Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-385/2022 06.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşov Nərmin Latiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 15 avqust 1971-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzsına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam şəhəri, T.İsmayılov küçəsi, ev 54/23 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aq baxçasında məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə təmiz çəkisi 401.665 qram olan külli miqdarda heroin əldə etmiş, həmin narkotik vasitədən 20.015 qramını üzərində saxlayaraq gəzdirmiş, 381.650 qram hissəsini isə öz yaşadığı evdə saxlamış xx.xx.2022-ci il tarixdə saat 15.40-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2aq baxçasının yaxınlığında saxlanılmış və narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi, saxlanılmasında və satışında şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılmış, polis bölməsində xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 20.015 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunmuş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 18.10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2aq baxçasının sol tərəfində məskunlaşdığı evə baxış keçirilən zaman yataq otağında televizorun arxasından 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə 381,650 qram ümumilikdə 02 ədəd bükümdə təmiz çəkisi 401,665 qram külli miqdarda kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni tərkibli narkotik vasitə heroin və yaşadığı evdən üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, hadisədən təxminən 6-7 ay əvvəl həbsdən çıxmışdır. Hadisənin baş verdiyi gün, təxminən saat 11 radələrində o evdə yatdığı zaman polis əməkdaşları olan Elşad, İsmayıl, Elvin, Azər və adını xatırlamadığı bir nəfər oğlunu saxlayaraq evə gətirmişlər. Özü narkotik vasitə istifadəçisi olduğu üçün cibində 01 qram heroin olmuş və həmin maddə aşkar edilmişdir. Daha sonra onları polis bölməsinə aparmış, onun və oğlunun orada döyüldüyünü qeyd etmişdir. Polis əməkdaşları oğlunun və onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə həbs ediləcəklərini söyləmiş və o polis əməkdaşlarına oğlunu azad buraxacaqları halda verdikləri bütün sənədləri imzalayacağını bildirmişdir. Onun üzərindən ittiham aktında göstərilən çəkidə narkotik vasitə çıxmamışdır. 21 qram narkotik vasitəni onun cibinə polis əməkdaşlarının qoyduğunu, narkotik vasitə istifadəçisi olduğu, lakin onun üzərində göstərilən miqdarda narkotik vasitə olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq xəstə olduğu üçün işləmədiyini, gün ərzində yarım qram narkotik vasitə istifadə etdiyini, bəzi tanış adamlarla birlikdə hər biri 3-5 manat pul qoyaraq narkotik vasitə aldıqlarını, saxlandığı gün üzərində bir qram narkotik vasitə olduğunu bildirmişdir. Saxlanıldığı günə kimi “*** *** ** **” mobil nömrədən istifadə etdiyini, mesaj yaza bilmədiyini, ola bilsin ki, oğlunun onun telefonundan kiməsə mesaj göndərdiyini, oğlu ilə münasibətinin normal olduğunu, oğluna görə tutulduğunu, Şahid5 oğluna görə tanıdığını və ona narkotik vasitə satmadığını, oğlunun da narkotik vasitə istifadəçisi olduğunu, həbsdən çıxdıqdan sonra oğlunun narkotik vasitədən istifadə etdiyini bildiyini, evdən aşkar edilən narkotik vasitə və tərəzinin ona məxsus olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onun və oğlunun barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açılacağını, özü barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılmasına razı olduğu halda oğlunu buraxacaqlarını söylədiyini qeyd etmişdir. Oğlu Şahid4 1994-cü il təvəllüdlü olduğunu və əvvəllər məhkum olunmadığını bildirmişdir. Özünün heroin və marixuanadan istifadə etdiyini, əvvəlki məhkumluğunun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə olduğunu, onları ilk olaraq polis bölməsinə gətirdiklərini, polis əməkdaşı Azərin onun evinə getdiyini, daha sonra isə ona dedikləri ilə razılaşmağını söylədiklərini, evindən guya 370 qram, cibindən isə 21 qram narkotik vasitə çıxdığını, video-çəkiliş zamanı polislərin ona dediklərini söylədiyini, çünki həmin vaxt oğlunun polis bölməsində saxlandığını, video-çəkiliş bitdikdən sonra oğlunu azad buraxıldığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları evə gəldikləri zaman gəlininin evdə olduğunu, lakin onun sonradan evdən çıxdığını, keçirilən axtarışda orada olmadığını, evin qapısının isə açıq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə aludəçisidir, səhhəti ilə bağlı olaraq hər hansı bir fiziki işlə məşğul ola bilmir, bu səbəbdən müxtəlif insanlardan və müxtəlif yerlərdən aldığı narkotik maddələri Sumqayıt şəhəri ərazisində tanıdığı və tanımadığı şəxslərə sataraq dolanır. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:40 radələrində məskunlaşdığı baxçanın yaxınlığında gəzən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra polis əməkdaşları ondan özünü təqdim etməyisi xahiş etmiş və o, həmin şəxslərə xx.xx.1971-ci il təvəllüdlü, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aq baxçasında məskunlaşan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ 1-ci PB-nə dəvət etmişlər. O, PB-na getməkdən imtina etməmişdir. PB-da olan zaman onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, o isə buna etiraz etməmişdir. PB-nin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim olunmuş və şəxsi axtarış keçiriləcəyi bildirilərək, üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli parça gödəkcənin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli salofan bükümünü təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılmış, bükümün içərisində spesifik iyə malik maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan şəffaf rəngli salofan bükümün içərisində olan maddənin narkotik vasitə olduğunu, aşkar olunmuş maddəni Bakı şəhəri, 3-cü mikrorayon dairəsi deyilən yerdə tanımadığı şəxsdən qramı 20 manat olmaqla aldığını, alan zaman 100 AZN verdiyini, qalan pulu isə sonradan verəcəyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli salofan ilə birlikdə 21.06 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı ünvanda da narkotik maddə saxlamağı barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmasını bildirmişlər və o, bunu təsdiqləyərək həqiqətən də yaşadığı ünvanda narkotik maddə saxlamağını bildirmişdir. Polis əməkdaşları ona evə baxış keçirmək zərurəti yarandığını bildirmişlər, o, da öz növbəsində buna etirazı olmadığını qeyd etmişdir. İştirakçılar,müdafiəçi və o, videoçəkilişlə birlikdə yaşadığı baxçada özünün otağına daxil olmuş və otaqda televizorun arxasından 1(bir) ədəd şəffaf rəngli salofan paket və 1(bir) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin şəffaf rəngli salofan büküm əməkdaşlar tərəfindən açılmış, həmin bükümün içərisinə baxarkən bükümdə spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan maddənin narkotik vasitə olan “kakos” olmasını bildirmişdir. Aşkar olunmuş maddəni Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində zibilxanadan tapdığını və özünün istifadə etdiyini, eyni zamanda ara-sıra başqa-başqa şəxslərə satdığını da bildirmişdir. Elektron tərəzini isə satdığı maddələri çəkmək üçün istifadə etdiyini qeyd etmişdir. Həmin vaxt onun yaşadığı otaqdan aşkar olunmuş şəffaf rəngli salofana bükülmüş maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin ağ rəngli salofan ilə birlikdə 389 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və möhürlənmişdir. Eləcə də, o, ifadəsində narkotik vasitə alqı-satqısı ilə məşğul olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə onun yaşadığı ərazidən məlumat daxil olmuş və onlar da həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı əraziyə getmiş, həmin gün saat 15 radələrində onu saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən onun üzərindən bir büküm narkotik vasitə aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs evində də narkotik vasitə ola biləcəyindən şübhələnərək evinə də getmiş və onun evindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Əməliyyat məlumatının narkotik vasitənin istifadəsi ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs barəsində həyətində yaşadığı bağçanın rəhbərliyinin şikayət etdiyini, İbrahimin həm narkotik vasitə istifadə etdiyini, həm də satış ilə məşğul olduğunu söylədiklərini, lakin onu narkotik vasitənin satışı ilə məşğul olduğu anda saxlaya bilmədiklərini, həmin gün sadəcə Təqsirləndirilən şəxs saxladıqlarını, onun oğlunu saxlamadıqlarını bildirmişdir. Baxış hərəkətinin təqsirləndirilən şəxsin saxlanıldığı gün həyata keçirildiyini, təqsirləndirilən şəxsin yalan dediyini, onu səhər tezdən evindən tutmadıqlarını qeyd etmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirdiklərini, təqsirləndirilən şəxsin üzərindən 20 qrama yaxın heroin, evindən isə təxminən 300 qram heroin və tərəzi aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitəni 17-ci mikrorayonda olan zibilxanadan tapdığını və onu sataraq pul əldə edəcəyini söylədiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsində, gəzdirilməsində və satışında şübhəli olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 18-ci mikrorayon ərazisində yerləşən 66 saylı bağçanın yaxınlığında saxlanılmış və polis bölməsinə gətirilmişdir. Onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin sağ yan cibindən təxminən 20 qram heroinə bənzər narkotik vasitə aşkar edilmiş, narkotik vasitənin satışı ilə bağlı da əməliyyat məlumatı daxil olduğu üçün Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evdəki televizorun arxasından 300 qramdan çox heroinə bənzər maddə aşkar edilmişdir. Həmin gün təqsirləndirilən şəxsin oğlu saxlanılmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə dəfələrlə şikayət daxil olduğunu, onu 21 fevral 2022-ci il tarixdə günorta saatlarında saxladıqlarını, üzərindən və evindən aşkar edilən heroinə bənzər maddəni 17-ci mikrorayon ərazisində olan zibilxanadan tapdığını söylədiyini, təqsirləndirilən şəxsin oğlunun atasının arxasınca polis bölməsinə gəlib-gəlməməsi xatırlamadığını bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 və Şahid3la oxşar məzmunlu ifadə vermişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır və onlar eyni ünvanda yaşayırlar. Atası əvvəllər də məhkum olunmuş və 10-15 ildir ki, narkotik vasitələrin alüdəçisidir. Yaşadıqları ünvanın qarşısına tanımadıqları narkotik vasitə alüdəçiləri mütəmadi gəlir və atası ilə nəsə danışır, harasa gedirlər. Belə ki, atasına bəzən zənglərin gəldiyini və atasının həmin şəxslərlə görüşüb narkotik verdiyini qeyd etmişdir. Belə ki, qonşular da onlara buna görə narazılıqlarını bildirmişlər. Atasının otağının pəncərəsinin çölə baxdığını, oradan narkotik vasitələri çölə ötürdüyünü və hətta həmin pəncərədən içəri adam salaraq narkotik maddələri özünə iynə vasitəsilə vurdurduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları atası İbrahimi narkotik vasitələr saxlamasına, satmasına görə saxlamış, sonuncunun üzərindən və yaşadıqları evdən narkotik maddə aşkar olunmuşdur. Eləcə də, o, ifadəsində atasının evdə narotik vasitələri harada saxlamasının şahidi olmadığını, onun otaqda tək qaldığını, həmin otağa heç kimi buraxmadığını, atasının istifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin olduğunu, özünün əvvəllər narkotik vasitələrdən istifadə etdiyini və hal-hazırda istifadə etmədiyini və atası İbrahimin narkotik maddələri haradan əldə etdiyi barədə məlumatının olmadığını göstərmişdir. Atası həbs olunanadək ***-***-**-**, ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Belə ki, həmin telefon nömrələrinə gələn və gedən sms mətnləri barədə onu deyə bilərə ki, həmin nömrələr atasına məxsus olmuş və istifadə etmişdir, lakin, o da narkotik vasitələrin alüdəçisi olduğundan bəzən narkotik vasitə almaq üçün həmin nömrələrdən mesaj yazmışdır. Həmin smsləri atasının yazdığını düşünür və mən heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, bəzən öz istifadəsi üçün aldığı maddələri iynə ilə özü bədəninə vurmaqda çətinlik çəkdiyindən hər hansı ətrafda olan narkotik istifadəçilərinə bir hissəsini əvəzsiz verib iynə ilə həmin heroindən ona da vurmasını xahiş etmişdir. Bu zaman smslə yazıb hər hansı narkotik alüdəçisini harasa dəvət etmişdir. Qeyd olunan sms mətnləri əsasən atasına göndərilib, bəzi smslər onun tərəfindən yazılıb və bəzisi ona ünvanlanıb. Atası İbiş, İbi və Əmi kimi qısaldılmış adlarla çağırılır, sms mətnlərində də İbi, Əmi, İbiş deyilərkən atası nəzərdə tutulmuşdur. Atasının latın qrafikası ilə yazmağını dəqiq bilmir, lakin, oxuya bilir, özü heç vaxt narkotik vasitələrin dövriyyəsi və ya saxlanılmasına görə polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Atası polis əməkdaşları tərəfindən saxlanılaraq yaşadıqları evə gətirilib baxış keçirilərkən o, işlədiyi “avtomobil yuyucu emalatxanasında”, həyat yoldaşı ata evində, anası isə Bakı şəhərində dayə kimi işlədiyi evdə olmuşdur. Qonşulardan atasının küçədə baxçanın yaxınlığında saxlanıldığını və polis bölməsinə aparıldığını öyrənmiş, atası təxminən saat 15-16 radələrində saxlanılıb, onun bildirdikləri həqiqət deyildir. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yaşayır, Təqsirləndirilən şəxs onun qonşusudur. Bildirmişdir ki, İbrahim adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. O, narkotik vasitələrdən istifadə etdiyi üçün İbrahimdən narkotik vasitə almaq istəmiş, 2022-ci ilin təxminən fevral ayında İbrahimi həyətdə görmüş, İbrahimə 5 manatı olduğunu və ona narkotik vasitə verməsini istəmişdir. İbrahim ona narkotik vasitəsi olmadığını bildirmişdir. Təxminən 10 gün sonra İbrahimdən narkotik vasitə almaq üçün evlərinə gedən zaman həyətdə polis əməkdaşlarını görmüş və oradan uzaqlaşmışdır. Eləcə də, o, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə almaq istəsə də buna nail olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz gəzdirilməsi, satması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «Şəxsi axtarış keçirilməsi barədə» protokoldan və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd şaffaf rəngli sellofan bükümü təqdim edir. Həmin şəffaf rəngli sellofan büküm açılıb içərisinə baxılarkən bükümdə spesifik iyə malik qəhvəyi rəngli maddə heroin olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddələrin narkotik vasitə “heroin” olduğunu, həmin maddəni Bakı şəhəri, 3-cü mikrorayon dairəsi deyilən yerdə tanımadığı şəxsdən qramı 20 manata olmaqla, ilkin olaraq 100 AZN verdiyini, qalan pulu isə daha sonra verəcəyini qeyd edərək üzərində saxladığını bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 21,06 qram olduğu müəyyən olunur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırlır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «mənzilə baxış keçirilməsi barədə» protokol və qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsü məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2aq baxçasının sol tərəf yan qapısından içəri daxil olurlar. Girişdən içəridə qonaq otağı bir qədər irəlidə isə Təqsirləndirilən şəxs yataq otağı yerləşir. Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq orada televizorun arxa tərəfinə əlini salaraq oradan 01 ədəd şəffaf rəngli sellofan torbanı və 01 ədəd elektron tərəzini çıxararaq təqdim edir. Təqiqatçı tərəfindən həmin şəffaf sellofan torba açılaraq içərisinə baxıldıqda orada qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilir və təhqiqatçı həmin maddənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, həmin maddəni Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində zibilxanadan tapıb evində gizlətdiyini və sataraq pul əldə edəcəyini bildirir. Qeyd olunan kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2022-ci il tarixli, 6/1087 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” möhür əksi olan, “Şübhəli şəxs.... Təqsirləndirilən şəxs....” və.s sözlər, imzalar olan 03 ədəd kağız paketdən birindəki 01 ədəd bükümdə təmiz çəkisi 20,015 qram qəhvəyi rəngli maddə kütləsi və digər paketdəki 01 ədəd bükümdə 381,650 qram qəhvəyi rəngli maddə kütləsi ümumilikdə 401,665 qram kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1№ -li və 2№-li obyektlərə aid heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 3-cü paketdəki 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərindəki heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2032 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 saylı Mənzil-Kommunal Sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, 1971-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi ilə birgə ünvan 2aq baxçasında məcburi köçkün kimi məskunlaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərfon MMC-dən daxil olmuş disk və həmin diskə baxış keçirilməsi barədə protokoldan aydın olur ki, disk açıldıqda 08 (səkkiz) ədəd qovluq açılır, həmin qovluqlardan zənglərin detallaşması, məxsusluq və sms tarixçəsi qovluqları olmaqla ***-***-**-**, ***-***-**-** nömrələrinə narkotik vasitələrin satışını ehtiva edən müxtəlif məzmunlu və çoxsaylı mesajlar gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs tutulan zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda aparılmış araşdırma nəticəsində qeyd olunan xüsusat öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayət kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi sanksiyası həddində azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2021-ci il tarixdə müddəti bitdiyi üçün məhkumun barəsində olan nəzarət işi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtağı gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən ağır cinayət törətdiyi üçün onun əməlində cinayətlərin təhlükəli residivi vardır və bu Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İşdə olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 401,565 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD-R formatlı disk və Azərfon MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus bir ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 401,565 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunsun. 01 ədəd DVD-R formatlı disk və Azərfon MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 ( yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-385/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-385/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver