Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-38/2023 26.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, xx.xx.2005-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, subay, məhkum olunmamış, Abşeron rayonu Masazır kəndi X18 Massiv 2 ev 2-də qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivi fərdi yaşayış evində yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qonşusu xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan X5 ilə aralarında 30 may 2021-ci il tarixdə yəni bir gün əvvəl baş vermiş mübahisəni aydınlaşdıramaq üçün xx.xx.2021-ci il tarixdə saat 23 radələrində özünə yaxın münasibətdə olan şəxslərlə birgə Abşeron rayonu Hökməli qəsəbəsi Yeni Yaşayış massivində boş torpaq sahəsinə Məhəmməd Məmmədov və onunla gələn şəxslərin dəvəti ilə gedərək orada xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bir ədəd kustar usulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs zərbələr vurub ona qəsdən sağ bud nahiyəsinin yuxarı 1/3-nin iç hissəsinin 1 ədəd, sol bud nahiyəsinin orta 1/3-nin bayır səthinin bir ədəd, sağ bud nahiyəsinin aşağı 1/3-nin ön səthinin 1 ədəd deşilmiş kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, habelə qarın nahiyəsinin sol yan səthinin periton boşluğuna nüfuz edən və retroperitonal hematoma ilə nəticələnən bir ədəd, sol bud nahiyəsinin orta 1/3-nin ön səthinin bud arteriyası və venasının yaralanaraq hemorragik şok İİİ dərəcə ilə nəticələnən bir ədəd deşilmiş kəsilmiş yaraları ilə müşayiət olunan, həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmağa aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, məhəllədə top oynayan zaman futbol oynayan zaman top qonşuluqda yaşayan Məhəmmədgilin həyətlərinə düşmüşdür. Bundan sonra o və Ramil Məhəmmədgilin darvazalarını döymüşdürlər ki, topu götürsünlər. Qapını heç kim açmamışdır. Bundan sonra Məhəmmədgilin həyətlərinə Əyyub hasardan keçərək topu axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra o, həyətə düşmüş, Əyyubla birlikdə bir az axtarandan sonra topun üzüm tənəyinə ilişdiyini görmüş, o, topu götürüb hasardan tullanmışdır. Biraz oynayandan sonra top yenidən Məhəmmədgilin həyətlərinə düşmüşdür. Top həyətə düşən kimi kimsə topu həyətdən küçəyə atmışdır. Təxminən 30 dəqiqəyə yaxın topla oynadıqdan sonra top bir daha Məhəmmədgilin həyətlərinə düşmüş, onlar ev sahibini narahat etməmək üçün topu götürməmiş və evlərinə getmişdirlər. Əvvəlcə Məhəmmədlə mübahisələri olmuşdur. Mübahisə vaxtı o, Məhəmmədi yumruqla vurmuşdur. Sonra xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Abdullah bizi söhbətə çağırmışdır.Onlar ora getmişdirlər. Məhəmməd ondan nə üçün dünən onu vurmağını soruşmuş və onu yumruqla vurmuş, o, da cavabında yumruqla vurub Məhəmmədi yerə yıxmışdır. Sonra kimsə onu arxadan güclü zərbə ilə vurmuş, zərbənin təsirindən o, divara dəyərək yerə yıxılmış, arxaya çönəndə Abdullah üstünə hücum çəkərək ünvanına nalayiq söyüşlər söyüb yumruq və təpik zərbələri ilə onu yerdə vurmuşdur, o, yerdə olan zaman Abdullahın bu hərəkətlərinə və söyüşlərinə dözməyib əlində olan açılıb bağlanan bıçaqla Abdullahın bədən nahiyəsinə bir neçə dəfə bıçaqla vurmuşdur ki, Abdullah ondan aralansın. Söhbətə 7-8 nəfər gəlmişdirlər. Onlar 3 nəfər olmuşdurlar. Qarşı tərəfdə bıçaq görməmişdir. Neçə bıçaq zərbəsi vurmağını xatırlamamışdır. Zərərçəkmiş şəxslə barışmamışdır. Abdullaha gücü çatmadığına görə bıçaqla onu vurmuşdur. Törətdiyi əməldən peşman deyil. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı məhəllədə qonşuluqda yaşayan İlham, Əyyub, Nizami, Ramil və qardaşı Muhammed ilə birlikdə topla çilədi oynamışdır. Futbol oynayarkən top onlarla qonşuluqda yaşayan Məhəmmədgilin həyətlərinə düşmüşdür. Bundan sonra o və Ramil Məhəmmədgilin darvazalarını döymüşdür ki, qapını açsınlar ki, onlar topu götürsünlər, lakin darvazanı heç kim açmamışdır. Bundan sonra Məhəmmədgilin həyətlərinə Əyyub hasardan keçərək topu axtarmış, lakin tapa bilmədiyini onlara demişdir. Bundan sonra o həyətə düşmüş Əyyubla birlikdə bir az axtarandan sonra topun üzüm tənəyinə ilişdiyini görmüş, o topu götürüb hasardan tullanmışdır. Təxminən 20 dəqiqə küçədə oynayandan sonra top yenidən Məhəmmədgilin həyətlərinə düşmüşdür. Top həyətə düşən kimi kimsə topu həyətdən küçəyə atmışdır. Təxminən 30 dəqiqəyə yaxın topla oynadıqdan sonra top bir daha Məhəmmədgilin həyətlərinə düşmüş, onlar ev sahibini narahat etməmək üçün topu götürməmiş və hər biri öz evinə getmişdir. Həmin gün saat 21 radələrində o, Əyyub, Nizami, Ramil və qardaşı Muhammed küçədə dayanıb söhbət edən zaman onlara Məhəmməddin əmizi Nazim yaxınlaşmış və nə səbəbə görə onun qardaşının yaşadığı evin həyətinə düşdüklərini soruşmuş və qardaşım Muhammed ona topun həyətə düşdüyünü qapını döymələrini, çıxan olmadığını buna görədə həyətə düşüb topu götürdüklərini bildirmişdir. Həmin vaxt Məhəmməd topun onların həyətinə 5 dəfə düşdüyünü və özünün və yanındakıların onların həyətinə 3-4 düşüb çıxdıqlarını bildirmişdir. Bir az söhbət edəndən sonra Nazim getmiş həmin vaxt o Məhəmməddən bu yalan məlumatı ona kimin dediyini soruşmuşdur. Məhəmməddə yalandan söyüş söymüş ki, o, 4-5 dəfə sözünü işlətməyib bu sözlərinin üstündə o yumruqla Məhəmmədin sifət nahiyəsinə zərbə endirmiş, Məhəmməd ona cavab qaytarmamış və ona sabah nə baş verdiklərini görəcəklərini bildirmişdir. Mübahisə vaxtı orada qardaşı Muhammed, qonşuluqda yaşayan Ramil və Nizami olmuş, mübahisə təxminən 10 dəqiqə davam etmişdir. O güman etmişdir ki, Məhəmməd onun üstünə dostları Abdullahı, Məhəmmədi, Vüsalı, Aqili gətirəcəkdir. Onun belə fikirləşməyinə səbəb o, idi, bir neçə gün əvvəl Məhəmməd Nizami ilə mübahisə etmiş və adlarını çəkdiyi şəxsləri Nizaminin üstünə gətirmiş, həmin vaxt sözlə söhbət etmişlər. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, Nizami və Ramil məhlədə dayanıb söhbət etmişlər, həmin vaxt yaxınlıqda yaşayan Abdullah, Məhəmməd, Aqil və Vüsal gəlib onunla qonşuluqda yaşayan Məhəmmədi çağırmışlar. Niyazinin oğlu Məhəmməd küçəyə çıxandan sonra onlardan yaşca böyük olan Abdullah hamını evimizin yaxınlığında yerləşən boş əraziyə çağırmışdır. Onlar Abdullahın arxasınca gedəndə Nizami Ramilə gedib qardaşı Muhammedi çağırmasını bildirmişdir. Bundan sonra onlar həmin yerə getmişlər qardaşı Muhammeddə onlara çatmışdır. Həmin vaxt onlarla qonşuluqda yaşayan Məhəmməd ondan nə üçün dünən onu vurmasını soruşmuş və Məhəmməd onun iki dəfə boyun nahiyəsindən yumruq atmış, o da cavabında yumruqla vurub yerə Məhəmmədi yerə yıxmış, həmin vaxt o Məhəmmədin üzərində olmuş Vüsal da onu quçaqlayıb qaldıraraq kənara tullamışdır. Qardaşı Muhammed araya girib Vüsala Əlini nə üçün itələdiyini bildirmiş, həmin vaxt Vüsalla qardaşı Muhammed arasında dava düşmüş, Vüsal qardaşının ünvanına nalayiq söyüşlər söyüb demişdir ki, sən kimsən ki, mənə bu sözləri deyirsən və qardaşını bir neçə dəfə yumruq zərbələri ilə baş nahiyəsindən vurmuş, qardaşıda onu kəllə və təpiklə vurub yerə yıxmışdır. Mübahisə zamanı Ramin qaçaraq böyük qardaşı Yusufu çağırmışdır. Mübahisə zamanı qardaşı Muhammed Vüsalla dava edən zaman o Məhəmmədin üstünə hücum çəkmiş, Yusuf gələndən sonra Vüsalla dava etmişlər, həmin vaxt X5, X6 qardaşına tərəf getmişlər, o da bunu görüb üzərində olan açılıb bağlanan bıçağı çıxardıb onları qorxudaraq aralı durmalarını bildirmiş və və Yusufa tərəf onları aralamaq üçün getmiş, həmin vaxt kimsə onu arxadan güclü zərbə ilə vurmuş, zərbənin təsirindən o divara dəyərək yerə yıxılmış, arxaya çönəndə Abdullah üstünə hücum çəkərək ünvanına nalayiq söyüşlər söyüb onu yumruq və təpik zərbələri ilə yerdə vurmuş, yerdə olan zaman Abdullahın bu hərəkətlərinə və söyüşlərinə dözməyib əlində olan açılıb bağlanan bıçaqla Abdullahın bədən nahiyəsinə bir neçə dəfə bıçaqla vurmuşdur ki, Abdullah ondan aralansın. Abdullah onu dayanmadan vurduğu üçün qardaşı Muhammed onu təpiklə vurub aralamış, bundan sonra o, arxaya getmiş və yerdə oturmuş, həmin vaxt o görmüşdür ki, Abdullahın paltarı qan içindədir. Bundan sonra anası Ülkər onların yanına gəlib onları aralamışdır. Həmin vaxt Abdullahın və qardaşı Yusufun qan içində olduğunu görən anam kömək çağırmış və onları xəstəxanaya aparmışlar. Qardaşı Yusufu hadisə zamanı kim vurub və ona kim xəsarət yetirib o bunu bilmir. O evə gedəndən sonra görmüşdür ki, əlini kəsmiş, ona elə gəlir ki, Abdullahı bıçaqla vuran zaman bıçaq qatlanaraq əlini kəsmişdir. Abdullahla əvvəl münasibətləri yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Abdullah ondan yaşca böyük olduğu üçün və fiziki cəhətdən güclü olduğundan ona gücü çatmadığından Abdullahı ondan aralanması üçün vurmuşdur. Hadisə zamanı onda olan bıçağı 20 yanvar metrostansiyasının yaxınlığında suvenir mağazasından 7 manata almışdır. Abdullaha bıçaqla vurmaqda məqsədi hadisə vaxtı Abdullah ondan aralansın, onun Abdullahı öldürmək niyyəti olmamışdır. O əyər Abdullahı öldürmək istəsəydim, ona bıçaqla vurmağa zərbələri davam edərdi, həmin zərbələri davamlı vurmağa onun imkanı olmuş, lakin o bunu etməmişdir. Mübahisə təxminən 15-20 dəqiqə ərzində davam etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə Məhəmmədgilin həyətinə top düşdüyünə görə baş vermişdir. Həyətdə hicablı qadınların başları açıq olduğuna görə onlar demişdir ki, söhbət edək görək niyə həyətə düşüblər. Məhəmmədlə Əli dalaşanda dayısı oğlu Əlini itələmişdir. Sonra Əlinin qardaşı Muhammed dayısı oğlunu vurmuşdur. Sonra o, ortalığa cummuş, həmin vaxt Əli onu bıçaqla vurmuşdur. Əli ona 5 bıçaq zərbəsi vurmuşdur. Əli ilə barışmamışdır. Həyətdə başı açıq qadınların olmağını görməmiş, eşitmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədə şahid Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, futbol oynayarkən top qonşuluqda yaşayan Məhəmmədgilin həyətlərinə düşmüşdür. Bundan sonra uşaqlar Məhəmmədgilin darvazalarını döymüş, lakin darvazanı heç kim açmamışdır. Daha sonra Məhəmmədgilin həyətlərinə Əyyub hasardan keçərək topu axtarmış, lakin tapa bilmədiyinə görə Əli həyətə düşüb, Əyyubla birlikdə bir az axtarandan sonra topu götürmüşdürlər. Biraz oynadıqdan sonra top yenidən Məhəmmədgilin həyətlərinə düşmüşdür. Top həyətə düşən kimi kimsə topu həyətdən küçəyə atmışdır. Sonra top bir daha Məhəmmədgilin həyətlərinə düşmüş, lakin bu dəfə topu götürməmişdirlər. Axşam Məhəmməd gəlib söyüşlə danışmışdır ki, həyətə niyə girmişsiniz. Sonra Əlini davaya çağırmış, oğlum Məhəmməd və Yusif evdə olmuşdurlar. Əvvəlcə oğlu Məhəmmədi çağırmişdırlar ki, Əlini davaya çağırıblar, sonra qonşunun oğlu Ramil Yusifi çağırmışdır ki, qardaşlarını döyürlər. Yusif qaçmış, o da onun arxasınca getmişdir. O, məhlədə heç kəsi görməmiş, sonra oğlu Məhammədin səsini eşitmişdir. Səsə tərəf getdikdə bir neçə uşaq və oğlanlarımın birbiriləri ilə mübahisə etdiklərini görmüşdür. O, yaxınlaşan zaman, Niyazın oğlu Məhəmmədin və Zöhrabın oğlu Məhəmmədin, Abdullahın oğlu Əlini döydüyünü görmüşdür. Mən onlara yaxınlaşıb aralamaq istəyəndə Abdullahın bir-iki addım arxaya gedərək yıxıldığını görmüşdür. Həmin vaxt oğlu Yusifi qonşuluqda yaşayan Vüsal adlı şəxs yerə yıxıb döymüş, o, isə onlara yaxınlaşanda Vüsal ayağa qalxıb qaçmışdır.İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Əli, Nizami və Ramil onu döymüşdürlər. Sabahısı gün axşam danışmaq məqsədi ilə onlarla görüşmüşdürlər. O, Əlidən nə səbəbə görə onu yumruqla vurmasını soruşmuşdur. Əlidə ona yaxşı etdiyini bildirərək çiynindən itələmişdir. O, da Əlinin bu hərəkətlərinə dözməyib onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra onlar əlbəyaxa olmuşdurlar. Əli onu yerə yıxmış, yerdə olan vaxt Vüsal gəlib onları aralamış, Əlini kənara çəkmişdir. Bundan sonra Əlinin qardaşı Muhammed Vüsala «sən kimsən ki, mənim qardaşımı itələyirsən» sözlərini demiş, bundan sonra onlar dava etməyə başlamışdırlar. Sonra Abdullahın yerə yıxıldığını görmüş və Abdullaha köməkilk etmək üçün ona tərəf getmişdirlər. Abdullahın qarnından qan axdığını görmüş və hamı uzaqlaşmışdır. Vüsal və o, Abdullahı avtomobillə xəstəxanaya aparmışdırlar. Vüsal Abdullahın qohumu olmuşdur. X15 döydüklərini Abdullaha demişdir. Əlinin üzərində bıçaq olmasını görmüşdür. Əlinin Abdullahı bıçaqla vurmasını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, evdə olan zaman çöldən qışqırıq səsi eşidib çölə çıxmışdır. Küçəyə çıxıb yaxınlıqdakı boş sahəyə gedəndə Abdullahın yerdə uzandığını, bıçaq xəsarəti ilə yaralannmış vəziyyətdə olduğunu, ondan qan axdığını görmüşdür. Zöhrabın oğlu Məhəmməd mənə Əlinin bıçaqla Abdullahı vurduğunu və xəsarət yetirdiyini bildirmişdir. Bu zaman oraya Abdullahın qardaşı Elvin öz idarə etdiyi Opel markalı avtomobili ilə yaxınlaşmış, onlar Abdullahı xəstəxanaya aparmışdırlar. O, hadisəni görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir neçə il olar tanımışdır. Belə ki, Əli Hökməli qəsəbəsində onların yaşadığı evin yaxınlığında yaşamış, Zərərçəkmiş şəxsı da bir neçə il olar ki, tanımış, o da qonşudur. X4 da bir neçə il olar tanımış, qonşu olmuşdurlar. Əli, Abdullah və Məhəmmədlə normal qonşuluq münasibətləri olmuşdur. 30 may 2021-ci il saat 17 radələrində o, Əli, Əlinin qardaşı Muhamməd, Hasilin oğlanları Nizami və Ramil, qonşuları İlham məhəllədə top çiləmək oynamışdırlar. Top oynayarkən qonşuları Niyazgilə, yəni Məhəmmədgilin həyətinə düşmüşdür. Qapını döysələr də, qapını heç kəs açmamışdır. O, hasardan Niyazgilin həyətinə tullanmışdır. Topu tapa bilməmişdir. Sonra onun arxasıyca həyətə qonşu Əli düşmüşdür. Onunla birlikdə topu axtarmış, top üzüm tənəyinə ilişmişdir. Çox çətinliklə Əli ilə o, üzüm tənəyindən topu götürüb çıxmışdırlar. Bir qədər yenə oynadıqdan sonra top yenidən Məhəmmədgilin həyətinə düşmüşdür. Topu kimsə çölə atmiş və onlar oyunlarına davam etmişdirlər. Üçüncü dəfə top yenidən həyətə düşmüş və onlar topu götürməmişdirlər. Hərə öz evinə getmişdir. 31 may 2021-ci ildə bütün gün evdə olmuşdur. İyunun 1-i qonşulardan eşitmişdir ki, qonşu Əli ilə Abdullahın arasında mübahisə olmuş və Əli Abdullahı bıçaqlamışdır. Əli ilə Abdullahın mübahisəsi zamanı orda olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs ilə oturub edən zaman onlara X5 yaxınlaşıb dünən Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini, onların Məhəmmədlə gedib Əli ilə söhbət etməyi xahiş etmişdir. Məhəmməd onlardan aralıda dayanan Əlini, Məhəmmədi və Nizami gedib söhbət etmək üçün çağırmışdır. Onlar yaxınlıqda yerləşən boş torpaq sahəsinə keçmişlər, həmin vaxt o Əliyə nə üçün mübahisə etdiklərini soruşmuşdur. Əli ona heç bir söz deməmiş Məhəmməd Əlidən nə üçün onu vurduğunu soruşmuş, Əli Məhəmmədə nəsə demiş bundan sonra Məhəmməd Əlini yumruqla vurmuşdur. Onlar əlbəyaxa olmuşlar və yerə yıxılmışlar. O onları aralamış bundan sonra Əlinin qardaşı Muhammed onun üstümə hücum çəkib ona demişdir ki, «sən kimsən ki, mənim qardaşımı aralayırsan» və nalayiq söyüşlərlə onu söymüşdür. Bundan sonra Muhammedi yumruqla sifət nahiyəsindən vurmuşdur. Muhammed harasa qaçmış, bir az sonra onun üzərinə Yusuf, Muhammed və Əli töklüşüb onu döyüb yerə yıxmışlar. O Yusuflə əlbəyaxa olmuş, sonra oraya Yusufin anası və digər adamlar toplaşmış və uzaqdan Abdullahın yerdə uzandığını, Abdullaha yaxınlaşanda onun qanın içərisində olduğunu görmüşdür. O Abdullahı kimin vurmasını görməmiş, lakin sonradan eşitdim ki, Abdullahı Əli bıçaqla vurub, Abdullahı xəstəxanaya aparanda orada bildim ki, Yusuf də bıçaqlanmışdır. Mubahisə təxminən 10- 15 dəqiqə davam etmişdir. (cild 1, iş vərəqə 29-30) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış yetkinlik yaşına çatmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o X5 onun oğludur. 30 may 2021ci il tarixdə saat 20 radələrində o iş yerindən yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsindəki yaşayış evinə gələn zaman yaşadığı evin qarşısında küçədə qardaşı Nazimin qonşuluqda küçədə yaşayan toplanmış azyaşlı uşaqlara nəsiyyət verdiyini görmüşdür. O həmin şəxslərə yaxınlaşmış və qardaşı Nazim qonşuluqda yaşayan Təqsirləndirilən şəxs, onun qardaşı Muhammed Məhərrəmliyə, Hasilin oğlanları Ramil və Nizamiyə, onun oğlu Məhəmmədə, Zöhrabın oğlu Məhəmmədə və başqa qonşu uşaqlara nəsiyyət verərək belə olmaz sözlərini dediyini eşitmişdir. O orada söhbət əsnasında həmin uşaqların məhəllədə top oynayan zaman top onların və qardaşı Nazimin yaşadığı həyətə düşdüyünü öyrənmişdir. Nazim və o eyni həyətdə yaşayırlar. Top həyətə düşəndə küçədə oynayan uşaqlar Təqsirləndirilən şəxs və qeyriləri icazəsiz hasardan tullanıb həyətlərinə keçib həyətə düşən topu götürmüşlər. Buna görə də həmin Təqsirləndirilən şəxs və onunla top oynayan uşaqların onun oğlu Məhəmmədlə söz mübahisələri yaranmışdır. Oğlu Məhəmməd onlara nə üçün icazəsiz həyətlərinə girdiklərinə görə irad tutmuşdur. Həmin vaxtı qardaşı Nazim həmin uşaqlara o cümlədən onun oğlunada mübahisə etməmələri üçün nəsiyət vermiş və qonşunun həyətinə icazəsiz daxil olmağın düzgün olmamağı izah etmişdir. O özüdə orada olan uşaqlara bir daha mübahisə etməmələrini söyləmişdir. Nazim və o öyüd nəsiyyət verəndən sonra yaşadığı evə getmişdir. 31 may 2021-ci il tarixdə saat 21 radələrində işdən yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsindəki yaşayış evimə gəlmişdir. Təxminən 2 saat sonra saat 23 radələrində yaşadığı evdə olduğu zaman qonşuluqda yaşayan Hasilin oğlu Ramil və oğlu Məhəmməd qışqıraraq onu səsləmişlər. O küçəyə çıxanda darvazanın solunda qonşuları Təqsirləndirilən şəxs qardaşı Yusufun yerdə uzanmış vəziyyətdə və ayağından bıçaq yarası aldığını, qan itirdiyini görmüşdür. O tez özünə məxsus Mersedes Benz markalı avtomaşını işə salmış, orada olan Hasilin oğlu Nizaminin köməyi ilə Yusufu avtomobilmə qoyub onu X16, həmin mərkəz bağlı olduğu üçün «Topçubaşov» adına xəstəxanaya aparmışdır. Avtomobildə ona Nizami həmin yerdə mübahisə olduğunu, mübahisə zamanı qonşuları Təqsirləndirilən şəxs qonşuları Elmirin oğlu Abdullahı bıçaqla vurduğunu, daha sonra sonra mübahisə zamanı Yusufda naməlum şəxs tərəfindən bıçaq xəsarəti aldığını bildirmişdir. Onun bu barədə heç bir dəqiq məlumatı olmamışdır. Bu barədə məlumatı ona Yusuf və Hasilin oğlu Nizami avtomobildə vermişdir. Yusufu xəstəxanaya yerləşdirəndən sonra qonşuları Elmirin oğlu Abdullah barədə məlumat almaq üçün Respublika Klitnik xəstəxanaya getmişdir. (cild 1, iş vərəqə 209-210) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahidlər Şahid3 və Şahid6 ifadələridə Şahid2 dediklərini təsdiq edərək, istintaqa analoji ifadə vermişlər. (cild 1, iş vərəqə 182-183, cild 2, iş vərəqə 65-66) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs bir neçə il olarki tanıyır, belə ki, Əli anası və qardaşları ilə onun yaşadığı evin yaxınlığında yaşamış, onun qonşuları olmuşdur. X2 bir neçə illər olarki tanıyır. Abdullahda onun qonşusudur. X4 da qonşu kimi bir neçə illərdir ki, tanıyır. Əli, Abdullah və Məhəmmədin hər üçü ilə qonşu olduğundan onların hər üçü ilə qonşu kimi yaxşı normal münasibəti olmuş, heç bir ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı məhlədə qonşuluqda yaşayan İlham, Əyyub, qardaşı Nizami o, Əli, Əlinin qardaşı Muhammed ilə birlikdə topçilədi oynamışlar. Topla oynayarkən top onlarla qonşuluqda yaşayan Niyazın oğlu Məhəmməd gilin həyətinə düşmüşdür. Bundan sonra Əli və o Niyazın oğlu Məhəmməd gilin darvazalarını topu götürmək üçün döymüşlər, lakin darvazanı heç kəs açmamışdır. Bundan sonra Niyazın oğlu Məhəmməd gilin həyətlərinə Əyyub hasardan keçərək topu axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra Əli hasardan Niyazın oğlu Məhəmməd gilin həyətə düşərək Əyyubla birlikdə bir az axtarandan sonra topu götürüb hasardan geri tullanmışdır. Təxminən 20 dəqiqə küçədə oynayandan sonra top yenidən Niyazın oğlu Məhəmmədgilin həyətinə düşmüşdür. Top həyətə düşən kimi kimsə topu həyətdən küçəyə atmışdır. Təxminən 30 dəqiqəyə yaxın topla oynadıqdan sonra top bir daha Niyazın oğlu Məhəmmədgilin həyətinə düşmüş, onlar ev sahibini narahat etməmək üçün topu götürməmişlər və hər biri öz evlərinə getmişlər. Həmin gün saat 21 radələrində Əli, qardaşı Nizami, o və Əlinin qardaşı Muhammed küçədə dayanıb söhbət edən zaman onlara Məhəmmədin əmisi Nazim yaxınlaşmış və nə səbəbə görə onun qardaşının yaşadığı evin həyətinə düşdüyümüzü soruşmuş və Əlinin qardaşı Muhammed ona topun həyətə düşdüyünü, qapını döydüklərini, lakin çıxan olmadığını, buna görə həyətə düşüb topu götürdüklərini bildirmişdir. Nazimin yanında olan Niyazın oğlu Məhəmməd həmin vaxtı öz əmisi Nazimə topun onların həyətinə 5 dəfə düşdüyünü, onların hamısını əmisinə göstərərək əmisinə topun onların həyətinə 3-4 dəfə düşüb çıxdıqlarını bildirmişdir. Bir az söhbət edəndən sonra Nazim çıxıb getmişdir. Bu zaman X8 bu yalan məlumatı ona kimin dediyini soruşmuşdur. Bu zaman Niyazın oğlu Məhəmməd yalan danışanın ünvanına söyüş söydüyü üçün Əli ona yumruqla sifətinə bir dəfə vurmuşdur. Orada olanları Əlini və Niyazın oğlu Məhəmmədi mübahisə etməyə qoymamışlar. Bu zaman Niyazın oğlu Məhəmməd Əliyə sabah nə olacağını görəcəyiniz barədə bildirmişdir. Həmin vaxtı orada o, qardaşı Nizami, Əli, Əlinin qardaşı Muhammed olmuş, Əli ilə Məhəmmədin mübahisəsi təxminən 10 dəqiqə davam etmişdir. O Məhəmmədin Əlinin üstünə dostları Abdullahı, Məhəmmədi, Vüsalı və Aqili gətirəcəyini güman etmişdir. Çünki bir dəfə qardaşı Nizami ilə Məhəmmədin söz mübahisəsi olduğu zaman, Məhəmməd qardaşı Nizaminin üstünə həmin şəxsləri gətirmiş və onlar söhbət etmişlər və mübahisə etməmişlər. 31 may 2021-ci il tarixdə saat 22:45 radələrində o, qardaşı Nizami və dostu Məhərrəmov Əli oturub söhbət etmişlər. Bu zaman küçə ilə Abdullah, qonşuları Şahid5, Vüsal və Aqil yolla gəlmişlər, Niyazın evinin qarşısında həmin evdən Niyazın oğlu Məhəmmədə çıxmış və küçədə onlarla görüşmüşlər. Həmin evin qarşısında həmin şəxslər bir qədər oturmuşlar. Bu zaman Abdullah onları oturduqları yerdən evlərinin yaxınlığındakı boş əraziyə çağırmışdır. Saat 23 radələri olmuşdur. Bu zaman qardaşı Nizami ona Əlinin qardaşı Muhammedidə onların getdikləri yerə çağırmasını bildirmişdir. O Əlinin yaşadığı evə gedib Muhammedi çağırmış, Muhemmedlədə Əli gilin olduğu yerə çatmışdır. Boş sahədə Niyazın oğlu Məhəmməd Əliyə nə üçün onu dünən yumruqla vurduğunu soruşmuş, Əliyə iki dəfə yumruq atmışdır. Əlidə Məhəmmədə cavab olaraq yumruqla vurub onu yerə yıxmışdır. Əli Məhəmmədin üzərində olduğu üçün Vüsal Əliyə yaxınlaşıb onu tutub qaldırıb kənara atmışdır. Əlinin qardaşı Muhammed isə Vüsala nə üçün qardaşını itələyib atırsan sözlərini demiş, bu zaman Muhammedlə Vüsalın arasında mübahisə başlamış, Vüsal Muhammedin ünvanına nəlayiq söyüşlər söymüş, sonrada Əlinin başından bir neçə dəfə yumruqla vurmuşdur. Bu zaman Muhammed kəllə ilə və yumruqla Vüsalı vurub yerə yıxmışdır. Bu zaman o Əlinin evinə gedib onun digər qardaşı Yusufu çağırmışdır. Yusuf gəlmiş və Vüsalla o da mübahisə etməyə bir birlərinə zərbə vurmağa başlamışlar. O və qardaşı Nizami isə hamını aralaşdırmağa çalışmışdır. Sonra Abdullah və Əlidə bir birləri ilə mübahisə etməyə başlamışlar və bir birlərinə zərbələr vurmuşlar. Sonra o Abdullahın yerə oturduğunu, daha sonra isə yerə uzandığını görmüşdür. Həmin vaxtı Abdullahın köynəyinin qan olduğunu, onun bıçaqla vurulduğunu görmüşdür. Daha sonra o Əlinin əlinin bıçaqla kəsildiyini görmüşdür. O Əlidən nə baş verməsini soruşanda Əli ona bıçaqla Abdullahı vurduğunu və bu zaman öz əlinin kəsildiyini bildirmişdir. Sonra Əlinin anası Ülkər hadisə yerinə gəlmişlər. X7 apardığını qışqırmış, hamı Abdullaha yaxınlaşmış. Nizami və o Abdullahı köməkləşib bir qədər yola aparmışlar. Oradanda Abdullahın qardaşı Elvin onu maşınına mindirib bir neçə nəfər şəxslə xəstəxanaya aparmışdır. Sonra isə məlum olmuşdur ki, hadisə zamanı Yusufda bıçaq xəsarəti almışdır. Yusufun həmin xəsarəti nə cür almasını və ona kim tərəfindən yetirilməsini o bilməmişdir. Sonra o evimin yaxınlığında qalmış, qardaşı Nizami isə Niyazla və Muhammedlə birlikdə Yusufu Niyazın avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Hadisə zamanı nə o nə qardaşı heç kəsi vurmamış, heç kəsə xəsarət yetirməmişdir. (cild 1, iş vərəqə 207-208) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs bir neçə il olarki tanıyır, belə ki, Əli anası və qardaşları ilə onun yaşadığı evin yaxınlığında yaşamışdır. Əli gil onun qonşularıdır. X2 bir neçə illər olarki tanımış, Abdullahda onun qonşusudur. X4 da qonşu kimi bir neçə illərdir ki, tanımışdır. Əli, Abdullah və Məhəmmədin hər üçü ilə qonşu olduğundan onların hir ikisi ilə qonşu kimi yaxşı normal münasibəti olmuş, heç bir ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində öz yaşadığı evdən hava almaq üçün küçəyə çıxmışdır. Bu zaman yaşadığı evin qarşısında küçə ilə qonşusu Abdullah və onlarda yaşayan Abdullahın dayısı oğlu Vüsal söhbət etdiyini görmüşdür. Vüsal və Abdullah öz aralarında digər qonşuları Niyazın oğlu Məhəmmədlə qonşuları Əlinin aralarında söz mübahisəsi olduğu, onlar yaxınlıqdakı sahədə mübahisə etmək istədikləri barədə razılaşmışlar. Abdullah və Vüsal bildirmişlər ki, onlar yaxınlıqdakı yerə gedirlər ki, birdən Əli və Məhəmməd dava edəllər biz buna imkan verməyəcəklər. O, Abdullah və Vüsal yaşadığı evin qarşısından bir qədər piyada hərəkət edərək boş torpaq sahəsinə gəlib çıxmışlar. Orada qonşuları Əli və Niyazın oğlu Məhəmməd qarşı qarşıya dayandıqlarını, onların ətrafında isə digər qonşularımız Ramil, Nizami qardaşları və Əlinin qardaşı Muhammeddə olduğunu görmüşdür. Həmin vaxtı Əli və Niyazın oğlu Məhəmmədin aralarında söz mübahisəsi getmişdir. Mübahisə zamanı Əli iki dəfə Niyazın oğlu Məhəmmədə yaxınlaşaraq onu itələmişdir. Bu zaman Məhəmməd əlinin sifət nahiyəsinə yumruqla bir dəfə vurmuş, bu zaman Əli əynində olan şalvarın cibindən açılıb qatlanan cib bıçağı çıxardaraq yanında dayanmış Nizamiyə saxlamaq üçün vermiş, özü isə Məhəmmədin üzərinə gedib onu yerə yıxaraq ona zərbələr endirməyə başlamışdır. Vüsal Əlini kənara çəkmiş və Əlini Məhəmmədi vurmağa imkan verməmişdir. Sonra isə Əlinin qardaşı Muhammedlə Vüsalın arasında söz mübahisəsi yaranmış, orada olan Ramil qaçaraq Əli gilin evinə onun qardaşı Yusufu çağırmaq üçün getmişdir. Bir neçə dəqiqə sonra oraya Muhammedin qardaşı Yusufda gəlmişdir. Yusuf, Muhammed və Vüsal mübahisə edərək bir birlərinə yumruq zərbələri endirmişlər. Abdullah öz dayısı oğlunun iki nəfər şəxslə mübahisə etdiyini görüb, o da Vüsala köməyə gedərək Muhammed və Yusufun Vüsalı vurmağa imkan verməyərək onları aralamağa çalışmışdır. O isə kənarda dayanıb baxmış və heç nəyə qarışmamışdır. Bu zaman Əli Abdullaha yaxınlaşıb ona bıçaqla bir dəfə qarın nahiyəsinə və bir dəfə sağ ayaq nahiyəsinə zərbə vurararaq xəsarət yetirmişdir. Bu zaman Abdullah yerə oturmuşdur. Həmin vaxtı Əlinin anası Ülkər hadisə yerinə yaxınlaşmış, bütün orada olanlara mübahisə etməmələrini söyləmişdir. Sonra Vüsal, Ramil, Nizami, Aqil, o köməkləşib Abdullahı yola çıxartmış, Abdullahın qardaşı Elvinin idarə etdiyi Opel Vektra markalı avtomobilə mindirib, o, Aqil, Vüsal və Elvin Abdullahı Respublika Klinik Xəstaxanaya aparmışlar.(cild 1, iş vərəqə 200-201) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, xx.xx.2021-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Hökməli qəsəbəsi yeni yaşayış massivində baş torpaq sahəsidir. (cild 1, iş vərəqə 26-28). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1550 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə 221- 223). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 47 №li rəyindən görünür ki, A.E. Bəhmənlinin bədəni üzərində olan xəsarətlər- qarın nahiyəsinin sol yan səthinin periton boşluğuna nüfuz edən və retroperitonal hematoma ilə nəticələnən 1 (bir) ədəd, sol bud nahiyəsinin orta 1/3 –nin ön səthinin bud arteriyası və venasının yaralanaraq hemoraggik şok İİİ dərəcə ilə nəticələnən 1 (bir) ədəd, sağ bud nahiyəsinin yuxarı 1/3-nin iç səthinin 1 (bir) ədəd, sol bud nahiyəsinin orta 1/3 –nin bayır səthinin 1 (bir) ədəd, sağ bud nahiyəsinin aşağı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. A.E. Bəhmənlinin bədənin aşkar olunmuş xəsarətlərdən ağırlıq dərəcəsinə görə qarın nahiyəsinin sol yan səthinin periton boşluğuna nüfuz edən və retroperitonal hematoma ilə nəticələnən 1 (bir) ədəd, sol bud nahiyəsinin orta 1/3 –nin ön səthinin bud arteriyası və venasının yaralanaraq hemoraggik şok İİİ dərəcə ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamilığa AĞİR zərər vurmaya aiddir. sağ bud nahiyəsinin yuxarı 1/3-nin iç səthinin 1 (bir) ədəd, sol bud nahiyəsinin orta 1/3 –nin bayır səthinin 1 (bir) ədəd, sağ bud nahiyəsinin aşağı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları həm ümumilikdə həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. A.E. Bəhmənlinin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olarki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsindən deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. (cild 1, iş vərəqə 224-228). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2653 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarət – sol əlin 2-ci barmağının kəsilmiş yarası kəsici xarakterli əşyanın (alətin) təsirindən törənmişdi, qərarda göstərilən müddətə yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir: dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Ə.F. Məhərrəmlinin bədəni üzərində müəyyən edilmiş xəsarət müxtəlif şəraitilərdə törənə bildiyindən, konkret olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşdırıla bilər. (cild 1, iş vərəqə 229-230 ). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə komisiyon psixiatrik və psixoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli 2607 saylı rəyində göstərilmişdir ki, ekspert komissiyası belə nəticəyə gəlir ki, xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilmir. Ə.F. Məhərrəmlidə xəsiyətin psixopatik cizgiləri müəyyən edilmir. Ə.F. Məhərrəmli cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də. Ə.F. Məhərrəmli törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Ə.F. Məhərrəmlinin əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Ə.F. Məhərrəmli barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Hadisə zamanı Təqsirləndirilən şəxs yaranmış şəraitin mahiyətini tam dərk etmək və davranışının mümkün nəticələri görmək iqdidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyətində olmamışdır. (cild 1, iş vərəqə 237-241). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisiyon psixiatrik və psixoloji ekspertizasının 03 noyabr 2021-ci il tarixli 2577 saylı rəyində göstərilmişdir ki, ekspert komissiyası belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs hal hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsir etmək və onları barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs psixi-emosional sferasında hirslilik halı yaranmışdır. Zərərçəkmiş şəxs hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs əqli-intelektual inkişafı nomaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs psixi inkişafı normaya uyğundur, baş vermiş hadisə zamanı o, yaranmış şəraitin mahiyyətini və davranışlarının ola biləcək nəticələrini dərk etmək iqdidarında olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilmiş hadisə Zərərçəkmiş şəxs yaş və fərdi psixi xüsusiyyətlərinə uyğun olaraq təqsirləndirilən şəxsə müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs idrak prosseslərinin xüsusiyyətləri normaya uyğun olduğundan, baş verən hadisələri qavramaq və anlamaq qabiliyyətinə malikdir. (cild 1, iş vərəqə 242-245) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 826/2021-MTBŞ №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O alfa beta (İ).şəxsiyyət vəsiqəsinin kserosürəti. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O alfa beta (İ).-şəxsiyyət vəsiqəsinin ksurosürəti. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, kofta və bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tətqiq edildikdə yalnız «H» antiqeni alındı. Buq an ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol mayka və tuman üzərində qan aşkar olunmadı. (cild 1, iş vərəqə 246-251) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 730-MTKŞ/2021 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarının sağ ön səthində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma zədəsi küt yaranma mexanizminə malikdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, mayka və alt tuman üzərində zədə və zədə izləri aşkar edilmədi. (cild 2, iş vərəqə 1-3) Cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi və istintaq zamanı götürülmüş bir ədəd kustar usulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı, 1 ədəd şalvar, 1 ədəd kofta, 1 ədəd qısaqol mayka və 1 ədəd tuman 29 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (cild 2, iş vərəqə 71-72) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiiə Fondunun nəzdində uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olunmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs sosial xidmət müəssisəsində daxili nizam intizam qaydalarını pozmamış və haqqında müəssisədə yaşayan sakinlər tərəfindən şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 106). Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 90-93) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan maddi sübut kimi tanınmış bir ədəd soyuq silah hesab edilməyən turist bıçağı, 1 ədəd şalvar, 1 ədəd kofta, 1 ədəd qısaqol mayka və 1 ədəd tuman məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 il (altı il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan – soyuq silah hesab edilməyən turist bıçağı, 1 ədəd şalvar, 1 ədəd kofta, 1 ədəd qısaqol mayka və 1 ədəd tuman məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-38/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-38/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver