Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-387/2025 28.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X14 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində Zərərçəkmiş şəxs və Şahid1 ilə aralarında baş vermiş mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqdan sonra yaşadığı evə qayıdaraq Məqatil və Zərərçəkmiş şəxslərin ona qarşı etdikləri hərəkətlərə əsəbiləşib istintaqa məlum olmayan mənbədən əldə edib yaşadığı evdə saxladığı zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağını götürüb cibinə qoymaqla həmin gün saat 20 radələrində Məqatil və Zərərçəkmiş şəxslərin olduqları Şamaxı şəhəri, Abbas Səhhət küçəsi, 9 saylı evin qarşısına gəlib küçə qapısını döyərək onları çölə çağırmış, Vüqar və Şahid1 qardaşları küçəyə çıxdıqdan sonra onlardan nə üçün onu döymələrinin səbəbini soruşaraq Şahid1 bir kəllə zərbəsi vurmuş, bu zaman Zərərçəkmiş şəxs üzərinə gəldiyini görüb üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyəti ilə sonuncunun döş qəfəsinin sol yarısına 1 (bir) zərbə vuraraq döş giləsi proyeksiyası üzrə boşluğa nüfuz edən, ürəyin zədələnməsi ilə müşahidə olunan həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə onu qəsdən həyatdan məhrum etmiş, yəni öldürmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, sadəcə özünü müdafiə etmiş, 31 dekabr 2024-cü il axşam Moskva şəhərindən Azərbaycana gəlmiş, 01 yanvar 2025-ci il tarixində Şamaxı şəhərinə çatmış, daha sonra atası onlara gəlib-getmiş, sonra o, təkbaşına spirtli içki qəbul etmiş, avtomobil ilə çıxıb bir dövrə vurduqdan sonra Məqatil və Vüqar ilə qarşılaşmış, onlar ilə bir qədər söhbətləşdikdən sonra çay içmək qərarına gəlmişlər, daha sonra marketdən Məqatilə və özünə enerji içkisi, Vüqara isə pivə almış, Vüqar pivəni bəyənməmiş və onunla acıqlı şəkildə danışmağa başlamışdır. Daha sonra o, pivəni dəyişmiş, Vüqara bildirmişdir ki, “Məqatilin böyük qardaşı mənim də böyük qardaşımdır”. Lakin Vüqar ona “Sən həyatda kim olmusan ki?” demiş, o isə “ mən fəhlə bir adamam, lakin sən bariqasan” demişdir. Həmin zaman Vüqar bıçaq çıxarıb onun boynuna dirəmiş, həmin vaxt Vüqarın maşınında olmuşlar, maşını Məqatil idarə etmiş, o, qabaq, Vüqar isə arxa oturacaqda əyləşmişdir. O, qapını açıb hərəkətdə olan maşından özünü atmış, lakin əlini gec buraxdığı üçün maşın onu bir qədər sürükləmişdir. Məqatil maşını saxlamışdır və ikisi də ona vurmağa başlamışlar. Məqatil kəllə ilə onu vurmuş, Vüqar bıçaqla üstünə gəlmiş, Teyyub onları aralamış, Teyyuba polisə şikayət etmək üçün gedəcəyini bildirmiş və Teyyub onu fikrindən daşındırmışdır. Daha sonra o, evə getmiş, ailəsi nə baş verdiyini soruşduqda isə heç nə deməmişdir. Evdə Məqatilə zəng vurmuş, ondan onunla dalaşmalarının səbəbini soruşmuş, Məqatil isə onu öz məhəllələrinə çağırmışdır. O, evdə şkafın üstündə olan bıçağı hər ehtimala qarşı cibinə qoymuş, Məqatilgillə görüşdüyü zaman Məqatil ona “sən də mənə kəllə vur, hirsin soyusun” demiş, onun da fikri elə olmuşdur, lakin Vüqar əlində bıçaq ilə üstünə hücum etmiş, o, bıçağı çıxartmış, fikri isə o olmuşdur ki, Vüqar bıçağı onda görüb ondan uzaqlaşsın. Vüqara necə bıçaq dəydiyi, necə baş verdiyini bilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, onun Məqatilgil ilə ilk görüşü təxminən 18-19 radələrində olmuş, o, əvvəllər narkotik vasitə qəbul etmiş, ibtidai istintaq zamanı ona heç bir təsir göstərilməmişdir. O, Məqatil ilə görüşüb çay içib, sonra onların üstündə olan narkotik vasitədən istifadə edəcəkmişlər. Həmin gün heç bir narkotik vasitə istifadə etməmiş, yenidən onlarla onunla dalaşmaqlarının səbəbini aydınlaşdırmaq məqsədilə görüşmək istəmiş, ondan üzr istəməklərini gözləmiş, o da dava zamanı xəsarət almış, bıçaq ilə özünü qorumaq istəmişdir. O da xəstəxanaya aparılmış, lakin özündə olmamışdır. Hadisə yerində Vüqar, Məqatil olmuş, onunla gələnlər yuxarıda gözləmişlər, o, hadisə yerindən qaçmış, əməlindən peşman olmuşdur. Vüqar ona xəsarət yetirdikdən sonra o, Vüqara xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasını qeyd etmiş, məhkəmədən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Rusiya Federasiyasından Şamaxı şəhərinə gəlmiş, həmin gün, günorta saatlarında nahar yeməyi yeyən zaman yaşadığı evdə tək olaraq Moskva şəhərindən özü ilə gətirdiyi araqdan təxminən 700 qram içmiş, saat təminən 18 radələrində atasına məxsus “Ford Fusion" markalı ** ZT *** nömrə nişanlı maşınla yaşadığı evə qayıdan zaman yolda Vüqar və Məqatilin avtomobilin içərisində oturduqlarını görüb avtomobili saxlayaraq yerə düşüb onlarla görüşmüş, onlardan hara getdiklərini soruşmuş, Vüqar ona mağazadan pivə və siqaret almağa getdiklərini, daha sonra isə havasını dəyişmək üçün yuxarıya gedəcəklərini söyləmiş, Vüqarın havasını dəyişmək üçün yuxarıya gedəcəklərini deməsindən onun narkotik vasitə qəbul etmək üçün getməsini başa düşmüşdür, o da narkotik vasitə qəbul etmək istədiyindən onlara onu da özləri ilə aparmalarını, avtomobili evlərinin yanında saxlayacağını onu oradan götürmələrini xahiş etmişdir. Bundan sonra atasına məxsus avtomobili idarə edərək evlərinin qarşısına gəlib orada maşını saxladıqdan sonra Məqatilin idarə etdiyi avtomobildə arxa oturacaqda oturmaq istəmiş, lakin Vüqar ön sərnişin oturacağından yerə düşüb arxa oturacaqda oturmuş, nə qədər çalışsa da Vüqar ön oturacaqda otursun, lakin Vüqar buna razı olmadığından məcbur qalıb qabaq oturacaqda oturmuşdur. “Favorit” marketdən özünə və Məqatilə 1 ədəd bizon energetik içkisi, Vüqara isə 1 ədəd 500 qramlıq pivə almış, aldığı pivəni Vüqar bəyənmədiyi üçün pivəni Şəhid Şahinin heykəlinin yanında yerləşən Təbriz adlı şəxsin mağazasında dəyişərərk Vüqar istədiyi pivəni alaraq yenidən onların avtomobilinə minmiş və Çuxuryurd kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olduqları vaxt Vüqar onunla acı danışmağa başlamış, Məqatil ona bibi nəvəsi dediyi zaman Vüqar “O uşaqdı bibinəvəsi ola bilməz, o, bacıoğlu olar ” demiş, Vüqara acı cavab verdiyi üçün bu zaman Vüqarla aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Vüqar arxadan sağ qolunu onun boğazına salıb sol əlində isə bıçağı saxlayaraq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Məqatil isə Vüqara “Vüqar burax” demişdir. Məqatilin avtomobilin sürətini aşağı endirdiyini görüb əli ilə Vüqarın əlini boğazından ayıraraq qapını açıb özünü avtomobildən yerə atmış, özünü yerə atan zaman əlini qapının tutacağından çəkə bilmədiyi üçün təxminən 5-10 metr yerdə maşın gedə-gedə sürütlənmiş, sürütlənməsi nəticəsində hər iki ayağının diz nahiyəsindən və hər iki əlinin barmaq nahiyyələrindən xəsarətlər almışdır. Məqatil avtomobili sürüb bir neçə metr qabaqda saxladıqdan sonra Vüqar avtomobildən yerə düşüb üzərinə gələrək onun paltarından yapışdığı üçün o da Vüqarın paltarından yapışmış, Məqatil isə aralarına girib onları aralamağa çalışmışdır. Həmin vaxt Məqatilin dayısı oğlu Teyyub avtomobillə ora gəlib avtomobili onların yanında saxlayaraq avtomobildən yerə düşərək onları aralamış, Vüqara “bariqa niyə belə edirsiz” dediyi zaman Məqatil ani olaraq onun üz nahiyyəsindən 1 kəllə zərbəsi vurmuş, zərbənin təsirindən dodağı partlayaraq qanamağa başlamışdır. Teyyub Vüqarı tutub saxlasa da lakin Vüqar bıçağı əlində saxlayaraq onun ünvanına nalayiq ifadələr işlədərək ona doğru yenidən hücum eləmək istəsə də, Teyyub Vüqarı tutaraq ona tərəf gəlməsinə imkan verməmişdir. Vüqarın əlində olan bıçağın tiyəsini sadəcə görmüş, dəstək hissəsini görə bilməmişdir. Bundan sonra Məqatil və Vüqar avtomobillərinə minərək getmiş, sonra Teyyub onu avtomobilinə mindirərək yaşadığı evə aparmışdır. Polis şöbəsinə gedib onlar barədə şikayət etmək istəməsi barədə yolda Teyyuba bildirsə də lakin Teyyub polisə şikayət etməməyini xahiş etdiyi üçün fikrindən daşınmışdır. Evə gəldikdən Məqatil və Vüqarın ona qarşı etdikləri hərəkətlərin təsirindən çıxa bilməmiş, Vüqarla görüşüb nə üçün ona qarşı elə hərəkət etməsinin səbəbini aydınlaşdırmaq məqsədilə Məqatilin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsə də, sonuncu zənglərinə cavab vermədiyindən Məqatilə Whatsapp proqramı vasitəsilə “dayoğlu hardasan” məzmunlu səs göndərmiş, Məqatil ona cavab vermədiyi üçün onların yaşadığı evə getmək qərarına gələrək evdə saxladığı bıçağı götürüb idman şalvarının sol cibinə qoymuşdur. Bıçağı Vüqarda bıçaq olduğunu bildiyindən ehtiyat üçün, özünü qorumaq məqsədilə götürmüşdür. Arvadı Aynur zəng edib çağırdığı üçün əmisioğlu Mirmahmud onlara gəlmiş, Mirmahmud ondan kiminlə dava etməsini soruşsa da Mirmahmuda Məqatilin telefonda adını göstərmiş, Mirmahmud onunla söhbət edərək onu sakitləşdirməyə çalışmış, Mirmahmudla söhbət edən zaman Məqatilgilə getmək məqsədilə evdən həyətə çıxmış, onun ardınca Mirmahmud da həyətə çıxmışdır. Həyətdə Mirmahmuda məni apar demiş, lakin hara aparmasını deməmiş, Mirmahmud razılaşdıqdan sonra qapıdan küçəyə çıxaraq ağ rəngli markasını xatırlamadığı maşına minmişdir. Avtomobili tanımadığı bir nəfər sürmüş, sürücüyə yolu o, göstərmiş, Məqatilgilin evinə çatanda maşını sürən şəxsə maşını saxlamasını deyərək avtomobildən düşərək Məqatilgilin qapısına doğru gedib qapını döyərək Vüqarı və Məqatili çağırmış, əvvəlcə Məqatil, onun ardınca isə Vüqar qapıdan küçəyə çıxmış, Məqatildən və Vüqardan nə üçün Çuxuryurd kəndində ona qarşı elə etdiklərini demiş, Məqatil sən də “Mənə kəllə vur” dedikdən sonra Məqatilə bir kəllə zərbəsi vurmuş, bu zaman Vüqarın üzərinə hücum etdiyini görüb bıçağı cibindən çıxardıb Vüqara tərəf uzatmışdır ki, Vüqar bıçaq olmasını görüb ona yaxınlaşmasın, qorxmuşdur ki, Vüqar onu bıçaqla vurar. X33 kəndinə gedən zaman maşında ona bıçaq çıxartmışdır. Bu zaman Məqatil dartıb onu yerə yıxmış, durub qaçmaq istəsə də lakin Məqatil onu tutduğu üçün, Məqatilin buraxması məqsədilə bıçaqla Məqatilin ayaq nahiyəsinə bir neçə zərbə vurmuş, Məqatilə bıçaq zərbələri vurmaqda başqa niyyəti olmamış, bıçaq zərbəsi vurmaq və ya öldürmək niyyəti olsaydı bunu Məqatillə üzbə-üz dayanan zaman edərdi, buna həmin vaxt real imkanı olmasına baxmayaraq etməmişdir. Həmin vaxt kimsə ona bıçaqla xəsarət yetirmiş, Məqatilin qulağın dişləyərək ayağa durub küçənin yuxarı tərəfinə doğru qaçmağa başlamışdır. Sonra Mirmahmud onu atasının dayısıgilin həyətinə, oradan isə xəstəxanaya aparmış, xəstəxanaya aparılan zaman bıçağı Mirmahmuda vermişdir. Hava qaranlıq olduğundan ona bıçaqla xəsarət yetirən şəxsin kim olmasını görməmiş, əvvəlki, ifadələrində özünü qorumaq məqsədilə fərqli ifadələr vermiş, hadisə vaxtı əynində göy rəngli idman dəsti, yəni şalvar və pencəyi, eləcə də qara rəngli qısaqol köynək olmuş, üzərində olan bıçaq açıb-qatlanan olmaqla dəstəyi palıdı rəngli olmuş, dəstəyində qızılı rəngli naxış olmuşdur. Özünü müdafiə etmək məqsədilə bıçağı cibindən çıxardıb Vüqara tərəf uzatmış, həmin vaxt bıçağın Vüqara dəyib-dəyməməsini bilmir, ola bilsin ki dəymişdir, Zərərçəkmiş şəxs öldürmək kimi bir niyyəti olmamışdır. Vüqarın oğlu Ayaz Alizadəni tanımır, hadisə zamanı orada hər hansı bir uşağın olmasını görməmiş, ola bilsin ki, onların yanında dayanmadığından, aralıda dayandığından, həm də küçə qaranlıq olduğundan və hadisələr ani və qısa zaman ərzində baş verdiyindən görməmişdir.(cild 3, iş vərəqə 182-185) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X8 ifadəsində göstərdi ki, təqsirləndirlən şəxsi tanımır, ilk dəfə görmüşdür. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Onlar bayram günü Bakıdan rayona anasıgilə gəlmiş, ayın 1-i, saat 13:00 radələrində Şamaxıya çatmış, anasıgilin həyətində heyvan kəsib oturub söhbət etmişlər. Vüqar kiçik ölçülü spirtli içkisi alıb yarısını tək içmiş, maşını da həyətdə saxlamışdır. Daha sonra qardaşı Məqatilə çıxıb gəzməyi təklif etmişdir, Məqatil isə çıxmaq istəməmişdir, lakin Vüqar havasını dəyişmək istədiyini demiş, sonradan eşitdiyinə görə onlar avtomobillə evdən çıxdıqdan sonra evdən bir az aşağıda Zaurla qarşılaşmışlar. X36 bir-birilərini tanımamış, Zaur Məqatili tanımışdır. Onlar qarşılaşdıqdan sonra tanış olmuşlar. Maşına minib Zaurun uşaqlarını evə aparmış, daha sonra Vüqarın maşınına minib marketdən pivə alıb içmişlər, Vüqarla Zaurun arasında mübahisə yaranmış, yoldaşı Vüqar ona bıçaq çıxartmışdır. Maşından düşdükdən sonra sakitləşmişlər. Zaur maşının qapısını açıb dava etməyə çalışmış, Zaur söyüş söydükdən sonra qaynı Məqatil ona kəllə zərbəsi vurmuşdur. Daha sonra avtomobilə minib oradan uzaqlaşıb evə gəlmişlər. Evə gəldikdən sonra onlardan nə baş verdiyini soruşmuş, bu zaman Zaur qaynının telefonuna zəng edib hədələmiş, o da qonşuya gedib Zaurun atasına zəng edərək oğlunu sakitləşdirməsini demək istəmiş, o qonşuya getmək istəyəndə işıq sönmüş, Zaurgil maşınla qapıya gəlmişlər. Oğlu da orada olmuş, Məqatil qapıya çıxmış, Zaur ona kəllə zərbəsi endirmiş, Vüqar araya girmiş, işıq söndüyü üçün geri qayıdanda 3 nəfər şəxsin yuxarıya tərəf qaçdığını görmüş, Vüqarın da yerdə uzandığını, qaynının da qan içində olduğunu görmüş, xəstəxanaya aparanda artıq Vüqar ölmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, yoldaşıgil evə gəldikdən yarım saat sonra Zaurgil gəlmiş, yoldaşının üstündə yəqin ki, bıçaq olmuş, ancaq onun bundan xəbəri olmamışdır. 3 övladı var, 13 yaşındakı oğlu hadisəyə şahid olmuş, Vüqara çatanda Mirmahmudun böyük qaynı Vüsalın əl-qolunu tutduğunu görmüşdür. Həmin şəxsin kim olduğunu Vüsaldan soruşduqda ona Zaurun əmisi oğlu olduğunu bildirmişdir. Hadisəni görməmiş, qonşudan qayıdanda 3 nəfər şəxsin yuxarıya tərəfə qaçdığını, Vüqarın da yerdə uzandığını görmüşdür. Hazırda təqsirləndirilən şəxslə aralarında barışıq olmuşdur, heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 14 yaşı var, 9-cu sinifdə oxuyur, o, həyətdə olan maşın səsi eşitmiş, qapıdan çıxanda insanların toplaşdığını görmüş, əmisi və atası orada olmuş, digər şəxsləri tanımamışdır. Söhbət eləyən zaman əmisi “gəl sən də Mənə kəllə zərbəsi endir, ödəşək” demiş, təqsirləndirilən şəxs də əmisinə kəllə zərbəsi endirmiş, bundan sonra dava yaranmış, üzbəüz gəlib bir-birilərini itələmişlər, kimsə atasının sol qolunu dartmış, sol tərəfi açıq qalmış, atası arxaya çəkilmişdir. Əmisi Zauru yerə yıxmış, Zaur əmisini vurmağa başlamış, daha sonra atası qıraqdan gəlib ona zərbə endirmişdir. Daha sonra yuxarı qalxmışlar. Verilən suallara cavab olaraq bildirdi ki, atasını təqsirləndirilən şəxs vurmuş, qaranlıq olmuş, əlində nəyisə sıxdığını görmüş, bıçaq olduğunu bilməmiş, Atasının da bıçaq zərbəsi endirdiyini görmüş, lakin birinci atası vurmamışdır. Atası vurulan an donub qalmışdır. Rayona anası, atası və o getmişlər. Atası bıçaqla xəsarət aldıqdan sonra təqsirləndirilən şəxs əmisinin üstündə olanda atası gəlib təqsirləndirilən şəxsə bıçaq zərbəsi endirmişdir. İlk öncə əmisinə kəllə vurulmuş, qapıdan çıxanda onların üzbəüz durduğunu görmüşdür. Atası və əmisi orada olmuş, qalan şəxslər onlar tərəfdən olmuşdur. İşıq sönmüş, qaranlıq olmuşdur. Biri idman geyimində olmuş, atasının qolundan dartan idman geyimində olan şəxs olmamış, Zaurun əlini sıxdığını görmüş, Zaur əmisinə kəllə zərbəsi endirdikdən sonra atası üzərinə getmiş, atasının qolunu kimsə dartmış, daha sonra bıçaq zərbəsi endirmiş, atası geri çəkilmiş, əmisi üzərinə getmiş, atası Zauru vuranda Zaur əmisinin üzərində olmuş, əmisini vurmuşdur. Atası Zauru sol tərəfindən vurmuş, atası sağ əlindən istifadə etmiş, Zaur xəsarət aldıqdan sonra qaçmış, atası və əmisi Zaurgilin arxasınca yıxıla-yıxıla getmiş, o da onların, atasının arxasınca getmiş, sonra atası yıxılmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, o, qapıya çıxdıqdan 5-6 saniyə sonra hadisə baş vermiş, atasını vuran şəxs Zaur olmuş, lakin atasının qolunu dartan şəxsin kim olduğunu bilməmiş, atası Zaurgilin arxasınca gedəndə yıxılmış, Məqatil əmisi ilə Zaur üzbəüz olmuş, onlardan biri Zaurun arxasında, biri əmisinin yanında, digəri isə atasının yanında olmuş, atası Zaurgilin arxasınca gedəndə yyıxılmış, o, sakit durub qıraqdan baxmış, işıq onların arxasına düşmüşdür. İbtidai istintaq zamanı ifadəsini təkbaşına vermiş, 1-ci ifadəni oxumamış, müstəntiq ona demişdir ki, imzalasın və təsdiq etdiyini yazsın. Birinci dəfə yanvar ayında dindirildikdə müəllim-psixoloq iştirak etməmişdir. Onu 3 dəfə ifadə verməyə çağırmışlar. İfadənin yerində yoxlanılması videoçəkiliş vasitəsilə aparılmış, atasının qolundan dartan şəxsin üzünü görməmiş, ancaq həmin şəxs orta boylu olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxs uzaq qohumlarıdır, Şamaxı şəhərində qonşu olmuşlar, həmin gün onlar qardaşı ilə yeyib-içmişlər. Qardaşı spirtli içki qəbul etmiş, o isə etməmişdir. Daha sonra qardaşı ona “gedək siqaret alaq, maşınımı sən sür” demiş, məhəllədən dönəndən sonra küncdə Zaurla qarşılaşmış, Zaur qardaşı və onunla görüşmüş, haraya getmişlərərini soruşmuş, onlar da avtomobillə gəzintiyə çıxdıqlarını demişlər. Zaur öz avtomobilini evlərinə qoyub onlarla gəlmişdir. Avtomobildə olarkən Zaurla qardaşı Vüqar arasında mübahisə yaranmışdır. Avtomobilin içərisində qardaşı Zauru boğmağa başlamışdır. O isə onları ayırmağa çalışmış, daha sonra qardaşı ilə evə gəlmişdir. Evə gəldikdən sonra ona 4-5 dəfə zəng gəlmişdir, zəngi açanda söyüş söymüşdür, o da bağlamışdır, sonra zəngi açmamışdır. Zəngdə onlarla görüşmək istədiyini demişdir. O görüşməmiş, ona görə də Zaur qapılarına gəlmişdir. Onları səsləmiş, o və qardaşı qapıya çıxmışlar. Oğlu Pərviz, Vüqarın oğlu Ayaz onların yanlarında olmuşdur. Oğlu Alı hadisə baş verdikdən sonra gəlmiş, Zaur yanında 3-4 nəfərlə birlikdə gəlmiş, bir nəfər qardaşına yaxınlaşıb qoluna girəndə əlini sağ cibinə atmış, o da aralarına girmiş, Zaur ondan ona nə üçün kəllə zərbəsi endirdiyini soruşmuş, o da cavabında “gəl, sən də ona kəllə zərbəsi endir” demişdir. Zaur da ona kəllə zərbəsi endirmiş, həmin an qardaşı ilə vuruşmağa başlamışlar. O da Zauru yerə yıxmış, Zaur yerə yıxılanda onu qaldırmaq istəmiş, həmin an Zaur bıçaqla altdan ona zərbə yetirməyə başlamışdır. O, Zaurun qolundan tutmuş, qardaşı da Zaura bıçaq zərbəsi endirmişdir. Qardaşında bıçaq olduğunu bilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, qardaşı əvvəllər məhkum olunmuşdur. Zaurun onlarla birlikdə gəlməkdə məqsədi narkotik vasitə istifadə etmək olmuşdur. Zauru yaxından tanımış, Zaurgil onların qapılarına gələndə onunla gələn şəxslərdən biri Zaurun əmisi oğlu Mahmud olmuş, digərlərini tanımamış, onun oğulları orada olmuş, hadisəni görmüşlər. Hadisə 1 yanvar tarixdə, saat 20:00 radələrində baş vermiş, qaranlıq imiş, küçənin işıqları da yanmamışdır. Evlərin işığından şəxsləri görmək mümkün olmuşdur. İlk bıçaq xəsarətini Zaur vurmuş, Zaurun qardaşına zərbə endirdiyini görmüş, qardaşını onun qabağından çəkmiş, lakin qardaşının artıq bıçaqlandığını bilməmişdir. Maşını fləşkartı düzəltmək üçün saxlayanda Zaurla qarşılaşmışlar, Zaurla Vüqar avtomobildən düşüb mübahisəyə davam etmişlər, o da onları ayırmış, qardaşını maşının arxa qapısından içəri otuzdurmuş, lakin qardaşı yenidən avtomobildən düşüb Zaurla mübahisəyə davam etmişdir. Bu dəfə də Teyyub ona onları ayırmağa kömək etmişdir. Daha sonra o, qardaşını maşına mindirib aparanda Zaur maşının qapısının qulpundan tutaraq qaça-qaça maşınla birlikdə gəlmişdir. O da maşına ani qaz vermişdir ki, əli maşının qulpundan çıxsın, onlar da evə gəlsinlər. Zaur Vüqara söyüş söydüyü üçün ona kəllə zərbəsi vurmuşdur. Qarşı tərəflərin yanlarındakı uşaqları görüb-görmədiyini bilməmiş, ətraf qaranlıq olmuşdur. Qardaşının bıçaqlandığını bilməmiş, Vüsalı hadisədə onu kiminsə tutan zaman görmüşdür. Onlar ilk çıxanda Vüsal evdə olmuş, Zaur bıçaqlananda onun qulağını dişləmiş, daha sonra durub qaçmış, bıçaq Zaurun əlində olmuşdur. Zaur qaçarkən o ayaq üstə olmuş, o qaçanda axasınca qaçmışdır. Zaur bıçaqla onu vuranda Zaurun biləyindən tutmuş, avtomobildə olan münaqişədə qardaşının əlində bıçaq olmuş, Zaurun yanındakı şəxslərdən biri əmisi oğlu Mahmud olmuş, digər şəxsləri tanımamışdır. Zaurla birlikdə 3 nəfər gəlmiş, 3 nəfər şəxsin münaqişəyə müdaxilə edib-etmədiklərini görməmiş, uşaqlar qardaşı Vüsal bıçaq xəsarəti aldıqdan sonra Zaurla gələn şəxslərin Vüsalı tutduğunu demişlər. O, çölə çıxdıqdan sonra uşaqlar çıxmış, hadisəni uşaqlar görmüşlər. Zaur ona bıçaqla vurmuş, ondan başqa heç kim xəsarət yetirməmişdir. Zaur ona bıçaqla vurmağa çalışanda Vüqar Zauru bıçaqla vurmuş, qardaşı Vüsal hadisə baş verdikdən sonra çölə çıxmış, həmin an da Mahmud Vüsalı tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Mirmahmudla, əmisi oğlu və o, Şamaxının Pirqulu kəndində oturub çay içmişlər. Daha sonra Şamaxıya qayıtmışlar, o arxada öz maşını ilə yanında Anarla, qabaqda isə X21 maşınında gəlmişlər. “Planet” marketin qabağında Bəhruz maşını saxlamış, Mahmud gəlib taksi sürücüsü olan Bəhruza sifariş gəldiyi üçün getdiyini demişdir. Mahmud da əmisi oğlunun kimləsə dalaşdığını demiş, onu əmisinin oğlugilə aparmağını xahiş etmiş, oraya çatanda Mahmud düşüb evə girmiş, onlar da onu gözləmişlər, bir müddət sonra Zaurla Mahmud gəlmiş, maşınına gəlib “sür” demiş, yolu izah etmişlər. Daha sonra tanımadığı bir yerdə saxlamağını demişdir. Həmin mənzilə çatan kimi ilk öncə Zaur, ardınca Mahmud avtomobildən düşmüşdür. O da avtomobili kənara çəkmiş, o, avtomobildən düşənə kimi onların qapıya çatdığını və qapıdan çıxan şəxslərlə üzbəüz söhbət etdiklərini görmüş, Zaurla görmədiyi şəxs bir-birilərinə qarşı nalayiq sözlərdən istifadə etmişlər, uzaqda olduğu üçün həmin şəxsin kim olduğunu görməmiş, daha sonra mübahisə başlanmış, bir qədər sonra şəxslər ikiyə ayrılmış, qaçışmağa başlamışlar. O da aşağıya qaçmaq istəyəndə Mahmudun taxta ilə vurulduğunu, yerə yıxıldığını görmüş, Mahmudu vurmasınlar deyə ayırmağa gəlmiş, bu zaman kimsə arxadan itələmiş, maşının yanına yıxılmış, ayağa duranda Mahmudu səsləmiş, yuxarı tərəfə qaçmışdır. Qapıya çatmış, Mahmudu səsləmiş, bir qədər sonra üzbəüz qapıdan Mahmud çıxmış, Mahmud əmisi oğlu Zaurun vurulduğunu, xəstəxanaya aparılmalı olduğunu demişdir. O da avtomobili gətirib qapının qarşısında saxlamışdır. Daha sonra tanıdığı Kamil adlı şəxs ona Zauru avtomobilə mindirməyə kömək etmişdir. O, Mahmud, Zaur və Kamil xəstəxanaya getmişlər. Yolda gedəndə Mahmud ona bıçağı vermiş, o isə götürməmiş, xəstəxanaya çatanda avtomobildən düşəndə maşında ayaqaltı olan hissədə bıçağın olduğunu görmüşdür, təlaşa düşmüş, pencəyi ilə bıçağı götürüb ağacın altına atmışdır. Həyəcanlandığı üçün bıçağı ağacın altına atmış, amma fikri özündə olsa imiş, bıçağı polis əməkdaşlarına təhvil verərmiş. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs əmisi oğludur. Zərərçəkmiş şəxsi tanımır. O, öz dostları- Rəvan, Anar və X13 kəndində çay içmişdir. O, Bəhruzun maşınında, Anarla Rəvan isə Rəvanın maşınında oturub Şamaxıya yola düşmüşlər. Şamaxıya çatanda “Planet” marketin qarşısında taksi sürücüsü olan dayısı oğlu Bəhruza zəng gəlmiş, o, çıxıb getmişdir. O, “Planet” marketin qarşısında Rəvanın maşınına oturanda ona əmisi oğlu Zaurun yoldaşı Aynur tərəfindən zəng gəlmiş, Zaurun kimləsə dalaşdığını bildirmiş, o da oraya yaxın ərazidə olmuş, Zaurgilin evinə gəlmiş, dostları, Rəvan onu çöldə gözləmiş, onlara gələcəyini bildirmiş, içəri girəndə Zaurun üst-başı pis vəziyyətdə, alt dodağının partladığını görmüşdür. Ondan nə baş verdiyini və kimlə dalaşdığını soruşmuş, bu zaman o, telefonla danışdığına görə ona heç bir cavab verməmişdir. Daha sonra Zaur çölə çıxmış, o da onun ardınca getmişdir. Onların avtomobillə gəldiklərini görüb maşına minmişdir. O da sakitləşdirmək məqsədilə əmisigilə aparmağa qərar vermişdir. Zaur “sür” demiş, o da haraya getdiklərini bilməmişdir. Əmisigilin məhəlləsinin döngəsində avtomobildən düşmüşdür. 2 dəqiqədən sonra dostu Rəvanla onun arxasınca getmişlər. Oraya çatanda Məqatilin Zaura “vur məni, sakitləş” dediyini eşitmişdir. Zaur da Məqatilə kəllə zərbəsi ilə vurmuş, arxaya dönüb gedəndə bir şəxs qaçaraq Zaura hücum etmiş, daha sonra Zaurun yuxarıda qışqırdığını eşitmişdir. Qaçaraq Zaurun yanına getmiş, qohumları Samirgilin həyətinə girmişlər. Rəvana xəbər eləmiş, Rəvan maşını gətirmiş, xəstəxanaya aparmış, o, heç kimə əl vurmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Zaurun üzərində bıçaq olduğundan, Vüqarı bıçaqladığından xəbərsiz olmuş, Zaurun bıçağını maşına mindikdən sonra görmüşdür. Zaur onu xəstəxanaya aparanda maşında bıçağı ona vermiş, bıçağı dostu Rəvana vermiş, maşında qalmışdır. Dalaşan şəxslərdən 5-10 metr uzaqlıqda olmuş, Zaur Məqatilə kəllə zərbəsi vurduqdan sonra arxaya dönüb getmişdir, sonra bir nəfər şəxs qaçaraq Zaurun üzərinə gəlmiş, bu zaman o, arxaya getmiş, həmin an Zaur ondan uzaqda olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs əmisi olmuşdur. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Hadisə günü Zaur qapını döymüş, Zaurun yanında bir neçə şəxs olmuş, qapı döyüləndə atası içəri gəlməyini demiş, kənardan isə kimsə “içəri girmə” demişdir. Bu zaman atasıgil çölə çıxmışlar. Qapıdan bir az uzaqlaşmışlar. Atası Zaura “adam ölməyib ki, sən də ona kəllə zərbəsi vur, ödəşək” demişdir. Zaur atasına kəllə zərbəsi atmış, bu zaman əmisi Vüqar onun üstünə atılmış, həmin an ona bıçaq zərbəsi vurulmuş, bir nəfər görmədiyi şəxs əmisi Vüqarın qolundan tutmuş, atası Zaurun paltarını arxasından tutmuş, yerə yıxmış, Zaur da atasına bıçaq zərbəsi vurmağa başlamışdır. Vüqar əmisi də gəlib yaxınlaşıb bıçaq zərbəsi vurmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, ilk bıçaq zərbəsini Zaur vurmuş, daha sonra Zaur atasını vurmaq istəyəndə əmisi Vüqar Zaura bıçaq zərbəsi vurmuşdur. Yanında əmisi oğlu Ayaz olmuş, hadisə onlardan 5-10 metr uzaqlıqda baş vermiş, Zaurun yanındakı şəxslərin sayını xatırlamamış, həmin şəxslərin davaya müdaxilə etməyini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X29 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, zərərçəkmiş şəxs əmisidir. O bibisi oğlu Şahid8la evdə oturmuş, telefonuna proqramlar yükləmişlər. Həmin an çöldən səs-küy gəlmiş, çölə çıxanda yuxarı tərəfə 5-6 nəfərin qaçdığını görmüş, o, hadisə yerinə gələndə əmisi artıq bıçaqlanmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs uzaq qohumu, zərərçəkmiş şəxs qardaşıdır. O, evdən çıxanda artıq qardaşı bıçaq xəsarəti almış, maşına mindirilmişdir. Zauru və yanındakı şəxsləri görməmiş, evdən 30-40 metr yuxarıda imiş, səsləri eşitmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs uzaq qohumudur. O, taksi sürücülüyü fəaliyyəti ilə məşğul olur, Çuxuryurd kəndində Zaurla Vüqarın qarşı-qarşıya durduğunu görmüşdür. Məqatil onların arasında olmuş, Məqatil ona əl ilə işarə edib, çağırmış, o da avtomobili saxlamış, yanlarına gedib ayırmağa çalışmışdır. O, Vüqarı, Məqatil də Zauru kənarlaşdırmışdır. Məqatil maşını gətirmiş, Vüqarı maşına mindirməyə çalışmış, lakin alınmamışdır. Məqatil avtomobillə 30-40 metr uzaqlaşdıqdan sonra yenidən geri qayıtmış, Zaurun yanına getmişdir. Vüqar yenidən Zaura tərəfə getməyə çalışmış, o da Vüqarı 40- 50 metr uzaqlaşdırmışdır. Daha sonra Məqatil gəlib Vüqarı çağırmış, o da öz maşınına gəlib oturmuşdur. Zaur da ondan onu evə aparmağını istəmiş, o da aparmışdır. Zaur da, Vüqar da spirtli içki qəbul etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Vüqarın əlində bıçaq görməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımamış, zərərçəkmiş şəxs dayısıdır. O, çölə çıxanda hadisə artıq baş vermiş, dayısı özündə olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və şahid həmin ifadəsində göstərmişdir ki, 2024-cü ildən “X27” MMC tərəfindən Laçın rayonunda aparılan tikintidə usta qismində çalışır. Yeni il bayramını qeyd etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərinə gəlmiş, xx.xx.2025-ci il tarixində isə bayram günü olduğuna görə yaşadığı ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə olmuş, heç bir yerə getməmişdir. X22 də ailə üzvləri ilə birlikdə onun yaşadığı evin həyətyanı sahəsində tikdirdiyi fərdi yaşayış evində yaşayır. Təxminən saat 20 radələrində yaşadığı evin qonaq otağında ailə üzvləri ilə birlikdə bayram verilişlərini izləyərkən küçədən səs-küy səslərinin gəldiyini eşitsə də, həmin səslərin küçədə oynayan uşaqlara məxsus olduğunu düşünərək buna əhəmiyyət verməmiş, bir müddət keçdikdən sonra səsin gücləndiyini və yaşadığı evin yanından gəldiyini görüb nə baş verdiyini öyrənmək məqsədilə əvvəlcə həyətyanı sahəyə, oradan isə küçəyə çıxmış, küçəyə çıxdıqda yaşadığı evdən təxminən 50-60 metr aşağıda, Şahid1 yaşadığı evdən bir qədər yuxarıda, Əmirxan adlı şəxsin qapısı qarşısında insanların topa şəklində yığışdığını və səs-küyün məhz həmin yerdən gəldiyini görmüş, küçə işıqları yanmadığından ərazi qaranlıq olmuş, lakin Ramiz adlı şəxsin həyətindən küçəyə düşən işıq sayəsində orada çox sayda insanın olduğunu görsə də amma həmin adamların konkret kimlər olduğunu ayırd edə bilməmişdir. Bu zaman bir nəfər şəxsin ona tərəf gəldiyini, arxadan isə digər bir nəfər şəxsin gəlib həmin şəxsin qoluna girmişyini görmüş, onlar yaxınlaşdıqda bilmişdir ki, həmin şəxs bibisi nəvəsi Təqsirləndirilən şəxsdu onun qoluna girən şəxs isə Zaurun əmisi oğlu Şahid3dur. Zaur sol əli ilə sinəsinin sol hissəsini tutmuşdu, sağ əlində isə bıçaq var idi. Bu vaxt Samirdə ora gəlmiş, Mirmahmud təcili tibbi yardıma zəng etmələrini demiş, Samir tez həyət qapısını açmış Mirmahmud və Zaur həyətə girmiş, Zaur həyətə girərgirməz yerə uzanaraq onlara onu ölməyə qoymamaqlarını demiş, Zaurdan nə olmasını soruşduqda ona Məqatilgillə dalaşdığını və bıçaqlandığını bildirmişdir. Zaurun əynində olan idman dəstinin sinə hissəsi qana bulaşmış vəziyyətdə olmuş, Zaur əli ilə həmin hissədən tutmuş, Zaur yaralı olduğu üçün Zaura çox sual verməmiş, 3-4 dəqiqə gözlədikdən sonra təcili tibbi yardım avtomobilinin gəlmədiyini görüb Mirmahmud darvazadan çölə çıxmış və 1-2 dəqiqədən sonra bir nəfər cavan oğlanla geri qayıdaraq ona Zauru avtomobilə minmişdirrməsinə kömək etməsini bildirmiş Samir, Mirmahmud və tanımadığı həmin oğlanla köməkləşərək Zauru dövlət nömrə nişanını görmədiyi ağ rəngli avtomobilin arxa oturacağına uzadaraq Mirmahmud da arxada əyləşmiş, o isə ön sərnişin oturacağında əyləşdikdən sonra əvvəlcədən tanımadığı, sonradan adının Rəvan olduğunu öyrəndiyi oğlan avtomobili Şamaxı rayon Müalicə-Diaqnostika Mərkəzinə sürmüşdür. Xəstəxananın həyətində Zauru təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra Rəvan maşında qalmış, o və Mirmahmud xəstəxanaya daxil olmuş, xəstəxananın içində olarkən qonşuları Şahid1 də görmüş, Şahid1 həmin vaxt yaralı vəziyyət olmuş, sonradan xəstəxananın həyətində toplaşan tanımadığı şəxslərdən aldığı məlumatdan ona aydın olmuşdur ki, Şahid1gilin qapılarının qarşısında bıçaqlaşma baş vermiş, hadisə nəticəsində qonşuları Şahid1 qardaşı Zərərçəkmiş şəxs ölmüş, Şahid1 və Təqsirləndirilən şəxs isə bıçaq xəsarətləri almışlar. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində rəngini dəqiq xatırlamadığı idman dəsti olmuş, Təqsirləndirilən şəxsla yaxın olmadığına görə onun kiminləsə ədavəti, düşmənçiliyi yaxud borcu olub-olmaması, eləcə də Zərərçəkmiş şəxslə yaxud onun ailə üzvləri ilə hər-hansı münaqişəsinin olub-olmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs həyətə gələrkən və onu xəstəxanaya aparmaq üçün Rəvanın avtomobilinə minmişdirrərkən Zaurun əlində bıçaq olmuş, lakin xəstəxanaya çatdıqda həkimləri çağırmaq üçün avtomobildən düşüb xəstəxanaya girmiş, əlil arabasını götürüb çölə çıxıb Mirmahmudla köməkləşərək Zauru əlil arabasına mindirib xəstəxanaya apardıqları zaman Zaurun əlində bıçaq olmasını görməmiş, ola bilsin ki, Zaur bıçağı ya onu xəstəxanaya aparan zaman yolda olarkən ya da o, onları avtomobildə qoyub xəstəxanaya girərkən Mirmahmuda vermişdir. Amma həmin vaxt Mirmahmudun da əlində də bıçaq olmasını görməmişdir.(cild 3, iş vərəqə 39-43) Cinayət işinin materiallarında olan: -01 yanvar 2025-ci il tarixli “təqrir”dən görünür ki, 01 yanvar 2025-ci il tarixdə saat 20:16-da Şamaxı RPŞ-nin Növbətçi hissəsindən Abşeron Rayon Prokurorluğuna, Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs üzərində xəsarətlər olan meyitinin Şamaxı RMX-nın X7 daxil olması barədə məlumat daxil olmuşdur.(cild 01, iş vər. 03). -“Əşyanın tanınması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, əşyanın tanınması istintaq hərəkəti zamanı 01 yanvar 2025-ci il tarixdə Osmanov X17 Vüqar Alı oğlu və Şahid1 xəsarət yetirdiyi dəstəyinin uzunluğu 11,3 sm, eni 1,6 sm qalınlığı 1 sm, dəstəyin arxa tərəfində bıçağı açıq-bağlamaq üçün metal çıxıntı olan, dəstəyi palıdlı rəngli kauçuk materialdan hazırlanmış dəstəyi üzərində qızılı rəngli təsvir olan tiyəsinin uzunluğu 9,8 sm eni 1,5 sm olan 3 rəqəmi ilə işarələnmiş bıçağı göstərərək qeyd edilən bıçağın ona məxsus olmasını, bıçağı Moskva şəhərindən alıb özü ilə gətirdiyini və hadisə zamanı üzərində olmasını, həmin bıçağı tiyəsinin rəngi və quruluşuna görə tanıdığını bildirmişdir. (cild 2, iş vərəqə 248-250) -“Əşyanın tanınması haqqında” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 əşyanın tanınması istintaq hərəkəti zamanı dəstəyin əsası boz rəngli metaldan hazırlanmış, səthinə timsah şəkili olan, dəstəyinin uzunluğu 116 mm, orta hissədən eni 23 mm qalınlığı 6 mm, tiyəsinin uzunluğu 81 mm, orta hissədən eni 21 mm olan 2 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək qeyd edilən bıçağın mərhum əri Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə hadisənin baş verdiyi küçədə yıxıldığı yerdən 2-3 metr aralıda taparaq polis əməkdaşına təqdim etdiyi bıçaq olduğunu bıçağı dəstəyi üzərində olan timsah təsvirinə, tiyəsinin rəngi və quruluşuna görə tanıdığını bildirmişdir.(cild 3, iş vərəqə 18-19) -“Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı şəhəri, Abbas Səhhət küçəsindədir, küçənin örtüyü asfaltdır, yolun hər iki tərəfində fərdi yaşayış evləri yerləşir, küçədə üzü yuxarı istiqamətdə dayandıqda sağ tərəfdə yerləşən X5 məxsus 9 saylı evin həyətyanı sahəsinə giriş qapısının ön tərəfində, qapıdan içəri daxil olduqda çardağın döşəməsi üzərində damcı halında həmin qan ləkələrindən 6 metr aralıda, küçənin yuxarı hissəsinə tərəf asfalt üzərində damcı halında qana bənzər ləkələr müşahidə edilir. X5 məxsus 9 saylı evdən 20 metr aralıda, küçənin yuxarı hissəsində Əmirxan Yusifova məxsus evin giriş qapısından 5 metr aralıda, eləcə də həmin qanabənzər ləkələrdən yuxarı istiqamətdə 15 metr aralıda Malik Fərzəliyevə məxsus evin həyətyanı sahəsinə giriş qapısından 6 metr aralıda asfalt üzərində damcı şəklində qana bənzər ləkələr müşahidə edilir. (cild 1, iş vərəqə 4-8) -“Hadisə yerinə təkrar baxış keçirilməsi haqqında” 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı şəhəri, Abbas Səhhət küçəsində yerləşir. Hadisə baş verən küçənin örtüyü asfaltdır, yolun hər iki tərəfində fərdi yaşayış evlər yerləşir. Küçədə üzü yuxarı istiqamətdə dayandıqda sağ tərəfdə yerləşən X5 məxsus 9 saylı evin həyətyanı sahəsinə giriş qapısının ön tərəfində qapıdan 1-2 metr aralıda yerə döşənmiş piltə daşın üzərində 1,5x2 metr diametrdə qanabənzər ləkələr müşahidə edilir. Həmçinin həmin qana bənzər ləkələrdən 6 metr aralıda, küçənin yuxarı hissəsinə tərəf asfalt üzərində damcı halında qana bənzər ləkələr müşahidə edilir, X5 məxsus 9 saylı evdən sağ tərəfdə 20 metr aralıda, küçənin yuxarı hissəsində Əmirxan Yusifova məxsus evin giriş qapısından 5 metr aralıda küçənin aşağısına tərəf asfalt üzərində topa şəkildə qana bənzər ləkələr müşahidə edilir, qeyd edilən ləkələrdən yuxarı istiqamətdə, 15 metr aralıda Malik Fərzəliyevə məxsus evin həyətyanı sahəsinə giriş qapısından 6 metr aşağı istiqamətdə asfalt üzərində damcı şəklində qana bənzər ləkələr müşahidə edilir. Məleykə Aliyevaya məxsus evin həyətyanı sahəsinə giriş qapısı dəmir materialdan hazırlanmış iki taylı qapıdandır, giriş qapısının çöl hissəsində qapıdan sol tərəfdə 1 ədəd dəmir materialdan hazırlanmış su çəni vardır. Qapıdan içəri daxil olduqda üzəri dəmir şiferlə örtülmüş 5x13 metr ölçüdə çardaq olması müşahidə edilir, çardağın sağ və sol tərəfində Şahid9 və Şahid1 yaşadıqları 1 mərtəbəli ev yerləşir. Çardağın altında həyətyanı sahəyə tərəf olan hissədə üzəri tentlə örtülmüş qara rəngli “QAZ 24” markalı avtomobil, giriş qapısından sağ tərəfdə isə 1 ədəd kreslo vardır. Çardağın döşəməsinə 30x30 sm ölçüdə piltə daş döşənmişdir. Döşəməsinin üzərində giriş qapısından başlayaraq 2-3 metr məsafədə ara-sıra damcı şəklində qana bənzər ləkələr müşahidə edilir.(cild 1, iş vərəqə 46-52) -“Meyitə baxış keçirilməsi haqqında” 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, meyitin əynində boz rəngli üzərində qana bənzər ləkələr müşahidə edilən ön qabaq hissədə çin hərifləri və rum rəqəmləri ilə “XXXXXL" yazılmış pijama, bel hissəsində boz rəngli dəri kəməri olan göy rəngli üzərində qana bənzər ləkələr müşahidə edilən, bel hissəsinin arxa sağ tərəfində qartal başı təsvir edilən və arxa sağ cibinin üzərində əjdaha başı təsvir olunmuş dəmir nişanlar olan cins materialdan hazırlanmış şalvar, qara rəngli ön tərəfdən dəmir düymələrlə bağlanan, ön hər iki döş nahiyəsində cibləri olan, boğaz hissəsinin arxa iç tərəfində “CLİENTO” sözü yazılmış, ön sol döş hissəsindən bir qədər aşağıda 1 ədəd zədəd izi müşahidə edilən uzunqol köynək, sol sinə hissəsində bir ədəd zədə izi müşahidə edilən, boğaz hissəsinin iç arxa tərəfində “ÖZTAŞ XXL” yazılmış boz rəngli uzunqol köynək, sol qoltuq hissəsinin alt tərəfində 1 ədəd zədə izi müşahidə edilən, üzərində qana bənzər ləkələr müşahidə edilən ağ rəngli qolsuz mayka, ağ rəngli üzərində qana bənzər ləkələr müşahidə edilən, üzərində lövbər təsvirləri olan trusik, qara rəngli sol sinə hissədən bir qədər aşağıda zədə izi müşahidə edilən hər iki yan tərəfində cibləri olan, ön tərəfdən zəncirbəndlə bağlanan qara rəngli gödəkcə vardır. Baxış zamanı Zərərçəkmiş şəxs meyitinin əynində olan şalvarın sol yan cibindən ağ kağıza bükülmüş vəziyyətdə yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edildi. Gödəkcənin sol cibindən “Huawei” markalı smartfon tipli mobil telefon, sağ cibində isə 1 ədəd alışqan, içərisində siqaret olan “West” markalı siqaret qutusu aşakr edildi. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, zəif köklükdədir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, adi qaydada inkişaf etmişdir. Aralıq nahiyyəsi və anal dəliyi ətrafı təmizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllə yoxladıqda sümükləri tamdırlar, xəsarətsizdirlər. Meyitin sağ gözün üst qapağında orta hissədə 0,7x 0,5 sm., sol qulağın sırğalıq hissəsinin alt aşağı səthində 0,7 sm x 0,2 sm ölçülərdə səthi sıyrıqlar, döş qəfəsinin sol yarısında sol döş giləsindən 7 sm aşağıda 3,8 x 1 sm ölçülərdə kənarları hamar, yuxarı hissəsi küt aşağı hissəsi iti olan boşluğa keçən deşilmiş-kəsilmiş yara vardır. Həmin yaradan 7 sm arxadan yuxarı hissədə 3x2 sm ölçülərdə çəhrəyimtıl rəngli qeyri-müəyyən formalı qançır vardır. Meyitin bədən səthində başqa xəsarət aşkar olunmamışdır. .Zərərçəkmiş şəxs meyitinə keçirilən baxış zamanı əynində olan şalvarının sol yan cibindən ağ kağıza bükülmüş vəziyyətdə yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə, gödəkcənin sol cibindən isə aşkar edilmiş Huawei” markalı smartfon tipli mobil telefon, sağ cibində isə 1 ədəd alışqan, içərisində siqaretlər olan “West” markalı siqaret qutusu aşkar edilmişdir.(cild 1, iş vərəqə 53-60) “Mobil telefona baxış keçirilməsi haqqında” 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 məxsus mobil telefona baxış keçirilmiş və baxış keçirilən cihaz “iPhone X” markalı (Model Numarası MQAD2LZ/A Seri Numarası DNPYP469JCLJ yaddaş kapasite 64 GB+ ) smartfon tipli mobil telefondur, displey hissəsi qara rəngdə, arxa korpusu isə ağ rəngdədir. Telefon bir GSM nömrəlidir, telefonun sağ tərəfindəki “Sim kart” girişini açanda içində 01 ədəd (+994-55-477-37-97) Bakcell mobil operatoruna məxsus SİM kart aşkar edildi. Həmin tarixdə telefonun “4044” kodu ilə kilidi açılıb, menyusuna daxil olan zaman 01 yanvar 2025 19:51 dəqiqədə Aynur Osmanovanın istifadəsində olan ***- ***-**-** saylı nömrədən cavabsız zəng gəlməsi, 19:55 dəqiqədə isə Mirmahmuddan həmin nömrəyə zəng edilməsi və aralarında 25 saniyə danışıq aparılması müəyyən edilmişdir.(cild 1, iş vərəqə 43-45) -“Mobil telefona baxış keçirilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 məxsus mobil telefona baxış keçirilmiş və cihaz “HONOR” markalı (Model: JAT-LX1) smartfon tipli mobil telefondur, displey hissəsi qara rəngdə, arxa korpusu isə ağ metallik rəngdədir. Telefon iki GSM nömrəlidir. Telefonun sol tərəfindəki “Sim kart” girişini açanda içində 01 ədəd (+994-70-759-49-49) “Nar” mobil operatoruna məxsus SİM kart aşkar edildi. Telefonunun menyusuna oradan isə “Whatsapp” mobil tətbiqinə daxil olduqda həmin tətbiqdə +994-50-685-54-61 (~ Zaur) rəqəmli nömrə ilə olan söhbət (çat) açılır. Həmin söhbətdə görünür ki, 19:16 dəqiqədə qeyd olunmuş (+994-50- 685-54-61) nömrədən cavablı zəng gəlmiş aralarında 9 saniyə danışıq aparılmış, 19:17, 19:20 və 19:28 dəqiqələrdə həmin nömrədən gələn, həm nömrəyə gedən zənglər siyahıları silinmiş, 19:33 dəqiqədə qeyd olunmuş nömrədən gələn video zəng buraxılmış, sonradan 19:33 dəqiqədə gələn səsli zəngə cavab verilmiş aralarında 2 dəqiqə danışıq aparılmış, 19:38 dəqiqədə səsli zəng buraxılmış, 19:39 dəqiqədə gələn zəngə cavab verilmiş 1 dəqiqə danışıq aparılmış, 19:40, 19:41 dəqiqədə, həmin nömrədən buraxılmış zəng gəlmiş, 19:42 dəqiqədə gələn və 19:43 dəqiqədə isə gedən zənglər silinmiş, 19:45, 19:46, 19:47, 19:48, 19:49 və 19:50 dəqiqələrdə qeyd olunmuş (+994- 50-685-54-61) nömrədən cavabsız səsli zənglər gəlmişdir. Söhbətdə 19:48 dəqiqədə gələn səsli messajı “Whatsapp” mobil tətbiqin hər-hansı texniki nöqsanlara görə dinləmək mümkün deyildir. Əlavə olaraq, yuxarıda qeyd olunmuş nömrədən 19:50 dəqiqədə “Dyoqlu" yazılmış mesaj 19:51 dəqiqədə isə “Gotur telfonu” kimi yazılı mesaj gəldiyi görünür. Whatsapp” mobil tətbiqində ümumi zənglərin siyahısına baxış keçirəndə, xx.xx.2025-ci il tarixdə +994-50- ***-**-** (~ Zaur) rəqəmli nömrədən 19:50 dəqiqədə 11 ədəd cavabsız zəngin gəldiyi, 19:39 dəqiqədə cavablı zəng gəldiyi, 19:38 dəqiqədə cavabsız zəng gəldiyi, 19:33 dəqiqədə həm cavablı, həm cavabsız zəng gəldiyi və 19:16 dəqiqədə cavablı zəng gəldiyi, “Telefon” tətbiqinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-50- 685-54-6Г rəqəmli nömrədən 01 yanvar 2025-ci il tarixdə saat 19:57 dəqiqədə zəng gəlməsi və həmin nömrə ilə 1 dəqiqə 26 saniyə danışıq aparılması müəyyən olunmuşdur.(cild 1, iş vərəqə 222-228) Məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2025-ci il tarixli 01 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər sağ gözün üst qapağının, sol qulağın sırqalıq hissəsinin sıyrıqları, döş qəfəsinin ön səthində, solda, sol döş giləsi altında boşluq keçən, ürək kisəsinin və ürəyin zədələnməsi ilə müşahidə olunan bir ədəd yara. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sağ gözün üst qapağının və sol qulaq seyvanın sıyrıqları küt əşya təsirindən xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən (ola bilsin əl dırnaqları) yetirməyə uyğun gəlirlər. Həmin xəsarətlərin ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. Bu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən döş qəfəsinin sol yarısında, döş giləsi proyeksiyası üzrə boşluğa nüfuz edən, ürəyin zədələnməsi ilə müşahidə olunan bir ədəd yara həyatidir, xx.xx.2025-ci il tarixdə deşici-kəsici alət təsirindən, kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Həmin xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməyə uyğun olmayıb, tiyəsi nisbətən uzun və ensiz olan hər hansı deşici-kəsici alət təsirindən törənməyə uyğun gəlir. Bıçaq zərbəsinin istiqaməti sağdan sola, öndən arxaya və azacıq aşağıdan yuxarı olmuşdur. Həmin xəsarət ölümlə birbaşa səbəbli əlaqəlidir, həmin xəsarət canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs xəsarət alarkən ayaqüstə və ona yaxın vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs ölümü xx.xx.2025-ci il tarixdə baş vermişdir. Ölümə səbəb bıçaq zərbəsindən sonra ürəyin deşilməsi, daxilə və xaricə kütləvi qanitirmə və hümmorragik (qan itirmə) şoku olmuşdur. Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki qəbul etmişdir, yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur, qanda narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin qarşılıqlı mübarizəyə xarakterik olubolmamasının təyini məhkəmə-tibb ekspertinin səlahətinə aid deyildir.(cild 2, iş vərəqə 188- 196) Məhkəmə-tibbi ekspertizasının 06 fevral 2025- ci il tarixli 03 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - alnın tüksüz hissəsində solda bir ədəd, üst dodağın orta hissəsində bir ədəd qançır, sol əlin İV-V barmağının, sağ əlin ll-lll-İV-V barmaqlarının orta falanqalarının arxa səthinin, sol diz qapağının ön-yan səthinin yaraları, döş qəfəsinin sol yarısının bir ədəd boşluğa nüfuz edən, ağ ciyəri zədələyən və pnevmotoraksla nəticələnən yara. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən döş qəfəsinin sol yarısında boşluğa nüfuz edib, ağ ciyərin zədələnməsi və pnevmotoraksla nəticələnən yara xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən deşici-kəsici alət təsirindən törənməklə, ekspertizaya təqdim edilmiş, üzərində timsah şəkili təsvir olunmuş, tiyəsinin uzunluğu 8,0 sm, eni 2,3 sm olan bıçağın təsirindən, eləcə də ona oxşar, tiyəsinin eni və uzunluğu ona uyğun olan digər deşici-kəsici alət təsirindən törənə bilər. Təqsirləndirilən şəxs xəsarət alarkən müxtəlif vəziyyyətlərdə, ayaq üstə, yarım oturaq, eləcə də uzanmış vəziyyətdə ola bilərdi. Zərbənin istiqaməti öndən arxaya və sağdan sola olmuşdur. Həmin xəsarət yetirilən anda həyat üçün təklükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən üst dodağın qançırı nisbətən yumşaq kənarlı küt əşya (ola bilsin baş zərbəsi) təsirindən xx.xx.2025- ci il tarixdə kənar şəxs tərəfindən yetirilmişdir. Həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən alnının tüksüz hissəsinin yarası, hər iki əllərin arxa səthlərinin və sol diz qapağının ön-yan hissələrinin yaraları küt əşya təsirindən xx.xx.2025-ci il tarixdə törənməklə bədənin ağırlığı ilə yer səthində sürtünməsi nəticəsində alınması mümkündür. Həmin xəsarətlər dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuramaya aiddir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin qarşılıqlı mübarizə zamanı alınıbalınmamasının təyini məhkəmə tibb ekspertin səlahiyyətinə aid deyildir.(cild 2, iş vərəqə 197-201) Məhkəmə -tibbi ekspertizasının 19 mart 2025-ci il tarixli 01/01 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu döş qəfəsinin sol yarısında, döş giləsi proyeksiyası üzrə boşluğa nüfuz edən, ürək kisəsinin və ürəyin zədələnməsi ilə müşahidə olunan bir ədəd yara, yara kanalının uzunluğu, ürək kisəsində və ürəkdə olan yaranın ölçüləri ilə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin uzunluğu və en ölçüləri ilə eynilik təşkil etdiyindən yuxarıda qeyd edilən xəsarətin təqdim edilmiş bıçaqla və ya tiyəsinin ölçülərinə görə ona oxşar olan digər hər-hansı bir bıçaqla yetirilməsi inkar olunmur.(cild 3, iş vərəqə 30-34) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 yanvar 2025-ci il tarixli 25/57 saylı rəyində göstərilmişdir ki, dəstəyi və tiyəsi boz (metalik) rəngli, dəstəyi metal materialdan olmaqla dəstəyi üzərində timsah təsviri olan 01 (bir) ədəd açılıb-qatlanan bıçağın tiyəsi üzərində, dəstəyi və tiyəsi boz (metalik) rəngli, dəstəyi metal materialdan və üzərində, dəstəyi və tiyəsi boz (metalik) rəngli, dəstəyi metal materialdan və qəhvəyi rəngli kauçuk materialdan olmaqla dəstəyi üzərində qızılı rəngli naxışlar olan 01 (bir) ədəd açılıb-qatlanan bıçağın dəstəyinin arxa tərəfində metal hissədə və tiyəsi üzərində aşkar edilmiş qanabənzər ləkələr, eləcə də hadisə yerinin müayinəsi zamanı 07 (yeddi) ədəd pambıq tampona hopdurmaqla götürülmüş qanabəznər nümunələr insana məxsus qan nümunəsidir. Dəstəyi və tiyəsi boz (metalik) rəngli, dəstəyi metal materialdan olmaqla dəstəyi üzərində timsah təsviri olan 01 (bir) ədəd açılıb qatlanan bıçağın tiyəsi üzərində həm Təqsirləndirilən şəxs və həm də Zərərçəkmiş şəxs məxsus qan nümunələri mövcuddur. Bu bıçağın üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji Mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Dəstəyi və tiyəsi boz (metalik) rəngli, dəstəyi metal materialdan və qəhvəyi rəngli kauçuk materialdan olmaqla dəstəyi üzərində qızılı rəngli naxışlar olan 01 (bir) ədəd açılıb-qatlanan bıçağın tiyəsi üzərində həm Təqsirləndirilən şəxs və həm də Zərərçəkmiş şəxs məxsus qan nümunələri mövcuddur, həmin bıçağın dəstəyi üzərində müqayisəli molekulyar- genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji Mənşəli material mövcuddur və həmin bioloji Mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Bu bıçağın dəstəyinin arxa tərəfində metal hissədə aşkar edilmiş qan nümunəsi də Təqsirləndirilən şəxs məxsusdur. Şahid1 yaşadığı evin həyətinə giriş darvazasının qarşısında çöl tərəfdən 04 (dörd) ədəd pambıq tampona hopdurmaqla götürülmüş qan nümunələri və evin həyətində daşın üzərindən 01 (bir) ədəd pambıq tampona hopdurmaqla götürülmüş qan nümunəsi Şahid1 məxsusdur. Evdən sağ tərəfdə asfalt yolun üzərindən 02 (iki) ədəd pambıq tampona hopdurmaqla götürülmüş qan nümunəsi Şahid1 məxsusdur. Evdən sağ tərəfdə asfalt yolun üzərindən 02 (iki) ədəd pambıq tampona hopdurmaqla götürülmüş qan nümunəsi Zərərçəkmiş şəxs məxsusdur.(cild 2, iş vərəqə 6-17) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 3/76-3/87 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid1..." məxsus yazı qeydləri olan bağlamadan aşkar edilmiş, “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş, “ Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş geyim əşyalarının səthində rəyin tədqiqi hissəsində yerləşməyə yerləri göstərilməklə təsvir edilən zədələr vardır. “Şahid1...” məxsus yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynək hissəsinin üzərində olan bir ədəd zədə, cins şalvarın, alt şalvarın, alt tumanın hər birinin səthində olan üç ədəd zədə, üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, iki ədəd köynəyin, maykanın hər birinin səthində olan bir ədəd zədə, üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman köynəyinin səthində olan bir ədəd zədə, qısaqol köynəyin səthində olan “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik olan təqdim edilmiş iki ədəd bıçaq da aiddir. Ümumi əlamətlərinə əsasən geyim əşyalarının səthində olan deşilib- kəsilmə zədələrinin tədqiqata təqdim edilmiş iki ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrində xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş iki ədəd bıçaqdan hansının təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş geyim əşyalarının material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümükün olmadı. Təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində olan “b” zədəsi, idman şalvarının səthində olan iki ədəd zədə bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, iki ədəd köynəyin, maykanın hər birinin səthində olan bir ədəd zədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyinin xx.xx.2025-ci il tarixli 01 saylı eskpert rəyində göstərilmiş bədəndə yerləşən “Ürək kisəsinin və ürəyin zədələnməsi..." xəsarəti ilə yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Təqdim edilmiş üzərində “Şahid1 məxsus ..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynək hissəsinin üzərində olan bir ədəd zədə, cins şalvarın, alt şalvarının, alt tumanının hər birinin səthində olan üç ədəd zədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və patoloji Anatomiya Birliyinin xx.xx.2025-ci mil tarixli 04 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “Sol bazu, sol budun yuxarı 3/1 də...” xəsarəti ilə yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman köynəyinin səthində olan bir ədəd zədə, qısaqol köynəyin səthində olan "a” zədəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və patoloji Anatomiya Birliyinin xx.xx.2025- ci il tarixli 03 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “Döş qəfəsinin sol yarısı...” xəsarəti ilə yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Təqdim edilən digər geyim əşyalarının səthində trasoloji zədə, o cümlədən qarşılıqlı mübarizə zamanı yaranmağa xarakterik zədə yoxdur.(cild 2, iş vərəqə 222-230) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 6/295 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə X9 məxsus olduğu qeyd edilən idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Şahid1 məxsus olduğu qeyd edilən gödəkçənin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman şalvarının səthi üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman gödəkçəsinin səthi üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi lifləri rənginə və təbiətinə görə Şahid1 məxsus olduğu qeyd edilən gödəkçənin tərkib liflərinə uyğun gəlirlər.(cild 2, iş vərəqə 179- 187) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X37 xx.xx.2025-ci tarixli 993 saylı rəyində göstərilmişdir ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həsasslıq, emosional qeyrisabitlik, hövsələsizlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmə-psixoloji ekspertizası üzrə” : cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, əhval-ruhiyyəsinin dəyişkənliyi, hövsələsizliyi, xarakterik xüsusiyyətlərində inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan hörmət tələb etmək, öz fikirlərini üstün tutmaq və sair aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar gərginlik, qəzəb, həyəcan kimi hallar əmələ gəlmişdir.(cild 3, iş vərəqə 77-80) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X37 04 fevral 2025-ci il tarixli 3-28-29/2-1140/2025 saylı məktubunda göstərilmişdir ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb.(cild 2, iş vərəqə 133) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X37 xx.xx.2025-ci il tarixli xx/xx-1479 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb. xx.xx.1982-ci il təvəllüdlü Şahid1 yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmayıb, 2018-ci il tarixdən profilaktik narkoloji qeydiyyatdadır. xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmayıb, 2018-ci il tarixdən profilaktik narkoloji qeydiyyatdadır.(cild 2, iş vərəqə 134) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X42 “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X37 27 yanvar 2025-ci il tarixli 18-1-72/2- 166/2025 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Narkoloji, Onkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur.(cild 2, iş vərəqə 135) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13108/2-3938/2025 saylı məktubundan görünür ki, keçirilmiş ilkin əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 01 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Şamaxı şəhəri Abbas Səhhət küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ölməsi ilə nəticələnən münaqişə zamanı hadisə yerinə Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs ilə birlikdə Şahid3 və Şahid4 getmişdir.(cild 1, iş vərəqə 18) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-108/2-3966/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1 yaşayış və həyat tərzləri müsbət xarakterizə edilir, bir-biriləri, qonşuları və qohumları ilə münasibətləri normal olmuş, düşmənçilik və ədavətdə olduqları şəxslər olmamışdır. Zərərçəkmiş şəxs ailə üzvləri ilə Bakı şəhərində yaşamış, onun Təqsirləndirilən şəxsla əvəllər aralarında hər hansı bir münaqişə olması barədə məlumat yoxdur. 01 yanvar 2025-ci il tarixdə Məqatil və Zərərçəkmiş şəxs qardaşları, Təqsirləndirilən şəxs yaşadıqları evdə olmuş, onlar sonra birlikdə Çuxuryurd kəndinə getmiş, orada aralarında mübahisə yaranmışdır. xx.xx.2025-ci il tarixdə saat 18-19 radələrində Şamaxı rayonu, Çuxuryurd kənd ərazisində yerləşən “Al market” adlı ərzaq mağazasının yaxınlığında Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə zamanı hadisəni görən şəxs yalnız Şamaxı şəhər sakini Şahid7 olmuş, başqa şəxslərin hadisəni görməsi müəyyən edilməmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Şahid1 yaşadığı Şamaxı şəhəri, Abbas Səhhət küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin qarşısında baş vermiş hadisənin şahidi Şahid3, Şahid4, Şahid1 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerə Şahid4, Şahid3, X23 ilə birlikdə Şahid4 məxsus “AZ SAMAND” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarını hazırlanması, istehsal etməsi, əldə etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması barədə rayon polis şöbəsində hər hansı bir məlumat yoxdur. Zərərçəkmiş şəxs, Şahid1 ilə və ya onların ailə üzvləri ilə Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri arasında əvvəllər hər hansı ədavət, düşmənçilik olması müəyyən edilməmişdir.(cild 3, iş vərəqə 47-48) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-108/2-3967/25 saylı məktubunda göstərilmişdir ki, 01 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Şahid1 yaşadığı Şamaxı şəhəri, Abbas Səhhət küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin qarşısında baş vermiş hadisənin şahidi Şahid3, Şahid4, Şahid1 olması müəyyən edilmişdir.(cild 3, iş vərəqə 49) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin 10 mart 2025-ci il tarixli 3-13-108/2-2939/2025 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1971ci il təvəllüldü Aliyev X32 Rayon Məhkəməsinin 01,06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubllikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1982-ci il təvəllüldü Aliyev X25 Rayon Məhkəməsinin xx.xx.2011-cı il tarixli hökmü ilə Azərbaycan Respubllikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. -Azərbaycan Respublikası Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5- 157/2-119/2025 saylı məktubuna əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 1(074)- 29/2016 saylı hökmündən görünür ki, 01,06.2016-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respubllikası CM- nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(cild 2, iş vərəqə 126-130) -Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi nümayəndəliyinin 18 aprel 2025-ci il tarixli 5- 75-12/2-793/2024 saylı məktubunda göstərilmişdir ki, Şamaxı şəhəri, A. Səhhət küçəsi daxil olmaqla, bir neçə paralel küçəsində 01 yanvar 2025-ci il tarixdə saat 18:00-dan 04 yanvar 2025-ci il tarixədək texniki səbəbdən (Aş. Məmmədağa küçəsində aparılan tikinti işləri ilə əlaqədar) kabeli qırılması nəticəsində küçə işıqları yanmamışdır.(cild 3, iş vərəqə 76) -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs 2021-2025-ci illərdə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənəd əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır.(cild 3, iş vərəqə 20-22) -“Təhlükəsiz şəhər” kamerasından əldə edilmiş video görüntülərə baxış keçirilməsi haqqında 03 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:54 dəqiqə 51 saniyədə ağ rəngli “LADA PRİORA” markalı minik avtomobili, onun ardınca isə “KHAZAR” markalı ağ rəngli minik avtomobili Əngəxaran kəndi istiqamətindən gələrək 19:55:06 saniyədə “PLANET” adlı marketdən bir qədər aşağıda yolun sağ hissəsində ard-arda dayanırlar, 19:55:18 saniyədə bir nəfər şəxs öndə olan avtomobildən yerə düşür, bundan sonra öndə olan avtomobil sağda yerləşən küçəyə çönərək kameranın müşahidə obyektindən itir. 19:55:31 saniyədə birinci avtomobildən yerə düşən şəxs “KHAZAR” markalı ağ rəngli minik avtomobilinə minir, həmin avtomobil 19:56:02 saniyədə Şamaxı şəhəri istiqamətində hərəkət edərək kameranın müşahidə dairəsindən itir.(cild 1, iş vərəqə 100) -“Sübutların qiymətləndirilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd dəstəyin əsası boz rəngli metaldan hazırlanmış, səthində timsah şəkili olan, açıq vəziyyətdə ümumi uzunluğu 197 mm, tiyənin uzunluğu 81 mm, orta hissədən eni 21 mm, maksimal qalınlığı 1,5 mm, dəstəyin uzunluğu 116 mm, orta hissədən eni 23 mm, qalınlığı 6 mm qatlanan bıçaq; 01 ədəd tiyəsi boz rəngli metaldan hazırlanmış, dəstəyi qəhvəyi rəngli taxtaya oxşar materialdan hazırlanmış üzərində həkk edilmiş işarələr olan, açıq vəziyyətdə ümumi uzunluğu 214 mm, tiyənin uzunluğu 87 mm, maksimal eni 15 mm, qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 17 mm, eni (orta hissədən) 10 mm, qalınlığı 12 mm olan qatlanan bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli, hər iki yan tərəfində cibləri olan ön tərəfdən zəncirbəndlə bağlanan qara rəngli gödəkçə, 01 ədəd qara rəngli, ön tərəfdən dəmir düymələrlə bağlanan, ön hər iki döş nahiyəsində cibləri olan uzunqol köynək, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli alt şalvarı, 01 ədəd belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli alt tumanı, Şahid1 məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd kəsilmiş köynək hissəsi; 01 ədəd qara rəngli uzunboğaz, uzunqol köynək; 01 ədəd belində qara rəngli kəmər olan, hər iki ön və hər iki arxa hissələrində ciblər olan, ön yuxarı hissəsi zəncirbəndli göy rəngli cins şalvar; 01 ədəd boz rəngli, kişi alt geyimi şalvar; '01 ədəd ağ rəngli, üzərində boz rəngli damaları, naxışları olan alt tumanı; 01 ədəd qara rəngli gödəkçə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman köynəyi; 01 ədəd göy rəngli, ön sol hissəsində “adidas” sözü, həmin sözün üstündə adidas emblemi olan ön tərəfdən zəncirbəndlə bağlanan hər iki yan tərəfdə cibləri olan, hər iki yan hissəsində diz nahiyəsinə qədər şaquli istiqamətdə ağ rəngli zolaqlar olan idman şalvarı; 01 ədəd qara rəngli qısaqol köynək; 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd “Huawei” markalı smartfon tipli mobil telefon; 01 ədəd alışqan, içərisində siqaret olan 01 ədəd “West” markalı siqaret qutusu; Zərərçəkmiş şəxs meyitinə baxış zamanı meyitin əynində olan şalvarın cibindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,56 qram olan bir ədəd kağız bükümdə bitki Mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə , hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrin hopdurulduğu 07 ədəd pambıq tampon maddi sübut tanınmışdır.(cild 3 iş vərəqə 107-173) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(İİ cild i.v. 217-218) Cinayət işinin materiallarında olan X4 notarial qaydada təsdiq olunmuş 25 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X24 və xx.xx.2016-ci il təvəllüdlü X15 adında azyaşlı uşaqları vardır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm Otiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Cinayət işinin materiallarında mövcud olan və biri-digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar gərginlik, qəzəb, həyəcan kimi hallar fonunda Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyəti ilə sonuncunun döş qəfəsinin sol yarısına 1 (bir) zərbə vuraraq döş giləsi proyeksiyası üzrə boşluğa nüfuz edən, ürəyin zədələnməsi ilə müşahidə olunan həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə onu qəsdən həyatdan məhrum etmiş, yəni öldürmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən qəsdən başqa şəxsin həyatdan məhrum edilməsinə yönəlmiş ictimai təhlükəli əməl törədilmiş, həmin ictimai təhlükəli əməllə bağlı olaraq Zərərçəkmiş şəxs dərəcələri təyin edilməyən və ağır bədən xəsarətləri (cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) almış və həmin xəsarətlərdən nəticəsində bıçaq zərbəsindən sonra ürəyin deşilməsi, daxilə və xaricə kütləvi qanitirmə və hümmorragik (qan itirmə) şoku sonuncunun vəfat etməsinə gətirib çıxarmışdır ki, qeyd edilən ekspert rəyinə əsasən törədilən əməllə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqənin olması, mərhumun ölümünə səbəbin isə ona yetirilən xəsarətlər nəticəsində baş vermiş qanitirmənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı mərhum Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, bıçağı üstündə sadəcə ehtiyat üçün, özünü qorumaq məqsədilə götürməsi, Vüqar ona hücum edən zaman bıçağı çıxartmasının səbəbinin Vüqarı sadəcə qorxutmaq istəməsi olması, hadisənin necə baş verməsi, Vüqara bıçağın necə dəyməsini bilməməsi barədə verdiyi ifadələrə məhkəmə kollegiyası tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamış, həmin hallar müdafiə taktikasından irəli gələn hərəkətlərdir. Belə ki, iş materiallarından görünür ki, 01 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında sözlü mübahisə baş verməsi, avtomobildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs boğmağa çalışması, ardınca münaqişə baş verən zaman Şahid1 Təqsirləndirilən şəxs kəllə zərbəsi vurmasına görə qardaşlardan qisas almaq üçün təqsirləndirilən şəxs onları görüşə çağırmış, bunun üçün cidd-cəhd sərf etmiş, bu məqsədlə əvvəlcədən üzərində bıçaq götürmüş, Şahid1 onun telefonuna cavab verməməsinə baxmayaraq dəfələrlə ona zəng edərək mesaj yazmış (X43 X16 məxsus mobil telefona baxış keçirilməsi haqqında 13 yanvar 2025-ci il tarixli protokol- cild 1, iş vərəqə 222-228), bu üsulla bir nəticə əldə edə bilməyəcəyini bildiyindən özü əlacsız qalıb onların evinə kimi getmiş, qapını döyərək onları münaqişəyə cəlb etmiş, nəticədə onlarla görüşdükdən sonra qarşılıqlı münaqişə zəminində Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan nahiyəsinə bıçaq xəsarətləri yetirmiş və onu həyatdan məhrum etmiş, qeyd olunan xəsarətləri yetirməsindəki niyyəti məhz zərərçəkmiş şəxsi həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Məhkəmə kollegiyası bütün bu qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə irəli sürdüyü iddialar onun əvvəlcədən üzərində bıçaq götürməsi, öldürmək məqsədinin həyata keçməsi üçün cidd-cəhd sərf etməsi (zərərçəkmiş şəxsin evinə kimi üzərində bıçaqla getməsi) və hadisənin baş vermə şəraiti ilə təkzib olunur. Təqsirləndirilən şəxs birinci ona bıçaq zərbəsi vurulması, bundan sonra o da özünü qorumaq üçün Məqatil və Zərərçəkmiş şəxs bıçaq zərbələri endirməsi barədə verdiyi ifadələrə də məhkəmə kollegiyası tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamış, əksinə Şahid5 və Şahid1 Ali oğlunun ifadələri ilə təkzib olunur, həmin hallar müdafiə taktikasından irəli gələn hərəkətlərdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, CM-in 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi eyni Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dördə üçündən artıq olmayan həddə cəza təyin olunmalıdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan müddətdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(074)-4/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 52-53; 111-113). Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 30 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Şamaxı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli, hər iki yan tərəfində cibləri olan ön tərəfdən zəncirbəndlə bağlanan qara rəngli gödəkçə, 01 ədəd qara rəngli, ön tərəfdən dəmir düymələrlə bağlanan, ön hər iki döş nahiyəsində cibləri olan uzunqol köynək, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli alt şalvarı, 01 ədəd belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli alt tumanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın, 01 ədəd dəstəyin əsası boz rəngli metaldan hazırlanmış, səthində timsah şəkili olan, açıq vəziyyətdə ümumi uzunluğu 197 mm, tiyənin uzunluğu 81 mm, orta hissədən eni 21 mm, maksimal qalınlığı 1,5 mm, dəstəyin uzunluğu 116 mm, orta hissədən eni 23 mm, qalınlığı 6 mm qatlanan bıçaq; 01 ədəd tiyəsi boz rəngli metaldan hazırlanmış, dəstəyi qəhvəyi rəngli taxtaya oxşar materialdan hazırlanmış üzərində həkk edilmiş işarələr olan, açıq vəziyyətdə ümumi uzunluğu 214 mm, tiyənin uzunluğu 87 mm, maksimal eni 15 mm, qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 17 mm, eni (orta hissədən) 10 mm, qalınlığı 12 mm olan qatlanan bıçaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman köynəyi; 01 ədəd göy rəngli, ön sol hissəsində "adidas” sözü, həmin sözün üstündə adidas emblemi olan ön tərəfdən zəncirbəndlə bağlanan hər iki yan tərəfdə cibləri olan, hər iki yan hissəsində diz nahiyəsinə qədər şaquli istiqamətdə ağ rəngli zolaqlar olan idman şalvarı; 01 ədəd qara rəngli qısaqol köynək; 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd alışqan, içərisində siqaret olan 01 ədəd "West” markalı siqaret qutusu; Zərərçəkmiş şəxs meyitinə baxış zamanı meyitin əynində olan şalvarın cibindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,56 qram olan bir ədəd kağız bükümdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrin hopdurulduğu 07 ədəd pambıq tampon məhv edilməli, Şahid1 məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd kəsilmiş köynək hissəsi; 01 ədəd qara rəngli uzunboğaz, uzunqol köynək; 01 ədəd belində qara rəngli kəmər olan, hər iki ön və hər iki arxa hissələrində ciblər olan, ön yuxarı hissəsi zəncirbəndli göy rəngli cins şalvar; 01 ədəd boz rəngli, kişi alt geyimi şalvar; 01 ədəd ağ rəngli, üzərində boz rəngli damaları, naxışları olan alt tumanı; 01 ədəd qara rəngli gödəkçə Şahid1 qaytarılmalı, 01 ədəd “Huawei” markalı smartfon tipli mobil telefon Təqsirləndirilən şəxs (və ya onun razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. İş üzrə 352 manat 16 qəpik (üç yüz əlli iki manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Şamaxı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli, hər iki yan tərəfində cibləri olan ön tərəfdən zəncirbəndlə bağlanan qara rəngli gödəkçə, 01 ədəd qara rəngli, ön tərəfdən dəmir düymələrlə bağlanan, ön hər iki döş nahiyəsində cibləri olan uzunqol köynək, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd boz rəngli alt şalvarı, 01 ədəd belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli alt tumanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın, 01 ədəd dəstəyin əsası boz rəngli metaldan hazırlanmış, səthində timsah şəkili olan, açıq vəziyyətdə ümumi uzunluğu 197 mm, tiyənin uzunluğu 81 mm, orta hissədən eni 21 mm, maksimal qalınlığı 1,5 mm, dəstəyin uzunluğu 116 mm, orta hissədən eni 23 mm, qalınlığı 6 mm qatlanan bıçaq; 01 ədəd tiyəsi boz rəngli metaldan hazırlanmış, dəstəyi qəhvəyi rəngli taxtaya oxşar materialdan hazırlanmış üzərində həkk edilmiş işarələr olan, açıq vəziyyətdə ümumi uzunluğu 214 mm, tiyənin uzunluğu 87 mm, maksimal eni 15 mm, qalınlığı 2,8 mm, dəstəyin uzunluğu 17 mm, eni (orta hissədən) 10 mm, qalınlığı 12 mm olan qatlanan bıçaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman köynəyi; 01 ədəd göy rəngli, ön sol hissəsində "adidas” sözü, həmin sözün üstündə adidas emblemi olan ön tərəfdən zəncirbəndlə bağlanan hər iki yan tərəfdə cibləri olan, hər iki yan hissəsində diz nahiyəsinə qədər şaquli istiqamətdə ağ rəngli zolaqlar olan idman şalvarı; 01 ədəd qara rəngli qısaqol köynək; 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd alışqan, içərisində siqaret olan 01 ədəd "West” markalı siqaret qutusu; Zərərçəkmiş şəxs meyitinə baxış zamanı meyitin əynində olan şalvarın cibindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,56 qram olan bir ədəd kağız bükümdə bitki Mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrin hopdurulduğu 07 ədəd pambıq tampon məhv edilsin, Şahid1 məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd kəsilmiş köynək hissəsi; 01 ədəd qara rəngli uzunboğaz, uzunqol köynək; 01 ədəd belində qara rəngli kəmər olan, hər iki ön və hər iki arxa hissələrində ciblər olan, ön yuxarı hissəsi zəncirbəndli göy rəngli cins şalvar; 01 ədəd boz rəngli, kişi alt geyimi şalvar; 01 ədəd ağ rəngli, üzərində boz rəngli damaları, naxışları olan alt tumanı; 01 ədəd qara rəngli gödəkçə Şahid1 qaytarılsın, 01 ədəd “Huawei” markalı smartfon tipli mobil telefon Təqsirləndirilən şəxs (və ya onun razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə 352 manat 16 qəpik (üç yüz əlli iki manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-387/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-387/2025
28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver