Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-38/2025 30.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi - Nümayəndə2, eləcə də təqsirləndirilən şəxsin iştirakları ilə, 23 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmiş, həbsə qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başçısının 02 aprel 2015-ci il tarixli, 16 nömrəli əmri ilə Zərərçəkmiş şəxs Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Zərərçəkmiş şəxs Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin vəzifə təlimatına əsasən şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək, şöbənin vəzifələrini yerinə yetirmək üçün aparatın struktur bölmələrindən, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan zəruri məlumatlar və sənədləri almaq, Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşlərinin təşkilində iştirak etmək, Rayon İcra Hakimiyyəti ilə bələdiyyələrin, aidiyyəti idarə, təşkilat, müəssisə və orqanların fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərilməsini təşkil etmək, şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların qanunvericiliklə nəzərdə tutulmuş qaydada düzgün cavablandırılmasını həyata keçirmək, şöbəni funksional fəaliyyətə uyğun olaraq tədbirlərdə təmsil etmək, vətəndaşların qəbul edilməsi və qanunvericiliyə uyğun olaraq müvafiq izahatların verilməsini həyata keçirmək, Rayon İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarının, tapşırıq və göstərişlərinin, həmçinin fəaliyyət istiqamətlərinə uyğun normativ aktların və dövlət proqramlarının icrasından irəli gələn vəzifələri yerinə yetirmək və digər vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qeyd olunan xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də, ümumi himayədarlıq, yəni Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 torpaq sahəsində yüngül konstruksiyalı saxlanc anbarı təyinatlı tikili yerləşdirmək üçün torpağın baş planını və eskiz layihəsini Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3 təqdim etməsindən sonra, cinayətdən xəbərsiz Şahid3 vasitəsilə özünə müraciət etməsinə təsir göstərməsi nəticəsində 2023-cü ilin oktyabr ayında özünə müraciət etməsindən sonra Şahid1 təqdim etdiyi layihəyə tikintisinə icazə verilməsi və şərait yaradılmasının müsbət həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 30.000 (otuz min) manat pul vəsaitini 2023-cü ilin oktyabr ayının ortalarına olan müddətlərdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs aparatının inzibati binasının qarşısında görüşləri zamanı rüşvət qismində istəyib, 2023-cü ilin oktyabr ayının sonları və noyabr ayına olan müddətlərdə Şahid1 25.000 manat məbləğdə pul vəsaitini verə biləcəyinə dair razılığını alıb, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək barədə yerli icra hakimiyyəti başçısının vəzifəsinin icrasını təmin etmək məqsədilə aidiyyəti şəxslər qarşında müvafiq təkliflərlə çıxış etməli olduğu halda, rüşvət müqabilində edəcəyi qanunsuz hərəkətin icrası və ümumi himayədarlıqla əlaqədar qanunsuz tikintinin aparılması ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməyib, həmin niyyətlə 20 noyabr 2023-cü il tarixdə cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Abşeron rayon Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs aparatının inzibati binasının qarşısında Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2014-cü il tarixdən Zərərçəkmiş şəxs aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç vaxt rüşvət almamışdır. Tutduğu vəzifə ilə əlaqədar ərazi icra nümayəndəlikləri ilə qarşılıqlı şəkildə işləyirdi. Vətəndaşların ərazi icra nümayəndəliklərinə olan hər hansı müraciəti icra hakimiyyətinə yönləndirirdilər. İcra nümayəndəsi Şahid3 bir nəfər vətəndaşı ona yönləndirmişdi. Həmin şəxs Şahid1 olmuşdur. Şahid1 ona zəng edərək, özünə məxsus torpaq sahəsində konstruksiya yerləşdirmək istədiyini bildirmişdir. O da buna dair bütün sənədlərini götürərək yanına gəlməsini demişdir. Şahid1 sənədlərini götürərək, yanına gəlmişdir. Onun sənədlərinə baxmış və getməsini, ona xəbərə edəcəyini bildirmişdir. Onun torpaq sahəsinə dair çıxarışı və tikilinin eskiz layihəsi var idi. Qeyd etdiyi sənədlər olduğuna görə Natiqin konstruksiya quraşdırmasında heç bir problem olmayacağını düşünmüş və ondan 30.000 manat məbləğində pul tələb etmişdir. Şahid1 qeyd etdiyi məbləğdə pulu olmadığını bildirmişdir. Daha sonra onunla 25000 manat məbləğində pul müqabilində razılaşmışlar. Həmin vaxt maddi vəziyyəti pisləşmiş, problemləri olmuşdur. Həmin şəxsdən pulu almağa qorxduğu üçün pulu götürməsi üçün dostu Şahid2 xahiş etmişdir. Şahid2 sürücü deyil, onun dostu idi. Bəzən uşaqlarını məktəbdən götürməsini ondan xahiş edirdi. Şahid1 inandırmaq üçün Şahid2 Zərərçəkmiş şəxs Başçısının qohumu kimi təqdim etmişdir. Əks halda Şahid1 pul verməyəcəyini düşünmüşdür. Şahid2 Zərərçəkmiş şəxs Başçısı Abdin Fərzəliyevin qohumu deyildi. Şahid1 pulu şifahi vəd əsasında almışdır. Ona aldığı pul müqabilində hər hansı icazə sənədi verməyəcəkdi. Şahid2 həmin pulun hansı məqsədlə alınmasını bilmirdi. Şahid1 pul aldığını Şahid3 yaxud icra hakimiyyəti aparatında işləyən hər hansı bir şəxs bilmirdi. Memarlıq və tikinti şöbəsinin müdiri isə Elvin adlı şəxs idi. Onun bu məsələlərdən məlumatı olmamışdır. Şahid4 Qobu qəsəbəsinin icra nümayəndəsinin müavini vəzifəsində işləyirdi. Məhkəməyədək icraat zamanı təzyiqlər olduğu üçün Şahid4 əleyhinə ifadə vermişdir. Şahid4 ilə tez-tez əlaqə saxlamamış, onunla mobil telefon vasitəsilə danışmamışdır. Şahid4 ərazi icra nümayəndəliyində işlədiyi üçün onunla sadəcə iş ilə bağlı söhbətləri olmuşdur. Ümumiyyətlə, Zərərçəkmiş şəxs kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı hər hansı icazə vermək səlahiyyəti olmadığını istintaq zamanı öyrənmişdir. Məhkəməyədək icraat zamanı ona təzyiqlər göstərilmişdir. Növbəti məhkəmə iclasında isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsini təsdiqləyərək göstərdi ki, Abdin Fərzəliyev atasını qəbul etmiş və bildirmişdir ki, törədilən cinayət əməlini oğlunuz öz üzərinə götürsün, buna görə ona köməklik göstərəcəkdir. Pulun alınmasında o, yalnız vasitəçilik etmişdir. Alınan pul Azərə çatası idi. Amma Azərin torpaq üzərində heç bir səlahiyyəti olmamışdı. Torpağın təyinatı rəsmi icazəsi icra hakimiyyətində olmadığı üçün Azər pulu alıb Abşeron rayon icra hakimiyyıtinin başçısı Abdin Fərzəliyevə verəcəkdi. Əməliyyat videoçəkilişi Azərin otağında aparılmışdır. Azər özü də iştirak etmişdir. Qapını qırıb onu otağa salmışlar. Onun telefonunda sübutlar var. Ona heç kəs heç nəyi həvalə etməmişdi. İcra hakimiyyəti ilə əlaqəli işləmişdir. Pulu Azərə çatdırılması üçün Bəhruza vermişdir. Torpaq sahəsində tikintiyə göz yumulması üçün 25.000 manat verilmişdir. Onun özünə o puldan heç nə çatmamışdır. Onun öz ifadəsini dəyişməyinə səbəb o olmuşdur ki, 1 ildir ki, ailəsinə baxan yoxdur. Atası ürək xəstəsidir, icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə verdiyi vədə əməl etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-in 308.2 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2014cü il tarixdən Zərərçəkmiş şəxs Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Vəzifəsi ərazinin qaz, su, işıq və digər ümumi problemləri ilə bağlı ixtisaslaşmış dövlət orqanlarına məlumat vermək, problemlərin aradan qaldırılmasında təşəbbüskar kimi çıxış etmək və digər səlahiyyətlərdən ibarət olmuşdur. Ərazi icra nümayəndəlikləri də işlədiyi ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin tabeliyində fəaliyət göstərirlər. Təxminən 11 oktyabr 2023-cü il tarixdə Abşeron rayon Pirəkəşkül qəsəbəsi inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp Messenger” vasitəsilə zəng edib Abşeron rayon Pirəkəşkül-Çaylı ərazisində bir nəfər sahibkarın kənd təsərrüfatı təyinatlı torpaqda yüngül konstruksiyalı anbar təyinatlı tikili yerləşdirmək üçün torpağın baş planını və eskiz lahiyəsini əldə etdiyini və həmin lahiyəyə uyğun tikilini yerləşdirmək istədiyini, buna görə də, həmin sahibkarı onun nömrəsini verdiyini və ona zəng edəcəyini bildirmişdir. Həmin günün səhərisi adını sonradan bildiyi Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edib Şahid3 müraciət edən sahibkar olduğunu, onunla özünə məxsus əncir bağlarında yüngül konstruksiyalı tikililər yerləşdirmək məsələsi ilə bağlı görüşmək istədiyini bildirmişdir. Həmin danışıqdan təxminən 4-5 gün keçdikdən sonra, 2023-cü ilin oktyabr ayının ortalarına olan müddətlərdə Şahid1la təkrarən danışıb onunla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs inzibati binasının qarşısına gəlməsini bildirmiş və həmin müddətlərdə qeyd olunan ünvanda təklikdə görüşmüşlər. Ümumi olaraq Abşeron rayonu İcra Hakimiyyəti yanında Memarlıq və Tikinti İdarəsinin rəisi Elvin adlı şəxs olsa da, qeyri-rəsmi olaraq tikinti aparılması məsələlərinə Şahid4 nəzarət etdiyi üçün o da bu məsələlərlə bağlı Azərlə söhbət etmiş, Azər Güləmmədovla danışdıqdan sonra Azər ona həmin şəxslə danışıb ondan 30.000 manat pul almasını, həmin pul qarşılığında da, onun rəsmi olaraq əldə etdiyi tikinti hüququnun aparılmasına şifahi olaraq Zərərçəkmiş şəxs tərəfindən razılıq verilməsinə nail olacaqlarını bildirmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında və 2023-cü noyabr ayına olan müddətlərdə Şahid1 onunla həmin məsələ ilə bağlı maraqlandıqda ona 30.000 manat pul verməli olduğunu bildirmiş, həmçinin Şahid1la danışıq zamanı onun etimadını qazanmaq üçün yalandan həmin məsələ ilə bağlı Zərərçəkmiş şəxs Başçısı aparatının rəhbərliyi ilə də həmin məsələni razılaşdığını bildirmişdir. Lakin Şahid1 30.000 manat pul verməyə maddi imkanının zəif olduğunu demiş, o da daha sonra Şahid4la söhbət edib Şahid1 25.000 manat pul deməyi razılaşdırmış, daha sonra Şahid1la söhbət zamanı onun da 25.000 manat pul verə biləcəyinə dair razılığını almışdır. Həmin danışıqdan təxminən 10 gün müddətində Şahid1 onunla əlaqə saxlamadığı üçün icra nümayəndəsi işləyən Şahid3 zəng edib Şahid1 zəng etməsini, görəcəyi işlə bağlı razılıq alıb-almamasını maraqlanmasını tapşırmışdır. Məqsədi isə Şahid1 ona təkrarən zəng etməsinə nail olmaq olmuşdur. Həmin gündən 3-4 gün sonra Şahid1 ona zəng edib 25.000 manat pulu topladığını və onunla görüşüb vermək istədiyini bildirmiş və 20 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarşısında görüşüb pulu ondan almağa razılaşmışlar. 20 noyabr 2023cü il tarixdə saat 11 radələrində Şahid1 ona zəng edib 1 saat sonra icra hakimiyyətinin yanında olacağını bildirmiş, o da pulu özünün almaq istəmədiyi üçün onun ştatdan kənar şəxsi işlərini tapşırdığı sürücüsü Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib ona icra hakimiyyətinin yanına gəlməsini, bir qədər sonra yanlarına gələcək şəxsdən verəcəyi 25.000 manat pulu sayıb qəbul etməsini tapşırmışdır. Həmçinin Şahid2 ondan həmin pulu hansı məqsədlə almasından şübhələnməməsi üçün ona da həmin pulun Şahid4 veriləcək pul olduğunu bildirmişdir. 20 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Şahid1 özünə məxsus “Land Rover” markalı avtomobillə Zərərçəkmiş şəxs inzibati binasının qarşısına gəlmiş, o, avtomobilin ön sərnişin qapısını açıb onunla söhbətə başlamış, Şahid1 memarlıq-planlaşdırmanın sənədlərini ona təqdim etmiş, o daha sonra Natiqə pulu avtomobildən bayırda gözləyən Bəhruz adlı şəxsin onun avtomobilinə əyləşdikdən sonra pulu ona verməsini bildirmişdir. Həmçinin Şahid1 ona inanması üçün yalandan Şahid2 ona icra hakimiyyəti aparatı başçısının qohumu kimi təqdim etmişdir. O, avtomobildən kənarlaşıb Şahid2 avtomobildə əyləşib Şahid1 verdiyi 25.000 manat pulu sayıb qəbul etməsini tapşırmış və Bəhruz avtomobilə əyləşib təxminən 5-10 dəqiqə müddətində pulu Natiqdən alıb onun yanına gəlmiş, o da həmin müddətədək Natiqin verdiyi memarlıq- planlaşdırma sənədlərini özünə məxsus avtomobilə qoymuşdur. Natiq pulu Bəhruza verdikdən sonra ona yaxınlaşıb həmin məsələ ilə bağlı heç kimin onun sahəsinə gəlməməsi ilə bağlı göstəriş verməsini xahiş etmiş, o da Natiqə narahat olmamasını, artıq məsələnin həll olunacağını bildirmişdir. Həmin vaxt o Bəhruzdan göstərişi ilə Natiqdən aldığı 25.000 manat pulu ondan almamış Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və Şahid1 verdiyi 25.000 manat pul aşkarlanaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 308.2 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş yeni məzmunlu ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Şahid1 ona müraciət etməsindən sonra Şahid4 əvvəllər memarlıq sahəsində işlədiyini bildiyi üçün Şahid4 kənd təsərrüfatı təyinatlı torpaq sahəsində anbar tikilisinə icazə verilib-verilmədiyini maraqlanmış, Azər də ona lahiyəyə əsasən tikili aparılacaq anbarın daş və ya konstruksiyalı olub-olmamasından asılı olaraq qaydaların dəyişildiyini demişdir. Şahid1la danışıq zamanı ona ilkin olaraq işinin müsbət həlli üçün 30.000 manat və daha sonra da 25.000 manat deməsi ilə bağlı heç kimlə razılaşmamış, məqsədi Şahid1 aldadaraq pulunu ələ keçirdikdən sonra təqdim etdiyi sənədlərin qanuniliyi yoxlatdırmaq, tikili aparılmasının qanuni olduğu halda həmin pulu heç kimə demədən öz xeyrinə almaq, qanunsuz olacağı halda isə geri qaytarmaq olmuşdur. (Cild 1, iş vərəqləri 135-138, 171-175, 256-258). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, təxminən 3 il bundan əvvəl Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində əkin üçün yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xüsusi mülkiyyət əsasında almışdır. Həmin torpaq sahəsində əncir ağacları əkilmiş, əncir bağı salınmışdır. Sözügedən torpaq sahəsi 2021-ci il tarixdən bəri onun xüsusi mülkiyyətindədir. Hazırki məsələlər baş verməzdən əvvəl bağ sahəsində yerləşdirilmiş konteynerləri heç bir orqanla razılaşdırmadan yerləşdirmişdir. Çünki, onların yerləşdirilməsinə dair hər hansı icazə tələb olunmur. Bağ sahəsində kənd təsərrüfatlı olduğu üçün fəhlələr işləyirlər və gündəlik işlər görürlər. Həmin fəhlələrin yuyunmaq, paltarlarını dəyişmək, istirahət etmək və qidalanmaq kimi günlük rejimlərini həyata keçirmək üçün otaqlar olmalıdır. Bunun üçün taxtadan yüngül konstruksiya yerləşdirmək fikrinə düşmüşdür. Əncir bağı sahəsinin içərisində 2 ədəd konteyner var. 5 ədəd konteyner daşlar üzərinə qoyulmuşdur. 5 ədəd də beton üzərində taxta konstruksiyalı tikili qoyulmalı idi. Müvafiq qanunun tələbinə əsasən, sahəsi 100 kvadratmetr olan kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Bununla bağlı icra nümayəndəsi Şahid3 müraciət etmişdir. Şahid3 onu Zərərçəkmiş şəxs Memarlıq və Tikinti şöbəsinin əməkdaşına yönləndirəcəyini bildirmişdir. Bağ sahəsinə dair memarlıqplanlaşdırma sənədlərini götürüb Şahid3 yanına getmişdir. Şahid3 onu Təqsirləndirilən şəxs yönləndirmişdir. Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, görüş yeri təyin etmiş və Zərərçəkmiş şəxs inzibati binasının qarşısında görüşmüşlər. O, Təqsirləndirilən şəxs bağ sahəsində olan göl ətrafında 5 ədəd yüngül konstruksiya yerləşdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu barədə danışacağını demişdir. Bu ərəfələrdə icra nümayəndəsi ona mobil telefon vasitəsilə zəng edərək, işin həll olub-olmadığını soruşurdu. O da cavabında danışıqların getdiyini deyirdi. O, “işini həll eylə, elə etmə ki, özüm gəlim” deyirdi. O, ümumiyyətlə, Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs ilə sadəcə pul barədə danışıqlar həyata keçirmişdir. Pulu adını xatırlamadığı gənc oğlana vermişdir. Hansı ki, Təqsirləndirilən şəxs həmin şəxsi ona Zərərçəkmiş şəxs Başçısının qohumu kimi təqdim etmişdi. O, istintaq orqanının apardığı istintaqdan narazıdır. Belə ki, rüşvət qismində verilən pulu qəbul edən və rüşvətin alınması, verilməsi proseslərini yönləndirən şəxslər cinayət məsuliyyətinə cəlb olunmamış, sadəcə pul barədə danışıqlar aparan şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur.O, Təqsirləndirilən şəxs pul verməmişdir. Qeyd etdiyi hal ilə bağlı şikayətlər ünvanlamağa başlamışdır. Bir gün Zərərçəkmiş şəxsnə bağ sahəsində tikinti aparmağına dair rəsmi məktub ünvanlamışdır. Şahid3 köməkçisi ona zəng edərək, ünvanladığı məktubun rəsmi cavabının hazır olduğunu və bağ sahəsinə gəlib orada ona təqdim edəcəklərini bildirmişdir. Həmin vaxtadək Şahid3 və s. digərləri heç vaxt həmin bağ sahəsinə gəlməmişdilər. Ona təqdim olunan rəsmi cavabda sahəsi 100 kvadratmetr olan kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmadığı qeyd edilmişdir. Lakin 1 gün sonra həmin tikilini sökürlər. Zərərçəkmiş şəxsndə olduğu zaman tikilinin sökülmə səbəbi kimi onun beton üzərində tikilməməsi bildirilmişdir. Şahid3 onu heç kim yönləndirməmişdir. Şahid3 səlahiyyətli şəxs olmuşdur. Vətəndaş kimi ona müraciət etmiş, o da düzgün istiqamətləndirməmişdir. Şahid3 onu Təqsirləndirilən şəxs yönləndirmişdi. Təqsirləndirilən şəxs də rəhbər şəxslərlə məsləhətləşəcəyini demişdi. Şahid3 yanına getməzdən əvvəl Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və hazırki məsələni qeyd edərək, ondan pul istəyəcəklərini demişdir. Həmin idarənin əməkdaşları ondan pul istəniləcəyi halda yenidən müraciət etməyini bildirmişlər.O, pulu həmin tikili üçün hər hansı icazə verilməsi üçün deyil, sadəcə qanuni olaraq icazə verilən tikilinin sökülməməsi üçün verirdi. Ümumiyyətlə Təqsirləndirilən şəxs ilə 2 dəfə görüşmüşlər. İlk dəfə görüşəndə ondan olduğu adresi atmağını istəmişdir. Sonra onlar maşında görüşmüşlər. Layihəni ona vermişdir. Ondan əvvəl telefonda layihənin götürülməsi üçün danışmışlar. Bütün görüşlər zamanı audiovideo yazı olmuşdur. Elməddin adlı icra hakimiyyətinin nümayəndəsi zəng eləmişdir. Ona bildirmişdir ki, “əgər məsələni həll etməmiş tikintiyə başlasan, məsələni özüm gəlib həll edəcəm”. Elməddin hətta ona hədə-qorxu gəlmişdir ki, ondan icazə almadan tikinti apara bilməz. Hətta bununla bağlı polisə müraciət etmişdir. İcra nümayəndəsi ünvanladığı ərizəyə rəsmi cavabı təqdim etmək üçün bağ sahəsinə gəlmişdi. Həmin vaxt o, “nə etdilər ki, mənə?” deyə sual vermişdi. Həmin vaxt Təqsirləndirilən şəxs saxlanılmışdı. İcra nümayəndəsi də bu halı nəzərdə tutaraq, həmin ifadəni işlətmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə zamanı Təqsirləndirilən şəxs qeyri-rəsmi sürücüsü kimi fəaliyyət göstərmişdir. Ona həm, müdiri, həm də böyük qardaşı kimi hörmət etmişdir. Daha çox Təqsirləndirilən şəxs ilə çalışdığı üçün əmək haqqını o verirdi. Hadisə günü Təqsirləndirilən şəxs ona zəng etmiş və icra hakimiyyətinə çağırmışdır. Onlar görüşmüş, daha sonra onun maşınına əyləşmişdir. Pul verməli idi. Şahid4 çatdırılası idi. Pul Şahid1 tikinti işi ilə bağlı olmuşdur. Pulu verən vaxt Təqsirləndirilən şəxs maşınında əyləşmişdilər. Sonra Natiq öz maşını ilə gəlmişdi. Pulu Natiqin yanında saymış və vermişdir. Təqsirləndirilən şəxs maşını Natiqin maşınından 10-15 metr məsafədə uzaqlıqda dayanmışdı.Pulu aparıb verən zaman Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, hazırda Zərərçəkmiş şəxs Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəisinin müavini vəzifəsində işləyir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəis müavini kimi əsas vəzifəsi ərazi üzrə vətəndaşların sosial məsələlərin həll edilməsinə köməklik göstərməkdir və bu istiqamətdə işlər görür. Hər hansı təyinatlı torpaq sahələrində tikinti işlərinin görülməsi ilə bağlı məsələləri həll etmir. O, əvvəllər digər icra hakimiyyətinin yaxud Zərərçəkmiş şəxs Memarlıq və Tikinti şöbəsində işləməmişdir. Təqsirləndirilən şəxs rüşvət almasını məhkəməyədək icraat zamanı öyrənmiş, əvvəllər qeyd olunan haldan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu Zərərçəkmiş şəxs Başçısı tərəfindən keçirilən tədbirlərə dəvət edirdi. Təqsirləndirilən şəxs bu cür tanımışdır. Təqsirləndirilən şəxs vətəndaşdan 30000 manat məbləğində pul istəməsi və s. buna dair digər hallar barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ondan hər hansı tikinti məsələsinə dair məsləhət almamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə, tikinti işlərinə icazə məsələlərinin onun tərəfindən həll edildiyinə dair bildirdikləri həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs işlə əlaqədar olaraq, Zərərçəkmiş şəxs Başçısının göstərişlərini ona bildirmək üçün onun mobil telefonuna zəng etmişdir. Onunla yalnız bu məqsədlə telefon danışıqlarıolmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, O, Təqsirləndirilən şəxs 2014-2015-ci il tarixdən bəri tanıyır. Təqsirləndirilən şəxs rəhbər şəxslərin göstəriş və tapşırıqlarını onlara çatdırırdı. Şahid1 bir gün ona zəng edərək, tikinti layihəsi olduğunu bildirmişdir. O da ona həmin tikintiyə dair sənədləri gətirməsini demişdir. Şahid1 sənədləri gətirmiş, sənədlərə baxdıqdan sonra ona yüngül konstruksiya yerləşdirməsi üçün icazə olduğunu bildirmişdir. O, anbar tikmək istədiyini demişdir. O da onu Təqsirləndirilən şəxs yönəltmişdir. Şahid1 tikinti həyata keçirmək istədiyi torpaq sahəsi onun icra nümayəndəsi olduğu ərazidə yerləşirdi. Təqsirləndirilən şəxs mobil telefon nömrəsini bildiyi üçün Şahid1 ona yönəltmişdir. Çünki, Zərərçəkmiş şəxsndən tanıdığı Təqsirləndirilən şəxs idi. Digər şəxslər yeni əməkdaşları olduğu üçün onları tanımırdı. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərini bilmirdi. Sadəcə, onu tanıdığı üçün Şahid1 Təqsirləndirilən şəxs yönəltmişdir. Bundan əlavə, Şahid1 Zərərçəkmiş şəxsnə ərizə yazacağı təqdirdə, böyük ehtimal ilə ona icazə veriləcəyini də demişdir. Təqsirləndirilən şəxs zəng edərək, “elə et ki, oraya gəlməyim” ifadəsini işlətmişdir. Ona görə ki, Şahid1 Zərərçəkmiş şəxsnə rəsmi qaydada müraciət etmədən, tikinti aparsaydı, tikintinin aparıldığı ərazi onun icra nümayəndəsi olduğu əraziyə aid olduğu üçün həmin ərazidə tikintinin qarşısı almaq onun öhdəliyində idi və polis əməkdaşlarını çağıraraq həmin əraziyə getməli idi. O da ona rəsmi qaydada müraciət etməsini bildirmiş və bu səbəbdən qeyd olunan ifadəni işlətmişdir. Şahid4 isə əvvəlcədən tanımırdı. Onu məhkəməyədək icraat zamanı görmüşdür. Şahid1 ilə 1 dəfə danışığı olmuşdur. Lakin pul ilə bağlı heç bir danışıqları olmamışdır. Şahid1 yüngül konstruksiya yerləşdirmək üçün icazəsi olduğunu izah etmişdir. Lakin anbar tikintisi həyata keçirmək istədiyini demişdir. Onun sənədlərinə də baxış zamanı iri həcmli layihə olduğunu görmüşdür. Şahid1 zəng etdikdə, ona “çox istəyirlər” məzmununda ifadələr bildirmişdi. O da başa düşməmişdir. Sonda Şahid1 onu problemə salmamasını bildirmişdir. Hadisənin baş verdiyi tarixi xatırlamır. Təxminən Şahid1 ona 10 oktyabr 2023-cü il tarixdə zəng etmiş, 11 oktyabr 2023-cü il tarixdə yanına gəlmişdir. O, Şahid1 kömək etmək istəmişdir. Şahid1 onun yanına gəldikdə, onu “problemli şəxs” kimi qəbul etməmiş, hər hansı bir problem yaranacağını düşünməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, oğlu noyabr ayında tutulan zaman onu Zərərçəkmiş şəxsnə başçının qəbuluna çağırmışlar. Şahid4 və Nurlan Həsənov onu qarşılamışlar. A.Fərzəliyevin qəbuluna aparmışlar. Otaqda Şahid4, Nurlan Həsənov və Şahid2 olmuşdur. Həmin gün ona A.Fərzəliyev söz vermişdir ki, “oğlun törədilən əməli öz üzərinə götürsün, onu həbsdən azad etdirəcəm”. Bundan başqa həmin müddət ərzində ailəyə yardım göstərəcəyinə dair sözlər vermişdir. Hətta əvvəllər başqalarını necə azad etdirmişdirsə, onu da azad etdirəcəyini vəd etmişdir. Lakin heç birinə əməl olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də qiymətləndirib mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 20 noyabr 2023-cü il tarixdə Şahid4 Əmirxan oğlu ilə Təqsirləndirilən şəxs arasında videoçəkiliş aparılmaqla keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid4 Təqsirləndirilən şəxs Şahid1 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində saxlanc anbarı və digər tikili yerləşdirmək üçün sonuncudan qanunsuz olaraq pul istəməsindən və almasından məlumatının olmadığını, Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı ona müraciət etmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. (Cild 1, iş vərəqləri 143-146). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 21 noyabr 2023-cü il tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında videoçəkiliş aparılmaqla keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid1 Abşeron rayonu ərazisində özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində saxlanc anbarı və yüngül konstruksiyalı tikilinin quraşdırılması üçün Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr və noyabr ayına olan müddətlərdə ondan icra hakimiyyəti rəhbərliyinin adından 30.000 manat pul istəməsini və daha sonradan razılıqları üzrə həmin məsələnin müsbət həlli üçün 20 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Zərərçəkmiş şəxs qarşısında görüşüb sonuncunun göstərişi ilə Şahid2 25.000 manat pul verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. (Cild 1, iş vərəqləri 176-179) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5 (001 )-1086/2023 nömrəli qərarından görünür ki, Mirqasım Rəfail oğlunun barəsində qərar qəbul edildiyi gündən 3 (üç) ay müddətinə texniki vasitələrdən istifadə edilməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri olduğu halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. (Cild 1, iş vərəqləri 14-16) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan pul əskinaslarının təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 məxsus 250 ədəd 100 manat nominalında pul əskinasları (hər birinin ayrı-ayrılıqda nömrəsi qeyd olunmaqla) təsərrüfatı təyinatlı torpaq sahəsində saxlanc anbarı və yüngül konstruksiyalı tikilinin quraşdırılmasına icra hakimiyyəti tərəfindən maneəçilik törədilməməsi üçün Təqsirləndirilən şəxs təqdim etmək üçün baxış keçirilərək onun özünə təqdim edilmiş və üzərinə “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılaraq istifadə qaydaları izah edilmişdir. (Cild 1, iş vərəqləri 19-82). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus avtomobildən Şahid1 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin memarlıq-planlaşdırma sənədləri və Şahid2 Şəhriyyar oğlunun üzərindən əməliyyat tədbirində istifadə edilməsi üçün üzərinə “nəzarət 2023” sözləri yazılmış 250 ədəd 100 manatlıq pul vəsaiti aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 83-84). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 20 noyabr 2023-cü il tarixli qərarla təyin edilmiş sənədlərin texniki ekspertizasının 06 dekabr 2023-cü il tarixli 5/1645 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində 100 manatlıq pul əskinaslarının üzərində UB işıqda görünən “Rüşvət 2023” və “Nəzarət 2023” yazıları aşkar olundu. (Cild 1, iş vərəqləri 244-248). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 20 noyabr 2023-cü il tarixdə Şahid1 üzərinə quraşdırılmış yoxsa “Stayer” markalı xüsusi texniki avadanlıq vasitəsilə qeydə alınmış videogörüntülərə 20 noyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, 20 noyabr 2023-cü il tarixdə Mirişli X1 Natiq Rauf oğluna məxsus avtomobilin ön sağ sərnişin qapısını açıb onunla söhbət etdikdən sonra əvvəlcədən razılaşdıqları 25.000 manat pul vəsaitini icra hakimiyyəti aparatının başçısının qohumu kimi təqdim etdiyi Şahid2 Şəhriyyar oğluna verməsini bildirdikdən sonra Şahid2 Şahid1 məxsus avtomobilin ön sağ sərnişin qoltuğunda əyləşərək sonuncunun ona təqdim etdiyi 25.000 manat pul vəsaitini sayaraq ondan təhvil almışdır. (Cild 1, iş vərəqləri 91-95). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Şahid1 Təqsirləndirilən şəxs ilə telefon danışıqlarını qeydə aldığı səs yazılarının köçürüldüyü CD diskə 21 noyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Şahid1 məxsus Pirəkəşkül kəndi inzibati ərazi dairəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində saxlanc anbarı və yüngül konstruksiyalı tikilinin yerləşdirilməsi üçün Şahid1 Təqsirləndirilən şəxs müraciətindən sonra Təqsirləndirilən şəxs icra hakimiyyətinin rəhbərliyi adından ona işinin müsbət həlli üçün 30.000 manat pul verməsini tələb etmiş və daha sonrakı danışıqlar zamanı həmin işin həlli üçün Şahid1 20 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Zərərçəkmiş şəxs qarşısında görüşərək Təqsirləndirilən şəxs 25.000 manat pul verməsinə dair razılıq əldə etmişlər. (Cild 1, iş vərəqləri 103-109) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs başçısının 02 aprel 2015-ci il tarixli, 16 nömrəli Əmri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəq 235). Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisinin vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək, şöbənin vəzifələrini yerinə yetirmək üçün aparatın struktur bölmələrindən, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan zəruri məlumatlar və sənədləri almaq, Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşlərinin təşkilində iştirak etmək, Rayon İcra Hakimiyyəti ilə bələdiyyələrin, aidiyyəti idarə, təşkilat, müəssisə və orqanların fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərilməsini təşkil etmək, şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların qanunvericiliklə nəzərdə tutulmuş qaydada düzgün cavablandırılmasını həyata keçirmək, şöbəni funksional fəaliyyətə uyğun olaraq tədbirlərdə təmsil etmək, vətəndaşların qəbul edilməsi və qanunvericiliyə uyğun olaraq müvafiq izahatların verilməsini həyata keçirmək, Rayon İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarının, tapşırıq və göstərişlərinin, həmçinin fəaliyyət istiqamətlərinə uyğun normativ aktların və dövlət proqramlarının icrasından irəli gələn vəzifələri yerinə yetirmək kimi səlahiyyətlərə malik təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə səlahiyyətlərinə malik şəxsdir. (Cild 1, iş vərəqləri 236-237). Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd DVD fromatlı, 01 ədəd CD formatlı disklər, Şahid1 məxsus memarlıq-planlaşdırma sənədləri maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Şahid1 məxsus 250 ədəd 100 manatlıq pul əskinaslarının maddi sübut kimi tanınmışdır (Cild 1, iş vərəqləri 278-289) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 225-227). Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdikləri dəlilləri, yəni rüşvət almaması, məhkəməyədək icraat zamanı ona təzyiqlər göstərilməsi və aldadılması, yalnız vasitəçi rolundan çıxış edərək alınmış pul vəsaitlərinin yuxarı rəhbərliyə çatmalı olduğu ilə bağlı ifadəsində göstərdikləri xüsusatları və məhkəmədə gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin Şahid5 oğlu Təqsirləndirilən şəxs leyhinə göstərdikləri xüsusatlar şahidin təqsirləndirilən şəxslə yaxın qohumluq münasibətinin olması ilə izah olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin valideyninin təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər və ağır nəticələrə səbəb olan mühüm vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına uyğun hüquqi mövqeyi tutaraq qeyd edir ki, əgər vəzifəli şəxsin əməlində CM-in 311.3.3-cü maddəsinin tərkibi varsa, bu norma xüsusi norma olduğundan, əməlin həm də CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsinə zərurəti aradan qaldırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan çıxarılmaqla, onun əməli Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməli qəsdən törətmiş və bu cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməli, həmçinin əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, onlara istinad edilən cinayət əməlini törətmələrinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər, həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, onun təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir, onun himayəsində 2016-cı il təvəllüdlü bir, 2022-ci il təvəllüdlü isə iki qız övladı olmaqla, ümumilikdə üç azyaşlı qız övladı vardır. (Cild 1, iş vərəqləri 297-311) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, evli olmaqla ailəni dolandıran yeganə şəxs olması, ata qayğısına ehtiyyacı olan 3 azyalı qız övladının olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, habelə təqsirləndirilən şəxsin azyaşlı uşaqlarının olması, ailəni dolandıran yeganə şəxs olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, işdə və cəmiyyətdə müsbət xarakerizə olunması kimi cinayətin ictimai təhlükəliliyini azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD fromatlı, 01 ədəd CD formatlı disklər, Şahid1 məxsus memarlıq-planlaşdırma sənədləri iş materiallarında saxlanılmalıdır. Şahid1 məxsus 250 ədəd 100 manatlıq pul əskinaslarının onun özünə təhviln verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk və memarlıq-planlaşdırma sənədləri iş materiallarında saxlanılsın. Şahid1 məxsus 250 ədəd 100 manatlıq pul əskinaslarının onun özünə təhviln verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-38/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-38/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver