Məhkəmə qərarları › İş №1(124)-377/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-377/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-377/2025 28.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Biləsuvar rayonu, Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 69.3-cü maddələri ilə 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 06 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələrinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 66.5-ci maddəsi hökmdən xaric edilmiş, CM-nin 234.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddətinin sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Biləsuvar rayonu, Əsgərabad ərazi dairəsi, Əsgərabad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 noyabr 2024-cü il tarixdə saat 21 radələrində sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı İran İslam Respublikasının vətəndaşının Abşeron rayonu, Fatmayı kəndində yerləşən “50 Qəpik” adlı avtoyuma məntəqəsi yaxınlığında qoydurduğu bir ədəd sellofan bağlamada külli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına" (Siyahı İ) daxil olan 1120 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və saxlamış, 29 noyabr 2024-cü il tarixdə, saat 21:25 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Fatmayı kəndində yerləşən “50 Qəpik” adlı avtoyuma məntəqəsi yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılarkən əlində saxladığı içərisində həmin 1120 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı yerə tullamış, 29 noyabr 2024-cü il tarixdə, saat 22:00-dan 22:30-a kimi təhqiqat şöbəsinin əməkdaşı tərəfindən göstərilən yerə baxış keçirilərkən oradan 01 ədəd sellofan bağlamada 1120 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə edib üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evinə aparıb saxlamış, 29 noyabr 2024-cü il tarixdə saat 21:25 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Fatmayı kəndində yerləşən “50 Qəpik” adlı avtoyuma məntəqəsi yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılarkən üzərində saxladığı həmin ov bıçağı ilə özünə xəsarət yetirdikdən sonra bıçağı yerə atmış, 29 noyabr 2024-cü il tarixdə saat 22:00-dan 22:30-a kimi təhqiqat şöbəsinin əməkdaşı tərəfindən göstərilən yerə baxış keçirilərkən həmin 01 ədəd soyuq silah hesab olunan ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Mehdiabad ərazisində saxlanılmışdır. Polis əməkdaşları ona məhkumluğu olduğu üçün bu əraziyə girməməli olduğunu bildirmişlər. Daha sonra o, dostunun maşını ilə, yenidən Mehdiabad ərazisinə daxil olmuş və maşınyuma məntəqəsinə getmiş, yenidən polis əməkdaşları ona yaxınlaşan zaman o özünə bıçaqla xəsarət yetirmişdir. Onun bıçaqda əl izi qalmışdırsa, narkotik vasitədə də əl izi qalarmış. Polis əməkdaşı ona əgər özünə xəsarət yetirməsəydi, yüngül maddə verəcəklərini demiş, o isə cinayət törətmədiyini bildirmişdi. Verilən suallara cavab olaraq bildirdi ki, ittiham aktında qeyd olunan tarixdə və yerdə saxlanılmış, narkotik vasitə onda olmamış, üstündə sadəcə bıçaq və telefon olmuşdur. O Sulutəpə qəsəbində yaşamış, Mehdiabada qohumları orada olduğu üçün getmişdir. Əvvəllər marixuana istifadə etmişdir. Cəzaçəkmə müəssisəsindən xx.xx.2024-cü il tarixdə çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları ona Mehdiabad ərazisinə girməməli olduğunu bildirmişlər. Həmin səbəbdən ona qarşı qanunsuzluq etdiklərini düşünmüşdür. Qətimkan tədbiri seçilərkən narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Özünə xəsarət yetirənə qədər polis əməkdaşları ona təzyiq göstərməmişlər, Mehdiabad ərazisində saxlanıldığı zaman həbsdən yeni çıxmış, polis əməkdaşları ona yaxınlaşaraq, tapşırıq aldıqlarını, Mehdiabad ərazisinə narkotik vasitə ilə əlaqəli insanın gələ bilməyəcəyini bildirmişdir. Bölmədə videoçəkiliş aparılmamışdır. Dövlət hesabına müdafiəçiyə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımamış, əvvəlki məhkumluğu Mehdiabad ərazisi ilə əlaqəli olmamış, oğurluq cinayətini Mehdiabad ərazisində törətməmişdir. Maşınyuma yerinə dostunun maşını ilə getmiş, həmin dostunun soyadını, telefon nömrəsini bilməmişdir. Ona birinci dəfə saxlanılan zaman onu tutacaqlarını bildirdikləri üçün o daha sonra polis əməkdaşları ona yaxınlaşanda özünə xəsarət yetirmişdir. Birinci dəfə izahat verdiyi zaman ona təzyiq edilmişdir. Ona qarşı döymə, xəsarət yetirmə olmamışdır.Tutulandan 5 ay sonra Baş prokurorluğa müraciət etmişdir. Çünki özünə xəsarət yetirdiyi üçün əməliyyat olunmuş və müalicə müəssisəsində olmuşdur. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən məhkəmədən vətən müharibəsi iştirakçısı olmağını və medallarla təltif olunmağını nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, təxminən iki ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin mart ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Salyan rayon Məhkəməsinin hökmünə əsasən 01 il 06 ay müddətinə həbs olunmuş və 08 oktyabr 2024-cü il tarixdə cəza müddətinin sonu ilə həbsdən azad olunmuşdur. Həbs olunmamışdan öncə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həbsdən azad olunduqdan sonra ilk dəfə 28 noyabr 2024-cü il tarixdə “Baba” adlı şəxsin istifadəsində olan +98 933 *** **** mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq 5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini dedikdə, “Baba” adlı şəxs ona narkotik vasitə göndərə biləcəyini demişdir. Ona görə də “Baba” adlı şəxsin göndərdiyi xatırlamadığı kart hesabına 50 manat pul göndərmişdir. Bundan sonra “Baba” adlı şəxs narkotik vasitəni Abşeron rayonu, Mehdiabad qəsəbəsində təyin olunmuş yerə qoydurduğunu demiş və həmin yerin ünvanını göndərmişdir. Həmin gün, yəni 28 noyabr 2024-cü il tarixdə hava yağışlı olduğu üçün narkotik vasitəni götürməyə getməmiş və bu barədə “Baba” adlı şəxsə bildirmişdir. “Baba” adlı şəxs sonradan narkotik vasitəni həmin yerdən götüzdürdüyünü demişdir. 29 noyabr 2024-cü il tarixdə yenidən “Baba” adlı şəxslə əlaqə saxlayıb narkotik vasitəni əldə etmək istədiyini demiş və “Baba” adlı şəxs narkotik vasitəni bir gün əvvəl dediyi yerə qoydurduğunu dediyindən, 29 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində “Baba” adlı şəxs tərəfindən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ona göndərilmiş məkan əsasında Abşeron rayonu, Fatmayı kəndində yerləşən “50 Qəpik” adlı avtoyuma məntəqəsinin yaxınlığına getmişdir. Həmçinin evdən çıxarkən hər hansı bir təhlükə olarsa istifadə etmək məqsədilə özü ilə bir ədəd bıçaq götürmüşdür. Bundan başqa mobil telefonunda olan “Whatsapp” ani mesajlaşma proqramında “Baba” adlı şəxslə aralarında olan yazışmaları, narkotik vasitənin qoyulduğu yerə çatmamışdan öncə isə məkanı silmişdir. “Baba” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi işarələnmiş şəkillə narkotik vasitənin qoyulduğu yeri tapmışdır. Narkotik vasitə yolun kənarında dirəyin dibində basdırılmış, lakin həmin yerə birbaşa olaraq yaxınlaşmamış və həmin yerin yaxınlığında təbii ehtiyacını ödəmişdir. Həmin vaxt arxa tərəfdən adını sonradan bildiyi Cavid adlı əməliyyat müvəkkili arxadan onu qucaqlayıb səslənərək “mallar haradadır” sözlərini demişdir. Narkotik vasitə əldə etmədiyi halda məsuliyyətə cəlb olunacağını fikirləşib həmin səbəbdən də cibində olan bıçağı çıxarıb bir neçə dəfə qarın nahiyəsinə zərbələr vurmuşdur. Bundan sonra polis əməkdaşları təcili tibbi yardım avtomobili ilə onu xəstəxanaya aparmış və orada müalicə almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İlkin ifadəsində qara sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı qeyd edilən yerdən götürüb həmin yerdən piyada gedib uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərsə də, həmin ifadəni Cavid adlı polis əməkdaşının təzyiqi altında yazdığı üçün ifadəsində narkotik vasitəni əlində götürüb oradan piyada uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir. Faktiki isə həmin narkotik vasitəni qoyulan yerdən götürməmişdir. Üzərindən aşkar edilmiş bıçağı isə 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, həmin bıçağı da döyüş zamanı əldə edib özündə saxlamışdır.(cild l.i/v 193-195) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xidməti gəzintidə olduqları zaman bir nəfər şəxsin sahibsiz olan bir həyətdən çıxdığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikləri zaman şəxs özünə xəsarətlər yetirməyə başlamışdır. Ona kömək edib, təcili tibbi yardım çağırmışlar və onlar həmin yerdə qalmış, oranı mühafizə etmişlər. Təhqiqatçını və eksperti hadisə yerinə çağırmışlar. Orada olan paketi sənədləşdirib götürmüşlər. Verilən suallara cavab olaraq bildirdi ki, şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmamış, hadisə təsadüfi baş vermişdir. 5 nəfər polis əməkdaşı olmuşlar. Əli və Müqəddəs şəxsi təcili tibbi yardım avtomobili ilə aparmışlar. O, İlkin və Cavid hadisə yerində qalmışlar. Şəxs bıçaq vasitəsilə özünə xəsarət yetirmiş, onlar şəxsi gördükləri zaman paket onun əlində olmuşdur. Onlar da baş verənləri tam anlaya bilməmişlər, özlərini təqdim etmişlər və şəxs özünə xəsarət verməyə başlamışdır. Hadisə yeri yolun qırağı olmuş, boş yer olmuş, yaşayış sahəsi olmamışdır. Sadəcə şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər ki, sonuncu da özünü təqdim etsin, paket isə həmin şəxsin əlində olmuşdur. Təhqiqatçı video-çəkiliş ilə maddi sübutu qablaşdırıb götürmüşdür. Şəxsin saxlanıldığı yerin yaxınlığında “50 qəpik” avtoyuma məntəqəsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xidməti gəzintidə olduqları zaman, Fatmayı-Mehdiabad yolunda, bir nəfər şəxsin sahibsiz bir yerdən gəldiyini görmüş, ona yaxınlaşaraq özlərini təqdim etdikləri zaman şəxs bıçaqla özünə xəsarət yetirməyə başlamışdır. Şəxsi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Hadisə yerinə təhqiqatçı, kriminalist gəlmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmamışdır. 5 nəfər polis əməkdaşı gecə gəzintisində olmuşlar, şəxsin əlində selofan torba olmuşdur. Ərazidə baş verən oğurluqlarla bağlı onlar xidməti gəzintidə olmuşlar. Şəxsin həmin əraziyə hansı vasitə ilə gəldiyini bilməmişlər, şəxs saxlanılan zaman piyada olmuşdur. Şəxsin çıxdığı yer kimsəsiz bir yer olduğu üçün onlarda şübhə yaratmışdır. Şəxsin əlində selofan torba olmuşdur, rəngini xatırlamır. Onlara şəxsin saxlanılması ilə bağlı tapşırıq verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xidməti gəzintidə olduqları zaman Fatmayı- Mehdiabad yolunda, bir nəfər şəxsin sahibsiz bir həyətdən, əlində selofan torba ilə çıxdığını görmüş, ona yaxınlaşıb özlərini təqdim etdikləri zaman şəxs bıçaqla özünə xəsarət yetirməyə başlamışdır. Təcili tibbi yardım maşını ilə şəxsi o və Müqəddəs adlı polis əməkdaşı xəstəxanaya çatdırmışlar. Verilən suallara cavab olaraq bildirdi ki, daha sonra hadisə yerinə qayıtmamış, onlar xəstəxanada olmuşlar. Şəxsin əlində selofan torba olmuş, qara rəngdə olmuşdur. Şəxsin saxlanıldığı yerin yaxınlığında 100-200 metr aralıda “50 qəpik” avtoyuma məntəqəsi olmuşdur, şəxsi avtoyuma məntəqəsindən çıxan zaman görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mehdiabad qəsəbəsində xidməti gəzintidə olduqları zaman bir nəfər şəxsin sahibsiz bir həyətdən yola doğru qalxdığını görmüşlər, şəxsin əlində qara rəngli paket olmuşdur. Ona yaxınlaşıb özlərini təqdim etdikləri zaman şəxs paketi atmış, bıçaqla özünə xəsarət yetirməyə başlamışdır.Təcili tibbi yardıma müraciət etmiş, Şahid5 ilə birlikdə şəxsi xəstəxanaya çatdırmışlar. Digər polis əməkdaşların hadisə yerinin mühafizəsini təmin etmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, o, Sadiqi, Cavidi və Əlini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, kriminalist olaraq hadisə yerinin müayinəsi üçün ora dəvət olunmuş, ora hələn zaman artıq şəxs orada olmamış, xəstəxanaya aparılmışdır. O, hal şahidləri ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisə yerində qan, bıçaq və paket olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, video-çəkilişin aparılıb-aparılmamağı yadında olmamışdır. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, 29 noyabr 2024-cü il tarixdə, saat 21:25 radələrində Abşeron rayonu, Fatmayı kəndində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis kapitanı Şahid2, polis baş leytenantı Şahid5 və polis kiçik leytenantı Şahid3lə birlikdə Abşeron rayonu, Fatmayı kəndində xidmətdə olan zaman kənd ərazisində yerləşən “50 Qəpik” adlı avtoyuma məntəqəsi yaxınlığında yolun kənarında bir nəfər kişi cinsli şəxsin əlində qara rəngli sellofan torba ilə şübhəli şəkildə piyada qismində hərəkətdə olmasını görüb, həmin şəxsin davranışları və onları gördükdən sonra daha iti addımlarla hərəkətini davam etdirməsi şübhələri artmışdır. Ona görə də hərəkətdə olduqları nəqliyyat vasitəsindən düşərək həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və həmin şəxs əlində olan qara rəngli sellofan torbanı yerə tullamış, həmçinin gözləmədikləri halda cibindən qatlanan bıçaq çıxarıb açaraq əvvəlcə “mənə yaxınlaşmayın” sözlərini demişdir. Daha sonra isə həmin bıçaqla bir neçə dəfə ardıcıl olaraq özünün qarın nahiyəsinə zərbələr vurmağa başlamışdır. Həmin şəxs özünə yetirdiyi bıçaq zərbələrinin və aldığı xəsarətin təsirindən yerə yıxılmış, həmin vaxt özünə xəsarət yetirdiyi bıçaq da əlindən yerə düşmüşdür. Həmin şəxsin xəsarət almasını görüb ilkin tibbi yardım göstərilməsi məqsədilə dərhal təcili tibbi yardım stansiyası avtomobilinin hadisə yerinə gəlməsini təmin etmişdir. Həmin şəxsin xx.xx.1997-ci ildə Biləsuvar rayonunda doğulmuş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis baş leytenantı Şahid5 və polis kiçik leytenantı Şahid3lə birlikdə təcili tibbi yardım avtomobilinin vasitəsilə xəstəxanaya aparılmışdır. Orada qalan polis kapitanı Şahid1 və polis kapitanı Şahid2 hadisə yerini mühafizə etmişlər. Həmçinin Mehdiabad polis bölməsinin növbətçi hissəsinə məlumat verilmişdir. Sonra oraya gələn baş təhqiqatçı, polis mayoru Bəhruz Hüseynov tərəfindən, eləcə də inspektor kriminalist və iki nəfər hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı orada olan bir ədəd qara rəngli sellofan torbanın içərisindəki şəffaf sellofan bağlamada içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitə olan marixuanaya bənzər kütlələr və bir ədəd açıq vəziyyətdə qatlanan bıçaq baş təhqiqatçı, polis mayoru Bəhruz Hüseynov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı orada olan polis əməkdaşları tərəfindən hər hansı bir zor, təzyiq göstərilməmişdir.(cild 1. i/v 91-94) Məhkəmə istintaqı zamanı Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, 29 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Fatmayı kəndində yerləşən “50 Qəpik” avtoyuma məntəqəsində avtomobilini təmizləyən zaman polis əməkdaşları yaxınlaşıb hadisə yerinə baxış keçiriləcəyini və orada hal şahidi kimi iştirak etməyi təklif etdikləri üçün etraz etməmişdir. Özü ilə bərabər digər bir şəxs də hal şahidi kimi iştirak etmişdir. İştirakları ilə Abşeron rayonu, Fatmayı kəndində yerləşən “50 Qəpik” avtoyuma məntəqəsi yaxınlığındakı polis əməkdaşları tərəfindən mühafizə olunan əraziyə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Hadisə yerinə baxış zamanı oradan qara rəngli sellofan torba üzəri skoçla bağlanmış bağlama aşkar olunmuşdur. Həmin bağlamanın içərisində yaşıl rəngli, ot şəkilli maddələr olmasını görmüş, polis əməkdaşları həmin maddələrin narkotik vasitə marixuanaya bənzədiyini bildirmişlər. Bundan sonra həmin bağlama polis əməkdaşı tərəfindən götürülərək qablaşdırılmışdır. Bağlamanın aşkar olunduğu yerdən təxminən 1 metr aralıda isə üzərində naxışlar olan qatlanan bıçaq və qan ləkələri aşkar olunmuş, bıçaq polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş və ucadan oxunaraq imzalarla təsdiqlənmişdir.(cildi, i/v 159-161) Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, o, Şahid8 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir.( cild l.i/v 228-230) Cinayət işinin materiallarında olan: -29 noyabr 2024-cü il tarixdə Abşeron RPİ Mehdiabad PB-nə daxil olmuş “Raport”dan görünür ki, həmin tarixdə Abşeron RPİ-nin polis əməkdaşları Abşeron rayon Fatmayı kəndi ərazisində xidmətdə olarkən həmin ərazidə “50 Qəpik” adlanan avtoyuma məntəqəsinin yaxınlığında avtomobil yolunun kənarında bir nəfər kişi cinsli şəxsin əlində qara sellofan torba tutaraq ətrafa şübhəli baxmaqla piyada hərəkət etməsini görmüşlər. Həmin şəxsə xarici müşahidə apardıqda o, onları görüb daha da şüphəli halda iti addımlarla irəliyə doğru getməyə başlamış, onun bu hərəkəti diqqət cəlb etdiyindən hərəkətdə olduqları nəqliyyat vasitəsindən düşərək ona yaxınlaşıb xidməti vəsiqələri təqdim etməklə polis əməkdaşı olduqlarını bildirdikdə həmin şəxs gözlənilmədən əlində tutduğu qara sellofan torbanı yerə tullamışdır. Həmin torba yerə düşdükdə ağzı açılmış və xarici müşahidə apardıqda görmüşlər ki, həmin qara sellofan torbanın içərisində digər şəffaf sellofan torbada aydın şəkildə görünmüşdür ki, xeyli miqdarda yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya bənzər maddə var. Həmin şəxs özünün ifşa olunduğunu, onların polis əməkdaşları olduğunu görüb məsuliyyətdən yayınmaq və onları qorxuzmaq üçün cibindən bir ədəd qatlanan bıçaq çıxarıb əli ilə açaraq “mənə yaxınlaşmayın” deməklə həmin bıçağın tiyəsi ilə özünün qarın nahiyyəsinə ardıcıl zərbələr vurmağa başlamış, həmin şəxs özü-özünə yetirdiyi bıçaq xəsarətlərindən yerə yıxılmış və həmin vaxt istifadə etdiyi bıçaq əlindən yerə düşmüşdür. Onlar həmin şəxsin qeyd etdiyi qaydada bıçaq xəsarəti aldığını görüb qısa müddətdə təcili tibbi yardım maşının hadisə yerinə gəlməsinə nail olmuşlar və həmin şəxsi polis əməkdaşları təcili yardım maşını ilə birbaşa xəstəxanaya aparmış, digər polis əməkdaşları hadisə yerini, yəni özü-özünə bıçaq yetirmiş şəxsin yerə tulladığı iç-içə şəffaf və qara sellofan torbalarda olan xeyli miqdarda yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya bənzər maddəni və bir ədəd bıçağı mühafizə etməyə başlamışlar. Müəyyən olunmuşdur ki, əlində iç-içə şəffaf və qara sellofan torbalarda içərisində xeyli miqdarda narkotik vasitə marixuanaya bənzər maddə tutaraq daşıyıb onları gördükdə yerə tullayan daha sonra özünə bıçaq xəsarətləri yetirmiş şəxs – xx.xx.1997-ci ildə Biləsuvar rayonunda doğulmuş, əvvəllər dəfələrlə məhkum olunmuş Bilsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. (cild 01, iş vər. 03-04). -29 noyabr 2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron RPİ-nin Mehdiabad PB-nə xx.xx.2024-cü il tarixdə saat 22:35-də KTM-dən həkim Rzayeva, Abşeron RPİ-nin Mehdiabad PB-nə zəng edərək,1997-ci il təvəllüdlü, Biləsuvar rayon Əsgərabad kəndində yaşayan, Əhmədli X7 yolunda özünə bıçaqla qarın boşluğuna xəsarət yetirdiyi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). - “Baxış və götürmə aparılması haqqında” 29 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən “50 Qəpik” avtoyuma məntəqəsinin yaxınlığında Mehdiabad polis bölməsinin əməkdaşları xidmət apararkən şəxsiyyəti sonradan istintaqa məlum olmuş xx.xx.1997-ci il təvəlüdlü Təqsirləndirilən şəxs yaxınlaşdıqda əlində saxlayaraq daşıdığı, iç-içə qara və şəffaf rəngli sellofan torbalarda olan xeyli miqdarda yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya bənzər maddəni yerə tullamış və polis əməkdaşlarından yayınmaq üçün üzərində gizlətdiyi bıçaqla özü-özünə xəsarətlər yetirərkən istifadə etdiyi bıçaq polis əməkdaşları tərəfindən mühafizə olunmuşdur. Hadisə yerinə baxış zamanı hadisə yeri Abşeron rayonu, Mehdiabad-Fatmayı yolunun Fatmayı istiqamətində gedən yolun sağındakı torpaq otlu ehtiyyat hissəsidir. Yaxınlıqda “50 Qəpik” avtoyuma məntəqəsi vardır. Hadisə yerində yerə səpələmiş qana bənzər ləkələr, tamponla nümunələr götürülmüşdür. Hadisə yerindən bir ədəd qara rəngli sellofan torbanın içərisində xarici baxış zamanı aydın şəkildə görünən şəffaf sellofan torbada xeyli miqdarda yaşıl rəngli, ot şəkilli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunur və götürülmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bəzər kütlədən 1 metr aralıda yerdə 1 ədəd ümumi uzunluğu 21 sm, dəstəyinin uzunluğu 12 sm, tiyəsinin uzunluğu 9 sm, olan dəstəyi və tiyəsinin üzərində naxışlar olmaqla dəmir metaldan olan bir ədəd açıq vəziyyətdə qatlanan bıçaq aşkar olunaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı polis kapitanı Şahid4 bildirmişdir ki, hadisə yerindən aşkar olunan xeyli miqdarda yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya bənzər maddəni Təqsirləndirilən şəxs tullamış, hadisə yerində aşkar edilmiş 1 ədəd bıçaq Təqsirləndirilən şəxs özü-özünə xəsarət yetirdiyi bıçaqdır və yerdə olan qan ləkələrinin də Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. Hadisə yerindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd qatlanan bıçaq və qana bənzər ləkələrdən nümunələr götürülərək ayrı-ayrılıqda qablaşdırılaraq DİN-nin 236 saylı möhürü ilə möhürlənmişdir.(cild 1. i/v 6-13) -Məhkəmə kimyəvi ekspertizasının 30 noyabr 2024-cü il tarixli 3-16-16/2-7/1950 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərində gəzdirərək əlindən yerə atdığı,....sözləri yazılmış skoçla bağlanmış qara rəngli polietilen torbada skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi 1120 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddəllər çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.(cild 1. i/v 23-26) -Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2426 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) ilə əlaqədar davamlı remissiya vəziyyətindədir, müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Lənkəran rayonlararası narkoloji Xəstaxanasında F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır.(cild 1. i/v 249-250) -Ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 mart 2025-ci il tarixli, 779 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.(cild l.i/v 168-171) -Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 08/ nömrəli rəyində göstərilmişdir ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər-qarının ön divarının sol yarısının 1 ədəd, qarının sağ arxa-yan səthinin 1 ədəd daxilə nüfuz edən nazik yoğun bağırsağı zədələyən daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları qarının ön divarının sol yarısının daxilə keçməyən, deşilmiş-kəsilmiş yaraları iti deşici kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətləri özü-özünə yetirə bilməsi üçün əlçatan nahiyyədir.(cild 1. i/v 165-167) -Məhkəmə trasoloji ekspertizasının xx.xx.20024-cü il tarixli, 3-16-16/2-3/1902 saylı rəyində göstərilmişdir ki, tədqiqata tədim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir.(cildi, i/v 162-164) - 13 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə X4 29 noyabr 2024-cü il tarixdə saat 21:25 radələrində ona polis əməkdaşlarının yaxınlaşdığını görüb öz-özünə xəsarət yetirməsi faktı üzrə müəyyən edilmişdir ki, ona hər hansı kənar şəxsin və ya kənar qüvvənin təsiri müəyyən edilməmiş və toplanmış 25-3-2-2-400-0276 (27-c-25) nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.( cildi, i/v 231-233) -İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X9 həqiqətən də, Biləsuvar rayonu, Əsgərabad kəndində yaşamış və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( i/v: 95-96) -12 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1120 qram tədqiqata sərf edilmiş 0,1 qram qalıq qalmış 1119,9 qram narkotik vasitə qurudulmuş marixuana və zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı olan soyuq silah hesab edilən 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir.(cildi, i/v 257-264) -İ-15773 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalından, İ-2250 nömrəli “Laçının azad olunmasına görə” medalından, İ-11455 nömrəli “Qubadlının azad olunmasına görə” medalından görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakşısı olmaqla, Qubadlı və Laçının azad olunmasına görə medallarla təltif edilmişdir. (cild, i/v 30-32) -26 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərişdən görünür ki, vətən müharibəsi zamanı Təqsirləndirilən şəxs barotravma, qapalı kəllə beyin travması almışdır. (cild, i/v 33) -Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 332.1 və 66.2- ci maddələrinə əsasən N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilərək cəzası 4 aya endirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 69.3-cü maddələrinə əsasən 01 il 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 06 ay 29 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddələrinə əsasən 01 il 06 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli hökmü dəyişdirərək CM-nin 66.5-ci maddəsi hökmdən xaric edilmiş və CM-nin 234.1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir.(cild l.i/v 88-90,234-248) Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildiyi vaxtdan (08 oktyabr 2024-cü il ) cinayət əməlini törətdiyi vaxtadək (29 noyabr 2024-cü il) CM-in tələbi ilə müəyyən edilmiş müddət (iki il) keçmədiyindən CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq cinayət hadisəsinin baş verməsi ilə bağlı, habelə həmin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşsa da, onun əməlinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1 və 228.5-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyası ona qarşı sözügedən maddələrlə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir və hesab edir ki, onun əməlləri CM-in 234.1-1 və xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddələrinə tövsif edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən eyni əməllər külli miqdarda törədildikdə –üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla –üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx xxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Fatmayı kəndində yerləşən “50 Qəpik” adlı avtoyuma məntəqəsi yaxınlığında özünü şübhəli apardığı üçün Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən 29 noyabr 2024-cü il tarixdə saat 21:25 radələrində saxlanılarkən əlində olan sellofan torbanı yerə tullamış, üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə özünə xəsarət yetirmiş, baxış zamanı oradan 01 ədəd sellofan bağlamada təmiz çəkisi - 1120 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bıçaq aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitə və bıçaq məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 29 noyabr 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi və narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, bununla bağlı qeyd etdiyi xüsusatlara və irəli sürdüyü arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Mehdiabad qəsəbəsinə daxil olmaması üçün polislər tərəfindən xəbərdarlıq edilməsi, buna baxmayaraq onun həmin ünvana getməsi və məhz bu səbəbdən polislər tərəfindən narkotik vasitənin onun üzərinə qoyulması, əslində isə həmin ünvana avtoyuma məntəqəsi üçün getməsi, üzərində sadəcə bıçaq və telefon olması barədə qeyd etdiyi ifadələrinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla qismən üst-üstə düşdüyünü əsas götürərək, qeyd edir ki, X5 elan olunan ittihamın əsası məhz X3 ibtidai istintaq zamanı verdiyi ifadələri təşkil etməli və həmin ifadə əsas götürülməlidir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi onun məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası hesab edir ki, 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, vətən müharibəsi iştirakşısı olması, bir neçə rayonun azad olunmasında iştirak etməsi və medallarla təltif olunması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın mövcudluğunu, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, (bir neçə dəfə məhkum olunmasını) təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, 12 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.(cild 1. i/v 49-50,68-72) Məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmçinin xx.xx.2025-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-1 və 228.5-ci maddəsi ilə yeni ittiham elan edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 12 dekabr 2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1119,9 qram narkotik vasitə qurudulmuş marixuana və hadisə yerində aşkar edilmiş 1 ədəd soyuq silah hesab edilən, zavod usulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağı məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 166 (yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1119,9 qram narkotik vasitə qurudulmuş marixuana və hadisə yerində aşkar edilmiş 1 ədəd soyuq silah hesab edilən, zavod usulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 166 (yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar