Məhkəmə qərarları › İş №1(124)-388/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-388/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-388/2022 27.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Özbəkistan Respublikasında doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, natamam orta təhsilli, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə, saat 16 radələrində, ağır dərəcəli sərxoşluq halında Şabran rayonunun Ağalıq kəndində yerləşən evlərinin qonaq otağında, onunla doğma anası, xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs arasında sonuncunun ona qəbul etmiş olduğu spirtli içkinin təsiri altında düşdüyü idarəolunmaz vəziyyətə görə irad bildirməsi səbəbindən yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumruqla sifət, yerə yıxdıqdan sonra isə təpiklə bədəninin müxtəlif nahiyələrinə endirdiyi çoxsaylı zərbələr nəticəsində ona «başın alın, təpə-gicgah və ənsə nahiyələrinin, üzün hər iki yarısının, burun beli və alt çənə nahiyələrinin, hər iki dodağın selikli qişasının çoxlu sayda qançırları, sağ çiyin qurşağının, sağ və sol bazunun hərəsinin iki ədəd və sol saidin, qarnın sol yan divarının və sol kürək nahiyəsinin qançırları», habelə azı 15 dəfə endirdiyi zərbələrlə həyat üçün təhlükəli olması əlamətinə görə xəsarətlərin «ağır» növünə aid edilmiş «baş beyin maddəsinə və yumşaq qişasına qansızmalar, beyin maddəsinin ödəmi» növündə xəsarətlər yetirib digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən öldürmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisəni ehtiyatsızlıqdan törətmiş, anasını qəsdən öldürmək niyyəti olmamışdır. Belə ki, hadisə günü işləmək üçün Xaçmaz rayonuna getmiş, işdən sonra spirtli içki alıb içmişdir. Daha sonra nə baş verdiyini, ordan evə necə gəldiyini xatırlamır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq hadisədən əvvəl 0.7 litr ölçüdə spirtli içkini tək qəbul etdiyini, əvvəllər və hadisə günü anası ilə aralarında mübahisə olmadığını bildirmiş, hadisə günü evə necə gəldiyini, anasına necə xəsarət yetirdiyini, ümumiyyətlə hadisə ilə bağlı heç nə xatırlamadığını demişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, məhkəməyədək icraat zamanı da eyni məzmunlu ifadə vermiş, ittiham aktı ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o spirtli içki aludəçisi deyil, yəni mütəmadi qəbul etmir, lakin spirtli içki içəndə çox içir və bu zaman baş verənləri xatırlamır. Eyni zamanda spirtli içki qəbul edəndə hərəkətlərini idarə edə bilmir və belə hallar bir neçə dəfə təkrar olmuşdur. Zərərçəkmiş şəxs olan anası buna görə ona öz iradını bildirmiş, lakin bu mövzu onlar arasında mübahisəyə səbəb olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs sağ əlinin baş barmağının səthi əzilmiş və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olan yarası barədə bildirmişdir ki, həmin xəsarəti iş yerində almışdır. Hadisə vaxtı evdə heç kim olmamış, anası arxası üstə yerə uzanmış, onun əlinə toxunduqda əlinin soyuduğunu görüb onun öldüyünü başa düşmüş, özü də onun yanına uzanıb yatmışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğu qənaətinə gələrək onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadədə mahiyyəti üzrə bildirirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 07:15-də evdən çıxaraq yol maşını ilə Xaçmaz şəhərinə iş yeri olan tikintiyə getmiş, saat 12 radələrində işdən çıxıb Xaçmaz şəhərində dəmiryol vağzalın yanında mağazadan 0,7 litr araq alaraq yaxınlıqdakı adını bilmədiyi kafedə tək oturub yemək yeyib 0,7 litr arağı içmişdir. Saat 16 radələrində yol maşını ilə yaşadığı Ağalıq kəndinə qayıtmışdır. Evə daxil olduğu zaman anası Nuriyyə onu evin qonaq otağında qarşılayaraq onun içkili olduğunu görüb niyə bu qədər içdiyini deyərək deyinməyə başlamışdır. Həmin vaxtı həddindən artıq sərxoş vəziyyətdə olmuşdur. Anası Nuriyyənin deyinməyindən əsəbləşərək sağ əlinin arxası ilə onun üz nahiyəsinə bir neçə dəfə vurmuş, o, üzü üstə yerə yıxılmışdır. Evin döşəmə hissəsi betondan və üzərinə sərilmiş rezin örtükdən (linolium) ibarət olduğu üçün, o üzü üstə yerə yıxıldığı zaman başından xəsarət almışdır. Hədddən artıq sərxoş vəziyyətdə olduğu üçün onun nəfəsinin gəlmədiyini, yəni öldüyünü görüb onun yanında uzanaraq yatıb qalmışdır. Digər baş verənlərin isə yadında qalmadığını bildirmişdir. Ayıldığı zaman polis əməkdaşlarının evdə olduğunu görmüşdür. Anası ilə mübahisə etdiyi zaman və hadisə vaxtı evdə yalnız ikisi olmuş, mübahisəni eşidib gələn olmamışdır. Əvəllərdə anası Nuriyyə ilə spirtli içki çox içdiyi üçün dəfələrlə mübahisəsi olmuşdur. Anası ona içki içməyi qadağan etmiş, bu səbəbdən onunla mübahisə edir, ona öz “işi” ilə məşğul olmağını bildirirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerdə- Şabran rayonu Ağalıq kəndində yerləşən fərdi yaşayış evində baş vermiş hadisənin mexanizmini və üsulunu əyani şəkildə göstərərək anası, Zərərçəkmiş şəxs onu evin girişində qarşıladığını, sərxoş olduğu üçün anasının ona irad bildirib danladığını deyir, bundan sonra əli ilə anasını arxaya tərəf itələdiyini göstərib sonradan baş verənləri xatırlamadığını bildirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs oğlu X4 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şabran rayonu, Ağalıq kəndində yaşayır. Milliyətcə axısqa türküdür. 1990-cı ildə ailəsi ilə birlikdə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına köç edərək Şabran rayonu, Ağalıq kəndində yaşamağa başlamışdır. Məhəmməd və Hüseyn adlı qardaşları, Saniyə adlı bacısı vardır. Atası Vahid 1 il olarki vəfat etmişdir. Qardaşı Hüseyn, o və bacısı Saniyə ailə qurduğu üçün özlərinə məxsus evlərdə ayrı yaşayırlar. Məhəmməd ailə həyatı qurmamış, bu səbəbdən anası Nuriyyə ilə birlikdə ata evi Şabran rayonu, Ağalıq kəndində yaşamışdır. Qardaşı Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuş, lakin Məhəmməd nə onunla, nə də digər qardaşı və bacısı ilə danışmamışdır. Hadisə günü ona qaynı zəng edərək anasının xəstə olduğunu, təcili tibbi yardım lazım olduğunu demiş, o da anasını xəstəxanaya aparmağı, özünün xəstəxanaya gələcəyini demiş, lakin qaynı onu israrla anasının yaşadığı evə çağırmış, o da artıq nəsə hadisə baş verdiyini anlamışdır. Ailə üzvləri ilə birlikdə evə getdikdə evin qapısının açıq olduğunu, anasının arxası üstə uzandığını, Məhəmmədin də onun yanında uzandığını görmüşdür. Hadisədən bir gün sonra qonşusu Sadiq ona mərhum anası Zərərçəkmiş şəxs meyitini aşkar edərkən onun üzü üstə yerdə uzanmış vəziyyətdə olduğunu, Məhəmmədin onu arxası üstə çevirdiyini bildirmiş, bundan sonra Məhəmmədin anasını vurmadığına əmin olmuş, məhkəməyədək icraat zamanı da bu cür ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 qardaşları X4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Şabran rayonu, Ağalıq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evə doğru gedərkən yolda qonşuluğunda yaşayan Məhəmmədi ona məxsus “İJ ODA” markalı avtomobili ilə içkili vəziyyətdə sağa-sola kənddən yola doğru hərəkət etdiyini, bir qədər sonra isə maşının bir tərəfinin kanala düşdüyünü, Məhəmmədin özünün isə maşının yanında dayandığını görmüşdür. Maşını idarə edərək kanaldan çıxartmış və Məhəmmədin yaşadığı evin həyətində saxlamışdır. Məhəmməd isə maşının arxası ilə piyada gəlmişdir. Məhəmmədin hərəkətlərindən onun sərxoş olduğu aydın görünmüş, ancaq bununla belə, o verilən suallara normal cavab vermişdir. Maşını həyətdə saxlayıb Nuriyyə xalanı səslədikdə onun cavab vermədiyini görüb evə daxil olmuş, evə daxil olduğu zaman evin qonaq otağında giriş qapısının yanında Nuriyyə xalanın üzü-üstə yerdə uzanılı vəziyyətdə görmüşdür. Nuriyyə xalanın təzyiqi olduğunu bildiyi üçün onun təzyiqinin qalxması səbəbindən yerə yıxıldığını zənn etmiş, buna görə də ona heç bir müdaxilə etmədən qonşulara məlumat vermək üçün çölə çıxmış, bu zaman Məhəmməd darvazadan içəri daxil olmuş və evin həyətində onunla rastlaşaraq anasının ürəyinin getdiyini ona bildirmişdir. Həmin vaxtı darvazadan çölə çıxaraq qonşuluqda yaşayan ətrafdakı insanları köməyə çağırmışdır, Şahid3 dövlət ittihamçısının sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs üzərində xəsarət olmamışdır. Məhkəmə tərkibinin suallarına cavab olaraq göstərmişdir ki, baş verənlərin hansı saatda olduğunu xatırlamır, lakin zərərçəkmiş şəxsin paltarları təmiz və üzərində olmuş, evdə zərərçəkmiş şəxsdən başqa heç kim olmamış, həyətin darvazası və evin qapısı açıq olmuş, o qapını açıb içəri daxil olmuşdur. Bu zaman zərərçəkmiş şəxsin meyiti giriş qapısının açıldığı dəhlizdə ayaqları qapıya tərəf olmaqla üzü üstə uzanmış vəziyyətdə olmuş, həkimlər getdikdən sonra meyitin yerini dəyişmiş, bu zaman zərərçəkmiş şəxsin paltarlarının düymələrinin sökülmüş ola biləcəyini bildirmişdir. Şahid həmçinin Təqsirləndirilən şəxs anasının mövcud vəziyyətindən xəbəri olmadığını, çünki zərərçəkmiş şəxsi evdə görəndə təəccübləndiyini, Məhəmmədi hadisə günü görəndə onun evdən çıxdığını yoxsa evə geri qayıtdığını bilmədiyini, Zərərçəkmiş şəxs təzyiq xəstəsi olduğunu, lakin onun təzyiqi olduğuna görə nə vaxtsa yıxılmasının şahidi olmadığını, eləcə də evin giriş hissəsinin sol tərəfində qan izi görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan ifadəsi ziddiyyət təşkil edən hissədə elan olunmuşdur. Belə ki, o məhkəməyədək icraat zamanı verdiyi ifadə də göstərmişdir ki, zərərçəkmiş şəxsi hadisə yerində görəndən sonra darvazadan çölə çıxaraq qonşuluqda yaşayan ətrafdakı insanları köməyə çağırmış, yaxınlıqda olan Məlik və digər qonşular ora gəlmiş, o, Məlik və digər insanlarla evə- Məhəmmədin yanına daxil olmaq istədikdə Məhhəmməd buna icazə verməmiş və onlardan hadisə yerindən çıxıb getməklərini qışqıraraq tələb etmişdir. Məhəmmədin içkili vəziyyətdə təhlükəli olması, yəni onlara xəsarət yetirməsindən ehtiyyat edərək evin həyətindən bayıra çıxaraq darvazanın qarşısında gözləmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2020-ci ildən etibarən Şabran RMX –nın Təxirəsalınmaz təcili tibbi yardım xidmətində tibb qardaşı olaraq işləyir. 09 mart 2022-ci il tarixdə, saat təxminən 18:20 radələrində Şabran rayonu Ağalıq kəndində yıxılan adamın olması barədə “103” təcili yardım çağırışı gəlmiş, TTYS-in sürücüsü ilə birlikdə Şabran rayonu Ağalıq kəndindəki çağrışa getmiş, təxminən saat 19:20 radələrində ora çatmışlar. Həmin evin darvazasının qarşısında 15 nəfərə yaxın insan toplaşmış və onlar içəridəki adamın içkili və təhlükəli olması səbəbindən içəri daxil ola bilmədiklərini demişlər. Evə daxil olduqda evin içində giriş qapısının qarşısında ayaqları qapı istqamətində, üzü yuxarı uzanılı vəziyyətdə qadın və onun yanında isə bir adam görmüş, yaxınlaşıb qadının nəbzin yoxlamış və nəbzinin olmaması, əllərinin soyuq və həmçinin digər həyati əlamətlərinin olmaması səbəbindən qadının artıq öldüyünü bilmiş və bu barədə yanındakı iki nəfərə də, bildirmişdir. Meyitin sifət nahiyəsində hematoma, sifət və bədən nahiyələrində çoxsaylı zərbə izləri olmuş, həmçinin sağ bud nahiyəsində paltarın qana bulaşdığını görərək kəsilmiş-deşilmiş yaraların da olduğunu düşünmüşdür. Ancaq xarici müayinə ilə bağlı meyitin hər hansı yerinə baxmamışdır. Yanındakı insandan qadına nə olduğunu soruşduqda onun oğlu olduğunu və qadının yerə yıxıldığını bildirmişdir. Həmin adamın ağır sərxoş vəziyyətdə olması hərəkətlərindən aydın görünmüşdür. Daha sonra ona qadının şəxsiyyət vəsiqəsini gətirməsini dedikdə, o gedərək evin digər otağından şəxsiyyət vəsiqəsini gətirərək təqdim etmişdir. Bundan sonra evdən çölə çıxaraq üzərində zorakılıq əlamətləri olan qadın meyitinin olması barədə rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermiş, polis şöbəsindən bu barədə məlumatlarının olduğunu və ora gəldiklərini bildirmişlər. Daha sonra polislər evin qarşısına çatdıqda oranı tərk etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Şabran rayonu Ağalıq kəndində yerləşən fərdi yaşayış evidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şabran rayonu Ağalıq kəndində yaşayan X4 xx.xx.2022-ci il tarixdə saat 19:21 -də DİN-in 102 xidmətinə zəng edərək qardaşı Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs döyməsi nəticəsində anasının ölməsi barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şabran rayon mərkəzi xəstəxanasından feldşer Aslanov Şabran RPŞ-ə zəng edərək Şabran rayonu Ağalıq kəndində yaşayan xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs “sifət nahiyəsinin bütün hissələrinin hematoması, sağ bud nahiyəsinin kəsilmiş yarası” diaqnozu ilə yaşadığı evdə ölmüş vəziyyətdə aşkar olunması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixli, 285 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran RMX-da spirtli içki və narkotik vasitələrdən istifadə edib etməməsini müəyyən etmək məqsədilə tibbi müayinədən keçirilərək onun “orta dərəcəli sərxoş” vəziyyətdə olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qəsdən öldürülməsi faktı ilə başlanmış cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə onun oğlu, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Şabran rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran Rayon İcra hakimiyyətinin Ağalıq inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində qeydiyyatdadır və anası Zərərçəkmiş şəxs vəfat etdikdən sonra ailə tərkibi qalmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “xasiyyətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olmuş, anası Zərərçəkmiş şəxs və yaxın qohumları bu barədə ona daim irad bildirmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsində başın alın, hər iki dodağın selikli qişasının çoxlu sayda qançırları, sağ çiyin qurşağının, sağ və sol bazunun hərəsinin iki ədəd və sol saidin, qarnın sol yan divarının və sol kürək nahiyəsinin qançırları, daxili müayinəsində baş beyin maddəsinə, beyin kötüyünə və beyin mədəciklərinə qansızmalar, baş beynin yumşaq qişasına qansızmalar, baş beyin maddəsinin ödəmi və başın yumşaq örtüyünə çoxsaylı qansızmalar aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) dəfələrlə (azı 15 dəfəlik) yerli təsirindən törənmişlər, hamısı həyatidir və törənmə müddəti şəxsin ölümündən saatlarla və yaxud da dəqiqələrlə ölçülən qısa müddət əvvələ uyğun gəlir və hamısı birlikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Yuxarıda qeyd olunmuş xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığını təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın çoxsaylı küt travması nəticəsində baş beyin maddəsinə və qişalarına qansızmalardan törəyən baş beynin kəskin ödəmi olmuşdur. Zərərçəkmiş şəxs ölümü ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2022ci il, saat 09:30) 12-24 saata qədər əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin müayinəsində aşkar edilmiş başın ənsə nahiyəsinin hematomasının beton təbəqəyə dəyməsi nəticəsində yarana bilməsi inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya labarator tədqiqatında etil spirti və yad zəhərli kimyəvi maddələr aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 37 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sağ almacıq nahiyəsinin sıyrığı, sağ əlin baş barmağının səthi əzilmiş yarası və sağ əlin yumşaq toxumalarının əziyi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilməsi inkar edilmir, yaranma müddət bir günə qədər olub 09 mart 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 182/2022 nömrəli məhkəmə-tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilən mərhuma Zərərçəkmiş şəxs məxsus donun sağ çiyin tikişi üzərində bir ədəd, çiyin tikişi üzərində bir ədəd, ön səthinin orta tikişi üzərində bir ədəd, arxa səthinin orta tikişin sağ nahiyyəsində bir ədəd, gecə köynəyinin sol çiyin tikişi bir ədəd və boyun hissəsində tikilmiş köbə üzərində bir ədəd sökülmə zədələri aşkar olundu. Bu sökülmələr donun müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilən mərhuma Zərərçəkmiş şəxs məxsus donun boyun nahiyəsinin sol səthində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma zədəsi donun müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Mərhumə Zərərçəkmiş şəxs məxsus paltarlar (don və gecə köynəyi) üzərində aşkar edilmiş zədələr qarşılıqlı mübarizə ilə əlaqədar olaraq fiziki qüvvənin təsirindən yaranmağa xarakterikdir. Ekspertizaya təqdim edilmiş mərhuma Zərərçəkmiş şəxs məxsus büstqalter, kalqotka, tuman və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş , təqsirləndirilən şəxs X1 məxsus gödəkcə, köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 182/2022 nömrəli məhkəmə tibbi biloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:A/İİ. Ekspertizaya təqdim edilən mərhuma Zərərçəkmiş şəxs məxsus don, gecə köynəyi, büstqalter, trusik, bir cüt corab, kalqotka, təqsirləndirilən şəxs X1 məxsus gödəkcə, cins şalvar, hadisə yerindən götürülmüş balış üzlüyü üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkləri A-beta/İİ/qruplu şəxsə, o cümləədn ABO sistemi üzrə mərhumə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus köynək üzərində hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin arayışına əsasən Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə olmayıb. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran RMX-nın xx.xx.2022-ci il tarixli, 289 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatında yoxdurlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 1502 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həm cinayət işindəki anemnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyən edilir. Qıcığa qarşı həssaslıq, öz fikirlərini müdafiəyə etməyə meyillik, hövsələsizlik və s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında fərdi pisixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətləinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiy əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixikasının pozulması halı qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbləri adi alkoqol sərxoşluğu fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji və ya psixoloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərini nəzərə alaraq onun cinayət hadisəinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilər. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, ...“Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində yaranmış sərxoşluq halında xx.xx.2022-ci il tarix saat 16 radələrində Şabran rayonu Ağalıq kəndində yerləşən evlərinin qonaq otağında ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onunla birgə yaşayan doğma anası, xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq başın çoxsaylı küt travması nəticəsində baş beyin maddəsinə və qişalarına qansızmalardan törəyən baş beynin kəskin ödəminə səbəb olan, yetirilən anda həyat üçün təhlükəli olması əlamətlərinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək onu qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən qəsdən başqa şəxsin həyatdan məhrum edilməsinə yönəlmiş ictimai təhlükəli əməl törədilmiş, həmin ictimai təhlükəli əməllə bağlı olaraq Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri (cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) almış və həmin xəsarətlər Zərərçəkmiş şəxs hadisə yerində vəfat etməsinə gətirib çıxarmışdır ki, qeyd edilən ekspert rəyinə əsasən törədilən əməllə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqənin olduğu, mərhumun ölümünə səbəbin isə başın çoxsaylı küt travması nəticəsində baş beyin maddəsinə və qişalarına qansızmalardan törəyən baş beynin kəskin ödəmi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində mərhum Zərərçəkmiş şəxs öldürmək istəmədiyini, hadisənin alkoqollu içkilərin qəbulu nəticəsində yaranmış sərxoşluq halında ehtiyatsızlıq nəticəsində baş verdiyini bildirməsini məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirməklə yanaşı bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur, eyni zamanda sərxoş vəziyyətdə cinayət törətmək ehtiyatsızlıqdan cinayət törətmək kimi qiymətləndirilə bilməz. Bundan başqa zərərçəkmiş şəxsin 68 yaşının olması, mərhumun yaşının təqsirləndirilən şəxsə məlum olması bunu bilə-bilə onun baş və sifət nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vuraraq başın çoxsaylı küt travmasına, nəticəsində baş beyin maddəsinə və qişalarına qansızmalardan törəyən baş beynin kəskin ödəminə səbəb olan xəsarətlər yetirməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs qeyd edilən xəsarətləri yetirərkən etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini arzu etməsə də qabaqcadan görmüş və şüurlu surətdə yol verməklə dolayı qəsdlə qəsdən adam öldürmə cinayətini törətmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı Şahid3 ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, zərərçəkmiş şəxsin meyiti giriş qapısının açıldığı dəhlizdə ayaqları qapıya tərəf olmaqla üzü üstə uzanmış vəziyyətdə olmuş, həkimlər getdikdən sonra meyitin yerini dəyişmiş, bu zaman zərərçəkmiş şəxsin paltarlarının düymələrinin sökülmüş ola biləcəyini bildirmişdir. Şahid həmçinin Təqsirləndirilən şəxs anasının mövcud vəziyyətindən xəbəri olmadığını, çünki zərərçəkmiş şəxsi evdə görəndə təəccübləndiyini, Məhəmmədi hadisə günü görəndə onun evdən çıxdığını yoxsa evə geri qayıtdığını bilmədiyini, Zərərçəkmiş şəxs təzyiq xəstəsi olduğunu, lakin onun təzyiqi olduğuna görə nə vaxtsa yıxılmasının şahidi olmadığını bildirmişdir. Məhkəmə tərkibi Şahid3 qeyd olunan ifadəsinin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil edən hissəsini digər sübutlarla və işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək, eyni zamanda şahidin məhkəmə istintaqı zamanı ifadə verdikdən sonra ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə əsaslanaraq onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini işin hallarına daha çox uyğun gəldiyi, digər sübutlarla ziddiyyət təşkil etmədiyi üçün əsas götürür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı verilmiş və məhkəmə istintaqında təqdqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizə yazaraq Təqsirləndirilən şəxs ilə barışdığını, hal hazırda şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Şabran rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə 10 mart 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 10 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak və ekspertiza xərcləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şabran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, 2 ədəd pambığa hopdurulmuş qan nümünələri, 3 ədəd paltar düyməsi, 1 ədəd corab, 1 ədəd ağ rəngli parça, meyitin xarici müayinəsi zamanı mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarlar- 1 ədəd qara rəngdə uzunqol don, 1 ədəd qolsuz gecə köynəyi, 1 ədəd büstqalter, 1 ədəd ağ rəngdə alt paltarı, 1 ədəd qara retuz, 1 cüt boz rəngli corablar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar- 1 ədəd qırmızı rəngli köynək, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı aparılmış video çəkilişi özündə əks etdirən və maddi sübut olan 01 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şabran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, 2 ədəd pambığa hopdurulmuş qan nümünələri, 3 ədəd paltar düyməsi, 1 ədəd corab, 1 ədəd ağ rəgli parça, meyitin xarici müayinəsi zamanı mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarlar- 1 ədəd qara rəngdə uzunqol don, 1 ədəd qolsuz gecə köynəyi, 1 ədəd büstqalter, 1 ədəd ağ rəngdə alt paltarı, 1 ədəd qara retuz, 1 cüt boz rəngli corablar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar- 1 ədəd qırmızı rəngli köynək, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı aparılmış video çəkilişi özündə əks etdirən və maddi sübut olan 01 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Aynur Rzayeva Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür Hakim Aynur Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar