Məhkəmə qərarları › İş №1(124)-391/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-391/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-391/2024 09.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Xucbala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Quba rayon məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs rəsmi nikahda olmaqla faktiki ayrı yaşadığı arvadı Zərərçəkmiş şəxs ona bacanağı Şahid4, həmçinin “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Türkiyə Respublikasında yaşayan X9 ilə xəyanət etməsindən qısqanclıq keçirərək və 2020-ci il təvəllüdlü oğlu Qismət Güliyevi ona göstərməməsi səbəbindən qəzəblənərək bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək bu məqsədlə 25 iyul 2023-cü il tarixdə saat 04 radələrində qayınatası X5 məxsus Quba rayonu, Mahmudqışlaq kəndində yerləşən fərdi yaşayış evinə gedib Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olmadan həmin evdə yaşayan şəxslərin iradəsi ziddinə evin həyətinə, daha sonra isə açıq pəncərədən evin dəhlizinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs ilə 3 yaşlı uşağı Qismət Güliyevin yatdıqları yataq otağına keçmiş, Zərərçəkmiş şəxs ona həqiqətən xəyanət edib-etməməsini dəqiqləşdirmək məqsədi ilə sonuncunun əl çantasını götürərək, çantada arvadına məxsus mobil telefonu axtarmaq üçün çölə çıxmış, çantanın içərisinə baxan zaman orada Türkiyə Respublikasının pul əskinasları aşkar edərək, arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsinə əmin olduqdan sonra Zərərçəkmiş şəxs öldürmək niyyətini həyata keçirməyi qətiləşdirərək, yenidən evin açıq pəncərəsindən dəhlizə daxil olaraq oradan yataq otağına keçmiş, qısqanclıq zəminində qisas almaq niyyəti ilə yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olub, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan arvadı Zərərçəkmiş şəxs bu hərəkətlərinə görə cəzalandırmaq qərarına gəlib qəsdən onu öldürmək məqsədilə azyaşlı oğlu Qismət Güliyevin gözü qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək həmin vaxt üzərində olan yaşadığı evdən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, Zərərçəkmiş şəxs Akif qızına xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla sonuncunun boyun nahiyəsinə 2 dəfə, sifət nahiyəsinə 1 dəfə, döş qəfəsi nahiyəsinə 4 dəfə və kürək nahiyəsinə 1 dəfə olmaqla, ümumilikdə 8 dəfə zərbə endirməklə sifətində sağda kənarları hamar, qurtaracaqlarının biri iti, digəri küt 2x0,2 sm ölçüdə, boynunda sağda bir-birindən 2 sm aralı iki yerdə 3x0,2 və 2x0,2 sm ölçüdə, sol döş vəzisi üzərində bir-birindən 2-3 sm aralı 2 yerdə 1,5x0,1 sm-dən 3x0,3 sm-ə qədər ölçüdə, döş qəfəsinin arxa səthində ortada, onurğa xətti üzrə İ döş fəqərəsi üzərində döş boşluğuna nüfuz etməyən yara kimi yüngül dərəcəli, döş qəfəsinin ön tərəfində bir-birinə yaxın iki yerdə 2x0,3 sm ölçüdə döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin ön divarının və sol ağciyərin yuxarı payının zədələnməsi ilə deşilmiş-kəsilmiş yaralar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs Akif qızı döş qəfəsinin sol tərəfində öndə döş boşluğuna nüfuz edərək ürəyin və sol ağciyərin zədələnməsi nəticəsində baş verən kəskin qan itirmədən ölmüş, bununla da o, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, habelə sonuncunun mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilin mart ayında ailə həyatı qurmuşdur. 2020-ci ilin dekabrda övladı dünyaya gəlmişdir. Həyat yoldaşı övladlarının olması üçün müalicələr alırdı. Ondan sonra ailə problemləri yaranmağa başlamışdır. İbtidai istintaq dövründə hadisənin necə olmağı ilə bağlı ətraflı düzgün formada məlumat vermişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, cinayət zamanı istifadə etdiyi bıçağı öz evlərindən götürmüşdür. Bıçağını götürməkdə məqsədi yoldaşını öldürmək olmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CMnin 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, xx xxx 1997-ci il tarixdə Quba rayonu, Xucbala kəndində anadan olmuş, anası Güliyeva (Əliyeva) Amaliya Nəcəf qızı 05 mart 2012-ci il tarixdə beyin xərçəngi xəstəliyi ilə əlaqədar vəfat etmiş, anasının vəfatından sonra atası Amsar kəndindən olan Zərərçəkmiş şəxs Abumüslüm qızı ilə ailə qurmuş, atası X2 29 oktyabr 2017-ci il tarixdə qida zəhərlənməsi səbəbindən vəfat etmişdir. Onun 3 doğma bacısı olmuş, Şahid6, Dilşad Güliyeva və Gülşad Güliyeva, hər üçü ərə getmişlər. Atasının ikinci arvadından da bir oğlu, yəni onun qardaşı Laçın Güliyev olmuş, hazırda uşaq analığı ilə Amsar kəndində yaşayır. O, 2014-cü ildə Xucbala kəndindəki orta məktəbi, yəni 9 illiyi bitirmiş, 2015-ci ildə həqiqi hərbi xidmətə getmiş, hərbi dəniz qüvvələrində xidmət etmiş, 07 yanvar 2017-ci ildə hərbi xidmətdən qayıtmışdır. 05 mart 2017-ci il tarixdə öz doğma dayısı qızı Zərərçəkmiş şəxs (Əliyeva) ilə rəsmi olaraq ailə həyatı qurmuş, onlar uşaqlıdan bir yerdə böyümüş, 2014-cü ildən onun Rəvanə ilə qarşılıqlı sevgi münasibətləri yaranmışdır. Hərbi xidmətdən qayıdandan sonra bir neçə ay fəhlə kimi işləmiş, Rəvanə ilə ailə qurandan sonra Xucbala kəndində ata evində yaşamışlar. O, Rəvanəni tam səmimi qəlbdən sevmiş, münasibətləri çox mehriban olmuşdur. Rəvanə heç bir yerdə işləməmiş, ailədə 3 bacı 2 qardaş olmuşlar. Rəvanə onunla evlənməzdən əvvəl Quba rayonu, Mahmudqışlaq kəndində ata evində yaşamışdır. Ailə həyatı qurandan Rəvanənin problemi olduğuna görə onların övladlan olmamış, ona görə də 2 il ərzində Rəvanə müalicə almışdır. Nəhayət ki, 2020-ci ilin dekabr ayımn 08-də onun Qismət adlı oğlan uşağı dünyaya gəlmişdir. Onlar çox mehriban yaşamış, lakin hər ailədə olduğu kimi bəzən aralarında xırda mübahislər düşmüşdür. 2023-cü ilin yanvar ayında onun bacanağı, Rəvanənin bacısı Xəyalənin əri Şahid4 anası Hüriyyə ona oğlu Nemətlə onun arvadı Rəvanənin münasibətdə olmalarını söyləmiş, o əvvəl Hüriyyəyə inanmamış, Nemət ilə anası Hürriyənin münasibətləri pis olduğuna görə Hüriyyənin bu cür deməsini düşünmüş, lakin Hüriyyə bunu təkidlə ona bildirmiş, ona görə də o, Rəvanə ilə Nemətin münasibətdə olmasından şübhələnməyə başlamışdır. Onun Nemət ilə münasibətləri yaxşı olmuş, o Nemətlə birlikdə fəhləlik etmiş, bir yerdə işləmişlər. O, onların münasibətləri barədə Rəvanədən soruşanda Rəvanə əsəbiləşərək bunu inkar etmiş, daha sonra bu barədə Rəvanə ilə danışmamışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Nemətlə tikintidə İşləyən zaman, səhər saatlarında tikinti obyektinə təzə gəlmiş, bu zaman Nemət ona öz evlərinə gedəcəyini və su motorunu düzəldəcəyini demiş, o öz avtomobilinə əyləşib evlərinə tərəf yox, Quba şəhəri istiqamətdə hərəkət etmiş, bu da onda şübhə yaratmış, ona görə də taksiyə əyləşib Nemətin arxası ilə getmiş, o, Quba şəhərində yubandığına görə Neməti gözdən itirmiş, 1 saat sonra yaşadığı kəndə çatanda Nemətin öz avtomobili ilə kənddən çıxdığını görmüş, Nemətin kənddə heç bir tanışının və işinin olmaması səbəbindən onun kəndə gəlməsi onu çox şübhələndirmişdir. Taksidən düşdüyü zaman Nemət onu görmüş və maşının sürətini artıraraq oradan uzaqlaşmış, o isə qaça-qaça evə getmiş, evə daxil olanda Rəvanənin gecə paltarlarını geyindiyini görmüş, Rəvanədən kiminsə evə gəlibgəlməməsini soruşanda Rəvanə heç kimin gəlmədiyini demiş, buna görə də Nemətə zəng edərək su motorunu düzəldib-düzəltməməsini soruşmuş, Nemət düzəltdiyini demişdir. Bundan sonra Neməti öz evinə dəvət etmiş, lakin sonuncu gəlməkdən imtina etmişdir. Daha sonra o Rəvanəyə düzünü danışmasım, əks təqdirdə peşman olacağım demiş, Rəvanə isə ağlayaraq Nemətin uzun müddət onun qayğısına qaldığını, o, hərbi xitmətdə olan zaman ona arxa-dayaq olmasını bildirmiş və həmin gün də Nemətin evə gəlməsini və Nemət ilə cinsi əlaqədə olmasını etiraf etmişdir. O Rəvanəni çox sevdiyinə görə ona heç bir şey etməmiş və bütün olanları yaddaşından çıxarmasını demişdir. Bundan sonra o, Qusar rayonuna getmiş, Qusarda olan zaman polis əməkdaşı zəng edərək evə çağırmış, evə qayıdanda Rəvanənin onun tərəfindən döyülməsi barədə polisə şikayət etdiyini öyrənmişdir. Onun izahatı alınmış, şöbədən evə qayıdandan sonra Rəvanənin paltarlarını yığmasını görmüş, Rəvanə paltarlarını yığandan sonra bacısı Xəyalə və Nemət ilə evdən çıxıb getmişdir. Oğlu Qismət isə onunla qalmış, 3 gündən sonra uşağı Rəvanəyə qaytarmışdır. Daha sonra barəsində yenə də şikayət olunmuş və məhkəmənin qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs edilmişdir. Həmçinin onun maddi sıxıntıları olduğuna görə Xucbala kəndində həmkəndlilərinin evindən oğurluq etmiş, buna görə barəsində cinayət işi istintaq olunmuş, məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 18 iyul 2023-cü il tarixdə həbsdən buraxılmışdır. Həbsdən buraxılandan sonra uşağını görmək İstəmiş, lakin Rəvanə ona icazə verməmişdir. Rəvanə hələ 2023-cü ilin fevral ayının əvvəllərindən ondan boşanmaq məqsədi ilə Quba rayon məhkəməsinə müraciət etmiş, lakin onlara barışmaq üçün vaxt verilmişdir. Həbsdən çıxandan sonra Rəvanə onu görüşə dəvət etmiş, onlar Quba şəhərində parkda görüşmüş, Rəvanə ona Vüsal adlı şəxslə tanış olduğunu və onunla sevgi münasibətlərində olduğunu demiş, daha sonra onların arasında uşağın kimdə qalması barədə mübahisə olmuş, Rəvanə uşağı ona verməyəcəyini demiş, bundan sonra o evə getmişdir. Həmin ərəfələrdə X7 adlı şəxslə Türkiyədə istirahətə getməsini öyrənmişdir. Bunu öyrəndikdə daha da qıcıqlanmış, Rəvanəni çox qısqanmış, həmçinin Rəvanənin başqa şəxslərlə də münasibətdə olmasını eşitmişdir. Hadisədən bir gün əvvəl, yəni 24 iyul 2023-cü il tarixdə günorta vaxtlarında Rəvanəyə yazaraq hər şeyi unutmasını, onu bağışladığını deyərək evə qayıtmasını xahiş etmiş, Rəvanə isə yox deyərək boşanacağını deyib onu “Whatsapp” sosial şəbəkəsində bloka atmışdır. Bundan sonra Rəvanənin atası Vasifə və əmisi Səfaya zəng edərək Rəvanəni onunla barışdırmalarını xahiş etmiş, lakin bir nəticə olmamışdır. Ona görə 2023-cü ilin 24 iyul tarixində axşam saatlannda evdən mətbəx bıçağı götürərək Quba şəhərinə gəlmiş, şəhərdə bir neçə saat gəzişmiş, həmin vaxt Rəvanəni öldürüböldürməməyi fikirləşmiş, daha sonra mərkəzi xəstəxanın aşağı hissəsində VAZ-21015 markalı avtomobilə əyləşmiş, həmin maşının sürücüsünü tanımamış, avtomobilin dövlət qeydiyyat nişanım da xatırlamamışdır. Zərqava kənd yolunda avtomobildən düşmüş və başqa avtomobil gözləməyə başlamış, 10 dəqiqə sonra saat 22 radələrində “Mitsubishi” markalı ağ rəngdə avtomobil yaxınlaşmış, avtomobili idarə edən şəxsi tanımamış, ona Mahmudqışlaq kəndində gedəcəyini demiş və avtomobilə əyləşmişdir. Mahmudqışlaq kəndinin girəcəyində avtomobildən düşmüş, avtomobil Zərqava kənd istiqamətində irəliləmişdir. Mahmudqışlaq kəndində bir neçə saat gəzmiş, yenə də Rəvanəni öldürüböldürməməyi fikirləşmiş, həmin vaxt ərzində kənddə heç kimlə qarşılaşmamış və heç kimlə danışmamışdır. Gecə saat 02 radələrində Rəvanənin yaşadığı evə gəlmiş, həyətin çəpərindən içəri daxil olmuş, evdə olanların ayılması üçün pəncərəyə yaxınlaşaraq döymüş, Rəvanəni əvvəl öldürmək istəməmiş, onu oyadaraq söhbət etmək istəmişdir. Bir neçə dəfə həm qapını, həm də pəncərəni döymüş, lakin onlar oyanmamışlar. Buna görə də evin işıq sayğacına yaxınlaşmış və evə elektrik verilişini dayandırmışdır. Rəvanə və evdə olan digər şəxslərin buna görə oyana biləcəyini düşünmüş, lakin yenə də oyanan olmamışdır. İki saat ərzində evin həyətində olmuş, daha sonra evin açıq pəncərəsindən evə daxil olmuş, evin otaqlarını gəzmiş, evdə Rəvanənin qohumu Sivetanın, oğlunun və Rəvanənin olduğunu görmüş, Rəvanə həmin vaxt oğlu ilə öz otağında, Siveta isə başqa otaqda yatmışdır. Rəvanənin mobil telefonunu tapıb içərisinə baxmaq istəmiş, ona görə də Rəvanənin otağında olan balaca əl çantasını götürüb yenidən pəncərədən çölə çıxmış, çantanın içərisində bəzi sənədlər, kosmetik əşyalar və türk pullan olmuşdur. Türk pullarını görəndən sonra Rəvanənin həqiqətən də o həbsdə olan zaman başqa şəxslə Türkiyəyə getməsinə əmin olmuş, bundan sonra Rəvanəni öldürmək niyyəti qətiləşmişdir. Ona görə də çanta ilə birlikdə yenidən açıq pəncərədən evin dəhlizinə daxil olmuş, oradan Rəvanənin yatdığı yataq otağına keçmişdir. Etdiyi bütün hərəkətləri mobil telefonunun səs yazan proqramı ilə qeydə almış, bunu etməkdə məqsədi hadisə vaxtı həyəcanlı olmasını düşünüb, hadisədən sonra polisə təslim olan zaman olanları yaddaşından çıxaracağı təqdirdə həmin səs yazısını polislərə təqdim etmək olmuşdur. Səs yazısında bütün etdiyi hərəkətləri qeydə almış, həmin səs yazısında dediyi bütün sözlər doğru olmuşdur. Lakin səs yazısında səhvən evdə Rəvanənin bacısı Xəyalənin olmasını düşünmüş və onun adını çəkmişdir. Lakin həmin vaxt evdə Xəyalə yox, Siveta olmuşdur. İşığı söndürüb evə girmiş, ev qaranlıq olmuşdur. Çanta ilə yataq otağına daxil olmuş, türk pullarını yerə atmış, daha sonra sol ayağında corabına keçirdiyi bıçağı çıxardaraq Rəvanəyə yaxınlaşmış, oğlu da Rəvanənin yanında eyni yataqda yatmışdır. Rəvanə sol çiyin üstə yatmışdır. Bir neçə dəqiqə Rəvanəyə baxmış, telefonuna səslər yazmış, daha sonra bıçağı sağ əlində tutaraq Rəvanənin boğazının sağ nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt Rəvanə yatmış vəziyyətdə olmuş, onun yataq otağında olmasından məlumatı olmamışdır. Birinci zərbəni vurandan sonra Rəvanə və oğlu yuxudan ayılmış və qışqırmağa başlamışlar. Rəvanə ona dayanmasını xahiş etmişdir. Birinci zərbəni vurandan sonra bıçağı Rəvanənin boynunda saxlamış, Rəvanə qışqırandan sonra bıçağı çıxarmış, yenidən həmin nahiyəyə zərbə endirmiş, daha sonra Rəvanə ayağa qalxmaq istəmiş, Rəvanənin ölməsinə tam əmin olmaq üçün bir neçə dəfə əlavə zərbə də endirmiş, daha sonra oğluna tərəf çəkilmiş, bu zaman Rəvanə yataqdan yerə düşmüş, Rəvanənin səsi kəsiləndən sonra onun öldüyünə əmin olmuşdur. Rəvanənin öldüyünə əmin olandan sonra uşağını götürüb çölə çıxmış və qışqırmağa başlamışdır. Bu zaman Siveta oyanmış, ona bıçağı əlindən atmasım demişdir. Rəvanəni öldürüb çölə çıxandan sonra dərhal 102-yə zəng edərək məlumat vermiş, daha sonra qaynı Eltacgilə gedib hadisəni danışmış, bir müddət sonra polis əməkdaşlan gəlmişlər. O, uşağı Eltaca təhvil verib polis əməkdaşlarına təslim olmuş, bıçağı da polislərə təhvil vermişdir. Rəvanəyə 8 dəfə zərbə endirmiş, 3 zərbə boyun və sifət nahiyəsinə, 4 zərbə ürək nahiyəsinə və 1 zərbə kürək nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs uşağını ona göstərmək istəməmiş, həmçinin Rəvanənin o həbsdə olduğu müddətdə başqa şəxslərlə sevgi münasibətləri saxlaması onu çox qıcıqlandırmış, lakin Rəvanəni çox sevdiyinə görə barışmaq İstəmiş, Rəvanə isə onu heçə saymış, telefonlara cavab verməmiş, ona görə də Rəvanənin evinə gedib danışmaq istəmiş, Rəvanə onunla barışıb, mehriban həyat yaşamağa razı olacağı təqdirdə ona heçnə etməyəcəkdi. Ona görə də ilk öncə Rəvanəni oyatmaq istəmiş, lakin evə daxil olub Rəvanənin çantasında mobil telefonu axtaran zaman çantanın içərisində türk pullan görmüş, bu onu özündən çıxarmış, bundan sonra Rəvanənin həqiqətən Türkiyəyə getməsinə əmin olmuş, bu səbəbdən də Rəvanəni öldürmək məqsədi ilə sonuncuya 8 dəfə bıçaq zərbəsi endirmişdir. Evliliklərin ilk vaxtlarında onun Rəvanə ilə çox mehriban münasibətləri olmuş, lakin sonradan Rəvanənin ona bacanağı Şahid4 və Vüsal adlı şəxslə və digər şəxslərlə xəyanət etməsini öyrəndikdən sonra münasibətləri pisləşmişdir. Rəvanə özü ona Nemət, Vüsal və digər şəxslərlə münasibət saxladığını etiraf etmişdir. Rəvanəni öldürmək niyyəti 24 iyul 2023-cü il tarixdə Rəvanənin atası və əmisi ilə danışdıqdan sonra yaranmışdır. Lakin həmin vaxt onun arvadını öldürmək niyyəti qəti olmamış, lakin evdə Rəvanənin çantasında türk pullarını aşkar etməsi onu özündən çıxartmış və Rəvanəni öldürmək niyyəti qətiləşmişdir. Rəvanəyə birinci zərbəni endirəndən sonra sonuncu yuxudan oyanmış və müqavimət göstərmək istəmiş, Rəvanə ona dayanmasını demiş, birinci zərbəni vurandan sonra qalan zərbələri də endirmişdir. Zərərçəkmiş şəxs öldürmək istəməsi barədə heç kimə heç bir şey deməmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Hadisə baş verən zaman otaqda 2 yaşlı oğlu Qismət və arvadı Rəvanə olmuş, həmçinin digər yataq otağında Siveta yatmışdır. Baş vermiş hadisədə özünü günahkar bilmiş və peşmançılıq hissləri keçirmişdir. Onun hələ də Rəvanəyə qarşı sevgi hissləri qalmış, Rəvanənin başqa şəxslərlə münasibətdə olmasını qəbul edə bilməmişdir. Hadisə 25 iyul 2023-cü il tarixdə saat 04 radələrində Rəvanənin atasına məxsus Quba rayonu, Mahmudqışlaq kəndində yerləşən evin yataq otağında baş vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, gecə saat 03:30-da ona təqsiriləndirilən şəxsin bacısı zəng edərək, Elşadın Rəvanəni öldürdüyünü demişdir. O, həmin vaxt işdə olmuşdur. O, hadisəni görməmiş, amma eşitmişdir. Onların arasındakı narazılığın səbəbi Təqsirləndirilən şəxs ailə saxlaya bilməməsi olmuşdur. Ailəni onlar özü saxlamışlar. Hal-hazırda Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Qızının uşağını qəyyumluğa götürmüş, hal-hazırda uşağa özü baxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü o, səsə çıxmışdır. səsi çöldən gəlmişdir. Evdən çölə çıxmışdır. Öldürülən şəxs Rəvanə onun qızının baldızıdır. O, gecə onun yanında qalmışdır. Təqsirləndirilən şəxs səsi çöldən gəlmiş, o, telefonla danışmışdır. Telefonda bacısı Aynura “Aynur, mən Rəvanəni öldürdüm” demişdir. O, Elşaddan nə etdiyini soruşmuş, Elşad da ona Mən Rəvanəni öldürdüyünü demişdir. Bunu eşitdikdən sonra o, qorxduğudan içəri girməmiş, uşaq da çılpaq şəkildə ortada qalmışdır. Elşad ona uşağa paltar gətir geyinsin demiş, daha sonra Elşad qaynıgilə getmişdir. Elşad qaynıgilə getdikdən sonra nəvəsini götürüb çölə çıxmış, hadisəni gözü ilə görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisənin necə törədildiyini görməmişdir. O, qayınanasıgildə olmuş, atası Vasif Vəliyev ona zəng edərək Elşadın Rəvanəni öldürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, gecə saat 03:00 radələrində gəlini Şahid3 atası zəng edərək Elşadın Rəvanəni öldürdüyünü demişdir. Bundan sonra gəlini ilə bərabər hadisə yerinə getmişdirlər. Onlar getməmişdən qabaq əvvəlcə inanmamış, amma gedib görmüşdürlər ki, həqiqətən Elşad Rəvanəni öldürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə baş verməmişdən 2 gün qabaq Bakı şəhərindən Quba rayonuna ata evinə getmişdir. Qardaşı Elşadla evdə tək olmuşdur. Bir az onunla söhbət etmişdir. Qardaşı Elşad ona yoldaşı ilə aralarında bir neçə aydır ki, ayrılığa gedən bir məsələnin olduğunu və boşanmaq istədiyini bildirmişdir. Elşad ona “Yoldaşımın mənə xəyanət etdiyini bilirəm” demiş, o da Elşada əgər əlində bununla bağlı sübut yoxdursa, onu ailə söz-söhbətləri ilə yormamasını demişdir. Elşad ona Rəvanənin ona xəyanət etdiyini, Rəvanənin qolunda “V” hərfinin yazıldığını gördüyünü demişdir. Elşad həmçinin ona “Rəvanənin xəyanətini bağışladığını, Rəvanə ilə barışmaq istədiyini demişdir. Hadisəni görməmişdir. Gecə saat 01:00 radələrində Elşad ona zəng edib demişdir ki, “Rəvanə ilə olan məsələmi həlli yoluna qoyacam”. O, Elşaddan harada olduğunu soruşmuşdur. Elşad da ona “Bir azdan harada olacağımı biləcəksən”, daha sonra “Ola bilər ki, mən birazdan tutulacağam, mənim yanıma siqaret və paltar gətirərsən” demişdir. Gecə saat 03:00 radələrində Elşad ona Rəvanəni qətlə yetirib, uşağı götürüb otaqdan çıxdığını yazmış, hadisə barədə belə xəbər tutmuşdur. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, iş olanda fəhləlik edir. 2011-ci ildə Xəyalə Əliyeva ilə ailə həyatı qurmuş, birgə nikahdan iki oğlan uşaqları olmuşdur. Təqsirləndirilən şəxs onun bacanağı olmuş, Elşad onun arvadı Xəyalənin bacısı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. O, Elşadı 2017-ci ildə Rəvanə ilə ailə həyatı qurandan sonra tanımışdır. Təqsirləndirilən şəxs vəziyyəti acınacaqlı olmuş, maddi çətinlikləri olmuşdur. Ona görə də, Rəvanə çox vaxt onların evində yaşamışdır. O, Elşada köməklik etmiş, iş olanda onu da işləməyə dəvət etmiş, ona gördüyü işə görə pul vermiş, lakin Elşad aldığı pulları özünə xərcləmiş, ailəsinə baxmamışdır. Bütün bunlara görə Rəvanə onların evinə yaşamağa gəlmişdir. O, isə arvadının bacısı olduğuna görə Rəvanəyə heç nə deməmiş, Rəvanənin müvəqqəti olaraq onlarda yaşamasına etiraz etməmişdir. Sonradan Elşad ilə Rəvanənin münasibətləri pozulmuş, Elşad daima Rəvanəni döymüş, Rəvanə buna görə də onların evinə gəlmişdir. Rəvanənin atası daima işdə olduğuna görə onların Mahmudqışlaq kəndindəki evində heç kim yaşamamış, ona görə də Rəvanə uşağını götürüb onlara gəlmişdir. Rəvanənin gedə biləcəyi başqa yer olmamışdır. Bir neçə dəfə 1-2 aylıq Rəvanə onlarla yaşamışdır. Elşad bir nəçə dəfə onu Rəvanə ilə banşdırmasını xahiş etmiş, o Rəvanə ilə Elşadı banşdırmaq istəsə də, buna nail ola bilməmiş, Rəvanə banşmaq istəməmişdir. O, Elşad ilə dəmir dirəklər oğurlamış və həmin dirəkləri satmışdır. Sonradan bunun üstü açılmış və onlar məhkəməyə çıxarılmışlar. O, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İstintaq müddətində o, polisin nəzarəti altına verilmiş, Elşadın barəsində isə həbs qətimkan tədbiri seçilmişdir. Bu müddət ərzində o, arvadından və Rəvanənin digər qohumlarından Rəvanənin Vüsal adlı şəxslə münasibət yaratdığı və fikirlərinin ciddi olduğu eşitmiş, lakin Vüsal adlı şəxsin kim olduğunu bilməmişdir. O bununla bağlı Rəvanə ilə danışmış və rəsmi olaraq boşandan sonra Vüsal adlı şəxslə hər hansı bir münasibət yaratmasını məsləhət görmüş, çünki evli ola-ola qadının başqa şəxslə münasibətə girməsi yaxşı qəbul olunmamışdır. Lakin Rəvanə ona həmin şəxslə fikrinin ciddi olduğunu demişdir. Məhkəmə olandan sonra o, Bakı şəhərinə işləməyə getmiş, Elşad da həbsdən azad olunmuşdur. 25 iyul 2023-cü il tarixə qədər o, bir dəfə oğlunun gözündə problem olduğuna görə Quba şəhərinə gəlmişdir. 25 iyul 2023-cü il tarixdə səhər 05 radələrində qayınatası Asif ona zəng etmiş, lakin o yatdığına görə mobil telefonu açmamışdır. Həmin gün günortda saatlannda Xəyaləyə zəng etmiş, Xəyalə ona Elşadın Rəvanəni bıçaqla öldürdüyünü demişdir. Başqa onun hadisə barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs həmişə Elşadın onu döyməsindən, evə pul gətirməməsindən və natəmiz olmasından gileylənmiş, ona görə də evdən çıxıb getmiş, həmçinin, boşanmaq üçün də məhkəməyə müraciət etmişdir. X11 əl çəkməmişdir. Onları münasibətlərinin pozulmasına səbəb Elşadın hərəkətləri olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olması barədə ona heç bir şey deməmişdir. Elşad Zərərçəkmiş şəxs sevmiş, o, Elşadın dizi üstündə dayanıb Rəvanəyə banşmağa görə yalvarmasının şahidi olmuş, lakin Rəvanə onu bağışlamamışdır. X12 adlı şəxslə sevgi münasibətlərinin yaranmasını və birlikdə Türkiyə Respublikasına getməsini öyrəndikdən sonra qısqanclıq zəmnində onu öldürmüşdür. X1 cinsi əlaqədə olması barədə ifadəsində göstərdikləri yalan olmuş, o, əksinə Rəvanəyə və uşağına sahib çıxmış, Rəvanə onun arvadının bacısı olduğuna görə ona dar günündə köməklik etmişdir. Elşadın niyə belə deməsini anlamamışdır. O, heç vaxt Elşadgilin evinə tək getməmiş, həmişə ailəvi getmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 25 iyul 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən Quba RPŞ-nə zəng edərək, Quba rayonu, Mahmudqışlaq kəndində yaşayan arvadı Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 25 iyul 2023-cü il tarixli “könüllü gəlib təqsirini boynuna alma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə saat 05.35-də arvadı Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirərək öldürməsini bildirib əlində olan bıçağı könüllü olaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən cinayətin aləti olan mətbəx bıçağına baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi bıçağın tiyəsinin uzunluğu 12,5 sm-dir. Tiyənin ucunda və sol üzündə tünd qırmızı rəngli qurumuş qanabənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “könüllü təqdim etmə, baxış keçirmə və götürmə haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 01 ədəd “Redme” markalı, “Note 11” modelli mobil telefonu, 01 ədəd köynəyi, 01 ədəd şalvarı könüllü olaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “könüllü təqdim edilən mobil telefona əlavə baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan DİN-in 102 Çağrı Mərkəzinə 25 iyul 2023-cü il tarixdə saat 03.42 və saat 04.06-da zəng etmiş və danışıqlar aparılmışdır. “Söhbətlər” bölməsində “Kamandir” adlı kontakta 24 iyul 2023-cü il tarixdə “vüsalın nömrəsin ver” “senin vüsalnan yaşamaqin gör nelere sebeb olacaq, uşaqmi gizletmeyin de menim ölümme sebbeb olacaq, sen problem yaratdın mene, sen meni mehf eledin”, “resmi yoldaşımsan başqasınan gezirsen yaşayırsan dözə bilmədim çixim, balami gizlətdin beşdeyqe, dünen gördüm polisə şikayət eledin cavab vereceysen bütün bunlara görə”, “Allahdan qorxxx xaiş edrem mecbur etme, çox çetindi bele yaşamaq, istemirem hemişe pis yolda olasan, herşeyivi baqışlayıram qayıt gel.” 25 iyul 2023-cü il tarixdə saat 02.38-də “deqiqelerivi say. Allahım bağışla meni, meni satdın deyişdin” mezmunda mesajlar göndərilmişdir. Telefonun “Səsyazan” proqramına daxil olduqda 25 iyul 2023-cü il tarixdə qeydə alınmış “ölüm” adlı 1 saat 48 dəqiqə 43 saniyəlik səs yazısı aşkar edildi. Həmin səs yazılarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qətlə yeritmə anını qeydə almış, həmin səs yazılarında o, Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olduğunu, sağ çiyin üzərində yatdığını, yatmış vəziyyətdə öldürəcəyini, ürək nahiyəsindən zərbə endirəcəyini bildirir, bundan sonra Zərərçəkmiş şəxs bıçaqla zərbə endirir. Bu zaman Zərərçəkmiş şəxs yuxudan oyanaraq Təqsirləndirilən şəxs adını çəkir, daha sonra Zərərçəkmiş şəxs səsi gəlmir, bu zaman uşaq qışqırığın səsi gəlir. Daha sonra Təqsirləndirilən şəxs Siveta adlı şəxslə danışıqları olur, o Siveta adlı şəxsə arvadı Zərərçəkmiş şəxs öldürdüyünü bildirir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Quba rayonu, Mahmudqışlaq kəndində yerləşən fərdi yaşayış evidir. Baxış zamanı hadisənin baş verdiyi otaqda olan yatağın üzərində olan odeyal üzlüyü və yataq otağında olan qanabənzər ləkələrdən tampona hopdurulmaqla 2 ədəd nümünə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 25 iyul 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, baxış keçirilən mobil telefon “Xiaomi” markalıdır. Telefonda olan “Whatsapp” sosial şəbəkəsinə baxış keçirilən zaman həmin proqramın söhbətlər bölməsində “Misi” kimi qeyd olunmuş şəxslə yazışmaların aparılması müəyyən olundu. Həmin ad altında +**********38 mobil nömrəsi qeydiyyata alınmışdır. Baxış keçirilən zaman həmin şəxslə Zərərçəkmiş şəxs sevgi münasibətlərində olması və həmin şəxsin adının Vüsal olması müəyyən edildi. Həmin yazışmaların şəkilləri çəkilərək protokola əlavə edildi. Bundan başqa mobil telefonda iş üçün əhəmiyyət kəsb edə biləcək hala rast gəlinmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 25 iyul 2023-cü il tarixli 36 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı sifətində sağda bir yerdə, boynunda sağda iki yerdə deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin arxa səthində bir yerdə və döş qəfəsinin ön səthində iki yerdə döş boşluğuna nüfuz etməyən deşilmişkəsilmiş yaralar, xarici və daxili müayinəsi zamanı döş qəfəsinin ön tərəfində bir-birinə yaxın iki yerdə döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin ön divarının və sol ağ ciyərin yuxan payının zədələnməsi ilə deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın təsirindən törənməklə həyati olub müddəti ölümündən az əvvəlki vaxta uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vaxta, yəni 25 iyul 2023-cü il tarixə uyğun gəlir, qərarda göstərildiyi kimi ekspertizaya təqdim edilən bıçaq və ya ona oxşar digər bıçaqla yetirilə bilər, dərəcəsinə görə canlı şəxslərdə sifətində sağda bir yerdə, boynunda sağda iki yerdə deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin arxa səthində bir yerdə və döş qəfəsinin ön səthində iki yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurma əlamətlərinə, döş qəfəsinin ön tərəfində bir-birinə yaxın iki yerdə döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin Ön divarının və sol ağciyərin yuxarı payının zədələnməsi ilə deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər yetirilərkən zərərçəkmiş böyük ehtimalla uzanmış vəziyyətdə olmuşdur, xəsarət yetirildikdən sonra çox qısa müddətdə (bəlkə də saniyələrlə və ya dəqiqələrlə ölçülən müddətdə) zərərçəkmiş hər hansı məqsədyönlü hərəkətlər edə bilərdi, xəsarətlərin ardıcıllıq sualına gəlincə, çox güman ki, əvvəlcə sifətində və boyun nahiyəsindəki yaralar, sonra isə döş qəfəsindəki xəsarətlər yetirilmişdir. Mərhum R.V. Güliyevanın meyitindən götürülən qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar ediməlmişdir. Mərhum R.V. Güliyevanın ölümünə səbəb döş qəfəsinin sol tərəfində öndə döş boşluğuna nüfuz edərək ürəyin və sol ağciyərin zədələnməsi nəticəsində baş verən kəskin qanitirmə olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 546/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Ekspertizaya təqdim edilmiş R.V. Güliyevaya məxsus qısaqol kofta, trusik, E.A. Güliyevə məxsus idman finkası, adeyal, 02 ədəd kosmetik çubuqlu pambıq tamponlar və bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutinlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-kriminaslistik ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 389/MTKŞ-2023 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin yuxarı hissəsində dörd ədəd, yaxalığının sağ yanında bir ədəd və arxa səthinin sol yansının yuxarı hissəsində iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğundur. Mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus alt paltarının (trusikin) üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın yaxalıq tikişinin üzərində iki ədəd sökülmüş zədə aşkar edildi, bu zədələr küt müxanizmdən, paltann həmin nahiyəsinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus idman şalvarının üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks stasionar məhkəmə psixiatrik-psixoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və törətdikdən sonra hər hansı xroniki psixi xəstəlik keçirməmiş, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs yalnız xasiyyətin psİxopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. E.A,Güliyev əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. E.A. Güliyevin hal-hazırki hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini tərədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 27 oktyabr 2023-cü il tarixli qərarla 01 ədəd odeyal üzlüyü, 02 ədəd tamponda qan nümunələri, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd «Redmi Note 11» markalı mobil telefon, 01 ədəd köynək, 01 ədəd tünd göy rəngli şalvar, 01 ədəd bıçaq, meyitə baxış zamanı götürülmüş 01 ədəd qısaqol kofta, 01 ədəd alt paltarı, 01 ədəd “Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Quba Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 123 nömrəli məktubundan görünür ki, məhkəmənin icraatında Təqsirləndirilən şəxs qarşı “nikahın pozulması” tələbinə dair mülki iş vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 avqust 2023-cü il tarixli arayışından və Quba Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(027)-109/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 08 (səkkiz) ay təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Quba RİHB-nm Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 28 sentyabr 2023-cü il tarixli 485 nömrəli arayışından və eyni tarixli xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi 2020-ci il təvəllüdlü oğlu Qismət Güliyevdən ibarət olmuş, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən AZ- T 228062 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 dekabr 2020-ci il tarixdə anadan olmuş Qismət Güliyev adlı övladı vardır. Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, Təqsirləndirilən şəxs məhz aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, habelə zərərçəkmiş şəxsin mənzil toxunulmazlığını pozmuşdur. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 13-cü bəndinin izahına görə CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 13-cü bəndini də nəzərə alır. Həmin qərarın 13-cü bəndinin izahına görə CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yalnız azadlıqdan məhrum edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 120.2.4 və 120.2.9 maddələri ilə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsi ilə isə islah işləri cəzası təyin edilməlidir. CM-nin 68.1.3-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulub hesablanmaqla və CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 iyul 2023-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş, 01 ədəd odeyal üzlüyü, 02 ədəd tamponda qan nümunələri, 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd şalvar onun yaxın qohumlarına, zərərçəkmiş şəxsə məxsus 01 ədəd qısaqol kofta, 01 ədəd alt paltarı isə onun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, təqsirləndirilən şəxsə məxsus 01 ədəd «Redme Note 11» markalı mobil telefon onun, zərərçəkmiş şəxsə məxsus “Xiaomi” markalı mobil telefon isə zərər çəkmiş şəxsin yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay müddət azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 16 (on altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə nəzərə alınmış və həbsdə saxlandığı 4 (dörd) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 16 (on altı) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Quba rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş, 01 ədəd odeyal üzlüyü, 02 ədəd tamponda qan nümunələri, 01 ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd şalvar onun yaxın qohumlarına, zərərçəkmiş şəxsə məxsus 01 ədəd qısaqol kofta, 01 ədəd alt paltarı isə zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, təqsirləndirilən şəxsə məxsus 01 ədəd «Redmi Note 11» markalı mobil telefon təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsə məxsus “Xiaomi” markalı mobil telefon isə zərər çəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar