrı-ayrılıqda çəkiləri 1000,0 qram və 870,0 qram, ümumi çəkisi 1870,0 qram olan narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, əvvəllər də narkotik vasitələrdən istifadə edib və buna görə dəfələrlə məhkum olunub. “WhatsApp” proqramı vasitəsilə “Murtuza” adlı şəxslə tanış olub. Həmin şəxsin üzünü görməyib, telefonla əlaqə saxlayıblar, onun iranlı olduğunu bilib. Həmin iranlı ilə razılığa gəlib ki, iranlıdan narkotik vasitələri götürüb dediyi yerdə basdıracaq, əvəzində iranlı ona 1000 manat pul verəcək. Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gedib oradakı narkotik vasitəni götürmək üçün ona maşın lazım olub. Buna görə də o, Eminə zəng eləyib və onun maşını ilə həmin yerə gedib narkotik vasitələri götürüb Eminin evinə gətirib. Bir neçə gün sonra piyada gəzərkən polis əməkdaşları onlara yaxınlaşıblar və onları BNMİ-nə aparıblar. Eminlə eyni məhəllədə yaşayıblar, Eminə Qızıldaşdan tikinti işləri üçün lazım olan ləvazimatları götürəcəyini deyib. Onları 2023-cü ilin oktyabrın 24-ündə Novxanıda, gecə saat 01 radələrində saxlayıblar. O, polis əməkdaşlarına qarşı müqavimət göstərməyib. Ona qarşı heç bir təsir və təzyiq olmayıb. İdarədə üzərindən aşkar olunan narkotik vasitələr ona məxsus olub. Onları 4 nəfər polis əməkdaşı saxlayıb. Həmin polis əməkdaşları Eminin maşınına da baxış keçiriblər, amma heç nə tapmayıblar. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs1 həmin ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Təsadüfən “WhatsApp” proqramı vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Murtuza” adlı şəxslə tanış olmuşdur. Onunla aralarında olan razılaşmaya əsasən “Murtuza” adlı şəxsin göstərişi ilə Bakı şəhərində müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürüb, daha sonra Murtuzanın tapşırığı ilə müəyyən hissələrə bölərək, müxtəlif ünvalara gizlətməli idi. Bunun qarşılığında Murtuza ona hörmət edəcəyini bildirmiş, lakin dəqiq hansı miqdarda pul verəcəyini bildirməmişdir. Özü uzun müddət həbsdə olduğuna görə maddi vəziyəti çox pis olub, buna görə də Murtuzanın təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Murtuza onunla əlaqə saxlamış və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 01 ədəd parça torba gizlədildiyini və torbanın içərisində narkotik və psixotrop maddələrin olduğunu və onları götürməyini bildirmişdir. Murtuzanın tapşırığı ilə torbanı götürmək üçün ona avtomobil lazım olduğuna görə tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış və ona kömək etməsini xahiş etmişdir. Lakin o, ona həmin parça torbanın içərisində narkotik və yaxud psixotrop maddə olduğunu deməmişdir. “Whatsapp” proqramı vasitəsi Murtuza ona konum atmışdır. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Eminin idarə etdiyi avtomobi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində boşluq sahəyə getmişlər, orada avtomobildən düşərək torbanı götürüb, Eminin avtomobilinə qoymuşdur. Bundan sonra həmin torbanı Təqsirləndirilən şəxs2 kirayə götürdüyü Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən evində aparıb gizlətmişdir. Eminin evində torbanı gizlədən zaman o, torbanın içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu bilmişdir. Eminə narahat olmamasını, müvəqqəti onun evində saxladığını, bir neçə günə onun evindən götürəcəyini bildirmişdir. Əlavə olaraq həmin torbanın içərisində olan bağlamaların içərisindən özünün istifadəsi üçün psixotrop maddə metamfetamin götürmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 01:25-də Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 ünvanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onları qanunsuz olaraq üzərlərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindikləri üçün ünvan 5 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Polis idarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına xidməti otaqlardan öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində boz rəngli cins şalvarının sağ yan cibindən bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları bükümün içərisində olan maddələrin nə olduğu soruşmuşlar. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Sorğu-sual zamanı polis əməkdaşlarına tanışı Eminin evində narkotik vasitələr və psixotrop maddələrin olduğu torbanı gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə Eminin kirayə götürdüyü Abşeron rayonu, Novxanı bağlar massivi 5 ünvanında yerləşən evinə getmişlər. Həmin evin mətbəxində gizlətdikləri parça torbanı təqdim etmişlər. Həmin torbanın içərisində 6 ədəd bağlama aşkarlanmışdır. Həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə marixuana, həşiş, tiryək, psixotrop maddə metamfetamin olduğu aşkar olunmuşdur. Evdən aşkar olunmuş əşyalar zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, Kamalı çoxdandır ki, tanıyır. 2023-cü ilin oktyabrın 20-si axşam saatlarında Kamal ona zəng eləyib və Qaradağ rayonundan qohumlarının evindən şəxsi əşyalarını götürməli olduğunu, onu maşını ilə aparmasını deyib. O da razılaşıb və Kamalı dediyi ünvana aparıb. Sonra Kamal maşından düşüb və 10 dəqiqə sonra əlində torba ilə geri qayıdıb. O, torbanın içində nə olduğunu bilməyib, amma Kamal ona əvvəlcədən paltar götürəcəyini deyib. Ordan da onun Novxanıda kirayə qaldığı evinə gediblər. Kamaldan həmin evdə qalıb göyərçinlərə baxmasını xahiş edib. 2-3 gün sonra həmin evə qayıdıb və Kamal ona həmin gün götürdüyü torbanın içində narkotik vasitə olduğunu deyib. Həmin ayın 23-ü polis əməkdaşları onları saxlayıb BNMİ-nə aparıblar. O, rayondan qayıdandan sonra Kamalın götürdüyü torbada narkotik vasitə olduğunu bilib. Kamalın əlində torbadan başqa direl də olub. Novxanıdakı evi göyərçin saxlamaq üçün kirayə götürüb. Evin sahibi Ramiz adlı şəxsdir. Onlar saxlanılan gün həmin şəxs həyətdə olub. Onları 3 nəfər polis əməkdaşı saxlayıb. Onların saxlanılmasında Şahid2, Şahid3 iştirak edib, lakin Şahid1 iştirak etməyib. Digər 3-cü şəxsin adının Rəsul olduğunu xatırlayır. Onun yoldaşının da maşınına baxış keçiriblər, amma heç nə aşkar etməyiblər. Sonradan polis əməkdaşı Şahid3 yoldaşını çağırıb maşını ona qaytarıb. Həmin maşının açarı onun üzərində olub, BNMİ-də üzərinə baxış keçirilən zaman həmin açar götürülüb. O, polis əməkdaşlarına narkotik vasitələrə aidiyyəti olmadığını bildirsə də, polis əməkdaşları onun sözlərinə inanmayıblar. O, ilkin olaraq etiraz edib və onlar bir qədər sözlü mübahisə ediblər. Daha sonra polis əməkdaşları evdən götürdükləri içərisində narkotik vasitələr olan torbanı yoldaşı Samirəyə məxsus avtomobilə qoyacaqlarını, daha sonra Samirəni polis idarəsinə gətirib narkotik vasitələrin satışı ilə ittiham edəcəklərini bildirdiklərindən, onların təhdidindən qorxub təklifləri ilə razılaşıb. İbtidai istintaq zamanı da belə ifadə verib, həmin ifadəsini təsdiq edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 24 oktyabr 2023-cü ildə Şahid3 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılıb, həmin qrupa o da daxil olub. Abşeron rayonu, Novxanı qəsəbəsi, 5-ci küçə adlanan yerdə Kamal və Emini saxlayıb BNMİ-nə gətiriblər. İdarədə müdafiəçinin və təhqiqatçının iştirakı ilə hər ikis şəxsin üzərinə baxış keçirilib. Baxış zamanı hər ikisinin üzərindən metanfetamin aşkar olunub. Daha sonra onlar yaşadıqları ünvanda da narkotik vasitə olduğunu bildiriblər. Kamal və Eminlə birlikdə Eminin istifadəsində olan Novxanı qəsəbəsindəki evə gediblər. Həmin evdə sellofan paketi təqdim ediblər və paketin içində marixuana, tiryək və metanfetamin aşkar edilib. Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, şəxslərin ikisini də bir yerdə Novxanı qəsəbəsində saxlayıblar. Onlar piyada hərəkətdə olublar. Saxlanılan zaman təqsirləndirilən şəxslərə heç bir təzyiq göstərilməyib. Əməliyyat qrupunda Anar, Vasif və o iştirak edib. Çox vaxt əməliyyat tədbiri zamanı üzərində mobil telefon olmur. Amma rabitə vasitəsi olub. Əməliyyat qrupunda kənar şəxs iştirak etməyib. əməliyyat tədbirinə Şahid3 məxsus şəxsi maşınla gediblər. Narkotik vasitəni şəxslərin üzərindən və evdən aşkar ediblər. Təqsirləndirilən şəxsləri saxlayan zaman onların yanında maşın olmayıb. Təqsirləndirilən şəxslərə qarşı heç bir qanunsuz təsir və ya təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Kamal və Eminin üzərlərində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub. Daha sonra Şahid1, Şahid2 və onun daxil olduğu əməliyyat qrupu yaradılıb. 24 oktyabr 2023-cü ildə, gecə saat 2-3 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində Kamal və Emini saxlayıblar və BNMİ-nə gətiriblər. İdarədə müdafiəçinin və təhqiqatçının iştirakı ilə hər ikisinin üzərinə baxış keçiriblər. Baxış zamanı Eminin üzərindən ev açarı, “Samsung” və “Redmi” markalı telefonlar, pul qabı və 01 büküm metamfetamin, Kamalın üzərindən isə 01 büküm metamfetamin aşkar olunub. Kamal və Eminlə birlikdə Eminin istifadəsində olan Novxanı qəsəbəsindəki evə gediblər, həmin evdə paketin içində marixuana, tiryək, həşiş və metamfetamin aşkar edilib. Təqsirləndirilən şəxslər narkotik vasitəni Qaradağ rayonu ərazisində Murtuza adlı iranlıdan götürdüklərini deyiblər. Şahid3 ona verilən suallara cavab olaraq bildirdi ki, saxlanılan zaman təqsrləndirilən şəxslərə heç bir təsir və ya təzyiq göstərilməyib. Əməliyyat qrupunda onunla birlikdə 3 nəfər olub və kənar şəxs iştirak etməyib. Təqsirləndirilən şəxslərin üzərinə BNMİ-də baxış keçiriblər. Təqsirləndirilən şəxsləri saxlayan zaman əllərini bağlamayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2023-cü ilin oktyabrında Emin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. 24 oktyabr 2023-cü ildə, gecə saat 2-3 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində əməliyyat qrupunun üzvləri ilə birlikdə Kamal və Emini saxlayıb BNMİ-nə aparıblar. İdarədə təqsirləndirilən şəxslərin hər ikisinin üzərinə baxış keçirilən zaman onların üzərindən metanfetamin aşkar olunub. Daha sonra onlar yaşadıqları evdə də narkotik vasitə olduğunu bildiriblər. Kamal və Eminlə birlikdə Eminin istifadəsində olan Novxanı qəsəbəsindəki evə baxış keçirilən zaman paketin içində marixuana, tiryək, xəşiş və metanfetamin aşkar edilib. Təqsirləndirilən şəxslər narkotik vasitəni Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində “Murtuza” adlı iranlıdan götürdüklərini, həmin narkotik vasitələri satacaqlarını və iranlının da bunun qarşılığında onlara pul verəcəyini bildiriblər. Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslərin ikisini də bir yerdə piyada hərəkətdə olarkən saxlayıblar. Sonradan öyrəniblər ki, baxış keçirilən evi təqsirləndirilən şəxslər ikisi bir yerdə kirayə tutublar və orada bir yerdə yaşayıblar. Əməliyyat məlumatı Şahid3 daxil olub, əməliyyat qrupuna o və Şahid1 də daxil olub. Təqsirləndirilən şəxsləri saxlamağa kimin maşını ilə getdiklərini xatırlamırlar. Təqsirləndirilən şəxsləri saxladıqları yerlə onların yaşadıqları ev arasında məsafənin yaxın olduğunu xatırlayır. Təqsirləndirilən şəxsləri saxlayanda da, evə baxış keçirəndə də əməliyyat qrupunun eyni üzvləri iştirak ediblər. Evin qapısını təqsirləndirilən şəxslərdən biri açıb və təqsirləndirilən şəxslərin razılığı ilə onlar evə daxil olublar. Təqsirləndirilən şəxslərin üzərlərinə baxış keçirilən zaman videoçəkilişdə dayandırılma olmayıb, videoçəkiliş fasiləsiz aparılıb. Əməliyyat tədbirlərində “Rəsul” adlı polis əməkdaşı və ya digər kənar şəxs iştirak etməyib. Təqsirləndirilən şəxslərin kirayə qaldıqları evin sahibini görməyiblər. Həmin evin həyətində maşın odluğunu xatırlamır. Onlar yalnız xüsusi hallarda əməliyyat tədbirinə silahla gedirlər, hazırkı cinayət işi üzrə əməliyyat tədbirinə gedəndə silahdan istifadə etməyiblər. Təqsirləndirilən şəxslər özləri narkotik vasitələri təqdim edib, onlara məxsus olduğunu bildiriblər. Onlara qarşı heç bir psixi və ya fiziki təsir və ya təzyiq göstərilməyib. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2la faktiki ər-arvad münasibətində olublar və Yasamal rayonunda bir evdə yaşayıblar. 2023-cü il oktyabrın 20sindən 23-ünə qədər onlar Eminlə birlikdə rayonda olublar. Oktyabrın 23-ü o, işdən evə gəldikdən sonra Eminlə telefonda danışıb və Emin 15 dəqiqəyə evə gələcəyini bildirib. Lakin sonradan Eminə zəng çatmayıb, o, narahat olduğu üçün maşını da ustada olduğundan taksi sifariş edib, Novxanıdakı bağa gedib. Həmin bağı yay aylarında həm dincəlmək, həm də Eminin həvəskar kimi saxladığı quşlar üçün tutublar. Onu həmin bağa heç kim çağırmayıb, o özü Eminin orda olduğunu güman etdiyi üçün həmin bağa gedib. Lakin orda ancaq polis əməkdaşları olublar, Emini heç görməyib, bir müddət gözlədikdən sonra o, evinə geri qayıdıb. Bir az sonra Emin ona zəng edib və maşının Badamdarda, BNMİ-də olduğunu və gedib götürməsini deyib. O, həmin ərazini tanımadığı üçün ona “WhatsApp” vasitəsilə məkan göndəriblər. Həmin məkana çatdıqda oranın elə Emingilin tutulduğu bağ olduğunu görüb, dərhal maşınını götürüb geri qayıdıb. Daha sonra Emin ona yenə də zəng edib və ondan 10.000 manat pul istəyib, həmin pulla polislərin onu buraxacaqlarını deyib. Lakin saat çox gec olduğundan və məbləğ çox olduğundan o, pul tapa bilməyib. Səhəri gün polis əməkdaşı olduğunu bildirərək özünü Rəsul kimi təqdim edən şəxs ona zəng edib, Eminin dediyi məsələni tezləşdirməli olduğunu, günortaya qədər həmin pulu gətirməsə, işin alınmayacağını deyib. O da pul tapa bilməyib. Sonradan o, həmin idarəyə polis əməkdaşı Şahid3 yanına gedib, Anar artıq çox gec olduğunu deyib. Şahid3 həm də ona bildirib ki, Eminin videoçəklişləri var, əgər məktəbli uşaqları varsa, həmin videoların yayılmasının onlara yaxşı təsir etməyəcəyindən həmin videoların yayılmaması üçün 5.000 manat verməli olduğunu deyib. Şahid3 ona nömrə verib və əgər dediyi ilə razılaşsa, həmin nömrəyə zəng etməsini deyib. Şahid X3 ona verilən suallara cavab olaraq bildirib ki, bağ evinə getdiyi saatlar taksi sifariş etdiyi mobil tətbiqdə var, onların çıxarışlarını müdafiəçiyə təqdim edib. Ona ilk dəfə ***-***-**-** saylı mobil nömrədən zəng gəlib. Sonradan zəng edən şəxsin adı “Getcontact” mobil tətbiqində Rəsul kimi göründüyü üçün onun adının Rəsul olduğu mülahizəsindədir. Həmin şəxs ona ***-***-**-** saylı mobil nömrədən zəng edib. Video yayılmasın deyə ondan pul tələb edən Şahid3 ona verdiyi nömrə isə ***-***-**-** saylı nömrədir, o, həmin nömrə ilə heç vaxt əlaqə saxlamayıb. Onda bağa dair heç bir sənəd yoxdur. Maşının açarını ona polis verib. Ondan pul tələb edən heç bir şəxsə pul verməyib. O, qorxduğu üçün ondan pul tələb edilməsi ilə bağlı heç bir dövlət orqanına müraciət etməyib. Məhkəmə, iş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən xx.xx.1984-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qeyd edilən əməliyyat məlumatının yoxlanması məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətarfında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 01:25-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 ünvanında piyada hərəkətdə olarkən saxlanılaraq BNMİ-nə gətirilmişdirlər.Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan həmin şalvarın sol yan cibindən sonuncuya məxsus sürücülük vəsiqəsi və içində siqaret dənələn olan siqaret qutusu aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 40 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd ev açarı, əynində olan şalvarın sol yan cibindən “Samsung” və “Redmi” markalı mobil telefonlar, içində siqaret dənəsi olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən 1 (bir) ədəd pul qabı, həmin pul qabının içindən ona məxsus şəxsiyyət vəsiqəsi **********740539, **********061854, **********906053, **********053318 nömrəli bank kartları, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, 349 manat pul aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 47 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçilər, tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri “Murtuza” adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, həmin narkotik maddəni onunla birlikdə götürdüyünü, əldə edəcəyi pulun bir qismini ona köməklik etdiyi üçün ona verəcəyini, heroindən istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, 051 *** ** ** mobil nömrəsini işlətdiyini, təxminən 3 gün əvvəl mobil telefonunu itirdiyini, bu səbəbdən telefon işlədə bilmədiyini, Abşeron rayonunda onun kirayə götürdüyü evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olumuş metamfetamini Kamalla birlikdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindən əldə etdiyini, həmin narkotiki iranlının dediyi yerə çatdırmalı olduqlarını və əvəzində İranlının Kamala pul verəcəyini, həmin pulun bir qismini Kamala köməklik etdiyi üçün sonuncunun ona verəcəyini, qurudulmuş marixuanadan istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, ***-***-**-**, ***-***-**-** mobil nömrələrini işlətdiyini, Abşeron rayonunda kirayə götürdüyü evdə narkotik maddə saxlanıldığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivi 5 ünvanında yerləşən fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iştirakı ilə həmin evin girişindən sağ tərəfində yerləşən mətbəxdəki taxta konustruksiyalı dolabda gizlətdiyi 1 (bir) ədəd parça torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 (bir) bükümdə, tünd qəhvəyi rəngli, tiryəyə bənzər kütlə, 1 (bir) bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 (bir) bükümdə, qəhvəyi rəngli, həşiş qətranına bənzər kütlə, 2 (iki) bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra tiryəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 493 qram olmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 2 kq 195 qram olmuşdur. Sonra həşiş qətranına bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 2 kq 47 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 138 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs1 aşkar olumuş narkotik maddələri “Murtuza” adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, həmin narkotik maddəni onunla eyni vaxtda saxlanılan tanışı Təqsirləndirilən şəxs2la birlikdə götürdüyünü, əldə edəcəyi pulun bir qismini ona köməklik etməsi səbəbindən Eminə verəcəyini, həmin narkotikləri Eminlə birlikdə evə gətirib gizlətdiklərini bildirmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olunan narkotik maddələri Kamalla birlikdə əldə edin kirayə götürdüyü evdə saxladıqlarını bildirmişdir. Məhkəmə iclasında yuxarıda qeyd olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülər ilə istintaq hərəkətlərinin həqiqiliyi və şahid polis əməkdaşlarının ifadələrində göstərdikləri xüsusatlar və yuxarıda protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5695 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan kütlələr...”və s. yazılar, imzalar olan paketdəki üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan 01 ədəd bükümdə təmiz çəkisi 34,992qram və üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan 01 ədəd bükümdə təmiz çəkisi 42,078qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri evdən aşkar olunan kütlələr...” və s. yazılar, imzalar olan parça torbadakı 01 ədəd p/etilen bağlamada 490qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; 01 ədəd bağlamadakı 2150qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və Təqsirləndirilən şəxs2 təqdim etdiyi evdən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1482 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 , Təqsirləndirilən şəxs2 təqdim etdikləri, evdən aşkar olunan kütlələr» yazılar və imzalar olan parça torbada 2 ədəd üzərləri skoçla bağlanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-545,0qram; 550,0qram, ümumi çəkisi-1095,0qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Təqdim olunmuş 2 ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Həmin torbada 1 ədəd üzəri skoçla bağlanmış bağlamada 2 ədəd qızılı rəngli folqa paketlərdə hər bir paketdə 2 ədəd olmaqla üzərlərində qızılı rəngli möhür vürülmüş (2023) yazıları olan sellofan bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri-1000,0qram; 870,0qram, ümumi çəkisi-1870,0qram olan maddələr (bitki mənşəli kütlələr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranlarıdır. Təqdim olunmuş həşiş qətranları tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıbdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıbdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki, şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini olduğu kimi Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdirlər. Cinayət işinin materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadıqları evdən götürülmüş 2227,07 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2226,77 qram çəkidə olan psixotrop maddə metamfetamin, götürülmüş 490 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 489,85 qram çəkidə olan narkotik vasitə tiryək, götürülmüş 1095,0 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1094,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, götürülmüş 1870,0 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1869 qram çəkidə narkotik vasitə həşiş qətranı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürülmə aparılması, evə baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişlərin yazıldığı 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərək ittihamda qeyd edilən kütlələrin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı narkotik vasitə və psixotrop maddələrə heç bir aidiyyəti olmaması ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi ifadələrini müdafiə taktikası və cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və kirayədə yaşadığı evindən həm narkotik vasitə, həm də psixotrop maddələrin aşkar edilməsi, onların müxtəlif növlərdə və şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmin maddələrin ayrı-ayrı bağlamalarda olması təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədilə əldə etdiyini və saxlayaraq daşıdığını ehtiva edir. Bundan əlavə təqsirləndirilən şəxsin guya həmin torbadakının paltar olduğunu düşünməsi, Təqsirləndirilən şəxs1 ancaq tanışı olmasına baxmayaraq, tanışı olan şəxsin guya paltar gətirdiyi torbalarla günlərlə onun evində qalmasına icazə verməsi inandırıcı deyildir, bütün bunlar onların hər ikisinin ittiham olunduqları cinayət əməllərini törətdiklərinə dəlalət edir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ifadəsində guya Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən xəbərinin olmaması hissəsinə tənqidi yanaşaraq qeyd edir ki, hazırkı cinayət əməlinin törədilməsinə Təqsirləndirilən şəxs2 əlbir edən Təqsirləndirilən şəxs1 olduğu üçün o, bu yolla öz vicdanını rahatlaşdırmağa, həmçinin Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirməyə cəhd edir. Həmçinin şahid X1 ifadəsində qeyd etdiyi cinayətlər haqqında müvafiq prokurora məlumat verilmişdir, eyni zamanda onun təqsirləndirilən şəxsin lehinə ifadə verməsi onların faktiki nikahda olan ərarvad olmaları səbəbindən başa düşüləndir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Təqsirləndirilən şəxs1 özünə münasibətdə verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış və evə baxış keçirilməsi və götürmə aparılmasına dair protokollara əlavə edilmiş videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmuş və həmin məhkumluqları ödənilmiş, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 7-ci bəndində əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 sonuncu cinayət əməlinə görə məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs1 əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmənin sorğusuna əsasən Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış və cinayət işi materiallarına əlavə edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-9370/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixə qədər ona təyin edilmiş cəzanın 01 il 09 ay 03 gün hissəsini çəkmiş, 08 ay 05 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtarmadığından məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi müəyyən edilməmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü bir azyaşlı uşaq və xx.xx.2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmamış uşaq vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 01 azyaşlı uşağının olmasını və CM-nin 59-cu maddəsinə əsasən 01 yetkinlik yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs2 CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla, təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2025-ci il tarixdə barələrində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin hər birinə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, digər Təqsirləndirilən şəxs2 isə ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış - 2226,77 qram psixotrop maddə metamfetamin, 489,85 qram narkotik vasitə tiryək, 1094,9 qram narkotik vasitə qurudulmuş marixuana, 1869 qram narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 02 ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, iş üzrə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Quba rayon Məhkəməsinin 1(027)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 05 (beş) günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 02 (iki) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış - 2226,77 qram psixotrop maddə metamfetamin, 489,85 qram narkotik vasitə tiryək, 1094,9 qram narkotik vasitə qurudulmuş marixuana, 1869 qram narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-37/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-37/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver