Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-39/2023 23.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1967-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 36,098 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 22,145 çəkidə psixatrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, 14 oktyabr 2021-ci il tarixdə saat 14:20-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 557-nin qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PBnə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan şalvarının göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd ağ sellofana bükülmüş təmiz çəkisi 36,098 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ sellofana bükülmüş təmiz çəkisi 22,145 kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan, arxasında “500g/001g” yazısı olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, neçə illərdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Təxminən 30-35 ildir ki, narkotik vasitə istifadə edir, amma birinci dəfədir ki, tutulur. Narkotik vasitəni satış məqsədi ilə almamış, ümumiyyətlə narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları evə girərək onu tutmuşdur. Narkotik vasitələri müxtəlif yerlərdən əldə etmişdir. Tutulmamışdan hardasa 20 gün qabaq polis əməkdaşı Güloğlan ona zəng edərək “sən kimsən, mən səni tanımıram, sənin nömrən məndə neynir?” demiş, o isə “nə bilim hardansa kimdənsə almısan” söyləmiş və Güloğlan onla görüşmək istədiyini bildirmişdir. Evin arxa tərəfinə gəlmiş, uşaq göndərib onu çağırtmışdır. Görüşən zaman ona “mənə pul ver, gedirəm yeyib-içməyə” demiş, və Sahib ona “mən sənə nəyə görə pul verməliyəm, mən narkoman adamam, xəstə adamam. Mən burada nə edirəm ki, sənə pul verim. Gəl dayan mənim evimin arxasında, qabağında gör bura bir adam gəlib-gedir?” deyə cavab vermişdir. Bunun üstündən 15 gün keçmiş, polis əməkdaşları onun evinə girmiş, təpiklə vurub divana uzadaraq evdə axtarış aparmağa başlamışlar. Evdə 1800 manat məbləğində lombarddan götürdüyü pul və kağızları da olmuş, həmin pulun lombardın pulu olduğunu qeyd edərək hara apardıqlarını soruşmuşdur. Çəkməcədən narkotik vasitənin qramını ölçdüyü, həm də toyuq-cücəsinə dərman verəndə istifadə etdiyi tərəzini də götürmüşlər. Həmin vaxt stolun üstündə heroin və metamfetamin olmuşdur. 1-ci polis bölməsinə aparılmış, bölmədə olarkən evindən aşkar edilmiş narkotik vasitə ona verilmiş, “çıxart cibindən denən mənimdir, yoxsa gedib oğlunu da gətirəcəyik, evindən də 1 kq mal çıxaracayıq” deyilmişdir. Evində aşkar olunan narkotik vasitəni tanımadığı adamdan 500 manat ödəyib borclu qalaraq almışdır. Təsərrüfatla məşğul olmuş, 500-ə yaxın toyuq-cücəsi olmuş, hətta qapısına gəlib pul istəyəndə “pulum yoxdur, amma daha qapıma gəlmisiz, yeyib-içməyə gedirsiz verim toyuq-cücə aparın” demişdir. Gələnlər Güloğlan, Azər və tanımadığı mülki geyimdə olan digər əməkdaşlar olmuşdur. Telefon nömrəsi yadından çıxmış, narkotik vasitə əldə etmək üçün kiməsə zəng etmiş, amma ondan nəsə istəyən olmamışdır. Latın dilində oxuya bilmiş, gözü yaxşı görmədiyi, həm də ağrıları çox olduğu üçün deyilən yerə qol çəkmişdir. İttihamda qeyd edilən narkotik vasitə və psixotrop maddə ona məxsus olmuş, satış məqsədi olmamış, polis əməkdaşları onun evinə qanunsuz daxil olaraq narkotik vasitə və psixotrop maddəni evindən götürüb cibinə qoyaraq çəkiliş etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 1998-ci ildən narkotik vasitə olan və psixatrop maddə istifadə edirmiş. O. narkotik vasitəni və psixatrop maddəni tanımadığı şəxslərdən əldə edirmiş və sonuncu şəxslərə pul ödəyirmiş. Saxlanılmamışdan iki gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosunun yanında tanımadığı şəxsdən 500 AZN pul ödəyərək şəxsi istifadəsi üçün ayrıayrılıqda 1 büküm narkotik vasitə heroin və 1 büküm psixatrop maddə metamfetamin almışmışdır. Narkotik vasitələri və psixatrop maddələri tüstü vasitəsi ilə qəbul edirmiş. O, narkoti vasitələri və psixatrop maddələri yaşadığı evdə özünə məxsus olan otaqda qəbul edirmiş. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən ev 557-də olan zaman tanımadığı bir neçə şəxs yaşadığı evə daxil olmuşdurlar. Sonuncular özlərini polis kimi təqdim edərək onun narkotik vasitələrin qəbulunda, istifadəsində, gəzdirilməsində, satmağında şübhəli olduqlarını bildirmişdirlər. Sonra evləri axtarmağa başlamışdırlar. Onun evində ona məxsus olan otaqda bir büküm heroin, bir büküm metamfetamin və tərəzi varmış, özlərini polis kimi təqdim edən şəxslər həmin bükümləri və elektron tərəzini götürmüşdürlər və onu da Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışdırlar. PB-də tanımadığı və özlərini polis kimi təqdim edən şəxslər ona psixoloji təsir göstərib demişdirlər ki, videoçəkilişdə qeyd etsin ki, onun evinin yanında saxlayıb PBnə gətirmişdirlər. O da sonuncular deyən kimi etmişdir. Qeyd etmişdir ki, videoçəkiliş zamanı onun üzərindən götürülmüş bükümlər və elektron tərəzi həqiqətən ona aidmiş. İfadədə verilən suallara cavab olaraq, ondan götürülmüş narkotik vasitə və psixatrop maddəni Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında tanımadığı şəxsdən 500 manata aldığını, əldə etdiyi narkotik vasitə və psixatrop maddəni öz istifadəsi üçün aldığını, narkotik satışı ilə məşğul olmadığını, lakin, əvvəllər tanıdığı şəxslərə bəzən o, yaşadığı evə gələrək ondan narkotik vasitə götürüb onunla birlikdə qəbul etdiklərini, narkotik vasitələrin satışı ilə məşğul olmadığı halda gündəlik yüksək dozada narkotik vasitə və psixatrop maddə qəbul etdiyi üçün həmişə özünə külli miqdarda narkotik vasitə və psixatrop maddə aldığını, tərəzini də həmin narkotik vasitələri və psixatrop maddələri alan zaman çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. (cild 1, iş vərəqə 123-125) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, Coral qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bölmədə olarkən vəkilin iştirakı ilə videçəkilş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd elektron tərəzini, ağ rəngli sellofana bükülmüş 02 ədəd bükümü çıxardaraq təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə olan heroin, psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni saxlanılmamışdan 02 (iki) gün əvvəl Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı İran vətəndaşından şəxsi istifadəsi üçün və bir hissəsini isə sataraq pul əldə etmək üçün aldığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili Şahid3 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri. Coral qəsəbəsi, ev 557-də qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmamış, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis kapitanı Şahid3, kriminalistik təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili X2 iştirakını təmin etmişdirlər. Saat 14:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi ərazisində fərdi evin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsinə gəlmişdirlər və orada olan zaman baş inspektor-kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar 14:20-də Təqsirləndirilən şəxs görüb sonuncunu saxlamışdırlar və özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirmişdirlər və sonuncunu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək bizimlə birlikdə 1-ci PB-nə gəlmişdir. PB-də xidmtəi otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Videogörüntü ilə şəxsi axtarış başladıqda təhqiqatçı tərəfindən təkrar olaraq Təqsirləndirilən şəxs saxlanılmasının əsasları bildirilərək, hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edilmişdir və Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə edən vəkili Leyla Bədəlova təqdim edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra sonuncuya üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş etmişdirlər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd elektron tərəzini, ağ rəngli sellofana bükülmüş 02 ədəd bükümlər aşkar olunmuşdur. Büküm açılan zaman bükümlərin birindən içərisindən spesifik iyə malik, qəhvəyi rəngli maddə, digərindən ağ rəngli kristallik maddə aşkar olunmuşdur. Həmin bükümdə nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs həmin bükümlərin birində “Kakos” yəni narkotik vasitə heroin, “Patı” yəni psixatrop maddə metamfetammin olduğunu bildirmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vasitəni saxlanılmamışdan 02 (iki) gün əvvəl tanımadığı İran vətəndaşından Bakı şəhəri, 20 yanvar ərazisində şəxsi istifadəsi üçün və bir hissəsini sataraq pul əldə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlələr elektron tərəzidə çəkilən zaman içərisində ağ rəngli kristallik kütlə olan bükümün çəkisinin çəkisinin 22,53 qram olması, içərisində qəhvəyi rəngli kütlə olan bükümün çəkisinin 40,44 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə və götürülmüş 01 ədəd gümüşü rəngli elektron tərəzi təhqiqatçı tərəfindən qabşaldırılmışdır, DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir, üzərində qeydlər aparılaraq imzalanmışdır. Daha sonra videoçəkiliş dayandırılmışdır. (Cild 1, iş vərəqə 91-93) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 557 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi və satışı barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ağ sellofana bükülmüş 02 (iki) ədəd bükümləri və 01(bir) ədəd gümüşü rəngli elektron tərəzi təqdim etmişdir. Sorğu zamanı o, həmin bükümlərin birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. (cild 1, vərəqə 24-25) “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4592 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində” “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki: 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 36,098 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir: 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 22,145 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir, 1 (bir) ədəd arxasında “500g/0,01g” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün, olnar arasında müqayisəli tədqiqat aparılmalıdı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ”- in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr"in İ siyahısına daxildir. (cild 1, iş vərəqə 31-36) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə narkotik vasitələrin satışını ehtiva edən “yarımdı gözləyirəm Mohsumgilin həyətindəyəm”, “Götür telfonu 30 manat dig götürüm”, “Sahib gəlim evdən götürüm?” və s. məzmunda çoxsaylı sms yazışmaları daxil olmuşdur. ( cild 1, iş vərəqə 99-105) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4633 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (cild 1, iş vərəqə 106-107) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35,998 qram heroin, 22,045 qram psixotrop maddə metamfetamin bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və 02 (iki) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 74; 141-150) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 89-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 557 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 108-109) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar edilməsi, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş təmiz çəkisi 35,998 qram heroin, 22,045 qram psixotrop maddə metamfetamin bir ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Muştaba oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Muştaba oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Muştaba oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Muştaba oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Muştaba oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş təmiz çəkisi 35,998 qram heroin, 22,045 qram psixotrop maddə metamfetamin bir ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs Muştaba oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs Muştaba oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-39/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-39/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver