Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-374/2024 17.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, yataqxana 16, Ü.Hacıbəyov küçəsi, məhəllə 15-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Corat qəsəbəsi, Corat bağları yaşayış massivi fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonu Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, St.Sumqayıt, ev 175V-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Corat qəsəbəsi, Corat bağları yaşayış massivi fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi ilə bağlı İran İslam Respublikasının vətəndaşı "Murtuza" adlı şəxs və qeyriləri ilə “Whatsapp” proqram təminatından istifadə etməklə danışıqlar apararaq əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə istintaqa məlum olmayan tarixdə İran İslam Respublikasının vətəndaşı "Murtuza" adlı şəxsin istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 1 bükülüdə təmiz çəkisi 111,016 qram psixotrop maddə metamfetamini Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində və xx.xx.2023-cü il tarixdə külli miqdarda, 1 bükülüdə təmiz çəkisi 2270,0 qram narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Hökməli kəndində "At yalı" deyilən ərazidə qoydurması, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı götürdükdən sonra başqa şəxslərin götürməsi üçün Bakı, Abşeron və Sumqayıt şəhərində müxtəlif ərazilərdə qoyub həmin yerlərin fotoşəkilini çəkərək məkan yeri ilə birlikdə "Murtuza" adlı İran İslam Respublikasının vətəndaşına göndərməsi, bunun müqabilində sonuncunun onlar üçün həmin maddələrin hər kiloqramına görə 500 manat göndərəcəyi və özləri üçün də həmin maddələrdən götürəcəyi ilə bağlı razılığa gəldikdən sonra, sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan və fotoşəkil əsasında qeyd olunan əraziləri müəyyən edib 1 bükülüdə təmiz çəkisi 111,016 qram psixotrop maddə metamfetamini Abşeron rayonu Masazır qəsəbəsi ərazisində və 1 bükülüdə təmiz çəkisi 2270,0 qram narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Hökməli kəndində "At yalı" deyilən ərazidə qoyulduğu yerdən götürərək daşıyıb Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində yerləşən kirayədə yaşadığı fərdi yaşayış evinə gətirdikdən sonra Təqsirləndirilən şəxs1 metamfetamindən bir bükümdə 0,551 qram çəkidə olan hissəsini K.Ə. Babayevaya verib, digər bir bükümdə 0,465 qram çəkidə olan metamfetamini üzərində saxlamaqla daşımış, qalan bir bükülüdə metamfetamini və bir bükülüdə qurudulmuş marixuananı yaşadığı evin qonaq otağında saxlamış, 12 iyul 2023cü il tarixdə, saat 01:50 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Bravo" marketin yaxınlığında onlar birlikdə saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilərək üzərlərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 bükümdə təmiz çəkisi 0,465 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,551 qram metamfetamin, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 05:13 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində yerləşən yaşadıqları fərdi evə onların iştirakı ilə keçirilən baxış zamanı qonaq otağında satış məqsədilə saxladıqları 1 bağlamada külli miqdarda təmiz çəkisi 2270,0 qram narkotik vasitə qurudulmuş marixuana və 1 bağlamada külli miqdarda təmiz çəkisi 110 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Murtuza adlı İran vətəndaşını əvvəldən tanıyır, öz istifadələri üçün narkotik vasitə lazım olan zaman ondan əldə edirmişlər. Murtuza adlı şəxs sonradan onlara təklif etmişdir ki, onun atacağı bükümləri götürüb müəyyən yerlərə qoysunlar və qarşılığında onlara pulsuz narkotik vasitə versin. O tapşırmışdır ki, atdığı bükümləri ayırıb bir hissəsini 2-3 yerə, qalanlarını isə topa şəklində bir yerə qoysunlar. Bükümləri 2-3 yerə qoyduqdan sonra marketdən çıxan zaman 8 nəfər əməliyyatçı onları saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində olan zaman onlara işgəncə verərək artıq miqdarda narkotik vasitəni boyunlarına qoymuşlar. Polis əməkdaşları onların telefonlarını və evin açarını götürərək öz iştirakları olmadan evlərinə girmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 1 il bir aydır ki, Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi nikah münasibətindədirlər. Hər ikisi əvvəllər marixuana istifadəçisi olmuşlar. “Murtuza” adlı şəxsin kart hesabına pul göndərməklə ondan narkotik vasitə əldə etmişlər. Murtuza ilə Təqsirləndirilən şəxs2 telefonu vasitəsiylə əlaqə saxlamışlar. O, 3-4 dəfə Razin və Xırdalan ərazisinə nakotik vasitə atmış və onlar götürmüşlər. Sonuncu dəfə bir böyük bükümün olduğunu və onu atacağını, götürüb müəyyən yerə qoymaları qarşılığında onlara pulsuz narkotik vasitə verəcəyi barədə razılaşmışlar. Götürdükləri büküm təxmini 2.5-2.7 kq olmuş və həmin bükümdən özlərinin müəyyən etdiyi 2-3 ünvana narkotik vasitə qoymuşlar. Sumqayıt şəhəri ərazisinə metamfetamin atmışlar. Murtuza adlı şəxsin atdığı bükümü götürdükdən 1 gün sonra saxlanılmışlar. Bir gün ərzində həm metanfetamin, həm də marixuananı müəyyən etdikləri yerlərə atmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 ilə onu bir yerdə saxlamışlar. O, tutulan kimi olanları etiraf etməmiş, polis əməkdaşları ona təzyiq göstərdikdən sonra etiraf etmişdir. O, törətdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs2 “Murtuza” adlı şəxsi tanıyırmış. Murtuza ilə əlaqə saxladıqları nömrə əvvəllər onun özünün istifadə etdiyi nömrə olmuşdur. Bükümləri götürməyə Təqsirləndirilən şəxs2 ilə birlikdə getmişlər. Polis əməkdaşları ilə heç bir ədavətləri olmamış, tutulan zaman əməlini etiraf etmədikləri üçün ona işgəncə vermişlər. Polis bölməsində olan zaman onu vəkillə təmin etmişlər, amma müstəntiq onun işini həll edəcəyini bidirdiyi üçün vəkilə heç bir şikayət etməmişdir. Həmçinin, məhkəmədə “həbs” qətimkan tədbiri seçilən zaman da polis əməkdaşlarının ona təziq göstərdiyini bildirməmişdir. Ekspertiza zamanı ekspertə yıxıldığını bildirmişdir. Narkotik vasitələri Murtuzanın dediyi yerlərə qoyması müqabilində Murtuza onlara 3-5 qram narkotik vasitə marixuana vermişdir. Bir yerdə olduqları üçün narkotik vasitəni Təqsirləndirilən şəxs2 ilə birlikdə qoymuşlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində yerləşən fərdi evdə qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs2 ilə kirayədə yaşayır. Təxminən 7-8 aydır ki, narkotik və psixotrop maddələrdən istifadə edir, Könül də narkotik və psixotrop maddələr qəbul edir. Təxminən 7-8 ay əvvəl istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə +**********18 nömrəsini istifadə edən Murtuza adlı İran vətəndaşı ilə tanış olmuş və əlaqə saxlayaraq münasibətləri yaranmışdır. Murtuzaya narkotik və psixotrop maddələr qəbul etdiyini demiş, Murtuza da ona ucuz qiymətə narkotik və psixotrop maddələr təşkil edə biləcəyini, həmçinin qoyduracağı yerlərdən narkotik və psixotrop maddələri götürüb deyəcəyi digər yerlərə çatdıraraq qoymağı müqabilində həmin maddələrin hər kiloqlarıma 500 manat pul verə biləcəyi və həmin maddələrdən də özünə götürəcəyini demiş və o, da Murtuza ilə razılaşmışdır. Murtuza ilə aralarında olan danışıqları əvvəldən Könülə demiş və İranlı Murtuza ilə aralarında olan bütün danışılqlardan Könülün məlumatı olmuşdur. Könülə bu barədə danışanda maddi vəziyyətlərinə və özlərinə də narkotika lazım olduğundan etiraz etməmiş və qərara gəlmişlər ki, birlikdə Murtuzanın göndərəcəyi narkotik və psixotrop maddələri götürüb deyəcəyi ünvanlara aparıb çatdırsınlar, həm pul qazanıb maddi ehtiyaclarını ödəyərlər, həm də özlərinə qəbul etməyə həmin maddələrdən qalar. Bundan sonra Murtuza onunla whatsappda əlaqə saxlayaraq narkotik və psixotrop maddələri qoydurduğu yerlərin fotoşəkillərini və məkan yerlərini göndərərək həmin maddələri götürdükdən sonra dediyi digər yerlərə aparıb qoymağını və həmin yerlərin fotoşəkillərini çəkib işarələyərək məkan yeri ilə birlikdə Murtuzaya göndərməyini, bəzən də göndərdiyi narkotik və psixotrop maddələri götürdükdən sonra dediyi hissələrə bölüb onun özünün təhlükəsiz yerlərə qoymağını tapşırırmış, o, da Könüllə birlikdə Murtuzanın dediyi kimi etmiş, bunun müqabilində Murtuza ona göndərdiyi "Leo bank" kartına müxtəlif məbləğlərdə pul göndərmiş, həmçinin o, da həmin maddələrdən götürüb Könüllə birlikdə qəbul etmişlər. Sonra Könüllə öz aralarında razılaşmışlar ki, narkotik və psixotrop maddələrin dövriyyəsini böyütmək üçün Murtuzaya Könülün onun başçısı olduğunu deyib etibarını qazansınlar və bir müddətdən sonra Könülü Murtuza ilə tanış etmiş və hər ikisi Murtuza ilə əlaqə saxlayırmışlar. Murtuza həm onun, həm də Könülün göndərdiyi hesab kartına da pul göndərirmiş. Tutulmazdan təxminən 1 həftə əvvəl Murtuza onunla və Könüllə əlaqə saxlayaraq Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qoydurduğu bir bükülüdə "patı", yəni psixotrop maddə metamfetamini götürmələrini demiş, o, da Könüllə birlikdə həmin metafmetamini götürüb nə edəcəklərini soruşanda Murtuza evə aparıb çəkisini tərəzidə çəkib fotoşəklini ona göndərmələrini, metametamini evdə saxlamalarını və hara qoyacaqlarını deyəcəyini bildirmişdir. Onlar da götürdükləri 1 bükülüdə metamfetamini evə aparıb elektron tərəzidə çəkisini çəkdikdə 170 qram olmuş və metamfetaminin tərəzidə olan fotoşəklini Könül çəkib Murtuzaya göndərmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Murtuza onunla və Könüllə votsapla əlaqə saxlayaraq Abşeron rayonu Hökməli kəndində "At yalı" deyilən ərazidə qoydurduğu narkotik vasitə qurudulmuş marixuananı götürmələrini demiş, onlar da 1 bükülüdə olan marixuananı götürüb Murtuzaya demiş, Murtuza eynilə həmin qurudulmuş marixuananı evə aparıb çəkisini çəkərək fotoşəklini ona göndərmələrini demişdir. Həmin qurudulmuş marixuananı evə aparıb açanda həmin bükülünün içərisində 3 ədəd bükülünü görmüşlər, Murtuzanın dediyi kimi selofandan çıxarıb tərəzidə çəkdikdə hər biri təxminən 1 kq olmuş və ayrı-ayrılıqda fotoşəkillərini Könül çəkərək Murtuzaya göndərmiş, Murtuza demişdir ki, özü onlara hara qoyacaqlarını deyəcəkdir. Evdə saxladıqları metamfetamin və qurudulmuş marixuanadan istədikləri vaxtı qəbul etmişlər, o, Könülə istəyəndə vermişdir. Ertəsi gün Murtuza onunla və Könüllə votsapla əlaqə saxlayaraq metamfetmin və qurudulmuş marixuananı dediyi qram və hissələrə bölməyini və özlərinin qoyacaqları yerləri ona bildirmələrini demiş, onlar da həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə metamfetmin və qurudulmuş marixuananı Murtuzun dediyi qram və hissələrə bölərək Bakı şəhəri, Saray, Corat və digər ərazilərdə qoyub fotoşəkillərini və məkan yerini Murtuza göndərmişlər, Murtuza onlara 750 manat pul göndərəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Murtuz onlarla əlaqə saxlayaraq metamfetamin və qurudulmuş marixuananı dediyi qram və hissələrə bölməyini və özlərinin qoyacaqları yerləri ona bildirmələrini demiş, o, özünə 1 bükümdə metamfetamin götürüb əynində olan şalvarının sol yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər və Könülə də 1 bükümdə metamfetamin vermiş, qalan 1 bükülüdə metamfetamin və 1 bükülüdə qurudulmuş marixuananı ağ rəngli kisəyə qoyub evin qonaq otağında qoyub saxlamışdır. Sonra evdən çıxaraq Murtuzanın tapşırdığı metamfetmin və qurudulmuş marixuana bükümlərini Saray qəsəbəsi və Sumqayıt şəhər ərazisində Könüllə birlikdə müxtəlif yerlərə qoyub həmin yerlərin fotoşəkillərini və məkan yerlərini Murtuzaya göndərmişlər. xx.xx.2023-cü il tarixdə saat 01:50 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Bravo" marketinə gedən zaman marketin yaxınlığında bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onları saxlamış və Sumqayıt şəhər polis idarəsinin polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər, onlar etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsinə gəldikdən sonra xidməti otaqda müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmağı, bununla əlaqədar hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək ona vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan özünə X15 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynində olan boz rəngli şalvarının sol arxa cibindən 2 ədəd mobil telefonu, sağ arxa cibindən 2 ədəd ev açarını, 80 manat pulu və şalvarının sol yan cibində saxladığı 1 ədəd şəffav selofan bükümdə olan metamfetamini təqdim etmişdir. Həmin selofan bükümün içərisinə baxılan zaman metamfetamin aşkar olunmuşdur. Ona verilən suallara cavab olaraq həmin bükümdə “patı”, yəni metamfetamin olduğunu, həmin maddəni İran vətəndaşı Murtuzanın qoydurduğu yerdən götürbüyünü, əldə etdiyi narkotik və psixotrop maddələrin bir qismini yaşadığı evdə saxladığını, həmin maddələri pul və özünə də həmin maddələrdən götürməyi müqabilində İranlı Murtuzanın dediyi ünvanlara aparıb qoyduğunu bildirmişdir. Sonra üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamin elektron tərəziyə qoyulub çəkilərək olduğu selofan bükülü ilə birlikdə 0,54 qram olmuşdur. Həmin maddə ekpertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa üzərindən cinayət xarakterli başqa heç bir şey aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 ədəd ev açarı və 80 manat pul özünə qaytarılmış, nömrəsiz olan "Samsunq A7" markalı və ***-***-**-** nömrəsi ilə işləyən "Samsunq A52" markalı mobil telefonlar müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı barəsində aparılan araşdırma ilə əlaqədar olaraq, polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə təqdim etmişdir. Sonra üzərində keçirilən şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Sonra polis əməkdaşları, vəkili Anar Qasımlı, Könül və onun vəkili ilə birlikdə yaşadıqları ünvana getmişlər. Yaşadıqları ünvanın qarşısında onlara videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş,o, və Könül buna etiraz etməmişlər. O, özü yaşadıqları ünvanın yaşıl rəngli dəmir darvazasını açmış və iştirakçılarla birlikdə içəri daxil olmuşlar. Ona yaşadıqları ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildikdə o, yaşadıqları ünvanın qonaq otağında ağ rəngli kisəni göstərərək həmin kisənin içərisində narkotik və psixotrop maddələr olduğunu bildirmişdir. Həmin kisənin içərisinə baxılıb içərisində olan 1 ədəd şəffav selofan bağlama açılan zaman bağlamada ayrı-ayrılıqda 2 ədəd şəffav selofan bağlamaların olduğu, həmin bağlamalar açılan zaman isə birinin içərisində qurudulmuş marixuana, digərinin içərisində isə metamfetamin aşkar edimişdir. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 1 bağlamada qurudulmuş marixuananın çəkisi 2320 qram, digər 1 bağlamada metamfetaminin çəkisi 155 qram olmuşdur. Aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Yaşadıqları ünvana baxış zamanı başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. O, həqiqətəndə Könüllə birlikdə İran vətəndaşı Murtuzanın qoydurduğu yerlərdən narkotik və psixotrop maddələri götürüb satışını həyata keçirmiş və bununla bağlı Könüllə qabaqcadan razılaşmışlar. Məqsədləri hər ikisi pul əldə etmək və bizə həmin maddələrdən qalması olmuşdur, bunun müqabilində İran vətəndaşı Murtuza ilə narkotik və psixotrop maddələrin hər kiloqramına 500 manat pul verəcəyi və həmin maddələrdən də özlərinə götürəcəkləri razılaşmışlar və Murtuza onlara pul göndərirmiş və götürüb digər yerlərə qoyacaqları maddələrdən də özlərinə götürmüşlər. Üzərindən aşkar edilərək götürülmüş metamfetamini, həmçinin yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetamini və qurudulmuş marixuananı onların əvvəlcədən olan razılığına əsasən Murtuza adlı İran vətəndaşının qoydurduğu yerlərdən birlikdə əldə etdikləri və evdə gətirib saxladıqları metamfetamin və qurudulmuş marixuanadandır.X29 Respublikasının vətəndaşıdır, onunla və Könüllə +**********18 saylı İran mobil nömrəsi ilə əlaqə saxlayırmış, Murtuzanın kimliyi və harada yaşaması barədə məlumatı yoxdur. Murtuza adlı İran vətəndaşının narkotik və psixotrop maddələri haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə ondan heçnə soruşmamışdır.Üzərindən və yaşadıqları ünvandan aşkar edilərək götürülmüş narkotik və psixotrop maddələrin əldə etdikləri ərazilərdə kim və ya kimlər tərəfindən qoyulması, narkotik və psixotrop maddələrin haradan gətirilməsi barədə məlumatı yoxdur. İlk əvvəl o, İran vətəndaşı Murtuza ilə razılaşmışdır ki, pul qazanmaq və ona da narkotik və psixotrop maddələr qalması müqabilində Murtuza üçün qoydurduğu yerlərdən həmin maddələri götürüb Murtuzanın deyəcəyi və ya özünün qoyacağı ünvanlara çatdıracağı ilə razılaşmış və bu barədə Könülə də demiş, ilk əvvəl Murtuzanın qoydurduğu yerlərdən həmin maddələri Könüllə birlikdə götürüb yerbəyer edirmiş və Könüllə birlikdə bunu etmələrini Murtuza bilmirmiş. Sonradan Könüllə öz aralarında razılaşmışlar ki, narkotik və psixotrop maddələrini dövriyyəsini böyütmək üçün Murtuzaya Könülün onun başçısı olduğunu deyib etibarını qazansınlar və bir müddətdən sonra Könülü də Murtuza ilə tanış etmiş və hər ikisi Murtuza ilə əlaqə saxlamışlar. İlkin araşdırma zamanı düşünmüşdür ki, Könüllə birlikdə törətdikləri əməllərə görə məsuliyyəti öz üzərinə götürsün və ona görə birlikdə yaşadıqları evdə narkotik və psixotrop maddələrin olmasından Könülün məlumatı olmadığını bildirmiş, lakin sonradan düşünmüşdür ki, onsuzda istintaq zamanı hər şey aşkara çıxacaq, ona görə də səmimi olaraq etiraf edir ki, o,Könüllə əvvəlcədən narkotik və psixotrop maddələrin satış məqsədi ilə əldə etmələləri, saxlamaları, daşınmaları və Azərbaycan Respublikası ərazisində satışın təşkil edilməsi ilə bağlı İran vətəndaşı Murtuzanın qoydurduğu yerlərdən həmin maddələri götürüb əldə etmişlər. Kirayədə yaşadıqları evin sahibinin onların əməllərdən heç bir məlumatı olmamış və ona bu barədə bildirməmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 10-114,169-172). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadənin onun öz ifadəsi olmadığını, sadəcə məcbur qalaraq ifadəyə imza çəkdiyini bildirmişdir. Məhkəmə istintaqının ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Ceyhunun telefonuna zəng gəlmiş və Ceyhun telefonu ona verərək danışmasını, zəng edən şəxsə nömrəni özünün aldığını və artıq onun istifadə etdiyini, Ceyhun adlı şəxsi tanımadığını deməsini istəmiş, sonra izah edəcəyini bildirmişdir. Danışdığı şəxs İran İslam Respublikasının vətəndaşı olmuşdur. O, Ceyhunun köhnə whatsapp nömrəsinə zəng etmişdir. Zəng edən şəxs Ceyhunu axtardığını bildirmişdir. Nə üçün axtardığından xəbəri olmamışdır. Daha sonra Ceyhun ona Murtuza adlı şəxs ilə əlaqə saxlamasını, ona iş təklif edəcəyini bildirmişdir. 2-3 dəqiqə danışdıqdan sonra iranlı şəxs büküm şəkilləri atmağa başlamışdır. Ceyhundan nə baş verdiyini soruşan zaman sonra izah edəcəyini bildirmişdir. Danışdıqdan sonra Ceyhun bükümlərin narkotik vasitə olduğunu izah etmişdir. Bir müddət keçdikdən sonra onunla əlaqəsini kəsməməsini, ona lazım olan zaman narkotik vasitə istəmələrini bildirmişdir. İlk əvvəllər pul müqabilində iranlı şəxsdən narkotik vasitə almış, daha sonra iranlı şəxs onun tək qadın olduğunu bilərək ona istifadəsindən artıq narkotik vasitə atacağını qalıq qalanı sataraq pula çevirməsini bildirmişdir. Narkotik vasitəni satmağa adam tapmadıqları üçün pulunu iranlı şəxsə ödəyib narkotik vasitəni özlərində saxlamışlar. Daha sonra iranlı şəxs ona narkotik vasitəni sata bilmədiyi üçün başqa iş təklif etmişdir. Bildirmişdir ki, onun atdığı narkotik vasitələri götürərək özünün müəyyən etdiyi yerlərə qoyub, daha sonra şəklini və ünvanı ona atmalıdır. İlk olaraq Masazırdan səhv etmirsə 300 qram narkotik vasitə (150 qram kola, 150 qram patı) götürmüş, evə gətirmiş və müəyyən yerlərə atmışlar. Ceyhunun onun yoldaşı olmasından iranlı şəxsin xəbəri olmamışdır. İranlı şəxs onun istifadəsində olan telefonla əlaqə saxladığı üçün Ceyhun hara gedirsə onunla getmək məcburiyyətində qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmiş, sadəcə maşında üzərinə baxış keçirilməsinə etiraz etmiş, nə lazımdırsa çıxarıb verəcəyini, ona toxnunmamalarını bildirmişdir. Üzərində nə varsa çıxarıb polis əməkdaşlarına təqdim etdmişdir. Daha sonra polis bölməsinə gəlmişlər, orada üzərindən aşkar olunan metamfetamini ona qaytararaq çəkiliş zamanı təqdim etməsini bildirmişlər. İstintaq zamanı ona heç bir təzyiq olunmamış və onun heç bir zaman narkotik vasitə satmaq niyyəti olmamışdır. O, özünü qismən təqsirli bilir ki, Ceyhunun əməllərindən və evdəki mallardan xəbəri olub, onunla əlbir olub, amma satış məqsədi olmamışdır. Ceyhunla bərabər narkotik vasitələri aparıb ünvanlara qoymasında iştirak etmişdir. 4, 5 və 12 yaşlarında 3 övladı var, hazırda atası ilə anasının himayəsindədirlər. Ceyhunla tanış olandan sonra onunla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində yerləşən evdə kirayədə yaşamış, uşaqları isə valideynlərinin yanında qoymuşdur. Əvvəllər məhkum olunmamışdır. Keçmiş əri ilə məhkəmə qaydasında boşanmış, amma gedib “ASAN” xidmətdə təsdiq etdirməmişdir. İbtidai istintaq zamanı vəkilin iştirakı ilə verdiyi ifadəsini pul hissəsində təsdiq etməmişdir. Murtuza adlı şəxsin dediklərini narkotik vasitə qarşılığında yerinə yetirmişlər. Onun göndərdiyi narkotik vasitələrdən özləri istifadə etməmiş, yalnız öz istifadələri üçün göndəriləndən istifadə etmişlər. Ceyhuna təzyiq olunmasını görməmişdir. Məhkəmə istintaqının sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, Ceyhunla qeyri-rəsmi nikah münasibəti qurana kimi narkotik vasitələrin istifadəsi ilə məşğul olmamış, iranlı şəxslərlə əlaqə qurmamışdır. Əvvəllər 17 il özü işləyərək pul qazanmış, heç vaxt narkotik vasitə istifadə etmək ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs1la münasibət qurduqdan sonra Ceyhunun təşviqi ilə narkotik istifadə etməyə başlamışdır. “Whatsapp” proqramındakı foto və videolardan da görünür ki, həmin foto, video və ünvanlar Ceyhuna gəlmiş və Ceyhun ona atmışdır. Ceyhun dəfələrlə ünvanlara narkotik vasitə qoyan zaman onun telefonunu özü ilə aparmışdır. O, narkotiklə bağlı heç kimi tanımamış və heç yerdən narkotik əldə etməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Ceyhun onun ikinci ailəsi olduğu üçün ondan ayrılaraq valideynlərinin yanına getməyə üzü olmamış, Ceyhunun dediklərindən imtina edə bilməmişdir. O, dəfələrlə Ceyhunu bu yoldan döndərməyə çalışmışdır. O, Ceyhunun əməllərini ifşa etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edərək yoldaşını sata bilməmişdir. İranlı şəxsin nömrəsi onun telefonunda olmuş, amma həmin şəxslə Ceyhun əlaqə saxlamış, o, şəxsən iranlı ilə danışmamışdır. İlk dəfə iranlı Ceyhunun telefonuna zəng edərkən Ceyhun telefonu ona vermiş və həmin şəxslə danışmasını və Ceyhun adlı şəxsi tanımadığını bildirməsini söyləmişdir. Ceyhun iranlının nömrəsini ona verərək, onunla əlaqəni kəsməməsini və iranlı şəxsin ona lazım olacağını söyləmişdir. İran “Whatsapp”ını Ceyhun onun telefonuna yükləmişdir. Ceyhunun telefonu xarab olmuş və nömrəsini onun telefonunda istifadə etmişdir. Bunun üçün də Ceyhunun kontaktı onun telefonuna düşmüşdür. Son zamanlar o, iranlı şəxsin telefon zənglərinə cavab vermədiyi üçün iranlı Ceyhunun “Whatsapp”ına məlumatları atmış, Ceyhun da həmin məlumatları ona atmışdır. Ceyhunun iştirakı olmadan o, heç vaxt narkotik vasitənin olduğu yerin fotosunu çəkib iranlı şəxsə atmamışdır. “Whatsapp” onun telefonunda olduğu üçün və iranlı şəxs onunla əlaqə saxladığı üçün o, məcbur hər dəfə Ceyhunun yanında getmişdir. O, noyabr ayında həm nömrəsini, həm də evini dəyişmişdir. Saxlanılan zaman üzərində olan narkotik vasitəni gündəlik istifadəsi üçün Ceyhun ona vermişdir. O, 2 gün telefonunu söndürərək iranlı ilə əlaqə saxlamamış, amma Ceyhun onu iranlı ilə əlaqə saxlamağa təşviq etmişdir. O, indiyə kimi heç bir analiz verməmiş, sadəcə psixoloji danışıqlar nəticəsində metamfetamin istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində yerləşən fərdi evdə qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs1 ilə kirayədə yaşayır. Təxminən 7-8 aydır ki, narkotik və psixotrop maddələrdən istifadə edir, Ceyhun da narkotik və psixotrop maddələr qəbul edir. Təxminən 7-8 ay əvvəl Ceyhun Murtuza adlı İran vətəndaşı ilə tanış olması, Murtuzanın ona ucuz qiymətə narkotik və psixotrop maddələr təşkil edə biləcəyini, həmçinin qoyduracağı yerlərdən narkotik və psixotrop maddələri götürüb deyəcəyi digər yerlərə çatdıraraq qoymağı müqabilində həmin maddələrin hər kiloqlarıma 500 manat pul verə biləcəyi və həmin maddələrdən də özünə götürəcəyini deməsi barədə Ceyhun ona əvvəldən demiş və İranlı Murtuza ilə Ceyhun arasında olan bütün danışılqlardan məlumatı olmuşdur. Ceyhun ona bu barədə danışanda maddi vəziyyətlərinə və özlərinə də narkotika lazım olduğundan etiraz etməmiş və qərara gəlmişlər ki, birlikdə Murtuzanın göndərəcəyi narkotik və psixotrop maddələri götürüb deyəcəyi ünvanlara aparıb çatdırsınlar, həm pul qazanıb maddi ehtiyaclarını ödəyərlər, həm də özlərinə qəbul etməyə həmin maddələrdən qalar. Bundan sonra Murtuza Ceyhunla votsapla əlaqə saxlayaraq narkotik və psixotrop maddələri qoydurduğu yerlərin fotoşəkillərini və məkan yerlərini göndərərək həmin maddələri götürdükdən sonra dediyi digər yerlərə aparıb qoymağını və həmin yerlərin fotoşəkillərini çəkib işarələyərək məkan yeri ilə birlikdə ona göndərmələrini, bəzən də göndərdiyi narkotik və psixotrop maddələri götürdükdən sonra dediyi hissələrə bölüb Ceyhunun özünün təhlükəsiz yerlərə qoymağını tapşırırmış, o, da Ceyhunla birlikdə Murtuzanın dediyi kimi edirmişlər, bunun müqabilində Murtuza Ceyhunun göndərdiyi "Leo bank" kartına müxtəlif məbləğlərdə pul göndərirmiş, həmçinin biz də həmin maddələrdən götürüb Ceyhunla birlikdə qəbul edirmişlər. Sonra Ceyhunla öz aralarında razılaşmışlar ki, narkotik və psixotrop maddələrini dövriyyəsini böyütmək üçün Murtuzaya onun Ceyhunun başçısı olduğumu deyib etibarını qazansınlar və bir müddətdən sonra Ceyhun onu da Murtuza ilə tanış etmiş və hər ikisi Murtuza ilə əlaqə saxlayırmışlar, Murtuza onun göndərdiyi hesab kartına da pul göndərirmiş. Tutulmazdan təxminən 1 həftə əvvəl Murtuza onunla və Ceyhunla əlaqə saxlayaraq Abşeron rayonu Masazır qəsəbəsi ərazisində qoydurduğu bir bükülüdə "patı", yəni psixotrop maddə metamfetamini götürmələrini demiş, o,da Ceyhunla birlikdə həmin metafmetamini götürüb nə edəcəklərini soruşanda Murtuza evə aparıb çəkisini tərəzidə çəkib fotoşəklini ona göndərmələrini, metametamini evdə saxlamalarını və hara qoyacaqlarını deyəcəyini bildirmişdir. Onlar da götürdükləri 1 bükülüdə metamfetamini evə aparıb elektron tərəzidə çəkisini çəkdikdə 170 qram olmuş və metamfetaminin tərəzidə olan fotoşəklini çəkib Murtuzaya göndərmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Murtuza onunla və Ceyhunla votsapla əlaqə saxlayaraq Abşeron rayonu Hökməli kəndində "At yalı" deyilən ərazidə qoydurduğu narkotik vasitə qurudulmuş marixuananı götürmələrini demiş, onlar da 1 bükülüdə olan marixuananı götürüb Murtuzaya demiş, Murtuza eynilə həmin qurudulmuş marixuanam evə aparıb çəkisini çəkərək fotoşəklini ona göndərmələrini demiş, həmin qurudulmuş marixuananı evə aparıb açanda həmin bükülünün içərisində 3 ədəd bükülünü görmüşlər, Murtuzanın dediyi kimi selofandan çıxarıb tərəzidə çəkdikdə hər biri təxminən 1 kq olmuş və ayrı- ayrıhqda fotoşəkillərini çəkərək Murtuzaya göndərmişlər. Murtuza demişdir ki, özü bizə hara qoyacaqlarını deyəcəkdir. Evdə saxladıqları metamfetamin və qurudulmuş marixuanadan istədiyi vaxtı qəbul edirmişlər, Ceyhun ona istəyəndə vermişdir. Ertəsi gün Murtuz Ceyhun və onunla votsapla əlaqə saxlayaraq metamfetmin və qurudulmuş marixuananı dediyi qram və hissələrə bölməyini və özlərinin qoyacaqları yerləri bildirmələrini demiş, onlar da həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə metamfetmin və qurudulmuş marixuananı Murtuzun dediyi qram və hissələr bölərək Bakı şəhəri, Saray, Corat və digər ərazilərdə qoyub fotoşəkillərini və məkan yerini Murtuza göndərmişlər, Murtuza onlara 750 manat pul göndərəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Murtuz onlarla əlaqə saxlayaraq metamfetamin və qurudulmuş marixuananı dediyi qram və hissələrə bölməyinivə özlərinin qoyacaqlarını yerləri bildirmələrini demişdir. Ceyhun özünə 1 bükümdə metamfetamin götürmüş və ona da 1 bükümdə metamfetamin vermiş, həmin 1 bükümdə metamfetamini əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər və evdən çıxaraq Murtuzanın tapşırdığı metamfetmin və qurudulmuş marixuana bükümlərini Saray qəsəbəsi və Sumqayıt şəhər ərazisində Ceyhunla birlikdə müxtəlif yerlərə qoyub həmin yerlərin fotoşəkillərini və məkan yerlərini Murtuza göndərmişlər. xx.xx.2023-cü il tarixdə saat 01:50 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Bravo" marketinə gedən zaman marketin yaxınlığında bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onları saxlamış və Sumqayıt şəhər polis idarəsinin polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər, onlar etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. Polis İdarəsinə gəldikdən sonra xidməti otaqda müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmağı, bununla əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək ona vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan özünə X5 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan və qadın iştirakçı dəvət olundudan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd "Xiomi" markalı, ***-***-**-** nömrə ilə işləyən mobil telefonu təqdim etmiş və həyəcandan üzərində qadağan olunmuş əşya olmadığını demiş, sonra qadın iştirakçı tərəfindən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı 1 ədəd şəffav selofan bükümdə olan metamfetamin aşkar olunmuşdur. Həmin selofan bükümün içərisinə baxılan zaman metamfetamin aşkar olunmuşdur.Bundan başqa üzərindən cinayət xarakterli başqa heç bir şey aşkar olunmamışdır. Ona verilən suallara cavab olaraq həmin bükümdə “şüşə”, yəni metamfetamin olduğunu, həmin maddəni birgə yaşadığı Ceyhunun ona birgə istifadə etmək üçün verdiyini, həmçinin yaşadıqları evdə narkotik və ya psixotrop maddə olmasından məlumatı olmadığım bildirmiş, düşünməmişdir ki, polislər yaşadıqları evə baxış keçirə bilərlər. Sonra üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamin elektron tərəziyə qoyulub çəkilərək olduğu selofan bükülü ilə birlikdə 0,89 qram olmuşdur. Həmin maddə ekpertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş ***-***-**-** nömrəsi olan "Xiomi" markalı mobil telefonum müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı barəsində aparılan araşdırma ilə əlaqədar olaraq, polis əməkdaşlarının yaşadıqları ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə təqdim etmiş, ona həmçinin Ceyhunun da yaşadıqları evə baxış keçirilməsinə etirazı olmadığı barədə ərizə verməsini bildirmişlər. Sonra üzərində keçirilən şəxsi axtarışla bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Sonra polis əməkdaşları, vəkili X6, Ceyhun və onun vəkili ilə birlikdə yaşadıqları ünvana getmişlər. Yaşadıqları ünvanın qarşısında onlara videoçəkilişlə baxış keçiriləcəyi bildirildmiş,o, və Ceyhun buna etiraz etməmişlər. Ceyhun özü yaşadıqları ünvanın yaşıl rəngli dəmir darvazasını açmış və iştirakçılarla birlikdə içəri daxil olmuşlar. Ceyhuna yaşadıqları ünvanda qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildikdə Ceyhun yaşadıqları ünvanın qonaq otağında ağ rəngli kisəni göstərərək həmin kisənin içərisində narkotik və psixotrop maddələr olduğunu bildirmişdir. Həmin kisənin içərisinə baxış zamanı içərisində olan 1 ədəd şəffav selofan bağlama açılan zaman bağlamada ayrı-ayrılıqda 2 ədəd şəffav selofan bağlamaların olduğu, həmin bağlamalar açılan zaman isə birinin içərisində qurudulmuş marixuana, digərinin içərisində isə metamfetamin aşkar olunmuşdur. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 1 bağlamada qurudulmuş marixuananın çəkisi 2320 qram, digər 1 bağlamada metamfetaminin çəkisi 155 qram olmuşdur. Aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Yaşadıqları ünvana baxış zamanı başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. O, həqiqətəndə Ceyhunla birlikdə İran vətəndaşı Murtuzanın qoydurduğu yerlərdən narkotik və psixotrop maddələri götürüb satışını həyata keçirmişlər və bununla bağh Ceyhunla qabaqcadan razılaşmışlar, məqsədləri hər ikisinin pul əldə etmək və onlara həmin maddələrdən qalması olmuş, bunun müqabilində İran vətəndaşı Murtuza ilə narkotik və psixotrop maddələrin hər kiloqramına 500 manat pul verəcəyi və həmin maddələrdən də özlərinə götürəcəyi ilə razılaşmışlar və Murtuza onlara pul göndərirmiş, həmçinin götürüb digər yerlərə qoyacaqları maddələrdən də özlərinə götürürmüşlər. Üzərindən aşkar olunmuş metamfetamin onların əvvəlcədən olan razılıqlarına əsasən Murtuza adlı İran vətəndaşının qoydurduğu yerdən birlikdə əldə etdikləri və evdə saxladıqları metamfetamindəndir, Ceyhun həmin metamfetamindən ona istədiyi vaxt vermiş və sonuncu dəfə də xx.xx.2023cü il tarixdə verdiyi həmin 1 böükümdə metamfetamindir. X29 Respublikasının vətəndaşıdır, onunla və Ceyhunla +**********18 saylı İran mobil nömrəsi ilə əlaqə saxlayırmış, Murtuzanın kimliyi və harada yaşaması barədə məlumatı yoxdur. Murtuza adlı İran vətəndaşının narkotik vəpsixotrop maddələri haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə ondan heçnə soruşmamışdır. Üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik və psixotrop maddələrin əldə etdikləri ərazilərdə kim və ya kimlər tərəfindən qoyulması, narkotik və psixotrop maddələrin haradan gətirilməsi barədə məlumatı yoxdur. İlk əvvəl Ceyhun İran vətəndaşı Murtuza ilə razılaşmışdır ki, pul qazanmaq və özünə da narkotik və psixotrop maddələr qalması müqabilində Murtuza üçün qoydurduğu yerlərdən həmin maddələri götürüb Murtuzanın deyəcəyi və ya Ceyhunun özünün qoyacağı ünvanlara çatdıracaqdır və bu barədə Ceyhun ona demişdir. İlk əvvəl Murtuzanın qoydurduğu yerlərdən həmin maddələri Ceyhunla birlikdə götürüb yerbəyer edirmişlər və Ceyhunla birlikdə bunu etmələrini Murtuza bilmirmiş. Sonradan Ceyhunla öz aralarında razılaşmışlar ki, narkotik və psixotrop maddələrini dövriyyəsini böyütmək üçün Murtuzaya onun Ceyhunun başçısı olduğunu deyib etibarını qazansınlar və bir müddətdən sonra onu da Murtuza ilə tanış etmiş və hər ikisi Murtuza ilə əlaqə saxlayırmışlar. İlkin araşdırma zamanı düşünmüşdür ki, qadın olduğu üçün Ceyhun onunla birlikdə törətdikləri əməllərə görə məsuliyyəti öz üzərinə götüəcəkdir və ona görə birlikdə yaşadıqları evdə narkotik və psixotrop maddələrin olmasından məlumatı olmadığını bildirmiş, lakin sonradan düşünmüşdür ki, onsuzda istintaq zamanı hər şey aşkara çıxacaq, ona görə də səmimi olaraq etiraf etmişdir ki, Ceyhunla əvvəlcədən narkotik və psixotrop maddələrin satış məqsədi ilə əldə etmələri, saxlamaları, daşınmaqları və Azərbaycan Respublikası ərazisində satışın təşkil edilməsi ilə bağlı İran vətəndaşı Murtuzanın qoydurduğu yerlərdən həmin maddələri götürüb əldə etmişlər.Kirayədə yaşadıqları evin sahibinin onların əməllərdən heç bir məlumatı olmamışdır və ona bu barədə bildirməmişlər.Polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində qısa şəkildə göstərmişdir ki, xatırladığı qədəri ilə Ceyhunun evinə baxış zamanı “marixuana” və “metamfetamin” aşkar olunmuşdur. İlk olaraq Təqsirləndirilən şəxs2 saxlamışlar, üzərindən şəffaf bükümdə metamfetamin aşkar olunmuş, daha sonra evlərinə baxış keçirməyə getmişlər və evdən “marixuana” və “metamfetamin” aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə yay aylarında baş verdiyi üçün dəqiq xatırlamır. Səhv etmirsə aşkar olunan marixuna təxmini 500-600 qram, metamfetamin isə təxmini 200-300 qram olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs2 heç bir müqavimət göstərməmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxslərə təziq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Emil Həsənovun icraatına Sumqayıt şəhəri, yataqxana 16. Ü.Hacıbəyov küçəsi, məhəllə 15-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və onunla birlikdə qeyri-rəsmi nigahda yaşayan, Sumqayıt şəhəri, St.Sumqayıt, ev 157V-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 gızının qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları, yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində fərdi evdə saxlamaları barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı idarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və CAŞ-ın kiçik inspektoru polis serjantı Şahid3 da daxil edilmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədi ilə 12 iyul 2023-cü il tarixdə onların ola biləcəyi yerlər müşahidəyə götürülmüş, saat 01:50 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Bravo" marketin yaxınlığında olmalarını görmüş və yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və həmin yerdə onların üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması üçün şərait olmadığından sonuncuların üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmiş, onlar etiraz etməyərək ə polis idarəsinə gəlmişlər. İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 siyahıdan özünə vəkil X15, Təqsirləndirilən şəxs2 isə X5 müdafiəçi kimi seçmişlər. Müdafiəçinin iştirakı təmin edildikdən sonra ilk olaraq videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sol arxa cibində saxlamış olduğu 2 ədəd mobil telefon, şalvarın sağ arxa cibində saxlmış olduğu 2 ədəd ev açarı, 80 manat pulu, şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd şəffav selofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə baxılan zaman psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddənin “patı”, yəni metamfetamin olduğunu, həmin maddəni İran vətəndaşından əldə etdiyini, əldə etdiyi həmin maddələrin qalan qismini yaşadığı ünvanda saxladığını, həmin narkotik və psixotrop maddələri pul qarşılığında müəyyən ünvanlara çatdırmaq, qarşılığında çatdırılmış 1 kiloqram həmin maddələrə görə 100-200 manat pul qazanmaq üçün əldə etdiyini, narkotik vasitələri Bakı şəhəri “At yalı” qəsəbəsi ərazisində İran vətəndaşının ona dediyi qoydurduğu yerdən götürdüyünü bildirmişdir. Cehun Məmmədovdan aşkar olunmuş 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,54 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfədə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş 2 ədəd ev açarı, 80 manat pulu özünə qaytarılmış, işlək vəziyyətdə olmayan "Samsung A 7" markalı və 099- ***-**-** nömrə ilə işləyən "Samsung A52" markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən baş müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində aparılan araşdırma ilə bağlı polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə də təqdim etmişdir. Bundan sonra onların, dəvət olunmuş qadın iştirakçı Sumqayıt Şəhər Poilis İdarəsinin əməliyyat rabitə qrupunun kiçik rabitə inspektoru, polis serjantı X12 və vəkil X2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd "Xiomi" markalı ***-***-**-** nömrəli mobil telefonu təqdim etmiş və üzərində başqa qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qadın iştirakçı, polis serjantı Kəmalə Əkbərova tərəfindən şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffav selofan büküm aşkar edilmiş, şəxsi axtarış davam etdirilən zaman sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd şəffav selofan bükümün içərisinə baxılan zaman psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümdəki maddənin “şüşə”, yəni metamfetamin olduğunu, həmin maddəni birgə yaşadığı Ceyhunla birlikdə istifadə etmək üçün gətirdiyini və yaşadıqları ünvanda narkotik maddə olmasından məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunmuş 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,89 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş "Xiomi" markalı ***-***-**-** nömrəli mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən baş müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra iştirakçılarla, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində yerləşən fərdi evə getmişlər. Təqsirləndirilən şəxs1 vidoçəkilişlə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 özü yaşadığı ünvanın yaşıl rəngli dəmir darvazasını açmış və iştirakçılarla birlikdə içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyam təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs1 yaşadığı evin qonaq otağında ağ rəngli kisəni göstərərək həmin kisənin içərisində narkotik maddə olduğunu bildirmişdir. Həmin kisənin içərisinə baxılan zaman içərisində 1 ədəd şəffav selofan bağlamanın olduğu, həmin bağlama açılan zaman içərisində ayrı-ayrılıqda 2 ədəd şəffav selofan bağlamaların olduğu, həmin bağlamalar açılan zaman isə birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin, digərinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda bir bağlamada olan maddənin “patı”,yəni metamfetamin, digər bağlamada olan maddənin isə qurudulmuş marixuana olduğunu, həmin narkotik və psixotrop maddələri Murtuza kimi tanıdığı İran vətəndaşından əldə etdiyini, həmin maddələri İran vətəndaşının dediyi ünvanlara çatdıracağını, qarşılığında isə pul alacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş bir ədəd şəffav selofan bağlamada olan qurudulmuş marixuanaya bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisi 2320 qram, digər bir ədəd şəffav selofan bağlamada olan metamfetaminə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisi 155 qram olmuşdur. Aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, üzərlərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilən zaman başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir (cild 2, iş vərəqi 15-17). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq olunduqdan sonra Şahid2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəni təsdiq etmiş, üzərindən xeyli vaxt keçdiyi üçün bəzi xüsusatları yanlış xatırladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə gecə saat 1-2 radələrində təqsirləndirilən şəxslərin üzərlərində narkotik vasitə gəzdirmələri və satmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq yerləri müəyyən olunmuş, Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Bravo" marketin yaxınlığında onlara yaxınlaşaraq özlərini təqdim edərək polis idarəsinə dəvət etmişlər. İdarəyə gətirildikdən sonra inzibati otaqların birində ayrı-ayrılıqda üzərlərinə baxış keçirilmiş və hər birinin üzərindən metamfetamin aşkar olunmuşdur. Daha sonra evlərinə baxış keçirilmiş və əlavə evdə də bükümlər aşkar olunmuşdur. Bükümdə 2 kq marixuana və təxmini 150 qram metamfetamin olmuşdur. Özünün bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşından almış, Abşeron rayonu ərazisində “At yalı” adlanan yerdən götürmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, İran vətəndaşı “At yalı” adlanan yerə narkotik vasitəni qoydurmuş və təqsirləndirilən şəxslər oradan götürərək əldə etmişlər. Əməliyyat məlumatı ona daxil olmuşdur. Daxil olan məlumatla əlaqədar əməliyyat-qeydiyyat işi açılmışdır. Təqsirləndirilən şəxslər onlara heç bir müqavimət göstərməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin şahidin də digər şahidlərlə (Şahid1 və Şahid2) eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Ceyhun və Könül adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, özlərində saxlayaraq daşıması, yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi, Corat bağları massivi fərdi evdə saxlaması barədə məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həmin tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Ceyhun Məməmdovun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sol arxa cibində saxlamış olduğu 2 ədəd mobil telefon, şalvarın sağ arxa cibində saxlamış olduğu 2 ədəd ev açarı, 80 manat pulu, şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd şəffav sellofan bükümü təqdim etmiş, həmin selofan bükümün içərisinə baxılan zaman psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Müvafiq foto şəkillər çəkilmiş, həmçinin video çəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 52-53). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd "Xiomi" markalı ***-***-**-** nömrəli mobil telefonu təqdim etmiş və üzərində başqa qanunla qadağan olunmuş əşya olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qadın iştirakçı, polis serjantı Kəmalə Əkbərova tərəfindən şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffav sellofan büküm aşkar edilmiş, şəxsi axtarış davam etdirilən zaman sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd şəffav selofan bükümün içərisinə baxılan zaman psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Video çəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 57-58). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizələr”dən göründüyü kimi, həm Təqsirləndirilən şəxs1, həm də X9 polis əməkdaşları tərəfindən yaşadıqları evə baxış keçirilməsinə etiraz etməmişlər (cild 01, iş vər. 54, 59). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı qonaq otağından 1 bağlamada külli miqdarda təmiz çəkisi 2270,0 qram narkotik vasitə qurudulmuş marixuana və 1 bağlamada külli miqdarda təmiz çəkisi 110 qram psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Video çəkiliş diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 62-63). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2023cü il tarixli 3-16-16/2-6/3749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksləri olan bir ədəd bağlamada və iki ədəd zərfdə: üzərində "Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,465 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində "Təqsirləndirilən şəxs1 evindən götürülmüş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamadakı l(bir) ədəd selofan bükümdə təmiz çəkisi 110 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində "Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, üzərində "Təqsirləndirilən şəxs1 evindən götürülmüş..." bir ədəd bağlamada olan metamfetamin birbiri ilə və üzərində "Təqsirləndirilən şəxs2 üzərindən aşkar..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir (cild 01, iş vər. 93-96). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3750 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs2 üzərindən aşkar..." sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,551 qram olan ağ rəngli kristallik maddə-matemfetamindir (cild 01, iş vər. 99-102). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 iyul 2023-cü il tarixli 3-16-16/2-7/1004 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Təqsirləndirilən şəxs1 evindən götürülmüş 01 ədəd bağlama" yazılar və imzalar olan şəffav selofan torbadakı l(bir) ədəd selofan torbada təmiz çəkisi -2270, qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01, iş vər. 104-106). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş üzərində ***- ***-**-** mobil nömrəsi olan “Samsung A52” markalı mobil telefona baxış keçirilən zaman Whatsapp proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin ".(nöqtə işarəsi)" ilə yaddaşa vurulduğu, "Whatsapp" proqram təminatın SMS-rə baxdıqda +98 ********** nömrəsi ilə qarşılıqlı olaraq yazışmaları, səs yazıları göndərmələri, müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri və məkan yerləri(konum), bükümlərdə olan narkotik və psixotrop maddə fotoşəkillərin göndərmələri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin telefonda olan özünün ***- ***-**-** nömrəsi ilə istifadə etdiyi Whatsapp proqram vasitəsi ilə "Murtuza" dediyi +98 ********** saylı nömrəsini mobil telefonun işarəsi ilə yaddaşına qeyd etdiyi İran vətəndaşı ilə narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı bir-birləri ilə yazışıb səsli mesaj və narkotik və psixotrop maddələrin müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri və məkan yerləri(konum), bükümlərdə olan narkotik və psixotrop maddə fotoşəkillərin göndərdiklərini bildirmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs1 məxsus mobil telefonda ***-***-**-** saylı nömrənin Whatsapp proqram təminatında aşkar olunmuş +98 ********** saylı nömrə ilə olan yazışmaları, müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri və məkan yerləri(konum), bükümlərdə olan narkotik və psixotrop maddə fotoşəkillərin şəkilləri çəkilmiş və səsli mesajlar diskə köçürülək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 173-179). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş üzərində 099- ***-**-** mobil nömrəsi olan “Xiaomi 11 Lite” markalı mobil telefona baxış keçirilən zaman Whatsapp proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin ".(nöqtə işarəsi)" ilə yaddaşa vurulduğu, "Whatsapp" proqram təminatın zəng və SMS-rə baxdıqda +98 ********** nömrəsi ilə qarşılıqlı olaraq yazışmaları, müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri və məkan yerləri(konum), bükümlərdə olan narkotik və psixotrop maddələrin elektron tərəzilərdə çəki görüntüləri olan fotoşəkillərin göndərmələri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin telefonda olan istifadə etdiyi 099- ***-**-** nömrəsi ilə istifadə etdiyi Whatsapp proqram vasitəsi ilə "Murtuza" dediyi +98 ********** saylı nömrəsini mobil telefonun işarəsi ilə yaddaşına qeyd etdiyi İran vətəndaşı ilə qeyri-rəsmi nigahda yaşadığı Təqsirləndirilən şəxs1 və özünün də arabir narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağh bir-birləri ilə yazışıb narkotik və psixotrop maddələrin müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri və məkan yerləri(konum) göndərdiklərini, həmçinin bükümlərdə olan narkotik və psixotrop maddələrin elektron tərəzilərdə çəkisini və görüntülərin fotoşəkillərini özü çəkib göndərdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus mobil telefonda ***-***-**-** saylı nömrənin Whatsapp proqram təminatında aşkar olunmuş +98 ********** saylı nömrə ilə olan yazışmaları, müxtəlif yerlərin işarələnmiş fotoşəkilləri və məkan yerləri(konum), bükümlərdə olan narkotik və psixotrop maddələrin elektron tərəzilərdə çəki görüntüləri olan fotoşəkillərin şəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur (cild 01, iş vər. 181-192). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 5639 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 38-39). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 5665 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 40-41). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 206, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 81-102). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 12 iyul 2023-cü il il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq həmin şəxslər Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərlərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd şəffav sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd şəffav sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, daha sonra şəxslərin birgə yaşadıqları ünvana baxış keçirilmiş və həmin ünvandan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə, habelə yaşadıqları evə baxış keçirilərək narkotik vasitə və psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri onların ibtidai istintaq zamanı özlərinin verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, o cümlədən ekspert rəyləri və iş üzrə mövcud olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və həmin ifadələrlə razılaşmır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddəni hardan, necə və hansı yolla əldə etmələri, cinayətin törədilmə mexanizmi, yəni narkotik vasitələrin dövriyyəsinin necə həyata keçirilməsi ilə bağlı etirafedici ifadə versə də, onlardan ümumilikdə aşkar olunan narkotik vasitə və psixotrop maddənin kütləsini, həmçinin göstərdiyi xidmətin müqabilində iranlı tərəfindən ona verilən pulun miqdarını mübahisələndirmiş, narkotik vasitənin çəkisinin polis əməkdaşları tərəfindən artırıldığını, özünün isə təsir və təzyiqə məruz qaldığını bildirmişdir ki,məhkəmə kollegiyası həmin ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs, o cümlədən təqsirləndirilən şəxs qismində dindirilərkən, üzərinə və yaşadığı ünvana müdafiəçinin iştirakı ilə müvafiq olaraq şəxsi axtarış və baxış keçirilərkən heç bir söz deməmiş, etirazını bildirməmiş, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də məhkəməyə bu barədə hər hansı məlumat verməmişdir. Həmçinin, cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının müvafiq rəyindən görünür ki, şəxs saxlanılandan sonra tibbi yoxlamadan keçmiş və onda döyülməyə xarakterik hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmədiyinə, satmaq məqsədi ilə narkotik vasitə əldə etmədiyinə, Təqsirləndirilən şəxs1 təzyiqi ilə onunla birlikdə hərəkət etmək məcburiyyətində qalmasına dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və bildirir ki, cinayət işinin materiallarında olan sübutlar şəxsə məxsus telefona baxış zamanı aşkar olunan SMS-lər, Könül Bababyevanın narkotik vasitə əldə etmək üçün Təqsirləndirilən şəxs1la birlikdə hərəkət etməsini, müxtəlif ünvanlara getməsini, o cümlədən onun narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasını təsdiq edən foto şəkillər, digər tərəfdən Təqsirləndirilən şəxs1 onu ifşa edən ifadələri, habelə şəxsi axtarış zamanı onun üzərindən və birgə yaşadıqları mənzildən külli miqdarda narkotik vasitə və psixotrop maddənin aşkar olunması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la və qeyriləri ilə satış məqsədi ilə narkotik vasitə əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və birbaşa cinayət əməlinin törədilməsində fəal şəkildə iştirak etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Əksinə həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrin işin faktiki halları ilə üst-üstə düşməsini, biri-digərini tamamlamasını əsas götürərək məhz həmin ifadələri əsaslı sayır və onlara elan olunan ittihamın əsasına həmin ifadələri qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 xx.xx.2011-ci il təvəllüdlü (X13), xx.xx.2018-ci il təvəllüdlü (X16) və xx.xx.2020-ci il təvəllüdlü (X17) 3 azyaşlı uşağı var (cild 02 iş vər. 71-73). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 231) Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və qadın olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 üç azyaşlı uşağının olmasını isə onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmir və bunu onunla əsaslandırır ki, cinayət qanunvericiliyi təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edərkən burda təqsirləndirilən şəxsin deyil, uşaqların mənafeyini düşünür. Belə ki, qanunverici təqsirləndirilən şəxs barəsində yekunda ittiham hökmü çıxarılarkən ona qeyd olunan hal nəzərə alınaraq nisbətən daha yüngül cəza təyin olunmaqla təqsirləndirilən şəxsin himayəsində olan uşaqlarının valideyin himayəsindən və qayğısından maksimal dərəcədə az məhrum olunmasına çalışır. Hazırki halda isə müəyyən olunan hal ondan ibarətdir ki, rəsmi nikah münasibətləri sonlandıqdan sonra üç azyaşlı uşaq Təqsirləndirilən şəxs2 himayəsinə verilsə də, bir valideyn kimi Təqsirləndirilən şəxs2 uşaqların tərbiyəsi, təhsili ilə məşğul olmamış, uşaqları özü saxlamaq, tərbiyə etmək əvəzinə onları yaşlı olan baba və nənənin himayəsində qoyaraq Təqsirləndirilən şəxs1la başqa evdə kirayədə qalaraq narkotik vasitənin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmuşdur. Odur ki, bu halı əsas götürən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə çıxışları zamanı müdafiəçi həmçinin Təqsirləndirilən şəxs2 barəsində təyin olunacaq cəzanın CM-in 79-cu maddəsi tətbiq olunmaqla uşaqlar 14 yaşına çatanadək təxirə salınmasını xahiş etmişdir ki, məhkəmə kollegiyası ona münasibətdə yuxarıda qeyd etdiklərini əsas götürərək bir daha bildirir ki, cinayət qanunvericiliyinin 79-cu maddəsində nəzərdə tutulan humanist müddəlar valideyn himayəsinə olan uşaqların mənafeyi əsas götürülməklə tətbiq olunan cəzadan azad etmə alətidir. Hazırki halda isə məhkəmə kollegiysı Təqsirləndirilən şəxs2 uşaqlarına diqqət və qayğı göstərməməsini, öz analıq vəzifələrini layiqincə yerinə yetirməməsini nəzərə alaraq onun barəsində CM-in 79-cu maddəsinin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 232) Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, səmimi peşmançılıq nümayiş etdirməklə ibtidai istintaq orqanı ilə əməkdaşlıq etməsini CM-in 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 datəyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 53, 206-207). İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 53, 208-213). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşadıqları ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 110,365 qram metamfetamin, 2269,8 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 0,501qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk və 01 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. 01 ədəd “Samsung A52” və 01 ədəd “Xiaomi 11 Lite” markalı mobil telefonlar isə hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 202 AZN (iki yüz iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 101 AZN (yüz bir manat) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan: - 110,365 qram metamfetamin, 2269,8 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 0,501qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 02 ədəd DVD disk və 01 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın; - hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Samsung A52” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, 01 ədəd “Xiaomi 11 Lite” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə 202 AZN (iki yüz iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 101 AZN (yüz bir manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-374/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-374/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver