Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-378/2025 26.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X8 qızının iştirakları ilə, 07 yanvar 2001-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikası, Mahaçqala şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda fərdi qaydada fəaliyyət göstərən “Fit city” trenajor zalında manual terapevtmasajist işləmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndində müvəqqəti qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əhli-sünnə dini təriqətinə mənsub olmaqla 12 mart 2025-ci il tarixdə, təxminən saat 20:40 radələrində Qusar rayonu Mucuq-oba kəndində fəaliyyət göstərən məsciddə Müqəddəs Ramazan ayının keçirilməsi ilə əlaqədar öz din qardaşlarına iftar süfrəsi verib İşa namazını qıldıqdan sonra, təxminən iki il əvvəl dini kəbin əsasında ailə həyatı qurub sonradan onunla xasiyyətləri uyğun gəlmədiyinə görə ayrıldığı Xədicə Mustafayevanın atası, din əhli olan Zərərçəkmiş şəxs ibadət etmək üçün həmin məscidə gəlmiş, onu məscidin içərisindən çölə çağırıb qeyd olunan məscidin həyət sahəsinə giriş qapısının qarşısında, kənd arası yolda olarkən Zərərçəkmiş şəxs əvvəlcədən özü ilə ora gətirdiyi ağac parçasını yerdən götürüb onu vurması nəticəsində əsəbiləşərək onunla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlbəyaxa dalaşarkən Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək, həmin niyyətlə şalvarının sağ yan cibində olan qatlama bıçağı cibindən çıxardıb əsəbi halda Zərərçəkmiş şəxs bədəninin həyat üçün təhlükəli olan döş qəfəsi, sol qoltuqaltı, sinə nahiyələrinə üç dəfə bıçaq zərbələri ilə ard-arda vuraraq ona döş qəfəsinin sol tərəfinin 4-cü qabırğa səviyyəsindəki öndən arxaya, aşağıdan yuxarı və sol qoltuqaltı nahiyəsinin soldan sağa, aşağıdan yuxarı istiqamətlənən və döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralar ilə ifadə olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, sinəsinin sağ tərəfinin xətti cızığı ilə ifadə olunan, dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirməklə qəsdən onu öldürməyə cəhd etmiş, Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə bıçaqla onu yenidən vurmaq istəyərkən onların səs-küyünə gələn məsciddə olan din qardaşı Şahid1 iki əli ilə onun bıçaq tutduğu əlini tutub onun Zərərçəkmiş şəxs vurmasına mane olub onu Zərərçəkmiş şəxs aralaşdırıb bıçağı əlindən atmağa məcbur etməsinə, daha sonra ora gələn digər din qardaşları tərəfindən Zərərçəkmiş şəxs ”Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə çatdırılaraq orada ixtisaslı həkimlər tərəfindən təxirəsalınmaz intensiv cərrahiyyə əməliyyatı göstərilməsi nəticəsində, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə onun bədəninin döş qəfəsi, sol qoltuqaltı, sinə nahiyələrinə bıçaqla vurmaqla bədən xəsarətləri yetirməsinə baxmayaraq, qəsdən onu öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mən martın 20-də Bakıdan rayona gəldim ki, iftar süfrəsi təşkil edim. Evdə iftar süfrəsi üçün lazım olan hər bir şeyi hazırlamışdılar. İftar süfrəsini axşam məsciddə təşkil etmişdik. İftarda yemək yeyib bitirdikdən sonra namaza getdik. Namazı bitirdikdən sonra oturduğumuz yerdə zikr etdik. Bu zaman arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb ayağı ilə mənə vurub söhbət etmək üçün bayıra çıxmağı söylədi. Mən onun arxasınca getdim, o öndən, mən isə arxadan gedirdim. Məsciddən kənarlaşanda qaranlıq idi. Zərərçəkmiş şəxs əlində taxta var idi. O, mənə heç nə demədən və izah etmədən yerdən götürdüyü taxta parçası ilə başımdan vurdu. Taxta parçasını haradasa gizlətmişdi. Taxta parçasını əvvəlcədən gətirib yerləşdirmişdi. Mən çatanda yerləşdirdiyi yerdən çıxarıb məni vurdu. Başımdan vurulduqdan sonra şoka düşdüm, stress vəziyyətində idim. Başımdan vurulduqdan sonra başımda açıq yara olduğunu bildim. Başımdan çox şiddətli şəkildə qan gəlməyə başladı və gözüm qaraldı. Mən özümü müdafiə etmək üçün cibimdən bıçaq götürdüm və sadəcə havada yelləməyə başladım. Həmin anda zərərçəkmiş şəxs üzərimə gəldi və elə oldu ki, o yaralandı. O, yaralandıqdan sonra 2-3 metr kənarlaşdı, mən artıq şok vəziyyətində idim. Nə baş verdiyini bilmirdim. Hardasa 2-3 dəqiqədən sonra Mübarək bizi gördü. Mübarək məni kənarlaşdırmağa çalışdı. İnsan şok vəziyyətdə olanda hərəkətsiz olur, etdiyi hərəkəti dərk eləmir. Mübarək məni kənara çəkdi. Çünki insan şok vəziyyətində olanda bir az hərəkətsiz olur və tabe olmağı çətin olur. Mübarək ola bilsin ki, məni çətinliklə kənarlaşdırmış olsun. Mübarək əlimi tutdu, mənim həmin əlimdə bıçaq var idi. O, mənə bıçağı atmağı söylədi. Mən ona əlimi tutduğu üçün bıçağı ata bilmədiyimi dedim. O, əlimi buraxanda bıçağı atdım. Mən bıçağı evdən götürmüşdüm ki, iftar süfrəsini hazırlayanda çörək və ya digər ləvazimatları kəsmək üçün istifadə edim. Çünki digər qalan hər şeyi mən evdən götürmüşdüm. Həmin bıçaq adi piknik bıçağı idi” Təqsirləndirilən şəxsç məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Zərərçəkmiş şəxs keçmiş qaynatamdır. Mənim əvvəlki nikahımdan övladım yoxdur. Keçmiş həyat yoldaşımın adı Xədicə idi. Keçmiş həyat yoldaşımdan ayrıldıqdan sonra üzüzə gəlməmişik. Ancaq yolda maşından keçəndə görmüş ola bilərəm. Xədicədən ayrıldıqdan 1 il yarım sonra bu məclis baş tutdu. Xədicədən ayrıldıqdan sonra onun atası mənim atama zəng etmişdi və gözünə görünməməyimi, sümüklərimi qıracağını atama bildirmişdi. Mən ümumi dostlarıma iftar süfrəsi açacağımı, kim istəyirsə gələ biləcəyini söyləmişdim. Bizim aramızda mübahisə olanda saat 19:30 olardı. Zərərçəkmiş şəxs məni çölə dəvət edəndə sadəcə ikimiz idik. Qalanları zikr edirdi. Zərərçəkmiş şəxs məni bir dəfə vurdu, ikinci dəfə vurmaq istəyəndə özümü müdafiə etdim. Mənim üzərimdəki bıçaq piknik bıçağı idi, kimsə götürməsin deyə onu özümdə saxlamışdım. Mən zərərçəkmiş şəxsi vurmamışam, bıçağı havada oynadırdım. Hava qaranlıq idi, zərərçəkmiş şəxs birinci dəfə məni vuranda artıq üzüm qan içində idi. Bu səbəbdən qarşıda kimin olduğunu görmürdüm. Həmçinin şok vəziyyətində idim. Bu səbəbdən hadisənin necə baş verdiyini bilmirəm. Zərərçəkmiş şəxs başıma vurduqdan sonra başımda silkələnmə olmuşdu. Mən zərərçəkmiş şəxsin bədəninin hansı nahiyəsinə-əli və ya ayağına vurduğumu görmürdüm, sadəcə olaraq havaya vururdum. Mübarək gələnədək mübahisəmiz davam etmirdi. Mübarəki kimin çağırdığını bilmirəm. Zərərçəkmiş şəxs 2-3 metr aralandıqdan sonra Mübarək gəlib məni kənara çəkib. Zərərçəkmiş şəxsin iftar süfrəsinə gələcəyini bilmirdim. Mən bıçağı havada oynadanda zərərçəkmiş şəxsin mənə hücumları davam edirdi və həmin anda yaxınlaşıb məni vurmaq istəyirdi. Mübarəkdən əvvəl bir uşaq da hadisəni gördüyünü bildirdi. Xarakterlərimiz uyğun gəlmədiyi üçün həyat yoldaşımdan ayrılmışdım. Həyat yoldaşımdan ayrılmağımla bu hadisənin arasında təxminən 1 il yarım vaxt olardı. Bu müddət ərzində Bakıda yaşamışam. Mən ümumiyyətlə Bakıda yaşayırdım. Qusara çox nadir hallarda, 4-5 aydan bir gedirdim. Əgər mən Qusara gedirdimsə, səhər gedib axşam qayıdırdım. Həyat yoldaşımdan ayrıldıqdan sonra qaynatam Zərərçəkmiş şəxs ancaq maşında gedib gələndə görürdüm, lakin bir yerdə görüşməmişik və olmamışıq. Zərərçəkmiş şəxs məsciddə namaz qılanda gəldi və məni orada gördü. Əvvəlki həyat yoldaşım Qusarın kəndində yaşayır. Mənim Ramazan süfrəsi açmağımdan əvvəlki həyat yoldaşımın ailəsinin xəbəri yox idi. Əvvəllər Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyim olmayıb. Bıçaq mənim özümə məxsus deyildi, ev bıçağı idi, piknik bıçağı idi. Tərəvəzləri, çörəyi, meyvəni doğramaq üçün bıçağı götürmüşdüm. Mən məscidə iftar süfrəsi üçün kömək etsin deyə qadın dəvət etməmişdim, işi özüm edə bilirdim. Hər kəs boşqabı, qabqacağı öz evindən gətirirdi. Zərərçəkmiş şəxs 2-3 metr aralıda idi. Mübarək sonradan gəldi. O, məni kənarlaşdırdı. Mübarək gəldikdən sonra münaqişə olmadı. Mən şok vəziyyətində idim. O sadəcə gəldi, əlimdən tutdu, məni kənara çəkib bıçağı atmağı söylədi. Ondan sonra mən bıçağı atdım. Mübarəkdən başqa orada heç kim yox idi. Mən özümə gəldikdən sonra camaat yığışıb gəldi. Adlarını bilmədiyim şəxslər zərərçəkmiş şəxsi xəstəxanaya apardı. Hava qaranlıq olduğu üçün onları görmədim. Bundan sonra mən evə getdim. Zərərçəkmiş şəxsin kifayət qədər ağır xəsarətlər aldığını bilmirdim. Nə baş verdiyini başa düşməmişəm. Hadisənin baş verdiyi gün evə gəldim və evdəkilər mənə zərərçəkmiş şəxsin yaralandığını dedilər. Atam mənə kömək etmək üçün xəstəxanaya getməyi və orada nə baş verdiyi öyrənməyimizi söylədi. Sonra biz evdən çıxmağa hazırlaşanda polislər gəlib məni apardılar. Mən hamam otağına gedib, xəsarət aldığım yeri təmizlədim. Başımda olan xəsarətlərin izi qalıb. Bununla bağlı ekspertin rəyi var. Zərərçəkmiş şəxsə xəstəxana xərcləri və vəkil xərcləri ilə bağlı, yəqin ki, yardım olunub, ancaq bu barədə dəqiq bilmirəm. İbtidai istintaqda mən şok vəziyyətində idim, mənə ilkin tibbi yardım belə göstərməyiblər. Həmçinin orada tərcüməçi də yox idi. Mən ibtidai istintaq zamanı tərcüməçi tələb etdim, ancaq mənə tərcüməçinin olmayacağını dedilər və sənədi imzalamağı söylədilər. X21 1-2 gündən sonra gəldi. Mən bıçağı tulladım. Bıçağı hara tulladığımı bilmirəm. Mübarək mənə ümumiyyətlə bıçağı tullamağı söylədi.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, orta məktəbi Rusiya Federasiyası Dağıstan Respublikasının Maxaçqala şəhərində yerləşən İdman internat məktəbində oxumaqla 11 illik təhsil almışdır. 6-cı sinifdə oxuyandan İslam dininə riayət etməklə namaz qılıb ibadət edir, əhli-sünnədir. Onu namaz qılmağa böyük bacısı Ragina Şixbabayeva dəvət etmişdir. Evdə atasından başqa bütün ailə üzvləri namaz qılıb ibadətlə məşğul olurlar. Özü həm də həvəskar idmançıdır, əvvəllər həvəskar qaydada boksla məşğul olmuşdur. 2018-ci ildə İnternat orta məktəbini bitirdikdən sonra Rusiya Federasiyasının Moskva şəhəri, Çertanovskiy rayonunda yerləşən “E” Klinikasında manual terapevt - masajist kimi iki aylıq tibbi kurs keçmiş, bu barədə həmin klinika tərəfindən ona müvafiq sertifikat verilmişdir. Bu sertifikata əsasən manual terapevt masajist kimi işləmək hüququ yaranmışdır. 2022-ci ilin təxminən fevral ayından Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikasına gələrək bir müddət Qusar rayonu Aşağı İmamqulukənd kəndində valideynləri ilə birlikdə yaşamışdır. 2023-cü ilin təxminən iyul ayından Bakı şəhərində müvəqqəti yaşamaqla ünvan 1 ünvanda fərdi qaydada fəaliyyət göstərən “Fit city” trenajor zalında manual terapevt - masajist kimi özü tək çalışmışdır. 2022-ci ilin avqust ayında Qusar rayonu Şirvanlı kənd sakini X7 ilə dini nikahla (molla kəbini ilə) ailə həyatı qurmuşdur. Evləndiyi qızın atası Zərərçəkmiş şəxs da qonşu kənddən olmaqla dindardır, ibadət əhlidir, əhli-sünnədir. Qusar rayonu Mucuq-oba kəndində yerləşən məsciddə ibadət edərkən onunla tanış olmuşdur. O da əhli- sünnə təriqətinə riayət etməklə bir-birinə “əxi”, yəni ərəb dilində qardaş kimi müraciət etmişlər. İlk gündən Zərərçəkmiş şəxs ilə çox böyük yaş fərqinin olmasına baxmayaraq mehriban, səmimi münasibətləri yaranmışdır. Bacısı Ragina bilmişdir ki, onunla yaxşı münasibəti var və bir dəfə söhbət əsnasında ona demişdir ki, Rövşənin ağıllı, tərbiyəli iki qızı vardır. Bu söz onun diqqətini cəlb etmişdir. Ondan sonra bir dəfə Zərərçəkmiş şəxs öz evinə onu qonaq çağırmışdır. Onlara qonaq gedərkən kiçik qızı Xədicəni görüb xoşuna gəlmişdir. Ondan sonra onun mobil telefonunu öyrənib onunla danışmağa başlamış və nəhayət birbirini sevib evlənmişlər. Dini nikahla evlənsələr də, rəsmi dövlət nikahına girməmişlər. Amma bununla bərabər Qusar şəhərində yerləşən “Məryəm” şadlıq evində el qaydasında toyları olmuşdur. Xədicə də ibadət əhli olmaqla namaz qılır. Onlar bir müddət Xədicə ilə ata evində yaşamışlar, sonra Bakı şəhərinə köçmüşlər. Onunla ər-arvad olsalar da, lakin xasiyyətləri düz gəlməmiş, tez-tez müxtəlif ailə-məişət söhbətlərinə görə sözləri düz gəlməmiş, xasiyyətləri tutmamış, dalaşmışlar, sonda ayrılmaq qərarına gəlmişlər. Onunla təxminən 7-8 ay ər-arvad kimi bir yerdə yaşamışlar, uşaqları olmamışdır. Hər ikisinin valideynləri, ailə üzvləri ayrılmamalarına çalışsalar da, bu alınmamışdır. 2023-cü ilin təxminən mart ayında ayrılmışlar. Xədicə Qusar rayonunda yaşayan valideynlərinin yanına köçüb getmiş, özü isə həmin vaxtdan Bakı şəhərində tək yaşamışdır. Hər il olduğu kimi bu il də 01 mart 2025-ci il tarixdən müqəddəs Ramazan ayının gəlməsi ilə əlaqədar oruc tutmağa başlamışdır. Bununla əlaqədar hər il olduğu kimi bu il də Ramazan ayında iftar süfrəsi verməyi qərara almışdır. Bu məqsədlə 11 mart 2025-ci il tarixdə dostu Çingizdən “Rent a car” qaydasında ona məxsus “BMW" markalı, ağ rəngli, **-AK-*** dövlət nömrə nişanlı avtomobili alıb həmin avtomobil ilə Qusar rayonuna gələrək valideynlərinin yaşadığı rayonun İmamqulukənd kəndinə gəlmişdir. Əvvəlcədən valideynlərinə də demişdir ki, kəndə gəlib məsciddə ibadət-əhlinə, din qardaşlarına orucluq ayı ilə əlaqədar iftar süfrəsi verəcəkdir. Bu məqsədlə anası Qədriyyə ilə birlikdə Qusar rayonunda yerləşən bazardan və dükanlardan iftar süfrəsinə lazım olan bütün ərzaq məhsullarını alıb yenidən kəndə qayıtmışlar. İftar süfrəsi verməsi ilə bağlı rayonun Mucuq-oba kəndində yerləşən məsciddə bir gün əvvəl əxilərə demişdir ki, səhəri gün iftar süfrəsi verəcəkdir və hamını da dəvət etmişdir. 12 mart 2025-ci il tarixdə, saat təxminən 18 radələrində evində əvvəlcədən bişirilmiş, hazırlanmış iftar süfrəsinə qoyulmalı olan bütün yeməkləri maşınla həmin məscidə aparmışdır. Bu işdə ona köməkliyi həmkəndlisi və dostu, din qardaşı Narvik etmişdir. Din qardaşlarından Qəzənfərə demişdir ki, digər din qardaşlarını (əxiləri) iftar süfrəsinə dəvət etsin. 12 mart 2025-ci il tarixdə, saat təxminən 19 radələrində məscidə 40 nəfərə yaxın din qardaşları gəlmişlər. Eləcə də həmin məclisdə məscidin axundu İskəndər kişi, məscidə nəzarət edən Saday Lətifov, digər din qardaşları Roman, Qiyas, İlahəddin, Namiq, Tahir, Ramal, Harun və digər xatırlamadığı şəxslər də olmuşlar. Məsciddə iftar süfrəsindən əvvəl Məğrib namazını qılmışlar, sonra oruclarını açıb yemək yeməyə başlamışlar. Yemək yeyəndən təxminən 15 dəqiqə sonra saat təxminən 20:15 radələrində İşa namazını qılmaq üçün düzülüşmüşlər. İşa namazını qılmaları təxminən 7 dəqiqə çəkmişdir. Namazı qılıb qurtarandan bir müddət sonra saat təxminən 20:40 radələrində oturduğu yerdən qalxıb Müqəddəs Quran kitabını pəncərənin ağzından götürmək istəyərkən qəflətən sağ tərəfinin omba nahiyəsinə orta dərəcədə zərbə dəymişdir. Çönüb baxarkən görmüşdür ki, sağ tərəfinə ayağı ilə vuran keçmiş qayınatası Zərərçəkmiş şəxsdir. Ona tərəf baxarkən acıqlı halda ona ləzgi dilində demişdir ki, çıx çölə. Özü də heç nə demədən ayağa durub məsciddən çölə çıxmışdır. Məscidin ayaqqabı geyinib soyunma yerində Rövşən öz ayaqqabısını geyinə-geyinə ona demişdir ki, mən dərhal bildim ki, iftar süfrəsini verən sənsən. Həmin vaxt orada onların yanlarında heç kim olmamış, ikisi olmuşlar. Özü də ayaqqabısını geyinmiş, ikisi də birlikdə qabaqda Rövşən getməklə məsciddən çölə, yola, giriş qapısının ağzına tərəf getmişlər. Qapıdan çölə çıxarkən Rövşən dərhal sağa tərəf dönüb yerdən divara söykənilmiş ağac parçasını əlinə götürmüş, özü də əynindəki şalvarının sağ yan cibində olan qatlama bıçağı çıxardıb açıb onun üstünə uzatmışdır. Həmin vaxt Rövşən onun üstünə tərəf gəlib əlində olan ağac parçası ilə onun başına zərbə ilə vurmuş, bu vaxt ağac parçası qırılmışdır. Sonra Rövşən əlindəki ağac parçası ilə yenidən onu vurmaq istəyərkən, özü sol qolu ilə onun vurduğu ağacın qarşısını almağa çalışarkən biləyindən xəsarət almışdır. Bu vaxt hiss etmişdir ki, başından qan gəlir və üstünə damcılar tökülməyə başlamışdır. Bundan sonra özü də Rövşənin bu hərəkətindən əsəbiləşərək ondan heyif çıxmaq istədiyinə görə sağ əlində tutduğu bıçaqla onun harasına gəldi bir neçə dəfə möhkəm zərbələrlə vurmuşdur. Bu zaman Rövşənin əlindəki ağac parçası yerə düşmüşdür. Sonradan bilmişdir ki, vurduğu bıçaq zərbələrini Rövşənin bədəninə, sinəsinə, ürək nahiyələrinin ətrafına batırıb ona xəsarətlər yetirmişdir. Ancaq hirsli olduğundan, özündə olmadığı üçün onun harasına gəldi vurmağa davam etmişdir. Onu bıçaqla bir neçə dəfə dalbadal zərbələr ilə vursa da, hirsli halda olduğuna görə ona vurduğu bıçaq zərbələrinin dəqiq sayını deyə bilməmişdir. Bir onu bilmişdir ki, Zərərçəkmiş şəxs onun belə bir Müqəddəs ayda, Bakı şəhərindən gəlib kəndin məscidində iftar süfrəsi verdiyi bir vaxtda ona qarşı etdiyi bu hərəkət çox pisinə gəlib onu özündən çıxartmışdır. Ona görə də həmin vaxt qəflətən bıçaq zərbələri ilə dalbadal Rövşənin harasına gəldi vurmuşdur. Rövşəni bıçaqla ağır formada, möhkəm zərbələr ilə vurduğu üçün onun aldığı xəsarətlər nəticəsində vəziyyətinin pisləşdiyini görsə də, lakin hirsi soyumadığından əlindəki bıçağı buraxmamışdır. Bu zaman qəfildən Qusar rayonu Şirvanlı kənd sakini olan din qardaşı (əxi) Şahid1 ona yaxınlaşıb iki əli ilə onun bıçaq olan sağ əlini tutub onu Rövşəndən uzaqlaşdırmağa başlamışdır. Ancaq Rövşənə qarşı olan əsəbi hələ də keçmədiyi üçün bıçağı əlindən buraxmamışdır. Mübarək isə onu tutub Rövşəndən aralaşdıraraq ona imkan verməmişdir. Mübarək onun bıçaq tutduğu əlini möhkəm tutub saxlayıb onu məscidin yanındakı qəbiristanlıq tərəfə apararaq bıçağı əlindən atmağa məcbur etmişdir. Özü də həmin bıçağı qəbiristanlığın içərisinə tərəf var gücü ilə atıb uzağa tullamışdır. Bu zaman məsciddə olan digər din qardaşları da səs-küyə çıxıb Rövşənə yaxınlaşıb kömək etməyə başlamışlar və onu xəstəxanaya aparmışlar. Özü isə ondan sonra özü tək gəldiyi maşına minib ata evinə getmişdir. Evdə valideynləri, ailə üzvləri də bu hadisəni bilmişlər. Başından qan axdığı üçün anası alnına soyuq su vurmuş, sonra evdə qalmışdır. Evdə təxminən 20 dəqiqə qaldıqdan sonra polis əməkdaşları gəlib ondan hadisə barədə soruşmuşlar. Özü də hər şeyi olduğu kimi etiraf edib təqsirini boynuna almışdır. Hadisə vaxtı çox əsəbi olmuş, sonradan ağlı başına gəlib, səhv iş tutduğunu başa düşmüşdür. Etdiyi bu hərəkətə görə çox peşman olmuşdur. Rövşən ondan yaşda böyükdür, onun kimi dində olan adamdır. Gərək səbr edib ona qarşı belə bir zorakılıq göstərməzdi. Onun cavanlığını, əvvəllər heç vaxt bu cür hərəkətlərə yol vermədiyini, peşmançılıq hissi keçirdiyini, evin tək oğlu olduğunu, Müqəddəs bir ayda Allah yolunda iftar süfrəsi açdığı məclisə xatir ona haqq-ədalətlə köməklik göstərilməsini xahiş etmişdir. Keçmiş qayınatası Zərərçəkmiş şəxs təxminən 10 ay müddətində görməmiş, onunla heç bir yerdə rastlaşmamış, aralarında da boşanan vaxt, həmin gün sözlü mübahisədən başqa heç bir münaqişə, dava-dalaş olmamışdır. Rövşən ona heç kimlə də bununla əlaqədar hər hansı bir xəbər də göndərməmişdir. xx.xx.2025-ci il tarixdə keçmiş qayınatası Zərərçəkmiş şəxs məscidin içində İşa namazını qılıb qurtarandan sonra acıqlı halda onu təpiklə vurmasından sonra orada görmüş, özü şəxsən onu həmin iftar süfrəsinə dəvət etməmiş, iftar süfrəsində onu əvvəlcə görməmiş, sonradan onu orada görmüşdür. Ancaq onu ora kimin, nə məqsədlə dəvət etməsini bilməmişdir. Məsciddə özünün yanında din qardaşı, Abdulla adı ilə çağırdıqları Roman oturmuşdur. Ancaq Zərərçəkmiş şəxs onu təpiklə vurmasını Romanın, yaxud da kiminsə görməsini dəqiq bilməmişdir. Çünki bu ani bir anda olmuşdur. Məscidin içində Rövşənin ona belə bir hörmətsiz hərəkət etməsi onu özündən çıxartmışdır. Hadisə vaxtı bıçaqla Zərərçəkmiş şəxs harasına gəldi bir neçə dəfə vurmuşdur. Ancaq ona bıçaqdan başqa əllə, yumruqla və ya başqa alət ilə xəsarət yetirməmişdir. Rövşənin əlindən əsəbiləşib özündən çıxdığına görə onu bıçaqla bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdiyi bıçaq qara rəngli açılıbqatlanan bıçaq olmaqla özünün əynində olan şalvarının sağ-yan cibində olmuşdur. xx.xx.2025-ci il tarixdə iftar süfrəsində bu bıçaqdan ərzaq məhsullarını doğramaqda istifadə edib sonra da cibinə qoymuşdur. Bıçaq da evlərinin bıçağı olmuşdur. Həmin bıçaq ərzaq doğramaq üçün istifadə etdikləri, açıldıqda təxminən 10 sm uzunluğunda adi açılıbqatlanan bıçaq olmuşdur. Hadisədən sonra bu bıçağı məscidin yanında olan qəbiristanlığın içərisinə tərəf var gücü ilə atmışdır. Ancaq sonradan harada olmasını bilməmişdir. Özü Zərərçəkmiş şəxs bıçaqla harasına gəldi vurarkən, Rövşən də əlində olan ağacla onu vurmuşdur. Onlar qarşılıqlı əlbəyaxa şəraitində dalaşmışlar. Aralarında olan dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. Səs-küylərinə məsciddən əvvəlcə din qardaşı Şahid1 çıxıb onu Rövşəndən uzaqlaşdırmışdır. Daha sonra digər qardaşlar da çıxmışlar. Onu Rövşəndən araladıqdan sonra daha nə baş verdiyini bilməmişdir. Hadisə vaxtı özü çox əsəbiləşmiş, gözü dönmüşdür. Ona görə də Zərərçəkmiş şəxs üstünə bıçaqla hücum edib xəsarətlər yetirmişdir. Ancaq sonradan Şahid1 onların yanma gəlib onu tutub Rövşəndən aralaşdırmışdır. Həmin vaxt əynində ağ rəngli, üzərində naxışlar olan idman yumru boğaz koftası, ağ rəngli mayka, bej rəngli, beli özündən iplə bağlanan, ayağı manjetli şalvar, qara rəngli idman ayaqqabısı, qara rəngli corab olmuşdur. Öz qanının ləkələri kofta və şalvarına düşmüşdür. Hadisə vaxtı özünün paltarlarının üzərində zədə yaranmamışdır. Zərərçəkmiş şəxs əynində isə hərbi kamuflyaj rəngli futbolka, göyboz rəngli dama-dama köynək və tünd göy rəngli idman şalvarı olmuşdur. Özünün istifadəsində ‘”iPhone 15 Pro” markalı mobil telefon və “050 538-90-28” telefon nömrəsi vardır. Zərərçəkmiş şəxs hansı nömrədən istifadə etməsini isə bilməmiş, onunla münasibəti pozulandan bəri telefon vasitəsi ilə əlaqə saxlamamışdır. Səhhətində və psixi vəziyyətində heç bir problem olmamış və heç bir xəstəxanaya da müraciət etməmişdir. Törətdiyi əmələ görə çox peşman olmuşdur. Gərək belə bir hərəkət törətməzdi (cild 01, iş vər. 170-176). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən latın qrafikalı əlifbanı bilmirəm. Rus dilində yazıb-oxuya bilirəm. İbtidai istintaqda verdiyim bu ifadəni təsdiq etmirəm. Bu ifadəni verəndə yanımda tərcüməçi olmayıb. Sənədləri imzaladığım gün tərcüməçi yox idi. 14 mart 2025-ci il tarixdə dindiriləndə tərcüməçi və müdafiəçi yanımda olmayıb. İfadəmdə olan imza ola bilsin ki, mənim imzamdır. Mənə istintaqda olan şəxslər təzyiq göstərdilər. Mənə tez sənədləri imzalamağı söylədilər.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Camaat məscidə gecə namazını qılmaq üçün yığışmışdı. Gecə namazını qılmadan əvvəl iftar süfrəsi açılmışdı. Mən namaza gələndə özümlə çubuğu gətirib çölə qoydum. Namaz qıldıqdan sonra Təqsirləndirilən şəxs çölə söhbət etməyə çağırdım. Təqsirləndirilən şəxs çubuğu götüdüyümü yəqin ki gördü. Məsciddən çıxanda çubuğu götürdüm, önə düşüb getdim. Təqsirləndirilən şəxs isə arxamca gəldi. Məsciddən o qədər də çox aralanmamışdıq, məscidlə aramızda təxminən 3-4 metr məsafə var idi, maşınların arasında idik. Arxadan şaqqıltı eşitdim və arxaya dönəndə gördüm ki, onun əlində bıçaq var. Mən onun özünü qapıdan işıq düşdüyü üçün görmürdüm. Bıçağı görəndə düşündüm ki, ya məni vuracaq, ya da nəsə olacaq. Mənim fikrim çubuqla onun əlindəki bıçağı yerə salmaq idi. Mən çubuqla onu vurdum. Ancaq çubuğun başına, əlinə və ya digər nahiyələrinə dəydiyini bilməmişəm. Mənim fikrimdə olan onun əlindəki bıçağı yerə salmaq idi. Çubuğun hara dəydiyini bilmirəm. Çubuq sınmışdı. Təqsirləndirilən şəxs üzərimə gəldiyini gördüm. O, mənim yanımda idi. Mənim yanıma gələndə üzünü aydın gördüm. Məni bir neçə dəfə vurdu. Daha sonra arxadan Mübarək adlı bir şəxsin onu tutub apardığını gördüm.” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənim övladım bir ildən çox müddətdə ailəli olub. Təqsirləndirilən şəxs qızıma yaxşı ailə olmayıb, həm boşanma, həm də ayrılıq prosesində qızımı çox incidib. Mən boş yerə ona ilişmərəm. O, 3-4 ay olardı ki, qızımdan boşanmırdı. Mən sonda onu gəlib görəcəyimi dedim. Daha sonra onlar boşandılar. Ancaq boşandıqdan sonra yenə onun həm özü, həm də ailəsi nalayiq formada danışmağa başladı. Mən boşanmaqda bir problem görmürəm. Ancaq sonradan məlum oldu ki, Təqsirləndirilən şəxs əxlaqsız həyat sürür. Ona görə də qərara gəldilər ki, boşansınlar. Məsciddən çıxanda mən öndə gedirdim, Təqsirləndirilən şəxs isə arxada gedirdi. Şaqqıltı səsi bıçağın açılma səsi idi. Mənim fikrimə həmin səs gəldi və dönəndə Təqsirləndirilən şəxs əlində bıçağın olduğunu gördüm. Birinci mən onu vurdum. Onun bıçağı çıxardığını gördükdən sonra çubuqla onu vurdum. Hansı nahiyəsindən vurduğumu xatırlamıram. Onun mənə bıçaqla neçə dəfə zərbə vurduğunu bilmirəm. Ancaq həkimlər 3 yerimdə bıçaq zərbəsinin olduğunu, 1 yerimdə kəsiyin olduğunu, bir də qoltuq altında xırda yaraların olduğunu dedilər. Onun məni vurduqdan sonra necə dayandığını bilmirəm. Mən öz halımda olduğum üçün bir də başımı qaldırıb gördüm ki, qapıdan biri gəlib Təqsirləndirilən şəxs tutub apardı. Həmin şəxs Şahid1 adlı şəxs idi. Mən bizi ayıran şəxsin Şahid1 adlı şəxs olduğunu bilmirəm. Mən onun sadəcə şəxsi önümdən götürüb apardığını bilirəm. Təqsirləndirilən şəxs məni bir neçə dəfə vurdu. Mən sadəcə özümə baxırdım, bir də başımı qaldırdım ki, Mübarək şəxsi tutub apardı. Mübarək şəxsi tutmasaydı, onun hərəkətlərini davam etdirib-etdirməyəcəyini bilmirəm. Mən Qəzənfər və Faik adlı şəxslərlə maşında hadisə yerindən xəstəxanaya getdim. Qəzənfər və Faik adlı şəxslər də məsciddə idi. Mən başımı qaldıranda sadəcə Mübarəki gördüm, başqa heç kim yox idi. Daha sonra qapıya yaxınlaşdım, qanaxmam var idi. Camaat məni gördü. Mübarək ayıranda bıçağın Mübarəkin əlində olub-olmadığını görmədim. Qızımla Təqsirləndirilən şəxs dini nikahda idi. Mən şəxsin atası Şixbabaya zəng edib, söhbət etmişəm. Təqsirləndirilən şəxs boşanmaq istəmirdi, qızımı çox incidirdi. Mən birinci ona zəng edəndə mənim nömrəmi blokladı. Bir neçə dəfə onun atasıyla, ailəsiylə danışmışam. Ailəsi onu çağıracağını, onun ailəsinin sözünə baxacağını söyləyirdi. Bundan sonra Ali geri qayıdanda biz görüşdük. Mən ona qarşı hər hansı bir hərəkət etməmişəm. Oturub söhbət etmişik. Məni Təqsirləndirilən şəxs təşkil etdiyi iftar məclisinə dəvət etməmişdilər. Mən iftar üçün məscidə getməmişdim, Ramazan ayında gecə namazını qılmaq üçün məscidə getmişdim. Məscidə getməzdən əvvəl başqa bir yerə getmişdim. Məni başqa bir yerə dəvət etmişdilər. Başqa bir məclisə gedəndə ağac parçası əlimdə olub. Mənim Təqsirləndirilən şəxsçlə söhbətim olacağına görə çubuğu götürmüşdüm. Bu səbəbdən birinci dəvət olunduğum məclisdən çıxdıqdan sonra məscidə gələndə onu özümlə götürdüm. Mən şəxsi çölə çağıranda o, mənə etirazını bildirmədi. Mən öndə, şəxs arxada gəlirdi. Ağac parçasını məsciddən çıxanda götürdüm. Yəqin ki, ağac parçasını götürəndə Təqsirləndirilən şəxsç görüb. Məsciddən 3-4 metr qədər aralıda mənim üzümə işıq düşürdü. Qapının ağzında duranda üzümün bir hissəsinə qapıdan işıq düşürdü. Çöldə işıq yox idi. Şəxsin əlində bıçağı gördüyüm üçün onun məni vuracağını fikirləşib onu vurdum. Şəxsə hansı zərbələri yetirdiyimi bilmirəm, görməmişəm. İbtidai istintaqda başına zərbə vurduğum qeyd olunsa da, bu doğru deyil. Onu müstəntiq qeyd edib. Mən hansı nahiyəyə vurduğumu görmədiyimi istintaqda söyləmişəm. Ümumiyyətlə, şəxsi görmürdüm, onun sadəcə əlini görürdüm. Şəxsin bir hissəsi qaranlıq yerdə idi. Mən onu mənim yanıma gələndə gördüm. Həmin hadisə ən çox 4-5 saniyədə olan bir şeydir. Şəxsin qanının axması kimi bir şey olmayıb. O, yalan danışır. Ən çox 4-5 dəqiqə olardı ki, mən qapıdan çıxdım, çubuğu götürdüm. Öndən gedirdim, səs eşitdim, arxaya döndüm və çubuqla şəxsi vurdum. Daha sonra o, məni tutub vurmağa başladı. Həmin vaxt şəxsin başından qan axdığını görməmişəm. Bıçağı gördükdən sonra şəxsin məni vuracağını düşünüb onu vurdum. Mübarək gələndə mən ayaq üstə idim. Başım özümə qarışdığı üçün vurulduqdan sonra Mübarək gələndə Təqsirləndirilən şəxslə aramda nə qədər məsafə olduğunu bilmirəm. Şəxslə aramızda təxminən 1 metr məsafə olardı. Ancaq dəqiq məsafəni bilmirəm. Mən bir saniyəyə qapıdan çıxdım, bir saniyə içində o, məni vurdu. Şəxs məni bir saniyədə neçə dəfə vura bilərdi ki? Mən şəxsi vurduqdan sonra nə səbəbə şəxsin dayanıb, arxaya çəkilib mənə baxdığını bilmirəm. Şəxs məni vurduqdan sonra özümə baxa bilirdim. Yəqin ki, çubuq sınmışdı. Mübarək gələndə bıçağın şəxsin əlində olub-olmadığını görmədim. Başımı qaldırıb, dönüb baxanda kiminsə şəxsi tutub apardığını və həmin şəxsin Mübarək olduğunu gördüm. Mübarək şəxsi kənara çəkdi. Camaat hələ məsciddən çıxmamışdı. Mən dönüb arxaya baxanda 15-20 metr aralıqda ağacın altında 2 nəfərin dalaşdığını gördüm. Mübarək şəxsi saxlayırdı. Mən arxaya baxanda 3 metr arxada söyə-söyə gələndə Mübarək təqsirləndirilən şəxsi saxlayırdı. Biz barışıq əldə etmişik. Mənə dəyən maddi ziyan ödənilib. Mənim təqsirləndirilən şəxsə qarşı şikayət və tələbim yoxdur. Təqsirləndirilən şəxsi daxilən bağışlamamışam, ancaq barışıq əldə olunub. Təqsirləndirilən şəxsin məndən üzr istəməsinə ehtiyac yoxdur. Hadisə baş verəndən təxminən 1 il əvvələ qədər olardı ki, mən Təqsirləndirilən şəxsçi görmürdüm. Şəxs ailəsini saxlamırdı, bizim onunla söhbətimiz var idi. O, boşanmadan həm əvvəl, həm sonra qızımı incitmişdi. Şəxslə bir il idi ki, görüşmürdük. Şəxsin məsciddə olduğunu bilirdim. Məsciddə olduğunu bildiyim üçün ağac parçası götürüb məscidə gəlmişdim. Ona tərbiyə vermək istəyirdim, onu döymək və tərbiyələndirmək fikrim var idi. Təqsirləndirilən şəxsin məscidin içərisində mənə qarşı hər hansı hərəkəti olmayıb. Onun qapının ağzında da mənə qarşı hər hansı hərəkəti olmayıb. Mən taxtanı götürdükdən sonra bu məsələ başladı. Bundan sonra o, bıçağı çıxartdı. Buna qədər şəxs bıçağı çıxartmamışdı. Mən şəxsə əgər bıçaqla xəsarət yetirməsəydim, onun mənə bıçaqla xəsarət yetirmək imkanının olub-olmadığını deyə bilmərəm. Hadisə bir anda oldu. Mən arxaya döndüm, bıçağı gördüm. Şəxs bıçağı arxadan çıxardı. Şəxs əgər çubuğun əlimdə olduğunu görmüşdüsə, geri qayıdıb gedərdi, camaata xəbər verərdi. Nə üçün qayıtmadığını bilmirəm. Mən bıçağın səsini eşidib döndüm. Şəxsin üstünə getməmişəm, qabaqda gedirdim. Hələ heç bir şey baş verməmişdi. Arxaya dönəndə şəxsin əlində bıçağın olduğunu gördüm. Onun nə edəcəyini gözləmədən, bir anda onu vurdum. Mübarək aramızda gərginliyin olduğunu hiss etmişdi. Hər kəs bunu bilirdi. Mübarək aramızda gərginliyin olduğunu hiss edib arxamızca gəlib. Mən Təqsirləndirilən şəxsçi çölə çağıranda yəqin ki, görənlər olub, ancaq dəqiq bilmirəm. Mübarək yəqin şəxslə aramızda münasibətin yaxşı olmadığını bilirdi. Ancaq bunun əsas səbəbini bilmirdi. Mən şəxsin dayanıb-dayanmadığını bilmirəm. Bir anda başımı qaldırıb gördüm ki, Mübarək şəxsi tutub apardı, onlar ağacın altına tərəf uzaqlaşdılar. Daha sonra mən yerdəki çınqılın şaqqıltı səsini eşitdim, dönüb baxanda gördüm ki, şəxs söyə-söyə üstümə gəlmək istəyir, ancaq Mübarək onu dayandırır. Rəsmi nikahda olduğu kimi dini nikahın da pozulma məqamları var. Şəxs dini nikahın pozulmasında problem yaradırdı. O, dini nikahla boşanmaqdan yayınırdı. “Boşanıram” sözünü söyləmirdi, söyləməkdən yayınırdı. 3-4 ay qızımı incitdi, daha sonra onu gətirtdim. Daha sonra şəxsin özü və ailəsi artıq-əksik danışmağa başladı. Həmçinin övladımın cehiz məsələsində də bizi incitdilər. Mübarək əgər şəxsi tutmasaydı, onun məni yenə vurmağa davam edib-etməyəcəyini bilmirəm. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, din əhlidir, namaz qılır, ibadətlə məşğul olur, əhli-sünnə təriqətinə mənsubdur. Təqsirləndirilən şəxs onun qızı Xədicənin əri olmuşdur. 2022-ci ildə Təqsirləndirilən şəxs onun qızı Xədicə ilə rəsmi nikah bağlamadan dini kəbin əsasında ailə həyatı qurmuşlar, onların ailəli olduqları müddətdə övladları olmamışdır. Onlar təxminən 10 aya yaxın müddətində evli olmuşlar. Bu müddət ərzində Alinin Xədicəyə və ailəsinə olan münasibəti xoşuna gəlmədiyindən onunla aralarında səmimi münasibətlər olmamışdır. Sonda isə 2023-cü ildə onlar bir-birindən ayrılmaq qərarına gəlmişlər. Ali Xədicə ilə ailə həyatı qurub onunla evli olub sonra ondan ayrılıb onun həyatını korlayıb bədbəxt etmişdir. Bu da bir ata kimi özünə çox pis təsir göstərmişdir. Çünki qızı Xədicə ortada qalmış, bütün həyatı pozulmuş, Ali onun xoşbəxtliyini əlindən alaraq qızını bədbəxt etmişdir. Təqsirləndirilən şəxs özü də ibadətlə məşğul olmaqla din əhli olmuşdur. Əvvəlcədən aralarında səmimi münasibət yaranmış, sonra qohumluğa çevrilmişdir. Alinin onun ailəsinə, övladına etdiyi bu pisliyi heç cürə bağışlaya bilməmiş, hər dəfə onun hərəkəti yadına düşəndə əsəbiləşib özünü ələ ala bilməmişdir. Din qardaşı (əxi) ola-ola Alinin ona bu pisliyi pis təsir etmişdir. Ona görə də, keçmiş kürəkəni Təqsirləndirilən şəxs ilə aralarında bir-birindən incik, narazı münasibətlər qalmışdır. Ali və qızı Xədicə birbirindən ayrıldıqdan sonrakı vaxtlarda Ali ilə görüşməmiş, rastlaşmamış, hər hansı bir danışığı da olmamışdır. 12 mart 2025-ci il tarixdə, gün ərzində yaşadığı evdə, həyət sahəsində olmaqla ev təsərrüfatına aid işlərlə məşğul olmuşdur. Müqəddəs Ramazan ayı ilə əlaqədar həmin gün oruc tutmuşdur. Axşam saatlarında iftara az qalmış həmkəndlilərindən eşidib bilmişdir ki, keçmiş kürəkəni Təqsirləndirilən şəxs Qusar rayonu Mucuq-oba kəndində yerləşən məsciddə iftar süfrəsi verir. Ali ilə aralarında mübahisəli münasibətlər olduğundan onun iftar süfrəsinə getməmişdir. Həmkəndlisi və qonşusu Şahid1 öz evində iftar süfrəsi verdiyi üçün və ora onu da dəvət etdiyindən onun evinə getmək qərarına gəlmişdir. Lakin əvvəlcədən fikirləşmişdir ki, keçmiş kürəkəni Təqsirləndirilən şəxs məsciddə olacağından özü ilə ağac parçası götürsün ki, iftardan sonra namaz qılmaq üçün məscidə gedərkən orada Alini bu ağac parçası ilə vurar. Saat təxminən 18:30 radələrində yaşadığı evin həyət sahəsində yerdə olan ağac parçalarından birini əlinə götürüb piyada qonşusu, din qardaşı Şahid1 evinə getmişdir. Evə girməzdən əvvəl özü ilə apardığı ağac parçasını küçədə yola qoymuşdur ki, məscidə gedərkən özü ilə aparar. Daha sonra Mübarəkin evinə daxil olub orada Mübarək, Şahid2, Şahid10 və digər həmkəndliləri ilə birlikdə oruclarını açmışlar. Lakin həmin vaxt onlara Təqsirləndirilən şəxs haqqında fikrini, onu vurmaq üçün özü ilə ağac parçası götürdüyünü deməmişdir. Orada oruclarını açdıqdan sonra namaz qılmaq üçün Qusar rayonu Mucuq-oba kənd məscidinə getmək üçün evdən çıxmışlar. Özü Şahid2 “Mercedes” markalı avtomobili ilə məscidə getməyə razılaşdığından onlardan xəbərsiz özü ilə gətirdiyi ağac parçasını Tahirin avtomobilinin baqajı bağlı olmadığı üçün gizlincə baqaja qoymuşdur. Həmin vaxt Tahirin avtomobilinin qapıları və baqajı kilidli olmamış, baqaj açıq olmuşdur. Ağac parçasını baqaja qoyanda onlar onu görməmişlər. Daha sonra saat təxminən 20:15 radələrində həmin məscidə getmişlər. Onlar məscidə çatanda artıq azan verilmişdir. Həmin vaxt məsciddə onların kəndindən, eləcə də qonşu kəndlərdən olan təxminən 50 nəfərə yaxın din qardaşları (əxilər) ibadət etmək üçün yığışmışlar. Bu vaxt keçmiş kürəkəni Təqsirləndirilən şəxs, həmkəndliləri Şahid1, Şahid2, Şahid5 və digərləri də orada olmuşlar. Məscidə daxil olmazdan əvvəl Tahirin avtomobilinin baqajına qoyduğu ağac parçasını götürüb məscidin həyətinə giriş qapısının yanında yerə qoymuşdur. Bu zaman yenə də heç kimə bu ağac parçası haqda danışmamış, hər hansı söz deməmişdir. Bundan sonra onlar məscidə daxil olub İşa namazını qılmışlar. Təqsirləndirilən şəxs ilə əvvəlcədən aralarında olmuş söz-söhbətləri aydınlaşdırmaq istədiyi üçün saat təxminən 20:40 radələrində məscidin içərisində Ali oturmuş vəziyyətdə olarkən arxa tərəfdən ona yaxınlaşıb ayağı ilə ona yavaşca vurub sonra ona çölə gəlməsini demişdir. Bundan sonra Ali ayağa qalxıb onun dalınca gəlməyə başlamışdır. İkisi də birlikdə məscidin qapısından çölə küçəyə çıxmışlar. Özü qapının yanında yerə qoyduğu ağac parçasını sağ əlinə almış, həmin vaxt da görmüşdür ki, Təqsirləndirilən şəxs sağ əli ilə öz şalvarının cibindən qatlama bıçaq çıxardıb açıb onun üstünə çəkmiş, əlində bıçaqla onun üstünə hücum etmək istəyir. Ali onun üstünə bıçaqla hücum etmək əvəzinə danışıb söhbət də edə bilərdi. Onlar öz aralarındakı məsələni danışmaq yolu ilə də həll edə bilərdilər. Ancaq gözləmədiyi halda, Ali onun üstünə bıçağı uzatmışdır. Özü də istəmişdir ki, onun əlindəki bıçağı vurub yerə salsın. Ona görə də, əlində olan ağac parçası ilə onun başına bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs də əlində olan bıçaqla onu vurmaq üçün üstünə hücum çəkmişdir. Bu zaman özü əlində tutduğu ağac parçası ilə onun əlinə vurub bıçağı yerə salmaq istəsə də, ancaq Ali sol əlini qabağa verdiyi üçün ağac parçası onun sol əlinin bilək nahiyəsinə dəymişdir. Ali sol əli ilə ağacın qarşısını almış və sağ əlində tutduğu bıçaqla onun üstünə hücum edib ürək nahiyəsinə, sinəsinin sol, sağ tərəflərinə, harasına gəldi dayanmadan, ard-arda bir neçə dəfə möhkəm zərbələrlə onu vurmağa başlamışdır. Ali bıçaq zərbələrini var gücü ilə vurub onun ürək nahiyəsinə batırmışdır. Özü də görmüşdür ki, Təqsirləndirilən şəxs onu ciddi olaraq öldürmək istəyir, ondan əl çəkmir. Onun bıçaq zərbələrindən sonra sinə nahiyəsindən, sol qoltuğunun altından xəsarətlər almış, həmin nahiyələrindən qan axmağa başlamışdır. Ağır xəsarətlər aldığı üçün halsız vəziyyət alıb heydən düşmüş, əlindəki ağac parçası da yerə düşmüşdür. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs ondan əl çəkməyib uzaqlaşmamış, sağ əlində bıçağını möhkəm tutub onu öldürmək üçün üstünə əsəbi, gözü qızmış halda hücum etmişdir. Özü xəsarətlərinə görə ayaqüstə güclə dayanmaqla əyilmiş vəziyyətdə durmuşdur. Ali də əlində tutduğu bıçaqla ona zərbələr vurmağa davam edib öldürmək istəmişdir. Ali onun üstünə hücum edib onu öldürməyə çalışarkən xoşbəxtlikdən qonşusu Şahid1 onların səslərini eşidib qaça-qaça onlara yaxınlaşıb hər iki əli ilə Alinin bıçaq tutduğu sağ əlindən möhkəm tutub ona yenidən zərbələr vuraraq öldürməsinə mane olmuşdur. Bəxti gətirdiyindən Mübarək onun köməyinə çatıb Alini özünə tərəf dartıb saxlamasaydı, yoxsa Ali onu elə orada bıçaqla vurub öldürəcəkdi. Çünki həmin vaxt Ali çox əsəbi olmuş, özündən çıxmışdır. Mübarək onun əlini tutub saxlasa da, Ali sakitləşməmiş, ona qanlı-qanlı baxıb əlində bıçağı möhkəm tutub saxlamaqla yenidən üstünə hücum çəkmək istəmişdir. Mübarək güclə Alini ondan aralaşdırıb kənara tərəf çəkib aparmışdır. Mübarəkin onu kənara aparmasına baxmayaraq, Ali yenə də sakitləşməmiş, əlində tutduğu bıçağı da buraxmamışdır. Özü də başa düşmüşdür ki, Alinin niyyəti onu öldürmək olmuş, Mübarək köməyinə gəlməsə idi, Ali onu öldürməmiş ondan əl çəkən deyildi. Mübarək Alini ondan aralaşdırmışdır. Özü ürəyinin yanından ölümcül, ağır xəsarətlər aldığı üçün ağrı hiss etmiş, yaralarından qan axmış, həmin qan da əynində olan paltarlarına bulaşmışdır. Sinəsindən çox qan axdığı üçün ölə biləcəyini düşünmüş, qanaxmanı dayandırmaq üçün əynində olan köynəyi çıxardıb büküb yarasının üstünə sıxmışdır. Bu zaman məsciddə olan digər din qardaşları da səsə çıxıb onun köməyinə gəlmişlər, ona yaxınlaşıb kömək etməyə başlamışlar. Bundan sonra əlindən yerə düşən ağac parçası nə oldu bilməmişdir. Yəqin ki, məscidin qarşısında yaxınlıq ərazidə yerdə olmuşdur. Ağır xəsarətlər aldığına görə ölə biləcəyi üçün din qardaşları dərhal ona kömək edib Şahid3 avtomobilində əyləşdirmişlər. Şahid4 da onlarla eyni avtomaşında əyləşmiş və onu “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Həkimlərin vaxtında və yerində göstərdikləri tibbi yardımdan sonra onu cərrahiyyə otağına almışlar. Sonradan bilmişdir ki. həkimlər tərəfindən üstündə 2 saata yaxın cərrahiyyə əməliyyatı aparılmışdır. Keçmiş kürəkəni Təqsirləndirilən şəxs onu öldürmək məqsədi ilə bıçaqla ona bir neçə dəfə ard-arda xəsarətlər yetirmişdir. Lakin xoşbəxtlikdən qonşusu Şahid1 onların səslərini eşidib köməyinə çatdığından, Alinin əlindən canını qurtarıb xilas olmuşdur. Bu hadisə təxminən beş dəqiqə ərzində davam etmişdir. Ancaq bu zaman qonşusu Şahid1 onların səslərini eşidib köməyinə gəlməsəydi, Ali onu öldürmədən ondan əl çəkən deyildi. Çünki onun bir anlığına gözü elə qızmışdır ki, özü də ondan belə hərəkət, aqressiya gözləməmişdir. Daha sonra isə digər din qardaşları da məsciddən çıxıb onların yanına gəlmişlər. Mübarək isə Alini oradan zorla dartıb kənara yola tərəf birtəhər aparmışdır. Ali onun qızı Xədicə ilə bir müddət evli olub sonra ondan ayrılıb onu bədbəxt etdiyinə görə münasibətləri pozulmuşdur. Hadisə günü də mübahisələri bu səbəbdən yaranmış, sonra isə Ali onu öldürməyə çalışmışdır. Özü Alidən böyükdür. Ali bıçaqla onun üstünə hücum çəkib onu ölümünə vurmalı deyildi. Ali ona heç bir söz demədən üstünə bıçaq çəkdiyi üçün özü də istəmişdir ki, onun üstünə uzatdığı bıçağı vurub əlindən yerə salsın. Lakin bunu bacara bilməmişdir. Doğrusu, Alinin birdənbirə bıçaq çıxardıb onu ölümünə vurmasını ondan heç gözləməmişdir. Bilmişdir ki, Ali fiziki cəhətdən sağlam, cavan, güclü, idmançıdır. Lakin heç vaxt ağlına da gəlməzdi ki, Ali ondan yaşda kiçik biri kimi böyük din qardaşına, onun üzünə qayıdıb nəsə deyər. Bilsəydi, onun üstündə bıçaq var, yəqin ki ona heç yaxınlaşmazdı. Bir sözlə, Alidən ona bu cür qarşılıq verib zorakılıq hərəkətini gözləməmişdir. Təqsirləndirilən şəxs onu vurmaqda istifadə etdiyi bıçaq açılıb-qatlanan bıçaq olmuşdur. Lakin hava qaranlıq olduğu üçün rəngini dəqiq görə bilməmişdir. Təqsirləndirilən şəxs ilə yaxınlığı olmadığı üçün onun həmin bıçağı nə vaxt, haradan, necə və hansı məqsədlə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bu bıçaqla ona xəsarətlər yetirərək onu öldürməyə cəhd etmişdir. Hadisə vaxtı özünün əynində hərbi kamuflyaj rəngli futbolka, göy-boz rəngli dama-dama köynək və tünd göy rəngli idman şalvarı olmuşdur. Təqsirləndirilən şəxs onu bıçaqladıqdan sonra paltarlarının sinə hissəsində zədələr yaranmış, qan ləkələrinə batmışdır. Həmçinin “Qusar RMX” PHŞ-də həkimlər ona tibbi yardım göstərərkən əynindəki futbolkanı kəsib çıxartmışlar. Təqsirləndirilən şəxs əynində isə ağ rəngli kofta, bej rəngli şalvar olmuşdur. Öz istifadəsində uzun müddətdir “Redmi 9T” markalı mobil telefon və “050 240-92-55”, “070 626-12-04” telefon nömrələri vardır. Təqsirləndirilən şəxs ilə isə heç bir əlaqəsi, görüşü olmadığı üçün onun son vaxtlar hansı mobil telefondan və nömrədən istifadə etməsini bilməmişdir (cild 01, iş vər. 101-108). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Zərərçəkmiş şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mübarək təqsirləndirilən şəxsi saxlamasaydı, o gəlib, yəqin ki, məni vuracaqdı. Yoxsa nə üçün arxadan mənim üstümə gəlsin ki, yerində dura bilərdi. Mən şəxsin əlində yenidən bıçaq görmədim. Mən ibtidai istintaqda verdiyim ifadənin bir qismini təsdiq edirəm. Orada xəstəxanada olanda 5 dəqiqə vaxtın keçməsi ilə bağlı məsələ doğru deyil. Mən əvvəl şəxsi şəhərdə görmək istəyirdim. Qohumlar yaxşı hadisə olmayacağını, onu buraxmağımı söylədilər. Mən sadəcə mənim getdiyim məclislərdə onun olmamasını, bir yerə düşməməyimizi istədiyimi bildirdim.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Mən məsciddən çıxanda ayaq səsləri gəldi. Çıxanda gördüm ki, Ali dayanıb, bir az o yanda-aralarında 3 metr məsafə olmaqla Rövşən dayanıb. Alinin əlində bıçaq var idi. Rövşən sol tərəfdən Alinin əlindən tutmuşdu. Mən Alinin bıçaq olan əlindən tutdum və onu araladım. Bir az orada gözlədik. Biz oradan çıxdıqdan sonra Alini qəbirstanlığa apardım.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən zərərçəkmiş şəxsin qonşusuyam. Aliylə münasibətimiz, salamımız var idi. Mən hicama etmək üçün 3-4 dəfə onun yanına getmişdim. Bundan başqa biz məsciddə də bir-birimizi görmüşdük. Aliylə zərərçəkmiş şəxsi məsciddən çıxanda görmüşəm. Aliylə Rövşən arasında münasibətlərin bu qədər gərgin olduğunu bilmirdim. Əgər bilsəydim, məsciddən vaxtında çıxardım. Ali və Rövşən məsciddən çıxanda mən özüm də su içmək üçün çıxmışdım. Su içmək üçün qrafini su ilə doldurmaq məqsədilə çölə çıxmışdım. Çölə çıxanda ayaqqabı dəyişilən yerdə, yerdə şeben olduğu üçün çöldən ayaq səslərinin gəldiyini eşitdim. Mən onların dalaşdığını fikirləşdim. Səsi eşidib çıxanda 3-4 saniyə olardı. Onların bir-birini vurmasını görməmişəm. Onlar 3-4 metrə aralıda idi. Alinin əlində bıçaq var idi. Rövşən də sol tərəfini tutmuşdu, arxa-arxaya addım atmaq istəyirdi. Mən çıxan zaman Ali dayanmışdı. Alini tutuna kimi o, Rövşənə hər hansı bir xəta yetirmək istəmirdi. Alinin əlində bıçaq var idi, mən hiss etdim ki, o, zərərçəkmiş şəxsi vurub, ona görə Alini tutdum. Ağlıma başqa bir şey gəlmədi. Zərərçəkmiş şəxs ayaq üstə sol tərəfini tutub dayanmışdı. Ali də ayaq üstə dayanmışdı. Ali əlində bıçaqla dayananda aramızda 2-3 metr məsafə var idi. Mən Aliyə yaxınlaşana qədər Ali zərərçəkmiş şəxsə qarşı hər hansı bir addım atmamışdı. Alini 2-3 metr məsafədən görəndə hansı formada dayanmışdısa, ona yaxınlaşanda da həmin formada dayanmışdı. Ali kənara çəkiləndə müqavimət göstərirdi, mənim əlimdən çıxmaq istəyirdi. O, Rövşən tərəfə qaçmaq istəyirdi, qışıqırıb, söyüş söyürdü. Mən Alinin zərərçəkmiş şəxsə vuracağı ilə bağlı söz işlətdiyini xatırlamıram. Mən Alini orada tutanda müqavimət göstərib əlimdən çıxmaq istəyirdi. Bıçaq Alinin əlində idi, bıçağı buraxmamışdı. Ali bıçağı biz qəbirstanlığın yanına çatanda buraxmışdı. Mən Alini buraxsaydım, o, Rövşənə tərəfə getmək istəyirdi. O, qəbirsanlığa kimi bıçağı buraxmamışdı. Mən ona bıçağı buraxmasını söylədim. Ali əlini buraxdıqdan sonra bıçağı atacağını söylədi. Mən onun əlini buraxdım və o da bıçağı atdı. Bıçaq qatlanan bıçaq idi. Mən bıçağın düyməli olub-olmadığını görmədim. Alinin bıçağı atanda qatlayıb atdığını gördüm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. İbtidai istintaqda verdiyim ifadəni oxuyub imzalamışam. İbtidai istintaqda və məhkəmədə verdiyimi ifadə eyni olduğu üçün ikisini də qəbul edirəm. Mən çıxanda, Aliylə aramızda 2-3 metr məsafə olanda o, zərərçəkmiş şəxsə qarşı heç bir real hərəkət etmirdi. Mən ona yaxınlaşıb tutanda o, əlində bıçaqla müqavimət göstərib əlimdən çıxmaq istədi.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir: “Mən məsciddə nəzarətçiyəm. İftar vaxtı idi və həmin gün Ali adlı şəxs də iftar süfrəsi açmaq istəyirdi. Məndən də iftar süfrəsində nə verməyini soruşmuşdu. Mən hadisənin necə olduğunu görmədim, ancaq xəsarət alan şəxsi özüm xəstəxanaya apardım. Hadisəni görməmişəm. Mən çıxanda Samir adlı uşaq hadisənin baş verdiyini dedi. Mən gələndə Rövşənin də qabağa gəldiyini gördüm və o, vurulduğunu dedi. Daha sonra Rövşəni maşında əyləşdirib xəstəxanaya apardım. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “Mən məsciddən çıxmazdan əvvəl namaz qılıb cərgədə oturmuşduq. Arxa cərgədə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs oturmuşdu. Daha sonra Rövşən qalxıb Alinin yanına getdi və onu çölə apardı. Mən çıxanda Rövşəni yaralı vəziyyətdə gördüm və biz Rövşəni xəstəxanaya çatdırdıq. Mən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs çölə çıxanda hər hansı ailəvi söhbətləri olduğu üçün çölə çıxdıqlarını düşünmüşdüm. Onlar arasında ailəvi bir məsələnin, cehiz məsələsinin olduğunu bilirdim. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir: “Mən çölə çıxanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu gördüm. O, Təqsirləndirilən şəxs qapının altından bir şey götürərək vurdu. Təqsirləndirilən şəxs sonrakı hərəkətlərini görmədim. Daha sonra oradan uzaqlaşıb məscidin içərisinə qaçdım və gördüklərimi heç kimə demədim.” Şahid8 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Ancaq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs taxta parçası ilə vurmasını gördüm. Qaranlıq olduğuna görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nə ilə vurduğunu görmədim. Daha sonra məscidin içərisinə daxil oldum. Məsciddə insanlar var idi. Lakin Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs dalaşdığını onlara demədim. Mən elə-belə çölə çıxmışdım. Rövşənin ağacı götürməsini gördüm. Qaranlıq olduğu üçün ağacın hansı ölçüdə olduğunu görmədim. Alinin əlində nəsə yox idi. Onun Rövşənə hücum etdiyini görməmişəm. Rövşən bir dəfə Alini vurdu. Mən bir dəfə Alinin vurulduğunu gördüm və tez də qaçdım. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir: “Namaz vaxtı idi. Namazı qılıb qurtarmışdıq. Rövşən və Ali çölə çıxdı. Təxminən 2-3 dəqiqə sonra bir nəfər şəxs gəlib çölə çıxmağımızı söylədi. Biz bir-bir çölə çıxdıq və Rövşənin ayaqüstə özünü tutduğunu gördük. Daha sonra Faik və Qəzənfərlə Qəzənfərin maşınına oturdular və zərərçəkmiş şəxsi yola saldılar. Mən Təqsirləndirilən şəxs və Şahid1 görmədim.” Şahid5 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən hadisəni görməmişəm. Sonradan Zərərçəkmiş şəxs xəsarət aldığını eşitdik. Nə üçün, kimin üstündə mübahisənin olduğunu, birinci kimin kimi vurduğunu bilmirəm, məlumatım olmayıb. X17 Mustafayev arasındakı münasibətlərin gərgin olmasından xəbərim olmayıb. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaqda məqsədinin nə olduğunu bilmirəm. İbtidai istintaqda verdiyim ifadəni oxumuşam. İbtidai istintaqda ifadə verərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istədiyini söyləməmişəm. Zərərçəkmiş şəxsi xəstəxanaya aparanda sadəcə onu Təqsirləndirilən şəxs vurduğunu öyrəndim.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Biz məsciddə idik, axşam namazını qılırdıq. Namaz qurtardıqdan sonra salamlaşdıq, daha sonra zikr etdik. Bir neçə dəqiqədən sonra çöldən səslərin gəldiyini dedilər. Daha sonra bir-bir qardaşlar çıxmağa başladı. Məsciddən çıxdıqdan sonra bizə belə bir hadisənin baş verdiyini dedilər. Bizə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlaması ilə bağlı hadisənin baş verdiyini söylədilər. Mən hadisəni görməmişəm. Çıxanda hadisə yerində heç kim yox idi.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaqda verdiyim ifadəni oxumuşam. Mənim Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəməsindən xəbərim yoxdur, belə bir şey eşitməmişəm. Mən sadəcə belə bir hadisənin baş verdiyini, Zərərçəkmiş şəxs də xəstəxanaya aparıldığını bilirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir: “Hadisənin baş verdiyi gün mən iftarda idim. Təqsirləndirilən şəxsçin verdiyi iftarda mən də iştirak etmişəm. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxsç arasında olan münaqişənin şahidi olmamışam. Mən iftardan sonra məscidə getdim. Orada işa namazı qıldım. Daha sonra zikr verdik. Zikrdən sonra qapı açıldı. Şahid3 içəri daxil oldu və Ayub həkimi çağırdı. Mən çölə çıxmamışam və heç bir şeyin şahidi olmamışam. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid10 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs Qusar rayonu Aşağı İmamqulukənd kənd sakini kimi tanımışdır. Təxminən 2022-ci ildə Zərərçəkmiş şəxs qızı Xədicəni Təqsirləndirilən şəxs ərə vermiş, onlar el adəti ilə toy etmişlər. Özü də onların toy məclisində iştirak etmişdir. Bir ildən sonra isə onların münasibətləri pozularaq bir-birindən ayrılmışlar. Bundan sonra həmkəndlisi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarındakı münasibətlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs haqqında heç nə danışmamışdır. 12 mart 2025-ci il tarixdə qonşusu Şahid1 onu axşam vaxtı evində iftar süfrəsinə çağırdığından, özü də dindar olmaqla Ramazan ayının hər günü oruc tutduğuna görə, xx.xx.2025-ci il tarixdə də oruc tutduğu üçün saat təxminən 18:30 radələrində Şahid1 yaşadığı evə getmişdir. Həmin vaxt Şahid1 evində ondan başqa əmisi oğlu Şahid2, həmkəndliləri Zərərçəkmiş şəxs, Şahid11, Şahid12, İsa Səfıbəyov, Qusar rayonu Samur qəsəbə sakini Rüstəm Rüstəmov, rayonun Kuf-oba kənd sakini Qədim də olmuşdur. Onlar birlikdə masanın arxasında, iftar süfrəsində əyləşib oruclarını açmışlar. Həmin vaxt da bir-biri ilə hal-əhval tutub ümumi dini mövzularda söhbətləşmişlər. Onlar birlikdə olduqları müddətdə Zərərçəkmiş şəxs onlara keçmiş kürəkəni Təqsirləndirilən şəxs haqqında danışmamış, onunla bağlı nə isə deməmişdir. Saat təxminən 20 radələrindən sonra isə İşa namazını qılmaq üçün Qusar rayonu Mucuq-oba kəndində yerləşən məscidə getməyi qərarlaşdırmışlar. Özü əmisi oğlu Şahid2 idarə etdiyi “Mercedes Benz C180” markalı avtomobildə əyləşib Şahid2, Zərərçəkmiş şəxs ilə Qusar rayonu Mucuq-oba kənd məscidinə getmişlər. Digərləri də öz avtomobilləri ilə məscidə gəlmişlər. Onlar Qusar rayonu Mucuq-oba kənd məscidinə çatdıqda, artıq azan verilmişdir. Onlar məscidin içərisinə daxil olub orada olan digər din qardaşları ilə birlikdə namaz qılıb ibadət etməyə başlamışlar. Həmin vaxt orada əmisi oğlu Şahid5, Qusar rayonu Aşağı İmamqulukənd kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid4, Qusar rayonu Mucuq-oba kənd sakinləri İskəndər Xalıqov, Şahid3, Saday Lətifov, həkim Şahid9 və digər kənd sakinləri də olmuşlar. Məsciddə din qardaşları çox olduqlarından onların hamısını dəqiqliyi ilə xatırlaya bilməmişdir. Onlar İşa namazını qıldıqdan sonra cərgələr şəkilində düzülüşüb yerdə oturaraq zikr etməyə başlamışlar. Daha sonra məscidin içərisində səs-küy yaranmışdır. Məscidin içərisində olan din qardaşlarından bəziləri çölə çıxmışlar, hamını isə çölə çıxmağa qoymayıb sakitlik yaratmağa çalışmışlar. Şahid3 həyəcanlı şəkildə həkim çağırmış, bu vaxt məscidin içərisində olan həkim Şahid9 tez məsciddən çölə çıxmışdır. Özü və digər din qardaşları isə ibadətlərini pozmayıb məsciddən çıxmamışlar. Ona görə də, çöldə nə baş verdiyini dəqiq bilməmişlər. Onlar ibadət etməyi və bütün namazları qılıb qurtardıqdan sonra saat təxminən 21-22 radələrində məsciddən çölə çıxmışlar. Özü Şahid1 və orada olan din qardaşlarından nə baş verdiyi soruşub onların sözləri əsasında bilmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məsciddən çölə çıxıb qapının qarşısında mübahisələri yaranmış, Rövşən çubuqla Alini vurmuş, Ali də Rövşənin ürək hissəsini bir neçə dəfə bıçaqlamış, Rövşənin ölüm təhlükəsi yaranmışdır. Bu vaxt qonşusu Şahid1 onların səslərini eşidib dərhal onlara yaxınlaşıb Alinin Rövşəni yenidən vurub öldürməsinə mane olmuş, onun əlindən bıçağı almağa çalışmışdır. Rövşənin ölüm təhlükəsi olduğundan Şahid3 və Şahid4 ona kömək edib onu Qəzənfərin avtomobilində əyləşdirib Qusar rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onların mübahisələri də Alinin Rövşənin qızından ayrılması səbəbindən baş vermişdir. Mübarək ona demişdir ki, Təqsirləndirilən şəxs güclə Zərərçəkmiş şəxs kənarlaşdırmış, Ali əlində tutduğu bıçağı buraxmaq, sakitləşmək istəməmiş, özü iki əli ilə Alinin bıçaq tutduğu əlini möhkəm tutub onun Rövşəni yenidən vurmasına mane olmuş və bıçağı əlindən atmasını demiş, Ali də əlindəki bıçağı məscidin yanındakı qəbiristanlıq tərəfə atmışdır. X22 öldürməsinə mane olmuşdur. Din qardaşlarından eşidib bilmişdir ki, Zərərçəkmiş şəxs ürək və ətraf hissəsindən ağır yaralanmaqla ölümcül vəziyyətdə olmuş, din qardaşları onu təcili xəstəxanaya aparmışlar. Özü məsciddən çıxarkən isə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs artıq orada olmadıqlarından onları görə bilməmiş, oradan çıxıb yaşadığı evə getmişdir. Bundan sonra da din qardaşları ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Rövşənin vəziyyəti ilə maraqlanaraq bilmişdir ki, Rövşən Qusar rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur, vəziyyəti normaldır, ölməmişdir. Sonradan özü də Zərərçəkmiş şəxs ilə söhbət edərkən Rövşən ona danışmışdır ki, Mübarək Aliyə mane olmasaydı, Ali onu öldürəcəkdi, Mübarək onun köməyinə çatıb Alinin onu öldürməsinə imkan verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayıb öldürməyə çalışmaqla çox böyük günah işləmişdir. Din qardaşlarının arasında onun bu hərəkəti çox pis qarşılanmışdır. İnsanın heç toyuq kəsməyə əli gəlmir. Ali isə Rövşənin ürək tərəfini bir neçə dəfə bıçaqlamışdır. Onun Rövşənin sinəsinə, ürəyinə vurması onu öldürmək istəməsini deməyə əsas verir. Lakin Rövşən ölməmiş, bəxti gətirmişdir. Bu da Aliyə öz əməlindən nəticə çıxartması üçün bir şans olmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs məsciddə iftar süfrəsi verməsindən əvvəlcədən xəbəri olmamış, bu haqda baş vermiş məlum hadisədən sonra bilmiş, özü həmin iftar süfrəsinə dəvət edilməmişdir (cild 03, iş vər. 57-64). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid10 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaqdakı ifadəm doğru deyil. Mən bu cür ifadə verməmişəm. Mən rus dilində təhsil almışam. Uşaqlar üçün bir az latın qrafikasında yazıb-oxumağı bilirəm. Latın qrafikasında oxuya bilirəm, ancaq başa düşə bilmirəm. İbtidai istintaqda ifadəmə baxdım, oxuya bilib-bilmədiyimi soruşanda oxuya bilmədiyimi söylədim. İbtidai istintaqda Mübarəkin zorla Təqsirləndirilən şəxs saxlamasa, Zərərçəkmiş şəxs öldürəcək olduğunu söyləməyim barədə verilən ifadə doğru deyil. Mən bunu ifadəmdə söyləməmişəm. Görmədiyim bir şeyi təsdiq edə bilmərəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir: “Hadisənin baş verdiyi gün mən məsciddə namaz qılırdım. Hadisəni görməmişəm, içəridə idim. Çölə çıxanda da heç nəyi görməmişəm. Mən əvvəlcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu, daha sonra Təqsirləndirilən şəxs də onu vurduğunu eşitdim. Mən bunu orada olan hər kəsdən eşitdim. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Mən daha sonra Şahid1lə danışmamışam və o, mənə heç nə deməyib.” Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid6 Cəmaləddin oğlunun məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun din qardaşlarıdır. Zərərçəkmiş şəxs Qusar rayonu Şirvanlı kəndindən, Təqsirləndirilən şəxs isə rayonun Aşağı İmamqulukənd kəndindəndir. Onlarla aralarında qohumluq əlaqələri yoxdur, din qardaşları olduqları üçün mehriban münasibətləri vardır. Onlar tez-tez məsciddə görüşüb birlikdə ibadətlə məşğul olmuşlar. Lakin son zamanlar Təqsirləndirilən şəxs Bakı şəhərində yaşadığı üçün onu kənddə görməmişdir. Bildiyi qədər, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Xədicə Mustafayeva ilə qeyri-rəsmi, dini kəbin ilə evlənmişlər, bir müddət sonra isə boşanmışlar. Bu səbəbdən onların münasibətləri pozulmuşdur. 12 mart 2025-ci il tarixdə, saat təxminən 19 radələrində evdə iftarını açdıqdan dərhal sonra namaz qılmaq üçün Qusar rayonu Mucuq-oba kəndində yerləşən məscidə getmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bütün kənd camaatı üçün iftar süfrəsi açmışdır. Məsciddə özünün kəndindən və yaxın qonşu kəndlərdən təxminən 40-50 nəfər olmuşdur. Özü isə iftar süfrəsində iştirak etməmişdir. Saat təxminən 20:40 radələrində məsciddə digər əxilərlə (din qardaşları ilə) birlikdə zikr edərkən Zərərçəkmiş şəxs əyilərək Təqsirləndirilən şəxs qulağına söz dediyini, sonra birlikdə məsciddən çölə çıxdıqlarını görmüşdür. Bir müddət sonra çöldən “həkim çağırın” deyə qışqırıq səslərinin gəldiyini eşidib çölə çıxmış, həmin vaxt onunla birlikdə digər din qardaşları da çölə çıxmışlar. Məscidin qapısının qarşısında küçədə Zərərçəkmiş şəxs sinə nahiyəsinin qan içində olduğunu, onun əlini sinəsinin sol tərəfinə qoyub yarı əyilmiş vəziyyətdə ayaqüstə dayandığını görmüşdür. Bu vaxt Şahid3 və digər din qardaşları da orada olmuşlar. Bu zaman bilmişdir ki, Təqsirləndirilən şəxs ilə keçmiş qayınatası Zərərçəkmiş şəxs aralarında mübahisə yaranmış, Rövşən Alini ağacla vurduqdan sonra, Ali də onu bir neçə dəfə bıçaqlayıb ona xəsarətlər yetirmiş, Rövşənin köməyinə Şahid1 gəlib Alinin onu öldürməsinə mane olmuş, onu tutub Rövşəndən uzaqlaşdırmış, bıçağı da əlindən atmağa məcbur etmişdir. Sonra din qardaşları Rövşəni Şahid3 maşınına mindirmişlər. Şahid4 da maşına minmişdir. Onlar Qusar rayon mərkəzi xəstəxanası istiqamətində yola düşmüşlər. Özü, Şahid5 və Qiyas da Ayub həkimin maşınına minib Rövşəngilin arxasınca getmişlər. Onlar xəstəxanaya çatanda məlum olmuşdur ki, Rövşən artıq cərrahiyyə əməliyyatına alınmışdır. Əməliyyat başa çatandan sonra onlara demişlər ki, Rövşənin ölüm təhlükəsi yoxdur. Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Ona görə də özü, Şahid5 və Şahid2 onun avtomobili ilə oradan çıxıb kəndə qayıtmışlar. Düşünmüşdür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir neçə dəfə vurub xəsarətlər yetirərək öldürməyə cəhd etməsinin səbəbi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı Xədicə ilə evlənib sonra isə ondan boşanması üstündə mübahisələrinin yaranması olmuşdur. Özü nə Təqsirləndirilən şəxs, nə də digər din qardaşı tərəfindən məsciddə iftar süfrəsinə dəvət edilməmişdir. Şahid1 evində iftar süfrəsi verməsindən də xəbəri olmamışdır (cild 02, iş vər. 77-81). Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid9 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında efferent-terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş, anestezioloqreanimatoloq, nefroloq kimi çalışmışdır. 2014-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Qusar rayonu Mucuq-oba kənd məscidində görüb tanımışdır. Özü və ailə üzvləri 2025-ci ilin mart ayının əvvəllərində Bakı şəhərindən Xaçmaz rayonu Yalama kəndinə gedib orada yerləşən evində müvəqqəti olaraq qalmışlar. Bu müddətdə Qusar rayonu Qılah-oba kəndində yerləşən meyvə bağı sahəsinə də gedib-gəlmişdir. 12 mart 2025-ci il tarixdə, saat təxminən 18 radələrində həmin bağ sahəsində olarkən Qusar rayonu Mucuq-oba kənd məscidinin imamı İskəndər Xalıqov onun mobil telefon nömrəsinə zəng edərək onu məsciddə keçirilən iftar süfrəsinə dəvət etmişdir. Özü də bağdan çıxıb həmin məscidə gemiş, bu vaxt bilmişdir ki, məsciddə iftar süfrəsini Təqsirləndirilən şəxs verir. Həmin vaxt məsciddə İskəndər Xalıqov, Harun Qayıtmazov, Şahid7, Şahid3, Saday Lətifov, eləcə də üzdən tanıdığı, ancaq ad, soyadlarını bilmədiyi digər din qardaşları olmuşlar. Saat təxminən 20 radələrində isə Zərərçəkmiş şəxs və digər kənd sakinləri də ibadət elmək üçün məscidə gəlmişlər. Bu vaxt məsciddə təxminən 50 nəfər şəxs olmuş, məscidin içəri otağında əyləşib İşa namazını qılmışlar. Bir müddət sonra çöldən səs-küy gəlmiş, din qardaşı Şahid3 həkim deyib onu çağırmış, özü də dərhal çölə çıxmışdır. Bu vaxt görmüşdür ki, məscidin qapısının qarşısında, yolda Zərərçəkmiş şəxs əyilmiş vəziyyətdə durmuşdur, ağır yaralıdır, əlini ürəyinin üstünə tutub sıxıb saxlamışdır. Həmin vaxt din qardaşları Şahid3, Şahid4, Şahid7 da orada olmuşlar. Özü həkim olduğundan dərhal Rövşənə kömək etmək üçün ona yaxınlaşmış, digər din qardaşları da onu tutub kömək etməyə çalışmışlar. Rövşənin ürək hissəsindən qan axdığını görüb onun yarasına baxmaq üçün köynəyini aralamış, bu vaxt onun ürək nahiyəsinin üstündə açıq bıçaq yarası olduğunu, bu yaradan mülayim qan axdığını, yəni yaranın nəfəs alması, yaradan hava girib-çıxmasını, sinə nahiyəsinin qan içində olduğunu görüb Rövşənin həyatının təhlükədə olduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs ölümcül yaralandığı üçün həkim kimi qorxmuş və orada olan din qardaşlarına Rövşəni təcili olaraq xəstəxanaya çatdırmalarını demişdir. Din qardaşlarının sözlərindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasını bilmişdir. Alinin Rövşənin qızı ilə evli olub sonra ondan ayrıldığı üçün hadisənin baş vermə səbəbinin də elə bundan ibarət olduğunu düşünmüşdür. Şahid3 və Şahid4 Rövşəni avtomobilə əyləşdirib “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Özü də Rövşənə görə narahat qaldığı üçün onunla maraqlanmaq və kömək etməkdən ötrü “Ford F-150” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onların arxasınca getməyi qərara almışdır. Din qardaşları Şahid7, Şahid5, Şahid6 da onun avtomobilində əyləşmişlər. Onlar “Qusar RMX” PHŞ-nə getmək üçün yola düşmüşlər. Yolda olarkən mobil telefon vasitəsi ilə Qəzənfərgil ilə əlaqə saxlayıb Rövşənin vəziyyətinin ağır olduğunu öyrənmişlər. Bu vaxt fikirləşmişdir ki, Rövşən ürək yarasına görə ölür, bəlkə də heç xəstəxanaya çatana kimi sağ qalmayacaqdır. Lakin Qəzənfərgil onu vaxtında “Qusar RMX” PHŞ-nə çatdırmışlar. Özləri də həmin xəstəxanaya çatmışlar. Bu vaxt xəstəxananın tibb işçiləri Zərərçəkmiş şəxs tibbi yardım göstərməyə başlamışlar, sonra isə onu əməliyyata almışlar. Rövşən sinə, ürək, sol qoltuqaltı nahiyələrindən xəsarətlər almışdır. Onlar bir müddət xəstəxanada gözlədikdən sonra Rövşənin ölümdən döndüyünü öyrənmişlər. Din qardaşları ilə söhbət edib onların sözləri əsasında bilmişdir ki, özləri məsciddə olarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çölə çağırmış, onların aralarında mübahisə yaranmış, Rövşən ağac parçası ilə Alini vurmuş, Ali isə onu bir neçə dəfə bıçaqlayıb öldürməyə cəhd etmiş, bu zaman din qardaşı Şahid1 səs eşidib onların yanma gəlib Alini tutub Rövşəndən uzaqlaşdıraraq onu öldürməsinə mane olmuşdur. Özü həkim olaraq Rövşənin yarasını görüb Alinin onu ölümcül yaraladığını bilmişdir. Şahid1 Alini Rövşəndən uzaqlaşdırması və Şahid3 Rövşəni təcili şəkildə xəstəxanaya çatdıraraq onun həkimlər tərəfindən təxirəsalınmaz intensiv cərrahiyyə əməliyyatı göstərilməsi nəticəsində Rövşən sağ qalmışdır. Əks halda, ağır yaralı olduğu üçün ölə bilərdi. Rövşənin həyati təhlükəsi aradan qalxdığı üçün daha sonra xəstəxanadan çıxıb yaşadığı evə getmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində hərbi kamuflyaj rəngli futbolka, göy-boz rəngli dama-dama köynək və tünd göy rəngli idman şalvarı olmuş, onun paltarları qan içində və zədəli olmuşdur (cild 03, iş vər. 04-09). Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid11 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 12 mart 2025-ci il tarixdə bibisi oğlu Şahid1 onu axşam vaxtı evində iftar süfrəsinə çağırmışdır. Özü də həmin gün oruc tutmuş, saat təxminən 18 radələrindən sonra orucunu açmaq üçün “Ford Transit” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bibisi oğlu Şahid1 evinə getmişdir. Həmin vaxt orada bibisi oğlu Şahid1, həmkəndliləri Şahid2, Zərərçəkmiş şəxs, Şahid10, Şahid12, İsa Səfıbəyov, Qusar rayonu Samur qəsəbə sakini Rüstəm Rüstəmov, rayonun Kul-oba kənd sakini Qədim də olmuşlar. Onlar dini mövzularda söhbət edib oruclarını açmışlar, saat təxminən 20 radələrindən sonra isə namaz qılmaq üçün Qusar rayonu Mucuq-oba kənd məscidinə getmişlər. Sonra məscidin içərisində səs-küy yaranmış, Şahid3 həyəcanlı şəkildə həkim çağırmışdır. Bu vaxt məscidin içərisində olan həkim Şahid9 məsciddən çölə çıxmasını görmüşdür. Saat təxminən 21:30 radələrində isə hamısı məsciddən çölə çıxmışlar. Həmin vaxt bibisi oğlu Şahid1 və digər din qardaşları orada olmuşlar. Mübarək ona danışmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqlayıb ağır yaralamış, özü Alinin əlindən tutub onu güclə Rövşəndən uzaqlaşdırmış, Alinin Rövşəni yenidən vurub öldürməsinə mane olmuş, həmin vaxt Ali çox əsəbi olmuş, bıçağı əlindən buraxmaq istəməmiş, özü onun bıçaq olan əlini möhkəm tutub bıçağı əlindən atmağa məcbur etmiş, Ali də əlindəki bıçağı atmışdır. Rövşən ürəyi tərəfdən ağır yaralanmış. Şahid3 öz avtomobili ilə onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan nahiyələrindən bir neçə dəfə bıçaqlayıb yaralasa da, bibisi oğlu Mübarək ona mane olduğundan, Rövşəni öldürə bilməmişdir. Özü məsciddən çıxdıqdan sonra yaşadığı evə getmiş, daha sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs görməmişdir (cild 03, iş vər. 65-71). Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid12 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. Zərərçəkmiş şəxs sakit, ağır xasiyyətli bir insandır. Təqsirləndirilən şəxs isə Qusar rayonu Aşağı İmamqtılukənd kənd sakini kimi tanımışdır. Həmçinin Təqsirləndirilən şəxs bir neçə il əvvəl Rövşənin qızı Xədicə ilə ailə həyatı qurmuş, sonra isə ondan ayrılmışdır. Əvvəllər Təqsirləndirilən şəxs ilə qohum olmaqla aralarında mehriban münasibətlər olmuşdur. Ali onun evinə gəlibgetmişdir. Təqsirləndirilən şəxs hicama-terapevt fəaliyyəti ilə məşğul olduğundan, əvvəllər ona özünü müalicə etdirmiş, Alini namaz qılmaq üçün Qusar rayonu Mucuq-oba kənd məscidinə gedərkən orada da görmüşdür. Sonradan Ali və Xədicənin xasiyyətləri uyğun gəlmədiyinə görə onlar ayrılmışlar. Bundan sonra Rövşənin Ali ilə heç bir əlaqəsi olmamışdır. 12 mart 2025-ci il tarixdə həmkəndlisi Şahid1 onu axşam vaxtı evində iftar süfrəsinə çağırmışdır. Həmin gün, axşam saatlarında din qardaşı Qədim Osmanov ilə Qusar şəhərində olmuşlar. Onlar birlikdə Qədimin avtomobili ilə Şahid1 evinə getmişlər, iftara bir qədər gecikmişlər. Mübarəkin evinə çatdıqda orada Şahid1, bibisi oğlu Zərərçəkmiş şəxs, həmkəndliləri Şahid2, Şahid10, Şahid11, İsa Səfibəyov, Qusar rayonu Samur qəsəbə sakini Rüstəm Rüstəmov olmuşlar. Onlar orada Məğrib namazını qılıb eyni süfrənin arxasında oturub dini mövzularda söhbət etmişlər. Saat təxminən 20 radələrindən sonra isə İşa namazını qılmaq üçün Qusar rayonu Mucuq-oba kəndində yerləşən məscidə getməyi qərarlaşdırmışlar. Şahid11 “Ford Transit” markalı avtomobilində əyləşmiş, digərləri də öz avtomobillərində əyləşib Qusar rayonu Mucuq-oba kənd məscidinə getmişlər. Onlar məscidin içərisinə daxil olub orada olan digər din qardaşları ilə birlikdə namaz qılıb ibadət etməyə başlamışlar. Həmin vaxt orada Təqsirləndirilən şəxs, Şahid5, Şahid4, İskəndər Xalıqov, Şahid3, Saday Lətifov, həkim Şahid9, Şahid6 və digər din qardaşları olmuşlar. Onlar İşa namazını qıldıqdan sonra cərgələr şəkilində düzülüb yerdə oturaraq zikr etməyə başlamışlar. Bu vaxt Şahid1 əlində dolça ilə su doldurmaq üçün həyətə tərəf çıxdığını görmüşdür. Bir müddət sonra isə məscidin içərisində səs-küy yaranmış, din qardaşı Şahid3 həkim çağırmışdır. Bu zaman həkim Şahid9 yerindən durub çölə çıxmış, özü də nə baş verdiyini aydınlaşdırmaq üçün məsciddən çölə çıxmışdır. Bu vaxt bibisi oğlu Zərərçəkmiş şəxs əlini ürəyinin üstünə qoyub əyilmiş vəziyyətdə güclə dayandığını, qan içində olduğunu, yanında da din qardaşlarının olduqlarını görmüşdür. Şahid3, Şahid9, Şahid6, Şahid5 və dəqiq xatırlamadığı digər din qardaşları orada olmuşlar. Rövşəni qan içində görüb yaralandığını başa düşmüş, onu belə görüb çox qorxmuş, özünü pis hiss etmişdir. Din qardaşlarının sözlərindən bilmişdir ki, onu keçmiş kürəkəni Təqsirləndirilən şəxs bıçaqlamışdır. Rövşənin sol qoltuqaltı, ürək, sinə nahiyələrindən qan axdığından Alinin Rövşəni həmin nahiyələrindən bıçaqladığmı bilmiş, onun öləcəyindən çox qorxmuşdur. Şahid3 və Şahid4 Rövşəni avtomobilə əyləşdirib “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmışlar. Digər din qardaşları da onun arxasınca getmişlər. Bibisi oğlu Rövşən ağır yaralı olduğuna görə onun ölməsindən qorxduğu üçün dua etmişdir ki, ölməsin. Təqsirləndirilən şəxs isə görə bilməmişdir. Daha sonra məscidin qarşısında Şahid1 ilə söhbət edərkən ona danışmışdır ki, Təqsirləndirilən şəxs əlindən özü tutub onu Rövşəndən uzaqlaşdırıb kənara çəkmiş, onun Alini yenidən vurmasına mane olmuş, Ali əsəbi olmaqla bıçağı əlindən atmaq istəməmiş, özü də onu bıçağı əlindən atmağa məcbur etmiş, Ali də əlindəki bıçağı qəbiristanlıq tərəfə atmışdır. Onların mübahisələri ailə məsələlərinə görə yaranmışdır. Sonradan din qardaşları ilə əlaqə saxlayıb bilmişdir ki, bibisi oğlu Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılıb əməliyyat olunmuş, sağ qalmışdır. Özünü çox pis hiss etdiyi üçün xəstəxanaya gedə bilməmiş, din qardaşları ilə əlaqə saxlayaraq onun vəziyyəti ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan nahiyələrindən bir neçə dəfə bıçaqlayıb onu öldürməyə cəhd etmişdir. Lakin Şahid1 ona mane olmuş, din qardaşları da Rövşəni vaxtında xəstəxanaya çatdırmışlar. Ona görə də, Ali Rövşəni öldürə bilməmişdir (cild 03, iş vər. 133-139). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Təqrir”dən görünür ki, həmin tarixdə saat 21:31-də Qusar Rayon Polis Şöbəsindən Qusar rayonu, İmamqulukənd kəndində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs öz keçmiş qayınatası Zərərçəkmiş şəxs Qusar rayonu, Mucuq-oba kəndində yerləşən məscidin qarşısında bıçaq zərbələri ilə vuraraq ona bədən xəsarətləri yetirməsi barədə Qusar rayon prokurorluğuna məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qusar rayonu Mucuq-oba kəndində yerləşən məscidin qarşısıdır. Məscidin giriş darvazasından 1.50 metr, 3.50 metr, 5 metr məsafələrdə yerdə torpaq və daş səthdən ibarət yolun üzərində qan ləkələri müşahidə edilmişdir. Qeyd olunan yerlərdən 04 ədəd üzərində qan ləkələri olan daşlar iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi düşünülərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə aid müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 05-16). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Arayış”dan görünür ki, həmin tarixdə saat 01:15-də Qusar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinin həkimi Xuruci 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 22:56-da döş qəfəsinin açıq yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə Qusar rayon prokurorluğuna məlumat vermişdir (cild 01, iş vər. 46). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 108 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sinəsinin sağ tərəfinin xətti cızığı ucu şiş alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə bıçağın uc hissəsi ilə digər şəxs tərəfindən vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, döş qəfəsin sol tərəfinin 4-cü qabırğa səviyyəsindəki öndən arxaya, aşağıdan yuxarı və sol qoltuqaltı nahiyəsinin soldan sağa, aşağıdan yuxarı istiqamətlənən və döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralar kəsici-deşici alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə bıçaqla digər şəxs tərəfindən vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan üç ədəd bıçaq yarası üç zərbə nəticəsində, qeyd olunan xəsarətlərin xarakterini nəzərə alaraq demək olar ki, bir alətin təsirindən əmələ gəlmişdir və həmin xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətlərdə, yəni ayaqüstü, oturaq, uzanıqlı və sair ola bilərdi (cild 01, iş vər. 91-93). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alnın az sağ tərəfinin köndələn istiqaməti əzilmiş yara və sol mil-bilək nahiyəsinin iç səthinin şişkinliyi fonunda qançırlı sıyrıqları bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitlərdə, yəni xx.xx.2025-ci il tarixdə təqdim edilmiş ağac parçası ilə digər şəxs tərəfindən vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ayrı-ayrılıqda və məcmu halda öz ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 01, iş vər. 95). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, şübhəli şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 146-153). Cinayət işinin materiallarında olan məhkəmə-trasaloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs əynində olmuş” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin və qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində sayları, ölçüləri və yerləşmə sahələri göstərilməklə təsvir edilən zədələr vardır. Uzunqol köynəyin səthində olan “a”, “b” zədələri və qısaqol köynəyin səthindəki zədə kəsici, ucu deşici xassəyə malik olan pedmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik, həmçinin tiyəsinin ölçüsü nisbi uyğunluq təşkil edən (zədələrin ölçüsünə əsasən) bıçaqlar da aiddir. Uzunqol köynəyin səthində olan “c”, “d” zədələri isə fiziki qüvvənin təsiri nəticəsində yaramağa xarakterik dartılıb-cırılma zədələridir (cild 02, iş vər. 111-115). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onda hadisəni törətdikdən sonra da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hər hansı psixi xəstəliyin simulyasiyası müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Onun əqli-intellektual imkanları normaya uyğundur, emosionallıq, nümayişkaranəlik, həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur (cild 03, iş vər. 221-225). Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/934 nömrəli rəyindən görünür ki, 04 (dörd) ədəd daş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd yan cibləri zəncirbəndli, yan ciblərinin və ön sol yuxarı hissəsinin üzərində “Gant” yazıları və emblem olan tünd göy rəngli idman şalvarı, 01 (bir) ədəd boyun hissəsində “X23 Maker L” yazılı etiketi, göy-boz rəngli dama-dama, uzunqol köynək, 01 (bir) ədəd boyun hissəsində “Öç Özmen XXL Çamaşırlan” yazılı etiketi, hərbi kamuflyaj təsviri olan qısaqol köynəyin üzərində aşkar edilmiş qanabənzər ləkələrin tərkibində insan qanına xas olan hemoqlobin zülalı aşkar edilmişdir. 04 (dörd) ədəd daş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd yan cibləri zəncirbəndli, yan ciblərinin və ön sol yuxarı hissəsinin üzərində “Gant” yazıları və emblem olan tünd göy rəngli idman şalvarı, 01 (bir) ədəd boyun hissəsində “X23 Maker L” yazılı etiketi, göy-boz rəngli dama-dama, uzunqol köynək, 01 (bir) ədəd boyun hissəsində “Öç Özmen XXL Çamaşırlan” yazılı etiketi, hərbi kamuflyaj təsviri olan qısaqol köynəyin üzərindən aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur (cild 03, iş vər. 227-237). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 29, 120.2.2, 29, 120.2.4, 228.4 (hal-hazırda qüvvədə olan 228.5) və 143-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin hissələrdə cinayət təqibinin başlanması rədd edilmiş, X5, X4 və X2 əməllərində CM-in 228.4-cü (hal-hazırda qüvvədə olan 228.5) maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Mustafa oğlunun əməllərində CM-in 29, 120.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 04, iş vər. 01-77). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarının 4-cü bəndində də göstərilmişdir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. CM-in 27-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. CM-in 29-cu maddəsində isə göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (şahid ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs Qusar rayonu Mucuq-oba kəndində fəaliyyət göstərən məscidin həyət sahəsinə giriş qapısının qarşısında, kənd arası yolda olarkən keçmiş qaynatası Zərərçəkmiş şəxs əvvəlcədən özü ilə ora gətirdiyi ağac parçasını yerdən götürüb onu vurması nəticəsində əsəbiləşərək onunla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlbəyaxa dalaşarkən Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, həmin niyyətlə şalvarının sağ yan cibində olan qatlama bıçağı cibindən çıxardıb əsəbi halda Zərərçəkmiş şəxs bədəninin həyat üçün təhlükəli olan döş qəfəsi, sol qoltuqaltı, sinə nahiyələrinə üç dəfə bıçaq zərbələri ilə ard-arda vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, sinəsinin sağ tərəfinin xətti cızığı ilə ifadə olunan, dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirib qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə (Şahid1 müdaxiləsi və Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılıb ona vaxtında tibbi yardım göstərilməsi nəticəsində) bu niyyətini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsç məhkəmə istintaqı zamanı ilk növbədə ibtidai istintaqın ilkin mərhələsində hüquqlarının pozulduğunu, təzyiqə məruz qaldığını, tərcüməçi ilə təmin olunmadığını bildirmiş, həmçinin özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs ona taxta parçası ilə vurması nəticəsində şok vəziyyətinə düşdüyünü və özünü müdafiə məqsədilə məcbur qalaraq cibində olan bıçağı çıxarıb havada hərəkət etdirdiyini, bu zaman zərərçəkmiş şəxsə necə və hansı nahiyələrinə bıçaq zərbələri dəydiyini bilmədiyini qeyd etsə də, o cümlədən həm özü, həm də müdafiəçi çıxışında onun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunmasını xahiş etsə də, əvvəla qeyd olunmalıdır ki, şəxsin ibtidai istintaqın ilkin mərhələsində hüquqlarının pozulması, təzyiqə məruz qalması və tərcüməçi ilə təmin olunmaması ilə bağlı qeyd etdikləri tamamilə müdafiə taktikası ilə deyilmiş və heç bir əsaslı sübuta söykənməyən ifadələrdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonunadək şəxsin bütün zəruri hüquqları, o cümlədən müdafiə və tərcüməçi hüququ təmin edilmiş, şəxs ifadə verərkən ona dövlət hesabına təyin olunan müdafiəçi və tərcüməçi yanında olmuş, habelə ibtidai istintaqın sonrakı mərhələsində şəxs bu hal barədə heç bir halda qeyd etməmiş, öz etirazını bildirməmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hərəkətlərindən sonra özünü müdafiə etmək məcburiyyətində qaldığını qeyd etməklə məhkəmə heyətində həmin an zəruri müdafiə vəziyyətində olduğuna dair fikir formalaşdırmağa çalışsa da, qeyd olunmalıdır ki, zəruri müdafiə vəziyyətində hərəkət edən şəxs ictimai təhlükəli qəsddən müdafiə olunmaq niyyəti ilə hərəkət edir. Nə qədər ki, hücumu dəf edən şəxs belə motivi rəhbər tutur, onun hücum edəni qətlə yetirməsi və ya ona xəsarət yetirməsi zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilə bilər. Əgər ictimai təhlükəli qəsdi dəf etmək amalı ilə hərəkət edən şəxsdə motiv dəyişirsə, qisas almaq motivi ön plana keçərsə, belə motivlə hücum edənin qətlə yetirilməsinə və ya həmin şəxsin sağlamlığına müxtəlif dərəcəli xəsarətlərin yetirilməsinə görə məsuliyyət qəsdən adam öldürmə və ya qəsdən saxlamlığa zərər (yüngül, az ağır və ağır) vurma kimi tövsif edilir. Hazırki halda məhkəmə istintaqı ilə müəyyən olunan hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs heç də zəruri müdafiə vəziyyətində hərəkət etməmiş, o, məhz zərərçəkmişin etdiyi hərəkətə görə qisas motivini rəhbər tutmuş və sonuncunun sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmişi öldürmək niyyətinin olmaması və onun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunmasına dair müdafiə tərəfindən bildirilən xüsusatlara gəldikdə isə qeyd olunmalıdır ki, xəsarətlərin sayı, yetirilmə lokalizasiyası və iş üzrə Şahid1 vaxtında hadisəyə müdaxilə etməsi və Ali Şıxbabayevi kənarlaşdıraraq yenidən onun zərərçəkmiş şəxsə xəsarət yetirməsinin qarşısını alması bunu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin niyyəti heç də zərərçəkmiş şəxsə xəsarət yetirmək və ya xəsarət yetirdikdən sonra dayanmaq deyil, məhz onu qəsdən həyatdan məhrum etməyə yönəlmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onlarla razılaşmır. Əksinə şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə üst-üstə düşdüyünə görə ona elan olunan ittihamın əsasına məhz şəxsin ibtidai istintaq zamanı heç bir təsir altında qalmadan müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsini qoyur. Bütün qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 29, 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ildən Qusar rayonu, İmamqulukənd kəndində müvəqqəti qeydiyyatdadır və həmin kənddə yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur (cild 02, iş vər. 66-67). Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 94). Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin 29,120.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən isə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın həddi məhz cinayət qanunvericiliyinin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(029)-4/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 121, 218-221). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Qusar rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 04 ədəd üzərində qan ləkələri olan daşlar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd şalvar və 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd futbolka, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs götürülmüş qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 231 AZN (iki yüz otuz bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qusar rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 04 ədəd üzərində qan ləkələri olan daşlar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd şalvar və 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd futbolka, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs götürülmüş qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 231 AZN (iki yüz otuz bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-378/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-378/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver