Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-370/2024 08.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Həştərxan vilayəti, Xarabali rayonu, Zavoljye şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Hacılar kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə Zərərçəkmiş şəxs başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələndiyi üçün qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsm öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində “yüngül alkoqol sərxoşluğu” halında birgə yaşadıqları, Xaçmaz rayonu Hacılar kəndində yerləşən kənd məscidindən 1 km cənub-qərbdə yerləşən Şahid4 məxsus fərdi yaşayış evinin yataq otağında azyaşlı övladları Şahid3 və Şahid2 gözləri qarşısında hər birinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə ümumi uzunluğu 280 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs həyat üçün vacib əhəmiyyətli orqanların yerləşdiyi sinə nahiyəsinə qəsdən çoxsaylı və ardıcıl bıçaq zərbələri vuraraq sonuncuya “döş qəfəsində iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara" kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə “alt çənə, sol said, sol əlin lll-İV-V və sağ əlin İ barmaqlarının, sağ baldırın kəsilmiş yaraları” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs göz nahiyəsinə təpik zərbəsi vurmaqla “sağ göz ətrafının qançırı” sağlamlığa zərər vurmayan xəsarəti yetirərək öz məqsədinə çatmaq üçün hərəkətlərini davam etdirərkən zərərçəkmiş şəxsin yaxın qohumlarının ona aktiv müqavimət göstərməsi səbəbindən, habelə Zərərçəkmiş şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinə dərhal təxliyə edilərək orada zərərçəkmiş şəxsə həkimlər tərəfindən İxtisaslı tibbi yardım göstərilməsinə görə həyatının xilas edilməsi nəticəsində bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxsm xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, yəni sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və sualları cavablandırarkən bildirdi ki, hər bir ailədə olduğu kimi həmin günü də onun ailəsində məişət mübahisəsi olmuşdur. Hadisə ailə mübahisəsi səbəbindən baş vermişdir. Arvadını öldürmək niyyəti olmamış, içkili olmuş, əsəbləşmiş və qorxutmaq niyyətilə onu vurmuşdur. Zərərçəkmiş şəxsə yüngül xəsarət yetirmiş və başqa zərər yetirməmişdir. O şəxsin harasına vurmağına baxmamışdır. Bir daha bildirmişdir ki, o qorxutmaq niyyətinlə xəsarət yetirmişdir. Zərəçəkmiş şəxsi öldürmək niyyəti olmayıbdır. Əvvəllər onun ailəsində problem olmamışdır. Əsəbləşdiyi üçün hadisəni törətmişdir.Hadisə zərəçəkmiş şəxsin ona diqqətsizliyi səbəbində baş vermişdir. Bıçağı mətbəxdən götürmüş zərəçəkmiş şəxsi evdə vurmuşdur. Uşaqlar həmin vaxt həyətdə olmuşlar. Qışqırıq olmamışdır. Zərəçəkmiş şəxsə iki dənə xəsarət yetirmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs sualları cavablandırakən səs-küylük nəsə olmadığını, mübahislərinin heç bir dəqiqə çəkmədiyini və zərərçəkmiş şəxsə təpik vurmadığını bildirdi. Zərəçəkmiş şəxsə səxarət yetirdikdən sonra bıçağı yerə atmış və 102 xidmətinə zəng vurmuşdur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini arvadını öldürmək niyyətinin olmadığını istəsə onu öldürə biləcəyini və bunun üçün ona heç kimi maneçilik törətmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, 2008-ci ildən Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Onların 01 qız, 02 oğul övladları olmuşdur. Qızının adı Arzu, oğullarının adı isə Zakir və Cəbrayıldır. Onlar 2015-ci ildən Xaçmaz rayonu, Hacılar kəndində yaşamışlar. Hadisə baş verən günədək onun Təqsirləndirilən şəxslə arasında mütəmadi olaraq mübahisə, dava-dalaş olmuşdur. 2021-ci ilin oktyabr ayından Allahverdi ilə aralarında olan münasibətlər soyumağa başlamışdır. Allahverdi ilə həmin vaxtdan mübahisələri başlamış, Allahverdi mütəmadi olaraq onu döymüşdür. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qızı Arzu ona Allahverdinin küçədə olduğunu demişdir. O, küçəyə çıxaraq Allahverdini evə dəvət etmiş, Allahverdi ona paltar verməyini deyərək yataq otaqlarına getmişdir. O da digər otaqda olan şkafdan Allahverdinin paltarlarını götürərək yataq otağına keçmişdir. Allahverdi əynində olan koftanı çıxardıqda onun belindən bıçaq düşmüş və həmin vaxt ondan alt paltarı gətirməyini də demişdir. O, otaqdan çıxdıqda qızı Arzu Allahverdinin həyətdəki şkafın üzərindən bıçaq götürdüyünü demiş, o isə Arzuya heç nə demədən Allahverdinin alt paltarını digər otaqdan götürüb yataq otağına daxil olduqda Allahverdi yatağın üzərində oturmağını, onunla söhbət edəcəyini demişdir. Həmin vaxt Allahverdi bıçağı əlinə götürmüş və ona “lotularına güddürürdün məni?” sualını vermiş, o, Allahverdinin bu sualı vermə səbəbini anlamamış və Allahverdiyə boş-boş danışmamağını demişdir. O, bunu dedikdə Allahverdi bıçaqla sinə nahiyəsindən vurmağa cəhd etmiş, lakin o, əli ilə Allahverdinin zərbələrinin qarşısını almışdır. Daha sonra o, daha güclü müqavimət göstərmək məqsədilə ayağa qalxmış, həmin vaxt da Allahverdinin biləyindən tutaraq bıçaq zərbələrinin qarşısını almışdır. Sonra necə oldusa o, yerə yıxılmış və Allahverdi onun üzərinə çıxaraq onu bıçaqlamağa davam etmiş, artıq o, yorulmağa başlamış, Allahverdi onun sinə nahiyəsindən 01 ədəd bıçaq zərbəsi vurmağa nail olmuş, daha sonra otağa qızı Arzu daxil olaraq Allahverdinin biləyindən tutub “ata, mənim xətrimə etmə” sözlərini demişdir. Həmin vaxt oğlu Zakir də orada olmuşdur. Allahverdi uşaqlara “çıxın bayıra” sözlərini demiş və uşaqlar qorxaraq otağı tərk etmişlər. Allahverdi yenidən onu sinə nahiyəsindən bıçaqlamağa davam etmiş, o isə Allahverdiyə müqavimət göstərmiş, Allahverdi müqavimətini qırmaq üçün onun baldır nahiyəsindən də bıçaq zərbəsi vurmuş, daha sonra isə sinə nahiyəsindən ikinci bıçaq zərbəsini vurmağa nail olmuşdur. Allahverdi sinə nahiyəsindən ikinci bıçaq zərbəsi vurduqda onun qanı təzyiqlə axmağa başlamışdır. O, Allahverdinin onun boğazını kəsdiyini, artıq öləcəyini düşünmüşdür. Həmin vaxt bacısı Rəqsanə otağa daxil olaraq Allahverdini üzərindən qaldıraraq otaqdan çıxartmağa başlamış, bu zaman Allahverdi bıçağı əlindən yerə salmış və “axır ki, istədiyimi etdim” sözlərini demiş, o, dərhal bıçağı götürərək qarnının altında gizlətmişdir. Daha sonra isə bıçağı yatağın yanındakı şkafın altına tullamışdır. Sonra isə Allahverdi yenidən otağa qayıdaraq “sən hələ ölməmisən?” sözlərini deyərək onun göz nahiyəsindən təpiklə vurmuşdur. Sonra otağa anası Faizə ilə bacısı Rəqsanə də daxil olmuşdur. Sonuncuların aktiv müqaviməti nəticəsində Allahverdi evi tərk etmişdir. Allahverdi evi tərk etdikdən sonra Rəqsanə təcili tibbi yardım xidmətinə zəng etmişdir. Onlar təcili tibbi yardım avtomobilinin gec gəldiyini görərək onu qonşuları Hüseynin "VAZ 21011" markalı avtomobili ilə Xaçmaz RMX-na aparmışlar. Orada olan həkimlərin ona ixtisaslı tibbi yardım göstərməsi nəticəsində o həyatda qalmışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin bıçağı mətbəxdə istifadə etmiş, həmin bıçaq bir neçə gün olar ki, itmiş, bıçağın harada olmasını bilməmişdir. Onların arasında mütəmadi olaraq mübahisələr olmuşdur. Allahverdi onu mütəmadi olaraq döyüb, təhqir etmişdir. Allahverdi ona bundan əvvəl heç vaxt bıçaqla və ya başqa bir deşici-kəsici alətlə xəsarət yetirməmişdir.O, Allahverdinin onu döyməsi ilə əlaqədar heç vaxt hüquq mühafizə orqanlarına müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Allahverdi onunla mübahisə etdikdən sonra anası Faizə və bacısı Rəqsanənin yanında “gələcəm amma pis gələcəm, gəlib səni balta ilə öldürəcəm” sözlərini deyərək evdən getmişdir. Bundan başqa, təxminən 2022-ci ilin sentyabr ayında o, Allahverdinin şalvarının cibində lezva tapmış, həmin lezvanı nə üçün cibində saxladığını soruşduqda onun şah damarını kəsmək istədiyini, sonradan fikrini dəyişdiyini demişdir. O, bu barədə də hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Hadisə baş verəndə qızı Arzu və oğlu Zakir orada olmuşlar. Allahverdinin övladlarının gözləri qarşısında ona bıçaqla xəsarət yetirməsi ona çox pis təsir etmişdir. Baş vermiş hadisə onu çox sarsıtmış və onda travma yaratmışdır. Təqsirləndirilən şəxs şikayətçi olmuş və sonuncunun cəzalandırılmasını istəmişdir. Anası Faizə və bacısı Rəqsanə orada olmasaydı Allahverdi onu öldürəcəkdi. İstifadəsində mobil telefon nömrə olmamış, o, telefon lazım olduqda anasının istifadəsində olan “Samsung Galaxy A04” markalı telefonunda olan ***-***-**-** mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs Şahid7 xx.xx.2023-cü il tarixdə saat 14 radələrində onların evinə getməsi və öz istifadəsində olan mobil telefonu ona verərək kiminləsə danışması barədə yalan danışmış, həmin gün anası Faizə onların evinə ancaq o, bıçaqlandıqdan sonra gəlmiş, o, xx.xx.2023-cü il tarixdə telefon vasitəsilə heç bir şəxslə əlaqə saxlamamışdır. Həmçinin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxşdən şikayətçi olmadığını, onu bağışladığını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından X15 arasında mütəmadi olaraq mübahisələr olmuş, münasibətləri yaxşı olmamışdır. Allahverdi cüzi səbəblərdən evdə mübahisə yaratmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Arzu onların evindən çıxaraq öz evlərinə getmişdir. Bir neçə dəqiqə sonra Arzu və Zakir öz həyətlərindən qışqıraraq onları çağırmış, həmin vaxt o, onların səsini eşidərək nə baş verməsini soruşmuş, Arzu və X9 bıçaqladığını, onların tez oraya gəlmələrini demişlər. O, dərhal bunu Rəqsanəyə demiş və Rəqsanə qaçaraq Aynurgilə getmişdir. Daha sonra o da oraya getmiş, o, oraya gedərkən küçə boyu qışqıraraq qonşuları səsləmişdir. O, evə daxil olduqda Allahverdi yataq otağına girmiş, sonuncu “sən hələ ölməmisən?” sözlərini deyib qızı Aynurun baş nahiyəsinə təpik vurmuşdur. Həmin vaxt o, qızı Rəqsanə ilə birlikdə Allahverdini evdən çölə çıxartmış, Allahverdi içəri daxil ola bilmək üçün onları vuraraq müqavimət göstərmişdir. Həmin vaxt qonşular səs-küyə görə həyətə daxil olmuşlar, Allahverdi onları gördükdə qorxub qaçmışdır. Daha sonra Aynuru qonşuları Hüseynin “VAZ 21011” markalı avtomobili ilə Xaçmaz RMX-na aparmışlar. Sonradan təcili tibbi yardım avtomobili oraya gəlmiş və o, təcili tibbi yardım avtomobili ilə Xaçmaz RMX-na getdim. Şahid7 verilən suallara cavab olaraq bildirmişdir ki, onların arasında mütəmadi olaraq mübahisələr olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinə görə əri Cəbrayılla aralarında münaqişələr olmuşdur. Allahverdi həm də Aynuru mütəmadi olaraq döymüşdür. xx.xx.2023-cü İl tarixdə Aynurgildə olarkən onunla qızı Rəqsanə və nəvəsi Arzunun yanında Təqsirləndirilən şəxs “gələcəm amma pis gələcəm, gəlib onu öldürəcəm" sözlərini deyərək evdən getmişdir. Baş vermiş hadisəni nəvələrim Zakir və Arzu görmüşdür, onlar ona Allahverdinin Aynuru bıçaqla sinə nahiyəsindən iki dəfə vurduğunu və vurmağa davam edərkən Aynurun müqavimət göstərməsini demişlər. Zakir və Arzu hadisəni görüb onları çağırmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməmişdir. O, həmin gün Aynur bıçaqlanana kimi həmin evə getməmişdir. Onun istifadəsində ***-***- **-** mobil GSM nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs ***-***-**-** GSM nömrəsindən istifadə etmişdir. Qızı Aynurun yaşadığı ev və torpaq sahəsi əri Cəbrayıla məxsus olmuş, sonuncu həmin evi qızları Aynur öz ailəsi ilə birlikdə yaşasın deyə tikib onların istifadəsinə vermişdir. Məhkəmə istintaqı zamanı psixoloq müşayiəti ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan şəxs Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından anası Aynur və atası Allahverdi arasında mütəmadi olaraq mübahisələr olmuş, münasibətləri yaxşı olmamışdır. Həmçinin, atası Allahverdi anası Aynuru tez-tez döymüşdür. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində babası Cəbrayılgilin evindən çıxaraq öz evlərinə gedərkən atası Allahverdini küçədə görmüşdür. Allahverdi küçədə oturub günəbaxan tumu yemiş, o, Allahverdiyə yaxınlaşaraq görüşmüş, daha sonra atası ona “evə get gəlirəm" sözlərini demişdir. O, evin həyətinə daxil olmuş, həmin vaxt qardaşı Zakir də həyətdə olmuşdur, onlardan başqa heç bir şəxs həyətdə olmamış, anası da evdə tək olmuşdur. O, həyətə daxil olduqdan bir az sonra atası Allahverdi də həyətə daxil olmuşdur. Allahverdi onlara heç bir söz deməmiş, evə daxil olmazdan qabaq şkafın üzərində gizlədilmiş bıçağı götürüb belinə qoymuş və evə daxil olaraq anasına paltarlar verməsini deyib yataq otağına keçmişdir. Onunla qardaşı Zakir atasının arxasınca evə daxil olmuşlar. Anası evin qonaq otağından paltarları götürərək yataq otağına keçmişdir. Həmin vaxt anasının qışqırıq səsini eşitmiş və qardaşı ilə birlikdə otağa daxil olmuşlar. Onlar otağa daxil olduqda atası Allahverdi anası Aynurun üzərinə çıxaraq Aynuru bıçaqlayırdı. Allahverdi bıçaqla anasının boğazını kəsmək istəmiş, anası Aynur isə Allahverdinin əlindən tutaraq Allahverdi ilə mübarizə aparmışdır. O da atasının əlindən tutaraq anasını bıçaqlamamasını demiş, atası isə onun üzərinə qışqıraraq “çıxın bayıra" sözlərini demiş, o və qardaşı Zakir qorxub həyətə qaçmış və nənəsigili çağırmışlar. Nənəsi Faizəyə atasının anasını bıçaqladığını demiş, nənəsi də bu barədə xalası Rəqsanəyə demişdir. Xalası Rəqsanə onların evinə gəlmiş, onlar birlikdə evə daxil olmuşlar. Xalası Rəqsanə atası Allahverdini anası Aynurdan ayıraraq evin qapısına kimi aparmışdır. Daha sonra atası Allahverdi geri qayıdaraq “Sən hələ ölməmisən?" sözlərini deyib anasının baş nahiyəsinə təpik vurmuşdur. Həmin vaxt nənəsi Faizə də oraya gəlmişdir, xalası ilə nənəsi birlikdə atasını evdən çölə çıxartmış, atası xalası və nənəsini vuraraq müqavimət göstərirdi ki, içəri daxil ola bilsin. Atası qonşuların səs-küyə görə yığışmasından qorxaraq qaçıb getmişdir. Daha sonra anasını qonşuları Hüseyn əminin “VAZ 21011" markalı avtomobili ilə Xaçmaz RMX-na aparmışlar. O isə evdə qalmışdır. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, atası Allahverdinin anası Aynura xəsarət yetirdiyi bıçağı mətbəx üçün istifadə etmişlər, həmin bıçaq bir neçə gün olardı ki, itmişdir. Atası ilə anasının arasında uzun müddətdir ki, dava-dalaş və mübahisələr olmuşdur. Atası səbəbsiz yerə anasını döymüşdür. xx.xx.2023- cü il tarixdə atası yenə anası ilə mübahisə etmiş, onların səsinə xalası Rəqsanə və nənəsi Faizə də onların evlərinə gəlmişdir. Daha sonra atası anasına “gələcəm amma pis gələcəm, gəlib səni öldürəcəm” sözlərini deyərək evdən getmişdir. Hadisə zamanı, yəni atası anasının sinə nahiyəsindən bıçaqlayarkən o və qardaşı Zakir orada olmuş, onlar atasının anasını bıçaqlamasını görmüşlər. Atası Allahverdinin 2 dəfə anasının sinə nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Atasının onun qarşısında anası Aynura bıçaqla xəsarət yetirməsi ona çox pis təsir etmiş və onu sarsıtmışdır. Hadisə zamanı atası ona bıçaqla xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı psixoloq müşayiəti ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan şəxs Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından anası Aynur və atası Allahverdi arasında mütəmadi olaraq mübahisələr olmuş, münasibətləri yaxşı olmamışdır. Həmçinin, atası anasını tez-tez döymüşdür. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evin həyətində olanda atası Allahverdini küçədə görmüşdür. Allahverdi küçədə oturub günəbaxan tumu yemiş, daha sonra fikirli halda həyətə daxil olmuş, Allahverdi ona heç bir söz deməmiş, evə daxil olmazdan qabaq şkafın üzərindəki bıçağı götürüb belinə qoymuş və evə daxil olaraq anasına paltarlar verməsini deyib yataq otağına keçmişdir. Onunla bacısı Arzu atasının arxasınca evə daxil olmuşlar. Anası evin qonaq otağından paltarları götürərək yataq otağına keçmişdir. Həmin vaxt anasının qışqırıq səsini eşitmiş və bacısl ilə birlikdə otağa daxil olmuşlar. Onlar otağa daxil olduqda atası Allahverdi anası Aynurun üzərinə çıxaraq sonuncunu bıçaqlamışdır. Bacısı Arzu atası Allahverdinin əlindən tutaraq Aynuru bıçaqlamamasını demiş, atası isə Arzunun üzərinə qışqırmış, onlar qorxub həyətə qaçmış və nənəsigili çağırmışlar. Nənəsi Faizəyə atasının anasını bıçaqladığını demiş, nənəsi də bu barədə xalası Rəqsanəyə demişdir. Rəqsanə onların evinə gəlmiş, onlar birlikdə evə daxil olmuşlar. Xalası Rəqsanə atası Allahverdini anası Aynurdan ayıraraq evin qapısına kimi aparmışdır. Daha sonra atası geri qayıdaraq “Sən hələ ölməmisən?" sözlərini deyib anasının baş nahiyəsinə təpik vurmuşdur. Həmin vaxt nənəsi Faizə də oraya gəlmiş, xalası ilə nənəsi birlikdə atası Allahverdini evdən çölə çıxartmış, atası xalası və nənəsinə içəriyə daxil ola bilmək üçün vuraraq müqavimət göstərmişdir. Allahverdi qonşuların səs-küyə görə yığışmasından qorxaraq qaçıb getmişdir. Daha sonra anasını qonşuları Hüseynnin “VAZ 21011” markalı avtomobili ilə Xaçmaz RMX- na aparmışlar. O isə evdə qalmışdır. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, atası ilə anasının arasında uzun dava-dalaş və mübahisələr olmuşdur. Atası səbəbsiz yerə anasını döymüşdür. Hadisə zamanı, yəni atasının anasını sinə nahiyəsindən bıçaqlayarkən o və bacısı Arzu orada olmuşlar, onlar atasının anasını bıçaqlamasını görmüşlər. Allahverdi 2 dəfə anasının sinə nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Atasının onun qarşısında anası Aynura bıçaqla xəsarət yetirməsi ona çox pis təsir etmiş və onu sarsıtmışdır. Hadisə zamanı atası Allahverdi ona bıçaqla xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2008-ci ildən qızı Aynur İlə Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətində olmuşlar. Onların birgə nikahından Arzu adlı 1 qız, Zakir və Cəbrayıl adlı 2 oğul övladları dünyaya gəlmişdir.. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində işdə olarkən qızı Rəqsanə zəng edərək Allahverdinin Aynuru bıçaqladığını ona demişdir. O, dərhal Aynurgilin yaşadığı Xaçmaz rayonu, Hacılar kəndində yerləşən evə getmiş, yataq otağına daxil olduqda Aynurun yerdə qanlar içində uzandığını görmüşdür. O, oraya gedəndə X16 Nazirliyinin “102” xidmətinə və X13 “103” xidmətinə zəng edilərək məlumat verdiyini demişdir. Daha sonra Aynuru qonşusu Hüseynin “VAZ 21011” markalı avtomobili ilə Xaçmaz RMX-na aparmışlar. O isə evdə qalmış, daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, Onların arasında mütəmadi olaraq mübahisələr olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinə görə onunla Allahverdi arasında münaqişələr olmuşdur. Allahverdi həm də Aynuru mütəmadi olaraq döymüşdür. Aynurun yaşadığı ev və torpaq sahəsi ona məxsus olmuş, o, həmin evi qızı Aynur öz ailəsi ilə birlikdə yaşasın deyə tikib onların istifadəsinə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 15 radələrində evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evə gələrək ona arvadı Aynuru bıçaqladığını, polisə təslim olduğunu demiş və paltarları qan olduğuna görə ona təmiz paltarlar verməyini xahiş etmişdir. O da Allahverdiyə təmiz paltar vermiş, Allahverdi əynindəki paltarı çıxardaraq ona məxsus **-EF-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobilin üzərinə qoymuş, daha sonra Allahverdi hadisə yerinə gəlmiş polis əməkdaşlarına təslim olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş, mübahisə olubolmaması barədə heç bir məlumatı olmamışdır. Onların bir-birlərinin evinə gediş-gəlişi olmamış, buna görə də onların ailə münasibətlərindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından X15 arasında mütəmadi olaraq mübahisələr olmuş, münasibətləri yaxşı olmamışdır. Allahverdi cüzi səbəblərdən evdə mübahisə yaratmışdır. Aynur isə çox vaxt ona evdə nələr baş verdiyini deməmiş, ailə işlərinə qarışmayın demişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Arzu və Zakir öz həyətlərindən qışqıraraq onları çağırmış, həmin vaxt anası Faizə Arzu və Zakirin səsini eşidərək nə baş verməsini soruşmuş, sonuncular Allahverdinin Aynuru bıçaqladıqlarını, onların tez oraya gəlmələrini anası Faizəyə demişlər. Anası bu barədə ona demiş və o, dərhal qaçaraq Aynurgilə getmişdir. Həmin vaxt uşaqlar da onunla birlikdə evə daxil olmuşlar. Onlar evə daxil olduqda Allahverdinin Aynurun baldırından bıçaqla vurmasını görmüş, həmin an dərhal Allahverdini Aynurdan ayıraraq evin qapısına kimi aparmış, bu vaxt bıçaq Aynurun baldırında qalmışdı, ilk öncə o, Allahverdi evi tərk etdiyini düşünmüş, o da Aynurun yanına qayıtmış, Aynur artıq bıçağı baldırından çıxarmış və yatağın altına atmışdı. Daha sonra Allahverdi geri qayıdaraq “Sən hələ ölməmisən?" sözlərini deyib bacısı Aynurun baş nahiyəsinə təpik vurmuşdur. Həmin vaxt anası Faizə də oraya gəlmiş, onlar birlikdə onu evdən çölə çıxartmışlar, Allahverdi içəri daxil ola bilmək üçün onları vuraraq müqavimət göstərmişdir. Həmin vaxt qonşular səs-küyə görə həyətə daxil olmuş, Allahverdi onları gördükdə qorxub qaçmışdır. Daha sonra o, X13 “103” xidmətinə zəng etmiş, X13 gec gələcəyini düşünərək Aynuru qonşuları Hüseynin “VAZ 21011" markalı avtomobili ilə Xaçmaz RMX-na aparmışlar. O, isə evdə qalmış, daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, onların arasında mütəmadi olaraq mübahisələr olmuşdur. Allahverdi həm də Aynuru mütəmadi olaraq döymüşdür. xx.xx.2023-cü il tarixdə Aynurgildə olarkən onunla anası Faizənin yanında Təqsirləndirilən şəxs “gələcəm amma pis gələcəm, gəlib onu balta ilə öldürəcəm" sözlərini deyərək evdən getmişdir. Hadisə zamanı, yəni Təqsirləndirilən şəxs Aynuru bıçaqlayarkən orada o, Arzu və Zakir də orada olmuşlar. Allahverdi ilk öncə Aynurun öldüyünü düşünmüş və buna görə o, Allahverdini evdən uzaqlaşdıranda çox müqavimət göstərməmişdir, daha sonra yəqin ki, Aynurun səsini eşitmiş, sonuncunun hələ də yaşadığını görərək yenidən evə daxil olmuş, öz çirkin niyyətini həyata keçirə bilmədiyinə görə əsəbləşərək Aynura təpiklə vurmuşdur. Həmin vaxt o, Allahverdini Aynurdan ayırmasaydı Allahverdi Aynuru öldürəcəkdi. Allahverdinin onun qarşısında bacısı Aynura bıçaqla xəsarət yetirməsi ona çox pis təsir etmiş və onu sarsıtmışdır. Zərərçəkmiş şəxs övladları Zakir və Arzu görmüşdür, sonuncular ona Allahverdinin Aynuru bıçaqla sinə nahiyəsindən iki dəfə vurduğunu və vurmağa davam edərkən Aynurun müqavimət göstərməsini demişlər. Zakir və Arzu hadisəni görüb onları çağırmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evdən çıxarkən Allahverdi ilə qarşılaşmış, həmin vaxt sonuncunun əynində olan paltarlar qan içində olduğuna görə Allahverdidən nə baş verməsini soruşmuş, Allahverdi arvadı Aynurəni öldürdüyünü ona deyərək telefonunu istəmişdir. O, Allahverdidən telefonunu nə üçün istədiyini soruşduqda Aynurəni öldürməsi barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat verərək polisə təslim olmaq istədiyini demişdir. O da buna görə istifadəsində olan “Nokia” markalı telefonu Allahverdiyə vermişdir. Allahverdi Azərbaycan Respublikası DİN-nin “102" xidmətinə zəng edərək Xaçmaz rayonu, Hacılar kəndində arvadını bıçaqlayaraq öldürdüyünü və təslim olmaq istədiyin demişdir. Daha sonra isə Allahverdi telefonu ona qaytarmış və getmişdir. Həmin vaxt Aynurun anası Faizənin qışqıraraq kömək istəməsini eşitmiş, o, qonşularla birlikdə Aynuru qardaşı Hüseynin “VAZ 21011” markalı avtomobilinə qoymuş və X17 RMXna aparmışdır. Şahid6 verilən suallara cavab olaraq bildirmişdir ki, onun ***-***-**-** və 077- ***-**-** GSM nömrələri olmuşdur. xx.xx.2023-cü il tarixdə də həmin GSM nömrələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** GSM nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin “102” xidməti ilə danışan zaman “adam öldürmüşəm e mən, sən göndər gəlsin təslim oluram mən” sözlərini deməsini eşitmişdir. Allahverdi ona də arvadı Aynuru öldürdüyünü demişdir. O, daha sonra Faizənin kömək istəməsi ilə Allahverdinin yaşadığı evə getdikdə Aynurun hələ də yaşadığını bilmişdir. Onun Təqsirləndirilən şəxs İlə Zərərçəkmiş şəxs arasında dava-dalaş, mübahisə olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Onların bir-birlərinin evinə gediş-gəlişi olmamış, buna görə də onların ailə münasibətlərindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs Xaçmaz rayonu Hacılar kəndində yerləşən kənd məscidindən 1 km cənub-qərbdə yerləşən fərdi yaşayış evinin yataq otağıdır. İştirakçı Şahid1 özünü Zərərçəkmiş şəxs bacısı və Təqsirləndirilən şəxs baldızı kimi təqdim edərək həmin fərdi yaşayış evinin əslində bacısı Zərərçəkmiş şəxs və atası Şahid4 məxsus olmasını bildirdi. Evin darvazası iki taylı olmaqla dəmirdəndir. Darvazadan içəriyə daxil olduqda sol tərəfdə 1 mərtəbəli fərdi yaşayış evi olduğu görünür. Fərdi yaşayış evi 3 otaqdan ibarətdir. Şahid1 yataq otağını göstərərək hadisənin orada baş verməsini bildirdi. Həmin otağın uzunluğu 5.13 metr, eni 3.42 metr, hündürlüyü 2.61 metrdir. Yataq otağında yerə sərilmiş bənövşəyi və qara rəngli xalça olduğu görülür. Yataq otağının qapısından 3.60 metr məsafədə çəhrayı və ağ rəngli yataq dəstinin üzərində, xalçanın üzərində qapıdan 3.18 metr, yataqdan isə 63 sm məsafədə 29x28 sm sahəni əhatə edən, xalçanın üzərində qapıdan 2.79 metr, yataqdan isə 77 sm məsafədə 34x11 sm sahəni əhatə edən qanabənzər ləkələrin olduğu müəyyən edildi. Qeyd olunan ləkələr müvafiq olaraq şərti “1", “2" və “3” rəqəmləri ilə işarələndi. Qeyd olunan qanabənzər ləkələrdən müvafiq qaydada nümunələr götürülərək qablaşdırılmışdır. Şahid1 xx.xx.2023-cü il tarixdə saat 15 radələrində fərdi yaşayış evinin yataq otağına daxil olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığını, anası Faizənin köməyi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırdığını, onlar olmasa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürəcəyini bildirdi. İştirakçı Şahid5 Təqsirləndirilən şəxs sözü gedən hadisəni törətdikdən sonra onun evin həyətinə girərək paltarını dəyişdiyini və qanlı paltarların isə həyətdə olan avtomobilinin üzərində olduğunu bildirdi. Hadisə yerinə baxış keçirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu Hacılar kəndində yerləşən fərdi yaşayış evinin həyətidir. Fərdi yaşayış evinin həyətinə daxil olduqda **-EF-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil görünür. Həmin avtomobilin üzərində 01 ədəd ağ rəngli uzunqol köynək və 01 ədəd ağ rəngli qısaqol mayka var. Hər iki paltarın üzərində qana bənzər ləkələr vardır. İştirakçı Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona arvadı Zərərçəkmiş şəxs bıçaqladığını, bununla əlaqədar DİN-nin “102" xidmətinə məlumat verdiyini, polisə təslim olacağını və təmiz paltar istədiyini demişdir. Şahid5 ona təmiz paltar vermiş və Təqsirləndirilən şəxs qanlı paltarlarını **-EF-*** dövlət qeydiyyat nişanlı “VAZ- 2106” markalı avtomobilin üzərinə qoymuşdur. Hadisə yerinə baxış zamanı 01 ədəd ağ rəngli uzunqol köynək və 01 ədəd ağ rəngli qısaqol mayka götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Bıçağa baxış keçirilməsi haqqında 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilən 01 ədəd bıçaq tiyə və dəstək hissədən ibarətdir. Bıçağın ümumi uzunluğu 28,5 sm-dir və həmin predmet müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, tanınmalı olan mətbəx bıçağı eyni növdən olan nömrələnmiş vəziyyətdə aşağıda göstərilən əşyalar arasında təqdim edildi: Ümumi uzunluğu 24,5 sm, dəstəyi gümüşü və qara rəngli olmaqla plastik materialdan olan, dəstəyin hər iki tərəfinə 3 ədəd dairəvi metal bərkidilmiş, dəstəyin uzunluğu 11 sm, eni 2 sm, qalınlığı 1 sm, tiyəsinin uzunluğu 13,5 sm, eni dəstəyə bitişik hissədə 2.5 sm, eni mərkəz hissədə 2 sm, bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malik mətbəx bıçağı; Ümumi uzunluğu 28,5 sm, tiyəsinin uzunluğu 17 sm, tiyənin bir kənarı iti, digəri küt, tiyəsinin eni mərkəz hissədə 3,3 sm, dəstəyə birləşik hissəsində isə 3,5 sm olan, dəstəyi qara və gümüşü rəngli olmaqla plastik materialdan olan, dəstəyin uzunluğu 11,5 sm, eni 2 sm, qalınlığı 1,4 sm olan mətbəx bıçağı; Ümumi uzunluğu 25 sm, dəstəyi ağ və qara rəngli olmaqla plastik materialdan olan, dəstəyin hər iki tərəfinə 3 ədəd dairəvi metal bərkidilmiş, dəstəyin uzunluğu 13,5 sm, eni 2 sm, qalınlığı 1.5 sm, tiyəsinin uzunluğu 11,5 sm, eni dəstəyə bitişik hissədə 2.5 sm, eni mərkəz hissədə 2.5 sm, bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malik mətbəx bıçağı. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən mətbəx bıçaqlarını nəzərdən keçirib 2 nömrəli bıçağı göstərərək bildirdi ki, ifadəsində qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Xaçmaz rayonu, Hacılar kəndində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs məhz həmin bıçaqla xəsarətlər yetirmişdir, bıçağı məhz dəstəyinin rəngindən və üzərindəki dairəvi metallardan tanımış, həmin bıçağı yaşadığı evdən götürmüşdür. Paltarlara baxış keçirilməsi haqqında 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd qısaqol mayka ağ rənglidir və üzərində qanabənzər ləkələr vardır. Maykanın çiyin hissəsi qopmuş vəziyyətdədir və üzərində zədələr vardır. Təqdim edilmiş 01 ədəd uzunqol köynək boz rənglidir, üzərində qanabənzər ləkələr vardır və ön hissəsində zədələr vardır. Təqdim edilmiş 01 ədəd reytuz boz rənglidir, üzərində qanabənzər ləkələr və zədələr vardır. Təqdim edilmiş 01 ədəd idman paltarı boz rənglidir, üzərində qanabənzər ləkələr və zədələr vardır. Baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən təqdim edilən kompakt DVD disk ağ rəngli olmaqla dairəvi formadadır. Həmin disk «HP» markalı kompüterə daxil edilərək açıldı. Diskdə “2023-01-06-15-07- 49_**********99_**********13” adlı fayl vardır. “2023-01-06-15-07- 49_**********99_**********13” faylının ölçüsü 132 KB-dır. Həmin fayla daxil olduqda faylın 44 saniyədən İbarət səs yazısı olduğu müəyyən edildi və səsi dinlədikdə iki şəxs arasında aparılmış aşağıdakı dialoq aşkar edildi: A: 102 xidməti polis serjantı Usubova. Alo? B: Salam meleykum. A: Salam. B: Mən özüm təslim olmaq üçün zəng etmişəm. Xaçmazın Hacılar kəndindənəm. A: Buyurun. B: Burda vurmuşam yoldaşımı bıçaqla. A: Nə ilə? C: Vurmuşam da, bıçaqlamışam. A: Qardaşınızı? B: Yox, yoldaşımı. A: Harda bıçaqlamısınız? B: Kənddə, evimin içində. A: Ünvanı deyin mənə. B: Xaçmaz rayonu, Hacılar kəndi. A: Ad, familyanız? C: Təqsirləndirilən şəxs, Alik kimi tanınıram. A: Təqsirləndirilən şəxs kim oğlu? B: Zakir oğlu. A: Zakir oğlu, həyat yoldaşınızın adı nədir? B: Aynur ə, adam öldürmüşəm e mən, sən göndər gəlsin təslim oluram mən. A: Başa düşdüm, ölüb arvadı. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 12 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ göz ətrafında qançır bərk küt əşya, döş qəfəsində iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara deşici alət, alt çənə, sol said, sol əlin lll-İV-V və sağ əlin İ barmaqlarının, sağ baldırın kəsilmiş yaraları iti kənarlı kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsində iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, alt çənə, sol said, sol əlin İİİ- İV-V və sağ əlin İ barmaqlarının, sağ baldırın kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sağ göz ətrafının qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/104 nömrəli rəyindən görünür ki, hadisə yerindən 03 (üç) ədəd tənzif tampon vasitəsi ilə götürülmüş qanabənzər ləkələr insan qanıdır. Hadisə yerində aşkar edilmiş və 03 (üç) ədəd tənzif tampon vasitəsi ilə götürülmüş qan nümunuləri Zərərçəkmiş şəxs məxsusdur. Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 270nömrəli rəyindən görünür ki, Allahverdi Zakiroviç hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnİn 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Lifli materialların kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikəri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında Təqsirləndirilən şəxs köynəyinin üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər, Zərərçəkmiş şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş ağ rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Kompleks məhkəmə-trasoloji və soyuq silahların kriminalistik ekspertizasının 08 fevral 2023-cü il tarixli, 3/66, 3/79 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus papaqlı gödəkçənin, uzunqol köynəyin, şalvarın və maykanın səthində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Həmin zədələr (gödəkçənin və maykanın səthindəki zədələr istisna olmaqla) bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim olunmuş uzunqol köynəyin və şalvarın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş uzunqol köynəyin və şalvarın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından onların səthində olan zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş gödəkçənin və maykanın səthindəki zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol köynəyin, maykanın səthində zədə yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli, 01 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktr’ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində müayinə olunmuş və ona “alkoqol sərxoşluğu vəziyyəti yüngül dərəcə.” alkoqol sərxoşluğu vəziyyəti təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı 01 yetkinlik yaşına çatmamış övladı vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək istəmədiyini onu qorxutmaq istədiyini bildirsədə məhkəmə onun yetirdiyi xəsarətlərin lokalizasiyasını və sayını, həmçinin zərərçəkmiş şəxsin aktiv müqaviməti və zərərçəkmiş şəxsin anası və bacısının müdaxiləsindən sonra təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən ayrılaraq hadisə yerindən getməli olmasını təqsirləndirilən Təqsirləndirilən şəxs bıçaqla zərərçəkmiş şəxsi öldürmək niyyətində olması ilə əlaqədləndirir. Təqsirləndirilən şəxs hadisə yerindən özünün könüllü çıxıb getməsini bildirsədə bu hall hadisənin birbaşa şahidi olmuş təqsirləndirilən şəxsin öz övladlarının və hadisə yerinə gələn şahidlərin ifadələri ilə təkzib olunur. Bundan başqa təqsiləndirilən şəxsin özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə verdiyi məlumatdanda müəyyə olunur ki, o zərərçəkmiş şəxsi öldürdüyünü bildirmişdir. Bununlada məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən cinayət etməyə cəhd - bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmə - on dörd ildəm iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı 01 yetkinlik yaşına çatmamış övladlarının olmasını (CM-in 59.1.4), könüllü gəlib təqsirini boynuna almasını (CM-in 59.1.10) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3,63.4-cü maddələrinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir Belə ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. İş üzrə maddi sübut kimi tanınmış, Xaçmaz Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli qısaqol mayka, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd boz rəngli reytuz və 01 boz rəngli idman paltarı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd mayka cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Xaçmaz Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli qısaqol mayka, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd boz rəngli reytuz və 01 boz rəngli idman paltarı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd mayka cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli X11 Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(124)-370/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-370/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver