Məhkəmə qərarları › İş №1(124)-390/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-390/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-390/2025 04.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Cəfərzadə İlham Nizami oğlunun sədrliyi ilə Hakimlər – X5 və X1 ibarət tərkibdə, Əhmədzadə Səbinə Əkbər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi-Qanuni nümayəndə, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, rəsmi olaraq işləməyən, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs atası X3 ilə rəsmi nikahda olmasına baxmayaraq bir neçə ay əvvəl öz ailəsini tərk edib onlardan ayrılaraq başqa kişi ilə birgə yaşamasını özünün və qohumlarının ləyaqətini alçaldan rüsvayedici davranış kimi qiymətləndirib anası Zərərçəkmiş şəxs bu hərəkətlərinə görə qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2025-ci ilin mart ayında anası ilə “WhatsApp” sosial şəbəkəsində yazışma və danışıqlar apararaq əlaqə və ünsiyyətini bərpa etməyə nail olub sonuncunu guya kirayə ev axtarmaq adı ilə əvvəllər ailələrinin müvəqqəti olaraq birgə yaşadıqları Abşeron rayonu, Məmmədli kəndinə xx.xx.2025-ci il tarixdə görüşə çağırdıqdan sonra yaşadığı evdən ümumi uzunluğu 240 mm, dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli, soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb həmin tarixdə səhər radələrində yaşadığı Salyan rayonu, Marışlı kəndindən çıxıb Bakı şəhərinə gələrək saat 17 radələrində anası Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Məmmədli kəndi ərazisində görüşüb söhbət edərək küçə ilə gəzdikləri vaxt saat 18 radələrində ünvan 1 ünvanının qarşısındakı yolda öz cinayətkar niyyətini həyata keçirmək üçün zərərçəkmişə əzab və xüsusi ağrılar yetirdiyini dərk edib müstəsna qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla anası Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncunun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi müxtəlif bədən nahiyələrinə üzərindəki bıçaqla qəfildən çoxsaylı zərbələr endirib, zərərçəkmişin döş və qarın boşluğuna nüfuz edərək hər iki ağciyəri, ürək kisəsini, ürəyi və qaraciyəri yaralayan və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş kəsilmiş-deşilmiş yaralardan ölümünə səbəb olan - sağ kürək nahiyəsinin 1 ədəd, döş qəfəsinin 8 ədəd və qarın nahiyəsinin 1 ədəd (ümumilikdə 10 ədəd) müvafiq olaraq döş boşluğuna nüfuz edən, hər iki ağciyərin orta və aşağı paylarını, ürək kisəsini, ürəyin sol mədəciyini, qaraciyəri dəlib-keçən, iki tərəfli hemotoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş kəsilmiş-deşilmiş yaraları kimi canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa AGİR zərərvurmaya aid xəsarətlər, habelə boyun nahiyəsinin, döş qəfəsinin, sağ kürək nahiyəsinin, hər iki bazunun, sol saidin, sol əlin və hər iki budun kəsilmiş-deşilmiş və kəsilmiş yaraları (ümumilikdə 28 ədəd) kimi dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar Bakı şəhərində, Əhmədli kəndində yaşamışlar, o və atası işləmiş, anası onları atıb getdikdən sonra atası ondan soruşmuşdur ki, “anan haradadır?”. O isə bilmədiyini demişdir, anası ona xəbər vermədən çıxıb getmiş, telefonuna zəng çatmamış və qohumlar görmədiklərini, onların yanında olmadığını bildirmişlər. Qayıdacağını düşünmüş, lakin 2-3 gün keçdikdən sonra artıq atası polisə müraciət etmişdir. Anası ona 1-2 ay sonra yazmış, başqası ilə ailə həyatı qurduğunu, onunla birlikdə olduğunu bildirmişdir. Anası onları tərk etdikdən sonra atası onları Salyan rayonuna babasıgilə aparmış, anası onunla əlaqə saxladığı zaman onadan niyə onları atdığını soruşmuş, anası isə “sizinlə yaşamıram, bu adamla 3 ildir ki, birlikdəyəm” demişdir. O, anasını onlarla, o özü, qardaşı, bacısı ilə yaşamağa razı salmağa çalışmış, ona “Bakıda ev tutaq və birlikdə yaşayaq, atam pul qazanıb bizə yollayar” demiş, lakin anası razılaşmamışdır. Ona onun yanına gedə biləcəklərini və bu şəkildə birlikdə yaşaya biləcəklərini bildirmişdir. Bakıya gəldiyi zaman üstündə bıçaq götürmüş, onunla danışıb hər şeyi yoluna qoymaq istəmiş, lakin anası məqsədindən əl çəkməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, əvvəllər evlərində problemlər olmasına baxmayaraq, anasının evdən getdiyi vaxt hər şey yaxşı olmuşdur. Anasının qeyd elədiyi 3 il müddətində bir münasibəti olmasına şübhələr olmamışdır. Anası “Dəniz mall” Ticarət Mərkəzində xadimə işləmişdir. Atası isə qapı-pəncərə ustası olmuşdur. Anası onları atıb getdikdən sonra atası onları rayona, baba və nənəsinin yanına aparmış, özü isə Dağıstana işləmək üçün getmişdir. Əvvəllər aralarında söz-söhbət olmuş, lakin anası getməmişdən qabaq heç nə olmamışdır. Anası getdikdən təxminən 2 ay sonra sadəcə onunla əlaqə saxlamış, bacısı və qardaşı ilə əlaqə saxlamamışdır. Anası ilə görüşdüyü zaman anası geri qayıtsa imiş, hər şey normal olacaqmış. Anası ilə görüşdüyü zaman geri qayıtmayacağını bildirmiş, o buna əsəbləşmiş, bıçağı götürməkdə isə məqsədi öldürmək olmuşdur. Anası ilə görüşdüyü zaman sinif yoldaşını görmüş, sinif yoldaşının heç nədən xəbəri olmamış, anasına görüşdüyü küçədən kirayə ev tapdığını bildirmiş, lakin həqiqətdə belə bir şey olmamışdır. Anasını məqsədyönlü həmin küçəyə çağırmış, öldürmək məqsədi ilə getmiş və insanlar olmayan yer olmağını istəmiş, həmin küçəni heç kim məsləhət görməmiş, əvvəllər Əhmədlidə yaşadığı üçün tanımışdır. Anası ilə görüşdüyü küçədə birinci anası ilə görüşmüş, sonra dostu ilə qarşılaşmış, dostu ingilis dili hazırlığına getmişdir. Anası ilə söhbət etdiyi zaman dostu da onlarla yanaşı getmişdir. Küçənin sonunda artıq dostu onlarla sağollaşıb getmiş, sonuncu 10 metr getdikdən sonra anasına zərbə endirmişdir, anası ilə söhbəti ondan ibarət olmuşdur ki, kirayə ev tapdığını demiş, o isə evin şəraiti ilə maraqlanmışdır. Onlarla yenidən yaşamasını təklifləri etmiş, sonuncu razılaşsa bu hadisəni törətmək fikri olmamışdır. Anası birlikdə yaşadığı kişi ilə bağlı məlumat verməmiş, heç indi də həmin şəxsin kim olduğunu bilməmişdir. Üç dəfə bıçaq zərbəsi endirdiyi yadında olmuş, öldürdükdən sonra isə 10-a yaxın bıçaq zərbəsi endirdiyini düşünmüşdür. Ekspertiza rəyindəki qədər bıçaq zərbəsi endirdiyini bilməmişdir. Əsəbi olmağı ilə əlaqədar çox bıçaq zərbəsi endirmiş, əməlindən peşmandır. Əvvəllər səhər qalxıb işə getmiş, işdən gəldikdə paltarlarının yuyulmadığını görmüş, bacı və qardaşı dərsə getmiş, anası onlarla da maraqlanmamışdır, anasının başqası ilə danışdığından şübhələnməmişlər. O və atası, adətən, işdə, anası, bacısı və qardaşı evdə olmuşlar. Onlar işdən gəldikləri zaman anasının telefona və televizora baxdığını görmüşlər. Anası getməmişdən qabaq hər şey öz qaydasında olmuş, anası təzəliklə hicabdan istifadə etmişdir, hicab taxdıqdan sonra onun hərəkətlərində dəyişiklik hiss etməmişlər. Anası getdikdən sonra atası babasıgildən və digər qohumlardan anasının olduğu yer ilə bağlı maraqlanmış və sonra polisə müraciət etmişlər. Daha sonra anasının başqası ilə ailə həyatı qurmağından xəbəri olmuşdur. Polis atasına demişdir. Atası həmin vaxt əsəbləşmişdir. Anası onunla köhnə mobil nömrəsi ilə əlaqə saxlamış, anasının onunla əlaqə saxlamasını atasına bildirməmiş, atası ona Dağıstana işləməyə gedəcəyini, orada iş olsa onun da ora gedə biləcəyini demişdir. Atası anası ilə boşanmaq üçün ərizə vermiş, lakin anası məhkəməyə gəlməmişdir. O fikirləşmişdir ki, danışıb hər şeyi yoluna qoysun. Anası istəmişdir ki, özü harada yaşayırsa, onları da oraya aparsın. Heç kim ona “namusunu təmizləməlisən” və.s tipli ifadələr deməmişdir. Öldürmək məqsədi ilə gəlmiş daha sonra fikirləşmişdir ki, orada da anası ilə danışsın və qayıtmaq fikri varsa onunla birlikdə qayıtsın. Onu razı salıb, rayona qaytarmaq istəmişdir. O, tutulduğu zaman səhərə qədər oyaq qalmış və müstəntiqə izahat vermiş, həmin zaman müstəntiqə fikrini çatdıra bilməmişdir. Anası əvvəllər ibadət etməmiş, anasının ibadət etməyə başlaması ilə evdən ayrılmağının əlaqəsi olmamış, atası spirtli içki istifadəçisi olmamışdır. Təqsirləndirilən şəxs son sözündə barəsində ədalətli qərər qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Səidin kiçik qardaşı Səidin işlə bağlı Bakıya getdiyini bildirdikdən sonra ona zəng vurmuş, Səid ona Bakıdan iş tapdığını, bəyənsə işləyəcəyini, bəyənməsə qayıdıb gələcəyini bildirmişdir. Daha sonra yenidən Səidlə əlaqə saxlamış, Səid qayıdacağını bildirmiş, səbəbini soruşduqda isə işin xoşuna gəlmədiyini demişdir. Daha sonra artıq gec olduğu üçün yenidən əlaqə saxlamış, Səid polisin ona zəng vurduğunu demiş, polisin ona nə üçün zəng vurduğunu soruşduqda isə məsələni açıb danışmışdır. Ona “ evə gəl, səni polis bölməsinə aparım” demişdir. Səid evə çatan zaman polis əməkdaşları da gəlmiş, onlardan Səidin yemək yeməsi üçün icazə istəmiş və daha sonra polis əməkdaşlarına təhvil vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, onun oğlunun zərərçəkmiş şəxs ilə bağlı narazılıqları olmuş, çox güman ki, problemləri olmuşdur. Oğlu arvadının xəyanət məsələsi ilə bağlı ona heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun hadisə ilə bağlı ətraflı məlumatı olmamışdır. Hüquq mühafizə orqanı ondan Səidi axırıncı dəfə harada gördüyünü və nə vaxt əlaqə saxladığını soruşmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, o, Səidi hadisədən təxminən 2 ay qabaq görmüş, Səid problemləri ilə bağlı ona heç bir məlumat verməmiş, anasına olan qəzəbini bildirməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, hadisədən əvvəl Səidgilin harada yaşaması ilə bağlı məlumatı olmamışdır, lakin əvvəllər Əhmədli ərazisində yaşadıqlarını bilmişdir. Axşam radələrində bacısıgil ona zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, qızı namaz qılmağa başlayandan sonra onlara qarşı olan münasibəti dəyişmişdir. Səidə qarşı heç bir şikayəti, tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədən Səidin yüngül cəza almasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən zaman o, Salyan rayonunda olmuş, hadisə ilə bağlı ona Səidin atası məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Səidgilin ailədaxili problemləri ilə bağlı son vaxtlarda məlumatı olmuş, Səidin anasına qarşı daxili aqressiyası barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, evə getdiyi zaman yolda qadın meyiti görmüş və “102” xidmətinə zəng vurmuş, həmin zaman orada heç kim olmamışdır. Təqsirləndirilən şəxsi tanımamış, hadisə onun yaşadığı küçədə baş vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə çıxışları zamanı çıxış edərkən məhkəmədən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs, gənc olmağının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, o, Abşeron rayonu, Məmmədli kəndində ailəsi ilə birlikdə yaşamışdır. Atasının adı Mahir, anasının adı Səlminaz olmuşdur. Atası xərçəng xəstəsi olmuşdur. Ailədə 3 qardaş, 1 bacı olmuşlar. O. ortancıl qardaş olmuşdur. Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbində 11-ci sinfində oxumuş, eyni zamanda İ ixtisas qrupuna abituriyent kimi hazırlaşmışdır. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanımışdır. Belə ki, o, Səid ilə eyni məktəbdə, lakin paralel siniflərdə oxumuşdur. O, Səidi qiyabi olaraq məktəbdə oxuyanda tanısa da, Səidlə daha yaxın münasibətləri 2024-cü ilin yay aylarında kafedə işləyərkən yaranmışdır. Belə ki, o, abituriyent hazırlığı ilə əlaqədar xərclərini ödəmək üçün evlərinin yaxınlığında bir kafedə ofisiant işləmiş və günlük təxminən 10-15 AZN haqq almışdır. Səid isə oranın düz yaxınlığında yerləşən adını bilmədiyi başqa bir kafedə ofisiant işləmişdir. Beləcə o, Səidi tez-tez görmüş və Səidlə xoş münasibətləri yaranmışdır. Səidin şəxsi və ailə həyatı haqqında heç bir məlumatı olmamışdır. Səid öz atası, anası və digər qohumları barəsində onunla heç bir söhbət etməmişdir. Bu səbəbdən Səidin ailəsi daxilində hansısa problemlərin olub-olmamasını bilməmişdir. 2024-cü ilin yay ayları bitdikdən sonra Səid onlara artıq Salyana köçdüyünü və bir daha burada olmayacağını demişdir. Səid dostları ilə sağollaşdıqdan sonra hadisə baş verən günə qədər o, Səidi heç görməmişdir. Yalnızca o, Səidlə mobil telefon vasitəsilə arabir danışaraq hal-əhval tutmuşdur. Səid onunla telefon danışıqları zamanı xüsusi heç nə bildirməmişdir. 30 mart 2025-ci il tarixdə günorta radələrində fizika məşğələsinə getmək üçün evdən çıxmışdır. Təxminən saat 17 radələrində məşğələdən çıxaraq evinə doğru gəlmişdir. Onun məqsədi evə gedərək oradan da 11-ci siniflər üçün nəzərdə tutulan son zəng tədbirinin rəqs məşğələsinə qatılmaq olmuşdur. Elə məşğələdən çıxaraq bir az gəlmişdir ki, Səidlə anasının yanbayan getdiyini görmüşdür. Yəni Səidlə anası onun qarşısına tam təsadüfən çıxmışdır. Səidlə salamlaşaraq hal-əhval tutmuş və bir qədər söhbət etmişdir. Bundan sonra o, öz evinə doğru hərəkət etməyə başlamışdır. Onun evinə gedən yol elə hadisənin baş verdiyi küçədən keçmişdir. Həmçinin Səidlə anası da həmin yolla hərəkət etmişdir. Bu səbəbdən onlar 3-ü həmin küçə ilə yanaşı getməyə başlamışlar. Səid yolda anası ilə kirayə ev barəsində danışmışdır. Sonuncuların arasında heç bir dava-dalaş və mübahisə olmamışdır. Həmçinin söhbət zamanı Səidin anası ondan da bu ərazidə kirayə ev tanıyıbtanımadığını soruşmuş, o isə kirayə ev tanımadığını bildirmişdir. Elə Səidlə anası yanaşı söhbət edərkən qəfildən Səid yerində durmuş və anasına tərəf dönərək anasını vurmağa başlamışdır. O, ilk öncə Səidin əlində bıçaq olduğunu görməmiş, lakin bir neçə saniyə sonra görmüşdür ki, Səid anasına yumruqla deyil, bıçaqla zərbələr endirmişdir. Səidin hirsi soyumamış və anasına çoxsaylı zərbələr vurmuşdur. Anası yerdə olsa belə, Səid anasını bıçaqlamağa davam etmişdir. O, bu hadisədən şoka düşmüş, həyatında ilk dəfə imiş ki, belə bir hadisənin şahidi olmuşdur. Həmçinin yaşı da az olduğu üçün bu vəziyyətdə nə etmək lazım olduğunu bilməmişdir. Bu səbəbdən yavaş addımlarla arxaya çəkilmiş və hadisənin təsirindən başını tutmağa başlamışdır. Səid ona anasını öldürəcəyini əvvəlcədən bildirməmiş və ondan yardım istəməmişdir. O, Səidə qışqıraraq “Nə edirsən sən? Xəstəsən? Dəlisən, nəsən?” demişdir. Səid isə ona “Sakit ol, yoxsa sənin də başın ağrıyar” demişdir. Səid anasının yanından duraraq ona tərəf gəlməyə başlamış, o, bu vəziyyətdə nə edəcəyini bilməmişdir. O, Səidin onu da öldürəcəyindən qorxduğu üçün Səidin anasını bıçaqlamasına müdaxilə edə bilməmişdir. Bundan başqa o, hadisə yerindən qaçsa, Səid də arxasınca düşər və ona çata bilsə əlindəki bıçaqla ona da xəsarət yetirər, yaxud öldürər deyə düşünmüş və Səidin onunla yanaşı addımlamasına etiraz edə bilməmişdir. Bu səbəbdən o, hadisə yerindən qaçmamış və Səidlə yanaşı şəkildə hərəkət etmişdir. Bir neçə metr irəlilədikdən sonra onlar hadisə baş verən küçədən sola tərəf dönmüş, elə dönən kimi Səid əlindəki bıçağı kolluğa atmışdır. Sonra o, öz evinə tərəf dönəndə, Səid əlini yaxınlıqdakı su gölməçəsində yumuş və onun getdiyi istiqamətə deyil, əks istiqamətə doğru hərəkət etmişdir. Səid ondan ayrılarkən “Onsuz da polisə gedib təslim olacağam” demişdir. O, evə gələrək şok vəziyyətində olduğu üçün gördüyü hadisə barəsində valideynlərinə də məlumat verə bilməmişdir. Düşünmüşdür ki, birdən kiməsə nəsə desə, Səid onu taparaq öldürər. Həmin gündən sonra özünü yaxşı hiss etməmiş və özünə qapalı vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixdə polislər onun anasına zəng edərək Mehdiabad polis bölməsinə yaxınlaşmasını bildirmişdir. O, valideynləri ilə birgə polis bölməsinə gedəndə ona məlum olmuşdur ki, Səidi artıq tutmuşlar. Daha sonra polis bölməsində ona Abşeron rayon prokurorluğuna gedərək ifadə verməsi bildirilmişdir.(İ cild i. v. - 165-171) Cinayət işinin materiallarında olan: “Hadisə yerinə ilkin baxış keçirilməsi haqqında” 30 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanının qarşısındakı yol olmuşdur. Küçənin başlanğıcı Abşeron rayonu, Məmmədli kəndinin əsas yolundan sol tərəfdə olmuşdur. Küçənin işıqlandırılması nasaz vəziyyətdə olmuş və ətraf ərazi qaranlıq olmuşdur. Küçənin başından 200 m məsafədə, 53 nömrəli evin qarşısına çatmamış yolun kənarında sol tərəfdə qadın cinsli meyit aşkar edilmişdir. Meyitin yerləşdiyi küçənin eni təxminən 4 m 50 sm olmuşdur. Həmin meyit küçənin sol tərəfindəki kərpic daşı ilə hörülmüş sədddən 1 m məsafədə yerləşmişdir. Küçənin yer səthi daşlı-çınqıllıdır. Meyit sol böyrü üstündə uzanmış vəziyyətdə olmuşdur. Meyitin üzərində qara rəngli hicab geyimi, hicab örtüyü və qara əlcək görünmüşdür. Meyitin sol çiyni üzərində 01 ədəd qara rəngli əl çantası olmuşdur. Hadisə yerinə baxış zamanı meyitin sol əl nahiyəsinə geydiyi əlcək üzərində aşkar görünən xəsarət və sol əlinin baş barmağı üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Meyitin yaxınlığında içərisi paltarlar və şəxsi əşyalar olan 02 ədəd yaşıl sellofan paket və üzərində paltarlar, içərisində şəxsi əşyalar olan 01 ədəd göy rəngli çanta olmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin çiyninə keçirilmiş qara rəngli əl çantasının içərisinə baxdıqda meyitin şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Həmin vəsiqəyə əsasən, mərhum xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs olmuşdur. Meyit təşrih olunması məqsədilə müvafiq nəqliyyat vasitəsinə yerləşdirildikdən sonra meyitin altında qalmış 01 ədəd qara rəngli üst geyimi və 01 ədəd qara boğazlıq aşkar edilmişdir. Həmin paltarların və ətrafındakı daşlıq hissənin üzərində kəskin şəkildə qanabənzər ləkələr olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq 01 ədəd qara rəngli üst geyimi və 01 ədəd qara boğazlıq “1” nömrəsi altında işarələnməklə götürülmüşdür. Bundan sonra meyitin aşkar edildiyi yerdən küçənin axırına doğru hərəkət edilməyə başlanmışdır. Küçənin həmin istiqaməti qismən işıqlandırılmış vəziyyətdə olmuşdur. Meyitin aşkar edildiyi hissədən təxminən 40 m məsafədə hadisə yerini nümayiş etdirən videomüşahidə kameraları aşkar edilmişdir. Meyitin aşkar edildiyi hissədən təxminən 70 m irəliləyib sola doğru döndükdə sağ-sol kənarları kolluq ərazi olan torpaq yol aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, həmin yol Məmmədli kəndinin mərkəzinə doğru istiqamətlənmişdir. Torpaq yolun giriş tərəfində qanabənzər ləkələr aşkar edilmiş, üzərində qanabənzər ləkələr olan 04 ədəd kiçik həcmli daş parçaları iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq “2” nömrəsi altında qablaşdırılıb götürülmüşdür. Həmin yerdən təxminən 10 m məsafədə torpaq yol üzərində yenidən qanabənzər ləkələr aşkar edilmişdir və üzərində həmin ləkələrin aşkar şəkildə göründüyü 01 ədəd iri həcmli daş parçası (tamet daşı) iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq “3” nömrəsi altında qablaşdırılıb götürülmüşdür.İ cild i.v.-04-13 “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer hadisənin baş verdiyi ünvan 2 və ətraf ərazidir. Hadisə yerinə əsas baxış xx.xx.2025-ci il tarixdə X2 meyitinin aşkar edildiyi zaman, yəni qaranlıq vaxtı keçirilmiş, müvafiq predmetlər maddi sübut qismində götürülmüş, lakin cinayətin aləti olan bıçağı əldə etmək mümkün olmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı anasını öldürərkən istifadə etdiyi bıçağı hadisə yerindən bir qədər kənara kolluq əraziyə tulladığını bildirmiş və həmin istiqaməti təxmini olaraq göstərmişdir. Hadisə yerinin əlavə baxış zamanı Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi yerdən təxminən 70 m irəlilənməklə sola doğru dönülmüş və sağ-sol kənarları kolluq ərazi olan torpaq yol görünmüşdür. Göstərilən ərazi əksər hissədə sarmaşıqlı kollar və otlardan ibarət olmuş, az hissədə isə yandırılmış tullantıların təsirindən nisbətən qaralmış torpaq səth formasında olmuşdur. Torpaq yoldan 7 m 50 sm məsafədə solda kərpic daşı ilə hörülmüş hasar yerləşmişdir. Baxış zamanı bir neçə dəqiqə müddətində göstərilən kolluq ərazi sıx sarmaşıqlar olan hissədə dəmir predmetlərlə, aşkar görünən hissədə isə əllə axtarılmış və nəticə etibarilə həmin kolluq ərazidə bıçaq tapılmışdır. Bıçaq dəstəyi qəhvəyi, tiyəsi gümüşü rənglidir, üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Bıçağın aşkar edildiyi yer torpaq yola ayrılan döngədən 5 m solda, kərpic daşları ilə hörülmüş hasardan 4 m sağda, torpaq yolun sol kənarından isə 3 m 50 sm sol istiqamətdə yerləşmişdir. Bıçaq iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq götürülmüşdür.İ cild i.v. - 79-84 “Meyitə baxış keçirilməsi haqqında” 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə əynində qadın cinsli meyit uzadılmışdır. Meyitin üzərindəki paltarların ayrı-ayrı hissələri nəm halda, tünd-qırmızı rəngli qan kütləsi ilə hopmuş haldadır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyu 162 sm-dir. Əllə toxunduqda meyitin dərisi soyuqdur, avazımış-boz rəngdədir. Meyit ləkələri gövdənin arxa səthində yerləşməklə zəif intensivlikdədir, solğun qırmızımtıl-bənövşəyi rəngdədirlər, barmaqla təzyiq etdikdə rəngi itmiş və təzyiq kəsildikdən təqribən 15 dəqiqə sonra öz əvvəlki rənginə bərpa olunmuşlar. Meyitin başı düzgün formadadır, baş tükləri qara rəngdə olub uzunluğu 30 sm-ə qədərdir. Əllədikdə kəllə qapağı sümüklərində patoloji hərəkətlilik və krepitasiya müəyyən edilməmişdir. Üz skeleti sümüklərini və burun sümük və qığırdaqlarını əllədikdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilməmişdir. Gözləri yarımaçıqdır, göz almalarının konyuktiva qişasına qansızmalar yoxdur. Bəbəklər dairəvidir, 0,4 sm diametrdədir. Ağzı yarımaçıqdır, dodaqların selikli qişa keçidi avazımış-boz rəngdədir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir, adi qalınlıqda və uzunluqdadır, meyit qacıması hesabına hərəkətləri bir qədər məhduddur. Xarici cinsiyyət üzvləri müvafiq düzgün inkişaf etmişdir, xəstəlik və xəsarət əlamətləri olmamışdır. Arxa keçəcək dəliyi nahiyəsində dəri toxuması şüavari büküşlü olmaqla açıq qəhvəyimtil rəngdədir, xəsarətsizdir. Yuxarı və aşağı ətrafları düzgün formalaşmış, sümüklərini əllədikdə deformasiya, patoloji hərəkətlilik və krepitasiya müəyyən edilməmişdir. XƏSARƏTLƏR: Xəsarətlər müayinə zamanı ekspert tərəfindən şərti olaraq nömrələnmişdir: Boyun nahiyəsinin sağ yarısının aşağı hissəsində 3,0x1,5 sm (№1) və 2,2x0,3 sm (№2), sağ bazunun yuxarı 1/3-nin bayır səthində 2,3x1,3 sm (№3), 2,0x1.0 sm (№4) və 2,2x1.0 sm (N 5), sağ çiyinüstü nahiyədə 4,5x1,5 sm (№6), sağ kürək nahiyəsində 2,2x1,0 sm (N 7) və 4,3x1,5 sm (№8), döş qəfəsinin sağ yarısının arxa səthinin aşağı iç hissəsində 3,0x1,2 sm (N 9), 2,0x1,1 sm (N 10), 3,5x1,2 sm (№11) və 1,9x0,5 sm (N 12), döş qəfəsinin sağ yarısının yuxarı 1/3-nin bayır səthində 2,2x1,0 sm (N 13) və 2,0x1,0 sm (N 14), sağ budun yuxarı 1/3-nin bayır səthində 5,0x2,0 sm (№15), ön səthində isə 1,1x0,4 sm (№16), sol çiyin qurşağı nahiyəsinin ön səthində 6,0x3,0 sm (N 17), 1,5x1,0 sm (№18), 3,0x2,0 sm (№19) və 2,2x1,0 sm (№20), döş qəfəsinin sol yarısının yuxarı bayır səthində, qoltuq xətti üzrə 3,0x1,0 sm (№21), 3,0x1,5 sm (N 22) sm, döş qəfəsinin sol yarısının aşağı bayır səthində 2,5x1,5 sm (№23) və 2,0x1,4 sm (№24), döş qəfəsinin sol yarısının aşağı iç səthində, süd vəzisinin aşağı hissəsində 2,1x1,0 sm (N 25), 1,0x0,6 sm (N 26) və 1,0x0,4 sm (№27), qarın nahiyəsinin yuxarı divarının sağ yarısında 2,0x0,7 sm (№28), sol yarısında 2,4x0,6 sm (№29) , sol bazunun aşağı 1/3-nin bayır səthində 1,0x0,5 sm (№30), arxa səthində 3,0x1,0 sm(N 31), iç səthində 2,0x1,0 sm(№32), 1,2x0,5 sm (№33), 1,0x0,4 sm (№34) sol budun yuxarı 1/3-nin bayır səthində 2,2x0,4 sm (№35), sol saidin yuxan 1/3nin arxa səthində 2,2x1,0 sm (№36), sol əlin 1-ci barmağının arxa səthində 3,0x1,5 sm (№37) və ovuc səthində 1,5x0,4 sm (N 38) ölçülərdə kənarları hamar, ucları itişəkilli kəsilmiş-deşilmiş yaralar müəyyən edilmişdir. Meyitə baxış zamanı meyitin üzərindəki paltarlar və meyitə məxsus “Samsung Galaxy A3” markalı mobil telefon müvafiq qaydada götürülmüşdür.İ cild i. v. - 67-73 “Hadisə yerindən götürülmüş əşyalara baxış keçirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, üst geyimi - hadisə yerinə baxış zamanı meyitin olduğu yerin yaxınlığından “1” nömrəsi altında işarələnməklə götürülmüşdür. Həmin geyim hicab geyiminin bir ünsürüdür. Qara rənglidir, kəskin iylidir, ölçüləri 100 sm x 112 sm-dir. Üzərində zədələr yoxdur, lakin bütün səth boyu yayılmış qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Boğazlıq - Hadisə yerinə baxış zamanı meyitin olduğu yerin yaxınlığından “1” nömrəsi altında işarələnməklə götürülmüşdür. Qara rənglidir. Üzərində zədələr və aşkar görünən qanabənzər ləkələr müşahidə edilməmişdir. Kiçik daş parçaları - Hadisə yerinə baxış zamanı “2” nömrəsi altında işarələnməklə götürülmüşdür. 04 ədəddir, boz-sarı rənglidir. Ölçüləri 4 x 3,5 x 5sm ; 3,3 x 2 x 1,1 sm ; 2,7 x 2,5 x 1,7 sm və 2,7 x 2,2 x 1,4 sm-dir. Üzərində aşkar görünən qəhvəyimtil rəngli qanabənzər ləkələr olmuşdur. Böyük daş parçası (tamet daşı) - hadisə yerinə baxış zamanı “3” nömrəsi altında işarələnməklə götürülmüşdür. 01 ədəddir, boz rəngli olub üst səthi buta naxışlıdır. Ölçüsü 20 x 15 x 2,5 sm-dir, alt səthində qırmızımtıl-qonur rəngli qanabənzər ləkələr olmuşdur. Hadisə yerindən götürülmüş digər əşyalar - Bu əşyalar meyitin yaxınlığında aşkar edilərək götürülmüş, zərərçəkmiş şəxsə məxsus çanta və sellofan paketlərdir. Meyitin sol çiyni üzərində olan 01 ədəd qara rəngli əl çantasının içərisində kosmetik əşyalar, nəqliyyatda gediş haqqı kartları vardır. Bundan başqa meyitin yaxınlığında aşkar edilərək götürülmüş 02 ədəd yaşıl sellofan paketin içərisində şəxsi əşyalar və paltarlar vardır. Sellofan paketlərin birinin içərisində 01 ədəd firuzeyi rəngli əl çantası aşkar edilmiş, içərisində şəxsi əşyalar və paltarlar olmuşdur. Həmçinin meyitin yaxınlığında aşkar edilərək götürülmüş 01 ədəd göy rəngli çantanın içərisində də şəxsi əşyalar və paltarlar olmuşdur. Qeyd olunan paltarlar və şəxsi əşyaların heç biri iş üçün əhəmiyyət kəsb etməmiş, belə ki, üzərində qanabənzər ləkələr və zədələr aşkar edilməmişdir. İ cild i.v- 146-149 “Bıçağa baxış keçirilməsi haqqında” 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, bıçaq - qatlanmayan tiplidir, dəstək və tiyədən ibarətdir, ümumi uzunluğu 240 mm-dir. Bıçaq işçi vəziyyətdədir. Bıçağın tiyəsi - gümüşü rəngli metaldandır, düz xətt şəklindədir. Tiyənin uzunluğu 135 mm-dir, əsasında eni 25 mm-dir. Küpün qalınlığı 1 mm-dir. Tiyənin sol səthinə «Fang & Feng» sözləri yazılmışdır. Tiyənin hər iki tərəfinin uc hissəsində qanabənzər ləkələr müşahidə edilmişdir. Bıçağın dəstəyi - Qəhvəyi rənglidir, dalğavaridir. 02 ədəd açıq qəhvəyi rəngli taxta lövhədən ibarətdir. Bu lövhələr bir-birinə 3 ədəd metal millə bərkidilmişdir. Dəstəyin uzunluğu 110 mm, əsasında eni 25 mm, qalınlığı 17 mm-dir. Bıçağın dəstəyinin bütün səthi üzərində fasiləli şəkildə qanabənzər ləkələr müşahidə edilmişdir. İ cild i. v-85-87 “Zərərçəkmiş şəxsin paltarlarına baxış keçirilməsi haqqında” 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən paltarlar - Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd kapşonkalı qolsuz qara gödəkçə, 01 ədəd qara hicab geyimi (uzun don), 01 ədəd qara uzunqol düyməsiz köynək (sviter), 01 ədəd qara retuz, 01 ədəd qara məmədan, 01 ədəd açıq sarı mayka, 01 ədəd açıq sarı tuman, 01 cüt qara əlcək, 01 cüt boz corab və zərərçəkmişin hadisə zamanı üzərinə örtülmüş 01 ədəd göy adyaldır. Gödəkçə (jilet) - qolsuzdur, qara rəngdədir, kapşonludur, öndən zəncirbəndlə bağlanır, uzunluğu 102 sm, eni 39 sm-dir. Gödəkçənin ön hissəsində, ümumilikdə, 15 (on beş) ədəd, uzunluqları 1,5 sm-dən 6,0 sm-ə qədər olan dəlib-keçən zədələr olmuşdur. Paltarın arxa hissəsində, ümumilikdə, 08 (səkkiz) ədəd, uzunluqları 1,5 sm-dən 3,0 sm-ə qədər olan dəlib-keçən zədələr olmuşdur. Kapşon üzərində, ümumilikdə, 04 (dörd) ədəd, uzunluqları 2,0 sm-dən 5,0 sm-ə qədər olan dəlib-keçən zədələr olmuşdur. Hicab geyimi (uzun don) - uzunqoldur, qara rəngdədir, ön hissəsi zəncirbəndlidir, uzunluğu 136 sm, çiyin hissədə eni 55 sm, qollarının uzunluğu 52 sm- dir. Donun ön hissəsində, ümumilikdə, 21 (iyirmi bir) ədəd, uzunluqları 1,0 sm-dən 5,0 sm-ə qədər olan dəlib-keçən zədələr, donun arxa hissəsində, ümumilikdə, 12 (on iki) ədəd, uzunluqları 1,5 sm-dən 5,0 sm-ə qədər olan dəlib-keçən zədələr, donun sol qol hissəsinin üzərində 05 (beş) ədəd, uzunluqları 1,0 smdən 2,5 sm-ə qədər olan dəlib-keçən zədələr olmuşdur. Uzunqol düyməsiz köynək (sviter) - kəskin iylidir, nəmdir, qara rəngdədir, uzunqoldur, uzunluğu 55 sm, çiyin hissədə eni 34 sm, qollarının uzunluğu 53 sm-dir. Köynəyin ön hissəsində, ümumilikdə, 10 (on) ədəd, uzunluqları 0,7 sm-dən 4,0 sm-ə qədər olan dəlib- keçən zədələr, köynəyin arxa hissəsində, ümumilikdə, 10 (on) ədəd, uzunluqları 1,5 sm-dən 5,0 sm-ə qədər olan dəlibkeçən zədələr, köynəyin sağ qolunun üzərində 03 (üç) ədəd, uzunluqları 1,5 sm-dən 3,5 sm-ə qədər olan dəlib-keçən zədələr, köynəyin sol qolunun üzərində 07 (yeddi) ədəd, uzunluqları 1,5 sm-dən 3,0 sm- ə qədər olan dəlib-keçən zədələr olmuşdur. Retuz - qara rəngdədir, beli rezinlidir, uzunluğu 83 sm, bel hissədə dartılmadan eni 37 sm-dir. Retuzun ön hissəsində sağda, 02 (iki) ədəd, uzunluqları 2,0 sm və 5,0 sm olan dəlib-keçən zədələr, retuzun arxa hissəsində solda 01 (bir) ədəd, uzunluğu 2,0 sm olan dəlib- keçən zədə olmuşdur. Məmədan - kəskin iylidir, qara rəngdədir, üzərində “love secret” sözləri yazılmışdır. Arxa hissəsində sağda 01 (bir) ədəd, uzunluğu 2,5 sm olan, arxa hissəsində solda 01 (bir) ədəd, uzunluğu 2,0 sm olan dəlib-keçən zədələr olmuşdur. Mayka qolsuzdur, açıq sarı rənglidir, eni 53 sm, uzunluğu 32 sm-dir. Maykanın ön hissəsində, ümumilikdə, 08 (səkkiz) ədəd, uzunluqları 0,8 sm-dən 2,0 sm-ə qədər olan dəlib-keçən zədələr, maykanın arxa hissəsində, ümumilikdə, 10 (on) ədəd, uzunluqları 1,5 sm-dən 3,5 sm-ə qədər olan dəlib-keçən zədələr olmuşdur. Tuman - açıq sarı rəngdədir, orta hissədə hündürlüyü 29 sm, bel hissədə dartılmadan eni 32 sm-dir. Tumanın arxa hissəsində solda yuxarıda 01 ədəd uzunluğu 1,5 sm olan dəlib-keçən zədə aşkar edilmişdir. Əlcək - bir cütdür, qara rəngdədir. Əlcəyin sol tayının ön hissəsində 01 (bir) ədəd, uzunluğu 4,0 sm olan dəlib-keçən zədə olmuşdur. Corab - bir cütdür, boz rəngdədir, uzunluğu 24 sm, eni 8 sm-dir. Corab üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Adyal - hadisə zamanı zərərçəkmiş şəxsin əynində deyil, üzərinə örtülmüş şəkildə aşkar edilərək götürülmüşdür. Adyal tünd göy rəngdədir, adyalın aşağı və yuxarı hissələrində yaşıl rəngli “Turkish Airlines - X14” sözləri yazılmışdır, ölçüləri 132 x 162 sm-dir. Adyal üzərində hər hansı bir zədə və gözlə görünən qanabənzər ləkə aşkar edilməmişdir. Adyal istisna olmaqla, baxış keçirilən bütün paltarlar üzərində fasiləli şəkildə yayılmış və gözlə görünən qəhvəyimtil rəngli qanabənzər ləkələr aşkar edilmişdir.İ cild i. v.-88-100 “Təqsirləndirilən şəxsin paltarlarına baxış keçirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən paltarlar - Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd ağ rəngli qısaqol düyməsiz köynək və 01 ədəd göy rəngli cins şalvar olmuşdur. Gödəkçə - qara rəngdədir, uzunqoldur, öndən zəncirbəndlə bağlanmış, uzunluğu 62 sm, çiyin hissədə eni 41 sm, qollarınını uzunluğu 57 sm- dir. Gödəkçə üzərində hər hansı bir zədə aşkar edilməmiş, lakin üzərində qəhvəyi rəngli qanabənzər ləkələr müşahidə edilmişdir. Köynək - ağ rəngdədir, qısaqoldur, boğazlıdır, boyun hissədə daxildə “Gucci” yazılı etiket var, uzunluğu 66 sm, çiyin hissədə eni 37 sm, qollarının uzunluğu 23 sm-dir. Üzərində hər hansı bir zədə və qanabənzər ləkələr aşkar edilməmişdir. Şalvar - göy rəngli cins materialdandır, öndən düymə və zəncirbəndlə bağlanmış, daxildə və arxada “Coals” yazılı etiket var, uzunluğu 86 sm, bel hissədə eni 45 sm-dir. Şalvar üzərində hər hansı bir zədə və qanabənzər ləkələr aşkar edilməmişdir.İ cild i.v.- 142-145 Abşeron RPİ Mehdiabad PB tərəfindən təqdim edilmiş “CD diskə baxış keçirilməsi haqqında” 30 mart 2025-ci il tarixli protokoldan görünür ki, diskdə hadisə anını göstərən videogörüntülər əks olunmuşdur. Videogörüntülərin adı “İMG_8461” və “İMG_8462”-dir. Görüntülər MP4 formatındadır. “İMG_8462” nömrəli videogörüntü 01 dəqiqə 34 saniyə müddətindədir. Görüntünün yuxarı hissəsində “xx-xx-2025 SUN 21:59:04” yazılmışdır. Müəyyən edildi ki, görüntüdə qeyd olunan vaxt real vaxtdan 4 saat sonradır. Beləcə, görüntünün xx.xx.2025-ci il tarixdə, bazar günü, saat 17:59-dan başlaması nəzərə alınmalıdır. Görüntü ünvan 4 ünvanı, yəni Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi ünvana gələn yolu göstərir. Görüntülərə əsasən, 3 nəfər şəxs küçənin ortası ilə yanaşı şəkildə 30-cu saniyəyə qədər irəliləyirlər. Görüntülər şəxslərin sifət cizgilərini aydın şəkildə əks etdirmir. Görüntülərdə aşkar görünən odur ki, sağ tərəfdə hərəkət edən şəxs üzərində qara rəngli hicab geyimi olan ortaboylu qadın, mərkəzdə hərəkət edən şəxs üzərində qara rəngli gödəkçə, ağ rəngli üst geyimi geymiş ortaboylu oğlan və sol tərəfdə də qara rəngli gödəkçə və qara rəngli üst geyimi geymiş ortaboylu başqa bir oğlan vardır. Baxış zamanı müəyyən edildi ki, sağ tərəfdə hərəkət edən şəxs mərhum Zərərçəkmiş şəxs, ortada olan şəxs mərhumun oğlu Təqsirləndirilən şəxs Fizuli oğludur. Sol tərəfdə hərəkət edən şəxsin kim olması görüntüyə baxış zamanı məlum olmamış, sonradan istintaq yolu müəyyən edilmişdir ki, həmin şəxs Şahid3dur. 30-cu saniyəyə qədər şəxslər arasında hər hansı mübahisə müşahidə edilməmişdir. 30-cu saniyədə Məmmədli kəndi, Nəsirəddin Tusi küçəsi ev 32 ünvanının qarşısındakı yolda qəfildən ortada dayanmış Təqsirləndirilən şəxs sola tərəf dönərək sağda dayanan anası Zərərçəkmiş şəxs görüntüdə aşkar görünməyən predmetlə zərbələr vurub yerə yıxmış və görüntünün 59-cu saniyəsinə qədər Təqsirləndirilən şəxs yerdə olan anası Zərərçəkmiş şəxs bədəninə həmin predmetlə çoxsaylı zərbələr vurmaqda davam etmişdir. Həmin predmetin bıçaq olması müəyyən edilmişdir. Bu zaman solda hərəkət edən, qara rəngli paltar geymiş şəxs arxaya doğru hərəkət etmiş, eyni zamanda qətl hadisəsini müşahidə etmiş, 01 dəqiqə 13-cü saniyədə isə əli ilə başını tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin şəxsə doğru hərəkət etmiş, onlar arxa qabaq küçənin digər başına tərəf hərəkət etmişlər. Həmçinin Təqsirləndirilən şəxs hərəkət edərkən bir neçə dəfə arxaya baxmışdır. Videogörüntünün 01 dəqiqə 30-cu saniyəsində Təqsirləndirilən şəxs və yanındakı şəxs kameranın obyektivindən uzaqlaşmışlar. “İMG_8461” nömrəli videogörüntü isə 01 dəqiqə 12 saniyə müddətindədir. Görüntünün yuxarı hissəsində “xx-xx-2025 SUN 22:01:46” yazılmışdır. Müəyyən edildi ki, görüntüdə qeyd olunan vaxt real vaxtdan 4 saat sonradır. Beləcə, görüntülərin xx.xx.2025-ci il tarixdə, bazar günü, saat 18:01-dən başlaması nəzərə alınmalıdır. Görüntü Abşeron rayonu, Məmmədli kəndi, Nəsirəddin Tusi küçəsi, Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi ünvandan təxminən 70 m irəliləyib sola doğru istiqamətlənən döngəni və kəndin mərkəzinə doğru gedən yolu göstərmişdir. Görüntülərə əsasən Təqsirləndirilən şəxs arxada və digər şəxs isə ondan qabaqda torpaq yolla irəliləmişlər. 12-ci saniyədə Təqsirləndirilən şəxs sağa tərəf dönərək əlini kolluq ərazidə olan gölməçədə yumuş, digər şəxs isə hərəkətinə davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yolun sol tərəfinə, digər şəxs isə yolun sağ tərəfinə doğru dönmüşdür. 34-cü saniyədə Təqsirləndirilən şəxs, 51-ci saniyədə isə digər şəxs kameranın obyektivindən uzaqlaşmışdır. Görüntülərə baxış zamanı hər hansı digər şəxsin hadisənin şahidi olması, yaxud Zərərçəkmiş şəxs meyitini sonradan aşkar etməsi görünməmişdir.İ cild i. v.-20-23 “Təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi haqqında” 02 aprel 2025ci il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefon Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy” markalı mobil telefondur. Mobil telefon işlək vəziyyətdə olmuşdur. “Z” formalı giriş kodu yığıldıqdan sonra telefonda olan proqramlar ekranda təsvir olunmuşdur. Mobil telefonun daxilində ***-***-**-** mobil nömrəsi istifadə edilmişdir. Həmin nömrənin “Whatsapp” hesabına baxdıqda telefon yaddaş kitabçasında “C” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsi ilə yazışmalar aşkar edilmişdir. Baxış zamanı müəyyən edildi ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs anası mərhum Zərərçəkmiş şəxs tərəfindən istifadə edilmişdir. Təqsirləndirilən şəxslə anası Zərərçəkmiş şəxs arasında mesajlar hadisədən 1 gün qabaq, yəni xx.xx.2025-ci il tarixdən başlanmışdır. Hadisə günü, yəni xx.xx.2025-ci il tarixə aid hər hansı mesaj olmasa da, “Whatsapp” zəngləri aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən həmin gün saat 09:47-də ***-***-**-** mobil nömrəsinə zəng edilmiş, 2 dəqiqə danışıq baş tutmuşdur. Son olaraq 17:11-də Təqsirləndirilən şəxs tərəfindən həmin nömrəyə “Whatsapp” zəngi edilmiş, lakin zəng cavabsız qalmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin “Whatsapp” hesabında aşkar edilən digər mesajlar Təqsirləndirilən şəxs dostları, sinif yoldaşları, atası, babası və s. yaxın qohumları ilə aralarında olmuşdur, lakin həmin mesajlardan hadisə gününə təsadüf edib iş üçün əhəmiyyət kəsb edəni olmamışdır. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, yalnız qətl hadisəsi törədildikdən sonra Təqsirləndirilən şəxs “Eldəniz” (atası X3) adı ilə qeyd edilmiş ***-***-**-** “Whatsapp” hesabına zənglər etmişdir, bundan başqa hadisə günü Təqsirləndirilən şəxs adi zəng formasında kontaktda “C” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinə (anası Zərərçəkmiş şəxs) saat 14:14, 14:17, 16:42 və 16:44- də zəng etmiş, lakin zəngə qarşı tərəf cavab verməmişdir. Saat 20:33-də və saat 21:02-də isə kontaktda “Baba” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsindən (babası Şahid1) Təqsirləndirilən şəxs mobil nömrəsinə zənglər edilmiş, müvafiq olaraq 44 və 18 saniyə danışıqlar baş tutmuşdur. Bütün bu zənglər ifadədə qeyd edildiyi kimi Təqsirləndirilən şəxs hadisədən dərhal sonra yaxın qohumlarına bu barədə məlumat verməsi xarakteri daşımışdır.İcildi.v.- 154-161 Zərərçəkmiş şəxsin mobil nömrəsi üzrə məlumatların əks olunduğu “CD diskə baxış keçirilməsi haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya cinayət işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi üzrə telefon danışıqları, anten dairələri, sms mətnləri barədə məlumatların əks olunduğu 01 ədəd CD disk olmuşdur. Diskə daxil olduqda “Müştəri zənglərinin detallaşması” adlı 01 ədəd PDF faylı ekranda qarşıya çıxmışdır. Baxış zamanı müəyyən edilmiş ki, zəng və sms-lərin son tarixi 14.01,2025-ci il tarixidir. Bundan sonra həmin mobil nömrənin hər hansı digər nömrə ilə adi zəngi aşkar edilməmişdir, lakin bu hal şəxsin “WhatsApp” şəbəkəsi ilə zənglər etməsini istisna etməmiş, çünki faylda yalnız adi zənglə olan danışıqların məlumatları öz əksini tapmışdır. Mərhum Zərərçəkmiş şəxs öz oğlu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixə kimi 26 zəng qeydiyyata alınmış, danışıqlar zamanı Zərərçəkmiş şəxs nömrəsi “Abşeron rayonu, Məhəmmədi kəndi” anten dairəsində olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs əri Eldəniz Əliyevin ***-***-**-** mobil nömrəsi ilə yalnız 1 danışıq qeydə alınmış, bu danışıq xx.xx.2024-cü il tarixdə saat 10:01-də 5 saniyə müddəti əhatə etmişdir. Bu zaman Zərərçəkmiş şəxs nömrəsi “Abşeron rayonu, Məhəmmədi kəndi” anten dairəsində olmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs qardaşı Rafiq Əliyevə məxsus ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 15:36-da 101 saniyə telefon danışığı olmuş, bu zaman Zərərçəkmiş şəxs “Müşfiqabad 2, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi ərazisi” anten dairəsində olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs qardaşı Rafiq Əliyev ilə xx.xx.2024-cü il tarixdə, saat 20:08-də 84 saniyə danışıq aparmış, bu zaman Zərərçəkmiş şəxs nömrəsi “Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi” anten dairəsində olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edəcək hər hansı şəxslərlə danışığı, yaxud intensiv telefon danışıqları baxış zamanı aşkar edilməmişdir. Zərərçəkmiş şəxs telefon danışıqları üzrə anten dairələrinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, 2024-cü ilin oktyabr ayı da daxil olmaqla Zərərçəkmiş şəxs mobil nömrəsi intensiv olaraq yaşamış olduğu “Abşeron rayonu, Məhəmmədi kəndi” anten dairəsində olmuşdur. Lakin bundan sonra onun nömrəsi əsasən “Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi” və “Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi” anten dairələrində olmuşdur.İİ cild i.v.- 87-90 “Elektron daşıyıcıya baxış keçirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs mobil telefon məlumatları Baş Prokurorluğunun Kriminalistika İdarəsi tərəfindən həmin elektron daşıyıcıda “a310f” başlıqlı qovluğa yazılmışdır. Həmin qovluğun içərisində “X15 Galaxy A3 (S-230)” adlı başqa bir qovluq vardır. Sonuncu qovluğun içərisində bir neçə sayda altqovluq və pdf formatlı fayllar vardır. “Applications” adlı qovluğun içərisində olan “Messages” adlı qovluqda “text” adlı faylda “Seidim Allah xetrine meni günahlandırma ne desen razıyam ne istesen ederem sen menim etiqadımı bilirsen insanların ne dediyine baxma hec umrunda olmur menimle daniş ne fikrin var ne edim isdeyirsen yaz Allah xetrine ederem” mesajı vardır. Bu mesaj “Whatsapp” sosial şəbəkəsində xx.xx.2024-cü il tarixdə saat 08:44-də göndərilmişdir. Digər qovluqlarda isə əsasən dini məzmunlu fayllar və sosial şəbəkələrdən yüklənən fayllar aşkar edilmişdir.İİ cild i.v.- 95-99 “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs eyni növdən olan 03 ədəd bıçaq tanınma üçün təqdim edilmiş, Təqsirləndirilən şəxs “02” nömrəsi altında qeyd edilmiş dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli bıçağı göstərərək, hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə yaşadığı Salyan rayonu, Marışlı kəndindən çıxarkən həmin bıçağı üzərində götürüb Bakıya gətirdiyini, anası Zərərçəkmiş şəxs da məhz həmin bıçaqla zərbələr endirərək öldürdüyünü, daha sonra isə həmin bıçağı hadisə yerinin yaxınlığındakı kolluq əraziyə atdığını bildirməklə cinayətin aləti olan bıçağı tanımışdır.İ cild i.v.- 127-129 Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 59 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində ümumilikdə 38 ədəd kəsilmiş-deşilmiş və kəsilmiş xəsarətlər aşkar edildi. Bu xəsarətlərdən - sağ kürək nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin 8 (səkkiz) ədəd və qarın nahiyəsinin 1 (bir) ədəd (ümumilikdə 10 ədəd) müvafiq olaraq döş boşluğuna nüfuz edən, hər iki ağciyərin orta və aşağı paylarını, ürək kisəsini, ürəyin sol mədəciyini, qaraciyəri dəlib-keçən, iki tərəfli hemotoraksa və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş kəsilmiş-deşilmiş yaraları dərəcəsinə görə həm ayrıayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. - boyun nahiyəsinin, döş qəfəsinin, sağ kürək nahiyəsinin, hər iki bazunun, sol saidin, sol əlin və hər iki budun kəsilmiş-deşilmiş və kəsilmiş yaraları (ümumilikdə 28 ədəd) dərəcəsinə görə həm ayrı- ayrılıqda, həm də ümumilikdə YÜNGÜL zərəvurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlər kəsici-deşici (alətlərin) təsirindən, habelə ekspertizaya maddi sübut qismində təqdim olunmuş bıçağın və yaxud ona oxşar bıçaqların təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 mart 2025-ci il tarixdə əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - döş və qarın boşluğuna nüfuz edərək hər iki ağciyəri, ürək kisəsini, ürəyi və qaraciyəri yaralayan və kəskin daxili və xarici qanitirməyə səbəb olmuş kəsilmiş-deşilmiş yaralar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, mərhumun ölümü onun meyitinin meyitxanadakı müayinəsindən (xx.xx.2025 saat 09:00) 16-20 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin və salisilatlar aşkar edilməmişdir.İİ cild i. v.- 05-16 Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 700 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş sağ əlin 2-ci barmağının səthi kəsilmiş yarası kəsici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə müayinə olunan şəxsin göstərdiyi şəraitdə (anasına bıçaqla xəsarətlər yetirərkən bıçağın kəsici təsirindən) yarana bilərmiş, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir.İİ cild i.v.- 01-04 Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 131/2025-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Füzuli qızına məxsus tumanın arxa hissəsində 01 (bir) ədəd ; maykanın ön hissəsində 08 (səkkiz) ədəd, arxa hissəsində 10 (on) ədəd; donun ön hissəsində 21 (iyirmi bir) ədəd, arxa hissəsində 12 (on iki) ədəd, sol qolun üzərində 05 (beş) ədəd ; jiletin ön hissəsində 15 (on beş) ədəd, arxa hissəsində 08 (səkkiz) ədəd, kapşonun üzərində 04 (dörd) ədəd ; köynəyin ön hissəsində 10 (on) ədəd, arxa hissəsində 10 (on) ədəd, sağ qolunun üzərində 03 (üç) ədəd, sol qolunun üzərində 07 (yeddi) ədəd ; retuzun ön hissəsində sağda 02 (iki) ədəd, arxa hissəsində solda 01 (bir) ədəd; büstqalter (məmədan) arxa hissəsində sağda 01 (bir) ədəd, arxa hissəsində solda 01 (bir) ədəd ; əlcəyin sol tayının ön hissəsində 01 (bir) ədəd zədələr aşkar edilmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində hər hansı bir zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər aşkar edilməmişdir. İİ cild i.v.- 57-65 Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 216/2025-TBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 01 ədəd tamet daş parçası, 04 ədəd daş parçası, hadisə yerindən götürülmüş hicab üst geyimi, Təqsirləndirilən şəxs məxsus gödəkçə, Zərərçəkmiş şəxs məxsus 01 cüt corab, 01 cüt əlcək, büstqalter (məmədan), lasin tipli şalvar, vodolazka, alt mayka, trusik, plaş (hicab geyimi) və qolsuz uzun gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti A BO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/ll/ qrupla şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiq olunan hicab papağı (boğazlıq), odeyal, Təqsirləndirilən şəxs məxsus qolsuz vodolazka və cins şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. İİ cild i. v.-49-56 Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1896 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırki vəziyyəti ona istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etməyə mane olmamışdır. Rəyin məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, inadkarlıq, eqosentrizm, başqalarının fikrinə önəm vermək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən bilavasitə əvvəl psixi-emosional sferasında sıxıntı, gərginlik, kin, qəzəb kimi hallar yaranaraq davranışını motivasiya etmişdir. Həmin halın yaranması şəxsin təsvir etdiyi situasiya ilə (dediyinə görə anasının ailəni tərk edib getməsi, başqa kişi ilə ailə həyatı qurduğunu söyləməsi və s.) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İİ cildi.v.- 107-112 “Sübutların qiymətləndirilməsi haqqında” 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayətin törədilməsində istifadə edilmiş alət - 01 ədəd dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli bıçaq ; Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş - 01 ədəd kapşonkalı qolsuz qara gödəkçə (jilet), 01 ədəd qara rəngli hicab geyimi (uzun don), 01 ədəd qara rəngli uzunqol düyməsiz köynək (sviter), 01 ədəd qara rəngli məmədan, 01 ədəd açıq sarı rəngli mayka, 01 ədəd açıq sarı rəngli tuman, 01 ədəd qara rəngli retuz, 01 cüt qara rəngli əlcək, 01 cüt boz rəngli corab, hadisə zamanı meyitin üzərinə örtülmüş yaşıl rənglə “Turkish Airlines - X14” yazılan göy rəngli adyal ; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd üzərində “Gucci” etiketi olan ağ rəngli boğazlı qısaqol düyməsiz köynək və 01 ədəd göy rəngli cins şalvar ; Hadisə yerinə ilkin və əlavə baxış keçirilərkən götürülmüş “01” nömrəsi ilə işarələnmiş - 01 ədəd qara rəngli üst geyimi, 01 ədəd qara rəngli boğazlıq, “02” nömrəsi ilə işarələnmiş 04 ədəd kiçik daş parçası və “03” nömrəsi ilə işarələnmiş 01 ədəd böyük daş parçası (tamet daşı) ; Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy” markalı mobil telefon ; Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A3” markalı mobil telefon ; Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə 01 ədəd CD disk ; Təqsirləndirilən şəxs (01) və Zərərçəkmiş şəxs (01) mobil telefon məlumatlarının əks olunduğu ümumi 02 ədəd CD disklər ; Abşeron RPİ Mehdiabad PB tərəfindən təqdim edilmiş hadisə yerinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır, CD disklər cinayət işi materiallarında, digər maddi sübutlar isə Abşeron rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulan otağında saxlanılır. (cild 02, iş vər. 136-160). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə, şəxsin əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilir. Eyni zamanda, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 59 nömrəli rəyinini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, onun məqsədi məhz Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmək olmuş, buna görə də ona ümumilikdə 38 ədəd xəsarət yetirmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 120.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Əliyev X7 rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış üzrə müsbət xarekterizə olunur (cild 02, iş vər. 44). Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 70). Məhkəmə Təqsirləndirilən şəxs CM-in 59.1.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Ona görə də, yetkinlik yaşına çatmayanlara CM-in 85.2- 85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir. CM-in 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə on ildən çox olmayan müddətə təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi eyni Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 5-ci bəndinin tələbinə əsasən “Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda yaşını, yəni yetkinlik yaşına çatmayan şəxs olmasını, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi ilə müəyyən edilmiş hədlərə görə, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə istinad etmədən həmin Məcəllənin 120.2.4-cü maddəsinin sanksiyasının aşağı həddindən də aşağı həddə təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulsa da, cinayət qanunvericiliyinin tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan şəxsə ən çox on il müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Göründüyü kimi, cinayət qanunu ilə Təqsirləndirilən şəxs üçün təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi on illə məhdudlaşdırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 85.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq on ilin dörddə üçündən çox olmayan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 31 mart 2025-ci il tarixli protokoldan və Abşeron rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 49-50, 136- 140). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün CM-in 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli bıçaq; Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş - 01 ədəd kapşonkalı qolsuz qara gödəkçə (jilet), 01 ədəd qara rəngli hicab geyimi (uzun don), 01 ədəd qara rəngli uzunqol düyməsiz köynək (sviter), 01 ədəd qara rəngli məmədan, 01 ədəd açıq sarı rəngli mayka, 01 ədəd açıq sarı rəngli tuman, 01 ədəd qara rəngli retuz, 01 cüt qara rəngli əlcək, 01 cüt boz rəngli corab, hadisə zamanı meyitin üzərinə örtülmüş yaşıl rənglə “Turkish Airlines - X14” yazılan göy rəngli adyal; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd üzərində “Gucci” etiketi olan ağ rəngli boğazlı qısaqol düyməsiz köynək və 01 ədəd göy rəngli cins şalvar ; Hadisə yerinə ilkin və əlavə baxış keçirilərkən götürülmüş “01” nömrəsi ilə işarələnmiş - 01 ədəd qara rəngli üst geyimi, 01 ədəd qara rəngli boğazlıq, “02” nömrəsi ilə işarələnmiş 04 ədəd kiçik daş parçası və “03” nömrəsi ilə işarələnmiş 01 ədəd böyük daş parçası (tamet daşı) məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun razılığı ilə yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A3” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X6 təhvil verilməli, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə 01 ədəd CD disk; Təqsirləndirilən şəxs (01) və Zərərçəkmiş şəxs (01) mobil telefon məlumatlarının əks olunduğu ümumi 02 ədəd CD disklər; Abşeron RPİ Mehdiabad PB tərəfindən təqdim edilmiş hadisə yerinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli bıçaq; Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş - 01 ədəd kapşonkalı qolsuz qara gödəkçə (jilet), 01 ədəd qara rəngli hicab geyimi (uzun don), 01 ədəd qara rəngli uzunqol düyməsiz köynək (sviter), 01 ədəd qara rəngli məmədan, 01 ədəd açıq sarı rəngli mayka, 01 ədəd açıq sarı rəngli tuman, 01 ədəd qara rəngli retuz, 01 cüt qara rəngli əlcək, 01 cüt boz rəngli corab, hadisə zamanı meyitin üzərinə örtülmüş yaşıl rənglə “Turkish Airlines - X14” yazılan göy rəngli adyal; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd üzərində “Gucci” etiketi olan ağ rəngli boğazlı qısaqol düyməsiz köynək və 01 ədəd göy rəngli cins şalvar ; Hadisə yerinə ilkin və əlavə baxış keçirilərkən götürülmüş “01” nömrəsi ilə işarələnmiş - 01 ədəd qara rəngli üst geyimi, 01 ədəd qara rəngli boğazlıq, “02” nömrəsi ilə işarələnmiş 04 ədəd kiçik daş parçası və “03” nömrəsi ilə işarələnmiş 01 ədəd böyük daş parçası (tamet daşı) məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun razılığı ilə yaxın qohumlarına, Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A3” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X6 təhvil verilsin, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə 01 ədəd CD disk; Təqsirləndirilən şəxs (01) və Zərərçəkmiş şəxs (01) mobil telefon məlumatlarının əks olunduğu ümumi 02 ədəd CD disklər; Abşeron RPİ Mehdiabad PB tərəfindən təqdim edilmiş hadisə yerinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar