Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-383/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1961-ci il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 4-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannanis) bitkisinin toxumlarını 2023-cü ilin may ayında qanunsuz olaraq kultivasiya edib yaşadığı Quba rayonu, Səbətlər kəndində yerləşən evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan cücərmiş tərkibində narkotik maddələr olan ümumilikdə 26 ədəd, yəni külli miqdarda 11 ədədi narkotik tərkibli çətənə (kannabis) bitkisi və 15 ədədi narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini aqrotexniki qaydada qulluq etməklə yetişdirmiş, həmçinin istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 16,919 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 07 iyul 2023cü il tarixdə saat 00:20-də Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli qış gödəkcəsinin sol yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 16,919 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq həmin tarixdə saat 00:30-da yaşadığı evin həyətinə baxış keçirilən zaman bağ sahəsindən pomidor və çiyələk şitillərinin arasından 11 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli həmin çətənə (kannabis) bitkiləri, 05 ədəd çətənə (kannabis) bitkisinin şitilləri, 01 ədəd plastik qabın içərisindən 08 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, yaşadığı evin qarşısındakı 01 ədəd plastik qabın içərisində 02 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun yaşadığı ev həyət evidir və həmin həyətin qapısı yoxdur. Hadisə günü axşam saat 8 radələrində o, evdə telefonla danışa-danışa çölə çıxmış və həmin vaxt əlində şəkər qabı olmuşdur. O,çölə çıxan zaman bir nəfər şəxsin ona yaxınlaşdığını görmüş, qaranlıq olduğu üçün ətrafı aydın görə bilməmişdir. Həmin şəxs onu tutmuş və telefonu əlindən almışdır. O, həmin şəxsin oğru olduğunu düşünmüş və qışqırmışdır. O qışqıran zaman şəxs onun ağzını tutmuş və şəkər qabı onun əlindən düşmüşdür. Həmin şəxs onun qollarını tutmuş və ağzını buraxmışdır. O, kim olduğunu soruşduqda şəxs polis əməkdaşı olduğunu və səsini kəsməsini söyləmişdir. O, polis əməkdaşından nə səbəbə gəldiyini soruşmuş, polis əməkdaşı isə onun həyətində axtarış aparmaq üçün gəldiyini bildirmişdir. O, polis əməkdaşlarından axtarışla bağlı hər hansı bir sənəd təqdim etməsini istəmişdir. Həmin vaxt onun yanında bir nəfər polis əməkdaşı olmuş, daha sonra o, sağ tərəfdən tappıldı və qaçmaq səslərinin gəldiyini eşitmiş, şəxsdən həmin səsin nə olduğunu soruşduqda həmin şəxs ona polis əməkdaşlarının gəldiyini və səs etməməsini bildirmişdir. O, yüksək səslə polis əməkdaşından nə əsasla onun həyətinə girdiklərini soruşmuş və telefonunu istəmiş, polis əməkdaşı isə ona telefonunu verməmişdir. Polis əməkdaşı onun qollarını tutmuş və həyətdə nə əkdiyini soruşmuşdur. Həmin vaxt o, polis əməkdaşının əlindən çıxmış və həyətin arxa tərəfinə qaçmışdır. Polis əməkdaşlarının setkanın üzərindən hoppanıb keçdiklərini görmüş və arxa tərəfə qaçmış, polis əməkdaşı da onun arxasınca qaçmışdır. Daha sonra iki nəfər polis əməkdaşı onu tutmuş və əllərini arxadan tutaraq vurmağa başlamış, həyətdə əkdiyi bitkinin nə olduğunu soruşmuşlar. O, həmin bitkilərin kəndirotu olduğunu bildirmişdir. Bir nəfər polis əməkdaşı onun saçından tutub arxaya dartmış, ikisi əllərindən tutmuş, biri isə arxadan təpikləmişdir. O, qışqırmağa başlamış və polis əməkdaşı onun ağzından tutaraq həmin bitkilərin nə olduğunu və nə səbəbə əkdiyini soruşmuşdur. O, bitkinin kəndirotu olduğunu və yemək üçün əkdiyini bildirmişdir. Polis əməkdaşlarından biri koldan qırmış və zorla onun ağzına soxaraq yeməsini söyləmişdir. Daha sonra polis əməkdaşlarından biri onun üzünə şillə ilə vuraraq başqa kimin əkdiyini söyləməsini tələb etmiş, onun narkotik vasitələr satan şəxsləri tandığını bildirmişdir. O, heç kimi tanımadığını bildirmiş və ağzından bitkini çıxararaq yerə tüpürmüş, həmin vaxt polis əməkdaşı onun üzünə tüpürmüşdür. Gələn polis əməkdaşlarından hamısı mülki geyimdə olmuşdur. O, ağlamağa başlamış və qışqırmış, həmin vaxt 1-2 nəfər qonşunun gəldiyini görmüş, amma polis əmkdaşları onları çölə çıxarmışdır. Daha sonra iki nəfər polis əməkdaşı onun əllərindən tutmuş, iki nəfər isə onun baldırlarına ayaqlarını qoyaraq onu döyməyə başlamışlar. O, ağlamış və ürəyi xəstə olduğu üçün özündən getmiş, ayılan zaman onu sürüklədiklərini görmüşdür. Polis əməkdaşları yenə də ondan bitkiləri kimin əkdiyini soruşmuşlar, o, isə bilmədiyini söyləmişdir. Daha sonra onu həyətin qarşısına gətirmişlər və o, polis əməkdaşlarından ayaq yoluna getməsinə icazə vermələrini istəmişdir. Polis əməkdaşlarından biri rəis deyə səslənmiş və bir nəfər oğlan gəlmiş, polis əməkdaşı həmin oğlandan ayaqyoluna getməyə icazə olub-olmadığını soruşmuş, o isə icazə olmadığını bildirmişdir. Polis əməkdaşları onu həyətdəki stola oturtmuş, özləri də oturmuş, üç nəfər polis əməkdaşı onun yanında durmuş, iki nəfər isə onun qollarını burmuşdur. O, polis əməkdaşlarından evə niyə gidiklərini soruşmuş və ağlamışdır. Polis əməkdaşı onu döyməyə başlamışdır. Polis əməkdaşları evin hər yerini axtarmış, heç bir şey tapmamışdır. Polis əməkdaşları onun qurutduğu əvəlik bitkisini görmüş və onu döyməyə başlamış, həmin bitkinin nə olduğunu soruşmuş və bitkinin narkotik olduğunu söyləmişdir. Daha sora bir nəfər polis əməkdaşı gəlmiş və bitkinin narkotik olmadığını söyləmişdir. Daha sonra onlar başqa bitki tapmış və onun üzünə çırparaq ondan istifadə etdiyini söyləmişlər O, həmin bitkidən dərman məqsədi ilə çay dəmləyərək istifadə etdiyini bildirmişdir. Yenə də bir nəfər polis əməkdaşı həmin bitkinin narkotik vasitə olmadığını söyləmişdir. Polis əməkdaşları ona təpik vuraraq ikinci mərtəbədən aşağı düşürmüş və ona fiziki işgəncələr göstərmişlər. İki nəfər polis əməkdaşı onun yanında durmuş, biri isə həyəti gəzməyə başlamışdır. Daha sonra onun qonşusu gəlmiş, qızının onu axtardığını bildirmiş və ona telefon uzatmışdır Polis əməkdaşları ona mane olmuş və onun qolunu bərkdən buraraq dartmış, qoşusu isə telefonla daşınmasına icazə vermələrini istəmişdir. Polis əməkdaşları onun qonşusunu çölə çıxarmış, daha sonra onun xalası qızı, xalası oğlu və əmisi oğlu gəlmiş, amma onları yaxına buraxmamışlar. Onun evindən heç nə aşkar olunmamışdır. Daha sonra oradakı polis əməkdaşları birazdan başqa bir polis əməkdaşının gələcəyini və onun ayaqyoluna icazə verəcəyini bildirmişdir. O, Rusiyada olduğunu, təzəlikcə gəldiyini, kimin narkotik alveri ilə məşğul olduğunu bilmədiyini söyləmişdir. Gecə yarısı təhqiqatçı gəlmiş və ona nə isə yazdırmış, sənədlərə imza çəkdikdən sonra onu buraxacaqlarını bildirmişlər. Mülki formada olan hər kəs evin arxa tərəfində olmuş və onları görməmişdir. O, qızlarla gilas yığmağa getdiyi üçün 2-3 gün evdə olmamışdır. Təhqiqatçı gəldikdən sonra evi axtarmaq üçün icazə istəmiş, o isə polis əməkdaşlarının dediklərinə əsasən icazə olduğunu bildirmişdir. Onlar evə baxış keçirmiş və onu da yanlarında aparmışlar. Həmin vaxt sadəcə olaraq bir nəfər polis əməkdaşı onun qolundan tutmuşdur. Təhqiqatçı və polis əməkdaşları ikinci mərtəbəyə qalxmış və onun qurutduğu əvəlik, çobanyastığı və s. bitkiləri görmüş, daha sonra aşağı enmişlər. Polis əməkdaşları onun Rusiyadan aldığı gödəkcəsini gətirərək geyinməsini bildirmişlər. Daha sonra polis əməkdaşları ondan cibində olanları çıxarmasını istəmiş və o, cibindəki bükülünü çıxarmışdır. Təhqiqatçı həmin bükülünün nə olduğunu soruşmuş və bir nəfər polis əməkdaşı marixuana olduğunu bildirmişdir. Onun həmin bükülüdən xəbəri olmamış, həmin gödəkcəni sadəcə soyuq qış aylarında geyinmişdir. Daha sonra polis əməkdaşları ondan tələb etmişdir ki, narkotik vasitələrin istifdəçisi olduğunu yazsın. Polis əməkdaşları onu arxaya aparmış və çətənə bitkilərini göstərərək nə səbəbə əkdiyini soruşmuş, o isə yemək məqsədi ilə əkdiyini söyləmişdir. Onun atası məktəb direktoru işləmiş və kənddə hamı çətənə bitkisi əkərək toxumlarını qovurub yemişlər. Ona qabda 1-2 sm bitkiləri göstərərək kimin əkdiyini soruşmuşlar. O, həmin bitkilərdən xəbərinin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onları açmış, çöplər olduğunu görmüş və özləri ilə aparmışlar. Polis əməkdaşları ona dibçəkdəki bitkiləri göstərmiş və o, həmin bitkilərdən xəbərsiz oldğunu bildirdikdə polis əməkdaşı həmin bitkilərin onun əkdiyini yazmasını, onu buraxacaqlarını söyləmişdir. Daha sonra polis əməkdaşları onu da özləri ilə aparmışlar. Təhqiqatçı onu çağırmış və o, ağrıdığını bildirmişdir. Təhqiqatçı həkim çağıracağını söyləmiş və həkim gəlmiş, onun təzyiqinin qalxdığını bildirmişdir. Təhqiqatçı gecə saat 2-3 radələrində onun üzərinə qışqıraraq sənədə qol çəkməsini söyləmişdir. O, polis əməkdaşlarının onu vurduğunu və gözlərinin görmədiyini bildirdikdə təhqiqatçı hələ az döyüldüyünü söyləmişdir. O, məcbur qalıb sənədə imza çəkmişdir. Səhərisi gün vəkil və həkim gəlmiş, həkim onun üzərində xəsarətlər olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, həmin evdə tək yaşayır və evin həyətyanı sahəsi 18 sotdur. Həmin ev 2 mərtəbəlidir və hər iki mərtəbəsində yaşayış var. O, 7-8 ədəd çətənə bitkisini 2023-cü ilin aprel-may aylarında əkmişdir. O, bacısı ilə Sədərək Ticarət Mərkəzinə getmiş və oradan bankada keşniş toxumu almış, həmin toxumların içərisindən 9-13 ədəd çətənə toxumları çıxmışdır. O, əvvəllər də çətənə bitkisi görmüşdür. Həmin bitkiyə onlar kəndirotu deyirmiş və həmin bitkinin qabıqlarından kəndir düzəldir, özündən isə səbət düzəldirmişlər. Çətənə bitkisinin nə vaxt yetişdiyini dəqiq bilmir. O, həmin bitkiləri həyətin arxa tərəfində pomidor kollarının yanında əkmiş və bostanı sulayan zaman onlara da su getmişdir. O, Rusiyada yaşayan zaman yolların kənarlarında həmin bitkilərdən görmüş və hətta onları dərib yemişdir. O, heç vaxt marixuana istifadə etməmişdir. O, dibçəkləri ümumiyyətlə görməmişdir. Polis əməkdaşları 3 saat ərzində onu döymüş, amma onda xəsarət izləri qalmamışdır. Mülki geyimli polis əməkdaşlarından biri digərlərinə tapşırmışdır ki, döyən zaman diqqətli olsunlar və xəsarət izi buraxmasınlar. Polis əməkdaşlarının ona aqressiv davranma səbəbini bilmir. O, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını prokurora da bildirmişdir. O, yemək məqsədi ilə bəzən kəndirotunu marketdən də almışdır. Demək olar bütün marketlərdə həmin bitki satılır. Polis əməkdaşları onu 6 iyul tarixdə saat 8 radələrində tutmuşlar. 15 nəfərə yaxın polis əməkdaşı olmuş və onların hamısı mülki geyimdə olmuşdur. Onlar evdə və həyətdə axtarış aparmış, amma axtarışla bağlı ondan icazə ərizəsi alınmamışdır. Polis əməkdaşları zorla ona qış gödəkcəsi geyindirmişlər. Təhqiqatçı 7 iyul tarixdə gəcə saat 12-01 radələrində gəlmiş və sənədlər çıxararaq ondan həmin sənədləri imzalamasını tələb etmişdir. Təhqiqatçının yanında özünü vəkil kimi təqdim edən şəxs olmuş və o, vəkildən kömək isyətən zaman vəkil tövbəli olduğunu, ona kömək edə bilməyəcəyini bildirmiş, hətta dibçəklərin yerini o göstərmişdir. Polis əməkdaşları onu rayona aparmış və təhqiqatçının otağında sənədlərə imza çəkmiş, həmin vaxt yanında vəkil olmamışdır. Təhqiqatçı onu gecə saat 3 radələrində vəkilin iştirakı olmadan dindirmişdir. O, evin qabağında 4 ədəd polis avtomobili görmüşdür. Hadisə günü hava çox isti və alaqaranlıq olmuş, onun əynində yay geyimi olmuş və həmin vaxt gilas yığmaqdan gəlmişdir. O, təhqiqatçı gəldikdən sonra gödəkcə geyinmişdir. Həmin gödəkcəni ən son fevral ayında Rusiyadan qayıdan zaman geyinmişdir. Əvvəlcə gödəkcənin cibinə, daha sonra isə kollara baxış keçirilmişdir. Polis əməkdaşları qonşuların ora gəlməsinə icazə verməmişdir. Təhqiqatçının gəlməsindən əvvəl saat 10 radələrində qonşusu onlara gəlmiş, amma polis əməkdaşları onu çölə çıxarmışdır. Həmin vaxt onun əynində yay paltarı olmuşdur. Polis əməkdaşları onların evinə gələrkən özləri ilə printer və s. gətirməmiş, kənddə ona əl yazısı ilə bir sənəd yazdırmışdır. Polis əməkdaşları onu əvvəlcədən tanımamış, həmin polis əməkdaşlarının onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni polis əməkdaşları oxuş, o isə eşitmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai araşdırmanın ilkin dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 2017-ci ildən narkotik vasitədən istifadə edir. Həmin vaxtdan yaşadığı evdə bir qədər narkotik vasitə saxlamışdır. 2023-cü ilin may ayında evdə parçanın içərisinə bir qədər nəşə toxumları qoyub həmin parçanı islatmışdır. İslatdığı narkotik vasitələr cücərdikdən sonra həmin cücərən bitkilərin bir hissəsini plastik qaba tökmüş, qalan hissəsini isə yaşadığı evin bostanında çiyələk və pomidor şitillərinin yanına tullamışdır. Daha sonra plastik qabın içərisində yetişən nəşə şitillərindən 3 ədədini çiyələk şitillərinin yanına əkmişdir. Dibçəkdə qalan şitillərə isə qulluq eləməmişdir. Digər əkdiyi 3 ədəd nəşə bitkisinə su verib qulluq etməyə başlamışdır. Bir qədər keçdikdən sonra əkdiyi 3 ədəd nəşə bitkisindən birinin üzərində çiçəyi yarandığından plastik qabla həmin bir ədəd nəşə bitkisinə plastik qabla su vermişdir. 2023-cü ilin iyul ayının 6-da gecə saatlarında polis əməkdaşları yaşadığı ünvana yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağında və narkotik vasitələri yetişdirməkdə şübhəli olduğumu bildirmişlər. Bundan sonra dəvət edilmiş vəkilin və polis əməkdaşlarının da iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı və yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. İlk öncə sorğu zamanı o, əynində olan ağ rəngli qış gödəkcəmin sol yan cibində saxladığı narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim eləmişdir. Daha sonra onun da iştirakı ilə yaşadığı evə və evin həyətanı sahəsinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı evin arxa hissəsində olan bostandan nəşə bitkiləri və şitilləri və evinin qarşısında da bir ədəd plastk qabda şitillər aşkar edilmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilsə də evindən dövriyyəsi qadağan edilən əşya və ya predmentlər aşkar edilməmişdir. Yaşadığı evin bostanından aşkar edilmiş nəşə bitkilərindən yalnız 3 ədədinə qulluq edib yetişdirmişdir. Digərlərinin necə yetişməsini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, həyatı boyu narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilmiş və ifadəni polis əməkdaşları özləri yazmış, o isə imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, lampa almaq üçün mağazaya getmiş və qayıdan zaman Şifahigilin qapısında çoxlu polislər olduğunu görmüş, içəri daxil olan zaman iki nəfər şəxsin Şifahinin qolunu tutduğunu görmüşdür. Həmin vaxt Şifahinin əynində yay geyimi olmuşdur. Polis əməkdaşları onu çölə çıxarmış, amma o, çöldən də evi görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlarla Şifagilin evi arasında 5 dəqiqəlik məsafə var. Şifahilin evinin hasarı olmamış, sadəcə bir qırıq şifer olmuşdur. Polis əməkdaşlarının hərəsi Şifahinin bir qolundan tutmuşdur. O, uzaqdan Şifahinin qışqırıq səslərini eşitmişdir. O, bir nəfər şəxsi polis formasında görmüşdür. Polis əməkdaşlarından qoxduğu üçün çox söz deyə bilməmiş və çölə çıxmışdır. O, evə gedən zaman qardaşına zəng edib xəbər vermişdir. Şifahigilin evinin ətrafı setka və dəmirdir. Hadisə günü Şifahinin uşaqları orada olmamışdır. Onlar hadisədən iki gün əvvəl Şifahi ilə saat 4-5 radələrində lobya yığmağa getmişdir. Şifahi uşaqları gələcəyi üçün lobya yığıb soyuducuya qoyacağını söyləmişdir. Həmin bostanda pomidor, lobya, göyərti və çiyələk əkilmişdir. Həmin bostanda başqa heç bir şey görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini xatırlayır və həmin ifadəni təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasıqızıdır. Şifahi ilə münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Şifahi ilə eyni kənddə yaşasalar da evləri bir-birindən 300 metrdən artıq məsafədə yerləşir. Hazırda ayın tarixini dəqiq xatırlamır, ancaq yay aylarında gecə vaxtı yaşadığı kənddə evdə lampa partladığından mağazaya getmişdir. Mağazadan evinə doğru gələndə Şifahinin yaşadığı evin qarşısından keçən zaman evin həyətindən səs küy gəldiyini eşitmişdir. O, qapıya yaxınlaşıb içəri keçəndə tanımadığı şəxslər ona yaxınlaşıb həyətdən çölə çıxıb gözləməsini tələb etmişlər. O da həyətdən çıxıb küçədə bir qədər gözlədikdən sonra yaşadığı evə getmişdir. O, Şifahinin yaşadığı evin həyətinə girəndə tanımadığı şəxslər ona yaxınlaşıb dərhal çölə çıxardıblar. O, da qorxduğundan dərhal çölə çıxmış sonra isə yaşadığı evə getmişdir. Konkret olaraq orada olan şəxslərdən kiminsə Şıfahini vurub xəsarət yetirməsini görməmişdir. Çunki dediyi kimi onu evin həyətinə daxil olan kimi çölə çıxarıblar. O, həyətə girəndə Şifahinin yanında iki nəfər dayanmış və həmin şəxslərdən biri onun qolundan tutub hərəkət etməsinə icazə vermirmiş. Həmin vaxtı hava qaranlıq olmuş, həmçinin kənd yerində küçədə işıq olmadığından ola bilsin ki, həmin həyətə girməyini görən olmayıb. Lakin, həyətdə olduğunu gördükdən sonra yaxınlaşıb onun çölə çıxmasını tələb ediblər (cild 01, iş vər. 177-178). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, ilk dəfə idi ki, polis əməkdaşlarının qarşısında ifadə verirmiş, ona görə də həyəcanlı olmuşdur. Məhkəməyə gəlmədən əvvəl ona heç kim təzyiq göstərməyib. Hadisə vaxtı yay ayları olmuş və hava çix isti olmuşdur. ***-***-**-** mobil nömrəsi ona məxsusdur. O, qardaşının telefonu olmadığı üçün qardaşı arvadına zəng etmişdir. Qardaşı arvadının adı Həkimədir. O, Şifahigilin evində dibçəyə rast gəlməmişdir. O, ibtidai istintaq zamanı həyəcanlı olmuş və ona verilən suallara cavab vermişdir. Onun keçmişdə anasıgil kəndirotu əkirmiş və Novruz bayramında onu qovuraraq yeyirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qapıbir qonşudur. Hadisə günü qardaşıgildə olmuş və evə qayıdan zaman Şifahigilin qapısında polislər olduğunu görmüşdür. Daha sonra o evə girmiş və siqaret almaq üçün çölə çıxmışdır. Həmin vaxt Şifahinin kürəkəni Aqşin ona zəng edərək onlara getməsini və polislərin nə səbəbə gəldiyini, həmçinin Şifahinin telefona cavab verməməsinin səbəbini öyrənməsini istəmişdir. O, Şifahigilə getmiş və mülki geyimli 12 nəfər şəxsin dayandığını görmüşdür. Daha sonra polis əməkdaşları ilə birlikdə Şifahinin gəldiyini görmüş və ona kürəkəninin zəng etdiyini, telefonlara cavab verməmə səbəbini soruşmuşdur. Həmin vaxt bir nəfər polis əməkdaşı ondan kim olduğunu və orada nə etdiyini soruşmuş, daha sonra onu çölə çıxarmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlarla Şifahigilin evləri arasında əvvəldən qalan setka olmuşdur. O, Şifahinin həyətində dibçək görməmişdir. O, Şihagilə gedən zaman axşam saat 9 radələri olmuşdur. Hadisə günü Şifahinin əynində nazik yay paltarı olmuş, hava çox isti olmuşdur. Hadisə günü onun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. O, başqa vaxtlar da Şifagilin həyətinə gedibgəlmiş, evin ətrafında gəzmiş, amma heç nə görməmişdir. Əvvəllər Şifahigilin həyətində işlədiyi üçün ora gedib-gəlirmiş. O, heç kimin həyətinə fikir verməmişdir. Kəndirotundan əvvəllər nənəsigil istifadə edirmiş. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq və təsir olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır və həmin ifadəni təsdiq edir. Polislər onun Təqsirləndirilən şəxs ilə danışmasına imkan verməmişlər. Yay aylarında o, saat 11-12 radələrində yatır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifdəsində göstərmişdir ki, hadisə günü axşam saat 8-9 radələrində Təqsirləndirilən şəxs qızı Aynurə ona zəng etmiş və onlara getməsini bildirmişdir. O, Şihagilə getmiş və qapıda avtomobillər olduğunu görmüş, içəri girən zaman mülki geymli şəxslər ona içəriyə daxil olmağa icazə verməmişlər. O, bir nəfər də polis paltarı geyinmiş şəxs görmüş və Şifahinin qışqırıq səslərini eşitmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, 10 nəfərə yaxın polis əməkdaşı görmüş, amma Təqsirləndirilən şəxs görməmişdir. O, Şifahinin “məni buraxın, qolumu buraxın” deyə qışqırıqlarını eşitmişdir. O, bu barədə heç kimə şikayət etməmişdir. Hadisə vaxtı isti yay ayları olmuş, o, qısaqol köynək geyinmişdir. O, arada əmisiqızı Şifahigilin evinə getmiş, amma onlarda dibçək görməmişdir. O, oxuya bilmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, polis əməkdaşları onun ifadəsini oxumuşdur. İfadə ilə tanış olduqdan sonra kiril əlifbası ilə ifadəsini oxuduğunu yazmışdır. O, 20:30 radələrində Şifahigilə getmiş, amma orada çox gözlədikdən sonra çıxıb getmiş, polis əməkdaşlarının nə vaxt getdiyini bilməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq və təsir olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisiqızıdır. Şifahi ilə münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Şifahi ilə eyni kənddə yaşasalar da evləri bir-birindən 1 km dən artıq məsafədə yerləşir. Hazırda ayın tarixini dəqiq xatırlamır, ancaq yay aylarında gecə vaxtı yaşadığı kənddə mağazadan evinə doğru gəlirmiş. Şifahinin yaşadığı evin qarşısından keçən zaman tanımadığı şəxslərin evin qarşısında olduğunu və həmçinin avtomobillərin də orada dayandığını görmüşdür. O, qapıya yaxınlaşıb içəri keçmək istəyəndə həmin tanımadığı şəxslər onu evə buraxmamışlar. O, kənardan boylananda heyətdə polis formasını görüb gələnlərin polis olduğunu anlamışdır. Daha sonra isə onu içəri buraxmadıqlarından öz yaşadığı evə doğru getmişdir. Tarixi dəqiq xatırlamasa da həmin günü o, Şifahinin yaşadığı evin qarşısında polis əməkdaşlarını görmüşdür. İçəri keçmək istəsə də onu içəri buraxmamışlar. Şifaninin polislər tərəfindən döyülməsini görməmişdir. Sadəcə olaraq çöldən onun səsini eşitmişdir . Konkret olaraq polislərin Şifahini vurub xəsarət yetirmələrini öz gözü ilə görməmişdir. Çunki dediyi kimi onu evin həyətinə buraxmamışlar (cild 01, iş vər. 169-170). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, müstəntiq iki dəfə ifadəni dəyişmişdir. Orda da eyniylə məhkəmədə verdiyi kimi ifadə vermişdir. 055 461 45 70 mobil nömrəsi ona məxsusdur. Aynurə ona *** ** ** nömrəsi ilə zəng etmişdir. O, axşam saat 7-8 radələrində Şifahigilin məhləsində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şifahigilə getmiş və orada polis əməkdaşlarının olduğunu, içəridən səs küy gəldiyini eşitmişdir. Polis əməkdaşları ona içəri keçməyə icazə verməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ona bacısı zəng etmiş və Şifahigilin evində polis əməkdaşlarının olduğunu bildirmişdir. Polis əməkdaşlarının nə səbəbə gəldiyini sonradan bilmişdir. O, Şifahigilin həyətində dibçəklər görməmişdir. Hadisə günü yay vaxtları olduğu üçün hava çox isti olmuşdur. O, Şifahinin “qolumu burax, qolumu sıxma” deyə səslərini eşitmiş, amma üzünü görməmişdir. O, ibtidai istaq zamanı verdiyi ifadəsini oxuya bilməmiş, müstəntiq ona ifadəsini oxumuş və onun dediklərini yazmışdır. O, Şifahigilin darvazasına kimi yaxınlaşmış, amma buraxmadıqları üçün içəri girə bilməmişdir. Polis əməkdaşları hadisə yerindən gec getmişdir. İbtida istintaq zamanı ifadə verərkən müstəntiq ona heç bir təzyiq və təsir göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası qızıdır. Şifahi ilə münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Şifahi ilə evləri təxminən 300-400 metr aralı məsafədə yerləşir. Hazırda ayın tarixini dəqiq xatırlamır, ancaq yay aylarında gecə vaxtı Şifahinin yaşadığı evin qarşısına avtomobillərin gəldiyini eşitmişdir. Dərhal Şifahinin yaşadığı evin qarşısına getmişdir. Həyətə girmək istəyəndə tanımadığı mülki paltarlı adamlar onun həyətə girməsinə icazə verməmişlər. O nə baş verməsini maraqlandıqda həmin şəxslər polis əməkdaşları olduqlarını və Şifahinin yaşadığı evdən narkotik tərkibli bitkilər aşkar etdiklərini bildirmişlər. O da bundan sonra heç bir söz deməyib yaşadığı evə getmişdir. Tarixi dəqiq xatırlamasa da həmin günü o, Şifahinin yaşadığı evin həyətinə daxil olmaq istəyəndə polislər ona icazə verməmişlər. O, nəinki Şifahinin polislər tərəfindən döyülməsini hətta Şifahinin özünü belə görməmişdir. Konkret olaraq polislərin Şifahini vurub xəsarət yetirmələrini öz gözü ilə görməmişdir (cild 01, iş vər. 174-175). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Quba Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Onlar Quba rayon Səbətlər kəndində yerləşən Təqsirləndirilən şəxs evinə getmiş və özlərini təqdim edərək onun şübhəli şəxs olduğunu izah etmişlər. Onlar şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş və o, qış gödəkcəsinin sol cibindən bir ədəd bükümdə narkotik vasitəni çıxararaq təqdim etmişdir. Daha sonra Kriminalist və təhqiqatçının iştirakı ilə şəxsin həyətinə baxış keçirilmiş və baxış nəticəsində pomidor şitilləri olan ərazidən təxminən 26-27 ədəd çətənə kolları aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat məlumatı polis şöbəsinə daxil olmuş, onlar isə əməliyyat qrupuna daxil olmuşdur. Səbətlər kəndi Quba rayonundan 27-30 km uzaqlıqda yerləşir və rayon polis şöbəsindən təxminən yarım saatlıq yoldur. Onunla birlikdə kriminalist Fuad müəllim, təhqiqatçı Cavad müəllim, Ruhi Cavadov, bölmənin rəisi Şahid1 olmuşdur. Onlar gecə 23- 24 radələrində Səbətlər kəndində olmuşdur. Onlar 5-6 nəfər polis əməkdaşı Şifahigilin evinə getmiş, onlardan əvvəl orada polis əməkdaşı olmamış, sonradan neçə nefər polis əməkdaşının gəldiyini xatırlamır. Təqsirləndirilən şəxs qışqırıq salmağa başlamış, həmin vaxt evdə Şifahi və polis əməkdaşlarından başqa heç kim olmamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Onlar şəxsin yaşadığı evə qanunsuz daxil olmamış, xanımdan icazə almış və xanım özü həyətində 3 ədəd bitki əkdiyini bildirmişdir. Onlar xanımla birlikdə həmin bitkilərin əkildiyi yerə getmiş və həmin vaxt bitkilər sulanmış vəziyyətdə olmuşdur. O, Şifahigilin həyətində mülki şəxslər olduğunu xatırlamır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə hadisə günü görmüşdür. Təqsirləndirilən şəxs qışqır-bağır salmış və onlar sakit olmasını bildirmiş, ona qarşı başqa zor tətbiq olunmamış, hadisə yerində aqronomun da iştirakı ilə çəkiliş olunmuşdur. Polis əməkdaşları, vəkil və aqronom mülki geyimdə olmuş, onlardan başqa mülki geyimli şəxs olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 106-108). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Quba Rayon Polis Şöbəsinə xx.xx.2023-cü il tarixdə, xx.xx.1963-cü ildə Quba rayonu Səbətlər kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Quba rayonu Səbətlər kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində daşıması və yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya (əkmə, yetişdirmə) etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, həmin tarixdə xx.xx.1963-cü ildə Quba rayonu Səbətlər kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Quba rayonu Səbətlər kəndində yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 00:20-də polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki ağ rəngli kurtkanın sol cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 33). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Səbətlər kəndində yerləşən evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 34). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqronommütəxəssisin, vəkilin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Quba rayonu, Səbətlər kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin arxa tərəfindəki sahədə, pomidor şitillərinin arasında torpaqda əkilmiş, narkotik tərkibli, uzunluq ölçüləri 25 sm, 42 sm, 30 sm, 72 sm, 76 sm, 90 sm, 12 sm, və 04 ədəd 4 sm olan cəmi 14 ədəd çətənə bitkisinə oxşar kollar bir yerdə, 2 metr aralıda yenə pomidor şitillərinin arasında torpaqda əkilmiş, narkotik tərkibli, uzunluq ölçüləri 76 sm, 60 sm olan 02 ədəd çətənə bitkisinə oxşar kollar, həmin şitillərin yanında, torpaq üzərindəki plastik meyvə qabında torpaqda əkilmiş kiçik ölçülü 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar və evin qarşısındakı plastik su qabında torpaqda əkilmiş 8 sm, və 16 sm ölçülərdə 02 ədəd çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüş, baxışın əks olunduğu video görüntü DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş mütəxəssis-aqronomun rəyindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Quba rayonu, Səbətlər kəndində yerləşən evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı uzunluq ölçüləri 25 sm, 42 sm, 30 sm, 72 sm, 76 sm, 90 sm, 12 sm, və 04 ədəd 4 sm olan cəmi 14 ədəd çətənə bitkisinə oxşar kollar bir yerdə, 2 metr aralıda yenə pomidor şitillərinin arasında torpaqda əkilmiş, narkotik tərkibli, uzunluq ölçüləri 76 sm, 60 sm olan 02 ədəd çətənə bitkisinə oxşar kollar, həmin şitillərin yanında, torpaq üzərindəki plastik meyvə qabında torpaqda əkilmiş kiçik ölçülü 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar və evin qarşısındakı plastik su qabında torpaqda əkilmiş 8 sm, və 16 sm ölçülərdə 02 ədəd çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 37). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 3- 16-16/2-7/974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 16,919 qram olan kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həyətinə baxış zamanı aşkar edilmiş yaş vəziyyətdə ümumi çəkisi 245,0 qram olan ümumi sayı 26 (iyirmi altı), onlardan 11 (on bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir, 15 ədəd (on beş) narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidir (cild 01, iş vər. 43-47). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 iyul 2023-cü il tarixli 432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamışdır (cild 01, iş vər. 81). Cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə və yaşadığı evinə keçirilmiş baxış əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir (cild 01, iş vər. 103). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2023cü il tarixli 4604 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması görülür (cild 01, iş vər. 130-131). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar Quba rayon prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, 168c-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 147-149). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 179-186). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Quba Rayon Polis Şöbəsinə xx.xx.1963-cü ildə Quba rayonu Səbətlər kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Quba rayonu Səbətlər kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində daşıması və yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində saxlanılmış, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı Quba rayonu, Səbətlər kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı 26 ədəd narkotik tərkibli çətənə kolları və şitilləri aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və həyətinə baxış keçirilərək sözügedən maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 əməliyyat-axtarış tədbirlərinin aparılmasına dair xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Həmin maddədə qeyd edilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Həmin siyahı görə 16 ədəddən 800-dək çətənə kolunun əkilməsi külli miqdarı əhatə edir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai araşdırmanın ilkin dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, şahidlər Şahid7, Şahid4 və Şahid6nın ibtidai istintaq zamanı verdikləri ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə məhkəmə onun həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət qanunvercilyinin ağır cəza nəzərdə tutan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını bildirmişdir ki, buna münasibətdə qeyd olunmalıdır ki, əvvəla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra məhkəmə tibbi ekspertizadan keçirilmiş və müvafiq rəy əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin rəyə əsasən Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir. Digər tərəfdən, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Quba rayon prokurorluğunda qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı 17 avqust 2023-cü il tarixli şikayət ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından 168c-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, təzyiq nəticəsində məcbur qalıb həmin maddəni qəbul etdiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, o, həm şübhəli şəxs qismində saxlanılarkən, üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən, şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs bu barədə yalnız müqavilə üzrə müdafiəçisi prosesə qoşulduqdan sonra bildirməyə başlamışdır ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin onun üzərindən aşkar olunması, o cümlədən yaşadığı evin həyətyanı sahəsində özünün narkotik tərkibli bitkiləri əkib-becərməsi ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə istintaqı zamanı ifadə verən mülki şəxslər olan şahidlərin (Şahid7, Şahid4 və Şahid6) ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs qohumları və yaxınlarıdır ki, bu hal onların məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan şəxslərin ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan verdikləri ifadələri əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olub hal-hazırda Quba rayonu Səbətlər kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 110- 111). İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Sinus ritmi. ÜVS dəqiqədə 60-62 vurğu arasındadır. İ, İİ, aVL, V+V6 aparmasında ST depresiyası qeyd edilir. Sol mədəciyin arxa və divarında koronar qan təhcizatının pozulması (işemiya) qeyd edilir, KAQ tövsiyə edilir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 101). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs ürək xəstəsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını və hazırda 63 yaşının olmasını CM-in 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırki halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan, daha dəqiq azadlığın məhdudlaşdırıması növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını, artıq 63 yaşının olmasını, xəstəliyini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinə münasibətdə maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, CMin 237.2.3-cü maddəsinə münasibətdə isə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla müəyən olunmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, həmin cəzaların qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəzanın təyin olunmasını qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və “Şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 24, 72-73). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli, cəzanın icrası onun hazırda yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın başlanğıcı onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində qəti müddət göstərilməklə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, eyni zamanda, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 16,869 qram narkotik vasitə qurudulmuş marixuana və 244,45 qram çəkidə ümumilikdə 26 ədəd çətənə bitkisi və şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Nizami Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 16,869 qram narkotik vasitə qurudulmuş marixuana və 244,45 qram çəkidə ümumilikdə 26 ədəd çətənə bitki və şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-383/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-383/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver