Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-381/2023 13.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs : Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bəhram oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona yüklənmiş «Whatsapp» mobil tətbiqdə tanımadığı kişi cinsli şəxslə sevgi məzmunlu yazışmalarının olduğunu görüb anasına öz iradını bildirdikdən sonra sonuncu ona kobud tərzdə bunun şəxsi işi olduğunu bildirməsindən əsəbiləşib evdən çıxaraq nənəsi Şahid2 qızının evinə gedib orada gecələyərək növbəti gün, yəni 10 oktyabr 2022-ci il tarixdə anasının əxlaqsız hərəkətlər etdiyini, bunu qəbul edə bilməyəcəyini, həmin hərəkətlərin onu ətrafdakı şəxslər arasında nüfuzdan salması qənaətinə gəlib anasını qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və niyyətini həyata keçirmək məqsədi ilə həmin gün saat 19 radələrində yaşadıqları Şamaxı şəhəri Adil Zülfüqarov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək yazışmanı oxumaq üçün anasından ona mobil telefonunu verməsini tələb etmiş, sonuncu mobil telefonunu verməkdən imtina etdikdə evin mətbəxindən götürdüyü bıçaqla anasını hədələyərək mobil telefonunu aldıqda həmin şəxslə yazışmanın artıq «Whatsapp» mobil tətbiqdən silindiyini görüb mobil telefonu qonaq otağındakı masanın üzərinə qoyaraq anasını qisas niyyəti ilə öldürmək məqsədi ilə yataq otağına daxil olaraq həmin otaqdakı çarpayıda arxası üstə uzanıqlı vəziyyətdə olan anası Zərərçəkmiş şəxs sol tərəfdən yaxınlaşıb hər iki əli ilə boğaz nahiyəsindən tutmaqla anasını boğmağa başlamış, həmin vaxt bacısı X3 26 noyabr 2016-cı il təvəllüdlü oğlu Şahid1 həmin otaqda olmasına və qorxaraq ağlamasına məhəl qoymayaraq sonuncunun gözü qarşısında ona xüsusi əzab və iztirablar verdiyini dərk edib öz hərəkətlərini davam etdirərək anasına boyunun sol və sağ yan səthlərinin qançırları, boyunun orta-aşağı səthinin sıyrığı kimi dərəcələri təyin edilməyən xəsarətləri yetirmiş, bir neçə dəqiqə ərzində anasını boğduqdan sonra sonuncunun ona artıq müqavimət göstərmədiyini və hərəkətsiz olduğunu görüb anasını öldürdüyünü, yəni öz məqsədinə nail olduğunu düşünərək hadisə yerini tərk edib təslim olmaq üçün könüllü surətdə Şamaxı rayon polis şöbəsinə gələrək anasını əlləri ilə boğaraq öldürməsi barədə məlumat vermiş, lakin Zərərçəkmiş şəxs sağ qaldığından əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə baş çatdıra bilməyib, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 mart 2022-ci il tarixdə onun atası rəhmətə getdikdən sonra psixologiyası çox pozulmuş, əsəblərini idarə edə bilməməyə başlamışdır. O, hadisəni ani əsəb halında törətmiş, törətdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hadisə baş verən vaxt bacısının oğlu evdə olmuşdur. O, anasını boğduqdan sonra onda həyat əlamətləri olmuşdur. Hadisədən sonra polis bölməsinə təslim olmaq üçün getmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, anasını öldürmək fikri olmamışdır. Hadisənin təsirində olduğu üçün polis bölməsinə getdiyi zaman anasını öldürdüyünü söyləmişdir. Atasında da, dayısında da psixi xəstəliklər olmuşdur. Zərərçəkmiş şəxs 12 oktyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışıdr. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü oğlu Təqsirləndirilən şəxs evə gəlmiş, ondan yemək istəyib-istəmədiyi soruşmuş, o, istəmədiyini söyləmişdir. Daha sonra o başı ağrıdığı üçün yatmağa getmiş, ardınca Vahid isə yanına gələrək “İnstagram” sosial şəbəkəsinə baxmaq üçün onun telefonunu istəmiş və o, da telefonu vermişdir. Telefon Vahidin əlində olarkən ona sevgi mesajı gəlmiş və Vahid həmin mesajı görmüşdür. Həmin hadisənin təsirindən Vahid onun boğazını sıxmış, bu zaman o, huşunu itirmişdir. O, özünə gəldikdə isə Vahid artıq evdən getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Vahid onun olduğu otağa gəldiyi zaman o tək olmuşdur. Nəvəsi otağa o, ayıldıqdan sonra gəlmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həmin gün o, işdən evə gəlmiş və avtomobilini evin yanında saxlamışdır. Bu zaman polis avtomobili görmüş, polis əməkdaşları ondan Zərərçəkmiş şəxs soruşmuş və o Mərziyyənin bacısı olduğunu demişdir. Onlar ona bacısının sağ olub-olmadığını soruşmuş və o, təəccübləndikdə isə onlar ona bacısının salamat olub-olmadığına baxmağını bildirmişdirlər. O, evə girmiş və bacısının salamat olduğunu görüb polis əməkdaşlarına məlumat vermişdir. Onlar da ona bacısının izahat verməli olduğunu söyləmişdirlər. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası və atası Bakı şəhərində işlədikləri üçün üç ildir ki nənəsi Zərərçəkmiş şəxs və dayısı Təqsirləndirilən şəxsla birlikdə yaşayır. Nənəsi Mərziyyəni və dayısı Vahidi çox sevir, Vahidi nənəsindən də çox istəyir. Vahid dayı ona nənəsi Mərziyyəni sevmədiyini demişdir. O, balaca olanda Vahid dayı onunla çox oynamış, lakin böyüyəndən sonra Vahid dayı onunla oynamamışdır. Vahid dayı işləmək üçün Bakı şəhərinə getmişdir. Bir müddət əvvəl Vahid dayı nənəsi Mərziyyənin “Whatsapp”-da Cavidlə danışdığını görmüş, buna görə çox hirslənmiş və nənəsi ilə mübahisə etmişdir. Dayısı Vahid yaşadıqları evdə əlləri ilə nənəsinin boğazını sıxıb onu boğmağa başlamışdır. Vahid dayı mətbəxdən nənəsinin böyük bıçağını götürüb Mərziyyə nənəni boğmuşdur. Vahid dayı nənəsini boğanda o da həmin otağda olmuş, onları görmüş, çox qorxduğu üçün ağlamışdır. Vahid dayı iki dəfə nənəni boğmuş, Vahid dayı nənəsini boğduqdan sonra nənəsi tərpənməmiş və dayı onu polis tutmaması üçün qaçmışdır. Vahid qaçandan sonra o nənəsinin yanında uzanmış, beş dəqiqədən sonra nənəsi oyanmış və onlar birlikdə böyük nənəsi Şahzərifin evinə getmişlər. Vahid dayı əlləri ilə nənəsini boğandan sonra qaçanda Mərziyyə nənə yatmışdır. Şahid2 qızı məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. X4 90-cı illərdə dəqiq xatırlamadığı tarixdə bacısı X1 Kərimovla ailə həyatı qurmuş, birgə nikahdan İlahə, Xanım, Şəbnəm, Gülnar adlı qız övladları, 2005-ci ildə isə Vahid adlı oğlan uşağı dünyaya gəlmişdir. X7 ərindən boşanıb ikinci dəfə ailə həyatı qurduğundan, birinci nikahdan olan oğlu İslam Kərimov hazırda qızı Mərziyyə ilə və nəvəsi Təqsirləndirilən şəxsla birlikdə yaşayır və qızı Mərziyyənin himayəçiliyindədir, hazırda onun altı yaşı vardır. İslamın anası İlahə Kərimli isə ildə bir neçə dəfə gəlib ona baş çəkir. 2022-ci ilin mart ayında kürəkəni Gündüz Kərimov uzun sürən serroz xəstəliyindən dünyasını dəyişmişdir. Oğlu Şahid3 uzun illərdir ki Bakı şəhərində işləməklə orada kirayədə qalır. 2022-ci ilin may ayında nəvəsi Vahid çörək pulu qazanmaq üçün Bakı şəhərində binaların tikintisində fəhlə kimi işləməyə başlamış və o vaxtdan oğlu İbrahimlə birlikdə sonuncunun kirayələdiyi evdə yaşamışdır. Vahidə dəfələrlə Bakı şəhərinə getməməyi, anası tək qaldığından onunla birlikdə qalıb qayğısına qalmağını desə də, Vahid sözlərinə məhəl qoymamışdır. X8 üçün Şamaxı şəhərində münasib iş də tapmış, lakin Vahid Bakı şəhərinə getmək qərar vermiş və 2022-ci ilin may ayından 2022-ci ilin oktyabr ayının əvvəlinədək Bakı şəhərində yaşamışdır. 2022-ci ilin oktyabr ayının əvvəlində Vahid Bakı şəhərində özünə iş tapa bilmədiyi üçün Şamaxı şəhərinə qayıtmış və hadisənin baş verdiyi günədək anası Mərziyyə və bacısının oğlu İslam Kərimovla birlikdə yaşamışdır. 09 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Vahid hirsli şəkildə yaşadığı evə gələrək anası Zərərçəkmiş şəxs mobil telefonda tanımadığı kişi ilə sevgi məzmunlu yazışmanın olduğunu deyib ona Mərziyyənin mobil telefonunu vermiş, yaşı ilə əlaqədar gözləri zəif gördüyündən, həmdə telefondakı yazışmadan məlumatı olmadığından mobil telefondakı yazışmanı ümumiyyətlə oxuya bilməyib qızının ləyaqətli qadın olduğunu, hansısa şəxsin onu şantaj etdiyini, ona şər atdığını demiş və Vahidi sakitləşdirməyə çalışmışdır. Vahid isə onu dinləməyib çox əsəbi şəkildə telefondakı yazışmanı oxumağa, həmin yazışmadan anasının hansısa kişi ilə sevgi münasibətlərində olmasını aydın olduğu bildirmişdir. Vahid sakitləşmədiyi üçün ona həmin gecə anasının yanına getməməyi, gecə onun evində qalmağını deyib növbəti gün səhər tezdən birlikdə Mərziyyənin evinə gedərək baş vermiş hadisəni aydınlaşdıracaqlarını demişdir. Vahid ona inanaraq Mərziyyənin mobil telefonunu ona verib yatmağa getmişdir. Vahid yatdıqdan sonra qızının ev telefonuna zəng edərək sabah səhər onun yanına gəlməyini demişdir. Növbəti gün, yəni 10 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində İslamı məktəbə apardıqdan sonra Mərziyyə evinə gəlmiş, o sonuncudan nə baş verdiyini, kiminlə yazışdığını soruşmuş, Mərziyyə cavabında bir nəfər kişi ilə yazışdığını, lakin həmin şəxslə sevgi münasibətlərində olmadığını, onunla yalnız dost olduğunu, Vahidin isə gördüyü yazışmanı düzgün anlamadığını, həmin şəxslə Vahidə iş tapmaq üçün danışdığını demişdir. O, qızına inanmış, Mərziyyəyə mobil telefonunu qaytarıb istifadə etdiyi telefon nömrəsini dəyişməyə tələb etmiş, qızı da ona mobil telefon nömrəsini dəyişəcəyini söz verib Vahidi görmədən çıxıb getmişdir. Günorta saat 12 radələrində Vahid yuxadan oyanmış və onun Mərziyyəyə mobil telefonu qaytarmağını bilib bərk əsəbiləşmiş, mobil telefonu anasına qaytarmasının səbəbini soruşmuş, o cavabında anası ilə danışdığını, həmin kişinin onun dostu olduğunu, Mərziyənin özünün istifadəsində olan mobil telefon nömrəsini dəyişəcəyini, məhz telefon nömrəsini dəyişmək üçün mobil telefonunu anasına qaytardığını demişdir. Lakin onun sözlərindən sonra da Vahid sakitləşməmiş və yeməyini yeyib evindən çıxıb getmişdir. Vahid evdən çıxarkən hansı istiqamətə getdiyi barədə ona heç bir məlumat verməmişdir. Vahid evdən getdikdən sonra narahat olduğu üçün bir neçə dəfə Mərziyyəyə zəng edib Vahidin evə qayıb-qayıtmadığını soruşmuş, lakin axşam saatlarınadək, yəni təxminən 3-4 saat ərzində Vahid evə gəlməmişdir. Həmin gün saat 21 radələrində Mərziyyə halsız vəziyyətdə İslamla birlikdə evinə gəlib Vahidin onu əlləri ilə boğaraq öldürmək istəməsini, öldüyünü zənn edərək çıxıb getdiyini demiş, həmin vaxt Mərziyyənin boğaz nahiyəsində sağ və sol hissədə qızartı izləri olmuşdur. O, Mərziyyədən Vahidin harada olduğunu soruşmuş, Mərziyyə isə ona Vahid onu boğduğu üçün huşunu itirdiyini, özünə gələndə isə Vahidin artıq evdən çıxıb getdiyini, sonuncunun harada olduğun bilmədiyini demişdir. Həmin vaxt Mərziyyə halsız olduğundan onu çarpayıya uzandırıb sakitləşdirməyə çalışmış, təxminən 40 dəqiqədən sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları evinə gələrək Vahidin Şamaxı rayon polis şöbəsinə gəlib anasını öldürməsi barədə məlumat verdiyini, hazırda Vahidin polis şöbəsində olduğunu, Mərziyyənin polis şöbəsinə aparıb ondan izahat alacaqlarını demiş, həmin vaxt oğlu İbrahim də evə gəlmiş, Mərziyyəni öz avtomobilinə əyləşdirib onu Şamaxı rayon polis şöbəsinə aparmış, o isə evdə qalmışdır. Bir neçə saatdan sonra İbrahim evə gəlib Vahidin anasını öldürməyə cəhd etdiyi üçün Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını, ondan izahat alındığını demişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin avqust ayında tanış olmuş, hadisədən təxminən 2 il əvvəl Zərərçəkmiş şəxs qızı Şəbnəm Kərimli ilə “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, Şəbnəmlə sosial şəbəkələr vasitəsi ilə danışsa da, onunla heç vaxt görüşməmiş, aralarında heç bir münasibət olmamışdır. Bir müddət Şəbnəmlə danışdıqdan sonra anasının əvvəllər bir nəfər sevgilisi olmasını, həmin şəxsin anası ilə görüşmədiyini, anasının həmin şəxslə əlaqə yarada bilmədiyini demiş, o Şəbnəm Kərimliyə anasının sevgilisinin olmadığı halda özü anası ilə danışıb sevgilisi ola biləcəyini demiş, Şəbnəm anasının mobil nömrəsini ona vermiş və ona “tanış ola bilirsənsə get tanış ol” sözlərini demişdir. O, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla tanış olmaq istədiyini demiş, ilk əvvəl tanış olmağa razılıq verməsə də, daha sonra Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir müddət Mərziyyə ilə adi zəng və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə görüntülü zəng, səsli zəng və mesaj vasitəsi ilə danışdıqdan sonra Mərziyyəyə vurulmuşdur. Adını xoşlamadığı üçün sonradan tanış olduğu insanlara adının Həsən olduğunu bildirir, Şəbnəm Kərimli və Zərərçəkmiş şəxs da onu Həsən adı ilə tanımış, əsl adının Pəsər olduğunu bilməmişlər. 2022-ci ilin avqust ayının sonlarından hadisənin baş verdiyi vaxtadək bir neçə dəfə Mərziyyə ilə görüşmüş və onunla yaxın münasibətləri yaranmışdır. 2022-ci ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Mərziyyə ilə görüşüb cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Həmin gündən sonrakı hazırki vaxta qədər o Mərziyyənin yaşadığı evə müxtəlif tarixlərdə 4 və ya 5 dəfə gecə saatlarında onun nəvəsi İslam yatdıqdan sonra gəlib, cinsi əlaqədə olduqdan sonra səhərə yaxın hava işıqlanmamış Mərziyyənin evini tərk edib getmişdir. xx.xx.2022-ci il tarixdə tanımadığı mobil nömrədən kişi cinsli bir nəfər ona zəng edərək Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə nə üçün sevgi məzmunlu mesaj yazdığını, Zərərçəkmiş şəxs tanıyıb-tanımadığını soruşmuş, həmin şəxsin kim olduğunu bilmədiyi üçün Zərərçəkmiş şəxs tanımadığını, mesaj göndərdiyi nömrədə rəqəm səhvliyinə yol verə biləcəyini və ya mobil telefonunun bibisi oğlunda olarkən həmin mesajı yaza biləcəyini, Zərərçəkmiş şəxs mesaj yazmadığını bildirib telefon danışığı sonlandırmışdır. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mərziyyə ona zəng edib oğlu Vahidin telefonunu əlindən almasını, bu səbəbdən zəng edə bilmədiyini demiş və sevgi məzmununda bir qədər danışdıqdan sonra zəngi sonlandırmışlar. Bundan sonra ona zəng edən şəxsin Zərərçəkmiş şəxs oğlu Vahidin olmasını bilmişdir. xx.xx.2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs ona yenidən zəng edərək oğlu Vahidin onu əlləri ilə boğmasını, sonuncunun onun öldüyünü düşündüyü üçün Şamaxı rayon polis şöbəsinə gedərək təslim olduğunu və tutulduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə görüşməmiş, Zərərçəkmiş şəxs ona tez-tez zəng etsə də, hər dəfə məşğul olduğunu bildirib danışığı tez sonlandırmağa çalışmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 497 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – boyunun sol və sağ yan səthlərinin qançırları, boyunun orta-aşağı səthinin sıyrığı küt əşya təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən əllə boğulması nəticəsində alınmağa uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs əllə boğulmasından sonra huşunun qısa müddətə itirilməsi mümkündür, həmin müddət dəqiqələrlə ölçülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid4 istifadəsində olan ***- ***-**-** nömrəsi ilə xx.xx.2022-ci il tarixdən etibarən hadisənin baş verdiyi günədək müxtəlif tarixlərdə çoxsaylı qarşılıqlı zənglərin olması müəyyən edilmişdir. Sonuncu dəfə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 10:41-də zəng edilmiş və danışıq 767 saniyə davam etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 15 oktyabr 2022-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A12” markalı mobil telefonun “Zənglər” bölümünə daxil olduqda 09 oktyabr 2022-ci il tarixdə saat 20:24-də həmin mobil telefondan Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə 19:53-də zəng edilərək danışığın 56 saniyə davam etdiyi, 20:22-də zəng edilib danışığın 1 dəqiqə 12 saniyə davam etdiyi, 20:24-də zəng edilib danışığın 1 dəqiqə 56 saniyə davam etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 6/6076 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Kərimovanın maykasının üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs sviterin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş açıq qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs idman şalvarının yan tərəflərində olan haşiyənin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3389 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə baş verənləri düzgün qavramaq və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, öz maraqlarını üstün tutmaq və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olna xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 10 oktyabr 2022ci il tarixdə saat 22:20-də Şamaxı rayon polis şöbəsinə gələrək həmin gün anası Zərərçəkmiş şəxs əlləri ilə boğaraq öldürməsini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, Şamaxı rayon İHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ödürmək niyyətinin olmaması, özündə yaranmış psixi pozuntu nəticəsində anasını boğması barədə verdiyi ifadələr özünü müdafiə xarakteri daşımaqla yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx xxxx 2005-ci il təvəllüdlü olmaqla, cinayət əməlini törətdiyi 10 oktyabr 2022-ci il tarixdə yetkinlik yaşına çatmamış, hal hazırda isə yetkinlik yaşına çatmışdır. Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmaması, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.10 və 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən, yəni 07 il 06 ay müddətindən çox ola bilməz. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 07 il 06 ay cəzanın müddətinin dördə üçü müddətindən artıq olmayan cəza təyin etməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 il 07 ay 15 gün müddətindən artıq cəza təyin edə bilməz. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixlə 2 saylı qərarının 12-ci bəndinə əsasən ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri AR CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində Şamaxı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli boğazlı sviter, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd qara rəngli qolsuz mayka sahiblərinə qaytarılsın qəbul etmədikdə məhv edilsin, 02 ədəd möhürlənmiş zərfdə Təqsirləndirilən şəxs tədqiqat üçün götürülmüş dırnaq nümunələri məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefonu təqsirləndirilən şəxsin ailə üzlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-381/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-381/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver