Məhkəmə qərarları › İş №1(124)-386/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-386/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-386/2025 10.12.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X3 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katib X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, Kürdəmir şəhəri, Atatürk küçəsi ev 6 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Səxavət” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib istintaqa məlum olmayan vaxtda və şəraitdə “Səxavət” adlı şəxsin bildirdiyi yerdən külli miqdarda 3642,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib həmin narkotik vasitənin 2,47 qram hissəsini ayırıb idarə etdiyi “Mercedes” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının alt hissəsində, qalan 3640 qram hissəsini isə narkotik vasitənin saxlanılması məqsədi ilə kirayə tutduğu Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamışdır. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Səxavət” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən 23 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının bildirdiyi Füzuli rayonu ərazisindən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 57995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, **-FH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla daşımışlar, 23 yanvar 2025-ci il tarixdə, saat 08:45-də İmişli şəhəri, H.Əliyev prospektində xidmət aparan Yol Patrul Xidməti Alayının inspektorları tərəfindən saxlanılaraq həmin tarixdə saat 13:13-dən etibarən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən üzərində “Sobranie” yazısı qeyd edilmiş siqaret qutusunun içərisindən Təqsirləndirilən şəxs1 əvvəlcədən əldə etdiyi 01 ədəd sellefon torbacıqda 2,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, avtomobilin yük yerindən qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri 01 ədəd narıncı rəngli sintetik torbada 27 ədəd bağlamada olmaqla ümumi çəkisi 28610 qram olan, 01 ədəd narıncı rəngli sintetik torbada 28 ədəd bağlamada olmaqla ümumi çəkisi 29385 qram olan ümumilikdə xüsusilə külli miqdarda 57995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat axtarış tədbirinin davamı olaraq 23 yanvar 2025-ci il tarixdə, saat 21:31-dən etibarən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanılması məqsədi ilə kirayə tutduğu Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı dolabın içərisindən 03 ədəd sellefon bağlamada ayrıayrılıqda çəkiləri 1030 qram, 1035 qram, 1025 qram olan və 01 ədəd qara rəngli polietilen torbada 550 qram olmaqla, ümumilikdə 3640 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Səxavət” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının bildirdiyi Füzuli rayonu ərazisindən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 57995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımışlar, 23 yanvar 2025-ci il tarixdə saat 08:45-də İmişli şəhəri, H.Əliyev prospektində xidmət aparan Yol Patrul Xidməti Alayının inspektorları tərəfindən saxlanılaraq həmin tarixdə saat 13:13-dən etibarən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markah, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən üzərində “Sobranie” yazısı qeyd edilmiş siqaret qutusunun içərisindən Təqsirləndirilən şəxs1 əvvəlcədən əldə etdiyi 01 ədəd sellefon torbacıqda 2,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, avtomobilin yük yerindən qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri 01 ədəd narıncı rəngli sintetik torbada 27 ədəd bağlamada olmaqla ümumi çəkisi 28610 qram olan, 01 ədəd narıncı rəngli sintetik torbada 28 ədəd bağlamada olmaqla ümumi çəkisi 29385 qram olan ümumilikdə xüsusilə külli miqdarda 57995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, gözünə mikrob düşdüyü üçün o 23 yanvar tarixində Füzuli şəhərinə getməli imiş. Gözünə görə o, Təqsirləndirilən şəxs2 deyib ki, “gəl bir yerdə gedək və yüklər var onları götürək”. Elşən ona axşam işi olduğunu və tez qayıtmalı olduqlarını deyib, o da yükləri verəndən sonra tez qayıdacaqlarını deyib. Rayonun mərkəzində olanda ona konum gəlib, konuma gedib və kisələri götürüb. Daha sonra Füzuli rayonunun mərkəzindən Elşəni götürüb. İmişli rayonunun Heydər Əliyev prospektində yerləşən polis şöbəsini keçəndən sonra polis əməkdaşları onun narkotik vasitələrdən istifadə elədiyini zənn edib ona analizə getməli olduğunu deyiblər. Sonra da avtomobilə baxış zamanı avtomobilin baqajından narkotik aşkarlanıb. Hadisə baş verəndə o işləmirmiş, narkotik vasitələrdən istifadə etmirmiş. İşlədiyi vaxtdan İranlı ilə əlaqəsi olub. Narkotik vasitəni götürdükdən sonra Bakı şəhərinə gətirəcəkmiş, narkotik vasitəni pul müqabilində götürübmüş. Götürdüyü konumlara atsaydı, 15-20 min pul veriləcəkmiş. Təqsirləndirilən şəxs2 Kürdəmirdə işlədiyi müddətdən tanıyır. Təqsirləndirilən şəxs2 əvvəl polisdə işləməmiş, Kürdəmir rayonunun sakini olmuşdur. İşlədiyi müddət ərzində narkotik vasitələrindən istifadə etməmişdir. İşlədiyi müddət ərzində Təqsirləndirilən şəxs2 narkotik vasitələrindən istifadə etdiyini, nəşə çəkdiyini bilirmiş. Elşən əslində Füzuli rayonuna getmələrinin səbəbini bilmirmiş. Elşənin avtomobilinin “rulovoyu” xarab olubmuş. Axşam vaxtı onun gözü görmədiyim üçün Elşənə bir yerdə getməyi təklif edibmiş. Onun avtomobilində də narkotik var imiş. O Elşənə avtomobildə narkotik olduğunu deyib. O ona bunu da sənə verərəm istifadə edərsən deyib. Həqiqətən də Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. O müstəntiqə “Bakı şəhərində olan narkotikləri də sizə verim və Təqsirləndirilən şəxs2 bu məsələdən məlumatı olmadığına inanın” deyib. Həqiqətən də onun gözündə mikrob olduğu üçün Təqsirləndirilən şəxs2 avtomobili idarə etməyə çağırmışdır. Elşəni yükləri vermək adı ilə onu çağırmışdır. Avtomobildə olan narkotikdən Elşənə istifadə etməsi üçün vermiş, avtomobildə olarkən istifadə etməmiş, Elşənlə geri qayıdanda istifadə etmişdir. Yolu geri qayıdanda avtomobili özü idarə edirmiş. Ümumilikdə iki kisə narkotik olmuşdur. Elşən rayonun mərkəzində avtomobildən düşmüşdür, onu gözləmişdir. Narkotiki o tək gedib götürmüşdür. Elşənin onun narkotik götürməyindən məlumatı olmamışdır. O bunu istintaq zamanı da bildirmişdir, avtomobildə ancaq marixuana olmuşdur. Narkotikin hansı formada olduğunu dəqiq deyə bilmir, o bildiyi qədəri ilə təzə olub, yaş olub-olmamasını bilmir. Narkotik vasitə onda əvvəlcədən olub. Elşən həmin narkotikdən istifadə etmişdir. Baqajdakı narkotikdən xəbəri olmamışdır. İlk dəfə kisələrdə olan nakrotikdən şöbədə olarkən baqaj açılan zaman məlumatı olmuşdur. Polis bölməsinə bir yerdə aparılıblar. Axşam saatlarında bantidizm əməkdaşları gəliblər, onlar həmin müddətdə ayrı-ayrı otaqlarda olmuşdurlar. Avtomobildəki narkotiki İmişli polisi aşkarlamamışdır. O bildiyi qədəri ilə xüsusi bir tağım qrupu narkotiki aşkarlamışdır. Banditizm əməkdaşlarından əvvəl onlar avtomobilə baxmışdır. Ondan sonra bir qrup əməkdaşı göndərilmiş və həmin əməkdaşlar onları gətirmişdirlər. Qayı əməkdaşının adı yadında deyildir. İttiham aktında adı yazılmışdır. Onlar bir yerdə qayıdanda Təqsirləndirilən şəxs2 narkotikdən istifadə etmişdir. Avtomobili o idarə etmişdir. Gündüz saatlarında avtomobili normal idarə edə bilir, axşam saatlarında avtomobili gözündəki mikrobla əlaqədar idarə edə bilmir. O, Kürdəmir şəhərində olan Təqsirləndirilən şəxs2 yola çıxmasını demişdir. Avtomobilinin “rulovoy”unu ona vermiş və ona “bir yerdə gedək və çanta var onu verək qayıdaq” demişdir. Təqsirləndirilən şəxs2 Füzuli rayonuna aidiyyatı olmayan bir şəxsdir, həmin rayonu tanımır. Rayon mərkəzində olanda o Təqsirləndirilən şəxs2 “fermaya gedib gəlirəm” demişdir. Dönər yerinin yanında o Elşənə gözləməsini demiş və bu formada onu aldadaraq narkotiki götürməyə getmişdir. O, Füzuliyə gedəndə üzərində “Sobrania” markalı siqaret qutusunun içərisində narkotik olmuşdur. O narkotik vasitələrindən istifadə edən şəxs olmamışdır. Onun avtomobilində həmişə siqaret qutusunun içərisində narkotik olmuşdur. Elşənin onun narkotik götürməyindən xəbəri olmamışdır. O Bakı şəhərindən çıxanda Elşən onda narkotik olduğunu bilirmiş, təkcə siqaret qutusunun içərisində olan narkotiki bilirmiş. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 24 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. ***-***-**-** saylı nömrəni istifadə edir. 2024-cü ildə dəqiq xatırlamadığı tarixdə “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı “Səxavət” adlı şəxslə tanış olmuşdur. Səxavət ilə ümumi söhbət etdikdən sonra aralarında dostluq münasibəti yaranmış, yaşadığı İran İslam Respublikasına bir neçə dəfə qonaq dəvət etsə də, gedə bilməmişdir. Səxavətlə tanışlıqlarından sonra artıq bir-birlərinə mobil nömrələrini verib “Watsapp” vasitəsi ilə görüntülü danışmağa başlamışlar. Bir neçə gün danışdıqdan sonra Səxavət ona etibarlı adama oxşadığını və iş görüb qazanc əldə etmək arzusunda olduğunu bildirmişdir. Həmin vaxt işsiz olduğu üçün pula ehtiyac duyduğunu, normal iş olarsa iş görüb qazanc əldə etmək istədiyini demişdir. Ondan iş barədə maraqlananda X27 Respublikasından narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin göndərilən narkotik vasitəni götürüb özündə saxlamalı olduğunu, sonradan bildirdiyi yerlərə qoymalı olduğunu söyləmişdir. Özü ilk dəfə bu işin riskli və təhlükəli olmasını bildirmiş, həmçinin Səxavəti yaxından tanımadığına və ona güvənmədiyinə görə imtina etmişdir. Bir neçə müddət keçdikdən sonra aralarında yenidən danışıq olmuş, Səxavət heç nədən qorxmamağını, sadəcə iş görüb pul qazanacağını demişdir. 2024-cü ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Səxavət ilə “Watsapp” proqramı vasitəsi ilə danışan zaman adamları tərəfindən həmin gün Füzuli rayonu ərazisinə narkotik vasitələr yerləşdiriləcəyini bildirib qeyd olunan ünvana getməli olduğunu və həmin narkotik vasitələri götürüb Bakı şəhərinə gətirməli olduğunu demişdir. Onun dediklərinə uyğun olaraq idarə etdiyi avtomobil ilə Füzuli rayonu ərazisinə getmiş, Səxavətin göndərdiyi konuma uyğun olaraq narkotik vasitələr olan torbanı götürüb Bakı şəhərinə gətirmişdir. Bakı şəhərində hazırda xatırlamadığı ünvana qoyduqdan sonra Səxavət ona dəqiq miqdarını bilmədiyi məbləğdə pul göndərmişdir. Səxavət bu işi nöqsansız gördüyünə görə növbəti dəfə daha çox narkotik vasitə göndərəcəyini və daha çox pul verəcəyini söyləmişdir. Səxavət götürəcəyi narkotik vasitələri saxlamaqdan ötrü yer tapmağını tapşırmışdır. Ona yerinin olmadığını və narkotik vasitələri ailəsinin olduğu evə apara bilməyəcəyini demişdir. Səxavət nə qədər lazımdırsa, pul göndərəcəyini kirayə ev tutmağını tapşırmışdır. Bundan sonra Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yeni yaşayış sahəsində mənzil kirayə tutmuşdur. Həmin mənzili yalnız narkotik vasitə saxlamaqdan ötrü tutmuşdur. Təxminən 10 gün bundan öncə İran İslam Respublikası vətəndaşı Səxavət onunla əlaqə saxlayıb narkotik vasitələri Füzuli rayonu ərazisinə yerləşdirəcəyini və gedib götürməyini söyləmişdir. Səxavətin bildirdiyi tarixdə idarə etdiyi avtomobil ilə tək Füzuli rayonuna gedib oradan içərisində narkotik vasitələr olan bağlamanı götürmüşdür. Sonra həmin narkotik vasitələri Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən kirayə tutduğu evə gətirmişdir. Oradan görüntülü Səxavətlə əlaqə saxlayıb narkotik vasitələri göstərmişdir. Həmin torbalarda ümumilikdə 50-55 kq çəkidə qurudulmuş marixuana olmuşdur. Sonradan Səxavətin göstərişi ilə həmin narkotik vasitələrin 50 kiloqrama yaxın hissəsini Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlara yerləşdirmişdir. Səxavət ona hissə-hissə olmaqla ümumilikdə 22.000 manat məbləğində pul göndərmişdir. Əlavə olaraq 8000 manat pul göndərməli idi. Səxavətin göndərdiyi narkotik vasitənin 03 ədəd bağlamada və 01 ədəd sellefon torbada olmaqla kirayə tutduğu evin yataq otağında dolabda, kiçik sellefon paketdə isə götürüb siqaret qutusunun içərisinə qoymuşdur. Həmin siqaret qutusunu idarə etdiyi avtomobilin ön sağ oturacağının alt hissəsində saxlamışdır. Həmin narkotik vasitəni avtomobilinə qoymaqda məqsəd isə uyğun zaman tapdıqda istifadə etmək olmuşdur. 22 yanvar 2025-ci il tarixdə Səxavət yenidən əlaqə saxlayıb səhərə yaxın yəni xx.xx.2025-cü il tarixdə adamları tərəfindən Füzuli rayonuna yenidən narkotik vasitələr yerləşdiriləcəyini bildirib qeyd olunan ünvana gedib həmin narkotik vasitələri də götürməyini tapşırmışdır. Heç bir problem olmadığını, öncədən məlumat verməsini istəmişdir. Belə ki, 22-dən 23-nə keçən gecə Səxavətlə danışan zaman o, Füzuli rayonu istiqamətində yol çıxmağını və səhərə yaxın malın atılacağını demişdir. Yenidən idarə etdiyi “Mercedes” markalı, **-FH-*** qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Abşeron rayonundan çıxmışdır. Yolda Kürdəmir şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb Füzuli rayonuna getdiyini, vaxtı varsa onunla birlikdə getməsini söyləmişdir. Elşən də buna razılıq vermişdir. Telefonda ona Füzuli rayonuna hansı məqsədlə getdiyini söyləməmişdir. Kürdəmir rayonundan keçərkən saat 04 radələrində yolüstü Təqsirləndirilən şəxs2 götürmüş və birlikdə Füzuli istiqamətində hərəkət etmişlər. Özü yorğun olduğu üçün Elşənə avtomobili idarə etməsini söyləmiş və sonuncu idarə etmişdir. Füzuli rayonuna çatdıqdan sonra təxminən 1 saata yaxın Səxavətin məlumat verməsini gözləmişdir. Saat təxminən 07 radələrində Səxavət artıq konum atıb malın həmin ərazidə olduğunu bildirmişdir. Elşəni Füzuli rayonunda yerləşən məscidin yanında düşürüb orada gözləməsini demiş və özü narkotik vasitələr olan torbanı götürməyə getmişdir. Qeyd olunan ünvana çatdıqdan sonra orada olan 02 ədəd sintetik torbaya bağlamalar formasında yığılmış marixuananı götürüb avtomobilin baqajına qoymuş və Təqsirləndirilən şəxs2 düşürdüyü yerə gəlib onu götürüb Kürdəmir istiqamətində yola düşmüşdür. Yolda olarkən onu düşürdükdən sonra İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitələr olan torbanı götürməyə getdiyini və avtomobilin baqajına qoyduğunu demişdir. Elşən ondan çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana istədikdə qabaq sağ oturacağın altında siqaret qutusunda marixuana olmasını deyib götürüb istifadə etməsini söyləmişdir. O da həmin narkotik vasitədən bir qismini özü üçün düzəldib çəkmişdir. Elşənə birlikdə gedib gəldiyi üçün əlavə də olaraq narkotik vasitə qurudulmuş marixuana verəcəyini demişdir. İdarə etdiyi Mercedes markalı **-FH-*** qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri Heydər Əliyev prospektində hərəkət edərkən İmişli rayon Polis Şöbəsinin yanında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Avtomobildən düşdükdə polis əməkdaşı ona yaxınlaşıb saxlama səbəbini izah edərkən avtomobilin yük yerində marixuana apardığı üçün bir qədər həyacanlanmış və verilən suallara cavab verə bilmədiyim üçün şübhə yaranmışdır. Bundan sonra polis əməkdaşı avtomobildə olan konstruksiya dəyişikliyi olduğu üçün onu avtomobillə birlikdə İmişli Rayon Polis Şöbəsinə gətirmişlər. Orada avtomobildən kəskin iyi gəldiyi üçün avtomobildə nə olmasını soruşmuşlar. O da yalan danışmağın mənasız olduğunu görüb avtomobilin yük yerində qurudulmuş marixuana olmasını demişdir. Bundan sonra avtomobilin baqajını açıb polis əməkdaşlarına narıncı rəngli kisələri göstərmişdir. Bir neçə saat keçdikdən sonra mülki geyimli şəxslər İmişli RPŞ-nin inzibati binasına gəlib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə öz və Elşənin üstünə, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ilk öncə üzərlərində olan əşyaları təqdim təklif edilmişdir. Bu təklifdən sonra hər ikisi üstündə dövriyyəsi qadağan olunmuş əşya və predmet olmadığını bildirmişlər. Özü isə idarə etdiyi avtomobildə “marixuana” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən avtomobil açarını, sol yan cibindən mobil telefonu, arxa sağ cibindən isə pulu çıxarıb təqdim etmişdir. Təqdim edilən əşyalara baxış zamanı özünəməxsus “İphone” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrəsinin olduğunu bildirmişdir. Əlavə olaraq isə təqdim etdiyi 165 manat pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini qeyd etmişdir. Bundan sonra təqim olunmuş mobil telefon götürülmüş, 165 manat pul və avtomobilin açarı onun özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üstünə baxış keçirilmiş və baxış zamanı o, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə şəxsiyyət vəsiqəsi ilə 5 manat pulu çıxarıb təqdim etmişdir. Həmin əşyalara baxış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi “İphone” markalı mobil telefonun içərisində 055-874- 70-70 saylı mobil nömrəsinin olduğunu bildirmişdir. Əlavə olaraq isə təqdim etdiyi 5 manat pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini qeyd etmişdir. Təqdim olunmuş mobil telefonla, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, 5 manat pul isə onun özünə geri qaytarılmışdır. Bundan sonra idarə etdiyi “Mercedes” markalı, **-FH-*** qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ oturacağın alt hissəsində olan saxlanc yerindən üzərində “Sobranie” yazısı qeyd olunmuş 01 ədəd siqaret qutusunu təqdim edərək həmin qutunun içərisində marixuana olduğunu bildirmişdir. Həmin siqaret qutusuna keçirilən baxış zamanı şifahi sorğulara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni “Səxavət” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından, sonuncunun göndərdiyi Füzuli rayonu ərazisində yerləşən ünvandan əldə etmiş və həmin vaxt əldə etdiyi narkotik vasitə marixuana kimi tanıdığı kütlələrin bir hissəsini Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən kirayə götürdüyü evdə saxladığı, həmin kütlələri deyilən ünvana çatdırmağının qarşılığında isə pul əldə etdiyini demişdir. Bundan sonra siqaret qutusunun içərisinə baxış keçirilmiş və baxış zamanı həmin qutuda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması aşkar edilmişdir. Aşkar olunmuş kütlə 01 ədəd zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilin arxa yük yeri açılmış, avtomobilin yük yerində 02 ədəd narıncı rəngli sintetik kisənin olması aşkar edilmişdir. Aşkar olunmuş sintetik kisələrdə marixuana olduğu, həmin kütlələri Səxavət adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq onun göndərdiyi Füzuli rayonu ərazisindən 23 yanvar 2025ci il tarixində səhər saatlarında götürdüyünü, Bakı şəhərində ona deyilən ünvana çatdırmağının qarşılığında 20.000 manat pul veriləcəyini demişdir. Əlavə olaraq isə tanışı Təqsirləndirilən şəxs2 4 ilə yaxındır ki, tandığım, 23 yanvar 2025-ci il tarixdə saat 04:00 radələrində onunla Kürdəmir rayonunda görüşüb birlikdə Füzuli rayonuna getdiklərini, tanışı Təqsirləndirilən şəxs2 əvvəlcədən Füzuli rayonuna həmin kütlələri götürmək üçün getmələrindən məlumatının olmasa da, kütlələri əldə etdikdən sonra həmin kütlələrdən məlumatının olduğunu, ona avtomobilinin salonunda aşkar olunmuş kütlələrdən istifadə etmək üçün verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləyərək həmin kütlələrdən sonradan məlumatının olduğunu, Təqsirləndirilən şəxs1 ona avtomobilin salonunda aşkar olunmuş marixuana kimi tanıdığı kütlələrdən pay verəcəyini və hətta həmin kütlələrdən yolda olarkən istifadə etdiyini bildirmişdir. Bundan sonra avtomobilin yük yerindən aşkar olunmuş 02 ədəd narıncı rəngli sintetik kisələrə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı kisələrin birinin içərisindən 27 ədəd, digərinin içərisindən 28 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qara rəngli izləmə cihazına oxşar predmetin olması aşkar edilmişdir. Sonra aşkar edilmiş kütlələr qablaşdırılmış və götürülmüşdür. Baxış zamanı qeyd olunan narkotik vasitələrdən kirayə tutduğu ünvanda da olmasını bildirdiyi üçün həmin evə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Daha sonra polis əməkdaşları, özü və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə birlikdə İmişli rayonundan çıxıb kirayə tutduğu Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən evə gəlmişlər. Evə videoçəkiliş ilə baxış zamanı yataq otağında olan 03 ədəd bağlamada və 01 ədəd sellefon paketdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Baxış zamanı evdən başqa qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Baş İdarədə evə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Daha sonra müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəziləri izah olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq bildirdi ki, Elşən avtomobildə olan siqaret qutusunun içərisindəki narkotikdən istifadə edəndən sonra siqaret qutusunun içərisində hələ də narkotik qalıbmış. Polis şöbəsində baqaj açılanda Təqsirləndirilən şəxs2 orda narkotik vasitə olduğunu bilmişdir. O, Beyləqanda olanda avtomobildən iy gəldiyinə görə Təqsirləndirilən şəxs2 ondan həmin iyin nə olduğunu soruşduğunu və o da ona avtomobildə narkotik olduğunu deməklə bağlı ifadə verməmişdir. ittiham aktı ilə tanış olanda həmin ifadənin yazıldığını görmüşdür. O tutulandan sonra Təqsirləndirilən şəxs2 bildiyini demişdir, yəqin ona görə anlaşılmazlıq olmuşdur. Faktiki olaraq baqaj açılana qədər Təqsirləndirilən şəxs2 orda narkotik vasitə olduğunu bilməmişdir. O, götürdüyü narkotikdən Təqsirləndirilən şəxs2 verməmişdir, ondan bu halı BMCMİ-nin əməkdaşları da soruşmuşdur və onlara da belə demişdir. Bakıdakı evdə olan narkotikləri onlara təhvil verəndə Təqsirləndirilən şəxs2 verdiyi narkotikin həmin narkotikdən olduğunu demişdir. Avtomobildən başqa da evdə də narkotik aşkar edilmişdir. Məhəmmədi kəndində də kirayə ev tutmuşdur və həmin evdə də narkotik olmuşdur. “Sobrania” qutusunda olan narkotiki ondan soruşmuşdurlar, kisələrdəki olan narkotiklərə heç əli dəyməmişdir, tez-bazar avtomobilin baqajına qoymuşdur. Həmin ifadəni təsdiq etməmişdir. Kürdəmirdən Füzuliyə gedəndə Təqsirləndirilən şəxs2 avtomobildə olan siqaret qutusunun içərisindəki narkotikdən xəbəri olmuşdur. O götürdüyü narkotikdən Təqsirləndirilən şəxs2 verməmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, hadisələr Təqsirləndirilən şəxs1 dediyi kimi olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobil üçün avtomobil bazarından “rulovoy” almışdır, şəhərə o gedib və gələ bilmədiyinə görə Təqsirləndirilən şəxs1 o xahiş etmişdir. O, Tərlana deyib ki, “yolun bu tərəfə düşsə rulovoyu zaprafka elə və göndər”. Kürdəmirdə Təqsirləndirilən şəxs1la görüşmüş, İmişli körpüsünün altında yolda Təqsirləndirilən şəxs1la 10-15 dəqiqə söhbət etmişdir. Tərlan onların rayonda polis əməkdaşı olmuşdur, o da telefon ustası olmuşdur. Tərlan həmişə onun yanına telefonunu düzəltmək üçün gəlirmiş, Tərlanla münasibətləri bu formada yaranmışdır. Tərlan ona “gəl mənimlə gedək, gecə saatlarında mənim gözüm yaxşı görmür” demişdir. Tərlanın üç övladı vardır və onu fikirləşərək onunla birgə getmiş, işinin olduğunu və iki saatdan sonra rayona qayıtmalı olduğunu bildirmişdir. Rayonda görüşüm vardı. O Tərlanı polis nəfəri olaraq tanıdığına görə heç vaxt Tərlan barədə onda şübhə olmamışdır. O heç vaxt da Tərlanı narkotik vasitələrindən istifadə edən kimi tanımamışdır. Yolda gedəndə Tərlan ona “avtomobildə siqaret qutusunun içərisində marixuana var və çəkmək istəyirsən mi” deyə təklif etmişdir. Gecə İmişliyə qədər avtomobili o sürmüşdür. O, marixuananı çəkmək üçün hazır vəziyyətə gətirmişdir. X22 deyə adlandırılan yerdə Tərlan onu maşından düşürmüşdür, Tərlanın getməsi və qayıtması hardasa 20-25 dəqiqə çəkmişdir. Telefonunda Tərlana edilən zəng də olmalıdır. Həmin müddət ərzində Tərlana zəng edərək nə vaxt gələcəyini soruşmuşdur. Onlar geri qayıdanda gedərkən düzəltdiyi marixuananı yandırıb çəkmiş, avtomobilin oturacağını arxaya verərək uzanmışdır. O bütün yolu avtomobildə yatmışdır, İmişli rayonunun ərazisində Tərlan ona demişdir ki, “polis əməkdaşları bizi saxladı”. Tərlan ona “avtomobildə əyləş” gəlirəm demişdir. Avtomobildə olarkən avtomobilin arxa tərəfində Tərlanın polis əməkdaşı ilə söhbət etdiyini görmüşdür. Avtomobildə əyləşərək o Tərlanı gözləmişdir. Tərlanın gözü qırmızı olduğuna görə DYP əməkdaşı ona “sən narkolojiyə getməlisən” demişdir. O də onun yenidən polisə işə düzəlməli olduğunu, narkotik istifadə edən biri olmadığını bilirmiş. Uzağı gedib analiz verib və geri qayıdacaqalrını düşünürmüş. O da onlarla birgə şöbəyə getmişdir. İlk öncə avtomobilin salonuna baxış keçirmişdirlər, lakin avtomobilin salonundan heç nə tapmamışlar. Əvvəlcə heç “Sobrania” qutusunda olan narkotiki də tapmamışdırlar. Onlar həmin vaxt şöbənin içərisində olmuşlar. Tərlanla onu ayrı-ayrı otaqlarda gözlətmişlər, şöbədə bir az söz-söhbət olmuş, daha sonra banditizmin işçiləri gəlmişdir. Həmin əməkdaşlar onu döyməyə başlamış, ona “sənin xəbərin yox idisə necə ola bilər ki sən hallısan” demişdirlər. O da avtomobildə “Sobrania” qutusunun içərisində marixuana olduğunu demişdir. Yenidən onunla birlikdə aşağı düşüblər. Baqajda olandan xəbərinin olmadığını bildirmişdir və onu orada möhkəm döymüşdürlər. Onu döyədöyə “səni burada bütün şöbə görüb, səni buraxa bilmərik” demişlər. Ona “geri qayıdan vaxtı avtomobildən gələn kəskin iyinin səbəbini Tərlandan soruşmusan və Tərlan da sənə avtomobildə narkotik olduğunu deyib deyərsən” demişdirlər. Polis əməkdaşları ona “sən necə ola bilər ki, avtomobildə olan narkotikin iyisini bilməmisən” dedikdə, o həmin vaxtı marixuana çəkdiyinə, avtomobilin içərisi tüstü ilə dolduğuna görə baqajda olan narkotiklərin iyisindən xəbərinin olmadığını demişdir. Elə bu sözləri deyərək içərisində narkotik olan siqaret qutusunu vermişdir. Ona “sənin namusunla oynayacağıq” demişdirlər. O də ömründə tutulmayan bir şəxs olmuş, ona dedikləri ilə o şoka düşərək onlarla razılaşmışdır. Tərlanı daha sonra gətirmişlər, Tərlan onlara “Təqsirləndirilən şəxs2 ilə əlaqəli bir şey yoxdu və onu döyməyin” demişdir. O birinci olaraq polislərə indi dediyi kimi ifadə vermişdir. Sonradan onu döyə-döyə dediklərini yazıdırmışlar. Ona “geri qayıdan zaman kəskin iydən xəbərim oldu, İranlı ilə görüşdüm və marixuananı ondan götürdüm” deyə ifadə verməsini demişdirlər. Həmin cür ifadə verdiyi təqdirdə isə onu Bakı şəhərindən buraxacaqlarını, sonradan isə ona səni bölmədə yüz nəfər adam gördüyünü görə səni buradan buraxa bilmərik demişdirlər. Ona məcburi formada həmin izahatı dedizdiriblər. Füzuliyə gedəndə o, avtomobildəki narkotiki çəkmək üçün hazır vəziyyətə gətirmiş və geri qayıdan zaman istifadə etmişdir. Ölkədə onsuz da satılan narkotik vasitələrinin tərkibi vahiddir, həmin narkotiki də əvvəllər ona İranlı vermişdir. Füzuli rayonunda onu düşürdəndən 25 dəqiqə sonra Tərlan geri qayıtmışdır. Onu dubinka ilə döyüblər, sinəsi və ayaqları gömgöy olub. Cinayət işində onun xəsarət kağızı olmalıdır. Təqsirləndirilən şəxs2 verdiyi narkotiklə baqajdakı narkotiki o eyni yerdən əldə etmişdir. Həmin narkotik 20 gün əvvəldən onda olmuşdur. Siqaret qutusunun içərisində olan narkotiki o evdən götürmüşdür. Füzuliyə gedən günü Bakı şəhərindən gedirmiş. O həmişə Füzuliyə gedəndə həmin yoldan istifadə edirmiş. Təqsirləndirilən şəxs2lə əvvəlcədən Kürdəmirdə görüşmələri bağlı razılaşmaları olmamışdır, o yolda Elşənə zəng eləmişdir. 20 gün əvvəl də o Füzulidən narkotik götürmüş və evə qoymuşdur. 20 gün ərzində o İmişliyə getmişdir. Kürdəmir rayonuna o çox tez-tez gedirmiş, orada dostları çoxdur. Həmin günü əvvəldən Təqsirləndirilən şəxs2lə razılaşmaları olmamışdır. Allaha and olsun ki, Təqsirləndirilən şəxs2 bu məsələdən xəbəri olmamışdır. ***-***-**-** nömrəsi öz adına olmuşdur.,***-***-**- ** nömrəsindən də istifadə etmişdir. Təqsirləndirilən şəxs2 düşürdüyü yerlə narkotiki götürdüyü yer arasında təxminən 1 km məsafə olmuşdur. Kisəni götürüb, yerləşdirənə qədər 30 dəqiqə vaxt keçmişdir. Həmin yerdə eyni anten dairəsi də göstərilə bilər, ayrı da anten dairəsi göstərilə bilər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 24 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanda yaşayır. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. ***-***-**-** saylı nömrəni istifadə edir. Təqsirləndirilən şəxs1 4 ilə yaxın müddətdir ki, tanıyır, aralarında dostluq münasibəti vardır. 22 yanvar 2025-ci il tarixdə axşam saatlarında Tərlan yığıb Füzuli rayonuna getməli olduğunu, Kürdəmirə çatdığını, lakin avtomobili yaxşı idarə edə bilmədiyini, gözlərinə mikrob düşməsini demişdir. Onunla birlikdə Füzuli rayonuna getməyini və avtomobili idarə etməyini istəmişdir. Tərlanın xahişini nəzərə alıb təklifini qəbul etmişdir. Tərlan idarə etdiyi "Mercedes”" markalı avtomobil ilə onu Kürdəmir rayonunda İmişli körpüsünün altından götürmüşdür. Avtomobilə oturan kimi Tərlana özünün də gözünün normal olmadığını və getmək istəmədəyini söyləmişdir. Tərlan isə yaxşı şey, yəni narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirib onunla getməsini istəmişdir. Tərlanın təklifi ilə razılaşmışdır. Avtomobili İmişliyə kimi özü idarə etmişdir. İmişlidən sonra isə Tərlan sükan arxasına keçmişdir. Bundan sonra Tərlan oturacağın altında nəşə olmasını və istifadə edə biləcəyini demişdir. Siqaret qutusunun içərisində olan nəşəni doldurub çəkmişdir. Tərlan 23 yanvar 2025-ci il tarixdə səhər saatlarında Beyləqanda kruqda avtomobili saxlamışdır. Tərlandan nə üçün orada gözlədiyini soruşmuşdur. Tərlan isə görüşəcəyi adama zəng çatmadığını, həmin adamdan zəng gözləməyə məcbur olduğunu, buna görə də avtomobildə səhər açılanadək yatmalı olduqlarını demişdir. Bir neçə saat avtomobilin içərisində yatmışlar. Tərlanın telefonuna gələn zəngə yuxudan oyanmışlar. Zəng edən şəxsə Tərlan “yuxudan durdum, gəlirəm” ifadəsini işlətmişdir. Bundan sonra Tərlan onu Füzuli rayonunda yerləşən məscidin yanında düşürdüb orada gözləməyini və adamla görüşüb gələcəyini demişdir. Təxminən 20-25 dəqiqə keçdikdən sonra Tərlan idarə etdiyi Mercedes markalı avtomobil ilə yanına gəlmişdir. Çox soyuq olduğuna görə aytomobilə oturan kimi Tərlana yenidən nəşə çəkmək istədiyini demişdir. Tərlan da ona oturacağın altından götürüb çəkməyi söyləmişdir. Bundan sonra Beyləqan rayonu ərazisində olan zaman mən Tərlandan avtomobilin içərisindən İran nəşəsinin iyinin gəlməsini demişdir. Tərlan avtomobilin baqajına görüşdüyü adamdan götürdüyü nəşəni qoymasını və həmin nəşədən iy gəldiyini söyləmişdir. Tərlan ona həmçinin əlavə nəşə də verəcəyini demişdir. Daha ona bir söz deməmişdir. Tərlanın idarə etdiyi Mercedes markalı **-FH-*** qeydiyyat nişanlı avtomobil İmişli şəhəri Heydər Əliyev prospektində hərəkət edərkən va Rayon Polis Şöbəsinin yanında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdılar. Bundan sonra polis əməkdaşı avtomobildə olan konstruksiya dəyişikliyi ilə əlaqədar avtomobillə birlikdə İmişli Rayon Polis Şöbəsinə gətirmişlər. Orada avtomobildən kəskin iy gəldiyi üçün avtomobildə nə olmasını soruşmuşlar. Tərlan avtomobilin yük yerində qurudulmuş marixuana olmasını demişdir. Bundan sonra avtomobilin baqajını açıb polis əməkdaşlarına narıncı rəngli kisələri göstərmişdir. Bir neçə saat keçdikdən sonra mülki geyimli şəxslər İmişli RPŞ-nin inzibati binasına gəlib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə üstlərinə, eləcə də avtomobilə baxış keçirilmişdir. Baxış amanı ilk öncə üzərlərində olan əşyaları təqdim təklif edilmişdir. Bu təklifdən sonra hər ikisi üstlərində dövriyyəsi qadağan olunmuş əşya və predmet olmadığını bildirmişlər. Tərlan idarə etdiyi avtomobildə ’’marixuana" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra əynində olan şalvarın cibindən avtomobil açarını, mobil telefonu, pulu çıxarıb təqdim etmişdir. Təqdim edilən əşyalara baxış zamanı özünə məxsus "İphone" markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrəsinin olduğunu bildirmişdir. Əlavə olaraq isə təqdim etdiyi 165 manat pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini qeyd etmişdir. Bundan sonra təqdim olunmuş mobil telefon götürülmüş, 165 manat pul və avtomobilin açarı onun özünə geri qaytarılmışdır. Daha sonra üstünə baxış keçirilmiş və baxış zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə şəxsiyyət vəsiqəsi ilə 5 manat pulu çıxarıb təqdim etmişdir. Həmin əşyalara baxış zamanı təqdim etdiyi "İphone" markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrəsinin olduğunu bildirmişdir. Əlavə olaraq isə təqdim etdiyi 5 manat pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini qeyd etmişdir. Təqdim olunmuş mobil telefonla, şəxsiyyət vəsiqəsi götürülmüş, 5 manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra Tərlanın idarə etdiyi "Mercedes" markalı, **-FH-*** qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ oturacağın alt hissəsində olan saxlanc yerindən üzərində "Sobranie" yazısı qeyd olunmuş 01 ədəd siqaret qutusunu təqdim edərək həmin qutunun içərisində marixuana olduğunu bildirmişdir. Həmin siqaret qutusuna keçirilən baxış zamanı şifahi sorğulara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütləni "Səxavət" adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından, sonuncunun göndərdiyi Füzuli rayonu ərazisində yerləşən ünvandan əldə etmiş və həmin vaxt əldə etdiyi narkotik vasitə marixuananın bir hissəsini Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən kirayə götürdüyü evdə saxladığını, həmin kütlələri deyilən ünvana çatdırmağının qarşılığında isə pul əldə etdiyini demişdir. Bundan sonra siqaret qutusunun içərisinə baxış keçirilmiş və baxış zamanı həmin qutuda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması aşkar edilmişdir. Aşkar olunmuş kütlə 01 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilin baqajı açılmış, avtomobilin yük yerində 02 ədəd narıncı rəngli sintetik kisənin olması aşkar edilmişdir. Tərlan aşkar olunmuş sintetik kisələrdə marixuana olduğunu, həmin kütlələri Səxavət adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq sonuncunun göndərdiyi Füzuli rayonu ərazisindən 23 yanvar 2025-ci il tarixində səhər saatlarında götürdüyünü, Bakı səhərində ona deyilən ünvana çatdırmağının qarşılığında 20.000 manat pul veriləcəyini demişdir. Əlavə olaraq isə onu 4 ilə yaxındır ki, tandığını, 23 yanvar 2025-ci il tarixdə saat 04 radələrində Kürdəmir rayonunda görüşüb birlikdə Füzuli rayonuna getdiklərini, əvvəlcədən Füzuli rayonuna həmin kütlələri götürmək üçün getməsindən məlumatı olmasa da, kütlələri əldə etdikdən sonra həmin kütlələrdən məlumatının olduğunu, avtomobilinin salonundan aşkar olunmuş kütlələrdən istifadə etmək üçün verdiyini bildirmişdir. Daha sonra şifahi sorğu zamanı həmin kütlələrdən sonradan məlumatımın olduğunu, avtomobilin salonundan aşkar olunmuş marixuanadan Tərlanın pay verəcəyini və hətta həmin kütlələrdən yolda olarkən istifadə etdiyini bildirmişdir. Bundan sonra avtomobilin yük yerindən aşkar olunmuş 02 ədəd narıncı rəngli sintetik kisələrə polis əməkdaşları tərəfindən baxıs keçirilmişdir. Baxış zamanı kisələrin birinin içərisindən 27 ədəd, digərinin içərisindən 28 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qara rəngli izləmə cihazına oxşar predmetin olması aşkar edilmişdir. Sonra aşkar edilmiş kütlələr qablaşdırılmış və götürülmüşdür. Baxış zamanı Tərlan qeyd olunan narkotik vasitələrdən kirayə tutduğu ünvanda da olmasını bildirdiyi üçün həmin evə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Daha sonra polis əməkdaşları, özü və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə birlikdə İmişli rayonundan çıxıb kirayə tutduğu Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən evə gəlmişlər. Evə videoçəkiliş ilə baxış zamanı yataq otağında olan 03 ədəd bağlamada və 01 ədəd sellefon paketdə olan narkotik vasitə qurudulmuş marixuananı Tərlan təqdim etmişdir. Baxış zamanı evdən başqa qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Baş İdarədə evə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Daha sonra müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq bildirdi ki, İfadəsində göstərdiyi gözləməklə bağlı olan hissə düzgündür. Tərlan kiməsə onun yanında zəng eləmişdir, ancaq zəng çatmamışdır. Həmin müddət ərzində onlar bir yerdə gözləmişdirlər. Həmin yerə onlar 22-si axşam getmişdirlər. Tərlan ona həmin adama zəng çatmır demişdir. O isə Tərlana iki saata rayona qayıtmalıyam demişdir. Tərlan ona “mən avtomobili gecə sürə bilmirəm” demişdir. O da avtomobili yenidən Kürdəmirə sürmüş, qızı gətirib Kürdəmirə qoymuş, sonra yenidən geri qayıtmışdırlar. Həmin vaxt saat dörd və ya beş olarmış, onlar yatıb qalmışdırlar. Tərlana gələn zənglə onlar yuxudan oyanmışdırlar. Tərlan əvvəllər polis işləyib, o Tərlanın qara işlərindən xəbərsiz olmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs suallara cavab verərkən göstərmişdir ki, Məhkəmə iclasında ifadə verən polis əməkdaşını tanıyır, ona ən çox zor tədbiq edən elə bu şəxs olmuşdur. O orada olanda avtomobildə narkotik olmasını bildiyini deməmişdir. Xəbərinin olmadığını dediyi üçün döyülmüşdür. Heç bir müdafiəçi ona təqdim edilməmişdir. Digər təqsirləndirilən şəxslə o ayrı-ayrı otaqlarda olmuşdur. Sanksiya məhkəməsinə çıxanda müdafiəçini ilk dəfə görmüşdür, iki gündən sonra sanksiya məhkəməsinə çıxan zaman Nərimanov Rayon Məhkəməsində müdafiəçini görmüşdür. İmişlidə vəkil olmamışdır, banditizmdə də müdafiəçi olmamışdır. Eldar Tağıyevi o sanksiya məhkəməsində görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 23 yanvar 2025-ci il tarixində Baş Dövlət Yol Polis İdarəsinin İmişli rayonunda xidmətdə olarkən rayon polis şöbəsinin yaxınlığında avtomobildə konstruksiya dəyişiklik edilməsinə görə həmin şəxslər saxlanıldıqdan sonra və onlara saxlanma səbəbi izah olunduqdan sonra həmin müddətdə sürücünün özünü şübhəli aparması, eləcə də nəqliyyat vasitəsindən marixuanaya bənzər bir qoxu gəlməsi səbəbi ilə yol patrul xidmətinin əməkdaşının həmin şəxslərə nəqliyyat vasitəsinə baxış keçirməsi təklifindən sonra həmin şəxslər buna etiraz etməmişdirlər. Həmin məlumat əsasında baş idarədə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun iştirakçısı olaraq o da orada olmuşdur. Həmin günü günorta radələrində o İmişli rayonda yerləşən polis idarəsinə yollanmışdır. Həmin polis şöbəsində həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Sorğu əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrində narkotik vasitənin olduğunu bildirmişdirlər. Nəqliyyat vasitələrinə baxış keçirilən zaman avtomobilin yük hissəsində iki ədəd sellofan torbanın olduğunu bildirmişdirlər. Qabaq oturacağın aşağı hissəsində olan saxlanc yerində isə siqaret qutusunun içərəsində marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütləni də Təqsirləndirilən şəxs1 təxminən bir həftə əvvəl anket məlumatlarını bilmədiyi İran vətəndaşından əldə etdiyini və həmin kütlələri də pul müqabilində ünvanlara çatdıracağını qeyd etmişdir. Avtomobilin yük hissəsində aşkar edilmiş kisələrdən birində 27 ədəd, digərində 28 bağlama aşkar edilmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Məhəmmədi qəsəbəsində də kirayə tutduğu evdə narkotik vasitəsinin olduğunu bildirmişdir. Daha sonra onlar həmin ünvana yollanmışdırlar. Həmin ünvanda da üç ədəd bağlama və bir ədəd torba aşkar edilmişdir. Tərlan həmin torbalardakı narkotiki də bir həftə əvvəl İran vətəndaşından əldə etdiyini və narkotikləri də pul müqabilində ünvanlara çatdıracağını demişdirlər. İmişli rayonuna təxminən 1 ya da 2 radələrində əməliyyat qrupunun üzvləri ilə getmişlər. Dörd nəfər olublar - Əkbər, Hüseyn, Orxan və o. O, təqsirləndirilən şəxsləri saxlanıldıqlarından sonra tanımışdır. Təqsirləndirilən şəxslər rayon polis şöbəsinin yaxınlıqlarında saxlanılmışdırlar. Təqsirləndirilən şəxs2 inzibati binanın içərisində, otaqda görmüşdür. Hər iki şəxs bir otaqda saxlanılırmış, yanlarında mühafizəçi olmuşdur. Onlar gedənə qədər şəxsin üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilməmişdir. Nəqliyyat vasitəsində narkotik olduğunu özləri könüllü şəkildə etiraf etmişdirlər. Təqsirləndirilən şəxs2 fiziki zor tədbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 o çatana qədər hansı müddətdə orada saxlanılmasını o dəqiq deyə bilmir. O gedənə qədər Təqsirləndirilən şəxs2 öz ailə üzvləri ilə əlaqə saxlamasını bilmir. Evə baxış keçirilməzdən əvvəl şəxsə hüquqları izah olunmuş və müdafiəçi təqdim olunmuşdur. İmişlidə şəxsə müdafiəçinin təqdim olunub-olunmaması onun dəqiq yadında deyildir. Orada təhqiqatçı iştirak edirmiş, İmişlidəki çəkilişi təhqiqatçı etmişdir. Şəxslərin müdafiəçilərlə əlaqə saxlaması və təqdim olunması onun yadında deyildir. İmişlidə olarkən sorğu prosesində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, kirayədə yaşadığı mənzildə də narkotik vardır. Abşeron rayonunda yerləşən kirayədə yaşadığı ünvana yollanmışdırlar. Onun yanında təhqiqatçı olmuşdur. Baxışın keçirilməsi barədə sənədləşdirilmə aparılmışdır. İmişlidə vəkil təqdim olunub-olunmamasını xatırlamır, təqsirləndirilən şəxslərə hüquqları izah olunmuşdur. Şəhərdə yerləşən polis idarəsində vəkilin iştirak etməsini xatırlamır. Abşerondakı evinə baxış keçirdikdən sonra yenidən idarəyə geri qayıtmışdırlar. Ondan sonra təqsirləndirilən şəxsləri idarəyə təhvil vermişdirlər. Həmin günü mobil telefon üzərində olmuşdur. Avtomobilə baxış keçirilən zaman təqsirləndirilən şəxslər bir yerdə olmuşdurlar. Təqsirləndirilən şəxs2 zor tədbiq olunmamışdır, o, Təqsirləndirilən şəxs2 zor tədbiq edilməsinin şahidi olmamışdır. O, İmişliyə çatanda şəxsdə xəsarət olmasını görməmişdir. Müddət keçdiyinə görə bir az öncə xatırlamırmış, indi isə xatırlayır, orada vəkil iştirak etmişdir, İmişlidə vəkil olmuşdur. O qrup üzvü olmuşdur, ilk dəfə təqsiləndirilən şəxsləri polis idarəsinin əməkdaşları saxlamışdırlar. Daha sonra məlumat əsasında o həmin yerə getmişdir. İmişli Polis İdarəsinə nə üçün məlumat verilmədiyini o bilmir, onun xidmət etdiyi idarəyə məlumat veriblər. Təqsirləndirilən şəxs1 polis əməkdaşı olduğunu sonradan bilmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməliyyat qeydiyyat işi əvvəlcədən açılmamışdır. Əməliyyatın davamı olaraq sonradan əməliyyat qeydiyyat işi açılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Baş DYPİ-nə bilavasitə tabe olan YPXA-nın Xüsusi taqımının YPXİ-nin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman Mersedes markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsinə əsaslı şübhələr olması, eləcə də avtomobildən narkotik vasitə olan marixuanaya məxsus kəskin qoxunun gəlməsi səbəbindən avotomobilə baxış keçirilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 və sərnişin Təqsirləndirilən şəxs2 baxış keçirilməsinə etiraz etməmişdirlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və sərnişin Təqsirləndirilən şəxs2 avtomobilin yük hissəsində sintetik kisələrdə narkotik vasitələrin olduğunu bildirərək avtomobili baxışa təqdim etmişdirlər. Baxış zamanı avtomobilin yük hissəsində narkotik vasitə olan qurudulmuş marixuanaya məxsus kəskin qoxu gələn 2 (iki) ədəd narıncı rəngli sintetik kisənin olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, **-FH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ qapısının qabaq sağ oturacağın alt hissəsində olan saxlanc yerindən üzərində “Sobranie” yazısı qeyd olunmuş 01 ədəd siqaret qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və avtomobilin yük yerində 02 ədəd narıncı rəngli sintetik kisənin içərisindən ümumilikdə 55 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd qara rəngli izləmə cihazına oxşar predmet aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərinə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 kirayə götürdüyü Abşeron rayonu, Məhəmmədi kəndi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evə keçirilən baxış zamanı həmin ünvandan 03 ədəd şəffaf sellofan bağlamada və 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 BMCMİ-nə gətirilmişdirlər. Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 23 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun idarə etdiyi “Mercedes” markalı 77-FH- 675 qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman 23 yanvar 2025-ci il tarixdə saat 08:45-də Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq İmişli RPŞ-ə gətirilmiş, həmin tarixdə saat 13:13-dən etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon, sağ yan cibindən özünəməxsus şəxsiyyət vəsiqəsi, avtomobilin sağ oturacağının alt hissəsindən üzərində “Sobranie” yazısı qeyd olunmuş 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd sellefon torbacıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, avtomobilin yük yerindən 02 ədəd narıncı rəngli sintetik kisələrin birində 27 ədəd bağlamada və digərində isə 28 ədəd bağlamada olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr qablaşdırılmaqla götürülmüşdür. Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 23 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 kirayə tutduğu Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı yataq otağında yerləşən dolabın içərisindən 03 ədəd şəffaf sellefon bağlamada və 01 ədəd sellefon torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr qablaşdırılmaqla götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli 7/162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi... aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan torbacıqda təmiz çəkisi 2,47 qram, üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi... 27 ədəd bağlamada...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 27 (iyirmi yeddi) ədəd sellofan bağlamalarda ümumi çəkisi 28610 qram, üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi... 28 ədəd bağlamada...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 28(iyirmi səkkiz) ədəd sellefon bağlamalarda ümumi çəkisi 29385 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 57997,47 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli 7/163 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 kirayə... evdən” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 03(üç) ədəd sellefon bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1030 qram; 1035 qram; 1025 qram və 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 550 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 3640 qramdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi evdən götürülmüş marixuanalar və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2425 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2598 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları istisna olunmur. Lakin hal- hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil operatorlara məxsus nömrələrə “Brat salam.sen canun mene sabaha bidene m 40 tap.senin elun uzundu.realda da bele de”, “Salam bro gelmiwem men deyeni hellelede bugun”, “Adaw bundan 1 denede mene saxla.ozun cole cxanda yiqarsan gelib gotrerem”, “Bidenede 10 duz qow elemey olursa vzv at mene”, “Bi dene 10 getirde kuciye.emelli ele dobru”, “A wey yari duz qow elemey olar?”, “Salam bro Karopka almaq olar”, “Yewiy hellelemey olar?”, “Brat o dunenki hec.bidene emelli wey tapda mene yewiy”, “Brat bidene 10 emele gelirse getir kuciye namazi qilib cxram”, “Bro salam.yewiy tapmaq olmaz? Gujdi amma”, “Deyir 70 di teze wey gelib tumsuz”, “Klientun olsa 2 dene 10 niq vere bilerem sene”, “Yari emele gelir?”, “Brat wey gozdirem gelsin 1 saata zada gorweriy”, “Salam brat. Əzim yiqmadim yanunda adam zad olar. Günorta men dediyim alinsa yaxwi olar. Narahat olmaee hecneden” məzmununda mesajlar göndərilir. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, əks istiqamətdə mütəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəl olan yazışmaların sms mətnlərinin, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten dairələri müəyyən edilmişdir. məxsus nömrələrə “Brat salam.sen canun mene sabaha bidene m 40 tap.senin elun uzundu.realda da bele de”, “Salam bro gelmiwem men deyeni hellelede bugun”, “Adaw bundan 1 denede mene saxla.ozun cole cxanda yiqarsan gelib gotrerem”, “Bidenede 10 duz qow elemey olursa vzv at mene”, “Bi dene 10 getirde kuciye.emelli ele dobru”, “A wey yari duz qow elemey olar?”, “Salam bro Karopka almaq olar”, “Yewiy hellelemey olar?”, “Brat o dunenki hec.bidene emelli wey tapda mene yewiy”, “Brat bidene 10 emele gelirse getir kuciye namazi qilib cxram”, “Bro salam.yewiy tapmaq olmaz? Gujdi amma”, “Deyir 70 di teze wey gelib tumsuz”, “Klientun olsa 2 dene 10 niq vere bilerem sene”, “Yari emele gelir?”, “Brat wey gozdirem gelsin 1 saata zada gorweriy”, “Salam brat. Əzim yiqmadim yanunda adam zad olar. Günorta men dediyim alinsa yaxwi olar. Narahat olmaee hecneden” məzmununda mesajlar göndərilir. xx.xx.2025-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Ayafəddin oğlu aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı söyləmişlər. xx.xx.2025-ci il tarixli üzləşdirmə aparılması haqqında protokollardan görünür ki, X1 və X18 ilə Təqsirləndirilən şəxs2 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Hüseyn Xudaverdiyev və Orxan Məmmədov ifadələrində göstərikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişlər. Təqsirləndirilən şəxs2 törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikasını Baş Prokurorluğunda araşdırma aparılmış, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri X8 tərəfindən 23 may 2025-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə əldə etdikləri mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində İran İslam Respublikası vətəndaşının kimliyini, eləcə də cinayət digər iştirakçılarının müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı üç azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X15 adlı üç azyaşlı övladları vardır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola və ona dair qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-86/2025 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-85/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Baş DYPİ-nin YPXA-nın Xüsusi Tağımının YPX-nin əməkdaşı tərəfindən raportla verilmiş məlumat əsasında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sağ oturacağının alt hissəsindən üzərində “Sobranie” yazısı qeyd edilmiş siqaret qutusunun içərisindən Təqsirləndirilən şəxs1 əvvəlcədən əldə etdiyi 01 ədəd sellefon torbacıqda 2,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, avtomobilin yük yerindən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri 01 ədəd narıncı rəngli sintetik torbada 27 ədəd bağlamada olmaqla ümumi çəkisi 28610 qram olan, 01 ədəd narıncı rəngli sintetik torbada 28 ədəd bağlamada olmaqla ümumi çəkisi 29385 qram olan ümumilikdə xüsusilə külli miqdarda 57995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanılması məqsədi ilə kirayə tutduğu Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı dolabın içərisindən 03 ədəd sellefon bağlamada ayrı-ayrılıqda çəkiləri 1030 qram, 1035 qram, 1025 qram olan və 01 ədəd qara rəngli polietilen torbada 550 qram olmaqla ümumilikdə 3640 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin narkotik vasitələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 avtomobilinə və mənzilinə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı, cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq təqsirləndirilən şəxs qismində cəlb edilmələri zamanı və ondan sonra aparılmış hüquqi prosedurlar zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi ilə əlaqədar məhkəmə istintaqı zamanı bildirdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən fiziki və psixi təsirə məruz qaldığını bildirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırma nəticəsində qeyd edilən xüsusat öz təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin psixi təsirə məruz qalmasına əsas verən heç bir sübut məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin psixi təsirə məruz qalmasına dəlalət edən hər hansı bir sübuta rast gəlinməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhz Təqsirləndirilən şəxs1 gözündə problem olduğu üçün onunla yol gedib-gəlməsi, Təqsirləndirilən şəxs1 götürüb avtomobilin baqajına yerləşdirdiyi narkotik vasitədən xəbəri olmaması, həmin sellofan kisələrdə nə olduğunu soruşmamasını inandırıcı hesab etmir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixli izahatdan (İ cild səh 80) müəyyən olunur ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs2 onu düşütrdükdən sonra marixuana dalınca getdiyini və avtomobilin yük yerində marixuana olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 onunla birlikdə Fizuli rayonuna getməyə razılaşmasına səbəb, Təqsirləndirilən şəxs1 qutuda olan marixuananın hamısını ona verəcəyini söz verməsi olduğunu qeyd etmişdir. Bundan başqa həmin izahatında, Təqsirləndirilən şəxs2 avtomobilin yük yerində olan marixuanadan xəbəri olduğunu göstərmişdir. Bundan başqa cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 xx.xx.2025ci il tarixli izahatından (İ cild səh. 92) müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs1 geri qayıtdıqdan sonra ondan hara getdiyini soruşduqda, Təlan Bağırov ona Fizuli rayonunda müəyyən ünvana getdiyini, avtomobilin yük yerində marixuana olduğunu ona bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona Fizuli rayonuna onunla getməsi üçün marixuana verəcəyini söylədiyi üçün onunla birgə Fizuli rayonuna getdiyini bildirmişdir. Həmçinin təqsirləndiriklən şəxslər ibtidai istintaqı davamında şübhəli və təqsirləndirilən şəxs qismində ifadələr verərkən izahatlarında göstərdikləri halları bənzər şəkildə bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri ilə əlaqədar məsələyə baxılarkən, o, Təqsirləndirilən şəxs1 Fizulidən qayıdanda avtomobilin arxa oturacağına bir sumka qoyduğunu, sonradan avtomobildən iy gəldiyi üçün sonuncudan soruşduqda Təqsirləndirilən şəxs1 ona marixuana götürdüyünü bildirmişdir. Bundan başqa cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 məxsus telefon nömrəsinə daxil olmuş SMS-lərə baxış keçirilməsi haqqında protokola (İ cild səh.218) əsasən müəyyən olunur ki, müxtəlif vaxtlarda narkotik vasitələrin dövriyyəsinə dair smslər göndərilmişdir. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək üçün gedərkən təsadüfən Təqsirləndirilən şəxs2lə getməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 isə narkotik asılılığı olan bir şəxs olmasa da, narkotik vasitələrdən istifadə edən şəxs olmuş və məhkəmə istintaqı zamanı özüdə saxlanılanadək marixuanadan istifadə etdiyini bildirmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Fizuli rayonuna narkotik vasitə dalınca getməsindən heç bir məlumatı olmamasını, gecə saat dörtdən səhər saat yeddiyə kimi sonuncunun Fizuli rayonundan paltar əldə etmək məqsədilə getməsinə əsaslanaraq heç nədən şübhələnmədən onunla qalmasını məhkəmə müdafiə taktikasından irəli gələn ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 heç nədən xəbəri olmaması barədə bildirdiklərini qeyri səmimi verilmiş ifadələr kimi qiymətləndirir və həmin ifadələri uzun müddətdir tanığı dostunu məsuliyyətdən kənarda qoymaq məqsədi ilə verdiyi qənaətinə gəlir. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri, üzləşmə istintaq hərəkəti aparılan zaman bildirdiklərini və qətimkan tədbiri ilə əlaqədar məsələyə baxılarkən dediklərini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, Təqsirləndirilən şəxs2 verdiyi ifadəsinin ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi (marixuanadan istifadə etməklə əlaqədar) ilə bağlı hissəsinə, həmçinin Təqsirləndirilən şəxs1 ifadəsinin Təqsirləndirilən şəxs2 dair hissəinə tənqidi yanaşır və ifadələri həmin hissələrdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, ifadələrində göstərdikləri xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 özünü qismən və Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməlləri törətmələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi və Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması ()CM-in 59.1.4) onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması (CM-in 59.1.4) maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini o cümlədən barələrindəki yüngülləşdirici halları nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutulduğundan onun cəzasını çəkməsinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutulduğundan onun cəzasını çəkməsinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicə təyin edilməməlidir. Məhkəmə ekspertizalarına sərf olunmuş 156 (yüz əlli altı) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78 (yetmiş səkkiz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məh¬kə¬mə Ekspertiza Mərkə¬zinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək, iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlanılması kamerasına təhvil verilmiş qalıq çəkisi 61633,35 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd DVD və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 9 (doqquz) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 156 (yüz əlli altı) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78 (yetmiş səkkiz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək, iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlanılması kamerasına təhvil verilmiş qalıq çəkisi 61633,35 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar