Məhkəmə qərarları › İş №1(124)-386/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-386/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-386/2024 25.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1980-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Abşeron rayon məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 07 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Hovsan Sıidçülük sovxozu ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan "Fazil“ adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun sifarişi əsasında göndərdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərə pul müqabilində qoyularaq satışını həyala keçirmək barədə razılığı gəlmiş, bu məqsədlə xx.xx.2023-ciİ il tarixdə, saat 00:10 radələrində bir qrup şəxs halında “Fazil” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Pirəkəşkil magistral yolunun kənarına qoydurduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" siyahılarına (1, İİ Siyahısına) daxil olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış ümumi çəkisi 747,134 qram qəhvəyi rəngli tozşəkİlü, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış ümumi çəkisi 211,2 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, narkotik vasitə olan heroin bağlamasından 0.834 qramını götürüb üzərində. 746,3 qram narkotik vasitə heroini və 211.2 qram psixotrop maddə metamfetamini isə sərnişin olduğu tanışı Şahid4 məxsus taksi kimi fəaliyyət göstərilən Tofaş markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış, həmin tarixdə, saat 00:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkoliklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı yolunun 12.8-ci kilometrliyində yerləşən “MS Oil" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 02:00-dan 02:11-ə kimi polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış çəkisi 0,834 qram narkotik vasitə olan heroin və sərnişini olduğu “Tofaş" markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə avtomobilin arxa oluracağından şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış 746,3 qram külli miqdarda narkotik vasitə hcroin və çəkisi 211,2 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı olan şəxsdən 250 manat müqabilində narkotik vasitə almışdır. Ödənişi “m10” vasitəsilə həyata keçirmişdir. O, İran İslam Respublikasının vətəndaşı olan şəxsə 10 qram miqdarında heroin növündə narkotik vasitə sifariş vermişdir. O, sifariş verdiyi narkotik vasitəni Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisinə atmalı idi. İran İslam Respublikasının vətəndaşı olan şəxs gecə saat 00:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində bir ünvana atmasına dair şəkilləri onun telefonuna göndərmişdir. 10 qram miqdarında narkotik vasitəni götürmüşdür. Geri qayıdarkən yanacaqdoldurma məntəqəsinə girdikdə, polis əməkdaşları onları saxlamış və Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Həmin vaxt Şahid4 avtomobili polis idarəsinin həyətində olmuşdur. Az sonra polis əməkdaşları ona avtomobildə narkotik vasitə olduğunu bildirmişlər. Avtomobildə narkotik vasitələr olmasından nə Racu Həmidov ilə Şahid4, nə də onun xəbəri olmamışdır. O, narkotik vasitəni Fazil adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən almışdır. Əvvəllər də, 4 yaxud 5 dəfə ondan narkotik vasitə almış, həmin vasitələrin pullarını “m10” vasitəsilə köçürmüşdür. Üzərində aşkar olunmuş “Leobank” mobil bankına məxsus kartı vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan şəxs pul köçürməsi həyata keçirməmişdir. O, narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir. İttiham aktında qeyd olunan miqdarlarda narkotik vasitələr ona məxsus olmamışdır. Onda sadəcə 10 qram miqdarında heroin növündə narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan Südçülük sovxozunda qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayır. Evlidir. Rəsmi olaraq heç bir yerdə işləmir, iş düşəndə fəhlə kimi işləyir. Təxminən 3-4 ildir ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyinə, satışı ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuşdur. O, istifadəsi üçün narkotik vasitələri adətən tanımadığı İran İslam Respublikasının vətəndaşlarından almışdır. Həmin şəxslərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə qurur və həmin şəxslərdən narkotik vasitələri atdığı yerlərin ünvanlarını onun “whatsapp” nömrəsinə göndərirlər. O da həmin narkotik vasitələri götürüb təyin olunmuş şəxslərə çatdırır və bunun müqabilində pul alır. 12 aprel 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu Fazil adlı İran İslam Respublikası vətəndaşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi narkotik vasitəni götürməyi ona bildirmişdir. O da Fazilin dediyi ünvana gəlmişdir. Bu zaman onun yanında tanışları Şahid4 və X5 da olmuşdur. Onlar Şahid4 idarə etdiyi “Tofaş” markalı, **- TB-*** dövlət qeydiyyat nişanı olan avtomobildə olmuşdur. Emil və Racu onun narkotik vasitəni götürməyə' getməyindən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağından xəbərsiz olmuşdurlar. O, Emil ilə Racuya dostunun ona göndərdiyi yükün dalınca getdiyini bildirmişdir. O, oraya gedən zaman həmin narkotik vasitəni götürmüş və sellofana bükmüşdür. Həmin narkotik vasitə heroindən bir büküm şəxsi istifadəsi üçün düzəldərək həmin şəffaf rəngli sellofanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibinə qoymuşdur. Bu zaman Racu və Emil maşının içərisində ondan qabaqda olduqları üçün həmin şəxslər onun nə etdiyini bilməmişdilər. Digər narkotik vasitə və psixotrop maddəni isə deyilən ünvanlara çatdırmalı olmuşdur. Həmin narkotik vasitələri götürüb Emilin idarə etdiyi Tofaş markalı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesində yerləşən “Ms Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlmişdilər. Bu zaman maşından düşüb siqaret çəkməyi təklif etmişdir. Onlar maşından düşüb siqaret çəkib Şahid4 və X5 ilə birlikdə hərəkətdə olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdilər. Onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamağında şübhəli olduğunu bildirmişdilər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu, tanışları Emil və Racunu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişdilər. Onlar da polislərə etiraz etməyib birlikdə Abşeron rayon Polis idarəsinə gəlmiş, onların idarə etdikləri Tofaş markalı nəqliyyat vasitəsi də Abşeron RPİ-nin həyətinə gətirilmişdir. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O da şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya s və predmet varsa təqdim etmək təklif edilmişdir. O da şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən cibindən l(bir) ədəd şəffaf rəngli sellofan torbada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini kütləni masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan həmin şalvarın sağ yan cibindən l(bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, l(bir) ədəd “4098 5844 6598 0785" nömrəli plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Redmi" markalı mobil telefon, l(bir) ədəd “4098 5844 6598 0785” nömrəli plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüşdür. Daha sonra ondan həmin kütlənin kimə məxsus olduğu və həmin kütləni necə və hardan əldə etdiyi, üzərindən başqa hardasa narkotik vasitə gizlətdiyi ondan soruşulmuşdur. O da verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Fazil” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində pul alacağım, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa sərnişini olduğu Tofaş markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, tanışları Şahid4 və Racu Həmidovun onun narkotik vasitəni götürməyindən və dövriyyəsi ilə məşğul olmağından xəbərsiz olduğunu, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra, şəxsi axtarışdan sonra o, müdafiəçi, tanışları və polis əməkdaşları Abşeron RPİ-nin həyətində saxlanılan “Tofaş» markalı **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişdilər. Avtomobilə baxış keçirtməyə başlamışdılar. Baxış zamanı ona avtomobildə qanunla qadağan edilmiş kütlənin təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra avtomobilin sürücü oturacağının arxasında yerləşən oturacağın üzərində l(bir) ədəd şəffaf rəngli sellofan torbada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini, l(bir) ədəd sellofan torbada açıq rəngli, kristal formalı psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmışdır. Avtomobildə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin kimə məxsus olduğu, hardan əldə edildiyi, nə məqsədlə avtomobildə gəzdirildiyi ondan soruşulmuşdur. O da verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Fazil" adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, tanışları Şahid4 və Racu Həmidovun onun narkotik vasitəni götürməyindən və dövriyyəsi ilə məşğul olmağından xəbərsiz olduğunu, daha əvvəl avtomobilə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Onun üzərinə Abşeron RPl-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Onun tanışları Şahid4 və X5 onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan xəbərləri olmamışdır. Onun üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon olmuşdur. (Cild 1, iş vərəqləri 77-82) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı-Şamaxı yolu üzərindəki “MS Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Abşeron Rayon Polis İdarəsinə dəvət edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında Racu və Emil adlı şəxslər də olmuşdur. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən heroin növündə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olubolmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs bunu etiraf etmiş, hərəkət etdiyi “Tofaş” markalı avtomobildə də narkotik vasitə olduğunu bildirmiş, onları İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs hərəkət etdiyi “Tofaş” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobildən təxminən 770 qram miqdarında heroin növündə narkotik vasitə və 230 qram miqdarında metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Həmin qanunsuz vasitələri də İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin təhqiqatçısı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı-Şamaxı yolu üzərindəki “MS Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Abşeron Rayon Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və avtomobildən heron növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Lakin, həmin vasitələrin çəkilərini xatırlamır. Təqsirləndirilən şəxs hərəkət etdiyi avtomobildən heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində ifadə verməsi təklif olunan Şahid4 polis əməkdaşlarının onları saxladıqda narkotik vasitə görmədiyini, avtomobildə narkotik vasitə aşkar olunduğunu, həmçinin səhhəti ilə bağlı problemlər olduğundan hadisəni xatırlamaqda çətinlik çəkdiyini və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Hovsan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs da Hövsanda qalan bir şəxs kimi tanıyır. Onun Amid ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Sadəcə o da Hovsan qəsbəsində taksi fəaliyyəti ilə məşğul olduğundan Amidi kənd sakini kimi tanımışdır. Sadəcə adının Amid olduğunu bilmişdir. Onun istifadəsində **-TB-*** dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil olmuşdur. O. həmin avtomobili etibarnamə əsasında taksi kimi idarə etmişdir. 11 aprel 2023-cü il tarixdə, saat təxminən 00:30 radələrində istifadəsində olan Tofaş markalı avtomobil ilə Hövsan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman Hövsan qəsəbəsində “Ballı” marketin yaxınlığında iki nəfər şəxsin ona əl etdiyini görmüşdür. O, avtomobili həmin şəxslərin yaxınlığında saxlayan zaman həmin şəxslərdən birinin kənddən tanıdığı Amid adlı şəxs olduğunu görmüşdür. Digər şəxsi isə tanımamışdır. O, avtomobili həmin şəxslərin yaxınlığında saxlamışdır. Həmin şəxslərdən hara gedəcəklərini soruşmuşdur. Amid ondan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzi istiqamətində gedəcəklərini və oradan həm rayondan gələn yükü götürmək həm də tanıdığını bir qızla görüşəcəklərini bildirmişdir. Ondan həmin əraziyə neçəyə apara biləcəyini demişdir. O da həmin şəxsə 15 manata dediyi istiqamətə apara biləcəyini demişdir. Amid keçib arxada əyləşmişdir. Digər tanımadığı şəxs isə qabaq sağ oturacaqda əyləşmişdir. O, “Sədərək” ticarət mərkəzi istiqamətinə çatan zaman Amid ona birazda qabağa Qaradağ rayonu, Lökbatan-Puta yolu oradan da Lökbatan- Pirəkəşkül yolu istiqamətinə sürməyini demişdir. O da Amidin dediyi istiqamətdə sürməyə başlamışdır. Bir neçə kilometr getdikdən sonra Amid ona saxlamağını demişdir. O bu əraziləri tanımadığını və harada saxlamağını soruşmuşdur. Amid ona “ayaqyoluna getmək istəyirəm saxla qıraqda düşüm gəlirəm” demişdir. O da maşını tanımadığı bir yolda saxlamışdır. Maşını Qaradağ rayonu ərazisində düzənlik bir sahədə tanımadığı yerdə saxlamışdır. Amid aşağı düşmüş və bir neçə dəqiqə sonra maşına qayıdaraq “sür getdik” demişdir. Bu zaman X5 maşında qabaq oturacaqda əyləşərək yuxulayırmış. O da maşını işə salıb sürməyə davam etmişdir. Onlar gəlib Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ərazisinə çatmışdılar. O, yolun uzandığını görüb Amidə ondan verdiyi 15 manatdan əlavə də pul alacağını bildirmişdir. Amid də onunla razılaşmış və “pul problem deyil*’ demişdir. O, oradan Bakı-Şamaxı yolu ilə şəhər istiqamətində gəlməyə başlamışdır. Benzin az olduğundan maşını saxlayıb benzin vurmaq qərarına gəlmişdir. Bakı-Şamaxı younda yerləşən “MS OİL” yanacaqdoldurma məntəqəsində benzin vurmaq üçün maşını saxlamışdır. Bu zaman 3 ııəfər onlara yaxınlaşdılar. Həmin şəxslər polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini çıxardıb özlərini onlara təqdim etmişdilər. Polis əməkdaşları onun maşınında əyləşən Amidə yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdilər. Daha sonra polis əməkdaşları onun və Amidin yanında dayanan şəxsin ad familiyasını soruşmuşdular. O, özünü təqdim etmişdir. Digər isə adının X5 olduğunu bildirmişdir. Polis əməkdaşları onları Abşeron Rayon Polis İdarəsinə dəvət etmişdilər. Onlar da polislərə etiraz etməyib Abşeron Rayon Polis idarəsinə gəlmişdilər. Burada onlara üzərlərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya olub olmadığını soruşmuşdular. O, digər şəxs üzərlərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdilər. Daha sonra Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət olunmuş və videoçəkiliş ilə üzərinə baxış keçirmişdilər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış büküm çıxartmışdır. Həmin bükümün nə olduğunu soruşan zaman Amid həmin bükümdə heroin olduğunu demişdir. Daha sonra Amiddən başqa harda narkotik vasitə və ya psixotrop maddə saxladığını soruşmuşdular. Amid də maşında narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Daha sonra onun idarə etdiyi “Tofaş” markalı avtomobilə baxış keçirtmək təklif olunmuş və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Avtomobilə baxış keçirdən zaman avtomobilin sürücü oturacağının arxasında yerləşən arxa oturacağın üzərində l(bir) ədəd şəffaf rəngli sellofan torbada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini, l(bir) ədəd şəffaf rəngli sellofan torbada ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetamini Amid çıxardaraq təqdim etmişdir. Daha sonra Amidin göstərdiyi narkotik vasitələr qablaşdırılmışdır. O, Təqsirləndirilən şəxs sadəcə taksi kimi işlədiyi üçün müştəri olaraq öz maşınına götürmüşdür. Digər şəxsi isə tanımır. O, Amidin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından xəbəri olmamışdır. (Cild 1, iş vərəqləri 171-175) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Baş Narkotikləılə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri götürməsi həmin narkotik vasitə və psixotrop maddələri Abşeron rayonu ərazisinə daşıyaraq, həmin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Baş Narkotiklərlə Mübarizə İdrəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə Şahid1 rəhbərliyi ilə xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində o, əməliyyat qrupunun digər iştirakçıları Şahid2 və Şahid1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesində, **-TB-*** dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobildə Təqsirləndirilən şəxs və onun yanında iki nəfər şəxsin olması tərəflərindən müəyyən edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesində “MS Oİ1” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman orada dayanan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Daha sonra Amidin yanında dayanan şəxslərin kim olduğunu soruşmuşdular. Həmin şəxslər onlara özlərini X5 və Şahid4 kimi təqdim etmişdilər. Bundan sonra onlar Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət etmişdilər. Təqsirləndirilən şəxs, Racu Həmidov və Şahid4 onlara etiraz etməyib razılaşaraq, onlarla birlikdə idarə etdikləri 90-TB- 137 dövlət qeydiyyat nişanlı avtomobil ilə polis idarəsinə gəlmişdilər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış açıq qəhvəyi rəngli spesifik iyə malik külli miqdarda narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən l(bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, l(bir) ədəd “4098 5844 6598 0785" nömrəli plastik bank kartı aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış bir büküm narkotik vasitə heroinə bənzər kütlə və əynində olan şalvarın sağ yan cibində aşkar edilmiş l(bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, l(bir) ədəd “4098 5844 6598 0785” nömrəli plastik bank kartı içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində tünd göy rəngli şalvarın sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin Özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Fazil” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa sərnişini olduğu Tofaş markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, tanışları Şahid4 və X8 narkotik vasitəni götürməyindən və dövriyyəsi ilə məşğul olmağından xəbərsiz olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sərnişini olduğu “Tofaş” markalı avtomobilə baxış keçirtmək təklif olunmuş, Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Daha sonra, müdafiəçinin, şahidlərin və polis əməkdaşlarının iştirakı ilə Abşeron RPİ-nin həyətində saxlanılan Tofaş markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanma gedərək baxış keçirtməyə başlamışdılar. Təqsirləndirilən şəxs sərnişini olduğu avtomobildə qanunla qadağa edilmiş hansı maddələrin olduğunu və həmin kütlənin təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sürücü oturacağının arxasında yerləşən arxa oturacağın üzərində l(bir) ədəd şəffaf rəngli sellofan torbada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini, l(bir) ədəd şəffaf rəngli sellofan torbada ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN- in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri Təqsirləndirilən şəxs tərəfindən, müdafiəçi, təhqiqatçı və digər iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs sərnişini olduğu avtomobilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Daha sonra avtomobildə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin kimə məxsus olduğu, hardan əldə edildiyi, nə məqsədlə avtomobildə gəzdirildiyi Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs da verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Fazil” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, tanışları Şahid4 və X8 narkotik vasitəni götürməyindən və dövriyyəsi ilə məşğul olmağından xəbərsiz olduğunu, daha əvvəl avtomobilə və üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 224-229) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan torbada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 34-36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq “avtomobilə axtarış və götürmə aparılması haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sürücü oturacağının arxasında yerləşən oturacağın üzərində 1 ədəd sellofan torbada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd sellofan torbada açıq rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. (Cild 1, iş vərəqləri 44-45) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “avtomobilə axtarış və götürmə aparılması haqqında” 12 aprel 2023-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 212, 216) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq “mobil telefona baxış keçirilməsi haqqında” 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Redmi” markalı mobil telefona baxış zamanı müəyyən olmuşdur ki, “Qalereya” bölməsində Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları qeyd etmək üçün çəkilmiş şəkillər, narkotik vasitə əldə etdiyi ünvanların şəkilləri, bundan başqa həmin telefonun qalereyasında elektron tərəzi üzərində müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddə şəkilləri əks olunmuşdur. “Kontaklar” menyusuna daxil olunduqda “+98-937- 602-7542” mobil nömrəsinin mobil telefonun yaddaş qurğusunda “Gülşad İran” adı ilə qeyd olunduğu, mobil telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinə daxil olunduqda isə “Gülşad İran” adı ilə qeyd edilmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mütəmadi olaraq zəng etməklə əlaqə saxlanıldığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 200-208) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2023-cü il tarixli, 6/2146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,834 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs sərnişin olduğu Tofaş markalı, **-TB- *** d.q.n-lı avtomobildən aşkar edilmiş kütlə şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 746,3 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 211,2 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və sərnişin olduğu Tofaş markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 747,134 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə tibbi ekpertizasının 17 aprel 2023-cü il tarixli 703 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 51-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq ambulator məhkəmə psixiatrik ekspertizasının 03 iyul 2023-cü il tarixli 1798 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xastəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 189-191) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 daxil olmuş 22 may 2023-cü il tarixli 3124 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 187-188) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 746,884 qram heroin, 211 qram metamfetamin və 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 245-264) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin həmin narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından böyük həcmdə olub artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni narkotik vasitə və psixotrop maddələri satış məqsədilə istifadə etməməsi, üzərində ittihamda qeyd edilən miqdardan daha az miqdarda narkotik vasitə olması ilə bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadələr və mötəbər sübutlar kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Qədirov X6 rayon məhkəməsinin 22 iyul 2020-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 7 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 1, iş vərəqləri 233-234) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi təqsirləndirilən şəxs cinayət törədərkən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məəhkəmənin 03 avqust 2023-cü il və 04 noyabr 2023-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 88-91, 167-170) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 746,884 qram çəkidə narkotik vasitə heroin, 211 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. İş materiallarında olan 02 ədəd disk cinayət işinin iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 746,884 qram çəkidə narkotik vasitə heroin, 211 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. İş materiallarında olan 02 ədəd disk cinayət işinin iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar