Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-387/2024 16.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 13 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.381 qram, 0.358 qram, 0.355 qram, 0.377 qram, 0.349 qram, 0.365 qram, 0.368 qram, 0.361 qram, 0.364 qram, 0.049 qram, 0.107 qram, 0.076 qram, 0.078 qram, ümumi təmiz çəkisi 3.588 qram külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd bükümdə şəxsi isthelak miqdarından artıq miqdarda təmiz çəkisi 0.591 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 11:35 radələrində Sumqayıt şəhəri Əşya bazarı ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 13 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.381 qram, 0.358 qram, 0.355 qram, 0.377 qram, 0.349 qram, 0.365 qram, 0.368 qram, 0.361 qram, 0.364 qram, 0.049 qram, 0.107 qram, 0.076 qram, 0.078 qram, ümumi təmiz çəkisi 3.588 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kimyəvi komponent tərkibinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə 0.591 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aldığı narkotik vasitəni şəxsi istifadə üçün əldə etmişdir. Polis əməkdaşları yolda onu saxlamışdırlar. O, 4 qram narkotik vasitə istəmiş, narkotik vasitəni götürəndə 13 büküm olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən 2011-2012-ci illərdən istifadə edir. Azərbaycan Respublikası cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. O, büküm sayına görə kart hesabına 200-250 manat pul göndərmişdir. İran vətəndaşını instaqram sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. İran vətəndaşından 4 qram narkotik vasitə istəmişdir. Polis əməkdaşlarına kimin xəbər etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitəni şəxsi istifadə üçün əldə etmişdir. Narkoloji Dispanserdə qeydiyyatdadır. O, metadon suyu içmişdir. O, 2011-ci ildən bəri narkotik vasitə istifadə edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında “Əşya bazarı”nın yaxınlığında barəsində məlumat daxil olan şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu idarəyə dəvət etmişdirlər. İdarədə təhqiqatçının otağında sonuncunun, vəkilin və ekspert-kriminalistin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxs özü göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus sənədləri, mobil telefonunu və sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin sellofan paket açılan zaman içərisindən 10 (on) ədəd büküm, bununla yanaşı 03 (üç) ədəd qızılı rəngli və 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar edilmişdir. On bükümün doqquzunun içərisində narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Biri metamfetamin, qalan üçü, siqaret kağızına bükülmüş bükümlərdəki maddələr də narkotik vasitə heroinə bənzəmişdir. Təqsirləndirilən şəxs özü də bildirmişdir ki, aşkar olunmuş maddələri İran vətəndaşından alıbdır. Bu maddələrə görə iranlının kartına 250 (iki yüz əlli) manat pul göndərmişdir. Aşkar olunmuş maddələri Bakı şəhərindən götürmüşdür. Təqsirləndirilən şəxs təhqiqatçıya izahat vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri iranlıdan iki yüz əlli manata satış məqsədi ilə aldığını bildirdi. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən sənədləşdirmə işləri aparılmışdır. Qeyd edilən istintaq hərəkəti zamanı protokol tərtib olunmuşdur. Protokola o da imza atmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin, kiçik inspektoru polis serjantı X2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi “Əşya bazarı”nın yanında saxlamışdırlar. 2023-cü ilin iyun ayının 8-də Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Günün 1-ci yarısı polis əməkdaşları ilə Təqsirləndirilən şəxs saxlamışdırlar. Təqsirləndirilən şəxsə özlərini təqdim edərək, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişdirlər. İdarədə təhqiqatçının otağında şəxsə baxış keçirilmişdir. Şalvarının sağ yan cibindən narkotik vasitə olan heroin və şüşə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, cibindən aşkar olunan narkotik vasitədir və həmin narkotik vasitəni İran vətəndaşından almışdır. Sovetski ərazisindən gedib götürmüşdür. Narkotik vasitəni kağızla bir yerdə tərəziyə qoyanda 4 qram heroin, 7 qram metamfetamin olmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən 3 nəfər olmuşdurlar. Təqsirləndirilən şəxsi təhqiqatçının otağına gətirmişdirlər. Video çəkiliş oldu və protokol qeydə alındı. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün İran vətəndaşından almışdır. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. Şöbənin baş əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları bir neçə dəfə əməliyyat yolu ilə yoxlanılmışdır. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən 08 iyul 2023-cü il tarixdə raportla məruzə edilərək Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxslə heç bir qərəzli münasibətləri olmamışdır. 08 iyul 2023-cü il tarixdə, saat 11:35 radələrində qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri “Əşya bazarı” kimi adlanan ərazidə piyada hərəkətdə olduğunu müşahidə etmişlər. Bir müddət onun hərəkətlərini nəzarətə götürmüşlər. Həmin vaxt o, tək imiş və yanında heç kim olmamışdır. Ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyi barədə əsaslı şübhələrin olmasını bildirib üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sumqayıt ŞPİ-nin inzibati binasına gəldikdən sonra ona hüquq və vəzifələri elan edilmiş, vəkil siyahısı təqdim edilmiş və ona dövlət büdcəsi hesabına vəkil təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsi deyilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, texniki şəhadətnaməsi, Leo bank kartı, vizitkartlar, etibanamə olan qara rəngli pul kisəsi, 1 ədəd ev açarını, 1 ədəd ***-***-**-** nömrə ilə işləyən Redmi markalı mobil telefonu, sol yan cibində saxlamış olduğu 1 ədəd Nissan markalı avtomobil açarını, 9 manat pulu, 1 ədəd şəffaf sellofan paketi təqdim etmişdir. Həmin sellofan paket açılan zaman içərisində 10 ədəd şəffaf sellofan bükülmüş bükümlər, 3 ədəd qızılı və 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlərinin olduğu müəyyən edilmişdir. Həmin bükümlər hər biri açılan zaman 10 ədəd şəffaf sellofan bükümlərdən 9 ədədinin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik olan “Heroin”ə bənzər maddə, 1 ədədinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə, 3 ədəd qızılı və 1 ədəd qara rəngli siqaret kağızı bükümlərinin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər madənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, istifadəsi üçün üzərində saxladığını, həmin maddələri İİR-sı vətəndaşının kart hesabına 250 manat pul ödədikdən sonra Bakı şəhəri, Sovetski kimi adlanan ərazidən götürdüyünü bildirmişdir. Götürülmüş 13 bükümdə narkotik vasitə heroinin kağızları ilə birlikdə çəkisi 4,4 qram, bir bükümdə psixotrop maddə metamfetaminin çəkisi 0,7 qram olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış keçirilməsi barədə» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində sonuncuya məxsus sənədlər, kartlar, etibarnamə olan pul kisəsini, sağ yan cibindən 01 ədəd ev açarını, bir ədəd Xiomi Redmi markalı mobil telefonu, sol yan cibindən 01 ədəd Nissan markalı avtomobilin açarını, 9 manat pul və 01 ədəd şəffaf rəngli sellofanda 10 ədədi şəffaf sellofanlara bükülmüş vəziyyətdə, 3 ədədi qızılı və bir ədədi qara rəngli siqaret kağızına bükülmüş vəziyyətdə ümumilikdə 14 ədəd sayda bükümü təqdim edir. Təqdim etdiyi bükümlərin içərisinə baxış zamanı içərilərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin kütlələr aşkar olunur və həmin kütlələr iş üçün əhəmiyyətli olduğundan götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3696 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs: (imza) Quliyev S” yazısı, imzalar olan 2 (iki) ədəd zərfdəki 13 ədəd bükümdə (9 ədəd şəffaf polietilen büküm, 3 ədəd “qızılı” və 01 ədəd qara rəngli kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram; 0,358 qram; 0,355 qram; 0,377 qram; 0,349 qram; 0,365 qram; 0,368 qram; 0,361 qram; 0,364 qram; 0,049 qram; 0,107 qram; 0,076 qram; 0,078 qram ümumi təmiz çəkisi 3,588 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,591 qram ağ rəngli kristal şəkilli maddə kimyəvi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixdə 5412 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 3,588 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,591 qram psixotrop maddə metamfetamin və 01 ədəd CD diskdə məlumatlar sübut əhəmiyyəti kəsb etdiklərinə görə maddi sübut qismində tanınmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsasal Birliyinin 18 Saylı Mənzil-Kommunal sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və həmin ünvanda yaşadığı müddət ərzində barəsində mənzil-kommunal sahəsinə şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X3 xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə həmin Məcəllənin 69.3 və 66.5-ci maddələri tətbiq edilməklə 01 il 04 ay azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsi tərəfindən Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən ağır cinayət törətmiş, buna görə də əməlində cinayətlərin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olmasıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13 ədəd bükümdə 3,328 qram narkotik vasitə heroin, bir ədəd bükümdə qalıq çəkisi 0,541 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd CD diskdə video görüntü cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 08 iyul 2023-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13 ədəd bükümdə 3,328 qram narkotik vasitə heroin, bir ədəd bükümdə qalıq çəkisi 0,541 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd CD diskdə video görüntü cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-387/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-387/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver