Məhkəmə qərarları › İş №1(124)-39/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-39/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-39/2024 28.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslərin hüquqi varisləri- X10 və X4, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 12 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, 2 aprel 1994-cü il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatda olan, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10, 185.2.1 və 245-ci maddələri, xx xxxxxx 1993-cü il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 185.2.1 və 245-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu istifadəsində olan mobil telefonunun ***-***-**- ** nömrəsi və internet şəbəkəsi üzərindən “Whatsapp” mobil tətbiqi proqram təminatı vasitəsilə mütəmadi əlaqə saxlamaqla yaxın münasibətdə olduğu, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, xx xxxxxx 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 6 iyul 2017-ci il tarixdə müxtəlif saatlarda, axırıncı dəfə isə saat 18.05-də sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə özünün ***-***-**-** mobil nömrəsi vasitəsi ilə zəngləşib görüşmək üçün Yergüc kənd yolunun Xaçmaz-Quba avtomobil yolu ilə kəsişdiyi yerə dəvət etmiş, bundan sonra əmisi oğlu, xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə görüş yeri istiqamətində piyada hərəkət edib saat 23 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs2 ilə görüşüb Quba rayonuna doğru piyada gəzərək söhbət edərkən 7 iyul 2017-ci il tarixə keçən gecə, saat 01 radələrində “İntizar Plaza” şadlıq sarayının qarşısına çatıb, yolboyu Zərərçəkmiş şəxs2 ilə saat 23.45-dən etibarən bir neçə dəfə ***-***-**-** nobil nömrə vasitəsi ilə telefon əlaqəsi saxlayan, sonuncu ilə əvvəllər yaxın münasibətləri olmuş, eyni zamanda özünün də tanıdığı və bir neçə dəfə evində qonaq kimi qəbul etdiyi avtomobil ustası kimi fəaliyyət göstərən Xaçmaz rayonunun Müşkür kənd sakini, xx xxxxxx 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz- 2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlib onlarla qarşılaşmış, telefon zənglərinə gec cavab verməsini və gecə başqa oğlanlarla piyada hərəkət edib söhbət etməsini əsas gətirərək qısqanclıq niyyəti ilə Zərərçəkmiş şəxs2 bir dəfə sillə ilə vurmuş, Zərərçəkmiş şəxs2 sillədən təsirlənib Zərərçəkmiş şəxs1 onun dostu olduğu halda bacıları barəsində nalayiq ifadələr işlətməsini ona və Təqsirləndirilən şəxs2 bildirmiş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 dediyi sözlərdən hiddətlənib yol kənarında saxladığı avtomobilindən istintaqa məlum olmayan formalı və ölçülü vintaçanı götürüb Zərərçəkmiş şəxs2 boğaz nahiyyəsinə bir neçə dəfə zərbə vurub xəsarət yetirmiş, o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 xəsarət alaraq yerə yıxıldığını görüb hər üçü birlikdə aldığı xəsarətlərdən hərəkət etməkdə çətinlik çəkən Zərərçəkmiş şəxs2 avtomobilin arxa sağ oturacağına qoyub, özü avtomobilin ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs2 sürücü oturacağının arxasında, Zərərçəkmiş şəxs1 isə sükan arxasında oturduqdan sonra onu aldadaraq pay torpaq sahəsində düşəcəkləri adı ilə Xaçmaz rayonu Yergüc kəndində təxminən 2 kilometr 800 metr məsafədə yerləşən bağ sahəsinə sürdürüb avtomobili saxlatmış, ətrafda hər hansı yaşayış evlərinin və kənar şəxslərin olmamasından fürsət kimi istifadə edib Zərərçəkmiş şəxs1 avtomobildən düşməsini və onun ailə üzvləri barəsində əvvəllər xoşagəlməz ifadələr deməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini tələb etmiş, sonuncu ilə birlikdə avtomobildən düşüb ailə üzvlərinə məxsus olan pay torpaq sahəsi istiqamətində hərəkət edərkən Zərərçəkmiş şəxs1 təkzibedici sözlərinə məhəl qoymayıb, ailə üzvləri barədə dediyi sözləri özünə qarşı təhqir kimi qəbul edib aralarında yaranmış mübahisənin gedişində sonuncunu cəzalandıraraq ondan qisas almaqla qəsdən öldürmək qərarına gəlib bunu arzu etməklə, özündə cinayət törətmək qətiyyətini yaradıb törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk edərək istintaqla müəyyən edilməyən mənbədən əldə edib üzərində gəzdirdiyi istintaqa dəqiq məlum olmayan formalı və ölçülü bıçaqla üzbəüz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 boğaz nahiyyəsinə öldürmək məqsədilə ardıcıl bir neçə dəfə qəsdən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan zərbələr endirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, daha sonra bədən xəsarətləri alması nəticəsində hərəkətsiz vəziyyətdə qalmaqla hər hansı formada müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2, əmisi oğlu Təqsirləndirilən şəxs2 yanında onun törətmiş olduğu qəsdən adam öldürmə cinayət əməlinə şahidlik edəcəyini dərk edib, bu cinayəti ört-basdır etməklə gizlətmək məqsədilə Zərərçəkmiş şəxs2 da qətlə yetirməklə bağlı niyyətini Təqsirləndirilən şəxs2 bildirərkən, sonuncu onunla razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk edib bunu arzulamaqla hazırladıqları cinayətkar plana uyğun olaraq yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 öldürmək, Zərərçəkmiş şəxs1 öldürülməsi faktını isə gizlətmək məqsədilə əvvəlcə Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs1 meyitini götürüb Zərərçəkmiş şəxs2 yanında avtomobilin arxa oturacağına uzatmış, özü avtomobildə sükan arxasında, Təqsirləndirilən şəxs2 isə ön sərnişin oturacağında oturub qabaqcadan əlbir olan bir qrup şəxs qismində AA 593275 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ev 12, mənzil 23-də qeydiyyatda olan X9 məxsus və etibarnamə əsasında Xaçmaz rayonunun Müşkür kənd sakini Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunmuş «VAZ-2106» markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə idarə edib “İntizar Plaza” şadlıq sarayı istiqamətində geri qayıdaraq əks istiqamətdə şadlıq evinin qarşısından 6600 metr hərəkət edib Quba rayonunun, Küpçalqışlaq kəndi ərazisindən keçən Qudyalçay çayının üzərindəki körpünün yanında, yol kənarında üzü çayın məcrasına tərəf saxlayıb özləri avtomobildən düşdükdən sonra birlikdə həmin avtomobili çayın maili sahili ilə qurumaqda olan çayın içərisinə itələməklə körpünün altına salaraq yük yerindən plasmas qabın içərisində olan alışdırıcı (benzin) məhlulu avtomobilin içərisinə, habelə Zərərçəkmiş şəxs1 meyiti və köməksiz vəziyyətdə, yaralı olan, hərəkət etmək, o cümlədən hər hansı müqavimət göstəmək, özünü xilas etmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2 üzərinə birlikdə töküb özlərində olan alışdırıcı ilə yandırmaqla yol-nəqliyyat hadisəsi görüntüsü yaradaraq özü təklikdə Zərərçəkmiş şəxs1 qisas motivi ilə qəsdən öldürüb həyatdan məhrum etdikdən sonra Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, başqa cinayəti gizlətmə məqsədi ilə şüurlu şəkildə xüsusi qəddarlıq və rəhmsizlik nümayiş etdirib diri-diri yandırmaq üsulu ilə zərərçəkmiş şəxsin termiki yanıqların törətdiyi yanıq şoku nəticəsində ölümünə səbəb olmaqla xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 öldürərək təkrarən digər şəxsi qəsdən həyatdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində AA 593275 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ev 12, mənzil 23-də qeydiyyatda olan X9 məxsus və etibarnamə əsasında Xaçmaz rayonunun Müşkür kənd sakini Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunmuş 1984-cü il istehsallı, «VAZ-2106» markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı, tünd bejeviy rəngə, mühərrik nömrəsi 7386736, ban nömrəsi XTA210630E1025604 olan avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 cəsədini yandırmaqla meyit üzərində təhqiredici hərəkət etmişdir. Təqsirləndirilən şəxs2 6 iyul 2017-ci il tarixdə saat 22.30 radələrində əmisi oğlu və həmkəndlisi 2 aprel 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu ilə Xaçmaz rayonu Yergüc kəndi ərazisində kənd yolunda görüşdükdən sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonunun ***-***-**-** nömrəsi və internet şəbəkəsi üzərindən “Whatsapp” mobil tətbiqi proqram təminatı vasitəsilə mütəmadi əlaqə saxlamaqla yaxın münasibətdə olduğu, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, xx xxxxxx 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 6 iyul 2017-ci il tarixdə müxtəlif saatlarda, axırıncı dəfə isə saat 18.05-də sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəngləşib Zərərçəkmiş şəxs2 görüşmək üçün Yergüc kənd yolunun Xaçmaz-Quba avtomobil yolu ilə kəsişdiyi yerə dəvət etmiş, bundan sonra onunla birlikdə görüş yeri istiqamətində piyada hərəkət edib saat 23 radələrində Yergüc kənd yolunun Xaçmaz- Quba avtomobil yolu ilə kəsişdiyi yerdə Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncu ilə Təqsirləndirilən şəxs1 Quba rayonuna doğru piyada gəzərək söhbət edərkən onların arxasınca hərəkət edib 7 iyul 2017-ci il tarixə keçən gecə, saat 01 radələrində birlikdə “İntizar Plaza” şadlıq sarayının qarşısına çatmış, yolboyu Zərərçəkmiş şəxs2 ilə saat 23.45-dən etibarən bir neçə dəfə ***-***-**-** nobil nömrə vasitəsi ilə telefon əlaqəsi saxlayan, sonuncu ilə əvvəllər yaxın münasibətləri olmuş, eyni zamanda özünün də tanıdığı və avtomobil ustası kimi fəaliyyət göstərən Xaçmaz rayonunun Müşkür kənd sakini, xx xxxxxx 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-2106” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlib onlarla qarşılaşmış, telefon zənglərinə gec cavab verməsini və gecə başqa oğlanlarla piyada hərəkət edib söhbət etməsini əsas gətirərək qısqanclıq niyyəti ilə Zərərçəkmiş şəxs2 bir dəfə sillə ilə vurmuş, Zərərçəkmiş şəxs2 sillədən təsirlənib Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 dostu olduğu halda sonuncunun bacıları barəsində nalayiq ifadələr işlətməsini Təqsirləndirilən şəxs1 və ona bildirmiş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 dediyi sözlərdən hiddətlənib yol kənarında saxladığı avtomobilindən istintaqa məlum olmayan formalı və ölçülü vintaçanı götürüb Zərərçəkmiş şəxs2 boğaz nahiyyəsinə bir neçə dəfə zərbə vurub xəsarət yetirmiş, o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xəsarət alaraq yerə yıxıldığını görüb hər üçü birlikdə aldığı xəsarətlərdən hərəkət etməkdə çətinlik çəkən Zərərçəkmiş şəxs2 avtomobilin arxa sağ oturacağına qoyub, Təqsirləndirilən şəxs1 avtomobilin ön sərnişin oturacağında, özü sürücü oturacağının arxasında, Zərərçəkmiş şəxs1 isə sükan arxasında oturduqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldadaraq pay torpaq sahəsində düşəcəkləri adı ilə Xaçmaz rayonu Yergüc kəndində təxminən 2 kilometr 800 metr məsafədə yerləşən bağ sahəsinə sürdürüb avtomobili saxlatmış, Təqsirləndirilən şəxs1 ətrafda hər hansı yaşayış evlərinin və kənar şəxslərin olmamasından fürsət kimi istifadə edib Zərərçəkmiş şəxs1 avtomobildən düşməsini və özünün ailə üzvləri barəsində əvvəllər xoşagəlməz ifadələr deməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini tələb etmiş, sonuncu ilə birlikdə avtomobildən düşüb ailə üzvlərinə məxsus olan pay torpaq sahəsi istiqamətində hərəkət edərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 təkzibedici sözlərinə məhəl qoymayıb, ailə üzvləri barədə dediyi sözləri özünə qarşı təhqir kimi qəbul edib aralarında yaranmış mübahisənin gedişində sonuncunu cəzalandıraraq ondan qisas almaqla qəsdən öldürmək qərarına gəlib bunu arzu etməklə, özündə cinayət törətmək qətiyyətini yaradıb törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk edərək istintaqla müəyyən edilməyən mənbədən əldə edib üzərində gəzdirdiyi istintaqa dəqiq məlum olmayan formalı və ölçülü bıçaqla üzbəüz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 boğaz nahiyyəsinə öldürmək məqsədilə ardıcıl bir neçə dəfə qəsdən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan zərbələr endirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, daha sonra bədən xəsarətləri alması nəticəsində hərəkətsiz vəziyyətdə qalmaqla hər hansı formada müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2 və onun yanında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürməsi ilə bağlı törətmiş olduğu qəsdən adam öldürmə cinayət əməlinə şahidlik edəcəyini dərk edib, bu cinayəti ört-basdır etməklə gizlətmək məqsədilə Zərərçəkmiş şəxs2 qətlə yetirməklə bağlı öz niyyətini ona bildirərkən, o, Təqsirləndirilən şəxs1la razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk edib bunu arzulamaqla hazırladıqları cinayətkar plana uyğun olaraq yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 öldürmək, Zərərçəkmiş şəxs1 öldürülməsi faktını isə gizlətmək məqsədilə əvvəlcə Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 meyitini götürüb Zərərçəkmiş şəxs2 yanında avtomobilin arxa oturacağına uzatmış, Təqsirləndirilən şəxs1 avtomobildə sükan arxasında, özü isə ön sərnişin oturacağında oturub qabaqcadan əlbir olan bir qrup şəxs qismində AA 593275 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ev 12, mənzil 23-də qeydiyyatda olan X9 məxsus və etibarnamə əsasında Xaçmaz rayonunun Müşkür kənd sakini Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunmuş «VAZ-2106» markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə idarə edib “İntizar Plaza” şadlıq sarayı istiqamətində geri qayıdaraq əks istiqamətdə şadlıq evinin qarşısından 6600 metr hərəkət edib Quba rayonunun, Küpçalqışlaq kəndi ərazisindən keçən Qudyalçay çayının üzərindəki körpünün yanında, yol kənarında üzü çayın məcrasına tərəf saxlayıb avtomobildən düşdükdən sonra birlikdə həmin avtomobili çayın maili sahili ilə qurumaqda olan çayın içərisinə itələməklə körpünün altına salaraq yük yerindən plasmas qabın içərisində olan alışdırıcı (benzin) məhlulu avtomobilin içərisinə, habelə Zərərçəkmiş şəxs1 meyiti və köməksiz vəziyyətdə, yaralı olan, hərəkət etmək, o cümlədən hər hansı müqavimət göstəmək, özünü xilas etmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2 üzərinə birlikdə töküb özlərində olan alışdırıcı ilə yandırmaqla yol-nəqliyyat hadisəsi görüntüsü yaradaraq Təqsirləndirilən şəxs1 təklikdə Zərərçəkmiş şəxs1 qisas motivi ilə qəsdən öldürüb həyatdan məhrum etdikdən sonra Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, başqa cinayəti gizlətmə məqsədi ilə şüurlu şəkildə xüsusi qəddarlıq və rəhmsizlik nümayiş etdirib diri-diri yandırmaq üsulu ilə Zərərçəkmiş şəxs2 termiki yanıqların törətdiyi yanıq şoku nəticəsində ölümünə səbəb olmaqla xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 öldürərək digər şəxsi qəsdən həyatdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində AA 593275 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ev 12, mənzil 23-də qeydiyyatda olan X9 məxsus və etibarnamə əsasında Xaçmaz rayonunun Müşkür kənd sakini Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunmuş 1984-cü il istehsallı, «VAZ-2106» markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı, tünd bejeviy rəngə, mühərrik nömrəsi 7386736, ban nömrəsi XTA210630E1025604 olan avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs1 cəsədini yandırmaqla meyit üzərində təhqiredici hərəkət etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. İdarədə onu döyüb cinayət hadisəsini öz üzərinə götürməyə məcbur etmişdirlər. 3 saylı istintaq təcridxanasında ona işgəncə vermiş və iynə vurmuşdurlar. 3 gün boyunca cərəyan verilməsi və üzərinə su tökülməsi kimi işgəncələrə məruz qalmışdır. Cinayət hadisəsini onun törətdiyi barədə ifadəni məcburi formada imzalamışdır. Həyatı təhlükəyə məruz qalmasın deyə boş vərəqləri və Kamranın verdiyi ifadəni imzalamışdır. Kamran Rəhmanın qaynıdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 322 nömrəli mobil telofondan istifadə etmiş və həmin telefonda “whatsapp” tətbiqi olmuşdur. Xaçmazda yaşamışdır. Ülviyyəni tanımış amma ailəsini tanımamışdır. Ülviyyə tüfeyli həyat yaşamışdır. Onunla görüşmüşdür. Rəhmanı da yaxşı insan kimi tanımışdır. Rəhman usta olmuş onun maşınını da təmir etmişdir. Hadisə törədilən vaxt onun maşını olmamışdır. Eşitdiyinə və gördüyünə görə Rəhmanın “06”-sı olmuşdur. Onun maşının rəngini bilməmişdir. Onunla arasında düşmənçilik olmamışdır. Ülviyyə ilə telefon danışıqlarının olması yadında deyil, amma telefonda danışdıqları barədə məlumat var. Hadisə törədilən vaxt heç biri ilə görüşməmişdir. Əmisi oğlu ilə də bir yerdə olmamışdır. Növbəti gün Əflatunu qoluna görə Qubaya aparmalı olmuşdur. Ülviyyə ilə zəng sayı yadında deyil. Çox güman ki, 1-2 dəfə zəng etmişdir. Quba rayon polis şöbəsinə, daha sonra prokurorluğa aparılmışdır. Kamranın ona qarşı şikayət ərizəsinə görə çağırılmış və ifadəsi alınmışdır. Çox dindirilmişdir. Polis materialları düzgün yazılmamış, işgəncələrə görə şikayət etmişdir. Onu 3 saylı istintaq təcridxanasında şikayət etməyə qoymamışdırlar. Baş Prokrorluğa şikayət ərizəsi yazmışdır. Bu işə baxılanda 3 saylı istintaq təcridxanasında olmuşdur. Dindirmədə hadisənin onun törətdiyini deməmişdir. Şübhəli şəxs kimi bir neçə ay sonra dindirilmişdir. 18 may 2022-ci ildə etiraf ərizəsini o yazmamışdır. Əflatunun qolu kesilmiş, lakin qolunun kəsilmə səbəbini bilməmişdir. Qubaya xəstəxanaya birlikdə getmişdir. Qubada qolunu tikmişdirlər. Amma orada Əflatunu tam müalicə edə bilmədikləri üçün Bakıya göndərmişdirlər. Əflatunun qolunun vətəri kəsilmişdir. Qolunun xəsarət alması cinayət hadisəsindən bir neçə gün əvvəl olumuşdur. Qolu sarğılı olmuş və fəaliyyətini itirmişdir. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu Azərbaycan Respublikası CM-in 120.1, 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10, 185.2.1 və 245-cü maddələri ilə ona elan edilmiş 15 sentyabr 2022-ci il tarixli ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilməsə də cinayətin törədilmə mexanizmini və işin faktiki hallarını təsfir edərək ifadəsində göstərmişdir ki, əvvəllər özünə məxsus VAZ 21015 markalı avtomaşınla taksi fəaliyyəti ilə məşqul olmuş, Zərərçəkmiş şəxs2 taksi kimi fəaliyyət göstərən zaman tanımış və aralarında yaxın münasibət yaranmışdır. Zərərçəkmiş şəxs1 rəngsaz kimi tanımış, əvvəllər özünə məxsus avtomaşını Rəhmana təmir etdirmişdir. Rəhman ilə mehriban münasibəti olmuş, əvvəllər oturub bir yerdə çörək yemiş, Ülviyyə isə əxlaqsız qadın olmuş, yüngül həyat tərzi keçirmişdir. 06 iyul 2017-ci il tarixdə saat 22:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə zəngləşib Xaçmaz rayonu Yergüc kəndi ərazisində görüşmüşdür. Həmçinin həmin vaxtı o, gün ərzində Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlamışdır. Ülviyyə saat təxminən 22-23 radələrində onunla görüşmək istədiyini bildirmişdir. Buna görə də o, əmisi oğlu Əflatun ilə birlikdə Xaçmaz rayonun Yergüc kəndinin dayanacağına getmiş, orada təxminən həmin vaxta Zərərçəkmiş şəxs2 ilə görüşmüşdür. Ülviyyə ilə birlikdə söhbət edərək həmin yerdən Quba rayonu, “İntizar Plaza” şadlıq sarayı istiqamətində hərəkət etməyə başlamışdır. Həmin zaman Əflatun onların arxasınca gəlmişdir. Orada həmçinin yerləşən “Ərzurum” kafesində də çay içə biləcəklərini fikirləşmiş, lakin, gəzərkən Ülviyyənin getmək istədiyini görmüşdür. Yolda Ülviyyə ilə hal əhval tutub söhbət edəndə, xatırladığı qədəri ilə Ülviyyə ona alış veriş etdiyini, gün ərzində nə ilə məşqul olması barədə danışmışdır. Həmçinin Ülviyyə ona "biraz gəzək, maşın gəlib məni götürəcək" sözlərini demişdir. Kimin, hansı maşında gəlib onu götürəcəyi barədə heç bir məlumatı olmamışdır. Hadisədən xeyli müddət keçdiyi üçün Ülviyyənin bundan başqa onunla nə barədə danışdığını xatırlamır. Hava həmin vaxtı yaxşı, yəni gəzmək üçün əlverişli olmuşdur. Ülviyyə ilə görüşəndən sonra təxminən 40-45 dəqiqə piyada yolun sağı ilə hərəkət etmişlər. Yolda söhbətləşərək gəzdiyi zaman Ülviyyəyə çox sayda zənglər gəlmiş, sonuncu bəzi zənglərə cavab verib danışmış, bəzi zəngələrə isə cavab verməmişdir. Ülviyyə həmçinin ona bir söz deyəcəyini, oraya bir adamın da gələcəyini demişdir. “İntizar Plaza” şadlıq sarayına çatana yaxın yolun sağında Yergüc kəndində olan bağ sahələrinə gedən torpaq yolun başlanğıcında Rəhman ilə qarşılaşmışdır. Həmin zaman Zərərçəkmiş şəxs1 ora özünə məxsus Vaz 2106 markalı avtomobil ilə gəlmişdir. Rəhmana orada olduqlarını Ülviyyə demişdir. Rəhman maşından düşən kimi Ülviyyəyə nəyə görə onu görüşə çağırıb ancaq telefon zənglərinə cavab vermədiyini bildirib əsəbləşərək Ülviyyənin üzünə bir sillə vurmuş, bu zərbədən sonra Ülviyyə yerə yıxılmışdır. Ülviyyə həmin zaman Rəhmanın onun ailə üzvləri haqqında xoşagəlməz sözlər işlətdiyini söyləmişdir. Tarixini dəqiq xatırlamadığı vaxtda Rəhmanı evlərində təşkil olunan ehsana dəvət etmiş, Rəhman ehsandan gedəndən sonra Ülviyyənin yanında onun arxasınca danışıb, konkret olaraq ehsanda onun ailə üzvləri olan qadınlar və gəlinlər haqqında uyğun olmayan ifadələr səsləndirmişdir. Ülviyyə də hadisə vaxtı “Osman üçün nə deyirdinsə indi denən də onun üzünə” sözlərini Rəhmanın üzünə qarşı demiş, Rəhman da qayıdıb "nə demişəm" sözünü deyəndə Ülviyyə də "o gün belə demirdin" sözlərini demişdir. Ülviyyə Rəhmanın ehsandan gələndən sonra “ehsanda olan qadınlar xoşuma gəlib, orada xoşagəlimli qadınlar var” sözlərini ona dediyini xatırlatmışdır. Halbuki, Rəhmanı ehsana çağırıb ona çörək vermişdir. Bundan sonra Ülviyyə ayağa qalxmış və mübahisə başlamışdır. Həmin vaxta qədər bu deyilənlər barədə onun məlumatı olmamış, Ülviyyə orada ilk dəfə bu barədə ona məlumat vermişdir. Rəhman təkidlə Ülviyyəyə belə bir şey demədiyini söyləyəndə Ülviyyə Rəhmana “filan vaxtı filan kafedə sən mənə bu sözləri demisən” sözlərini demişdir. Bundan sonra Rəhman təxminən 2 metr yaxınlığında olan maşından siqaret götürmək adı ilə getmiş, o, maşının arxa sağ tərəfində dayanmışdır. Rəhman maşını yolun kənarında daş, çınqıl olan yerdə saxlamışdır. Rəhman qəfildən avtomobildən vintaçan götürüb Ülviyyəyənin boyun nahiyəsinin sağ tərəfindən sağ əli bir neçə dəfə zərbə vurmuşdur. O və Əflatun həmin vaxtı Rəhmana müdaxilə edə bilməmişdir. Rəhmana “əgər bu sözü deməmisənsə, nəyə görə qızı vurdun, niyə belə elədin, əgər demisənsə denən demişəm, əgər deməmisənsə Ülviyyənin nə günahı var ki onu vurursan?!" sözlərini demişdir. Rəhman Ülviyyəyə vintaçan ilə zərbə vuranda həmin vaxtı ona da zərbə dəyəcəyindən ehtiyyat etmişdir. Vintaçan ilə vurandan sonra Ülviyyə yerə yıxılmış, sızıldamağa başlamışdır. Ülviyyənin üzərində qan ləkələri görmüş, Rəhman ilə birlikdə onu götürüb maşına yerləşdirmişdir. Rəhmana niyə görə belə etdiyini söyləyib iradını bildirmiş, habelə Rəhmana “vurmusan götür apar indi, mən çıxıb gedirəm” sözlərini demişdir. Rəhman ona bağ sahələrinə apara biləcəyini, sonra oradan da Ülviyyənin özünün tanıdığı həkimə aparacağını demişdir. Hadisədən qabaq bağ sahələrinə su açdığı üçün qayıtmaq istəmiş, buna görə də Rəhmanla razılaşmışdır. Rəhmanla birlikdə Ülviyyəni maşının arxa sağ tərəfinə qoymuş, hadisə zamanı Əflatun kənarda olmaqla çaşıb qalmışdır. Özü maşında qabaqda, Əflatun isə maşının arxa sol tərəfinə əyləşmişdir. Yolda gedərkən bağına 500-600 metr qala maşından düşmək istəmişdir. Mübahisə olan yer ilə ailəsinə məxsus bağ sahəsi arasında məsafə təxminən 800 metr olmuşdur. Ailəsinə məxsus bağ sahəsi Yergüc kəndi ərazisində yerləşsə də Bəyaoba kəndi bağları ərazisinə də yaxındır. Rəhman təkidlə onu bağa düşürtməyə çalışmış, sonuncun əsəbi olduğunu bundan hiss etmişdir. Bağa çatandan sonra maşından düşüb sağollaşmaq istəyəndə Rəhmanın da maşından düşdüyünü görmüşdür. Rəhman onunla söhbəti etmək istəyini bildirib, əgər belə bir söz deyibdirsə onu üzrlü hesab etməsini, bir yerdə çörək kəsdiklərini, belə olmasını istəmədiyini demişdir. Əmisi oğlu Əflatun da maşından düşüb maşının yanında dayanmışdır. Rəhmanla maşından düşəndən sonra bir qədər arxa tərəfə doğru irəliləyib hərəkət edərək söhbətə davam etmişdir. Həmin zaman Ülviyyəyə xəsarət yetirilən vintaçanı Rəhmanın sağ əlində görmüşdür. Rəhman etdiyi əmələ görə üzrxahlıq etsə də ona "əgər belə bir şey eləmisənsə denən ki eləmişəm, Ülviyyəni vurmusan apar xəstəxanaya çatdır" sözlərini demişdir. Bundan sonra Rəhman sol əli ilə onun başına yumruq vurmuş, vintaçanı Rəhmanın əlində gördüyü üçün o, üzərində gəzdirdiyi bıçağı çıxardıb sol əli ilə Rəhmanın boğaz nahiyəsindən bıçaqla zərbələr endirmişdir. Həmin bıçaq onun üzərində əvvəldən olmuş, ümumiyyətlə yolunun uzaq olmağı və həmin yolda vəhşi heyvanların çox olması səbəbindən üzərində bıçaq gəzdirmişdir. Həmin bıçaq sol tərəfdə belində olmuş, əlamətlərinə görə açılıb-bağlanan, düyməli, qara rəngli sapı olmuşdur. Bıçağın ölçüsü təxminən bir barmaqdan biraz yuxarı olmuşdur. Həmin bıçaqla Rəhmanın sol boğaz nahiyəsinə sol əli ilə xəsarət yetirmişdir. Solaxay deyil, bıçaq sol əlində olduğu üçün və Rəhmanın əlində olan vintaçan görə ehtiyat etdiyi üçün, yəni, Rəhmanın zərbəsini sağ əli ilə tuta biləcəyini düşünüb sonuncuya sol əli ilə bıçaqla zərbə endirmişdir. Rəhmana 2 dəfədən artıq zərbə endirdiyinı xatırlamır. Bu proseslərdə Əflatun Rəhmana məxsus və ora gəldikləri VAZ 2106 markalı maşının yanında olmuşdur. Əflatun onların mübahisəsinə müdaxilə etməmiş və görməmişdir. Rəhman ona vintaçan ilə vurmaq istədiyi üçün özünü müdafiə etmək məqsədi ilə bıçaqla sonuncuya xəsarət yetirmişdir. Rəhmana bıçaqla xəsarət yetirdikdən sonra sonuncu yerə yıxılmış, hərəkətsiz və səssiz qaldığı üçün onun öldüyünü başa düşmüşdür. Qaranlıq olduğu üçün Rəhmanın hansı istiqamətdə yıxıldığını görməmişdir. Bundan sonra təxminən 20-30 metr məsafədə olan maşının yanına getmiş, maşının yanına gələndə maşının işlək vəziyyətdə olduğunu, işıqların yandığını görmüşdür. Əflatuna Rəhman ona xəsarət yetirmək istəyəndə sonuncunu bıçaqla vurduğunu demişdir. Əmisi oğlu Əflatunun qolu yaralı olduğu üçün sonuncu Rəhmanın meyitinin bir hissəsindən tutaraq avtomobilə qoyulmasına ona kömək etmişdir. Rəhmanın meyitini maşının arxa sol tərəfinə qoymuş, Ülviyyə isə arxa sağ tərəfdə olmuşdur. Bundan sonra oradan uzaqlaşmaq üçün maşına oturmuş və Quba şəhəri istiqamətdə hərəkət etməyə başlamışdır. Oradan Quba rayonu Yelenofka kəndi istiqamətində getmiş, sonradan geri qayıtmışdır. Qayıdıb gələndə çayın üzərində olan körpünün yanında maşının təkər partlamış, maşın sağa, yolun kənarına düşmüşdür. Əmisi oğlu Əflatun özünü maşından kənara atmışdır. Bundan sonra maşını həmin yerdə Qudyalçaya atmaq qərarına gəlmiş, bu məqsədlə maşının arxasından itələmiş, maşın çayın kənarına düşmüşdür. Düşəndən sonra avtomobilin yük yeri açılmış, o, maşının işıqlarını söndürmüşdür. Əflatun yük yerində içərisində benzin məhlulu olan plastik yağ qabını görmüş, həmin qab təxminən 4 litr həcmə malik olmuş, boz təhər, açıq bəyaz rəngli olmuşdur. Həmin benzini Əflatun maşını içərisinə tökmüşdür. Məqsədi maşını orda qoyub getmək olsa da Əflatun ilə birlikdə anidən olaraq benzin tökərək avtomobili yandırmağı fikirləşmişdir. Əflatun benzini maşının içərisinə qabaq və arxa hissəsinə tökmüş, sonra yandırmışdır. Həmin zaman maşının arxasında Ülviyyə ilə Rəhmanın meyiti olmuş, onların üzərilərinə heçnə örtülməmişdir. Benzini Əflatun tökərkən o, hər hansı köməklik göstərməmiş, avtomobilin alışqan və kibrit ilə yandırılmasını dəqiq xatırlamamışdır. Əflatun siqaret çəkdiyi üçün alışdıran əşya onun üzərində olmuşdur. Avtomobili yandırdıqdan sonra çıxıb bağların içi ilə, qısa yollarla evə getmişdir. Rəhmana xəsarət yetirdiyi bıçağı avtomobili yandırandan sonra həmin yerdən təxminən 200-300 metr kənarda çayın daşlıq hissəsinə atmış, həmin zaman orada su axıntısı olmamışdır. Paltarlar üzərində qan ləkəsi olduğundan gətirib evdə saxlamış, səhəri günü evindən 500- 600 metr aralı olan yerdə, bağ sahəsində yandırmışdır. Hadisədən sonra Əflatun da öz evinə getmişdir. Evə çatdığı vaxtı dəqiq xatırlamasa da həmin zaman evə gəldiyini heçkim hiss etməmişdir. Hadisə ərəfələrində atası ona zəng edərək harada olduğunu soruşmuş, atasına gəlib çatdığını söyləmişdir. Ona həmin zaman başqa kimlərin zəng elədiyini xatırlamır. Evə gedəndə mənzilə girməmiş, evin yanında olan tikilidə qalmışdır. Əflatun hardasa dalaşdığı və ya qolunu şüşə kəsdiyi üçün xəsarət almasını dəqiq xatırlamır. Hadisə vaxtı Əflatunun qolu sarğılı olmuşdur. Hadisə baş verən zaman əynində qara rəngli, üzərində naxış olmayan qısa qol köynək və qara rəngli cins şalvar olmuş, Əflatunun üzərində olan paltarları xatırlamamışdır. Xatırladığı qədəri ilə Rəhmanın əynində qara-sarı rəngli 3 düyməli qısaqol köynək və göy rəngli cins şalvar, Ülviyyənin əynində qara parçadan hazırlanmış şalvar və göy rəngli qısa qol kofta olmuşdur. Rəhmanın Ülviyyəni vurmaqda istifadə elədiyi vintaçanı Rəhman ilə mübahisə edəndə sonra görməmiş, sonrada axtarmamışdır. Vintaçanın sapı plastik materialdan olmaqla bir tərəfli olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsində olan telefonlar ilə bağlı heç bir məlumatı olmamışdır. Markasını bilməsə də Ülviyyənin həmin zaman telefonu üzərində olmuş, sonradan isə həmin telefonu görməmişdir. Ülviyyənin telefonunda “whatsapp” mobil tədbiqi olmaqla iki mobil nömrəsi olmuşdur. Rəhmanın isə neçə mobil nömrəsi olduğunu bilməmişdir. Əflatunun həmin zaman istifadə elədiyi telefonun markasını xatırlamır. Həmin zaman iki mobil nömrəsi olmuş, Əflatuna hansı nömrəsi ilə zəng etdiyini xatırlamamışdır. Hadisə baş verən gün Ülviyyə ilə 1-2 dəfə telefon əlaqəsi saxlamış, əlaqə zamanı Ülviyyədən hal əhval alıb harada olduğunu soruşmuşdur. Ülviyyə onunla hadisə günü görüşəndə də sonuncunun əvvəlcədən kimlərlə görüşməsi və harada olması barədə məlumatı olmamışdır. Ülviyyə ilə həmin günü görüşməyinə sonuncu təşəbbüs göstərmişdir. Hadisə barədə sonradan heç kesə heçnə deməmişdir. Hadisə baş verəndən sonra maşını və meyitləri yandırmağının qisas olmadığını, Əflatun ilə anidən belə bir fikrə gəldiklərini bildirmişdir. Əflatun ilə birlikdə avtomobili yandırmaq qərarına gəlib birgə təşəbbüs göstərmişlər. Həmin gün aralarında baş verən hadisələri kənardan görən şəxs olmamışdır. Hadisən əvvəl və sonra Təqsirləndirilən şəxs2 ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət, düşmənçilik, hər hansı formada narazılıq olmamışdır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vintaçan ilə xəsarət yetirən zaman onun və əmisi oğlu Əflatunun hər hansı bir formada Rəhmanın qarşısını almaq imkanı olmamış, müdaxilə etmək istəyəndə artıq gec olmuşdur. Hadisə baş verən günü səhəri yuxudan durandan sonra Əflatun ilə Quba şəhərinə, həkimə getmişdir. 07 iyul 2017-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb həkimə getmək mövzusunda danışmışdır. Xəsarət Əflatunun sağ qolunda olmuşdur. Zərərçəkmiş şəxs1 avtomobilinin yük yerində içərisində benzin olan plastik yağ qabından istifadə edəndən sonra onu maşının içərisinə, qabaq oturacağa atmışlar. Zərərçəkmiş şəxs1 spirtli içki qəbul edən və siqaret çəkən olmuşdur. Zərərçəkmiş şəxs2 spirtli içki qəbul etdiyini görsə də siqaret çəkdiyini görməmişdir. Hadisə zamanı o və əmisi oğlu Təqsirləndirilən şəxs2 spirtli içki, narkotik maddə və ya psixotrop maddə qəbul etməmişlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə zamanı spirtli içki, narkotik maddə və ya psixotrop maddə qəbul etmələri barədə məlumatı olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs2 təxminən saat 22-dən sonra zəng etmiş, Ülviyyə isə “Whatsapp” programı vasitəsilə onu təxminən saat 23 radələrində görüşə çağırmışdır. Ülviyyə "bekarsansa çıx yola gəzək" deyərək onu görüşə çağırmışdır. Əvvəllər də bu qaydada Ülviyyə ilə görüşüb yol kənarında gəzmişdir. Ülviyyə eyni zamanda Rəhmanla da görüşüb əlaqədə olmuş, ümumiyyətlə Ülviyyənin çox adamla münasibəti olmuşdur. Hadisədən bir qədər sonra telefonunu tanışı Xaçmaz rayonu, Sərkərli kənd sakini Asifə satmışdır. Həmçinin hadisə gününün səhəri daha smartfon tipli telefonu işlətmək istəmədiyi üçün telefonunu yeznəsi Bəhruz ilə dəyişmişdir. Təxminən bir neçə gündən sonra isə telefonu Bəhruzdan geri almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Şahhüseyn oğlu ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, cinayət hadisəsindən xəbəri yoxdur. Onu 17 may tarixdə BMCMİ-nə aparmışdırlar. Orada ona işgəncə vermiş, cinayəti törətməyi boynuna qoymuşdurlar. İşgəncələrə dözə bilmədiyi üçün maşını yandırmağı boynuna almışdır. Başqa yerdə ifadə verməmiş və onu prokurorluğa gətirmişdirlər. Qol çəkməyəndə başqa otağa aparıb döymüşdürlər. Onu qardaşını tutacaqları ilə hədələmişdirlər. Təqsirləndirilən şəxs veriləın suallara cavab olaraq bildirmişdir ki, 6 iyul 2017-ci saat 21 iradələrində Osman ilə görüşməmişdir. Həmin tarixdə evdə, yəni Xaçmaz rayonu, Yerdüz kəndində olmuşdur. 6 iyuldan 7 iyul 2017-ci ilə keçən gecə saat 01-02 iradələrində Qudyalçay ətrafı, Quşlaq ətrafında olmamışdır. 7 iyul həkimə getmişdir. Tarixlər dəqiq yadında qalmamışdır. Ülviyyəni hadisədən sonra tanımışdır. Ülviyyənin Osmanla münasibətini bilməmişdir. Rəhmanı usta kimi tanımışdır. Rəhmanla Osman arasında münasibət yaxşı olmuşdur. Rəhmanla Ülviyyə arasında münasibət olduğunu bilməmişdir. Hadisə vaxtı ********** nömrəsini işlətmişdir. 6 iyulda Osman onu görüşə çağırmamışdır. Təxminən 1 həftə əvvəl qolu kəsilmiş, Xaçmazda həkim tibbi yardım göstərsə də sənədlərdə düz göstərilməmişdir. Qubaya gedəndə isə həkim onu Bakıya göndərmişdir. Sol qolu şüşə ilə zədələnmişdir. Xaçmazda əməliyyat olmuş, daha sonra Bakıda əməliyyat olunmuşdur. Qolu gipsdə olmuş və tamamilə fəaliyyətini itirmişdir. Əməliyyatdan sonra da bir müddət işləməmişdir. Əməliyyat olunmağı barədə rəsmi məlumatlar həm Xaçmaz, həm də Bakı komissiyasında var. Həkimə zəng ediləndə əməliyyat olmağını təsdiq etməmişdir. Arqument gətirmişdir ki, bu vəziyyətdə cinayət törədə bilməz. Həkimə zəng etsələr də təsdiqləməmişdir. Hesab etmişdirlər ki, qolu cinayət hadisəsi zamanı zədə alıb. Həmin vaxt ******* nömrəsini işlətmişdir. Bu işlə bağlı 2017-ci ildə onu polis idarəsinə çağırmışdırlar. Yazılı surətdə ifadə alınmamışdır. Həmin vaxt ona demişdirlər ki, sənin bu işlə əlaqən olmayıb. Aprel ayında həbsə alınmışdır. Onu orada 2 nəfərlə saxlamışdırlar. “Şüvəlanda” əlində qandal ona iynə vurmuş, səbəb kimi suçiçəyi olmağını göstərmişdirlər.13 aprel-29 aprel karsda qalmışdır. Ona işgəncə ilə məktub yazdırmışdırlar. 26 aprel tarixdə ərizə yazmamışdır. BMCMİ-də 3 gün qalmışdır. 5 mayda 3 saylı İstintaq təcridxanasına ona görə BMCMİ-dən və prokurorluqdan nümayəndələr gəlmişdirlər. İfadəsini oxumadan yazmışdır. Təqsirləndirilən şəxs2 Şahhüseyn oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ona ittihamın mahiyyəti və mənası aydındır, həmin ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü qismən təqsirli, yəni CM-in 120-ci maddəsi ilə olan hissəsində təqsirsiz, CM-in 185 və 245-ci maddələri ilə olan hissəsində isə təqsirli bilib həmin ittihamla bağlı bildirmişdir ki, 6 iyul 2017-ci il tarixdə yaşadığı Xaçmaz rayonu Yergüc kəndində olarkən əmisi oğlu Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu ona xatırlamadığı nömrəsi ilə zəng etmişdir. Osman ümumiyyətlə ona həm sadə formada həm də “whatsapp” mobil tətbiqi vasitəsilə zəng etmişdir. Osman ona zəng edən vaxt Xaçmaz rayonun Yergüc kəndində evinin yaxınlığında, məhlədə olmuşdur. Həmin zaman hava qaranlıq olmuş, xatırladığı qədəri ilə saat təxminən 22-23 radələri olmuşdur. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə də əlaqə saxladığı öyrənmişdir. Çünki, Osman ilə birlikdə Yergüc kəndinin dayanacağına getmiş, orada Zərərçəkmiş şəxs2 ilə görüşmüşdür. Ülviyyə ilə Osman birlikdə söhbət edərək həmin yerdən Quba rayonu, “İntizar Plaza” şadlıq sarayı istiqamətində hərəkət etməyə başlamış, o da onların arxasınca getmişdir. Yolda gedərkən Osman Ülviyyə ilə hal əhval tutub söhbət etmiş, lakin, onlardan aralı olduğu üçün aralarında nə söhbət etdiklərini bilməmişdir. “İntizar Plaza” şadlıq sarayına çatana yaxın yolun sağında Yergüc kəndində olan bağ sahələrinə gedən torpaq yolun başlanğıcında olarkən Ülviyyə ilə münasibəti olan, həmçinin onun da əvvəllər maşın ustası kimi tanıdığı Zərərçəkmiş şəxs1 özünə məxsus Vaz 2106 markalı avtomaşın ilə ora gəlmişdir. Qaranlıq havada onların yanına gedib çatdıqda avtomobilin ön tərəfini bağ sahələrinə, arxasını isə Xaçmaz-Quba asfalt yoluna tərəf dayanmış vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin olduğu yerdən sağ tərəfdə, bir neçə metr aralıda Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs2 yaralı vəziyyətdə avtomobilin arxa oturacağına qoyduqlarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 yaralı olsa da, sağ olmuş və ölməmişdir. Ülviyyənin Rəhman və ya Osman tərəfindən vurulduğunu görməsə də, onların yanına yaxınlaşıb çatanda aralarındakı söhbətdən və davranışlarından ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 məhz Rəhman İşqov avtomobilində olan vintaçanla boyun nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs2 avtomobilin arxa oturacağına qoyduqdan sonra Təqsirləndirilən şəxs1 onun yanında Zərərçəkmiş şəxs1 Ülviyyəni xəstəxanaya aparmasını, özünün isə bağ sahəsinə meyvə ağaclarını suvarmaq üçün piyada gedəcəyini demişdir. Lakin, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 təkid edərək avtomobillə əvvəlcə onları bağ sahəsinə aparıb düşürdəcəyini, sonra isə Zərərçəkmiş şəxs2 həkimə aparacağını demişdir. Ona görə də Rəhman avtomobilinin sükan arxasında, Osman qabaq sərnişin oturacağında, o isə arxa oturacaqda, yəni Zərərçəkmiş şəxs2 yanında oturmuş və birlikdə həmin torpaq yolla Təqsirləndirilən şəxs1 ailəsinə məxsus bağ sahəsinin yaxınlığına getmişdir. Zərərçəkmiş şəxs1 onları avtomobillə bağ sahəsinə gətirmişdir. Osmanla avtomobildən düşdükdən sonra Rəhman Osmana sözünün olduğunu bildirərək avtomobildən fındıq bağı istiqamətdə təxminən 50 metr aralı gedib öz aralarında nə isə söhbət etmişlər. O isə avtomobilin yanında dayanmışdır. Rəhmanla Osmanın söhbət etdikləri yeri hava qaranlıq olduğu üçün tam görməmişdir. Bir neçə dəqiqədən sonra Osman onu həyəcanla yanına səsləyib çağırmış, Osmanın yanına gedib çatdıqda Rəhmanı yerdə, uzanıqlı vəziyyətdə, yaralı halda, hərəkətsiz görmüşdür. Nə baş verdiyini soruşduqda Osman ona Rəhmanın onu vintaçanla vurmaq istədiyini, ona görə də üzərində gəzdirdiyi bıçaqla Rəhmanın boyun nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt vintaçanı görməmişdir. Daha sonra Osmana kömək edərək onunla birlikdə Rəhmanı avtomobilə gətirib sağ arxa oturacağa qoymuşlar, Rəhmanı avtomobilə yerləşdirəndə hərəkətsiz olduğundan onun artıq öldüyünü hesab etmişdir. Zərərçəkmiş şəxs1 avtomobilə yerləşdirdikdən sonra əmisi oğlu Təqsirləndirilən şəxs1 sükan arxasına keçmiş, o isə ön sərnişin oturacağına oturmuşdur. Osman avtomobili idarə edib gəldikləri istiqamətdə qayıtmışdır. Osman “İntizar plaza” şadlıq evinə çatdıqda Xaçmaz-Quba avtomobil yolu ilə Quba rayonu istiqamətdə Yelenovka kəndinə doğru hərəkət etmiş və avtomobili yolda döndərərək Qudyalçay üzərində inşa edilmiş körpüyə tərəf qayıtmışdır. Küpçal Qışlaq kəndi ərazisində avtomobilin təkərinin havası buraxdığı üçün avtomobildə nasazlıq baş vermiş və avtomobil körpü istiqamətdə, asfalt yolun sağ kənarından aşağıya doğru düşmüşdür. Avtomobil yoldan çıxıb ora düşərkən qorxusundan qapını açaraq özünü avtomobildən kənara atmışdır. Avtomobil həmin yerə düşdükdən sonra nə edəcəklərini bilməmiş, avtomobili üzü üstə içərisindəki Rəhman və Ülviyyə ilə birlikdə çaya atmaq qərarına gəlmişlər. Maşını yoldan aşağı çaya düşürtməkdə məqsədi onu yandırmaq olmuşdır. Çünki, yolun kənarında avtomobili yandırsaydılar ətrafda görünərdi. Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobilin arxa tərəfinə keçərək arxadan önə doğru itələyərək avtomobili üzü üstə çaya atmışdır. Bir əli ilə avtomobili itələyib çaya atmaqda Osmana kömək etmişdir. Hadisədən təxminən 10 gün əvvəl evdə qoluna şüşə düşdüyü üçün dirsəkdən aşağı nahiyəsi kəsilmiş, bu səbəbdən sol qolunu tam hərəkət elətdirə bilməmişdir. Sol qolu həmin vaxtı sarğılı olmuş, lakin, sol biləyini işlədə bilmişdir. Avtomobil çaya düşəndə yük yeri (bağajı) açılmış, orada təxminən bozumtul rəngli, 4-5 litrlik plasmas materiallı mühərrik yağının qabını görmüş, Zərərçəkmiş şəxs1 avtomobil ustası, rəngsaz olduğu üçün avtomobildə tez alışan maddənin olduğunu güman edib həmin plasmas qaba baxıb iylədikdə içərisində benzin olduğunu müəyyən etmişdir. Sonra iz itirmək üçün üçün avtomobili yandırmaq qərarına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 törətdiyi hərəkətlərə görə özünü itirmiş və nə edəcəyini bilməmişdir. Osman içərisində benzin olan qabın qapağını açmaqda ona kömək etmişdir. Daha sonra o, benzini avtomobilin içərisində ön və arxa oturacaqlara səpmiş və avtomobildən kibriti götürüb yandıraraq avtomobili alovlandırmışdır. O, sürücü tərəfdən qapını açıb içəriyə benzin tökmüş, eyni zamanda arxa oturacaq tərəfə də benzin tökmüşdür. Lakin, avtomobilin tam yanıb qurtarmasını gözləmədən Təqsirləndirilən şəxs1la birlikdə körpünün altından yolun əks tərəfinə piyada keçərək çayın kənarı ilə yaşadığı kənd istiqamətə piyada getmişdir. Həmin vaxt körpüdən aralanıb çay kənarı ilə bir az getdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bıçağı çaya atmışdır. Çaya atdığı bıçağın sapı qara rəngdə olmuşdur. Bu hadisədən sonra əynində olmuş cins şalvar və qara köynəyini yandırmışdır. Təqsirləndirilən şəxs1 əynində hadisə vaxtı cins şalvar olmuş, sonradan Osmanın da əynində olmuş paltarları iz itirmək üçün yandırdığını bilmişdir. Rəhmanın əynində olan paltarları xatırlaya bilməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobildə yandırılarkən hərəkətsiz vəziyyətdə olmuşlar. Avtomobil yandırılanda Ülviyyə və Rəhman artıq öldüyünü hesab etmişdir. Bu səbəbdən iz itirmək məqsədi ilə maşını yandırmaq qərarına gəlmişlər. Hadisədən sonra o, ilk növbədə kəndə getmiş, bir qədər sonra isə evinə gedib hamamda çimmişdir. Çünki, paltarları və üzəri hadisə vaxtı palçığa bulaşmışdır. Səhəri günü Osman ona zəng etmiş, qolu ilə bağlı həkimə getmişdir. Bundan sonra o, Bakı şəhərinə əməliyyat olunmağa getmişdir. Evdə şüşəbəndi sökərkən qolu kəsilmiş, xəsarət almışdır. Rəhman Ülviyyəni sevmiş, ona bağlanmışdır. Lakin, Ülviyyənin Osman ilə də münasibəti olmuşdur. O, hətta əvvəllər Osmana Ülviyyədən uzaqlaşmasını, Ülviyyənin Rəhman ilə də münasibətinin olduğunu, bunun düzgün olmadığını söyləmişdir. Osman ona Ülviyyənin özünün ondan əl çəkmədiyini söyləmişdir. Hadisədən sonra Osman ona demişdir ki, Rəhman maşından düşən kimi Ülviyyəyə nəyə görə onu görüşə çağırıb ancaq telefon zənglərinə cavab vermədiyini bildirib əsəbləşərək Ülviyyənin üzünə bir sillə vurmuş, bu zərbədən sonra Ülviyyə yerə yıxılmış, sonuncu həmin zaman Rəhmanın Osmanın ailə üzvləri haqqında xoşagəlməz sözlər işlətdiyi söyləmişdir. Osman tarixini dəqiq xatırlamadığı gündə Rəhmanı evlərində təşkil olunan ehsana dəvət eləmiş, ehsandan gedəndən sonra Rəhmanı Ülviyyənin yanında Osmanın arxasınca danışaraq, ehsanda Osmanın ailə üzvləri olan qadınlar və gəlinlər barədə uyğun olmayan ifadələr səsləndirib bunu Ülviyyə demişdir. Bundan sonra mübahisə başlamışdır. Əvvəllər həyəcanlı olduğu üçün və qorxduğu üçün düzgün ifadə verməyərək yalnız Osmanın zəngindən sonra onların bağ sahəsinə gedib Ülviyyə və Rəhmanın meyitlərini maşının yanında gördüyünü, həmin maşına əyləşib Osman ilə birlikdə hərəkət etmədiyini bildirərək barədə yalan ifadə vermişdir. Bağ sahəsində olanda maşının yük hissəsindən köhnə çirkli parçanı götürüb arxa oturacaqda Rəhman və Ülviyyənin üzərini örtmüşdür. Ola bilsin ki, maşın hərəkət etdikdə həmin parçalar yerə düşmüş və Osman onu görə bilmədiyini üçün meyitlərin üzərilərinin örtülmədiyini bildirmişdir. Osmanın Rəhmanı bıçaqlamaqda məqsədinin nə olduğunu bilməmişdir. Rəhmanla mübahisədən sonra Osmanın da başında sıyrıqlar olduğunu görmüş, onların mübahisə səslərini eşitməmişdir. Hadisədən sonra paltarı üzərində qan ləkələri olmamış, sadəcə paltarları palçıqa bulaşdığı üçün hadisə gününün səhəri evdən çıxanda bağının yaxınlığında həmin paltarları yandırmışdır. Hadisə zamanı onunla evdən, ailə üzvlərindən maraqlanan, zəng edən olmamışdır. Çünki, həmin vaxtlar meyvə yığımı mövsümü olduğu üçün və o da orada işlədiyi üçün onsuz da hər gün evə gec getmiş, bu səbəbdən onunla maraqlanan olmamışdır. Hadisə baş verən zaman Osmanın əynində qara rəngli, üzərində naxış olmayan qısa qol köynək və qara rəngli cins şalvar, onun üzərində qara qısa qol köynək və qara rəngli cins şalvar olmuş, Rəhmanın və Ülviyyənin üzərində olan paltarları isə dəqiq xatırlamamışdır. Rəhmanın Ülviyyəni vurmaqda istifadə elədiyi vintaçanı görmədiyi üçün təsvir edə bilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1nın istifadəsində olan telefonları görməmiş, heç bir məlumatı olmamışdır. Osmanın istifadə elədiyi telefonun markasını dəqiq xatırlamasa da sonuncu hadisə vaxtı smartfonlu tipli telefon işlətmişdir. Hadisə vaxtı ***-***-**-** mobil nömrəsini istifadə etmiş, hadisə barədə heç kimə məlumat verməmişdir. Hadisə baş verəndən sonra maşını və meyitləri yandırmaqları nəyinsə qisası olmamış, sadəcə cinayətin izlərini itirmək üçün bu addımı atmışlar. Osman yandırmaq barədə fikrini ona deyəndə ilk olaraq razılaşmasa da, sonra başqa çarəsi olmadığı üçün məcbur olub onunla razılaşmışdır. Həmin gün baş verən hadisələri kənardan görən şəxs olmamışdır. Hadisədən əvvəl və sonra Təqsirləndirilən şəxs1 ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət, düşmənçilik, hər hansı formada narazılıq olmamışdır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 vintaçan ilə xəsarət yetirən zaman onun hər hansı bir formada Rəhmanın qarşısını almaq imkanı olmamışdır. Hadisə baş verən günü səhəri Osman ilə Quba şəhərinə həkimə getmişdir. 07 iyul 2017-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 ilə bu məzmunda söhbət eləmək üçün əlaqə saxlamış, görüşüb Quba şəhərində adını xatırlamadığı həkimin yanına getmişdir. Zərərçəkmiş şəxs1 avtomobilinin yük yerində içərisində benzin olan plastik yağ qabından istifadə edəndən sonra onu avtomobilin içərisinə, qabaq oturacağa atmışdır. Zərərçəkmiş şəxs1 siqaret çəkən olsa da spirtli içki qəbul etməsi barədə məlumatı olmamışdır. Hadisə zamanı o və əmisi oğlu Təqsirləndirilən şəxs1 spirtli içki, narkotik maddə və ya psixotrop maddə qəbul etməmişlər. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə günü spirtli içki, narkotik maddə və ya psixotrop maddə qəbul etmələrindən məlumatı olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs1 ona təxminən saat 22.30 radələrində zəng etmiş, Ülviyyə ilə isə təxminən saat 23 radələrində görüşmüşlər. Hadisə günü Osman ilə Ülviyyənin nəyə görə görüşmək istədiyini bilməmiş, ilk olaraq Osmanla görüşəndə o, sonuncunun Ülviyyə ilə görüşəcəyini ehtimal etməmişdir. Ülviyyə ilə münasibəti olmamış, görüşməmişdir. Ülviyyə eyni zamanda Osman və Rəhmanla da görüşüb, yaxın əlaqədə olmuşdur. Hadisədən xeyli müddət keçdiyi üçün dəqiq xatırlamasa da həmin vaxt həm sadə, həm smartfon tipli telefon işlətmişdir. Xatırladığı qədəri ilə hadisə vaxtı hər iki telefonu üzərində olmuş, sadəcə smartfon tipli telefonunda mobil nömrə olmuş, sadə telefonda nömrə olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əri olmuş, onunla 2004-cü ildə evlənmişdirlər. Rəhman avtomobil ustası olmuş, sonuncu iş yeri Xaçmaz şəhəri Köhnə avtovağzal ərazisindəki maşın sexi idi. Mərhum əri xasiyyətcə mülayim, kiminləsə işi olmayan, sakit təbiətli, kiminləsə düşmənçiliyi və ədavəti olmayan, həyatı boyu kiminləsə dava-dalaş etməyən bir insan olmuşdur. 2015-ci ildə Rəhmanın işləri zəif olduğundan dostu Fərruxla birlikdə Xaçmaz şəhərində işlədiyi sexin yaxınlığında yerləşən “202” adlı kafeni icarəyə götürmüşdürlər. Kafedə əvvəlcə ofisiant olmasa da, sonradan işə iki nəfər qız götürmüşdürlər. Həmin qızların kim olmasından məlumatı yox idi. 2017-ci ilin təxminən aprel-may aylarından etibarən kafeni qardaşı Qərib icarəyə götürüb işlətmişdir. Rəhman isə müəyyən vaxtlarda işdən sonra taksi kimi fəaliyyət göstərmişdir. Rəhman söhbət zamanı hansısa dostunun sevgilisini yanında işləməyə götürdüyünü demişdir. Rəhmanın ölümündən sonra bilmişdir ki, Rəhmanın dostu dediyi şəxs Osman və sonuncunun sevgilisi isə Ülviyyə olub. Bundan başqa Rəhmanın Səidə adlı işçisi də var idi. Rəhman həmin çayxananı işlətdiyi müddətdə bir dəfə mənə işçiləri olan qızları Nabrana dənizə aparmaq istədiyini demişdir. Rəhmana etiraz etsə də sonradan onun həmin qızları Nabrana apardığını öyrənmişdir. Bir dəfə Rəhmanın hansısa dostu ilə söhbəti zamanı eşitmişdir ki, yanında işləyən işçisinin sevgilisi çayxanaya gəlib dava salıb, Rəhman onları sakitləşdirib, davaya səbəb isə həmin qızların Rəhmanla Nabrana getməyi olmuşdur. Bundan başqa Rəhman bir dostu ilə aralarında işlə bağlı narazılıq olduğunu demişdir. Ona görə də həmin dostu Rəhmanı evinə qonaq çağırmışdır. Sonradan bütün bu hadisələrin Təqsirləndirilən şəxs1 və sevgilisi Zərərçəkmiş şəxs2 ilə bağlı olduğunu bilmişdir. xx.xx.2017-ci il tarixdə Rəhman səhər tezdən işə getmiş, axşam saat 18 radələrində evə qayıtmış, yeməyini yedikdən sonra təxminən saat 20 radələrində Xaçmaz şəhərindəki “202” adlı çayxanaya getmişdir. Rəhman evdən çıxanda tez gələcəyini və yatmayıb onu gözləməyini demişdir. Rəhman heçvaxt evdən kənarda gecələməmişdir. Rəhman axşam evə gec gəldiyi vaxtlarda həmişə saat 23 radələrində ona zəng edərək evə gəlməsini deyib harada olduğunu soruşmuşdur. Lakin, həmin gün Rəhman evdən gedəndən sonra oğlu Ruslanla birlikdə yatıb qaldığı üçün saat 03:20 radələrində yuxudan oyanmış, Rəhmanın evdə olmadığını görüb narahat olmuşdur. Bundan sonra mobil telefonuna gecə saat 5-ə kimi zəng etmiş, lakin, telefon zənglərinə cavab verən olmamışdır. Sonra həmin telefona ümumiyyətlə zəng çatmamışdır. Bundan sonra narahat olub anasına zəng edərək Rəhmanın evə gəlmədiyini demiş, anasıda ona qardaşı Qəribin evdə yatdığını demişdir. Sonra Qəribi yuxudan oyadaraq Rəhmanın hara getməsini soruşmuç, Qərib isə Rəhmanın kafedən tez çıxdığını, harada olsa gələcəyini demişdir. Bundan sonra anasaı balaca qardaşını Kamrana Rəhmanın evə gəlmədiyini demiş, Kamran da zəng etmiş, lakin, zənglərə cavab verən olmamışdır. Bundan sonra təxminən saat 05:20-də artıq Rəhmanın telefonuna zəng çatmamış, Kamranı saat 06:15 radələrində Rəhmanın sexinə göndərmişdirlər. Kamranla əlaqə saxlayaraq Rəhmanı maraqlansa da, o Rəhmanı kimsənin görmədiyini, kimsənin ondan xəbərinin olmadığını bildirmişdir. Təxminən səhər saat 10 radələrində Kamran onlara gələrək Quba rayon polis şöbəsindən zəng gəldiyini, onunla birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Bundan sonra birlikdə Quba RPŞ-yə getmiş, orada ondanm Rəhmanın arvadı olub-olmadığımı soruşdurlar. Orada Rəhmanın arvadı olduğunu bildirən zaman polis əməkdaşları öz aralarında “onda Rəhmanın yanındakı başqa adam olub” sözlərini demişdirlər. Polis şöbəsində olarkən Rəhmanın 07 iyul 2017-ci il tarixdə, gecə saatlarında avtoqəza törətdiyini, avtomobilin körpüdən aşaraq yandığını, Rəhmanın yanında bir qızla birlikdə yanaraq öldüyünü öyrənmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əri ilə Ülviyyənin münasibəti olduğunu bilməmişdir. Rəhmanın telefonu bağdan tapılıb, maşında yanmamışdır. Təqsirləndirilən şəxslərlə barışmamış və onları bağışlamamışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs2 kafedə ofisiant kimi işləmişdir. 2017ci ildə Osman adlı şəxsin kafesində işlədiyini sonradan eşitmişdir. Ülviyyəni 2014-cü ildə Qubanın Bağbanlı kəndində yaşayan Elvin adlı oğlan qaçırmış, lakin, polisə şikayət etdikdən sonra Elvin Ülviyyəni gətirib evinə qoymuşdur. 2016-cı ildə Ülviyyə Xaçmaz rayonunun, İzmayolovka kəndində yaşayan Sərxan adlı şəxslə ailə qurmuş, onunla da cəmi 22 gün bir evdə yaşamış, sonra ayrılmışdır. Ülviyyənin heç vaxt rəsmi nikahı olmamışdır. Hadisə baş verən günü yəni, 06 iyul 2017-ci il tarixdə mən Bakı şəhərində olmuş, Abşeron rayonunda daş karxanasında fəhlə işləmişdir. 07 iyul 2017-ci il tarixdə qonşu Səməd onun işlədiyi yerin müdriyyətinə zəng edib onu Xaçmaz şəhərinə çağırmışdır. Evə gələndə bacısı Quba rayonu ərazisində maşının içində başqa bir adamla birlikdə yanıb öldüyünü bilmişdir. Bacısı ilə birlikdə maşında yanıb ölən şəxsin Zərərçəkmiş şəxs1 olduğunu sonradan öyrənmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Ailə üzvləri ilə birlikdə ilk olaraq həqiqətən də Ülviyyənin Rəhmanla birlikdə ona məxsus avtomobildə yanaraq öldüklərini zənn etmişdir. Çünki, Ülviyyənin meyiti tamamilə yanıb kömürləşmişdir. Polis şöbəsindən və prokurorluqdan meyitin Ülviyyəyə məxsus olması ehtimalı bildirildi, ana və atasından ekspertiza üçün nümunə götürüldü. Hadisədən təxminən bir neçə aydan sonra Zərərçəkmiş şəxs1 arvadı Saidə İşıqova bu iş ilə bağlı şikayət etməyə başladı. Bundan sonra o da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə dair şübhələr yaranmağa başladı. Anası bu hadisə ilə bağlı müxtəlif yerlərə müraciətlər ünvanlamış, tv verilişlərə də müraciət etmişdir. O vaxtı Rəhmanın arvadı Saidə baş vermiş hadisədə Rəhmanın və Ülviyyənin ortaq tanışları və münasibətdə olduqları Osman adlı şəxsdən şübhələndiyini bildirmiş, sonradan ona məlum olmuşdur ki, bacısı Ülviyyənin Zərərçəkmiş şəxs1la, həmçinin Təqsirləndirilən şəxs1 ilə münasibəti olub. Çünki, anası həmin şəxsin Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu olduğunu demişdir. Anasının deməsinə görə Osman bir neçə dəfə Ülviyyənin gəlib evdən götürüb, Zərərçəkmiş şəxs1 də həmçinin 2 dəfə yaşadığı evə gəlmişdir. Hətta Zərərçəkmiş şəxs1 Ülviyyəyə elçi düşmüşdür. Bütün bu olanlardan onun sonradan məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 ilə əvvəllər münasibəti olmamışdır. Əflatunu tanımır, ondan şikayəti yoxdur. Osmandan şikayəti var. İbtidai istintaqa verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mərhum X5 onun doğma qızıdır. Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, Rəhman təxminən 2017-ci ilin may ayında Ülviyyəyə elçi düşmək məqsədilə evlərinə gəlmiş, Rəhmandan haralı olduğunu, evli olub-olmadığını soruşmuş, Rəhman ona cavabında Qazaxlı olduğunu, evli olduğunu, lakin, arvadının xəstə olması səbəbindən surətlə kökəldiyini, buna görə də arvadından ayrılıb Ülviyyə ilə evlənmək istədiyini demişdir. Bundan sonra Rəhman ikinci dəfə də evə gəlmiş, ona Ülviyyənin müdiri olduğunu demişdir. Ülviyyə isə ona Rəhmanla dost olduğunu bildirmişdir. Ülviyyə 06 iyul 2017-ci il tarixdə həmişə kimi saat 08:30-da evdən çıxıb Şollar kəndinə işə getmişdir. Adətən Ülviyyə işə özü tək avtobusla, müəyyən vaxtlarda isə taksi kimi fəaliyyət göstərən qonşusu Səbuhinin avtomobili ilə getmişdir. Lakin, hadisə günü Ülviyyənin konkret olaraq avtobus və ya taksi ilə getməsini dəqiq bilməmiş, habelə Ülviyyənin həmin günü kimlərlə görüşməsi və ya görüşməyi planlaşdırması ilə bağlı məlumatı olmamışdır. Ülviyyə evdən gedəndə birinci əynində qırmızı rəngli şalvar və qırmızı rəngli qolu qıza köynək olmuş, lakin, hava isti olduğuna görə geri qayıdıb uzun don geyinmişdir. Donun yubkası müxtəlif rəngli, naxışlı, üstü isə cins materiallı, qolsuz, açıq mavi rəngli olmuşdur. Evdən çıxanda həmçinin qırmızı rəngli dəri materiallı çiyindən asılan çantası da olmuşdur. Ülviyyəni 2014-cü ildə Qubanın Bağbanlı kəndində yaşayan Elvin adlı oğlan qaçırmış, sonradan münasibətləri pozulmuşdur. Bundan sonra 2016-cı ildə Ülviyyə Xaçmaz rayonunun, İzmayolovka kəndində yaşayan Sərxan adlı şəxslə ailə qurmuşdur, Sərxanla da cəmi 22 gün bir evdə yaşamışdırlar. Təqsirləndirilən şəxs1 da evinə gəldiyinə görə tanımış, sonuncunun da qızı Ülviyyə ilə münasibəti olmuşdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bibisi oğlu və həmçinin bacısı Səidənin əri olmuşdur. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 “202” adlı çay evini işlədərkən görmüşdür. Rəhman siqaret çəkən və içki içən olmuş, lakin, hadisə günü Rəhman spirtli içki qəbul etməmişdir. Hadisə baş verən vaxtı həmin çayxananı özü işlətmişdir. Rəhman ilə Ülviyyənin yaxın münasibətlərinin olmasından sonradan məlumatı olmuşdur. Hadisə zamanı Rəhmanın üzərində “Samsung” markalı smartfon tipli telefon olmuş, həmin telefonun “whatsapp” mobil tətbiqindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 kafeyə gələn müştəri kimi tanımış, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu ilə də hadisə baş verəndən sonra tanış olmuş, onlarla yaxın münasibəti olmamışdır. Ülviyyəyə görə Rəhman ilə Osmanın münasibəti yaxşı deyildi. Bu barədə bibisi oğlu Kamran daha ətraflı məlumata malik idi, o da 2021-ci ildə ölmüşdür. Zərərçəkmiş şəxs1 06 iyul 2017-ci il tarixdə günorta saat 14 radələrində çayxanaya gəlib telefonunu zaryatkaya qoymuşdur. Ümumiyyətlə Rəhman gün ərzində bir neçə dəfə çayxanaya gəlib getmişdir. Rəhmanın işlədiyi yer ilə çayxana arasında məsafə təxminən 1 km var idi. Bundan başqa axşamları da Rəhman ora çay içməyə gəlmişdir. Hadisə günü də çayxanada onunla birlikdə Yaqub, Oktay və başqa şəxslər var idi. Oktay ilə Rəhman bir ara çayxanadan çıxıb sonra geri qayıtmışdırlar. Osman ilə Əflatun isə həmin gün çayxanada olmamışdırlar. xx.xx.2017-ci il tarixdə saat 02 radələrində Səidə ons zəng vurub Rəhmanın harada olması barədə maraqlanmış, Səidəyə Rəhmanın kafedən çıxıb harasa getdiyini, yəqin bir az sonra evə gələcəyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə səhər vaxtı ona Quba RPŞ-dən zəng gəlmiş və Rəhmanın yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Quba RPŞ-nə gəldikdə sonra ona məlum olmuşdur ki, Rəhman avtomobildə yanında bir qızla birlikdə yanaraq ölüb. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ona tədim edilmiş meyitlər yanmış vəziyyətdə olmuş, qadının meyiti tam yanmamışdır. Kişi meyitində hər hansı bir toxuma qalmadığı üçün ondan heç nə götürməmişdir. Meyitin yanıb kömürləşməsi İV dərəcəli termiki yanıqdır. Yəni, toxumalar yanıb kömürləşib anlamını daşıyır. Qadının bütün toxumaları yanıb kömürləşməmişdi, yarı-yanmış vəziyyətdə idi. Toxuma qalmamışdı. Yanığın avtoqəza nəticəsində olduğunu deməmişdir. Ona təqdim olunan meyitlər yanmış vəziyyətdə olmuş, qadının meyiti tam yanmamışdır. Hadisə yerində olmamış, faktı görərək rəy vermişdir. Qadın meyiti ilə bağlı isə ölməmişdən əvvəl broxlarında qara hissəciklər aşkarlanmışdır. Ona görə də rəy vermişdir ki, canlı olaraq yandırılıb. Kömürləşmiş meyitdəə mümkün deyil ki, deyilə ki, bu şəxsdə xəsarət var idi yoxsa yox. Ona görə də rəyində bildirmişdir ki, şəxsin üzərində kəskin yanıq xəsarətləri mövcud olduğuna görə xəsarətləri müəyyən etmək mümkün deyildir. Rəyini təstiq edir, həmin şəxslər yanaraq ölmüşdürlər. Meyitin yanıb kömürləşməsi özlüyündə tibbi termindir. Qadının bütün toxumaları yanıb kömürləşməmişdi, yarı-yanmış vəziyyətdə idi. Həmin qan nümunələrindən ölüm ilə səbəbli əlaqəsi, qaraciyərdə şok əlamətləri olur, sidikdə və qanda karbokso hemoqlobin olur. Bu mikroskop üsulu ilə görünür, gözlə görünmür. Birinci aldığınız hava ağciyərə gedir. Ölüm anı ilə bağlı müddət müəyyən etmək mümkün deyil, rəydə də yazmışdır,dəqiqələrlə ölçülür. Barmaq yansa qala bilər,amma şəxslərin bütün bədəni yanıb. Bu işlə bağlı bir dəfə rəy vermişdir. Rəyləri,ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid X6 ifadəsindən görünür ki, ekspertiza şöbəsinə Quba rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Sərxan Ramazanovun naməlum kişi meyiti ilə bağlı 7 iyul 2017-ci il tarixli və naməlum qadın meyiti ilə bağlı 7 iyul 2017-ci il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında qərarları daxil olmuşdur. Həmin qərarlar əsasında tərəfindən 2 naməlum (1 kişi və 1 qadın) meyit müayinə edilərək müvafiq rəylər verilmişdir. X2 qərarlarında 7 iyul 2017-ci il tarixdə saat 10 radələrində Quba rayonun Küpçal-qıslaq kəndi ərazisində avtomobil körpüdən aşaraq yanması və avtomobilin içərisində meyitlərin aşkar edilməsi barədə Quba RPŞ-yə məlumat daxil olması qeyd edilmişdir. Ekspertiza qərarları əsasında tərəfindən ilkin olaraq naməlum kişi meyiti müayinə edilərkən müəyyən edilmişdir ki, yanaraq kömürləşmiş meyit baş, boyun, döş qəfəsinin yuxarı üçdə-iki hissəsi, körpücük, kürək, qabırğalar, boynun və yuxarı döş fəqərələri, yuxarı ətraflarından ibarət olmuşdur. Döş boşluğu orqanlarının tam şəkildə yanaraq ayrılmış nahiyələri aşkar edilməmiş və onların yerində geniş defektlər yaranmışdır. Döş qəfəsin yuxarı 1/3-dən aşağı yanıb kömürləşərək bədənindən qopub yanmış avtomobilin salonuna tökülmüşdür. Kömürləşmiş meyit hissəsi fonunda digər xarakterli xəsarətlər müəyyən edilməmişdir. Kömürləşmiş meyit hissəsində döş qəfəsi orqanları aşkarlanmamış, yalnız sağ ağciyərin yuxarı payının kiçik bir hissəsinin bərkimiş, səthi, kömürləşmiş, kəsdikdə toxuması ayırd edilməyən kütləsi qeyd edilmişdir. Qara ciyər qaralmış, kömürləşmiş və pıxtalaşmış vəziyyətdə olmuşdur. Kəsdikdə bərkvari konsistensiyalıdır, toxuma quruluşu ayırd edilməmişdir. Digər orqanlar yanıb kömürləşərək qopub düşmüş vəziyyətdə olmuşdur. Histoloji müayinəyə göndərilməsi üçün meyitin bədəni kəskin yanğına məruz qalıb kömürləşməsinə görə tərəfindən meyitdən hissəciklər götürmək mümkün olmamışdır. Müstəntiq tərəfindən verilən və tibbi ekspertiza qərarında hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq ekspertiza qarşısında qoyulmuş suallara əsasən o nəticəyə gəlmişdir ki, kişi cinsli meyit yanıb-kömürləşmiş, yanıq fonunda hər hansı bir xəsarətin olub-olmamasının təyin edilməsi mümkün olmamış, ölümə səbəb baş yermiş yanğın nəticəsində yaranan termiki yanıqların törətdiyi fəsadlar (yanıq şoku) olmuşdur. Lakin, hazırda iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə tanış olduqdan sonra onda əminlik yaranmışdır ki, həmin kişi cinsli meyit, yəni Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirildikdən sonra ölmüş, bundan sonra sonuncunun meyiti yandırılmışdır. Vermiş olduğu rəyin nəticə hissəsində "avtomobildə aşkar olunmuş kişi cinsli meyitin ölümünə səbəb baş yermiş yanğın nəticəsində yaranan termiki yanıqların törətdiyi fəsadlar (yanıq şoku) olmuşdur" deyil, "avtomobildə aşkar olunmuş kişi cinsli meyitin ölümünə səbəb baş yermiş yanğın nəticəsində yaranan termiki yanıqların törətdiyi fəsadlar (yanıq şoku) ola bilərdi" kimi qeyd etməliydi. Belə ki, hazırda iş materiallarında, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən boğaz nahiyəsindən bıçaqlanaraq öldürülməsi, daha sonra avtomobildə yandırılması müəyyən edilmişdir. Belə olan halda Zərərçəkmiş şəxs1 boğaz nahiyəsindən bıçaqlanaraq öldürülməsi və sonradan avtomobildə meyitinin yandırılması istisna edilmir. Həmçinin Zərərçəkmiş şəxs1 yanıb-kömürləşmiş meyitində yanıq fonunda hər hansı xəsarətin olub-olmamasının müəyyən edilməsinin mümkün olmamasına, habelə meyitindən histoloji müayinə üçün nümunə götürülməsinin mümkün olmamasına, ümumiyyətlə həmin hissədə tam tədqiqat aparılmasının mümkün olmamasına baxmayaraq, ekspertiza qərarının təsviri hissəsindəki məlumatları əsas götürdüyü üçün Zərərçəkmiş şəxs1 "yanğın nəticəsində yaranan termiki yanıqların törətdiyi fəsadlar (yanıq şoku) səbəbindən ölməsi" qənaətinə gəlmişdir. Çünki yanıbkömürləşmiş meyitdə yanıq fonunda hər hansı xəsarətin olub- olmamasının, habelə meyitdən histoloji müayinə üçün nümunə götürülməsinin, ümumiyyətlə həmin hissədə tam tədqiqat aparılmasının mümkün olmadığı üçün o, apardığı ekspertiza tədqiqatına dair başqa nəticəyə gələ bilməzdi. Həm də ona görə başqa nəticəyə gələ bilməzdi ki, Zərərçəkmiş şəxs1 meyitinə dair ekspertiza rəyini 10 iyul 2017-ci il tarixdə tərtib edib istintaqa vermiş, Zərərçəkmiş şəxs2 meyitindən isə müayinə zamanı ağ və qara ciyər tikələri, əzələ, 10 ml qan və 10 ml sidik götürüb karboksihepmoqlobinin, etil spirtinin və digər zəhərləyici maddələrin olub-olmamasının təyini üçün məhkəmə-kimyəvi müayinəyə, traxeya, ağciyər, qaraciyər, uşaqlıq, böyrək, mədə və bağırsaqlardan isə tikələr götürərək məhkəmə-histoloji müayinəyə göndərmiş və həmin müayinələrin cavabı hazır olmamışdır. Həmin müayinələrdən məhkəmə-kimyəvi tədqiqatın nəticələrinə dair 17 iyul 2017-ci il tarixli, 1511 /K saylı aktla müəyyən edilmişdir ki, qadın meyitindən götürülmüş qanda karboksihemoqlobin aşkar edilmişdir. Qanda və sidikdə, metil, etil propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və solisilatlar aşkar edilməmişdir. 24 iyul 2017-ci il tarixli, 1234 saylı məhkəmə-histoloji akta əsasən ağciyərdə hissəvi ödem, ocaqlı qansızmalar, atelektaz və emfızema ocaqları, bəzi alveollarda qara rəngli kiçik kütlələr aşkar edilmişdir (his hissəciklərə oxşayır). Traxeyanın (bronxun) selikli qişasının üzərində qara rəngli kütlələr aşkar edilmişdir. Bu müayinələrin nəticələri onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs2 məhz alovda yanma nəticəsində ölmüşdür. Qeyd olunan müayinələrin nəticələrini aldıqdan sonra Zərərçəkmiş şəxs2 meyitinə dair tibbi rəyi 28 iyul 2017-ci il tarixdə tərtib edərək istintaqa vermişdir. Zərərçəkmiş şəxs1 meyitinin müayinəsinə dair rəy verdiyi zaman Zərərçəkmiş şəxs2 meyitinin müayinəsinə dair həmin müayinə aktlarının nəticələri onda olsaydı və bu nəticələrdən həmin vaxt xəbərdar olsaydı təbii ki, Zərərçəkmiş şəxs1 ölümünün səbəbinə dair rəydə konkret fikir bildirməz və bu onun diqqətindən yayınmazdı. Çünki, hər iki meyit eyni avtomobildə yanmış vəziyyətdə aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 xüsusən də, boğaz nahiyyəsindən bir neçə dəfə bıçaq xəsarətləri yetirilərkən boyun damarlarının, həmçinin yuxu arteriyasının kəsilməsi nəticəsində ölüm halının tezləşməsi mümkündür. Ona görə də aldığı xəsarətlərdən sonra 30 dəqiqə müddətində sağ qalması az inandırıcıdır və həmin müddət ərzində kəskin qanitirmə səbəbindən ölərdi. Zərərçəkmiş şəxs2 ölümünün məhz yanması nəticəsində baş verməsi məhkəmə-histoloji, məhkəmə-kimyəvi tədqiqatın, habelə tərəfindən verilmiş tibbi ekspert rəyinə əsaslanır. Bu rəy Zərərçəkmiş şəxs1 meyitinin müayinəsinə dair ehtimalına əsaslanan rəydən fərqli olaraq tam, əsaslı və mötəbərdir. Bundan başqa məhkəmə tibb eksperti kimi bildirmişdir ki, xəsarətin həyat üçün təhlükəliliyi onun yetirildiyi alətdən, nahiyyədən, zərbənin təsirindən, sayından, zərərçəkənlə təqsirləndirilən şəxsin qarşılıqlı dayanma vəziyyətindən və sair səbəblərdən asılıdır. Ola bilər ki, həqiqətən də eyni nahiyyədən (məsələn elə boğaz və ya boyun) xəsarət alan iki nəfərdən biri vintaçan ilə xəsarət almasından sonra vintaçanın xüsusiyyətinə, quruluşuna görə və ya əksinə digər şəxs eyni nahiyədən aldığı xəsarətlərdən həmin xəsarətlərin sayına, yetirildiyi alətə və zərbənin təsirinə görə, eləcə də qan itirmənin zəif olması səbəbdən 30 dəqiqədən daha çox müddətdə ölməyə də bilər. Əlavə olaraq qeyd etmişdir ki, vintaçan bıçağa nisbətdə az travmatik olduğundan qan itirmə zəif və az ola bilər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, qazanc əldə etmək məqsədi ilə müxtəlif yerlərdə ot sahələrində pul müqabilində ot biçməklə məşquldur. xx.xx.2017-ci il tarixdə saat təxminən 19 radələrində Xaçmaz rayonu, Bayoba kəndi ərazisində İsmayıl adlı şəxsin torpaq sahəsində ot biçmişdir. Qeyd olunan ot sahəsində təxminən 25 kvadrat ərazidə olan otu əzilmiş formada görmüş, sanki həmin ərazidə nə isə hadisə baş verdiyini düşünmüşdür. Motorlu ot biçənlə otu biçən zaman qəflətən ot biçən cihaz əzilmiş otların arasında olan telefona dəymişdir. Həmin telefonu yerdən götürmüş, lakin, telefon sönülü vəziyyət olmuşdur. İlk öncə həmin telefonun torpaq sahibinə məxsus olduğunu fikirləşmiş, bu barədə torpaq sahibi İsmayıldan maraqlanmış, İsmayıl ona qeyd olunan telefonun ona məxsus olmadığını bildirdikdən sonra həmin günü axşam evə gedib torpaq sahəsindən tapdığı “Samsung” markalı mobil telefon aparatını elektrik qidalandırıcısına qoşmuş və telefonu aktivləşdirmişdir. Telefonda olan nömrələrin birinə, yəni Vəlayət adlı şəxsə zəng vurmuşdur. Vəlayət adlı şəxsə qeyd olunan telefonu ot sahəsindən tapdığını bildirmiş, Vəlayət ona həmin telefonun Rəhman adlı şəxsə məxsus olduğunu və həmin telefonun sahibinin avtomobildə yanaraq öldüyünü bildirmişdir. Bundan sonra “Samsung” markalı mobil telefonu polis şöbəsinə təqdim etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, 2013-cü ilin dekabr ayından Zərərçəkmiş şəxs1 tanıyır. Həmin vaxtlar bir neçə ay Rəhmanın işlədiyi sexdə usta yanında köməkçi işləmişdir. Həmin sex Xaçmaz şəhərinə girişdə yerləşən dairədən “202” adlı çayxanaya gedən yolun sağında yerləşir. Rəhman mehriban, çox sakit və özünə qapalı insan olmuşdur. Sonuncu dəfə Rəhmanla xx.xx.2017ci il tarixdə “202” adlı çayxanada görüşmüşdür. Həmin çayxananı Rəhmanın qaynı Qərib işlətmişdir. 6 iyul 2017-ci ildə saat 20:57-də Rəhmanla «202» adlanan çayxanada görüşməmişdən əvvəl zəngləşmiş və ondan harada olmasını soruşmuşdur. xx.xx.2017-ci il tarixdə təxminən saat 21 radələrində evdən ona zəng gəlmiş və dərman lazım olduğu deyilmişdir. Rəhmandan onu avtomobili ilə aptekə və oradan da evə aparmağını xahiş etmişdir. Təxminən 30-40 dəqiqə çayxanada Rəhmanla oturandan sonra Rəhman **-DE- *** dövlət qeydiyyat nişanlı, açıq qəhvəyi rəngli, «VAZ-2106» markalı avtomobili ilə Xaçmaz şəhərinin girişinə çatmışdır. Rəhman avtomobili idarə edərkən kimdənsə gələn səsli mesajlara qulaq asmışdır. Lakin, o, həmin səsli mesajları eşitməmişdir. Rəhman əgər imkan varsa birlikdə gedib "Sonalı Göl" adlı restoranın yanında gözləyən qadını götürə biləcəyimizi soruşmuşdur. Rəhmanın deməsindən həmin qadının Rəhmana yaxın insan olduğunu başa düşmüşdür. Birlikdə həmin yerə getmiş, Rəhman avtomobildən düşüb kiminləsə telefonla danışmış və səsli mesajlar göndərmişdir. Lakin, Rəhman aralıda olduğuna görə onun hansı məzmunda danışmasını eşitməmişdir. Sonra Rəhman avtomobilə qayıtmış və qadının gələsi olmadığını deyib avtomobili geri döndərib hərəkətə davam etmişdir. Oradan Xaçmaz şəhərindəki köhnə avtovağzalın yanında yerləşən aptekə gəlmiş və dərman aldıqdan sonra Rəhman onu yaşadığı evə aparmışdır. Dərmanı evə verdikdən sonra birlikdə "202" adlı çayxanaya qayıtmışlar. Rəhmanın Müşgür kəndindən olan kəndçiləri ilə birlikdə çay içib söhbət etmiş, həmin vaxt Rəhman yenə kiminləsə mesajlaşmışdır. Çayxanadan olan şəxslərdən biri Rəhmanın sexində maşın ustası işləyən Nurlana zəng etmiş, Nurlan birazdan çayxanaya gələcəyini demişdir. Nurlan gəlib çatmamış, saat təxminən 23:30 radələrində Rəhman çayxanadan çıxıb getmiş və birazdan gələcəyini demişdir. Rəhman ona 15-20 dəqiqəyə qayıdacağını demişdir. Rəhman gedəndən təxminən 5-10 dəqiqə sonra Nurlan çayxanaya gəlmişdir. 2013-cü ildə Nurlanın yanında usta köməkçisi işlədiyi üçün onu tanımışdır. Sonra Nurlanla birlikdə çayxanada oturmuş və saat 0:01-də Rəhmana zəng edib ondan harada olduğunu soruşmuş, Rəhman 15 dəqiqəyə gələcəyini demişdir. Daha sonra Rəhman dediyi vaxtda gəlmədiyi üçün saat 0:16-da sonuncuya bir daha zəng etmiş, telefon danışığı zamanı Rəhman yenə də 5-10 dəqiqəyə gələcəyini söyləmişdir. Bundan sonra saat təxminən 00:30-dək Rəhmanı gözləmiş, lakin, Rəhman gəlmədiyi üçün həmin vaxt bir daha Rəhmana zəng etmiş, bu dəfə Rəhmanın telefonuna zəng çatmamışdır. Bir-iki dəqiqə sonra yenidən Rəhmana zəng etmiş, yenə də zəng çatmamışdır. Ona görə də Rəhmanın gəlmədiyini görüb çayxanadan çıxaraq evinə getmişdir. Nurlan özünə məxsus "Vaz 2107" lada markalı göy rəngli avtomobili ilə onu evinə aparmışdır. Səhəri gün, yəni xx.xx.2017-ci il tarixdə saat 13 radələrində Nurlan ona zəng edərək Rəhmanın avtoqəza nəticəsində öldüyünü demişdir. Xaçmaz rayonunun Yergüc kənd sakini Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunu Nabran ərazisində sonuncunun dayısı Əspəndiyə məxsus çimərlik sahili obyekti işlətdiyinə görə tanımışdır. Lakin, Osmanla elə də yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında hər hansı narazılığın və ya münaqişənin olmasının şahidi olmamış və bu barədə heç bir məlumatı olmamışdır. Ülviyyəni tanımamış, onunla heçbir münasibəti olmamışdır. Təxminən 2007-2008-ci ildən etibarən istifadəsində +**********07 və +**********07 mobil nömrələri olmuşdur. Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** və ********** mobil nömrələr ilə əlaqə saxlamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Quba rayonu Küpçal qışlaq kəndi ərazisində Quba rayonu Hacı Hüseynli kəndinin girəcəyində Qudyalçay çay üzərində olan körpünün altında körpüdən yuvarlanaraq çaya düşmüş, yanmış avtomobil aşkar olunmuşdur. ( cild 1, iş vərəqi 5-19) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi haqqında” 03 fevral 2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, avtomobil Quba rayonu Mühafizə Xidmətinin həyətində digər avtomobillərin arasında saxlanılmış vəziyyətdədir. Öyrənildikdə müəyyən edildi ki, yanğın avtomobilin demək olar ki, bütün həcmi boyunca inkişaf edib yayılmış, avtomobil üzərində müxtəlif dərəcəli termiki zədələr yaratmışdır. Araşdırdıqda müəyyən edildi ki, daha dərin yanğın izləri avtomobilin qabaq sol təkəri üzərində, eləcə də, onun salon daxilində əmələ gəlmişdir. Belə ki, avtomobilin qabaq sol təkəri nin şini-“yanan hissəsi” bütövlükdə yanıb dağılmış, yerində yalnız onun diski və şininin tərkib hissəsi olan polad məftillər qalmış, salonun daxilində dərin termiki dağılmalar əmələ gəlmiş, burada yanar və çətin yanan konstruktiv hissələr kömürləşən vəziyyətə düşmüşdür. Ətraflı öyrənlikdikdə müəyyən edildi ki, avtomobilin salonu daxilində nisbətən güclü termiki təsir izləri sürücünün oturacağı, eləcə də, arxa oturacağın sağ tərəfdən bir qədər orta hissəyə yaranmış, qeyd olunan sahələrdə, eləcə də, onların periferiyasında ( bilavasitə yaxın ətraf zonasında, eləcə də, üst hissəsində) gözə çarpan dərəcədə termiki dəyişmələr-metal deformasiyası və s. əlamətlər əmələ gəlmişdir. Qeyd olunan yerlərdə odalq zonası əmələ gəlmiş, o cümlədən, qabaq sol təkərin üst proyeksiyası üzərində, yəni mühərrik bölməsinin qabaq sol sahəsində yerləşən mis elektrik naqillərinin cərayan daşıyıcı damarlarının “n” kəsiyi nazikləşmiş, onlar kövrək yəni tez sınan vəziyyətə düşmüş, salonun daxilində qeyd olunan sürücü kürsüsünün, eləcə də, arxa kürsünün orta hissəsinin üst proyeksiyasında avtomobilin banının təbəqə dəmirdən olan yeri aşağıya istiqamətdə yerli şəkildə deformasiyaya uğramışdır. Yuxarıda qeyd olunan 3 ədəd odlaq zonaları müstəqil və əlaqəsiz xarakter daşıyırlar. Qeyd olunan amilin təzahürü kimi bildirmək olar ki, avtomobilin salonunda yaranmış yanğın təbii inkişaf şəraitində heçbir halda qabaq sol təkərə yəni salondan aşağıya istiqamətdə inkişaf etməsi qeyri təbiidir, eləcə də əks şəkildə avtomobilin tamamilə yanmış qabaq sol təkərinin yanması zamanı avtombilin salonuna yanğın inkişaf edərək onun iki ədəd sahəsində odlaq zonası yaranması qeyri-təbii olmaqla mümkün deyildir. Avtomobilin mühərrik bölməsində eləcə də, onun salonu daxilində yerində qalmış elektrik qurğuların, o cümlədən, elektrik naqilləri cərayan daşıyıcı damarlarının səthi öyrənildikdə onların üzrərində, qəza halı üçün xarakterik olan izlər aşkar edilmədi. Avtomabilin ynacaq sisteminə aid olan konstruktiv hissələri, o cümlədən, yanacaq çəni, eləcə də yanacaq daşıyan borular öyrənildikdə onların tamlığı müəyyən edildi. Avtomobilin üzərində, o cümlədən, onun qabaq və arxa buferləri üzərində gözəçarpan mexaniki dəyişmə, yəni deformasiyaya uğramaq izləri aşkar edilmədi. Arxa buferin eləcə də, avtomobilin arxa sağ hissəsindən çölə çıxmış vəziyyətdə olan tüstü borusunun üzərində heç bir deformasiya və kənar təsir izləri aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi haqqında” 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və digər əhəmiyyət kəsb edən şəxslərin aralarında telefon danışıqları olmuşdur. Cinayət işi materiallarından da göründüyü kimi təqsirləndirilən şəxslərin öz aralarında, habelə zərərçəkmiş şəxslər arasındakı telefon danışıqlarının həmçinin “whatsapp” mobil tətbiqi vasitəsi ilə də aparılmışdır. Lakin, buna baxmayaraq istintaq dövründə əldə edilərək təhlil edilmiş telefon danışıqlarına dair məlumatlarda aralarında çoxsaylı telefon danışıqlarının olması Zərərçəkmiş şəxs2 həm Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu həm də Zərərçəkmiş şəxs1 ilə münasibəti olduğunu bir daha təsdiq etmişdir. Bundan başqa telefon danışıqlarına dair məlumatların müfəssəl və hərtərəfli təhlili zamanı aşağıdakı xüsusi əhəmiyyət kəsb edən hallar da müəyyən edilmişdir. 1) Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il tarixdə saat 22:16 dəqiqədə əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq onunla 9 saniyə danışmış, həmin zaman hər iki şəxsin anteni Xaçmaz rayonu Müşkür kəndi ərazisini göstərmişdir. Bu hal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm ifadələrində həm də ifadənin yerində yoxlanması istintaq hərəkətində göstərdiyi xüsusatları, yəni, görüşlərinin hansı qaydada və harada baş verməsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 məxsus mobil telefona aid məlumatlardan çıxarış 2) Elektron məlumat daşıyıcılardan əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 anteni 06 iyul 2017-ci il tarixdən 07 iyul 2017-ci il tarixdə keçən gecə, saat 24 radələrindən etibarən, əsasən də 00:16 dəqiqədən sonra Xaçmaz rayonu Yergüc və Hacıəlibəy kəndlərini göstərmişdir. Yergüc və Hacıəlibəy kəndləri qonşu kəndlərdir. Habelə görüş yeri olan "İntizar Plaza" şadlıq sarayı da həmin kəndlərinin ərazisində yerləşir. Bu məlumatlara da əsasən əminliklə onu demək olar ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə məhs həmin yerdə, yəni, "İntizar Plaza" şadlıq sarayının yaxınlığında və həmin vaxt aralığında Zərərçəkmiş şəxs1 ilə görüşmüşlər. Təqsirləndirilən şəxs1 məxsus mobil telefona aid məlumatlardan çıxarış Zərərçəkmiş şəxs1 məxsus mobil telefona aid məlumatlardan çıxarış Zərərçəkmiş şəxs2 məxsus mobil telefona aid məlumatlardan çıxarış 3) İstintaqla müəyyən edilmişdir ki, görüşdən sonra Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ailəsinə məxsus Xaçmaz rayonu Yergüc kəndində olan bağ sahələrinə getmişlər. Bu xüsusat Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 mobil telefon məlumatlarında da bir daha öz təsdiqini tapmışdır. Belə ki, hər iki şəxsin 07 iyul 2017-ci il saat 00:16 radələrində sonra anteni Xaçmaz rayonu Yergüc kəndini göstərmişdir. Zərərçəkmiş şəxs1 telefonu bundan sonra başqa ərazidə siqnal verməmiş və məlum olduğu kimi hadisədən 13 gün sonra sonuncunun mobil telefonu elə məhz həmin yerdə, yəni, Yergüc kəndi ərazisində Təqsirləndirilən şəxs1 ailəsinə məxsus bağ sahəsinin yaxınlığında tapılmışdır. Zərərçəkmiş şəxs1 məxsus mobil telefona aid məlumatlardan çıxarış 4) Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng edib onunla görüşməsindən sonra, yəni, xx.xx.2017-ci il saat 22:16-dan xx.xx.2017-ci il saat 01:15-ə qədər onun anten məlumatları Xaçmaz rayonu, Yergüc kəndi, Haciəlibey kəndi və Qımılqışlaq kəndi ərazisini göstərmişdir. Qeyd olunan kəndlər bir biri ilə yanaşı olduğundan bu hal Osmanın Əflatun ilə birlikdə hərəkət halında olduğunu sübut edir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində və ifadələrinin yerində yoxlanması istintaq hərəkətində göstərmişlər ki, Zərərçəkmiş şəxs1 bağ sahəsində öldürdükdən sonra onu da Ülviyyənin yanına qoyub Rəhmana məxsus avtomobillə ilk olaraq “İntizar plaza” şadlıq evinə çatıb, Xaçmaz-Quba avtomobil yoluna çıxdıqda sağ tərəf üzrə, cənub-qərb istiqamətdə Quba rayonuna doğru hərəkət edib Qudyalçay üzərindəki körpünü keçib üzü Quba rayonunun Hacıhüseynli və Yelenovka kəndlərinə doğru asfalt yolla hərəkət etmiş və bir neçə dəqiqədən sonra yolda dönüb geriyə Qudyalçay üzərindəki körpüyə tərəf qayıtmışlar. Təqsirləndirilən şəxs1 hadisə vaxtı istifadəsində olan ********** nömrəli mobil telefonun anten məlumatlarından görünür ki, 07 iyul 2017-ci il tarixdə saat 01:15-dən etibarən Təqsirləndirilən şəxs1 anteni əlavə olaraq Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi, Qusar rayonu, Avaranqışlaq kəndi, Kuzun Qışlaq kəndi, Quba rayonu Hacıhüseynli və Hacıqayıb kəndlərini göstərmişdir. Bu da özlüyündə onu sübut edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələrində qeyd elədikləri kimi həqiqətən də hadisədən sonra Zərərçəkmiş şəxs1 məxsus avtomobillə Quba rayonu, Hacıhüseynli (Yelenovka), Hacıqaib kəndi, habelə Qusar rayonu, Avaranqışlaq və Kuzun Qışlaq kəndi istiqamətində hərəkət edib sonra geri, avtomobili yandırdıları yerə qayıtmışlar. Təqsirləndirilən şəxs1 məxsus mobil telefona aid məlumatlardan çıxarış 5) Avtomobili yandırdıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı kəndə, evlərinə getməsini bildirmişlər. Anten məlumatlarından da göründüyün kimi Təqsirləndirilən şəxs1 saat 03:06-dan etibarən yalnız Xaçmaz rayonu Yergüc kəndi ərazisində olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus həmin mobil nömrənin olduğu mobil telefondan saat 03:06-dan saat 05:09-a qədər Xaçmaz rayonu, Yergüc kəndi ərazisində mobil internet tədbiqlərindən istifadə olunmuşdur. 07 iyul 2017-ci il tarixdə saat 09:02 dəqiqədə isə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında 27 saniyəlik telefon danışığı olmuşdur. (cild 6, iş vərəqi 69- 95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəməgenetik ekspertizasının 19 iyul 2017-ci il tarixli 17/251r nömrəli rəyinin nəticələrinə əsasən avtomobildə yanaraq ölmüş şəxsin xx.xx.1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonunun Köhnə Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs2 olması müəyyən edilmişdir. (cild 1, i.v. 51-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəməgenetik ekspertizasının 19 iyul 2017-ci il tarixli 17/252r nömrəli rəyinin nəticələrinə əsasən avtomobildə yanaraq ölmüş şəxsin xx.xx.1984-cü ildə Qazax rayonunda anadan olmuş, Xaçmaz rayonunun Müşkür kəndində yaşayan Zərərçəkmiş şəxs1 olması müəyyən edilmişdir. (cild 1, i.v. 51-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 10 iyul 2017-ci il tarixli, 11 saylı rəyində Zərərçəkmiş şəxs1 meyitinin yanıb kömürləşdiyi, yanıq fonunda hər hansı xəsarətin olub-olmamasının təyin edilməsinin mümkün olmadığı. Onun ölümünə səbəb baş vermiş yanğın nəticəsində yaranan termiki yanıqların törətdiyi fəsadlar (yanıq şoku) olduğu, meyit yanaraq kömürləşdiyindən məhkəmə-tibbi meyarlara əsasən onun ölümünün baş vermə müddətinin təyin etməyin mümkün olmadığı, ölümün yanğından sonra dəqiqələrlə ölçülən qısa zaman kəsiyində baş verdiyi, Zərərçəkmiş şəxs1 meyitinin yanaraq kömürləşməsinin alov təsirindən baş verdiyi göstərilmişdir. (cild 1, i.v. 120-122) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmətibb ekspertizasının 28 iyul 2017-ci il tarixli, 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyiti yanıb kömürləşmişdir. Kömürləşmə hesabına bədəni üzərində xəsarət olub-olmamasının təyini mümkün olmamışdır. Lakin məhkəmə-histoloji müayinədə alveolarda və traxeyanın (bronxun) selikli qişasının üzərində qara rəngli hissəciklərə oxşar kütlələr, qanda karboksihemoqlobin aşkar edilmişdir. Bunlar da onun canlı olaraq yanğın baş verərkən ölməsini sübut edir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş vermiş yanğın nəticəsində yaranan termiki yanıqların törətdiyi fəsadlar (yanıq şoku) omuşdur. Meyit yanaraq kömürləşdiyindən məhkəmə-tibb meyarlara əsasən onun ölümünün baş vermə müddətini təyin etmək mümkün olmadı. Zərərçəkmiş şəxs2 ölümü yanğından sonra dəqiqələrlə ölçülən qısa zaman kəsiyində baş vermişdir. Meyitin yanaraq kömürləşməsi alov təsirindən baş vermişdir. Meyitdən götürülmüş qanda və sidikdə məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti aşkar edilməmişdir. (cild 1, i.v. 123-126) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının xx.xx.2017-ci il tarixli, 17778 saylı rəyindən görünür ki, «VAZ-2106» markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi, avtomobilin salonunda və qarşı sol tərəf təkər yerləşən sahədə olmuşdur. Yanğın mənbə zonalarından yanar materiallara yüksələn xətt istiqamətində inkişaf edərək avtomobilin arxa hissəsinə doğru yayılmışdır. Baxış zamanı avtomobilin elektrik naqillərində elektrik qəza hallarının izlərinin aşkar edilmədiyi, yanacaq çəninin, eləcə də yanacaq sisteminin tamlığının pozulmadığını, eləcə də avtomobildə kənar müdaxilə hallarının olduğunu nəzərə aldıqda, yanğın kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verməsi üçün xarakterikdir. (cild 1, i.v. 181-185) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəməkomputer texniki ekspertizasının 28 avqust 2017-ci il tarixli 21384 nömrəli rəyindən görünür ki, tədqiq olunan bir ədəd gövdəsi qara rəngli plastik materialdan tərtib olunmuş “Samsung” markalı “SM-G313HU” (“Galaxy S Duos 3”) modelli, istifadəsində “+**********00” mobil nömrəli mobil smartfon “Elektron ünvan ” elektron poçt ünvanı ilə bağlı addan, “**********20943”, “**********20941” İMEİ kodlardan, “TFT” rəngli ekrandan, daxili yaddaşdan, “Android 4.4.2” tipli əməliyyat sistemindən, arxa və ön kameradan, idarəetmə düymələrdən ibarətdir və hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. (cild 1, i.v. 137-141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 28 fevral 2018-ci il tarixli 905 nömrəli rəyindən görünür ki, hadisə zamanı «VAZ-2106» markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildə üç ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi avtomobilin qabaq sol təkəri üzərində, ikincisi sürücünün oturacağı üzərində, üçüncüsü isə arxa oturacağın sağ tərəfdən bir qədər orta hissəsində yerləşmişdir. Yanğın hər bir mənbə zonasından yüksələn xətt istiqamətində inkişaf edib yayılmışdır. Yanğın, kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə üç ədəd müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş vermişdir. «VAZ-2106» markalı, **-DE- *** dövlət qeydiyyat nişanlı yanğın baş vermiş avtomobilin üzərində partlayış üçün xarakterik olan iz və əlamətlər müəyyən edilməmişdir. Yanğın nəticəsində avtomobildə yaranmış dərin və təsirli termiki zədələrin əmələ gəlməsi ilə əlaqədar, hadisədən əvvəl onun üzərində yanğın hadisəsini şərtləndirə bilən hansısa texniki nasazlıqların olmasını müəyyən etmək mümkün olmadı. (cild 3, i.v. 208-212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə-psixiatrik, məhkəmə-psixoloji və məhkəmə-narkoloji" ekspertizasının 25 iyun 2022-ci il tarixli 1690 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunda hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu hər hansı psixi xəstəlikdən (psixi pozuntudan) əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhülkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunda hər hansı sayıqlama fikri və özündən uydurmağa patoloji meyllik aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu istintaqa ifadə verdiyi dövrdə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək və ifadələrinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun istintaqa verdiyi ifadələr uydurma xarakterli, yəni həqiqətə uyğun olub-olmamasının müəyyən edilməsi məhkəməpsixiatrik ekspertizasının səlahiyyətinə aid deyil və istintaq tərəfindən müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama və s.), intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Hövsələsizlik, emosionallıq, tez özünden çıxmaq, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törətməmişdən əvvəl həmin hadisəni törətməyə meyl oyadan və qətiyyət yaradan psixi vəziyyətdə olmamışdır. Cinayət əməllərini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunda hal-hazırda narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 6, i.v. 201-208) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə-psixiatrik, məhkəmə-psixoloji və məhkəmə-narkoloji" ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 2488 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı (xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik) əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 idrak prosesləri (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektual imkanları normaya uyğundur. Hövsələsizlik, inadkarlıq, eqosentrizm, qıcığa qarşı həssaslıq, özünəməxsus mövqe və prinsipə məxsus olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən və ona elan edilmiş ittihamda qeyd olunan cinayət əməllərini törətməmişdən əvvəl həmin hadisəni törətməyə meyl oyadan və qətiyyət yaradan psixi vəziyyətdə olmamış, onun davranışını situasiya şərtləşdirmişdir. Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 7, i.v. 12-20) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 9/6699 nömrəli rəyindən görünür ki, 1984-cü il buraxılışlı, "Vaz-2106" markalı, yanaraq təyinatı üzrə tamamilə yararsız hala düşmüş avtomobilin normal vəziyyətdə 2017-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2700 manat müəyyən olunur. (cild 6, i.v. 253- 256) İş üzrə 31 oktyabr 2017-ci il tarixli qərarla, hadisə yerindən götürülmüş VAZ 2106 markalı ** DE *** nömrəli avtomobilin yanmış qalıqları və 22 sentyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “Samsung” markalı “SM-G313HU” (“Galaxy S Duos 3”) modelli mobil telefon maddi sübut kimi tanınmışdır. Quba rayon polis şöbəsindən daxil olmuş 03 avqust 2022-ci il tarixli 14/146-19707 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə Quba rayonu Küpçal-qışlaq kəndi ərazisindəki körpünün altında yanmış halda olan "VAZ 2106" markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil Quba rayon polis şöbəsinin mühafizə olunan duracağında aşkar edilməmişdir. (cild 1, i.v. 246-247; cild 6, i.v. 44-45;) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Xaçmaz rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 21 iyul 2022-ci il tarixli 796 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdurlar. (cild 6, i.v. 39-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 30 avqust 2022-ci il tarixli xx/xx-11514 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicə olmayıb, qeydiyyatda yoxdurlar. (cild 6, i.v. 105-106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun məhkumluğu olmamışdır. (cild 6, i.v. 249-252) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 6, i.v. 249-252; cild 6, i.v. 16-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 6, i.v. 249-252; cild 6, i.v. 16-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüc kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu barəsində icra nümayəndəliyinə şikayət daxil olmamışdır. (cild 6, iş vərəqi 101) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüc kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində icra nümayəndəliyinə şikayət daxil olmamışdır. (cild 6, iş vərəqi 100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən yazılmış 22 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur, Əflatunla barışmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu tərəfindən yazılmış 18 may 2022-ci il tarixli ərizədən görünür ki, 07 iyul 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1ı öldürülməsinə dair ifadə vermək istəmiş, belə ki, Zərərçəkmiş şəxs1 o öldürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, 2017-ci il tarixdə Ülviyyə və Rəhmanının Quba rayon ərazəsində öldürülməsinə dair cinayət işi üzrə hadisə arədə məlumat vermək istədiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 törədilmiş cinayət hadisəsində xəbərlərinin olmaması, belə bir cinayət əməlini törətmədikləri, ibtidai istintaq dövründə məruz qaldıqları işgəncələr və qeyri- insani rəftar nəticəsində cinayət hadisəsini törətmələrini boyunlarına almaları barədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, cinayət təqibi zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin rəqəm ifadəsinin ittihamdan çıxarılmasını təklif etdiyindən, həmçinin, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələrinə əsasən CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş eyni əməl 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri ilə ehtiva olunduğundan həmin maddə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələrinə tövsif olunmalı və Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10, 185.2.1 və 245-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 185.2.1 və 245-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində təqsirlidirlər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 və 245-ci maddələri ilə isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 və 245-ci maddələri ilə isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10, 185.2.1 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələrinin sanksiyası həddində ömürlük azadlıqdan məhrum etmə növündə, həmin Məcəllənin 185.2.1 və 245-ci maddələrinin sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 185.2.1 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9 maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, həmin Məcəllənin 185.2.1 və 245ci maddələrinin sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlunun Azərbaycan Respublikası CM-in 245-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən, Azərbaycan Respublikası CM-in 185, 245-ci maddəsində nəzərdə tutulan cinayət əməlini başqa cinayəti ört-basdır etmək məqsədi ilə törətməsi, həmin məcəllənin 61.1.3 və 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi X7 ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 245-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən, Azərbaycan Respublikası CM-in 185, 245-ci maddəsində nəzərdə tutulan cinayət əməlini başqa cinayəti ört-basdır etmək məqsədi ilə törətməsi, həmin məcəllənin 61.1.3 və 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Şahhüseyn tərəfindən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qəsdən adam öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında, başqa cinayəti gizlətmə məqsədi ilə xüsusi amansızlıqla və təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olmaqla təkrarən başqa şəxsi qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsini, qabaqcadan əlbir olan bir qrup şəxs qismində avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməsi və qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkət etməsi kimi işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 245-ci maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə isə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 245-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində ömürlük azadlıqdan məhrum etmə saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna təyin edilmiş 11 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası ona hazırki hökmlə təyin ediləcək ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzalarını həbsxanada çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzalarının həbsxanada çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun hal-hazırda cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun hal-hazırda cəza çəkməsi nəzərə alınmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, onun başqa cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 221.3-cü maddələri təqsirləndirilməsinə dair Sumqayıt Ağır cinayətlər məhkəməsində ********* nömrəli cinayət işinə baxıldığı üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanıldığı nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, 15 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 185.2.1 və 245-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmiş və onun başqa cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 221.3-cü maddələri təqsirləndirilməsinə dair Sumqayıt Apellyasiya məhkəməsində ********* nömrəli cinayət işinə baxıldığı üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanıldığı nəzərə alınmışdır. Cinayət işinin materiallarında görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-538/202 saylı 28 dekabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimlan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu oğluna təyin ediləcək ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu üçün müəyyən edilmiş tarixdən yəni, 24 aprel 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs2 üçün müəyyən edilmiş tarixdən yəni, 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut hesab edilmiş hadisə yerindən götürülmüş VAZ 2106 markalı ** DE *** nömrəli avtomobilin yanmış qalıqları Quba rayon polis şöbəsindən daxil olmuş 03 avqust 2022-ci il tarixli 14/146-19707 nömrəli məktuba əsasən Quba rayon polis şöbəsinin mühafizə olunan duracağında aşkar edilməməsi nəzərə alınmalıdır. Bundan başqa Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı “SM-G313HU” (“Galaxy S Duos 3”) modelli mobil telefon zərər çəkimş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 635 (altı yüz otuz beş) manat 57 (əlli yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 hər birindən 317 manat 79 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10, 185.2.1 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin rəqəm ifadəsi elan olunmuş ittihamdan xaric edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 245-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 120.2.10-cu maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və onun hal-hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs1 Şahhüseyn oğluna əfv qaydasında müraciət etmək etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 185.2.1 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə 17 ( on yeddi) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 12 (on iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və onun hal-hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 aprel 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut hesab edilmiş hadisə yerindən götürülmüş VAZ 2106 markalı ** DE *** nömrəli avtomobilin yanmış qalıqları Quba rayon polis şöbəsindən daxil olmuş 03 avqust 2022-ci il tarixli 14/146-19707 nömrəli məktuba əsasən Quba rayon polis şöbəsinin mühafizə olunan duracağında aşkar edilməməsi nəzərə alınsın. Bundan başqa Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı “SM-G313HU” (“Galaxy S Duos 3”) modelli mobil telefon zərər çəkimş şəxsin hüquqi varisinə qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə 635 (altı yüz otuz beş) manat 57(əlli yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 hər birindən 317 manat 79 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 Şahhüseyn oğlu və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar