Məhkəmə qərarları › İş №1(124)-388/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-388/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-388/2024 16.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1991-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə istifadəsində olan “Samsung J5" markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2300,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sahil” restoranının yaxınlığında gizlətməklə yerləşdirərək həmin bükümün və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung J5” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin külli miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2300,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini birlikdə əldə etmək barədə razılığa gəldikdən sonra həmin ünvana gəlmişlər. 06 iyul 2023-cü il tarixdə, saat 00:05 radələrində həmin ünvana çatdıqdan sonra aralarında olan qabaqcadan razılaşdırılmış rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 yolun kənarında gözləmiş. Təqsirləndirilən şəxs1 isə qeyd olunan çəkidə narkotik vasitə olan heroini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərində saxlamış, həmin tarixdə, saat 00:05 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-уэ gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən əlində saxlamış olduğu həmin bir ədəd bükümdə təmiz çəkisi 2300,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostu olmuşdur. Onlar Novxanıya getmiş, Elçin əsgər yoldaşının adını çəkmiş, zəng vuran adama 500 manat verib mal sifariş etmişdir. Həmin adam demişdir ki, 10 qram “mal” var, pulunu isə onun əsgər yoldaşı vermişdir, malı istəyir götürsün, istəyirsə qalsın. O təsdiq etmişdir ki, həmin malı götürməyə gedib. Ora gedib çatanda görmüşdür ki, paket böyükdür, heç əlini də paketə vurmadan qayıtmışdır. Onların həmin adamla telefonda danışıqları da var ki, 10 qram “mal” demiş, həminadam isə 2-3 kq “mal” qoymuşdur. Həmin vaxt polislər onları tutmamışdır. Onların da canı ağrımış, həmin qalan 10 qram mal üçün getmiş, hamısı telefonda olmuşdur. Həmin yerə çatanda görmüşdür ki, “mal”ın qoyulduğu yer 10-15 metr uzaqlıqdadır, onun məqsədi “mal”ı götürmək olsa idi, birinci dəfədən götürmüş olardı. Onlar həmin adama zəng edərək demişlər ki, Suraxanı rayonundadırlar, onların oraya gəlməyi 1 saat -1 saat yarım çəkəcək, amma elə olmuşdur ki, onlar tez gəlmişlər. Onlar oraya polislərdən tez gəlmişlər. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. O tutulanda şalvarının cibində 0.2 qram “mal” olmuş, yarım qram “mal” almış, günorta istifadə etmişdirlər. Polis ona demişdir ki, o “mal”ı kənara tulla, onun üzərinə 2 kq “mal” qoymuşdurlar. Təzyiq altında olmuş, döyülmüşdür. 3 saylı İstintaq Təcridxanasında ona qabırğalarının ağrısına görə dərman da vermişdirlər. Onda 2 kq narkotik vasitə olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni 2020-ci ildən istifadə edir. Ramil adında İran İslam Respublikası vətəndaşını tanımamışdır. Telefonunda İran nömrəsi olmuşdur. Onun anası İran dükanı işlətmiş, onun telefonunda İran nömrəsi olması normal hal olmuşdur. İran nömrəsini kontaktına qeyd etməmişdir. Həmin oraya qoyulmuş 10 qram narkotik vasitəni götürməmişdir. Suraxanı rayonu Əmircan qəsəbəsindən almışdır. 10 qram “mal”ın ödənişini heç kim etməmişdir. Elçinin əsgər yoldaşının adı da Elgündür, həmin adamı sonra tapa bilməmişdir. Orada 10 qram mal olmamış, malın həcminin böyük olduğunu görüb götürməmişdir. İkinci dəfə “mal”ı götürməyə gedəndə polislər tərəfindən saxlanılmışdır. Məhkəmədə prokurorun qəbuluna düşəndə, 3 saylı İstintaq Təcridxanasında, döyüldüyünü demişdir. Onun üzərində 0.2 qram “kakos” olmuş və o, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham ilə təqsirli bilmiş, narkotik vasitə istifadəçisi olmuşdur. Ramili tanıyır, onların Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində dükanları var, dükanları üçün mal sifariş vermişlər. Ona birinci Azərbaycan nömrəsi ilə zəng gəlmiş, daha sonra “whatsapp” mobil tətbiqi vasitəsilə İran nömrəsində zəng gəlmiş, bütün danışıqlar “whatsapp” mobil tətbiqi vasitəsilə olmuşdur. Başını divara çırpmışlar, bir ay saatın rəqəmlərini oxuya bilməmişdir. Gecə saat 12 radələrində tutulmuşlar. Təzyiq altında olmuşlar. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, narkotik vasitə heroindən mütəmadi olaraq istifadə etdiyinə görə narkomaniya xəstəliyinə düçar olmuşdur. Təqsirləndirilən şəxs2 bir neçə aydır tanımış, sonuncu da narkotik vasitə istifadəçisidir. 06 iyul 2023-cü il tarixdə, saat 00:05 dəqiqədə, Sumqayıt şəhəri, Sahil küçəsi, “Sahil” restoranının qarşısında dostu Elçin ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əlində olan qara rəngli sellofana bükülmüş “kakos” adlandırdığı narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən "Samsung J5” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, çəkisi 2335 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə sellofanla birlikdə qablaşdırılmış, DİN-in 124 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi, iştirakçılar və müstəntiq tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung J5” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə dostu Təqsirləndirilən şəxs2la birlikdə əldə etdiyini, İran vətəndaşının göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə Elçinlə ona verdiyini, həmin narkotik vaistə üçün İran İslam Respublikası vətəndaşına 500 manat pul göndərməli olduqlarını bildirmişdir. İran İslam Respublikası vətəndaşı ilə o və dostu Elçin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışmışlar. Həmin şəxs onlara göndərdiyi narkotik vasitənin ünvanını “Whatsapp” ani mesajlaşma proqramında göndərmişdir. Həmin şəxslə əvvəlcədən razılaşmışlar ki, narkotik vasitə heroindən o və dostu Elçin istifadə edəcək, qalan hissəsini isə həmin şəxsin göstərişi ilə göndərilən ünvanlara qoyacaqlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. (cild 1, iş vərəqə 85-86) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Novxanıda olanda onlara zəng gəlmiş, “mal”ı götürmək üçün getmiş, Süleyman düşüb baxmışdır ki, həmin “mal” deyil. Daha sonra yaşadıqları ünvana qayıtmış, həmin malın dalınca gəlmişdirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona zəng etmiş, nömrəsini kimdən aldığını bilmir. 10 dəqiqəyə oraya çatmışdır. Əsgər yoldaşı olmuş Elgündən xəbəri olmamışdır. Elgünün soyadını bilmir. Ona zor tətbiq olunmuşdur, narkotik vasitəni Süleyman götürməmişdir. O, taksi sürücüsü kimi getməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində o, özünü ona elan edilmiş təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə aydır tanıyır, sonuncu narkotik vasitə istifadəçisidir. 06 iyul 2023-cü il tarixdə, saat 00:05 dəqiqədə Sumqayıt şəhəri, Sahil küçəsi, “Sahil” restoranının qarşısında dostu Süleymanla birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şalvarının cibində saxladığı “Samsung A32” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi l(bir) ədəd “Samsung A32” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, Süleymanın üzərindən aşkar olunmuş kütləni tanımadığı İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişlər. Həmin şəxsin.göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymalarına görə Süleymanla ona verdiyini, həmin narkotik vaistə üçün İran İslam Respublikası vətəndaşına 500 manat pul göndərməli olduqlarını bildirmişdir, İran İslam Respublikası vətəndaşı ilə o və dostu Süleyman “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışmışlar. Həmin şəxs onlara göndərdiyi narkotik vasitənin ünvanını “Whatsapp” ani mesajlaşma proqramında göndərmişdir. Həmin şəxslə əvvəlcədən razılaşmışlar ki, narkotik vasitə heroindən o və dostu Süleyman istifadə edəcək, qalan hissəsini isə həmin şəxsin göstərişi ilə göndərilən ünvanlara qoyacaqlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. ( cild 1, iş vərəqə 212-213) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 06 iyul 2023-cü il tarixdə Vahidov və Təqsirləndirilən şəxs2 satış məqsədilə narkotik vasitə əldə etmələri barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır, sonra isə tərəflərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ola biləcəkləri yer müəyyən edilərək Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən Sahil restoranının qarşısı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 06 iyul 2023-cü il tarixdə 00:05 radələrində Təqsirləndirilən şəxs2 “Sahil” restoranının qarşısında, yolun kənarında dayandığını görüb bir neçə dəqiqə müşahidə etmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 əlində bağlama ilə Təqsirləndirilən şəxs2 yaxınlaşdığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 əlində olan bağlamada olduğunu soruşduqda sonuncu bağlamanın içərisində “kakos” olduğunu bildirmişdir, həmin yerdə müvafiq sənədləşmənin tərtib olunması, eləcədə ətrafda olan şəxslər tərəfindən hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb həmin yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparmamış və bu məqsədlə onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişlər. Polis idarəsində xidməti otaqların birində kriminalist-inspektor Fərid Nəsimiyevin videogörüntüyə alması və müdafiəçi Günay Cəfərovanın iştirakı ilə müstəntiq Orxan Bağırlı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Vahidovdan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 əlində saxlamış olduğu qara rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içərisində üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamanın olması aşkar olunmuşdur, həmin bağlamanın içərisinə baxıldıqda isə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bağlamanın içərisində narkotik vasitə “kakos” olduğunu, İran İslam Respublikasının Ramin adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq onunla birlikdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində dəniz kənarından götürdüyünü, həmin yerin Ramin adlı şəxs tərəfindən ona “Whatsapp” vasitəsilə göndərildiyini, narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün əldə etdiyini, bir hissəsini isə Ramin adlı şəxsin deyəcəyi yerə aparıb qoymalı olduğunu, əvvəllər bir neçə nəfər şəxsə narkotik vasitə satdığını, üzərindən aşkar olunmuş narkotik vasitəyə görə Ramin adlı şəxsə 500 manat pul göndərməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung J5” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür, üzərindən başqa qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, onlara ucadan oxunmuş, həmin protokolu imzalarla ilə təsdiq etmişlər. Bundan sonra videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sağ yan cibindən “Samsung A32” markalı mobil çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə tanışı Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə narkotik vasitə götürmək üçün gəldiyini, Təqsirləndirilən şəxs1 vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, narkotik vasitə və qoyulduğu yer barədə məlumatların İran İslam Respublikası vətəndaşı tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonuna göndərildiyini, əldə etdikləri narkotik vasitənin bir hissəsini istifadə etmələri, bir hissəsini isə İran vətəndaşının deyəcəyi yerlərə qoyacaqları barədə İran vətəndaşı ilə razılaşdıqlarını, özünün də həmin İran vətəndaşı ilə özünə məxsus mobil telefonla danışdığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 06 iyul 2023-cü il tarixdə, saat 00:05 radələrində tərəfimizdən saxlanılan zaman narkotik vasitəni götürmədiyini bildirməsi tamamilə yalandır. Belə ki, biz Təqsirləndirilən şəxs1 saxlayarkən onun əlində həmin qara rəngli sellofan bağlama olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatlan təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədilə narkotik vasitə əldə etmələri barədə dəqiq və etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ola biləcəkləri yer müəyyən edilərək Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “Sahil” restoranının qarşısı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 06 iyul 2023-cü il tarixdə 00:05 radələrində Təqsirləndirilən şəxs2 “Sahil” restoranının qarşısında, yolun kənarında dayandığını görüb bir neçə dəqiqə müşahidə etmişlər və həmin vaxt Təqsirləndirilən şəxs1 əlində bağlama ilə Təqsirləndirilən şəxs2 yaxınlaşdığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 əlində olan bağlamada nə olduğunu soruşduqda sonuncu bağlamanın içərisində “kakos” olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədləşmənin tərtib olunması, eləcədə ətrafda olan şəxslər tərəfindən hər-hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində kriminalist- inspektor Fərid Nəsimiyevin videogörüntüyə alması və müdafiəçi Günay Cəfərovanın iştirakı ilə müstəntiq Orxan Bağırlı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 əlində saxlamış olduğu qara rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içərisində üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamanın olması aşkar olunmuş, həmin bağlamanın içərisinə baxıldıqda isə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bağlamanın içərisində narkotik vasitə ‘"kakos” olduğunu, İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində dəniz kənarından götürdüyünü, həmin yerin Ramin adlı şəxs tərəfindən ona “Whatsapp” vasitəsi ilə göndərildiyini, narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün əldə etdiyini, bir hissəsini isə Ramin adlı şəxsin deyəcəyi yerə aparıb qoymalı olduğunu, əvvəllər bir neçə nəfər şəxsə narkotik vasitə satdığını, üzərindən aşkar olunmuş narkotik vasitəyə görə Ramin adlı şəxsə 500 manat pul göndərməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung J5” markalı mobil telefon aşkar olunaraq götürülmüş, üzərindən başqa qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, həmin protokolu imzalarla ilə təsdiq etmişlər. Bundan sonra videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sağ yan cibindən “Samsung A32” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə tanışı Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə narkotik vasitə götürmək üçün gəldiyini, Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, narkotik vasitə və qoyulduğu yer barədə məlumatların İran İslam Respublikası vətəndaşı tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonuna göndərildiyini, əldə etdikləri narkotik vasitənin bir hissəsini istifadə etmələri, bir hissəsini isə İran vətəndaşının deyəcəyi yerlərə qoyacaqları barədə İran vətəndaşı ilə razılaşdıqlarını, özünün də həmin İran vətəndaşı ilə özünə məxsus mobil telefonla danışdığını bildirmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. 06 iyul 2023-cü il tarixdə, saat 00:05 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 saxlanılan zaman sonuncunun əlində qara rəngli sellofan torba olmuşdur və onlar həmin torbada nə olduğunu soruşanda isə sonuncu torbada “kakos” adlandırdığı narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmaq və özünü müdafiə etmək məqsədi ilə narkotik vasitəni götürmədiyini bildirmişdir.(cild 1, iş vərəqə: 126-129) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyul 2023-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1991-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması,satması, və üzərilərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-a əməliyyat məlumatı daxil olmuşdur. (İ cild, iş vərəqə 04) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs1” sözləri, soyad və imzalar qeyd edilmiş vəziyyətdə bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 2300,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir.( cild 1, iş vərəqə: 63-66) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X5 tərəfindən verilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5407 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə: 167-168) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X5 tərəfindən verilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7023 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə: 223- 224) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, müstəntiq Orxan Bağırlı özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra müstəntiq Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X2 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Müstəntiq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs1 əlində tutduğu qara rəngli sellofan torbanı çıxararaq təqim edir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan torba açıldıqda içərisində üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın, həmin bağlamanın içərisində isə qəhvəyi rəngli maddənin olması müəyyən olunur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 2335 qram olması müəyyən edilir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bağlamanın içərisində narkotik vasitə “kakos” olduğunu, İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxslə “Whatsapp" vasitəsi ilə əlaqə saxlayaraq onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində dəniz kənarından götürdüyünü, həmin yerin Ramin adlı şəxs tərəfindən ona “Whatsapp” vasitəsi ilə göndərildiyini, narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün əldə etdiyini, bir hissəsini isə Ramin adlı şəxsin deyəcəyi yerə aparıb qoymalı olduğunu, əvvəllər bir neçə nəfər şəxsə narkotik vasitə satdığını, üzərindən aşkar olunmuş narkotik vasitəyə görə Ramin adlı şəxsə 500 manat pul göndərməli olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılır və onun əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung J5” markalı mobil telefon aşkar olunaraq götürülür, üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır.(cild1, iş vərəqə: 29-31, 123) Şəxsi axtarışın keçirilməsi haqqında protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş "Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, müstəntiq Orxan Bağırlı özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Müstəntiq Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Müstəntiq Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sağ yan cibindən ‘"Samsung A32” markalı mobil telefonu çıxararaq təqdim edir. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılır, onun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə tanışı Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə narkotik vasitə götürmək üçün gəldiyini, Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, narkotik vasitə və qoyulduğu yer barədə məlumatların İran İslam Respublikası vətəndaşı tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonuna göndərildi) ini, əldə etdikləri narkotik vasitənin bir hissəsini istifadə etmələri, bir hissəsini isə İran vətəndaşının deyəcəyi yerlərə qoyacaqları barədə İran vətəndaşı ilə razılaşdıqlarını, Özünün də həmin İran vətəndaşı ilə özünə məxsus mobil telefonla danışdığını bildirir. Sonda isə çəkiliş dayandırılır.(cild1, iş vərəqə: 52-54, 131) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs1 məxsus telefon “Samsung J5” markalı olmaqla qızılı rənglidir, ön şüşəsi zədəli vəziyyətdədir, arxa hissəsində zavod üsulu ilə “Samsung” və digər yazılar vardır. Mobil telefona baxış keçirilən zaman “Qalereya” bölməsində üzərində narkotik vasitə bükümünə bənzər qara rəngli sellofan bükümün olduğu elektron tərəzinin əks olunduğu fotoşəkil, “Kontaktlar” bölməsində isə “Ramin” adı ilə qeyd olunmuş İran İslam Respublikasının telefon kodu ilə başlayan +**********50 saylı mobil telefon nömrəsinin qeyd olunduğu aşkar olunmuşdur. Mobil telefonda başqa iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya videogörüntülər müəyyən aşkar olunmamışdır.(cild 1, iş vərəqə: 132-134) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs1 barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 143- 144) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 187) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Suraxanı RİHBnın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentininin 3 Saylı Xüsusi Təyinatlı Mənzil –Kommunal Təsarüffat Birliyininin 139 saylı MKİS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 139 saylı MKİS-ə şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 200) Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il təvəllüdlü Cihan Sadığov adlı azyaşlı övladı vardır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in İ siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə aşkar edilməməsi, narkotik vasitələri şəxsi istifadə etmələri üçün əldə etmək istəmələri, narkotik vasitələrin satmaq məqsədlərinin olmaması və polis əməkdaşları tərəfindən onlara təzyiq olunması və narkotik vasitənin onların cibinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərdən aşkar olunan narkotik vasitənin külli miqdarda olması təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə: 10-11,20-21,75-76, 117-119) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, iş vərəqə: 33-34, 43-44, 87-88, 120-122) İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2299,95 qram olan narkotik vasitə heroin məhv edilməli və 01 ədəd “Samsung 15” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 (ədəd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 (otuz iki ) manat 50 (əlli) qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2299,95 qram olan narkotik vasitə heroin məhv edilsin və 01 ədəd “Samsung 15” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 (ədəd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 (otuz iki ) manat 50 (əlli) qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar