Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-384/2023 27.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Qusar rayonu, Lanqu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Ağtala kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə axşam saatlarında yaşadığı Xaçmaz rayonu Ağtala kəndində, Nərəcan-Uzunoba kənd yolundan 250 metr şimal istiqamətində yerləşən evdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra yatmış, 13 avqust 2022-ci il tarixdə saat 01 radələrində arvadı Şahid1 yatdığı otaqdan səs gəldiyini eşidib orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində yuxudan oyanıb onun olduğu otağa keçəndə arvadı Şahid1 Zərərçəkmiş şəxsla cinsi əlaqədə olduğunu görüb qisas almaq niyyəti ilə həmin otaqdakı masanın üstündən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol gicgah və qarın nahiyələrindən qəsdən vuraraq sonuncuya sol gicgah nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və qarın boşluğuna nüfuz etmiş və çənbər bağırsağın zədələnməsi ilə nəticələnmiş deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonu Ağtala kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir, təxminən səkkiz ildir ki, bir-birilərini tanıyırlar. 2022-ci il avqustun 12-də saat 21 radələrində Əfşan onun evinə gəlmiş, gələndən sonra oğlu Əzizə pul verib bir şüşə 0,7 litrlik araq alıb gətirməsini tapşırmışdır. Əfşanla birlikdə yataq otağında oturub yeyib-içmişlər. Sonra Əfşan gedib mağazadan 03 ədəd spirt tərkibli «QO» içkisi alıb gətirmiş, həmin içkiləri də içmişlər. Təxminən saat 23 radələrində Əfşanı yola salmış, sonra yataq otağa keçib yatmışdır. Saat 01 radələrində yan otaqdan səs gəldiyini eşidib həmin otağa keçmiş, işığı yandıranda otaqda arvadı Şahid1 ilə Əfşanın cinsi əlaqədə olduğunu görmüşdür. Özündən asılı olmadan otaqda olan masanın üstündəki mətbəx bıçağını götürüb həmin bıçaqla Əfşanı iki dəfə vurmuş, lakin Əfşan ona müqavimət göstərməmişdir. Sonra istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Onun Əfşanı öldürmək niyyəti olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vəzirin ailəsi ilə daha əvvəl dənizə getmişlər. Dənizə gedəndə Könül ondan xoşu gəldiyini demişdi. O da onun sözlərini ciddiyə almamışdı. 2022-ci il avqustun 12-də, saat 20 radələrində Xaçmaz rayonu Ağtala kəndi ilə qonşu Nərəcan kəndi arasındakı ərazidən keçən dəmir yolu keçidinin yaxınlığındakı Baba adlı şəxsin çayxanasında çay içəndə Vəzirin oğlu Əziz onun yanına gəlmiş, Vəzirin onu evinə çağırdığını demişdir. O, Vəzirin yaşadığı evə getmişdir. Vəzir bir şüşə araq alıb gətirməyini deyəndə etiraz etməmiş və gedib bir şüşə 0,7 litrlik araq alıb qayıtmış, birlikdə araq içmişlər. Daha sonra Könül 6 manat pul verib 3 ədəd spirt tərkibli «QO» içkisi alıb gətirməyini demişdir. Gedib 3 ədəd «QO» içkisi alıb gətirmişdir. Aldığı spirt tərkibli içkini də içdikdən sonra Vəzir uşaqları ilə yatdıqları otağa keçmişdir. O da Könüllə birgə yan otağa keçmişdir. Orada Könülün razılığına əsasən onunla cinsi əlaqədə olmuşdur. Könüllə cinsi əlaqədə olanda qəflətən Vəzir otağa girmiş, onları bu vəziyyətdə görüb heç bir söz demədən masanın üzərindən bıçağı götürüb əvvəlcə başından, sonra qarnından vurmuşdur. Könül otaqdan götürdüyü dəsmalı qarnının qan axan hissəsinə tutmaq üçün ona vermişdir. O da köynəyini götürüb evdən çıxmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qsimində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2004-cü ildə rəsmi olaraq evlənmişlər. Birgə nigahdan iki oğlan övladları var. Zərərçəkmiş şəxs həmkəndliləridir. Əfşan ona söz atıb sataşır və müxtəlif təkliflər edirdi. Adının ləkələnməməsi üçün Vəzirə heç nə demirdi. 2022-ci ilin iyul ayının əvvəllərində Əfşanın at arabası ilə Xaçmaz rayonu Uzun-oba kəndindən keçib ailəsiylə birgə dənizə getmişlər. Dəniz sahilində Vəzirlə Əfşan spirtli içki qəbul etmişlər. Əfşan dəniz sahilində onu qucaqlayıb zorla onunla cinsi əlaqədə olmuşdur. Vəzirlə Əfşan arasında dava olacağından qorxub bu barədə ona deməmişdir. 2022-ci il avqustun 12-də saat 21 radələrində Əfşan bir şüşə araqla onlara gəlib Vəzirlə araq içmişlər. Sonra Vəzir 03 ədəd «QO» içkisi alması üçün Əfşana pul vermiş, Əfşan gedib içki alıb gətirmişdir. İçdikdən sonra Vəzir Əfşanı yola salmış, Əfşan çıxıb gedəndən sonra Vəzir uşaqlar yatan otağa keçib onlarla birlikdə həmin otaqda yatmışdır. O, yemək yedikləri otaqda qabları yuyub yığışdırandan sonra həmin otaqda döşəmənin üstündə yer salmışdır. Saat 01 radələrində Əfşan yenidən qayıdıb onlara gəlmişdir, içəri daxil olan kimi paltarlarını soyunmuş, boğazından tutub onunla zorla cinsi əlaqədə olmuşdur. Vəzirin oyanacağından və Əfşanla dalaşacağından qorxub səsini çıxartmamışdır. Vəzir oyanıb həmin otağa keçmiş və otağın işığını yandıranda Əfşanın onunla cinsi əlaqədə olduğunu görmüşdür. Sonra masanın üstündən mətbəx bıçağını götürüb Əfşanı bıçaqlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 13 avqust 2022-ci il tarixdə saat 02 radələrində əmisi oğlu Şahid3 ona zəng edərək Əfşanın yaralı vəziyyətdə onların həyətində olduğunu, onlara getməyini demiş, o da dərhal getmişdir. O, Əfşanın bıçaqlandığını və Şirinin artıq bununla bağlı X6 zəng edib məlumat verdiyini bilmişdir. Bir neçə dəqiqədən sonra TTYS-nın həkimləri gəlmiş və Əfşanın vəziyyətini görən kimi onu götürüb Xaçmaz MRX-na aparmışlar. Əfşan 3 bıçaq zərbəsi almışdı. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci il avqustun 13-də gecə evdə olarkən küçə qapısı döyülmüşdür. Həyətə düşəndə Əfşanın yaralı vəziyyətdə tək qapının qarşısında uzandığını, lakin yanında və ətrafda heç kimin olmadığını görmüşdür. Əfşandan nə baş verdiyini soruşanda Əfşanın cavab verməyə halı olmamışdır. Əvvəlcə X6, sonra Əfşanın qardaşı Rövşənə zəng etmişdir. Rövşən bir neçə dəqiqə sonra onlara gəlmişdir. Əfşandan nə baş verdiyini soruşsa da, Əfşan ona heç nə deməmişdir. Xaçmaz MRX-nın X8 avtomobili ilə həkimlər gəlmiş və Əfşanı Xaçmaz şəhərinə, xəstəxanaya aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır və hazırda Xaçmaz rayonu peşə liseyinin 2-ci kursunda oxuyur. Təqsirləndirilən şəxs doğma atasıdır, onunla ata-bala kimi münasibətləri yaxşıdır və aralarında heç bir ədavət yoxdur. Zərərçəkmiş şəxs isə həmkəndliləri olmaqla atası Vəzirlə yaxşı münasibətdə olan şəxs kimi tanımışdır. 12 avqust 2022-ci il tarixdə təxminən saat 21 radələrində Əfşan onların evinə gəlmiş və atası Vəzirlə danışandan sonra onu mağazaya göndərib bir şüşə 0,7 litirlik araq aldırtmışdır. Onlar ailəliklə oturub çörək yemiş, atası Vəzir və Əfşan ikisi birlikdə həmin arağı içmişlər. Təxminən saat 23 radələrində atası Vəzir Əfşanı yola salmış, bundan sonra onlar, yəni 13 yaşlı qardaşı Güldəmir, atası Vəzir və o, bir otaqda yatmış, anası Könül isə mətbəx kimi istifadə etdikləri otaqda özü üçün yer salmışdır. Bir qədər sonra evdə olan səs-küyə ayılıb anası olan otağa keçəndə Əfşanın sifətinin qanlı vəziyyətdə olduğunu, atası Vəzirin isə əlində bıçaqla həmin otaqda dayandığını görmüş və atası Vəzirin bıçaqla Əfşanı vurduğunu başa düşmüş, lakin şəxsən özü atası Vəzirin Əfşanı bıçaqla vurduğunu görməmişdir. Əfşan onların evindən çıxıb gedəndə atası ona Əfşanın yolda yıxılıb ölə biləcəyini deyərək köməklik göstərməsindən ötrü onun arxasınca getməsini demiş və buna görə də o, evdən çıxmış və arxasınca qaçaraq Əfşana çatmışdır. Lakin Əfşan ona evlərinə qayıtmasını demiş və buna görə də o, yenidən öz evlərinə qayıtmışdır. Evə qayıdandan sonra Zərərçəkmiş şəxs anası Şahid1 ilə cinsi əlaqədə olduğunu gördüyü üçün atası Vəzirin onu bıçaqla vurduğunu bilmiş və bundan sonra atası Vəzir Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək baş verənlərlə bağlı məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları evlərinə gəlmiş və onlar atası Vəziri götürüb özləri ilə Xaçmaz RPŞ-nə aparmışlar. O, həmçinin göstərmişdir ki, əvvəllər anası Şahid1 ilə həmkəndliləri Zərərçəkmiş şəxs arasında hər hansı bir münasibətin olması barədə məlumatı olmamış və anası Könülün Zərərçəkmiş şəxs barəsində şikayət etməsini eşitməmişdir. (Cild 1, iş vərəq 82) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərdi ki, 2015-ci ildən Xaçmaz rayonu Nərəcan Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Xaçmaz rayonu Nərəcan Bələdiyyəsinin ərazisində yerləşən Ağtala kəndinin sakinləri kimi tanımış, adları çəkilən şəxslərin hər ikisi ilə münasibəti yaxşı olmuş və aralarında heç bir ədavət olmamışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər hər-hansı ədavətin və ya qərəzli münasibətin olması barədə eşitməmiş, əksinə onların yaxşı münasibətdə olduqlarını bilmişdir. 13 avqust 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vurub ona xəsarət yetirməsi ona məlum olmuş, əvvəlcə hadisənin səbəbini bilməsə də, Təqsirləndirilən şəxs özünə məxsus evdə Zərərçəkmiş şəxs onun arvadı Şahid1 sataşdığı üçün onu bıçaqla vurduğunu sonradan öyrənmiş, Zərərçəkmiş şəxs Xaçmaz MRX-na yerləşdirildiyini, Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazi Xaçmaz rayonu Ağtala kəndinin kənar hissəsi olmaqla həmin ərazi fərdi yaşayış evi tikmək üçün kənd sakinlərinə yeni verilmiş və Təqsirləndirilən şəxslə yaxın qonşuluqda yaşayan sakinlər yoxdur. Ona görə də Təqsirləndirilən şəxslə həmkəndlisi Zərərçəkmiş şəxs arasında baş vermiş həmin hadisə ilə bağlı kənd sakinləri arasında hər-hansı söz-söhbət getməmiş və hətta bəzi kənd sakinləri bununla bağlı bir neçə gündən sonra məlumatlı olmuşdur. O, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus evdə Zərərçəkmiş şəxs onun arvadı Şahid1 ilə cinsi əlaqədə olduğunqu gördüyünə görə Zərərçəkmiş şəxs bıçaqla vurduğunu eşitsə də, şəxsən özünün həmin hadisə ilə bağlı heç bir məlumatı olmamış və o, Təqsirləndirilən şəxs arvadı Şahid1 əxlaqsızlığı barədə heç nə eşitməmişdir. (Cild 1, iş vərəq 115) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair məktub və 13 avqust 2022-ci il tarixli, 361 nömrəli akta əsasən qeyd olunan tarixdə saat 03:15-də Xaçmaz rayonu Ağtala kəndində yaşayan xx.xx.1973-cü il təvəllüdlü Əliyev X5 MRX-da müayinə olunarkən orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyaya baxış aparılması haqqında” 13 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə olunan fotoşəkillərdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs 01 (bir) ədəd bıçaq təqdim etdiyi bıçağa baxış zamanı bıçağın tiyə hissəsinin 14,6 sm, dəstək hissəsinin 10,6 sm olmaqla ümumilikdə 25,2 sm ölçüdə olması, tiyə hissənin üzərində «ay ulduz» şəkli həkk edilmiş, «STAİİLESS STEEL», «Shanqxing» sözləri yazılmış, tiyənin bir tərəfi kəsici, uc hissəsi deşici, orta hissədən eni 2,5 sm-dir. Bıçağın tiyə hissəsi qəhvəyi rəngli taxta materialdan olub tiyə hissəyə 03 ədəd pərçimlə bərkidilmişdir. (Cild 1, iş vərəqləri 10- 11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsinə dair” 13 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs məxsus olmaqla Xaçmaz rayonu Ağtala kəndində, Nərəcan-Uzunoba kənd yolundan 250 metr şimal istiqamətində yerləşən yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin mişar daşından inşa edilməklə tam tikilməmiş, iki otaqdan ibarət səkili ev olduğu, birinci otağın həm yaşayış, həm də mətbəx kimi istifadə edildiyi, ikinci otağın isə girişdən sol tərəfdə yerləşməklə uşaqların yataq otağı kimi istifadə olunduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 18-21) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 13 avqust 2022-ci il tarixli, 407 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsasən 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində – sol gicgah nahiyəsinin, qarının deşilmiş-kəsilmiş yaraları kimi deşici-kəsici alətin (bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti 13 avqust 2022-ci il tarixə uyğun gələn və dərəcələrinə görə - sol gicgah nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, qarın boşluğuna nüfuz etmiş və çənbər bağırsağın zədələnməsi ilə nəticələnmiş deşilmiş-kəsilmiş yara isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər olmuşdur. (Cild 1, iş vərəq 38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən soyuq silahların tədqiqi üzrə məhkəmə-trasoloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 3/1240 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı düzəliş edilməmişdir. (Cild 1, iş vərəqləri 108-110) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon abulator məhkəmə-psixiatrik ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 2968 nömrəli rəyinə əsasən cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda yüngül ifadə olunmuş depressiv vəziyyət aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunan depressiv vəziyyət törətdiyi əməl dövründən sonra yaranmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi pozuntu qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən depressiv vəziyyət yüngül ifadə olunduğundan onu hal hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 130-132) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 01 (bir) ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və Xaçmaz RPŞ-in maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 152-167) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 104-105) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin könüllü təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışması, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, zərərçəkmiş şəxsin cəmiyyətdə bərqərar olmuş əxlaq normalarını və mənəvi dəyərləri dözülməz halda pozması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. 15 sentyabr 2022-ci il tarixdə həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. 14 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 65-68, 89-92,119) Belə ki, Təqsirləndirilən şəxs 3(üç) ay müddətində həbsdə və ev dustaqlığında olmuşdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon polis şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-384/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-384/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver