Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-378/2022 15.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 585 saylı evdə qeydiyyatda olmaqla, həmin evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 81,134 qram narkotik vasitə olan heroin, külli miqdarda ümumi çəkisi 84,910 qram narkotik vasitə olan tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 280,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi əldə edib daşıyaraq üzərində və yaşadığı evin həyətində saxlamış, 16 fevral 2022-ci il tarixdə, saat 22:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, “Akvarium” çay evinin arxasında, 39/16 saylı yaşayış binasının həyətində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,984 qram- külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, əməliyyataxtarış tədbirlərinin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində fərdi evə baxış keçirilən zaman evin həyətində olan göyərçin hininin döşəməsində olan qutunun içində sarı rəngli sellofan torbanın içərisində 01 ədəd qara rəngli sellofan bükümdə ümumi çəkisi 78,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd qara rəngli yapışqan lentlə bağlanmış qara rəngli bükümdə ümumi çəkisi 84,910 qram narkotik vasitə olan tiryək, 01 ədəd sarı rəngli sellofan torbada ümumi çəkisi 280,0 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, onu 16 fevral 2022-ci il tarixində tutublar. Axırıncı dəfə 15 fevral 2022-ci il tarixdə narkotik vasitə alıb. Onun üzərindən ittiham aktında göstərilən narkotik vasitələrin aşkar olunması doğrudur. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan heroin, tiryək və marixuana istifadəçisidir. Qardaşı da həbsdədir və o, CM-nin 234.4.3-cü maddəsi ilə həbs edilmişdir. Narkotik vasitələri özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən “online” qaydada əldə etmiş, həmin şəxs “whatsapp” vasitəsilə narkotik vasitənin yerini bildirmiş, o da kart vasitəsilə ödəniş etmişdir. Həmin şəxsi əyani olaraq görmədiyi üçün iranlı olub olmamasına əmin olmadığını, onunla yalnız “whatsapp” vastəsilə danışdığını bildirmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün 15 fevral 2022-ci il tarixdə Nərimanov rayonu ərazisində əldə etmişdir. Səhəri gün evə gələrkən 2-ci mikrorayonda tutulmuş və həmin vaxt üzərində cəmi 02 qram herion olmuşdur. Axırıncı dəfə əldə etdiyi malın miqdarı 100 qram heroin, təxminən 110 qram tiryək və 200 qram marixuana olmuşdur. O, narkotik vasitəni heç kimə satmadığını, ağrısı olduğu üçün istintaq zamanı elə ifadə verib deyilənlərlə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir neçə aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Hazırda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinə görə həbsdə olan qardaşı Fərrux təxminən 3 ay əvvəl onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə Şəhram adlı İran vətəndaşı ilə əlaqə saxlayıb narkotik vasitələr əldə edirmiş. Fərrux həbs olandan sonra o Şəhramla əlaqə saxlayıb Fərruxun həbs olunduğunu demişdir. Şəhram isə ona qardaşı Fərruxun onunla narkotik vasitələrin əldə edilməsi ilə bağlı əlaqərini davam etdirəcəyi təqdirdə həm özünün qazanc əldə edəcəyini, həm də qardaşı Fərruxun işinə köməklik edəcəyini bildirmişdir. O Şəhramın təklifi ilə razılaşmışdır. Bundan sonra o Şəhramla əlaqə saxlayıb ondan satması üçün narkotik vasitə təşkil etməsini istəmişdir. O Şəhramla öz nömrəsində qeydiyyatdan keçmiş “whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. İlk dəfə Şəhram ona pulsuz olaraq 10 qram heroin və metamfetamin təşkil edəcəyini demiş və “whatsapp” ona "konum" ataraq göndərdiyi narkotik vasitənin Bakı şəhəri Nərimanov rayonu ərazisində yolun kənarında qoydurduğunu deyǝrǝk həmin yerdən götürməsini istəmişdir. O həmin heroin və metamfetamini tapıb götürərək Sumqayıta qayıtmış və bir neçə gün ərzində həmin natkotik vasitənin bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə tanımadığı şəxslərə sataraq pul əldə etmişdir. Bu minvalla Şəhram bir neçə dəfə ona qramı 13 manatdan heroin və metamfetamin təşkil edərək Bakı şəhəri Nərimanov və 20 Yanvar ərazisində əvvəlcədən qoydurduğu yerlərin “whatsapp”da "konumla" yerini bildirmiş, o da maddələri tapıb götürərək Sumqayıtda qramını 20-25 manata satıb əldə etdiyi puldan müəyyən hissəsini Şəhramın ona göndərdiyi "Kapital bank" və "AF" bank kart hesablarına göndərmişdir. Təxminən fevral ayının ortalarında o, Şəhramdan yenə də narkotik vasitə göndərməsini istəmiş, həmin narkotik vasitənin pulunu satandan sonra ödəyəcəyini bildirmişdir. Şəhram onunla razılaşmış və həmin gün “whatsapp”da ona narkotik vasitəni qoydurduğu yerin Bakı şəhəri Nərimanov rayonunda binaların yaxınlığında olduğunu demişdir. O da tanımadığı taksi ilə deyilən ünvana gedib orada binaların yaxınlığında yolun kənarıda qoyulmuş içərisində qurudulmuş marixuana, tiryək, heroin olan torbanı götürmüşdür. Şəhram ona həmin narkotik vasitəni satıb əldə etdiyi puldan ona da göndərməsini istəmişdir. Həmin narkotik maddələri evə aparmış, heroindən biraz üzərində saxlamış, qalan narkotiki isə yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dǝrǝ massivindəki fərdi yaşayış evinin həyətində olan göyərçin hininin içərisində gizlətmiş və özünə məxsus olan elektron tərəzini də həmin yerə qoymuşdur. Bu barədə ailə üzvləri bilməmişlər, çünki göyərçinlərə yalnız o qulluq edirmiş. Elektron tərəzidən tiryək və heroinin çəkisini bilmək üçün istifadə edirmiş. Əldə etdiyi heroinin bir hissəsini Sumqayıt şəhərində tanımadığı şəxslərə satmış, qalan hissəsini isə əynində olan cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibliyə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 22:35 radələrində Sumqayıt şəhəri 2-ci mkr, 39/16 saylı binanın həyətində olan zaman bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq olduğu üçün saxladıqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçirilməsi üçün polis bölməsinə dəvət etmişlər. O etiraz etməmiş və birlikdə 3-cü polis bölməsinə getmişdir. O əynində olan boz-yaşıl rəngli cins şalvarının sağ yan cibinin üzərindəki kiçik cibdən uc hissəsi ağ rəngli sapla bağlanmış 1 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etmiş və verilən şifahi suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra verilən suallara cavab olaraq yaşadığı ünvanda həyətdə yerləşən göyərçin quşlarının hinində narkotik maddələr gizlədib saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gedib evə bitişik taxtadan tikilmiş hinin qarşısına gəlib göyərçin hinin yanındakı digər hinin üstündən açarı götürüb göyərçin hinin qapısının qıfilını, sonra da qapını açmış və göyərçin quşları olan həmin hinin döşəməsində qutunun altından sarı rəngli sellofan torbanı götürüb polislərə təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Sellofan torba qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəis müavini Şahid1 bildirmişdir ki, ona daxil olan əməliyyat məlumatı əsasında 16 fevral 2022-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 2-ci mikrorayon ərazisində “Akvarium” çay evinin yaxınlığında saxlanılmış və polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində olarkən onun üzərindən narkotik vasitə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və oradan da narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bir büküm heroin, mənzilindən isə heroin, tiryək və marixuana aşkar edilmişdir. Əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı, istifadəsi və gəzdirilməsi ilə məşğul olması barədə olduğunu, təqsirləndirilən şəxsin qardaşının da narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar tutulduğunu, qardaşının əlaqələri vasitəsilə narkotik vasitə satan şəxslə tanış olduğunu və danışdığını, bu yolla da narkotik vasitə əldə etdiyini söyləmişdir. Firuzun üzərindən təxminən 4 qram narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs daha sonra yaşadığı evin həyətində olan göyərçin hinində də narkotik vasitə olduğunu söyləmiş və ora keçirilən baxış zamanı tiryək, marixuana və heroin aşkar edilmişdir. Göyərçin hinindən aşkar edilən marixuana 290 qram, heroin və tiryək isə ayrı-ayrılıqda təxminən 80 qram olmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Sumqayıt ŞPİ-nin CA üzrə kiçik inspektoru Şahid3 fevral ayında, təxminən gecə saatlarında Şahbaz müəllimə daxil olan əməliyyat məlumatı əsasında köməyə çağırıldığını, məlumatla bağlı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində, “Akvarium” çay evinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini və onu 3-cü polis bölməsinə dəvət etdiklərini bildirmişdir. Bölmədə olarkən vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, onun sağ yan cibindən sellofona bükülmüş heroin aşkar edilmişdir. Daha sonra təhqiqatçı onu sorğu-sual edərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan göyərçin hinində narkotik vasitə olduğunu bildirmiş və onun evinə axtarış keçirən zaman tərəzi, marixuana, tiryək və heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitələrlə bağlı nə söylədiyini xatırlamadığını qeyd etmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə satması, saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdəsaat 22:30 da Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16 qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb həmin şəxsi saxlamışdırlar. Özlərini təqdim edərək qanunsuz olaraq külli miqdarda narkotik vasitə satması, saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs özü əynində olan boz-yaşıl rəngli cins şalvarının sağ cibinin üzərindəki kiçik cibdən uc hissəsi ağ rəngli sapla bağlanmış 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb və həmin cins şalvarının sağ yan cibindən özünə məxsus olan “Xiaomi 3” markalı mobil telefonu təqdim etmiş və verilən şifahi suallara cavab olaraq içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. İş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan Şəhram adlı şəxsdən 3-4 gün bundan əvvəl telefon vasitəsi ilə istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq əldə etmiş, həmin şəxsi hazırda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbsdə olan qardaşı Fərruxun vasitəsi ilə tanımış və 1-2 ay olarki narkotik vasitəslərin satışı və istifadəsi ilə məşğul olmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 01 bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin 4,33 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunmuş ***-***-**-** nömrəli “Xiaomi 3” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bükümü möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinə gedib və qapıdan həyətə daxil olmuşdurlar. Həyətə daxil olunduqda Təqsirləndirilən şəxs evə bitişik olan taxtadan tikilmiş hinin qarşısına gələrək digər hinin üzərindən açarı götürüb göyərçin hininin qapısını açmışdır. Göyərçin quşları olan həmin hinin döşəməsində qutunun altından sarı rəngli sellofan torbanı təqdm etmişdir. Həmin Sellofan torba həyətdə olan taxta masanın üzərinə qoyularaq içərisinə baxıldıqda, içərisindən 01 ədəd sarı rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər maddə, 01 ədəd işlək vəziyyətdə elektron tərəzi, qara rəngli yapışqan lenltlə bükülmüş bükümün içərisindən tiryəkə bənzər maddə və uc hissəsi ağ rəngli sapla bağlanmış qara rəngli sellofan bükümün içərisindən heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra sonuncunun yaşadığı həyətdən aşkar olunmuş elektron tərəzi, narkotik vasitəyə bənzər bükümləri möhürlənmiş və imzalanmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə satması, saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdəsaat 22:30 da Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16 qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb həmin şəxsi saxlamışdırlar. Özlərini təqdim edərək qanunsuz olaraq külli miqdarda narkotik vasitə satması, saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib onu Sumqayıt ŞPİnin 3-cü PB-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs özü əynində olan bozyaşıl rəngli cins şalvarının sağ cibinin üzərindəki kiçik cibdən uc hissəsi ağ rəngli sapla bağlanmış 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb və həmin cins şalvarının sağ yan cibindən özünə məxsus olan “Xiaomi 3” markalı mobil telefonu təqdim etmiş və verilən şifahi suallara cavab olaraq içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. İş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan Şəhram adlı şəxsdən 3-4 gün bundan əvvəl telefon vasitəsi ilə istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq əldə etmiş, həmin şəxsi hazırda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbsdə olan qardaşı Fərruxun vasitəsi ilə tanımış və 1-2 ay olarki narkotik vasitəslərin satışı və istifadəsi ilə məşğul olmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 01 bükümdə heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin 4,33 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunmuş ***-***-**-** nömrəli “Xiaomi 3” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bükümü möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinə gedib və qapıdan həyətə daxil olmuşdurlar. Həyətə daxil olunduqda Təqsirləndirilən şəxs evə bitişik olan taxtadan tikilmiş hinin qarşısına gələrək digər hinin üzərindən açarı götürüb göyərçin hininin qapısını açmışdır. Göyərçin quşları olan həmin hinin döşəməsində qutunun altından sarı rəngli sellofan torbanı təqdm etmişdir. Həmin Sellofan torba həyətdə olan taxta masanın üzərinə qoyularaq içərisinə baxıldıqda, içərisindən 01 ədəd sarı rəngli sellofan torbada qurudulmuş marixuanaya bənzər maddə,01 ədəd işlək vəziyyətdə elektron tərəzi, qara rəngli yapışqan lenltlə bükülmüş bükümün içərisindən tiryəkə bənzər maddə və uc hissəsi ağ rəngli sapla bağlanmış qara rəngli sellofan bükümün içərisindən heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra sonuncunun yaşadığı həyətdən aşkar olunmuş elektron tərəzi, narkotik vasitəyə bənzər bükümləri möhürlənmiş və imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə satması, saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «Şəxsi axtarış və götürmə barədə» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyataxtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü əynində olan şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü və bir ədəd mobil telefonu təqdim edir və verilən şifahi suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Sumqayıt şəhəri «Yaşıldərə» bağlar massivində yerləşən evinə baxış keçirilməsinə icazə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokol və protokoun əks etdirdiyi əməliyyat-axtarış tədbirinin görüntüləri olan eyni DVD diskdə saxlanan video görüntü məhkəmə istintaqı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü açarları götürərək həyətdə yerləşən saxlanc yerinin qapısını açır. Qapı açıldıqdan sonra orda göyərçin quşlarının saxlandığı aydın olur. Göyərçin quşlarının saxlandığı həmin yerdə olan karton yeşiyin altından sarı rəngli sellofan torbanı təqdim edir. Həmin sellofan torba həyətdə olan taxta masanın üzərinə qoyularaq içərisinə baxıldıqda, içərisindən 01 ədəd sarı rəngli sellofan torbada qurudulmuş marixuana, 01 ədəd işlək vəziyyətdə elektron tərəzi, qara rəngli yapışkan lenltlə bükülmüş tiryək və qara rəngli sellofan bükümün içərisindən heroin aşkar olunur. Suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 3-4 gün bundan əvvəl, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Şəhram adlı şəxsdən aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan göyərçin hinində aşkar olunmuş elektron tərəzi və narkotik vasitələr xüsusi qaydada qablaşdırılaraq möhürlənir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/980 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası DİN Zərflər № 127 dairəvi möhür əksi “... Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürlmüş...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,984 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunaraq götürülmüş... heroinə bənzər maddələr.... ” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 78,150 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 ədəd bağlamada təmiz çəkisi 84,910 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Üzərində “... vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunaraq götürülmüş 1 (bir) ədəd elektron tərəzi...” yazı və imzalar olan zərfdə 1 ədəd 11*6 sm ölçüdə, gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/147 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürlmüş bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 280,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 1134 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokola əsasən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Xiaomi” markalı, M2102J20SG model mobil telefona baxış keçirilmiş, baxış zamanı “Whatsapp business” proqramına daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan telefona +**********00 nömrəsindən daxil olmuş 03 saniyəlik səs yazısında “qardaş, çıx nərimanova, nərimanova”, 54 saniyəlik səs yazısında şəkinin kruqundan keşlə bazarına tərəf gələndə arpaçay kafe var, həmin arpaçay kafenin yanından sağa dönür, dönəndə görəcəkki 5 mərtəbəli binadır, qabağa biraz gəlir bravoya çatmamış 18 saylı seçki dairəsi var həmin seçki dairəsinin başlanğıcında elə zaborun qırağında sarı işıq stolbası var həmin işıq stolbasnın düz altına qoyulub” deyildiyi, eyni zamanda “google-map” xəritə göndərildiyi aşkar olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də üzərindən və yaşadığı evin həyətində yerləşən göyərçin hinindən aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Bunu cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” və “baxış” əməliyyat-axtarış tədbirinin keçirilməsinin video görüntülərini əks etdirən DVD diskin məhkəmə istintaqı zamanı tədqiq edilməsi də bir daha təsdiq edir, belə ki, təqsirləndirilən şəxs həmin narkotik vasitələri təqdim edərək həmin narkotik vasitələri necə əldə etməsini də göstərir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən,məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspert tədqiqatından sonra 81,034 qram narkotik vasitə heroin, 84,860 qram narkotik vasitə tiryək, 279,98 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd gümüşü korpuslu elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalı, həmçinin, 01 ədəd metal rəngində “Xiaomi” markalı, M2102J20SG model mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılmalıdır. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2022-ci il tarixli və “Baxış keçirilməsi” barədə xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin videoçəkilişini əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 160 (bir yüz altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 16 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı müvafiq təmiz qalıq çəkiləri 81,034 qram narkotik vasitə heroin, 84,860 qram narkotik vasitə tiryək, 279,98 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 ədəd gümüşü korpuslu elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. Həmçinin, 01 ədəd metal rəngində “Xiaomi” markalı, M2102J20SG model mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2022-ci il tarixli və “Baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin videoçəkiliş görüntülərini əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva
Məhkəmə qərarları › İş №1(124)-378/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-378/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver