Məhkəmə qərarları › İş №1(124)-378/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-378/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-378/2023 19.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs : Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Şamaxı rayonu, Nabur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsili olmayan, subay, Qobustan şəhəri, A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə xadimə işləyən, Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan mətbəxdə qızı Şahid1 qeyri-rəsmi birgə yaşadığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı pərdə asmaq üçün istifadə olunan metal parçası (karniz) və əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq ona qəsdən alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ çiyin qurşağının və sağ əlin sıyrıqlarından ibarət, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin həmin vaxt əsəbiləşib mətbəxdən soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb qisas niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, sonuncuya daxili qanaxma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə keçən bir ədəd deşilmişkəsilmiş yarası kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirsiz bilərək göstərmişdir ki, qızı ilə kürəkəni 9 ildir ki onun evində yaşayır. Hadisə günü qonşuluqda yaşayan bir nəfərin toyu olmuş və o həmin toya getmişdir. Toya çatanda 5 yaşında nəvəsi yanına gələrək anası ilə atasının dava etdiyini söyləmişdir. O, evə getdikdə isə qızı ona “Sən kənara keç” demiş və o da mətbəxə keçmişdir. Daha sonra Elnurun qızının qolundan tutaraq səndələdiyini və divara çırpdığını görmüşdür. Həmin vaxt o, Elnura “İçmisən, ya get yat, ya da ki get toya” demiş, Elnur isə ona “Səni tutduracam” deyib mətbəxə keçmiş və qapını örtmüşdür. Elnur mətbəxdən əlində bıçaqla çıxmış və onu tutduracağını söyləmiş, özünü yaralasa da ondan qan çıxmamış, ardınca yerə yıxılmış, sonra isə ayağa qalxıb ona təpik atdıqda o Elnurun ayağından tutmuş və Elnur yerə yıxılmışdır. Daha sonra Elnur ayağa qalxıb qonşu Aslanın evinə getmişdir. Həmin vaxt özünü pis hiss etməyə başlamış, ürəyi tutmuş və xəstəxanaya yollanmışdır. O, Elnura xəsarət yetirməmiş, onun psixoloji problemləri olduğu üçün özüözünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Elnur fəhlə kimi işləmiş, əvvəllər də qızı ilə kürəkəninin arasında dava olduğunu görmüş, hadisə təxminən günorta saatlarında olmuşdur. Elnur ilk dəfə idi ki onu bu formada hədələmiş və həmçinin o Elnurun əlində bıçağı görmüşdür. Elnurun əynində ağ köynək və şalvar olmuş, o, özünə xəsarəti köynəyin üzərindən yetirməmiş, hadisədən sonra bıçağı qaşıq qabının üzərinə atmışdır. O, Elnura nə şillə, nə də ki başqa bir əşya ilə vurmamış, Elnur qızını vurmuş, daha sonr divara çırpmış, qızının qolu yaralanmışdır. Elnurun əvvəllər də özünə xəsarət yetirdiyinin şahidi olmuşdur. Hal hazırda zərər çəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı Elnur sərxoş vəziyyətdə olmuş, mübahisə zamanı o, qapını çırpıb həyətə çıxmış, Elnur isə mətbəxdə qalmışdır. Onun həyətə çıxmağından 5-10 dəqiqə sonra Elnur da arxasınca həyətə çıxmış, Elnur özünə xəsarət yetirdikdən sonra ona təpik atmağa başlamış, qan axdıqdan sonra onun özünü yaraladığını görmüş, belə ki, Elnur köynəyini qaldırıb qarnını sıxmış və qanı da həmin vaxt görmüşdür. Ürək xəstəsi olduğunu, Elnurun bu əməli niyə etdiyini bilmədiyini və hazırda da Elnurun onun evində yaşadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü o, toya getmiş və içkili vəziyyətdə olmuşdur. Evə qayıtdığı zaman arvadı Səbinə ilə mübahisə etməyə başlamış və bu zaman qayınanası Nayilə yanlarına gəlmiş, və ona “Niyə dava edirsiz, içkilisən get yat, dəymə mənim uşağıma” demişdir. Daha sonra o əsəbləşib mətbəxə keçmiş və oradakı bıçağı götürüb həyətə tərəf çıxmış, həmin vaxt Nayiləyə “Mən öləcəm, sən də tutulacaqsan, səni tutduracam” demiş və özünə xəsarət yetirmişdir. Bundan sonra isə kömək üçün qonşusunun evinə tərəf getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, qayınanasının başına karnizlə vurub-vurmadığını xatırlamamış, çünki içkili vəziyyətdə olmuşdur. İstintaq zamanı çox fərqli ifadə vermiş, çünki qayınanasına əsəbi olmuşdur. Hadisə zamanı üzərində köynək olmuş, özünə xəsarəti sağ əli ilə vurmuşdur. Hadisədən sonra bıçağı hara atdığını xatırlamamış, əvvəllər qayınanasını hədələməmişdir. Əvvəllər də özünə xəsarət yetirmiş, qolunu yaralamışdır. İstintaq zamanı ifadəsini dəyişmək istəmiş, lakin müstəntiq həmin vaxt bunun mümkün olmadığını söyləmişdir. O həmçinin qonşusu Asətə qayınanasının ona xəsarət yetirdiyini söyləmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Səbinə toya getmədiyi üçün onunla mübahisə etmişdir.Hadisə zamanı köynəyinin qabağı açıq olmuş, özünə bir dəfə xəsarət yetirmişdir. Üzərində qan olduğu görünmüş, özünə xəsarət yetirdikdən sonra qayınanasını təpiklə vurmağa başlamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş, həmin ailə həyatından iki qız və bir oğul övladı var. Lakin aralarında rəsmi nikah yoxdur. Ailə həyatı qurduqdan sonra yaşamağa yerləri olmadığına görə Səbinənin anası Nayilənin Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən evində qaynanası ilə birlikdə yaşayırlar. Qaynanası Nayilə ilə münasibətləri əvvəllər yaxşı olsa da, son vaxtlar onunla arasında sözlü mübahisə olmuşdur. 07 iyul 2022-ci il tarixdə təxminən saat 13 radələrində qonşusu Şamilin oğlunun toyuna getmiş, həmin vaxt azyaşlı oğlu Uğuru da özü ilə toya aparmışdır. Toyda oturub yemək yeyib spirtli içki olan araq qəbul etdikdən sonra təxminən saat 16 radələrində oğlu Uğurla evə qayıdarkən yolda olan zaman qaynanası Nayilə ilə rastlaşmışdır. Həmin vaxt onun iki azyaşlı qızı ilə Nayilənin toya getdiyini görmüşdür. Evə qayıtdıqdan sonra evin həyətinə daxil olan kimi Səbinəni səsləməyə başlamışdır. Evin həyətində olan mətbəxə daxil olanda Səbinənin orada olduğunu görmüşdür. Əsəbi şəkildə ondan nəyə görə toya gəlmədiyini soruşduqda, Səbinə kobud şəkildə demişdir ki, “kefim istəməyib, getməmişəm”. Həmin vaxt Səbinə ilə mübahisəni yersiz yerə davam etdirmişdir. Mübahisə etdiklərini görən oğlu Uğur toya qayıdaraq bu barədə nənəsi Nayiləyə məlumat verdiyi üçün onun artıq həyətdə olduğunu görmüşdür. Səbinə ilə mətbəxdən həyətə çıxmışlar. Orada da mübahisəni davam etdirmişlər. Nayilə mübahisələrinə müdaxilə etməyə başlamışdır. Sonra mübahisələri evin həyətində olan mətbəxdə davam etmişdir. Həmin vaxt Nayilə pərdənin asıldığı alüminium materialdan olan metal parçası (karniz) ilə onun baş nahiyəsinə vurmuşdur. Buna baxmayaraq Səbinə ilə mübahisə etməyə davam edərək onunla əlləşməyə və itələşməyə başlamışlar. Qaynanası yenidən mübahisələrinə müdaxilə etdiyi üçün onunla da yaxalaşmış və əlbəyaxa olmuşlar. Bundan sonra Səbinə ilə əlbəyaxa olarkən birdən qarın nahiyəsində istilik hiss eləmişdir. Əlini qarın nahiyəsinə aparanda əlinin qan olduğunu, qaynanası Nayilənin bıçaqla ona bir dəfə vuraraq xəsarət yetirdiyini görmüşdür. Sərxoş olduğu üçün ilk əvvəl heç bir ağrı hiss etməmiş, sonradan yerə uzanmışdır. Yavaş-yavaş ağrı gəlməyə başladığı üçün ayağa qalxaraq qanın içində evin həyətini tərk edərək ona təcili yardım çağırmağa kömək etməsi üçün qonşuluqda yaşayan polis əməkdaşı olan Asətin evinin qarşısına getmişdir. Həyətdən çıxan vaxt Səbinənin anası Nayiləni qucaqlayaraq dayandığını görmüşdür. Qonşusu Asətin qapısına çataraq onu səsləyən zaman səsinə onun atası Aslan kişi çıxmışdır. Ona demişdir ki, “Asəti çağır ölürəm, mənə kömək etsin”. Bu sözü deyib onların həyətinin qarşısında üzü üstə yerə yıxılmışdır. Təxminən 5 dəqiqə sonra Asət gəlmiş və ilk əvvəl ondan nə olduğunu soruşmuşdur. Həmin vaxt Asətin yanında polis əməkdaşları olmuşdur. Mübahisə vaxtı qaynanası Nayilənin ona bıçaqla bir dəfə qarın nahiyəsindən vuraraq xəsarət yetirdiyini Asətə demişdir. Asətlə söhbət edən zaman təcili tibbi yardım xidməti gəlmiş və Asət onu təcili tibbi yardım xidməti avtomobilinə mindirmiş, lakin özü onunla gəlməmişdir. Təcili yardım avtomobili ilə onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və orada əməliyyat olunmuşdur. Bildirmişdir ki, 07 iyul 2022-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evin həyətindəki mətbəxdə qaynanası Nayilə mətbəxdən götürdüyü bıçaqla bir dəfə ona zərbə vurmuş, həmin vaxt özünün əynində köynək, mayka, şalvar və yay ayaqqabısı olmuşdur. Barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətlərdən alın nahiyəsində olan xəsarəti 07 iyul 2022-ci il tarixdə saat 16 radələrində qaynanası Təqsirləndirilən şəxs onu pərdənin alüminium materialdan olan karnizi ilə vurması nəticəsində, sağ çiyin qurşağı və sağ əl nahiyələrinin sıyrıqları xəsarətini isə qaynanası ilə yaxalaşan zaman əli ilə onu vurması və cırmaq atması nəticəsində, daxili qanaxma ilə müşahidə edilən qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin dəlib keçən yarası xəsarətini isə qaynanası Nayilənin onu bıçaqla vurması nəticəsində almışdır. Düşünür ki, Səbinə ilə sərxoş vəziyyətdə mübahisə etməsinə görə qaynanası Nayilə əsəbiləşmiş və bu səbəbdən onu bıçaqla vurmuşdur. Hadisə vaxtı sərxoş olduğundan həmin bıçağın əlamətlərini xatırlamır. Ancaq həmin bıçağı mətbəxdə istifadə edirlər. Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli rəyində göstərilmiş onun bədəni üzərində aşkar olunmuş boyun nahiyəsinin sıyrıqları, sol əl, sağ dirsək oynağı və qarın nahiyəsinin qançırları xəsarətləri ilə bağlı bildirmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 16 radələrində baş vermiş mübahisə zamanı qaynanası Nayilə ilə əlbəyaxa olmuş, Nayilə ona əli ilə xəsarət yetirərkən o, da Nayiləyə əli ilə vurmuşdur. Qeyd olunan xəsarətlər baş vermiş mübahisə zamanı onun tərəfindən Nayiləyə yetirilə bilər. Şahid1 barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli rəyində göstərilmiş onun bədəni üzərində aşkar olunmuş sağ əlin birinci barmağı, sağ və sol diz oynaqları nahiyələrinin sıyrıqları, sol almacıq, onurğa və sol baldır nahiyələrində qançır xəsarətləri ilə bağlı isə bildirmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 16 radələrində baş vermiş mübahisə zamanı Səbinə ilə əlbəyaxa olmuşdur. Qeyd olunan xəsarətlər Səbinə ilə arasında olan mübahisə vaxtı onun tərəfindən Səbinəyə yetirilə bilər. xx.xx.2022-ci il tarixdə baş vermiş mübahisə zamanı qayınanası Nayilə ailə işinə qarışdığına görə əsəbiləşib onu söymüş, lakin onu təhqir etməmişdir. O, həmçinin bildirmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 16 radələrində Nayilə onu bıçaqla vurandan sonra xəsarət aldığı üçün halsızlaşmış və artıq ona müqavimət göstərə bilməmişdir. Həmin vaxt qaynanası Nayilə istəsə idi, bıçaqla onun ürəyindən vuraraq onu öldürə bilərdi, lakin Nayilə bıçaqla ona xəsarət yetirəndən sonra ona müqavimət göstərməməsinə baxmayaraq, özü ondan əl çəkmişdir. Yəni, yalnız bir dəfə bıçaqla xəsarət yetirib dayanmışdır. Elə həmin vaxt da qarın nahiyəsindən bıçaq yerindən qan gəlməyə başlamışdır. Nayilənin ona daha çox xəsarət yetirmək imkanı olsa da, Nayilə özü ondan aralanmış, ondan bıçağı almağa heç cəhd etməmişdir. Nayilənin onu öldürmək məqsədi olmamışdır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Səbinə və qayınanası Nayilə ilə arasında olan mübahisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Oğlu Uğurun mübahisə yerində olub-olmaması yadında deyil. xx.xx.2022-ci il tarixdə baş vermiş mübahisə zamanı qayınanası Nayilə Əlkəbərovanı və həyat yoldaşı Səbinəni öldürəcəyi, evi yandıracağı ilə hədələməmişdir. Ümumiyyətlə, Səbinə və Nayiləni heç bir formada hədələməmişdir. Nayiləni boğmağa cəhd etməmişdir. Pərdə asmaq üçün istifadə etdikləri karniz ilə Nayiləyə və Səbinəyə vurmamışdır. Nayilənin bu hallarla bağlı dedikləri yalandır. xx.xx.2022-ci il tarixdə özü-özünə xəsarət yetirməmişdir. Özünə xəsarət yetirməsi barədə qaynanası Nayilənin göstərdikləri yalandır. Özünə xəsarət yetirməsinə səbəb olacaq hal yoxdur. Həyatı özü üçün əzizdir, həm də 3 balaca uşağı var. Heç bir şəxsi problemi, psixi xəstəliyi yoxdur. xx.xx.2022-ci il tarixdə toydan evə gəldikdən sonra yumruğu ilə vurub evin plastik qapısını əzərək orada dəlik açması barədə Şahid1 ifadəsində göstərdikləri yalandır, belə bir hal olmamışdır. Təqsirləndirilən şəxs qaynanası və övladlarının nənəsidir. Nayilə düşünülmüş şəkildə deyil, əsəbi olduğu üçün bıçaqla onu vurmuş, onu öldürmək fikri olmamışdır. Hazırda qayınanası Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, Nayilə ilə barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə günü o, toya getmədiyi üçün əri Zərərçəkmiş şəxs ona əsəbləşib evdən çıxmış və toya getmişdir. Daha sonra Zərərçəkmiş şəxs içkili vəziyyətdə evə qayıtmış və onunla mübahisə etməyə başlamışdır. Bu zaman evdə 5 yaşında oğlu olmuş, o, mübahisə etdiklərini görüb anası Nailyəyə xəbər vermişdir. Anası evə gəldiyi zaman ona heç nə baş vermədiyini, keçib oturmasını bildirmiş, onlar mübahisə edərkən anası Elnurun onu yıxdığını görüb yanlarına gəlmiş, Elnura “İçmisən, ya yat, ya da ki toya get” demiş, Elnur isə anasına qarşı pis sözlər söyləmişdir. Daha sonra Elnur özü-özünə xəsarət yetirmiş və Elnurun özünə xəsarət yetirməsi anını görmüş, lakin hansı əli ilə xəsarət yetirdiyini xatırlamamışdır. Hadisə zamanı Elnurun əynində boz rəngli köynək olmuş, anası karnizlə Elnurun başından vurmamış, lakin Elnur əli ilə anasına vurmuşdur. Elnurun əsəbi olduğu zaman özünə xəsarət yetiridiyini, hətta 5-6 dəfə özünə xəsarət vurduğunu, əvvəllər qoluna xəsarət yetirdiyini bildirmişdir. Elnur anasını “Səni tutduracam” deyə hədələmiş, bıçağı atdıqdan sonra getmişdir. O qorxduğu üçün 102-yə zəng vuracağını söyləmiş və Elnur da çıxıb getmişdir. O, 102-yə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Hadisə zamanı Elnurun köynəyinin qabağı bağlı olmuş, Elnur köynəyini qaldırdıqdan sonra özünə xəsarət yetirmişdir. O, hadisədən sonra bıçağı onun əlindən almağa çalışmış, lakin Elnur bıçağı verməmişdir. Hadisədən əvvəl də bıçağı onun əlindən almağa çalışmış, lakin Elnur onu yerə yıxmış, anası da qorxub onu çölə çıxartmış, Elnurun özünə neçə dəfə xəsarət yetirdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xidmətdə olarkən atası ona zəng edərək harada olduğunu soruşmuş, o isə işdə olduğunu bildirmişdir. Atası ona qonşuları Elnurun qapılarının önündə yıxıldığını, qan içində olduğunu söyləmişdir. O da digər polis əməkdaşları ilə birlikdə evilərinin qabağına gəlmiş, bu zaman Elnur qapının önündə al-qan içərisində olmuşdur. Onlar çatdıqdan sonra təcili tibbi yardım da gəlmiş, belə ki, atası təcili tibbi yardıma zəng etmişdir. O, Elnurdan onu kim vurduğunu soruşduqda o, qayınanasının onu vurduğunu söyləmişdir. Təqsirləndirilən şəxs çox sakit, öz halında yaşayan insan olmuş, ondan pis hərəkət görməmişdir. O, Təqsirləndirilən şəxs 20-25 ildir ki tanımış, onlar arasında mübahisə görməmişdir. Elnurun əlində bıçaq olduğunu görməmiş, Elnurun köynəyi qan olmuş, yolda qan izi olubolmadığına baxmamışdır. Həmçinin hadisə zamanı Elnurun sərxoş halda olub-olmadığını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən və zərər çəkmiş şəxsi rayon sakini kimi tanımış, onlar xidmətdə olarkən manqa komandirləri olan Şahid3 zəng gəlmiş və onlar Asətin evinə getmişlər. Onlar Asətin yaşadığı evə getdikləri zaman Zərərçəkmiş şəxs qapının girişində uzanılı vəziyyətdə olmuş, onlar Elnurdan onu kimin vurduğunu soruşduqda qayınanasının onu yaraladığını söyləmişdir. Daha sonra təcili tibbi yardım gələrək Zərərçəkmiş şəxs aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, xidmətdə olarkən manqa komandiri Şahid3 məlumat daxil olmuş, o, evinin qarşısında bir nəfərin yaralı vəziyyətdə olduğunu söyləmiş və onlar da onun yaşadığı yerə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yaralı vəziyyətdə olduğunu görmüş və daha sonra təcili tibbi yardım gəlmişdir. Zərərçəkmiş şəxs qayınanasının onu bıçaqladığını söyləmiş və ondan Zərərçəkmiş şəxs spirtli içki qoxusu gəlmişdir. Zərər çəkmiş şəxsin üzərində bıçaq izi görməmiş, lakin üzəri qan içərisində olmuşdur. Zərər çəkmiş şəxsin evi ilə Şahid3 evi arasında çox məsafə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ekspert X4 ifadəsində bildirmişdir ki, xəstəlik tarixçəsinə, həmçinin yaranın istiqamətinə, bununla yanaşı yaranın həcminə görə qeyd etmək olar ki, həmin yara şəxsin özü-özünə yetirməsi ilə ola bilməz. Zərər çəkmiş şəxs ona qayınanasının ilk başda sərt əşya ilə başına vurduğunu, daha sonra isə bıçaqla onun qarın nahiyəsinə xəsarət yetirdiyini bildirmiş və yara kanalının istiqaməti altdan yuxarı olmuşdur. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Nayilə və onun ailə üzvləri ilə münasibəti daima yaxşı olmuşdur. Zərərçəkmiş şəxs isə Nayilənin qızı Şahid1 əridir. Zərərçəkmiş şəxs artıq neçə illərdir ki, qaynanası Nayilənin evində onunla birlikdə yaşayır. 07 iyul 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı fərdi yaşayış evinin həyətində tək olan zaman kiminsə uca səslə evin həyətinin giriş qapısından bir evdə yaşadığı oğlu Asəti səsləməsini eşitmişdir. Dərhal səs gələn tərəfə getmiş və görmüşdür ki, qonşusu Nayilənin yeznəsi Elnur əlini qarın nahiyəsinə tutub və həmin hissədən qan gəlir. Elnur ona demişdir ki, “oğlun Asət hardadı, mənə kömək etsin, öləcəm qanaxmadan öləcəm”. Bu sözü deyib Elnur yerə yıxılmışdır. Düşünür ki, oğlu Asət polis əməkdaşı olduğu üçün Elnur ona üz tutmuşdur. Elnurun qanın içində olduğunu görüb həyəcanlı şəkildə ilk olaraq oğlu Asətə zəng edərək gördüyünü ona danışıb dərhal evə gəlməsini bildirmişdir. Bundan sonra da təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. Zəngindən təxminən 5 dəqiqə sonra oğlu Asət gəlmişdir. O, yerdə uzanan Elnurdan nə olduğunu soruşanda, Elnur cavabında Asətə demişdir ki, qaynanası Nayilə onu bıçaqla qarın nahiyəsindən vurub xəsarət yetirmişdir. Elə həmin vaxt təcili tibbi yardım xidməti gəlmişdir. X9 yerdən qaldıraraq təcili tibbi yardım xidmətinin avtomobilinə mindirmiş və onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış keçirilməsi” haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Təqsirləndirilən şəxs məxsus Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinin həyətində mətbəx kimi istifadə olunan tikilidə baş vermişdir. Hadisə yerinə baxışda iştirak edən Şahid1 01 ədəd mətbəx bıçağını istintaq orqanına təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli, 115 nömrəli rəyində göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zaman bədəni üzərində daxili qanaxma ilə müşahidə edilən qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin dəlib keçən yarası, alın nahiyəsinin əzilmişcırılmış yarası, sağ çiyin qurşağı və sağ əl nahiyələrinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Daxili qanaxma ilə müşahidə edilən qarnın ön divarının daxilə keçən kəsilmişdeşilmiş yarası, qaraciyərin dəlib keçən yarası iti kənara və uca malik olan alətin (əşyanın) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ çiyin qurşağı və sağ əl nahiyələrinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlər 07 iyul 2022-ci il tarixdə əmələ gələ bilər, əmələ gəlmə şəraitinə görə davadalaş və həmçinin, bıçaqla vurulması nəticələrində əmələ gəlmələri istisna edilmir. Daxili qanaxma ilə müşahidə edilən qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin dəlib keçən yarası xəsarəti iti kənara və uca malik olan əşya (alət) ilə şəxsin özü-özünə yetirməsinə xarakterik deyildir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli, 113 nömrəli rəyində göstərilmişdir ki, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-boyun nahiyəsinin sıyrıqları, sol əl, sağ dirsək oynağı və qarın nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə davadalaş nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyul 2022-ci il tarixli, 114 nömrəli rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin birinci barmağı, sağ və sol diz oynaqları nahiyələrinin sıyrıqları, sol almacıq, onurğa və sol baldır nahiyələrin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 2600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən patoloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixi xüsusiyyətlər olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 6/3959 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Şahid1 məxsus olduğu qeyd edilən uzunqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qara rəngli poliamid kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Şahid1 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2022-ci il tarixli, 3/974 və 3/987 nömrəli rəylərinin ballistik hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Rəyin trasoloji hissəsindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Qısaqol köynəyin səthindəki “b” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən sağdan-sola, yuxarıdan-aşağı doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Köynəyin səthindəki ”a” zədəsinin yuxarı və sol son kənarları bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsi, aşağı son kənarı isə cırılma zədəsidir. Lakin təqdim edilmiş qısaqol köynəyin səthində olan zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs məxsus jaketin, qısaqol köynəyin, ətəyin, Şahid1 məxsus uzunqol köynəyin, şalvarın, Zərərçəkmiş şəxs məxsus boz rəngli maykanın, cins şalvarın səthində zədə yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 17 oktyabr 2022-ci il tarixli, 356/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin ön səthinə yuxarıdan tikilmiş 5-ci düymənin öz yerində olmaması aşkar edildi. Bu düymənin yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının orta hissəsində 01 ədəd kombinə olunmuş kəsilmiş-cırılmış zədə vardır. Zədə əvvəl iti uca malik alətin (əşyanın) təsirindən və sonra həmin zədənin yerləşdiyi nahiyəyə küt qüvvə təzyiq etməklə, dartılaraq cırılması zamanı əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının orta və yuxarı hissələrində 03 ədəd və sol qolunun arxa səthində 01 ədəd küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyələrinin hər hansı bir əşyaya (əşyalara) ilişib cırılması nəticəsində əmələ gəlməyə xarakterik məhdud cırılma zədələri vardır. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Şahid1 məxsus 01 ədəd köynək və 01 ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd ətək və 01 ədəd jiletin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 443/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O(İ)-dir. Şahid1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu -A(İİ)-dir. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu- O(İ)-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 10 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus kofta, jilet, Şahid1 məxsus kofta, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta(İ) qruplu şəxsə, o cümlədən zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus yubka, Şahid1 məxsus şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 Zərərçəkmiş şəxs adına tərtib edilmiş 06 dekabr 2022-ci il tarixli, T549/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, alnın əzilmişcırılmış yarası, sağ çiyin qurşağının və sağ əlin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən daxili qanaxma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası iti uclu və ya kənarlı alət təsirindən, alnın əzilmiş-cırılmış yarası, sağ çiyin qurşağının və sağ əlin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə yetirilə bilərdi, dərəcəsinə görə daxili qanaxma ilə müşayiət olunan qarnın ön divarının daxilə keçərək qaraciyəri dəlib keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xüsusiyyətlərini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, onlar kənar şəxs tərəfindən yetirilməyə uyğundur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində psixonevroloji və narkoloji xəstəliklər kabinetində dispanser qeydiyyatda deyildir. İş materallarından görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd yubka, bir ədəd kofta və bir ədəd jilet, Şahid1 əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək, həmçinin 10 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınanaraq saxlanması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir . Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı pərdə asmaq üçün istifadə olunan metal parçası (karniz) və əli ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq ona qəsdən alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ çiyin qurşağının və sağ əlin sıyrıqlarından ibarət, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin həmin vaxt əsəbiləşib mətbəxdən soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb qisas niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, sonuncuya daxili qanaxma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə keçən bir ədəd deşilmişkəsilmiş yarası kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Odur ki, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan şəhərində qeydiyyatdadır, bir qızı və üç nəvəsi ilə birlikdə Qobustan şəhəri, Koroğlu küçəsində yaşayır. Həmçinin, Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barədə 12 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan şəhər A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs 15 noyabr 1999-cu il tarixdən hal-hazıra kimi Qobustan şəhər A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbində xadimə işləyir. Həmçinin, Qobustan şəhər A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs yaşadığı ərazidə və işlədiyi yerdə müsbət xarakterizə edilməsini, həmçinin əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Belə halda iş üzrə maddi sübut olan və Qobustan RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd yubka, bir ədəd kofta və bir ədəd jilet, Şahid1 əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 10 ədəd çubuqlu pambıq tampon, bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 269 (iki yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablansın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Qobustan RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd yubka, bir ədəd kofta və bir ədəd jilet, Şahid1 əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 10 ədəd çubuqlu pambıq tampon, bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs 269 (iki yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar