Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-379/2024 18.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əməlində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2ayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 670,123 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 5,123 qramını üzərində saxlamaqla daşımış, 665,0 qramını isə yaşadığı Xaçmaz şəhəri, E.Tahirov küçəsi, 7 saylı evin qonaq otağında saxlamışdır. Qeyd olunan fakt üzrə o, Xaçmaz şəhəri, E.Tahirov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 3 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 08 iyun 2023-cü il tarixdə saat 11:51-12:05 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli jiletin sağ yan cibində saxladığı 01 ədəd üzərində «Flamingo» yazısı olan qəhvəyi rəngli qutunun içərisində 5,123 qram çəkidə, həmin gün saat 12:47-13:30 müddətində isə onun yaşadığı Xaçmaz şəhəri, E.Tahirov küçəsi, 7 saylı evin qonaq otağına baxış keçirilərkən həmin otaqda olan paltar dolabının üst rəfində bir ədəd sellofan torbada 665,0 qram çəkidə olmaqla ümumilikdə 670,123 qram çəkidə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, iyun ayının 8-i səhər saat 08:30 radələrində onlarda evdə fəhlələr işləmişdir. Səhər yuxudan duranda anası ona evdə çörəyin olmadığını demişdir. O da fəhlələr üçün çörək almağa getmişdir. Çörəyi alıb qayıdan zaman necə olduğunu bilməsə də, əməliyyatçılar onu arxadan qucaqlayaraq tutmuşlar. Qulaqlığı də əlinə qoymuşlar. Onlarla birlikdə evlərinə girmişdir. Evə girəndən sonra evi axtarmağa başlamışlar. Özünün yatdığı otaqda olan şkafdan kağızda bükülmüş narkotik vasitəni tapmışlar. Çəkisi təxminən 5 qram olmuşdur. Ondan sonra onu polis şöbəsinə dəvət etmişlər. Bu hadisələr onun yeznəsi və anasıgilin gözləri qarşısında baş vermişdir. Səhər saat 08:30 radələrində şöbəyə getmişlər. Həmin vaxt evdən tapılan narkotikdən əlavə heç nə tapmamışlar. Saat 12:00-13:00 radələrində təzədən onu evə çəkiliş üçün qaytarmışlar. Çəkilişlə də həmin narkotiki evdən çıxarmışlar. Onun qapısında kamera görüntüləri vardır. Həmin kameranı şöbəyə gedən kimi çıxartdırmışlar. Həmin o əməliyyatçı hazırda çöldədir. Həmin kameranın onun qapsından çıxarılması tapşırılmışdır. Evdə olan 5 kiloqramlıq tərəzi onun anasına məxsusdur. Anası həmin tərəzini mətbəxdə işlətmişdir. Polislər tərəzini divanın altından taparaq masanın üzərinə qoymuşlar. Həmin tərəzi ilə onlar narkotik vasitəni çəkərək ekspertizaya göndərmişlər. Əvəllər narkotiklə bağlı məhkumluğu olmuşdur. Sonuncudan qabaq məhkumluğunda 2019-da çıxmışdır. Qeyd etdiyiniz narkotik vasitə üzərindən çıxmamışdır. Səhər-səhər yeznəsi, bacısı, anası və qonşular evdə olarkən evdə girib axtarmışlar. Kamera görüntülərini çıxarmışlar. Kamera telefonla rahat idarə edilə bilən formada quraşdırılmışdır. Telefonda o görüntülər olmuşdur. Anasından izahat alan zaman müstəntiq o görüntüləri almışdır. O heç nəyə razılaşmamışdır. Birinci dəfə gələn əməliyyatçılar ilə ikinci dəfə gələn əməliyyatçılar eyni adamlar olmuşlar. Onların hamısını tanımışdır. Telefon üstündə olmuşdur. Telefonu götürərək axtarış etmişlər. Evi ilə polis şöbəsi arasında məsafə təxminən 1 km olmuşdur. Bir dəfə satışla məhkumluğu olmuşdur. O da vasitəçi kimi olmuşdur. Qalan bütün məhkumluqları istifadə ilə olmuşdur. İfadəni verərkən ona qorxudaraq təzyiq etmişlər. Evdə olan narkotiki boynuna almaqda səbəbi anasını da götürüb aparmaq istəklərinin olması olmuşdur. O, evindən çıxan narkotiki boynuna almışdır. Müstəntiq kağızlara qol çəkdirəndə yaxını görmək üçün eynək istəsə də verməmişlər. Onu aldatdıqları üçün bilməyərək qol çəkmişdir. Bundan öncə 237ci maddə ilə tutulmuşdur. Müvəqqəti saxlanma yerində gecə saatlarında olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. O, Xaçmaz şəhəri, E.Tahirov küçəsi ev 7 ünvanında anası ilə birlikdə yaşayır. Latın qrafikalı azərbaycan əlifbası ilə yazmağı bacarmasa da oxumağı bacarır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq öz dolanışığını təmin etmişdir. O, təxminən 5 ildir ki, tüstüsünü nəfəsinə çəkməklə narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 07 iyun 2023cü il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən evdən çıxaraq Xaçmaz şəhərində yerləşən “Bazar” istiqamətində gedərək çörək almaq istəmişdir. Həmin vaxt yolunun üzərində olan zibilliyin kənarında səliqəli halda olan sellofan torbanın olmasını görmüşdür. O, həmin torbanın kənarından keçən zaman torbanın ağzı açıq olduğundan içərisində bitki kütləsinin olmasını görmüş, həmin sellofan torbaya yaxınlaşıb əlinə götürüb yaxından baxan zaman isə həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O özü narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki, istifadə etdiyi üçün sellofan torbanın içərisində olan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmişdir. O, içərisində marixuana olan sellofan torbanı özü ilə götürərək yenidən yaşadığı ünvan 5 ünvanında yerləşən evə qayıtmışdır. Evə çatdıqdan sonra sellofan torbanın içərisində olan qurudulmuş marixuanadan bir qədər ayıraraq 1 ədəd kağız bükümə qoymuş və həmin bükümü qəhvəyi rəngli qutuya qoyaraq üzərində saxlamışdır ki, lazım olduqda istifadə etsin, sellofan torbanın içərisində olan marixuananın qalan hissəsini isə yaşadığı evin qonaq otağında olan paltar dolabının üst rəfinə qoyub saxlamışdır. 08 iyun 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evin yerləşdiyi Xaçmaz rayonu E.Tahirov küçəsində dayanan zaman iki nəfər tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və yaşadığı ünvanda saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olmasını bildirmişlər. Həmin vaxt ətrafda azyaşlı uşaqlar və vətəndaşlar sıx olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlməyə razı olmuşdur. Xaçmaz RPŞ-nə gəldikdən sonra o, şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan jiletin sağ yan cibindən-“Kent” markalı iki ədəd siqaret qutusunu, bir ədəd “İphone” markalı mobil telefonu, dörd ədəd istifadə olunmamış şprisi, həmin jiletin sol yan cibindən dörd ədəd istifadə olunmamış şüşə ampulanı, bir ədəd üzərində “Flamingo” yazılmış çərisində kağız bükümdə marixuana olan qəhvəyi rəngli karton qutunu, həmin jiletin sinə nahiyəsinin sol tərəfində olan cibdən bir ədəd eynəyi çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı müstəntiq əynində olan şalvarın sağ yan cibindən bir ədəd 1 manatlıq və bir ədəd 100 manatlıq pul əskinazını aşkar edib otada olan masanın üzərinə qoymuş, bundan başqa üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Təqdim etdiyi siqaret qutularının birinin içərisində alışqan və siqaret dənələri, digərinin içərisində isə ancaq siqaret dənələri olmuşdur. Üzərindən aşkar edilmiş şüşə ampulaların üzərində “ВОДА ” yazılmış və o, həmin ampulaları tibbi məqsədlər üçün istifadə etmişdir, həmin ampulalar təzə vəziyyətdə olmuşdur. Şəxsi axtarış zamanı təqdim etdiyi üzərində “Flamingo” yazılmış karton qutunun içərisində olan kağız bükümün altında dörd ədəd folqa kəsiyi olmuşdur. Həmin folqa kəsiklərinin üç ədədinin üzərində qəhvəyi rəngli izlər olmuş və həmin izlər alov izi olmuşdur. Şəxsi axtarış zamanı tapdığı sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuanadan ayıraraq şəxsi istifadəsi üçün üzərində saxladığı bir ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. O, həmin bitki kütləsini tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və hər hansı bir şəxsə satmadığım bildirmişdir. Üzərindən aşkar edilmiş kağız bükümdə olan marixuana və 3 ədəd folqa kəsiyi müstəntiq tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bununla yanaşı ona məxsus olan “İphone” markalı bir ədəd mobil telefon da müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra onun razılığı ilə yaşadığı ünvan 7 ünvanına baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin ona məxsus yataq otağında olan divanın alt hissəsindən bir ədəd elektron tərəzi və yaşadığı evin qonaq otağında olan paltar dolabının üst rəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan tapdığı bir ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. Baxış zamanı o, həmin torbada olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu tapdığı, şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını polis əməkdaşlarına bildirmişdir. Yaşadığı evdən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüş həmin qablaşdırmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, üzərindən və yaşadığı ünvandan aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı tapmışdır. O, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində və yaşadığı ünvanda saxlamışdır. Polis əməkdaşları onu saxlayan zaman ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır və həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuana həmin elektron tərəzinin üzərində çəkildiyi üçün marixuana hissəcikləri də həmin vaxt elektron tərəzinin üzərinə düşmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Rayon Polis Şöbəsinə şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şəxsin narkotik vasitələri üzərində saxlaması və gəzdirməsi ilə bağlı olmuşdur. Bununla bağlı rayon polis şöbəsinin rəisinə məlumat verilmişdir. Bu tərkibdə əməliyyat qrupu yaradılmışdır. 8 iyun 2023-cü il tarixdə şəxsi öz küçələrində müəyyən edərək rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt etirazını bildirməmişdir. Şəxs onlarla polis şöbəsinə gəlmişdir. Müstəntiqin əlavəsi ilə dövlət hesabına vəkil də çağırılmışdır. Ona şəxsi baxış keçirilmişdir. Həmin vaxt üzərindən siqaret, 4 ədəd iynə, flaqon, qutuda bir büküm marixuana aşkar olunmuşdur. Videoçəkilişlə götürülərək möhürlənmişdir. Üzərindən aşkar olunanları tapdığını bildirmişdir. Özünün də razılığı ilə evinə baxış keçirilmişdir. Evindən yəni öz yataq otağından divanın altından bir ədəd tərəzi, qonaq otağındakı şkafdan narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Şəxs onları da tapdığını bildirmişdir. Əməliyyat məlumatının icrası ona həvalə edilmişdir. Şəxsi saxlayarkən hər hansı təzyiq olunmamışdır. Evinə bir dəfə gedərək baxış keçirmişlər. Baxış zamanı divanın altından tərəzi və şkafdan isə bükümdə olan narkotik aşkar olunmuşdur. Özü də iştirak etmişdir. Əməliyyat məlumatı həmin gündən bir gün qabaq daxil olmuşdur. Şəxs haqqında məlumatı müstəntiq portaldan çıxarmışdır. Əməliyyatda ondan başqa digər əməkdaş da iştirak etmişdir. Əməliyyat saat 08-09 arası baş tutmuşdur. Şəxsin evinə bir dəfə getmişdir. Evinə saat 08:30-radələrində getmişlər. İstintaq zamanı verdiyim ifadəni təsdiq etmişdir. Şəxs onlara qarşı heç bir təzyiq göstərməmişdir. Onlar heç kimi qorxuzmamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. İyun ayının 7-si və ya 8-i olmuşdur. O, Təqsirləndirilən şəxs gətirilən zaman iştirak etməmişdir. Daha sonra istintaq hərəkəti ilə evinə baxış keçiriləndə orada iştirak etmişdir. Evinə baxış keçirləndə marixuana aşkar olunmuşdur. Çəkisi dəqiq yadında deyil. Otaqda şkafın gözündə bükümdə aşkar olunmuşdur. Şəxs saxlanılanda iştirak etməmişdir. Evinə baxış keçirləndə aşkar olunmuş narkotikin ona məxsus olduğunu bildirmişdir. Əməkdaşlar Mursalovu şöbəyə gətirəndə həmin şəxslərin içərisində olmamışdır. Təxminən məlumatın Şahid2 daxil olduğunu xatırlamışdır. O, evə baxışda iştirak etmişdir. Şəxsə heç bir təzyiq olmamışdır. Elə bir hala şahid olmamışdır. Şəxs özü ona məxsus olmasını etiraf etmişdir. Hətda onu tapdığını bildirmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Orada videoçəkiliş aparmışdır. Video çəkilişlə evinə baxış keçiriləndə onun evindən divanın altından bir ədəd tərəzi, yatdığı otaqdan bükümdən narkotik vasitə olan marixuna aşkar olunmuşdur. Evə bir dəfə getmişlər. Üzərində şəxsi axtarış polis şöbəsində olmuşdur. Hər hansı bir etiraz olmamışdır. Şəxs özü etiraf etmişdir. Əməliyyat məlumatı onda olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. 8 iyun 2023-cü il tarixində Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və cinayət axtarışın əməliyyat müvəkkili polis kapitanı Şahid2lə birlikdə həmin şəxsi öz yaşadığı evin yaxınlığında saxlayaraq özlərini təqdim etmişlər. Daha sonra rayon polis şöbəsinə dəvət etmişlər. Müstəntiqin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində şpirislər, ampulalar, siqaretlər və bir də ki bir bükümdə narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Həmçinin üç ədəd də istifadə edilmiş faliqa aşkar edilmişdir. Şəxsin özü də səmimi etiraf etmiş və tapdığını bildirmişdir. Sonradan könüllü olaraq yaşadığı evinə baxış keçirilmişdir. Özünün yataq otağındakı divanın altından bir ədəd elektron tərəzi, qonaq otağından isə sellofan torbada narkotikəbənzər bitki aşkar edilərək qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Onun narkotiki satması barədə məlumat aşkar olunmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Ona heç bir müqavimət olmamışdır. Şəxs hər şeyi səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə xx.xx.1968-ci təvəllüdlü Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi ev 65-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, E.Tahirov küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması, istifadə etməsi və daşıması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1968-ci təvəllüdlü Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi ev 65də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, E.Tahirov küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, E.Tahirov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilmişdir. 08 iyun 2023-cü il tarixli “üzərinə şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin sağ yan cibində saxladığı 01 ədəd üzərində «Flamingo» yazısı olan qəhvəyi rəngli qutunun içərisində olan kağız kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 08 iyun 2023-cü il tarixli “evə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evin qonaq otağında olan paltar dolabının üst rəfindən bir ədəd sellofan torbada çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və həmin evin Təqsirləndirilən şəxs məxsus yataq otağında olan divanın altından bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 7/826-6/3268 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs imza” yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 5,123 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan 3 ədəd üzərində qəhvəyi rəngli izlər olan falka kağızlarının üzərində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs imza” yazı imza olan sellofan bağlamada təmiz çəkisi 665,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs imza” yazı imza olan sellofan bağlamada bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2023-cü il tarixli 5162 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 02 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Xaçmaz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmaqla üzərində 01 il, 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 07 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə cəza çəkmə müəssisəsindən azad olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(067)-81/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru, Elşən Əliyev tərəfindən qəbul edilmiş qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 08 oktyabr 2023-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(067)-128/2023 saylı qərarından müəyyən olunur ki, Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-133/2020 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsas məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-158/2022 saylı qərarından müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021 -ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 6 ay azaldılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat dayandırılmış, şəxsin barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Xaçmaz rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Xaçmaz RPŞ-nın X9 təhvil verilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğundan barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Mobil telefona baıxş keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxsin telefonunda narkotik vasitələrin satışına dair heç bir sübut aşkar olunmamışdır. Əməliyyat tapşırığı və ona verilmiş cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə xx.xx.1968-ci təvəllüdlü Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi ev 65-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, E.Tahirov küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə marixuanaya bənzə kütlə aşkar olunaraq götürülmüşdür, həmçinin həmin tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və evindən narkotik vasitə marixuanaya bənzə kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə təmin olunmaqla üzərinə şəxsi axtarış və evinə baxış keçirilmərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni əldə edərək evində və üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığı və ona verilən cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin haradan əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxsin telefonuna da baxış keçirilmiş lakin sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evdə saxlaması, daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni istifadə etməsi və saxlamasına dair əməli törətməsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən etməmişdir. Cinayət məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə onun cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(067)-81/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Xaçmaz Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi polis mayoru, Elşən Əliyev tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmamış və 08 oktyabr 2023-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-379/2024 saylı cinayət işi üzrə icraatın dayandırılması, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkantədbiri ilə əvəz edilməsi və çəxsin barəsində axtarış elan olunması haqqında qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 15 dekabr 2024-cü il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılmalı və təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi tanınıb, Xaçmaz rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 670,023 qram narkotik vasitə marixuana və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş qəti cəzadan 04 (dörd) ay həbsdə saxlama müddəti çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 70 (yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi tanınıb, Xaçmaz rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 670,023 qram narkotik vasitə marixuana və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-379/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-379/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver