Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-389/2024 09.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi - X6, tərcüməçilər - X14 və X15, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşlar. Belə ki, 07 iyul 2023-cü il tarixdə təxminən saat 01:00 radələrində Təqsirləndirilən şəxs2 qeyri-rəsmi nikah münasibətində olmaqla uzun müddət birgə yaşadığı Zərərçəkmiş şəxs və tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində müxtəlif növ spirtli içkilər qəbul etdikdən sonra orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmasına baxmayaraq yenidən birgə spirtli içki qəbul etməyi davam etdirmək üçün yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs saxlamaq üçün verdiyi özünə məxsus olan 5000 (beş min) manat pulu ortaya gətirmək tələbinə cavab olaraq sonuncunun etiraz edib ona nalayiq söyüşlər söyməklə cavab verməsindən əsəbiləşib psixi-emosional halında yaranmış hisrlilik fonunda həmin otaqda aralarında bu zəmində mübahisə başladıqda orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Təqsirləndirilən şəxs1 də mübahisəyə qoşularaq öz növbəsində ilkin olaraq Zərərçəkmiş şəxs sifətindən sillə zərbəsi vurub və itələyib yıxandan sonra hər ikisi birlikdə bir qrup şəxs halında olmaqla, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklərlə ardıcıl zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “başm sağ təpə və gicgah nahiyələrinin dərialix hematoması, sağ təpə və gicgah nahiyələrində başın yumşaq toxumaları altına qansızma, üzün sol yanaq və burun nahiyəsinin qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası, sol bazu, sağ said və sağ mil- bilək oynağı nahiyələrinin, sağ və sol baldır nahiyələrinin qançırları, sol böyrəyin kapsuluna və böyrəküstü vəziyə qansızma” və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "dalağın cırılması və daxili qanaxma ilə müşayiət olunan qarının sol yan divarının qançırı" xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qarının küt travması nəticəsində dalağın cırılmış yaralanmasından yaranmış daxili qanaxma səbəbindən ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Olqa Aleksandrovnanı hadisə baş verdiyi vaxtdan 14 il əvvəldən tanıyırdı. Onunla hadisə baş verənədək, 1 ay olardı ki, qeyri-rəsmi ər-arvad kimi bir evdə yaşamışlar. O, tez-tez spirtli içki qəbul edirdi. Olqa Aleksandrovna da spirtli içki qəbul edirdi. Onların hadisədən əvvəl də aralarında mübahisə baş vermişdir. Bu mübahisə həmişə polisə şikayət ilə nəticələnirdi. Buna baxmayaraq, o heç vaxt Olqa Aleksandrovnanı vurmamış, mübahisələri söz şəklində olmuşdur. Olqa Aleksandrovnanın rəfiqələrindən, məhəllədə yaşayan şəxslərdən də soruşulsa, onun zərərçəkmiş şəxsi vurduğunu deyən olmayacaqdır. Hadisə baş verdiyi vaxt o, Olqa Aleksandrovnanı vurmamışdır. O, Olqa Aleksandrovnaya 5000-7000 manat aralığında pulu saxlamaq üçün vermişdir. Hadisə baş verdiyi gün ondan həmin pulu gətirməsini tələb etdikdə, onun ona pul vermədiyini, pulu gizlətdiyini bildirmişdir. O, həmin vaxt stolda oturmuş, durub pulu axtarmaq yaxud bir qədər də gözləməkdə qərarsız qaldığı üçün bu barədə düşünürdü. Bu an Təqsirləndirilən şəxs1 Olqa Aleksandrovnaya bir neçə şillə zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs1 əlində küt əşya, bıçaq və s. olmadığı üçün o müdaxilə etməmişdir. Hadisə baş verdiyi gün hər üçü də spirtli içki qəbul etmişlər. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, əslən rus olsa da, Azərbaycan və rus dillərində oxumağı, yazmağı və danışmağı bacarmış, əvvəllər Bakı şəhərində “Sovetski” deyilən ərazidə yaşasa da, evi söküldükdən sonra təxminən bir ildir ki, ona kompensasiya kimi verilmiş 60.000 manat pulun 48.000 manatına ünvan 4 ünvanındakı evi almışdır. Ondan 16 yaş böyük olan Zərərçəkmiş şəxs 15 ildir tanımış, onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuş, təxminən 1 ildir Olqa ilə birlikdə hazırkı evində yaşamış, özü isə heç bir yerdə işləməmiş, spirtli içki aludəçisi olmuş, demək olar ki hər gün araq, pivə içmiş, Zərərçəkmiş şəxs da heç bir yerdə işləməmiş, o da, spirtli içki aludəçisi olmuş, onlar tez-tez birlikdə yaşadıqları evdə spirtli içki qəbul etmişlər. Spirtli içki qəbul etdikləri vaxtlar aralarında tez-tez mübahisələr olmuş və mübahisə zamanı bəzi vaxtlar onu döymüş, hadisədən bir neçə gün əvvəl də Olqanı döyüb həmin vaxt ona əli ilə zərbələr vurmuşdur. Olqa ondan 16 yaş böyük olduğu üçün onun üzərində hegemonluq etməyə, onu özünə tabe etməyə çalışdığına görə aralarında tez-tez mübahisə olmuş, Olqanın yaşamağa evi olmadığı üçün onunla yaşamağa məcbur olmuşdur. 06 iyul 2023cü il tarixdə səhər saatlarında Olqa ilə birlikdə taksiyə minib “Sədərək” bazarına getmiş, yolda söhbət zamanı Zaur adlı taksi sürücüsü ilə tanış olmuş, onun bəzi təmir işlərini də bacardığını bilib onunla çilçıraq quraşdırmaq barədə danışıb razılaşmışlar. Bazardan lazım olan ev əşyalarını və iki ədəd çilçıraq alıb təxminən saat 14- 15 radələrində evə qayıtmış, əvvəlcə yaşadığı evin yaxınlığındakı marketdən 1 ədəd litrlik araq və 3 ədəd yarım litrlik “Kuller” pivəsi almış, daha sonra Zaur qonaq və yataq otaqlarına çilçıraqları quraşdırması ilə axşama kimi məşğul olmuş, axşam saatlarında iş qurtarandan sonra Zaura manqalda kabab bişirib spirtli içki qəbul etməyi təklif etmiş və onlar birlikdə kabab bişirmiş, Olqa da onlara qoşulandan sonra spirtli içki qəbul etmişlər. Daha sonra uşaqlıq dostu Denisə zəng edib kabab bişirdiyini deyib onu da spirtli içki qəbul etmək üçün evə çaşırmış, təxminən saat 21-22 radələrində Denis də onun evinə gəlib onlara qoşulmuş, təxminən saat 23 radələrində Zaur ailəsinin onu gözlədiyini deyib getmişdir. O, Olqa və Denis qalıb içməyə davam etmiş, mağazadan aldıqları araq və pivələr qurtardıqda evdəki soyuducuda olan araq və pivələri içməyə başlamış, içkinin təsirindən həm o, həm Denis, həm də Olqa sərxoş olmuşdur. Bundan sonra araq qurtardığı üçün saat 24 radələrində Olqadan araq almaq üçün pul istəsə də, Olqa onun ünvanına nalayiq söyüşlər söyərək onda pul olmadığım deyəndə əsəbiləşib saxlaması üçün ona verdiyi 5000 manatı tələb etmişdir. Əvvəlki evinin sökülməsinə görə ona verilmiş kompensasiyadan geri qalan pulu özünə, Olqaya, spirtli içkiyə, evinə əşya almağa xərcləmiş və təxminən 5000 manat pul qalmış, həmin məbləği isə saxlaması üçün Olqaya vermişdir. Olqadan pulu tələb etdikdə o, rus dilində “mən istəmirəm sən kiməsə pul verəsən” deyib onu söyə-söyə evə girəndə o da onun arxasınca getmiş, qonaq otağında Olqa ilə aralarında mübahisə daha da böyümüş, ondan bir daha pulunu tələb edəndə Olqa “sən mənə pul verməmisən, pulu özün evdə gizlətmisən” deyə cavab vermişdir. Bu vaxt səslərinə Denis də evə gəlib Olqamn sifətində sillə zərbəsi vurub onu kənara itələmiş, Olqa otaqdakı divanın üzərinə yıxılsa da, qalxıb üzərilərinə doğru gəlib Denislə onu söyməyə başlamışdır. Elə həmin vaxt əli ilə Olqanı itələyəndə o, qonaq otağında yerə yıxılmış, yerdə uzanıqlı vəziyyətdə də onu söyməyə davam etmişdir. Olqanın Denisin yanında onu söyməsindən daha da əsəbiləşib əyilib Olqamn başına, qarnına, belinə sifətinə və bədəninin digər nahiyələrinə yumruqla zərbələr vurmağa başlamış, Olqanı vurduğu vaxt anidən Denisin də əyilərək Olqanın başına, belinə, qarnına, sifətinə yumruqla, hətta belinə, qarnına və arxasına təpiklə də zərbələr vurduğunu görmüş, Olqa isə qışqıraraq onları söyməyə davam etmişdir. Olqanı döydükləri vaxt artıq iyul ayının 7-i saat 01 radələri olmuş, daha sonra Denislə birlikdə həyətə düşüb araq və pivə içməyə davam etmiş, saat 02 radələrində Denis tualetə getmək üçün evə girəndə o, ona “Olqa sənin adını çəkir” dediyi üçün onun arxasınca evə girmişdir. Evə girəndə Olqanın qonaq otağında yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb ona yaxınlaşıb əlindən tutub qaldırmaq istəyəndə Olqa qalxmamış və bu zaman onun öldüyünü bilmiş, bunu görüb qışqırmağa başlamış və Denisə polisə məlumat verməli olduqlarını demişdir. Saat 01:56-da DİN-nin 102 xidmətinə zəng edib Olqanın öldüyünü demiş, Denis ona “sən get polisləri qarşıla, mən evdə qalım” dediyi üçün polisləri qarşılamaq üçün yola çıxsa da, Denis də siqaret almağa getdiyini deyib evdən çıxmış, bir qədər sonra təcili tibbi yardım avtomobilinin gəldiyini görüb onu arxasınca yaşadığı evə doğru sürdürmüşdür. Evə qayıtdıqda Denisi evdə görməmiş, bir qədər sonra polis əməkdaşları da yaşadığı evə gəlmiş və Denisi onlann yanında olduğunu görmüşdür. Hadisə vaxtı həm o, həm Olqa, həm də Denis yüksək dərəcədə sərxoş olduğuna görə hadisənin nə qədər davam etməsini xatırlamamış, o, Denislə birlikdə yumruqla Olqamn başından, sifətindən, belindən, qarnından və bədəninin digər nahiyələrindən zərbələr vurmuş, Denis həm də təpiklə də zərbələr vurmuş, Olqaya təpiklə zərbələr vurubvurmadığını xatırlamamış, amma heç biri Olqaya hər hansı bir küt və ya iti əşya ilə zərbə vurmamışlar. (Cild 1, iş vərəqləri 133-137, cild 2, iş vərəqləri 148-151) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs2 onu qonaq çağırmışdır. O, onun yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs2 və Olqa Aleksandrovna arasında 5000 manat məbləğində pul məsələsinə görə mübahisə yaranmışdır. Onlar evin içərisində mübahisə edirmişlər. Həmin vaxt o da həyətdə idi. Daha sonra o, yuxarı qalxdıqda, Təqsirləndirilən şəxs2 və Olqa Aleksandrovnanın bir-birilərinə yaxınlaşdıqlarını görmüş, X9 Naqornıya söyüş söydüyünü eşitmişdir. O, yaxınlaşıb Olqa Aleksandrovnaya ayılması üçün şillə vurmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə həyətə düşüb spirtli içki içməyə davam etmişlər. Az sonra o, sanitar qovşağa getmək üçün yenidən evə girmişdir. Evə girdikdə, X9 Naqornıyı səslədiyini eşitmişdir. O, özü Təqsirləndirilən şəxs2ı çağırıb Olqa Aleksandrovnanın ayıldığını və onu səslədiyini demişdir. Təqsirləndirilən şəxs2 yuxarı qalxmış və təcili tibbi yardım çağırmışdır. O da həmin vaxt siqaret almağa getmişdir. Qayıtdıqda, həkimlərin və polis əməkdaşlarının gəldiklərini görmüşdür. O, Olqa Aleksandrovnaya 2 şillədən başqa zərbə vurmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildir “Ulduz” metrostansiyasının yaxınlığında kirayədə tək yaşamış, milliyyəti gürcü və rus qarışığı olmuş, amma Bakı şəhərində doğulub yaşamış, gürcü dilini bilməmiş, Azərbaycan və rus dillərində rahatlıqla yazıb oxumağı bacarmışdır. O, 2019-cu ildə ailə həyatı qurmuş, bu evlilikdən bir övladı olmuş, amma təxminən 3-4 ildir ki, ailəsindən ayn yaşamış, övladı onun himayəsində olmamış, özü spirtli içki aludəçisi olmasa da, tez-tez spirtli içki, əsasən də araq qəbul etmişdir. Təqsirləndirilən şəxs2lə uşaqlıq dostu olmuş, Sergey əvvəllər “Sovetski” deyilən ərazidə yaşasa da, son bir ildir ki, Masazır kəndində özünə məxsus evdə yaşamış, Zərərçəkmiş şəxs Aİeksandrovna Sergeyin birgə yaşadığı qadın olmuş, onlar təxminən 15 ildir ki, ər-arvad münasibətində yaşamış, hər ikisi spirtli içki aludəçisi olmuşlar. X21 qəsəbəsindəki evində heç vaxt olmamış, dəfələrlə Sergeylə Bakı şəhərində kafelərdə spirtli içki qəbul etmiş, o, Olqa və Sergeylə birlikdə bir neçə dəfə spirtli içki içmiş, lakin son 6-7 ayda Sergeylə görüşə bilməmiş, onunla yalnız mobil telefon vasitəsilə danışmışlar. 06 iyul 2023-cü il tarixdə təxminən saat 20-21 radələrində Sergey ona zəng edib yaşadığı evin həyətində kabab bişirdiyini, çoxdandır görüşmədiklərini deyib ona yaşadığı evə gəlib onunla birlikdə spirtli içki qəbul etməyi təklif etmiş, onunla razılaşıb gələcəyini və axşam da onlarda qalacağını demişdir. Daha sonra taksi sifariş etmiş və Sergey sürücü ilə damşıb yaşadığı evin yerləşdiyi ünvanı sürücüyə başa salandan sonra ora getmiş, çatdıqda evin həyətində Sergeydən başqa tanımadığı bir nəfərin də olduğunu görmüş, Olqa isə evdə olmuşdur. Sergeylə mobil telefonda danışarkən evdə qonağı olduğunu, həmin şəxsin onun evində təmir işləri gördüyünü demiş, Sergey və həmin şəxs evin həyətində kabab yeyib araq içmiş, o, onlara qoşulub araq içmişdir. Bir qədər sonra həmin şəxs ayıq sürücü çağıraraq çıxıb getmiş, sonra Olqa da yanlarına gəlmiş və üçü birlikdə spirtli içki içməyə başlamış, o, Olqa ilə araq, Sergey isə həm araq, həm də pivə içmişdir. Olqa onlarla birlikdə bir qədər araq içdikdən sonra evə girmiş, o isə Sergeylə içməyə davam etmiş, Olqa və Sergey artıq sərxoş olmuşlar. Bir qədər sonra Olqa həyətə yanlarına qayıdanda Sergey Olqadan pul tələb edib pulunu özünə qaytarmasını demiş və budan sonra onların arasında mübahisə yaranmış, mübahisə zamanı onların hər ikisi qışqırıb bir-birini nalayiq sözlərlə söymüşlər. Daha sonra Olqa pilləkənləri qalxaraq evə girəndə Sergey də onun arxasınca getmiş, onların mübahisəsi, Sergeyin Olqadan pul tələb etməsi, bir-birini küçə söyüşləri ilə söymələri evdə də davam etmiş, o, həyətdən onların səslərini eşitmiş, Olqa Sergeyə “bilmirəm haradadır, imkan ver yadıma salım” demişdir. Onların mübahisəyə davam etdiklərini görüb o, da evə girmiş, onların qonaq otağında mübahisə etdiklərini görmüş, bu zaman onlann arasına girib Olqanı kənara çəkib “Sergeyin pulunu qaytar” deyib onun sifətindən sillə ilə zərbə vurub kənara itələmiş və o, qonaq otağındakı divanın üzərinə yıxılsa da, qalxıb mübahisəyə davam edib onu da söymüşdür. Bu vaxt Sergey Olqanı əli ilə itələyəndə o, yenə yerə yıxılmış, Sergey isə aşağıya doğru əyilib Olqanın başından və bədənindən yumruqla zərbələr vurmağa başlamış, bundan sonra o da aşağı doğru əyilib sillə və yumruqla Olqamn başından, sifətindən, qarnından, belindən, ayaqlarından, qolundan çoxsaylı möhkəm zərbələr vurmuşdur. Olqaya “pulu qaytar” deyərək və söyüşlər söyərək zərbələr vuranda Olqa “məndə pul yoxdur” deyərək qışqırmış, həmin vaxt gecə saat 01 radələri olmuşdur. Daha sonra Sergeylə həyətə düşüb araq içməyə davam etmiş, Olqamn isə döyüldükdən sonra yanlarına gəlib-gəlmədiyi yadında qalmamışdır. Bir qədər sonra tualetə getmək üçün evə girdikdə Olqamn qonaq otağında yerdə oturaq vəziyyətdə olduğunu və zəif səslə “Sergey, Sergey” deyə səsləndiyini görüb tualetə getmədən həyətə düşüb Sergeyə Olqamn onu çağırdığını demiş, Sergey pilləkənlərlə evə qalxmış, o isə həyətdəki stulda oturub araq içməyə davam etmişdir. Elə həmin vaxt Sergey qışqıraraq təcili yardım çağırmaq lazım olduğunu deyəndə dərhal evə girmiş və Olqamn qonaq otağında yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, Sergey Olqamn əlindən tutub qaldırmaq istəsə də, qaldıra bilməmişdir. Daha sonra Sergey 102-yə zəng edib məlumat verib təcili yardım çağırmalarım istəmiş, onlar həyətə düşdükdən sonra Sergeyə siqaret almağa getdiyim deyib evdən çıxmış, Sergey də təcili yardım avtomobilim qarşılamağa getmiş, bir qədər sonra təcili yardım və polislər evə gələndə artıq Olqa ölmüşdür. Hadisə vaxtı həm o, həm Olqa, həm də Sergey yüksək dərəcədə sərxoş olduqlarına görə hadisənin nə qədər davam etməsini xatırlamamış, amma Olqanı döymələri cəmi bir neçə dəqiqə çəkmiş, o və Sergey yumruqla Olqanın başından, sifətindən, belindən, qarnından, qolundan, ayağından zərbələr vurmuş, sərxoş olduğundan Olqaya təpiklə zərbələr vurub-vurmadığı yadında qalmamış, ola bilsin ki, vurmuşdur. (Cild 1, iş vərəqləri 157-161, Cild 2, iş vərəqləri 167- 170) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, bildiyinə görə, anası 14 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Anasının vəfat etməsini o, bir neçə ay sonra prokurorluq orqanına çağırılan vaxt öyrənmişdir. Hadisənin birbaşa şahidi olmasa da, eşitdiyinə görə anası döyülmüşdür. O, 6 yaşında olarkən anasından ayrılmışdır, lakin mobil telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxslərlə barışıq əldə olunmamışdır, onlardan şikayəti vardır. Məhkəmədə şahid qismində ifadə verən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək hadisənin birbaşa şahid olmadığını, həmçinin Sergey Naqorniy ilə ailə münasibətləri olarkən spirtli içki qəbul etdikdə, aqressiv olduğu üçün onu döydüyünü bildirmişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, 2006-cı ildə Təqsirləndirilən şəxs2lə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2008-ci il təvəllüdlü Fərid adlı oğlu doğulmuş, Sergeylə ailə qurandan sonra onlar əvvəlcə Memar Əcəmi metrostansiyasının yaxınlığında, sonra da anasının Bakı şəhəri, Parlament prospektindəki evində də yaşamışlar. Ailə qurandan sonra içki aludəçisi olduğunu bilmiş, evlilik dövründə o daim spirtli içkilər qəbul edib evdə dava-dalaş salıb mübahisə etmiş, hətta onu döyməsi halları da olmuş, pis ailə başçısı kimi qazandığı pulları evə gətirməmiş, evin bazarlığını və digər ehtiyaclarını qarşılamamış, pulları ancaq spirtli içkiyə sərf etmiş, Sergeyin atası Vladimir də spirtli içki aludəçisi olmuş, evliliklərindən əvvəl içkili vəziyyətdə olanda əlində siqaret kresloda yatmış və baş vermiş yanğın nəticəsində ölmüşdür. Bundan başqa, Sergey daim özü kimi spirtli içki aludəçisi olan dostlannı yaşadıqlan balaca evə dəvət edib onlara qonaqlıq vermiş, ona narazılıq edəndə elə onlann yanında əl qaldınb döymüş, evdə körpə olmasına baxmayaraq bu hərəkətlərinə davam etmiş, hətta ona xəyanətlər də etmişdir. 2010-cu ildə Yasamal Rayon Məhkəməsində nikahı pozulandan sonra oğlu onda qalmış, 2013-cü ildə isə X2 ailə həyatı qurmuşdur. Sergey bir neçə dəfə də yaşadığı evə Olqa adlı qadınla birlikdə gəlib Fəridlə görüşmək, özləri ilə harasa aparmaq və uşağın onun yanında yaşamasım tələb etsələr də, o buna razılıq verməmiş, Olqa da Sergeyin özü kimi spirtli içki aludəçisi olmuşdur. Təqsirləndirilən şəxs1 də spirtli içki aludəsi olmaqla Sergeylə daim onun evinə digər dostları ilə birlikdə gəlmiş, bir neçə dəfə onun gözü qarşısında onu döymüş, Denis kobud insan olmuş, Sergeyin sözlərinə görə qardaşı ilə ev mübahisəsi aparmışdır. (Cild 2, iş vərəqləri 94-96) Məhkəmədə şahid qismində ifadə verən Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təqsdiqləyərək hadisənin birbaşa şahidi olmadığını, Təqsirləndirilən şəxs1 ilə ailə münasibətləri olarkən spirtli içki qəbul etdikdə, aqressiv olduğu üçün onu döydüyünü bildirmişdir. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə 2017-ci ildə sosial şəbəkədə tanış olmuş, sonradan münasibətləri yaranmış, 2018-ci ildə onunla rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2019-cu il təvəllüdlü oğlu Timur doğulmuşdur. Denislə qardaşı Dima spirtli içki aludəçisi olmuş, sonuncu buna görə də ölmüş, bir qardaşı ilə ev mübahisəsinə görə ünsiyyət saxlamamışdır. Evlilikdən sonra ilkin olaraq bir ilə yaxın Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində kirayədə yaşamış, sonra hamilə olduğu üçün rayona qayıtmış, oğlu anadan olandan sonra geri qayıdıb birlikdə Yasamal rayonu ərazisində kirayədə yaşamış, orada təxminən altı ay evin ödənişində borc yarandığı üçün evin sahibi onlan oradan qovmuş və onlar onun nənəsinin evinə köçmüş, bir müddət sonra nənəsi də onları evdən qovmuş və onlar kirayədə yaşamışlar. Ailə qurandan sonra Denisin spirtli içkiyə meylliyini görmüş, o qazandığı pulları pivəyə sərf etmiş, ilkin vaxtda buna normal baxsa da, içki qəbul etdikdən sonra özünü idarə etmədiyini, evdə mübahisə yaratdığını görmüşdür. Denisin əsas dostu Təqsirləndirilən şəxs2 olmuş, onlar daim birlikdə yeyibiçmiş, Denis içkili olanda Sergeyin birinci arvadı Leyla onu içkiyə Denisin alışdırdığını demiş, hətta sonradan Denisin işlədiyi dondurma şirkətində min manat maaş aldığını bilsə də, ailəlik dövründə onu aldadıb dörd yüz manat maaş aldığını demişdir. Denisin danışıqlarından dostu Sergeyin özündən yaşca böyük Olqa adlı qadınla yaşadığını, həmin qadının da spirtli içki aludəçisi olduğunu bilmişdir. 2020-ci ilin noyabr ayında Müşfıqabad qəsəbəsində kirayə yaşayanda Denis səhərə yaxın içkili vəziyyətdə evə gəlib onu döyməyə başlamış və guya gecədən qapıda qaldığım və qapını döyməsinin eşitmədiyi üçün onu və oğlunu evdən qovmuşdur. Denisdən çox aqressiv, insanlara rahatlıqla və soyuqqanlıqla əziyyət verəcək biri olmuş, sərxoş olan vaxtı dalaşmağa meyli olmuş, sözsöhbətə səbəb axtarmış, ayıq vəziyyətdə isə sakit insan olmuşdur. Təqsirləndirilən şəxs1 və Sergey Naqornının sonuncunun yaşadığı Olqanı döyərək öldürmələri barədə məlumatı yoxdur. (Cild 2, iş vərəqləri 171-174) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında taksi kimi işləyəndə gecə saat 01-02 radələrində Masazır kəndi ərazisindən sifariş gəlmiş, sifariş edən şəxslər rus milliyyətindən olan üç nəfər, biri qadın, biri hündür kök kişi, biri də Vova, ya Volodya adlı anq kişi olmuş, o qabaqda, kök kişi ilə qadın isə arxada əyləşmişdir. Onların danışığından həmin Vovanın doğum gününü qeyd etmək istədiklərini başa düşmüş, evdə spirtli içki içib, sonra da kafedə davam etmək fikirləri olmuş, sifariş açıq olmuşdur, yəni təyinat nöqtəsi olmamışdır. Onlar açıq bir kafeyə aparmağı xahiş etmiş, onları Xırdalan dairəsi yaxınlığında, sonra da Xırdalan şəhəri, H.Əliyev adına parkın yamndakı kafelərə aparsa da, hər iki kafe bağlı olmuş, Abşeron rayon polis idarəsinin yaxınlığında bir köşkün yanında saxladıqdan sonra kök kişi avtomobildən düşüb oradan özlərinə pivə, siqaret və şirə, ona da bir siqaret və su almış, xatırladığı qədər qadın alış veriş edənə “mənim pullarımı çox xərcləmə” demişdir. Daha sonra onlar kafe axtarmağa davam edərək əvvəlcə 4-cü mikrorayon dairəsi tərəfə gəlmiş, amma orada olan kafe işləmədiyi üçün müxtəlif kafelər axtarmış, sonra Şamaxinka deyilən yerdə bir kafe tapmış və orada oturmuşlar. Onlann danışığından haradasa ev satdıqlarını başa düşmüş, ona da onlarla yeyib-içməyi təklif etsələr də, o, etiraz edib pulunu alıb getmiş, ondan sonra da onlan görməmişdir. Arxada oturan qadın ona əl-qol atıb əlini çiyninə, qarnına vurmuş, sonra da ona öz nömrəsini vermiş, ona görə sonradan onun telefonuna bir neçə dəfə zəng etsə də, cavab verən olmamışdır. (Cild 2, iş vərəqləri 103-105) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 109- 111) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən X10 məxsus birmərtəbəli fərdi yaşayış evidir, həyətə giriş darvazasından sağdakı divarın qarşısında divara bitişik vəziyyətdə stol, stolun sağında və solunda, habelə bir qədər aralıda qarşısında stul vardır. Stolun üzərində araq və pivə şüşələri, içki içmək üçün üç ədəd qədəh, ət tikələri, çörək, içərisi dolu və boş olan siqaret qutuları, alışqan, stolun yanında isə sönmüş vəziyyətdə manqal vardır. Ev iki yaşayış otağı, bir mətbəx və bir hamam otağından ibarətdir. Yataq otağı dağınıq vəziyyətdədir, təmir işləri aparılmışdır, mətbəx otağı da səliqəsizdir, döşəmənin üzərinə ət tikələri tökülmüşdür. Qonaq otağı da ümumilikdə səliqəsiz vəziyyətdədir, otağın ortasında Zərərçəkmiş şəxs meyiti sağ qolu üstə döşəmənin üzərində uzanıqlı vəziyyətdədir, meyitin gözləri və ağzı qapalıdır, əynində qara rəngli idman ayaqqabısı, cins materialdan göy rəngli şalvar və üzərində ağ zolaqları olan çəhrayı rəngli uzunqol köynək vardır. (Cild 1, iş vərəqləri 3-11) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 07 iyul 2023-cü il tarixli 89 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində "başın sağ təpə və gicgah nahiyələrinin dərialtı hematoması, sağ təpə və gicgah nahiyələrində başın yumşaq toxumaları altına qansızma, üzün sol yanaq və burun nahiyəsinin qançırları, alt dodağın selikli qişasımn əzilmiş yarası, sol bazu, sağ said və sağ mil-bilək oynağı nahiyələrinin, sağ və sol baldır nahiyələrinin qançırları, bel nahiyəsinin və qamın sol yan divarının qançırları, daxili qanaxma ilə müşayiət olunan dalağın cırılmış yaralanması, sol böyrəyin kapsuluna və böyrəküstü vəziyə qansızma” xəsarətləri aşkar edildi. Qeyd edilən xəsarətlər həyatidirlər, onun ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, müddəti qərarda göstərilən 07 iyul 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə dalağın cırılması və daxili qanaxma ilə müşayiət olunan qarının sol yan divarının qançırı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub bilavasitə onun ölümünə səbəb olmuşdur. Başın sağ təpə və gicgah nahiyələrinin dərialtı hematoması, sağ təpə və gicgah nahiyələrində başın yumşaq toxumaları altına qansızma, üzün sol yanaq və burun nahiyəsinin qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası, sol bazu, sağ said və sağ mil-bilək oynağı nahiyələrinin, sağ və sol baldır nahiyələrinin qançırları, sol böyrəyin kapsuluna və böyrəküstü vəziyə qansızma isə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik olub mərhumun ölümü ilə hər hansı səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb qannın küt travması nəticəsində dalağın cırılmış yaralanmasından yaranmış daxili qanaxma olmuşdur, onun ölümü meyitinin meyitxanada müayinəsi başlanandan (07 iyul 2023-cü il, saat 15:00) 8-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə küt əşya (əşyalar), o cümlədən insan bədəninin hissələri ilə (yumruqla, təpiklə və s.) vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,8 % promillidir, bu da onun sağlığına yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Meyitin qamnda metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 227-233) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 458-MTKŞ/2023 saylı rəyi ilə müəyyən edilmişdir: təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus iki ədəd köynək, büstqalter, şalvar və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı; təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus şalvann sol ayağının arxa səthində aşkar edilmiş cırılma zədəsi şalvann müvafiq nahiyəsinin hər hansı bir səthə ilişib- cmlması nəticəsində əmələ gəlmişdir; təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı; təqdim olunmuş təqsirləndirilən şəxs X11 məxsus köynəyin sağ qoltuqaltı tikişi üzərində aşkar edilmiş cırılma zədəsi köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir; təqdim olunmuş təqsirləndirilən şəxs X11 məxsus şalvar və çəkələk üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı; tədqiqata təqdim edilən geyim əşyalan üzərində olan zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə yarana bilərdi; zədə yetirilən anda zərərçəkmiş şəxs və yetirən şəxs (şəxslər) müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər. (Cild 2, iş vərəqləri 48-52) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 637/2023-MTBŞ saylı rəyi ilə müəyyən edilmişdir: Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə 0(İ)-dir, təqdim olunmuş O.A.İvatarovnaya məxsus köynək, cins şalvar, boz mayka (kofta), büstqalter üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalmz H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər, təqdim olunmuş O.A.İvatarovnaya məxsus şalvarın aralıq nahiyəsi və Təqsirləndirilən şəxs1 məxsus şalvar üzərində olan təkələrdə qan aşkar olunmadı, təqdim olunmuş D. Bablidzeyə məxsus qadın koftası (köynək), S.M.Naqornıya məxsus köynək, şalvar üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. (Cild 2, iş vərəqləri 55-59) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-lifli materialların kriminalistik tədqiqi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4607 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X16, X12, Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. X4 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə X10 məxsus olduğu qeyd edilən köynəyin tərkib kiflərinə uyğun gəlirlər. X10 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş açıq-göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X4 məxsus olduğu qeyd edilən şalvann tərkib liflərinə uyğun gəlirlər. X4 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. (Cild 2, iş vərəqləri 61-67) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 sentyabr 2023- cü il tarixli 2654 saylı rəyi ilə müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopalik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini, öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli hallan düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs1 başqalannın təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 70-73) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 sentyabr 2023- cü il tarixli 2601 saylı rəyi ilə müəyyən edilmişdir: X13 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də X3 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hazırda da öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarındadır və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. X7 əqli və intellektual imkanlan normaya uyğundur. Ünsiyyətçilik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X7 fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli hallan düzgün qavraya bilər. X8 başqalannm təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. X16 cinayət əməlini törədərkən psixi- emosional halında hirslilik yaranmışdır, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. X16 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 74-77) Cinayət işinin materiallarında olan sərxoşluq hallannın bütün növlərinin təyini məqsədilə apanlan 07 aprel 2023-cü il tarixli tibbi müayinə protokollarına əsasən, X16 və Təqsirləndirilən şəxs1 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşlar. (Cild 1, iş vərəqləri 37-38) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd köynək, büstqalter, şalvar və ayaqqabı, Təqsirləndirilən şəxs1 məxsus şalvar və köynək; Təqsirləndirilən şəxs2 məxsus köynək, şalvar və çəkələk (başmaq) maddi sübut kimi tanınaraq Abşeron rayon prokurorluğunun maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 124-133) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrin cavabından görünür ki, X13 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqləri 210-214) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2nın hadisə baş verdiyi vaxt onun zərərçəkmiş şəxsi vurmaması, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə ancaq iki şillə vurduğu ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 azyaşlı uşağı vardır. Həmçinin iş materiallarından görünür ki, D. Bablidze DİN-in “102” xidməti-zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. (Cild 1, iş vərəq 211) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxslərin barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 08 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 03 noyabr 2023-cü il tarixli qərarları ilə onların barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 184-187, 193-196; Cild 2, iş vərəqləri 263-268) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş ürzə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus iki ədəd köynək, büstqalter, şalvar və ayaqqabı; Təqsirləndirilən şəxs1 məxsus şalvar və köynək; Təqsirləndirilən şəxs2 məxsus köynək, şalvar və çəkələk (başmaq) məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 77 manat məbləğində, Təqsirləndirilən şəxs2 77 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan dörd ədəd köynək, ayaqqabı, büstqalter, üç ədəd şalvar və çəkələk (başmaq) məhv edilsin. Təqsirləndirilən şəxs1 77 manat məbləğində, Təqsirləndirilən şəxs2 77 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-389/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-389/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver